Məhkəmə qərarları › İş №1(101)-1571/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1571/2023

04.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1571/2023 04.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X5-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 20 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxxx 1995-ci ildə Naxçıvan Muxtar Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Naxçıvan MR, Kəngərli rayonu, Qarabağlar kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, barəsində 13 fevral 2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayon məhkəməsinin hakimi Rauf Əhmədovun 4(007)-75/2023 nömrəli qərarı ilə 04 ay həddində həbs qətimkan tədbiri seçilib 3 saylı istintaq cəridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə əldə edib satmaq məqsədi ilə başqa şəxslərlə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında gəlir əldə etmək müqabilində qrup digər üzvünə məxsus narkotik vasitələrin satışını həyata keçirəcəyi barədə razılığa gəlib sonuncunun tapşırığı İlə 11 fevral 2023-cü il tarixdə saat 22:00 radələrində qrup başqa üzvü ilə birlikdə avtomobillə ünvan 3 ünvanının yaxınlığına gələrək aralarında olan cinayətkar razılığa əsasən qrupun digər üzvü avtomobildə gözləmiş, o isə həmin ünvanda yerləşən yaşayış binasının yaxınlığına gəlib həmin yerdə daşın altına başqa şəxs tərəfindən qoyulmuş, külli miqdarda, təmiz çəkisi 80,868 qram narkotik vasitə heroinİ götürüb qanunsuz olaraq əldə edərək üzərində daşımaqla saxlamış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 11 fevral 2023-cü il tarixdə saat 22:10 radələrində ünvan 4 ünvanının qarşısında piyada hərəkətdə olan zaman şübhəli şəxs qismində saxlanılaraq ünvan 5 ünvanında yerləşən Nizami RPİ-nin 25-ci PŞ-nin inzibati binasına gətirilib şöbədə üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd yapışqan lentlə bağlanmış, şəffaf sellofan bükümdə, külli miqdarda, təmiz çəkisi 80,868 qram olan qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadələrində göstərdi ki, o, saxlanılanda onun üzərində səkkiz qram narkotik vasitə heroin olmuşdur. Polislər döyərək üzərinə narkotik vasitəni qoyublar. Hadidsə 11 fevral 2022-ci il tarixində baş vermişdir. Onu dörd nəfər polis əməkdaşı saxlayıb zorla bölməyə aparmışlar, lakin onu bölmədə 1 nəfər polis əməkdaşı döyüb. Döyülməsi nəticəsində xəsarətləri olmuşdur. Ancaq döyülməyilə bağlı məhkəmədə qətimkan tədbiri ilə bağlı məsələyə baxılarkən və təcridxanaya qəbul olunarkən heç nə deməmişdir. O, 8 qram narkotik vasitə heroini pul qarşılığında almışdır. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə Təqsirləndirilən şəxs elan olunub araşdırılmış ibtidai istintaq zamanı ona Azərbaycan Respublikası CM-nin 234.41 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməllərini törətməkdə ilkin olaraq özünü təqsirli bilərək göstərmişdir ki, metronun “Azadlıq” stansiyasının yaxınlığında yerləşən avtoyuma məntəqəsində avtoyuyucu işləyərək dolanışığını təmin etmişdir. Əvvəllər ailəli olub boşanmış və həmin nigahdan 3 yaşlı qız övladı vardır. Təxminən 5-6 aydır ki, “nəşə” kimi tanıdığı narkotik vasitədən marixuananı müxtəlif yerlərdən və şəxslərdən alıb istifadə etmişdir. Son vaxtlar yaşadığı yerin yaxınlığında 3 ilə yaxındır tanıdığı Elşən adlı şəxs ona İran vətəndaşından narktoik vasitə almağı və həmin narkotik vasitəni satıb pul əldə edə biləcəklərini bildirmişdir. O da, Elşənlə razılaşmışdır. xx.xx.2023-cü il tarixdə, axşam saatlarında o, Elşənlə birlikdə, işlədiyi avtoyuma məntəqəsinin qarşısında görüşmüş və Elşən ona narkotik vasitənin İran vətəndaşı tərəfindən Nizami rayonu ərazisində gizlədiləcəyini bildirib həmin narkotik vasitəni birlikdə götürməyi təklif etmişdir. O da, Elşənlə razılaşmışdır. Bu səbəbdən də onlar saat 21-22 radələrində metronun “Azadlıq” stansiyasının yaxınlığından Elşənin adını bilmədiyim dostunun idarə etdiyi, dövlət qeydiyyat nişanını bilmədiyi, qara rəngli “Azsamand" markalı avtomobil ilə üçü birlikdə Nizami rayonuna gəlmişlər. Elşənin dostu Nizami rayonu, metronun “Qara Qarayev” stansiyasının yaxınlığında avtomobili saxlamış və Elşən ona təxminən 20 metr kənarda narkotik vasitənin gizlədildiyini bildirib həmin narkotik vasitəni götürməyi xahiş etmişdir. O da, avtomobildən düşüb Elşənin ona dediyi yerə getmiş və daşın altından 01 ədəd bükümü götürmüşdür. Həmin bükümü götürən zaman bükümün yapışqan lentlə bağlandığını görmüşdür. O, həmin bükümü əynində olan şalvarın sağ yan cibinə qoyub avtomobil tərəfə gəlməyə başladıqda iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşmış və özlərini polis əməkdaşı kimi təqdim edib narkotik vasitələrin istifadə və daşınmasında şübhəli bilindiyi üçün onu Nizami RPİ-nin 25-ci PŞ-nə dəvət etmişlər..Bu zaman Elşənin oturduğu “Azsamand” markalı avtomobilin sürücüsü maşını sürüb hadisə yerindən uzaqlaşmışlar. 25-ci PŞ-də ona dövlət hesabına vəkil təyin olunmuş, bundan sonra hüquq və vəzifələri izah olunmuşdur. O, şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra onun üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Proses video görüntü ilə qeydə alınmışdır. Şəxsi axtarış zamanı o, əynində olan boz rəngli şalvarının sağ yan cibindən 01 ədəd bükümdə “kokos” kimi tanıdığı narkotik vasitə heroini təqdim etmiş və olanları danışmışdır. Bundan başqa təqdim etdiyi özünə məxsus “Samsung” markalı mobil telefonun içərisində saxlanıldığım gün, yəni xx.xx.2023-cü il tarixdə günorta saatlarında İran vətəndaşının ona inanması üçün çəkdiyi videonu təqdim etmişdir. Həmin videoda özü olmuş, lakin adını və soyadını səhv demişdir. Belə ki, Elşən İranlıya həmin narkotik vasitəni onunla birlikdə alacağını sübut etmək üçün ona mobil telefonda şəkil vasitəsi ilə saxta vəsiqə düzəldib öz telefonu ilə İran vətəndaşına göndərmişdir. Şəxsi axtarış zamanı o, həmin videonu öz mobil telefonu ilə videoçəkilişə təqdim etmişdir. Əlavə suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitə onunla Elşənə məxsusdur. O, həmin narkotik vasitəni Elşənlə birlikdə satıb pul əldə etmək istəmişdr. Narkotiki satmaq üçün adamı Elşən tapacaq, o da, Elşənə bu işdə köməklik göstərəcəkdi. Nə saxlanılarkən, nə də ki, polis şöbəsinə gətirilərkən ona heç bir fiziki və ya psixi təsir olmamışdır. Narkotik vasitə aldığı İran vətəndaşını tanımamış, onun anket məlumatları barədə heç nə bilmir. İran vətəndaşı ilə Elşən danışıb narkotik sifariş vermişdir. Elşənin təxminən 28-30 yaşı vardır. Elşən Digah qəsəbəsində onunla yaxınlıqda yaşayır, lakin yaşadığı ünvanı tam dəqiqliyi ilə tanımır. Elşən ***-***-**-** saylı mobil nömrəni işlətmişdir. Bioloji olaraq o, 13 aprel 1995-ci İl tarixdə anadan olmuşdur, lakin sənəddə doğulduğu tarix xx xxxxx 1995-ci il kimi qeyd edilmişdir. O, “Azsamand” markalı avtomobili sürən şəxsi ilk dəfə görmüş, sürücü Elşənin tanışı olmuşdur. O, həmin sürücü barədə heç bir məlumata malik deyil. Onlar Elşənlə “Azsamand” markalı avtomobildə olarkən sürücünün yanında qazanc məqsədilə narkotik vasitə əldə etmək niyyətilə Nizami rayonu, metronun “Qara Qarayev” stansiyasının yaxınlığına getdikləri barədə danışmışlar. Sürücünün bu barədə məlumatının olub- olmadığını bilmir. O, bank kartından istifadə etməmişdir. Həmin ərəfədə ***-***-**-** mobil telefon nömrəsindən istifadə etmişdir. Telefonun giriş kodu «Z» hərfi formasındadır. Sosial şəbəkələrə daxil olmaq üçün proqramlarda təhlükəsizlik kodu yoxdur. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq tətbiq edilməmişdir. Üzərinə yalnız Nizami RPİ-nin 25-ci PŞ-nin inzibati binasında təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmişdir. Şahid1 ifadələrində göstərdi ki, təqsirləndirilən şəxs birində Təqsirləndirilən şəxs xidməti vəzifəsi ilə əlaqədar olaraq tanıyır, onunla heç bir ədavəti və yaxınlığı yoxdur. 11 fevral 2023-cü il tarixdə Nizami RPİ-nin 25-ci PŞ-nə Bakı şəhəri, Nizami rayonu ərazisində Əyalət adlı şəxsin mütəmadi olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı barədə raportla rəhbərliyə məruzə edildikdən sonra Əyalət adlı şəxsin müəyyən edilib ifşa olunması istiqamətində Bakı şəhəri, Nizami rayonu ərazisində əməliyyat-axtarış tədbirlərinin keçirildi və saat 22:00 radələrində ünvan 4 ünvanının yaxınlığında özünü şübhəli aparan, xarici görünüşcə Əyalət adlı şəxsə oxşar bir nəfər şəxs müəyyən edilib Nizami RPİ-nin 25-ci PŞnə dəvət olundu. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi. Axtarış zamanı Əyalət də əynindəki şalvarın cibindən bir ədəd “Samsung” markalı mobil telefonu və həmin şalvarın sağ yan cibindən 01 ədəd büküm narkotik vasitəni təqdim edib içərisində heroin olduğunu, İran vətəndaşından əldə etdiyini dedi. Bundan sonra protokol tərtib edildi və iştirakçılar tərəfəiəndən imzalandı. Əyalət saxlanılanda və ya sonradan ona heç bir fiziki və psixi təzyiq göstərilməmişdir. Əyalətin bu barədə və heroinin ona məxsus olmaması barəsindəki ifadələri yalandır. Şahid2 Nizami Rayon 25-ci PŞ-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət etdiyiyni bildirib Şahid1 ilə eyni məzmunlu ifadə verərək Şahid1 ifadələrində birində Təqsirləndirilən şəxs törətdiyi əməli təsdiq etməsi barəsində göstərdiyi halları təsdiq etdi. Məhkəmədə elan olunub araşdırılmış 11 fevral 2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, 11 fevral 2023-cü il tarixdə saat 22:10-da Bakı şəhər Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində narkotik vasitələrin saxlanılmasında və istifadəsində şübhəli şəxs qismində Təqsirləndirilən şəxs ünvan 7 ünvanının qarşısında saxlanılaraq, PŞ-nə gətirilmiş video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır.Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarın sol yan cibindən bir ədəd tünd rəngli “Samsung” markalı mobil telefonu və həmin şalvarın sağ yan cibindən 01 ədəd yapışqan lentlə bağlanmış şəffaf sellofan bükümü təqdim, etmişdir. Həmin bükümə baxış keçirilən zaman, içərisində tünd qəhvəyi rəngli spesifik iyə malik maddə olması aşkar edilmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs həmin maddənin “kokos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə İran vətəndaşının gizlətdiyi yerdən nisyə əldə etdiyini və həmin narkotik vasitəni tanışı Elşən adlı şəxslə birlikdə satdıqdan sonra pulunu verəcəyini bildirmişdir.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd, içərisində narkotik vasitəyə bənzər tünd qəhvəyi rəngli maddə olan büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür.‘Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon da sübut əhəmiyyəti kəsb etdiyi üçün ayrıca zərfə qoyularaq götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmişdir.Protokol iştirakçılara ucadan oxunmuş, iştirakçılara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol imzalarla təsdiq edilmişdir. Məhkəmədə elan olunub araşdırlmış məhkəmə fiziki-kimyəvi ekspertizasının 12 fevral 2023-cü il tarixli 6/864 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik maddəyə bənzər...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 80,868 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmədə elan olunub araşdırlmış cinayət işinin materiallarından əlavə olunmuş 30 aprel 2023-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs aşkarlanıb götürülmüş Samsung” markalı, «Galaxy A21s» modelli, qara rəngli mobil telefona baxış keçirilmişdir. Baxış zamanı, «Qalereya» qovluğunda olan 11 fevral 2023-cü il tarixdə aparılmış videoçəkilişdə Təqsirləndirilən şəxs oturaq vəziyyətdə özünü videoya çəkməsi, “Mən X4 vətəndaşı olan Amil qardaşımızdan hərəsindən 50 qram olmaqla narkotik vasitə götürürəm, 100 qram narkotik vasitə götürürəm, 3 gün ərzində pulu çatdırmasam istənilən orqana şikayət edə bilər” sözlərini deməsi, həmin qovluqda olan iki ədəd fotoşəkildə üzərində «5k», «20k», «15k/5p», «17k» və «3k/2p» yazısı olan 5 ədəd bükümün əks olunduğu müəyyən olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin özünü müdafiə məqsədilə gətirdiyi dəlilləri araşdırmış, müdafiə tərəfi ittihamı mübahisələndirdiyi hissələrdəki mövqeyini ona qarşı ibtidai istintaq zamanı fiziki və psixi zorakılıq edilməsi ilə əlaqələndirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində bölmədə polis əməkdaşlarının ona qarşı zorakılıq etdiyini desə də məhkəmə onun məhkəmə zamanı verdiyi ifadəsində göstərdiyi həmin hallar şahidlər Şahid1 və Şahid2 ifadələri ilə təkzib olundu. Şahid1 və Şahid2 Təqsirləndirilən şəxs qarşı hər hansı polis əməkdaşı tərəfindən tutulmazdan əvvəl və ya sonra zorakılıq edilmədiyini göstərdilər. Onların bu ifadələri təqsirləndirilən şəxsin özünün ibtidai istsintaq zamanı verdiyi ilkin ifadələri, “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında” protokolla və ona əlavə edilmiş CD disklə, ekspert rəyləri, maddi sübut və işin faktiki halları sübüta yetirildi. Məhkəmədə Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadələrində onun üzərəiəndə şəxsi axtarış zamanı ittihamda göstəriloən miqdarda deyil, 8 qram heroin aşkar olunduğunu təsdiq etdi. Məhkəmə qeyd edir ki, 2 qramdan artıq heroin küllü miqdar hesab olunur. Bu səbəbdən də ilkin araşdırma zamanı narkotikin vasitənin miqdarının mübahisələndirilməsi ağlabatan ola bilməzdi. Məhkəmənin bu qənaətini ekspertiza tədqiqatına ətqdim edilmiş narkotik vasitə heronun tamlıqla eyni tərkibli olmasının şübhə alıtna alınmaması baxımından da əsaslıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ona qarşı fiziki və psixi zorakılıq edilməsi barədə məhkəmədə verdiyi ifadəsi təsdiqini tapmadı. Beləliklə də, məhkəmə, yuxarıda təsvir olunan ittihamı təsdiq edən sübutlar əsasında Təqsirləndirilən şəxs elan olunmuş ittihamda nəzərdə tutlan cinayət əməlinin onun tərəfindən anlaqlı vəziyyətdə qəsdən törədilməsinin sübuta yetirildiyi qənaətinə gəlir və Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası 234.4.1 və 234.4.3-cü maddəsi ilə tövsif olunmasını əsaslı sayır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində nəzərdə tutulan cinayət əməlini qəsdən törətməsi qənaətinə gəldiyindən bu əmələ görə həmin maddədə nəzərdə tutulan qaydada onun cəzalanmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə istintaq zamanı materialların məhkəmə ekspertizasının keçirilməsinə 80 (səksən) manat xərclənməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Bakı şəhəri 20 saylı Vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən 55 (əlli beş) hüqüqi yardım göstərilməsi və bu səbəbdən də ona 330 (üç yüz otuz) manat ödənilməli olması müəyyən olundu. Məhkəmə bu məbləğləri dövlət büdcəsi hesabına ödənilməsini təmin edib, ekspertizasının keçirilməsinə sərf edilmiş 80 (səksən) manat vəsaitin Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılmasını, lakin onun müdafiəçiyə ödənilən məbləği ödəməkdən azad olunmasını əsaslı sayır. Məhkəmə, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Bakı şəhəri Nizami RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 80,768 qram narkotik vasitə olan heroinin sərəbsət dövriyyəsi qadağan olunmuş əşya kimi məhv edilməsini, şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınaraq yaddaş daşıyıcısına köçürülmüş, özündə videgörüntüləri əks etdirən 01 (bir) ədəd CD diskin cinayət işinin materiallarında saxlanılmasını əsaslı sayır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitənin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 11 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 13 fevral 2023-cü il tarixdə o, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini qismən etiraf etməsini və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini onun cəzasını yünülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini və Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan edilib, araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli 3053 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstəricisi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmasını və onun narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınması əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halın mövcudluğunu və ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına, həyat və ailə şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin başlanğıcı 11 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Dövlət büdcəsi hesabına məhkəmə kimyəvi ekspertizasının keçirilməsinə sərf olunmuş 80 (səksən) manat vəsait Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, Təqsirləndirilən şəxs göstərmiş olduğu hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Bakı şəhəri 20 saylı Vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün 330 (üç yüz otuz) manat vəsait Azərbaycan Respublikası Vəkillər X2 və Tədris Mərkəzinin hesabına ödənilsin. Məhkəmə ekspertizasının keçirilməsinə sərf edilmiş 80 (səksən) manat vəsait Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılsın, o, müdafiəçiyə ödənilən məbləği ödəməkdən azad olunsun. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Bakı şəhəri Nizami RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 80,768 qram narkotik vasitə olan heroin məhv edilsin, şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar