Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1571/2024 05.11.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: “Kiçikbəyov və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində 2012-ci il təvəllüdlü azyaşlı uşağı olan, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsində Lider Marketin yanında nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddəni külli miqdarda əldə edib daşımaqla saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini, külli miqdarda psixotrop maddə metamfetmini və şəxsi istehlak miqdarından artıq miqdarda tiryəki əldə edib satışını həyata keçirmək üçün istintaqla məlum olmayan vaxtda və yerdən külli miqdarda ümumi təmiz çəkiləri 4,932 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, külli miqdarda təmiz çəkiləri 5,707 qram kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 4,917 qram kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki əldə edib Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Xanlar yaşayış massivində yerləşən nömrəsiz evə daşıyıb saxlamış, həmin maddələrdən 0,351 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 0,247 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini üzərində saxlamaqla Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Xanlar yaşayış massivində yerləşən “Lider” marketin qarşısına qədər daşımış, Bakı şəhəri Sabunçu RPİ-nin X2 əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı 23 noyabr 2023-cü il tarixdə saat 21:40-da həmin ünvanda saxlanılaraq Bakı şəhəri Sabunçu rayon polis idarəsinin 14-cü polis şöbəsinə gətirilmiş və polis şöbəsində üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd üzərində «Veqas» sözü yazılmış siqaret qutusunun içərisindəki 01 ədəd şəffaf rəngli sellofan bükümdə 0,351 qram çəkidə qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd şəffaf rəngli sellofan bükümdə 0,247 qram çəkidə ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş,bundan sonra əməliyyat-axtarış tədbirlərinin davamı olaraq onun yaşadığı Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Xanlar yaşayış massivində yerləşən nömrəsiz evində aparılmış axtarış və baxış zamanı evin mətbəxində olan dolabdan qazanların qoyulduğu yerdən 08 (səkkiz) ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 2,915 qram, 0,195 qram, 0,249 qram, 0,223 qram, 0,241 qram, 0,282 qram, 0,162 qram, 0,314 qram ümumi təmiz çəkiləri 4,581 qram olan qəhvəyi rəngli maddələr kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitələr heroin, 05 (beş) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 5,281 qram, 0,044 qram, 0,045 qram, 0,049 qram, 0,041 qram ümumi təmiz çəkiləri 5,460 qram olan kristalşəkilli maddə kütlələri kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddələr metamfetamin, 02 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,332 qram, 3,585 qram ümumi təmiz çəkiləri 4,917 qram olan tünd qəhvəyi rəngli maddələr kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitələr tiryək və bir ədəd gümüşü rəngli üzərində narkotik vasitə heroinə məxsus izlər müəyyən edilən elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ailəsi, anası, arvadı və qızı ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi Xanlar küçəsi Lider Marektin yanında nömrəsiz evdə yaşayır. Rəsmi olaraq işləməsə də fəhləliklə məşğul olub özünü və ailəsini dolandırır. O, narkotik vasitələrin aludəçisidir, narkotik vasitələri sosial şəbəkələr vasitəsi ilə tanış olduğu İran İslam Respublikasının vətəndaşı Səid adlı şəxsdən alırdı. Onu evində tutmuşlar. Həmin vaxt heroin və metamfetamini qarışdıraraq istifadə üçün hazırlayan zaman qapıları döyülmüş, arvadı qapını açdıqda mülki geyimli şəxslər evə daxil olaraq polis olduqlarını bildirmişlər. Həmin polislər hazırladığı yarım qram heroinlə metamfetamini götürmüşlər. Polis idarəsində hardasa 4 saat saxlanılmış, sonra onun iştirakı ilə evinə baxış və götürmə keçirilmişdir. İttiham aktında göstərilən və evindən aşkar edilib götürülən bütün əşyaları, tiryəkdən başqa o, özü evinə qoymuş, lakin tiryək ona məxsus deyil. Ona qarşı fiziki zor tətbiq olunmamışdır. Bununla bağlı heç bir orqana müraciət və şikayət etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Əri Təqsirləndirilən şəxs barəsində ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edir. Belə ki, 25 noyabr 2023-cü il tarixdə axşam saatlarında qapıları döyülmüş, qapını baldızının oğlu açmış, evə 3 nəfər mülki geyimdə olan polis əməkdaşları daxil olaraq evdə axtarış aparmışlar. İlk olaraq yataq otağına keçmiş, hətta o, onlara irad tutmuşdur ki, bir az yavaş hərəkət etsinlər. O, yataq otağına keçməmək üçün polis əməkdaşlarının nə aşkar etdiklərini görməmişdir. Ərini polis əməkdaşları apardıqdan sonra ərinin telefonunda olan İran İslam Respublikasının vətəndaşı olan «Səid» adlı şəxsə zəng edərək ərinin buraxılması üçün ondan kömək istəmişdir. Belə ki, ərini narkotik vasitələrin əldə etmə və yaymağa məhz həmin Səid adlı şəxs səbəbkar olmuşdur. Səid kömək etməyə vəd versə də heç bir şey etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Qardaşı uzun illərdir ki, narkotik vasitə istifadə edir. xx.xx.2023-cü il tarixdə qardaşıgilə qonaq getmişdir. Orada olduğu zaman evə polis əməkdaşları gələrək evdə axtarış etmiş, onu hal şahidi qismində bu işə cəlb etmişlər. Mətbəxdən 3-4 paket aşkar edildiyini görmüşdür. Ondan artıq paket götürülməsini xatırlamır. Qardaşı narkoman olduğu üçün narkoloji dispanserdə qeydiyyatdadır, xəstə adamdır. Onunla yanaşı qonşuları Şahid5 də hal şahidi qismində axtarışa cəlb etmişlər. Ağ rəngli paketlərlə yanaşı tərəzi də aşkar edilmişdir. Bildiyi qədər qardaşı həmin narkotikləri şəxsi istifadəsi üçün əldə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qonşusudur. xx.xx.2023-cü il tarixdə işdən evə gələn zaman polis əməkdaşlarının Təqsirləndirilən şəxs məhəllədən apardıqlarını görmüşdür. xx.xx.2023-cü il tarixdə yaşadığı evin küçəsində Raminin evinin qarşısında olan zaman evə gələn müstəntiq və digər polis əməkdaşları Raminin arvadı Şahid3 razılığı ilə onların evində axtarış və baxış keçirmiş, evdə aparılan axtarış və baxış zamanı evin mətbəxində polis əməkdaşlarının onun şahidliyi və Şahid4 şahidliyi ilə 7 ədəd xırda, 4 ədəd kağız və 4 ədəd biraz iri bükümlərdə narkotik vasitələr və elektron tərəzi dolabdan aşkar edilmiş, aşkar edilmiş narkotik vasitələr və tərəzi qablaşdırılaraq möhürlənib polis əməkdaşları tərəfindən götürülmüş, bundan sonra evdə bütün yerlərə baxılsa da başqa narkotik vasitə və ya qanunla qadağan olunmuş əşya aşkar edilməmiş, Təqsirləndirilən şəxs narkotik vasitələri haradan əldə etməsini və ya kimlərəsə satmasını bilmir və bu barədə məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiriilə əlaqədar tanımışdır. Belə ki, xx.xx.2023-cü il tarixdə ona etibarlı mənbədən əməliyyat məlumatı daxil olmuşdur ki, Bakı şəhəri, Maştağa qəsəbəsi, «Çiləgər» X8 yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə etməsi, saxlaması və daşıması ilə məşğul olur. Məlumat barədə əməliyyat məlumatı barədə rəhbərliyə məruzə etmiş, tədbirin keçirilməsinə dair qərar qəbul etmiş, ondan və həmkarı polis polkovnik-leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmış, elə həmin tarixdə əməliyyat axtarış tədbiri keçirməklə saat 21.40 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, «Lider» marketin yaxınlığında saxlanılaraq 14-cü PŞ-nə gətirilmişdir. Şöbədə Təqsirləndirilən şəxs təhqiqatçıya təqdim etmiş, sonuncu vəkil dəvət edərək onu şübhəli şəxs qismində tutmuş və üzərinə baxış keçirmişdir. Təhqiqatçının təklifinə əsasən Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd üzərində «Veqas» sözü yazılmış siqaret qutusunu təqdim etmiş, həmin qutu açıldıqda içərisində iki ədəd şəffaf sellofan bükülü aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, bükümün birində kakos deyilən heroin, digərində isə şüşə deyilən metamfetamindir. Təqsirləndirilən şəxs həmçinin üzərində olan qızılı rəngli «Samsung» markalı mobil telefonu təqdim etmişdir. Narkotik vasitə və telefon ayrı-ayrılıqda qablaşdırılaraq möhürlənmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixoloji təsir olmamışdır. Təqsirləndirilən şəxs Şahid1 ittiham olunduğu cinayət əməli üzrə təqsirli olması qismən özünün və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Sabunçu RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili polis mayoru Şahid1 xx.xx.2023-cü il tarixli raportundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin əldə etmə, üzərində saxlama və daşıması ilə məşğul olur. Məhkəmədə elan edilib araşdırılmış “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarından və eyni tarixli “əməliyyat qrupunun yaradılması barədə” 3-xx-xx/2933/2023 nömrəli əmrdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, üzərində saxlaması və daşıması ilə məşğul olması barədə daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması üçün yaradılmış və əməliyyat qrupuna rəhbər kimi Bakı şəhəri Sabunçu RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili polis mayoru Şahid1, qrupa üzv kimi Bakı şəhəri Sabunçu RPİ-nin NMB-nin əməliyyat müvəkkili polis polkovnikleytenantı Şahid2 daxil edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Sabunçu RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili polis mayoru Şahid1 xx.xx.2023-cü il tarixli raportundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək həmin tarixdə saat 21:40 radələrində Bakı şəhəri, Sabunçu rayonu Maştağa qəsəbəsi Xanlar YYM “Lider” marketin yaxınlığında saxlanılmış və Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü PŞ-nə gətirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə şübhəli bilinərək müdafiəçi Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili X5 iştirakı ilə 23 noyabr 2023-cü il tarixdə saat 23:10 dəqiqədə tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizəsindən müəyyən olunur ki, barəsində keçiriləcək şəxsi axtarış zamanı müdafiəçisinin iştirakını tələb etmir və onun iştirakı olmadan şəxsi axtarış keçirilməsini xahiş edir. Məhkəmədə elan edilib araşdırılmış “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, istintaq hərəkəti Samsung markalı telefonla video çəkilişlə aparılmış, Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü PŞ-nin təhqiqatçısı Əfsun Əzimov tərəfindən Təqsirləndirilən şəxs üzərində olması ehtimal edilən əşyva və predmetləri könüllu surətdə təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd Samusung J5 markalı mobil telefonu çıxarıb masanın üzərinə qoyur, sonra isə həmin gödəkçənin sol yan cibindən 01 ədəd Redmi S9 markalı mobil telefonu, Veqas markalı siqareti, alışqanı, həmin gödəkçənin altında olan köynəyin sağ yan cibindən 20 qəpik pulu çıxarıb masanın üzərinə qoyur. Qeyd edilən siqaret qutusunun içərisində olan 02 ədəd şəffaf sellofanda olan büküm masanın üzərinə düşür. Həmin bükümlərin birində kakos, digərində isə şüşə olduğunu qeyd edir. Bu bükümləri, saxlanıldığı gün, saat 17 radələrində Xəzər rayonu Buzovna qəsəbəsində tanımadığı şəxsdən 20 manat müqabilində almışdır. Həmin bükümlərin içərisində birində ağ kristal şəkilli maddə, digərində isə qəhvəyi rəngli maddə olması aşkar edilir, hər iki maddə ekspertizaya təqdim olunmaq üçün boş zərfə qoyularaq 100 saylı möhürlə möhürlənir, mobil telefonlar da həmçinin boş zərfə qoyularaq möhürlə möhürlənib qablaşdırılmış, alışqan, siqaret və 20 qəpik pul Təqsirləndirilən şəxs özünə qaytarılır. Qablaşdırılmış əşyalar həm Təqsirləndirilən şəxs, tərəfindən həm də polis əməkdaşları tərəfindən imzalanmışdır. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, Bakı şəhəri Sabunçu RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili Şahid1 “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməs haqqında” xx.xx.2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “evdə axtarış və baxış keçirilməsi barədə” xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin mətbəxində olan dolabdan qazanların qoyulduğu yerdən 01 ədəd elektron tərəzi, yanında olan plastik qabın içərisindən 04 ədəd kağız bükümlərdə, eynək qabının içərisindən isə 11 ədəd bükümdə narkotik vasitəyə bənzər spesfik iyli maddələr aşkar olunmuş, həmin maddələr qablaşdırılaraq möhürləndikdən sonra götürülmüş, ekspertizaya təqdim ediləcəyi bildirilmişdir. Baxış zamanı hal şahidləri, polis əməkdaşı və ev sahibi Şahid3 iştirak etmiş, tərtib olunmuş protokolu imzalamışlar. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü PŞ-nin “əməliyyat tapşırığı”-na cavab olaraq verilmiş xx.xx.2024-cü il tarixli məktubundan müəyyən olunur ki, keçirilmiş əməliyyat-axtarış tədbirlərinə baxmayaraq Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri adlığını bildirdiyi Səid adlı İİR-nın vətəndaşının şəxsiyyətini, narkotik vasitə və psixotrop maddə satdığı şəxslərin şəxsiyyətini, Kamran adlı şəxsin şəxsiyyətini, həmçinin onun istifadə etdiyi mobil telefon nömrəsinə narkotik vasitə və psixtrop maddələrinin alqı-satqısı ilə bağlı yazışma aparmış mobil telefon nömrələrini istifadə etmiş şəxslərin şəxsiyyətini, həmin nömrələrin kimin istifadə etməsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə fiziki-kimyəvi ekspertizasının 24 noyabr 2023-cü il tarixli 3-16-16/2-6146 nömrəli rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası Zərflər üçün № 100» dairəvi möhür əksi, «şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddələr...» sözləri və imzalar olan bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,351 qram olan qəhvəyi rəngli maddəkustar üsulla hazırlanmış narkotik vasitə -heroindir, 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,247 qram olan ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Məhkəmədə elan edilib araşdırılmış 25 noyabr 2023-cü il tarixdə məhkəmə-fiziki kimyəvi ekspertizasının 29 dekabr 2023-cü il tarixli 3-16-16/2-6/6393 nömrəli rəyindən müəyyən olunur ki, tədqiqata təqdim olunmuş üzərində «Azərbaycan Respublikası Zərflər üçün № 48» dairəvi möhür əksi, «230051544 nömrəli cinayət işi üzrə» yazılar və imzalar olan bir ədəd zərfin içərisində 08 (səkkiz) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,915 qram, 0,195 qram, 0,249 qram, 0,223 qram, 0,241 qram, 0,282 qram, 0,162 qram, 0,314 qram ümumi təmiz çəkiləri 4,581 qram olan qəhvəyi rəngli maddələr kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, 5 (beş) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 5,281 qram, 0,044 qram, 0,045 qram, 0,049 qram, 0,041 qram ümumi təmiz çəkiləri 5,460 qram olan kristalşəkilli maddə kütlələri kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir, 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,332 qram, 3,585 qram ümumi təmiz çəkiləri 4,917 qram olan tünd qəhvəyi rəngli maddələr kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir, bir ədəd gümüşü rəngli elektron tərəzinin üzərində narkotik vasitə heroinə məxsus izlər müəyyən edildi. Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar olunduğu qeyd olunan heroinlər və metamfetaminlər öz aralarında kimyəvi komponent tərkiblərinə görə bir-biri ilə eynidirlər. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə: Heroin və Tiryək “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrinsiyahısına (Siyahı İ), Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji tibbi yoxlamanın 05 fevral 2024-cü il tarixli 725 nömrəli rəyindən müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış "xxxx" Telekom MMC-dən 22 fevral 2024-cü il tarixli BKC/LGL-3596/24 nömrəli məktubu ilə göndərilmiş bir ədəd CD diskə baxış keçirilməsinə dair protokoldan müəyyən olunur ki, «SMS-Tarixcesi-**********1***-*******23», «SMS- Tarixcesi-**********1***-*******23», «Zenglerin-Detallasmasi-**********4***-*******23» və «Zenglerin-Mexsusluq-Tarixceleri-**********4***-*******23-BKC» adlı dörd ədəd qovluğun olduğu müəyyən edilmişdir.«SMS-Tarixcesi-**********1***-*******23» sms yazışmalarına baxış keçirildikdə məlum olur ki, həmin faylda olan yazışmalarda Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə narkotik vasitələrin istənilməsi ilə bağlı birneçə mobil nömrələrdən smslər gəlmişdir. Həmin nömrələrdən gələn smslər aşağıdakılardır: xx-xx- 2023 13:07:38 xx-xx-2023 13:07:38 1.1.**********31 1.1.**********23 Brat kola 05, **********03 1.1.**********23 Yetim imkan olsun danışaq kişiləri gözdedirem bayaqdan cavab de,xx-xx- 2023 14:17:54 xx-xx-2023 14:17:54 1.1.**********86 1.1.**********23 brat otz var,xx-xx-2023 12:47:50 xx-xx-2023 14:24:16 1.1.**********86 1.1.**********23 Salam ramin nevar ne yox qaqas bugun ad gunumdu 30 yas olur qardasva tem alindira bilersen 25 m var, xx-xx-2023 xx-xx-2023 18:50:09 xx-xx-2023 18:50:09 1.1.**********98 **********23 ay qaqaw menem adildi salamatcilgdi ikisinnde lazmdi 15 kola 5 manatdg,xx-xx-2023 18:50:11 1.1.**********98 1.1.**********23 pati nece eliyek? **********31 və **********86 Rəhim Quliyev adlı şəxsin adına qeydiyyatdan keçmişdir. 22 fevral 2024-cü il tarixli BKC/LGL-3596/24 nömrəli məktubla göndərilmiş bir ədəd CD disk tərəfimdən maddi sübut kimi tanınanaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 02 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci il tarixli Bakı Apelyasiya məhkəməsinin hökmü ilə cəzası 2 ilə endirilmiş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Belə olan halda Azərbaycan Respublikası CM-nin 15.3 və 83.3.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş hesab olunmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi qismən özünün, şahidlərin ifadələri, baxış protokolları, ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs Rami Hüseynov özü etiraf etmişdir ki, onun evində aşkar edilmiş heroin, metamfetamin və elektron tərəzi onun özünə məxsus olmuş, lakin tiryək özünə məxsus olmamışdır. Belə olan halda məhkəmə narkotik vasitə və psixotrop maddələrlə yanaşı elektron tərəzinin aşkar olunmasını məhz bu qanunsuz əşyaların bükümlərə bölünərək satışa yönəldilməsinə xidmət etməsi kimi qiymətləndirir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama və daşıma kimi cinayət əməli, təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Məhkəmə nəzərə alır ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024cü il tarixli 08 saylı qərarının 9-cu bəndinə əsasən CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır Bununla belə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama və daşıma kimi cinayət əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi sübuta yetirilməmişdir. Belə ki, keçirilmiş əməliyyat-axtarış tədbirlərinə baxmayaraq Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri adlığını bildirdiyi Səid adlı İİR-nın vətəndaşının şəxsiyyətini, narkotik vasitə və psixotrop maddə satdığı şəxslərin şəxsiyyətini, Kamran adlı şəxsin şəxsiyyətini, həmçinin onun istifadə etdiyi mobil telefon nömrəsinə narkotik vasitə və psixtrop maddələrinin alqı-satqısı ilə bağlı yazışma aparmış mobil telefon nömrələrini istifadə etmiş şəxslərin şəxsiyyətini, həmin nömrələrin kimin istifadə etməsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə nəzərə alır ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024cü il tarixli 08 saylı qərarının 12-ci bəndinə əsasən cinayətin qeyd olunan tövsifedici əlamətlərlə törədilib-törədilməməsi məsələsi həll olunarkən “cinayətin təkrar törədilməsi”, “qabaqcadan əlbir olan bir qrup şəxs” və “mütəşəkkil dəstə” anlayışlarını təsbit edən CM-in 16, 34.2 və 34.3-cü maddələri ilə yanaşı, həmin cinayət-hüquqi kateqoriyaların, habelə cinayətin mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiyatelekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi əlamətinin təfsirinə həsr olunmuş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra – Konstitusiya Məhkəməsi) müvafiq olaraq “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2021-ci il 25 yanvar tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 15 mart tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 6 may tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan “mütəşəkkil dəstə” anlayışının şərh edilməsi haqqında” 1999-cu il 20 aprel tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 14 iyul tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqelər rəhbər tutulmalıdır. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs qanunsuz əşyaları əldə etməsi güman edilən şəxsin (şəxslərin) qeyri-müəyyən olması, həmin şəxsin (şəxslərin) adı, soyadı və ata adının məlum olmadığı, həmin şəxslərin harada, nə vaxt Təqsirləndirilən şəxsla əlaqə saxlamaları müəyyən edilmədiyi halda Təqsirləndirilən şəxs cinayət əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törətməsi müəyyən edilməmiş hesab edilməlidir. Belə olan halda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə ittiham verilməsi üçün kifayət qədər sübutlar mövcud deyil və Təqsirləndirilən şəxs ittihamından həmin maddə xaric edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Azərbaycan Republikası CM-in 61-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 23 noyabr 2023-cü il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Bakı şəhəri Sabunçu RPİ-nə təhvil verilmiş, tədqiqatdan sonra qalıq qalmış 4,421 qram heroin, 5,360 qram metamfetamin və 4,857 qram tiryək və 01 ədəd elektron tərəzi məhv edilməli, 02 ədəd disk bu cinayət işində, 02 ədəd “Samsung J5” və “Redmi 9S” markalı mobil telefonlar sübut əhəmiyyətinə malik olduğundan bu cinayət işindən ayrılmış cinayət işinin materiallarında saxlanılmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 160 (yüz altmış) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq zamanı Bakı şəhəri “Kiçikbəyov və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün 320 AZN (üç yüz iyirmi) manat pul Bakı şəhəri “Kiçikbəyov və partnyorları” Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 23 noyabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi Təqsirləndirilən şəxs ittihamından xaric edilsin. İş üzrə maddi sübut olan və Bakı şəhəri Sabunçu RPİ-nə təhvil verilmiş, tədqiqatdan sonra qalıq qalmış 4,421 qram heroin, 5,360 qram metamfetamin və 4,857 qram tiryək və 01 ədəd elektron tərəzi məhv edilsin, 02 ədəd disk bu cinayət işində, 02 ədəd “Samsung J5” və “Redmi 9S” markalı mobil telefonlar sübut əhəmiyyətinə malik olduğundan bu cinayət işindən ayrılmış cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 160 (yüz altmış) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Göstərdiyi hüquqi yardımla bağlı müdafiçi Müdafiəçi üçün 320 AZN (üç yüz iyirmi) manat pul “Kiçikbəyov və partnyorları” Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-1571/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1571/2024
05.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver