Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1571/2025 05.11.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Pənahov Babək Əkbər oğlu (sədrlik edən) Kamranov Hafiz Eldar oğlu və X2 ibarət tərkibdə Məhkəmə iclasının katibi: X3 Dövlət ittihamçısı: Baş prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Müdafiəçi: “Praym Leqal” Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), orta təhsilli, subay, ünvan 1-da qeydiyyatda olan, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş, 03 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 19 fevral 2025-ci il tarixdə, saat 05 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hovsan südçülük sovxozu adlanan ərazidə yerləşən, Zərərçəkmiş şəxs məxsus nömrəsiz fərdi evin həyətinə daş hasardan aşmaqla qanunsuz daxil olmuş, oradan isə həmin iki mərtəbəli tikili evə girib otaqların divarlarına quraşdırılmış, içərisi mis materialdan olan, ümumi dəyəri 1.155 manat təşkil edən 1.100 metr uzunluğunda 4 mm-lik elektrik naqillərini söküb götürməklə daş hasardan aşıb küçəyə çıxarmış və oradan özü ilə apararaq çöllük sahədə yandırıb içərisindəki mis metaldan olan məftilləri çıxardaraq istintaqla müəyyənləşdirilməsi mümkün olmayan şəxsə satıb əldə etdiyi pulu şəxsi ehtiyacına sərf etməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 1.155 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, verilmiş ittihama görə o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq 02 ədəd şəffaf rəngli sellofana bükülmüş halda, hər birində təmiz çəkisi 3,367 və 3,168 qram olmaqla, ümumi təmiz çəkisi 6,535 qram təşkil edən küllü miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla 24 mart 2025-ci il tarixdə yaşadığı ünvan 1 ünvanın yaxınlığına kimi daşımış, həmin günü orada saat 00:30 radələrində piyada hərəkətdə olduğu vaxt ərazidə baş vermiş oğurluq hadisəsində və narkotiklərin qanunsuz dövriyyəsində şübhəli olduğundan polis əməkdaşlarının ona yaxınlaşdıqlarını görüb qaçmaq istəyərkən Xəzər Rayon Polis İdarəsinin 3-cü polis şöbəsinin əməkdaşları tərəfindən saxdanılaraq şöbənin inzibati binasına gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ cibindən həmin maddə aşkar edilərək götürülmüşdür. Bununla bağlı ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.4.3-cü maddələri üzrə ittiham irəli sürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs binaya və digər sahəyə qanunsuz daxil olaraq oğurluq cinayətinin törədilməsi sübuta yetirilsə də, onun külli miqdarda psixotrop maddənin qanunsuz olaraq satış məqsədi ilə deyil, belə məqsəd olmadan əldə edib üzərində saxlamaqla daşıması cinayətinin törədilməsi təsdiq olunur. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Xəzər rayonu, Hovsan südçülük sovxozu adlanan ərazidə yerləşən tikilməkdə olan evdə 19 fevral 2025-ci il tarixdə, saat 05 radələrində heç kimin olmadığını müəyyən edib oğurluq etmək üçün daş hasardan aşaraq həyata düşmüş, oradan da evə daxil olmuşdur. Divarda quraşdırılmış elektrik naqillərini görüb onları sökmüş, daha sonra daxil olduğu qaydada bayıra çıxaraq elektrik naqillərini çöllük sahəyə aparıb yandıraraq içərisindəki mis metaldan olan məftilləri çıxartmışdır. Daha sonra bu məftilləri tanımadığı şəxsə sataraq əldə etdiyi pula narkotik alıb istifadə etmişdir. 23 mart 2025-ci il tarixdə Nardaran qəsəbəsində bibisinin evində olarkən axşam vaxtı polis əməkdaşları onu saxlayıb oğurluqla bağlı Xəzər Rayon Polis İdərəsinin 3-cü polis şöbəsinə aparmışlar. Bölmədə ona 2 bükümdə metamfetamin verib onların guya ona məxsus olmasının söyləməsini tələb etmişlər. Əks halda işgəncəyə məruz qalacağını demişlər. O da qorxduğu üçün bunu eiraf etmək məcburiyyətində qalmış, halbuki saxlanılarkən üzərində belə bir maddə olmamışdır. Bununla belə, polis əməkdaşları tərəfindən təzyiqə məruz qalması barədə heç bir orqana şikayət etməmişdir. Narkotik vasitələrdən istifadə etsə də, onun satışı ilə məşğul olmamışdır. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o özünə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hovsan südçülük sovxozu adlanan ərazidə yerləşən torpaqda həyət evi tikir. Həyətin daş hasarı çəkilmiş, tikilmiş iki mərtəbəli evdə isə təmir işlərinə başlanılmış, elektrik naqilləri çəkilmişdir. Evə daima kənardan nəzarət etmək üçün təhlükəsizlik kameraları quraşdırmışdır. 19 fevral 2025-ci il tarixdə, səhər saat 08-09 radələrində kameraların işləmədiyini görmüş və o ərazidə yaşayan tanışına zəng edib evə baxmağı xahiş etmişdir. Bu tanışı da evə baxıb ona bildirmişdir ki, elektrik naqilləri kəsilib oğurlanıb, ona görə də kamera işləmir. O da dərhal bu barədə polisə məlumat vermişdir. Polis əməkdaşları evə gələrək çəkiliş aparmış, o da sonradan təhlükəsizlik kamerasının yaddaş qurğusuna baxanda üzü tam düşməyən bir nəfər qara geyimli şəxsin həmin günü gecə saat 05 radələrində hasardan aşaraq evə daxil olduğunu və naqilləri özü ilə apardığını müşahidə etmişdir. Oğurlanmış naqillər 4 mm-lik 1.100 metr uzunluğunda olmuş və ona 1.155 manat dəyərində vurulmuş zərər ödənilməmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3cü polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 24 mart 2025-ci il tarixdə gecə radələrində şöbənin sahə inspektoru Şahid2 ilə birlikdə Binə qəsəbəsi ərazisində xidmətdə olarkən saat 00:15 radələrində N.Abbasov küçəsi, döngə 1, 16 saylı ünvanın yaxınlığında bir nəfərin davranışı şübhəli olduğundan ona yaxınlaşaraq özlərini təqdim etmiş və onunla ərazidə baş vermiş oğurluq hadisəsi və narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar söhbət edərkən, sonuncu qaçmağa cəhd etmişdir. Buna görə də onlar həmin şəxsi saxlayaraq şöbəyə gətirmişlər. Orada bu şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Bundan sonra, inzibati otaqların birində təhqiqatçı tərəfindən onun üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmiş, bu zaman X.Əsəddullayev əynindəki cins şalvarın sağ cibindən iki ədəd şəffaf rəngli sellofanda olan bükümü çıxararaq təqdim etmişdir. Xəlil həmin bükümlərin içərisində “patı” adlandırılan metamfetamin olduğunu, onu Suraxanı qəsəbəsində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 40 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs qarşı saxlanılan və üzərində şəxsi axtarış aparılan zaman zor tətbiq edilməmiş, qanunsuz təsir göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3cü polis şöbəsinin sahə inspektoru Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunda ifadə verdi. Məhkəmədə tədqiq edilmiş (elan olunmuş): • “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2025-ci il tarixli protokola görə Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü təqdim olunması təklif olunur, sonuncu da əynində olan göy rəngli cins şalvarın sağ cibindən iki ədəd şəffaf rəngli sellofana bükülmüş 02 bükümü təqdim edir. Təqdim etdiyi bükümlərdə “patı” olduğunu, xx.xx.2025-ci il tarixdə Suraxanı qəsəbəsində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 40 manata şəxsi istifadəsi üçün aldığını bildirir. Təqsirləndirilən şəxs təqdim etdiyi, içərisində psixotrop maddəyə bənzər maddə olan bükülü qablaşdırılıb zərfə qoyularaq möhürlənir. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddələr aşkar edilmir. Protokol iştirakçılar tərəfindən imzalanır (İ cild, i.v.24-25; disk); • Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2025-ci il tarixli, 6/1177 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində Təqsirləndirilən şəxs...” və s yazılar olan zərfdəki 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,367 və 3,168 qram, ümumi təmiz çəkisi 6,535 qram olan ağ rəngli kristalşəkilli maddə kütlələri kimyəvi komponent tərkiblərinə görə eyni olan psixotrop maddə metamfetamindir. Tədqiqatdan sonra metamfetaminin qalıq çəkisi 6,435 qram, aparılmış tədqiqatın dəyəri 80 manat təşkil edir (İ cild, i.v.32-35); • “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokola və ona əlavə edilmiş fotoşəkillərə görə Zərərçəkmiş şəxs ərizəsi əsasında Bakı şəhəri, Binə qəsəbəsi, Hövsan südçülük sovxozu yolunda yerləşən evə baxış keçirilmişdir. Ev hasarın içindədir, hasarın qapısı var, evin isə yoxudur. Ev yeni tikilidir, 1-ci mərtəbəsində böyük zal, 2-ci mərtəbədə 4 otaq var. İçəri daxil olanda giriş, girişdən 2-ci mərtəbəyə isə pilləkan var. Evin içində olan otaqlar malasızdır, divarda elektrik yerlərinin kəsilməsi var. İkinci mərtəbədə yerləşən bir otaqda 8 ədəd elektrik yerlərinin boş qutuları var (İ cild, i.v.82-85); • “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2025-ci il tarixli protokola və ona əlavə edilmiş fotoşəkillərə görə Təqsirləndirilən şəxs bildirir ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda yerləşən iki mərtəbəli evdən xx.xx.2025-ci il tarixdə gecə vaxtı elektrik naqilləri oğurlamışdır. Təqsirləndirilən şəxs evin birinci və ikinci mərtəbəsində divarlara quraşdırılmış elektrik naqillərinin yerlərini göstərərək oradan naqilləri sökərək bir yerə yığdığını və sonra özü ilə gətirdiyi kisəyə qoyaraq aparıb çöllükdə yandırdığını, əldə olunmuş misi tanımadığı metal yığanlara sataraq pulu öz tələbatı üçün xərclədiyini söyləyir (İ cild, i.v.97-104); • “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokola əsasən diskdə 03 ədəd videofayl var və görüntülər xx.xx.2025-ci il tarixi göstərir. Birinci faylda olan kadr 32 saniyə davam edir. 09-cu saniyədə qara geyimli şəxs gəlməyə başlayır. Onun əlində iki ədəd sumka var. Həmin şəxs dayanmadan gedir. İkinci faylda olan kadr 39 saniyə davam edir. Görüntüdə fərdi yaşayış evləri qeydə alınıb. Hava qaranlıqdır. Evlərin işıqları yandığından küçə işıqlıdır. Görüntüdə bir nəfər qara geyimli şəxs divardan yerə düşərək həmin məhəllə ilə qaçmağa başlayır. Döngədə dayanaraq nəfəsini dərir. Daha sonra yoluna davam edir. Üçüncu faylda olan kadr 16 saniyə davam edir. Görüntüdə fərdi yaşayış evləri qeydə alınıb. Hava qaranlıqdır. Bir nəfər qara geyimli şəxs məhələ ilə qaçır, döngədə dayanaraq nəfəsini dərir, daha sonra yoluna davam edir (İ cild, i.v.116); • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X8 Ambulator X1 haqqında xx.xx.2025-ci il tarixli, 2873 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən o, xx.xx.2023-cü il tarixdən Bakı şəhər Narkoloji Mərkəzdə (F11x2) diaqnozu ilə dispanser qeydiyyatdadır (İ cild, i.v.159-160); • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 xx.xx.2025-ci il tarixli, 1722 saylı rəyinə görə Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik aşkar edilmir. O, törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və ya 22-ci maddələrinin təsiri altına düşmür (İ cild, i.v.161-162); • “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” xx.xx.2025-ci il tarixli qərara dair Təqsirləndirilən şəxs tərəfindən aparılmış qeydlərə əsasən o, ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilmir, psixotrop maddəni öz şəxsi istifadəsi üçün əldə etdiyini vurğulayır (İ cild, i.v.176-177); • “Videodiskə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokola görə diskdə 03 ədəd fayl var. Həmin fayllar Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 00:00-dan xx.xx.2025-ci il 00:30-dək istifadə etdiyi +99***-***-**-** GSM mobil telefon nömrəsinin texniki parametrini və qarşı abunə ilə zəng statistikalarını əks etdirir. Fayllar kompyuterdə açılaraq öyrənilərkən müəyyən olunur ki, Təqsirləndirilən şəxs 15.01,2025-ci il tarixdə saat 00:00-dan xx.xx.2025-ci il 00:30-dək istifadə etdiyi +99***-***-**-** GSM mobil telefon nömrəsinin texniki parametrində və qarşı abunə ilə zəng statistikalarında iş üçün əhəmiyyət kəsb edən heç bir məlumat yoxdur (İ cild, i.v.147, disk); • Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü polis şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubda qeyd olunur ki, Təqsirləndirilən şəxs psixotrop maddəni satmış “Talış” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında psixotrop maddələrin satışı ilə məşğul olub-olmamasını, həmin şəxsin şəxsiyyəti və yaşadığı yerini, əvvəllər Təqsirləndirilən şəxs psixotrop maddəni satmış şəxslərin şəxsiyyətlərini və yaşayış yerlərini, həmçinin Təqsirləndirilən şəxs öz növbəsində əldə etmiş olduğu psixotrop maddələrin satışı ilə məşğul olmasını müəyyən etmək olmamışdır (İ cild, i.v.112); • “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 6,435 qram çəkidə psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə təhvil verilmişdir (İ cild , i.v.195-203); • Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(003)-149/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 24 mart 2025-ci il tarixdən hesablanmışdır (İ cild, i.v.70-73); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli arayışı və məhkəmə aktlarından aydın olur ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə oğurluğa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum edilmiş, o cümlədən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 01 il 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 03 ay 02 gün cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Bundan sonra o, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkəməyədək icraat dövründə tutulduğu 02 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılmaqla qəti olaraq üzərində 02 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasının əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır (İ cild, i.v.120-130, 149-154); • Doğum haqqında şəhadətnamələrin və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, təqsirləndirilən şəxsin xx.xx.2017-ci il və xx.xx.2018-ci il təvəllüdlü iki uşağı var (İİ cild). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin əməlinin sübuta yetirilməsi məsələsi həll edilərkən sübutların düzgün qiymətləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən: • Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir (138.1-ci maddə); • Cinayət hadisəsinin baş vermə faktı və halları, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir (139-cu maddə); • Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir (144-cü maddə). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluğun törədilməsinə görə cinayət məsuliyyətini müəyyən edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə irəli sürülmüş ittihamla bağlı təqdim edilmiş sübutları araşdıraraq belə nəticəyə gəlir ki, onun 19 fevral 2025-ci il tarixdə, saat 05 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hovsan südçülük sovxozu adlanan ərazidə yerləşən, Zərərçəkmiş şəxs məxsus torpaq sahəsinə daş hasardan aşmaqla həyətə qanunsuz daxil olması, oradan isə iki mərtəbəli tikili evə girib otaqların divarlarına quraşdırılmış, içərisi mis materialdan olan, ümumi dəyəri 1.155 manat təşkil edən 1.100 metr uzunluğunda 4 mm-lik elektrik naqillərini söküb gizli olaraq talaması təqsirləndirilən şəxsin və zərər çəkmiş şəxsin ifadələri, hadisə yerində ifadənin yoxlanılması və diskə baxış keçirilməsi haqqında protokollarla təsdiq olunur. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihama dair aşağıdakıları qeyd etməyi zəruri bilir. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi həmin Məcəllənin 234.2 (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma), 234.3 (narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları satma, yaxud prekursorları eyni məqsədlə xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşıma) və 234.3-1-ci (yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, habelə bu Məcəllənin 234.2-ci və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri təhsil və ya tibb müəssisələrində, eləcə də cəzaçəkmə müəssisələrində yaxud həbs yerlərində törətmə) maddələrində nəzərdə tutulmuş əməlləri külli miqdarda törədilməsinə görə cinayət məsuliyyətini müəyyən edir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik maddə olan qurudulmuş metamfetaminin külli miqdarın (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 2 qram təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində psixotrop maddənin olmadığını, onun oğurluq hadisəsi ilə əlaqədar polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilərək təzyiqə məruz qaldıqdan sonra ittiham aktında göstərilən miqdarda psixotrop maddə olan metamfetamini boynuna almasını bildirsə də, məhkəmədə tədqiq edilmiş sübutlara əsasən təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş 02 ədəd şəffaf sellofana bükülmüş halda ümumi təmiz çəkisi 6,535 qram çəkidə psixotrop maddənin ona məxsus olmasına dair təqsiri əldə edilmiş sübutlarla, yəni təqsirləndirilən şəxsin ibtidai araşdırma dövründə üzərində aparılan şəxsi axtarış zamanı verdiyi etirafedici ifadəsi və bununla aparılmış videoçəkiliş, ona yenidən ittiham elan olunarkən apardığı qeyd, şahid ifadələri, ekspertiza rəyləri ilə tam sübuta yetirilir. Məhkəmənin mövqeyinə görə müdafiə tərəfinin irəli sürdüyü bu dəlil heç bir sübutla dəstəklənmədiyi, ittiham tərəfinin təqdim etdiyi sübutlar isə zorakılığın mövcud olmaması və sübutun yolverilənliyini təsdiq edildiyindən, təqsirləndirilən şəxsin bu barədə söylədikləri əsassız hesab edilməlidir. Bununla belə, məhkəmə təqsirləndirilən şəxsin üzərində külli miqdarda psixotrop maddənin aşkar edilməsini təsdiq edən sübutların mötəbərliyinə şübhə yaradan heç bir halın müəyyən olunmadığını qeyd etsə də, ittiham tərəfinin bu maddənin qanunsuz olaraq satış məqsədi ilə əldə olunmasına dair gəldiyi nəticəni əsaslı saymır və buna görə də hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməlinin hüquqi tövsifi zamanı səhvə yol verilmişdir. Belə ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham olunur ona görə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq 02 ədəd şəffaf rəngli sellofana bükülmüş halda, hər birində təmiz çəkisi 3,367 və 3,168 qram olmaqla, ümumi təmiz çəkisi 6,535 qram təşkil edən küllü miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla 24 mart 2025-ci il tarixdə yaşadığı ünvan 1 ünvanın yaxınlığına kimi daşımış, həmin günü orada saat 00:30 radələrində piyada hərəkətdə olduğu vaxt ərazidə baş vermiş oğurluq hadisəsində və narkotiklərin qanunsuz dövriyyəsində şübhəli olduğundan polis əməkdaşlarının ona yaxınlaşdıqlarını görüb qaçmaq istəyərkən Xəzər Rayon Polis İdarəsinin 3-cü polis şöbəsinin əməkdaşları tərəfindən saxdanılaraq şöbənin inzibati binasına gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ cibindən həmin maddə aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən psixotrop maddə olan metamfetaminin satışını həyata keçirərkən, yaxud bilavasitə realizə edərkən saxlanılmamış, polis əməkdaşları 24 mart 2025-ci il tarixdə onu ünvan 2 ünvanın yaxınlığında saat 00:30 radələrində piyada hərəkət edərkən saxlayıb Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü polis şöbəsinə aparmış və orada üzərinə şəxsi axtarış aparılarkən onun üzərindən ittihamda qeyd edilən çəkidə psixotrop maddə metamfetamin aşkar olunmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il Qərarında göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində şərh verilmişdir. Belə ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz (8-ci bənd); Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır (9-cu bənd); Cinayət Məcəlləsinin 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur (12-ci bənd). Təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş 6,535 qram çəkidə psixotrop maddə olan metamfetaminin satış məqsədi ilə əldə etməsi nəticəsinə gələrkən ibtidai araşdırma orqanının istinad etdiyi əsas sübut onun həmin maddənin 02 ədəd bükümə bölünməsi olmuşdur. Ancaq, məhkəmə qeyd etməyi zəruri bilir ki, ittiham tərəfi məhkəməyə şəxsin psixotrop maddələrin satışı və qanunsuz dövriyyəsi ilə bağlı mötəbər sübutları təqdim edə bilməmişdir. Həmçinin, ibtidai araşdırma orqanı tərəfindən müvafiq məlumatların əldə edilməsi barədə əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqana tapşırıq verilmiş və buna cavab olaraq Xəzər Rayon Polis İdarəsinin 3-cü polis şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubda Təqsirləndirilən şəxs psixotrop maddələrin satışı ilə məşğul olmasının müəyyən edilmədiyi göstərilmişdir. Beləliklə, təqsirləndirilən şəxsin üzərində aşkar edilmiş psixotrop maddənin külli miqdarda satış məqsədi ilə əldə edilməsini təsdiq edən və Ali Məhkəmənin Plenumunun qeyd edilən Qərarında sadalanan əlamətlərin olması nə ibtidai araşdırma orqanı tərəfindən aparılan istintaq zamanı, nə də məhkəmə baxışında müəyyən edilməmişdir. Cinayət-Prosessual Məcəlləsinə görə: • Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür (21.3-cü maddə); • Şəxsin cinayət törətməsinə dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (28.5-ci maddə); • Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir (33.2-ci maddə); • Təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür (138.2-ci maddə); • Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir (145.1-ci maddə); • İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (145.3-cü maddə); • Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır (349.5.1-ci maddə); • Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır (351.2ci maddə). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Deveyer Belçikaya qarşı” iş üzrə qərarında qeyd edir ki, “ittiham” termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. “Barbera, Messegue və Yabardo İspaniyaya qarşı” işlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə, “X6rşı” işdə Avropa Məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Göstərilənlərlə bağlı məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin “satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma” cinayətinin törətməsi kifayət qədər sübuta yetirilir. Ona görə də onun əməli “satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmə, daşıma və saxlama”ya görə cinayət məsuliyyətini nəzərdə tutan Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən “satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma”ya görə cinayət məsuliyyətini nəzərdə tutan həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi vardır və buna görə də o, həmin maddələr ilə cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin himayəsində iki azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda, Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətdiyinə görə əvvəllər ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə bağlı məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı ağır cinayəti törətmişdir ki, bu da cinayətlərin residivini yaradır. Bu halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Cinayət Məcəlləsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivi sayılır (18.1-ci maddə); cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır (83.1-ci maddə); az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə şəxs məhkumluğu olmayan hesab edilir (83.3.3-cü maddə); məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır (83.4-cü maddə). Bu Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların törədilməsi halarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini xarakterizə edən halları, o cümlədən kriminal meyilliyini və ictimai təhlükəli şəxs olaraq qalmaqda davam etdiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz (66.3-ci maddə); cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır (66.5-ci maddə); hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır (69.3-cü maddə). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 3-2-ci bəndində göstərilir ki, Cinayət Məcəlləsinin 68-ci maddəsinin tələblərinə müvafiq olaraq cinayətlərin və hökmlərin məcmusu üzrə cəzaların tamamilə və ya qismən toplanılması zamanı müddətlər müəyyən edilərkən Cinayət Məcəlləsinin 68.1.1 və 69.3-cü maddələrinin tələbləri nəzərə alınmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə məhkum olunsa da, o, hazırki iş üzrə cinayət əməlini həmin hökmdən əvvəl törətmişdir. Buna görə də ona cinayətlərin məcmusu üzrə cəza təyin edilməli, qeyd olunan hökmlə ona təyin edilmiş 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunacaq cəza ilə qismən toplanılmaqla ona qəti cəza təyin olunmalı, eyni zamanda əvvəlki iş üzrə məhkəməyədək icraat dövründə saxlanıldığı 02 gün müddət təyin edilən cəzanın müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli onun hazırki iş üzrə həbsə alındığı andan – 24 mart 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, habelə onun digər iş üzrə azadlıqdan məhrum etmə cəzasının çəkməsi nəzərə alınmalıdır. Eyni zamanda, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq narkomaniyadan müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli, iş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində saxlanılan, qalıq qalan 6,435 qram çəkidə psixotrop maddə metamfetamin Cinayət- Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhv edilməli, ekspertiza tədqiqatının dəyəri 80 manat pul ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş “Praym Leqal” Vəkil Bürosunun vəkili Müdafiəçi 20 saat üçün nəzərdə tutulan 220 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318, 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 177.2.3 və 234.1-1-ci maddələrinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə, həmin Məcəllənin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanılmaqla ona qəti olaraq 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətində azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə müəyyən olunan cəza ilə qismən toplanılsın və ona qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs əvvəlki iş üzrə məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 06 (altı) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli 24 mart 2025-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın və onun hazırda azadlıqdan məhrum etmə növündə cəzasının çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilsin, ekspertiza tədqiqatının dəyəri 80 (səksən) manat pul ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində saxlanılan, qalıq qalan 6,435 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş “Praym Leqal” Vəkil bürosunun vəkili Müdafiəçi 20 saat üçün nəzərdə tutulan 220 (iki yüz iyirmi) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Babək Pənahov Hakimlər: Hafiz Kamranov Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(101)-1571/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1571/2025
05.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver