Məhkəmə qərarları › İş №1(101)-1572/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1572/2024

29.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1572/2024 29.11.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 qızının və X6, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X7, Təqsirləndirilən şəxs, müdafiəçi, Bakı şəhəri 8 saylı Vəkil bürosunun Müdafiəçi iştirakları ilə, xx xxxx 2001-ci ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində nömrəsiz evdə yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 171-1.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs uşaq pornoqrafiyasını yaymaq və reklam etmək məqsədilə əldə edib saxlamış, həmçinin təkrarən uşaq pornoqrafiyasını reklam etməklə təklif edib əldə edilməsinə şərait yaradaraq başqasına verməklə yaymış və satmışdır. Belə ki, Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan şəxsin aşkar seksual xarakterli hərəkətlərdə real iştirakını, həmçinin seksual məqsədlərlə yetkinlik yaşına çatmayanların cinsi orqanlarını əks etdirən video materiallardan ibarət uşaq pornoqrafiyasını reklam etməklə yaymaq məqsədi ilə istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edərək istifadəsində olan “Samsung” markalı, “Note 10” modelli, smartfon tipli mobil telefonunun yaddaşında “Qalereya” bölməsində “CP”, “Teleqram”, “Aфпо Педо”, “neдo ПАПА” qovluqlarında saxlamış, həmçinin istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə qeydiyyatdan keçdiyi “Telegram” mobil tətbiqində girişi bütün istifadəçilər üçün açıq olmayan “Hunter” adlı qrup yaradıb tətbiq vasitəsi ilə qrupunda uşaq pornoqrafiyasını əks etdirən videolar olmasına işarə edən sözlərlə reklam etməklə tətbiq daxilində ona şəxsi səhifəsinə mesaj yazan istifadəçilərə müəyyən etdiyi məbləğdə ödəniş qarşılığında həmin qrupa daxil olmağa icazə verəcəyini bildirib uşaq pornoqrafiyasını təklif edib əldə edilməsinə şərait yaradaraq özünə məxsus "xxxx" ASC-yə aid 4169 7388 8836 0595 nömrəli kart hesabına pul vəsaiti köçürtdürməklə, xx.xx.2023-cü il tarixdə ödədiyi 5 manat müqabilində X4, təkrar xx.xx.2023-cü il tarixdə ödədiyi 5 manat müqabilində Şahid2, təkrar xx.xx.2023-cü il tarixdə ödədiyi 5 manat müqabilində Şahid1, təkrar xx.xx.2023-cü il tarixdə ödədiyi 10 manat müqabilində Şahid3, təkrar xx.xx.2023-cü il tarixdə ödədiyi 5 manat müqabilində Şahid4, təkrar xx.xx.2023-cü il tarixdə ödədiyi 5 manat müqabilində Şahid6 və təkrar xx.xx.2023-cü il tarixdə ödədiyi 5 manat müqabilində Şahid7 “Hunter” qrupuna istifadəçi kimi əlavə edərək təkrarən yetkinlik yaşına çatmayan şəxsin aşkar seksual xarakterli hərəkətlərdə real iştirakını, həmçinin seksual məqsədlərlə yetkinlik yaşına çatmayanların cinsi orqanlarını əks etdirən video materiallardan ibarət uşaq pornoqrafiyasını reklam etməklə təklif edib əldə edilməsinə şərait yaradaraq adları qeyd olunan şəxslərə verməklə yaymış, cəmi 40 manat gəlir əldə edərək satmışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 171-1.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 14 noyabr 2023-cü il tarixdə o və atası qeydiyyata alınma ilə bağlı dəvət olunmuşlar. İdarədə yanına yaxınlaşdıqları polis əməkdaşının adı səhv etmirsə Elnur olmuşdur. Onlar çölə çıxdıqdan sonra atası yenidən idarəyə çağırılmış, o isə maşına doğru gedən zaman bir maşın yanında saxlayaraq onu maşına əyləşdirərək 43-cü Polis bölməsinə aparmışlar. Orada onu saatlarla döyərək mobil telefonunun şifrəsini istəmişlər. Lakin o, mobil telefonunu şifrədən çıxartmamışdır. O, həmin vaxt müğənni Dəniz Əsədovanın yanında işləmişdir. Dəniz Əsədovanın Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları ilə ədavəti olmuş, Dəniz Əsədovanın əlində olan sübutlar onun telefonunda olmuşdur. Həmin sübutlar onun telefonunda olduğu üçün polis əməkdaşları onu saxlamışlar. Onu sonra polisə müqavimət göstərməklə şərləyərək Binəqədi Rayon Məhkəməsinin qərarı ilə inzibati həbs vermişlər. Məhkəmədən çıxan kimi onu Bakı şəhər Baş Polis İdarəsinə Tərxan müəllimin yanına aparmışlar. Tərxan müəllim ona telefonu açmayacağı təqdirdə atasını da tutacaqlarını bildirmişdir. Ona telefonu açıb sübutları sildikdən sonra onu sərbəst edəcəklərini bildirmişlər. O, telefonun şifrəsini açdıqdan sonra inzibati həbsə göndərilmişdir. Lakin onu 43-cü Polis bölməsinə apararaq narkomanların olduğu yerə atmışlar və orada xəstəliyə yoluxmuşdur. İki gün sonra Həsənov Seymur adlı müstəntiq gəlmiş, ona üzərində nəsə olub-olmamasını soruşmuş, həmçinin ona ağ vərəqlərə qol çəkməsini, daha sonra buraxılacağını bildirmişdir. Onun 8 sutkalıq həbsi bitdikdən sonra o, Həsənov Seymurun yanına getmişdir. Onun telefonunda pornoqrafik videolar olmuşdur. Lakin o, heç kimə həmin pornoqrafik videoları satmamışdır. Ona göndərilən pullara görə “İnstagram” sosial şəbəkəsində istifadəçilərə izləyici sayını artırmasına kömək etmişdir. Bunun qarşısında da ona pul ödəmişlər. İttiham aktında qeyd edilən pullar izləyici sayının artırılması ilə bağlı olmuşdur. Onun telefonuna uşaq pornoqrafiyasına aid videoların necə yükləndiyini bilmir. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, onun "xxxx" və “Leobank”a məxsus kartları olmuş, iş üzrə şahidlər ona “İnstagram”da panel proqramı üçün pul köçürmüşlər, onun kartına pul atanlara müstəntiq psixi və fiziki iztirab verərək onun üzünə durmalarını tələb etmişdir. Bununla yanaşı, ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə elan edilkməklə tədqiq olunmuş ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, xx.xx.2001-ci ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşıdır, işləmir, subaydır, ali təhsillidir, məhkum olunmamışdır, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində nömrəsiz ünvandakı evdə atası, anası və bacısı ilə birgə yaşayır. Qərbi Kaspi Universitetinin Yüksək Texnologiyalar fakültəsini əla qiymətlərlə bitirdiyindən, həmçinin müxtəlif kurslarda iştirak etdiyindən kompyuter texnologiyaları üzrə ixtisaslaşmışdır. O, heç bir yerdə işləmədiyindən pul qazanmaq məqsədi ilə qərara gəlmişdir ki, öz adına açacağı “Teleqram” kanalında qapalı qrup yaratsın, həmin qrupa pornoqrafik videolar və fotoşəkillər toplayaraq qrupa müraciət edən şəxsləri ödənişlə qrupa daxil edib pornoqrafik video və fotoşəkillərə baxmalarına şərait yaratsın. Bu niyyətlə 2023-cü ilin avqust ayının ortalarında ***-***-**-** nömrəsi ilə istifadə etdiyi “Samsung NQTE10” markalı mobil telefonunda “Randomhsfs” adı ilə “Teleqram” kanalı açmış, teleqram kanalını bağlı etmişdir. Odur ki, hər dəfə özünün “Teleqram” kanalına ***-***-**-** nömrəsinə gələn kodla daxil olurmuş. Həmin tarixdə də “Teleqram” kanalında “Hunter” və “Qeyretti_qehbeler” qrupu yaratmışdır. Həmin qruplar tam bağlı qruplar olmuş, heç kimə açıq olmamışdır. “Hunter” qrupunu ödənişli, “Qeyretti_qehbeler” qrupunu isə ödənişsiz etmişdir. Sonuncu qrupu ona görə ödənişsiz etmişdir ki, həmin qrup pulsuz olduğundan iştirakçısı çox olmaqla qrupunun reytinqini yüksəltsin. O, 1-2 gün ərzində sosial şəbəkədən, əsasən də “Teleqram” kanalından pornoqrafik videoları və fotoşəkilləri seçərək özünün yaratdığı “Hunter” və “Qeyretti_qehbeler” qrupuna yığmışdır. Həmin videoların sırasında Azərbaycan qadınları da olmuş, onların videolarını və fotoşəkillərini sosial şəbəkədən götürmüş, onlar özləri cinsi əlaqədə olmalarını və cinsiyyət orqanlarını “Teleqram” kanallarına yerləşdirmişlər. O, sosial şəbəkə aludəçisi olduğundan həmin qrupları izləyərək intim videolar barəsində məlumatlı olmuşdur. “Hunter” və “Qeyretti_qehbeler” qrupuna yerləşdirdiyi pornoqrafik videolar və fotoşəkillər sırasında azərbaycanlı qadınlardan 5 nəfərini xatırlayır, onlar “Teleqram” kanalında adlarını “Nunu”, “Aytən”, “Günel”, “Totu”, Nəzrin və “Vasmoy malış” adlanan blogerin nişanlısı Naz İbrahimova kimi qeyd etmişlər. Digər pornoqrafik videolarda və fotoşəkillərdə 16 və 17 yaşlı xarici universitet tələbələrinin dərsdəki və evlərdəki görüntüləri olmuşdur. 16 və 17 yaşında olduqlarını bildiyi “Hunter” qrupundakı videoları ehtiyat kimi, həmçinin telefonunun “Qalereya” proqramının “CP”, “Teleqram”, “Aфпо Педо”, “neдo ПАПА” və hazırda xatırlamadığı papkalarında da saxlayır. Pornoqrafik videolar 30-50 saniyəlik və ya 1 və 2 dəqiqəlikdir. 2023-cü ilin avqust ayının ortalarında sosial şəbəkədə, əsasən də “Teleqram” kanallarında reklamlar yerləşdirmiş, reklamlarda yazmışdır ki, pornoqrafik videolara və fotoşəkillərə baxmaq istəyən istənilən şəxs ödəniş etməklə qapalı olan qrupuna daxil ola bilər. Proqrama uyğun olaraq onun reklamına daxil olan şəxs yalnız ona mesaj yaza bilirmiş və həmin qaydada müraciət edən şəxslərlə mesaj formasında ünsiyyət edirmiş. Həmin andan başlayaraq pornoqrafik videolara və fotoşəkillərə baxmaq istəyən şəxslər onun linkinə yazırmış, o, yazan şəxslərə "xxxx"a aid, öz adına olan 4169 7388 8836 0595 nömrəli kartının nömrəsini verirmiş, qrupuna daxil olmaq üçün 5-10 manat ödəniş etmələrini istəyirmiş, ödəniş etdikdən sonra ödəniş edən şəxsləri qrupuna daxil edirmiş. Bu minvalla “Hunter” qrupuna 37, “Qeyretti_qehbeler” qrupuna isə 40 nəfər iştirakçı daxil olmuşdur. Qrupuna daxil olan şəxslərə qrupunda olan pornoqrafik videolara və fotoşəkillərə baxmaq məhdudiyyəti olmamışdır. “Teleqram” kanalındakı “Hunter” və “Qeyretti_qehbeler” qruplarında pornoqrafik videolar və fotoşəkillər yaydığına görə 2023cü ilin noyabr ayının əvvəllərində “Qeyretti_qehbeler” qrupu koda düşərək bağlanmış, lakin “Hunter” qrupundakı və “Qalereya” proqramındakı bütün pornoqrafik videolar və fotoşəkillər “Samsung NOTE10” markalı telefonunun yaddaşında qalmışdır. xx.xx.2023-cü il tarixdə Sabunçu RPİ-də olarkən “Samsung” markalı telefonunu və həmin kartını könüllü olaraq təqdim etmiş, telefonuna baxış keçirilərkən “Hunter” qrupundakı və “Qalereya” proqramındakı videolar aşkar edilərək götürülmüş, o, telefonunu könüllü olaraq təqdim etmişdir. O, bu kimi hərəkətlərini yaşadığı Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən nömrəsiz ünvandakı evindən etmişdir (cild 1, iş vərəqi 78-81, 214- 216). Həmin ifadələrin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini tam etiraf etmiş və işin faktiki hallarına uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 171-1.2.1 maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, “Telegram” kanalında “Azəri ifşaları” adlı reklama rast gəlmiş, həmin reklama daxil olan zaman ödəniş etməli olduğu ilə bağlı bildiriş almışdır. Telefonu vasitəsilə kartdan karta 5 manat məbləğində pul göndərmiş, pulu göndərdikdən sonra linkə daxil olmuşdur. Həmin linkdə onun qabağına uşaq pornoqrafiyası ilə bağlı videolar çıxmış, bunu görən kimi dərhal baxmadan səhifədən çıxmışdır. Məhkəmədə verilən suallara cavab olaraq Şahid1 bildirdi ki, o, İlkini tanımır. Ona müstəntiq tərəfindən heç bir təzyiq olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, sosial şəbəkələrin birində onun qarşısına reklam çıxmış, reklamın şüarı isə “maraqlı, əyləncəli dünyaya daxil ol” olmuş, o, reklama girəndə “Telegram” kanalı açılmış, həmin kanala qoşulmaq üçün 10 manat ödəniş etmək lazım olmuşdur. O, həmin pulu ödəyərək qrupa daxil olmuş və görmüşdür ki, qrup pornoqrafik qrupdur. Bunu görən kimi səhifədən, qrupdan çıxmış, həmin qrupu bloka atmışdır. Qrupda uşaq pornoqrafiyalarına aid videolar olmuşdur. Məhkəmədə verilən suallara cavab olaraq Şahid3 bildirdi ki, o, ödənişi kart vasitəsilə etmiş, amma bu ödənişin kimə olunduğunu bilməmişdir. Təqsirləndirilən şəxsi heç vaxt görməmiş, qrupa daxil olan zaman sadəcə ad və soyadı bilinmişdir. Panel üçün heç kəsə müraciət etməmişdir. Qrupda həm uşaq, həm də böyük pornoqrafiyalarına dair videolar olmuş, həmin kanaldan ödəmiş olduğu pulunu geri istəmir. Müstəntiq tərəfindən ona təzyiq olunmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, “Telegram” kanalında “tiktokerlərin ifşası” adlı reklama rast gəlmiş, qrupa daxil olan zaman ona ödəniş etməli olduğu ilə bağlı bildiriş gəlmiş, o, bank kartına 5 manat məbləğində ödəniş etdikdən sonra link açılmış, o, linkə daxil olmuş, amma həmin linkdə tiktokerlərin ifşası ilə bağlı heç nəyə rast gəlməmişdir. Linkdə azyaşlı uşaqların pornoqrafik videoları olmuş, bunu görən kimi o, dərhal baxmadan səhifədən çıxmışdır. Məhkəmədə verilən suallara cavab olaraq Şahid4 bildirdi ki, o, linkə daxil olmaq üçün şəxsi kartı olan “Birbank” tətbiqi vasitəsilə digər karta pul göndərmişdir. Ona müstəntiq tərəfindən heç bir təzyiq olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, ona “Telegram” kanalından bir link gəlmiş, linkdə həmin kanalın adı “tiktokerlərin ifşaları” olmuşdur. Bir-iki dəfə səhifəni ötürsə də, təkrarən gəlmiş, linkə daxil olan zaman “Birbank” kart nömrəsi açılmış, o, həmin karta 5 manat ödəniş etmiş, ödəniş edildikdən sonra ona qrupa daxil olmağı ilə bağlı bildiriş gəlmiş, o, qrupa daxil olmuş və görmüşdür ki, bu pornoqrafik qrupdur, orada uşaq pornoqrafiyaları öz əksini tapmış, lakin tiktokerlərin ifşaları ilə bağlı heç bir video olmamışdır. O, bunu gördükdən sonra qrupdan çıxmış və həmin qrupu bloka atmışdır. Məhkəmədə verilən suallara cavab olaraq Şahid5 bildirdi ki, qrupun adı “Hunter” olmuş, pornoqrafik videolardakı şəxslər xarici vətəndaşlar olmuş, pornorqrafik videolardakı şəxslər həm azyaşlı, həm də böyük adamlar olmuşdur. Ona müstəntiq tərəfindən təzyiq olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, o, "xxxx" kartından digər karta 5 manat pul ataraq qrupa daxil olmuş, aylar sonra şahid hələ də qrupda olduğunu görmüş və çıxmışdır. Məhkəmədə verilən suallara cavab olaraq Şahid6 bildirdi ki, onun daxil olduğu qrup pornoqrafik qrup olmuş, orada uşaq pornoqrafiyasına dair videolar olmuş, qrupu yaradan şəxsi tanımamış, karta pul ataraq qrupa daxil olmuş, qrupu “Telegram” sosial şəbəkəsindən görmüş, pulu göndərdiyi şəxsin adı olmamış, şəxsin ləqəbi “Hunter” olmuş, qrupda neçə material olduğunu bilməmişdir. O, panellə bağlı heç kimə pul ödəməmiş, qrupun şüarı pornoqrafiya olmuşdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və tərəflərin razılığı ilə məhkəmədə elan edilməklə tədqiq olunmuş ifadəsində Şahid2 göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır. "xxxx"a aid 4169 73** **** 0109 nömrəli kart ona məxsusdur, kartdan özü istifadə edir. 2023-cü ilin avqust ayında sosial şəbəkədə rastlaşdığı reklamlarda qeyd edilmişdir ki, “hər kəsi maraqlandıracaq əyləncə var”. Onun diqqətini cəlb etdiyindən reklam yerləşdirən şəxsə mesaj yazmışdır. Həmin şəxs ona sonu 0595 olan bank kartının nömrəsini göndərmiş və bildirmişdir ki, 5 manat ödəniş etdikdən sonra “Teleqram” proqramındakı linkə daxil ola bilər. O, xx.xx.2023-cü il tarixdə öz kartından həmin karta 5 manat köçürmüş, həmin şəxsin ona göndərdiyi linkə “Hunter” qrupuna daxil olmuş, həmin qrupda azyaşlı uşaqların pornoqrafik videolarını görərək dərhal həmin qrupdan çıxmışdır. Belə ki, həmin qrupda azyaşlı uşaqların pornoqrafik videolarının olmasını əvvəlcədən bilməmişdir (cild 1, iş vərəqi 160-161). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və tərəflərin razılığı ilə məhkəmədə elan edilməklə tədqiq olunmuş ifadəsində Şahid7 göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır. 4169 74** **** 4790 nömrəli kart ona məxsusdur, öz adına rəsmiləşmişdir, "xxxx"a aiddir, kartı yalnız özü istifadə edir. xx.xx.2023-cü il tarixdə istifadəsində olan “Samsung” markalı telefonundakı “Teleqram” kanalında rastlaşdığı reklamda “tiktokerlərin ifşaları” qeyd edilmişdir. Həmin reklam diqqətini cəlb etdiyindən həmin reklamla maraqlanmış, reklam yerləşdirən şəxsə “Teleqram” kanalı üzərindən mesaj yazmışdır. Həmin şəxs cavabında həmin qrupa daxil olmağın ödənişli olduğunu, göndərəcəyi kart hesabına 5 manat ödədikdən sonra onu qrupa daxil edəcəyini yazmışdır. Həmçinin sonradan adını bildiyi Təqsirləndirilən şəxs demişdir ki, həmin qrupda pornoqrafik videolar da var. O, razılaşdıqdan sonra sonradan adını bildiyi Təqsirləndirilən şəxs ona sonu 0595 olan bank kartının nömrəsini göndərmiş və bildirmişdir ki, 5 manat ödəniş etdikdən sonra “Teleqram” proqramındakı linkə daxil ola bilər. O, xx.xx.2023-cü il tarixdə saat 03 radələrində özünün adına olan 4169 74** 4790 nömrəli kart hesabından telefonuna yüklədiyi mobil tətbiqi vasitəsi ilə həmin şəxsin 4169 7388 **** 0595 kart hesabına 5 manat pul köçürmüşdür. Bundan sonra İlkin ona link göndərmiş, o, İlkinin göndərdiyi linklə “Hunter” qrupuna daxil olmuş, görmüşdür ki, qrupda hazırda adlarını xatırlamadığı 30-35 nəfər var. Qrupun səhifələrini vərəqləyərkən 5-10 yaşlı uşaqların lüt videolarını, intim əlaqələrini, həmin uşaqların etirasa gətirilməsini görmüş, pornoqrafik videolar 30-50 saniyəlik və ya 1 və 2 dəqiyqəlik olmuş, lakin qrupda tiktokerlərin ifşalarını görməmişdir. Qrupda 10-15 gün qaldıqdan sonra azyaşlı uşaqların parnoqrafik videoları ikrah hissi oyatdığından qrupdan çıxmışdır (cild 1, iş vərəqi 182-183). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2001-ci ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Şimal küçəsi, ev 57 ünvanda qeydiyyatda olmaqla Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində nömrəsiz ünvandakı evdə yaşayan Təqsirləndirilən şəxs "Telegram" platformasına aid "Hunter" və "Qeyretti_qe*beler" səhifələrində pornoqrafik materialları yayması, habelə pornoqrafik xarakterli video materiallarla və şəkillərlə qanunsuz ticarət etməsi barədə daxil olmuş məlumatın müvafiq qaydada qeydiyyata alınmasına və araşdırılmasına göstəriş verilməsi xahiş edilmişdir (cild 1, iş vərəqi 2-4). - könüllü təqdim olunan əşyaların əldə edilməsi və telefonun yaddaşında olanların nəzərdən keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, 1083 nömrəli materialla əlaqədar Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi, "xxxx"a aid 4169 7388 8836 0595 nömrəli Birbank kartını və "Samsung NOTE10" markalı, göy-qara üzlüklü, üzlüyünün arxasında dəmir halqası olan, qara rəngli, hər iki tərəfi şüşədən və arxa tərəfində SAMSUNG yazıları olan, arxa tərəfində yazıların qarşısından şüşəsi çatlayan mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən müstəntiq tərəfindən qəbul edilmiş, daha sonra Təqsirləndirilən şəxsla birgə telefona baxış keçirilmişdir. Təqsirləndirilən şəxs telefonunu özünə məlum olan kodla açmış və telefonun yaddaşından görünmüşdür ki, telefon "Samsung NOTE10" markalı, İMEİ (giriş1) **********52970 və İMEİ (giriş 2) **********52978 kodlu telefondur, telefonda ***-***-**-** nömrəsi istifadə olunur. Telefona daxil olarkən ilk səhifədə "Telefon", "Qalereya", "Mesajlar", "WhatsApp", "Kamera" və üzərində adları olmayan 2 proqram var, 2-ci səhifədə "Samsung", "Google", "Play Market" və 20 müxtəlif proqramlar, 3-cü səhifədə "NAR", "Shazam", "Messenger", "Telegram" və müxtəlif 16 proqramlar, 4-cü səhifədə "kboard Settings", "MYT Material v4", "AR Zonası" və müxtəlif 17 proqramlar, 5-ci səhifədə "Spotify", "TopFollow", "Smart Customs" və müxtəlif 17 proqramlar, 6-cı səhifədə "HappyMod", "Turbo.az", "Termux" və 16 müxtəlif proqramlar, 7-ci səhifədə isə "Play Games", "Ganer Arena" və 7 müxtəlif proqramlar mövcuddur. Təqsirləndirilən şəxs bildirmişdir ki, pul və reytinq qazanması məqsədi ilə könüllü olaraq təqdim etdiyi üzərində ***-***-**-** nömrəsi olan "Samsung NOTE10" markalı mobil telefonunda "Əli İmanov" adı ilə açdığı "Teleqram" kanalındakı hər kəsə bağlı olan "Hunter" və "Qeyretti_qehbeler" qruplarındakı fotoşəkilləri və videoları telefonunun "Qalareya" proqramında da saxlayır, "Qeyretti_qehbeler" qrupu Teleqram kanalından silinsə də, "Hunter" qrupu hazırda mövcuddur. Telefonun teleqram kanalına daxil olarkən "Əli İmanov" profilinin yalançı nömrə olan +1(502)954-0632 nömrə ilə, "Cəfər 333" profilinin isə yalançı nömrə olan (Fake nömrə) +1(331)272-0085 nömrə ilə açıldığı görünür. "Əli İmanov" profilinə daxil olarkən orada 24 qrupun olması müəyyən edilir, 2-ci sıradakı qrup "Hunter" qrupudur. "Hunter" qrupuna daxil olarkən ilk olaraq ekranın yuxarısındakı reklamda yazılıb ki, "Salam yalnız burdakılara aiddi prenium kanala 1000+ olan kanala giriş yalnız burda olanlara 5Azndı fərqli uzun daha marağlı videolar və link var istiyənlər şəxsiyə yazsın". Daha sonra ekranda 1-5 dəqiyqəlik videolar görünür, videoların sayı 568 ədəddir, bütün videolar təxminən 3-15 yaşlı uşaqların pornoqrafik videolarıdır. Belə ki, videolarda qızlarla, o cümlədən yetkin qadınlarla vaginal və anal yolla cinsi əlaqəni əks etdirən videoların olması müəyyən olunur. Həmin videolarda qadın cinsi-intim zonalarının təsviri, kişi cinsiyyət orqanının görüntüsü, həmin orqanlara fokuslanma, azyaşlı və yetkinlik yaşına çatmayan qız uşaqlarının kişi cinsi orqanını əli ilə tutması, azyaşlı uşaqlarla vaginal və anal yolla cinsi əlaqə, o cümlədən azyaşlı uşağın ağız və dil ilə cinsiyyət orqanını yalaması müəyyən olunur. "Hunter" qrupunda, qrupun üzvləri bölməsinə daxil olarkən görünür ki, qrupun 21 üzvü var. Qrupun üzvləri "Əli İmanov", "Elnur", "Elman Ceferov", "jordi", "Taleh", "Nurlan Tural", "İsmayil Babayev", "Emili Hhkjjh", "Cenab Cenab", "Murad", "O", "Həyatdıda Zaur", "E", "Farid", "Rako", "İnsan Ovladi", "Wolf Night", "Arif", "Ali Rahimov", "Fexri085" və "Silinen Hesap profili ilə daxil olan şəxslərdir. Daha sonra telefonun "Qalereya" proqramına girərkən görünür ki, "Şəkillər" hissəsindəki videolarda, o cümlədən "Albomlar" hissəsinin "cp" bölməsində 603 videoda, "Telegram" bölməsində 3 videoda, "**********" bölməsində 81 videoda, "827170" bölməsində 1 videoda, "827071" bölməsində 1 videoda, "827128" bölməsində 1 videoda, "827158" bölməsində 1 videoda, "Педо МАМА" bölməsində 25 videoda, "Teleqram köhnə" bölməsində 154 videoda və "Афро Педо" bölməsində 29 videoda azyaşlı və yetkinlik yaşına çatmayan qızlarla, o cümlədən yetkin qadınlarla vaginal və anal yolla cinsi əlaqəni əks etdirən videoların olması müəyyən olunur. Həmin videolarda qadın cinsi-intim zonalarının təsviri, kişi cinsiyyət orqanının görüntüsü, həmin orqanlara fokuslanma, azyaşlı və yetkinlik yaşına çatmayan qız uşaqlarının kişi cinsi orqanını əli ilə tutması, azyaşlı uşaqlarla vaginal və anal yolla cinsi əlaqə, o cümlədən azyaşlı uşağın ağız və dil ilə cinsiyyət orqanını yalaması müəyyən olunur. Həmçinin, "Qalereya" proqramının "Şəkillər" hissəsində reklam xarakterli, yəni bir anda görüntüyə müxtəlif azyaşlıların intim əlaqədə olmalarının qısa metrajlıq görüntülərinin gəlməsi aşkarlanır. Digər proqramlardan material üçün əhəmiyyətli ola biləcək videoların və ya şəkillərin olması müəyyən edilmədi. Telefona baxış keçirilərkən "Hunter" qrupundakı və "Qalereya" proqramındakı videolar "DVD" diskə köçürülmüşdür (cild 1, iş vərəqi 8-12). - məhkəmə-sənətşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 11/628 nömrəli rəyindən görünür ki:

1. təqdim olunan "Samsung" markalı mobil telefonun yaddaşında olan videogörüntülər pornoqrafik xarakterlidir.

2. təqdim olunan "Samsung" markalı mobil telefonun yaddaşında olan "cp", "Telegram", "Афро Педо", "педо ПАПА" adlı videogörüntülər məzmununa görə uşaq pornoqrafiyası hesab olunur. Aparılmış tədqiqatın dəyəri 100 (yüz) manat təşkil edir (cild 1, iş vərəqi 52-55). - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 171-1.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur (cild 1, iş vərəqi 70-71). - istintaq eksperimentinin keçirilməsi barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi Dilsuz Məmmədovun iştirakı ilə aparılmış istintaq eksperimenti zamanı Təqsirləndirilən şəxs özünə məxsus olan "Samsung NOTE10" markalı mobil telefonundakı Telegram kanalına və kanaldakı "Hunter" və "Qeyretti_qehbeler" qruplarına necə daxil olmasını, "Hunter" və "Qeyretti_qehbeler" qruplarına digər qruplardan videoları necə yükləməsini, qrupa daxil olmaq istəyən şəxsə necə link göndərməsini, qruplara daxil olarkən pornoqrafik videolara nəyə toxunmaqla baxılmasının mümkün olmasını göstərmişdir (cild 1, iş vərəqi 90-91). - axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs yaşadığı Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində nömrəsiz ünvanda yerləşən evində pornoqrafik materialların və ya digər cinayət xarakterli əşya və predmetlərın olub-olmamasını yoxlamaq məqsədi ilə “Axtarış və götürmə aparılması haqqında” Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən axtarış və götürmə aparılmış, axtarış və götürmə zamanı evdən iş üçün əhəmiyyət kəsb edəcək əşya, predmet və ya hər hansı əşya aşkar edilməmişdir (cild 1, iş vərəqi 102). - xx.xx.2023-cü il tarixli X5 məxsus qəbzdən görünür ki, oğlu Təqsirləndirilən şəxs məxsus "xxxx"a aid 4169 7388 8836 0595 nömrəli kartı saxlamaq üçün qəbul etmişdir (cild 1, iş vərəqi 104). - maddi sübut kimi tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd, qara rəngli üzərində ***-***-**-** saylı mobil GSM nömrəsi olan “Samsung NOTE10” markalı mobil telefon aparatı iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, saxlanılması üçün Sabunçu rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 105, 106). - "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə xx.xx.2023-cü il tarixədək olan müddət ərzində “4169 7388 8836 0595” nömrəli plastik kartın bağlı olduğu hesab üzrə çıxarışlar təqdim edilmişdir. Həmin çıxarışlardan görünür ki, Təqsirləndirilən şəxs məxsus "xxxx" ASC-yə aid 4169 7388 8836 0595 nömrəli kart hesabına X3 hesabından xx.xx.2023-cü il tarixdə 5 manat, Şahid2 hesabından xx.xx.2023-cü il tarixdə 5 manat, Şahid1 hesabından xx.xx.2023-cü il tarixdə 5 manat, X8 hesabından xx.xx.2023-cü il tarixdə 10 manat, Şahid4 hesabından xx.xx.2023-cü il tarixdə 5 manat, Şahid6 hesabından xx.xx.2023-cü il tarixdə 5 manat, Şahid7 hesabından xx.xx.2023-cü il tarixdə 5 manat pul köçürülmüşdür (cild 1, iş vərəqi 133-155). - ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 131 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs nevrasteniya aşkar olunur. Təqsirləndirilən şəxs qeyd edilən "nevrasteniya” onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs onda qeyd olunan anlaqlılığı istisna etməyən psixi pozuntu nəticəsində öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarında olmamışdır. Təqsirləndirilən şəxs hazırkı müayinə zamanı seksual seçimin pozuntusu müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMin 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 184-186). - xx.xx.2024-cü il tarixli raportdan və ona əlavə edilmiş VMAS-dan alınmış məlumatdan görünür ki, ********* nömrəli cinayət işinin ibtidai istintaqın araşdırılması zərurəti ilə əlaqədar ***-***-**-** nömrəsinin rəsmiləşdirildiyi şəxs barədə məlumatların VMAS-də yoxlanılmasına və çıxarılmasına göstəriş verilməsi xahiş edilmiş və verilmiş cavabdan həmin mobil nömrənin X5 məxsus olması müəyyən edilmişdir (cild 1, iş vərəqi 187-189). - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yeni məzmunda Azərbaycan Respublikası CM-in 171-1.2.1-ci maddəsi ilə ittiham elan edilmiş, "Qeyretti_qehbeler" qrupunun və həmin qrupda 5 azərbaycanlı qadının fotoşəkillərinin, eləcə də özlərini "Nunu", "Aytən", "Günel", "Totu", Nəzrin və "Vasmoy malışın nişanlısı Naz İbrahimova" adlandıran şəxslərin pornoqrafik videolarının mövcudluğu təsdiqlənmədiyindən həmin xüsusatlar üzrə cinayət işinin başlanılması rədd edilmiş, "Hunter" qrupunda 37, "Qeyretti_qehbeler" qrupunda isə 40 nəfərin olması barədə Təqsirləndirilən şəxs ifadəsində göstərilən şəxsləri müəyyən etmək mümkün olmadığından, sübuta yetməyən həmin xüsusatlar üzrə cinayət işinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs yaydığı uşaq pornoqrafiyasının mənbəyinə görə material ayrılmışdır (cild 1, iş vərəqi 183-199). - təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham dəyişdirilərək və əlavələr edilərək o, Azərbaycan Respublikası CM-in 171-1.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir (cild 1, iş vərəqi 206-207). - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 221). - Sabunçu RPİ-nin tibbi müayinə keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyat kitabçasında olan yazılardan görünür ki, Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin MSY-ə gətirilərək üzərinə baxış keçirilən zaman sağ ayağında, sol qolunda, sağ qolunda və kürəyinin müxtəlif yerlərində qızartı səpki yaralar aşkar olunmuş, özünün dediyinə görə bu əlamətlər onda olan “qribok” xəstəliyi ilə əlaqədardır (cild 1, iş vərəqi 226-229). Məhkəmə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır, bunu təqsirləndirilən şəxsin müdafiə mövqeyi kimi dəyərləndirir və hesab edir ki, belə ifadələr verməklə təqsirləndirlən şəxs məsuliyyətdən yayınmaq məqsədi güdür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs polislər tərəfindən döyülməsini təsdiq edən hər hansı dəlil məhkəməyə təqdim etməmişdir. Bundan əlavə, polis şöbəsində tutularkən Təqsirləndirilən şəxs müdafiə hüququ təmin edilərək müdafiəçi dəvət edilmiş, müdafiəçinin iştirakı ilə o tutulmuşdur. Bundan sonra o, bütün izahat və ifadələrini müdafiəçinin iştirakı ilə vermişdir, hətta bir sıra izahat və ifadələri alınarkən videoçəkilişdən istifadə edilmiş, görüntülər yazılmış disklər iş materiallarına əlavə edilmişdir. Həmin görüntülərdə Təqsirləndirilən şəxs tam sərbəst ifadə verdiyi, ona qarşı hər hansı təzyiqin olmadığı aşkar görünür, eyni zamanda o özü polislər tərəfindən ona təzyiq olunmadığını bildirir. Məhkəmə onu da qeyd edir ki, bu görüntülərdə Təqsirləndirilən şəxs bədəninin açıq yerlərində hər hansı xəsarətin izi aşkar olunmur. Daha sonra, iş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət və təqdimata baxılarkən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək polislər tərəfindən döyülməsi barədə heç nə bildirməmişdir. Buna baxmayaraq, məhkəmə istintaqı zamanı məhkəmə Təqsirləndirilən şəxs tibbi kitabçasının surətini onun saxlanıldığı İstintaq təcridxanasından tələb edib baxışını keçirmiş, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə təcridxanaya qəbul edilərkən üzərinə baxış keçirilən zaman onun bədəni üzərində yeni xəsarət izləri aşkar edilməmiş, onun özü də xəsarət almadığını bildirmişdir. Bütün bunlar onu göstərir ki, polis əməkdaşları tərəfindən döyülmə barədə məhkəmədə deyilənlər uydurmadan başqa bir şey deyil və məhkəmə həmin halı həqiqətə uyğun hal kimi qəbul edə bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 171-1.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi uçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti anlaqlılığı istisna etməyən psixi pozuntusu olmaqla törətməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9-cu maddəsinə, gənc və ali təhsilli şəxs olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 171-1.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə ən aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin olunmasını məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən, cəza təyin edən məhkəmə, şəxsin cəza çəkmədən islah olunmasını mümkün hesab edərsə, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə cəzasını yüngülləşdirən halları nəzərə alıb, onun azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsini mümkün hesab edir. Belə ki, qüvvədə olan cinayət qanunvericiliyinin mövqeyinə görə, cəza cinayətə görə sitəm kimi deyil, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilməlidir. Burada sosial ədalətin bərpası cinayətlə pozulan şəxsi, ictimai və dövlət mənafeyinin bərpasını nəzərdə tutur. Sosial ədalətin bərpası kimi cəzanın məqsədi cinayətin şəxsiyyətə, cəmiyyətə və dövlətə vurduğu ziyanın optimal kompensasiya imkanını, cəzanın cinayətin ağırlığına, təqsirkarın şəxsiyyətinin təhlükəliliyinə, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara uyğunluğunu və sair halları nəzərdə tutur. Göstərilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanı real çəkməsinə və cəmiyyətdən təcrid edilməsinə zərurət yoxdur. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinin tələbinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Həmin Məcəllənin 70.5-ci maddəsinə görə məhkəmə şərti məhkum etmə təyin edərkən həmin şəxsin üzərinə onun islah olunmasına kömək edən bir sıra vəzifələr qoya bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində sınaq müddəti müəyyən edilməli və sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalı, üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs əlavə cəza qismində təyin ediləcək dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzasının əvvəli hökmün qanuni qüvvəyə mindiyi andan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.3-cü maddəsinə əsasən, şərti məhkum etmə zamanı müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs 22 noyabr 2023-cü il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən 24 noyabr 2023-cü ildə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 22 noyabr 2023-cü il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 30, 87-88, 107-111, 175-176). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barələrində seçilmiş həbs qətimkan tədbiri ləğv olunmalı, o, dərhal məhkəmə zalından həbsdən azad olunmalı, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021ci il tarixli qərarına əsasən cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs götürülərək Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan bir ədəd, qara rəngli üzərində ***-***-**-** saylı mobil GSM nömrəsi olan “Samsung NOTE10” markalı mobil telefon aparatı onun özünə qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 100 (yüz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 171-1.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilsin. Onun barəsində 1 (bir) il 6 (altı) ay sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin və əlavə cəzanın çəkilməsinin başlanğıcı hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Onun davranışına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, o, dərhal məhkəmə iclas zalında həbsdən azad olunsun. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut - Təqsirləndirilən şəxs götürülərək Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan bir ədəd qara rəngli üzərində ***-***-**-** saylı mobil GSM nömrəsi olan “Samsung NOTE10” markalı mobil telefon aparatı onun özünə qaytarılsın. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 100 (yüz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakimlər: (Sədrlik edən) Telman Hüseynov

Əhməd Quliyev

Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar