Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1573/2021 05.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu, (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, hakim köməkçisi X1, məhkəmənin iclas katibi, məsləhətçi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə xx xxxxxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Cahangir Cahangirov küçəsi, ev 29-da qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 3050 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz əldə edib üzərində saxlayıb Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, “Muxtarov” dəmir yolu ərazisinə daşımış, 05 may 2021-ci il tarixdə saat 13:40 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi “Muxtarov” dəmir yolu ərazisində Sabunçu st.XPŞ-nin əməkdaşları tərəfindən əvvəlcədən hazırlanmış əməliyyat-axtarış tədbirləri nəticəsində Sabunçu-Zabrat 2 dəmir yolu mənzilinin 13-cü km Piket 6-da saxlanılaraq, Sabunçu st.XPŞ-nin növbətçi hissəsinə dəvət olunmuş və orada həmin gün saat 14:20-də üzərində şəxsi axtarış və götürmə aparılan zaman Təqsirləndirilən şəxs əlində olan qara rəngli selofan torbanın içərisində külli miqdarda təmiz çəkisi 3050 qram (3 kq 50 qram) olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kanabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü təqsirli bilməyərək göstərmişdir ki, o, anası və qardaşı ilə birlikdə yaşayır. Bədənində ağrıları olduğuna və ağrıya tab gətirə bilmədiyinə görə bıçaq ilə özünə xəsarət yetirmişdir. Daha sonra anası polis bölməsinə zəng vuraraq onu polisə təhvil vermiş və onun müalicə olunmağı üçün 150 manat pul vermişdir. Onun üzərində narkotik vasitə olmamışdır. O, ilk dəfə Balaxanı polis bölməsinə aparılmış, daha sonra Cavanşir adlı şəxs gələrək nəşə, kokos və şüşə adlı narkotik vasitələri göstərərək hansını götürmək istədiyini soruşmuş və o, nəşəni götürəcəyini demişdir. Ona 234-cü maddə ilə 1 il yarım müddətinə cəza veriləcəyi deyilmişdir. Lakin, sonra 3 kiloqram nəşə adlı narkotik vasitəni üzərinə qoymuş və bunu götürməyəcəyi halda qardaşını tutacağını bildirmişlər. O, çarəsiz vəziyyətdə qalaraq qəbul etmişdir. Daha sonra ona yer göstərəcəklərini, guya onun həmin narkotik vasitələri oradan götürmüş olduğunu, döyməsini və ona ağrısının kəsməsi üçün başqa narkotik vasitələri verəcəklərini bildirmişlər. Məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi aşağıdakı sübut növləri ilə də tam təsdiq olunur. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, X8 Polis İdarəsinin Sabunçu stansiyası X9 Dübəndi stansiyası XPM-nin rəisi vəzifəsində çalışır. Sonradan adını bildiyi Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncu ilə heç bir münasibəti olmamışdır. 05 may 2021-ci il tarixdə «Əliməmməd» adlı şəxsin qanunsuz olaraq narkotik vasitələri əldə edib, saxlamaqla daşıması barədə daxil olmuş məlumat həmin tarixdə Sabunçu stansiyası X9 rəhbərliyinə məruzə olunaraq əməliyyat tədbirlərinin keçirilməsi barədə razılıq əldə edildikdən sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra əməliyyat qrupu üzvləri ilə birlikdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində «Əliməmməd» adlı şəxsin olduğu yer müəyyən edilərək həmin gün saat 13:40 radələrində Sabunçu dəmir yolu stansiyası yaxınlığında “Muxtarov” dəmir yolu xəttinin kənarına getmişlər. Orada bir nəfər şəxsin xarici əlamətlərinin «Əliməmməd» adlı şəxsin xarici əlamətləri ilə üst-üstə düşməsini dəqiqləşdirdikdən sonra həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib Sabunçu stansiyası X9 əməkdaşları olmalarını bildirərək həmin səxsə özünü təqdim etməsini təklif etmişlər. Bundan sonra həmin şəxsi Sabunçu stansiyası X13 dəvət etmişlər. X10 video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçiriləcəyi elan edilmiş və əgər üzərində daşınması qadağan edilmiş qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs sağ əlində olan qara rəngli selofan torbanı masanın üzərinə qoymuşdur. Həmin torba açıldıqda içərisindən yaşımtıl rəngli ota bənzər spesifik iyə malik kütlə olan maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin torbadakı narkotik vasitə marixuananı bir ay bundan əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, “Fazenda” adlanan yerdə yolun kənarından taparaq şəxsi istifadəsi üçün özündə saxlamasını bildirmişdir. Bundan sonra aşkar edilmiş kütlə qablaşdırılmaqla zərfin üzəri və bu barədə tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş, Sabunçu st. XPŞ-nin st. XPM-nin rəisi Şahid2 və Sabunçu st. XPŞ-nin st. XPM-nin polis nəfəri Şahid3 Şahid1 ifadəsinə oxşar ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, oğlu Əliməmməd narkotik vasitələrin qəbulu ilə məşğul olmuş, ancaq narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. O, oğlunun narkotik vasitəni qəbul edəndən sonra özünü pis hiss etdiyini, iynə vurduğunu və özünü doğradığını polis əməkdaşlarına bildirmişdir. O, polisləri evinə özü dəvət etmiş, oğlunu aparmaları üçün 150 manat pul vermiş və oğlunu özü tutdurmuşdur. Məhkəmədə əlavə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o hadisə olan gün orada olmuşdur. Onlar Balaxanı qəsəbəsində, eyni həyətdə yaşamışlar. O, sürücü işləmişdir. Təqsirləndirilən şəxs onun əmisi oğludur. Həmin gün evə gələndə Mehriban xanımın ağladığını görmüş, səbəbini soruşduqda Əliməmmədin onun sözünə baxmadığını demiş, daha sonra Əliməmməd gəlmiş və anasından pul istəmişdir. Əmisi oğlu narkotik vasitələrin satışı ilə məşğul olmamış, istifadəçisi olmuş, son vaxtlar dözülməz bir vəziyyətə gəlmişdir. Anasından narkotik vasitələri almaq üçün pul istəmiş, onu narahat etmiş, səs-küy salaraq əl qaldırmışdır. Ona görə də, əmisinin həyat yoldaşı Mehriban xanım polisə məlumat vermiş, Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsinin əməkdaşları gəlmiş və əmisi oğlu Əliməmmədi evdən aparmışlar. Hadisədən iki üç gün sonra adlarını bilmədiyi 3 nəfər polis əməkdaşı həyətə gəlib şəkillər çəkmişdir. Əliməmmədin tutulma tarixini xatırlamır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş məhkəmə-bioloji ekspertizasının 06 may 2021ci il tarixli 7/427 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: «...Şübhəli şəxs Təqsirləndirilən şəxs...» yazıları və imzalar olan kağız paketdəki 01 (bir) ədəd qara polietilen torbada təmiz çəkisi -3050 qram (3kq50qram), olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Cinayət işinə əlavə olunmuş ambulator məhkəmə-narkoloji ekspertizasının 26 iyul 2021-ci il tarixli 2471 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicənin əks təsiri yoxdur. Cinayət işinə əlavə olunmuş ambulator məhkəmə-psixiatrik ekspertizasının 30 iyun 2021-ci il tarixli 1404 saylı rəyindən görünür ki, cinayət işi materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrinin tədqiqi və təhlili əsasında belə nəticəyə gəlirəm ki, Təqsirləndirilən şəxs hal- hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilməyib. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinə əlavə olunmuş Narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinə keçirilməsi haqqında» 06.05.2021-ci il tarixli 1364 saylı aktdan görünür ki, Təqsirləndirilən şəxs sidiyindən OPİ, MET, AMP aşkar edilmişdir. İş materiallarında olan «Şəxsi axtarış və götürmə aparılması haqqında» 05 may 2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Sabunçu st.XPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitələri qanunsuz əldə etmə, daşıma və saxlamada şübhəli bilinən Təqsirləndirilən şəxs saxlanılaraq saat 13.55 radələrində Sabunçu st.XPŞ-nə gətirilmiş və iştirakçılar elan olunduqdan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman üzərində daşınması qadağan olunmuş qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əlində olan qara rəngli sellofan torbanı masanın üzərinə qoyaraq həmin sellofan torbadakı narkotik vasitə qurudulmuş marixuananı 1 ay əvvəl Balaxanıda «Fazenda» adlanan qəsəbə tipli yerdə, xarabalıq kimi ərazidə yol kənarına atılmış formada taparaq sonradan istifadə etməsi üçün «Muxtarov» dəmir yolu xətti ərazisində, dəmir yolu relsinin altında gizlətməsini bildirmişdir. İş materiallarında olan «Videoçəkilişə baxış keçirilməsi haqqında» 08 may 2021-ci il tarixli protokoldan görünür ki, görüntülər 05 may 2021-ci il tarixdə saat 14:20 radələrində qeydə alınmışdır. Görüntülərdə Təqsirləndirilən şəxs Sabunçu stansiyası XPŞ-nin inzibati otaqlarından birində özünü təqdim etməsi təklif edilir. Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonra ondan saxlanılmasının səbəblərinin ona aydın olub-olmaması soruşulur. Təqsirləndirilən şəxs isə narkotik vasitələri qanunsuz əldə etməkdə, üzərində gəzdirməkdə şübhəli olduğu üçün saxlanılmasının ona aydın olduğunu bildirir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman üzərində daşınması qadağan olunmuş qanunsuz əşya varsa təqdim etməsi təklif olunur, Təqsirləndirilən şəxs sağ əlində olan qara rəngli sellofan torbanı masanın üzərinə qoyur, həmin sellofan torba açıldıqda içərisində ota bənzər yaşımtıl rəngli spesifik iyə malik kütlə müəyyən edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirir ki, təqdim etdiyi qara rəngli sellofanın içərisindəki maddə marixuanadır. Həmin sellofan torbada narkotik vasitə olan mariuxananı 1 ay bundan əvvəl Balaxanı qəsəbəsi, “Fazenda” deyilən yerdə, xarabalıq kimi ərazidə yol kənarına atılmış formada taparaq sonradan istifadə etməsi üçün “Muxtarov” dəmir yolu xətti ərazisində, dəmir yolu relslərinin altında gizlətdiyini və şəxsi istifadəsi üçün özündə saxlamasını bildirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü məhkəmə iclasında təqsirli bilməyərək tutulan zaman üzərində narkotik vasitə olmadığını bildirməsi onun ağır ittihamdan yayınmasına dəlalət edir. Belə ki, məhkəmə iclasında araşdrılmış aşağdakı sübutlarla Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlayıb daşıması tam sübut olunur. Cinayət işinin 50-52-ci vərəqlərində olan 06 may 2021-ci il tarixli, «şübhəli şəxsin dindirilməsi» protokolundan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə ifadə verərkən, göstərmişdir ki, ev təmiri ilə məşğul olur, hal-hazırda «Muxtarov» dəmir yolu xətti yaxınlığında yerləşən fərdi yaşayış evində divarların rənglənməsi işini görür. Təxminən bir ay bundan əvvəl Balaxanıdakı «Fazenda» adlı qəsəbə tipli yerdə yerləşən ünvanını dəqiq xatırlamadığı evdə rəngsazlıq işləri görmüşdür. O, ərəfədə günorta vaxtı işlədiyi evə gedərkən həmin ərazidə xarabalıq kimi yerdə yol kənarına atılmış qara rəngli selofan büküm tapmış, həmin bükümün içərisinə baxanda marixuana olduğunu aşkar etmişdir. İki ildir narkotik vasitələrdən istifadə edir və bu səbəbdən də torbanın içərisindəki maddənin marixuana olduğunu bilmişdir. Həmin ərəfədə oradakı işini yekunlaşdırırmış və «Muxtarov» dəmir yolu xətti yaxınlığında yeni iş götürmüşdür. Ona görə də, yol kənarından tapdığı həmin narkotik maddə marixuananı «Muxtarov» dəmir yolu xətti ərazisində dəmir yolu relslərinin altında gizlətmişdir. Bundan sonra 2-3 gündən bir həmin gizlətdiyi yerə gedib marixuanadan istifadəsi üçün lazım olan qədər götürüb istifadə etmişdir. 05.05.2021-ci il tarixdə saat 13:40 radələrində növbəti dəfə «Muxtarov» dəmir yolu xəttinin ərazisinə gedib gizlətdiyi yerdən qara selofana bükülmüş torbanı götürən zaman 2 nəfər mülki geyimli, 1 nəfər isə polis formasında olan şəxslər yaxınlaşaraq özlərini təqdim edib, ondan şəxsiyyətini təsdiq edən sənəd istəmişlər. Lakin üzərində heç bir sənəd olmadığından onu X6 Polis İdarəsinin Sabunçu st. XPŞ-nə dəvət etmişlər. Polis şöbəsində onun üzərinə polis əmədaşlarının iştirakları ilə baxış keçirilərkən əlində olan qara sellofana bükülmüş içərisindəki yaşımtıl rəngli ota bənzər narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Cinayət işinin 53-54-cü vərəqlərində olan 06 may 2021-ci il tarixli, «ifadənin yerində yoxlanması haqqında» protokolundan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə ifadənin yerində yoxlanılması zamanı göstərmişdir ki, təxminən bir ay əvvəl hazırda polis əməkdaşlarına göstərdiyi Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində yerləşən, “Fazenda” adlandırılan yeni salınmış qəsəbədəki fərdi yaşayış evlər sırasında yol kənarı olan baxımsız sahəyə gəlmiş, nömrəsiz fərdi yaşayış evinin hasarının yolkənarı hissəsindəki künc kimi yerdən qara rəngli sellofan torbada narkotik vasitə olan qurudulmuş marixuana tapmış, sonra Bakı şəhəri, Sabunçu rayonu, Muxtarov dəmiryolu ərazisində Sabunçu Pirşağı dəmiryolu mənzilinin 14-cü km Piket 2 ərazisinə gələrək tapdığı narkotik vasitəni həmin yerdən keçən dəmiryolu xəttinin alt hissəsində yerləşən dəlikdə gizlətmişdir. Cinayət işinin 73-75-ci vərəqlərində olan 07 may 2021-ci il tarixli, «təqsirləndirilən şəxsin dindirilməsi» protokolundan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə ifadə verərkən, şübhəli şəxs qismində verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Bundan başqa məhkəmə hesab edir ki, iş üzrə Şahid4 məhkəmədə verdiyi ifadəsi də inandırcı olmamaqla oğlu Təqsirləndirilən şəxs vəziyyətini yaxşılaşdırmağa yönəlmişdir. Belə ki, iş üzrə Şahid4 ibtidai istintaq zaman verdiyi ifadsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur, oğlu ilə münasibəti yaxşıdır, digər oğlu Şahid5 da onunla birlikdə yaşayır. Oğlu Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, daşıması, satması və ya istifadə etməsi ilə bağlı heç bir məlumatı olmamış, polis əməkdaşları onu saxladıqdan sonra məlumatı olmuşdur. Heç zaman Təqsirləndirilən şəxs yaşadıqları ünvana narkotik vasitə gətirməmişdir. Məhkəmədə ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq olunmuş Şahid5 da şahid Mehriban Məmədovanın ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Bununla yanaşı, məhkəmə hesab edir ki, şahid X2 məhkəmədə verdiyi ifadəsi obyektiv həqiqəti əks etdirmir və əmisi oğlu Təqsirləndirilən şəxs müdafiə xarakteri daşımaqla onu cinayət məsuliyyətindən yayındırmaq məqsədi güdür. Belə ki, Fayiz Məmmədov ifadəsində göstərmişdir ki, həmin gün əmisi arvadının məlumatı əsasında Sabunçu RPİnin 12-ci Polis bölməsinin əməkdaşları gəlib Əliməmmədi Balaxanı qəsəbəsindən evdən aparmışlar. Halbuki, iş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 05 may 2021-ci il tarixdə X14 Polis İdarəsinin Sabunçu stansiyası X9 əməkdaşları tərəfindən Sabunçu qəsəbəsi “Muxtarov” dəmir yolu ərazisində saxlanılmışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmasını və ilk dəfə cinayət törətməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli 05 may 2021-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu iləəldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi X8 Polis İdarəsinin Sabunçu stansiyası X10 saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3049,8 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Cinayət işinin materiallarında olan bir ədəd CD disk cinayət işi ürə sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işində saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza xərci ilə əlaqədar Təqsirləndirilən şəxs 78 (yetmiş səkkiz) manat 82 (səksən iki) qəpik məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 05 may 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi X8 Polis İdarəsinin Sabunçu stansiyası X10 saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3049,8 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Cinayət işinin materiallarında olan bir ədəd CD disk cinayət işi ürə sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işində saxlanılsın. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza xərci ilə əlaqədar Təqsirləndirilən şəxs 78 (yetmiş səkkiz) manat 82 (səksən iki) qəpik məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qadasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1573/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1573/2021
05.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver