Məhkəmə qərarları › İş №1(101)-1573/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1573/2023

09.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1573/2023 09.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Məcidov X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, müdafiəçilər – Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə, xx xxxx 2005-ci ildə Beyləqan rayonu, Örənqala kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmayan, Mingəçevir şəhəri, X5 küçəsi, ev 1, mənzil 64-də qeydiyyatda olan, həbs olunanadək Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ə.Məlikov küçəsində nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxansında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.4, 181.2.2, 181.2.5 və 228.4-cü maddələri, xx xxxxxxxx 2002-ci ildə Cəlilabad rayonu, Ağdaş kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmayan, Cəlilabad rayonu, Ağdaş kəndində qeydiyyatda olan, həbs olunanadək Bakı şəhəri, Sabunçu rayonu, Məmmədli qəsəbəsində nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxansında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə özgənin əmlakını açıq talayaraq soyğunçuluq etmiş və qanunsuz olaraq soyuq silahı əldə edib gəzdirməklə həmin silahı tətbiq edib özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edərək quldurluq etmişdir. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs1 ilə bağlı gəldiyi nəticəyə görə, o, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 15 fevral 2023-cü il tarixdə, saat 21:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Yeni yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evlərinin yaxınlığında Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə, qrup üzvü Təqsirləndirilən şəxs2 əlləri ilə Zərərçəkmiş şəxs qollarını tutduğu zaman 2 (iki) dəfə yumruqla sonuncunun sifət nahiyəsindən vuraraq Zərərçəkmiş şəxs sağ yanaq nahiyəsinin sıyrığı ilə nəticələnən, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət yetirərək Zərərçəkmiş şəxs əynində olan tünd yaşıl rəngli qış gödəkçəsinin sol iç cibindən üzərində 5 manat dəyərində ***-***-**-** və 5 manat dəyərində ***-***-**-** mobil nömrələri olan 5 manat dəyərində üzlüyü ilə birlikdə 160 manat dəyərində 01 ədəd sensor ekranlı “Android” əməliyyat sistemi ilə təchiz olunmuş «Xiaomi Redmi 10C» markalı, “220333QAG” modelli, “**********48406, **********48414” imei kodlu mobil telefonu açıq talamaqla Zərərçəkmiş şəxs cəmi 175 manat məbləğində zərər vuraraq soyğunçuluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi 01 ədəd zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmiş soyuq silah hesab edilən ov bıçağını özündə gəzdirməklə 15 fevral 2023-cü il tarixdə, saat 21:10 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində yerləşən «Zeytun bağı» parkın həyətində fəaliyyət göstərən «Zeytun» kafesinin qarşısında Zərərçəkmiş şəxs həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edib özündə olan silah qismində istifadə etdiyi bıçağı Zərərçəkmiş şəxs üstünə doğru dirəyib üzərində olan pul və qiymətli əşyaları tələb etməklə sonuncuya məxsus 90 manat dəyərində «powerbank» adlanan mobil telefon enerjisini dolduran cihazı və 5 manat naağd pulu ələ keçirməklə Zərərçəkmiş şəxs cəmi 95 manat məbləğində zərər vuraraq quldurluq etmişdir. İttiham aktından, həmçinin görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə özgənin əmlakını açıq talayaraq soyğunçuluq etmişdir. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs2 ilə bağlı gəldiyi nəticəyə görə, o, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı, yetkinlik yaşına çatmamış Təqsirləndirilən şəxs1 təklifi ilə sonuncu ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 15 fevral 2023-cü il tarixdə, saat 21:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Yeni yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evlərinin yaxınlığında Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə əlləri ilə Zərərçəkmiş şəxs qollarını tutmuş, qrupun üzvü Təqsirləndirilən şəxs1 2 (iki) dəfə yumruqla sonuncunun sifət nahiyəsindən vuraraq Zərərçəkmiş şəxs sağ yanaq nahiyəsinin sıyrığı ilə nəticələnən, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət yetirərək Zərərçəkmiş şəxs əynində olan tünd yaşıl rəngli qış gödəkçəsinin sol iç cibindən üzərində 5 manat dəyərində ***-***-**-** və 5 manat dəyərində ***-***-**-** mobil nömrələri olan 5 manat dəyərində üzlüyü ilə birlikdə 160 manat dəyərində 01 ədəd sensor ekranlı “Android” əməliyyat sistemi ilə təhciz olunmuş «Xiaomi Redmi 10C» markalı, “220333QAG” modelli, “**********48406, **********48414” imei kodlu mobil telefonu açıq talamaqla Zərərçəkmiş şəxs cəmi 175 manat məbləğində zərər vuraraq soyğunçuluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 ilə onun arasında qısa müddət əvvəl dostluq münasibətləri yaranmışdır. O, Təqsirləndirilən şəxs2 ilə sosial şəbəkə vasitəsilə tanış olmuş, Zərərçəkmiş şəxs isə hadisə baş verən gün tanımışdır. Hadisə baş verən günə qədər o, Zərərçəkmiş şəxs tanımamışdır. Hadisə baş verən zaman o, hadisə yerində olmamışdır. O, hadisə yerinə gələn zaman dostu Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs ilə mübahisə etdiyini görmüşdür. O, Feyruz və Dəryaya yaxınlaşaraq mübahisəni sonlandırmaq istəmiş və bu məqsədlə Dəryanın gödəkçəsindən tutaraq kənara itələmişdir. Daha sonra o, Təqsirləndirilən şəxs2 ilə Zərərçəkmiş şəxs qaçdığını görmüş və ona görə də yaxınlıqda yerləşən parka gedərək orada gözləmişdir. Lakin o, mübahisəni sonlandırmaq məqsədi ilə Zərərçəkmiş şəxs gödəkçəsindən tutaraq kənara çəkdiyi üçün Zərərçəkmiş şəxs özünə məxsus mobil telefonu onun götürdüyünü düşünmüşdür. Bu səbəbdən də Zərərçəkmiş şəxs ona yaxınlaşaraq özünə məxsus mobil telefonun onda olduğunu düşündüyü üçün onun ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Bu vaxt o, mübahisənin daha da böyüməməsi üçün və Zərərçəkmiş şəxs oradan uzaqlaşdırmaq niyyəti ilə yumruqla Zərərçəkmiş şəxs xəsarət yetirmişdir. Bundan başqa, o, Zərərçəkmiş şəxs qarşı heç bir hərəkət etməmişdir. Təqsirləndirilən şəxs1 ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsinə tövsif edilməsini və həmin maddə ilə ona yüngül cəza təyin edilməsini, eləcə də Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, hadisə günü yaşadığı mənzildə olmuş və yuxudan yeni oyanmış, hətta yatağından belə qalxmamışdır. Təqsirləndirilən şəxs1 bir gün əvvəl ona mobil telefon vasitəsilə hərbi komissarlığa gedəcəyini bildirməklə ondan birlikdə getməyini xahiş etmişdir. Lakin o, Rəşada gedə bilməyəcəyini bildirmişdir. Hadisə günü Təqsirləndirilən şəxs1 onun yaşadığı binanın qarşısına gələrək ondan həyətə düşməyini və birlikdə hərbi komissarlığa getməyini xahiş etmişdir. O da Rəşadın artıq onun yaşadığı binanın qarşısına qədər gəldiyi üçün Rəşadla razılaşmışdır. Sonra onlar birlikdə hərbi komissarlığa getmişlər. Daha sonra onlar “Koroğlu” metro stansiyası yaxınlığına gəlmişlər və yaşadıqları ünvana geri dönmək üçün 173 nömrəli avtobusa əyləşmişlər. O, işlədiyi üçün yorğun olmuşdur. Bu səbəbdən də o, avtobusun arxa oturacaqlarının birində əyləşmişdir. Təqsirləndirilən şəxs1 isə sürücünün yanında ayaqüstə dayanmışdır. Bir qədər sonra Təqsirləndirilən şəxs1 avtobusun arxasına, yəni onun yanına gələrək avtobusda sərnişin kimi oturmuş Zərərçəkmiş şəxs ona göstərmişdir. Lakin o, Rəşada fikir verməmişdir. Sonra o, dayanacaqda enib işə getmək istəmişdir. Lakin Təqsirləndirilən şəxs1 onu saxlayaraq avtobusdan enməməsini, əksinə birlikdə parka getməyini bildirmişdir. O, Rəşada pulunun olmadığını və sonra işə gedə bilməyəciyini bildirsə də, həmin vaxt Rəşad ona işə getməsi üçün taksi pulu belə verəcəyini bildirmişdir. Bundan sonra onlar növbəti dayanacaqda enmişlər. O, dayanacaqda endikdən sonra Zərərçəkmiş şəxs da onlarla eyni dayanacaqda endiyini görmüşdür. Onlar dayanacaqda endikdən sonra Zərərçəkmiş şəxs mağazaya daxil olmuşdur. Bu zaman Təqsirləndirilən şəxs1 da Dəryanın arxasınca mağazaya daxil olmuşdur. O, əvvəllər həmin mağazada işlədiyi üçün mağazanın əməkdaşlarını tanımışdır. Hətta o, öz əmisini də mağazada görmüş və əmisi ilə söhbət etməyə başlamışdır. O, mağazada özü üçün cips almışdır. Zərərçəkmiş şəxs mağazada olarkən ona yaxınlaşıb “arxamca nəyə görə düşmüsüz?” sualını vermişdir. O isə Zərərçəkmiş şəxs arxasınca düşmədiyini və Dərya ilə ümumiyyətlə işinin olmadığını bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxs mağazanı tərk etmişdir. Təqsirləndirilən şəxs1 da həmin vaxt Dəryanın arxasınca mağazanı tərk etmişdir. Bundan sonra o da mağazadan çıxmış və həmin vaxt Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs arxasınca getdiyini görmüşdür. O, Təqsirləndirilən şəxs1 işə tələsdiyini və buna görə də oradan getmək istədiyini bildirsə də, Təqsirləndirilən şəxs1 ona məhəl qoymamışdır. O da Təqsirləndirilən şəxs1 onun dostu olduğundan və Zərərçəkmiş şəxs ilə dava etməsinin qarşısını almaq üçün Rəşadla birlikdə getmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 izlədiyini hiss etdiyi üçün yaşlı insanların yanına gedərək həmin yaşlı insanlarla bərabər addımlamağa başlamışdır. Biraz getdikdən sonra Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs yanına yaxınlaşaraq Dəryanı saxlamışdır. O isə Təqsirləndirilən şəxs1 bir qədər geridə gəlmişdir.O, Rəşadla Dəryanın dava etdiyini görüb dərhal müdaxilə edərək Rəşadla Dəryanı sakitləşdirmək istəmişdir. Lakin Təqsirləndirilən şəxs1 ona işi ilə məşğul olmağını bildirmişdir. O da bundan sonra oradan uzaqlaşaraq avtobusa minib işə getmək istəmişdir. O, avtobus dayanacağında olan zaman Təqsirləndirilən şəxs1 ona yaxınlaşaraq bağlı bir paketi ona vermişdir. Təqsirləndirilən şəxs1 ondan həmin paketi saxlamağını və axşam gəlib götürəcəyini bildirmişdir. O da həmin paketi Rəşaddan götürüb işə getmişdir. O, işdə olan zaman oradakı dolabın içində olan tərəzinin altına Rəşadın verdiyi paketi qoymuşdur. Təxminən 30 (otuz) dəqiqədən sonra polis əməkdaşları onun işlədiyi yerə gələrək onu Polis bölməsinə aparmışlar. Təqsirləndirilən şəxs2 ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq elan olunmuş ittiham üzrə ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında özünü təqsirli bilmədiyindən inkaredici ifadə vermiş və bu səbəbdən də onun məhkəmə istintaqında vermiş olduğu ifadəsi ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi arasında əhəmiyyətli ziddiyyət olduğundan onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə özünü təqsirli bilərək göstərmişdir ki, Kürdəxanı qəsəbəsi ərazisində yerləşən «Araz» marketin meyvə tərəvəz şöbəsində satıcı işləyir. O, Təqsirləndirilən şəxs1 3 ildir ki, onun məhəlləsinə gəlib getdiyi vaxtdan tanıyır, sonuncu ilə yoldaşlıq münasibətləri var. 15 fevral 2023-cü il tarixdə günorta saatlarında Rəşad onun yaşadığı evin məhəlləsinə gələrək onunla görüşmüş və hərbi xidmətə getməyi ilə bağlı sənəd toplamaq üçün 1 saylı Respublika Psixiatriya Xəstəxanasına birlikdə getməsini xahiş etmişdir. O da Rəşada etiraz etməmiş və onlar birlikdə yola düşmüşlər. İlk olaraq onlar 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yollanmışlar, lakin orada işləyən həkim getdiyi üçün Rəşad komissiyadan keçə bilməmişdir. Daha sonra o, Rəşad ilə birlikdə digər dost-tanışları ilə gəzişmək üçün Maştağa parkına yollanmışdır. Onlar orada bir qədər vaxt keçirdikdən sonra Rəşadla çıxaraq metronun “Neftçilər” stansiyasına yollanmışdır. O, orada bir nəfər dostu ilə görüşmüş və sonradan onlar Rəşadla birlikdə oradan çıxaraq Kürdəxanı qəsəbəsinə yollanmışlar. Belə ki, işi gecə növbəsi olduğu üçün o, «Araz» marketə iş yerinə getməli olmuşdur. Həmin gün axşam saatlarında onlar metronun «Koroğlu» stansiyasına gəlmişlər. Bundan sonra o, Rəşadla birlikdə 173 saylı sərnişin avtobusuna əyləşərək Kürdəxanı qəsəbəsinə yollanmışdır. Avtobusda olduqları zaman onlar bir nəfər, təxminən eyni yaşda olan, tutulduqdan sonra adını Dərya kimi bildiyi şəxsi görmüşlər. Həmin vaxt Dəryanın əlində mobil telefon olmuşdur. Bu vaxt Rəşad ona Dəryanın arxası ilə düşüb sonuncunun əlində olan mobil telefonu ələ keçirmək istədiyini bildirmişdir. O, əvvəlcə Rəşad ilə razılaşmaq istəməmiş, lakin Rəşadla birlikdə olduğu üçün heç bir söz deməmişdir. Daha sonra onlar Kürdəxanı qəsəbəsində avtobusdan çıxmışlar. Dərya da həmin dayanacaqda çıxaraq yaxınlıqda yerləşən «İL» marketə daxil olmuşdur. O da Rəşadla birlikdə həmin dayanacaqda çıxaraq «İL» marketə daxil olmuşdur. Orada o, özünə cips almış və daha sonra Rəşadla birlikdə Dəryanın arxası ilə düşməyə başlamışdır. Dərya çıxıb üzü fərdi yaşayış evlərinə doğru piyada getməyə başlamışdır. O da Rəşadla birlikdə Dəryanın arxası ilə düşmüş və ətrafda fərdi yaşayış evləri olan küçədə Rəşad Dəryanı çağırmışdır. Dərya dayanıb onlara doğru baxmışdır. Bu vaxt Rəşad Dəryaya yaxınlaşaraq mübahisə etməyə başlamışdır. O isə geriyə yolu olmadığını başa düşüb arxa tərəfdən Dəryaya yaxınlaşmış və əlləri ilə Dəryanın qollarını arxaya doğru çəkərək tutmuşdur. Rəşad isə həmin vaxt yumruqla Dəryanın sifət nahiyəsindən vurmuş və bundan sonra Dəryanın ciblərini axtarmağa başlamış, sonra isə Dəryanın əynində olan gödəkçəsinin cibindən mobil telefonu aşkar edib götürmüşdür. Bundan sonra o, Rəşadla oradan uzaqlaşaraq üzü “Zeytun” parkı istiqamətində qaçmışlar və parkın içərisində olan kafenin qarşısına gəlmişlər. Bu zaman onlar Dəryanın da parka gəldiyini görmüşlər. O, Dəryanı gördükdə, Rəşaddan bir qədər kənara çəkilmişdir. Dərya Rəşaddan mobil telefonunu qaytarmağını xahiş etmişdir. Elə həmin anda Rəşad arxa bel nahiyəsindən bıçaq çıxararaq Dəryanın üstünə doğru tutmuşdur. O, Rəşadın bu hərəkətinə narazılıq etmiş və bıçağı yığışdırmağı Rəşada bildirmişdir. Lakin Rəşad ona qarışmamağı və oradan kənarlaşmağı bildirmişdir. O, Rəşadın əlində bıçaq olduğunu görüb qorxmuş, həm də narahat olduğu üçün oradan uzaqlaşaraq üzü avtobus dayanacağı tərəfə getməyə başlamışdır. Belə ki, o, Məmmədli qəsəbəsində yerləşən «Araz» marketdəki iş yerinə getmək qərarına gəlmişdir. O,avtobus dayanacağı tərəfə gəlmiş, həyacanlı olduğu üçün orada mağazadan özünə su alıb içmiş və avtobusu gözləyərkən ondan təxminən 10-15 dəqiqə sonra Rəşad da oraya gələrək ona yaxınlaşmışdır. Sonra onlar birlikdə 173 nömrəli sərnişin avtobusuna əyləşib üzü Məmmədli qəsəbəsi istiqəmətində getdikləri zaman o, Rəşaddan Dərya ilə aralarında nə baş verdiyini soruşmuşdur. Lakin Rəşad ona heç bir söz deməyərək əynində olan gödəkçəsinin iç hissəsindən içərisi görünməyən sellofan paket çıxarmış və ona verərək həmin paketi iş yerində gizlətməyini, sonra ondan gəlib götürəcəyini bildirmişdir. O, paketdə nə olduğunu soruşduqda, Rəşad ona «indi yeri deyil, avtobusdayıq, sonra deyərəm» demiş və ondan əvvəl yolda avtobusdan çıxmışdır. O, avtobusda həmin paketin içərisinə baxmamışdır. Belə ki, avtobusda çox sayda sərnişin olduğuna və paketin içərisində nə olduğunu bilmədiyindən o, paketi açıb baxmağa qorxmuşdur. Bir qədər irəlidə, yəni Məmmədli qəsəbəsində o, avtobusdan çıxmış və «Araz» marketə iş yerinə getmişdir. Orada o, paketi açdıqda Dəryadan ələ keçirdiyi «Xiaomi Redmi 10C» markalı mobil telefon və Rəşadın Dəryanın üstünə çıxartdığı bıçağın olduğunu görmüşdür. O, narahat olduğu üçün Rəşadın bıçağını işlədiyi meyvə-tərəvəz şöbəsində olan rəfin içərisinə qoyub gizlətməklə orada saxlamışdır. Mobil telefonu isə o, piştaxtanın üstündə saxlamışdır. Bir qədər sonra polis əməkdaşları «Araz» marketə gələrək onu 15-ci Polis bölməsinə aparmışlar. Həmin vaxt o, Rəşadla ələ keçirdiyi mobil telefonu da polis əməkdaşlarına təqdim etmişdir. Lakin o, Rəşadın ona saxlamağa verdiyi bıçağı təqdim etməyə qorxduğu üçün bu barədə heç nə deməmişdir. Belə ki, o, Rəşadın sözü ilə içərisi görünməyən həmin paketi özü ilə iş yerinə gətirmiş və içərisində bıçağın olduğunu bilməmiş, həmçinin bıçağın ona heç bir aidiyyəti olmamış, bıçaq Rəşada məxsus olmuşdur. Daha sonra o, həmin bıçağı da təqdim etmişdir. Məhkəmə istintaqında araşdırılmış mötəbər sübutlara, o cümlədən təqsirləndirilən şəxslərin ayrı-ayrılıqda verdikləri ifadələrə, zərərçəkmiş şəxsin ifadəsinə, habelə cinayət işinin materiallarında olan digər çoxlu sayda sübutlara məcmu halda məhkəmə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.4, 181.2.2, 181.2.5 və 228.4-cü maddələrində, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişlər. Məhkəmə istintaqında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ayrı-ayrılıqda onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirərək, yəni Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.4, 181.2.2, 181.2.5 və 228.4-cü maddələrində, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinə aidiyyətlərinin olmaması, zərərçəkmiş şəxsə qarşı cinayət törətməmələri ilə bağlı hissədə verdikləri ifadələri məhkəmə cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxslərin məhkəmə istintaqında verdikləri ifadələri mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 belə məzmunda ifadə verərək cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətlərini yüngülləşdirmək məqsədi güdmüşlər. Belə ki, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, hadisə günü işdən çıxaraq evə getmişdir. Bunun üçün də o, “Koroğlu” metro stansiyası yaxınlığında 173 nömrəli avtobusa əyləşmişdir. O, avtobusda olan zaman Təqsirləndirilən şəxs1 ona tərs-tərs, yəni narahatedici formada baxdığını görmüşdür. Rəşad gözlərini ona zilləmiş, eləcə də gözlərini ondan çəkməmişdir. Lakin o, Rəşadın ona baxmasına fikir verməməyə çalışmışdır. Buna baxmayaraq, Təqsirləndirilən şəxs1 ona çox diqqətlə baxmışdır. O, dayanacaqların birində düşərək mağazaya daxil olmuşdur. Bu zaman o, geriyə dönüb baxarkən Təqsirləndirilən şəxs1 da onun arxasınca mağazaya gəldiyini görmüşdür. O, mağazada bir müddət gəzdikdən sonra ətrafa nəzər yetirmişdir ki, bəlkə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 mağazanı tərk etmişlər. O, görsənmədən mağazadan çıxmağa çalışan zaman birdən Təqsirləndirilən şəxs2 görmüşdür. Ona görə də o, sakitcə mağazanı tərk etmişdir. Ondan sonra isə Təqsirləndirilən şəxs1 da mağazanı tərk edərək onun arxasınca gəlməyə başlamışdır. O, bir müddət getdikdən sonra Təqsirləndirilən şəxs1 ona yaxınlaşaraq “bir dəqiqə olar səni?” deyə müraciət etmişdir. O da Rəşadın sualına cavab olaraq “bəli, buyurun” deyə qarşılıq vermişdir. Bu zaman Təqsirləndirilən şəxs1 ondan üzərində olan əşyaları verməyini tələb etmişdir. O da “nəyə görə sənə üzərimdə olan əşyaları verməliyəmki?” deyə bildirmişdir. Bundan sonra o, birdən arxasından kiminsə onu vurduğunu hiss etmişdir. O, arxaya çönən zaman Təqsirləndirilən şəxs2 onu arxadan vurduğunu görmüşdür. Həmin an Təqsirləndirilən şəxs1 onun cibindən mobil telefonunu götürərək qaçmışdır. O da mobil telefonu Təqsirləndirilən şəxs1 olduğu üçün Rəşadın arxasınca qaçmağa başlamışdır. Yaxınlıqda park olmuşdur. Həmin parkın yaxınlığında olan kafenin yanında o, Təqsirləndirilən şəxs1 yaxınlaşaraq sonuncudan mobil telefonunu qaytarmasını istəmişdir. Rəşad isə ona telefonunu geri qaytarmayacağını bildirmişdir. O, biraz Rəşadla mübahisə etmiş və sonra Təqsirləndirilən şəxs1 onun üzərinə belindən bıçaq çıxarmışdır. Elə həmin an Təqsirləndirilən şəxs2 “Rəşad bıçaq yox, Rəşad bıçaq yox” deyə qışqırmağa başlamışdır. Lakin Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 məhəl qoymadan ondan üzərində olan başqa əşyaları da tələb etmişdir. Lakin həmin vaxt Feyruz onlara yaxınlaşmamışdır. O da Rəşadın əlində bıçağı görüb qorxmuş və ona görə də üzərində olan “poverbank” və 05 (beş) manat pulu Rəşada vermişdir. Təqsirləndirilən şəxs1 da “powerbank” və 05 (beş) manat pulu götürərək hadisə yerindən qaçaraq uzaqlaşmışdır. Zərərçəkmiş şəxs ifadəsində, həmçinin ibtidai istintaq zamanı təqsirləndirilən şəxslərlə barışdığını, onun təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmadığını, habelə hal-hazırda da barışığın qüvvədə olduğunu və hazırda da onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq təqsirləndirilən şəxslərə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxsin) ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan (cild 1, iş vərəqə 4) görünür ki, Azərbaycan Respublikası DİN-in 102 xidmətindən daxil olmuş məlumatdan məlum olur ki, Kürdəxanı qəsəbəsində yerləşən “Zeytun” parkın girişində 2 (iki) nəfər Zərərçəkmiş şəxs izləmiş, sonradan həmin şəxslər Zərərçəkmiş şəxs döyərək bıçaqla hədələmişlər və təxminən 350-400 manat dəyərində “Redmi” markalı mobil telefonu, “poverbank” cihazını və 5 manat pulu almışlar, habelə 100 manat gətirmədiyi halda telefonda olan şəkilləri yayacaqları ilə bağlı hədələmişlər. xx.xx.2023-cü il tarixli ərizədən (cild 1, iş vərəqə 5) görünür ki, Zərərçəkmiş şəxs 15-ci Polis bölməsinə ərizə ilə müraciət edərək xx.xx.2023-cü il tarixində, saat 20:30 radələrində tanımadığı 2 (iki) nəfər şəxsin onun yaşadığı evin qarşısında onu döyərək əynində olan gödəkçənin sol iç cibində olan “Redmi 10C” markalı mobil telefonunu götürüb getdiklərini bildirmişdir. xx.xx.2023-cü il tarixli izahatdan (cild 1, iş vərəqə 6) görünür ki, həmin gün Zərərçəkmiş şəxs izahat verərək saat 19:00 radələrində Kürdəxanı qəsəbəsi istiqamətində hərəkət edən 173 nömrəli sərnişin avtobusuna mindiyini, Kürdəxanı qəsəbəsində fəaliyyət göstərən “İl” marketin qarşısında dayanacaqda düşərkən bir nəfər tanımadığı şəxsin avtobusdan onun düşdüyünü başqa şəxsə dediyini eşitdiyini, bundan şübhələnərək yaxınlıqdakı marketə daxil olduğunu, avtobusda olan 2 (iki) nəfər şəxsin də onun arxasınca həmin market daxil olduğunu gördüyünü, həmin marketdə həmin şəxslərin getməsini bir qədər gözlədiyini və daha sonra marketdən çıxaraq evinə getmək istədiyini, həmin vaxt həmin iki şəxsin onun arxasınca gəldiyini gördüyünü, ona görə də həmin şəxslərdən qaçmağa başladığını, sonra həmin şəxslərin də onun arxasınca qaçdığını və onu yaşadığı evin qarşısında tutub üzərində nə olduğunu soruşduqlarını, o da üzərində heç nə olmadığını bildirdiyini, həmin vaxt əynində qara gödəkçəsi olan şəxsin onun qollarını arxa tərəfdən tutduğunu, digər şəxs, yəni əynində ağ gödəkçəsi olan şəxsin isə onun sağ nahiyəsinə 2 (iki) dəfə yumruqla vurduğunu və onun əynində olan gödəkçəsinin sol iç cibində olan 350 manat dəyərində “Redmi 10C” markalı mobil telefonu götürüb qaçdığını bildirmişdir. Bundan sonra onun həmin şəxslərin arxasınca qaçdığını və “Zeytun” parkında həmin şəxslərdən mobil telefonunu qaytarmasını tələb etdiyini, həmin vaxt əynində ağ gödəkçəsi olan şəxsin cibindən bıçaq çıxararaq onu hədələdiyini, qara rəngli gödəkçə geyinmiş şəxsin isə bıçaq olduğunu gördükdən sonra oradan qaçıb gizləndiyini, ağ gödəkçəli şəxsin isə onu bıçaqla hədələyib onun üzərində olan əşyaları tələb etdiyini, onun da bıçaqdan qorxduğundan 90 manat dəyərində olan “poverbank” cihazını və 5 manat pulu həmin şəxsə verdiyini, sonra onu hədələyən şəxsin oradan qaçıb getdiyini bildirmişdir. xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 8-9) görünür ki, həmin gün cinayət hadisəsinin baş verdiyi əraziyə baxış keçirilmişdir. xx.xx.2023-cü il tarixli cinayət işinin başlanması haqqında qərardan (cild 1, iş vərəqə 1) görünür ki, xx.xx.2023-cü il tarixində axşam saatlarında Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs xəsarət yetirib bıçaqla hədələyərək sonuncuya məxsus “Redmi 10C” markalı mobil telefonu, “poverbank” adlanan mobil telefon enerjisini dolduran cihazı və 5 manat pulu ələ keçirməklə quldurluq etmələrinə dair fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə cinayət işi başlanmışdır. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 13) görünür ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 26) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 36) görünür ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 44) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 69-73) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 cinayət hadisəsi baş verməzdən əvvəl Zərərçəkmiş şəxs avtobusdan düşdükdən sonra hansı mağazaya daxil olmasını, Zərərçəkmiş şəxs arxasınca onun və Təqsirləndirilən şəxs1 həmin mağazaya daxil olmalarını, Zərərçəkmiş şəxs mağazadan çıxdıqdan sonra onların Dəryanı arxasınca getmələrini, sonra Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs çağırmasını, bundan sonra onun Zərərçəkmiş şəxs yaxınlaşaraq arxadan qollarından tutmasını, Təqsirləndirilən şəxs1 isə Zərərçəkmiş şəxs zorakılıq etdiyini və bundan sonra sonuncunun gödəkçəsinin cibindən mobil telefon götürməsini, bundan sonra onun Rəşadla birlikdə oradan uzaqlaşmasını, daha sonra Zərərçəkmiş şəxs onların arxasınca “Zeytun” parka gəlməsini, bu vaxt onun Rəşaddan bir qədər kənarda dayanmasını, Dərya Rəşada yaxınlaşdıqdan sonra mobil telefonunu Rəşaddan tələb etməsini, həmin vaxt Rəşadın bıçaq çıxararaq Dəryadan üzərində olan başqa əşyalarını tələb etməsini, bıçağı gördükdən sonra onun oradan uzaqlaşmasını, sonradan Rəşadın onun yanına gələrək ona bağlı paket verdiyini bildirmiş, başqa sözlə, törətmiş olduğu cinayətin üsulu və mexanizmi barədə ətraflı ifadə vermişdir. xx.xx.2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 74-77) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 cinayət hadisəsinin baş verdiyi ərazidə törədilmiş cinayətin üsulu və mexanizmi barədə məlumat vermişdir. xx.xx.2023-cü il tarixli əşyanın tanınmaya təqdim edilməsi barədə protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 82-83) görünür ki, həmin gün Zərərçəkmiş şəxs bir neçə mobil telefon təqdim edilmiş və o, təqdim edilmiş mobil telefonlar arasından ona məxsus olan mobil telefonu tanımışdır. xx.xx.2023-cü il tarixli əşyanın tanınmaya təqdim edilməsi barədə protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 84-85) görünür ki, həmin gün Zərərçəkmiş şəxs bir neçə bıçaq təqdim edilmiş və o, təqdim edilmiş bıçaqların arasından Təqsirləndirilən şəxs1 tərəfindən ona qarşı törədilmiş cinayət nəticəsində istifadə edilən bıçağı, yəni cinayətin aləti kimi tətbiq edilən bıçağı tanımışdır. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 86-87) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə ittiham elan olunmuş və o, həmin maddələr ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 97-98) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə ittiham elan olunmuş və o, həmin maddələr ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-146/2023 saylı qərarından (cild 1, iş vərəqə 141-144) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 barəsində 2 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-145/2023 saylı qərarından (cild 1, iş vərəqə 145-148) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. xx.xx.2023-cü il tarixli, 340 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 159-160) görünür ki, vət. Zərərçəkmiş şəxs sağ yanaq nahiyəsinin sıyrığı müəyyən edilmişdir. Xəsarət bərk küt əşya təsirindən törənmiş, müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Xarakter və lokalizasiyasına görə xəsarətin yıxılma nəticəsində əmələ gəlməsi inkar edilir, müxtəlif şəraitlərdə alınması, eləcə də əlçatan nahiyədə yerləşdiyindən müayinə olunan şəxsin özü tərəfindən özünə yetirməsi inkar olunmur. xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən (cild 1, iş vərəqə 150) görünür ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmış, ona vurulmuş ziyan tam şəkildə ona ödənilmiş, eləcə də onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. xx.xx.2023-cü il tarixli üzləşdirmə haqqında protokoldan (cild 1, iş vərəqə 167-171) görünür ki, həmin gün Zərərçəkmiş şəxs İlki oğlu ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə keçirilmiş və həmin vaxt Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə, saat 21:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Yeni yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evlərinin yaxınlığında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona məxsus mobil telefonu ələ keçirdiklərini, həmçinin həmin tarixdə saat 21:10 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində yerləşən «Zeytun bağı» parkın həyətində fəaliyyət göstərən «Zeytun» kafesinin qarşısında Təqsirləndirilən şəxs1 onun üzərinə bıçaq dirəyərək «poverbank» adlanan mobil telefon enerjisini dolduran cihazı və 5 manat pulu ələ keçirdiyini Təqsirləndirilən şəxs2 üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. xx.xx.2023-cü il tarixli üzləşdirmə haqqında protokoldan (cild 1, iş vərəqə 172-176) görünür ki, həmin gün Zərərçəkmiş şəxs İlki oğlu ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə keçirilmiş və həmin vaxt Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə, saat 21:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Yeni yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evlərinin yaxınlığında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona məxsus mobil telefonu ələ keçirdiklərini, həmçinin həmin tarixdə saat 21:10 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində yerləşən «Zeytun bağı» parkın həyətində fəaliyyət göstərən «Zeytun» kafesinin qarşısında Təqsirləndirilən şəxs1 onun üzərinə bıçaq dirəyərək «poverbank» adlanan mobil telefon enerjisini dolduran cihazı və 5 manat nəğd pulu ələ keçirdiyini Təqsirləndirilən şəxs1 üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 179) görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 180) görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. xx.xx.2023-cü il tarixli, 5/381-9/1871 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 207-208) görünür ki, təqdim edilmiş 1 (bir) ədəd sensor ekranlı «Android» əməliyyat sistemi ilə təhciz olunmuş «Xiaomi Redmi 10C» markalı arxa markalanma göstəricisinə görə «220333QAG» modelli «**********48406, **********48414» imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Aparılmış kompüter texniki ekspertizasının tədqiqatının nəticələri nəzərə alınmaqla, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd «Xiaomi Redmi 10C» markalı, «220333QAG» model istifadədə olmuş mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması nəzərə alınaraq işlək vəziyyətdə 2023-cü ilin fevral ayına olan orta bazar qiyməti təxminən 160,00 manat müəyyən olunur. xx.xx.2023-cü il tarixli, 3/466 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 211-212) görünür ki, tədqiqata təqdim edilən 1 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmiş, soyuq silah hesab edilir. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-290/2023 saylı qərarından (cild 1, iş vərəqə 188-192) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 2 (iki) ay müddətinə uzadılmışdır. xx.xx.2023-cü il tarixli, 1008 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 217-220) görünür ki, motivləşdirici hissə: yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 xasiyyətin psixopatik cizgiləri aşkar edilir. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs1 əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Məhkəmə-psixoloji ekspertizası üzrə motivləşdirici hissə: aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs1 idrak prosessləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Qıcığa qarşı həssaslıq, söz götürməmək, inadkarlıq və s. kimi xarakter xüsusiyyətlərinə malikdir. Hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Yekun hissə: yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 qeyd olunan cinayət törədilən anda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs1 xasiyyətin psixopatik cizgiləri aşkar edilir. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədilən anda hər hansı psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs1 öz hərəkətlərini ölçüb-biçmək və ona qarşı törədilənləri düzgün qavrayıb təsvir edə bilmək imkanında olmuşdur. Təqsirləndirilən şəxs1 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs1 göstərilən cinayəti törədən anda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. xx.xx.2023-cü il tarixli, 1009 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 214-215) görünür ki, motivləşdirici hissə: yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazır ki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs2 əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Yekun hissə: yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 xroniki psixi xəstəlik, psixi faəliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsinə lüzum yoxdur. Təqsirləndirilən şəxs2 öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 hal-hazırda öz hərəkətlərinə cavab vermək iqtidarındadır. Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-373/2023 saylı qərarından (cild 1, iş vərəqə 201-204) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddəti 1 (bir) ay müddətinə uzadılmışdır. xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 241- 254) görünür ki, Təqsirləndirilən şəxs1 əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələrindən həmin Məcəllənin 180.2.1, 180.2.4, 181.2.2, 181.2.5 və 228.4-cü maddələrinə tövsif edilməsi, Təqsirləndirilən şəxs2 əməlinin isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələrindən həmin Məcəllənin 180.2.1 və 180.2.4cü maddələrinə tövsif edilməsi, 1 (bir) ədəd mobil telefonun zərərçəkmiş şəxsə qaytarılması, 1 (bir) ədəd soyuq silah hesab olunan bıçağın maddi sübut kimi tanınaraq saxlanılması üçün Sabuçu RPİ-nin saxlanc otağına təhvil verilməsinin nəzərə alınması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 257-258) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.4, 181.2.2, 181.2.5 və 228.4-cü maddələri ilə ittiham elan olunmuş və o, həmin maddələr ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 269-270) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə ittiham elan olunmuş və o, həmin maddələr ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. xx.xx.2023-cü il tarixli qəbzdən (cild 1, iş vərəqə 289) görünür ki, həmin gün Zərərçəkmiş şəxs 1 (bir) ədəd “Redmi 10C” markalı mobil telefonu şəxsən ibtidai istintaq orqanından təhvil almışdır. xx.xx.2023-cü il tarixli ərizədən (cild 2, iş vərəqə 64) görünür ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmış, ona vurulmuş ziyan tam şəkildə ödənilmiş, ona görə də onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X2 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxslər açıq məhkəmə iclaslarında onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmişlər, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşlar. Təqsirləndirilən şəxslərə onların əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində imkan yaradılmış, təqsirləndirilən şəxslər və müdafiəçilər ayrı-ayrılıqda həmin sübutlara dair öz etirazlarını bildirmişlər, habelə məhkəmə istintaqında təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət törətməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən hüquqi qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda, həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsində sübut edilməli olan hallardan biri kimi cinayət hadisəsinin baş vermə faktının müəyyən edilməsi nəzərdə tutulmuşdur. Cinayət hüququ nəzəriyyəsinə görə cinayət hadisəsi dedikdə: müəyyən yerdə, müəyyən zamanda, müəyyən üsulla törədilən və müəyyən nəticəyə gətirib çıxaran hərəkət və ya hərəkətsizlik başa düşülür. Cinayət hadisəsinin sübut edilməsi zamanı hər hansı hadisənin baş verməsinin, hadisənin baş vermə anının, gedişinin və nəticəsinin, baş vermiş hadisənin əlamətlərinin Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsinin, cinayət niyyətinin həyata keçirilməsi mərhələsinin müəyyən edilməsi zəruridir. Cinayət məsuliyyəti o zaman yaranır ki, törədilmiş əməlin əlamətləri ilə Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətləri üst-üstə düşmüş olsun. Şəxsin cinayət törətmək niyyəti onun konkret əməlində təzahür etmirsə, cinayət məsuliyyəti yarana bilməz. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.4, 181.2.2, 181.2.5 və 228.4-cü maddələrində, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri məhkəmə istintaqında tam şəkildə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, cinayət hadisəsi baş verməmişdən əvvəl təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bir-birilərini tanımışlar və onların arasında dostluq münasibətləri olmuşdur. xx.xx.2023-cü il tarixində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə Kürdəxanı qəsəbəsi istiqaməti üzrə hərəkət edən 173 nömrəli sərnişin avtobusuna minmişlər. Onlar həmin avtobusda Zərərçəkmiş şəxs, eləcə də sonuncunun əlində mobil telefon olduğunu görmüşlər və avtobusda olduqları vaxt Zərərçəkmiş şəxs məxsus mobil telefonu qanunsuz şəkildə ələ keçirməklə cinayət törətmək barədə qərara gəlmişlər. Bu hissədə qeyd edilməlidir ki, cinayət törətmək barədə təşəbbüs həmin vaxt yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 gəlmişdir. Belə ki, avtobusda olduqları vaxt Təqsirləndirilən şəxs1 əvvəlcə Zərərçəkmiş şəxs kifayət qədər uzun müddət ərzində baxmış (sonuncunun iddia etdiyi kimi Rəşad gözlərini ona zilləmişdir), daha sonra isə onda formalaşmış cinayətkar niyyəti barədə dostu Təqsirləndirilən şəxs2 bildirmiş, sonuncu da Təqsirləndirilən şəxs1lə razılaşmışdır. Təqsirləndirilən şəxs1lə Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs qarşı cinayətin törədilməsi ilə bağlı razılaşması məhz onlar (təqsirləndirilən şəxslər) avtobusda olduqları vaxt baş tutmuşdur. Məhz ona görə Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslərdən şübhələnərək növbəti dayanacaqda avtobusdan düşdükdən sonra təqsirləndirilən şəxslər də onun arxasınca həmin dayanacaqda avtobusdan düşmüşlər və Zərərçəkmiş şəxs daxil olduğu mağazaya daxil olmuşlar. Zərərçəkmiş şəxs mağazaya daxil olmasının səbəbi kimi göstərmişdir ki, o, təqsirləndirilən şəxslərdən ehtiyat edərək mağazaya daxil olaraq orada təqsirləndirilən şəxslərdən yayınmaq istəmişdir. Zərərçəkmiş şəxs mağazaya daxil olduqdan sonra təqsirləndirilən şəxslərin də həmin mağazaya onun arxasınca daxil olması ona dəlalət edir ki, təqsirləndirilən şəxslər Rəşad və Feyruz zərərçəkmiş şəxs Dəryaya qarşı cinayət törətmək niyyətində olmuşlar və cinayətkar niyyətlərini həyata keçirmək məqsədi ilə Dəryanı nəzarət altında saxlamaqla izləmişlər. Zərərçəkmiş şəxs mağazada da təqsirləndirilən şəxslər Rəşad və Feyruz tərəfindən izləndiyini gördükdən sonra mağazadan çıxaraq yaşadığı ev istiqamətində getməyə başlamışdır. Hətta təqsirləndirilən şəxslərin qanunsuz hərəkətlərindən yayınmaq məqsədi ilə o, evə gedərkən həmin vaxt eyni istqamətdə hərəkət edən şəxslərin yanında getmişdir ki, həmin şəxslərin yanında təqsirləndirilən şəxslər ona qarşı qanunsuz hərəkətlər törətməsinlər. Lakin Zərərçəkmiş şəxs buna müvəffəq ola bilməmişdir. Belə ki, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixində, saat 21:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Yeni yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evlərinin yaxınlığına çatdıqda, Təqsirləndirilən şəxs1 onu çağıraraq dayanmasını tələb etmiş, Zərərçəkmiş şəxs isə Rəşadın tələbi ilə dayandıqda, Rəşad Dəryaya yaxınlaşmışdır. Həmin vaxt digər Təqsirləndirilən şəxs2 də Zərərçəkmiş şəxs arxadan yaxınlaşaraq sonuncunun qollarını arxadan tutmuş, bu vaxt Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmiş, yəni Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs qollarını arxadan tutduğu vaxt Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs 2 (iki) dəfə yumruqla sifət nahiyəsindən vuraraq sonuncuya sağ yanaq nahiyəsinin sıyrığı ilə nəticələnən, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs əynində olan gödəkçənin sol iç cibindən üzərində 5 manat dəyərində olan ***-***-**-** və 5 manat dəyərində olan ***-***-**-** mobil nömrələri, 5 manat dəyərində olan mobil telefon üzlüyü ilə birlikdə 160 manat dəyərində olan 1 (bir) ədəd «Xiaomi Redmi 10C» markalı mobil telefonu qanunsuz şəkildə ələ keçirmişdir. Bundan sonra əvvəlcə Təqsirləndirilən şəxs2, sonra isə Təqsirləndirilən şəxs1 hadisə yerindən qaçmışdır. Nəticədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs ümumilikdə 175 manat məbləğində zərər vurmaqla soyğunçuluq etmişlər. Bununla da qeyd edilən epizod üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə özgənin əmlakını açıq talayaraq soyğunçuluq etmişlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hadisə yerindən uzaqlaşdıqdan sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 arxasınca gedərək onun gödəkçəsinin cibindən mobil telefonunu qanunsuz şəkildə götürmüş Təqsirləndirilən şəxs1 öz əşyasını geri almaq istəmişdir. Bu məqsədlə Zərərçəkmiş şəxs yaxınlıqda yerləşən “Zeytun” kafesinin yanında Təqsirləndirilən şəxs1 yaxınlaşmışdır. Həmin vaxt digər Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 bir qədər aralıda dayanmışdır. Dərya Rəşaddan öz mobil telefonunu tələb etdikdə, Təqsirləndirilən şəxs1 təkrarən tamah niyyəti ilə, lakin bu dəfə daha aqressiv şəkildə Zərərçəkmiş şəxs digər əmlakını ələ keçirmək məqsədi ilə üzərində gəzdirdiyi 1 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmiş soyuq silah hesab edilən ov bıçağı ilə həmin gün saat 21:10 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində yerləşən «Zeytun bağı» parkının həyətində fəaliyyət göstərən «Zeytun» kafesinin qarşısında Zərərçəkmiş şəxs həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edib özündə olan silah qismində istifadə etdiyi bıçağı Zərərçəkmiş şəxs üstünə doğru dirəyib sonuncunun üzərində olan pul və qiymətli əşyaları verməsini tələb etməklə 90 manat dəyərində «poverbank» adlanan mobil telefon enerjisini dolduran cihazı və 5 manat nağd pulu ələ keçirmiş və bununla da Zərərçəkmiş şəxs ümumilikdə 95 manat məbləğində zərər vuraraq quldurluq etmişdir. Bu hissədə qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi ilə hədələməsi onda ifadə olunmuşdur ki, bir qədər əvvəl Təqsirləndirilən şəxs1 dostu Təqsirləndirilən şəxs2lə birlikdə ona qarşı zor tətbiq etməklə (iki dəfə sifət nahiyəsinə yumruqla vurmaqla) soyğunçuluq etdiyindən, təqsirləndirilən şəxslərin sayı iki nəfər olduğundan, həmin vaxt ətrafda köməyə gələn şəxs olmadığından və Təqsirləndirilən şəxs1 üzərində olan bıçağı qəflətən çıxararaq ona dirədiyindən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 tələbini icra etmədiyi halda (üzərində olan əşyaları vermədiyi halda) Təqsirləndirilən şəxs1 ona həmin bıçaqla xəsarət yetirəcəyi ilə bağlı hədəsini real təhlükə kimi qəbul etmişdir. Bununla da Təqsirləndirilən şəxs1 qanunsuz olaraq soyuq silahı əldə edib gəzdirməklə həmin silahı tətbiq edib özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edərək quldurluq etmişdir. O da qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs qarşı quldurluq cinayətini törədərkən digər Təqsirləndirilən şəxs2 qeyd edilən cinayətin törədilməsində hər hansı formada iştirak etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs üstünə bıçaq çıxartdığını gördükdən sonra bu hadisədən qorxaraq hadisə yerindən qaçıb getmişdir. Qeyd edilən hissədə məhkəmənin gəldiyini nəticə həm Təqsirləndirilən şəxs2, həm də Zərərçəkmiş şəxs məhkəmə istintaqında verdiyi ifadəsi, həmçinin ibtidai istintaq zamanı onların verdikləri ifadələri əsasında tam şəkildə öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 ifadə verərək Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs ilə mübahisə etdiyini, həmin vaxt onun həmin şəxslərə yaxınlaşaraq Dəryanın gödəkçəsindən dartmasını və bu qəbildən sair halları bildirsə də, məhkəmə belə nəticəyə gəlir ki, o, qeyd edilən məzmunda ifadə verməklə səmimi olmamış, əksinə yalan məlumat verməklə baş vermiş cinayət hadisəsinin bütün məsuliyyətini digər Təqsirləndirilən şəxs2 üzərinə atmaq istəmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı yuxarıda göstərilən nəticəyə uyğun məzmunda ifadə vermiş, eləcə də Zərərçəkmiş şəxs qollarını arxadan tutub saxladığı vaxt Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs yumruqla xəsarət yetirdiyini, sonra sonuncunun əynində olan gödəkçənin cibindən mobil telefon götürdüyünü, daha sonra Zərərçəkmiş şəxs öz telefonunu Təqsirləndirilən şəxs1 tələb etdiyi zaman Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs üstünə bıçaq çıxartdığını, sonra “poverbank” cihazını və 5 manat pulu götürdüyünü, hadisədən sonra isə Təqsirləndirilən şəxs1 bağlı paketdə olan əşyaları ona verdiyini, onun da həmin əşyaları aparıb iş yerində saxladığını bildirmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs ibtidai istintaqın əvvəlindən məhkəmə baxışının sonunadək eyni məzmunlu ifadə verərək soyğunçuluq cinayət ilə bağlı hər iki təqsirləndirilən şəxsin ona qarşı cinayət törətdiyini, ikinci epizod üzrə isə ona qarşı cinayət törədən şəxsin yalnız Təqsirləndirilən şəxs1 olduğunu bildirmişdir. Həmçinin Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs1 ona hücum edərkən və qəflətən üstünə bıçaq çıxararkən (ikinci epizod) Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 “Rəşad bıçaq yox, Rəşad bıçaq yox” deyə qışqırmışdır. Göstərilənlər ona dəlalət edir ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs qarşı quldurluq cinayətini tək törətmiş, həmin cinayətin törədilməsində digər Təqsirləndirilən şəxs2 icraçı və sair formada iştirak etməmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs qarşı soyğunçuluq cinayətini törətmədiyini, əksinə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs ilə mübahisə etdiyi vaxt Dəryaya yaxınlaşaraq mübahisəyə son qoymaq üçün sonuncunun qollarını arxadan tutduğunu, Rəşadın Dəryaya zorakılıq etdiyi vaxt sonuncunun qollarını buraxaraq hadisə yerindən uzaqlaşdığını, məhz bundan sonra Rəşadın Dəryaya məxsus mobil telefonu götürdüyünü iddia edərək ona qarşı irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 iddia etdiyi dəlillərlə razılaşmır və hesab edir ki, o, məhkəmə istintaqında belə məzmunda ifadə verməklə məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdmüşdür. Məhkəmə bu hissədə qeyd edir ki, Təqsirləndirilən şəxs2 Rəşadla Dəryanın mübahisə etdiyi vaxt mübahisə edən şəxsləri bir-birindən ayırmaq və mübahisəyə son qoymaq məqsədi ilə Dəryaya yaxınlaşıb sonuncunun qollarını arxadan tutması ağlabatan deyil. Belə ki, mübahisənin təşəbbüskarı Təqsirləndirilən şəxs1 olduğu halda Feyruzun Rəşadı deyil, Dəryanın qollarını arxadan tutub saxlaması və bu yolla mübahisə edən şəxsləri ayırmaq istəməsi inandırıcı deyil. Əksinə məhkəmə hesab edir ki, Feyruz Dəryanın qollarını arxadan tutub saxlamaqla faktiki olaraq sonuncunun müqavimətini qırmış, bununla da cinayətin digər iştirakçısı Təqsirləndirilən şəxs1 cinayəti rahat və sərbəst şəkildə başa çatdırması üçün şərait yaratmışdır. Bundan başqa, ikinci epizod üzrə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs üstünə bıçaq çıxartdığı vaxt, yəni birinci epizodla müqayisədə daha təhlükəli bir vəziyyətdə yaxın məsafədə olduğu vaxt Təqsirləndirilən şəxs2 Rəşad və Dəryaya yaxınlaşmaması ona dəlalət edir ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 daha təhlükəli hərəkətlərindən qorxmuş və ona görə də quldurluq cinayətinin törədilməsində iştirak etməmişdir. Ən əsası isə Təqsirləndirilən şəxs2 yuxarıda göstərilən bütün hərəkətlər törədilənədək hadisə yerindən çıxıb getməməsi, əksinə ikinci hadisənin sonunadək yaxın yerdə olması, sonradan Rəşadın onun yanına gələrək bağlı paket verməsi, həmin paketdə cinayətin aləti ilə yanaşı, həmçinin cinayət nəticəsində ələ keçirilmiş əşyanın olması, Feyruzun həmin paketi Rəşaddan alması və iş yerinə aparması məcmu halda ona dəlalət edir ki, o, həqiqətən də Təqsirləndirilən şəxs1lə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs qarşı soyğunçuluq cinayətini törətmiş, törətdiyi cinayətin məsuliyyətini dərk edərək Təqsirləndirilən şəxs1 orada gözləmiş və sonuncu onun yanına gəldiyi vaxt törətmiş olduqları cinayət barədə fikir mübadiləsi aparmışlar. Əks nəticəyə gəlmək üçün başqa hallar müəyyən edilməmişdir. Bundan başqa, məhkəmə istintaqında müəyyən edilmişdir ki, cinayət hadisəsi baş verən vaxt Təqsirləndirilən şəxs1 yetkinlik yaşına çatmamışdır (hazırda yetkinlik yaşına çatıb). Həmçinin cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş ziyan tam şəkildə ödənilmiş, o, təqsirləndirilən şəxslərlə barışmış və onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət hüququ nəzəriyyəsinə görə quldurluq cinayətinin obyekti həm mülkiyyət münasibətləri, həm də insan sağlamlığıdır. Quldurluq cinayəti obyektiv cəhətdən özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı basqında ifadə olunur. Basqın dedikdə, təqsirkarın zərərçəkmiş şəxsə qarşı yönəltdiyi və zor tətbiq edilməsi və ya zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qəflətən törədilən fəal hərəkətlər başa düşülür. Belə basqın o halda quldurluq cinayətinin tərkibini yaradır ki, hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və yaxud belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olsun və vahid məqsədə - özgə əmlakını ələ keçirməyə yönəlsin. "Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli, 01 saylı qərarının 1-ci bəndində göstərilir ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-cı maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Quldurluq cinayəti isə özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır. Həmin qərarın 17-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 3-cü bəndinə görə müvafiq olaraq oğurluq, soyğunçuluq və quldurluq cinayətlərinin “təkrar törədilməsi” əlaməti üzrə tövsif edilməsi üçün CM-in 177, 180, 181-ci maddələri ilə, habelə CM-in 178, 179, 182, 183-cü maddələri ilə nəzərdə tutulan iki və ya daha çox cinayətlərin (hər hansı ardıcıllıqla) törədilməsi tələb olunur. Cinayət Məcəlləsinin 16.3-cü maddəsinə müvafiq olaraq oğurluq və ya soyğunçuluq və ya quldurluq cinayətini törətmiş şəxsin əməlini “cinayətlərin təkrarən törədilməsi” əlaməti üzrə o halda tövsif etmək olar ki, yeni cinayəti törədən vaxt şəxs əvvəllər törətdiyi cinayətə görə məhkum edilmiş (o cümlədən məhkumluğu götürülmüş və ya ödənilmiş) və yaxud cinayət məsuliyyətindən azad edilmiş olmasın, eləcə də əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsin. Həmin qərarın 23-cü bəndində göstərilir ki, Cinayət Məcəlləsinin 181.1-ci maddəsində «həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə (məsələn zərərçəkmişin boğazına kəndir keçirməklə və s.) ifadə oluna bilər. Sözügedən qərarın 23-cü bəndində, həmçinin göstərilir ki, özgə əmlakının ələ keçirilməsi qeyri-müəyyən xarakter daşıyan zorakılıq tətbiq ediləcəyi hədəsi ilə törədilərsə, şəxsin əməlinin soyğunçuluq və ya quldurluq olması məsələsi, işin bütün halları: cinayətin törədilmə yeri və vaxtı, basqın edənlərin sayı, zərərçəkmişin hədələndiyi predmetlərin xarakteri, basqın edənlərin fiziki hədə tətbiq etmək niyyətlərini təsdiq edən hər hansı nümayişkəranə hərəkətlərinin edilməsi və s. nəzərə alınmaqla həll edilməlidir. Bundan başqa, həmin qərarın 25-ci bəndində göstərilir ki, silah qismində istifadə edilən əşya dedikdə, zərərçəkmişə həyatı və ya sağlamlığı üçün təhlükəli xəsarətlər yetirə bilən predmetlər (məsələn, qatlanan və ya mətbəx bıçaqları, ülgüc, ling, dəyənək, balta və sair), həmçinin, hədəfi vurmaq, zərərçəkmişi halsızlaşdırmaq, onun müqavimətini qırmaq üçün nəzərdə tutulmuş predmetlər (məsələn, mexaniki püsgürdücülər, gözyaşardıcı və qıcıqlandırıcı maddələrlə doldurulmuş aerozol və digər qurğular) başa düşülməlidir. Şəxs silahı yalnız nümayiş etdirmişsə və ya aşkar yararsız və ya doldurulmamış silahla zərərçəkmişin həyatı və ya sağlamlığı üçün təhlükəli olan xəsarət yetirmək niyyəti olmadan həmin predmetlərlə onu hədələmiş və ya silah tətbiq etmə görüntüsü yaratmışsa (məsələn: silah maketi, oyuncaq xəncəl), digər ağırlaşdırıcı hallar olmadıqda işin konkret hallarından asılı olaraq onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsində nəzərdə tutulan quldurluq kimi tövsif edilməlidir. Həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (Cinayət Məcəlləsinin 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddət pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.4, 181.2.2, 181.2.5 və 228.4-cü maddələrində, Təqsirləndirilən şəxs2 əməllərində isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin bütün tərkib əlamətləri var və bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs1 əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.4, 181.2.2, 181.2.5 və 228.4-cü maddələri, Təqsirləndirilən şəxs2 əməllərini isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə tövsif edir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.4, 181.2.2, 181.2.5 və 228.4-cü maddələrində, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətmişlər və həmin cinayət hadisəsi həqiqətən baş vermişdir. Həmin cinayət əməlləri ayrı-ayrılıqda başa çatmış cinayətlərdir. Onların əməllərinin cinayət olmasını aradan qaldıran hallar, eləcə də onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.4, 181.2.2, 181.2.5 və 228.4-cü maddələri, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirli bilinməklə ədalətli şəkildə cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilmələrini, zərərçəkmiş şəxsə vurulmuş ziyanın tam şəkildə ödənilməsini, təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxslə barışmalarını, sonuncunun onlara qarşı şikayət və tələbinin olmamasını, cinayət nəticəsində vurulmuş ziyanın hələ ibtidai istintaq zamanı zərərçəkmiş şəxsə tam şəkildə ödənilməsini, eləcə də Təqsirləndirilən şəxs1 cinayət əməlini törədən zaman yetkinlik yaşına çatmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə istintaqında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdıqda (Cinayət Məcəlləsinin 59.1.12-ci maddə) və cinayət nəticəsində dəymiş ziyan könüllü olaraq tamamilə ödənildikdə (Cinayət Məcəlləsinin 59.1.13-cü maddə) təqsirləndirilən şəxsə təyin ediləcək cəza şəxsin təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 84.1-ci maddəsinə görə cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Həmin Məcəllənin 84.2-ci maddəsinə görə yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə görə yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələrində göstərilən cinayət əməlləri həmin Məcəllənin 15-ci maddəsinə əsasən az ağır cinayətlər təsnifatına, Cinayət Məcəlləsinin 181.2.2 və 181.2.5-ci maddələrində göstərilən cinayət əməlləri həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına, Cinayət Məcəlləsinin 228.4-cü maddəsində göstərilən cinayət əməli isə həmin Məcəllənin 15-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər təsnifatına daxildirlər. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Cəza təyini ilə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə belə nəticəyə gələrkən soyğunçuluq cinayətinin törədilmə üsulunu və mexanizmini, həmin cinayətin məhz zorakılıq tətbiq edilməklə törədilməsini, ələlxüsus da həmin cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsini əsas tutmuşdur. Təqsirləndirilən şəxs1 cəza təyini ilə bağlı məhkəmə qeyd edir ki, onun törətmiş olduğu cinayət əməlləri cinayətlərin məcmusunu təşkil etdiyindən, ələlxüsus hər iki epizod üzrə cinayət əməli məhz onun təşəbbüsü ilə törədildiyindən ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.4, 181.2.2, 181.2.5 və 228.4-cü maddələri ilə məhz azadlıqdan məhrum etmə cəzası təyin edilməli və təyin edilmiş cəzalar Cinayət Məcəlləsinin 66.3cü maddəsinə əsasən qismən toplanmaqla ona cinayətlərin məcmusu üzrə qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Həmçinin qeyd edilən təqsirləndirilən şəxsə cəza təyin edilərkən Cinayət Məcəlləsinin 85.5-ci maddəsinin tələbi də nəzərə alınmalıdır. Belə ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.4, 181.2.2, 181.2.5 və 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törədən zaman yetkinlik yaşına çatmasa da, ibtidai istintaq zamanı artıq yetkinlik yaşına çatmışdır. Bu səbəbdən də Təqsirləndirilən şəxs1 ona təyin ediləcək qəti cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir, lakin Cinayət Məcəlləsinin 85.5-ci maddəsinə əsasən ona təyin ediləcək cəza göstərilən maddi hüquq normasında müəyyən edilmiş həddən çox olmamalıdır. Cinayət Məcəllənin 17.1-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin həbsdə saxlanıldıqları müddət cəza müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın əvvəli onların tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan 1 (bir) ədəd bıçaq məhv edilməlidir. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 144 (yüz qırx dörd) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 144 (yüz qırx dörd) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.4, 181.2.2, 181.2.5 və 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.2 və 181.2.5-ci maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanmaqla ona cinayətlərin məcmusu üzrə qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və ona təyin edilmiş qəti cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 16 fevral 2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona həmin maddələr ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və ona təyin edilmiş cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 16 fevral 2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan 1 (bir) ədəd bıçaq məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 144 (yüz qırx dörd) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əli Məmmədov hakimlər Səbinə Məmmədzadə Azad Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar