Məhkəmə qərarları › İş №1(101)-1574/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1574/2021

15.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1574/2021 15.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 2 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər Sabunçu Rayon Məhkəməsinin 03 may 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 27 fevral 2014-cü ildə cəzasının sonu ilə azad olunmuş, Sabunçu Rayon Məhkəməsinin 02 avqust 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 22 may 2020-ci ildə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ş.Ə.Tuti küçəsində yerləşən nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in İ siyahısına daxil edilən ümumi təmiz çəkisi 4,255 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış, bu barədə əldə edilmiş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 06 fevral 2021-ci il tarixdə saat 12:15-də Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ş.Ə.Tuti küçəsində yerləşən «Al market» adlı mağazanın yaxınlığında saxlanılaraq Baş İdarəyə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynindəki qəhvəyi rəngli dəri gödəkçənin sağ yan cibindən ayrı-ayrı çəkiləri 2,010 qram və 2,245 qram olmaqla ümumi təmiz çəkisi 4,255 qram narkotik vasitə olan heroin iki ədəd şəffaf sellofan bükümlərdə aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitənin istifadəçisi olmuşdur. Kakosdan istifadə etmişdir. Tanımadığı şəxslərdən narkotik vasitədən əldə olunmuş maye alıb istifadə etmişdir. Narkotik vasitələri kimdən alması yadında qalmamış, onların anket məlumatlarını və telefon nömrələrini xatırlamır. O, iki dəfə məhkum olunmuş, axırıncı dəfə onu polis əməkdaşları tutaraq, yalandan onun üzərinə güya silah daşıması ilə ittiham irəli sürmüşlər və onu qeyri-qanuni məhkum etmişlər. Onun günahı yalnız ondan ibarətdir ki, o, Nardaran qəsəbəsində anadan olmuş və orada yaşayır. Belə ki, 06 fevral 2021-ci il tarixdə saat 12:15 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ş.Ə.Tuti küçəsində yerləşən «Al market»in yaxınlığında olan zaman 3 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduğunu bildirmişlər və o da özünü təqdim edəndən sonra onun narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirib onu polis əməkdaşları Baş İdarəyə dəvət etmişlər. O, etiraz etməyib polis əməkdaşları ilə birlikdə Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinə getmişdir. Polis idarəsində üzərində axtarış aparılmış, axtarış aparılmazdan əvvəl üzərində narkotik vasitə və digər qanunla dövriyyəsi qadağan edilmiş əşya olduğu halda könüllü təqdim etməyi təklif edilmişdir. Həmin vaxt onun üzərində heç bir narkotik vasitə olmamış və o, bildirmişdir ki, onun üzərində heç bir narkotik yoxdur. Lakin polis əməkdaşları onun üzərinə iki ədəd bükümdə narkotik vasitə qoyaraq, ona bildirmişlər ki, əgər həmin narkotik vasitəni etiraf edib ona məxsus olmasını dediyi təqdirdə, ona CM-nin 234.1-ci maddəsi ilə ittiham veriləcək. O, dərk etmişdir ki, Nardaranlı olduğu üçün onsuzda ona qanunsuz olaraq hansısa ittiham irəli sürəcəklər. Ona görə məcburiyyət qarşısında onlarla razılaşaraq videoçəkiliş zamanı onların onun üzərinə qoyduqları narkotik vasitənin ona məxsus olduğunu bildirərək iki ədəd şəffaf sellofan bükümü təqdim etmişdir. Lakin narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, ona qarşı hər hansı bir təsir və təzyiq olmamışdır. Onun üzərinə narkotik vasitə qoymaları barədə heç yerə şikayət etməmişdir. Onun istifadəsində ***-***-**-** nömrəli telefon olmuşdur. Onun üzərində 2,010 qram və 2,245 qram olmaqla ümumi 4,255 qram narkotik vasitə heroin olmamışdır. Həmin narkotik vasitələri onun üzərinə kim tərəfindən qoyulmasını o, xatırlamır. Ona bildirmişlər ki, əgər üzərinə qoyduqları narkotik vasitəni boynuna götürsə, ona CM-nin 234.1-ci maddəsi ilə ittiham veriləcək. O, sonradan bilmişdir ki, ona CM-nin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir. O, narkotik vasitənin istifədəçisi olduğu üçün özünü qismən təqsirli bilir, laikn həmin gün onda narkotik vasitə aşkar olunmamışdır. Elan olunmuş cinayət işinin 26-27-ci vərəqələrində olan şəxsi axtarış və götürmə aparılması haqqında protokola və protokolda olan imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, elan olunmuş protokolu təsdiq etmir. İmza onun imzasıdır, lakin onun üzərindən narkotik vasitə aşkar olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri və izahatı elan edilmiş, izahatın və ifadənin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 32-33-cü vərəqələrində olan izahatında, 52-54 və 68-70-ci vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: … «... 05 fevral 2021-ci il tarixdə, saat 17 radələrində Maştağa qəsəbəsində olarkən təsadüfən tanış olduğum, adını bilmədiyim, əslən Cəlilabad rayonundan olan bir nəfər şəxsdən özüm istifadə etmək üçün 50 manata iki büküm heroin alıb üzərimdə saxlamışdım. ...Bu təklifdən sonra mən üzərimdə narkotik vasitə olan heroin olduğunu bildirib, əynimdə olan qəhvəyi rəngli dəri gödəkçəmin sağ yan cibindən 02 ədəd şəffaf sellofan bükümü, əynimdə olan qara rəngli cins şalvarımın sağ yan cibindən mobil telefonu və 10 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etdim. Təqdim etdiyim 02 ədəd şəffaf sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik narkotik vasitə heroin aşkar olundu. Şifahi sorğu zamanı mən üzərimdən aşkar edilmiş narkotik vasitə olan heroini bir gün əvvəl adını və anket məlumatlarını bilmədiyim Cəlilabad rayon sakinindən əldə etdiyimi, şəxsi istifadə məqsədi ilə üzərimdə saxlayaraq daşıdığımı bildirdim. ... » Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, elan olunmuş izahatını və ifadələrini təsdiq etmir, ona təqdim olunmuş imzalar onun imzasıdır, izahatı və ifadələrini oxumadan imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində baş əməliyyat müvəkkili işləyir. 06 fevral 2021-ci il tarixdə Sabunçu rayonu, Nardaran qəsəbəsi sakini Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələrin satışı, daşıması, saxlaması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsaında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş və Şahid3 və Şahid2 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs olması ehtimal edilən yerlərin yoxlanılmasına başlanmışdır. Həmin gün saat 12-15-də Təqsirləndirilən şəxs yaşadığı qəsəbədəki «Al Market»in yaxınlığında xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxsi saxlamışlar və özlərini təqdim edəndən sonra həmin şəxsin də Təqsirləndirilən şəxs olduğu müəyyənləşdirildikdən sonra Təqsirləndirilən şəxs saxlanmasının əsaslarını izah edərək Nadirə onlarla birlikdə Baş İdarəyə getməsini təklif etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə Baş İdarəyə getmişdir. Baş idarədə Təqsirləndirilən şəxs üzərində videoçəkliş aparmaqla şəxsi axtarış və götürmə həyata keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya psixotrop maddələr varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin olduğunu bildirib əynindəki gödəkçəsinin sağ yan cibində olan iki ədəd sellofan bükümü təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd sellofan büküm açıldıqda bükümlərin içərisində qəhvəyi rəngli, spesifik qoxulu, heroinə oxşar maddələr olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş iki bükümdəki heroini bir gün əvvəl adını bilmədiyi Cəlilabad rayon sakinindən alıb əldə etdiyini bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş iki ədəd şəffaf sellofan bükümdə olan heroinə oxşar maddələr zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid1 bildirmişdir ki, təqsirləndirilən şəxsə qarşı hər hansı bir təsir və təzyiq olmamışdır. Təqsirləndirilən şəxs özü könüllü olaraq cibində olan 2 bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxsin üzərinə narkotik vasitə qoyulmamışdır. O saxlanılarkən onlarla Baş idarəyə getməyə razılıq vermiş və Baş idarədə üzərində narkotik vasitə oluduğunu da səmimi etiraf edib təqdim etmişdir. Təqsirləndirilən şəxslə heç bir şərt bağlanılmamış və Təqsirləndirilən şəxs deyilməmişdir ki, narkotiki üzərinə götürsə ona CM-nin 234.1-ci maddəsi ilə ittiham elan olunacaq. Bu yalandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 eyni məzmunlu ifadələr verərək Şahid1 dediklərini bir daha təsdiq etmişlər. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, cinayət işində olan protokolları, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 4-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 06 fevral 2021-ci il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli mqidarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə edərək saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. Cinayət işinin 5-6-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 06 fevral 2021-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ş.Ə.Tuti küçəsində yerləşən nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə edərək saxlaması və daşıması barədə daxil olmuş məlumatı araşdırmaq üçün əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin 7-8-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Əbülfət Rzayevin 06 fevral 2021-ci il tarixli, Ə52-007-21 nömrəli Əmrindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ş.Ə.Tuti küçəsində yerləşən nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli mqidarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə edərək saxlaması və daşıması barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin 26-27-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 06 fevral 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olan heroin olduğunu bildirib, əynində olan qəhvəyi rəngli dəri gödəkcəsinin sağ yan cibindən 02 ədəd şəffaf sellofan bükümü, əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən “Alcatel” markalı mobil telefonu və 10 manat pulu çıxarıb təqdim etmişdir. Həmçinin axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən səxşiyyət vəsiqəsi aşkar edilmişdir. Aşkar edilmiş 02 ədəd bükümə baxış keçirdikdə bükümlərin içərisində qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddə olduğu müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroini bir gün əvvəl adını və anket məlumatlarını bilmədiyi Cəlilabad rayon sakinindən əldə etdiyini, şəxsi istifadə məqsədi ilə üzərində saxlayaraq daşıdığını bildirmişdir. Aşkar edilmiş 02 ədəd büküm, 01 ədəd “Alcatel” markalı mobil telefon və şəxsiyyət vəsiqəsi götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı “Sony” markalı videokamera vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 38-43-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 06 fevral 2021-ci il tarixli 6/548 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «şübhəli şəxs: Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...» yazısı olan paketdəki 02 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 2,010 qram və 2,245 qram, ümumi təmiz çəkisi 4,255 qram qəhvəyi rəngli maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in İ siyahısına daxildir. Cinayət işinin 55-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 07 fevral 2021-ci il tarixli DVD disk daşıyıcısında qeydə alınan videogörüntüyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogürüntünü özündə əks etdirən bir ədəd DVD diskə baxış zamanı müəyyən edilmişdir ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla dövriyyəsi qadağan edilmiş əşya varsa könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olan heroin olduğunu bildirib, əynində olan qəhvəyi rəngli dəri gödəkcəsinin sağ yan cibindən 02 ədəd şəffaf sellofan bükümü, əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən «Alcatel» markalı mobil telefonu və 10 manat pulu çıxarıb təqdim etmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən səxşiyyət vəsiqəsi aşkar edilmişdir. Aşkar edilmiş 02 ədəd bükümə baxış keçirdikdə bükümlərin içərisində qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər maddə olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroini bir gün əvvəl adını və anket məlumatlarını bilmədiyi Cəlilabad rayon sakinindən əldə etdiyini, şəxsi istifadə məqsədi ilə üzərində saxlayaraq daşıdığını bildirmişdir. Aşkar edilmiş 02 ədəd büküm, 01 ədəd «Alcatel» markalı mobil telefon və şəxsiyyət vəsiqəsi götürülmüşdür. Cinayət işinin 60-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 07 fevral 2021-ci il tarixli mobil telefon aparatına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd «Alcatel» markalı mobil telefona baxış keçirilmiş və baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 101-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 5(008)-95/2021 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair 06 fevral 2021-ci il tarixli qərarı qanuni hesab edilmişdir. Cinayət işinin 103-104-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 5(005)- 207/2021 saylı qərarından görünür ki, əməliyyat-axtarış tədbirlərinin aparılması barədə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən qəbul edilmiş və həmin İdarənin rəisi Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş 06 fevral 2021-ci il tarixli qərarı qanunauyğun hesab edilmişdir. Cinayət işinin 111-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 10 mart 2021-ci il tarixli CD disk daşıyıcısında qeydə alınan məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə daxil olan və çıxan sms və zəng məlumatlarını özündə əks etdirən CD diskə baxış keçirilmiş və baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 141-143-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Baş Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X1 18 may 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs törətmədiyi cinayəti etiraf etməsi üçün polis əməkdaşları tərəfindən döyülərək işgəncəyə məruz qalması barədə müraciətində göstərdiyi xüsusatlar toplanmış materiallarla təsdiqini tapmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin 164-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən daxil olmuş 09 iyun 2021-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitənin mənbəyini, narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olub-olmaması, onun narkotik vasitə və psxiotrop maddələrin satışı və qəbulunda şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsi mümkün olmamışdır. Cinayət işinin 166-169-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 10 avqust 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Şahid1 istintaq zamanı verdiyi ifadəsini: “...06 fevral 2021-ci il tarixdə etibarlı mənbədən hazırda qarşımda əyləşən Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. ... Şəxsi axtarış zamanı ilk olaraq Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya psixotrop maddələr varsa könüllü olaraq təqdim etməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs səmimi olaraq üzərində narkotik vasitə heroin olduğunu bildirib əynindəki gödəkcəsinin sağ yan cibindən iki ədəd sellofan bükümü çıxarıb təqdim etdi. Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd sellofan büküm açıldıda bükümlərin içərisində qəhvəyi rəngli, spesifik qoxulu, heroinə oxşar maddələr olması müşahidə edildi. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş iki bükümdəki heroini bir gün əvvəl adını bilmədiyi Cəlilabad rayon sakinindən alıb əldə etdiyini bildirdi....” hissəsində Təqsirləndirilən şəxs üzünə qarşı bir daha deyərək sonuncunu ifşa etmişdir. Cinayət işinin 170-173-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 10 avqust 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid2 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Şahid2 istintaq zamanı verdiyi ifadəsini: “...06 fevral 2021-ci il tarixdə etibarlı mənbədən hazırda qarşımda əyləşən Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. ... Şəxsi axtarış zamanı ilk olaraq Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya psixotrop maddələr varsa könüllü olaraq təqdim etməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs səmimi olaraq üzərində narkotik vasitə heroin olduğunu bildirib əynindəki gödəkcəsinin sağ yan cibindən iki ədəd sellofan bükümü çıxarıb təqdim etdi. Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd sellofan büküm açıldıda bükümlərin içərisində qəhvəyi rəngli, spesifik qoxulu, heroinə oxşar maddələr olması müşahidə edildi. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş iki bükümdəki heroini bir gün əvvəl adını bilmədiyi Cəlilabad rayon sakinindən alıb əldə etdiyini bildirdi....” hissəsində Təqsirləndirilən şəxs üzünə qarşı bir daha deyərək sonuncunu ifşa etmişdir. Cinayət işinin 174-176-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 10 avqust 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid3 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Şahid3 istintaq zamanı verdiyi ifadəsini: “...06 fevral 2021-ci il tarixdə etibarlı mənbədən hazırda qarşımda əyləşən Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. ... Şəxsi axtarış zamanı ilk olaraq Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya psixotrop maddələr varsa könüllü olaraq təqdim etməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs səmimi olaraq üzərində narkotik vasitə heroin olduğunu bildirib əynindəki gödəkcəsinin sağ yan cibindən iki ədəd sellofan bükümü çıxarıb təqdim etdi. Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd sellofan büküm açıldıqda bükümlərin içərisində qəhvəyi rəngli, spesifik qoxulu, heroinə oxşar maddələr olması müşahidə edildi. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş iki bükümdəki heroini bir gün əvvəl adını bilmədiyi Cəlilabad rayon sakinindən alıb əldə etdiyini bildirdi....” hissəsində Təqsirləndirilən şəxs üzünə qarşı bir daha deyərək sonuncunu ifşa etmişdir. Buna görə məhkəmə həmin üzləşdirmə protokollarını da sübut növü kimi qəbul edir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən, yəni Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək, ifadəsində göstərmişdir ki, həmin gün onda 4 qram narkotik vasitə olmamış, narkotik vasitələrdən yalnız özü istifadə etmiş, narkotik vasitə satmamışdır. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ilkin ifadələri düzgün və həqiqətə uyğun gələn ifadələrdir, onun məhkəmə iclasında verdiyi ifadə isə həqiqətə uyğun olmayan, özünü cinayət məsuliyyətdən yayındırmaq məqsədi ilə verilmiş ifadədir. Təqsirləndirilən şəxsin elan edilmiş ittiham üzrə cinayət əməllərini törətməkdə təqsirli olması, onun özününn qismən etirafı ilə yanaşı, cinayət təqibi ilə bağlı məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilib toplanmış mötəbər və mümkün sübutlarla kifayət qədər sübuta yetirildi. Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün olaraq tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28.06.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28.06.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28.06.2005-ci il tarixli qanuna əsasən “heroin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda isə külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasiətələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 137-139-cu vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 30.03.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sabunçu Rayon Məhkəməsinin 03 may 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 27 fevral 2014-cü ildə cəzasının sonu ilə azad olunmuş; cinayət işinin 106-109-cu vərəqələrində olan Sabunçu Rayon Məhkəməsinin 02 avqust 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 22 may 2020-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və cinayətin residivini yaradır. Cinayət işinin 123-124-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X5 Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 15 mart 2021-ci il tarixli 778 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 134-cü vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsindən daxil olmuş 26 aprel 2021-ci il tarixli, 3564 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Cinayət işinin 145-147-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi» X5 Ambulator Məhkəmə Psixiatrik eskpertizasının 07 may 2021-ci il tarixli 1011 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə üzvi emosional-labil (astenİk) pozuntu qeyd olunmuşdur. Təqsirləndirilən şəxs aşkar edilən üzvi emosional-labil pozuntu o dərəcədə ifadə olunmayıb ki, törətdiyi əməl dövründə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliİiyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilmişdir. Təqsirləndirilən şəxs qeyd olunan üzvi emosional-labil (astenik) pozuntu onu öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarından məhrum etmir. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs qeyd olunan üzvi emosional-labil (astenik) pozuntu anlaqsızlığa səbəb olmamışdır. Təqsirləndirilən şəxs qeyd olunan psixi pozuntu hal-hazırda natamam kompensasiya vəziyyətindədir və o, öz psixi vəziyyətinə görə hər hansı ictimai təhlükə kəsb etmir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları müəyyən etmədi. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə müvafiq olaraq cinayətlərin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs əməli cinayətlərin residivini yaratdığından, məhkəmə cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsini nəzərə alır. Belə ki, təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 06 fevral 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 23-cü vərəqəsində olan 06 fevral 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Həmçinin, cinayət işinin 85-89-cu vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 4(005)-154/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 06 fevral 2021ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacları olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməsini və ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirlyiinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,055 qram narkotik vasitə heroin məhv edilməli, bir ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 28.06.2003-cü il tarixli və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 06 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirlyiinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,055 qram narkotik vasitə heroin məhv edilsin. Bir ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar