Məhkəmə qərarları › İş №1(101)-1574/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1574/2022

08.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1574/2022 08.12.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçıları-Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları X5 və Dövlət ittihamçısı, müdafiəçi-«Yusifbəyli və Partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxxxx 1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsi, ev 23, mənzil 2 də qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan X10 vətəndaşı “Peyman” adlı şəxs vasitəsilə ünvan 1 ünvanda yerləşən yaşayış binasının girişinə qoyulmuş yerdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 1005 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə - heroini əldə edib üzərində saxlamaqla ünvan 2 ünvanın qarşısına daşımış. 21 aprel 2022-ci il tarixdə, saat 22:00 radələrində Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən qeyd olunan ünvanın qarşısında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq həmin Polis Bölməsinin ünvan 3 ünvanında yerləşən inzibati binasına gətirilmiş, orada üzərində şəxsi axtarış aparılan zaman əynində olan açıq mavi rəngli cins şalvarın bel hissəsindən şəffaf yapışqan lentlə bağlanmış qara rəngli polietilen bağlamada külli miqdarda, yəni 1005 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə - heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 3-4 ildir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan, heroindən və psixotrop maddə olan metamfetamindən istifadə edir. Təxminən 4-5 gün bundan əvvəl "İnstagram” sosial şəbəkəsində İran İslam Respublikasının vətəndaşı "Peyman" adlı şəxslə tanış olmuşdur. Onunla söhbət zamanı o, narkotik vasitə və psixotrop maddə istifadəçisi olduğunu bildirmişdir. “Peyman” ona ucuz qiymətə narkotik vasitə təşkil etməkdə köməklik edə biləcəyəm bildirmişdir. Onlar 21 aprel 2022-ci il tarixdə “Whatsapp” proqramı vasitəsilə danışarkən belə razılığa gəlmişdir ki, “Peyman” ona qramı 7 manata olmaqla 5 qram qurudulmuş marixuana, qramı 15 manata olmaqla 8 qram psixotrop maddə olan metamfetamin və qramı 15 manata olmaqla 10 qram narkotik vasitə olan heroin göndərəcəkdir. O, bunun müqabilində təxminən 2-3 gün sonra "Peyman” adlı şəxsə ümumilikdə 300 manat pul göndərəcəkmiş. O, pulu "Peyman" adlı şəxsə onun ona göndərəcəyi hər hansı bir banka məxsus kart hesabına ödəyəcəkmiş. "Peyman" danışıq zamanı ona bildirmişdir ki, onun adamı narkotik vasitələri və psixotrop maddəni Gənclik metrosunun yaxınlığında olan hər hansı bir əraziyə qoyacaqdır. Daha sonra "Peyman” ona narkotik vasitə və psixotrop maddə qoyulan ərazinin fotoşəkillərini və həmin ərazinin əhatə dairəsi barədə məlumatı atmışdır. O, bundan sonra qeyd olunan ünvana getmiş və bu zaman bir neçə mülki şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrinin göstərib Nərimanov Rayon polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onun qanunsuz olaraq narkotik vasitə saxlamağı və daşımağı barədə məlumatları olduqlarını bildirmişdirlər və bu məlumatın voxlanılması üçün onlarla birlikdə Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə getməli olduğunu demişdirlər. O, etiraz etmədən polis işçiləri ilə birlikdə Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin inzibati binasına getmişdir. Polis Bölməsinin inzibati binasına gəldikdən sonra xidməti otaqlardan birində polis əməkdaşları ona bildirmişlər ki, onun üzərinə şəxsi axtarış keçiriləcək. Bu məqsədlə polis əməkdaşları onun hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin etmişdirlər və o, şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra təhqiqatçı ona şübhəli şəxs qismində hüquq və vəzifələrini izah etmişdir. Daha sonra polis əməkdaşlarının iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməmişdən əvvəl onun bel nahiyyəsinə bir büküm qoyub onu çıxarıb təqdim etməsini bildirmişlər. Bundan sonra əynində olan açıq mavi rəngli cins şalvarın bel nahiyəsinə qoyulmuş qara rəngli polietilen bağlamanı çıxarıb təqdim etmişdir. Onun bel nahiyyəsindən aşkar olunmuş narkotik vasitə ona məxsus deyil, o özü narkomandır, az miqdarda narkotik vasitələr əldə edib qəbul edir. Bu səbəbdən də ona verilmiş ittihamla razı deyil. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və digər protokollarla tam öz təsdiqini tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Nərimanov rayon Polis İdarəsinin l6-cı Polis Bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 21 aprel 2022-ci il tarixdə Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə "Kamil” adlı şəxsin qanıınsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədilə tərəfindən bölmə rəhbərliyinə raportla məruzə olunub əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə alınmışdır. Bundan sonra tərəfindən “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərar qəbul olunmuş və əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün ondan, Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin cinayət-axtarış baş əməliyyat müvəkkilləri, polis mayoru Şahid2 və polis mayoru X4 ibarət əməliyyat qrupu yaradılaraq əməliyataxtarış tədbiri keçirilmişdir. Belə ki, 21 aprel 2022-ci il tarixdə saat 22:00 radələrində əməliyyat qrupunun digər üzvləri ilə birlikdə ünvan 4 ünvanda yerləşən yaşayış binasının qarşısına getmişdir. Qeyd olunan ünvanın qarşısını əməliyyat müşahidəsinə almışdırlar. Bu zaman əməliyyat məlumatında qeyd olunan xarici görünüşünə və geyiminə görə “Kamil” adlı şəxsə oxşayan bir nəfər şəxsin yaşayış binasının girişlərinin birindən çıxaraq piyada hərəkət etdiyini görmüşlər və ona yaxınlaşmışdırlar. Onlar ona özlərini təqdim edib xidməti vəsiqələrini göstərərək ona qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması, daşıması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olduğunu və bu məlumatın yoxlanılması üçün onlarla birlikdə Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinə getməli oduğunu bildirmişlər. Təqsirləndirilən şəxs onların təklifinə etiraz etmədən onlarla birlikdə Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin inzibati binasına gətirilmişdir. İlk öncə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin edilmiş, müdafiəçi təqdim edildikdən sonra o, şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra video çəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Təqsirləndirilən şəxs əynində olan açıq mavi rəngli cins şalxarın bel hissəsindən şəffaf yapışqan lentlə bağlanmış qara rəngli politilen bağlamanı təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi şəffaf yapışqan lentlə bağlanmış qara rəngli politilen bağlamanı onun üçün sosial şəbəkədə tanış olduğu İran islam Respublikasının vətəndaşı “Peyman" adlı şəxs göndərmişdir. Belə ki, o, İran İslam Respublikasının vətəndaşı “Peyman”a 5 qram marixuna, 5 qram şüşə və 10 qram heroin sifariş vermiş və lakin hazırda qeyd olunan bağlamanın içərisində nə olduğunu bilmir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi bağlamanın içərisinə baxış keçirilmişdir. Baxış zamanı bğlamanın içərisindən tünd qəhvəyi rəngli tozşəkilli maddə kütləsi aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddə kütləsinin narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində tünd qəhvəyi rəngli tozşəkilli maddə kütləsi olan yapışqan lentlə bağlanmış qara rəngli politilen bağlama təhqiqatçı tərəfindən ağ rəngli zərfə qoyulub qablaşdırılaraq üzəri möhürlənmiş, həmin zərfin üzəri o və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarışla əlaqədar təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokol, o və axtarışda iştirak etmiş digər şəxslər tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və X1 Xaqani Elman oğlunun ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdirlər. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-kimyəvi ekspertizasının 22 aprel 2022-ci il tarixli 62287 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində: ’’şübhəli şəxs: Təqsirləndirilən şəxs” yazısı və imzaları olan paketdəki bir ədəd bağlamada təmiz çəkisi 1005 qram (1 kq 5qr) qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına daxildir. Heroinin təmiz çəkisi - 1005 qram, tədqiqata sərf edildi - 0,2 qram, qalıq - 1004,8 q ram. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş ambulator məhkəmə-psixiatrik ekspertizasının 20 may 2022-ci il tarixli 295 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazıda da öz hərəkətlərini dərk elmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş ambulator məhkəmə-narkoloji ekspertizasının 30 ivun 2922-cı ıi tarıxli 3552 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomoniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Cinayət işi üzrə 21 aprel 2022-ci il tarixdə Nərimanov RPİ-nin 16-cı PB-də şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı aşkar edilmiş mobil telefon aparatına baxış keçirilərək protokol tərtib edilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, 21 aprel 2022-ci il tarixdə Nərimanov RPİ-nin 16-cı PB-də şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı aşkar edilmiş mobil telefon aparatının markası “Redmi 5”-dir. Həmin mobil telefon aparatında “WhatsAppPlus” proqramı işlədilir. WhatsAppPlus” proqramında məlumatlara baxış zamanı müəyyən edilmişdir ki, “Arxivlənmiş” mesajlar bölümündə +**********25 nömrəsi ilə yazışmalar var. Həmin yazışmalar 21 aprel 2022-ei il tarixdə saat 15:47-dən başlayır və 21 aprel 2022-ei il tarixdə saat 22:04-də bitir. Həmin yazışmalar yazı və səs formasında göndərilmişdir. Həmin mesajların mətni aşağıdakı kimidir: +**********09 - xx.xx.2022-ei il saat 16:00 səsli mesaj - Cox sağol mənim əzizim yaxşı olasan sən yaxşı ol yəqin ki, Mehdi sənə deydiyidə səndə 8-9 demişdin inşallahki. 989104382 725 - 2 1,04.2022-ci il saat 16:03 səsli mesaj - Həri həri mənim qardaşım elədi inşallah 8 varımda 9 da atacam gedib götürəcəksən. Mehdiyə demişdim hə dünən dedi sabahları atarsan dedim gözüm ııstə. Bü gün inşallah 8 yarım 9-da malını atacam gedib götürərsən. 994702()02ö09 - 2 1.04.2022-ei il saat 16:04 səsli mesaj - İnşallah mənim qardaşım bə11iıı İxışma dönəıəm. Vəm bu hansından nə qədər olacaq mən bilimdə. +**********09 - xx.xx.2022-ci il saat 16:04 səsli mesaj - Bir də imkan olarda yəqin ki uzaq eləməyəsən bu yaxınlarda. +**********25 - 21,04.2022-ci il saat 16:09 səsli mesaj - Başıva dolanım Gənclik sarayı tərəf olacaq inşallah o tərəflərə atacaq. 1**********09 - xx.xx.2022-ci il saat 16:10 səsli mesaj Gənclik biraz bizdən uzaqdı mənim əzizim. Yenə eybi bir şey fikirləşirik də inşallah. Biraz bu yanlarda varsa bu qoyub, bu yanlara qoysaydı lap əla olardı amma nəisə canın sağol olsun. **********25 - xx.xx.2022-ci il saat 16:17 səsli mesaj - Qardaşım onun ev ora yaxındı deyə ora atır ünvanları, yoxsa gətirərdi, maşın olsaydı deyərdim gətirib öz məhləmzə atarda. +**********25 - xx.xx.2022-ci il saat 16:25 səsli mesaj - mənim Qardaşım Neynək oldu inşallah inşallah, gül demişdin ya nə mənə kola atın Mehdi mənə demişdi gül bağla, kola deyim bağlasın. +**********09 - xx.xx.2022-ci il saat 16:26 səsli mesaj - Baba belə gör nə deyirəm sənə güldən gül lazımdı amma necə lazımdı güldən biraz atdır, az atdır yəni güldən çəkəy baxaq görən necədi xoşa gəlsə ondan sonra. Belə torpaqda lazımdı, daş da lazımdır. Mən Mehdiyə demişdim, yəni torpaq da. daş da. **********25 - 2 1.04.2022-ci il saat 16:28 səsli mesaj - Onda deyirsən 10 dənə gül atım, 5 patı, 5 kola nə cürdü atım onu. Kimi çoxsaylı mesajlar mövcuddur. Cinayət işi üzrə 27 aprel 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 1005 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroin cinayətin predmeti olduğundan və cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut kimi tanınmış və həmin narkotik vasitə-heroinin aparılmış tədqiqatlardan sonra qalıq qalmış 1004,8 qram hissəsi saxlanması üçün Nərimanov RPİ-nin maddi sübutların saxianc yerinə təhvil verilmişdir. Cinayət işi üzrə 01 avqust 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı çəkilmiş video görüntünün olduğu 01 ədəd ‘‘DVD farmatlı disk öz xüsusiyyətinə, əlamətlərinə və cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyinə görə maddi sübut kimi tanınmış və həmin disk saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işi üzrə 01 avqııst 2022-ci il tarixli qərarla 21 aprel 2022-ci il tarixdə Nərimanov RPİ-nin 16-cı PB-də şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş "Redmi 5” markalı mobil telefon aparatı öz xüsusiyyətinə, əlamətlərinə və cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyinə görə maddi sübut kimi tanınmış və həmin mobil telefon aparatı saxlanılması üçün Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs məhkumluğunun olub-olmamasının müəyyən edilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, o, əvvəllər məhkum olunmamışdır. Cinayət işinin istinaqı zamanı Təqsirləndirilən şəxs öz müdafiəsi üçün dəlillər gətirmişdir. Belə ki, Təqsirləndirilən şəxs 23 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunarkən ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilmiş, təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində içərisində narkotik vasitə olan heroin olan bağlamanın olduğunu etiraf etmiş, lakin bağlamanın içərisində nə olduğunu bilmədiyini, həmçinin narkotik vasitəni satış məqsədilə əldə etmədiyini, narkotik vasitənin satışı ilə məşğul olmadığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 01 avqust 2022-ci il tarixdə Azərbavcan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunarkən ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilmiş ifadəsində polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində içərisində narkotik vasitə olan bağlamanı olmadığını, polis əməkdaşlarının fiziki təzyiqindən qorxduğu üçün, onların təklifi ilə həmin bağlamanı üzərinə qoyduğunu və bundan sonra onıın üzərinə şəxsi axtarış keçirildiyini göstərmişdir, kakin istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün ilkin etirafedici ifadələri, təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokol, şahidlərin ifadələri, "Şahidin ifadəsinin yerində yoxlanılması haqqında” protokol, üzləşdirmə istintaq hərəkəti protokolları, 21 aprel 2022-ci il tarixli "Şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, "Diskə baxış keçirilməsi haqqında" protokol, "Mobil telefon aparatına baxış keçirilməsi haqqında” protokol, məhkəmə-kimyəvi ekspertizasının 22 aprel 2022-ci il tarixli 6/2287 nömrəli rəyi, ambulator məhkəmə-psixiatrik ekspertizasının 20 may 2022-ci il tarixli 1295 saylı rəyi, ambulator məhkəmə-narkoloji ekspertizasının 30 iyun 2022-ci il tarixli 3552 nömrəli rəyi, həmçinin məhkəmə istintaqı zamanı toplanmış digər mötəbər və təkzibedilməz sübutlarla kifayət qədər qədər öz təsdiqini tapmışdır. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsinə qiymət verərək hesab edir ki, o, həmin narkotik vasitənin ona məxsus olmaması barədə ifadə verərkən məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdmüşdür. Beləliklə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmədə tam təsdiqini tapmışdır. Məhkəmə əməlin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə onun Təqsirləndirilən şəxs qardaşı X8 İİ Qarabağ müharibəsində döyüşlərdə iştirak etməsi və Vətən Müharibəsi veteranı olması iş cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməllərində onun cəzasını ağırlaşdıran hallar məhkəmə istintaqı zamanı müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 21 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində saxlanılaraq tutulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 21 aprel 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübutlar; - Nərimanov rayon Polis İdarəsində saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1004,8 qram narkotik vasitə heroin məhv edilməlidir. - Nərimanov rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs məxsus 01 ədəd "Redmi 5” markalı mobil telefon aparatı Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalıdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsinin görüntüsü köçürülmüş 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 114 (yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 21 aprel 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübutlar; - Nərimanov rayon Polis İdarəsində saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1004,8 qram narkotik vasitə heroin məhv edilsin. - Nərimanov rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs məxsus 01 ədəd "Redmi 5” markalı mobil telefon aparatı Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsinin görüntüsü köçürülmüş 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 114 (yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar