Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1574/2025 28.10.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, X3 və X1 ibarət tərkibdə, X7 oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “M.B.M” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx xxxxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 28, mənzil 72-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, nömrəsiz evdə yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, o, 30 noyabr 2024-cü il tarixdə, saat 00:40 radələrində ünvan 1 evin arxa tərəfində dostu Zərərçəkmiş şəxs ilə bir müddət öncə olan söhbət zamanı Zərərçəkmiş şəxs borc verdiyi pulu qaytarması ilə əlaqədar yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs ona qarşı nalayiq ifadələr işlədərək onu söyməsi səbəbindən şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs insan həyatı və sağlamlığı üçün real təhlükə yaradan iti uclu kəsici silah qismində istifadə etdiyi bıçaqla bir dəfə bədən nahiyyəsindən vurub ona döş qəfəsinin sol yarısının arxa səthinin döş boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarası ilə nəticələnən insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vuran xəsarət yetirmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə ittiham ona görə irəli sürülmüşdür ki, o, xuliqanlıq niyyətilə zərərçəkmiş şəxsin qəsdən sağlamlığına ağır zərər vurma cinayət əməlini törətmişdir. Cinayət işi üzrə məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxs tərəfindən ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə elan edilmiş ittiham mübahisələndirilərək, onun tərəfindən həmin ittiham qəbul edilməmişdir. Məhkəmədə ittiham tərəfini təmsil edən dövlət ittihamçısı ittiham tərəfinin təqdim etdiyi sübutların qanuniliyini, həmçinin təqsirləndirilən şəxsin cinayət əməlinin Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə tövsif edilməsini müdafiə etmişdir. Cinayət prosesi tərəflərinin dəlilləri, sübutların təsviri: İşdə iştirak edən şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsi üçün əhəmiyyətli olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiqinin aparılmasından və iş üzrə həqiqətin müəyyən edilməsindən ötrü, həmçinin məhkəmə araşdırması zamanı proses tərəflərinin birini digəri qarşısında zəif duruma salmayacaq şərtlər daxilində hər bir tərəfin (həm ittiham, həm müdafiə tərəfinin) sübutlarını və mövqeyini təqdim etməsi şəraitində keçirilmiş məhkəmə araşdırmasında cinayət prosesi tərəflərinin dəlilləri, sübutların təsviri aşağıdakılardan ibarət olmuşdur. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs ilə dost olmuşdur. Baş vermiş bu hadisədən sonra zərərçəkmiş şəxslə barışmışlar. Buna görə də, onların arasında olan pul söhbətini heç kəsin bilməyini istəməmişlər. Hadisə günü 30 noyabr 2024-cü il tarixdə o, dostu Zərərçəkmiş şəxsla görüşdükdən sonra onlar çayxanada oturub çay içmişlər. Baş vermiş hadisədən bir müddət əvvəl dostu Zərərçəkmiş şəxs ondan borc pul istəmiş, o da başqa şəxsdən pul götürüb dostu Zərərçəkmiş şəxs borc vermişdir. Sonradan müəyyən müddət vaxt keçməsinə baxmayaraq, dostu Zərərçəkmiş şəxs borc verdiyi həmin pulu qaytarmamışdır. Lakin həmin pulu artıq qaytarmaq lazım imiş, çünki borc verdiyi vaxtdan üç ay keçmişdir. O, həmin gün çayxanada Zərərçəkmiş şəxsla görüşərkən sonuncuya borc verdiyi pulu qaytarmasını yadına salmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs içkili olmuşdur. Onlar bu söhbətdən bir az sonra sakitləşib çayxanadan çıxmışlar. Məhəllə arasında gəzməyə başlamışlar. Onlar bir az gəzdikdən sonra həmin borc söhbəti yenə açılmışdır. Onların arasında olan həmin borcla bağlı mübahisə etməyə başlamışlar. Zərərçəkmiş şəxs içkili olduğu üçün danışığına nəzarət edə bilməmiş, artıq məsələ pul söhbətindən çıxmışdır, Zərərçəkmiş şəxs onu təhqir edərək ona qarşı nalayiq ifadələr işlətməyə başlamışdır. Zərərçəkmiş şəxs ona qarşı dediyi söyüşə görə sonuncunu bıçaqla vurmuşdur. Təqsirləndirilən şəxs daha sonra verilmiş suallara cavab olaraq göstərmişdir ki, o, Zərərçəkmiş şəxs içkili olduğunu onunla görüşdükdən sonra bilmişdir. Zərərçəkmiş şəxs içkili olduğu üçün həmin vaxt qəzəbli olmuşdur, o özü isə zərərçəkmiş şəxsin işlətdiyi nalayiq ifadələrə görə qəzəblənmişdir. Zərərçəkmiş şəxs onu söydükdən sonra onlar itələşməyə başlamışlar, sonra bir-birlərinin yaxasından tutmuşlar. Həmin vaxt balaca bıçaqla Zərərçəkmiş şəxs vurmuşdur. Söyüşdən sonra o, heç özü düşünmədən bıçağı götürüb vurmuşdur. Onlar əvvəlcə normal qaydada bir-birləri görüşmüşlər. Lakin verdiyi borcla bağlı pul söhbəti açılan zaman aralarında mübahisə yaranmışdır. O, çayxanada zərərçəkmiş şəxsə borc verdiyi pulu qaytarmalı olduğunu dedikdə zərərçəkmiş şəxs içkili olduğu üçün ona demişdir ki, “hava almaq üçün çölə çıxaq”. Onlar həyətə həm də ona görə çıxmışlar ki, içəridə mübahisənin böyüməsini istəməmişlər. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu izahatı və ifadələri arasında müəyyən olunan fərqli hallarla bağlı onun ibtidai istintaq mərhələsində verdiyi izahatı, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair protokollar elan olunmaqla tədqiq edilmişdir Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 01 may 2025-ci il və 10 iyun 2025-ci il tarixlərdə təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində bildirmişdir ki, o, özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə deyil, 126.1-ci maddəsi ilə təqsirli bilir. O, X5 ilə birlikdə yaşayır, Zərərçəkmiş şəxs xeyli müddət olar ki, tanıyır və aralarında dostluq münasibəti olmuş, hər hansı düşmənçilik və ədavətləri olmamışdır. 29 noyabr 2024-cü il tarixdə, saat 23 radələrində keçmiş məhəlləsi olan Xətai rayonu, Neapol küçəsində olan kafelərin birində ikilikdə çay içmişlər və çay içən zaman aralarında bir qədər anlaşılmazlıq olmuş və zərərçəkmiş şəxs səs tonunu qaldırmış, o da ona irad bildirmişdir. Sonra onlar sakit bir tərzdə kafeni tərk edib piyada hərəkət edib Xalqlar körpüsü istiqamətində getmişlər. Hərəkətdə olduqları zaman yol boyunca olan 9 mərtəbəli binalardan birinin həyətinin yan tərəfində olan zaman küçədə hər hansı bir şəxsin olmadığı şəraitdə ani mübahisə zamanı yenə Zərərçəkmiş şəxs yaşda ondan kiçik olmasına baxmayaraq, bir böyük kimi ona hörmət etmədən səs tonunu qaldırmışdır, o, ani anda üzərində olan kiçik ölçülü brulok tipli qatlanan cib bıçağı ilə onun görmədiyi şəraitdə bir dəfə döş nahiyyəsinə yan tərəfdən xəsarət yetirmişdir. Onun məqsədi bir dost olaraq onu vurmaq deyil, qorxutmaq olmuşdur ki, özündən yaşda böyük dostu ilə niyə bu tonda danışır. Ona təkrar zərbə yetirmək imkanı olmuş olsa belə, ona hər hansı xəsarət yetirməmişdir. Həmin bıçağı qaranlıq olmasına görə həmin yerdə olan ağaclıq hissəyə atmış və Zərərçəkmiş şəxs həmin nahiyəsindən qan gəlməsini görüb dərhal yola çıxıb yaxınlıqdan keçən yol taksisi ilə onu 3 saylı ŞKX-na aparmış, lakin özü xəstəxanaya keçməmişdir ki, onun adını qəbulda qeyd etməsinlər. Hadisə zamanı və hadisədən sonra Zərərçəkmiş şəxs tibbi və maddi yardım göstərilməsini təmin etmişdir. Ona görə Yasər bir dost olaraq onun tutulmaması üçün adını qeyd etməmişdir. Etmiş olduğu əmələ görə peşmançılığını bildirmiş, onlar barışmış, aralarında hər hansı anlaşılmazlıq olmamışdır. Zərərçəkmiş şəxs onun barəsində şikayətçi olmamışdır. Hadisə ani anda olmuş, kənar şəxslərdən gecə saatlarında heç kim hadisənin şahidi olmamışdır. Onun Zərərçəkmiş şəxs təkrar xəsarət yetirmək imkanı olmuş olsa belə ona təkrar zərbə vurmamışdır. Onlar barışmışlar, Zərərçəkmiş şəxs onu bağışlamışdır (iş vərəqə: cild İ, səh. 142-146, 206-208). Məhkəmə baxışı zamanı elan olunan ifadələrinə münasibət bildirməsi Təqsirləndirilən şəxs təklif edilərkən o, hadisədən sonra zərərçəkmiş şəxsi taksiyə mindirib xəstəxanaya apardığını, lakin içəri girmədiyini, hazırda zərərçəkmiş şəxslə barışıq əldə olunduğunu bildirmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun dostudur. Hadisə vaxtı Təqsirləndirilən şəxsla onun arasında mübahisə yaranmışdır. Onlar 30 noyabr 2024cü il tarixdə baş vermiş hadisədən təxminən yarım saat əvvəl çayxanada oturub çay içirmişlər. Bu zaman onların arasında mübahisə yaranmışdır. Həmin mübahisə zamanı o, aqressiv danışmışdır. Hadisə Xətai rayonunun ərazisində baş vermişdir. O, Təqsirləndirilən şəxs əlində bıçaq olduğunu görməmişdir. O, bu hadisədən bir müddət əvvəl təqsirləndirilən şəxs olan dostu Təqsirləndirilən şəxs borc pul götürmüşdür. Həmin söhbət zamanı Təqsirləndirilən şəxs ona “pulumu verməlisən” demişdir. Zərərçəkmiş şəxs daha sonra verilmiş suallara cavab olaraq göstərmişdir ki, hadisə baş verməmişdən əvvəl Təqsirləndirilən şəxsla danışıb görüşmüşlər. Həmin vaxt o, içkili olmuşdur. Hadisədən əvvəl hər şey qaydasında olmuşdur. Onlar birlikdə çay içməyə getmişlər, orada təxminən yarım saat oturmuşlar. Daha sonra söhbət zamanı Təqsirləndirilən şəxs ona üç ay əvvəl verdiyi 200 manat borcunu qaytarmalı olduğunu bildirmişdir. Həmin vaxt o, içkili olmuşdur. O, aqressiv şəkildə pulu qaytaracağını bildirmişdir. Daha sonra çayxanadan çıxmışlar, küçədə gəzməyə başlamışlar. Həmin borc söhbəti yenidən açılmışdır. Bu zaman o, Təqsirləndirilən şəxs söyməyə başlamışdır. Həmin vaxt onlar üzbəüz dayanmışlar. O, Təqsirləndirilən şəxs söyərkən sonuncu onu vurmuşdur. Hadisə vaxtı Təqsirləndirilən şəxs içkili olmamışdır. Təqsirləndirilən şəxs onu vuran zaman əlində bıçaq olmuşdur. Bu zaman o da təqsirləndirilən şəxsin üstünə getmiş və onu itələmişdir. Təqsirləndirilən şəxs onu bıçaqla vurduqdan sonra ona köməklik etmişdir. O, xəstəxanada olan zaman aralarında barışıq əldə olunmuşdur. Onların arasında olan borc məsələsindən heç kəsin xəbəri olmamışdır. Təqsirləndirilən şəxs ona verdiyi borcun məbləği 200 manat məbləğində olmuşdur. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələri arasında müəyyən olunan fərqli hallarla bağlı onun məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmişdir. Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı 01 may 2025-ci il tarixdə verdiyi ifadəsində göstərmişdir ki, 29 noyabr 2024-cü il tarixdə, saat 23 radələrində xeyli müddət olar ki, tanımış olduğu dostu olan Təqsirləndirilən şəxs ilə onun keçmiş məhəlləsi olan Xətai rayonunda Əhmədli tərəfdə olan kafelərdən birində ikilikdə çay içmişlər və çay içən zaman aralarında bir qədər anlaşılmazlıq olmuş və o, səs tonunu qaldırmışdır. Bu zaman Təqsirləndirilən şəxs ona irad bildirmiş, onlar sakit bir tərzdə kafeni tərk etmiş, piyada hərəkət edib Xalqlar körpüsü istiqamətində gəlmişlər. Hərəkətdə olduqları zaman yol boyunca olan 9 mərtəbəli binalardan birinin həyətində ifadəsi yerində yoxlanan zaman göstərmiş olduğu məhəllənin arxa tərəfində xx.xx.2024-cü il tarixdə, saat 00:20 radələləri olardı ki, ani mübahisə zamanı yenə səs tonu məsələsinə görə mübahisə etmişlər və mübahisə ani olmuş və Təqsirləndirilən şəxs üzərində olan kiçik ölçülü onun görmədiyi bıçaq ilə bir dəfə onun döş nahiyyəsinə yandan xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs ondan yaşda böyük olmasına görə irad bildirmişdir ki, niyə onunla yüksək tonla danışmışdır. Rəhimin məqsədi bir dost olaraq onu vurmaq deyil, qorxutmaq olmuş, ona təkrar zərbə yetirmək imkanı olmuş olsa belə, ona hər hansı xəsarət yetirməmiş və o, əl atıb həmin nahiyəsinə baxan zaman qan gəlməsini görmüş və eyni ilə Təqsirləndirilən şəxs onun döş nahiyəsindən qan gəlməsini görüb dərhal yol taksisi axtarmış və yaxınlıqdan keçən taksi avtomobili ilə onu 3 saylı ŞKX-na aparmuş, lakin özü xəstəxyana keçməmişdir ki, onun adını qəbulda qeyd etməsinlər. Hadisə zamanı və hadisədən sonra Təqsirləndirilən şəxs ona tibbi və maddi yardım göstərilməsini təmin etmiş, bir dost olaraq o, tutulmaması üçün bu günə kimi onun adını qeyd etməmişdir ki, Təqsirləndirilən şəxs ona xəsarət yetirməsin. Onlar barışmışlar, aralarında hər hansı anlaşılmazlıq olmamışdır. Təqsirləndirilən şəxs azadılığa buraxılmasını xahiş etmiş və onun barəsində şikayətçi olmamışdır. Hadisə ani anda olmuş, kənar şəxslərdən gecə saatlarında heç kimi hadisə şahidi olmamışdır. Onlar barışmışlar, o, təqsirləndirilən şəxsi bağışlamışdır. O, bıçağı tam olaraq aydın görə bilməmiş, ona görə onun əlamətlərini dəqiq olaraq təsvir edə bilməmişdir (iş vərəqə: cild İ, səh.122-125) Zərərçəkmiş şəxs həmin ifadələri ilə bağlı verilmiş suallara cavab olaraq göstərmişdir ki, onnun Təqsirləndirilən şəxsla aralrında mübahisə yaranmasının səbəbi onun Təqsirləndirilən şəxs götürdüyü borcu qaytarmaması ilə əlaqədar yaranmış və borc məsələsinə görə onlar dalaşmışlar. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxsla aralarında olan borc məsələsi barədə bildirməməsinin səbəbi həmin vaxt ifadə verərkən müstəntiqin bu barədə ona sual verməməsi olmuşdur, əgər müstəntiq soruşsa idi, o da bu barədə ifadə verərdi. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun oğludur. Oğlu Yasər təqsirləndirilən şəxslə dost olmuşlar. Təqsirləndirilən şəxs onun oğlu Zərərçəkmiş şəxs bıçaqla vurmuşdur. O, hadisəni görməmişdir. Oğlu Yasər xəstəxanada olan zaman ona zəng olunub bu barədə xəbər verilmişdir. O, hadisənin şahidi olmamış, həmçinin hadisənin baş verməsinin səbəbini də bilmir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan: _13 yanvar 2025-ci il tarixli “ifadənin yerində yoxlanılması haqqında” istintaq hərəkətinin protokolundan görünür ki, həmin istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs ünvan 1 ünvanın qarşısında hadisə yerini və hadisənin baş vermə mexanizmini əyani şəkildə göstərmişdir. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (iş vərəqə: cild İ, səh. 25-30). _Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X2” X4 11 mart 2025-ci il tarixli, 435 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər döş qəfəsinin sol yarısının arxa səthinin döş boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası müəyyən edilmişdir. Xəsarət deşici-kəsici əşya (alət) təsirindən törənmişdir, şəxsin dediyi şəraitdə bıçaqla kənar şəxs tərəfindən yetirilə bilər, müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs qarın nahiyəsində xx.xx.2024-cü il tarixdən əvvələ uyğun gələn köhnə cərrahi əməliyyat yerləri vadır (iş vərəqə: cild İ, səh. 56-58). _Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X2” X4 14 mart 2025-ci il tarixli, 42-MTKŞ/2025 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus gödəkcənin arxa səthində bir ədəd, polverin arxa səthində bir ədəd, maykanın arxa səthində bir ədəd dəlib-keçən zədələr aşkar olunmuşdur. Bu zədələr küpü, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin, ola bilsin ki, bıçağın təsirindən törənmişdirlər. Ekspertizaya təqim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkcənin arxa səthində bir ədəd, polverin arxa səthində bir ədəd, maykanın arxa səthində bir ədəd deşilmiş-kəsilmiş zədələrin xətti ölçülərinə görə iz törədən alətin (bıçağın) eni daxili olma səviyyəsində 3 sm-ə qədər ola bilər. Ekspertizaya təqim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkcənin arxa səthində bir ədəd, poliverin arxa səthində bir ədəd, maykanın arxa səthində bir ədəd deşilmiş- kəsilmiş zədə döş qəfəsinin sol yarısının arxa səthinin döş boşluğuna nüfuz edən bir ədəd deşilmiş kəsilmiş yarası ilə nisbi olaraq üst-üstə düşür (iş vərəqə: cild İ, səh. 70-71). _Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X2” X4 14 mart 2025-ci il tarixli, 70/2025-TBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu A /İİ/-dir, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus uzunqol köynək üzərində insan qanı ləkələri aşkar edildi. Bu ləkələrdə qanın qrup göstəricəsi ABO sistemi üzrə tədqiq olunduqda “A” antigeni və “beta” aqqlyutinini alındı. ABO sistemi üzrə bu qan qrupu faktorları birlikdə A /İİ/ quruplu qanı formalaşdırdıqları üçün bu ləkələrin həmin qruplu şəxsə (şəxslərə) məxsus olduğunu söyləmək olar. Zərərçəkmiş şəxs qan nümunəsi və ya qan qrupu barəsində məlumat olan hər hansı bir sənəd (şəxsiyyət vəsiqəsi) qərarın daxil olduğu tarixdən bir ay müddətində ekspertizaya təqdim olunmadığı üçün onunla müqayisəli tədqiqat aparmaq mümkün olmadı (iş vərəqə: cild İ, səh. 74-78). _01 aprel 2025-ci il tarixli “şübhəli şəxs barəsində axtarış elan edilməsi haqqında qərar”dan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində ittiham elan edilməsindən ötrü axtarış elan edilmişdir (iş vərəqə: cild İ, səh. 82). _13 fevral 2025-ci il tarixli “diskə baxış keçirilməsi haqqında protokol”dan görünür ki, Zərərçəkmiş şəxs istifadə etdiyi 099 *** ** ** mobil telefon nömrəsinə daxil olan, həmin nömrələrdən çıxan zənglərin və mesajların siyahısının, mesajların məzmununun, anten məlumatlarının və həmin nömrələrin sahiblərinin anket məlumatlarına baxış keçrilmiş, baxış zamanı 099 *** ** ** mobil telefon nömrəsinin xx.xx.2024-cü il tarixdə, saat 00:25-də Bakı şəhəri Topdan satış Xətai, həmin gün 00:27-də Qara Qarayev 122 Xətai, 00:44-də Əhmədli HSP-da olması müəyyən olunmuşdur (iş vərəqə: cild İ, səh. 115-120). _01 may 2025-ci il tarixli “ifadənin yerində yoxlanılması haqqında” istintaq hərəkətinin protokolundan görünür ki, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs ünvan 1 ünvanın qarşısında hadisə yerini və hadisənin baş vermə mexanizmini əyani şəkildə göstərmişdir. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (iş vərəqə: cild İ, səh. 147-151). _03 iyun 2025-ci il tarixli “maddi sübut kimi tanınması haqqında qərar”dan görünür ki, Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd gödəkcə, bir ədəd poluver, bir ədəd mayka və bir ədəd uzunqol köynək maddi sübut hesab olunaraq saxlanması üçün Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə saxlanca təhvil verilmişdir (iş vərəqə: cild İ, səh. 181-182). _Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X4 15 may 2025-ci il tarixli, 1563 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik ələamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarnıda olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə iş üçün vacib olan halları düzgün dərk etmək və onları ölçüb-biçməklə ifadə vermək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.1, 21.3 və ya 22-ci maddələrinin təsiri altına düşmür. O, hal hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqə: cild İ, səh. 187-190). _25 iyun 2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında qərar”dan görünür ki, cinayət işi üzrə "xxxx" MMC-dən əldə olunmuş 01 ədəd dvd disk maddi sübut qismində tanınaraq cinayət işi materiallarına əlavə olunmuşdur (iş vərəqə: cild İ, səh. 213-223). _29 aprel 2025-ci il tarixli “axtarışda olan şəxsin tutulması haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs 29 aprel 2025-ci il tarixdə axtarış elan olduğu üçün tutulmuşdur (iş vərəqə: cild İ, səh. 92). _Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli 29 aprel 2025-ci il tarixdən hesablanmaqla ev dustaqlığı qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh.157-161). _Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 29 mart 2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: cild İ, səh. 79). _Zərərçəkmiş şəxs məhkəmə baxışı zamanı təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur (cinayət işinin materialları). Hüquqi məsələlər. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə hazırki cinayət işi üzrə təqdim edilmiş sübutların qəbuledilən olubolmamasını, onların çəkisini və kifayət qədərliyini tənzimləyən qayda və prinsiplərə istinad etməklə, işin faktiki hallarını yalnız həqiqiliyinə və əldə edilməsi hallarına heç bir şübhələr olmayan sübutları əsas götürmək yolu ilə müəyyən etməklə, tam, hərtərəfli və obyektiv araşdırmaya əsaslanan yekun qərarın qəbul edilməsi və məhkəmənin ittiham olunan şəxsin təqsirli və ya təqsirsizliyinə dair hökmünü formalaşdırmaq üçün yalnız qanunun istifadə etməyə icazə verdiyi hüquqi vasitələrə əsaslanmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının: 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; 127-ci maddəsinin İV hissəsinə əsasən ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Avropa İnsan Hüquqları Məhkəməsinin qəbul etdiyi çoxsaylı qərarlarında sərgilədiyi mövqeyə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasında müəyyən edilmiş ədalətli məhkəmə araşdırması hüququnun təmin edilib-edilməməsi ilk öncə məhkəmə prosesləri zamanı çəkişmə prinsipinə riayət edilibedilməməsi, tərəflərin bərabərliyi prinsipinin təmin edilib-edilməməsi ilə, məhkəmə iclasında şəxsən iştirak etmək hüququnun, sübutların bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməsi ilə birbaşa əlaqədardır. Avropa Məhkəməsi çəkişmə prinsipinə riayət edilib-edilmədiyini müəyyənləşdirmək üçün adətən daxili məhkəmələrdəki araşdırmaların keyfiyyətini təhlil edərək müdafiə tərəfinin istər birinci instansiyada, istərsə də apellyasiya instansiyasında ərizəçiyə qarşı sübut qismində istifadə edilən materialları təkzib etmək imkanına malik olub-olmadığını (Rouv və Devisin işi), habelə daxili məhkəmələrin qərar çıxararkən müvafiq maraqları nə dərəcədə balanslaşdırdıqlarını müəyyənləşdirir. Tərəflərin bərabərliyi prinsipi tərəflərin hər birinə onu digər tərəfin qarşısında əlverişsiz vəziyyətə salmayan şərtlərlə öz mövqeyini əsaslandırması üçün ağlabatan imkanların yaradılmasını nəzərdə tutur (Brandştetter Avstriyaya qarşı). Açıq məhkəmə prosesində şəxsən iştirak etmək isə cinayət törətməkdə ittiham olunan şəxsin bu cür məhkəmə iclasında özünün xüsusi hüquqlarını şəxsən icra etmə imkanının tanınmasını nəzərdə tutur. Beləliklə də, məhkəmə, şərh edilən prinsiplər və əlamətlərlə səciyyələndirilən ədalətli məhkəmə araşdırması hüququnun hazırki cinayət işi üzrə məhkəmə araşdırması zamanı təmin edilməsi baxımından qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs iş üzrə keçirilmiş açıq məhkəmə iclaslarında özünü şəxsən və vəkili vasitəsilə müdafiə etmiş, şahidin və zərərçəkmiş şəxsin dindirilməsində, onun əleyhinə olan sübutların tədqiqində şəxsən iştirak etmiş, ona qarşı təqdim edilmiş sübutlarla bağlı öz dəlillərini bildirmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, cinayət işinin araşdırılması və məhkəmədə baxılıb həll edilməsinə münasibətdə istinad edilən əməlin törədilməsi, həmin əməldə cinayət tərkibinin və onu cinayət kimi xarakterizə edən bütün əlamətlərin olub-olmaması sübutların köməyilə müəyyən edilir. Cinayət işi və bununla bağlı materiallar üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi üçün kifayət edən sübutların cəmi sübutetmə həddini xarakterizə edir. Beləliklə, təqdim edilmiş obyektiv sübutların məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, həqiqətən də cinayət hadisəsi baş vermiş və təqsirləndirilən şəxslə əlaqəsi, onun əməlində cinayətin əlamətlərinin olması kifayət qədər sübutlarla təsdiq olunmuşdur. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124–136-cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna əsaslanmaqla hesab edir ki, məhkəmə araşdırmasının nəticələrinə uyğun olaraq təqsirləndirilən şəxsin törədilmiş cinayət hadisəsində onun təqsirləndirildiyi Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi üzrə əməlinə hüquqi qiymət verilməlidir. Belə ki, hər bir cinayət əməlinin araşdırılmasında onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi əmələ hüquqi qiymət verilməsində mühüm əhəmiyyət kəsb edir. Cinayət işinin materiallarından göründüyü kimi, təqsirləndirilən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə ittiham ona görə elan edilmişdir ki, o, 30 noyabr 2024-cü il tarixdə, saat 00:40 radələrində ünvan 1 evin arxa tərəfində dostu Zərərçəkmiş şəxs ilə aralarında bir müddət öncə olan söhbət zamanı onunla yüksək tonla danışdığına görə fikir ayrılığı yaranması səbəbindən aralarında sözlə baş vermiş mübahisə zamanı onunla yüksək tonla danışdığına görə ona tutulmuş haqlı irada cavab qaytarmasını cüzi səbəb kimi bəhanə edib əsaslı səbəb olmadan qəsdən xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs insan həyatı və sağlamlığı üçün real təhlükə yaradan iti uclu kəsici silah qismində istifadə etdiyi bıçaqla bir dəfə bədən nahiyyəsindən vurub ona döş qəfəsinin sol yarısının arxa səthinin döş boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarası ilə nəticələnən insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vuran xəsarətlər vurmuşdur. Məhkəmə baxışı zamanı yuxarıda göstərilən sübutların tədqiqi və araşdırılması nəticəsində müəyyən edilmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ittiham olunduğu qəsdən sağlamlığa ağır zərər vurma cinayətini xuliqanlıq niyyətilə törətməsinə dair istintaq orqanının gəldiyi nəticə işin faktiki hallarına və ümumiyyətlə iş materiallarına uyğun deyil, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs həmin cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmamış, onun həmin əməlinə düzgün hüquqi qiymət verilməmişdir. Hüquq normalarının dəqiq tətbiq olunmasının ümumi hüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir. Belə ki, hüquq normasının dəqiq tətbiq olunması bütün hüquqtətbiqedicilər tərəfindən qanunun normasının düzgün şərh olunması nəticəsində mümkündür. Hüquq normalarının məzmununun qeyri-müəyyən şəkildə şərh olunaraq tətbiq olunması vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatının zəifləməsinə gətirib çıxarar və qanunun aliliyi prinsipi pozulmuş olar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-huquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Məhkəmə hesab edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələsi dəqiq araşdırılmalıdır. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməməsi və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına səbəb ola bilər. Məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş ittihamla aşağıdakı səbəblərə görə razılaşmır. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma kimi qiymətləndirərkən yuxarıda qeyd edilən sübutlarla yanaşı işin faktiki hallarına əsaslanmamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurması faktı əsaslı şəkildə müəyyən edilsə də, ibtidai istintaq orqanı tərəfindən həmin xüsusata düzgün hüquqi qiymət verilməmiş, təqsirləndirilən şəxsin əməli əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurulması və cinayətin xuliqanlıq niyyətilə törədilməsinə dəlalət edən hal kimi qiymətləndirilmiş və bunun nəticəsi kimi Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurulmasında ifadə olunmuş cinayət əməli Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə araşdırması zamanı dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və bir nəfər şahidin həm ibtidai istintaqda, həm də məhkəmə istintaqında verdikləri ifadələri, cinayət işinin faktiki halları və işin bütün materialları ilə qarşılıqlı şəkildə araşdırılıb tədqiq edilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında yaranmış münaqişə şəxsi münasibətlər zəminində baş vermişdir. Belə ki, baş vermiş hadisə günü, yəni 30 noyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla birlikdə çay içmək üçün danışıb görüşmüşlər. Onlar çayxanada oturub çay içərkən Təqsirləndirilən şəxs bir müddət əvvəl Zərərçəkmiş şəxs verdiyi borc pulu qaytarmasını bildirmiş, bu zaman onların arasında həmin borc pulla əlaqədar mübahisə yaranmışdır. Daha sonra onlar çayxanadan həyətdə gəzərkən yenidən həmin borcla bağlı söhbəti davam etdirməyə başlamışlar. Yenə də həmin borc pulla bağlı aralarında mübahisə yaranmış, həmin vaxt Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs təhqir edərək sonuncuya qarşı nalayiq ifadələr işlədib söyməyə başlamışdır. Bu zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla bir dəfə bədən nahiyyəsindən vurub qəsdən sağlamlığına ağır zərər yetirmişdir. Hadisənin məhz qeyd edilən şəkildə cərəyan etməsi məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin verdikləri ifadələrlə birmənalı şəkildə təsdiq edilmişdir. Bununla əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cinayət işinin materialları əsasında müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin arasında baş vermiş mübahisə zamanı orada özlərindən başqa heç kəs olmamış və onlardan başqa həmin hadisəni görən şahidin olduğu müəyyən edilməmişdir. Baş vermiş cinayət hadisəsi ilə bağlı təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin məhkəmədə verdikləri ifadələri onların ibtidai istintaq zamanı vermiş olduqları ifadələrlə qarşılıqlı şəkildə müqayisə edilib tədqiq edilərkən müəyyən edilmişdir ki, ibtidai istintaq zamanı həm təqsirləndirilən şəxs, həm də zərərçəkmiş şəxs baş vermiş hadisənin səbəbi ilə bağlı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla danışarkən səs tonunu qaldırması və buna görə Təqsirləndirilən şəxs irad bildirməsi ilə əlaqədar olduğunu göstərmişlər. Təqsirləndirilən və zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı da demək olar ki, eyni məzmunlu ifadələr versələr də, hadisə vaxtı Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə danışarkən səs tonunu qaldırmasının səbəbi məhkəmə baxışı zamanı araşdırılarkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs hadisədən bir müddət əvvəl Zərərçəkmiş şəxs verdiyi borc pulu qaytarmasını istəmiş, bu zaman onların arasında həmin borc pulla əlaqədar mübahisə yaranmış, sonra onlar çayxanadan çıxıb gəzərkən yenidən həmin borcla bağlı söhbəti davam etdirməyə başlayarkən aralarında mübahisə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs təhqir edərək sonuncuya qarşı nalayiq ifadələr işlədib söyməyə başlamışdır. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs söyərkən sonuncu Zərərçəkmiş şəxs bıçaqla bir dəfə bədən nahiyyəsindən vurub qəsdən sağlamlığına ağır zərər yetirmişdir. Hadisənin məhz göstərilən şəraitdə, onların arasında şəxsi münasibətlər zəminində mübahisə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs söyməsi ilə əlaqədar törədilməsi məhkəmədə həm zərərçəkmiş, həm də təqsirləndirilən şəxsin ifadələri ilə təsdiq edilmişdir. Onların hadisə ilə bağlı verdikləri ifadələrindən başqa, hadisənin şahidi olmuş hər hansı digər şəxs olmadığından və cinayət işi üzrə hər hansı sübutlarla onların ifadələri təkzib edilmədiyindən məhkəmə təqsirləndirilən və zərərçəkmiş şəxsin məhkəmədə verdikləri ifadələrini mötəbər sübut növü kimi qəbul edir. Bununla əlaqədar məhkəmə həmçinin təqsirləndirilən və zərərçəkmiş şəxsin məhkəməyədək icraat zamanı ifadələrində aralarında borc pulla əlaqədar mübahisənin yaranmasına dair halları göstərməmələri ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, cinayət işinin materialları tədqiq edilərkən ibtidai istintaq zamanı həm təqsirləndirilən, həm də zərərçəkmiş şəxs ifadələr verərkən onların arasında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs səs tonunu qaldırdığı göstərilsə də, ibtidai istintaq zamanı bunun səbəbi araşdırılmamış, təqsirləndirilən və zərərçəkmiş şəxsə məhz göstərilən halla əlaqədar hər hansı sual verilməmiş, aralarında baş vermiş münaqişə zamanı mübahisənin kəskinləşməsinin səbəbi örgənilməmişdir. Təqsirləndirilən və zərərçəkmiş şəxsin ifadələrində hadisənin baş verməsinin səbəbi kimi Zərərçəkmiş şəxs mübahisə zamanı səsinin tonunu qaldırmasına dair göstərdikləri ilə kifayətlənmiş, lakin bunun səbəbi hər hansı şəkildə araşdırılmamışdır. Hadisənin göstərilən şəkildə baş verməsinin təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidin ifadələri ilə, cinayət işi üzrə digər sübutlarla və işin faktiki halları ilə təsdiq olunması zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin arasında şəxsi münasibətlər zəminində münaqişə yarandığını və Təqsirləndirilən şəxs qəsdən ağır zərər vurma cinayət əməlini məhz şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı törətdiyini sübut etməklə, ibtidai istintaq orqanının təqsirləndirilən şəxs tərəfindən cinayət əməlinin heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə törədilməsinə dair gəldiyi əsassız qənaəti tamamilə təkzib etmişdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 saylı qərarının 5-ci bəndində göstərilmişdir ki, “Məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adamöldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsüf edilməlidir.” Həmin Qərarda təsdiq edilmiş hüquqi mövqedən də göründüyü kimi, törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə tövsif edilməsi üçün konkret cinayətin motivini xuliqanlıq niyyəti təşkil etməlidir. “Xuliqanlıq niyyəti”nin anlayışı «Qəsdən adam oldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 saylı qərarında şərh edilmişdir. Həmin Qərarın 6-cı bəndində göstərilmişdir ki, “Qəsdən adam öldürmə o vaxt Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Hazırki iş üzrə cinayət əməli törədilməmişdən əvvəl təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında yuxarıda göstərilən mübahisənin yaranmasının Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə borc verdiyi pulu qaytarmasını bildirməsi, bununla əlaqədar aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs ona qarşı nalayiq ifadələr işlədərək onu söyməsi səbəbindən şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı onların arasında yaranmış münaqişənin konkret göstərilən səbəblərinin olmasına, həmin mübahisə ilə əlaqədar şəxsi münasibətlər zəminində cinayətin törədilməsinə baxmayaraq, ibtidai istintaq orqanı tərəfindən həmin cinayət əməlinin heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə törədilməsinə dair gəlinmiş qənaətin tamamilə əsassız olması məhkəmə araşdırması zamanı təsdiq olunmuşdur. Göründüyü kimi, şəxsi münasibətlər zəminində baş vermiş münaqişə zamanı Təqsirləndirilən şəxs qəsdi ilə əhatə olunan sağlamlığa ağır zərər vurma cinayətini törətməsi nəticəsində birmənalı olaraq zərərçəkmişə ağır xəsarət yetirilmiş və hadisə baş verən anda işin faktiki halları əsasında onun özünün hərəkətləri ilə Zərərçəkmiş şəxs xuliqanlıq niyyətilə vurması ümumiyyətlə müəyyən olunmamışdır. Beləliklə də, sadalananları nəzərə alaraq məhkəmə hesab edir ki, ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə tövsif edilməsi barədə, yəni onun qəsdinin məhz xuliqanlıq niyyətilə qəsdən sağlamlığına ağır zərər vurmağa yönəlməsi ilə bağlı qənaəti- Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinin dispoziyasına və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun hüquqi mövqeyinə uyğun deyil. Bu isə onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncunun qəsdən sağlamlığına ağır zərər vurması ilə bağlı öz əməlinin mümkün ictimai təhlükəli nəticəsini qabaqcadan görmüş, bunu arzu etməklə, həmin ictimai təhlükəli nəticəyə münasibətdə onun birbaşa qəsdi mövcud olmuşdur ki, qeyd olunan əməl cinayət olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə əhatə olunur. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1 maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, istintaq hərəkəti protokolları və məhkəmə prosesi zamanı araşdırılmış işin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.11-ci maddəsinə əsasən cinayətin törədilməsindən bilavasitə sonra Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi tibb müəssisəsinə çatdırıb ona yardım göstərməklə onun sağlamlığına dəyə biləcək zərərin azaldılmasını, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Bundan başqa, qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.11, 59.1.12-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilmiş və Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Qeyd edilənlər Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cəza təyin edilərkən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiqini mümkün edir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsini nəzərə almaqla yanaşı, eyni zamanda təqsirləndirilən şəxsin barəsində olan yuxarıda göstərilmiş cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini məqsədə uyğun hesab edir. Bununla yanaşı, eyni zamanda məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edərkən qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəliliyi nəzərə alınarsa, yəni törədilmiş əməl nəticəsində ən mühüm dəyərlərdən biri olan insan sağlamlığına ağır zərər vurulması və təqsirləndirilən şəxs tərəfindən cinayətin törədilmə səbəbi kimi onun subyektiv qiymətləndirməsi baxımından zərərçəkmiş şəxslə aralarındakı sözlü mübahisə zamanı sonuncunun onun ünvanına xoşagəlməz ifadələr işlətməsi səbəbinə görə bıçaq ilə zərərçəkmişin sağlamlığına qəsdən ağır zərər vurması kimi işin hallarını (yəni istənilən adi həyati halda, öz subyektiv düşüncəsinə görə istənilən həyati halda mübahisə halında təqsirləndirilən şəxsin ağır cinayət törətməsini) nəzərə alaraq onun barəsində şərti məhkum etmənin nəzərdə tutulduğu Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməməlidir. Belə ki, şərti məhkumetmənin təyin edilməsi şəxsin islah olunması məqsədinə cavab verməlidir. Cinayət qanunvericiliyinin tələblərinə əsasən şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas məhkumun cəza çəkmədən islah olunmasının mümkün sayılmasıdır (CM-nin 70.1-ci maddəsi). Məhkumun islah edilməsi deyiləndə onda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması başa düşülür (Cəzaların İcrası Məcəlləsi maddə 8.1). Odur ki, göstərilənlərə əsasən şərti məhkum etmə institutunun onun barəsində tətbiq edilməsi təqsirləndirilən şəxsin islah olunması və cəzanın məqsədlərinə nail olunması baxımından məqsədə müvafiq hesab edilə bilməz. Həmçinin təqsirləndirilən şəxsin barəsində cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsinin nəzərdə tutulduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilməsi üçün də qanunvericilikdə nəzərdə tutulmuş hər hansı hallar müəyyən edilməmişdir. Məhkəmə, eyni zamanda təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında həbs edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 29 aprel 2025-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 29 aprel 2025-ci il tarixdə axtarışda olan şəxs kimi tutularaq, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçildiyi tarixdən hazırki tarixədək ev dustaqlığında olmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6 maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan maddi sübutlar– Zərərçəkmiş şəxs məxsus bir ədəd gödəkcə, bir ədəd poluver, bir ədəd mayka və bir ədəd uzunqol köynək sahibi Zərərçəkmiş şəxs qaytarılmalı, qəbul etmədikdə isə məhv edilməli, bundan başqa "xxxx" MMC-dən əldə olunmuş 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Hazırki cinayət işi üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak, habelə ekspertiza xərci müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və ev dustaqlığında saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin başlanğıcı tutulduğu 29 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbs edilsin, “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar – Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan Zərərçəkmiş şəxs məxsus bir ədəd gödəkçə, bir ədəd poluver, bir ədəd mayka və bir ədəd uzunqol köynək sahibi Zərərçəkmiş şəxs qaytarılsın, qəbul etmədikdə isə məhv edilsin, bundan başqa "xxxx" MMC-dən əldə olunmuş bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Elnur Nuriyev Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(101)-1574/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1574/2025
28.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver