Məhkəmə qərarları › İş №1(101)-1575/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1575/2024

16.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1575/2024 16.08.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, X45, X2 və Cəbizadə Aybəniz Emin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X9 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, “Kredo” Vəkil Bürosunun vəkilləri - Müdafiəçi1 və X12, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında xx xxxx 1980-ci il tarixdə Masallı rayonunun Hişkədərə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Hişkədərə kəndində qeydiyyatda olan və əvvəllər Rusiya Federasiyasında yaşamış, 26 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 28 aprel 2023-cü il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 28,214.2.1, 274, 281.3 və 283.1ci maddələri, xx xxxxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Viyən kəndində qeydiyyatda olan və əvvəllər Rusiya Federasiyasında yaşamış, 28 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 29 aprel 2023-cü il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 274, 281.3 və 283.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq qəsdən Ermənistan Respublikasının xüsusi xidmət orqanlarına Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda kömək edib onların tapşırıqlarını icra etməklə, düşmən tərəfinə keçməklə dövlətə xəyanət etmiş, Ermənistan Respublikasının xüsusi xidmət orqanının nümayəndəsinin tapşırığı ilə qəsdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn təkrar açıq çağırışlar etmiş, bu cür məzmunlu materialları hazırlayaraq yaymış, aşkar surətdə, o cümlədən kütləvi informasiya vasitələrindən və sosial şəbəkələrdən istifadə etməklə qəsdən Azərbaycan Respublikası ərazisində milli, dini nifrət və düşmənçiliyin salınmasına yönələn təkrar hərəkətlər etmiş, eləcə də Azərbaycan Respublikasının ərazisində terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər hərəkətlər (terror aktı) törətməyə hazırlıq hərəkətləri etmiş, lakin iradəsindən asılı olmayaraq cinayəti başa çatdıra bilməmişdir. Belə ki, təqsirləndirilən şəxs - Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1 2019-cu ilin dekabr ayında daha əvvəl Ermənistan Respublikasının xüsusi xidmət orqanlarının nümayəndəsi olan Yerevan Dövlət Universitetinin İranşünaslıq kafedrasının rəhbəri və Ermənistan Respublikasının Yerevan şəhərində fəaliyyət göstərən Rusiya-Ermənistan Universitetinin Şərqşünaslıq İnstitutunun direktoru X29 sövdələşib məxfi əməkdaşlığa cəlb edilməklə sonuncunun Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq verdiyi gizli tapşırıqları maddi vəsait müqabilində yerinə yetirmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü, 281.3-cü və 283.1-ci maddələri ilə məhkum edilmiş X6 məhkəmə prosesləri keçirilən günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının yanına gəlmiş şəxslərlə çəkdirdiyi fotoşəkilləri “Facebook” sosial şəbəkə profilində paylaşmış, həmin paylaşımları görən Garnik Asatrian onunla həmin sosial şəbəkə vasitəsilə əlaqə yaradaraq tanış olmuş və sonuncu tərəfindən Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq verilən gizli tapşırıqların maddi vəsait müqabilində icrası barədə sövdələşib Azərbaycan Respublikasının ərazisində olarkən məxfi əməkdaşlığa cəlb edilmiş, Garnik Asatrianla sosial şəbəkə tətbiqləri vasitəsilə şəxsən müntəzəm əlaqədə olmaqla etnik zəmində Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanması, Azərbaycan Respublikasının ərazisində milli, dini nifrət və düşmənçiliyin salınması, bu məqsədlə Azərbaycan Respublikasının vətəndaşlarının məxfi qaydada əlaqəyə cəlb edilməsi istiqamətində fəaliyyət göstərməklə X6 barəsində məhkəmə proseslərinin keçiriləcəyi vaxtlar və məhkəmə prosesləri zamanı qəbul edilmiş qərarlar barədə məlumatlar toplayaraq Garnik Asatriana təqdim etmiş, 2020-ci ilin dekabr ayından etibarən Azərbaycan Respublikasında olarkən Garnik Asatrianın tapşırığı ilə Azərbaycan Respublikasının Masallı, Lənkəran və digər rayonlarında yaşayan Türkiyə Respublikasının vətəndaşlarının sayı barədə məlumat toplayaraq “Facebook” sosial şəbəkəsindən istifadə etməklə təqdim etmiş, 2021-ci ilin aprel ayında Kürdəmir, Yevlax, Cəlilabad, Masallı və Lənkəran rayonlarında yaşayan xarici ölkə vətəndaşları və hərbi obyektlər barədə mümkün məlumatların toplanılması barədə Garnik Asatrianın tapşırıqlarının icra edilməsi müqabilində sonuncu tərəfindən sürətli pul köçürmə sistemi vasitəsilə öz adına 5 aprel 2021-ci il tarixdə göndərilmiş 200 ABŞ dolları məbləğində pul vəsaitini "xxxx" ASC-nin Masallı rayon filialından götürmüş, verilən tapşırığa uyğun olaraq 10 aprel 2021-ci il tarixdə Yevlax şəhərinə gedib orada foto çəkilişlər edərək həmin materialları, həmçinin Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (bundan sonra: DTX) İstintaq baş idarəsində X34 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 və 283.1-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə qəbul edilmiş prosessual qərar və protokolların fotoşəkillərini 11 aprel 2021-ci il tarixdə “Telegram” mobil tətbiqi vasitəsilə “rasad ahmadov” adlı “+**********3” mobil nömrə ilə qeydiyyatdan keçdiyi hesabından Garnik Asatrianın istifadəsində olan “Qarik Prafesor” (Qarik Prafesor) adlı hesaba Masallı rayonunun Hişkədərə kəndində olarkən göndərmiş, 2021-ci ilin iyun ayında Garnik Asatrianın tapşırığı ilə sonuncunun əlaqəsi olan Yevgeniy adlı şəxslə Moskva şəhərində görüşərək sonuncunun Azərbaycanda “talış hərəkatı” ilə bağlı məlumatların təqdim edilməsi haqqında verdiyi tapşırıqları icra edəcəyi barədə sövdələşmiş, verilən tapşırıqların icrası müqabilində Garnik Asatrian tərəfindən göndərilmiş 100 ABŞ dolları məbləğində pul vəsaitini Moskva şəhərində qəbul etmiş, 2022-ci ilin avqust ayında Masallı rayonundan olan həmyerlisi kimi 2009-cu ildən tanıdığı tanışı X13 təklifi ilə sonuncunun vasitəsilə 2020-ci ildə tanış olduğu X25 ilə birlikdə İran İslam Respublikasının Rusiya Federasiyasının Moskva şəhərindəki səfirliyinə gedərək xarici xüsusi xidmət orqanının Hətəm adlı nümayəndəsi ilə görüşüb Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanması istiqamətində fəaliyyət göstərdiyi barədə məlumat verib müzakirə aparmış, 2022-ci ilin noyabr ayında Rusiya Federasiyasının Moskva şəhərində olarkən Garnik Asatrianın tapşırığı ilə ona istintaqla adı Rac kimi məlum olan, şəxsiyyəti müəyyən edilməmiş şəxsin vasitəsilə çatdırılmış Ermənistan Respublikasının xüsusi xidmət orqanlarının nümayəndələri tərəfindən məqsədyönlü şəkildə xüsusi olaraq hazırlanmış Azərbaycan Respublikası ərazilərinin parçalanmış şəkildə təsvir olunduğu 200 ədəd saxta xəritəni qəbul edib hazırda istintaqla müəyyən edilməyən Rusiya Federasiyasında yaşayan şəxsi əlaqədə olduğu və digər azərbaycanlılara verməklə, eləcə də X13 tapşırığı ilə həmin saxta xəritələr üzərində Azərbaycan dilində videomaterial hazırlayaraq Ermənistan Respublikasının xüsusi xidmət orqanının nəzarətində olan “Telegram” sosial şəbəkəsinin “Talış Revolyutsiya”, “Tik-Tok” sosial şəbəkəsinin “artagers.07”, “zonainteresting” adlı kanallarında 12 aprel 2023-cü il tarixdə yayılmasını təşkil etmiş, Garnik Asatrianın tapşırığı ilə Ermənistan Respublikasının xüsusi xidmət orqanlarının Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanması istiqamətində məxfi əməkdaşlıq edib istifadə edə biləcəyi Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs2 barədə 2022-ci ilin dekabr ayında məlumat təqdim etmiş, 2022-ci ilin noyabr və dekabr aylarında, həmçinin 2023-cü ilin mart ayında Garnik Asatrianın tapşırığı ilə özü və Təqsirləndirilən şəxs2 ilə birlikdə Rusiya Federasiyasının ərazisində Azərbaycan Respublikasının ərazi bütövlüyünün etnik zəmində parçalanmasının təbliğinə, Azərbaycan Respublikası ərazisində milli, dini nifrət və düşmənçiliyin salınmasına yönələn videomateriallar hazırlayıb “youtube.com” internet portalında paylaşması üçün sonuncuya istifadəsində olmuş Elektron ünvan 1 elektron poçt ünvanından Garnik Asatrianın istifadəsində olan mailto:garnikasatrian@gmail.comElektron ünvan 2 elektron poçt ünvanına göndərməklə 25 noyabr 2022-ci il, 05 dekabr 2022-ci il, 17 aprel 2023-cü il və xx.xx.2023-cü il tarixlərində yayılmasını təşkil etmiş, o cümlədən sosial şəbəkələrdə qeydiyyatdan keçdiyi profillər vasitəsilə qəsdən Azərbaycan Respublikası və Rusiya Federasiyasının ərazisində olduğu vaxtlarda Azərbaycan Respublikasının ərazi bütövlüyünün etnik zəmində parçalanmasının təbliğinə, Azərbaycan Respublikası ərazisində milli, dini nifrət və düşmənçiliyin salınmasına yönələn fotomaterialları paylaşmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs1 2023-cü ilin aprel ayının əvvəllərində Rusiya Federasiyasının ərazisində olarkən Garnik Asatrian tərəfindən verilən tapşırıqların icrasını davam etdirərək Azərbaycan Respublikasının vətəndaşlarının guya milli, dini nifrət və düşmənçilik zəminində iğtişaşlar törətmək niyyətini və törətmələrini nümayiş etdirmək məqsədilə Azərbaycan Respublikasının ərazisində partlayış, yanğın və digər ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan hərəkətlər törətməyə razılıq verəcək şəxslərin müəyyən edilməsi istiqamətində fəaliyyət göstərib 2020-ci ildə “Facebook” sosial şəbəkəsindən tanıdığı həmyerlisi olan Azərbaycan Respublikasının vətəndaşı X15 qeyd olunan hərəkətlərin yerinə yetirilməsində yardım və iştirak etməsi barədə “WhatsApp» sosial şəbəkə tətbiqi vasitəsilə təkliflər edərək sonuncuya “WhatsApp» mobil tətbiqi vasitəsilə istifadəsindəki +**********3 mobil telefon nömrəsindən 3 aprel 2023-cü il tarixdə göndərdiyi səsli mesajlarda, habelə apardığı danışıqlarda Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanması, Azərbaycan Respublikası ərazisində milli nifrət və düşmənçiliyin salınması məqsədilə terror aktları törədəcəyi barədə məlumat verib bu istiqamətdə fəaliyyətinə gizli kömək göstərilməsini təklif etmiş, qeyd olunan hərəkətləri ilə Azərbaycan Respublikasının ərazisində terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər hərəkətlər (terror aktı) törətməyə hazırlıq hərəkətləri etmiş, bu məqsədlə 19 aprel 2023-cü il tarixdə Rusiya Federasiyasının Moskva şəhərindən Azərbaycan Respublikasının Bakı şəhərinə gələrək cinayətkar niyyətini həyata keçirmək istəmiş, lakin DTX-nin əməkdaşları tərəfindən 26 aprel 2023-cü il tarixdə keçirilmiş tədbirlər nəticəsində Bakı şəhərində tutulduğu üçün iradəsindən asılı olmayaraq cinayəti başa çatdıra bilməmişdir, yəni qeyd oulnan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 214.2.1, 274, 281.3 və 283.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq qəsdən Ermənistan Respublikasının xüsusi xidmət orqanlarına Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda kömək edib onların tapşırıqlarını icra etməklə, düşmən tərəfinə keçməklə dövlətə xəyanət etmiş, eləcə də Ermənistan Respublikasının xüsusi xidmət orqanının nümayəndəsinin tapşırığı və öz təşəbbüsü ilə kütləvi informasiya vasitələrindən və sosial şəbəkələrdən istifadə etməklə qəsdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn təkrar açıq çağırışlar etmiş, bu cür məzmunlu materialları hazırlayaraq təkrar yaymış, aşkar surətdə, o cümlədən kütləvi informasiya vasitələrindən istifadə etməklə qəsdən Azərbaycan Respublikası ərazisində milli, dini nifrət və düşmənçiliyin salınmasına yönələn təkrar hərəkətlər etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 2022-ci ilin dekabr ayında Ermənistan Respublikasının xüsusi xidmət orqanlarının nümayəndəsi olan Yerevan Dövlət Universitetinin İranşünaslıq kafedrasının rəhbəri və Ermənistan Respublikasının Yerevan şəhərində fəaliyyət göstərən Rusiya-Ermənistan Universitetinin Şərqşünaslıq İnstitutunun direktoru X43 tərəfindən Təqsirləndirilən şəxs1 vasitəsilə Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq verilən gizli tapşırıqların icrası barədə sövdələşib məxfi əməkdaşlığa cəlb edilmiş, həmin tapşırıqlara əsasən sonuncu ilə birlikdə qəsdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün etnik zəmində parçalanmasının təbliğinə, Azərbaycan Respublikası ərazisində milli, dini nifrət və düşmənçiliyin salınmasına yönələn videomaterialı Rusiya Federasiyasının Moskva şəhərində 2022-ci ilin dekabr ayında hazırlayıb Garnik Asatrianın “youtube.com” internet portalında paylaşması üçün X58 Əhmədovla birlikdə sonuncunun istifadəsində olmuş Elektron ünvan 1 elektron poçt ünvanından Garnik Asatrianın istifadəsində olan mailto:garnikasatrian@gmail.comElektron ünvan 2 elektron poçt ünvanına göndərməklə 05 dekabr 2022-ci il tarixdə yayılmasını təşkil etmişdir. Bundan başqa, təqsirləndirilən şəxs Əmirov X51 Federasiyasının ərazisində olduğu vaxtlarda sosial şəbəkələrdə qeydiyyatdan keçdiyi profillər vasitəsilə qəsdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün etnik zəmində parçalanmasının təbliğinə, Azərbaycan Respublikası ərazisində milli nifrət və düşmənçiliyin salınmasına yönələn fotomateriallar paylaşmışdır, yəni qeyd oulnan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274, 281.3 və 283.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxslərə münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 214.2.1, 274, 281.3 və 283.1-ci maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274, 281.3 və 283.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmələri tam təsdiq olunmuşdur. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 28, 214.2.1, 274, 281.3 və 283.1-ci ilə ona qarşı irəli sürülən ittihamlarla özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, törətdiyi əməllərdən ötrü peşiman olmuşdur və üzr istəməyi özünə borc bilir. Onun başıma nə gəldisə, savadsızlığı ucbatından gəlmişdir. O, məktəb oxumamışdır. Elektrik mantyoru işləmiş və Zabil Məhərrəmovu işi ilə əlaqədar tanımışdır. Zabil onu “odnoklassniki” sosial şəbəkəsindən tapmış, ona bəzi videoları göndərmiş və həmin videoları paylaşmasını istəmişdir. Həmin videolar talış mövzusu ilə bağlı olan videolar olmuşdur. Sonra Zabil ona “yaşasın talış respublikası” məzmunda plakat yazmağı və həmin plakatı kənddən asmağı tapşırmışdır. Lakin o, Zabilin bu tapşırığını icra etməmiş, ondan uzaqlaşmış, onunla əlaqəni kəsmiş və kənddə fəhlə işləmişdir. 2017-ci ildə isə onu bu işə məcbur etmişlər. Onun qızının həyatı lnun üçün önəmli oldluğundan, qızını itirmək istəmədiyindən o, bəzi şeyləri istintaqda deməmiş və məhkəmədə də deməsi imkansız olmsuşdur. 2015-ci ildə Əlikram Hümbətovla tanış olmuş, onun istəyi ilə bəzi tədbirlərdə iştirak etmiş, Fəxrəddin Abbasovun məhkəmə işi ilə bağlı məhkəmə prosesinə getmişdir. Həmin vaxtlarda ermənistanlı Asatrian adlı şəxs sosial şəbəkədən ona “kak Fəxrəddin Abbasov?” sualı ilə müraciət etmiş, o da rus dilində “vse xoroşo, davam edir”, yəni «hər şey yaxşıdır, davam edir» yazmışdır. Təqsirləndirilən şəxs1 ifadəsinin davamında göstərdi ki, Zabil Məhərrəmov ona konket tapşırıq verməmiş, o, Zabilə şəkil göndərməmişdir. Zabil sadəcə tədbirlərlə bağlı ondan bəzi sualları soruşmuş, ona videolar göndərmiş, həmin videoları paylaşmağı tapşırmış, o da bəzi videoları «facebook»da saxta səhifədə paylaşmışdır. «Yaşasın talış respublikası» adlı plakat yaz tapşırığını vermiş, o da bunu etməmişdir. O, Fəxrəddin Abbaszadənin Bakı Ağır Cinayətlər Məhkəməməsində keçirilən məhkəməsinə gəlmiş, Asatrianla həmin vaxtlarda tanış olmuş və “kak Fəxrəddin Abbaszadə?” sualını ona göndərmiş, lakin Asatrian ona video göndərməmişdir. O, Fəxrəddin Abbaszadənin məhkəməsinə Əlikram Hümbətovun xahişi ilə gedib iştirak etmişdir. Fəxrəddin Abbasovun işi üzrə məhkəmə iclası qapalı keçirilmiş, o, bayırda dayanmış, proses bitəndən sonra nəticəsi barədə vəkildən soruşmuş, növbəti iclasın vaxtı ilə maraqlanmışdır. O, Təklikdə dindirilmədiyindən Asatrianın ona tapşırdıqlarının hamısını deyə bilməmişdir. Onu Yevlağa getməyə məcbur etmişlər. Belə ki, aprel ayında, saat 12-də maşına oturub axşam Yevlağa çatmış, şəhərə girməmiş, oteldə qalmışdır. Yevlax-Qazax yol nişanı plakatını çəkib Asatriana göndərmiş, başqa heç bir rayona getməmişdir. Asatrian buna görə, yəni Yevlağa getmək məqsədi ilə ona 200 ABŞ dolları pul göndərmiş, oradakı vəziyyəti, əsasən də camaatın höküməti sevib-sevmədiyini öyrənib ona deməyi tapşırmışdır. Qarnik Asatrian bir rus millətindən olan şəxsin adı ilə, "xxxx" vasitəsi ilə ona pul göndərmişdir. Asatrian onu Fəxrəddin Abbazadənin məhkəməsində iştirak etdiyinə görə Yevlağa göndərmişdir. O, Asatirandan başqa heç bir məbləğdə pul almamışdır. Ağlım başında olmamış, içkili vəziyytdə olmuş, Fəxrəddin Abbasovun qəbrini ziyarət edib şəklini, videosunu çəkib Əlikrama göndərmişdir. Təqsirləndirilən şəxs1 ifadəsinin davamında daha sonra göstərdi ki, onda olmayan dövlətin xəritəsi olmuş, lakin o, həmin xəritəni heç kimə göndərməmişdir. O, “Xomeyni, bizi azad elə” məzmunlu videoları içkili vəziyyətdə hazırlamış, videolardan pul almamışdır. Şahid onun dostu olmuş, Yevqeni ilə Rusiyada tanış olmuş, Vera adlı şəxs isə Yevqeninin tanışı olmuşdur. O, onlarla talış mövzularında söhbətlər etmişdir. O, Azərbaycana qarşı, hakimiyyəti ələ keçirmək mövzusunda səsli mesajlar göndərməmiş, «yaşasın talış» şüarını demişdir. Rövşən onun dostu olmuş, 2 il onlar bir yerdə işləmişlər. O, Rövşəni sosial şəbəkələrdən tanımışdır. O, Rövşənə video çəkməyi təklif etmişdir. Video hazırlayan həmin gün onlar Moskvada içkili olmuş, video talışlar haqqında olmuş, videoda «Bizim dinimiz var» ifadəsini işlətmişlər. Orda dövlətə qarşı video olmamışdır. Belə ki, o, Zərdüşt dininə mənsub şəxs olmuşdur. 2019-cu ildə zərdüştlərə qulluq etmiş, «Avesta» kitabını yarısına qədər oxumuşdur. Hazırlanan videonu o, göndərmiş, lakin videonu kimə göndərməsindən Rövşənin xəbəri olmamışdır. Bunlar hamısı onun avamlığı ucabtından olmuşdur. Rövşən o adamları tanımamış, video çəkməyi Rövşənə özbaşına olaraq o, təklif etmiş, həmin videoya görə heç kimdən pul almamış, o, video çəkəndə Rövşənə pul vədi verməmişdir. Onun Ermənistan Respublikasının xüsusi xidməti orqanlarının əməkdaşları demişdi ilə rəsmi sənədlər əsasında əməkdaşlığı olmamışdır. Rövşən ona videonu silməyi xahiş etsə də, videonu silmək yadından çıxmış, o, videonu Talışıstan TV-yə, Qarnikə göndərmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq zamanı vermiş olduğu ifadələri elan edilməklə tədqiq olundu. Tədqiq olunan həmin ifadələrdən görünür ki, Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı vediyi ifadəsindən fərqli – etirafedici ifadə verib özünü Azərbaycan Respublikası CM-nin 28, 214.2.1, 274, 281.3 və 283.1-ci maddələri ilə təqsirli bilərək göstərmişdir ki, uzun müddət sosial şəbəkələrdən istifadə etmiş, “Facebook” sosial şəbəkəsində sonradan deaktiv etdiyi “Aslan Talış”, “Talışıstan Raşad” və “Təqsirləndirilən şəxs1” adlı hesabları olmuş, millətçi olmaqla “Facebook” sosial şəbəkəsində həmişə “talış dövləti”ni, “talış bayrağı”nı, “talış hərəkatı”nı təbliğ etmiş, bununla bağlı müxtəlif yazılar yazaraq videomateriallar paylaşmışdır. Hər zaman ən böyük arzusu “talış dövləti”nin mövcudluğu olmuş və o, bu “talış dövlətinin” yaradılması üçün əlindən gələn hər şeyi etmişdir. Təqsirləndirilən şəxs1 tədqiq olunan ifadələrində, həmçinin göstərmişdir ki, 2009- 2013-cü illərdə o, Masallı rayonunun Hişkədərə kəndində rabitə qovşağında elektrik təmirçisi işləmiş, işi ilə bağlı Masallı rayonunun digər kəndləri ilə yanaşı Mahmudavar kəndinə də gedib-gəldiyi vaxtlarda həmin kənddən olan X4 sakini kimi tanımışdır. 2015-ci ildə isə Zabil Məhərrəmov “odnoklassniki.ru” sosial şəbəkəsində ona dostluq göndərmiş və o, sonuncunun dostluğunu qəbul etmişdir. Daha sonra Zabil Məhərrəmov ona “youtube.com” portalında “Talışıstan TV” kanalında talış mövzusunda yayımlanmış videomaterialı, eləcə də digər videomaterialları göndərmişdir. Daha sonra onun da talış mövzusuna həvəsli olduğunu görərək münasibətləri daha da yaxınlaşmış və “Facebook” sosial şəbəkəsində sıx əlaqə saxlamışlar. Zabil Məhərrəmov ona Hişkədərə kəndinin girişinə üzərində “X60” sözləri yazılmış kartondan plakat hazırlayıb kənd icra nümayəndəliyinin binasının qabağında asmasını və əhalinin həmin plakata reaksiyasına baxıb bu barədə özünü məlumatlandırmasını tapşırmışdır. O, Zabil Məhərrəmovun bu təklifini qəbul etmiş və sonuncunun Ermənistanın xüsusi xidmət orqanları ilə əlaqəli olduğunu, onlardan aldığı tapşırıqları icra edilməsi üçün ona həvalə etdiyini bilmişdir. Lakin bu işi təkbaşına görəcəyi təqdirdə özünün həbs edilə biləcəyindən ehtiyyat etmiş, buna baxmayaraq Zabil Məhərrəmov onunla əlaqəni kəsməmiş və mütəmadi ona “talış dövləti”nin, “talış bayrağı”nın, “talış hərəkatı”nın təbliği üçün videomaterillar, öz çıxışlarını göndərmişdir. Rusiya Federasiyasına getdikdən sonra isə o, dəfələrlə Zabil Məhərrəmovla görüşüb talış mövzusunda söhbətlər aparmışdır. Zabil Məhərrəmov ona 2014-cü ildə Ermənistanda olduğunu, Ermənistan televiziyasında jurnalist işlədiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 tədqiq olunan ifadələrində daha sonra göstərmişdir ki, 2019cu ilin sonunda o, X6 Bakı Ağır Cinayətlər Məhkəməsində proseslərinə gedib çöldə gözləmiş, həmin vaxt Oqtay Əsgərov, Fəxrəddin Abbasovun qardaşı, Seyidəmir adlı şəxs və digər tanışları məhkəmə binasının yanına gəlib yığışmışlar. Əlikram Hümmətov tərəfindən o, həmin vaxt Fəxrəddin Abbasovun hüquqlarının müdafiə komitəsinin sədr müavini seçilmiş, sədr isə Oqtay Əsgərov olmuşdur. O, həmin vaxt “Facebook” sosial şəbəkəsində məhkəmənin yanına gələn şəxslərlə birgə çəkilmiş fotoşəkilləri paylaşmışdır. Həmçinin həmin fotoşəkilləri “talış mühacir hökumətinin” səhifələrində paylaşmışdır. Həmin fotoşəkilləri paylaşdığına görə ona Garnik Asatrian “Facebook” sosial şəbəkəsində mesaj yazaraq Fəxrəddin Abbasovla maraqlanmış və sonuncunun dostu olduğunu bildirmişdir. Garnik Asatrian ona “youtube.com” internet portalında olan kanalındakı Fəxrəddin Abbasov haqqında yaydığı videomaterialların linkini və birgə çəkdirdikləri fotoşəkli sonuncunun dostu olduğuna inandırmaq məqsədilə göndərmişdir. O, Garnik Asatrianı daha əvvələr Fəxrəddin Abbasovla bağlı internetdə videomateriallar paylaşdığına görə qiyabi tanımış, lakin həmin vaxta kimi Garnik Asatrianla hər hansı əlaqəsi olmamışdır. Garnik Asatrian ona öz adına olmayan xatırlamadığı “Facebook” sosial şəbəkə profilindən yazmış, o da Garnik Asatrianla “Facebook” sosial şəbəkəsi vasitəsilə əlaqə saxlamışdır. Həmin vaxt istifadəsində sonradan deaktiv edərək sildiyi “Rasad Ahmadov” adlı profil olmuş, X36 Abbasovun talış məsələlərinə görə həbs edildiyini bildirmişdir. Garnik Asatrian onun “talış dövləti” barədə fikirləri ilə maraqlanmış, o, çox kəskin şəkildə Azərbaycan dövlətinin mövcudluğunu istəmədiyini, Azərbaycan ərazisində yalnız “talış dövləti”nin mövcud olmalı olduğunu bildirmiş, Garnik Asatrian da onun bu fikirlərini dəstəkləmişdir. Garnik Asatrian ona məhkəmə proseslərini nəzarətdə saxlamasını və mütəmadi olaraq bu barədə məlumat verməsini tapşırmışdır. Garnik Asatrianın ona verdiyi bu tapşırıqla sonuncunun Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyini bilmiş və razılaşaraq növbəti məhkəmə proseslərinin vaxtı, eləcə də orada qəbul edilmiş qərarlarla bağlı Garnik Asatrianı mütəmadi olaraq məlumatlandırmışdır. Məhkəmə prosesləri ilə bağlı Garnik Asatrian ona hər hansı məbləğdə pul verməmişdir. Söhbət əsnasında Garnik Asatrian ona digər tapşırıqlarının da olacağını, onun isə həmin tapşırıqların icra edilməsi müqabilində pul alacağını bildirmiş, o, etiraz etməmiş və Garnik Asatrianla əməkdaşlığı davam etdirməyə razılıq vermişdir. Garnik Asatrianla onun “WhatsApp” əlaqələri yalnız Rusiya Federasiyasına getdikdən sonra təxminən 2020-ci ilin ortalarında yaranmış, Garnik özü ondan Rusiya Federasiyasında istifadə etdiyi “WhatsApp” nömrəsini verməsini istəmişdir. Təqsirləndirilən şəxs1 tədqiq olunan ifadələrində daha sonra göstərmişdir ki, 13 yanvar 2020-ci il tarixdə Almaniya Federativ Respublikasında yaşayan milliyyətcə talış olan özünü “talış mühacir hökumətinin rəhbəri” kimi təqdim edən Taiçinski Boris adlı şəxs Birləşmiş Krallıqdan onun adına X6 məhkəmə prosesində iştirak edərək sonuncunun dəstəkləndiyini nümayiş etdirmək məqsədilə 100 avro məbləğində pul vəsaitini göndərmişdir. Fəxrəddin Abbasovun məhkəməsi keçirilən zaman Ələkrəm Hümmətov sonuncunun hüquqlarının müdafiə komitəsini yaratmış, həmin komitənin ondan, Oqtay Əsgərovdan və Seyidəmir Məmmədovdan ibarət üç üzvü olmuşdur. Həmin vaxtlarda “talış mühacir hökuməti” adlı “WhatsApp” mobil tətbiq qrupu yaradılmış və o, həmin qrupun üzvü olmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs1 tədqiq olunan ifadələrində göstərmişdir ki, 2020-ci ilin mart ayında o, işləmək məqsədi ilə Rusiya Federasiyasının Perm şəhərinə gedərək orada fəhlə işləməyə başlamış, işləri yaxşı getmədiyi üçün 2020-ci ilin dekabr ayında yaşadığı kəndə qayıtmış, həmin ərəfədə mütəmadi olaraq Garnik Asatrian və Zabil Məhərrəmovla əlaqə saxlamışdır. Azərbaycana qayıdandan sonra Garnik Asatrian ona mütəmadi olaraq Azərbaycanın cənubunda olan Türkiyə Respublikası vətəndaşları barədə mümkün bütün məlumatları toplayaraq məlumat verməsini tapşırmışdır. O, Masallı və Lənkəranda çox az sayda türklərin olmasını müşahidə etdikdən sonra bu barədə Garnik Asatriana məlumat vermişdir. Təqsirləndirilən şəxs1 youtube.com internet portalında https://www.youtube.com/shorts/ VV_FvBki00Y səhifədə yayımlanmış Bıji, Toloşıstan! (Tərcüməsi: Yaşa,Talışıstan!) və Bıji, toloş! (Tərcüməsi: Yaşa, talış!) ifadələrini söylədiyi videomaterial barədə tədqiq olunan ifadələrində göstərmişdir ki, həmin videonu o, 2020-ci ildə Rusiya Federasiyasının Yekaterinburq şəhərində tikintidə işlədiyi zaman yaşadığı evdə təklikdə mobil telefonu ilə çəkmişdir. Həmin videonu çəkdiyi zaman o, əlində “talış” bayrağını tutmuşdur. Həmin videonun ilk dəfə özü tərəfindən 03 sentyabr 2020-ci ildə əvvəllər istifadəsində olmuş “Rasad Ahmadov” adlı “vk.com” sosial şəbəkə profilində paylaşmaqda məqsədi müstəqil “talışıstan” dövlətinin qurulmasını istəməyi və talış millətinin daim yaşamasını arzulamağı olmuşdur. Bundan sonra, Təqsirləndirilən şəxs1 tədqiq olunan ifadələrində göstərmişdir ki, 2021-ci ilin aprel ayının ortalarında Garnik Asatrian ona Kürdəmir, Yevlax, Cəlilabad, Masallı, Lənkəran rayonlarına səfər etməsini, orada yaşayan xarici ölkə vətəndaşlarının olub-olmaması və rayonlarda olan hərbi obyektlər barədə mümkün məlumatları toplayıb bildirməsini tapşırmış və verilən tapşırıqların icra edilməsi müqabilində 05 aprel 2021-ci il tarixdə Garnik Asatrianın tapşırığı ilə Rusiya Federasiyasından Aleksandr Çabak Aleksandroviç adlı tanımadığı şəxs sürətli pul köçürmə sistemi vasitəsilə onun adına 200 ABŞ dolları məbləğində pul vəsaiti göndərmişdir. O, öz adına göndərilmiş 200 ABŞ dolları məbləğində pul vəsaitini "xxxx" ASC-nin Masallı rayon filialından götürmüş və bundan sonra verilən tapşırığa uyğun olaraq Yevlax şəhərinə getmişdir. Yevlaxa çatandan sonra şəhəri gəzmiş, lakin hərbi obyekt görməmiş, Türkiyə Respublikası vətəndaşlarına rast gəlməmişdir. Yevlax şəhərində foto və video çəkilişlər edərək həmin materialları mobil telefonundakı “WhatsApp” tətbiqi ilə istifadəsindəki +**********3 mobil telefon nömrəsindən Garnik Asatrianın istifadəsində olan +**********0 mobil telefon nömrəsinə göndərmişdir. Bir gecə Yevlaxda oteldə qalandan sonra Masallıya qayıtmış və bu barədə Garnik Asatrianı məlumatlandırmışdır. Bundan sonra, Garnik Asatrian ona Azərbaycanda müharibəyə hazırlığın növbəti mərhələsinin olub-olmaması, eləcə də talış məsələlərində aktiv olan şəxslər barədə məlumat toplamasını tapşırmışdır. Daha sonra Təqsirləndirilən şəxs1 tədqiq olunan ifadələrində göstərmişdir ki, 2021ci ilin may ayında o, işləmək məqsədi ilə Rusiya Federasiyasının Moskva şəhərinə getmiş, həmin ilin iyun ayında Zabil Məhərrəmovla görüşmüş, birlikdə olarkən “talış dövləti”ni necə yaradacaqları barədə fikir mübadiləsi aparmışlar. Həmin ərəfədə o, Garnik Asatrianla əlaqə saxlayaraq Moskva şəhərində olduğunu bildirmiş, sonuncu xüsusi xidmət orqanında işləyən Yevgeniy adlı tanışının olduğunu, ona həmin şəxslə görüşməsini bildirmiş və o, razılaşmışdır. Görüş zamanı Yevgeniy adlı şəxs ondan Ukraynadakı müharibədə iştirak etmək üçün gedən azərbaycanlıları müəyyən etməsini xahiş edərək Azərbaycandakı talış hərəkatı ilə bağlı maraqlanmışdır. O, Yevgeniy adlı şəxsə talış hərəkatının qüvvədə olduğunu, Azərbaycan Respublikasının ərazisində “talış dövləti”ni qurmaq üçün əllərindən gələni etdiklərini bildirmişdir. Ümumi söhbət əsnasında o, Yevgeniyə maraqlı məlumatının olacağı təqdirdə bölüşəcəyini bildirmişdir. Bundan sonra Garnik Asatrian ona Vera adlı qız vasitəsilə 100 ABŞ dolları məbləğində pul vəsaiti göndərmişdir. 2022-ci ilin fevral ayında o, Azərbaycana gəlmiş, bir neçə gün yaşadığı kənddə qaldıqdan sonra yenidən Rusiyaya qayıtmışdır. Təqsirləndirilən şəxs1 tədqiq olunan ifadələrində daha sonra göstərmişdir ki, o, təxminən 2020-ci ildə “Facebook” sosial şəbəkəsində əslən Lənkərandan olan Şahid ilə tanış olmuş, münasibətləri həmişə yaxşı olmuş, sonuncu ilə bir dəfə 2020-ci ilin qış aylarında Bakıda görüşmüşdür. Sonradan o, Şahid “talış dövlətini” qurmaq lazım olduğunu bildirmişdir. O, Azərbaycanda cəmiyyət arasında vahimə yaradan hadisə törətməyi, eləcə də Azərbaycana qarşı döyüşməyi düşünmüş, bu işdə Şahid ona kömək edə biləcəyini güman etmişdir. Bu səbəbdən 2023-cü ilin aprel ayının 3-də o, Şahid talışların İrana birləşməli olması barədə “talışıstan dövləti”nin xəritəsi ilə çıxış etdiyi videofaylı göndərmişdir. Bundan sonra Şahid səsli mesaj göndərərək İran tərəfdən Azərbaycana qarşı döyüşmək istədiyini, Azərbaycanda cəmiyyət arasında vahimə yaradan hadisə törətmək niyyətində olduğunu bildirmişdir. O, bu videofaylı və səsli mesajları Şahid göndərməklə sonuncunun bu işlərdə ona kömək edə bilib-bilməyəcəyini yoxlamaq istəmişdir. Təqsirləndirilən şəxs1 tədqiq olunan ifadələrində, həmçinin göstərmişdir ki, 2022-ci ilin avqust ayında Zabil Məhərrəmov ona özü və İsmayıl Şabanovla birlikdə İran İslam Respublikasının Rusiya Federasiyasındakı səfirliyinə getməyi təklif etmiş və o, buna etiraz etməyərək sonuncularla birlikdə həmin səfirliyə getmişdir. Orada onları Zabil Məhərrəmovun tanışı Hətəm adlı şəxs qarşılamış, bundan sonra “talış dövləti” və “talış hərəkatı” barədə söhbət edərək fikir mübadiləsi aparmışlar. X25 barədə sosial şəbəkələrdə məlumatı olsa da əyani tanışlığı 2020-ci ildə telefon əlaqəsi zamanı olmuşdur. Belə ki, İsmayıl Şabanov talış “WhatsApp” qrupunun üzvü olmuş və Zabil Məhərrəmovun vasitəsilə onunla tanış olmuşdur. Belə ki, onun Rusiya Federasiyasında istifadəsində olmuş mobil telefon nömrəsinə zəng edərək hal-əhval tutmuşdur. 2021-ci ildə o, Moskva şəhərində “Drayv” ticarət mərkəzində avtomobil parklanma yerində işləyən zaman İsmayıl Şabanov oraya gələrək onunla görüşmüş və hal-əhval tutmuşdur. İsmayıl Şabanovla ümumi məclislərdə görüşmüş və sonuncunun talış mövzusunda söhbətlərinə qulaq asmışdır. Təqsirləndirilən şəxs1 tədqiq olunan ifadələrində, həmçinin göstərmişdir ki, 2022-ci ilin noyabr ayında Garnik Asatrian onunla əlaqə saxlayaraq “talış dövləti” və “böyük ermənistan” “dövlətlərinin” 200 ədəd yeni xəritəsini hazırlatdığını bildirmiş və ona Moskva şəhərində bu xəritələri talışlar arasında paylamağı tapşırmışdır. O, Garnik Asatrianın bu tapşırığına etiraz etməmiş, bundan sonra sonuncunun Rac adlı tanışı 200 ədəd xəritəni ona çatdırmışdır. O, həmin xəritələrdən bir qismini bu işdə ona kömək edə biləcəyini deyən Moskva şəhərində yaşayan qatı millətçi tanışı X26 vermişdir. Bundan sonra X35 ona özünün bildirdiyi məzmunda xəritəni videoya çəkərək “Teleqram”dakı “Talış Revaluciya” səhifəsinin admininə göndərməyi tapşırmışdır. O da 2023-cü ilin aprel ayının əvvəllərində təklikdə Rusiya Federasiyasında Penza vilayətinin Naravçat rayonundakı yaşayış evində Azərbaycan Respublikasının cənub zonasını əhatə edən üzərində “Talyshistan” sözü həkk edilmiş xəritənin əks olunduğu, “Rəhbərimiz Xamnei ağaya müraciət edirəm. Bizim vətənimiz talışıstanı azad edin. Faşist Azərbaycandan, faşist Azərbaycan rejimindən bizim vətənimiz talışıstanı azad edin. Qoy biz azad İran, biz İranın talışıstanıyıq, biz öz vətənimiz İrana qayıtmaq istəyirik. Vətənimizi azad edin. Rəhbərimiz Xamnei ağaya müraciət edirəm. İran dövlətinə müraciət edirəm. bizim vətənimiz talışıstanı azad edin. İranın talışıstanı, İran bizim vətənimizdir, talışıstan İrandır.” ifadələrini səsləndirdiyi videonu çəkərək “Teleqram”dakı “Talış Revaluciya” səhifəsinin tanımadığı admininə göndərmişdir. Bundan sonra həmin video sosial şəbəkələrdə, o cümlədən “tiktok” sosial şəbəkəsində yayılmışdır. İstifadəsində olmuş «Samsung Galaxy A13» markalı mobil telefona keçirilmiş baxış zamanı mobil telefonun “Qalereya” bölməsində 8,92 mb həcmli “VİD-20230426-WA0019.mp4” adlı videofaylın həmin videofayl olduğunu demişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 tədqiq olunan ifadələrində göstərmişdir ki, 2022-ci ilin noyabr ayında Garnik Asatrian ondan talış hərəkatı barədə çıxış etməsini, onu videoyazıya qeydə almasını və göndərməsini istəmiş, üzünün və səsinin montaj olunacağına və onun tanınmayacağına dair söz vermişdir. O, razılaşaraq 2022-ci ilin noyabr ayında Rusiya Federasiyasında Penza vilayətinin Naravçat rayonunda yaşadığı evdə https://www.youtube.com/watch?v = bAAdA8JlzPE səhifədə yayımlanmış “Talişi, oçnitesğ! TalyshistanTv xx.xx.2022 News” (tərcüməsi: talışlar, oyanın) başlıqlı videomaterialı çəkmiş, onu istifadəsində olmuş Elektron ünvan 1 elektron poçt ünvanından Garnik Asatrianın mailto:garnikasatrian@gmail.comElektron ünvan 2 elektron poçt ünvanına göndərmişdir. Garnik Asatrianın youtube.com internet portalında “Talyshistan TV” kanalında https://www.youtube.com/watch?v=bAAdA8JlzPE səhifədə “Talişi, oçnitesğ! TalyshistanTv xx.xx.2022 News” (tərcüməsi: talışlar, oyanın) başlıqlı yayımlanmış videomaterialı gördükdən sonra talış vatsap qruplarında həmin videoda əks olunan şəxs, yəni o, müzakirə olunmuş, üzü və səsi montaj olunduğundan heç kim onu tanıya bilməmiş və hamıya onun kimliyi maraqlı olmuşdur. Təqsirləndirilən şəxs1 tədqiq olunan ifadələrində, həmçinin göstərmişdir ki, 2022-ci ilin dekabr ayında Garnik Asatrian ona “talış hərəkatı” barədə yeni video çəkib göndərməsini tapşırmışdır. Moskva şəhərində tanış olduğu Təqsirləndirilən şəxs2 ilə söhbət zamanı o, https://www.youtube.com/watch?v=bAAdA8JlzPE səhifədə yayımlanmış “Talişi, oçnitesğ! TalyshistanTv xx.xx.2022 News” (tərcüməsi: talışlar, oyanın) başlıqlı videomaterialdakı şəxsin özünün olduğunu və videonun yayımlandığı həmin kanalın rəhbərinin Ermənistan xüsusi xidmət orqanları ilə əlaqəli şəxs olan Ermənistan Respublikasının vətəndaşı Garnik Asatrian olduğunu, talış hərəkatı” barədə yeni video çəkmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 talış hərəkatına həvəsli olduğu üçün onunla birlikdə videoya çəkilməsini və həmin videomaterialın Garnik Asatriana göndərilərək sonuncunun youtube.com internet portalında “Talyshistan TV” kanalında yayımlanmasını istəmişdir. O da Təqsirləndirilən şəxs2 onunla birlikdə videoya çəkilməsini və talış mövzusunda çıxış etməsini təşkil etmiş, sonuncu özünün də həmin videoda danışmaq istədiyini bildirmiş və o, buna etiraz etməmişdir. Daha sonra o, həmin videomaterialı qeyd etdiyi elektron poçt vasitəsilə Garnik Asatriana göndərmiş, sonuncu isə həmin videonu öz “youtube” kanalında paylaşmışdır. youtube.com internet portalında “Talyshistan TV” kanalında yayımlanmış https://www.youtube.com/watch?v=LEXFeKOv3JY səhifədə “Talışi, podnimaytesğ! TalyshistanTv xx.xx.2022 News” (tərcüməsi: talışlar, qalxın) başlıqlı videomaterial onun Təqsirləndirilən şəxs2 birlikdə Moskva şəhərində Varşavskiy şosse 7 ünvanda yerləşən kirayə qaldığı evdə çəkildikləri videomaterial olmuşdur. Bundan sonra isə özü təklikdə yenidən https://www.youtube. com/watch?v=ebZjXfbcyuQ səhifədə yayımlanmış “Talış o Bakinskoy respublike. TalyshistanTv xx.xx.2023 News” (tərcüməsi: talış Bakı Respublikası haqqında) başlıqlı və https://www.youtube.com/watch?v=UjPW_G00Jkw səhifədə yayımlanmış “Krik duşi talışa! Talyshistan Tv xx.xx.2023 News” (tərcüməsi: Talışların ruhunun fəryadı) başlıqlı videomaterialları həmin ilin fevral və mart aylarında Rusiya Federasiyasında Penza vilayətinin Naravçat rayonunda yaşadığı evdə çəkmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 tədqiq olunan ifadələrində göstərmişdir ki, «Samsung Galaxy A13» markalı mobil telefonun yaddaşındakı əksər nömrələrin talışlara, o cümlədən Baris Talğşinski +**********20 kimi qeyd etdiyi nömrənin ona Birləşmiş Krallıqdan 100 avro məbləğində pul göndərmiş şəxsin, Zabil +**********1 və Zabil +**********9 kimi qeyd etdiyi nömrələrin X13, Zaxiradin +**********7 kimi qeyd etdiyi nömrənin əvvəllər “facebook” sosial şəbəkəsindən tanıdığı, 2020-ci ildə isə Yekaterinburq şəhərində tanış olduğu, sosial şəbəkələrdə talış mövzusunda müzakirələr apardığı, Ermənistana talış mövzusunda çıxış etmək üçün müxtəlif konfranslara getmiş, Ermənistanda “Talışıstanın azad səsi” adlı online radioya talış mövzusunda müxtəlif videomateriallar göndərmiş qohumu (qayınatası Qənbərov Mirtalehin bibisi oğludur) X3, İsmail Şabanov +**********0 kimi qeyd etdiyi nömrənin 2018-ci ildən tanıdığı, aktiv talış hərəkatının üzvü olan, Moskva şəhərində talışların tədbirlərində görüşdüyü, həmin tədbirlərdə talışların müstəqilliyi, Azərbaycan Respublikasının ərazisində “talış dövlətinin” olmasının zəruriliyi, talışların hüquqları mövzusunda çıxışlar etmiş X10, Ravşan +**********1, Rovsan +**********3, Rovsan +**********1 kimi qeyd etdiyi nömrələrin Təqsirləndirilən şəxs2, Talğşstan +**********3 kimi qeyd etdiyi nömrənin özünün, Adil Nasirov +**********7 kimi qeyd etdiyi nömrənin barəsində ifadə verdiyi Adil Nəsirovun, Qarik Prafesor +**********0, Garnik Asatrian +**********0 kimi qeyd etdiyi nömrələrin X31, X53 +**********9 kimi qeyd etdiyi nömrənin X31 həyat yoldaşının, Druq Qarnik +**********0, Druq Prafesor +**********7 kimi qeyd etdiyi nömrələrin X31 əlaqəsi Rac adlı şəxsin, Hazard +**********8 kimi qeyd etdiyi nömrənin Garnik Asatrianın dostu, sonuncunun ona Rusiya vətəndaşlığı almaq üçün köməklik etməsi məqsədilə verdiyi şəxsin, Evqeniy +**********5 kimi qeyd etdiyi nömrənin RF FTX-nın Yevgeniy adlı əməkdaşının, Svet +**********05 kimi qeyd etdiyi nömrənin Garnik Asatrianın əlaqəsi olan şəxsin istifadəsində olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 tədqiq olunan ifadələrində, həmçinin göstərmişdir ki, X43 istifadəsində olan +**********0 mobil telefon nömrəsindən ona 16 aprel 2023-cü il tarixdə saat 13:10 dəqiqədə “Spasibo Raşadçan, spasibo. Ə, mı uje vıpustili tvoi gti vıstupleniə vse, naverno tı uvidel” (tərcüməsi: Sağol Rəşadcan, sağol. Mən, biz artıq sənin bütün çıxışlarını yayımlamışıq, yəqin görmüsən) məzmunlu səsli mesaj göndərmiş, Garnik Asatriana elektron poçt vasitəsilə göndərdiyi talış hərəkatı barədə çıxışının əks olunduğu videomaterialın sonuncuya məxsus “youtube” kanalında yayımlanması barədə ona məlumat vermişdir. Təqsirləndirilən şəxs1 tədqiq olunan ifadələrində, bundan başqa göstərmişdir ki, Ermənistan bayrağı əks edilmiş “Telegram” hesabının istifadəçisi onu “Talış Revalutsiya” qrupunda gördüyü üçün əlaqə saxlayıb mesaj yazaraq erməni olduğunu bildirmişdir. Həmin şəxs ona məzmununda Azərbaycan Respublikasını pisləyən və “müstəqil Talışıstan”ın yaradılmasına səsləyən videolar göndərmiş, o da həmin şəxsə “sağol, qardaş” məzmunlu mesaj yazmış, həmçinin erməni xalqına hörmətinin olduğunu, Azərbaycana nifrət etdiyini, onlara lazımi köməyi etməyə hazır olduğunu və bu məqsədlə özünün +**********3 vatsap nömrəsini bildirmişdir. “Qarik Prafesor” “Telegram” hesabının istifadəçisi barəsində ifadə verdiyi Garnik Asatrian olmuş, sonuncudan o, Moskva şəhərində işə düzəlməsinə kömək etməsini xahiş etmiş, Garnik Asatrian da ona +**********1 Sergey kimi qeyd etdiyi şəxsin nömrəsini göndərmişdir. O, Sergeylə əlaqə saxlamış, lakin Sergey ona işə düzəldəcəyinə dair söz versə də, sonradan hər hansı işə düzəldə bilməmişdir. Təqsirləndirilən şəxs1 daha sonra tədqiq olunan ifadələrində göstərmişdir ki, X34 təqsirləndirildiyi cinayət işi üzrə sənədlərin fotoşəkillərini ona Rusiyada yaşayan Şahin adlı soyadını bilmədiyi həmyerlisi “Telegram” mobil tətbiqi vasitəsilə göndərmişdir. Şahini o, cəmi iki dəfə 2018-ci ildə görmüşdür. X32 Respublikasında yaşayan Boris Talışinski adlı “Talış mühacir hökuməti” adlı təşkilatın rəhbəri kimi özünü təqdim edən şəxs həmin fotoşəkilləri talışların üzv olduğu “vatsapp” və “telegram” qruplarında paylaşmışdır. Həmin vaxt qeyd olunan fotoşəkilləri həmçinin Zabil Məhərrəmov özünün admin olduğu “vatsapp”, “facebook” və “telegram” qruplarında paylaşmışdır. Həmçinin Azər adlı şəxsin admini olduğu “Talışski pravda” telegram qrupu paylaşmışdır. Həmin fotoşəkilləri onların haradan əldə etdiklərini soruşmamışdır. Aslan Qurbanov Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən tutulduqdan sonra qardaşı Əbu Salam kimi tanıdığı şəxs ona Amerikada yaşayan “facebook” sosial şəbəkəsində “rahim shaliyev” adlı profildən istifadə edən Rəhim Şəliyev və ya Şıxəliyev soyadlı şəxsin məsləhət bildiyi vəkillə müqavilə bağladığını bildirmişdir. O, X34 təqsirləndirildiyi cinayət işi üzrə sənədlərin fotoşəkillərini Garnik Asatriana sonuncunun tələbinə əsasən göndərmişdir. Belə ki, Garnik Asatrian onunla əlaqə saxlayaraq Boris Talışınski öz “facebook” səhifəsində Aslan Qurbanovun cinayət işi üzrə sənədləri paylaşdığını deyib ondan həmin sənədlərin fotoşəkillərini göndərməsini tapşırmış, o da həmin fotoşəkilləri Garnik Asatriana göndərmişdir. X6 qəbrinin fotoşəkillərini, həmin qəbrin yanında çəkdirdiyi fotoşəkilləri də Garnik Asatrianın tələbinə əsasən göndərmişdir. Özünə məxsus AZE ******** seriya nömrəli şəxsiyyət vəsiqəsinin və özünə məxsus P5215766 seriya nömrəli pasportunun fotoşəklini Garnik Asatriana onun adına pul göndərməsi üçün göndərmişdir. Garnik Asatrian da tanımadığı şəxsin adından onun adına Rusiya Federasiyasından 05 aprel 2021-ci il tarixdə 200 ABŞ dolları pul göndərilməsini təmin etmişdir. 02 iyul 2021-ci il tarixdə o, “Aslan Talis” adlı “facebook” sosial şəbəkə profilinin ekran görüntüsünü Garnik Asatriana göndərmiş, həmin profildə o, “talış bayrağını”, “talışıstan” məzmunlu fotoşəkillər paylaşmış, həmin profili təxminən bir neçə ay istifadə etdikdən sonra paylaşımlarını silmişdir. Təqsirləndirilən şəxs1 tədqiq olunan ifadələrində, həmçinin göstərmişdir ki, “Telegram” hesabında “Talış Revolöüiə – obsujdenie!” (tərcüməsi: Talış İnqilab – müzakirə!) adlı kanalın üzvü olmağı barədə bildirmişdir ki, @MaMeDoV_222 – həmin kanalın adminidir, Zabil Məhərrəmovun ona deməsinə görə həmin təxəllüsün istifadəçisi əslən Lənkəranlıdır, talışdır, həmin kanaldakı şəxslərin heç birini tanımır, hər hansı biri ilə şəxsi tanışlığı olmamışdır. “Telegram” hesabında “Zabil Məhərrəmov” (t.me/zabilmadoj), “Çatik talışey” (tərcüməsi: talışların çatı), “Məhbus məktubu”, “İranist”, “Tolishstoni Sado – Qolos Talışıstana” (tərcüməsi: talışıstanın səsi), “Kanal KSİR” (tərcüməsi: X37 Korpusu kanalı), “karnamagi_aryan”, “Azad Bakı”, “Cihad313”, “Talışskaə orqanizaüiə” (tərcüməsi: talış təşkilatı), “İrana seqodnə” (tərcüməsi: İran bu gün), “Talışskaə pravda” (tərcüməsi: talış həqiqəti) adlı kanalların abunəçisi olmağı ilə bağlı bildirmişdir ki, “Zabil Məhərrəmov” (t.me/zabilmadoj) adlı kanalın admini X17r. “Çatik talışey” (tərcüməsi: talışların çatı), “Talışskaə pravda” (tərcüməsi: talış həqiqəti) adlı kanalların admini Rusiya Federasiyasının vətəndaşı Azər adlı talışdır. Azər adlı talış “facebook”da “Seyfəddin Talışıstani” adlı profildən istifadə edir. “Məhbus məktubu” adlı kanalın adminini tanımamış, həmin kanalda Azərbaycanda həbs edilmiş şəxslər barədə məlumatlar, İran haqqında dini məlumatlar paylaşılmışdır. “İranist” adlı kanalın adminini tanımamış, həmin kanalda İranın siyasəti, din xadimləri, onların fətvaları təbliğ olunmuşdur. “Tolishstoni Sado – Qolos Talışıstana” (tərcüməsi: talışıstanın səsi) adlı kanala onu X7 əlavə etmiş, həmin kanalda talışların müstəqilliyi ilə bağlı söhbətlər, video və fotomateriallar paylaşılmışdır. “Kanal KSİR” (tərcüməsi: X37 Korpusu kanalı) adlı kanalın adminini tanımamış, həmin kanalda İranın siyasəti, din xadimləri, onların fətvaları təbliğ olunmuşdur. “karnamagi_aryan” adlı kanalın adminini tanımamış, həmin kanalda müxtəlif millətlərə dair, onların mədəniyyətinə dair məlumatlar paylaşılmışdır. “Azad Bakı” adlı kanalın adminini tanımamış, həmin kanalda dini səpgidə paylaşımlar edilmişdir. “Cihad313” adlı üzvləri azərbaycanlılardan ibarət olan kanalın adminini tanımamış, həmin kanalda dini səpgidə paylaşımlar edilmiş, İranın siyasəti təbliğ edilmişdir. “Talışskaə orqanizaüiə” (tərcüməsi: talış təşkilatı) adlı kanalın admini Rusiyanın Kemerovo vilayətində yaşayan Müşfiq adlı talış olmuş, həmin kanalda Azərbaycandakı talışların müstəqilliyi mövzusunda söhbətlər aparılmış, talış mövzusunda video və foto materiallar paylaşılmışdır. “İrana seqodnə” (tərcüməsi: İran bu gün) adlı kanal iranlılara məxsus olmuş, həmin kanalın üzvləri əsasən iranlılar, talışlar və taciklər olmuşlar. Həmin kanallara üzv olma səbəbi talış hərəkatı barədə söhbətlərdən məlumatlı olmaq, paylaşılan foto və videomateriallardan istifadə etmək, İrana rəğbəti olmuşdur. Təqsirləndirilən şəxs1 tədqiq olunan ifadələrində, həmçinin göstərmişdir ki, “Telegram” hesabında onun “Evqeniy +**********5” adlı istifadəçiyə “Məhbus məktubu” telegram kanalında yayımlanmış həbs edilmiş şəxslərin guya inanclarına görə həbs edildiklərini göstərən xəbərləri yönləndirməyi ilə bağlı bildirmişdir ki, Azərbaycanda həbs edilmiş şəxslərin guya inanclarına görə həbs edildiklərini göstərən xəbərləri Yevgeni adlı şəxsin tapşırığı ilə sonuncuya göndərmişdir. “Telegram” hesabında “İ” adlı istifadəçiyə xx.xx.2023-cü il tarixdə saat 21:10 dəqiqədə “Zabil +**********9” kontaktını sonuncunun istəyi ilə göndərmiş, həmin istifadəçinin şəxsiyyətini xatırlamamışdır. Onun “Telegram” hesabında “Talış Revolöüiə – obsujdenie!” (tərcüməsi: Talış İnqilab – müzakirə!) adlı kanalın üzvü kimi tanıdığı “Lenkoransky” adlı istifadəçiyə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının cənub zonasını əhatə edən üzərində “Talyshistan” sözü həkk edilmiş xəritənin əks olunduğu videofaylı kanalda yayılmasını istədiyi üçün göndərmiş, sonuncu isə həmin videonu Cavid adlı adminə göndərmiş, daha sonra həmin videomaterial “Talış Revolöüiə – obsujdenie!” (tərcüməsi: Talış İnqilab – müzakirə!) adlı kanalda yayımlanmışdır. “Telegram” hesabında “Partizan” adlı istifadəçi erməni olduğunu bildirdikdən sonra o, azərbaycanlılara nifrət etdiyini və bu səbəbdən “revanshist” çatına qoşulduğunu bildirmişdir. Həmin çatda bir neçə gün qaldıqdan sonra üzvlükdən çıxmışdır. “Telegram” hesabında “A A” adlı istifadəçi ilə paylaşımlarına görə xx.xx.2023-cü il tarixdə onu tənqid etdikdə o, Azərbaycanı özünə vətən hesab etmədiyindən onun üçün heç kimin şəhid olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs1 tədqiq olunan ifadələrində, həmçinin göstərmişdir ki, “Telegram” hesabında “Rhmz” adlı istifadəçi ilə xx.xx.2023-cü il tarixdə apardığı yazışma zamanı Azərbaycan dövlətinə qarşı nifrətinin olmasını və İranı öz vətəni hesab etdiyini bildirərək İran üçün canını verə biləcəyini yazmış, həmin istifadəçini tanımadığını bildirmişdir. Təqsirləndirilən şəxs1 tədqiq olunan ifadələrində, həmçinin göstərmişdir ki, onun Elektron ünvan 1 elektron poçt ünvanına X31 istifadəsində olan mailto:garnikasatrian@gmail.comElektron ünvan 2 elektron poçt ünvanından xx.xx.2022-ci il tarixdə 21 kb həcmli “Talışi — drevniy narod, projivaöhiy na territorii qosobrazovaniə pod nazvaniem Azerbaydjan.” (tərcüməsi: Talışlar – Azərbaycan adlı dövlət quruluşunun ərazisində yaşayan qədim xalq) cümləsi ilə başlayan “Microsoft word” faylının göndərilməsi ilə bağlı bildirmişdir ki, həmin faylı ilk öncə Garnik Asatrian ona göndərmiş, onu talış dilinə tərcümə edib özünü videoya çəkərək talış dilində səsləndirməsini tapşırmışdır. Lakin o, həmin mətni talış dilinə tərcümə edə bilməmişdir. Həmin mətni Garnik Asatriana nə üçün göndərdiyini xatırlamamışdır. Ən nəhayət, Təqsirləndirilən şəxs1 tədqiq olunan ifadələrində özünün istifadəsində olmuş Elektron ünvan 1 elektron poçt ünvanından mailto:garnikasatrian@gmail.comElektron ünvan 2 elektron poçt ünvanına xx.xx.2023-cü il tarixdə göndərilmiş 164.68 mb həcmli “VİD_20230322_100533_374” adlı, 926.73 mb həcmli “20230322_094332” adlı və xx.xx.2023-cü il tarixdə göndərilmiş 839.06 mb həcmli “20230308_073151” adlı videofaylları nəzərdən keçirərək onları Garnik Asatrianın “Talyshistan TV” youtube kanalında yayımlaması üçün göndərdiyini, sonuncunun da onun üzünü və səsini montaj edərək “youtube” kanalında yayımladığını bildirmişdir (iş vərəqə: cild İ, səh. 48-50; 56-60; 91-93, cild 2, səh. 14-16, cild 3, səh. 181-183, cild 4, səh. 154- 165; 166-178; 179-187; 188-205, cild 5, səh. 60-65; 128-130). Elan olunan ifadələrindəki ziddiyyətlərə aydınlıq gətirən Təqsirləndirilən şəxs1 ifadəsinin davamında göstərdi ki, o, elan olunan ifadələrini təsdiq etmir, o, həmin ifadələrini DTX-da təhdidlə vermişdir. O, qızı ilə təhdid olunmuşdur. Onun adı çəkilən şəxslərlə əlaqəsi olmamışdır. Həmin adları, telefon nömrələrini yada salmağa DTX əməkdaşı kömək etmişdir. Məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274, 281.3 maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi, lakin Cinayət Məcəlləsinin 283.1-ci maddəsi ilşə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, tutulmazdan 4 il qabaq “mən talışam” adlı WhatsApp qrupu olduğunu eşitmiş, sonra o da WhatsApp qrupna əlavə olunmuşdur. Həmin qrupda iranlıların, fars-molla rejmi iran talışlarının olduğunu öyrənmişdir. Qrupa əlavə olunandan sonra qrupu izləyə bilməmiş, orada Rəşadın səs yazılarının olub-olmaması yadında qalmamışdır. Təxmini 2 ay həmin qrupda qalmış, sonra fars-molla rejimi iranlıların qrupda olmadığını görüb, qrupdan çıxmışdır. Bir müddət sonra o, Dağıstana getmişdir. O, boksla məşğul olduğu üçün rinqə getmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 ona zəng etmiş, oxran, yəni mühafizə işi olduğunu bildirmiş, birlikdə işləməyi təklif etmişdir. O da Moskvaya Rəşadın yanına işləməyə getmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs1 Moskvada video çəkib qrupa atmağı təklif etmiş, o da video çəkmişdir. X47 bir yerdə çəkmişlər. Buna görə aralarında pul söhbəti olmamışdır. Videonu Rəşad adi telefonla çəkmiş, telefonu stola qoyub özünü də, onu da çəkmişdir. Videoda onlar Şah İsmayıl barədə söhbət etmiş, Şah İsmayılın fəaliyyətindən, talış mədəniyyəti və tarixi haqqında danışmışlar. Belə ki, Şah İsmayıl talış olmuş, uşaqlıqda Lənkəranda gizlənmiş, daha sonra gedib Türkiyə dövlət qurmuşdur. Onlar videonu çəkərkən hər ikisi sərxoş vəziyyətdə olmuşdur. Növbəti gün çəkdikləri videonu qrupa atıb-atmaması ilə maraqlanmış, o da qrupa göndərmədiyini bildirmişdir. O, həmin videonu telefondan silməyi, qrupa da göndərməməyi Rəşada tapşırmış, Rəşad da onun tapşırığını icra edəcəyinə vəd vermişdir. Sonra maraqlandıqda Rəşad “videonu silmişəm” dedi. Onun Fars-molla rejimindən zəhləsi getmiş, lakin özümü elə göstərmişdir ki, guya onlar tərəfindədir. 1-2 ay keçəndən sonra, hardasa mart ayının 10-da Azərbaycana gəlmişdir. Aprel ayının 29-u isə 7 nəfər DTX adamları gəlib onu evdə onu vurmuş, onu DTX-ya aparmış, ona video çəkdiyini Asatriana göndərdiyini bildirmiş, videonu elə orda da ona göstərmişlər. O, həmin adamı tanımadığını, onu görmədiyini demişdir. Rəşadın məlum videonu silmədiyini o, ilk dəfə DTX-da öyrənirb bilmişdir. Orda bir müstəntiq onu televizor üçün video çəkməyə məcbur etmiş, o da onların yazdığı sözləri oxuyub təkrar etmişdir. Deyilənlər də onların yadında qalmadığı üçün onların dedikləri sözləri təkrar edə bilməmişdir. Sonra ona yazılı bir vərəq verib oxumağı tapşırmışlar. Onu vurub üz-gözünü partlatmışdılar. Dedilər bu yazıları məcburi təkrar etməlisən. O, oxuya bilmədiyindən montaj edilmiş, kuplet-kuplet deməyə məcbur edilmişdir. DTX-da Rəşad barədə ondan heç nə soruşulmamışdır. Təqsirləndirilən şəxs2 ifadəsinin davamında göstərdi ki, onun Redmi markalı telefonu olmuş, istintaqda nömrələrlə bağlı ona suallar olmuş, bildiyi sualara düz cavab vermişdir. Belə ki, Adil Nəsirovu qrupdan tanımış, sonuncu qrupda adminlərdən biri olmuşdur. Qrupda iranlılar oldmamış, o, elə birinci Adil Nəsirovla dalaşmış, qrupda onu söymüşdür. O, Zabil Məhərrəmovla da qrupda tanış olmuş, onların hansısa iş görmək ona təklif olunmamışdır. Talış Respublikası yaratmaq ona tövsiyə olunmamış, o, müxtəlif məclislərə dəvət olunsa da, getməmişdir. Talışlar iranlıların əlinə keçməsin deyə, o, qrupa girmişdir. Rəşadın nə işlə məşğul olduğu ilə o, maraqlanmamışdır. Rəşadın sosial şəbəkələrdə və ictimai işlərlə məşğul olduğunu bilməmiş, yalınz oxran, yəni mühafizəçi işdədiyini bilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq zamanı vermiş olduğu ifadələri elan edilməklə tədqiq olundu. Tədqiq olunan əmin ifadələrdən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274, 281.3 və 283.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü Cinayət Məcəlləsinin 281.3 və 283.1-ci maddələri ilə təqsirli bilmiş və ifadələrində göstərmişdir ki, uzun müddət “facebook”, instagram, tik-tok, ok.ru, vk.com adlı sosial şəbəkələrdən istifadə etmiş, əksər vaxtlarda öz adı ilə qeydiyyatdan keçmişdir. “facebook” sosial şəbəkəsində “Rovsen Amirov” adlı (https//www.facebook.com/rovsen.amirov.33) ünvanlı profil, “Rovsen Amirob” adlı (https//www.facebook.com/rovsen.amirob) ünvanlı profil, “Rövşen Amirov” adlı (https//www.facebook.com/rovsen.amirov.7) ünvanlı profil, “Rovşan Amirov” adlı (https//www.facebook.com/profile.php?id=**********89499) ünvanlı profil, “vk.com” sosial şəbəkəsində “https//vk.com/id433004178” ünvanlı profil, “Tik-Tok” sosial şəbəkəsində “rovsenamirov1” adlı “https//www.tiktok.com/@rovsenamirov1” ünvanlı profil, “instagram” sosial şəbəkəsində “rovsen.amirov” adlı “https//www.instagram.com/ rovsen.amirov/” ünvanlı profil, “ok.ru” sosial şəbəkəsində “rovşan amirov” adlı “https//ok.ru/profile/**********78”, və “https//ok.ru/profile/**********52” ünvanlı profillər, eləcə də “Rovsen Amirov” adlı “https//ok.ru/profile/**********89” “https//ok.ru/profile/**********4” ünvanlı profillər onun istifadəsində olmuşdur. O, sosial şəbəkələrdə həmişə “talış dövləti”ni, “talış bayrağı”nı, “talış hərəkatı”nı təbliğ etmiş, bununla bağlı müxtəlif yazılar yazmış, videofayllar paylaşmışdır. Ən böyük istəyi “talış dövləti”nin yaranması olmuş və bunun üçün əlindən gələn hər şeyi etmişdir. 2018-ci ilin aprel ayında Rusiya Federasiyasının Moskva şəhərinə işləmək məqsədilə getmiş, orada yerləşən “Fudsiti” bazarında satıcının yanında fəhlə işləmişdir. Həmin vaxt o, əslən Masallı rayonunun Hişkədərə kəndindən olan həmfikiri Təqsirləndirilən şəxs1 vasitəsilə X39 ilə tanış olmuşdur. Təqsirləndirilən şəxs1 ona talış hərəkatı barədə söhbətlərin getdiyi “Mən talışam” adlı Adil Nəsirov tərəfindən idarə olunan “vatsapp” qrupunun olduğunu demiş, daha sonra onun nömrəsini Adil Nəsirova bildirərək həmin qrupa əlavə olunmasını xahiş etmiş və sonuncu onu “Mən talışam” adlı “vatsapp” qrupuna əlavə etmişdir. Həmin qrupda “talış dövləti”, “talış hərəkatı”, “talış bayrağı” və talış dili barədə söhbətlər getmişdir. Qrupa daxil olan şəxslərin bir çoxu, əsasən də Adil Nəsirov hamiya təkidlə bildirmişdir ki, talış olanların hamısı talış dilini təmiz bilməli və talış dilində danışmalıdır. Bir müddətdən sonra Adil Nəsirov onun həmin qrupun aktiv üzvlərindən biri olmasını, öz üzərində bu istiqamətdə işləməsini istəyərək ona talış xalqının səfərbər olması, bütün cənub zonasının talışlara aid olması, elimizin ağsaqqaları və sair kimi mövzuda səslər hazırlayaraq qrupa əlavə etməsini tapşırmışdır. O da özünü təkmilləşdirmək istiqamətində çalışmışdır. Həmin qrupda daha sonra əslən Masallı rayonunun Mahmudavar kəndindən olan X35 ilə tanış olmuş, sonuncu hər zaman paylaşımlarında “talış dövləti”nin yaranmasını istədiyini bildirmiş, mütəmadi olaraq ona özünə aid, eləcə də İran dövlətinin təbliği, “talış dövləti”, talış hərəkatı, “talış bayrağı” və talış dili barədə videomateriallar göndərmiş, qrupda bu səpgili mütəmadi paylaşımlar etmişdir. Daha sonra o, Moskva şəhərində yerləşən “Fudsiti” bazarında satıcının yanında fəhlə işləyən zaman 2018-ci ildə Adil Nəsirovu həyat yoldaşı ilə birlikdə bazarda bazarlıq etdiyini görmüş və salamlaşıb hal-əhval tutmuşdur. O, Adil Nəsirovla yalnız “Mən Talışam” adlı “vatsapp” qrupunda deyil, həmçinin özü ilə də şəxsən mesajlaşmışdır. Təqsirləndirilən şəxs2 ifadəsinin davamında göstərmişdir ki, 28 aprel 2023-cü il tarixdə DTX X33 baş idarəsindən istintaqa daxil olmuş 9-1446 saylı məktuba əlavə edilmiş diskdəki “Vatsapp Audio 2020-06-03 at 09.47.33 (1)”, “Vatsapp Audio 2020-06-03 at 09.47.33”, “Vatsapp Audio 2020-07-06 at 12.31.27 (1)”, “Vatsapp Audio 2020-07-06 at 12.31.27 (2)”, “Vatsapp Audio 2020-07-06 at 12.31.27”, “Vatsapp Audio 2020-07-06 at 12.31.28 (1)”,“ Vatsapp Audio 2020-07-06 at 12.31.28 (2)”, “Vatsapp Audio 2020-07-06 at 12.31.28”, “Vatsapp Audio 2020-07-06 at 12.31.29 (1)”, “Vatsapp Audio 2020-07-06 at 12.31.29 (2)”, “Vatsapp Audio 2020-07-06 at 12.31.29”,“ Vatsapp Audio 2020-07-06 at 12.31.30 (1)”, “Vatsapp Audio 2020-07-06 at 12.31.30 (2)”, “Vatsapp Audio 2020-07-06 at 12.31.30”, “Vatsapp Audio 2020-07-17 at 06.53.33 (2)”,“ Vatsapp Audio 2020-07-17 at 06.53.33 (3)”, “Vatsapp Audio 2020-07-17 at 06.53.33 (4)”, ““WhatsApp”Audio 2020-07-17 at 06.53.33 (5)”, “Vatsapp Audio 2020-07-17 at 06.53.33 (6)”, “Vatsapp Audio 2020-07-17 at 06.53.33 (8)”,“ Vatsapp Audio 2020-07-17 at 06.53.33 (9)” adlı audiofayllardakı səslərin özünə məxsus olduğunu, “Vatsapp Audio 2020-07-17 at 06.53.33”, “Vatsapp Audio 2020- 07-17 at 06.53.33 (1)” adlı audiofayllardakı səslərin Zabil Məhərrəmovun səsinə oxşadığını bildirmişdir. O, həmin səsləri Adil Nəsirov və Zabil Məhərrəmov tərəfindən idarə olunan “Mən Talışam” adlı “vatsapp” qrupuna göndərdiyini, həmin səsli mesajlarının məzmununu stenoqramlarda və onların tərcümələrində göstərildiyi kimi qeyd edildiyini və məzmununu təsdiq etmişdir. Həmin qrupa səsli müraciətlərini Azərbaycan Respublikasının ərazisində “Talış dövləti”nin, “talış ordusunun” yaradılmasının, talış hərəkatının davam etdirilməsinin zəruriliyini, “talış bayrağı”nı və talış dilini təbliğ etmək məqsədilə göndərmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 ifadəsinin davamında göstərmişdir ki, 2022-ci ilin yay aylarında o, Moskva şəhərində “Food City” bazarında meyvə satarkən X7 ilə tanış olmuş, sonuncu ondan meyvə alan zaman haralı olmasını soruşmuş, o isə Lənkəranlı olduğunu demişdir. Bu zaman Zahirəddin İbrahimov ondan talış olub-olmadığını soruşmuş və o, təsdiqləmişdir. Bundan sonra ondan talış dilini bilib-bilmədiyini soruşmuş, o, bildiyini dedikdən sonra onunla talış dilində danışmağa başlamış, uşaqlarının talış dilini bilibbilmədiyini soruşduqda o, subay olduğunu demişdir. Bundan sonra Zahirəddin İbrahimov ona bir neçə dəfə zəng edərək meyvə sifariş etmiş və gəlib götürəcəyini demişdir. Təqsirləndirilən şəxs2 ifadəsinin davamında daha sonra göstərmişdir ki, 2022-ci ilin dekabr ayının əvvəllərində Təqsirləndirilən şəxs1 ona Moskva şəhərində yerləşən dükanda mühafizəçi işləməyi təklif etmiş və o, buna etiraz etməmişdir. Həmin ərəfədə yaşamağa evi olmadığı üçün Təqsirləndirilən şəxs1 təklifi ilə sonuncu ilə eyni evdə yaşamışdır. İşə düzəldikdən bir neçə gün sonra Təqsirləndirilən şəxs1 ona vaxtı ilə Fəxrəddin Abbasovun rəhbərlik etdiyi “Talışıstanın Milli Telekanalı”na yaxın tanışı əslən erməni Garnik Asatrianın Ermənistan Respublikasından idarə etdiyini, sonuncunun yaxın bildiyi talışlardan biri ilə “talış dövləti”nin yaradılması, “talış hərəkatı”, talı dili və “bayrağı” mövzusunda video çəkməsini tapşırdığını bildirmişdir. Təqsirləndirilən şəxs1 onu özünə yaxın bildiyi üçün bu barədə təklif etdiyini demiş, o, ilk dəfə buna etiraz etmişdir. Lakin Təqsirləndirilən şəxs1 Garnik Asatrianla bu barədə ətraflı danışdığını, sonuncuya videonu göndərdikdən sonra montaj olunacağını və üzlərinin orada görsənməyəcəyini bildirmişdir. Bir neçə gündən sonra Təqsirləndirilən şəxs1 ona özü il bağlı video göstərmiş, həmin video montaj olunmuş vəziyyətdə olmuş, videonu Təqsirləndirilən şəxs1 qara gödəkçədə oturaq vəziyyətdə çəkmiş, çıxışında isə çox radikal formada danışaraq “talış dövlətinin” qurulmasının, “talış hərəkatını” gücləndirilməsinin vacibliyindən, bu torpaqların onlara aid olduğundan bəhs etmişdir. O, bu videoya baxandan sonra bir az da cəsarətlənmiş, Təqsirləndirilən şəxs1 üzlərinin həmin videoda düşməyəcəyinə dair bir daha onu əmin etmiş, onunla bağlı Garnik Asatrianla danışdığını, sonuncunun da onun barəsində Təqsirləndirilən şəxs1 yüksək fikir söylədiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 2 ədəd qara rəngli gödəkçə olmuş, həmin videonu çəkəndə papaqlı gödəkçədə olmağı və onları heç kimin ümumiyyətlə tanımamağı üçün papağı başlarına çəkməyi təklif etmiş, o da buna etiraz etməmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs1la mətbəxə keçmiş, Təqsirləndirilən şəxs1 ona talış, eləcə də azərbaycan dilində danışa biləcəklərini bildirmiş. Təqsirləndirilən şəxs1 özünə məxsus “Samsung” markalı mobil telefonu stolun üzərinə qoymuş və onlar axşam saatlarında birlikdə videonu çəkməyə başlamışlar. Çəkiliş zamanı öz fikirləri ilə danışmış, əvvəlcədən hazırlanmış mətn olmamışdır. Video təxminən 7 dəqiqədən bir az artıq olmuşdur. Danışığa başlayan kimi Təqsirləndirilən şəxs1 azad talış dilində danışdığını, “Talış dili” təşkilatını yaratdığını, Azərbaycanın faşist bir dövlət olduğunu, öz millətinin dövlətini və dilini qoruduqlarını, dillərinin əllərindən alındığını, məktəblərdə uşaqlarına robot kimi Turan və Türk dövlətinin təbliğ edildiyini, yaratdığı təşkilatla bu işlərə qarşı mübarizə aparacaqlarını bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs1 ona şərti olaraq “Əli” adı ilə müraciət edərək sözü ona vermişdir. O, talış dilində danışığa başlayaraq bütün talışları salamlamış, onların öz xalqına görə səfərbər olduqlarını bildirmiş, bunu etməkdə məqsədlərinin xalqının rahat və firavan yaşayışı olduğunu bildirmişdir. O, danışığında türklərin İranın və “talışıstanın” torpaqlarının öz torpaqları kimi qələmə verdiyini, əslində isə bunun belə olmadığını, tarixən bu torpaqlarda yaşadıqlarını və həmin torpaqların onlara aid olduğunu bildirmişdir. Daha sonra o, talış xalqının ağsaqqalları barədə danışmış, onların çox dəyərli ağsaqqallarının olduğunu demiş, X63 ilk dəfə müharibəyə Astaradan başladığını, Babək Xürrəminin əcdadları olduqlarını bildirmişdir. Yekunda isə bildirmişdir ki, onlar tarixlərini bilmədikləri üçün bu günə düşmüşlər. Bundan sonra Təqsirləndirilən şəxs1 çəkilişi dayandırmış və birlikdə həmin çəkilişə baxmışlar. Təqsirləndirilən şəxs1 həmin çəkilişi çox bəyənmiş, o da öz çıxışından məmnun qalmışdır. Daha sonra Təqsirləndirilən şəxs1 videonun montaj edilməsi üçün Garnik Asatriana göndərmiş, video təxminən 3-4 gün ərzində montaj olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs1 ona videonun hazır olduğunu bildirmişdir. Onlar birlikdə əyləşib həmin videoya baxmış, videonun girişi musiqi ilə müşayiət olunmuş, daha sonra Fəxrəddin Abbasovun fotoşəkili göstərilmiş, sonra isə onların çıxışı başlamışdır. Həmin çəkilişdə üzləri görünməmiş, səsləri isə kompüter vasitəsilə daha qalın səsə çevrilmişdir. Onlar videonu çox bəyənmişlər. Daha sonra isə Təqsirləndirilən şəxs1 ona Garnik Asatrianın onların bu çıxışından çıx razı qaldığını və videonu sonuncunun öz “Youtube” kanalında paylaşdığını bildirmişdir. youtube.com internet portalında “Talyshistan TV” kanalında yayımlanmış https://www.youtube.com/watch?v=UjPW_G00Jkw səhifədə “Krik duşi talışa! Talyshistan Tv xx.xx.2023 News” (tərcüməsi: Talışların ruhunun fəryadı) başlıqlı, https://www.youtube.com/watch?v=bAAdA8JlzPE səhifədə “Talişi, oçnitesğ! TalyshistanTv xx.xx.2022 News” (tərcüməsi: talışlar, oyanın) başlıqlı, https://www.youtube. com/watch?v=ebZjXfbcyuQ səhifədə “Talış o Bakinskoy respublike. TalyshistanTv xx.xx.2023 News” (tərcüməsi: talış Bakı Respublikası haqqında) başlıqlı, https://www.youtube.com/watch?v=LEXFeKOv3JY səhifədə “Talışi, podnimaytesğ! TalyshistanTv xx.xx.2022 News” (tərcüməsi: talışlar, qalxın) başlıqlı videomateriallardan https://www.youtube.com/watch?v=LEXFeKOv3JY səhifədə “Talışi, podnimaytesğ! TalyshistanTv xx.xx.2022 News” (tərcüməsi: talışlar, qalxın) başlıqlı videomaterialın onun və Təqsirləndirilən şəxs1 birlikdə Rusiya Federasiyasının Moskva şəhərində kirayə yaşadıqları mənzildə çəkdikləri videomaterial olduğunu, digər videomaterialların isə Təqsirləndirilən şəxs1 tərəfindən təklikdə çəkildiyini bildirmişdir. Həmin videomateriallar youtube.com internet portalında “Talyshistan TV” kanalında yayımlanması üçün Təqsirləndirilən şəxs1 tərəfindən istifadəsində olmuş elektron poçt ünvanından Garnik Asatrianın elektron poçt ünvanına göndərilmişdir. Təqsirləndirilən şəxs1 təklikdə çəkdiyi videomaterialları o, hansı şəraitdə, nə vaxt çəkdiyini görməmiş, bu barədə hər hansı məlumatı olmamışdır. Təqsirləndirilən şəxs2 ifadəsinin davamında daha sonra göstərmişdir ki, Lənkəran rayonunun Viyən kəndindəki yaşayış yerində 28 aprel 2023-cü il tarixdə keçirilmiş axtarış zamanı aşkar edilərək götürülmüş «Redmi 9» markalı İMEİ nömrələri **********34763 və **********34771 olan mobil telefon onun istifadəsində olmuş, Həmin mobil telefona Rusiya mobil rabitə operatoruna məxsus +**********81 nömrə quraşdırılmışdır. Mobil telefonun yaddaşındakı nömrələrdən Adil Nesirov +**********7 və Adil Nesirov **********7 kimi qeyd etdiyi nömrənin istifadəçisinin Rusiyanın Moskva şəhərində yaşayan X39 olduğunu, X67 **********3, Raşad +**********4, Reşad +**********92, Reşad **********8 kimi qeyd etdiyi nömrələrin istifadəçisinin Təqsirləndirilən şəxs1 olduğunu, Zabil Meduj +**********9 kimi qeyd etdiyi nömrənin istifadəçisinin Rusiyada yaşayan X35 olduğunu, Zahireddin Mellim **********7 kimi qeyd etdiyi nömrənin istifadəçisinin Rusiyada yaşayan X7 olduğunu demişdir. Təqsirləndirilən şəxs2 ifadəsinin davamında istifadəsində olmuş «Samsung Galaxy A13» markalı mobil telefona keçirilmiş baxış zamanı mobil telefonun “Qalereya” bölməsində müəyyən edilmiş 8,92 mb həcmli “VİD-20230426-WA0019.mp4” adlı Azərbaycan Respublikasının cənub zonasını əhatə edən üzərində “Talyshistan” sözü həkk edilmiş xəritənin əks olunduğu, “Rəhbərimiz Xamnei ağaya müraciət edirəm. Bizim vətənimiz talışıstanı azad edin. Faşist Azərbaycandan, faşist Azərbaycan rejimindən bizim vətənimiz talışıstanı azad edin. Qoy biz azad İran, biz İranın talışıstanıyıq, biz öz vətənimiz İrana qayıtmaq istəyirik. Vətənimizi azad edin. Rəhbərimiz Xamnei ağaya müraciət edirəm. İran dövlətinə müraciət edirəm. bizim vətənimiz talışıstanı azad edin. İranın talışıstanı, İran bizim vətənimizdir, talışıstan İrandır.” ifadələrinin səsləndirildiyi videofayldakı səsin Təqsirləndirilən şəxs1 məxsus olduğunu, həmin xəritə barədə və videonun çəkilməsi barədə hər hansı məlumatının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs2 ifadəsinin davamında göstərmişdir ki, o, “X69” adlı vatsapp qrupunun üzvü olmuş, həmin qrupu yaratmış +**********6 mobil telefon nömrəsinin istifadəçisinin şəxsiyyəti, qrupun hansı məqsədlə yaradılması barədə hər hansı məlumatı olmamışdır. Lənkəran rayonunun Viyən kəndindəki yaşayış yerində 28 aprel 2023-cü il tarixdə keçirilmiş axtarış zamanı aşkar edilərək götürülmüş 01 ədəd dəftərin, 379706 nömrəli doğum haqqında şəhadətnamənin, C03185743 seriya nömrəli Azərbaycan Respublikasının pasportunun, AZE ******** seriya nömrəli şəxsiyyət vəsiqəsinin, 2 ədəd ¾ fotoşəkilin, “**********532147”, “**********593993” və “**********746288” seriya nömrəli 3 ədəd Rusiya Federasiyasının “Sberbank” (tərcüməsi: Sberbank) plastik bank kartının, 01 ədəd qara rəngli sənəd qabının, 7 fayl qovluğunda müxtəlif sənədlərin özünə məxsus olduğunu bildirmişdir. 01 ədəd dəftərdə o, talış ideologiyası ilə bağlı düşüncələrini qeyd etmiş, həmin dəftərdəki bütün qeydlər onun əlyazmalarıdır. 01 ədəd dəftərdə “Tuluşun deşmenun” əlyazısı ilə başlayan səhifədə tərcüməsi “Talışların düşmənləri: Osmanlı İmperiyası, ruslar, moğollar, kazaklar, türkmənlər, talış qızılbaşlar Türkiyədə olan türklər” olan ifadələri, “Azad Tuluşustan” əlyazısı ilə başlayan səhifədə tərcüməsi “Azad Talışıstan, talışların tarixi” olan ifadələri, “Bubu çı cürə” əlyazısı ilə başlayan səhifədə tərcüməsi “qardaş necə işıq yandırdın, necə işıq?! Yandırdın necə işıq. Ocaq alovlandırdı. Bəsdir daha, sən türkün bayrağının eşşəyi oldun, nə edirsən, talışların bayrağı var! Nədir, haqqı, tələb etmək üçün sən belə qorxursan? Daha özünə bax, rəhbərin Məhəmməddir, Zərdüştdür, o səninlədir, o, Allahın dostudur. Birdəfəlik bilin, bizim birdəfəlik gözünü bağlama, aç, təzdən bax, görərsən imam Əlini görəcəksən. Gün o gün gələcək görəcəyik ki, Osmanlılar qələt etdilər. Əlinin qapısına od vurdular. Peyğəmbərə çiyin atanlar – Osmanlılar indi türkün dostu olub. deyirsən ölmürsən, yerə girmirsən! Kişi olun, yəni görmürsən deyirlər, mənə sübut et türklər bizimlə düşməndir. Sübut budur, bax, İsrail türkün dostudur. İrana düşmən deyirlər türklər, murdardırlar, bilmirsən yəni?! Bəsdir yatdın, dil aç, başdan ayağa gözünü aç, haqqı tələb et, bizim Allahımız var” olan ifadələri, “X22 Əmə Tuluşunimun” əlyazısı ilə başlayan səhifədə tərcüməsi “Bismillahirrəhmanirrəhim. Biz Talışlarıq. Salam qardaş, necəsən. Bizə şad xəbər ver. Vətənə nə vaxt gedək. Bizi gözləyir. (hələ ora) vətənə nə vaxt gedək. Vətənə qurbanıq, vətənə aşiqik. Bir tərəfə qalsın. Onun dağına, meşəsinə. Bizim talış dağlarımız bir tərəfə qalsın. Kaspi dənizində talış orada çimir. Bütün dünya bilsin, biz talışlarıq. Biz pöhrələrik. Biz işıq saçırıq. Bilsin bunu biz talışlarıq. Atropatın qanadıyıq, biz talışlarıq. Babəkin vurduğu əlik, biz talışlarıq, biz talışlarıq.” olan ifadələri, “Çəmə əjdadun” əlyazısı ilə başlayan səhifədə tərcüməsi “Bizim əcdadların vətəni bəlkə də talışlar bunu eşidəndə deyəcəklər talış, hardadır bu torpaqlar, hardadır? Talışlar bilsinlər ki, bizim əcdadlarımız mərd olub. Bütün talışların peyğəmbəri Zərdüşt peyğəmbər olub. Dünyada birinci kərə talışlar farslara namaz öyrədiblər. Talışların torpaqları: Xəzər kaspi dəniz ərazisi (Qazaxstan, Türkmənistan) Həştərxan, indiki Astarxan, Rostovun, Dağıstanın, Krasnodarın ərazisində yaşamışlar.” olan qeyd etdiyi ifadələri internetdə rast gəldiyi müəllifini xatırlamadığı şerdən köçürüb yazmışdır. Həmin şeri köçürməsinin səbəbi şerin məzmununu, şerdəki fikirləri bəyənməyi və həmin fikirləri dəstəkləməyi olmuşdur. Təqsirləndirilən şəxs2 ifadəsinin davamında daha sonra göstərmişdir ki, Təqsirləndirilən şəxs1 ona “youtube” portalında özünün üzü görünməyən halda yayımlanmış talış hərəkatına dair çıxışını göstərmiş, o da öz istəyi ilə sonuncu ilə birlikdə videoya çəkilmişdir ki, onun da üzü görsənmədən talış hərəkatına dair çıxışı yayımlansın. Lakin Təqsirləndirilən şəxs1 həmin videonun erməni xüsusi xidmət orqanının nümayəndəsinə göndərəcəyini bilməmişdir (iş vərəqə: cild 1, səh. 163-165; 181-183, cild 4, səh. 147-153; 206-210, cild 5, səh.142-144). Təqsirləndirilən şəxs1 sərhədkeçmə məlumatları ilə; həmin məlumatlardan görünür ki, o, xx.xx.2015, xx.xx.2016-xx.xx.2016, xx.xx.2016, xx.xx.2016, xx.xx.2017, xx.xx.2019xx.xx.2019-cu il tarixlərində İran İslam Respublikasına, xx.xx.2021-xx.xx.2022, xx.xx.2022xx.xx.2022, xx.xx.2022-xx.xx.2023-cü il tarixlərində Rusiya Federasiyasına səfərlər etmiş, xx.xx.2019-cu il tarixdə ölkəni Rusiya Federasiyası istiqamətində tərk edərək xx.xx.2019cu il tarixdə Gürcüstan istiqamətindən daxil olmuş, xx.xx.2020-ci il tarixdə ölkəni Rusiya Federasiyası istiqamətində tərk edərək xx.xx.2020-ci il tarixdə Türkiyə istiqamətindən ölkə ərazisinə daxil olmuşdur(iş vərəqə: cild 1, səh. 70). Təqsirləndirilən şəxs2 sərhədkeçmə məlumatları ilə; həmin məlumatlardan görünür ki, o, xx.xx.2010-cu il tarixdən İran İslam Respublikası, xx.xx.2010-cu il tarixdən Rusiya Federasiyası istiqamətində səfərlər etmiş, İran İslam Respublikası istiqamətində son səfəri xx.xx.2016-cı il tarixdə, Rusiya Federasiyası istiqamətində son səfərləri xx.xx.2018xx.xx.2019 və xx.xx.2020-xx.xx.2023-cü il tarixlərdə olmuşdur(iş vərəqə: cild 1, səh. 203- 204). İş üzrə məhkəməyədək icraat mərhələsində şahid qismində dindirilmiş Şahid verdiyi ifadədə elan edilməklə tədqiq olundu. Şahid təfdqiq olunan həmin ifadəsində göstərmişdir ki, əslən Lənkəran rayonundandır. 2019-cu ildən “Facebook” sosial şəbəkəsində “Orkhan Habibi” adlı hesabdan istifadə edir. 2020-ci ilin yanvar ayında “Facebook” sosial şəbəkəsində əslən Masallı rayonunun Hişkədərə kəndindən olan Təqsirləndirilən şəxs1 ilə tanış olmuşdur. Ümumi söhbət əsnasında o, əslinin Lənkərandan olduğunu bildirmiş, beləcə münasibətləri yaranmışdır. Təqsirləndirilən şəxs1 “Facebook” sosial şəbəkəsində mütəmadi olaraq “Talış dövləti”, “talış bayrağı”, eləcə də “talış hərəkatı” barədə müxtəlif paylaşımlar etmişdir. Təqsirləndirilən şəxs1 ona Rusiyanın Moskva şəhərində fəhlə işlədiyini bildirmiş, sonradan ondan mobil telefon nömrəsini deməsini istəmişdir. O, telefon nömrəsini bildirdikdən sonra “WhatsApp” tətbiqi vasitəsi ilə əlaqə saxlamağa başlamışlar. Təqsirləndirilən şəxs1 vatsap nömrəsi +**********3 olmuş, ona hərdən talış dövləti barədə müxtəlif yazılar və videolar göndərmiş, lakin o, həmin videolara və yazılara önəm verməmişdir. 2020-ci ilin qış aylarında Bakı şəhərində metronun “20 Yanvar” stansiyası yaxınlığında bir dəfə Təqsirləndirilən şəxs1la görüşüb çay içmişdir. Sonradan Təqsirləndirilən şəxs1 “talış dövlətini” qurmaq lazım olduğunu bildirmiş, bu mövzularda çox radikal olmuş, hər zaman kəskin fikirlər söyləməklə sosial şəbəkədə olan digər talışlardan çox seçilmişdir. O, Təqsirləndirilən şəxs1 irad bildirərək hamının yeganə vətəninin Azərbaycan olduğunu demişdir. Təqsirləndirilən şəxs1 söhbətləri ona xoş gəlmədiyi üçün sağollaşıb ayrılmış, lakin buna baxmayaraq ayda bir neçə dəfə danışıb hal-əhval tutmuşdur. 2023-cü ilin aprel ayının 3-də Təqsirləndirilən şəxs1 ona “WhatsApp” tətbiqi ilə videofayl göndərmiş, Həmin vaxt o, yaşadığı evdə olmuş, həmin videofaylı açdıqda “Talışıstan dövlətinin xəritəsi” önündə kiminsə çıxış etdiyini, talış ləhçəsi ilə azərbaycan dilində İrana birləşmək istədiyini dediyini görmüşdür. Sonradan səsə diqqətlə qulaq asdıqda həmin səsin Təqsirləndirilən şəxs1 məxsus olduğunu anlamışdır. Təqsirləndirilən şəxs1 həmin videoda görünməmişdir. Danışığın məzmununda isə Təqsirləndirilən şəxs1 talışların İrana birləşməsini istədiyini demişdir. O, bu videoya fikir verməmiş, daha sonra Təqsirləndirilən şəxs1 ona səsli iki mesaj göndərmiş, həmin səslərdə Təqsirləndirilən şəxs1 İran tərəfdən Azərbaycana qarşı döyüşmək, hansısa təhlükəli hadisəni törətmək niyyətində olduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs1 Azərbaycanda camaat arasında vahimə yarada biləcək hadisəni törətmək niyyətində olduğunu, onun köməyindən istifadə etmək istədiyini, onun da ətrafına Təqsirləndirilən şəxs1 kimi düşünən insanları cəlb edib ölkədə camaat arasında vahimə yarada biləcək hadisəni törətməkdə yardımçı olmasını istədiyini anlamışdır. Lakin o, Təqsirləndirilən şəxs1 bu səsli mesajlarına əhəmiyyət verməyərək onları ciddi qəbul etməmiş və cavab verməmişdir(iş vərəqə: cild 1, səh. 61- 63). Məhkəm baxışı zamanı Şahid məxsus “Samsung Galaxy A03” markalı mobil telefona baxış keçirilməsi haqqında 27 aprel 2023-cü il tarixli protokol elan edildi və müəyyən edildi ki, keçirilmiş baxış zamanı mobil telefonun yaddaşındakı “Rəşad boli” kimi qeyd edilmiş Təqsirləndirilən şəxs1 “WhatsApp” sosial şəbəkəsi vasitəsilə +**********3 mobil telefon nömrəsindən Şahid +99***-***-**-** mobil telefon nömrəsinə 03 aprel 2023cü il tarixdə “Rəhbərimiz Xamnei ağaya müraciət edirəm. Bizim vətənimiz talışıstanı azad edin. Faşist Azərbaycandan, faşist Azərbaycan rejimindən bizim vətənimiz talışıstanı azad edin. Qoy biz azad İran, biz İranın talışıstanıyıq, biz öz vətənimiz İrana qayıtmaq istəyirik. Vətənimizi azad edin. Rəhbərimiz Xamnei ağaya müraciət edirəm. İran dövlətinə müraciət edirəm. bizim vətənimiz talışıstanı azad edin. İranın talışıstanı, İran bizim vətənimizdir, talışıstan İrandır.” məzmunlu ifadələrin səsləndirildiyi, üzərində “Talyshistan” sözü həkk edilmiş xəritənin videoçəklişini göndərdiyi müəyyən edilmişdir. Həmçinin “Orxan, Azərbaycana qarşı vuruşmaq üçün mən elyirəm, nifrət elyirəm o ölkəyə, onun bayrağına, onun torpağına, onun şəhidinə, hər bir şeyinə mən nifrət elyirəm. O qədər məndə nifrət var Azərbaycana qarşı”; “Başlaya bilərik, istədiyin vaxt başlaya bilərik, bir gün başlasa mən demişəm, İran səfirliyi ilə də əlaqə saxlamışam, səfirlikdə dostum vardı, başlasa məni göndərin, dedi göndərərik, başlıyıb şey olsa göndərərik. Gözləyirəm, Allaha and olsun gözləyirəm. İran başlasa bir gün gedərəm Azərbaycanın bayrağını (söyüş) mən. Sən də məni bağışla, Azərbaycanın bayrağını yandıraram mən. Onun şəhidlərinin qəbrini hamısını dağıdacayam mən. Görərsən. Allah mənə bir dənə ömür versin ki, o müharibəni mən görüm, o müharibəni mən görüm. Baxarsan” məzmunlu səsli mesajların göndərildiyi müəyyən edilmişdir(iş vərəqə: cild 1, səh. 64-65). Məhkəmə baxışı zamanı tədqiq olunan Ermənistan Respublikasının xüsusi xidmət orqanlarının nümayəndəsi olan Yerevan Dövlət Universitetinin İranşünaslıq kafedrasının rəhbəri və Ermənistan Respublikasının Yerevan şəhərində fəaliyyət göstərən Rusiya- Ermənistan Universitetinin Şərqşünaslıq İnstitutunun direktoru X31 barəsində məlumatların yayımlandığı internet saytlarına 25 aprel 2023-cü il tarixdə keçirilmiş baxış barədə protokolla müəyyən edilmpişdir ki, xx.xx.2023-cü il tarixdə http://orient.rau.am/news/Direktor-İnstituta-vostokovedeniə səhifəsində “Direktor İnstituta vostokovedeniə, professor Qarnik Asatrən naqrajden zolotoy medalğö Rossiysko- Armənskoqo universiteta” (tərcüməsi: Şərqşünaslıq İnstitutunun direktoru professor X59- Ermənistan Universitetinin qızıl medalı ilə təltif edilib) başlıqlı məqalənin, http://rau.am internet saytının http://orient.rau.am/lecturer/garnik-serobovich-asatryan səhifəsində “professor-müəllim heyəti” bölməsində X31 fotoşəklinin və barəsində məlumatların yayımlandığı, http://rau.am internet saytının http://rau.am/contacts bölməsində Rusiya- Ermənistan Universitetinin ünvanı və telefon nömrələri barədə məlumatların olduğu, həmin universitetin Ermənistan Respublikasının Yerevan şəhərinin Ovsep Emin küçəsi 123 ünvanda yerləşdiyi müəyyən edilmişdir(iş vərəqə: cild 1, səh. 12-26). Məhkəmə baxışı zamanı tədqiq olunan Azərbaycan Respublikası DTX X33 baş idarəsindən Təqsirləndirilən şəxs2 barəsində istintaqa xx.xx.2023-cü il tarixdə daxil olmuş məktubla və ona əlavə edilmiş materiallarla müəyyən edildi ki, qeyd olunan məktubda Təqsirləndirilən şəxs2 X35 və X18 tapşırığı ilə “Telegram” və “Vatsapp” sosial şəbəkələrindəki qruplarda Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanması, eləcə də “talışıstan” ideyasının təbliği istiqamətində fəaliyyət göstərdiyi, səs yazılarının əldə edilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərildiyi, MEM-in müvafiq arayışında həmin səs yazılarında milli nifrət və düşmənçiliyin salınmasına yönələn ifadələrin müəyyən edildiyi, bundan başqa Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə birlikdə Garnik Asatriana məxsus “Youtube” internet portalındakı “Talıshıstan TV” adlı kanalda yayımlanmış videoda çıxış edərək Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etdikləri göstərilmişdir(iş vərəqə: cild 1, səh. 110-131). Daha sonra iş üzrə məhkəmə baxışı zamanı tədqiq olunan axtarış aparılması haqqında xx.xx.2023-cü il tarixli qərar və həmin tarixli protokolla müəyyən edildi ki, Təqsirləndirilən şəxs2 Lənkəran rayonunun Viyən kəndindəki yaşayış yerində xx.xx.2023cü il tarixdə axtarış aparılmış, keçirilmiş axtarış zamanı digər əşyalarla yanaşı ona məxsus “Redmi 9” markalı mobil telefon aşkar edilərək götürülmüşdür(iş vərəqə: cild 1, səh. 133- 137). Məhkəmə baxışı zamanı tədqiq olunan Lənkəran şəhər Psixiatriya xəstəxanasından verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Lənkəran rayonunun Viyən kənd sakini Əmirov X42 şəhər Psixiatriya xəstəxanasında qeydiyyatda deyil(iş vərəqə: cild 1, səh. 140). Daha sonra məhkəmə baxışı zamanı tədqiq olunan DTX Əks-Kəşfiyyat baş idarəsindən istintaqa xx.xx.2023-cü il tarixdə daxil olmuş məktubdan görünür ki, “Telegram” sosial şəbəkəsinin “Talış Revalyutsiya” adlı kanalı xx.xx.2021-ci il tarixdə yaradılmışdır, rus, azərbaycanlı və ermənilərdən ibarət 1055 üzvü var(iş vərəqə: cild 3, səh. 230). Daha sonra məhkəmə baxışı zamanı tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X54 istintaqa xx.xx.2023-cü il tarixdə daxil olmuş 3-39-9/1-1823/23 saylı məktubdan görünür ki, həmin məktubda xx.xx.1991-ci il təvəllüdlü Lənkəran rayonunun Viyən kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs2 və xx.xx.1980-ci il təvəllüdlü Masallı rayonunun Hişkədərə kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs1 göstərilən xəstəxanada müalicə olunmadıqları qeyd edilmişdir(iş vərəqə: cild 2, səh. 54). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Rayon Psixiatriya Xəstəxanasından istintaqa xx.xx.2023-cü il tarixdə daxil olmuş 3-39-9/1-1851/23 saylı məktubdan görünür ki, həmin məktubda xx.xx.1991-ci il təvəllüdlü Lənkəran rayonunun Viyən kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs2 göstərilən xəstəxanada qeydiyyatda olmadığı qeyd edilmişdir(iş vərəqə: cild 2, səh. 54). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X54 istintaqa xx.xx.2023-cü il tarixdə daxil olmuş 3-39-9/1-1869/23 saylı məktubdan görünür ki, həmin məktubda xx.xx.1991-ci il təvəllüdlü Lənkəran rayonunun Viyən kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs2 və xx.xx.1980-ci il təvəllüdlü Masallı rayonunun Hişkədərə kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs1 göstərilən Mərkəzdə müalicə olunmadıqları və qeydiyyatda olmadıqları qeyd edilmişdir(iş vərəqə: cild 2, səh. 57). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X54 istintaqa xx.xx.2023-cü il tarixdə daxil olmuş 3-39-9/1-1920/23 saylı məktubdan görünür ki, həmin məktubda xx.xx.1980-ci il təvəllüdlü Masallı rayonunun Hişkədərə kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs1 “Masallı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin ruhi-əsəb və narkoloji kabinetində dispanser qeydiyyatında durmadığı qeyd edilmişdir(iş vərəqə: cild 2, səh. 97). Bundan başqa, məhkəmə baxışı zamanı tədqiq olunan X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274-cü, 281.3-cü və 283.1-ci maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 fevral 2020-ci il tarixli hökmündən görünür ki, X19 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274-cü, 281.3-cü və 283.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə 14 (on dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 281.3-cü maddəsi ilə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 283.1-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə X11 cinayətlərin məcmusu üzrə qəti olaraq 16 (on altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir(iş vərəqə: cild 2, səh.98-146). Bundan başqa, məhkəmə baxışı zamanı tədqiq olunan X34 məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 aprel 2021-ci il tarixli hökmündən görünür ki, X50 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 281.2-ci və 283.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə 6 (altı) il müddətinə, Cinayət Məcəlləsinin 283.1ci maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən X40 təyin olunan cəzaları qismən toplama yolu ilə ona qəti olaraq 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir(iş vərəqə: cild 4, səh.269-311). Daha sonra, məhkəmə baxışı zamanı tədqiq olunan Azərbaycan Respublikası DTX X33 baş idarəsinin 9-1955 saylı məktubundan və əlavəsindən görünür ki, Təqsirləndirilən şəxs2 “facebook” sosial şəbəkəsində “Rovsen Amirov” adlı (https//www.facebook.com/rovsen.amirov.33) ünvanlı profildən, “Tik-Tok” sosial şəbəkəsində “rovsenamirov1” adlı “https//www.tiktok.com/@rovsenamirov1” ünvanlı profildən, “instagram” sosial şəbəkəsində “rovsen.amirov” adlı “https//www.instagram.com/ rovsen.amirov/” ünvanlı profildən, “ok.ru” sosial şəbəkəsində “rovşan amirov” adlı “https//ok.ru/profile/**********78” və “Rovsen Amirov” adlı “https//ok.ru/profile/**********89” ünvanlı profillərdən istifadə etmiş, uydurma “talış bayrağını” həmin profillərində paylaşmışdır(iş vərəqə: cild 2, səh.147-162). Daha sonra, məhkəmə baxışı zamanı tədqiq olunan Azərbaycan Respublikası DTX X33 baş idarəsinin 9-750 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus mobil telefonun yaddaşındakı +**********1 mobil telefon nömrəsinin istifadəçisi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274, 281.3 və 283.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində axtarış elan edilmiş xx.xx.1962-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı X17r. +**********7 mobil telefon nömrəsinin istifadəçisi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274, 281.3 və 283.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində axtarış elan edilmiş xx.xx.1954-cü il təvəllüdlü Azərbaycan Respublikasının və Rusiya Federasiyasının vətəndaşı X5r. +**********0 mobil telefon nömrəsinin istifadəçisi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 və 283.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində axtarış elan edilmiş xx.xx.1965-ci il təvəllüdlü Rusiya Federasiyasının vətəndaşı X14r. +**********0, +**********0 mobil telefon nömrəsinin istifadəçisi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3,28,214.2.1, 276, 281.3 və 32.3,283.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində axtarış elan edilmiş xx.xx.1953cü il təvəllüdlü Ermənistan Respublikasının vətəndaşı X23. +**********7 mobil telefon nömrəsinin istifadəçisi xx.xx.1962-ci il təvəllüdlü Rusiya Federasiyasının vətəndaşı, hazırda Moskva şəhərində yaşamaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olan X27r. Onun tapşırığı əsasında Təqsirləndirilən şəxs2 Moskva şəhəri Kaluqa rayonunda məskunlaşdığı dövrdə “Telegram” və “WhatsApp” sosial şəbəkələrindəki qruplarda Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanması, eləcə də “talışıstan” ideyasının təbliği istiqamətində fəaliyyət göstərmişdir. + **********20 mobil telefon nömrəsinin istifadəçisi xx.xx.1968-ci il təvəllüdlü Lerik rayonunun Pirasora kəndində anadan olmuş Almaniya Federativ Respublikasında yaşayan və orada sahibkarlıq fəaliyyəti ilə məşğul olan AFR vətəndaşı Boris Talischinski (X20) özünü qondarma “TMMR”-in mühacir hökumətinin prezidenti kimi təqdim edir və talış separatçılığını təbliğ edən şəxslərə az məbləğlərdə maliyyə köməkliyi göstərir. +**********0, +**********8 mobil telefon nömrələrinin istifadəçisi xx.xx.1978-ci il təvəllüdlü Bakı şəhərində anadan olmuş, RF Dağıstan MR-da yaşayan, RF vətəndaşı (xx.xx.2019-cu il tarixdə AR vətəndaşlığından imtina etmişdir) X41 “Talışski vestnik” informasiya portalının, “Facebook” sosial şəbəkəsindəki “Seyfeddin Talışistani” profilinin, “Telegram” sosial şəbəkəsindəki “Talışski pravda” kanalının adminidir(iş vərəqə: cild 5, səh.66-68). İşdə olan, məhkəmə baxışı zamanı tədqiq olunan Azərbaycan Respublikası DTX Kibertəhlükəsizlik əməliyyatları mərkəzinin 9-2054 saylı məktubdan və əlavəsindən görünür ki, Təqsirləndirilən şəxs1 məxsus bir ədəd “Samsung” markalı “Galaxy A13” modelli mobil cihazın yaddaşında tam və hərtərəfli axtarış, baxış və bərpa prosedurlarına uyğun əməliyyatlar ilə yanaşı şəxsə məxsus onlayn bulud hesablarında müvafiq araşdırmalar aparılmışdır. Araşdırmalar zamanı yaddaş mənbələrindən köçürülmə, materialların çeşidlənməsi, verilənlər bazalarına baxış, ekran təsvirinin çəkilişi, fayl sistemindən silinmiş materialların bərpası, ADB rejimdə nüsxələmə və sair metodlardan istifadə edilmişdir. Tədqiqatlar zamanı “Ufed4PC”, “AXİOM” proqram aparat komplekslərindən istifadə edilmiş, əldə olunmuş məlumatların “MD5” nəzarət cəmləri avtomatik hesablanmış və nəticədə əldə edilmiş məlumatların tamlığı təmin edilmişdir. Mobil telefonun giriş hissəsində “re83” şifrə kodu tətbiq edilərək sistemə giriş icra olunmuş, mövcud xidmətlər, proqramlar və fayllara baxış keçirilmiş, baxış nəticəsində mobil qurğuda Təqsirləndirilən şəxs1 istifadəsində olan Elektron ünvan 3 elektron poçtu “Google” hesabında qeyd olunduğu, “Raşad Axmedov” adlı “+**********3” mobil nömrə ilə qeydiyyatdan keçmiş “WhatsApp” tətbiqi, “Raşad” adlı “+**********4” mobil nömrə ilə qeydiyyatdan keçmiş “Vatsapp Business” tətbiqi, “rasad ahmadov” adlı “+**********3” mobil nömrə ilə qeydiyyatdan keçmiş “Telegram” hesabı müəyyən edilmişdir. Bundan başqa, “Vkontakte” sosial şəbəkəsində “Rasad Ahmadov” adlı, “Odnoklassniki” sosial şəbəkəsində “Raşad Axmedov” adlı, “Facebook” sosial şəbəkəsində “Ali Talış” adlı hesablar müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 yazışmalarda Azərbaycan Respublikasına qarşı çıxdığı, ermənilərlə dostluq münasibətləri qurduğu, onlarla əməkdaşlıq və mümkün dəstək təklif etdiyi diqqəti cəlb etmişdir. 01 iyun 2020-ci il tarixindən başlayaraq Təqsirləndirilən şəxs1 “Qarik Professor” adlı, +**********0 mobil nömrəli “Telegram” istifadəçisi ilə mütəmadi əlaqələr saxlamış, 11 mart 2021-ci il tarixində “Qarik Professor” adlı istifadəçi “+**********1” mobil nömrəsini Təqsirləndirilən şəxs1 göndərmiş, 19 mart 2021-ci il tarixində Təqsirləndirilən şəxs1 “Qarik Professor” adlı istifadəçiyə müxtəlif sənədlərin foto təsvirlərini göndərmiş, 03 aprel 2021-ci il tarixində “Qarik Professor” adlı istifadəçi pul köçürmələrinin təşkili üçün nəzərdə tutulmuş “Western Union” adlı sistem vasitəsilə Təqsirləndirilən şəxs1 adına 200 ABŞ dolları məbləğində valyutanın göndərilməsinə dair sənədin fotoşəkilini göndərmiş, 10 aprel 2021ci il tarixində Təqsirləndirilən şəxs1 Yevlax rayonunda olduğunu təsdiq edən cari ərazinin koordinatlarını göndərmiş, 11 aprel 2021-ci il tarixində Təqsirləndirilən şəxs1 müxtəlif sənədlərin fotoşəkillərini göndərmiş, 2 iyul 2021- ci il tarixində Təqsirləndirilən şəxs1 məxsus “Aslan Talis” adlı “Facebook” səhifəsinin üzlük fototəsvirini göndərmiş, 13 iyul 2021-ci il tarixində Astara şəhərinin poçtuna məxsus inzibati binasının fototəsvirini göndərmişdir. Aparılmış açıq mənbə kəşfiyyatı nəticəsində “Garnik Asatrian” adlı +**********0 nömrəli hesabın X38 məxsus olması ehtimal edilmişdir. Mobil smartfonda “Google” xidmətlərinin vahid elektron hesabı qismində Elektron ünvan 4 elektron poçtu seçilmiş və rasad6456681 şifrəsi tətbiq olunmuşdur. Həmçinin, Təqsirləndirilən şəxs1 məxsus mobil smartfonun yaddaşında “İnstagram” sosial şəbəkəsində rasad645 şifrəsi tətbiq edilmiş Elektron ünvan 5 (Rasad645), Elektron ünvan 1 (resad645) müəyyən edilmişdir. “Odnoklassniki” sosial şəbəkəsində Elektron ünvan 6 elektron poçt vasitəsilə rasad645 şifrəli hesab müəyyən edilmişdir. Vkontakte sosial şəbəkəsində +**********3 nömrəli rasad645 şifrəli hesab müəyyən edilmişdir. Bundan sonra, “vk.com” sosial şəbəkəsində +**********4 mobil nömrə ilə qeydiyyatdan keçirilmiş Ras6456681 və rasad645 şifrəli hesablar müəyyən edilmişdir. Araşdırma nəticəsində “Axamir Abdullayev” adlı +**********4 nömrəli “resad645” şifrəli “https://www.facebook.com/profile.php?id=**********97713” profilinə dair məlumatları tam həcmdə əldə etmək mümkün olmuşdur. Daha sonra, “Ali Talış” adlı hesaba giriş imkanları əldə edilərək (https://www.facebook.com/ profile.php?id=**********52674) profil üzərində tədqiqat işləri aparılmışdır. Nəticədə profilə dair məlumatları tam həcmdə bərpa etmək mümkün olmuşdur. Təqsirləndirilən şəxs1 məxsus “Elektron ünvan 1” adlı elektron poçt hesabının tədqiqi nəticəsində “Elektron ünvan 2” elektron poçt ünvanına 08 mart, 22 mart 2023-cü il tarixlərdə “youtube” portalında yayımlanması üçün hazırlanmış Təqsirləndirilən şəxs1 çıxışının əks olunduğu videofaylların göndərildiyi, “Elektron ünvan 2” elektron poçt ünvanından Təqsirləndirilən şəxs1 ünvanına xx.xx.2022-ci il tarixdə *.doc formatlı mətn tərkibli faylın göndərildiyi aşkar edilmişdir(iş vərəqə: cild 2, səh.163-172). İşdə olan, məhkəmə baxışı zamanı tədqiq olunan Azərbaycan Respublikası DTX Kibertəhlükəsizlik əməliyyatları mərkəzinin 9-2328 saylı məktubundan və əlavəsindən görünür ki, Təqsirləndirilən şəxs2 məxsus bir ədəd “Xiaomi” markalı “Redmi 9” modelli mobil cihazın yaddaşında tam və hərtərəfli axtarış, baxış və bərpa prosedurlarına uyğun əməliyyatlar həyata keçirilmişdir. Bunlarla yanaşı şəxsə məxsus onlayn bulud hesablarında müvafiq araşdırmalar aparılmış, araşdırmalar zamanı yaddaş mənbələrindən köçürülmə, materialların çeşidlənməsi, verilənlər bazalarına baxış, ekran təsvirinin çəkilişi, fayl sistemindən silinmiş materialların bərpası, ADB rejimdə nüsxələmə və sair metodlardan istifadə edilmişdir. Tədqiqatlar zamanı “Ufed4PC”, “AXİOM” proqram aparat komplekslərindən istifadə edilmiş, əldə olunmuş məlumatların “MD5” nəzarət cəmləri avtomatik hesablanmış və nəticədə əldə edilmiş məlumatların tamlığı təmin edilmişdir. Mobil telefonun fayl sisteminə giriş icra olunmuş, mövcud xidmətlər, proqramlar və fayllara baxış keçirilmişdir. Baxış nəticəsində mobil qurğuda “vipt0024” adlı “+**********1” mobil nömrə ilə qeydiyyatdan keçmiş “WhatsApp” tətbiqi, “Ravşan” adlı “+**********1” mobil nömrə ilə qeydiyyatdan keçmiş “Telegram” hesabı müəyyən edilmişdir. Bundan başqa, “Tiktok” sosial şəbəkəsində “user**********943” adlı, “Facebook” sosial şəbəkəsində “+**********1” saylı mobil nömrə ilə qeydiyyatdan keçirilmiş hesablar müəyyən edilmişdir. Həmçinin, mobil smartfonun yaddaşında faylların və qalıq məlumatların təmizlənməsi üçün nəzərdə tutulmuş “Təmizləyici” adlı proqram təminatı aşkar edilmişdir. Baxılan mobil smartfonun yaddaşında müxtəlif abonentlərə aid kontaktlar, icra olunmuş zənglər, ani mesajlaşma proqramlarında aparılmış yazışmalar mübadilə olunmuş fayllar (foto, video, audio) müəyyənləşdirilmişdir. Mobil smartfonun yaddaşında müəyyən edilmiş 113 ədəd kontaktlar siyahısında RF (+7), Gürcüstan (+995), mobil operatorlarına məxsus mobil nömrələr müəyyənləşdirilmişdir. Aparılmış tədqiqatlar nəticəsində mobil smartfonun yaddaşında Təqsirləndirilən şəxs1 məxsus +**********4 mobil telefon nömrəsi ilə qeydiyyatdan keçmiş “Vatsapp” hesabı ilə yazışmalar müəyyən edilmişdir. Bununla yanaşı, baxılan mobil smartfonun yaddaşında aşkarlanmış foto materiallar ətraflı analiz edilmiş və bu materiallardan bir çoxu nəzər diqqəti çəkmişdir. Fotolar İranpərəstlik, separatizm, müəyyən pul köçürmələrinə dair hesab çıxarışları və s. məzmunundadır. Həmçinin, mobil smartfonun daxilində aşkar edilmiş “Sandisk” markalı 32 GB həcmində “MicroSD” tipli yaddaş kartında aparılmış bərpa işləri nəticəsində Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 iştirakı ilə birgə qeydiyyatı aparılmış, məzmununda Azərbaycan Respublikasına və hakimiyyətinə qarşı həmçinin dini zəmində düşmənçilik salınmasına və Azərbaycan Respublikasının ərazi bütövlüyünü pozulmasına dair çağırışları ehtiva edən videoçəkilişlər bərpa edilmişdir. Daha sonra, baxılan mobil smartfonun yaddaşında “Vatsapp” tədbiqində Təqsirləndirilən şəxs2 üzv olduğu “X70” adlı müxtəlif ölkələrdən 194 nəfər iştirakçılardan ibarət qrup aşkar edilmişdir. Həmin qrup 27 mart 2023-cü il tarixində +**********6 nömrəli istifadəçi tərəfindən yaradılmış və Təqsirləndirilən şəxs2 həmin qrupa “İlğxam” adlı +**********0 nömrəli istifadəçi 5 aprel 2023-cü il tarixində əlavə etmişdir(iş vərəqə: cild 2, səh.183-190). Məhkəmə baxışı zamanı tədqiq olunan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 istifadələrində olmuş sosial şəbəkə hesablarına 19 yanvar 2024-cü il tarixdə keçirilmiş baxış protokolundan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs2 “facebook” sosial şəbəkəsində “Rovsen Amirov” adlı (https//www.facebook.com/ rovsen.amirov.33) ünvanlı profilində xx.xx.2021-ci il tarixdə uydurma “talışıstan bayrağı”nı, eləcə də üzərində “Talışıstan” sözü həkk edilmiş fotoşəkli paylaşması, xx.xx.2019, xx.xx.2020, xx.xx.2020-ci il tarixlərdə uydurma “talışıstan bayrağı” əks edilmiş fotoşəkli paylaşması, “instagram” sosial şəbəkəsində “rovsen.amirov” adlı “https//www.instagram. com/rovsen.amirov/” ünvanlı profilində xx.xx.2017 və xx.xx.2017-ci il tarixlərdə uydurma “talışıstan bayrağı”nın fotoşəklini paylaşması, “ok.ru” sosial şəbəkəsində “rovşan amirov” adlı “https//ok.ru/profile/**********78” ünvanlı profilində profil şəkli kimi uydurma “talışıstan bayrağı”nın fotoşəklini paylaşması, “Rovsen Amirov” adlı “https//ok.ru/profile/ **********89” ünvanlı profilində xx.xx.2014-cü il tarixdə uydurma “talışıstan bayrağı”nın fotoşəklini paylaşması, “Tik-Tok” sosial şəbəkəsində “rovsenamirov1” adlı “https//www. tiktok.com/@rovsenamirov1” ünvanlı profilində profil şəkli kimi uydurma “talışıstan bayrağı”nın fotoşəklini, xx.xx.2019-cu il tarixdə uydurma “talışıstan bayrağı”nın fotoşəklini paylaşması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 isə “vk.com” sosial şəbəkəsində “Rasad Ahmadov” adlı (vk.com/id5********) ünvanlı profilində profil şəkli kimi özü ilə birlikdə uydurma “talışıstan bayrağı”nın fotoşəklini paylaşması, xx.xx.2021-ci il tarixdə üzərində “talışıstan rodina talışskoqo naroda” (tərcüməsi: talışıstan talış xalqının vətəni) sözləri həkk edilmiş dağların təsvir edildiyi fotoşəkli paylaşması və həmin fotoşəkilə dair “Astaradan başlayır, Ələtdə qurtarır” məzmunlu rəy yazması, xx.xx.2020-ci il tarixdə üzərində “talışstan budet svabodna vraq budet razbit pobeda budet s nami” (tərcüməsi: talışıstan azad olacaq, düşmən darmadağın olacaq qələbə bizimlə olacaq) sözləri yazılmış ”uydurma “talışıstan bayrağı”nın fotoşəklini paylaşması, talış separatçıları X6, X8 fotoşəkillərini paylaşması, xx.xx.2020-ci il tarixdə talış separatçısı X13 fotoşəklini paylaşaraq onu doğum günü münasibətilə təbrik etməsi, xx.xx.2020-ci il tarixdə ”uydurma “talışıstan bayrağı”nın fotoşəklini paylaşması, xx.xx.2020-ci il tarixdə üzərində “tolışston” sözü həkk edilmiş ”uydurma “talışıstan bayrağı”nın fotoşəklini paylaşması, xx.xx.2020-ci ildə “taleshistan” adlı “uydurma” bayrağı paylaşması, xx.xx.2020-ci ildə üzərində “Lerik bilalaband talışstan” sözləri həkk edilmiş ”uydurma “talışıstan bayrağı”nın fotoşəklini paylaşması, xx.xx.2020-ci il tarixdə talış separatçısı X13 videomüraciətini paylaşması, xx.xx.2020-ci il tarixdə ”uydurma “talışıstan bayrağı”nın fotoşəklini paylaşması və digər eyni məzmunlu paylaşımlar etdiyi müəyyən edilmişdir(iş vərəqə: cild 4, səh.88-128). Məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məhkəmə-psixiatrik ekspertizasının 28 iyul 2023-cü il tarixli, № 2072 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hal-hazırda psixi xəstəliyin əlamətləri aşkar olunmur, hal-hazıradək olan dövr ərzində hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən olunmamışdır. Hal-hazırda onda hər hansı psixi xəstəlik aşkar olunmur, tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs1 cinayəti törətdiyi an öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, buna görə də ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 ona istinad edilən əməli törədərkən öz əməllərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək iqtidarında olmuşdur. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür(iş vərəqə: cild 4, səh. 8-9). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məhkəmə- psixiatrik ekspertizasının 19 iyul 2023-cü il tarixli, № 1980 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl dövründə hər hansı xroniki psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunamyıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur(iş vərəqə: cild 4, səh. 10-12). Məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs2 istifadəsində olmuş 01 ədəd “Xiaomi” markalı “Redmi9” modelli mobil telefona baxış keçirilməsi haqqında 20 iyul 2023-cü il tarixli protokoldan görünür ki, mobil telefonun “fayl idarəçisi-vatsappvatsapp İmages” qovluğunda “İMG-20230426-WA0039” adlı üzərində “Toliş” yazısı həkk edilmiş yaşıl rənglə işarələnmiş xəritənin olması, mobil telefonda “WhatsApp”, “İnstagram”, “Telegram” və “Facebook” və digər mobil internet proqramlarından, eləcə də sosial şəbəkələrdən istifadə edildiyi, mobil telefonun yaddaşında Təqsirləndirilən şəxs1 məxsus “Raşad +**********4”, “X67 **********3”, təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində axtarış elan edilmiş X21 məxsus “Zabil Meduj +**********9” mobil telefon nömrələrinin qeyd edildiyi müəyyən edilmişdir. “Vatsapp” tətbiqində Təqsirləndirilən şəxs2 üzv olduğu “X69” adlı müxtəlif ölkələrdən 194 nəfər iştirakçıdan ibarət qrup müəyyən edildi. Qeyd olunan qrup xx.xx.2023-cü il tarixdə +**********6 nömrəli istifadəçi tərəfindən yaradılmış, “İlğxam” adlı +**********0 nömrəli istifadəçi Təqsirləndirilən şəxs2 həmin qrupa xx.xx.2023-cü il tarixdə əlavə etmişdir(iş vərəqə: cild 2, səh. 191-219). Bundan başqa, işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs1 youtube.com internet portalında “Talyshistan TV” kanalında yayımlanmış videoçıxışlarına baxış keçirilməsi haqqında 20 iyul 2023-cü il tarixli protokoldan görünür ki, baxış zamanı youtube.com internet portalında “Talyshistan TV” kanalının olduğu https://www.youtube.com/@TalyshistanTV channel/videos səhifəsinə daxil olunduqdan sonra həmin kanalda https://www.youtube.com/ watch?v=UjPW_G00Jkw səhifədə “Krik duşi talışa! Talyshistan Tv xx.xx.2023 News” (tərcüməsi: Talışların ruhunun fəryadı) başlıqlı, https://www.youtube.com/watch?v= ebZjXfbcyuQ səhifədə “Talış o Bakinskoy respublike. TalyshistanTv xx.xx.2023 News” (tərcüməsi: talış Bakı Respublikası haqqında) başlıqlı https://www.youtube.com/ watch?v=LEXFeKOv3JY səhifədə “Talışi, podnimaytesğ! TalyshistanTv xx.xx.2022 News” (tərcüməsi: talışlar, qalxın) başlıqlı, https://www.youtube.com/watch?v =bAAdA8JlzPE səhifədə “Talişi, oçnitesğ! TalyshistanTv xx.xx.2022 News” (tərcüməsi: talışlar, oyanın) başlıqlı videoçıxışların yayımlandığı müəyyən edilmişdir(iş vərəqə: cild 2, səh. 220-223). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs1 youtube.com internet portalında yayımlanmış videoçıxışına baxış keçirilməsi haqqında 07 avqust 2023-cü il tarixli protokoldan görünür ki, baxış zamanı youtube.com internet portalında https://www.youtube.com/shorts/ VV_FvBki00Y səhifədə Təqsirləndirilən şəxs1 uydurma “talış bayrağı”nı öpərək “Bıji, Toloşıstan! (Tərcüməsi: Yaşa,Talışıstan!), “Bıji, toloş! (Tərcüməsi: Yaşa, talış!)” ifadələrini dediyi videoçıxışın yayımlandığı müəyyən edilmişdir (iş vərəqə: cild 2, səh. 265-266). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan iş üzrə Təqsirləndirilən şəxs1 “Tik-tok” sosial şəbəkəsində yayımlanmış videoçıxışına baxış keçirilməsi haqqında 07 avqust 2023-cü il tarixli protokoldan görünür ki, baxış zamanı “Tik-tok” sosial şəbəkəsinin “zonainteresting” adlı erməniyönümlü profilində iş üzrə Təqsirləndirilən şəxs1 “Obrahenie Talışa k X65, s prosğboy pomoçğ osvoboditsa talışskomu narodu ot faşistkoqo Bakinskoqo rejima!” (tərcüməsi: Talış xalqının faşist Bakı rejimindən azad olunması üçün talışın X66 müraciəti) başlıqlı Azərbaycan dilində özündə Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışları ehtiva edən səsli videomüraciətinin yayımlandığı müəyyən edilmişdir(iş vərəqə: cild 2, səh. 267-268). Məhkəmə baxışı zamanı tədqiq olunan iş üzrə Təqsirləndirilən şəxs1 məxsus «Samsung Galaxy A13» markalı mobil telefona Dövlət Təhlükəsizliyi Xidmətinin X1 istintaqa 20 iyun 2023-cü il tarixdə daxil olmuş 9-2054 saylı məktuba əlavə edilmiş həmin mobil telefonun yaddaş nüsxəsinin alınması nəticəsində aparılmış tədqiqatlar zamanı əldə olunmuş məlumatların yazıldığı DVD disklə birlikdə keçirilmiş 07 avqust 2023-cü il tarixdə baxış protokolundan görünür ki, baxış zamanı mobil telefonun yaddaşında Təqsirləndirilən şəxs2 məxsus “Ravşan +**********1” “Rovsan +**********1”, təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində axtarış elan edilmiş X21 məxsus “Zabil +**********9” mobil telefon nömrələrinin qeyd edildiyi müəyyən edilmişdir. Mobil telefonun “Qalereya” bölməsində 8,92 mb həcmli VİD-20230426-WA0019.mp4 adlı videofaylın olması müəyyən edilmiş, videofaylda Təqsirləndirilən şəxs1 tərəfindən Azərbaycan dilində özündə Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışları ehtiva edən səsli videomüraciəti əks olunmuşdur. Bundan əlavə mobil telefonda “Raşad Axmedov” adlı +**********3 mobil nömrə ilə qeydiyyatdan keçmiş “Vatsapp” tətbiqi, “Raşad” adlı +**********4 mobil nömrə ilə qeydiyyatdan keçmiş “Vatsapp Business” tətbiqi, “rasad ahmadov” adlı +**********3 mobil nömrə ilə qeydiyyatdan keçmiş “Telegram” hesabının olması müəyyən edildi. Bundan başqa, “Odnoklassniki” sosial şəbəkəsində “raşad axmedov” adlı, “Vkontakte” sosial şəbəkəsində “Rasad Ahmadov” adlı, “Facebook” sosial şəbəkəsində “Ali Talış” adlı hesablar müəyyən edilmişdir. “Vatsapp” tətbiqində Ermənistan xüsusi xidmət orqanının nümayəndəsi X38 məxsus “Garnik Asatrian +**********0” mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə saat 13:10 dəqiqədə “Spasibo Raşadçan, spasibo. Ə, mı uje vıpustili tvoi gti vıstupleniə vse, naverno tı uvidel” (tərcüməsi: Sağol Rəşadcan, sağol. Mən, biz artıq sənin bütün çıxışlarını yayımlamışıq, yəqin görmüsən) məzmunlu səsli mesajın göndərildiyi, (PTT-20230416-WA0012), X38 məxsus “Qarik Prafesor” “Telegram” hesabı ilə Təqsirləndirilən şəxs1 arasında Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq qəsdən Ermənistan Respublikasının xüsusi xidmət orqanlarına Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda kömək edib onların tapşırıqlarını icra etməklə, düşmən tərəfinə keçməklə dövlətə xəyanət etməsinə dəlalət edən yazışmaların aparıldığı, foto faylların, o cümlədən Azərbaycan Respublikası DTX İstintaq baş idarəsində X34 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 və 283.1-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə qəbul edilmiş prosessual qərar və protokolların fotoşəkillərinin göndərildiyi müəyyən edilmişdir. “Telegram” hesabında Təqsirləndirilən şəxs1 “Talış Revolöüiə – obsujdenie!” (tərcüməsi: Talış İnqilab – müzakirə!) adlı kanalın üzvü olduğu müəyyən edilmiş, kanalda adsız üzv çatda olanların böyük əksəriyyətinin azərbaycanlı və ya talış olmasını soruşduqda @MaMeDoV_222 adlı istifadəçi kanalın admininin erməni olduğunu bildirmişdir. “Telegram” hesabında Təqsirləndirilən şəxs1 “Zabil Məhərrəmov” (t.me/zabilmadoj), “Çatik talışey” (tərcüməsi: talışların çatı), “Məhbus məktubu”, “İranist”, “Tolishstoni Sado – Qolos Talışıstana” (tərcüməsi: talışıstanın səsi), “Kanal KSİR” (tərcüməsi: X37 Korpusu kanalı), “karnamagi_aryan”, “Azad Bakı”, “Cihad313”, “Talışskaə orqanizaüiə” (tərcüməsi: talış təşkilatı), “İrana seqodnə” (tərcüməsi: İran bu gün), “Talışskaə pravda” (tərcüməsi: talış həqiqəti) adlı kanalların abunəçisi olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 Elektron ünvan 1 elektron poçt ünvanına daxil olduqda onun X38 məxsus mailto:garnikasatrian@gmail.comElektron ünvan 2 elektron poçt ünvanı ilə əlaqəsi müəyyən edilmiş, mailto:garnikasatrian@gmail.comElektron ünvan 2 elektron poçt ünvanından xx.xx.2022-ci il tarixdə 21 kb həcmli “Talışi — drevniy narod, projivaöhiy na territorii qosobrazovaniə pod nazvaniem Azerbaydjan.” (tərcüməsi: Talışlar – Azərbaycan adlı dövlət quruluşunun ərazisində yaşayan qədim xalq) cümləsi ilə başlayan “Microsoft word” faylının göndərildiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 istifadəsində olmuş Elektron ünvan 1 elektron poçt ünvanından mailto:garnikasatrian@gmail.comElektron ünvan 2 elektron poçt ünvanına xx.xx.2023-cü il tarixdə 164.68 mb həcmli “VİD_20230322_100533_374” adlı, 926.73 mb həcmli “20230322_094332” adlı və xx.xx.2023-cü il tarixdə 839.06 mb həcmli “20230308_073151” adlı videofaylları göndərdiyi müəyyən edilmiş, “VİD_20230322_100533_374” adlı videofayl “Talyshistan TV” youtube kanalında https://www.youtube. com/watch?v=ebZjXfbcyuQ səhifədə yayımlanmış “Talış o Bakinskoy respublike. TalyshistanTv xx.xx.2023 News” (tərcüməsi: talış Bakı Respublikası haqqında) başlıqlı video ilə eyni mətndədir. https://www.youtube.com kanalında yayımlanmış videoyazıdan fərqli olaraq “VİD_20230322_100533_374” adlı videofaylda Təqsirləndirilən şəxs1 sifəti və səsi montaj olunmamış şəkildə, yəni orijinal versiyadadır. “20230308_073151” adlı videofaylla “VİD_20230322_100533_374” adlı videofayl eynilik təşkil edir. “20230322_094332” adlı videofayl “Talyshistan TV” youtube kanalında https://www.youtube.com/watch?v=UjPW_G00Jkw səhifədə yayımlanmış “Krik duşi talışa! Talyshistan Tv xx.xx.2023 News” (tərcüməsi: Talışların ruhunun fəryadı) başlıqlı video ilə eyni mətndədir. https://www.youtube.com kanalında yayımlanmış videoyazıdan fərqli olaraq “20230322_094332” adlı videofaylda Təqsirləndirilən şəxs1 sifəti və səsi montaj olunmamış şəkildə, yəni orijinal versiyadadır. Dövlət Təhlükəsizliyi Xidmətinin X1 istintaqa 20 iyun 2023-cü il tarixdə daxil olmuş 9-2054 saylı məktuba əlavə edilmiş iş üzrə Təqsirləndirilən şəxs1 məxsus mobil telefonun yaddaş nüsxəsinin alınması nəticəsində aparılmış tədqiqatlar zamanı əldə olunmuş məlumatların yazıldığı DVD diskdə mobil smartfon melumatlari\files\Video qovluğunda 6,8 mb həcmli “0626ad19b4dd73578863 532a0395a1ba” adlı “Tik-Tok” sosial şəbəkəsinin “zonainteresting” adlı erməniyönümlü profilində yayımlanmış videofaylın olması müəyyən edilmiş, həmin videofayl mobil telefonun “Qalereya” bölməsində 8,92 mb həcmli VİD-20230426-WA0019.mp4 adlı videofaylın mətni ilə eynilik təşkil edir(iş vərəqə: cild 3, səh.1-180). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan kompleks məhkəməfonoskopik, məhkəmə-linqvistik və məhkəmə-portret ekspertizasının 21 sentyabr 2023-cü il tarixli, № 3-16-16/2-4/1365-4/1367-4/1368 nömrəli rəyi ilə müəyyən edilmişdir:

1. Ekspertizaya təqdim olunmuş 1 ədəd DVD diskdə olan mübahisəli audio və videofonoqramlar eyniləşdirici tədqiqat üçün yararlıdır.

2. Ekspertizaya təqdim olunmuş 1 ədəd DVD diskdə olan mübahisəli audio və videofonoqramlardakı tədqiqatı tələb olunan danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir.

3. Ekspertizaya təqdim olunmuş 1 ədəd DVD diskdə olan mübahisəli audio və videofonoqramlardakı tədqiqatı tələb olunan danışıqların tədqiqi hissədə verilmiş yazılı ərində «K1» kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs1, «K2» kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs2, «K3» kimi işarə olunmuş diktorun səsi və nitqi X38 məxsusdur.

4. Ekspertizaya təqdim olunmuş 1 ədəd DVD diskdə olan “Krik duşi talışa! Talyshistan Tv xx.xx.2023 News”, “Talişi, oçnitesğ! TalyshistanTv xx.xx.2022 News”, “Talış o Bakinskoy respublike. TalyshistanTv xx.xx.2023 News”, “Talışi, podnimaytesğ! TalyshistanTv xx.xx.2022 News” adlı mübahisəli videofonoqramlarda rəyin tədqiqi hissəsində göstərilən kadrdaxili montaj əlamətləri müəyyən olundu. 1 ədəd DVD diskdə olan digər audio və videofonoqramlarda montaj əlamətləri müəyyən olunmadı.

5. Ekspertizaya təqdim olunmuş 1 ədəd DVD diskdə olan “[000001]”, “[000002]”, “20230308_073151”, “20230322_094332”, “VİD_20230322_100533_374” adlı videofonoqramların və “Krik duşi talışa! Talyshistan Tv xx.xx.2023 News”, “Talişi, oçnitesğ! TalyshistanTv xx.xx.2022 News”, “Talış o Bakinskoy respublike. TalyshistanTv xx.xx.2023 News”, “Talışi, podnimaytesğ! TalyshistanTv xx.xx.2022 News” adlı videofonoqramların yazıldıqları məkanın uyğunluq dərəcələri tədqiqi hissədə verilmişdir.

6. Ekspertizaya təqdim olunmuş 1 ədəd DVD diskdə olan “[000001]”, “[000002]”, “20230308_073151”, “20230322_094332”, “VİD_20230322_100533_374” adlı videofonoqramların və “Krik duşi talışa! Talyshistan Tv xx.xx.2023 News”, “Talişi, oçnitesğ! TalyshistanTv xx.xx.2022 News”, “Talış o Bakinskoy respublike. TalyshistanTv xx.xx.2023 News”, “Talışi, podnimaytesğ! TalyshistanTv xx.xx.2022 News” adlı videofonoqramların şəxslərin geyiminə görə uyğunluq dərəcələri tədqiqi hissədə verilmişdir.

7. Tədqiqata təqdim edilmiş materiallarda, “Vatsapp” və “Telegram” mobil tətbiqləri vasitəsilə göndərilmiş səsli mesajların, “Talışlar-Azərbaycan adlı dövlət quruluşunun ərazisində yaşayan qədim xalq” cümləsi ilə başlayan “Microsoft Word” faylının məzmununda fonoskopik-linqvistik tədqiqatın müəyyən etdiyi mətnlər əsasında) Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar, Azərbaycan Respublikasının ərazisində terrorçuluq, yəni istimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər hərəkətlər (terror aktı) törətməyə hazırlıq əlamətləri mövcuddur(iş vərəqə: cild 4, səh.13- 39). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan kompleks məhkəməfonoskopik, məhkəmə-linqvistik və məhkəmə-portret ekspertizasının 08 sentyabr 2023-cü il tarixli № 3-16-16/1-3/1283 nömrəli rəyi ilə müəyyən edilmişdir: - Tədqiqata təqdim edilmiş, “DVD-R” tipli diskin daxilindəki və istintaq üçün zəruri olan “20230308_073151”, “20230322_094332”, “VİD_20230322_100533_374”, “RMLT8969” adlı videogörüntülərdən çıxarılmış fotoşəkillərdə 1 nəfər kişi cinsli şəxsin, “[000001]” və “[000002]” adlı videogörüntülərdən çıxarılmış fotoşəkillərdə 2 nəfər kişi cinsli şəxsin xarici görünüş elementləri və əlamətləri keyfiyyətli, tam və aydın əks olunduğundan eyniləşdirmə tədqiqatı üçün yararlıdırlar. - Tədqiqata təqdim edilmiş, “DVD-R” tipli diskin daxilindəki və istintaq üçün zəruri olan “20230308_073151”, “20230322_094332”, “VİD_20230322_100533_374”, “RMLT8969”, “[000001]” və “[000002]” adlı videogörüntülərdən çıxarılmış, ekspert tərəfindən şərti olaraq “1” rəqəmi ilə işarələnmiş kişi cinsli şəxsin fotoşəkillərində və müqayisəli material qismində təqdim edilmiş DVD-R tipli diskin daxilindəki “212990012 video numune” adlı qovluğun daxilində olan “Təqsirləndirilən şəxs1 1” və “Təqsirləndirilən şəxs1 2” adlı videogörüntülərdən çıxarılmış fotoşəkillərində eyni bir şəxs əks olunmuşdur. - Tədqiqata təqdim edilmiş, “DVD-R" tipli diskin daxilindəki və istintaq üçün zəruri olan “[000001]” və “[000002]” adlı videogörüntülərdən çıxarılmış, ekspert tərəfindən şərti olaraq “2” rəqəmi ilə işarələnmiş kişi cinsli şəxsin fotoşəkillərində və müqayisəli material qismində təqdim edilmiş DVD-R tipli diskin daxilindəki “212990012 video numune” adlı qovluğun daxilində olan “Təqsirləndirilən şəxs2 1” və “Təqsirləndirilən şəxs2 2” adlı videogörüntülərdən çıxarılmış fotoşəkillərdə eyni bir şəxs əks olunmuşdur(iş vərəqə: cild 4, səh.42-77). Bundan başqa, məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-linqvistik ekspertizasının 15 fevral 2024-cü il tarixli, № 3-16-16/2-4/111 nömrəli rəyindən görünür:

1. “Talyshistan TV” kanalında yayımlanmış Təqsirləndirilən şəxs1 videoçıxışının əks olunduğu https://www.youtube.com/watch?v=UjPW_G00Jkw səhifədə “Krik duşi talışa! Talyshistan Tv xx.xx.2023 News” (tərcüməsi: Talışların ruhunun fəryadı) başlıqlı, https://www.youtube.com/watch?v=bAAdA8JlzPE səhifədə “Talişi, oçnitesğ! TalyshistanTv xx.xx.2022 News” (tərcüməsi: talışlar, oyanın) başlıqlı, https://www.youtube.com/watch?v=ebZjXfbcyuQ səhifədə “Talış o Bakinskoy respublike. TalyshistanTv xx.xx.2023 News” (tərcüməsi: talış Bakı Respublikası haqqında) başlıqlı, https://www.youtube.com/watch?v=LEXFeKOv3JY səhifədə isə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birgə videoçıxışlarının əks olunduğu “Talışi, podnimaytesğ! TalyshistanTv xx.xx.2022 News” (tərcüməsi: talışlar, qalxın) başlıqlı videomaterialların məzmununda milli, dini nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər mövcuddur.

2. Təqsirləndirilən şəxs1 istifadəsində olmuş elektron poçta X31 istifadəsində olmuş elektron poçtdan xx.xx.2022-ci il tarixdə göndərilmiş “Talışi — drevniy narod, projivaöhiy na territorii qosobrazovaniə pod nazvaniem Azerbaydjan.” (tərcüməsi: Talışlar – Azərbaycan adlı dövlət quruluşunun ərazisində yaşayan qədim xalq) cümləsi ilə başlayan “Microsoft word” faylının məzmununda milli, dini nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər mövcuddur.

3. Təqsirləndirilən şəxs1 “WhatsApp” və “Telegram” mobil tətbiqləri vasitəsilə Ermənistan Respublikasının xüsusi xidmət orqanlarının nümayəndələri ilə apardığı danışıqlara dair səsli mesajların məzmununda milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər mövcuddur.

4. Təqdim edilmiş 1 ədəd DVD diskdəki “2_**********734267093”, “2_**********025483854”, “2_**********025483910”, “2_**********984878770”, “2_**********983569521”, “2_**********269998174”, “2_**********725605728”, “2_**********874469244”, “2_**********828266486”, “2_**********492830886”, “2_**********492830958”, “2_**********625418789”, “2_**********032130508”, “2_**********072659217”, “2_**********072659223”, “2_**********072659647”, “2_**********874469242”, “PTT-20230327-WA0000”, “PTT-20230329-WA0001”, “PTT- 20230406-WA0007”, “PTT-20230406-WA0019”, “SES 1”, “SES 2”; “2_**********734267088”, “2_**********734267094”, “2_**********547953028”, “2_**********025483852”, “2_**********025483903”, “2_**********117501925”, “2_**********048787233”, “2_**********492830957”, “2_**********811735130”, “2_**********555821743”, “2_**********874469241”, “2_**********874469243”, “PTT- 20230416-WA0012”; ““WhatsApp” Audio 2020-06-03 at 09.47.33 (1)”, “WhatsApp” Audio 2020-06-03 at 09.47.33”, ““WhatsApp” Audio 2020-07-06 at 12.31.27 (1)”, ““WhatsApp” Audio 2020-07-06 at 12.31.27 (2)”, ““WhatsApp” Audio 2020-07-06 at 12.31.27”, ““WhatsApp” Audio 2020-07-06 at 12.31.28 (1)”, “WhatsApp” Audio 2020-07-06 at 12.31.28 (2)”, ““WhatsApp”Audio 2020-07-06 at 12.31.28”, ““WhatsApp” Audio 2020-07-06 at 12.31.29 (1)”, ““WhatsApp”Audio 2020-07-06 at 12.31.29 (2)”, ““WhatsApp” Audio 2020- 07-06 at 12.31.29”, ““WhatsApp” Audio 2020-07-06 at 12.31.30 (1)”, ““WhatsApp” Audio 2020-07-06 at 12.31.30 (2)”, ““WhatsApp” Audio 2020-07-06 at 12.31.30”, ““WhatsApp”Audio 2020-07-17 at 06.53.33 (2)”, ““WhatsApp” Audio 2020-07-17 at 06.53.33 (3)”, ““WhatsApp” Audio 2020-07-17 at 06.53.33 (4)”, ““WhatsApp” Audio 2020- 07-17 at 06.53.33 (5)”, ““WhatsApp” Audio 2020-07-17 at 06.53.33 (6)”, ““WhatsApp” Audio 2020-07-17 at 06.53.33 (8)”, ““WhatsApp” Audio 2020-07-17 at 06.53.33 (9)”, “PTT- 20230329-WA0000”, “PTT-20230406-WA0007”; ““WhatsApp” Audio 2020-07-17 at 06.53.33 (1)”, ““WhatsApp” Audio 2020-07-17 at 06.53.33” adlı audiofaylların məzmununda milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər mövcuddur.

5. Təqsirləndirilən şəxs2 “facebook” sosial şəbəkəsində “Rovsen Amirov” adlı (https//www.facebook.com/rovsen.amirov.33) ünvanlı profilində, “Rovsen Amirob” adlı (https//www.facebook.com/rovsen.amirob) ünvanlı profilində, “vk.com” sosial şəbəkəsində “https//vk.com/id433004178” ünvanlı profilində, “Tik-Tok” sosial şəbəkəsində “rovsenamirov1” adlı “https//www.tiktok.com/@rovsenamirov1” ünvanlı profilində, “instagram” sosial şəbəkəsində “rovsen.amirov” adlı “https//www.instagram.com/ rovsen.amirov/” ünvanlı profilində, “ok.ru” sosial şəbəkəsində “rovşan amirov” adlı “https//ok.ru/profile/**********78”, “Rovsen Amirov” adlı “https//ok.ru/profile/557819 921989” ünvanlı profilindəki paylaşımlarında, eləcə də Təqsirləndirilən şəxs1 “Vkontakte” sosial şəbəkəsindəki “Rasad Ahmadov” adlı, “Odnoklassniki” sosial şəbəkəsində “Raşad Axmedov” adlı profillərində milli nifrət və düşmənçiliyin salınmasına, həmçinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə əlamətləri mövcuddur(iş vərəqə: cild 4, səh.222-243). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 5(009)-3928/2023 nömrəli qərarına əsasən "xxxx" ASC-dən istintaqa xx.xx.2023-cü il tarixdə daxil olmuş 3-39-9/1-3383/23 nömrəli məktuba əlavə edilmiş hesabdan çıxarışlardan görünür ki, Təqsirləndirilən şəxs1 adına Rusiya Federasiyasından Aleksandr Çabak Aleksandroviç adlı şəxs tərəfindən “Western Union” pul köçürmə sistemi vasitəsilə xx.xx.2021-ci il tarixdə 200 ABŞ dolları (340 AZN ekvivalenti) məbləğində, xx.xx.2020-ci il tarixdə X24 Boris adlı şəxs tərəfindən 100 avro (189,17 AZN ekvivalenti) pul vəsaiti köçürülmüşdür(iş vərəqə: cild 4, səh.1-5). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ibtidai istintaq orqanının 13 fevral 2024-cü il tarixli qərarlarından görünür ki, iş üzrə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 01 ədəd “Samsung Galaxy A13” markalı mobil telefon, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş 01 ədəd “Redmi 9” markalı mobil telefon, Təqsirləndirilən şəxs2 məxsus 01 ədəd dəftər, Təqsirləndirilən şəxs1 Şahid göndərdiyi səsli mesajların və videofaylın yazıldığı bir ədəd disk və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən çıxışlarının videoyazıya alınaraq Ermənistan Respublikasının vətəndaşı X38 göndərilməklə youtube.com internet portalındakı sonuncuya məxsus “Talyshistan TV” kanalında yayımlanmış videomaterialların yazıldığı bir ədəd disk iş üzrə maddi sübut kimi tanınmış və məhkəmənin müvafiq qərarınadək cinayət işinin materiallarına əlavə edilmişdir(iş vərəqə: cild 4, səh.211, 212, 213, 214, 215). Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 214.2.1, 274, 281.3 və 283.1-ci maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274, 281.3 və 283.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmələri məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onların cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin qeyd edilən müvafiq maddələri ilə düzgün ixtisaslaşdırılmışdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı verdikləri qeyri-etirafedici və ziddiyyətli ifadələrini, saxlanılarkən və bundan sonrakı mərhələlərdə polis əməkdaşları tərəfindən fiziki zora və qeyri-insani rəftara məruz qalmaları və etiraedici ifadələr verməyə məcbur edilmələri barədə göstərdiklərini onların xüsusilə ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmələri üçün seçmiş olduqları müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxslərin özünün müdafiəsi üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla tam inkar olunur və əksinə, onun təqsirliliyini təsdiq edir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 214.2.1, 274, 281.3 və 283.1-ci maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274, 281.3 və 283.1-ci maddələri ilə tövsif edilməli və təqsirləndirilən şəxslərin hər biri onlara istinad olunan maddələrlə təqsirli bilinib cəzalandırılmalıdırlar. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlinin cinayət olmasını aradan qaldıran hallar və onları cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin əməliyyat-sorğu arayışından görünür ki, iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır (iş vərəqə: cild İ, səh. 54, 197). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 himayəsində bir nəfər 2012-ci il təvəllüdlü azyaşlı uşuğı vardır və qeyd olunan bu hal şəxsin barəsində cəzasını yüngülləşdirən hal qismində nəzərə alına bilər. Belə ki, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinin tələbləri baxımından cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmədə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərədə tutulan hallar müəyyən edilməmişdir. Lakin məhkəmə baxışı zamanı müəyyən olundu ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini təkrar və qabaqcadan əlbir olmuş bir qrup şəxs olaraq törətmişlər ki, qeyd olunan bu hal Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar qismində nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təkrar törədilməsi, həmin Məcəllənin 61.1.3-cü maddəsinə əsasən isə cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilməsi cəzanı ağırlaşdıran hallar hesab olunur və cəza təyin olunarkən nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək cəza məsələsini müzakirə edib qeyd edir ki, onların törətmiş olduqları cinayətlərin xüsusilə ağır və ağır cinayətlər kateqoriyasına aid olması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 28, 214.2.1, 274-cü maddələrində nəzərdə tutulan cinayət əməliləri təsnifatına görə xüsusilə ağır, həmin Məcəllənin 281.3-cü maddəsində nəzərdə tutulan cinayət əməli isə təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Odur ki, təqsirləndirilən şəxslərin islah olunması, həm onların özləri, həm də başqa şəxslər tərəfindən belə cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 214.2.1, 274, 281.3 və 283.1-ci maddələrinin, Təqsirləndirilən şəxs2 isə həmin Məcəlləsinin 274, 281.3 və 283.1-ci maddələrinin sanksiyası daxilində, hər ikisinə münasibətdə cinayətlərin məcmusuna görə cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla, ədalətli, şəxsiyyətlərinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinin tələblərinə görə cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bundan başqa, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 28, 214.2.1-cü maddəsi ilə cəza təyin edərkən təqsirləndirilən şəxsin iradəsindən asılı olmayaraq bu cinayəti başa çatdıra bilməməsi nəzərə alınmalı və həmin maddə ilə ona başa çatmayan cinayətlərə, bu halda cinayətə hazırlığa görə cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 63.2-ci maddəsinin tələblərinə görə cinayətə hazırlığa görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün (burada: iyirmi ilədək) yuxarı həddinin yarısından çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin ilk dəfə xüsusilə ağır cinayət törətmələri və buna görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunacaqları nəzərə alınmalı və təqsirləndirilən şəxslərin hər ikisi təyin olunacaq cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələblərinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəza çəkmə müəssisələri ciddi rejimli cəzaçəkmə müəssisələri olaraq müəyyən olunur. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə bağlı məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs1 26 aprel 2023-cü il tarixdə, Təqsirləndirilən şəxs2 isə 28 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Təqsirləndirilən şəxs1 barəsində 28 aperl 2023-cü il tarixdə, Təqsirləndirilən şəxs2 barəsində isə 29 aprel 2023-cü il tarixdə müvafiq məhkəmə qərarlarına əsasən həbs qətimkan tədbiri seçilmiş və onlar məhkəmə hökmü çıxarılanadək qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışlar. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 26 aprel 2023-cü il tarixdən, Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli isə onun şübhəli şəxs qismində tutulduğu 28 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 26 aprel 2023-cü il tarixdən, Təqsirləndirilən şəxs2 isə 28 aprel 2023-cü il tarixdən başlayaraq həbsdə saxlanıldıqları bütün müddət onlara təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxslərə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onların barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Qeyd olunanlardan başqa, məhkəmə iş üzrə maddi sübutların taleyi ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 01 ədəd “Samsung Galaxy A13” markalı mobil telefon və Təqsirləndirilən şəxs2 istifadəsində olmuş 01 ədəd “Redmi 9” markalı mobil telefon onların özlərinə qaytarılması üçün hər birinin yaxın qohumlarına təhvil verilməli; - Təqsirləndirilən şəxs2 məxsus 01 ədəd dəftər cinayət işinin materiallarında saxlanılmalı; - Təqsirləndirilən şəxs1 Şahid göndərdiyi səsli mesajların və videofaylın yazıldığı bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalı; - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən çıxışlarının videoyazıya alınaraq Ermənistan Respublikasının vətəndaşı X44 göndərilməklə youtube.com internet portalındakı sonuncuya məxsus “Talyshistan TV” kanalında yayımlanmış videomaterialların yazıldığı bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfləri məsələsi müzakirə olunarkən məhkəmə belə nəticəyə gəldi ki, cinayət təqibinin ibtidai istintaqı mərhələsində keçirilmiş 21 sentyabr 2023-cü il tarixli, № 3-16-16/2-4/1365-4/1367-4/1368 nömrəli ekspertiza tədqiqatına 200 (iki yüz) manat, 08 sentyabr 2023-cü il tarixli, № 3-16-16/1-3/1283 nömrəli ekspertiza tədqiqatına 320 (üç yüz iyirmi) manat və 15 fevral 2024-cü il tarixli, № 3-16-16/2-4/111 nömrəli ekspertiza tədqiqatına isə 300 (üç yüz) manat - cəmi 820 (səkkiz yüz iyirmi manat) manat vəsait sərf olunmuşdur ki, qeyd olunan məbləğdə ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 410,00 (dörd yüz on) manat olmaqla müştərək qaydada dövlət nəflnə tutulmalıdır. İş üzrə mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKMETDİ:

Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 28, 214.2.1, 274, 281.3 və 283.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 28,214.2.1-ci maddəsi ilə 10 (on) il müddətə, CM-nin 274-cü maddəsi ilə 15 (on beş) il müddətə, CM-nin 281.3-cü maddəsi ilə 8 (səkkiz) il müddətə, CM-nin 283.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunan azadlıqdan məhrum etmə cəzaları qismən toplanılsın və ona qəti olaraq 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 ona təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 26 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 274, 281.3 və 283.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 274-cü maddəsi ilə 14 (on dörd) il müddətə, CM-nin 281.3-cü maddəsi ilə 8 (səkkiz) il müddətə, CM-nin 283.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin olunan azadlıqdan məhrum etmə cəzaları qismən toplanılsın və ona qəti olaraq 17 (on yeddi) il müddətə azadlıqdan məhrum elmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 ona təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 28 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 01 ədəd “Samsung Galaxy A13” markalı mobil telefon və Təqsirləndirilən şəxs2 istifadəsində olmuş 01 ədəd “Redmi 9” markalı mobil telefon onların özlərinə qaytarılması üçün hər birinin yaxın qohumlarına təhvil verilsin; - Təqsirləndirilən şəxs2 məxsus 01 ədəd dəftər cinayət işinin materiallarında saxlanılsın; - Təqsirləndirilən şəxs1 Şahid göndərdiyi səsli mesajların və videofaylın yazıldığı bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın; - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən çıxışlarının videoyazıya alınaraq Ermənistan Respublikasının vətəndaşı X44 göndərilməklə youtube.com internet portalındakı sonuncuya məxsus “Talyshistan TV” kanalında yayımlanmış videomaterialların yazıldığı bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri - cəmi 820 (səkkiz yüz iyirmi manat) manat ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 410,00 (dörd yüz on) manat olmaqla müştərək qaydada dövlət nəflnə tutulsun. İş üzrə mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar