Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1576/2022 15.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X6 və Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Məhəmməd Arif oğlu Kazımovun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 20 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxslərin hüquqi varisləri: X5, X2, zərərçəkmiş şəxsin hüquqi varisi X3 nümayəndəsi X4 iştirakı ilə, Təqsirləndirilən şəxs (xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Səbail rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 228.1-ci maddəsi ilə təqsili bilinib 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, işləməyən, Bakı şəhəri Səbail rayonu Salyan şossesi dalan 2, ev 2, mənzil 1-də yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliynin Bakı İT-da saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan və narkotik vasitənin təsiri altında idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq, ehtiyatsızlıqdan iki zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 27 aprel 2022-ci il tarixdə saat 03:15 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-ci hissəsinin, 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin və 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq nəqliyyat vasitəsini idarəetmək hüququ, yəni sürücülük vəsiqəsi və etibarnamə olmadan narkotik vasitənin təsiri altında «Chevrolet Camaro» minik markalı **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Qaradağ rayonu Ələt qəsəbəsi ərazisindən keçən 65,3-cü kilometrində 90 km/saat sürətlə Bakı şəhəri istiqamətinə hərəkət etdirərkən həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3cü bəndinin tələblərini pozaraq yəni, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməyib, yolun sağ ehtiyat hissədə dayanmış piyadalar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vurmuş, nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs1 hər iki ağciyərlərin və qarın boşluğu orqanlarının evakuasiyası (xaricə çıxması), sol ağciyərin, qaraciyərin və dalağın əzilib-cırılmış yaraları, döş qəfəsinin soldan Vİ-Vİİ-Vİİİ-İX- X qabırğaların, sağdan Vİ-Vİİ-Vİİİ-İX-X qabırğaların yerdəyişən sınıqları, çanaq sümüklərinin sınıqları, hər iki baldırın yuxarı 1/3-dən tam travmatik amputasiyası kimi insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır, Zərərçəkmiş şəxs2 baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma ilə müşayiət olunan başın sol gicgah və sol təpə sümüklərinin kəllə əsasına keçən xətti sınığı, başın alın nahiyəsinin, sol gicgah nahiyəsinin və sağ diz oynağının sıyrıqları, sol budun yuxarı 1/3-nin bayır səthinin əzilmiş-cırılmış yarası insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətlərindən hadisə yerində ölmələri ilə nəticələnən iki şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 26 aprel 2022-ci il tarixdə qonşusu və tanışı Şahid2 xahiş etmişdir ki, idarə etdiyi avtomobili 2-3 saatlıq ona versin. Əhəd müvəqqəti olaraq kirayə götürdüyü «Chevrolet Camaro» minik markalı **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edirmiş. Əhəd avtomobili ona vermiş və o həmin avtomobillə Şirvan şəhərinə getmişdir. Əhəd onun sürücülük vəsiqəsinin olmadığını bilməmişdir. O, Şirvan şəhərində işlərini qurtardıqdan sonra saat 01:30 radələrində Bakı şəhərinə qayıtmaq üçün yola düşmüş, saat 03 radələrində idarə etdiyi «Chevrolet Camaro» minik markalı **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Qaradağ rayonu Ələt qəsəbəsi ərazisindən keçən hissəsi ilə dörd zolaqlı yolun sağdan ikinci zolağı ilə təminən 200 km/saat sürətlə Bakı şəhəri istiqamətinə hərəkətdə olarkən qəflətən avtomobilin CPRS-si sönmüşdür. Avtomobilin CPRS-nin avtomobili icarəyə verən sahibi Ramil adlı şəxs tərəfindən söndürülməsini güman edir. Avtomobilin CPRS söndüyü üçün avtomobilin qəza işıqlarını yandırmış, həmin vaxt avtomobilin sükanı dönməmiş, tormoz sistemi sıradan çıxmışdır. Avtomobilin hərəkətini tənzimləyə bilməmiş, avtomobili saxlamağa texniki imkanı olmamış və avtomobil yoldan çıxaraq yolun sağ kənarında dayanmış metal rəngli «Mercedes Benz» minik markalı avtomobilin arxa hissəsinə çırpılmışdır. O, hadisə yerində qalmış, az sonra oraya gələn polis əməkdaşlarına özünü təqdim etmiş və hadisə yerinə keçirilən baxışda iştirak edib, tərtib olunmuş sxemi və protokolu imzalamışdır. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ilkin ifadəsi məhkəmədə elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, 26 aprel 2022-ci il tarixdə gecə saat 03 radələrində idarə etdiyi «Chevrolet Camaro» minik markalı **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Qaradağ rayonu Ələt qəsəbəsi ərazisindən keçən hissəsi ilə dörd zolaqlı yolun sağdan ikinci zolağı ilə təminən 90 km/saat sürətlə Bakı şəhəri istiqamətinə hərəkətdə olarkən yorğun olduğu üçün sükan arxasında yuxulamış və zərbə səsindən ayıldıqda görmüşdür ki, idarə etdiyi avtomobil yol kənarında dayanmış avtomobilə çırpılmışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsini təsdiq etmədiyini, sonradan verdiyi və məhkəmədə verdiyi ifadələrinin düz olduğunu, ilkin ifadənin müstəntiq tərəfindən yazıldığını və həmin ifadəni oxumadan imzaladığını bildirmişdir. Məhkəmədə ifadə vermiş zərərçəkmiş şəxsin hüquqi varisi X5 ifadəsində bildirmişdir ki, 27 aprel 2022-cu il tarixdə saat 03:15 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Qaradağ rayonu Ələt qəsəbəsi ərazisindən keçən 65,3-cü kilometrində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ölmüş Zərərçəkmiş şəxs1 onun atasıdır. X12 Təhlükəsizlik İdarəsində xidmətə nəzarət şöbəsinin müavini vəzifəsində işləmişdir. 27 aprel 2022-ci ildə saat 01 radələrində atası Səyavuş işçilərin iş rejimini yoxlayacağını bildirməklə idarə etdiyi «Mercedes Benz» minik markalı **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobilə evdən çıxıb getmişdir. Səhər saat 05 radələrində qohumu Xəzər Seyidov ona telefon vasitəsilə zəng edərək bildirmişdir ki, atasını Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun yaşadığı Qaradağ rayonu Ələt qəsəbəsi ərazisində avtomobil vurmuş, xəsarətlər aldığından atasını xəstəxanaya aparmışlar. O, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisindəki 19 saylı xəstəxanaya getmiş və orada ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs idarə etdiyi «Chevrolet Camaro» minik markalı **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətinə hərəkətdə olarkən yolun kənarında dayanmış atası Zərərçəkmiş şəxs1 və iş yoldaşı Zərərçəkmiş şəxs2 vurmuş, nəticədə piyadaların hər ikisi aldığı xəsarətlərdən hadisə yerində ölmüşlər. Hazırda təqsirləndirilən şəxsə qarşı şikayətçidir və ona ağır cəza verilməsini tələb edir. Məhkəmədə ifadə vermiş zərərçəkmiş şəxsin hüquqi varisi X2 ifadəsində bildirmişdir ki, 27 aprel 2022-cu il tarixdə saat 03:15 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Qaradağ rayonu Ələt qəsəbəsi ərazisindən keçən 65,3-cü kilometrində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ölmüş Zərərçəkmiş şəxs2 onun qardaşıdır. 27 aprel 2022-ci ildə saat 08 radələrində Naxçıvan MR-da olduğu vaxt digər qardaşı Elçin Qurbanov ona başqa bir qohumunun qəza keçirdiyini demiş, onlar Bakı şəhərinə gələrkən qardaşı Elçin digər qardaşları Emilin Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Qaradağ rayonu Ələt qəsəbəsi ərazisindən keçən hissəsində avtomobil qəzasında öldüyünü demişdir. Qardaşı Emilin meyiti tibbi ekspertiza müayinəsindən sonra Naxçıvan MR aparılıb Ordubad rayonu Aza kənd qəbirstanlığında dəfn edilmişdir. Sonradan bilmişdir ki, mərhum qardaşı Zərərçəkmiş şəxs2, iş yoldaşları Zərərçəkmiş şəxs1 və Şahid1 ilə Socar Təhlükəsizlik İdarəsində işləyən işçilərin iş regimini yoxlamağa getmişlər. Həmin vaxt ramazan ayı olduğu üçün yol kənarında sahur yeməyi yeyən zaman Təqsirləndirilən şəxs idarə etdiyi «Chevrolet Camaro» minik markalı **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobil onları vurmuş, həmin vaxt qardaşı Emil Qorbanov və onun iş yoldaşı Zərərçəkmiş şəxs1 aldıqları xəsarətdən hadisə yerində ölmüşlər. Hazırda təqsirləndirilən şəxsə qarşı şikayətçidir və ona ağır cəza verilməsini tələb edir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində bildirmişdir ki, 27 aprel 2022ci il tarixdə iş yoldaşları Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2la birlikdə Səyavuşun idarə etdiyi «Mercedes Benz» minik markalı **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobillə işçilərin iş regimini yoxlamaq məqsədi ilə Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi istiqamətinə yola düşmüşlər. Yolda sahur yeməyi yemək istəmişlər, bir neçə kafelər bağlı olduğundan Ələt qəsəbəsinə çatmamış geri qayıtmışlar və Səyavuş avtomobili bir qədər qarşıda Azpetrol YDM-nin yaxınlığında yolun sağ kənarında saxlamışdır. Onlar avtomobildən düşmüşlər, çayı və yeməkləri avtomobildən çıxarıb avtomobilin arxa baqajın üstünə yığıb yeməyə başlamışlar. Həmin vaxt gecə saat 03 radələri olmuş, onlar bir qədər yemək yeyib çay içdikdən sonra o, hava soyuq olduğundan gödəkçəsini götürmək üçün avtomobilin arxa sol qapısını açmış və gödəkçəni götürüb əyninə geyindiyi vaxt zərbə səsi və toz duman qopduğunu və Siyavuşa məxsus avtombilin arxa hissəsinə qara rəngli «Chevrolet Camaro» minik markalı avtomobil çırpıldığını görmüşdür. O, baxanda Siyavuş və Emili görməmiş, telefon işığı ilə onları axtarmağa başlamışdır. Səyavuşun «Chevrolet Camaro» minik markalı avtomobilin qarşı hissəsinin altında, Emilin isə bir qədər aralıda çökəklik əraziyə düşdüyünü, hər ikisinin ağır bədən xəsarətləri alıb hərəkətsiz vəziyyətdə qaldıqlarını görmüşdür. O, onlara yaxınlaşa bilməmiş və yoldan keçən avtomobillərə əl edərək kömək çağırmışdır. Az sonra yoldan keçən avtomobillər və YDM-nin əməkdaşları gəlib yaxınlaşmış və TTY stansiyasına məlumat vermişlər. Sonra hadisə yerinə TTY və polis əməkdaşları gəlmişlər. Həmin vaxt ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 aldıqları xəsarətlərdən ölmüşlər. Hadisə nəticəsində ona avtomobil dəyməmiş və heç bir xəsarət almamışdır. Məhkəmədə Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır və onunla qonşuluqda yaşamışdır. 25 aprel 2022-ci il tarixdə o, 4 günlük müqavilə əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus «Chevrolet Camaro» minik markalı **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürmüşdür. Özünün nəqliyyat vasitələri idarə etmək üçün «BC» kateqoriyalı sürücülük vəsiqəsi vardır. 26 aprel 2022-ci il tarixdə saat 21:30 radələrində icarəyə götürdüyü avtomobillə yaşadığı Səbail rayonu ərazisində olduğu vaxt qonşusu Təqsirləndirilən şəxs ona yaxınlaşıb təcili harasa getməli olduğu üçün avtomobil lazım olduğunu bildirməklə ondan avtomobili istəmişdir. O da İbrahimə etiraz etməmiş və icarəyə götürdüyü «Chevrolet Camaro» minik markalı **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobili İbrahimə vermişdir. İbrahim tez qayıdacağını bildirsə də müəyyən vaxt keçməsinə baxmayaraq gəlmədiyi üçün neçə dəfə sonuncuya zəng etsə də İbrahim zənglərinə cavab verməmişdir. Səhəri günü, yəni 27 aprel 2022-ci il tarixdə isə eşidib bilmişdir ki, İbrahim gecə saat 03 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Qaradağ rayonu Ələt qəsəbəsi ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi törtmiş, hadisə nəticəsində iki nəfər piyada aldıqları xəsarətlərdən hadisə yerində ölmüşlər. O, qeyd etmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə avtomobil idarə etdiyini görmüş, lakin sonuncunun sürücülük vəsiqəsinin olmadığını bilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması zərərçəkmiş şəxslərin hüquqi varislərin, şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Cinayət işinə əlavə edilmiş 27 aprel 2022-ci il tarixli 1733 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə aktı ilə Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyətinin olmadığı müəyyən edilmiş, sidiyində narkotik vasitə aşkarlanmışdır. Cinayət işinin materiallarında olan 27 aprel 2022-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri, Səbail rayon Məhkəməsinin qətimkan tədbirinin seçilməsi haqqında qərarınından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 28 aprel 2022-ci il tarixli, 8/1078 nömrəli rəyindən məlum olur ki, «Chevrolet Camaro» markalı, ** PC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət edərək hadisənin qarşısını almağa texniki olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinə əlavə edilmiş məhkəmə tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 35 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 meyitinin bədəni üzərində aşkar edilmiş həyatla bir araya sığmayan xəsarət, hər iki ağciyərlərin və qarın boşluğu orqanlarının evakuasiyası (xaricə çıxması), sol ağciyərin, qaraciyərin və dalağın əzilibcırılmış yaraları, döş qəfəsinin soldan Vİ-Vİİ-Vİİİ-İX-X qabırğaların, sağdan Vİ-Vİİ-Vİİİ-İX- X qabırğaların yerdəyişən sınıqları, çanaq sümüklərinin sınıqları, hər iki baldırın yuxarı 1/3-dən tam travmatik amputasiyası. Qeyd olunan xəsarətlər həyatidirlər, bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, xx.xx.2022-ci il tarixdə və şəraitdə əmələ gələ bilərdilər, dərəcələrinə görə həyatla bir araya sığmayan xəsarət olduğu üçün sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər və mərhum Zərərçəkmiş şəxs1 ölümü ilə birbaşa səbəbli əlaqəlidir. Ölümünə səbəb həyatla bir araya sığmayan xəsarət-hər iki ağciyərlərin və qarın boşluğu orqanlarının evakuasiyası (xaricə çıxılması) və xarici qanaxma nəticəsində inkişaf edən travmatik-hemorragik şok fonunda daxili üzvlərin (hər iki ağciyərlərin, qaraciyərin, dalağın) cırılması olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən güman etmək olar ki, mərhum Zərərçəkmiş şəxs1 ölümü onun meyitinin meyitxanada müayinə olunduğu (xx.xx.2022-ci il tarixdə saat 11.20-də) 6-8 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətlərin xarakteri və lokalizasiyalarını nəzərə alın demək olar ki, həmin xəsarətlər hərəkətdə olan avtomobilin piyadanı vurması nəticəsində əmələ gələ bilərdilər. Mərhum Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. Cinayət işinə əlavə edilmiş məhkəmə tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 36 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs2 meyitinin bədəni üzərində baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma ilə müşayiət olunan başın sol gicgah və sol təpə sümüklərinin kəllə əsasına keçən xətti sınığı, başın alın nahiyəsinin, sol gicgah nahiyəsinin və sağ diz oynağının sıyrıqları, sol budun yuxarı 1/3-nin bayır səthinin əzilmiş-cırılmış xəsarətləri yarası aşkar edildi. Qeyd olunan xəsarətlər həyatidirlər, ölümündən az əvvəl bərk küt əşya (əşyalar) təsirindən yaranmışlar, ölümlə bir başa səbəbli əlaqəli olmaqla xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər, dərəcələrinə görə həyatla bir araya sığmayan xəsarət olduğu üçün sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər. Ölümünə səbəb sol gicgah-təpə sümüklərinin kəllə əsasına keçən sınıqları nəticəsində baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən güman etmək olar ki, mərhum Zərərçəkmiş şəxs2 ölümü onun meyitinin meyitxanada müayinə olunduğu (xx.xx.2022-ci il tarixdə saat 09.30-da) 5-7 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarətlərin xarakteri və lokalizasiyalarını nəzərə alın demək olar ki, həmin xəsarətlər hərəkətdə olan avtomobilin piyadanı vurması nəticəsində əmələ gələ bilərdilər. Mərhum Zərərçəkmiş şəxs2 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. (xx.xx.2022-ci il tarixli 1468/K saylı akt). Cinayət işinə əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 1486/K saylı rəyi ilə müəyəyn edilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən «Kannabinoid» və tiryək qrupuna aid olan morfin adlı alkoloidin sintetik analoqu olan heroin aşkar edimişdir. Cinayət işinə əlavə edilmiş ambulator məhkəmə narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 3338 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan 02 may 2022-ci il tarixli protokoldan məlum olur ki, BDYPİ-nin Qaradağ rayonu ərazisində yerləşən 719 saylı DYP postunda komputerə baxış zamanı xx.xx.2022-ci il tarixdə saat 03 radələrində «Chevrolet Camaro» markalı avtomobilin yüksək sürətlə hərəkət edərək yolun sağna istiqamətlənib yolun sağ kənarında ehtiyat hissədə dayanmış piyadaları vurduğu və nəqliyyat vasitəsi ilə toqquşduğu müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 016-60753-1222 nömrəli məktubdan məlum olur ki, DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompyuter uçot bazasının məlumatlarına əsasən xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında sürücülük vəsiqəsi verilməmişdir. Cinayət işinin materiallarında olan DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Səbail rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsili bilinib 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 03 ay 14 gün müddətinə vaxtından əvvəl şərti azad olunmuşdur. xx.xx.2021-ci il tarixdə idarənin qeydiyyatından çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.3-ci maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində – onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları ödənilmiş sayılır. Təqsirləndirilən şəxs məhkumluğu hazırda ödənilməmişdir. Təqsirləndirilən şəxs sonuncu törətmiş olduğu cinayət əməli ehtiyatsızlıqdan baş verən cinayət əməli olduğu üçün onun əməlində cinayətlərin residivi yoxdur. Zərərçəkmiş şəxsin hüquqi varisləri X5 və X1 məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs qarşı şikayətçi olduqlarını və ona ağır cəza təyin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi «Chevrolet Camaro» markalı avtomobilə Bakı şəhəri istiqamətinə hərəkətdə olarkən qəflətən avtomobilin CPRS-si avtomobilin sahibi tərəfindən söndürülməsi, avtomobilin sükanın dönməməsi, tormoz sisteminin sıradan çıxması, avtomobilin hərəkətini tənzimləyə bilməməsi kimi ifadələrini inandırıcı hesab etmir və həmin ifadələri özünü müdafiə məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Cinayət işinin materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladı vardır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal himayəsində bir azyaşlı övladının olmasıdır. Azərbaycan Respublikası CM-nin 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əlavə cəza olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsində nəzərdə tutulmuş 3 (üç) il müddətə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Cinayət işinin materiallarından məlum olur ki, «Chevrolet Camaro» markalı, ** PC *** dövlət qeydiyyat nişanlı avtomobil və yol-nəqliyat hadisəsinin videogörüntüsünü əks etdirən bir ədəd disk maddi sübut kimi tanınmış, avtomobil saxlanılması üçün sahibinə qaytarılmış, bir ədəd disk cinayət işinə əlavə edilmişdir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, cinayət işi üzrə zərərçəkmiş şəxslərin hüquqi varislərinə yuxarıda göstərilən hüquqları izah edilməlidir. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət işi üzrə müsadirə olunması təklif olunan cinayətin törədilməsində istifadə olunan alət və vasitələr, cinayətin predmetləri müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Təqsirləndirilən şəxsin barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan – 27 aprel 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. «Chevrolet Camaro» markalı, ** PC *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalı, yol-nəqliyat hadisəsinin videogörüntüsünü əks etdirən bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 20 saylı vəkil vürosunun vəkili Müdafiəçi 120 (yüz iyiri) manat məbləğində pul ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193, 198, 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan –27 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. Zərərçəkmiş şəxslərin hüquqi varislərinə mülki iddialarını mulki icraat qaydasında vermələri izah edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 20 saylı vəkil vürosunun vəkili Müdafiəçi 120 (yüz iyiri) manat məbləğində pul ödənilsin. İcayət işi üzrə maddi sübut «Chevrolet Camaro» markalı, ** PC *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın, yol-nəqliyat hadisəsinin videogörüntüsünü əks etdirən bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1576/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1576/2022
15.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver