Məhkəmə qərarları › İş №1(101)-1577/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1577/2021

26.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1577/2021 26.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi hakimlər Qəribov Fikrət Atlıxan oğlu (sədrlik edən), Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi: X2, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, 28 avqust 1974-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri, Yasamal rayonu, Ş.Əzizbəyov küçəsi, ev 28-də qeydiyyatda olmaqla, ünvan 1-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə etmiş, daşımış, saxlamış, habelə külli miqdarda narkotik vasitə və psixotrop maddənin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə qabaqcadan vəd verməklə köməklik etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə etmək, saxlama, daşıma və satma barədə tanışı İran İslam Respublikasının vətəndaşı “Baba” adlı şəxslə və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə “Baba” adlı şəxsin külli miqdarda narkotik vasitə və psixotrop maddəni İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirməsinə və Azərbaycan Respublikası ərazisində satışının təşkil edilməsinə qabaqcadan vəd verməklə köməklik etmiş, bu məqsədlə “Baba” adlı şəxsin qeyriləri ilə istintaqa məlum olmayan vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirdiyi külli miqdarda 6287,226 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda 1144,77 qram çəkidə narkotik vasitə tiryəki, külli miqdarda 946,780 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, külli miqdarda təsiredici maddəsinin miqdarı 8 qram olan 200 ədəd narkotik vasitə metadon həblərini və külli miqdarda 3171,859 qram çəkidə psixotrop maddə metamfetamini naməlum vaxtda, yerdə və şəraitdə satış məqsədilə qanunsuz olaraq əldə edib külli miqdarda 6190 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda 1144,77 qram çəkidə narkotik vasitə tiryəki, külli miqdarda 946,780 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, külli miqdarda təsiredici maddəsinin miqdarı 8 qram olan 200 ədəd narkotik vasitə metadon həblərini və külli miqdarda 3070 qram çəkidə psixotrop maddə metamfetamini yaşadığı ünvan 1 ünvanına daşıyıb evdə gizlətməklə saxlamış, qalan külli miqdarda 97,226 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda 101,859 qram çəkidə psixotrop maddə metamfetamini isə üzərində saxlamaqla daşımış, onun qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 01 iyun 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 02.00-da Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov küçəsi, 110 nömrəli evin yaxınlığında saxlanılaraq ünvan 2 ünvanda yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət olunub üzərinə şəxsi axtarış keçirilərkən əynindəki boz rəngli şalvarının sağ yan cibindən bir ədəd bükümdə külli miqdarda 97,226 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükümdə külli miqdarda 101,859 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq 01 iyun 2021-ci il tarixdə saat 05.00-da Təqsirləndirilən şəxs yaşadığı ünvan 1-ə özünün razılığı və iştirakı ilə baxış keçirilən zaman qonaq otağından bir ədəd idman çantasında olan bir ədəd bağlamadaki dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 440 qram, 500 qram, 162,639 qram və 42,131 qram olmaqla ümumilikdə külli miqdarda 1144,77 qram çəkidə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, altı ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1045 qram, 1025 qram, 1055 qram, 1010 qram, 1020 qram və 1035 qram olmaqla ümumilikdə külli miqdarda 6190 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bağlamada olan on iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 445,0 qram, 18,867 qram, 48,493 qram, 21,747 qram, 85,0 qram, 95,0 qram, 135,0 qram, 33,092 qram, 10,370 qram, 24,854 qram, 9,806 qram və 19,551 qram olmaqla ümumilikdə külli miqdarda külli miqdarda 946,780 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, həblərin təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda 8 qram təşkil edən üzərində “Methadone 40” yazısı olan 200 həb metadon dərman preparatı, üç ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 1015 qram, 1000 qram və 1055 qram olmaqla ümumilikdə külli miqdarda 3070 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və iki ədəd üzərində psixotrop maddə metamfetaminin və narkotik vasitə heroinin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən bir ildir ki, psixotrop maddə metamfetamini çəkmək yolu ilə qəbul etmiş, 2020-ci ilin oktyabr ayında “Baba” kimi təqdim edən İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuş, sonuncu ona 3-5 qram çəkidə metamfetamin göndərmişdir. Maddi çətinliyi olduğundan narkotik vasitələri və psixotrop maddələri “kuryer” kimi götürüb paylamaqla çörək pulu qazanmağı qərara almış və “Baba” adlı şəxslə “Whatsapp” proqramı vasitəsi ilə danışıb bu işlə məşğul olmağına hazır olduğunu demişdir. “Baba” bildirmişdir ki, hər çantadakı narkotikin paylanmasına görə ona 1.500 manat pul verə bilər. Bundan sonra o bank kartının nömrəsini ona vermişdir. Tutulmamışdan təxminən 10 gün qabaq “Baba” adlı şəxs “Whatsapp” proqramı vasitəsi ilə onunla əlaqə saxlayıb İran İslam Respublikasından ona narkotik vasitə və psixotrop maddələr göndərdiyini, həmin narkotik vasitə və psixotrop maddələri sonradan müxtəlif yerlərə yerləşdirməli olduğunu deyərək malın Bakı şəhəri, Xətai rayonu ərazisində gizlədildiyini deyib yeri izah etmişdir. O, taksi ilə oraya gedib idman çantasında külli miqdarda narkotik vasitə heroin, tiryək, qurudulmuş marixuna və metadon, psixotrop maddə metamfetamini götürüb yaşadığı ünvan 3 ünvanına aparıb gizlətmişdir. Həmin narkotik vasitə və psixotrop maddələrdən təxminən 3-4 kilosunu Bakı şəhərində müxtəlif yerlərə qoyub şəklini “Baba” adlı şəxsə göndərmişmişdir. Əvəzində o onun pul kartına müxtəlif məbləğlərdə pul göndərmişdir. 01 iyun 2021-ci il tarixə keçən gecə narkotik vasitə heroindən 100 qrama yaxın çəkidə bükülü və metamfetaminin 100 qrama yaxın çəkidə bükümünü lazımi yerə çatdırılması məqsədi ilə götürüb üstündə gəzdirməyə başlamışdır. 01 iyun 2021-ci il tarixdə saat 02:00 radələrində yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Akim Abbasov küçəsində yerləşən binanın yaxınlığında piyada hərəkət edərkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Orada üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, təklifdən sonra əynində olan şalvarının sağ yan cibindən bir bükümdə narkotik vasitə heroin və bir bükümdə psixotrop maddə metamfetamin kütlələrini təqdim etmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmiş, üzərindən siqaret qutusu, plastik bank kartı, 30 manat pul, bir ədəd açar, bir ədəd “Honor” markalı mobil telefon aşkar olunmuşdur. Sonra bir bükümdə heroin elektron tərəzidə çəkilmiş çəkisi 102 qram olduğu müəyyən edilmişdir. Sonra bir bükümdə metamfetamin elektron tərəzidə çəkilmiş çəkisi 106 qram olduğu müəyən edilmişdir. Sonra həmin kütlələr zərfdə qablaşdırılaraq möhürlənmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün “Honor” markalı mobil telefon, plastik bank kartı götürülmüş, siqaret qutusu, 30 manat pul, bir ədəd açar isə özünə qaytarılmışdır. Sorğu zamanı o, həmin narkotik maddə və psixotrop maddənin özünə məxsus olduğunu, həmin bükümləri İran İslam Respublikası vətəndaşı “Baba” adlı şəxin vasitəsi ilə əldə əldə etdiyini, həmçinin yaşadığı mənzildə narkotik maddə saxladığını, həmin mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını bildirib bununla bağlı ərizə yazmışdır. Bundan sonra o, polis əməkdaşlarının iştirakı ilə ünvan 3 ünvanına getmiş, yaşadığı mənzilin girişindən sol tərəfdə olan qonaq otağındaki taxta konustruksiyalı dolabda saxladığı bir ədəd idman çantasını təqdim etmişdir. Həmin çantadan altı ədəd bükümdə narkotik vasitə heroin, üç ədəd bükümdə psixotrop maddə metamfetamin, bir ədəd bükümdə narkotik vasitə tiryək, bir bükümdə qurudulmuş marixuana, 200 ədəd narkotik vasitə “Metadon M40” həbləri və 2 ədəd elektron tərəzi aşkar olunmuşdur. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, heroinin ümumi çəkisi 6 kiloqram 226 qram, metamfetaminin ümumi çəkisi 2 kiloqram 968 qram, tiryəkin çəkisi 1 kiloqram 184 qram, qurudulmuş marixuananın çəkisi 1 kiloqram 70 qram olması müəyyən edilmişdir. Daha sonra aşkar olunmuş predmetlər bir ədəd çantada qablaşdırılmışdır. Daha sonra evin digər otağına və hissələrinə baxış keçirilmiş, lakin əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya, predmet və maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərdi ki, o, törətdiyi əməllərdən peşmançılıq çəkir. O, heç zaman İran İslam Respublikasına və yaxud həmin dövlətlə sərhəd rayonlara səfər etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşıdır. 31 may 2021-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin satış məqsədi ilə əldə edib Bakı şəhəri, Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmışdır. Qərara əsasən Baş İdarə əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvləri tərəfindən sonuncu 01 iyun 2021-ci il tarixdə, saat 02.00-da Bakı şəhəri, Yasamal rayonu, Akim Abbasov küçəsi, ev 110 ünvanının yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmişdir. Baş İdarədə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək o, vəkilə təmin edilmişdir. Bundan sonra şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək üzərində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarın sağ yan cibindən bir bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər və bir bükümdə, ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlələri təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı sonuncunun əynindəki boz rəngli şalvarın sağ arxa cibindən içində siqaret dənələri olan siqaret qutusu, həmin şalvarın sol yan cibindən plastik bank kartı, 30 manat pul, bir ədəd açar, bir ədəd, göy rəngli, “Honor” markalı mobil telefon aşkar olunmuşdur. Bir bükümdə heroinə bənzər kütlə elektron tərəzidə çəkilərək çəkisinin 102 qram olması müəyyən olunmuşdur. Sonra bir bükümdə metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilərək çəkisinin 106 qram olması müəyyən olunmuşdur. Daha sonra həmin kütlələr zərfdə qoyulub qablaşdırılmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün bir ədəd “Honor” markalı mobil telefon, plastik bank kartı götürülmüş, siqaret qutusu, 30 AZN pul və bir ədəd açar isə sonuncuya geri qaytarılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olumuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Baba” adlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Xətai rayonu rayonu ərazisindən əldə etdiyini, həmin narkotik maddələri “Baba” adlı şəxsin deyəcəyi ünvanlara çatdırıb əvəzində pul aldığını, üzərindən aşkar olunan plastik bank kartından narkotik maddələrin satışında istifadə etdiyini, əlavə olaraq Bakı şəhəri, Yasamal rayonunda yaşadığı mənzildə narkotik maddə saxladığını və orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin mənzilə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Bundan sonra şəxsi axtarış və götürmə aparılması barədə müvafiq protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Bundan sonra ünvan 3 ünvanında narkotik vasitənin, psixotrop maddənin qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan «Baxış və götürmə aparılması haqqında» 01 iyun 2021ci il tarixli qərar qəbul edilmiş və tədbir iştirakçıları həmin ünvana yollanmışlar. Baxış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək sözügedən mənzildə olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs, həmin mənzilin girişindən sol tərəfdə olan qonaq otağındaki taxta konustruksiyalı dolabda saxladığı, bir ədəd idman çantasını çıxarıb təqdim etmişdir. Həmin çantadan altı ədəd bükümdə narkotik vasitə heroinə bənzər, üç ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər, bir ədəd bükümdə narkotik vasitə tiryəkə bənzər, bir bükümdənarkotik vasitə qurudulmuş marixuanaya bənzər, 200 ədəd narkotik vasitə “metadon M40” həblərinə bənzər maddələr və iki ədəd elektron tərəzi aşkar olunmuşdur. Aşkar olunmuş maddərlə tərəzi vasitəsi ilə çəkilmiş və heroinə bənzər kütlənin 6 kiloqram 226 qram, metamfetaminə bənzər kütlənin 2 kiloqram 968 qram, tiryəkə bənzər kütlənin 1 kiloqram 184 qram, qurudulmuş marixuanaya bənzər kütlənin 1 kiloqram 70 qram olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar olumuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Baba” adlı şəxsin vasitəsi ilə əldə etdiyini, həmin narkotik maddələri “Baba” adlı şəxsin deyəcəyi ünvana çatdırıb əvəzində pul aldığını, 2020-ci ilin oktyabr ayından narkotik maddələrin dövriyyəsi ilə məşğul olduğunu bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Sabir oğlu Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı X5 tərəfindən tərtib edilmiş şəxsi axtarış, baxış və götürmə aparılması barədə protokollardan görünür ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 01 iyun 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 02.00-da saxlanılaraq ünvan 2 ünvanda yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət olunub üzərinə şəxsi axtarış keçirilərkən əynindəki boz rəngli şalvarının sağ yan cibindən bir ədəd bükümdə külli miqdarda 97,226 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükümdə külli miqdarda 101,859 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq 01 iyun 2021-ci il tarixdə saat 05.00-da evə keçirilən baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov küçəsi, ev 110, 122 saylı mənzilin qonaq otağından bir ədəd idman çantasında olan bir ədəd bağlamadaki dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 440 qram, 500 qram, 162,639 qram və 42,131 qram olmaqla ümumilikdə külli miqdarda 1144,77 qram çəkidə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, altı ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1045 qram, 1025 qram, 1055 qram, 1010 qram, 1020 qram və 1035 qram olmaqla ümumilikdə külli miqdarda 6190 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bağlamada olan on iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 445,0 qram, 18,867 qram, 48,493 qram, 21,747 qram, 85,0 qram, 95,0 qram, 135,0 qram, 33,092 qram, 10,370 qram, 24,854 qram, 9,806 qram və 19,551 qram olmaqla ümumilikdə külli miqdarda külli miqdarda 946,780 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, həblərin təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda 8 qram təşkil edən üzərində “Methadone 40” yazısı olan 200 həb metadon dərman preparatı, üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1015 qram, 1000 qram və 1055 qram olmaqla ümumilikdə külli miqdarda 3070 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və iki ədəd üzərində psixotrop maddə metamfetaminin və narkotik vasitə heroinin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Cinayət işi üzrə məhkəmədə elan edilərək tədqiq edilmiş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 01 iyun 2021-ci il tarixli 6/2194 №li və 7/508 rəylərində göstərilir ki, Tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs ... baxış zamanı....” sözləri yazılmış on iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 445,0 qram, 18,867 qram, 48,493 qram, 21,747 qram, 85,0 qram, 95,0 qram, 135,0 qram, 33,092 qram, 10,370 qram, 24,854 qram, 9,806 qram və 19,551 qram olmaqla ümumilikdə külli miqdarda külli miqdarda 946,780 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qalıq 946,540 qram. Tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs yaşadığı mənzildən...” sözləri yazılmış bir ədəd kağız paketdəki maddələr bir ədəd bükümdə 97,226 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükümdə 101,859 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs... üzərindən...” sözləri yazılmış - bir ədəd bağlamadaki dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 440 qram, 500 qram, 162,639 qram və 42,131 qram olmaqla ümumilikdə 1144,77 qram çəkidə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir - altı ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1045 qram, 1025 qram, 1055 qram, 1010 qram, 1020 qram və 1035 qram olmaqla ümumilikdə 6190 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, - həblərin təsiredici maddəsinin ümumi miqdarı 8 qram təşkil edən üzərində “Methadone 40” yazısı olan 200 həb metadon dərman preparatıdır, - üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1015 qram, 1000 qram və 1055 qram olmaqla ümumilikdə 3070 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir - iki ədəd elektron tərəzinin üzərində psixotrop maddə metamfetaminin və narkotik vasitə heroinin izləri aşkar edilmişdir. Aşkar edilmiş narkotik vasitələr və psixotrop maddələr komponentlərinə görə eyni tərkiblidir. 02 ədəd elektron tərəzilərin üzərində psixotrop maddə metamfetaminin və narkotik vasitə heroinin izləri vardır. Qalıq: qurudulmuş marixuana - 946,540 qram, metadon həbləri - 199 ədəd, tiryək - 1144,69 qram, heroin - 6287,006 qram, metamfetamin - 3171,669 qram. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş 09 avqust 2021-ci il tarixli 2761 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin birgə qəbulu və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış, yuxarıda sadalanan sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, həmin subutların məcmusuna qiymət verməklə, belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə etməsi, daşıması, saxlaması, habelə külli miqdarda narkotik vasitə və psixotrop maddənin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə qabaqcadan vəd verməklə köməklik etməsi tam sübut olunmuşdur. Onun həmin əməlləri Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə tövsif edilməli və ona həmin maddələr ilə təqsirli bilinməklə cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcədə cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini müzakirə etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs qeydiyyatda olduğu ünvan üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs evli olmaqla, himayəsində iki nəfər azyaşlı uşağı vardır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işi üzrə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01.06.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 01.06.2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin başlanğıcı ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 01.06.2021-ci tarixdən hesablanmalı, həmçinin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 56.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakı müəyyən edilmədiyindən, barəsində xüsusi müsadirə tətbiq edilməməlidir. Cinayət işi üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış – Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan iki ədəd parça torbada qablaşdırılan tədqiqatdan sonra qalıq qalan 946,540 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 199 ədəd narkotik vasitə metadon həbləri, 1144,69 qram çəkidə narkotik vasitə tiryək, 6287,006 qram çəkidə narkotik vasitə heroin, 3171,669 qram çəkidə psixotrop maddə metamfetamin və iki ədəd elektron tərəzi məhv edilməlidir. Bir ədəd “Honor” markalı mobil telefon Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd CD disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərcini təşkil edən ekspertiza xərci 148,28 manat (bir yüz qırx səkkiz manat iyirmi səkkiz qəpik) Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22) ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrini rəhbər tutaraq Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2, 234.4.1, 234.4.3cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2-ci maddəsi ilə 06 il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddələri ilə 10 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanmaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 13 (on üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin.Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 01 iyun 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. X4 cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış – Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan iki ədəd parça torbada qablaşdırılan tədqiqatdan sonra qalıq qalan 946,540 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 199 ədəd narkotik vasitə metadon həbləri, 1144,69 qram çəkidə narkotik vasitə tiryək, 6287,006 qram çəkidə narkotik vasitə heroin, 3171,669 qram çəkidə psixotrop maddə metamfetamin və iki ədəd elektron tərəzi məhv edilsin. Bir ədəd “Honor” markalı mobil telefon Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd CD disk isə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcini təşkil edən ekspertiza xərci 148,28 manat (bir yüz qırx səkkiz manat iyirmi səkkiz qəpik) Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: X1, KOD 210005, VÖEN**********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar