Məhkəmə qərarları › İş №1(101)-1577/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1577/2022

06.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1577/2022 06.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X10 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları X2 və Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1959-cu il tarixdə Bakı şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, qanunsuz olaraq satış məqsədilə 21 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində şəxsiyyəti istintaqa məlum olmayan Orxan adlı şəxsdən külli miqdarda 1 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 2,563 qram narkotik vasitə heroin əldə edib üzərində daşımaqla saxlamış, 22 aprel 2022- ci il tarixdə saat 20:00 radələrində Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci PŞ-nin əməkdaşları tərəfindən ünvan 2 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq Nərimanov RPİ-nin 18-ci PŞ-nin inzibati binasına gətirilərək xidməti otaqda üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən 1 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 2,563 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 5 il narkotik vasitədən istifadə etmişdir. Narkotik vasitədən bədənində ağrılar olduğu üçün istifadə etmişdir. Narkotik vasitələri Bakı şəhərinin müxtəlif yerlərindən almışdır. Sonuncu dəfə 21 aprel 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Əhmədli qəsəbəsində olarkən “Orxan” adlı şəxsdən 50 manata 1 ədəd gümüşü rəngli kağız bükümdə narkotik vasitə olan “kakos” almışdır. Həmin narkotik vasitənin az bir hissəsini istifadə etmiş, qalan hissəsini isə daha sonra istifadə etmək üçün üzərimdə saxlamışdır. 22 aprel 2022-ci il tarixdə axşam saatlarında saat 20:00 radələrində yaşadığı Nərimanov rayonu, Qarabağ küçəsi 26 ünvanının qarşısında olmuş, bu zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edib ondan burada nə etdiyini soruşmuşlar. Həmin vaxt polis əməkdaşlarının suallarından yayınmağa çalışmışdır. Polis əməkdaşları onun narkotik vasitənin təsiri altında olmağından şübhələnib onu 18-ci PŞ-nə dəvət etmişlər. Bundan sonra xidməti otaqda dəvət edilmiş vəkilin iştirakı ilə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarışa başlamazdan öncə ona təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, vasitə və ya maddə varsa könüllü olaraq təqdim etsin. Bundan sonra əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 1 ədəd gümüşü rəngli kağıza bükülmüş içərisində narkotik vasitə heroin olan bükümü könüllü olaraq təqdim etmişdir. Səmimi olaraq etiraf etmişdir ki, təqdim etdiyi maddə narkotik vasitə olan “kakosdur”. Bundan başqa əynində olan qara rəngli paltonun sağ yan cibində istifadəsində olan 1 ədəd “Samsung” markalı mobil telefon, paltosunun sol iç cibində gümüşü rəngli evin açarı və içərisində 53 manat pul, şəxsiyyət vəsiqəsi olan pul kisəsi olmuşdur. Üzərindən aşkar edilmiş narkotik vasitə polis əməkdaşları tərəfindən zərfə qablaşdırılmış, möhürlənmiş, qablaşmanın üzəri o, müdafiəçisi və digər iştirakçılar tərəfindən imzalanmışdır. Sonra bu barədə protokol tərtib olunmuş və protokolun düzgünlüyü onun, müdafiəçisinin və digər iştirakçıların imzaları ilə təsdiq olunmuşdur. Narkotik vasitənin yalnız heroin növündən istifadə etmiş, hər dəfə öz istifadəsi üçün narkotik vasitə əldə etmiş və özü istifadə etmişdir. Tutulanadək avtobus sürücüsü işləmişdir. Aylıq gəliri 800 manat olmuşdur. Heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamışdır. 1 ədəd bükümdə narkotik vasitə heroini şəxsi istifadəsi üçün üzərində saxlamış, narkotik vasitə heroini satmaq və ya kiməsə pay vermək niyyəti olmamışdır. Aldığı 1 büküm narkotik vasitəni 2-3 gün istifadə edəcəkmiş. Üzərimdə şəxsi axtarış videoçəkiliş aparılmaqla həyata keçirilmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması məhkəmə istintaqı zamanı qismən etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 22 aprel 2022-ci il tarixdə saat 20:00 radələrində Nərimanov RPİ-nin 18-ci PŞ-nin polis sahə rəisi, polis kapitanı Şahid2 ilə birlikdə inzibati ərazidə xidmətdə olarkən ünvan 4 ünvanın qarşısında bir nəfər əvvəllər tanımadıqları şəxsin hərəkətlərindən, gözlərinin forması, bədən quruluşu və davranışından narkotik vasitə aludəçisi olduğundan şübhələnib dərhal ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim etməklə polis əməkdaşı olduqlarını bildirmişlər. Bundan sonra həmin şəxsdən ad, soyad və ata adını soruşduqda, o, rabitəsiz danışmağa və hadisə yerindən yayınmağa başlamışdır. Bu səbəbdən həmin şəxsi Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin inzibati binasına gətirmişlər və şöbədə onun xx.xx.1959-cu il təvəllüdlü Təqsirləndirilən şəxs olması onlara məlum olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs xidməti otaqların birində hüquq və vəzifələri izah olunaraq, hüquqlarının müdafiə edilməsi məqsədilə müdafiəçi dəvət edilərək ona təqdim edilmiş və o, müdafiəçi tərəfindən hüquq və vəzifələrinin müdafiə edilməsinə etirazının olmadığını bildirmişdir. Həmçinin xidməti otaqda Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarış aparılacağı bildirilmiş və o buna etiraz etməmişdir. Şəxsi axtarışa başlamazdan öncə Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşya, maddə və ya vasitə varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcəsinin sağ yan cibindən 1 ədəd bükümü çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükümün içərisində nə olması soruşulduqda, o həmin bükümün içərisində narkotik vasitə “kakos”, yəni heroin olduğunu bildirmişdir. Bundan sonra həmin bükümün içərisinə baxış keçirilmiş və içərisində spesifik iyə malik maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli paltonun sağ yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefon, paltonun sol yan cibindən dəmir açar, içərisində 53 manat nağd pul və şəxsiyyət vəsiqəsi olan pul kisəsi aşkar edilmişdir. Həmin məbləğdə pul sübut əhəmiyyəti kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qəbzlə geri qaytarılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilmiş 1 ədəd büküm zərfin içərisinə qoyularaq qablaşdırılıb möhürlənmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs ondan aşkar edilmiş 1 ədəd bükümdəki narkotik vasitə heroini 21 aprel 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsindən əvvəllər tanımadığı, anket məlumatları və əlaqə nömrəsini bilmədiyi Orxan adlı şəxsdən aldığını bildirmişdir. Bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, doğruluğu Təqsirləndirilən şəxs, onun müdafiəçisi və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə xidmət etdiyi şöbəyə hər hansı məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs yaxınlaşmalarına səbəb küçədə olarkən şübhəli davranışları olmuşdur. Təqsirləndirilən şəxs yaxınlaşan zaman onların suallarına cavab verməkdən yayınmış və sanki onlaran tez-tələsik uzaqlaşmağa çalışmışdır. Təqsirləndirilən şəxs tutulan zaman onlara müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə gümüşü kağıza bükülmüşdür. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Şəxsi axtarış videoçəkiliş aparılmaqla həyata keçirilmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, o, Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 111-113). Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əməliyyat müvəkkillərinin iştirakı ilə ona paltarlarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin olduğunu bildirib, əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən 1 ədəd gümüşü rəngli kağız bükümü, əynində olan qara rəngli paltonun sağ yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefon, paltonun sol yan cibindən dəmir açar, içərisində 53 manat nağd pul və AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsi olan pul kisəsini çıxarıb masanın üzərinə qoymaqla təqdim edir. Təqdim etdiyi kağız bükümdə narkotik vasitə heroin olduğunu bildirir. 1 ədəd gümüş rəngli kağız büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümün içərisində spesifik qoxuya malik narkotik vasitə heroinə oxşar vasitə olması müşahidə edilir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd gümüşü rəngli kağız bükümdə olan narkotik vasitə heroinə oxşar kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 1 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 224 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanır. Eyni zamanda aşkar edilmiş 1 ədəd “Samsung” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülür. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilmir (cild 1, iş vərəqə 28-30). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Məhkəmə-Kimyəvi Ekspertizasının 6/2328 saylı 23 aprel 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş....” yazısı və imzalar olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 2,563 qram tünd qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (Qeyd: heroinin ümümi təmiz çəkisi 2,563 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 2,463 qram, cild 1, iş vərəqə 40-42). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 1800 saylı 8 iyul 2022-ci il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs hazırda məcburi tibbi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 118-119). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 14 iyul 2022-ci il tarixli 3799 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərdən qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 fevral 2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş 60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara, narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün olmamışdır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 114-115). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarında olan “CD formatlı diskin yaddaşına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əməliyyat müvəkkillərinin iştirakı ilə ona paltarlarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilir, Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin olduğunu bildirib, əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən 1 ədəd gümüşü rəngli kağız bükümü, əynində olan qara rəngli paltonun sağ yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefon, paltonun sol yan cibindən dəmir açar, içərisində 53 manat nağd pul və AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsi olan pul kisəsini çıxarıb masanın üzərinə qoymaqla təqdim edir. Təqdim etdiyi kağız bükümdə narkotik vasitə heroin olduğunu bildirir. 1 ədəd gümüş rəngli kağız büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümün içərisində spesifik qoxuya malik narkotik vasitə heroinə oxşar vasitə olması müşahidə edilir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd gümüşü rəngli kağız bükümdə olan narkotik vasitə heroinə oxşar kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 1 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 224 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanır. Eyni zamanda aşkar edilmiş 1 ədəd “Samsung” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülür. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilmir (cild 1, iş vərəqə 91). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 2,463 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınaraq Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş, “şəxsi axtarış və götürmə” istintaq hərəkətini özündə əks etdirən 1 ədəd CD disk isə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 121-131). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Kirov rayon Xalq Məhkəməsinin 12 fevral 1988-ci il tarixli hökmü ilə Azərbaycan SSR-nin Cinayət Məcəlləsinin 143-cü maddəsi ilə təqsirli bilinib əmlakı müsadirə olunmaqla 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir (cild 1, iş vərəqə 103-104). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin müddəalarına əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 aprel 2022-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 25). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 24 aprel 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 22 aprel 2022-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 76-80). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 22 aprel 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 114 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 2,463 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli; -“şəxsi axtarış və götürmə” istintaq hərəkətini özündə əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 22 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 114 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 2,463 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; -“şəxsi axtarış və götürmə” istintaq hərəkətini özündə əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar