Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1577/2024 14.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X7, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları X6 və Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxx 1991-ci il tarixdə İsmayıllı rayonunda anadan olmuş, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, İsmayılli rayonu, İsmayıllı kəndində qeydiyyatda olmaqla faktiki olaraq Abşeron rayonu, Ə.Vahid küçəsində nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən xuliqanlıq niyyətilə insan həyatı üçün təhlükəli olan xəsarət yetirməklə sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 13 noyabr 2023-cü il tarixdə saat 23 radələrində ünvan 1 ünvanında yerləşən “Xəngəl evi” kafesinin ikinci mərtəbəsində olan otaqda Zərərçəkmiş şəxs onun qardaşı X1 10 manat borca görə “SAMSUNG” markalı SM-A205FN/DS (Galaxy A 20) model mobil telefonu götürüb geri qaytarmamasını bəhanə edərək aralarında baş vermiş mübahisə zamanı heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyub birgəyaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozma zəminində xuliqanlıq niyyətilə qəsdən özünə məxsus soyuq silah hesab edilməyən, zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı turist bıçağı ilə Zərərçəkmiş şəxs sol said, sol baldır və qarnın sol nahiyəsinə vuraraq ona sol dirsək nahiyəsinin və sol baldırın deşilmiş-kəsilmiş yaraları kimi həm ümumilikdə həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığına yüngül və qarnın ön divarının qarın boşluğuna nüfuz edib enən çənbər bağırsağın yaralanması ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarası kimi həyat üçün təhlükəli olan xəsarət yetirməklə sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 2 ildir ki, qardaşı Elməddinin tanışı kimi tanıyır. Belə ki, Elməddin Elşadla birlikdə BOLT taksi şirkətində taksi sürücüsü işləyir. 13 noyabr 2023-cü il tarixdə saat 22 radələrində qardaşı Elməddin evə gələrək bildirmişdir ki, Elşaddan 3-4 gün əvvəl 10 manat borc pul almış, vaxtında qaytarmadığı üçün isə Elşad onun “Samsung” markalı mobil telefonunu əlindən almışdır. Birlikdə çay içdikdən sonra qərara almışdır ki, gedib Elşadla özü danışsın. Əyninə qara rəngli gödəkçəni geyinib Elməddinlə birlikdə Alatavada yerləşən çayxanaya - Xəngəl evinə getmişlər. Belə ki, Elşadın telefon nömrəsi onlarda yox idi. Elşadın harada olduğunu bilməmişlər. Buna görə də, Masazırdan Alatavaya gəlmişlər. Saat təxminən 23 radələrində 2-ci Alatava küçəsi 1 C ünvanında yerləşən Xəngəl evi kafesinə daxil olmuşlar ki, kimdənsə telefon tapıb, Elşada zəng etsinlər. Bu zaman onlara məlum olmuşdur ki, Elşad elə həmin çayxanadadır. Elşada tərəf yaxınlaşmışlar, Elməddinə isə demişdir ki, kənarda gözləsin. Həmin vaxt Elşad telefonla danışırdı. O, Elşadın danışıb qurtarmasını gözləmiş, daha sonra 2-ci mərtəbədə yerləşən kabinetə keçmişdir. Kabinetə keçdikdə Elşadın yenə də, telefonla danışdığını görüb onun danışığını bitirməsini gözləmişdir. Elşad danışığı bitirib pivə sifariş etmişdir. Elşadla salamlaşaraq ona bildirmişdir ki, Elməddinin 10 manatı vaxtında geri qaytarmamasını üzrlü hesab etsin. Bu zaman Elşad Elməddinin ünvanına nalayiq ifadələr işlətmişdir. O da Elşada demişdir ki, telefon Elməddinə vacib lazımdır, taksi sürücüsü üçün telefon mütləqdir, çörəyi telefondan çıxır. Bu minvalla bir neçə dəqiqə söhbət etmişlər və bu zaman Elməddin kabinetə daxil olmuş, Elməddin kabinetə daxil olan kimi Elşad Elməddinə nalayiq söz demiş və ayağa qalxıb onunla güləşməyə başlamışdır. Elşadla Elmədinin zarafat etdiyini düşünmüşdür. Belə ki, çayxanada oturanlar onlara baxıb gülürdülər. Daha sonra görmüşdür ki, Elşad Elməddini divara tərəf sıxıb boğur. Buna görə də, onları ayırmaq istəmiş, lakin gücü çatmamışdır. Həmin vaxt yadına düşmüşdür ki, əynində olan gödəkcədə özünə məxsus bıçaq vardır. Həmin bıçağı çıxarıb Elşadın sol qolundan vurmuşdur ki, qardaşını buraxsın. Elşad qardaşını sol qolu ilə tutub sıxmışdır. Elşad Elməddini buraxıb ona tərəf gəlmiş, o da bıçaqla Elşadın qarnının sol tərəfinə və sol baldır nahiyəsinə vurmuşdur. Bu zaman qardaşı onun hər iki qolundan tutub arxaya aparmışdır. Çayxananın sahibi Məhəmməd kişi də onları ayırıb küçəyə çıxartmışdır. O və Elməddin Masazır qəsəbəsində yerləşən evə gəlmişlər. Polis əməkdaşları gələrək onları 29-cu Polis şöbəsinə aparmışdır. O, Elşadın olduğu otağa daxil olan zaman Elşad Elməddini söyməyə başlamışdır. Elşadın əlində bıçaq olmamışdır. O, Elşadla Elməddini aralamaq üçün Elşada bıçaq zərbəsi vurmuşdur. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması məhkəmə istintaq zamanı qismən etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, X3 təxminən 2022-ci ilin sentyabr ayından tanıyır. Birlikdə taksidə işləyirdilər. Elməddinlə münasibəti həmişə yaxşı olmuşdur. Bir neçə dəfə Yasamal rayonu, Alatava qəsəbəsində yerləşən Elməddinin yaşadığı evə getmişdir. Həmin evdə Elməddinin qardaşı Elçinlə tanış olmuşdur. Elməddinə nə vaxt pul lazım olurdusa ona müraciət edirdi. Elməddinlə eyni taksi şirkətində işləmişlər. Elməddin icarəyə verilən avtomobillə yol-nəqliyyat hadisəsi törətmiş, buna görə də, Elməddinin işlədiyi taksi şirkətinin sahibinə təxminən 2-3 min manat borcu yaranmışdır. O, sahibkara təklif etmişdir ki, Elməddini şirkətin meneceri vəzifəsinə təyin etsin və borcundan az-az çıxsın. Elməddin şirkətdə menecer təyin edilsə də, onun maddi problemləri qurtarmamışdır. 2023-cü ilin noyabr ayının əvvəllərində Elməddin zəng edərək bildirmişdir ki, avtomobili xarab olmuş, hansısa detalını dəyişməlidir buna görədə təcili 25 manat pul lazımdır. O, 25 manat pulu Elməddinə vermişdir. Həmin gündən 3-4 gün sonra Elməddin 15 manat pul qaytarmış, lakin 10 manat pul Elməddində qalmış və o, yaxın günlərdə həmin pulu qaytarmasını istəmişdir. 13 noyabr 2023-cü il tarixdə Elməddinə zəng vurmuş və Elməddindən ona olan 10 manat borcunu tələb etmişdir. Həmin zaman ünvan 2 ünvanında yerləşən Xəngəl evi adlı kafedə olmuşdur. Elməddin ona gəlib pulu verəcəyəni bildirmişdir. Bundan sonra həmin günü bir neçə dəfə Elməddinlə əlaqə saxlamış, lakin Elməddin hər dəfə müxtəlif bəhanələr gətirərək gəlib çıxmamışdır. Həmin günü təxminən saat 18 radələrində Elməddin qeyd olunan kafeyə gəlmişdir. Həmin zaman kafedə oturub çay içirdi. Elməddin həmin kafenin 2-ci mərtəbəsinə gəlmiş və onunla oturmuşdur. Elməddindən 10 manat pulunu istəyən zaman Elməddin pulu olmadığını bildirərək 2 manat pul vermək istəmişdir. Lakin həmin 2 manat pulu götürməmişdir. Belə ki, 2 manat pul ona evə getmək üçün kifayət etmirdi. Həmin vaxt Elməddinin dizi üzərində olan Samsung markalı telefonu götürmüş və Elməddinə pulu vedikdən sonra telefonu qaytaracağını bildirmişdir. Bundan sonra birlikdə kafedən çölə çıxmışlar. Çöldə olan zaman Elməddin telefonunu istəmiş və 10 manat pulu ona kart vasitəsi ilə göndərəcəyini bildirmişdir. Elməddinə inanmamış və telefonu ona qaytarmamışdır. Elməddinə pulu kartdan çıxarıb ona verməyi təklif etmişdir. Bundan sonra Elməddin çıxıb harasa getmiş və telefon onda qalmışdır. O isə yenidən kafeyə qalxmış və pivə sifariş vermişdir. 13 noyabr 2023-cü il tarixdə saat 23 radələrində kafedə olduğu zaman Elməddin qardaşı Elçinlə birlikdə kafedə oturduğu otağa gəlmişdir. Elçin bir masada oturmuş, lakin həmin otaqda oturmaq üçün başqa oturacaq olmadığından Elməddin ayaq üstündə dayanmışdır. Həmin zaman Elməddin telefonu istəmiş və Elçinə 10 manat pulu verdikdən sonra telefonu qaytaracağını bildirmişdir. Bundan sonra Elməddinin boynundan qucaqlamış və üzündən öpmək istəyən zaman Elçin bıçaqla qolundan vurmuş, bu zaman özünü itirmiş və arxaya çəkilmişdir. Elçin üstünə gələrək bıçaqla qarnının sol nahiyəsinə vurmuşdur. Elməddinin qolundan tutub Elçinin qabağına çəkmiş və təpiklə Elməddini vurmuşdur ki, ondan uzaqlaşsın. Həmin vaxt Elçin bıçaqla sol ayağından 2 dəfə vurub xəsarət yetirmiş, Elməddinlə birlikdə çıxıb qaçmışlar. Kafenin müdiri Məhəmməd ona vəd vermişdir ki, xəstəxanaya aparacaq, lakin aparmamışdır. Kafedə olan bir nəfər müştəri qolunu USB kabellə bağlamışdır ki, qan axmasın. Tanımadığı bir nəfər qız yolun kənarında elə vəziyyətdə görüb X14 çağırmışdır. X14 gəlib X9 aparmışdır. Təqsirləndirilən şəxs bıçaqla sol qol, qarnın sol hissəsi və sol ayağından 2 dəfə vurmuşdur. Elçinin telefonunu məcburi olaraq götürmüşdür. Telefonu götürdükdən sonra Elçin ona məxsus olan telefonu geri istəmişdir. Elçinlə Elməddin gələn zaman əsasən Elməddin ilə danışmışdır. Baş verən hadisələr nəticəsində kafenin işi pozulmuşdur. Elməddinin ona 10 manat borcu olmuşdur. Elməddinin verdiyi 2 manatı götürməmişdir. Elməddindən götürdüyü telefonun qiyməti 10 manatdan çox olmuşdur. Elməddin qardaşı ilə gələndə ondan telefonunu istəmişdir. O, həmin vaxt içkili olmuşdur. 1 bakal pivə içmişdir. Ona qarşı dəymiş 5.000 manat maddi ziyanı Elçindən tələb edir. Hadisə baş verməmişdən əvvəl Elçinlə sözlü mübahisələri olmuşdur. Elçin bıçaqla sol qol, qarnın sol hissəsi və sol ayağından 2 dəfə vurmuşdur. Elməddini təpiklə vurmuşdur. O, mübahisə zamanı heç kəsi söyməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təxminən 2 ildir Bakı şəhəri Yasamal rayonu 2-ci Alatava, 1C ünvanında yerləşən Xəngəl evi kafesini işlədir. Zərərçəkmiş şəxs, Elçin və Elməddin Cənnətalıyevləri müştəri kimi tanıyır. Belə ki, bir neçə dəfə Elşad və Elməddin kafesində oturub çay içmişlər. Kafesi hər gün saat 09-dan gecə saat 00-a kimi işləyir. 13 noyabr 2023-cü il tarixdə saat 22 radələrində Elşad kafeyə gələrək pivə sifariş vermişdir. Elşad kafenin ikinci mərtəbəsində ayrıca kabinetdə oturmuşdur. Daha sonra Elçinlə Elşad kafeyə gəlmişlər. Kafenin birinci mərtəbəsində yerləşən çörək bişirmə yerinə düşmüş, ikinci mərtəbəyə qalxdıqda məlum olmuşdur ki, Elçin Elşadı bıçaqla vurmuşdur. Elşad üçün X14 çağırmış və onu həyətə düşürmüşdür. Hadisənin nəyə görə baş verdiyini bilmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş şahid X4 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 2 ildir ki, tanıyır. Belə ki, Elşadla birlikdə BOLT taksi şirkətində taksi sürücüsü işləmişdir. 10 noyabr 2023-cü il tarixdə o, Elşaddan 10 manat borca pul almış və ona söz vermişdir ki, 3 gün ərzində qaytaracaq. Elşad kartından onun bank kartına 10 manat pul atmışdır. O, dediyi vaxtda 10 manatı Elşada çatdıra bilməmiş, 13 noyabr 2023-cü il tarixdə axşam saatlarında 10 manatı düzəldib saat 21-22 radələrində 2-ci Alatava deyilən yerdə Elşadla görüşmüş və Xəngəl evi kafesində görüşüb ona 10 manatı vermək istəmişdir. Onlar kafenin 2-ci mərtəbəsində oturmuşlar. O, telefonunu stolun üstünə qoymuşdur. Elşad ondan 10 manatı qəbul etməmiş və stolun üstünə qoyduğu Samsung markalı mobil telefonu stolun üstündən götürərək bildirmişdir ki, 10 manatı vaxtında vermədiyi üçün onu bu cür cəzalandıracaq. O, Elşada yalvarıb yaxarmış ki, pulunu götürsün, lakin o, Samsung markalı mobil telefonu geri qaytarmamışdır. O, qalxıb evə getmiş, Masazır qəsəbəsində kirayə qaldığı evdə bu barədə qardaşı Elçinə danışmışdır. Elçin demişdir ki, özü gedib Elşadla danışar, telefonu götürüb ona verər. Saat təxminən 22-23 radələrində o və qardaşı Elçin Yasamal rayonu 2-ci Alatava küçəsinə getmişlər, orada Xəngəl evi kafesinə daxil olmuşlar. Kafedə Elşadın telefonuna zəng etməyi xahiş etmişlər. Bu zaman onlara məlum olmuşdur ki, Elşad kafedədir. Elçin ona demişdir ki, kənarda gözləsin, özü həll edəcək. Bu zaman Elşad ikinci mərtəbəyə çıxmışdır. Elçin onun arxasınca qalxmış, kabinetə daxil olmuşlar. O, görmüşdür ki, söhbətləri uzanır, ona görə də, onlar olan kabinetə getmişlər. Kabinetə daxil olan kimi Elşad onun üstümə gəlmişdir, onu nalayiq sözlərlə söymüş və bildirmişdir ki, onu ayağının altına salacaq. Həmin vaxt Elşad ayağa qalxıb üstünə gəlmiş və onun yaxasından tutub divara çırpmışdır. Güləş fəndləri kimi hərəkətlər edib boynunu sol qoluna salıb onu boğmağa çalışmışdır. Həmin vaxt o, nəfəs almaqda çətinlik çəkmiş, bu zaman qardaşı Elçin onları ayırmağa çalışsa da, Elçin bunu bacarmamışdır. Qəfil o, görmüşdür ki, Elşad onu buraxmış, Elçinin üstünə tərəf getmişdir. O, özünə gəlmiş və görmüş ki, Elçinin əlində qara rəngli bıçaq var. Elçin bıçağı sağ əlində saxlamışdır. Elşadın sol qolundan qan gəlmiş, Elçin onun sol qolundan bıçaqla vurmuşdur. Elşad onun üstünə gəldikdə Elçin onu yenə də sol baldırından və qarnının sol hissəsindən vurmuşdur. Daha sonra Elçin özü kabinetdən çıxmış və düşüb getmişlər. O, Elçini maşınına mindirib Masazıra evinə aparmışdır. Elşadın sol qolundan, sol baldır və qarnın sol hissəsindən bıçaqla qardaşı Elçin vurmuşdur. Elşad onun telefonunu 10 manat borca görə əlindən almışdır. Elçin düşünürmüş ki, Elşadla danışıb telefonu ondan alar. Lakin Elşad kafedə onun üstünə gəlib onu divara tərəf sıxmışdır və boğmağa çalışdığı vaxt Elçin Elşadı bıçaqla vurmuşdur. Elşad özü Elçinin üstünə getmişdir. O, Elçinin bıçağını birinci dəfə idi ki, görürmüş. Elçinin əlində olmuş, kimə məxsus olduğunu bilmir. Elçin bu barədə ona heç nə deməmişdir. O, Elçində bıçaq olduğunu bilmirdi. Elşad onun yaxasından tutub divara çırpmış, onu divara sıxmış, həmin vaxt belindən xəsarət almışdır. Daha sonra Elşad onu qolu ilə boğmağa başlamışdır.O, Elşadı vurmamış, ona xəsarət yetirməmişdir. Elçin ona demişdir ki, özü Elşada yalvaracaq və telefonunu ondan alacaq. Kafenin ikinci mərtəbəsinin zalında tanımadığı adamlar olmuş, təxminən 8-10 nəfər olardı. Mübahisə təxminən 5 dəqiqə davam etmişdir. Elşad ona demişdir ki, telefonunu satacaq (cild 1, iş vərəqə 43-45). Cinayət işinin materiallarında olan 22 fevral 2024-cü il tarixli “üzləşdirmədə dindirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə şahid X4 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha Elməddin Cənnətalıyevin üzünə qarşı demişdir ( cild 1, iş vərəqə 99-101). Cinayət işinin materiallarında olan 4 mart 2024-cü il tarixli “üzləşdirmədə dindirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək xx.xx.2023-cü il tarixdə sonuncunun onu bıçaqla bədəninin müxtəlif nahiyələrinə vurduğunu göstərmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini üzləşdirmə zamanı da etiraf etmişdir (cild 1, iş vərəqə 128-130). Cinayət işinin materiallarında olan “baxış keçirilməsi barədə” 14 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Yasamal rayonu 2-ci Alatava, 1C ünvanında yerləşən “Xəngəl evi” adlı kafeyə baxış keçirilmiş və kafenin ikinci mərtəbəsində yerləşən tək otaq hadisə yeri kimi qeydə alınmışdır (cild 1, iş vərəqə 6-9). Cinayət işinin materiallarında olan “ifadələrin yerində yoxlanılması barədə” 15 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha əyani şəkildə göstərmişdir (cild 1, iş vərəqə 46-48). Cinayət işinin materiallarında olan “götürmə aparılması haqqında” 14 noyabr 2023cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduğu bıçaq protokol əsasında götürülmüşdür (cild 1, iş vərəqə 17-18). Cinayət işinin materiallarında olan “götürmə aparılması haqqında” 15 noyabr 2023cü il tarixli protokoldan görünür ki, 10 manat borcun əvəzi kimi Elməddin Cənnətalıyevdən götürülmüş “Samsung Galaxy A20” markalı mobil telefon Zərərçəkmiş şəxs götürülmüşdür (cild 1, iş vərəqə 50). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 X10 19 yanvar 2024-cü il tarixli 1459 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər qarnın ön divarının qarın boşluğuna nüfuz edib enən çənbər bağırsağın yaralanması ilə müşayiət olunan 1 (bir) ədəd, sol dirsək nahiyəsinin 1 (bir) ədəd, sol baldırın 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları, deşici-kəsici alətin təsirindən törənmişlər, törənmə müddəti onun xəstəxanaya daxil olduğu vaxtdan az əvvəl olmaqla, qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə qarnın ön divarının qarın boşluğuna nüfuz edib enən çənbər bağırsağın yaralanması ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir, sol dirsək nahiyəsinin və sol baldırın deşilmiş-kəsilmiş yaraları isə həm ümumilikdə həm də ayrıayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Qeyd olunan xəsarətlərin şəxsin özü tərəfində özünə yetirilməsi inkar olunur (cild 1, iş vərəqə 111-113). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 X10 16 noyabr 2023-cü il tarixli 1347 nömrəli rəyindən görünür ki, X2 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət sol kürəkaltı nahiyənin sıyrığı küt əşyanın təsirindən törənmiş, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Qeyd olunan xəsarətlərin şəxsin özü tərəfində özünə yetirilməsi inkar olunur (cild 1, iş vərəqə 108-109). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi X10 19 fevral 2024-cü il tarixli 3-16-16/2- 3/239 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir (cild 1, iş vərəqə 116-117). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi X10 5 mart 2024-cü il tarixli 9/938 nömrəli ekspert rəyindən görünür ki, 1 ədəd qırmızı rəngli “SAMSUNG” markalı SM-A205FN/DS (Galaxy A 20) model mobil telefonun hazırkı vəziyyətdə (arxa gövdəsi zədəli) və komplektləşdirilməsinə daxil edilən aksesuarlarının olmaması nəzərə alınmaqla 2023-cü ilin noyabr ayına olan orta bazar qiyməti təxminən 50 manat müəyyən olunur (cild 1, iş vərəqə 122). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 2 mart 2024-cü il tarixli 614 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi xəstəlikdən əziyyət çəkmir, ona ittiham olunan əməl dövründə hər hansı bir xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmamışdır. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür, məcburi müalicəyə ehtiyacı yoxdur, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır (cild 1, iş vərəqə 118-119). Cinayət işinin materiallarında olan “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 5 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduğu zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı, soyuq silah hesab edilməyən turist bıçağı maddi sübut kimi tanınaraq Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş, Zərərçəkmiş şəxs 10 manat borcun əvəzi kimi Elməddin Cənnətalıyevdən götürdüyü 50 manat dəyərində “Samsung” markalı SM-A205FN/DS (Galaxy A 20) model mobil telefon iş üzrə maddi sübut kimi tanınaraq Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 322-ci maddəsi ilə ayrılmış cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 131-138). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətə islah işləri cəzasına məhkum edilmiş, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 7 may 2013-cü il tarixli qərarı ilə cəzasından azad edilmişdir (cild 1, iş vərəqə 103-105). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs oğlunun məhkumluğu ödənilmişdir. Cinayət işinin materiallarında olan sübutlardan görünür ki, Təqsirləndirilən şəxs onun qardaşı X4 ilə Zərərçəkmiş şəxs arasında əvvəllər baş vermiş mübahisənin tərəfi olmamaqla birlikdə hadisə günü qardaşı ilə zərərçəkmiş şəxs arasında olan münaqişəyə müdaxilə edərək heç bir əsaslı səbəb olmadan üzərində gəzdirdiyi bıçaqla zərərçəkmiş şəxsə qəsdən ağır xəsarət yetirmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə tövsif etməklə yanaşı, onun həmin maddənin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını məqsədəuyğun hesab edir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 noyabr 2023-cü il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 28). Cinayət işinin materiallarında olan Bakı şəhəri Yasamal rayon məhkəməsinin 16 noyabr 2023-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 14 noyabr 2023-cü il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 81-84). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 14 noyabr 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Cinayət işinin materiallarında olan 30 aprel 2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ona qarşı vurulmuş 5000 manat maddi ziyanın ödənilməsini tələb etmiş, lakin mülki iddia verməmişdir (cild 2). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Məhkəmə işin faktiki hallarına və araşdırılmış sübutlara istinad edərək həmin zərərçəkmiş şəxsə mülki iddia ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsini əsaslı sayır. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 64 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut: -Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduğu zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı, soyuq silah hesab edilməyən turist bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 14 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında Təqsirləndirilən şəxs qarşı iddia vermək hüququ izah edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 64 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut: -Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduğu zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı, soyuq silah hesab edilməyən turist bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1577/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1577/2024
14.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver