Məhkəmə qərarları › İş №1(101)-1578/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1578/2021

29.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1578/2021 29.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Hüseynova Aytac Faiq qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə1 Mülki iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi Nümayəndə2 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, xx xxxxx 1970-ci ildə Kürdəmir rayonu, Muradxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs ittiham verilmişdir ona görə ki, o, 13 may 2011-ci il tarixdə Bakı Şəhəri Vergilər Departamentinin Kommersiya Hüquqi X7 İdarəsi tərəfindən ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış və hüquqi ünvanı ünvan 2lan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru olmaqla cəmiyyətin cari fəaliyyətinə rəhbərlik etmək, ümumi yığıncaq tərəfindən qəbul edilmiş qərarların vaxtında icrasına nəzarət etmək, cəmiyyətin adından öz səlahiyyətləri daxilində çıxış etmək, öz səlahiyyətləri daxilində qərarlar qəbul etmək və qanunvericilikdə qadağan olunmayan digər səlahiyyətləri həyata keçirən təşkilatisərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən maddi məsul rəhbər vəzifəli şəxs qismində xidməti vəzifəsinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə istintaqla şəxsiyyətləri araşdırılan digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək özgəyə məxsus əmlakı qulluq mövqeyindən istifadə edərək, mənimsəmə yolu ilə talamaq məqsədilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti adından "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nəqliyyat filialı ilə 300.000 manat pul vəsaitinin İllik 18 faiz olmaqla 36 ay müddətinə ayrılmasına dair 19 mart 2014-cü il tarixli, 11304 nömrəli kredit müqaviləsi bağlayaraq qeyd olunan vəsaitdən 1.500 manat komissiya haqqı bank tərəfindən çıxıldıqdan sonra 19 mart 2014-cü il tarixli, ABB- 11424881 nömrəli çekə imza edərək həmin filialın kassasından 298.500 manat məbləğində pulu nağd qaydada götürərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin kassasına mədaxil etməli olduğu halda bunu etmədən şəxsi məqsədləri üçün sərf edib öz qulluq mövqeyindən istifadə etməklə qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində ona və qabaqcadan əlbir olduğu qeyrilərinə etibar edilmiş həmin Cəmiyyətə məxsus pul vəsaitini külli miqdarda ziyan vurmaqla mənimsəmə yolu ilə talamış, vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, "xxxx" Açıq Səhimdar Cəmiyyətinin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən suiistifadə etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, 2011-ci ildə "xxxx" MMC ilkin olaraq onun tərəfindən təsis olunmuşdu. 2014-cü ildə həmin müəssisədə direktor təyin olundu və bir neçə ay müddətində "xxxx" MMC-nin direktoru olmuşdur. Direktor kimi işçilərə nəzarət edirdi.Həmin vaxtlar direktoru olduğu "xxxx" MMC Azərbaycan Beynəlxalq Bankı ASC-dən kredit götürmüşdü. Bundan sonra onların yenə pula ehtiyacı yarandı. Həmin vaxtlar Azərinşaatservis MMC-nin müəssisəyə borcu var idi və ödəyə bilmirdilər. Buna qarşılıq olaraq onlara olan 141.250 manat borclarına əvəz olaraq Azərinşaatservis MMC kredit götürəcəkləri təqdirdə zamin olacaqlarını bildirdilər və onlar bu barədə razılaşdılar. Bundan sonra onlar Azərbaycan Beynəlxalq Bankı ASC-dən 300.000 manat kredit götürdülər. Kredit müqavilələrinin şərtlərini xatırlamır. Həmin pulu "xxxx" MMC-nin təsisçisi, Dünyamalıyev Sahibə verdi və həmin pul yolların çəkilməsi, işçilərin maaşının ödənilməsinə yəni kredit təyinat üzrə xərcləndi. Ümumlikdə direktoru olduğu dövrdə "xxxx" MMC tərəfindən Azərbaycan Beynəlxalq Bankı ASC-ə olan borcun 500.000 manatını ödəmişlər, kredit müqavilələrini o imzalasa da, kreditlə götürülmüş pulun xərclənməsi ilə bağlı sənədləşmə işlərini mühasib həyata keçirirdi. Dünyamalıyev Sahib onun xalası oğludur və o vəfat edib. "xxxx" MMC-nin bank hesabı var idi və bankın "xxxx" MMC-nin hesabından borcunu tutmaq səlahiyyəti var idi. Kreditlə götürdükləri pulu bilavasitə o xərcləmədi, direktor olsa belə həmin pulun xərclənməsini o həyata keçirmədi və pulun xərclənməsinə müdaxilə etmədi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində izahat vermiş Nümayəndə1 bildirmişdir ki, Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış 19 mart 2014-cü il tarixli kredit müqaviləsi üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 230843,0 manat əsas borc, 45473,51 manat faiz borcu olmaqla, cəmi 276316,51 manat borcu yaranmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırilma tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrası ilə əlaqədar bankın problemli aktivləri (borcları) üzrə tələb hüququ, o cümlədən də "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış müqavilə üzrə yaranmış borc da "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına keçmişdir. Məhkəmə iclasında mülki iddiaçı qismində "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi Nümayəndə2 İzahatında bildirmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırilma tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrası ilə əlaqədar bankın problemli aktivləri (borcları) üzrə tələb hüququ, o cümlədən də "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış müqavilə üzrə yaranmış borc da "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına keçmişdir ona görə də, "xxxx" ASC ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 19 mart 2014-cü il tarixli 11304 saylı kredit müqaviləsi üzrə yaranmış 230843,0 manat əsas borc, 45473,51 manat faiz borcu olmaqla, cəmi 276316,51 manat borcun Təqsirləndirilən şəxs tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına ödənilməsinə dair müvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 2014-cü ildə "xxxx" ASC-nin Nəqliyyat filialında baş mühasibin müavini kimi işləyirdi. "xxxx" MMC filialın müştərisi olmuşdur, həmin şirkətin direktoru Təqsirləndirilən şəxs idi. Onu müştəri kimi tanıyırdı, lakin aralarında hər hansı bir münasibət yox idi. Filial tərəfindən həmin şirkətə kredit ayrılmışdı, lakin kredit şöbəsində işləmədiyi üçün həmin şirkətə kreditin ayrılması detallarını dəqiqliyi ilə bilmir, bu barədə həmin dövr filialın direktoru işləmiş Kənan Orucov və ya onun müavinin dəqiq məlumatı ola bilər. İşlədiyi filialın kassasından 298.500 manat məxaric olunmasına dair 19 mart 2014-cü il tarixli ******* nömrəli kassa məxric orderi ona təqdim olunmuşdu, kassa-məxaric orderində “Yoxlanılıb nəzarətçi” qrafasında olan imza özünə məxsus olmaqla, özü tərəfindən icra edilmişdir. 19 mart 2014-cü il tarixdə "xxxx" MMC ilə filialın arasında 300.000 manat ayrılmasına dair kredit müqaviləsi bağlanmışdır. Bundan sonra hazırda adını xatırlamadığı filialın əməliyyatçısı pulun kassadan çıxmasına dair kassa-məxaric orderi tərtib edib, həmin sənədi pulu götürən müştəri, yəni Təqsirləndirilən şəxs, həmçinin əməliyyatçı da imzalamışdır. Bundan sonra sənədin düzgünlüyünü yoxlamaq üçün order ona təqdim olunmuş, orderdə qeyd olunan məbləğin düzgünlüyünü, müştərinin imzasının imza nümunəsi ilə eyniləşdirdikdən sonra düzgün tərtib edildiyini müəyyən edib imza ilə təsdiq edərək pulun verilməsi üçün filialın kassasına göndərmişdi. Kassir də Təqsirləndirilən şəxs imzasını həmçinin şəxsiyyətini sənədlə eyniləşdirib, bundan sonra Təqsirləndirilən şəxs 298.500 manat pulu filialın kassasından götürmüş və buna görə də kassa-məxaric orderini imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 İnqilab oğlu ifadəsində göstərmişdir ki, həmin vaxtlar o "xxxx" ASC-nin Nəqliyyat filialında filial müdirinin müavini vəzifəsində işləyirdi. Müdir müavini kimi vəzifəsi bank əməliyyatlarının təşkili və nəzarəti, müştərilərə xidmətin təşkili, müdir olmadıqda onun vəzifəsini icra etməkdən ibarət idi. "xxxx" MMC filialın müştərisi olmuşdur, həmin şirkətin direktoru Təqsirləndirilən şəxs idi. Onu müştəri kimi tanıyırdı, lakin aralarında hər hansı bir münasibət yox idi. "xxxx" MMC digər müştəriləri olan "xxxx" MMC ilə əlaqəli işləyirdi, lakin konkret olaraq hansı işlə məşğul olmaları barədə dəqiq məlumatı yox idi. 19 mart 2014-cü il tarixdə "xxxx" MMC ilə "xxxx" ASC-nin Nəqliyyat filialı arasında 300.000 manat ayrılmasına dair 11304 nömrəli kredit müqaviləsində, həmçinin "xxxx" ASC-nin Nəqliyyat filialı, "xxxx" MMC və "xxxx" MMC arasında bağlanmış 11304A nömrəli zaminlik müqaviləsində filialın direktoru Kənan Orucov qrafalarında olan imzalar ona məxsusdur və onun tərəfindən icra edilmişdir. Həmin vaxtı filialın direktoru vəzifəsində işləyən Kənan Orucov işdə yox idi, bu səbəbdən də kredit və zaminlik müqaviləsini filialın adından o imzalamışdı. Belə ki, qaydalara uyğun olaraq o filialın müdir müavini vəzifəsinə keçiriləndə bankın idarə heyəti tərəfindən ona filialın adından müqavilələri imzalamaq hüququ verilmişdi və hər hansı bir səbəbdən filialın müdiri işdə olmadıqda onun tapşırığına əsasən o filialın adından bağlanmış müqavilə və digər sənədləri imzalayırdı. Konkret olaraq bu müqavilə ilə bağlı həmin vaxtı Kənan Orucov ona zəng vuraraq bildirdi ki, "xxxx"MMC-yə 300.000 manat kredit ayrılması barədə bankın baş ofisi tərəfindən qərar verilib və ona kredit ayrılmasını təmin etməyini tapşırdı. Bundan sonra filial tərəfindən "xxxx" MMC-yə 300.000 manat kredit ayrılmasına dair müqavilə bağlandı, o da filialın adından müqaviləni imzaladı, həmçinin filial, "xxxx" MMC və "xxxx" MMC ilə də üçtərəfli zaminlik müqaviləsi bağlandı. Bundan sonra "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs 298.500 manat pulu filialın kassasından kassaməxaric orderini imzalayaraq götürdü. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2003-cü ilin iyun ayından 2016-cı ilin sentyabr ayınadək X9 filialında aparıcı mütəxəssis-xəzinədar vəzifəsində işləmişdir. 2016-cı ilin sentyabr ayında isə öz xahişi ilə işdən çıxdı. Xəzinədar kimi vəzifəsi filiala mədaxil olan nağd vəsaiti qəbul etmək, məxaric olunan pul vəsaitlərini isə müştəriyə təhvil vermək, pul əskinazları saymaq, filial müdirinin tapşırıqlarını yerinə yetirmək və qanunla nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirməkdən ibarət idi. İşlədiyi filial fiziki və hüquqi şəxslərə bank xidmətləri göstərərək, kredit ayırmasını həyata keçirirdi. Kredit almaq istəyən müştəri filialın kredit şöbəsinə müraciət edirdi, kreditin verilməsinə razılıq əldə olunanda isə müştəri ilə filialın müdiri arasında müqavilə bağlanılırdı və kredit ayrılırdı. "xxxx" MMC-ə kreditin ayrılması detallarını xatırlamır, ibtidai istintaqda dindirilərkən müstəntiq ona çekləri göstərdi, ona göstərilən çeklərin üzərində hansı məbləğdə pulun yazılmasını xatırlamır, çeklərin üzərindəki imzalar ona məxsus idi. Pulu ondan kimin götürdüyünü xatırlamır. Lakin qaydalara uyğun olaraq, məxaric orderini əməliyyatçıdan qəbul etdikdən sonra şəxsin şəxsiyyət vəsiqəsilə onu eyniləşdirirlər, əgər eyni şəxsdirsə, pul ona verilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, əvvəllər o "xxxx" MMC-də baş mühasib işləyirdi. Həmin vaxtlar Quba yolunda "xxxx" MMC–nin sifarişi ilə "xxxx" MMC tərəfindən tikinti işləri aparılırdı. Görülən işlərlə bağlı "xxxx" MMC–nin "xxxx" MMC-ə borcu var idi və ödəyə bilmirdilər. Bunun qarşılığında "xxxx" MMC–nin zaminliyi ilə "xxxx" MMC-ə birinci dəfə 100.000 manat, ikinci dəfə 300.000 manat, üçüncü dəfə isə 300.000 manat olmaqla, umumlikdə, 700.000 manat kredit ayrıldı. Həmin kreditin müəyyən hissəsi ödənildi. "xxxx" MMC-də 2013-2014-cü illərdə işləmişdir. Görülən işlər sənədləşdirilmədiyinə görə narazı idi və bu səbəbdən "xxxx" MMC-də işdən çıxdı. Kreditin təyinatının nə olduğunu bilmirdi. Azərinşaatservis” MMC-nin onlara təqribən 1.400.000 manat borcu var idi və onu ödəyirdilər. Lakin o işdən çıxdığı üçün olan borclarını tam ödəyib-ödəmədiklərini bilmir, o işdən çıxanda 140.000-150.000 manat borcları qalmışdı. Dünyamalıyev Sahib direktor idi. Kreditlər götürülərkən kimlərin direktor olmasını xatırlamır, kredit kimi ayrılmış pulun hara xərcləndiyini bilmir, həmin pulun sərəncamcısı müəssisənin sahibi, Aqil idi. Kredit kimi ayrılmış pul bank çeki vasitəsilə əldə edilirdi. Pulu nağd formada əldə etdilər. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2ci maddəsi ilə tövsif edilmişdir, lakin ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham isə məhkəmə istintaqı zamanı təsdiq edilmədiyindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 196.2-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs hərəkətlərini araşdırılmış sübutlar əsasında qiymətləndirərək ona elan edilmiş mənimsəməyə dair ittihamının təsdiq edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179-cu maddənin dispozisiyasında qeyd edilir ki, mənimsəmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talamaq. Əməlin tövsifi ilə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, ibtidai araşdırma orqanı nəyə əsaslanaraq Təqsirləndirilən şəxs ona etibar edilmiş bankdan götürülmüş pul vəsaitini "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin kassasına mədaxil etməli olduğu halda bunu etmədən şəxsi məqsədləri üçün sərf edib öz qulluq mövqeyindən istifadə etməklə, cəmiyyətə külli miqdarda ziyan vurmaqla mənimsəmə yolu ilə talamasını heç cür əsaslandırmamışdır və iş materiallarından da görünür ki, belə nəticəyə gəlmək üçün hər hansı bir əsas da olmamışdır. "xxxx" MMC Təqsirləndirilən şəxs qarşı ona etibar edilmiş əmlakın mənimsənilməsi ilə əlaqədar ona heç bir iddiası olmayaraq, pul vəsaitinin Təqsirləndirilən şəxs tərəfindən mənimsənilməsi xüsusatının araşdırılması üçün hüquq mühafizə orqanlarına müraciət etməmişdir, əksinə olaraq hələ o cəmiyyətin təsisçisi tərəfindən müsbət xarakterizə olunaraq, baş direktor kimi öz işinin öhdəsindən lazımi şəkildə gəlməsi göstərilmişdir. İbtidai istintaq cəmiyyəti zərərçəkmiş kimi tanınmamışdır, ittiham aktında istinad edilən sübutların (ifadələrin) heç birində belə bir məlumat olmadığından, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətin ona etibar edilmiş əmlakını mənimsənilməsi qənaətinə gəlməyə əsaslı hesab edilə bilməz və buna görə də mənimsəmə cinayətin obyekti mülkiyyət münasibətləri olduğundan məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179-cu maddəsi ilə tövsif edilməsi ilə razılaşmır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 196-ci maddəsində qeyd olunur ki, məhkəmənin qanuni qüvvəyə minmiş müvafiq qərarına əsasən təşkilat rəhbərinin və ya vətəndaşın kreditor borclarını, yaxud qiymətli kağızları ödəməkdən qəsdən yayındıqda cinayət məsuliyyəti yaranır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlu ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış və hüquqi ünvanı ünvan 2lan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru olmaqla cəmiyyətin cari fəaliyyətinə rəhbərlik etmək, ümumi yığıncaq tərəfindən qəbul edilmiş qərarların vaxtında icrasına nəzarət etmək, cəmiyyətin adından öz səlahiyyətləri daxilində çıxış etmək, öz səlahiyyətləri daxilində qərarlar qəbul etmək və qanunvericilikdə qadağan olunmayan digər səlahiyyətləri həyata keçirən təşkilati-sərəncamverici və inzibatitəsərrüfat funksiyalarını yerinə yetirən maddi məsul rəhbər vəzifəli şəxs qismində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti adından "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nəqliyyat filialından ilə 300.000 manat pul vəsaitinin İllik 18 faiz olmaqla 36 ay müddətinə ayrılmasına dair 19 mart 2014-cü il tarixli, 11304 nömrəli kredit müqaviləsi bağlayaraq qeyd olunan vəsaitdən 1.500 manat komissiya haqqı bank tərəfindən çıxıldıqdan sonra 19 mart 2014-cü il tarixli, ABB- 11424881 nömrəli çekə imza edərək həmin filialın kassasından 298.500 manat məbləğində pulu nağd qaydada götürüb qaytarmamışdır. İş materiallarında olan kredit müqaviləsindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nəqliyyat filialı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Təqsirləndirilən şəxs arasında 300.000 manat pul vəsaitinin İllik 18 faiz olmaqla 36 ay müddətinə 19 mart 2014-cü il tarixli, 11304 nömrəli kredit müqaviləsi bağlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası 1 saylı İnzibati-İqtisad Məhkəməsinin 11 dekabr 2015 il 2(81)-2669 saylı qiyabi qətnaməsinin sürətindən görünür ki, Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə "xxxx" MMC-dən və "xxxx" MMC-dən 241,793 manat əsas, 45743,51 faiz borcu, cəmi 287.266,51 manat və dövlət rüsumumunun əvəzi olaraq 30 manat tutulması qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinin 17/68- 541917-7 saylı 07.10.2020-ci il tarixli məktububdan görünür ki, Azərbaycan Respublikası 1 saylı İnzinzibati-İqtisad Məhkəməsinin 11 dekabr 2015 il 2(81)-2669 saylı qiyabi qətnaməsinin icrası üçün verilmiş 29.02.2016-cı il tarixli icra sənədi 06.04.20146-cı il tarixdə şöbəyə daxil olmuş və icraata qəbul edilmişdir. Həmin qətnamənin icrası üçün verilmiş 29.02.2016-cı il tarixli icra sənədi üzrə hazırki vaxtadək heç bir ödəniş olmamışdır. Məhkəmə bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru olmaqla cəmiyyətin cari fəaliyyətinə rəhbərlik etmək, ümumi yığıncaq tərəfindən qəbul edilmiş qərarların vaxtında icrasına nəzarət etmək, cəmiyyətin adından öz səlahiyyətləri daxilində çıxış etmək, öz səlahiyyətləri daxilində qərarlar qəbul etmək və qanunvericilikdə qadağan olunmayan digər səlahiyyətləri həyata keçirən təşkilatisərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən maddi məsul rəhbər vəzifəli şəxs kimi tərəfindən götürülmüş pul külli miqdar hesab edilməklə, onu qaytarmadığına görə, onun əməli Azərbaycan Respublikası CM-nin 196.2-ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında göstərmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Cinayət işində olan məhkəmə-mühasibatlıq ekspertizasının 21 sentyabr 2017-ci il tarixli, 2978 nömrəli rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 30 dekabr 2015-ci il tarixli qərarına əsasən Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin sektor müdiri X10, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Daxili audit departamentinin Kredit əməliyyatlarının auditi şöbəsinin müdiri X6 tərəfindən "xxxx" ASC-dən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə Cəmiyyətin keçmiş direktoru Təqsirləndirilən şəxs oğunun və hazırki direktoru X1 iştirakı ilə 01 may 2015-ci il tarixədək, kreditlərin verilməsi zamanı mövcud prosedur qaydalara əməl olunması, onların təyinatı üzrə xərclənməsi və vaxtında qaytarılmasının yoxlanmasına dair aktlarının nəticələri iş materiallarına və ilkin mühasibat sənədlərinə uyğundur. Tədqiqat nəticəsində "xxxx" ASC tərəfindən kredit üzrə kreditin tarixçəsində nəzərdə tutulan sənədlər alınmadan, verilmiş kreditin şərtləri müəyyən edilmədən kreditin rəsmiləşdirilməsi həyata keçirildiyinə görə və istintaq orqanının ekspertiza təyini haqqında qərarında göstərildiyi kimi, pul vəsaitinin "xxxx" ASC tərəfindən "xxxx" MMC- nin adına açılmış kreditlər üzrə əməliyyatların qeyri-qanuni olaraq həyata keçirildiyi nəzərə alınaraq "xxxx" ASC-yə vurulmuş ziyanın məbləği aşağıdakı kimi müəyyən edilir: o cümlədən: Azərbaycan manatında açılmış kreditlər üzrə- 298.500,00 AZN;"xxxx" MMC-nin kredit borclarına ödənilməsi rəsmiləşdirilmiş' 16.850,00 manat məbləğində pul vəsaiti əsas borcdan və 27750,00 manat məbləğində pul vəsaiti faiz borcundan, onun adına açılmış qeyri-qanuni kreditin, “Azərbaycan Beynəlxalq Bankı" ASC-yə vurulmuş ziyanın ödənilməsi kimi qiymətləndirilir. İş materiallarından göründüyü kimi, mütəxəsisslər tərəfindən yuxarıda göstərilən kredit üzrə istifadə olunmuş məbləğlərə görə hesablanmış faiz məbləğlərini (Bank tərəfindən təqdim edilmiş cədvəl məlumatlarına əsasən) 30.770,78 manat məbləğində müəyyən etmişlər.Lakin, hazırki ekskspertiza zamanı qeyd olunan kredit üzrə ilkin mühasibat sənədləri, şəxsi hesabdan çıxarış vərəqələri iş materiallarında tam olmadığından hesablanmış 30.770,78 manat məbləğində faizlərin düzgünlüyünü müəyyən etmək mümkün olmadı. Mütəxəssislər tərəfindən verilmiş kreditə görə hesablanmış 30.770,78 manat məbləğində faizlərin düzgünlüyü istintaq tərəfindən əsaslı hesab olunduğu təqdirdə, "xxxx" MMC-nin adına, 50,2 % (hazırda 54%) dövlətə məxsus olan "xxxx" ASC-dən alınmış kredit vəsaitinin vaxtında qaytarılmaması nəticəsində cəmiyyətə dəymiş faiz borcu üzrə ziyan məbləği 30.770,78 manat məbləğində müəyyən edilə bilər. İş üzrə keçirilmiş yoxlamanın verilmiş kredit vəsaitlərinin və ona hesablanmış faizlərin həcmi və istifadəsinə dair gəldiyi nəticə iş materiallarında olan sənədlərə əsasən düzgündür. Cinayət işi materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 29, 178.3.2, 308.2, 313 və 320.1 maddələri ilə təqsirli bilinərək, cəzasını 29 mart 2018-ci il tarixdən hesablanmaqla, 3 (üç) il müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, cəzasini ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313 və 320.1 maddələri cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə cəza təyin edilməmiş və Bakı şəhəri Səbail rayon məhkəməsinin 31.01.2018-ci il tarixli hökmü ilə təyin edilmiş 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasının 1 il 6 ay sınaq müddəti ilə şərti hesab edilməsi, müstəqil icra olunması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 17 fevral 2020-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 21 aprel 2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 17 fevral 2020-ci il tarixli qərarı dəyişdirilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddiməsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs hazırki əməlini, barəsində çıxarılan Bakı Ağır Cinayətlər məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli hökmündən əvvəl törətmişdir. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 196.2 və 308.2-ci maddələri ilə ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir, lakin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirli hesab edilsədə, ona qeyd olunan maddə ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə, ona həmin maddə ilə cəza təyin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən bu məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi az ağır cinayətlər cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.2-ci maddəsində göstərilir ki, az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Bu Məcəllənin 75.2 və 75.3-cü maddələrinin tələblərinə əsasən, müddətlər cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır və cinayət törətmiş şəxs istintaq orqanından və ya məhkəmədən gizlənərsə müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. Göründüyü kimi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.2-ci maddəsinə əsasən, az ağır cinayət əməlinə görə nəzərdə tutulmuş yeddi illik müddət başa çatmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsi cinayət təqibini istisna etdiyi üçün, həmin Məcəllənin 44.2.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirli bilinməklə yanaşı, ona həmin maddə ilə cəza təyin edilməməlidir. Cinayət işində olan 04.09.2015-ci il tarixli şəxsin tutulması haqqında prokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Cinayət işindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs 06.09.2015-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir və o həbsdən azad edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs özünü kreditlə götürülmüş pulu bilavasitə özü xərcləmədiyini və həmin dövrdə direktor olsa belə həmin pulun xərclənməsini həyata keçirməməsi və pulun xərclənməsinə müdaxilə etməsinə dair verdiyi ifadəsi iş materiallarında olan sübütlarla təkzib olunduğundan, məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin məcələnnin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin məcəllənin ümumi hissələrinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb hesab edir ki, barəsində təqsirli bilindiyi cinayət qanununda nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəza seçilməli, cəzasını 29 mart 2018-ci il tarixdən hesablanmaqla ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs oğlu Emilin Azəbaycan Respublikası Prezidentinin 25 dekabr 2020-ci il tarixli sərəncamı iə “Füzulinin azad olunmasına görə” medalı ilə ilə təltif edilməsinin, direktor olduğu "xxxx" MMC- nin təsisçisi tərəfindən və cəza cəkdiyi müəssisənin rəhbərliyi tərəfindən müsbət xarakterizə olunması iş üzrə cəzasını yüngülləşdiriən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət işində olan Azəbaycan Respublikası Medalının № 1-9557 saylı vəsiqənin sürətindən görünür ki, X4 Respublikası Prezidentinin 25 dekabr 2020-ci il tarixli sərəncamı iə “Füzulinin azad olunmasına görə” medalı ilə ilə təltif edilmişdir. Cinayət işində olan "xxxx" MMC-nin təsisçisi X3 tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunaraq, baş direktor kimi öz işinin öhdəsindən lazımi şəkildə gəlmişdir. Cinayət işində olan Azəbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin müalicə müəssisəsinin rəisi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 07.03.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla ) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə müsadirə ediləsi əmlak müəyyən etməmişdir. Cinayət işində olan mülki iddiaçı kimi tanınmış "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatınının nümayəndəsi Nümayəndə2 tərəfindən yazılmış iddia ərizəsindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nəqliyyat filialı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 19 mart 2014-cü il tarixli, 11304 nömrəli kredit müqaviləsi üzrə yaranmış 230843 min manat əsas borc, 45473,51 manat faiz borcu olmaqla cəmi 276316, 51 manat pul vəsaitinin Təqsirləndirilən şəxs tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd olunan mülki iddiaya münasibət bildirərək, hesab edir ki, mülki iddia baxılmamış saxlanılmalıdır. Belə ki, eyni predmet üzrə yaranmış mübahisə barədə qanunu qüvvəsini almış məhkəmə qətnaməsi və qətnamənin icrası barədə artıq icra işi vardır. İş materiallarından müəyyən olunur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırilma tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrası ilə əlaqədar bankın problemli aktivləri (borcları) üzrə tələb hüququ, o cümlədən də "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış müqavilə üzrə yaranmış borc da "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına keçmişdir və eyni zamanda borc alan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Təqsirləndirilən şəxs kimi göstərilmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 21.04.2021-ci tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərində saxlanılmış 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasını çəkməsi və hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınmalı, ekpertiza xərci təşkil edən 100(yüz) manat alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 2978 saylı, 21 sentyabr 2017-ci il tarixli məktubdan görünür ki, məhkəmə ekspertizasının rəyinin verilməsi üçün aparılmış tədqiqatın ümumi dəyəri 100 (yüz) manat təşkil edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə üzərinə həbs qoyulmuş əmlak və maddi sübut yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 196.2-ci maddəsi ilə təqsirli bilinib, 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin lakin, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə, ona qeyd olunan maddə ilə cəza təyin edilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin 21 aprel 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs 3 (üç) il müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə üzərində saxlanılmış 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla, Təqsirləndirilən şəxs 3 (üç) il müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 4 (dörd) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04.09.2015-ci il tarixdən 06.09.2015-ci il tarixə qədər həbsdə saxlanıldığı 2(iki) günün hər günü azadlıqdan məhrum etmə cəzanın 1 (bir) gününə bərabər tutulmaqla, həmin günlər təyin edilmiş cəza müddətindən çıxılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 29 mart 2018-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ali Məhkəməsinin 21 aprel 2021-ci il tarixli qərarı ilə müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkməsi və hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs ekspertiza xərci 100 (yüz) manat alınaraq Dövlət Büdcəsinə keçirilsin. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatınının Təqsirləndirilən şəxs qarşı mülki iddiası baxılmamış saxlanılsın. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Eldar İsmayılov Cavid Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar