Məhkəmə qərarları › İş №1(101)-1578/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1578/2022

10.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1578/2022 10.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 14 : 25 - də Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Zəfər” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2mış və barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan «Həbib» adlı İran İslam Respublikasının vətəndaşından satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 21,040 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və külli miqdarda ümumi təmiz çəkisi 5,363 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edərək daşımaqla müvəqqəti yaşadığı ünvan 3 ünvana gətirib hissələrə bölməklə bükümlərə ayıraraq bir qismini üzərində, digər qismini isə həmin evdə saxlamış, Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 09 aprel 2022-ci il tarixdə saat 11:30-da Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava, ev 128 ünvanın yaxınlığında saxlanılaraq, Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş, idarənin inzibati binasında üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli şalvarın sağ arxa cibindən 01 (bir) ədəd bükümdə təmiz çəkisi 7,400 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən küllü miqdarda heroin aşkar edilərək götürülmüş, bundan sonra keçirilən əməliyyat-axtarış tədbirlərinin davamı olaraq 09 aprel 2022-ci il tarixdə saat 14:30 dəqiqədə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava, ev 128 ünvana baxış keçirilərkən qonaq otağında olan masanın saxlanc yerində saxladığı 01 ədəd sellofan torbanın içərisində iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 9,001 qram, 4,639 qram külli miqdarda ümumi təmiz çəkisi 13,640 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə hesab olunan heroin, bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 5,363 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 1 ədəd üzərində narkotik vasitə heroin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən bir ildir ki, müxtəlif yerlərdən narkotik vasitələr və psixotrop maddələr əldə edərək qəbul etmişdir. 09 aprel 2022-ci il tarixdə saat təxminən 11:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava, ev 128 ünvanında yerləşən yaşadığı evdə yatdığı zaman mülki geyimli şəxslər evə daxil olaraq, onu saxlamış və polis əməkdaşı kimi özlərini təqdim edərək, onun külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra polis əməkdaşları onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Daha sonra evə qayıtmışlar və videoçəkilişlə baxış keçirilməsini polislər ona bildirmişlər. Polis əməkdaşlarının təkidi ilə o, əynində olan göy rəngli cins şalvarının sağ arxa cibindən 1 ədəd sellofan bükümdə heroini, sol yan cibindən yaşadığı evin açarını, ümumilikdə 2 manat pulunu, 2 ədəd mobil telefonunu, siqaret qutularını və digər əşyalarını təqdim edərək masanın üzərinə qoymuşdur. Lakin, polis əməkdaşları tərəfindən saxlanılarkən, narkotik vasitə üzərində olmamış, belə ki, o, istintaq zamanı qeyd edildiyi kimi, evinin yaxınlığında deyil, məhz evin içərisində yatdığı zaman tutulmuş və narkotik vasitələr onun yatdığı otaqdakı stolun üzərində olmuşdur. Daha sonra üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən 1 mobil telefonu, 45 manat pulu və şəxsi əşyalarından başqa heç bir əşya və ya predmet aşkar edilməmişdir. Təqdim etdiyi ümumilikdə 47 manat pulu, yaşadığı evin açarı özünə qaytarılsa da özünə məxsus 3 ədəd mobil telefonu iş üzrə əhəmiyyət kəsb etdiyi üçün izah edilməklə götürülmüşdür. İttihamda qeyd edildiyi kimi onda 21,040 qram narkotik vasitə heroin olmamış, onda cəmi 8 qram heroin və 5 qramdan bir qədər artıq miqdarda psixotrop maddə metamfetamin olmuşdur. Onun üzərindən və ya evindən elektron tərəzi aşkar edilməmişdir. Narkotik vasitəni və psixotrop maddəni tanımadığı, lakin, özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən şəxsdən şəxsi istifadəsi üçün almışdır. Həmin şəxsi əvvəllər tanımamış, ümumiyyətlə hər hansı tanışlığı olmamışdır. Narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə bağlı hər hansı yazışmalar aparmamışdır. Sadəcə olaraq, özü və yaxın ətrafı narkotik vasitə aludəçisi olduqları üçün bu barədə bəzən telefon vasitəsilə söhbətləri olmuşdur. Narkotik vasitələrin və psixotrop maddələrin heç bir zaman satışı ilə məşğul olmamış və ya satış məqsədilə əldə edərək, saxlamamışdır. Məhkəmədə şahid qismində dindirilmiş DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin aşkar edilməsi məqsədi ilə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 iştirakı ilə keçirilmiş əməliyyat-axtarış tədbirində özü də iştirak etmişdir. 09 aprel 2022-ci il tarixdə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə məlumat daxil olmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti ev 74-də qeydiyyatda olmaqla, ünvan 4-də yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq Bakı şəhər Yasamal rayonu ərazisində küllü miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib üzərində gəzdirir və satışı ilə məşğul olur. Alınmış məlumat barədə raportla Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəhbərliyinə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs və onunla əlaqəli olan digər şəxslərin müəyyən edilib ifşa olunması istiqamətində Bakı şəhər Yasamal rayonu ərazisində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmışdır. Qərara əsasən Baş İdarə əməkdaşlarından ibarət qrup yaradılmış və tədbirin keçirilməsinə başlanılmışdır. Əməliyyat qrupunun üzvləri ilə birlikdə xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs olması ehtimal olunan Bakı şəhər, Yasamal rayonu ərazisinə yollanmışlar. Oraya gəldikdə əməliyyat mövqeyi seçilmiş, xx.xx.2022-ci il tarixdə saat 11:30-da Yasamal rayonu, 1-ci Alatava ev 128 ünvanının qarşısında piyada hərəkət edərkən Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılmışdır. Saxlanılan şəxs özünü təqdim etmiş, Təqsirləndirilən şəxs əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edilmiş, sonra izah edilmişdir ki, o, mütəmadi olaraq Yasamal rayonu ərazisində narkotik vasitə olan heroinin və psixotrop maddə olan metamfetaminin əldə edib üzərində gəzdirməsində və satışı ilə məşğul olmasında şübhəlidir və onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Baş İdarədə dəvət olunmuş vəkil Kərim Bağırovun iştirakı ilə videçəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində nə əşya varsa təqdim etsin. Zaman Məmmədov təklifdən sonra əynində olan göy rəngli cins şalvarının sağ arxa cibindən 01 (bir) ədəd sellofan bükümü, sol yan cibindən 1 (bir) ədəd yaşadığı evinin açarını, əynində olan tünd göy rəngli qısa qol gödəkcəsinin sağ yan cibindən 01 (bir) ədəd üzərində “Kgtel” yazısı olan, 01 (bir) ədəd üzərində “Vertu” yazısı olan mobil telefonları, 01 (bir) ədəd alışqanı, sol yan cibindən 1 (bir) ədəd içərəsində 1 manat pul və 1 ədəd siqaret olan qara rəngli siqaret qutusunu, 1 ədəd salfet kağızı, 1 ədəd qara rəngli tibbi maskanı, 1 kağız parçasını və 1 manat pulunu təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonucunun əynində olan tünd göy rəngli qısa qol gödəkcəsinin sağ yan cibindən 1 ədəd “Huavei” markalı mobil telefon, sol iç cibindən 1 ədəd salfet kağızı, 1 ədəd istifadə edilməmiş siqaret qutusu, əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən isə 45 (qırx beş) manat məbləğində pulu aşkar edilərək masanın üzərinə qoyulmuş, bundan başqa üzərindən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi ümumilikdə 47 (qırx yeddi) manat pul, yaşadığı evin açarı siqaret qutuları, tibbi maskası, salfet və kağız parçaları özünə qaytarılsa da sonuncuya məxsus 3 ədəd mobil telefon, iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Bundan sonra sonuncunun təqdim etdiyi sellofan bükümə baxış keçirilən zaman içərisində qəhvəyi rəngli kəskin iyli narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Həmin sellofan bükümdəki kütlənin təxmini çəkisinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda olan elektron tərəzi ilə çəkilmiş və təxmini çəkisinin qablaşdırılma ilə birlikdə 8 (səkkiz) qram olması müəyyən edilmişdir. Həmin sellofan büküm 1 ədəd içərisi boş olan zərfə qoyularaq qablaşdırılmış, üzəri “DİN-nin Zərflər üçün 7 saylı” möhürü ilə möhürlənmiş, iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs öncədən üzərinə şəxsi axtarış keçirilmədiyini, üzərində başqa pul vəsaitinin olmamasını, təqdim etdiyi sellofan bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, həmin maddənin bir hissəsini özü istifadə etməsi üçün bir hissəsini isə dost-tanışa satmaqla xərclərini ödəmək məqsədilə üzərində saxladığını, təxminən 7-8 ay öncə sosial şəbəkədə tanış olduğu, İran İslam Respublikasının vətəndaşı “Həbib” adlı şəxsin vasitəsilə, Abşeron rayonu, Novxanı kəndi ərazisindən götürdüyünü, həmin şəxsin əlaqə nömrəsinin “Huavei” markalı telefonunda qeyd olunduğunu, özünün təxminən 1 ilə yaxındır ki, narkotik vasitə istifadəçisi olduğunu, narkotik vasitələrin satışı ilə təxminən 6-7 aydır ki, məşğul olduğunu, Yasamal rayonu ərazisində yaşadığı evində də narkotik maddə saxladığını, bu əməlindən heç kimin məlumatının olmamasını, saxlanılan zaman və baş idarədə olan zaman ona qarşı heç bir zor tətbiq edilmədiyini bildirmişdir. Həmçinin, Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanına yollanmışlar. Evə baxış zamanı Təqsirləndirilən şəxs evində saxladığını bildirdiyi narkotik tərkibli maddələri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs evin qonaq otağına daxil olaraq, girişdən sol tərəfdə yerləşən, 1 ədəd yerdən təxminən 70 sm hündürlükdə olan qabaq stolunun üst hissəsini kənara çəkməklə içərisindəki saxlanc yerindən 1 ədəd sellofan torbanı təqdim edərək içərəsində narkotik tərkibli maddələri, elektron tərəzi olduğunu söyləmiş və başqa heç bir yerdə narkotik tərkibli maddələr saxlamadığını bildirmişdir. Həmin təqdim edilmiş sellofan torbaya baxış keçirilmiş, baxış zamanı həmin sellofan torbanın içərisində 2 (iki) bükümdə narkotik vasitə heroinə bənzər kütlə, 1 (bir) bükümdə psixotrop maddə metamfemtaminə bənzər kütlə, 1 elektron tərəzi olması müəyyən edilmişdir. Aşkar edilmiş həmin kütlələrin təxmini çəkisinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda olan elektron tərəzi ilə çəkilmiş, içərisində narkotik vasitə heroinə bənzər kütlə olan birinci sellofan bükümün qablaşdırılma ilə birlikdə çəkisinin 5,5 (beş tam onda beş) qram, ikinci sellofan bükümün qablaşdırılma ilə birlikdə çəkisinin 9,6 (doqquz tam onda altı) qram digər bükümdəki psixotrop maddə metamfetaminə bənzər kütlənin qablaşdırılma ilə birlikdə təxmini çəkisinin 6,9 (altı tam onda doqquz) qram olması müəyyən edilmişdir. Aşkar edilmiş həmin bükümlə, 1 ədəd elektron tərəzi sellofan torbaya həmin sellofan torba isə 1 ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, üzəri möhürlənərək götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin sellofan bükümlərdə olan maddələrin narkotik vasitə “heroin”, və psixotrop maddə olduğunu həmin maddələri həm öz istifadəsi həm də dost tanışa satış məqsədilə saxladığını, İran İslam Respublikasının vətəndaşı, Həbib adlı şəxsin vasitəsilə Abşeron rayonu ərazisindən əldə etdiyini, başqa heç bir yerdə narkotik tərkibli maddələr saxlamadığım, bu fəaliyyətindən onunla birlikdə yaşayan qohumu Məhəmməd Camalovun və digər qohumlarının da məlumatının olmamasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs razılığı əsasında evin digər otaqlarına baxış keçirilsə də oradan iş üzrə əhəmiyyət kəsb edəcək heç bir əşya və ya predmet aşkar edilməmişdir. Baxış zamanı mənzilin 1 mətbəxdən, 1 qonaq otağından, 1 sanitar qovşağından və 1 yataq otağından və 1 ədəd qapısı bağlı olan otaqdan ibarət olması müəyyən edilmişdir. Məhkəmədə ifadəsi elan edilmiş şahid Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin aşkar edilməsi məqsədi ilə iş yoldaşı DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 iştirakları ilə keçirilmiş əməliyyat-axtarış tədbirində özü də iştirak etmiş və həmin tədbirə rəhbərliyi həyata keçirmişdir. 09 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə məlumat daxil olmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti ev 74-də qeydiyyatda olmaqla, ünvan 4-də yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq Bakı şəhər Yasamal rayonu ərazisində küllü miqdarda narkotik vasitə və psixotrop maddələri əldə edib üzərində gəzdirir və satışı ilə məşğul olur. Alınmış məlumat barədə raportla Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəhbərliyinə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs və onunla əlaqəli olan digər şəxslərin müəyyən edilib ifşa olunması istiqamətində Bakı şəhər Yasamal rayonu ərazisində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmışdır. Qərara əsasən Baş İdarə əməkdaşlarından ibarət qrup yaradılmış və tədbirin keçirilməsinə başlanılmışdır. Əməliyyat qrupunun üzvləri ilə birlikdə xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs olması ehtimal olunan Bakı şəhər, Yasamal rayonunun ərazisinə yollanmışlar. Oraya gəldikdə əməliyyat mövqeyi seçilmiş, xx.xx.2022-ci il tarixdə saat 11:30-da Yasamal rayonu, 1-ci Alatava ev 128 ünvanının qarşısında piyada hərəkət edərkən Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılmışdır. Saxlanılan şəxs özünü təqdim etmiş, Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edilmiş, sonra izah edilmişdir ki, o, mütəmadi olaraq Yasamal rayonu ərazisində narkotik vasitə olan heroinin və psixotrop maddə olan metamfetaminin əldə edib üzərində gəzdirməsində və satışı ilə məşğul olmasında şübhəlidir. Bundan sonra onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Baş İdarədə dəvət olunmuş vəkil Kərim Bağırovun işirakı ilə videçəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində nə əşya varsa təqdim etsin. Zaman Məmmədov təklifdən sonra əynində olan göy rəngli cins şalvarının sağ arxa cibindən 01 (bir) ədəd sellofan bükümü, sol yan cibindən 1 (bir) ədəd yaşadığı evinin açarını, əynində olan tünd göy rəngli qısa qol gödəkcəsinin sağ yan cibindən 01 (bir) ədəd üzərində “Kgtel” yazısı olan, 01 (bir) ədəd üzərində “Vertu” yazısı olan mobil telefonları, 01 (bir) ədəd alışqanı, sol yan cibindən 1 (bir) ədəd içərəsində 1 manat pul və 1 ədəd siqaret olan qara rəngli siqaret qutusunu, 1 ədəd salfet kağızı, 1 ədəd qara rəngli tibbi maskanı, 1 kağız parçasını və 1 manat pulunu təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonucunun əynində olan tünd göy rəngli qısa qol gödəkcəsinin sağ yan cibindən 1 ədəd “Huavei” markalı mobil telefon, sol iç cibindən 1 ədəd salfet kağızı, 1 ədəd istifadə edilməmiş siqaret qutusu, əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən isə 45 (qırx beş) manat məbləğində pulu aşkar edilərək masanın üzərinə qoyulmuş, bundan başqa üzərindən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi ümumilikdə 47 (qırx yeddi) manat pul, yaşadığı evin açarı siqaret qutuları, tibbi maskası, salfet və kağız parçaları özünə qaytarılsa da sonuncuya məxsus 3 ədəd mobil telefon, iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Bundan sonra sonuncunun təqdim etdiyi sellofan bükümə baxış keçirilən zaman içərisində qəhvəyi rəngli kəskin iyli narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Həmin sellofan bükümdəki kütlənin təxmini çəkisinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda olan elektron tərəzi ilə çəkilmiş və təxmini çəkisinin qablaşdırılma ilə birlikdə 8 (səkkiz) qram olması müəyyən edilmişdir. Həmin sellofan büküm 1 ədəd içərisi boş olan zərfə qoyularaq qablaşdırılmış, üzəri “DİN-nin Zərflər üçün 7 saylı” möhürü ilə möhürlənmiş, iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs öncədən üzərinə şəxsi axtarış keçirilmədiyini, üzərində başqa pul vəsaitinin olmamasını, təqdim etdiyi sellofan bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, həmin maddənin bir hissəsini özü istifadə etməsi üçün bir hissəsini isə dost-tanışa satmaqla xərclərini ödəmək məqsədilə üzərində saxladığını, təxminən 7-8 ay öncə sosial şəbəkədə tanış olduğu, İran İslam Respublikasının vətəndaşı “Həbib” adlı şəxsin vasitəsilə, Abşeron rayonu, Novxanı kəndi ərazisindən götürdüyünü, həmin şəxsin əlaqə nömrəsinin “Huavei” markalı telefonunda qeyd olunduğunu, özünün təxminən 1 ilə yaxındır ki, narkotik vasitə istifadəçisi olduğunu, narkotik vasitələrin satışı ilə təxminən 6-7 aydır ki, məşğul olduğunu, Yasamal rayonu ərazisində yaşadığı evində də narkotik maddə saxladığını, bu əməlindən heç kimin məlumatının olmamasını, saxlanılan zaman və baş idarədə olan zaman ona qarşı heç bir zor tətbiq edilmədiyini bildirmişdir. Həmçinin, Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanına yollanmışlar. Evə baxış zamanı Təqsirləndirilən şəxs evində saxladığını bildirdiyi narkotik tərkibli maddələri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs evin qonaq otağına daxil olaraq, girişdən sol tərəfdə yerləşən, 1 ədəd yerdən təxminən 70 sm hündürlükdə olan qabaq stolunun üst hissəsini kənara çəkməklə içərisindəki saxlanc yerindən 1 ədəd sellofan torbanı təqdim edərək içərəsində narkotik tərkibli maddələri, elektron tərəzi olduğunu söyləmiş və başqa heç bir yerdə narkotik tərkibli maddələr saxlamadığını bildirmişdir. Həmin təqdim edilmiş sellofan torbaya baxış keçirilmiş, baxış zamanı həmin sellofan torbanın içərisində 2 (iki) bükümdə narkotik vasitə heroinə bənzər kütlə, 1 (bir) bükümdə psixotrop maddə metamfemtaminə bənzər kütlə, 1 elektron tərəzi olması müəyyən edilmişdir. Aşkar edilmiş həmin kütlələrin təxmini çəkisinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda olan elektron tərəzi ilə çəkilmiş, içərisində narkotik vasitə heroinə bənzər kütlə olan birinci sellofan bükümün qablaşdırılma ilə birlikdə çəkisinin 5,5 (beş tam onda beş) qram, ikinci sellofan bükümün qablaşdırılma ilə birlikdə çəkisinin 9,6 (doqquz tam onda altı) qram digər bükümdəki psixotrop maddə metamfetaminə bənzər kütlənin qablaşdırılma ilə birlikdə təxmini çəkisinin 6,9 (altı tam onda doqquz) qram olması müəyyən edilmişdir. Aşkar edilmiş həmin bükümlər, 1 ədəd elektron tərəzi sellofan torbaya həmin sellofan torba isə 1 ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, üzəri möhürlənərək götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin sellofan bükümlərdə olan maddələrin narkotik vasitə “heroin”, və psixotrop maddə olduğunu həmin maddələri həm Öz istifadəsi həm də dost tanışa satış məqsədilə saxladığını, İran İslam Respublikasının vətəndaşı, Həbib adlı şəxsin vasitəsilə Abşeron rayonu ərazisindən əldə etdiyini, başqa heç bir yerdə narkotik tərkibli maddələr saxlamadığım, bu fəaliyyətindən onunla birlikdə yaşayan qohumu Məhəmməd Camalovun və digər qohumlarının da məlumatının olmamasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs razılığı əsasında evin digər otaqlarına baxış keçirilsə də oradan iş üzrə əhəmiyyət kəsb edəcək heç bir əşya və ya predmet aşkar edilməmişdir. Baxış zamanı mənzilin 1 mətbəxdən, 1 qonaq otağından, 1 sanitar qovşağından və 1 yataq otağından və 1 ədəd qapısı bağlı olan otaqdan ibarət olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10 aprel 2022-ci il tarixli 6/1999 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri olan 1 №-li zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 7,400 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; -üzərində “...Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş...” sözləri olan 2 №-li zərfdəki iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 9,001 qr., 4,639 qr., ümumi təmiz çəkisi 13,640 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, bir ədəd bükümdə təmiz çəkisi 5,363 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, bir ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmamışdır. 1 və 2 №-li zərflərdəki narkotik vasitə heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olub, ümumi təmiz çəkisi 21,040 qram olan qəhvəyi rəngli maddələr. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin İ siyahısına daxildir. (iş vərəqə 46-51) Məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx.xx.2022-ci il tarixli, 4036 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin qəbulu nəticəsində yaranan Asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş vərəqə 138-139) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 20 may 2022-ci il tarixli 5/512 №-li rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekranlı “Android10” əməliyyat sistemi ilə təhciz olunmuş “HUAWEİ” markalı “STK-L21” modelli “**********15186, **********35192 “imei” kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş “KGTEL” markalı “1100” modelli “**********00158, **********00158” “imei” kodlu mobil telefon hal-hazırda işlək vəziyyətdədir (mobil telefonun proqram təminatında olan “imei” kodla arxa tərəfindəki arkalanma göstəricisində olan “imei” kod fərqlidir). Təqdim edilmiş “VERTU” markalı “M9” modelli “**********51702, **********51702” “ımeı” kodlu mobil telefon hal-hazırda işlək vəziyyətdədir (mobil telefonun proqram təminatında olan “ımeı” kodla arxa tərəfindəki markalanma göstəricisində olan “ımeı” kod fərqlidir). Təqdim olunan “HUAWEİ” markalı “STK-L21,” modelli mobil smartfonun yaddaşında (kontaklar, zənglər, “SMS” mesajlar, audio, foto, video fayllar, “WhatsApp” proqram təminatı vasitəsilə aparılmış məlumat mübadilələri və sairə) mövcud olan məlumatlar müəyyən olundu. Təqdim edilmiş «KGTEL» markalı, «1100» modelli mrobil telefon «Kontaktı» bölməsində müxtəlif ad və nömrələr «Soibşeniya» bölməsində müxtəlif məzmunlu qəbul olunmuş «SMS» mesajlar, «Yent vızovov» bölməsində yığılmış, buraxılmış və qəbul olunmuş zənglər müəyyən olundu, lakin rəyin “Tədqiqi hissəsi”nin 3-cü bəndində göstərilən səbəblərə görə qeyd olunan məlumatları köçürərək istintaq orqanına təqdim etmək mümkün olmadı. Təqdim edilmiş “VERTU” markalı “M9” modelli mobil telefonun “Kontaktı” bölməsində müxtəlif ad və nömrələr, “Soobşenie” bölməsində müxtəlif məzmunlu qəbul olunmuş və göndərilmiş “SMS” mesajlar, “Çentr vızovov” bölməsində yığılmış, buraxılmış və qəbul olunmuş zənglər müəyyən olundu, lakin rəyin “Tədqiqi hissəsi”nin 3-cü bəndində göstərilən səbəblərə görə qeyd olunan məlumatları köçürərək istintaq orqanına təqdim etmək mümkün olmadı. Təqdim edilmiş “KGTEL” markalı “1100” modelli mobil telefonda foto və videoçəkiliş xidmətləri mövcud deyildir. Təqdim edilmiş “VERTU” markalı “M9” modelli mobil telefonun yaddaşında foto,audio və video fayl müəyyən olunmadı. Təqdim edilmiş “KGTEL” markalı “1100” modelli və “VERTU” markalı “M9” modelli mobil telefonların texniki göstəriciləri WhatsApp” proqram təminatı vasitəsilə məlumat mübadiləsinin aparılması məlumatlar mobil telefonların yaddaşında müəyyən olunmadı. (iş vərəqə 130-134) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzinin 18 iyul 2022-ci il tarixli 1871 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs halhazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Ekspertə təqdim olunmuş vət. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri müəyyən edilmir. (iş vərəqə 141-142) İş materiallarında olan AR DİN-in BNMİ-nin Təhqiqat Qrupunun təhqiqatçısı tərəfindən tərtib edilmiş “Şəxsi axtarış və götürmə aparılması haqqında” 09 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 09 aprel 2022-ci il tarixdə saat 11:30 radələrində ünvan 5 ünvanının qarşısında saxlanılaraq Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edilərək orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki göy rəngli cins şalvarının sağ arxa cibindən 1 ədəd sellofan büküm, sol yan cibindən 1 ədəd yaşadığı evinin açarı, əynində olan tünd göy rəngli qısa qol gödəkcəsinin sağ yan cibindəki 1 ədəd üzərində “Kgtel” yazısı olan, 1 ədəd üzərində “Vertu” yazısı olan mobil telefonları, 1 ədəd alışqanı, sol yan cibindən 1 ədəd içərisində 1 manat pul və 1 ədəd siqaret olan qara rəngli siqaret qutusu, 1 ədəd salfet kağızı, 1 ədəd qara rəngli tibbi maska, 1 kağız parçasını və 1 manat pul, əynində olan tünd göy rəngli qısa qol gödəkcəsinin sağ yan cibindən 1 ədəd “Huavei” markalı mobil telefon, sol iç cibindən 1 ədəd salfet kağızı, 1 ədəd istifadə edilməmiş siqaret qutusu, əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən isə 45 manat məbləğində pul aşkar edilərək götürülmüşdür. (iş vərəqə 30-32) İş materiallarında olan DİN-in BNMİ-nin Təhqiqat Qrupunun təhqiqatçısı tərəfindən tərtib edilmiş “baxış keçirilməsi və götürmə aparılması haqqında” 09 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanındakı qonaq otağında olan qabaq stolunun üst hissəsini kənara çəkməklə içərisindəki saxlanc yerindən 1 ədəd içərisində 2 bükümdə narkotik vasitə heroinə bənzər kütlə, 1 bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə, 1 elektron tərəzi olan sellofan torba aşkar edilərək götürülmüşdür. (iş vərəqə 37-39) İş materiallarında olan 09 aprel 2022-ci il tarixli, elektron məlumatların əks olunduğu 1 ədəd CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçisi X1, BNMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid2, baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid1 iştirakları ilə Təqsirləndirilən şəxs qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ arxa cibindən l(bir) ədəd sellofan bükümü, sol yan cibindən 1 (bir) ədəd yaşadığı evinin açarını, əynində olan tünd göy rəngli qısa qol gödəkcəsinin sağ yan cibindəki (bir) ədəd üzərində “Kgtel” yazısı olan, l(bir) ədəd üzərində “Vertu” yazısı olan mobil telefonları, l(bir) ədəd alışqanı, sol yan cibindən 1 (bir) ədəd içərisində 1 manat pul və 1 ədəd siqaret olan qara rəngli siqaret qutusunu, 1 ədəd salfet kağızı, 1 ədəd qara rəngli tibbi maskanı, 1 kağız parçasını və 1 manat pulunu təqdim edərək masanın üzərinə qoydu. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi. Şəxsi axtarış zamanı sonucunun əynində olan tünd göy rəngli qısa qol gödəkcəsinin sağ yan cibindən 1 ədəd “Huavei” markalı mobil telefon, sol iç cibindən 1 ədəd salfet kağızı, 1 ədəd istifadə edilməmiş siqaret qutusu, əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən isə 45(qırx beş) manat məbləğində pulu aşkar edilərək masanın üzərinə qoyuldu bundan başqa üzərindən heç bir əşya və ya predmet aşkar edilmədi. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi ümumilikdə 47 (qırx yeddi) manat pul, yaşadığı evin açarı siqaret qutuları, tibbi maskası, salfet və kağız parçaları özünə qaytarılsa da sonuncuya məxsus 3 ədəd mobil telefon, iş üzrə əhəmiyyət kəsb etdiyi üçün tərəfimdən götürüldü. Bundan sonra sonuncunun təqdim etdiyi sellofan bükümə baxış keçirilən zaman içərisində qəhvəyi rəngli kəskin iyli narkotik vasitə heroine bənzər kütlə olması müəyyən edildi. Həmin sellofan bükümdəki kütlənin təxmini çəkisinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda olan elektron tərəzi ilə çəkildi və təxmini çəkisinin qablaşdırılma ilə birlikdə 8 (səkkiz) qram olması müəyyən edildi. Həmin sellofan büküm 1 ədəd içərisi boş olan zərfə qoyularaq qablaşdırıldı, üzəri “DİN-nin Zərflər üçün 7 saylı” möhürü ilə möhürləndi, iştirakçılar tərəfindən imzalandıqdan sonra götürüldü. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs öncədən üzərinə şəxsi axtarış keçirilmədiyini, üzərində başqa pul vəsaitinin olmamasını, təqdim etdiyi sellofan bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, həmin maddənin bir hissəsini özü istifadə etməsi üçün bir hissəsini isə dost-tanışa satmaqla xərclərini ödəmək məqsədilə üzərində saxladığını , təxminən 7-8 ay öncə sosial şəbəkədə tanış olduğu, İran İslam Respublikasının vətəndaşı “Həbibi” adlı şəxsin vasitəsilə, Abşeron rayonu, Novxanı kəndi ərazisindən götürdüyünü, həmin şəxsin əlaqə nömrəsinin “Huavei” markalı telefonunda qeyd olunduğunu, özünün təxminən 1 ilə yaxındır ki, narkotik vasitə istifadəçisi olduğunu, narkotik vasitələrin satışı ilə isə təxminən 6-7 aydır ki, məşğul olduğunu, Yasamal rayonu ərazisində yaşadığı evində də narkotik maddə saxladığını, bu əməlindən heç kimin məlumatının olmamasını, saxlanılan zaman və baş idarədə olan zaman ona qarşı heç bir zor tətbiq edilmədiyini əlavə olaraq bildirmişdir. (iş vərəqə 59-60) İş materiallarında olan 09 aprel 2022-ci il tarixli, elektron məlumatların əks olunduğu 1 ədəd CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Bakı şəhəri, Yasamal rayonu 1-ci Alatava 128 ünvanında şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçisi X1, BNMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid2, baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid1 iştirakları ilə Təqsirləndirilən şəxs evində saxladığım bildirdiyi narkotik tərkibli maddələri təqdim etməsi təklif edildi. Bu təklifdən sonra o, evin qonaq otağına daxil olaraq, burada girişdən sol tərəfdə yerləşən, 1 ədəd yerdən təxminən 70 sm hündürlükdə olan qabaq stolunun üst hissəsini kənara çəkməklə içərisindəki saxlanc yerindən 1 ədəd sellofan torbanı təqdim edərək içərisində narkotik tərkibli maddələri, elektron tərəzi olduğunu söylədi və başqa heç bir yerdə narkotik tərkibli maddələr saxlamadığını bildirdi. Həmin təqdim edilmiş sellofan torbaya baxış keçirildi. Baxış zamanı həmin sellofan torbanın içərisində 02 (iki) bükümdə narkotik vasitə heroinə bənzər kütlə, 01 (bir) bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə, 1 elektron tərəzi olması müəyyən edildi. Aşkar edilmiş həmin kütlələrin təxmini çəkisinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda olan elektron tərəzi ilə çəkildi. İçərisində narkotik vasitə heroinə bənzər kütlə olan birinci sellofan bükümün qablaşdırılma ilə birlikdə çəkisinin 5,5(beş tam onda beş) qram, ikinci sellofan bükümün qablaşdırılma ilə birlikdə çəkisinin 9,6 (doqquz tam onda altı) qram digər bükümdəki psixotrop maddə metamfetaminə bənzər kütlənin qablaşdırılma ilə birlikdə təxmini çəkisinin 6,9(altı tam onda doqquz) qram olması müəyyən edildi. Aşkar edilmiş həmin bükümlə, 1 ədəd elektron tərəzi sellofan torbaya həmin sellofan torba isə 1 ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, üzəri möhürlənərək tərəfimdən götürüldü. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin sellofan bükümlərdə olan maddələrin narkotik vasitə “heroin”, və psixotrop maddə Olduğunu həmin maddələri həm öz istifadəsi həm də dost tanışa satış məqsədilə - saxladığını, İran İslam Respublikasının vətəndaşı, Həbib adlı şəxsin vasitəsilə Abşeron rayonu ərazisindən əldə etdiyini, başqa heç bir yerdə narkotik tərkibli maddələr saxlamadığını, bu fəaliyyətindən onunla birlikdə yaşayan qohumu Məhəmməd Camalovun və digər qohumlarının da məlumatının olmamasını, bildirdi. Bundan sonra onun razılığı əsasında evin digər otaqlarına baxış keçirilsə də oradan iş üzrə əhəmiyyət kəsb edəcək heç bir əşya və ya predmet aşkar edilmədi. Baxış zamanı mənzilin 1 mətbəxdən, 1 qonaq otağından, 1 sanitar qovşağından və 1 yataq otağından və 1 ədəd qapısı bağlı olan otaqdan ibarət olması müəyyən edildi. M.Camalov şifahi sorğu zamanı evdən aşkar edilmiş maddələr haqqında heç bir məlumatının olmamasını bildirmişdir. (iş vərəqə 62-63) İş materiallarında olan Bakı şəhəri Yasamal Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı əsasında "xxxx" MMC-dən götürülmüş, Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** və ***-***-**-** mobil nömrəsi ilə aparılan danışıqlara dair CD diskdə olan məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus olan ***-***-**-** və ***-***-**-** mobil telefon nömrəsindən müxtəlif nömrələrlə telefon danışıqları və SMS yazışmalarının aparılması, həmçinin Təqsirləndirilən şəxs tərəfindən narkotik vasitələrin alışı, satışı və istifadəsini təsdiq edən danışıqların və sms yazışmalarının aparılması müəyyən edilmişdir. (iş vərəqə 124) İş materiallarında olan Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir. (iş vərəqə 65) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunun izah tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, həmin Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər – narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 9-cu abzasında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır”. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) CM-in 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə özünü qismən təqsirli bilərək, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaması, satış məqsədi ilə əldə edib-saxlamaması, ondan 21,040 qram çəkidə narkotik vasitə heroinin aşkar edilməməsi, onun mənzilində yalnız ümumilikdə 8 qram narkotik vasitə heroin və 5 qramdan bir qədər artıq miqdarda psixotrop maddə metamfetamin olması, yaşadığı mənzilin yaxınlığında deyil, mənzildə yatdığı zaman polis əməkdaşları tərəfindən saxlanılması barədə ifadəsinə hüquqi qiymət verərək, belə hesab edir ki, onun məhkəmədə verdiyi ifadəsi işin faktiki hallarına uyğun deyil və məsuliyyətdən boyun qaçırmağa yönəlməklə, iş üzrə şahidlərin ifadələri, özünün ibtidai istintaq zamanı verdiyi ifadəsi, əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqqında 09 aprel 2022-ci il tarixli qərar və həmin qərarın qanuni hesab edilməsi barədə Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10 aprel 2022-ci il tarixli 6/1999 №-li rəyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 20 may 2022-ci il tarixli 5/512 №-li rəyi, “Şəxsi axtarış və götürmə aparılması haqqında” 09 aprel 2022-ci il tarixli protokol, 09 aprel 2022-ci il tarixli, elektron məlumatların əks olunduğu CD disklərə baxış keçirilməsi haqqında protokollar, "xxxx" MMC-dən götürülmüş danışıqlara dair CD diskdə olan məlumatlara baxış protokolu və digər mötəbər sübutlar ilə tam təkzib olunur. Eləcə də, Təqsirləndirilən şəxs 10 aprel 2022-ci il tarixdə şübhəli şəxs, 11 aprel 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən ifadələrində özünü təqsirli bilərək göstərmişdir ki, o, təxminən bir neçə ildir ki, müxtəlif yerlərdən narkotik vasitələr və psixotrop maddələr əldə edərək qəbul etmişdir. 09 aprel 2022-ci il tarixdə saat təxminən 11:30 radələrində ünvan 4 ünvanının yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı olduqları təqdim etmiş və onun külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğumu bildirmişlər. Barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra onu BNMİ-nə dəvət etmişlər. Burada hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmiş və hüquq və vəzifələri izah edilməklə buna dair bildiriş təqdim edilmişdir. Müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olan hər hansı əşya var isə təqdim etməyi xahiş edilmişdir. Bundan sonra o, əynində olan göy rəngli cins şalvarının sağ arxa cibindən 1 ədəd sellofan bükümdə heroini, sol yan cibindən yaşadığı evin açarını, ümumilikdə 2 manat pulunu, 2 ədəd mobil telefonunu, siqaret qutularını və digər əşyalarını təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən 1 mobil telefonu, 45 manat pulu və şəxsi əşyalarından başqa heç bir əşya və ya predmet aşkar edilməmişdir. Təqdim etdiyi ümumilikdə 47 manat pulu, yaşadığı evin açarı özünə qaytarılsa da özünə məxsus 3 ədəd mobil telefonu, iş üzrə əhəmiyyət kəsb etdiyi üçün izah edilməklə götürülmüşdür. Bundan sonra təqdim etdiyi sellofan bükümə baxış keçirilən zaman içərisində narkotik vasitə heroin olması müəyyən edilmişdir. Həmin sellofan bükümdəki heroinin təxmini çəkisinin qablaşdırılma ilə birlikdə 8 (səkkiz) qram olması müəyyən edilmiş, həmin sellofan büküm 1 ədəd içərisi boş olan zərfə qoyularaq qablaşdırılıb möhürlənmiş, o və digər iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Şifahi sorğu zamanı o, təqdim etdiyi sellofan bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, həmin maddənin bir hissəsini öz istifadəsi, bir hissəsini isə dost-tanışa satmaq üçün saxladığını, təxminən 7-8 ay öncə sosial şəbəkədə tanış olduğu, İran İslam Respublikasının vətəndaşı “Həbib” adlı şəxsin vasitəsilə, 1 gün öncə Abşeron rayonu, Novxanı kəndi ərazisindən götürdüyünü, həmin şəxsin əlaqə nömrəsinin telefonunda qeyd olunduğunu, özünün təxminən 1 ilə yaxındır ki, narkotik tərkibli maddələrin istifadəçisi olduğunu, Yasamal rayonunda yaşadığı evində də narkotik maddə saxladığını, saxlanılan zaman və baş idarədə olan zaman ona qarşı heç bir zor tətbiq edilmədiyini bildirmişdir. Onun razılıq ərizəsi əsasında yaşadığı ünvan baxış keçirilmiş və baxış zamanı mənzilin qonaq otağındakı qabaq stolunun içərisindəki saxlanc yerindən içərisində 2 bükümdə heroin, 1 bükümdə metamfetamin və 1 ədəd elektron tərəzi olan sellofan bükümü təqdim etmişdir. Aşkar edilmiş heroin və metamfetamin, elektron tərəzi ilə çəkildikdən sonra, 1 ədəd elektron tərəzi də kağız zərfə qoyularaq qablaşdırılmışdır. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»na əsasən, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 7,400 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunaraq götürülmüş 13,640 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 5,363 qram çəkidə psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq olmaqla külli miqdar təşkil edirlər. Digər tərəfdən, narkotik vasitənin ayrı-ayrı bükümlərdə olması da təsdiq edir ki, o, qeyd olunan miqdarda narkotik vasitələri və psixotrop maddələri qanunsuz olaraq məhz satış məqsədi ilə əldə edib özündə saxlamış və daşımışdır. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi əsasında təqsirli bilinərək cəzalandırılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxıl olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür kı, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş vərəqə 99) Məhkəmə AR CM-in 59 və 61-ci maddələrini rəhbər tutaraq, Təqsirləndirilən şəxs barəsində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddələrin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx.xx.2022-ci il tarixli, 4036 №-li rəyinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görüldüyündən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş qaydada ona narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cinayət əməlləri nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakları müəyyən edilmədiyindən, onun barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 7,400 qram çəkidə, ekspertiza tədqiqatından qalıq çəkisi 7,350 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunaraq götürülmüş 13,640 qram çəkidə ekspertiza tədqiqatından qalıq çəkisi 13,540 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 5,363 qram çəkidə ekspertiza tədqiqatından qalıq çəkisi 5,313 qram təşkil edən psixotrop maddə metamfetamin, 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “Kgtel”, 01 ədəd “Vertu”, 01 ədəd “HUAWEİ” markalı mobil telefonlar hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı, “Azercell” və "xxxx" MMC-dən daxil olan 02 ədəd CD disk, şəxsi axtarış və götürmə aparılmasına dair video görüntüləri əks etdirən 02 ədəd CD disk, məhkəmə kompüter-texniki ekspertizasının təqdim etdiyi 01 ədəd CD disk, ümumilikdə 05 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq, ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 161 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş materiallarında olan 09 aprel 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(004)- 276/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən, saat 11:30-dan hesablanmışdır. (iş vərəqə 21; iş vərəqə 82-86) Odur ki, Təqsirləndirilən şəxs barəsində olan cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi “Zəfər” Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 35 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri “Zəfər” Vəkil Bürosunun hesabına 210 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan 7,350 qram narkotik vasitə heroin, 13,540 qram narkotik vasitə heroin, 5,313 qram psixotrop maddə metamfetamin, 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd “Kgtel”, 01 ədəd “Vertu”, 01 ədəd “HUAWEİ” markalı mobil telefonlar hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın, 05 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci - ekspertiza tədqiqatının dəyərini təşkil edən 161 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi “Zəfər” Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsə göstərilmiş 35 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri “Zəfər” Vəkil Bürosunun hesabına 210 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Azər Paşayev İradə Həsənzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar