Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1578/2024 03.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər, X10 (sədrlik edən), X6 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1984-cü ildə Ermənistan Respublikasının Kalinin rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç bir yerdə işləməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)- 134/2024, 30 yanvar 2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 05 dekabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)- 1190/2023 saylı, 07 dekabr 2023-cü il tarixli qərarı ilə barəsində əvvəli 05 dekabr 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib satışını həyata keçirmək üçün şəxsiyyəti istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək 02 dekabr 2023-cü il tarixdə günorta saatlarında əvvəlcədən aralarında olan razılaşmaya əsasən naməlum şəraitdə sonuncu tərəfindən gizlədilmiş Bakı şəhəri Binəqədi rayonu “Binəqədi yolu” adlanan yerdə “Banuçiçək” adlı restorana yaxın olan körpünün altında iki ədəd bağlamada və bir ədəd bükümdə külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 950,0 qram, 935,0 qram və 34,09 qram, ümumi təmiz çəkisi külli miqdarda 1919,09 qram tərkiblərinə görə eyni olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananı əldə edərək 34,09 qramını üzərində bir ədəd bükümdə saxlamaqla daşımış, qalan ayrıayrılıqda təmiz çəkiləri 950,0 qram və 935,0 qramını yaşadığı ünvanda iki ədəd bağlamada saxlamış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat- axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 05 dekabr 2023-cü il tarixdə saat 20:05 dəqiqədə, Bakı şəhəri Binəqədi rayonu Bakı Fəhləsi küçəsi ev 22 ünvanının yaxınlığında, saxlanılaraq Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 4-cü polis şöbəsinin inzibati binasında aparılmış, şübhəli şəxs qismində tutulub həmin tarixdə saat 21:30 dəqiqədə üzərində videoçəkiliş tətbiqi ilə şəxsi axtarış keçirilən zaman əynində olan tünd göy rəngli şalvarın sol yan cibindən bir ədəd bükümün içərisində təmiz çəkisi 34,09 qram kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana, həmin əməliyyat-axtarış tədbirlərinin davamı olaraq həmin idarənin əməkdaşları tərəfindən 05 dekabr 2023-cü il tarixdə saat 22:30 dəqiqədə Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanına onun yazılı razılığı, özünün və müdafiəçisinin iştirakı ilə videoçəkiliş tətbiqi ilə keçirilmiş baxış zamanı evin həyətində olan qarajdan bir ədəd sellofan torbada iki ədəd bağlamada külli miqdarda ayrıayrılıqda təmiz çəkiləri 950,0 qram və 935,0 qram kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana, ümumi təmiz çəkisi külli miqdarda 1919,09 qram tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana və üzərində cüzi miqdarda marixuananın hissəcikləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, 2022-ci ilin ortalarından narkotik vasitə - heroin və qurudulmuş marixuanadan istifadə edir. Narkotik vasitəni əldə etdiyi “Baba” adlı şəxslə təxminən doqquz ay əvvəl “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə tanış olmuş, həmin vaxt istifadəsində olan mobil nömrəyə həmin sosial şəbəkə vasitəsi ilə xarici operatora məxsus mobil nömrədən zəng gəlmişdi. Telefon zənginə cavab verdikdə, həmin şəxs İran İslam Respublikasının vətəndaşı olduğunu, adının Baba olduğunu bildirmişdir. “Baba” adlı şəxs ona iş təklifi edərək narkotik vasitə göndərəcəyini, həmin narkotik vasitənin qoyulduğu yerləri ona bildirəcəyini, narkotik vasitələrin qoyulduğu yerin fotoşəkillərini göndərəcəyini, onun isə narkotik vasitəni qeyd olunan yerlərdən götürüb sonuncunun bildirdiyi və həmin sosial şəbəkə vasitəsi ilə fotoşəkilini göndərmiş olduğu yerə qoyacağını, bunun qarşılığında pul verəcəyini bildirmişdi. Lakin o, razı bu təkliflə razılaşmamışdır. Həmin vaxtdan sonra “Baba” adlı şəxs bir neçə dəfə həmin sosial şəbəkə vasitəsi ilə zəng edib eyni qaydada iş təklif etsə də o, yenə də bu təklifi qəbul etməmişdir. 01 dekabr 2023-cü il tarixdə “Baba” adlı şəxs yenə də zəng edib eyni qaydada iş təklif etmiş, həmin vaxt pula ehtiyacı olması səbəbindən razılaşmışdır. 02 dekabr 2023-cü il tarixdə günorta vaxtı Bakı şəhəri “Binəqədi yolu” adlanan yerdə “Banuçiçək” adlı restorana yaxın olan körpünün altında bir yerə iki ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuana qoyduğunu deyib həmin yerin fotoşəkilini sosial şəbəkə vasitəsi ilə ona göndərmişdi. 02 dekabr 2023-cü il tarixdə axşam saatlarında Babanın dediyi yerdən həmin narkotik vasitəni götürüb yaşadığı evə getmişdir. O, iki ədəd bağlamada olan narkotik vasitəni sellofan torbada yaşadığı evin həyətində yerləşən saxlanc otağında olan məişət əşyalarının arasında gizlədib saxlamışdır. Narkotik vasitəni götürdükdən sonra “Baba” adlı şəxs ona haraya hansı miqdarda qoyacağını barədə xəbər verəcəyini demiş, lakin polis əməkdaşları tərəfindən saxlanılana qədər xəbər vermədiyindən həmin narkotik vasitədən hər hansı bir yerə aparmamış və hər hansı bir şəxsə verməmişdir. “Baba” adlı şəxsin kimliyini, harada yaşadığını dəqiq bilmir, yalnızca həmin şəxsin adının Baba olduğunu, İran İslam Respublikasının ərazisində yaşadığını bilmişdir. 05 dekabr 2023-cü il tarixdə saat 20:05 radələrində yaşadığı ünvan 4 ünvanın yaxınlığında olan marketə getmişdir. Həmin vaxt üzərində heç bir narkotik vasitə olmamışdır. Marketdə olan zaman bir neçə nəfər şəxs ona yaxınlaşıb Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişdilər. Polis əməkdaşları ona üzərində narkotik vasitə saxlamaqda və narkotik vasitədən istifadə etməkdə şübhəli olduğunu bildirib Binəqədi rayon polis idarəsinin 4-cü polis şöbəsinə gətirdilər. Polis şöbəsində otaqların birində saat 21:30-da polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsi ilə üzərində axtarış aparılmışdır. Polis əməkdaşı ondan başqa yerdə narkotik vasitə saxlayıb-saxlamadığını soruşmuş, bu zaman o, sonuncuların yaşadığı ünvanda axtarış aparacağını, yaşadığı ünvanda saxladığı marixuananı da aşkar edəcəklərini bildiyi üçün orada marixuana saxladığını etiraf etmişdir. Ərizə yazaraq polis əməkdaşlarının yaşadığı ünvana baxış keçirməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları və müdafiəçisi ilə birlikdə Binəqədi rayon polis idarəsinin 4-cü polis şöbəsindən çıxıb yaşadığı ünvan 4 ünvanına getmişdir. Saat 22:30-da yaşadığı evin həyətində yerləşən qaraja onun, müdafəçsinin, polis əməkdaşlarının və qardaşı Şahid3 iştirakı ilə videoçəkiliş vasitəsi ilə baxış keçirilmişdir. Baxış zamanı polis əməkdaşı ona narkotik vasitəni harada saxladığını soruşaraq narkotik vasitəni təqdim etməyini bildirmişdir. Bundan sonra o, qarajdakı məişət əşyalarının arasından bir ədəd qara rəngli sellofan torbada saxladığı qurudulmuş marixuananı götürüb polis əməkdaşına təqdim etmişdir. Polis əməkdaşı torbanı açaraq iki ədəd bağlamada olan narkotik vasitə qurudulmuş marixuananı və bir ədəd elektron tərəzini aşkar etmişdir. Bu zaman iki ədəd bağlamanın içərisində narkotik vasitə qurudulmuş marixuananın olduğu müəyyən edilmişdir. Aşkar olunmuş iki ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuana polis əməkdaşı tərəfindən qablaşdırılaraq götürülmüşdür. Polis əməkdaşı protokol tərtib etmiş, həmin protokol polis əməkdaşları, müdafiəçisi, qardaşı Şahid3 və onun tərəfindən imzalanmışdır. Həmçinin üzərində və saxlanc yerində heç bir elektron tərəzi olmayıb. İttihamda göstərilən tərəzini anasının evindən götürüblər, hansı ki, həmin tərəzi mətbəxdə istifadə edilən tərəzi olmuşdur. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, ittihamda qeyd olunan tərəzi anasının evində olub və oradan götürülüb. İki ədəd bükümdə olan narkotik vasitənin biri bükümünü özündə saxlamalı, digərini isə müvafiq ünvanlara çatdırmalı olmuşdur, lakin sonradan həmin bükümü də özündə saxlamaq qərarına gəlmişdir. Narkotik vasitəni çatdırmasının müqabilində İran vətəndaşı ona 600 manat pul verəcəyini vəd etmişdir. Sözügedən iki ədəd bükümdə olan narkotik vasitələri əldə etmək üçün İran vətəndaşına heç bir ödəniş etməmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir və onun təqsiri özünün qismən etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən sübutlarla təsdiq edilir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxxxx 1984-cü il təvəllüdlü, ünvan 9 qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri Binəqədi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə 05 dekabr 2023-cü il tarixdə onun işlədiyi Baş Narkotiklərlə Mübarizə İdarəsinə etimad doğuran, qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. O, daxil olmuş əməliyyat məlumatı raportla idarə rəhbərliyinə məruzə etmişdir. Rəhbərlik tərəfindən məlumatın yoxlanılması, Təqsirləndirilən şəxs cinayət başında yaxalanması və cinayət əməlini ifşa etmək məqsədi ilə barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilmişdir. Bundan sonra o, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əməliyyat- axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul etmişdir. Baş Narkotiklərlə Mübarizə İdarəsinin 05 dekabr 2023-cü il tarixli əmri ilə ondan və polis nəfəri, polis serjantı Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 05 dekabr 2023-cü il tarixdə saat 20:05 radələrində o, Şahid2la birlikdə Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayonu Bakı Fəhləsi küçəsi 22 saylı ünvanın yaxınlığında piyada hərəkət etdiyini görmüşdür. O, Şahid2la birlikdə Təqsirləndirilən şəxs orada saxlayıb özlərini təqdim etmiş, sonuncuya narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında barəsində əməliyyat-axtarış tədbirlərinin keçirildiyini, bu səbəbdən saxlanıldığını bildirmişlər. Hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla o, Şahid2la birlikdə Təqsirləndirilən şəxs Binəqədi rayon polis idarəsinin 4-cü polis şöbəsinin inzibati binasına gətirib X7a təhvil vermişlər. O, Təqsirləndirilən şəxs Binəqədi rayon polis idarəsinin 4-cü polis şöbəsinə aparmaqları ilə bağlı raport yazmışdır. X7 Təqsirləndirilən şəxs hüquq və vəzifələrini, vəkil tutmaq hüququnu izah etmişdir. Bundan sonra Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X3 Məmmədova müdafiəçi təyin edilmiş və şöbəyə dəvət edilmişdir. Təqsirləndirilən şəxs vəkil Emil Babışova etirazının olmadığını demişdir. Bundan sonra X7 xidməti iş otağında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmışdır. Şəxsi axtarışda o, polis əməkdaşı Şahid2 və vəkil Emil Babışov iştirak etmişlər. X5 göstərişi əsasında Şahid2 eyni zamanda “Sony” markalı video kamera vasitəsi ilə video çəkiliş aparmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən bir ədəd büküm çıxarıb masanın üzərinə qoymuşdur. Paşa həmin bükümdəki kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmin cibindən bir ədəd elektron nəzarət cihazı çıxarmışdır. X7 Təqsirləndirilən şəxs paltarlarının cibinə baxmış, sonuncunun şalvarının sağ yan cibindən “Redmi” markalı bir mobil telefon, bir ədəd açar, sürücülük vəsiqəsi və 90 manat pul aşkar olunmuşdur. Açar və 90 manat pul Paşaya qaytarılmışdır. X7 həmin bükümün sellofanını kəsmiş və içərisində yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzəyən qurudulmuş ot kütləsinin olduğu müəyyən edilmişdir. X7 marixuanaya bənzər kütlənin olduğu bir ədəd bükümü zərfdə qablaşdırıb möhürləyərək götürmüşdür. Paşa aşkar edilmiş marixuananın özünə məxsus olduğunu, Baba adlı İran vətəndaşından onlayn formada aldığını, marixuananı Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən körpünün altından götürdüyünü bildirmişdir. Paşa həmçinin, yaşadığı evdə də qurudulmuş marixuana saxladığını, yaşadığı evə baxış keçirilib həmin marixuananın götürülməsinə etiraz etmədiyini bildirmişdir. X7 Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmənin aparılmasına dair protokol tərtib etmiş, o və digər iştirakçılar həmin protokolu imzalamışlar. Bundan sonra onlar iştirakçılarla birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanına getmişlər. Baxışda onlarda başqa Paşanın qardaşı Şahid3 da iştirak etmişdir. X5 göstərişi əsasında Şahid2 “Sony" markalı video kamera vasitəsi ilə video çəkiliş aparmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətdəki qarajdan qara rəngli bir ədəd sellofan torba götürüb orada olan avtomobilin kapotunun üstünə qoymaqla təqdim etmişdir. Həmin sellofan torbanın içərisindən iki ədəd bağlama və bir ədəd tərəzi aşkar edilmişdir. Paşa bağlamlardakı kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, tərəzini marixuananın çəkisini ölçmək üçün istifadə etdiyini bildirmişdir. X4yçı ilə bağlamalardan birini kəsmiş və içərisində qurudulmuş marixuanaya bənzər quru ot kütləsinin olduğu müəyyən edilmişdir. X7 aşkar edilmiş içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər iki ədəd bağlamanı və bir ədəd elektron tərəzini bir ədəd sellofan torbada qablaşdırıb götürmüşdür. Paşa aşkar edilmiş kütlənin qurudulmuş marixuana olduğunu, həmin marixananı da həmin Baba adlı İran vətəndaşından aldığını bildirmişdir. Paşa qarajda marixuana saxlamağından ailə üzvlərinin, eləcə də qardaşı Samirin xəbərinin olmadığını bildirmişdir. Bundan sonra qarajın digər hissələrinə baxılmış, hər hansı bir qanunsuz əşya, maddə aşkar edilməmişdir. X7 Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsinə dair protokol tərtib etmiş, o və digər iştirakçılar həmin protokolu imzalamışlar. Həmçinin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilmiş ümumi təmiz çəkisi - 1919,09 qram narkotik vasitə qurudulmuş marixuananı haradan əldə etdiyini bilməmişdir. Təqsirləndirilən şəxs həmin qurudulmuş marixuananı haradan əldə etməsi, eləcə də hər hansı bir şəxsdən alması barədə Baş Narkotiklərlə Mübarizə İdarəsinə məlumat daxil olmamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs qurudulmuş marixuananı internet sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu Baba adlı İran vətəndaşından onlayn formada aldığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı İlə məşğul olması barədə Baş Narkotiklərlə Mübarizə İdarəsinə məlumat daxil olmuş, sonuncu həmin 1919,09 qram narkotik vasitə qurudulmuş marixuananı satmaq məqsədi ilə əldə edib üzərində və yaşadığı ünvana saxlamışdır. Məhkəmədə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Ermənistan Respublikası Kalinin rayonunda anadan olmuş və 1988-ci il tarixdən Bakı şəhərində yaşamışdır. O, Bakı şəhəri Binəqədi rayonu M.Rəsulzadə qəsəbəsi ünvan 5 ünvanda yaşamışdır. Təqsirləndirilən şəxs onun doğma qardaşı olmuşdur. Paşa valideyinləri ilə birlikdə onun yaşadığı evin həyətində yerləşən digər evdə yaşamışdır. Paşa heç vaxt ailə qurmamış və övladı olmamışdır. 2023-cü ilin yanvar ayında qardaşı Paşa Binəqədi rayon polis idarəsinin əməkdaşları tərəfindən tutulmuş və barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Həmin vaxtdan sonra o, qardaşı Paşanın narkotik vasitə istifadə etdiyini bilmişdir. O, qardaşı Paşaya sonuncunu narkoloji dispanserdə müalicə etdirməyi təklif etmiş və müalicə olunaraq narkotik vasitə istifadə etməməsini məsləhət etmişdir. Lakin, Paşa narkotik vasitə istifadə etmədiyini bildirib müalicə olunmaqdan boyun qaçırmışdır. Binəqədi rayon Məhkəməsinin hökmü ilə Paşaya 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilmişdir. Həmin cəzanı çəkdiyi dövrdə Paşa növbəti dəfə də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün tutulmuşdur. Binəqədi rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli hökmü ilə Paşanın barəsində bir il üç ay müddətinə azadlıqdan məhrum etmə cəzası verilmişdir. Sonuncu dəfə isə 05 dekabr 2023-cü il tarixdə axşam saatlarında o, yaşadığı evdə olan zaman yaşadığı ünvana polis əməkdaşları gəlmişlər. Polis əməkdaşları Baş Narkotiklərlə Mübarizə İdarəsinin işçiləri olduğunu, qardaşı Paşanı saxlayıb üzərinə şəxsi axtarış keçirdiklərini, Paşanın üzərindən marixuanaya bənzər maddənin aşkar edildiyini, Paşanın yaşadığı ünvanda da həmin maddələrdən saxladığını, baxış keçirmək üçün gəldiklərini demişlər. Polis əməkdaşları baxış keçirilməsinə etirazının olub-olmadığını soruşmuşlar. O, etiraz etməmiş və bu barədə ərizə yazmışdır. Bundan sonra polis əməkdaşları evin həyətində yerləşən qaraja baxış keçirmişlər. Baxış zamanı Paşa qarajda olan təkərlərin arasında bir ədəd sellofan torbanı götürüb təqdim etmişdir. Torbanın içərisində iki ədəd bağlama aşkar edilmişdir. Paşa torbadakı kütlənin qurudulmuş marixuana olduğunu və Baba adlı İran vətəndaşından aldığını demişdir. Polis əməkdaşları aşkar edilmiş kütləni qablaşdırıb götürmüşlər. Qarajdan başqa maddə aşkar edilməmişdir. 05 dekabr 2023-cü il tarixdə axşam saatlarında o, evdə olarkən Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları yaşadığı ünvana gəldikdən sonra o, Paşanın artıq tutulduğunu bilmişdir. Lakin, o, Paşanın nə vaxt və harada tutulduğunu görməmişdir. O, Paşanın yaşadığı evin həyətindəki qarajda iki ədəd bağlamada təmiz çəkiləri 950 qram və 935 qram narkotik vasitə - qurudulmuş marixuana saxladığını bilməmiş, onun bundan məlumatı olmamışdır. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin polis nəfəri, polis baş serjantı Şahid2 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, xx xxxxxx 1984-cü il təvəllüdlü, ünvan 9 qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri Binəqədi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə 05 dekabr 2023-cü il tarixdə onun işlədiyi Baş Narkotiklərlə Mübarizə İdarəsinə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat müvəkkili Şahid1 daxil olmuş əməliyyat məlumatını raportla idarə rəhbərliyinə məruzə etmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədi ilə barəsində əməliyyat- axtarış tədbirlərinin keçirilməsinə icazə verilmişdir. Bundan sonra əməliyyat müvəkkili Şahid1 həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul etmişdir. Əməliyyat müvəkkili Şahid1 və ondan ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 05 dekabr 2023-cü il tarixdə saat 20:05 radələrində o, Şahid1la birlikdə Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayonu Bakı Fəhləsi küçəsi 22 saylı ünvanın yaxınlığında piyada hərəkət etdiyini görmüşdür. O, Şahid1la birlikdə Təqsirləndirilən şəxs orada saxlayıb özlərini təqdim etmiş, sonuncuya narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında barəsində əməliyyat-axtarış tədbirlərinin keçirildiyini, bu səbəbdən saxlanıldığını bildirmişlər. O, Şahid1la birlikdə Təqsirləndirilən şəxs Binəqədi rayon polis idarəsinin 4-cü polis şöbəsinin inzibati binasına gətirib X7a təhvil vermişlər. X7 Təqsirləndirilən şəxs hüquq və vəzifələrini, vəkil tutmaq hüququnu izah etmişdir. Bundan sonra Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X3 Məmmədova müdafiəçi təyin edilmiş və şöbəyə dəvət edilmişdir. Təqsirləndirilən şəxs vəkil Emil Babışova etirazının olmadığını demişdir. Bundan sonra X7 xidməti iş otağında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış apardı. Şəxsi axtarışda o, polis əməkdaşı Şahid1 və vəkil Emil Babışov iştirak etmişlər. X5 göstərişi əsasında o, “Sony” markalı video kamera vasitəsi ilə video çəkiliş aparmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən bir ədəd büküm çıxarıb masanın üzərinə qoymuşdur. Paşa həmin bükümdəki kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Bundan sonra Paşa həmin cibindən bir ədəd elektron nəzarət cihazı çıxarmışdır. X7 Paşanın paltarlarının cibinə baxmış, sonuncunun şalvarının sağ yan cibindən “Redmi” markalı bir mobil telefon, bir ədəd açar, sürücülük vəsiqəsi və 90 manat pul aşkar olunmuşdur. Bir ədəd açar və 90 manat pul Paşaya qaytarılmışdır. X7 həmin bükümün sellofanını kəsmiş və içərisində yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzəyən qurudulmuş ot kütləsinin olduğu müəyyən edilmişdir. X7 marixuanaya bənzər kütlənin olduğu bir ədəd bükümü zərfdə qablaşdırıb möhürləyərək götürmüşdür. Paşa aşkar edilmiş marixuananın özünə məxsus olduğunu, Baba adlı İran vətəndaşından onlayn formada aldığını, marixuananı Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən körpünün altından götürdüyünü bildirmişdir. Paşa həmçinin, yaşadığı evdə də qurudulmuş marixuana saxladığını, yaşadığı evə baxış keçirilib həmin marixuananın götürülməsinə etiraz etmədiyini bildirmişdir. X7 Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmənin aparılmasına dair protokol tərtib etmiş, o və digər iştirakçılar həmin protokolu imzalamışlar. Bundan sonra onlar iştirakçılarla birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanına getmişlər. Baxışda onlardan başqa Paşanın qardaşı Şahid3 da iştirak etmişdir. X5 göstərişi əsasında o, “Sony” markalı video kamera vasitəsi ilə video çəkiliş aparmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətindəki qarajdan qara rəngli bir ədəd sellofan torba götürüb orada olan avtomobilin kapotunun üstünə qoymaqla təqdim etmişdir. Həmin sellofan torbanın içərisindən iki ədəd bağlama və bir ədəd tərəzi aşkar edilmişdir. Paşa bağlamlardakı kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, tərəzini marixuananın çəkisini ölçmək üçün istifadə etdiyini bildirmişdir. X4yçı ilə bağlamalardan birini kəsmiş və içərisində qurudulmuş marixuanaya bənzər quru ot kütləsinin olduğu müəyyən edilmişdir. Digər bağlamanın içərisində də marixuanaya bənzər kütlənin olduğu görünmüşdür. X7 aşkar edilmiş içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər iki ədəd bağlamanı və bir ədəd elektron tərəzini bir ədəd sellofan torbada qablaşdırıb götürmüşdür. Paşa aşkar edilmiş kütlənin qurudulmuş marixuana olduğunu, həmin marixananı da həmin Baba adlı İran vətəndaşından aldığını bildirmişdir. Paşa qarajda marixuana saxlamağından ailə üzvlərinin, eləcə də qardaşı Samirin xəbərinin olmadığını bildirmişdir. Bundan sonra qarajın digər hissələrinə baxılmış, hər hansı bir qanunsuz əşya, maddə aşkar edilməmişdir. X7 Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsinə dair protokol tərtib etmiş, o və digər iştirakçılar həmin protokolu imzalamışlar. Həmçinin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilmiş ümumi təmiz çəkisi - 1919,09 qram narkotik vasitə qurudulmuş marixuananı haradan əldə etdiyini o, bilməmişdir. Təqsirləndirilən şəxs həmin qurudulmuş marixuananı haradan əldə etməsi, eləcə də hər hansı bir şəxsdən alması barədə Baş Narkotiklərlə Mübarizə İdarəsinə məlumat daxil olmamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs qurudulmuş marixuananı internet sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu Baba adlı İran vətəndaşından onlayn formada aldığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə Baş Narkotiklərlə Mübarizə İdarəsinə məlumat daxil olmuş, sonuncu həmin 1919,09 qram narkotik vasitə qurudulmuş marixuananı satmaq məqsədi ilə əldə edib üzərində və yaşadığı ünvana saxlamışdır. Cinayət işinin materiallarında olan 07 dekabr 2023-cü il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan və məhkəmə iclasında tədqiq edilmiş videogörüntülərdən müəyyən edilmişdir ki, görüntülərə əsasən Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 4-cü polis şöbəsinin inzibati binasında xidməti iş otağında şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis mayoru Şahid1 və Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X12 iştirak etmişdir. Şəxsi axtarış və götürmə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin polis nəfəri, polis baş serjantı Şahid2 tərəfindən “Sony” markalı video kamera vasitəsi ilə videoçəkilişlə qeydə alınmışdır. X7 Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 05 dekabr 2023-cü il tarixdə saat 20:05 dəqiqədə ünvan 6 ünvanının yaxınlığında saxlanılaraq Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 4-cü polis şöbəsinin inzibati binasına gətirilməsi və onun şübhəli şəxs qismində tutulması barədə məlumat vermişdir. Sonra şəxsi axtarış və götürmədə iştirak edən şəxslər özlərini təqdim etmişdir. X7 Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya, predmet olduğu halda təqdim etməsini bildirmişdir. Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən bir ədəd büküm çıxarıb masanın üzərinə qoymuş, nəşədir demişdir. Həmçinin, Təqsirləndirilən şəxs həmin cibindən bir ədəd predmet çıxarıb qolbaq olduğunu bildirmişdir. Bundan sonra X7 Təqsirləndirilən şəxs paltarlarına baxmış, əynində olan şalvarının sağ yan cibindən “Redmi” markalı mobil telefon aşkar etmişdir. Paşa mobil telefonda nar nömrənin, ***-***-**-** saylı nömrənin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 90 manat pul aşkar olunmuş və həmin pulun özünə məxsus olduğunu bildirmişdir. Həmin cibdən Təqsirləndirilən şəxs məxsus sürücülük vəsiqəsi və bir ədəd açar aşkar olunmuşdur. Aşkar olunmuş bir ədəd açar və 90 manat pul Təqsirləndirilən şəxs qaytarılmışdır. X7 Təqsirləndirilən şəxs təqdim etdiyi bükümü elektron tərəzidə çəkmiş və 41 qram olduğu müəyyən edilmişdir. X4yçı ilə sellofan bükümü kəsib açmış, içərisində yaşıl rəngli ot kütləsi aşkar olunmuş və həmin kütlə narkotik vasitə qurudulmuş marixuanaya bənzəmişdir. X7 sellofanı lentlə yapışdırmışdır. X7 bir ədəd zərfin üzərində qeydiyyat aparmış, zərfin üzəri Təqsirləndirilən şəxs və müdafiəçi Emil Babışov tərəfindən imzalanmışdır. X7 sellofan bükümdə olan kütləni həmin zərfə qoymuş, zərfin açıq yerini yapışdırmış və möhürləyib götürmüşdür. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlənin ona məxsus olduğunu, Baba adlı İran vətəndaşından əldə etdiyini, Baba ilə internet vasitəsi ilə tanış olduğunu, narkotik vasitəni üç gün əvvəl Bakı şəhəri Binəqədi rayonunda körpünün altından götürdüyünü, həmin nerkotik vasitənin orada olduğunu Baba adlı şəxsin ona bildirdiyini, hər hansı bir şəxsə narkotik vasitə satmadığını, yaşadığı evin qarajında da narkotik vasitə olduğunu, yaşadığı evə baxış keçirilməsinə etiraz etmədiyini, polis əməkdaşları tərəfindən ona hər hansı bir şiddətin, fiziki, mənəvi, psixoloji təsirin olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan 07 dekabr 2023-cü il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan və məhkəmə iclasında tədqiq edilmiş videogörüntülərdən müəyyən edilmişdir ki, görüntülərə əsasən 05 dekabr 2023-cü il tarixdə saat 22:30 dəqiqədə ünvan 8 ünvanda yerləşən Təqsirləndirilən şəxs narkotik vasitə saxladığını bildirdiyi qaraja baxış keçirmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis mayoru Şahid1, Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X12 və Təqsirləndirilən şəxs qardaşı - xx xxxxxx 1982-ci ildə Ermənistan Respublikasının Kalinin rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 9 qeydiyyatda olan və yaşayan Şahid3 iştirak etmişdir. Baxış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin polis nəfəri, polis baş serjantı Şahid2 tərəfindən “Sony” markalı video kamera vasitəsi ilə videoçəkilişlə qeydə alınmışdır. X7 Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 05 dekabr 2023cü il tarixdə saat 20:05 dəqiqədə ünvan 9 ünvanının yaxınlığında saxlanılaraq Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 4-cü polis şöbəsinin inzibati binasına gətirilməsi, onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs narkotik vasitənin bir hissəsini Binəqədi rayonu Bakı Fəhləsi küçəsi ev 22-də saxladığını dediyini bildirmişdir. Şəxsi axtarış və götürmədə iştirak edən şəxslər özlərini təqdim etmişdir. X7 Şahid3 evə baxış keçirilməsinə etirazının olub-olmadığını soruşmuşdur. Şahid3 etiraz etmədiyini bildirmişdir. X7 Təqsirləndirilən şəxs qanunla qadağan edilmiş nəsə saxlayıb-saxlamadığını soruşmuşdur. Təqsirləndirilən şəxs qanunla qadağan edilmiş əşya saxladığını, lakin, qardaşının və ailə üzvlərinin həmin əşyadan xəbərinin olmadığını bildirmişdir. X7 Təqsirləndirilən şəxs hara gedəcəklərini soruşmuş, sonuncu saxlanc yerinə cavabını vermişdir. Bundan sonra darvazanı açaraq baxışda iştirak edən şəxslər qaraja daxil olmuşlar. Təqsirləndirilən şəxs qarajdan qara rəngli sellofan torba götürmüş, həmin torbanı qarajda dayanmış avtomobilin kapotunun üstünə qoymuşdur. Həmin torbanın içərisindən iki ədəd sellofan bağlama və bir ədəd dairəvi formada, ağ rəngli elektron tərəzi aşkar edilmişdir. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs iki ədəd bağlamadakı kütlənin qurudulmuş marixuana olduğunu, tərəzini marixuananın çəkisini çəkmək üçün istifadə etdiyini, ailə üzvlərinin heç kimin xəbərinin olmadığını bildirmişdir. X4yçı ilə bağlamalardan birini kəsmiş, içərisində qurudulmuş marixuanaya bənzər quru ot kütləsinin olduğu müəyyən edilmişdir. X7 bağlamanın kəsilmiş hissəsini lentlə bağlamış, sonra hər iki bağlamanı sellofan torbada çəkmiş, 2000 qram olduğu müəyyən edilmişdir. X7 aşkar edilmiş tərəzini də həmin torbaya qoymuş, kağızda qeydiyyat aparmış, həmin kağız Təqsirləndirilən şəxs və müdafiəçi Emil Babışov tərəfindən imzalanmışdır. X7 iki ədəd bağlamanı və bir ədəd elektron tərəzini bir ədəd sellofan torbada qablaşdırmış və möhürləmişdir. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq yaşadığı evdən aşkar olunmuş kütlələr və elektron tərəzinin ona məxsus olduğunu, Baba adlı İran vətəndaşından alıb əldə etdiyini bildirmişdir. Baxış zamanı qarajdan başqa əşya, predmet aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06 dekabr 2023-cü il tarixli 3-16-16/2-7/1652 nömrəli rəyindən görünür ki, üzərində “Təqsirləndirilən şəxs üzərindən ...” sözləri yazılmış zərfdə bir ədəd sellofan bükülüdə təmiz çəkisi 34,09 qram və üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş edilmiş...” sözləri yazılmış sellofan bağlamada olan iki ədəd sellofan bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 950,0 qram və 935,0 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Marixuananın ümumi çəkisi 1919,09 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Təqdim edilmiş bir ədəd elektron tərəzinin üzərində cüzi miqdarda marixuananın hissəcikləri vardır. Marixuananın hissəcikləri cüzi miqdarda olduğu üçün onun çəkisini və eyniliyini müəyyən etmək mümkün deyildir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X13 X8 X9 üzrə 26 dekabr 2023-cü il tarixli 8452 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X14 26 dekabr 2023-cü il tarixli 3609 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs qeyd edilən cinayət hadisəsini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və öz hərəkətlərini ölçübbiçmək və ona rəhbərlik etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hadisəni düzgün qavrayıb, düzgün ifadə vermək qabiliyyətindədir. Cinayət işinin materiallarında olan əməliyyat tapşırığına verilmiş 03 fevral 2024-cü il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 4-cü polis şöbəsinin əməkdaşları tərəfindən bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs düzgün ifadə vermişdir. Belə ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar edilərək götürülmüş 1919,09 qram narkotik vasitə qurudulmuş marixuana ona məxsus olmuşdur. Təqsirləndirilən şəxs həm qurudulmuş marixuana istifadə etmiş, satışı ilə məşğul olmuş, üzərindən və yaşadığı ünvandan aşkar edilmiş qurudulmuş marixuananı həm satmaq, həm də istifadə etmək üçün əldə etmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar edilmiş qurudulmuş marixuananı aldığı Baba adlı şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 16 yanvar 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 18 may 2023cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 05 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi 29 noyabr 2023-cü il tarixdə məhkəməyə göndərilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli 1(001)-134/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib ona 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)- 341/2023 hökmü ilə məhkum olunduğu və çəkilməmiş qalan 2 (iki) il 2 (iki) ay 9 (doqquz) gün hissəsi azadlığın məhdudlaşdırılması cəzasının iki günü, azadlıqdan məhrum etmə cəzasının bir gününə, yəni 1 (bir) il 1 (bir) ay 4 (dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmuş və Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən həmin cəza hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilmiş və Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 avqust 2023-cü il tarixdən 12 avqust 2023-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanıb, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində 1 (bir) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir, təsnifata görə ağır cinayətlərdir. Məhkəmə hesab edir ki, şübhəli şəxs qismində tutularkən üzərində heç bir narkotik vasitə olmaması, həmçinin saxlanc yerində elektron tərəzi aşkar olunmaması, ittihamda qeyd edilən tərəzinin mətbəxdə istifadə olunan tərəzi olması barədə Təqsirləndirilən şəxs ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikasının 28 iyun 2175-ci il tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının” İ siyahısının 5-ci bəndinin tələbinə görə qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 500 qramdır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, yaşını, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf etməsini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 16 yanvar 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 18 may 2023cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 05 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 18.4 və 18.4.4-cü maddələrinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Buna görə də məhkəmə hesab edir ki, əvvəllər qəsdən cinayət törətməyə görə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs həmin cinayət əməlinə, yəni azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətə görə məhkumluğu cinayətin residivi növündə cəzanı ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Bundan başqa Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli 1(001)-134/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib ona 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)-341/2023 hökmü ilə məhkum olunduğu və çəkilməmiş qalan 02 (iki) il 02 (iki) ay 09 (doqquz) gün hissəsi azadlığın məhdudlaşdırılması cəzasının iki günü, azadlıqdan məhrum etmə cəzasının bir gününə, yəni 01 (bir) il 01 (bir) ay 04 (dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmuş və Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən həmin cəza hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilmiş və Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 avqust 2023-cü il tarixdən 12 avqust 2023-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 02 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanıb, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə görə cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 1(001)-134/2024 saylı, 30 yanvar 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası bu hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilməlidir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2022-ci il tarixli Plenumunun Qərarına əsasən əvvəlki hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halı həmin hökmün qüvvəyə minməsindən əvvəl törədilmiş cinayətə görə cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsinin mümkünlüyünu istisna edən əsas kimi qəbul edilə bilməz. Belə ki, göstərilən halda Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalı, yəni çəkilmiş cəza cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəzadan çıxılmalıdır. Bu baxımdan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair barəsində Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 1(001)-134/2024 saylı, 30 yanvar 2024-cü il tarixli ittihamedici hökmünün çıxarıldığı cinayət işi üzrə 10 avqust 2023-cü il tarixdən 12 avqust 2023-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 05 dekabr 2023-cü il taixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-1190/2023 saylı, 07 dekabr 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 05 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut qismində tanınaraq Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağına təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq təmiz çəkisi 1918,94 qram narkotik vasitə - qurudulmuş marixuana məhv edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 02 ədəd DVD disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, məhkəmə iclaslarında Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçina dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 avqust 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 35 (otuz beş) iş saatı üçün 210 (iki yüz on) manat məbləğində vəsait Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçina ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 1(001)-134/2024 saylı, 30 yanvar 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzası ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs çəkilməsi üçün 06 (altı) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair barəsində Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 1(001)- 134/2024 saylı, 30 yanvar 2024-cü il il tarixli ittihamedici hökmünün çıxarıldığı cinayət işi üzrə 10 avqust 2023-cü il tarixdən 12 avqust 2023-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq hazırki hökm üzrə təyin olunmuş 06 (altı) il müddətə azadlıqdan məһrum etmə cəzasından çıxılmaqla Təqsirləndirilən şəxs üzərində çəkilməsi üçün qəti olaraq 05 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətdə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək və məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 05 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut qismində tanınaraq Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağına təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 1918,94 qram narkotik vasitə - qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 02 ədəd DVD disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Məhkəmə-bioloji ekspertizasının keçirilməsinə xərclənmiş 72 (yetmiş iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 35 (otuz beş) iş saatı üçün 210 (iki yüz on) manat məbləğində vəsait Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçina ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Elnur Nuriyev (sədrlik edən) Azər Tağıyev Kamran Muxtarov
Məhkəmə qərarları › İş №1(101)-1578/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1578/2024
03.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver