Məhkəmə qərarları › İş №1(101)-1579/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1579/2022

16.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1579/2022 16.11.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X5-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhər “Femida” Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxxxx 2002-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, orta təhsilli, subay, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 iyun 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 180.2.2, 180.2.4, 180.2.5ci maddələri ilə 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 27 dekabr 2017-ci il tarixdə onun barəsində Xətai rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsində edilmiş dəyişikliklər tətbiq edilərək hökmdən “xeyli miqdar” və Azərbaycan Respublikasının CM-nin 180.2.5-ci maddəsi xaric edilmiş, və 18 mart 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, ünvan 1 ünvanında pasport qeydiyyatında olub, ünvan 2aşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Bakı İstintaq Təcrixdanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs başqa mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 506,501 qram çəkidə narkotik vasitə heroini əldə edib, özündə saxlamaqla daşımış, 12 aprel 2022-ci il tarixdə Nəsimi RPİ-nin X2 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, saat 12:35-dəqiqədə ünvan 3 ünvanın qarşısında saxlanılaraq, Nəsimi RPİ-nin inzibati binasına gətirilmiş, və Polis İdarəsində üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarın sol yan cibindəki pul qabının içərisindən üç bükümdə, ayrı-ayrılıqda çəkiləri 0,297 qram, 0,679 qram, 0,525 qram, ümumi təmiz çəkisi 1,501 qram təşkil edən həmin narkotik vasitə heroin, əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən isə bir bükümdə təmiz çəkisi 505 qram təşkil edən narkotik vasitə heroin aşkar edilərək, götürülmüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadələrində göstərdi ki, özü heroin istifadə edir. O, tutlumamışdan təxminən 4-5 gün əvvəl Nəsimi rayonu “““Kubinka””” deyilən ərazidə, məişət tullantıları olan ərazidə metal yığan vaxt orada sarı kağızda bükülünü tapmışdır. Həmin bükülünü açanda, bükülünün içərisində heroin olduğunu görmüşdür. O, həmin bükülünü götürmüş, və öz istifadəsi üçün az miqdarda bükümlərə ayırmışdır. O, 12 aprel 2022-ci il tarixdə, təxminən günorta vaxtlarında Bakı şəhəri, Nəsimi rayonu, N.B.Vəzirov küçəsi 6 ünvanı qarşısında olarkən, iki nəfər Polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra, onun ad və soyadını soruşmuşlar. O, özünü təqdim edəndən sonra Polis əməkdaşları ondan üzərində narkotik vasitənin olub-olmadığını soruşarkən bildirmişdir ki, üzərində heç nə yoxdur. Buna baxmayaraq, Polis əməkdaşları onu Nəsimi RPİ-yə gətirmişlər. Polis şöbəsində Polis əməkdaşları ona üzərində axtarış aparacaqlarını bildirmişlər və bunun üçün videoçəkilişdən istifadə edəcəklərini demişlər. O, buna etiraz etməmişdir. Axtarış videoçəkiliş vasitəsi ilə aparılmışdır. Axtarış zamanı o, əynindəki qara rəngli cins şalvarının sol yan cibindən şabalıdı rəngli pul qabının içərisində 03 ədəd gümüşü rəngli kağıza bükülmüş, içərisində toz şəkilli heroin maddə olan bükülünü və qara rəngli gödəkçəsinin sağ yan cibindən sarı kağıza bükülmüş, içərisində qəhvəyi rəngli toz şəkilli maddə heroin olan bükülünü çıxarıb, təqdim etmişdir. Polis əməkdaşları ondan narkotik vasitəni haradan əldə etdiyini soruşanda, o, həmin narkotik vasitəni Bakı şəhəri, Nəsimi rayonu ““Kubinka”” deyilən ərazidən, məişət tullantıları olan ərazidən tapmış və özü istifadə etməsi üçün üzərində saxlamışdır. O, narkotik vasitələrin satışı ilə məşqul olmamışdır, və ondan aşkar olunan heroinləri satış məqsədi ilə əldə etməmişdir. Heroini o tapmışdır. Ona kömək etməyi xahiş edir. Şahid1 ifadələrində göstərdi ki, 12 aprel 2022-ci il tarixdə Nail adlı şəxsin Bakı şəhəri, Nəsimi rayonu ərazisində narkotik vasitələri əldə etməsi, saxlaması, gəzdirməsi, istifadə etməsi və satması barədə Nəsimi RPİ-nin Narkotiklərlə Mübarizə bölməsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2, onun iştirakı ilə, təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul etdi. Həmin qərar əsasında o, və onunla birlikdə Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 ünvan 5 ünvanda təxminən 15-20 dəqiqə gözlədikdən sonra Nailin gəldiyini görüb, həmin şəxsə yaxınlaşaraq, onlar özlərini təqdim etmiş və daha sonra isə həmin şəxsdən qanunsuz olaraq narkotik vasitədərin qanunsuz dövriyyəsi ilə məşqul olması ilə bağlı məlumata malik olduqlarını bildirib, həmin şəxsin üzərinə baxış keçirilməsi məqsədilə Nəsimi RPİ-yə dəvət etmişlər. Orada Nailin şəxsiyyəti müəyyən olundu. Onun xx xxxxxx 2002-ci il tarixdə Yevlax şəhərində doğulmuş, orta təhsilli, subay, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olan, ünvan 6 ünvanında pasport qeydiyyatında olmaqla ünvan 7anında yaşayan Təqsirləndirilən şəxs olması müəyyən olundu. Nəsimi RPİ-nin inzibati binasındakı xidməti otaqların birində müdafiəçinin və video qeydiyyata almaq üçün çağırılmış mütəxəssisin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilməyə başlanılmamışdan qabaq Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edildi. Təqsirləndirilən şəxs əynindəki şalvarın sol yan cibindən pul kisəsindən üç ədəd gümüşü rəngli kağıza bükülmüş, içərisində qəhvəyi rəngli toz şəkilli maddə olan bükülünü və qara rəngli gödəkçəsinin sağ yan cibindən sarı kağıza bükülmüş, içərisində qəhvəyi rəngli toz şəkilli maddə olan bükülünü çıxarıb, təqdim etdi. Bütün bunlardan sonra Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması barədə soruşduqda, Nail üzərində hər hansı bir əşyanın olmadığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmağa başlanıldı. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qəhvəyi rəngli, spesefik iyə malik, toz şəkilli maddənin narkotik vasitə heroin olmasını bildirdi. Ondan həmin bükülünü haradan əldə etdiyi və nə məqsəd ilə üzərində gəzdirdiyi barədə soruşduqda o, həmin maddəni Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə, məişət tullantıları olan ərazidən yerdən tapdığını bildirmişdir. Nail saxlanılanda ona nə fiziki, nə də psixi təsir edilməyib. Əksinə o, vəkillə təmin edilib, onunla bütün hərəkətlər vəkilin iştirakı ilə icra olunub. Şahid2 ifadələrində Nəsimi RPİ-nin NBM-nin əməliyyat müvəkkili vəzifəsində işlədyiyini göstərib, şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadələr verib, onun ifadələrində göstərdiyi halları təsdiq etdi. Məhkəmədə elan edilib, araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş 12 aprel 2022-ci il tarixli “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 aprel 2022-ci il tarixdə Nəsimi RPİ-nin NMBnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 12:35-də ünvan 3 ünvanın qarşısında saxlanılaraq, Nəsimi RPİ-nin inzibati binasına gətirilmiş, Polis İdarəsində onun üzərində şəxsi axtarış keçirilən zaman onun əynində olan qara rəngli cins şalvarın sol yan cibindəki pul kisəsinin içərisindən ayrı-ayrılıqda çəkisi 0,297 qram, 0,679 qram, 0,525 qram olmaqla, ümumi təmiz çəkisi 1,501 qram təşkil edən 03 bükümdə həmin narkotik vasitə heroin və əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən isə 01 bükümdə təmiz çəkisi 505 qram təşkil edən narkotik vasitə heroin aşkar edilərək, götürülmüşdür. Həmin videoçəkilişin qeydə alınıb, yazıldığı 01 ədəd DVD disk sübut növü kimi tanınaraq, cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə elan edilib, araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş məhkəməkimyəvi ekspertizasının 13 aprel 2022-ci il tarixli 6/2066 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan – 01 (bir) ədəd bükümdə təmiz çəkisi 505 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi və 03 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,297 qram, 0,679 qram, 0,525 qram ümumi təmiz çəkisi 1,501 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar hazırlanmış narkotik vasitə heroindir. Məhkəmədə elan edilib, araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş dörd ədəd bükümdəki maddə təmiz çəkisi 506,501 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroin tərəfimdən xx.xx.2022-ci il tarixli qərarla maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra narkotik vasitə heroinin 506,211 qram qalığı Təqsirləndirilən şəxs cinayət işinin ibtidai istintaq materialları ilə tanış edildikdən sonra, saxlanılması üçün Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Məhkəmədə elan edilib, araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş Nəsimi RPİ-nin 21-ci PB-dən daxil olmuş əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs mütəmadi olaraq Nəsimi rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə dəfələrlə qərəzsiz mənbədən şöbəyə məlumat daxil olmuşdur. Odur ki, həmin şəxs ərazidə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan arzuolunmaz şəxs kimi xarakterizə olunur. Məhkəmədə elan edilib, araşdırılmış, cinayət işi üzrə təyin edilmiş məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 1934 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Həmçinin ittiham olunan əməl dövründə Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün istintaqa verdiyi ifadəsində, ekspert rəyində, məhkəmə iclasındakı çıxışında ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilsə də, üzərində şəxsi axtarış keçirilən zaman aşkar edilmiş maddələrin ona məxsus olmadığını bildirmiş, onun göstərdiyi xüsusiyyəttlər istintaq zamanı məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdməklə, özünü müdafiə xarakterli hesab edildiyindən vəsatət kimi qəbul edilərək rədd edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs istinad edilən cinayətin onun tərəfindən təqsirli olaraq törətməsi cinayət işi üzrə toplanmış dəlillərin məcmusu ilə kifayət qədər sübuta yetirilir. İstintaq orqanı yuxarıda göstərilən sübutlar əsasında Təqsirləndirilən şəxs əməllərini satış məqsədi ilə qanunsuz olaraq başqa mənbədən külli miqdarda narkotik vasitə heroin əldə edib, üzərində saxlamaqla daşıması kimi qiymətələndirib, onun əməlini Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif etmişdir. Məhkəmə, istintaq orqanının bu qənəaətini əsəaslı sayır. Məhkəmədə Təqsirləndirilən şəxs onun üzərindən aşkar edilərək, götürülmüş narkoik vasitə - heroini şəxsi istifadəsi üçün əldə etdini təsdiq edib, həmin narkotik vasitəni satmaq məqsədi ilə əldə etmədiyni göstərdi. Məhkəmədə onun bu iddiası şahidlər Şahid1 və Şahid2, onun özünün ifadələri, ekspertiza rəyləri və işin faktiki halları ilə təkzib edildi. Bu səbəbdən də məhkəmə, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş narkotik vasitə heronin onun tərəfindən satış məqsədi ilə əldə olunması qənəaətinə gəlir. Məhkəmə, göstərilənləri nəzərə alıb, hesab edir ki, Təqsirləndirilən şəxs başqa mənbədən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq, yəni dörd ədəd bükümdəki maddə, təmiz çəkisi 506,501 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroin əldə edib, üzərində saxlamaqla daşımışdır. Beləliklə də, məhkəmə, yuxarıda təsvir olunan ittihamı təsdiq edən sübutlar əsasında Təqsirləndirilən şəxs elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlinin onun tərəfindən anlaqlı vəziyyətdə törədilməsinin sübuta yetirildiyi qənaətinə gəlir. Məhkəmə, yuxarıda təsvir olunan sübutlar əsasında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini qəsdən törətməsi qənaətinə gəlib, onun təqsirli bilinib, bu əmələ görə həmin maddədə nəzərdə tutulan qaydada cəzalanmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə istintaq zamanı materialların məhkəmə ekspertizasının keçirilməsinə 114 (yüz on dörd) manat xərclənməsi, Təqsirləndirilən şəxs məhkəmədə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Femida” Vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən 55 (əlli beş) saat hüqüqi yardım göstərilməsi, və bu səəbədən də ona 330 (üç yüz otuz) manat ödənilməli olması müəyyən olundu. Məhkəmə bu məbləğləri dövlət büdcəsi hesabına ödənilməsini təmin edib, təqsirləndirilən şəxsin həmin məbləğin ödənilməsi üçün maliyyə imkanının olmamasını nəzərə alıb, onu həmin ödəmələrdən azad olunmasını əsaslı sayır. Məhkəmə, iş üzrə maddi sübut kimi tanınıb, saxlanılması üçün Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunmuş dörd ədəd bükümdəki maddə, təmiz çəkisi 506,501 qram olan, kustar üsulla hazırlanmış narkotik vasitə heroin xx.xx.2022-ci il tarixli qərarla maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra narkotik vasitə heroinin 506,211 qram qalığı heroininin sərbəst dövriyyəsi qadağan olunmuş əşya kimi məhv edilməsini əsaslı sayır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən, və iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitələrin və maddənin miqdarları arasında yaranmış fərqi, onların ekspertiza tədqiqatı zamanı istifadə edilib, aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmədə elan olunub, araşdırılmış, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin 30-cu Polis şöbəsinin inzibati binasının içərisində xidməti otaqda üzərində şəxsi axtarış keçirilən zaman çəkilmiş, özündə videogörünütləri əks etdirən bir ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmışdır. Məhkəmədə elan edilib, araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.3, 180.2.2, 180.2.4, 180.2.5, 66.3-cü maddələri ilə 05 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılmış, xx.xx.2017-ci il tarixdə Xətai rayon məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsində edilmiş dəyişikliklər tətbiq edilərək hökmdən “xeyli miqdar” və Azərbaycan Respublikasının CM-nin 180.2.5-ci maddəsi xaric edilmiş və 18 mart 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası CM-nin 180.2.2, 180.2.4, 180.2-ci maddələrində nəzərdə tutlan cinayət əməlləri ağır cinayətlər kateqoriyasına aid edilmiş və buna görə cəza çəkilib, qurtardığı gündən sonra Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən altı il müddətə məhkumluq müəyyən edilmişdir. İstintaq orqanı Təqsirləndirilən şəxs barəsində ACDİÜ AR Məhkəməsinin məhkəməsinin 14 may 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra 6 (altı) il keçdiyi qənəaətinə gəlib, onun həmin məhkumluğunun ödənilmədiyini qeyd edib, Təqsirləndirilən şəxs əməlində edilmiş cinayətlərin residivinin olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası CM-də 20 oktyabr 2017-ci il tarixdə Azərbaycan Respublikası CMnin 180.2.2, 180.2.4, 180.2-ci maddələrində nəzərdə tutlan cinayət əməlləri az ağır cinayətlər kateqoriyasına aid edilmişdir. Bu səbəbdən də həmin əməllərə görə cəza çəkilib, qurtardıqdan sonra iki müddətə məhkumluq müddəti müəyyən edilmişdir. Şəxsin əməlində cinayətin residivini müəyyən edən cinayət Azərbaycan Respublikası CM-nin 18.4.2-ci maddəsinə əsasən şəxsin yetikinlik yaşına çatmadığı dövrdə törətdiyi cinayət əməllərin cinayətin residivi müəyyən edilərkən nəzərə alınmır. Bu səbəbdən də məhkəmə, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olmadığını qənəaətinə gəlir. Çünkü bundan əvvəl məhkum olduğu əməlləri yetkinlik yaşına çatmadığı dövrdə törətmişdir. Cinayət qanunun tələblərinə görə, həmin əməllərə görə ümümi qaydada iki il müddətinə məhkumluğun müddəti müəyyən edilmişdir. Yetkinlik yaşına çatmamış şəxslər üçün bü müddət Azərbaycan Respublikası CM-nin 90.0.2-ci maddəsi ilə bir il müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əvvəlki cəza çəkməkdən 18 mart 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Hazırkı əməli isə o, azad olduqdan bir il sonra, yəni 12 aprel 2022-ci il tarixdə törətmişdir. Bu səbəbdən də onun məhkumluğu yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərəkən, cəza çəkmə yerini müəyyən edərkən həmin halları nəzərə alır. Məhkəmədə elan olunub, araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 12 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 14 aprel 2022 ci il tarixdə o, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində həbs qətimkan tədbiri seçilib, hazırkı vaxta qədər həbsdə saxlanılması müəyyən olundu. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi ittiham olunduğu əməl barəsində ifadələr verib, cinayətin açılmasında iştirak etməsi müəyyən olundu. Məhkəmə, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmasını onun şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə alır. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini və Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır, və onun qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğunu nəzərə alıb, təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümümi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olduğunu qənaətinə gəldiyindən, hökm qanuni qüvvəyə minənə qədər onun barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan edilib, araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş məhkəmənarkoloji ekspertizasının 22 may 2022-ci il tarixli, 2674 nömrəli rəyindən məlum olur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmasını və onun narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınmasınıəsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halın olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına, həyat və ailə şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, və ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın başlanğıc tarixi 12 aprel 2022-ci il tarixdən tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs, ona təyin olunmuş cəzasını ümümi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Dövlət büdcəsi hesabına materialların məhkəmə ekspertizasının keçirilməsinə sərf olunmuş 114 (yüz on dörd) manat Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Femida” Vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün 330 ( üç yüz otuz) manat Azərbaycan Respublikası Vəkillər X4 və Tədris Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs həmin ödəmələrədən azad olunsun. İş üzrə maddi sübut kimi tanınıb, saxlanılması üçün Bakı şəhəri Nəsimi RPİ-nin Növbətçi Hisəssinə təhvil verilmiş, Təqsirləndirilən şəxs aşkar olunmuş dörd ədəd bükümdəki 506,501 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin qalığını təşkil edilən 506,211 qram heroin məhv edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar