Məhkəmə qərarları › İş №1(101)-158/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-158/2021

19.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-158/2021 19.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Qəribov Fikrət Atlıxan oğlunun sədrliyi, Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı Elburus oğlunun, X9, təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhər 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi binada, açıq məhkəmə iclasında xx.xx.1979-cu il tarixdə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Cəlilabad rayonu, Abdullu kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Yeni yaşayış massivində nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 310 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə yolu ilə özgə əmlakını ələ keçirib təkrarən dələduzluq etmiş, aldatma və etibardan sui-istifadə yolu ilə özgə əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsində ifadə olunan hərəkətləri ilə hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmaqla təkrarən vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə vahid niyyətlə maddi nemətin rüşvət qismində verilməsinə təkrarən qeyrilərini təhrik etmişdir. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Biləsuvar rayonu, Çaylı kənd sakini Şahid1 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Biləsuvar rayon bölməsində yanğınsöndürən kimi işə qəbul edilməsində köməklik göstərilməsinə dair müraciəti ilə əlaqədar x xxxxxx 2019-cu il tarixdə Biləsuvar rayonunda Şahid1 ilə görüşləri zamanı sonuncuya özbaşına özünü Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin polkovnik rütbəli əməkdaşı kimi təqdim etməklə həmin Nazirlikdə yüksək vəzifələrdə işləyən şəxslərlə yaxın əlaqələrinin olmasını, həmin əlaqələrindən istifadə edərək Şahid1 Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Biləsuvar rayon bölməsində yanğınsöndürən işinə düzəldə biləcəyini yalandan vəd edib, qeyd edilən məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduğu həmin Nazirliyin səlahiyyətli vəzifəli şəxsinə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 3.000 (üç min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edərək bildirib, Şahid1 razılığını almaqla onunla sövdələşərək, həmin adla 2019-cu ilin mart ayında Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospektində yerləşən Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin inzibati binasının yaxınlığında sonuncudan inandırmaq üçün şəxsiyyət vəsiqəsi və hərbi biletinin surətlərini, habelə sonuncuya məxsus 3.000 (üç min) manat məbləğində pul vəsaitini alıb həmin pulu şəxsi ehtiyaclarına xərcləməklə, aldatma və etibardan sui-istifadə yolu ilə Şahid1 məxsus 3.000 (üç min) manat məbləğində pul vəsaitini ələ keçirib dələduzluq etmiş, özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsində ifadə olunan hərəkətləri ilə dövlətin, qurumlarının nüfuzunun qorunub saxlanılması ilə bağlı hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmaqla vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olun pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncunu təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2019-cu ilin mart ayının əvvəllərində Cəliləbad rayonunda olarkən təsadüfən tanış olduğu Kürdəmir rayonu, Köhünlü kənd sakini Şahid21 ilə görüşləri zamanı sonuncunun övladı Sərhəd Allahverdiyevin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində işə qəbul edilməsində köməklik göstərilməsinə dair özünə müraciəti ilə əlaqədar, Şahid21 təkrarən özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin polkovnik rütbəli əməkdaşı kimi təqdim edərək, Azərbaycan Respublikası DİN-də yüksək vəzifələrdə işləyən şəxslərlə yaxın əlaqələrinin olmasını, həmin əlaqələrindən istifadə edərək X11 rayon Polis İdarəsində polis nəfəri vəzifəsinə işə düzəldə biləcəyini yalandan vəd edib, qeyd edilən məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduğu həmin Nazirliyin səlahiyyətli vəzifəli şəxsinə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar Sərhəd Allahverdiyevin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 7.500 (yeddi min beş yüz) manat pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Şahid21 yalandan bildirib, sonuncunun razılığını almaqla onunla sövdələşərək, həmin adla 2019-cu ilin mart ayının sonlarında Bakı şəhəri, Yasamal rayonu, 20 Yanvar metrostansiyası yaxınlığında yerləşən istintaqa dəqiq məlum olmayan binanın həyətində sonuncudan inandırmaq üçün Sərhəd Allahverdiyevin şəxsiyyət vəsiqəsi, hərbi bileti və doğum haqqında şəhadətnaməsinin surətlərini, habelə 7.500 (yeddi min beş yüz) manat məbləğində pul vəsaitini alıb həmin pulu şəxsi ehtiyaclarına xərcləməklə, aldatma və etibardan sui-istifadə yolu ilə Şahid21 məxsus 7.500 (yeddi min beş yüz) manat məbləğində pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsində ifadə olunan hərəkətləri ilə dövlətin, qurumlarının nüfuzunun qorunub saxlanılması ilə bağlı hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmaqla təkrarən vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, təkrarən, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Sərhəd Allahverdiyevin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olun pul vəsaitinin rüşvət qismində verilməsinə Şahid21 təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə cinayətdən xəbərsiz olan tanışı Şahid13 vasitəsilə tanış olduğu Şahid2 ilə 2019-cu ilin mart ayının əvvəllərində Bakı şəhəri, Nizami rayonu ərazisində xxxxnin “Neftçilər” stansiyası yaxınlığında görüşdükləri zaman sonuncunun tibb sahəsi üzrə hər hansı işə qəbul edilməsində köməklik göstərilməsinə dair özünə müraciəti ilə əlaqədar, təkrarən, sonuncuya özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikası Müdafiə Nazirliyində işləyən vəzifəli şəxs kimi təqdim edib özünün müxtəlif Nazirliklərdə geniş əlaqələrinin olmasını və həmin əlaqələri vasitəsilə onu Nazirliklərdən birində tibb xidməti üzrə işə qəbul elətdirə biləcəyini yalandan vəd edib, sonuncudan inandırmaq üçün şəxsiyyət vəsiqəsi, təhsil haqqında şəhadətnaməsi, əmək kitabçası və doğum haqqında şəhadətnamənin sürətlərini, 02 ədəd fotoşəklini və xərclər adı ilə 100 (bir yüz) manat məbləğində pul vəsaitini alıb, bir müddət sonra onu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi Tibbi Hospitalına kiçik tibb işçisi vəzifəsinə düzəldəcəyini və həmin məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduğu həmin Nazirliyin səlahiyyətli vəzifəli şəxsinə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar onun xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 2.500 (iki min beş yüz) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edib Şahid2 aldatmaqla bildirib, sonuncunun razılığını alaraq onunla sövdələşərək, həmin adla 2019-cu ilin mart ayında Bakı şəhəri, Xətai rayonu, O.Xəlilov küçəsi, 3B ünvanında yerləşən Xətai rayon Məşğulluq İdarəsinin qarşısında Şahid13 vasitəsilə Şahid2 2.100 (iki min bir yüz) manat, xx xxxx 2019-cu il tarixdə həmin ünvanda sonuncudan şəxsən 400 (dörd yüz) manat məbləğində pul vəsaitini alıb, bir müddət sonra cinayətkar əməllərini davam etdirərək Şahid2 həmin işin alınmamasını, lakin onu Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Tibb idarəsinə kiçik tibb işçisi vəzifəsinə düzəldəcəyini və həmin məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduğu həmin Nazirliyin səlahiyyətli vəzifəli şəxsinə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar onun xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan, əvvəl verdiyi 2.500 manat nəzərə alınmaqla, cəmi 5.200 (beş min iki yüz) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edib Şahid2 aldatmaqla bildirib, sonuncunun razılığını alaraq onunla sövdələşərək, həmin adla 2019-cu ilin may ayında Bakı şəhəri, Xətai rayonu, Oqtay Vəliyev küçəsi, 3B ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidmətinin Xətai rayon Məşğulluq Mərkəzinin qarşısındakı küçədə Şahid2 2.700 (iki min yeddi yüz) manat məbləğində pul vəsaitini alıb, əldə etdiyi cəmi 5.300 (beş min üç yüz) manat məbləğində pul vəsaitini şəxsi ehtiyaclarına xərcləməklə, aldatma və etibardan sui-istifadə yolu ilə Şahid2 məxsus 5.300 (beş min üç yüz) manat məbləğində pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsində ifadə olunan hərəkətləri ilə dövlətin, qurumlarının nüfuzunun qorunub saxlanılması ilə bağlı hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmaqla təkrarən vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, təkrarən, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olun pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncunu vahid niyyətlə təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2019-cu ilin aprel ayında cinayətdən xəbərsiz olan tanışı Şahid14 vasitəsi ilə tanıdığı Şahid5 və Şahid12 ilə görüşüb sonuncunun Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində işə düzəlməsində köməklik göstərilməsinə dair özünə müraciəti ilə əlaqədar sonunculara təkrarən özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin polkovnik rütbəli əməkdaşı kimi təqdim etməklə, həmin nazirlikdə, habelə Dövlət Gömrük Komitəsində yüksək vəzifələrdə işləyən şəxslərlə yaxın əlaqələrinin olmasını, həmin əlaqələrindən istifadə edərək Şahid12 qeyd edilən Komitədə gömrükçü-inspektor vəzifəsinə işə düzəldə biləcəyini yalandan vəd edib, həmin məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduğu həmin Komitənin səlahiyyətli vəzifəli şəxsinə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar Şahid12 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 20.000 (iyirmi min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Şahid12 və Şahid5 özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə etməklə yalandan bildirib, sonuncuların razılıqlarını alıb onlarla sövdələşərək, həmin adla 2019-cu ilin aprel ayında Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 13C ünvanında Murad Sərhatlının iştirakı ilə Şahid5 və Şahid12 ilə görüşüb, inandırmaq məqsədi ilə sonuncuya məxsus diplomun, hərbi biletin, şəxsiyyət vəsiqəsinin sürətlərini, Narkoloji dispanserdə qeydiyyatda olmaması barədə, yaşayış yerindən və məhkumluq barədə arayışları, habelə Şahid5 məxsus 20.000 (iyirmi min) manat məbləğində pul vəsaitini alıb həmin pulu şəxsi ehtiyaclarına xərcləməklə, aldatma və etibardan sui-istifadə yolu ilə sonuncuya məxsus 20.000 (iyirmi min) manat məbləğində pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsində ifadə olunan hərəkətləri ilə dövlətin, qurumlarının nüfuzunun qorunub saxlanılması ilə bağlı hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmaqla təkrarən vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, təkrarən, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid12 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olun pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncunu və Şahid5 vahid niyyətlə təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2019-cu ilin iyun ayında Biləsuvar rayonunda tanış olduğu Şahid24 Zülfi oğlu ilə görüşdükləri zaman iş tapmasında ona köməklik göstərilməsinə dair özünə müraciəti ilə əlaqədar sonuncuya təkrarən özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin polkovnik rütbəli əməkdaşı kimi təqdim etməklə, Daxili İşlər Nazirliyində yüksək vəzifələrdə işləyən şəxslərlə yaxın əlaqələrinin olmasını, həmin əlaqələrindən istifadə edərək Şahid24 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına Müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi işə düzəldə biləcəyini yalandan vəd edib, həmin məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduğu səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar Şahid24 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 2.000 (iki min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə etməklə aldadaraq bildirib, sonuncunun razılığını almaqla onunla sövdələşərək, həmin adla 2019-cu ilin avqust ayında Bakı şəhəri, Yasamal rayonu ərazisində, xxxxn “20 yanvar” metrostansiyası yaxınlığında Şahid24 ilə görüşərək inandırmaq məqsədi ilə ondan hərbi biletinin, şəxsiyyət vəsiqəsinin surətlərini və 1.500 (bir min beş yüz) manat məbləğində pul vəsaitini, həmçinin, 2019-cu ilin avqust ayının sonlarında Cəliləbad rayonu, Uzuntəpə kəndində yerləşən Şahid24 yaşadığı evdə sonuncudan onun atası Şahid27 və əmisi Şahid23 iştirakı ilə əlavə olaraq 500 (beş yüz) manat məbləğində pul vəsaitini alıb, əldə etdiyi 2.000 (iki min) manat məbləğində pul vəsaitini şəxsi ehtiyaclarına xərcləməklə aldatma və etibardan sui-istifadə yolu ilə Şahid24 məxsus 2.000 (iki min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib təkrarən dələduzluq etmiş, özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsində ifadə olunan hərəkətləri ilə dövlətin, qurumlarının nüfuzunun qorunub saxlanılması ilə bağlı hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmaqla təkrarən vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, təkrarən, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid24 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olun pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncunu təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin icraatında olan cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 206.4-cü maddəsi ilə təqsirləndirilən X14 anası Şahid3 ilə 2019-cu ilin iyul ayında Cəliləbad şəhəri, Heydər Əliyev küçəsi, 154 ünvanında yerləşən Cəlilabad rayon Polis şöbəsinin yaxınlığında görüşdükləri zaman həmin cinayət işi üzrə Rahib Həziyevin məhkəmə iclas zalından azadlığa buraxılmasına dair yekun məhkəmə qərarının qəbul olunmasında köməklik göstərilməsinə dair özünə müraciəti ilə əlaqədar Şahid3 özünün həmin məhkəmədə işləyən səlahiyyətli vəzifəli şəxslə tanışlığının olmasını, həmin tanışlıq əlaqələrindən istifadə edərək Rahib Həziyevə köməklik edə biləcəyini yalandan vəd edib, həmin məsələnin müsbət həlli üçün qeyd edilən məhkəmənin yaxın münasibətdə olduğu səlahiyyətli vəzifəli şəxsinə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar Rahib Həziyevin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını özü barəsində formalaşdığı inam və etibardan sui-istifadə etməklə Şahid3 yalandan bildirib, sonuncunun razılığını almaqla onunla sövdələşərək, həmin adla xx xxxx 2019-cu il tarixdə Beyləqan rayonu, Əhmədli kəndində Şahid3 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına xərcləməklə, aldatma və etibardan sui-istifadə yolu ilə sonuncuya məxsus 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, təkrarən, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Rahib Həziyevin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olun pul vəsaitinin rüşvət qismində verilməsinə Şahid3 təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2019-cu ilin iyul ayında ailəvi dostluq münasibətlərində olduğu Şahid6 yaşadığı evdə qonaq olan zaman tanış olduğu sonuncunun qohumu Şahid17 işə düzəlməsində köməklik göstərilməsinə dair özünə müraciəti ilə əlaqədar sonuncuya təkrarən özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin polkovnik rütbəli əməkdaşı kimi təqdim etməklə, özünün müxtəlif qurumlarda yüksək vəzifələrdə işləyən şəxslərlə yaxın əlaqələrinin olmasını, həmin əlaqələrindən istifadə edərək Şahid17 “xxxx” QSC-də texniki işlərdən birinə işə düzəldə biləcəyini yalandan vəd edib, həmin məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduğu səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar Şahid17 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 800 (səkkiz yüz) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə etməklə yalandan bildirib, sonuncunun razılığını almaqla onunla sövdələşərək, həmin adla 2019-cu ilin avqust ayında ünvan 5 ünvanında yerləşən Şahid6 yaşadığı evin həyətində sonuncunun və Şahid17ın anası Şahid18 iştirakı ilə Şahid17 800 (səkkiz yüz) manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına xərcləməklə, aldatma və etibardan sui-istifadə yolu ilə sonuncuya məxsus 800 (səkkiz yüz) manat məbləğində pul vəsaitini ələ keçirib təkrarən dələduzluq etmiş, özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsində ifadə olunan hərəkətləri ilə dövlətin, qurumlarının nüfuzunun qorunub saxlanılması ilə bağlı hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmaqla təkrarən vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, təkrarən, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid17 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olun pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncunu təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2019-cu ilin avqust ayının ortalarında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından qayıdan zaman yolda tanış olub idarə etdiyi avtomobilə dəvət edərək sərnişin kimi əyləşdirdiyi Şahid4 və Şahid20 ilə söhbət əsnasında sonuncuların övladı X10 Nəsimi rayon Polis idarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə istintaq olunan cinayət işi üzrə həbs edilməklə, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən çıxarılmış xx.xx.2019-cu il tarixli, 1(101)-204-2019 nömrəli hökmdən verdikləri apelyasiya şikayətinin təmin edilməməsinə görə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(103)-457/2019 nömrəli qərarından Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verildiyini, lakin cinayət işinin ibtidai istintaqının obyektiv aparılmamasına görə iş üzrə əlavə araşdırma aparılmasından ötrü işin məhkəmədən istintaq orqanına qaytarılmasında köməklik göstərilməsinə ehtiyaclarının olması barədə özünə bildirdikləri zaman Şahid4 və Şahid20 təkrarən özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı kimi təqdim etməklə yüksək vəzifədə işləyən səlahiyyətli vəzifəli şəxslərlə yaxın əlaqələrinin olmasını, həmin əlaqələrindən istifadə edərək Vüqar İsmayılova köməklik edə biləcəyini yalandan vəd edib, həmin məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduğu həmin səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar Vüqar İsmayılovun xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 4.000 (dörd min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə etməklə Şahid4 və Şahid20 aldatmaqla bildirib, sonuncuların 3.800 manat verə biləcəklərini bildirmələri ilə əlaqədar onlarla sonuncu məbləğə razılaşmaqla sövdələşib, həmin adla 2019-cu ilin avqust ayında Şahid4 və Şahid20 yaşadıqları Bakı şəhəri, Nəsimi rayonu, Ə.Hüseynzadə küçəsi, 104 nömrəli evdə sonuncuya məxsus 3.800 (üç min səkkiz yüz) manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına xərcləməklə, aldatma və etibardan sui-istifadə yolu ilə Şahid20 məxsus 3.800 (üç min səkkiz yüz) manat məbləğində pul vəsaitini ələ keçirib təkrarən dələduzluq etmiş, özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsində ifadə olunan hərəkətləri ilə dövlətin, qurumlarının nüfuzunun qorunub saxlanılması ilə bağlı hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmaqla təkrarən vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, təkrarən, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Vüqar İsmayılovun xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olun pul vəsaitinin rüşvət qismində verilməsinə Şahid4 və Şahid20 təhrik etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 310 və 32.4,312.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilmiş, lakin 310 və 32.4,312.2-ci maddələri ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, dostu Şahid8 Nail oğlunun Biləsuvar rayon Əmənkənd kəndində olan evində qonaq olarkən Ziyarətin bacısının həyat yoldaşı tanımadığı, sonradan Ziyarətin vasitəsi ilə tanıdığı Şahid1 ilə tanış olmuşdur. Asiflə söhbət zamanı ona işsiz olduğunu bildirmiş və demişdir ki, əgər iş olsa Biləsuvar rayonu Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə idarəsində işləyər. Bundan sonra Asif onun telefon nömrəsini götürmüş və onunla əlaqə saxlayacağını bildirmişdir. Bir neçə gündən sonra o, Bakıda olan zaman tanımadığı nömrədən ona zəng gəlmiş və Ziyarətin yeznəsi olduğunu bildirmişdir. Onunla telefonla danışan zaman ondan şəxsiyyət vəsiqəsini və digər sənədləri istəmişdir. Səhərisi gün həmin sənədlər Asif tərəfindən Tibilisi prospektində “Araz” marketin qabağında ona verilmişdir. Bir neçə gün sonra Biləsuvara getmiş, Ziyarətlə dost olduğu üçün rayona gedən zaman onun ata anasını ziyarət edirmiş. Asif onun orda olduğunu bilib və atası Şahid7 götürüb qayınatasıgilə gəlmişlər. Onlar orda görüşmüşlər. Bundan sonra onlar stol arxasında yemək yemiş, yemək yeyəndən sonra Asifin atası X8 Fətullazadənin yanında Asifin qayınatasının və qayınanasının yanında ona konvertdə pul uzadaraq demişdir ki, bacıoğlu bunu qoy cibinə Asifin işi ilə bağlı ora-bura gedirsən, xərc çəkirsən, o isə demişdir ki, ay dayı, bu nə sözdür, narahat olma, buna baxmayaraq Nurəddin kişi konverti məcburi olaraq ona vermişdir. O, sonradan konvertin içindəki pula baxanda orada 3000(üç min) manat pul olduğunu bilmişdir. Bir neçə vaxtdan sonra həqiqətən Asifin Yanğınsöndürmə xidmətində işləməsinin uyğun olmadığını bilən zaman çox pis olmuşdur. O, Asiflə əlaqə saxlayaraq onunla “Azərpoçtun” qarşısında görüşməyini xahiş etmişdir. Asiflə görüşdə Asifin atasının ona verdiyi 3000 (üç min) manat puldan 1000 (min) manatını ona qaytararaq işinin alınmadığını, qalan 2000 (iki min) manat pulunda yaxın vaxtlarda ona qaytarılacağını bildirmiş və indiyə qədər nə xərc çəkmişsə halal etdiyini demişdir. Onun Asifin atasına 2000 (iki min) manat borcu qalıbmış, həmin pul da ona xərclərinə görə verilmişdir, yəni pul rüşvət kimi alınmayıb. İttiham aktının sübutları Nicat Orucov tərəfindən saxtalaşdırılmışdır. Şahid14 vasitəsi ilə tanıdığı Şahid12 dayısı Şahid5 şəxsi ehtiyacı olduğu üçün Şahid14 xahişi ilə və özünün maraqlarına görə özünün və Röyalın şahidliyi ilə Şahid5 borc müqaviləsi ilə iki ay müddətində qaytarmaq şərti ilə əl yazmasını şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və imza ilə təsdiq edərək 20000 ( iyirmi min) manat pulun müqaviləsini bağlayaraq 20000 ( iyirmi min) manat pul borc götürşdür. Həmin puldan işlərinin həlli üçün ona zamin duran Murada 1000 (min) manat vermişdir. Sonra müqavilədə yazılan vaxtda pulu qaytara bilmədiyi üçün Vəzirə müxtəlif bəhanələr edərək vaxt uzatmaq məqsədi ilə onun bacısı oğlu Röyalı guya işə düzəldəcəyinə söz vermişdir. Məqsədi Vəzirin pulunu qaytarmaq üçün vaxt qazanmaq olmuşdur. Yalandan günü günə satırmış. Həmin müddət ərzində Vəzirdən aldığı puldan 6500 (altı min beş yüz) manat qaytarmışdır. Hal-hazırda vəzirə 13500 (on üç min beş yüz) manat borcu qalmışdır. O, Vəzirdən ehtiyacı olduğu üçün dostu Murad və Röyalın şahidliyi ilə 20000 (iyirmi min) manat borc müqaviləsi ilə borca pul götürmüşdür və həmin borcdan 6500 ( altı min beş yüz) manatını poçt vasitəsi ilə qaytarmışdır. Odur ki, Nicat Orucov tərəfindən sübutların saxtalaşdırılmasına yol verilmişdir. Şahid13 vasitəsi ilə tanıdığı Şahid2 harasa istənilən bir yerə Daxili qoşunlara və yaxud da hərbi qospitala işə düzəldə bilmək üçün Murad ondan xahiş etmişdir. Güllü ilə Murad onunla Neftçilər metrosunun qarşısında görüşərək ona müvafiq sənədlər və sənədlərin içərisində 500 (beş yüz) manat pul verərək bu pulu xərclərə istifadə etməsini demişlər, işə düzəlsə yenə şirinlik verəcəklərmiş. Həqiqətən də Güllü xanımı Allaha xatir olaraq harasa işə düzəltmək istəyirmiş. Aradan təxminən keçdikdən sonra Murad onunla görüşərək ona 700 (yeddi yüz) manat pul verərək demişdir ki, Güllü xanım verdi, dedi ona iş tapsın. O, Güllü ilə əlaqə saxlayaraq işinin alınmamasını və ona məxsus sənədləri və Muradla göndərilmiş 700 (yeddi yüz) manatı poçt vasitəsi ilə Murada göndərdiyini bildirmişdir. Güllüdən aldığı 500 (beş yüz) manatı da ona göndərərək hər zaman bir qardaş kimi onun qulluğunda olduğunu bildirmişdir. Sonradan öyrənmişdir ki, Güllü Murada əlavə pullar veribmiş. Murad onu və Güllünü aldadıb, o, Güllüdən aldığı pulları qaytarmışdır, onun Güllüyə borcu yoxdur. Murad onuda Güllünü də aldadıbdır, bununla da görünür ki, müstəntiq Orucov tərəfindən sübutlar saxtalaşdırılıb. Xahiş edir araşdırılsın. X20 və oğlu X18 qonşusu X12 yanında görmüşdür. Nazəninin oğlunun Lənkəran Ağır Cinayətlər məhkəməsində cinayət işi aparıldığı üçün onu Cəlilabad rayon polis şöbəsinin MSY-də saxlanılırdı. O, dəfələrlə Nazəninin oğluna yemək, su və pul vermişdir. Söhbət zamanı Nazənin onun oğluna kömək etməyini ondan xahiş etmişdir. O, həqiqətən ona kömək etmək istəmiş və onunla bağlı çox maraqlanmış, amma, heç bir nəticəsi olmamış və onun vaxtı hədər getmişdir. O, Nazənindən Beyləqan rayonu Əhmədli kəndində oğlu Elşənin və onların adı yadında olmayan dayısının və qonşusu olan onların dostları Ələmdarın yanında evlərinin qabağında yemək süfrəsində olan zaman 4000 (dörd min) manat pul veriblər, ona görə ki, bu işlə əlaqədar Bakı , Lənkəran, Cəlilabad, Beyləqan və Kürdəxanı yollarında vaxt itirmişdir və xərc çəkmişdir. Həmin 4000 (dörd min) manat puldan Nazəninə 2950 (iki min doqquz yüz əlli) manat qaytarmışdır. Hal-hazırda onun ona 1050 (min əlli) manat borcu qalmışdır. Amma o, yollarda 1050 (min əlli) manatdan çox xərc çəkmişdir. Buna baxmayaraq o, 1050 (min əlli) manat pulu da qaytaracaqdır. Müstəntiq sübutları saxtalaşdırıb və onu zərərçəkmişlərlə üzləşdirmədən ittiham aktını yekunlaşdırmışdır. Bundan başqa Nazəninin oğlu İstintaq təcridxanasında olanda ona ərzaq aparmışdır. O, orada olan zaman bir qadınla bir kişinin yol qırağında getdiklərini görmüş və onları maşına mindirmişdir. Yolda gedən zaman onlardan niyə burda olduqlarını soruşmuşdur. Onlar oğullarının tutulduqlarını demişlər. Onları maşından düşürən zaman bir-birilərinin nömrələrini götürmüşlər və səhərisi gün əlaqə saxlayaraq görüşmüşlər. Təxminən iki ay bunlarla oğullarının yanına gedib-gəlmiş, xəstəxanaya gətirmişdir. Eyni qaydada cəza çəkdiyi 12 saylı cəza çəkmə müəssisəsinə gedib gəlirmiş. Hər ay Allaha xatir oğluna pul göndərirmiş. Rəsmiyyə xanımla ana-oğul münasibətləri saxlamışdır. Hətta Ali məhkəmədə işə ədalətli baxılmasından ötrü vəkil də danışmışdır. Bununla bağlı Rəsmiyyə xanım ona həyat yoldaşı İlqarın yanında ümumi 1800 (min səkkiz yüz) manat bir, 1000 (min) manat da bir vermişdir. O, bir oğul kimi hər zaman onların yanında olmuşdur. Hətta onları aldadan Azər adlı şəxsdən və onun qardaşından onların pullarını alaraq özlərinə qaytarmışdır. Ali Məhkəmədə Rəsmiyyə xanımın oğlunun barəsindəki cinayət işi qüvvədə qaldıqdan sonra o, dərhal Rəsmiyədən aldığı 2800 (iki min səkkiz yüz) manatdan 2300 (iki min üç yüz) manatını qaytarmışdır. Onun Bakı İstintaq Təcridxanasının yolunda Qaradağda olan 12 saylı cəzaçəkmə müəsissəsinin yolunda xərclədiyi pullara baxmayaraq yenə də onlarla yaxşı münasibəti var. Onların onun barəsində şikayətləri yoxdur. X33 Orucov məcbur edib və ittiham aktını saxtakarlıqla tərtib edib, onu onlarla üzləşdirməyib. Şahid6yla, Şahid17yla Şahid18yla və Şahid19yla ailəvi dostdur, onların xeyri-şəri eyni olubdur. Onlara 800 (səkkiz yüz) manat borcu olub qaytarmışdır. Zəfəri təmənnasız harasa işə düzəltmək istəsə də alınmamışdır. Onların onunla bağlı düşüncələri normaldır və onun tutulmağına görə çox pis olublar. Nicat Orucov bunların adından saxta sübutlar aktlaşdırıb. Keçmiş polis zabiti Şahid23 uzun illərdir ki, tanıyır. O, Xaləddin, atası keçmiş polis zabiti Qasımov Qasımla bir paqon yoldaşı olmuşlar. Ona görə də Xaləddinlə onun münasibətləri çox yaxşı olmuşdur, pula ehtiyacı olduğu üçün X25 vasitəsi ilə 1500 (min beş yüz) manat borc pul almışdır, sonradan onun qardaşı oğlu həmdə kürəkəni olan Şahid24 tanımışdır. Elə vaxt olub ki, Xaləddinə pul ehtiyac olub, həmin pulu o, vermiş. Cavidan Cəlilabad rayonunda yerləşən “Azəriqazda” işləyir. Cavidan əməkhaqqının az olduğundan və vaxtı vaxtında verilməməsindən narazı olmuşdur. Onunla görüşən zaman hərbçi olmaq istədiyini ona bildirmişdir. Demişdir ki, Əgər onu götürsəymişlər Cəlilabad rayonunda Daxili qoşunlarda işləyərmiş. O, da maraqlanacağını ona bildirmişdir. Bu barədə Xaləddin əmisi ilə də məsləhətləşmişdir. Bundan sonra Cavidanın şəxsiyyətini təsdiq edən bir neçə sənədin sürətini də götürmüşdür. Çox maraqlanmış, amma Cavidanın yaşının keçdiyini bildirmişlər. Bir gün rayona gedən zaman Cavidan onu evlərinə dəvət edərək, ona qonaqlıq vermişdir. Cavidanın qayınatası Xaləddin və atası Zülfü də onlarda imiş. Yemək süfrəsindən qalxan zaman Cavidan onun cibinə 500 (beş yüz) manat pul qoyaraq bildirmişdir ki, qardaş bunu qoy cibinə, o, da demişdir ki, qardaş lazım deyil, narahat olma, buna baxmayaraq pul onda qalmışdır. Onun Cavidanı və onun qayınatası Xaləddin əmini aldatmaq fikri olmayıbdır. Sadəcə pulları geri qaytara bilməmişdir, buna baxmayarq onlara olan 2000 (iki min) manat puldan 1000(min) manatını qaytarmışdır. Xaləddin əmi həmişə ona qardaşoğlu deyib, münasibətləri çox yaxşı olub, onun onları aldatmaq niyyəti olmayıbdır. Sadəcə həbs olunmuşdur, həbs olunmasaydı evini satmaq bahasına da olsa onların pulunu qaytaracaqdı. Nicat Orucov sübutları saxtalaşdırmış və onu onlarla üzləşdirməmişdir. Şahid21ı oğlunun vasitəsi ilə tanımışdır. Gəray oğlu Sərhatı polisə işə düzəltməklə bağlı onunla məsləhətləşibdir. O, isə Gəraya bu işlə bağlı sənədlərin toplanmasında Kürdəmir rayonu Polis şöbəsinin kadrlarına müraciət etməyi bildirmişdir. Həqiqətən də Gəray müvafiq sənədləri hazırlayıb daxili İşlər Nazirliyinə göndərmişdir. Həqiqətən də borcunun çox olduğu üçün çox sıxıntılı imiş, ehtiyacı olduğuna görə Gəraydan 5000 (beş min) manatı borc almış və iki aya borcu qaytarmağına söz vermişdir. Gəray da dedi ki, əgər oğlunun işi alınsa ona borc verdiyi pulu halal edəcəkdir. O, Gəray və oğlu ilə mütəmadi olaraq əlaqə saxlayırmış. Aradan bir müddət keçəndən sonra Gəray zəng edərək ona verdiyi pulu tələb edərək demişdir ki, uşağı başqa işə düzəldəcəkdir. O, isə borcu qaytarmaq üçün vaxt istəmiş, amma, həbs olunduğu üçün qaytara bilməmişdir. Onun vətəndaşlara 38800 (otuz səkkiz min səkkiz yüz) manat borcu olubdur. Həmən borcdan 15750 (on beş min yeddi yüz əlli) manatını ödəmişdir. Hal-hazırda ümumilikdə onlara 23050 (iyirmi üç min əlli) manat borcu qalıbdır. X34 öz şəxsi ehtiyacı olduğu üçün aldığı pulları özünün ondan şəxsən rüşvət kimi istədiyi pulu verə bilmədiyi və vermək istəmədiyi üçün qərəzli olaraq şişirdilmiş və ağırlaşdırılmış formada saxtalaşdıraraq ittiham aktını tərtib etmişdir. O, heç kimə rüşvət verməmişdir, nə də ki rüşvət almamışdır. Onun haqqında ədalətli qərar verilməsini xahiş edir. O, özünü Cinayət Məcəlləsinin 310, 23.4, 312.2-ci maddələri ilə qəti olaraq təqsirli bilmir. Bir azərbaycanlı olaraq ölkənin dövlətinin onun üçün əbədi olaraq prezidentinin nüfuzuna heç vaxt xələl gətirməz. Hörmətli hakimə güvənir, o, səmimi etirafını, ailəsinin yeganə gəlir gətirəni olduğunu, himayəsində iki azyaşlı uşağının olmasını, ağır şəkər xəstəsi olduğunu, vurduğu zərərin qismən ödənilməsini nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, mərhum anası Zeynəb Şahlarovanın 2015-ci ildə Kərbala ziyarətində tanış olduğu və sonradan yaxın münasibətlər saxladığı Mələk adlı qadının oğlu Muradla 2019-cu ilin fevral ayının sonlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən Səməd Vurğun bağının yaxınlığında təsadüfən görüşən zaman bir qədər dərdləşdikdən sonra onun işsiz olduğunu öyrənib ona kömək edəcəyini, adını demədiyi bacanağının Cəmil adlı dostunun Azərbaycan Respublikası Müdafiə Nazirliyində hansısa ali hərbi rütbəli qulluqçusunun qəbul otağında işlədiyini və müəyyən məbləğdə pul qarşılığında onu hərbi tibb qurumlarından birinə işə düzəldə biləcəyini demişdir. O, Muraddan Cəmil adlı tanışıyla onu işə düzəlmək məsələsi haqqında danışmağını xahiş etdi. Sonradan Murad ona xəsarəti olduğu üçün Cəmilin onu Daxili qoşunlara işə düzəldə bilməyəcəyini və onu Penitensiar Xidmətə kiçik tibb işçisi kimi düzəldə biləcəyini demişdir. Ondan 1300 manat pul istəmişlər, o, pulu bankdan kredit kimi götürərək Murada vermişdir. Ümumilikdə ondan 5500 pul istəmişlər, o, isə 5100 manat pul düzəldərək bu qədər pulu toplamağa gücünün çatdığını demişdir. O, sonradan Muraddan xəbər çıxmadığını görüb, pulunu geri qaytarmaları üçün Cəmilə zəng vurduqda Cəmil ona 5100 manat pulun cəmi 2400 manatının özündə olduğunu qalan pulun isə Muradda olduğunu demişdir. Cəmil öz payına düşən 2400 manatdan ona 1500 manat qaytarmışdır.Cəmil qalıq pulu da qaytaracağını desə də sonradan tutulduğu üçün o pulu qaytarmamışdır. Şahid qismində dindirilmiş Şahid11 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 2017-ci il tarixdən bacısının oğlu Röyal həqiqi hərbi xidməti başa vurub qayıtdıqdan sonra özünə iş axtarmağa başlamışdır. Müxtəlif dövlət qurumlarına, o cümlədən Dövlət Gömrük Xidmətinə işə qəbul edilmək üçün hazırlıq kurslarına getsə də bir nəticə olmamışdır, heç bir yerdə işə düzələ bilməmişdir. 2019-cu ilin aprel ayında sinif yoldaşı Şahid14 ilə görüşüb söhbət edən vaxt işsizlikdən gileylənmiş, söhbət əsnasında Muradın Təqsirləndirilən şəxs adlı bir tanışının olduğunu, Cəmilin Dövlət Təhlükəsizlik Xidmətində çalışdığını, yaxşı imkanlarının, əlaqələrinin olduğunu öyrənmişdir. Növbəti görüşlərin birində o, Muraddan xahiş edib ki, DTX-da işləyən tanışı Cəmillə görüşüb söhbət etsin, bəlkə onun işə düzəlməyində köməkliyi dəyə bilər. O dostu Muraddan Cəmilin ona köməklik etməsi ehtimalını ona demişdir. Onun da bu söhbət ağlına batmış və o, bu söhbətlə razılaşmışdır. Təqsirləndirilən şəxs onlardan 25000 manat pul istəsə də onlar 20000 manat verə biləcəklərini deçişlər. Onlar 20000 manatı onun Gömrük xidmətində inspektor vəzifəsinə qəbul olmaq üçün versələr də bir xəbər çıxmamış və onlar aldandıqlarını anlamışlar. Cəmil onlara dəymiş 20000 manatlıq zərərdən sadəcə 6500 manat pul qaytarmışdır. Geridə qalan 13500 pul isə qaytarılmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs 2018-ci ilin dekabr ayında Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən “xxxx” MMC-yə məxsus yanacaq doldurma məntəqəsində xəzinədar-operator vəzifəsində çalışan zaman tanımışdır. Təqsirləndirilən şəxs avtomobilinə yanacaq dolduran zaman onunla söhbət əsnasında Yardımlı rayonundan olduğunu bilmiş aralarında isti münasibət yaramışdır, telefon nömrəsini götürərək onu daha yaxşı bir işə düzəldə biləcəyini demişdir. Cəmillə görüşdükdə ona öz sənədlərini, AZTV informasiya agentliyinin vitse prezidenti olmağı ilə bağlı vəsiqəsini təqdim etmişdir. Ona demişdir ki, onu öz yanında işə düzəldəcək və üç ay müddətində işi öyrənmək üçün ofisinə gəlib getməsini demişdir. O, onun ofisinə getdiyi müddətlərdəki vaxtın maaşını ala bilməmişdir. O, orda işləyən müddətdə dostu Röyal iş tapmamasından gileylənmişdir. O, da Cəmil adlı tanışının olduğunu və onunda işə düzəldə biləcəyini demişdir. O, Cəmilə söhbəti deyən zaman Röyalı Gömrük Xidmətinə işə düzəldə biləcəyini demiş və 20000 manat məbləğində pulu Röyaldan almışdır. Həmin pulu alsa da Röyalı işə düzəldə bilməmişdir. Sonradan Röyal gildən aldığı 20000 manat məbləğində puldan cəmi 6500 pul qaytarmışdır. Geridə qalan 13500 manat pul isə qaytarılmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, o, 2017-ci il tarixdə həqiqi hərbi xidməti başa vurub qayıtdıqdan sonra iş axtarmağa başlamışdır. Müxtəlif dövlət qurumlarına, o cümlədən Dövlət Gömrük Xidmətinə işə qəbul edilmək üçün hazırlıq kurslarına getmişdir, lakin bir nəticə olmamışdır, heç bir yerdə işə düzələ bilməmişdir. 2019-cu ilin aprel ayında sinif yoldaşı Şahid14 ilə görüşüb söhbət edən vaxt işsizlikdən gileylənmişdir. Söhbət əsnasında Muradın Təqsirləndirilən şəxs adlı bir tanışının olduğunu, Cəmilin Dövlət Təhlükəsizlik Xidmətində çalışdığını, yaxşı imkanlarının, əlaqələrinin olduğunu öyrənmişdir. Növbəti görüşlərin birində o, Muraddan xahiş etmişdir ki, DTX-da işləyən tanışı Cəmillə görüşüb söhbət etsin, bəlkə onun işə düzəlməyində köməkliyi dəyə bilər. O, dostu Muraddan Cəmilin ona köməkliyinin dəyməsi ehtimalını dayısı Vəzirə demişdir. Təqsirləndirilən şəxs onlardan 25000 manat pul istəsə də onlar 20000 manat verə biləcəyini demişlər. Onlar 20000 manatı onun Gömrük xidmətində inspektor vəzifəsinə qəbul olmaq üçün versələr də bir xəbər çıxmamışdır və onlar aldandıqlarını anlamışlar. Cəmil onlara dəymiş 20000 manatlıq zərərdən sadəcə 6500 manat pul qaytarmışdır. Geridə qalan 13500 pul isə qaytarılmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid19 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs baldızı Şahid6 vasitəsi ilə tanımışdır. Cəmil onun oğluna “xxxx” QSC-də texniki işlərdən birinə işə düzəldə biləcəyini, bunun üçün 800 manat pul lazım olduğunu dedikdə, oğlu da razılaşaraq pulu hazırlayacağını demişdir. Cəmil onun oğlunu başqa bir vəzifəli şəxsin əli ilə işə düzəldəcəyini, bunun üçün isə 800 manat pulun lazım olduğunu demişdir Oğlu da 800 manatı Cəmilə verdikdən sonra Cəmildən bir xəbər çıxmamışdır. Sonradan Cəmillə əlaqə saxlayan zaman rayonda olduğunu və gələ bilmədiyini demişdir. Cəmil oğlundan aldığı 800 manatı da geri qaytaracağını bildirmişdir və bir qədər sonra həmin pulu poçt vasitəsi ilə göndərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs 2019-cu ilin fevral ayından tanımağa başlamışdır. 2019-cu ilin fevral ayının 8-də qaynı Şahid8 evində ailəvi qonaqlıqda olan zaman Ziyarətin tanışı olan Təqsirləndirilən şəxsla tanış olmuşdur. Həmin vaxt Cəmil də qonaqlıqda olmuşdur. Söhbət əsnasında Cəmil ondan harada işlədiyini soruşmuşdur, oda Cəmilə daş karxanalarında daş ataraq fəhləlik etdiyini bildirmişdir. Cəmil bunu eşidəndən sonra ona Dövlət Təhlükəsizlik Xidmətində işlədiyini polkovnik olduğunu və sözünün hər yanda keçdiyini, “sənin işin çox əziyyətli işdi, gəl səni dayın 3000 manat pula Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Biləsuvar bölməsinə yanğınsöndürən vəzifəsinə düzəldim” demişdir. Cəmil, hətta artıq bir nəfəri Cəlilabad rayonunda eyni vəzifəyə düzəltmiş, yaxşı da əmək haqqı alırmış. Sonra and içib demişdir ki, onun ona verdiyi 3000 manat dövlət rüsumudur, o puldan 1 qəpik də olsun ona çatmır. O, da Cəmildən soruşmuşdur ki, onun məktəbi qurtarmağı barədə heç attestatı da yoxdur, bu iş necə düzələcək. Cəmil demişdir ki, “dayının düzəltmədiyi iş yoxdur.” Ziyarətgil də Cəmilin həqiqətən Dövlət Təhlükəsizlik Xidmətinin polkovniki olduğuna inanmışlar. O, Cəmilin istədiyi 3000 manatı vermiş, bir müddət sonra Cəmil ona zəng edərək Fövqəladə Hallar Nazirliyinin Kadrlar şöbəsinin onu təsdiq etdiyini, onu təbrik etmişdir. Sonradan Cəmilin dediklərinin yalan olduğu üzə çıxmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid25 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs şəxsən görməmişdir. Oğlu Şahid26 Təqsirləndirilən şəxsla münasibətləri olmuşdur. Oğlu Samir operator kimi verilişlərdə, müxtəlif telekanallarda çalışmışdır, həmin operatorluq işi ilə əlaqədar Təqsirləndirilən şəxsla tanış olmuşdur. Təqsirləndirilən şəxs da operator kimi verilişlərdə çalışmışdır. Onların tanışlığı 2019-cu ilin təxminən ortalarında yaranmışdır. Sonradan Samir işdən çıxdığı üçün və yeni iş axtarmaq üçün Türkiyə Respublikasına getmişdir. Onun oğlu bir müddətdir ki, özünə Türkiyədə iş tapıb işləyir. Təqsirləndirilən şəxs tutulan zaman istintaqda Cəmildən camaatı aldadaraq əldə etdikləri pulu kimlə böldüyünü soruşmuşlar. Sonradan Cəmilin telefonunu araşdıran zaman oğlunun nömrəsini Cəmilin telefonunda görüblər və güman ediblər ki, Cəmil əldə etdiyi pulları oğlu Samirlə bölüşdürüb. Cəmilin onun oğlu Samirlə əvvəldən dostluq münasibətləri olduğundan oğlu Samirin nömrəsinin onun telefonunda olması təbii haldır. Bu o demek deyil ki, onun oğlu günahkardır və Cəmillə cinayət nəticəsində əldə edilmiş pulları bölüb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, taksi fəaliyyəti ilə məşğul olur. Şahid2 ona Təqsirləndirilən şəxs verməyi üçün pul vermişdir. Bu hal bir-iki dəfə təkrarlanmışdır. O, Şahid2 verdiyi pulu Təqsirləndirilən şəxs bir dəfə 20 Yanvar metrosu yaxınlığında, bir dəfə də üçün kruqu adlanan yerdə vermişdir. O, Şahid2 Təqsirləndirilən şəxs verdiyi pulun məbləğini tam olaraq xatırlamır. O, sadəcə taksi şoferi olaraq Güllü xanımın ona verdiyi pulları Cəmilə çatdırmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, Şahid2 qızıdır. Onun nənəsi Zeynəb Şahlarova 2015-ci ildə Kərbala ziyarətində tanış olduğu və sonradan yaxın münasibətlər saxladığı Mələk adlı qadının oğlu Muradla 2019cu ilin fevral ayının sonlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən Səməd Vurğun bağının yaxınlığında təsadüfən görüşən zaman bir qədər dərdləşdikdən sonra işsiz olduğunu öyrənib anasına kömək edəcəyini, adını demədiyi bacanağının Cəmil adlı dostunun Azərbaycan Respublikası Müdafiə Nazirliyində hansısa ali hərbi rütbəli qulluqçusunun qəbul otağında işlədiyini və müəyyən məbləğdə pul qarşılığında anasını hərbi tibb qurumlarından birinə işə düzəldə biləcəyini deyib. Anası, Muraddan Cəmil adlı tanışıyla onu işə düzəlmək məsələsi haqqında danışmağını xahiş etmişdir. Sonradan Murad anasına xəsarəti olduğu üçün Cəmilin onu Daxili qoşunlara işə düzəldə bilməyəcəyini və Penitensiar Xidmətə kiçik tibb işçisi kimi düzəldə biləcəyini demişdir. Anasından pul istəmişlər. O, da anasına yardım etmək üçün pul vermişdir. Sonra iş alınmamışdır. Cəmil təxminən 1500 manat pul qaytarmışdır. Cəmil qalıq pulu da qaytaracağını desə də sonradan tutulduğu üçün o pulu qaytarmamışdır. Qalan pulu da Murad adlı şəxsə vermişdir, amma həmin puldan heç nə qaytarılmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid21 ifadəsində göstərmişdir ki, 2019-cu ilin mart ayının əvvəllərində Cəlilabad rayonunda olarkən təsadüfən həmin rayon sakini Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Tanışlıqları vaxtı Cəmilin yaxşı imkanlı adam olduğunu düşünmüş oğlunu işə düzəltmək istədiyini bildirmişdir. Elə həmin vaxt Təqsirləndirilən şəxs ona demişdir ki, “heç narahat olma, oğlunun işə düzəlməsində sənə köməklik edəcəm”. O, da necə köməklik edə biləcəyini soruşmuşdur. Cəmil ona oğlunu Sərhədin polis orqanlarında polis nəfəri kimi işə düzəlməsi üçün 7.500 manat pul lazım olduğunu, bu pulu adını demədiyi vəzifəli şəxsə verdikdən sonra işlərin düzələcəyini demişdir. O, da Cəmillə telefonda razılaşmışdır və Cəmil ona Bakı şəhərində görüşməyi təklif etmişdir. O, da bir neçə gün sonra təxminən mart ayının axırlarında Bakı şəhərinə getmişdir, orada “20 Yanvar” metrostansiyası yaxınlığında yerləşən binaların birinin həyətində Cəmillə görüşmüşdür. Cəmil bahalı maşınla tək gəlmişdir. Onlar təklikdə avtomobildə görüşüb söhbət etmişlər, 7500 manat pulu nağd şəkildə Cəmilə təqdim etmişdir, Cəmilin ondan istədiyi sənədləri, yəni oğlunun Sərhədin şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnaməsi və hərbi biletinin sürətlərini də Cəmilə vermişdir. Şahid qismində dindirilmiş X1 Gəray Əjdər oğlu ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid20 ifadəsində göstərmişdir ki, onun oğlu X21 2018-ci ilin iyun ayında Bakı şəhəri Nəsimi rayon Prokurorluğunda aparılan cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilmiş və elə həmin gün Nəsimi rayon Məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilmişdir. Daha sonra isə qısa müddət ərzində istintaq yekunlaşaraq cinayət işi baxılması üçün aidiyyəti üzə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə oğlu Vüqar İsmayılov 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmdən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti versələr də, hökm dəyişdirilmədən saxlanılmışdır. 2019cu ilin avqust ayının ortaları, dəqiq tarixini xatırlamadığı vaxtda Bakı İstintaq Təcridxanasında saxlanılan oğlu Vüqar İsmayılovla görüşdən qayıdan vaxt yolla avtobus dayanacağına həyat yoldaşı Şahid4 ilə birlikdə söhbət edib piyada gedərkən tanımadığları qara rəngli, markası və dövlət qeydiyyat nişanını xatırlamadığı xarici markalı avtomobil yanlarında saxlayaraq dayanacağa tərəf getdiyini, onları da apararaq düşürtməyi təklif etmişdir. Həyat yoldaşı razılaşmış və onlar avtomobilə əyləşmişlər. Həmin şəxs avtomobildə tək imiş, həmin şəxs özünü Cəmil kimi təqdim edərək Dövlət Təhlükəsizlik Xidmətində çalışdığını bildirmişdir. Bundan sonra, Bakı istintaq Təcridxanasına hansı məqsədlə gəldiklərini maraqlanmışdır. O, da oğlu Vüqar İsmayılovun həbs edildiyini, həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin qərarından Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verdiyini, cinayət işini əlavə araşdırılması üçün istintaqa qaytarmaq istədiyini söyləmişdir. Bu söhbətindən sonra Cəmil heç bir problem olmadığını, adını və vəzifəsini demədiyi bir vəzifəli şəxsin tanışı olduğunu, onunla bu məsələni həll edə biləcəyini, cinayət işini yenidən baxılaraq əlavə istintaqa qaytara biləcəyini demişdir. Özünə güvənərək rahatca danışması, xarici avtomobil sürməsini, geyiminin normal olduğunu, həmçinin, özünün də həmin vaxt Bakı istintaq Təcridxanasından işi ilə bağlı gəlib-getdiyini görüb ona inanmışlar və ondan bu məsələni həll etməyi xahiş etmişlər. Cəmil işin alınması üçün onlardan 3800 manat pul almışdır. Ama işin alınmadığını görüb, pulu geri istəmişlər. Cəmil onlardan aldığı puldan 3300 manatını qaytarmışdır. Geri qalan pulu isə qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 Edar qızı ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs 2017-ci il tarixdən toylarda kamera ilə operatorluq edən şəxs kimi tanıyırmış. O, vaxtdan müxtəlif toylarda Təqsirləndirilən şəxs görmüşdür, ailəvi dostluq münasibətləri yaranmışdır. Bir gün Cəmil və bacısının oğlu Şahid17la birlikdə həyətlərində çay içən zaman Cəmil bacısı oğlunu metroya işə düzəldə biləcəyini demişdir. Cəmil həmin işin alınması üçün Zəfərdən 1000 manat pul almışdır. Cəmil iş alınmadıqdan sonra aldığı pulları Zəfərə geri qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, onlar Təqsirləndirilən şəxs 2019-cu ilin fevral ayından tanımağa başlamışlar. Oğlu Şahid1 2019-cu ilin fevral ayının 8-də oğlunun qaynı Şahid8 evində ailəvi qonaq olan zaman Ziyarətin tanışı olan Təqsirləndirilən şəxsla tanış olmuşlar. Həmin vaxt Cəmil də qonaqlıqda olmuşdur. Söhbət əsnasında Cəmil onun oğlundan harada işlədiyini soruşmuşdur, o da Cəmilə daş karxanalarında daş ataraq fəhləlik etdiyini bildirmişdir. Cəmil onun oğlunu aldadaraq Fövqəladə Hallar Nazirliyində işə düzəldəcəyini demişdir. Cəmil onun oğlu Asifi işə düzəltməy adı ilə ondan 3000 manat pul almışdır. Təqsirləndirilən şəxs onun oğlundan pul aldıqdan sonra iş alınmamışdır. Sonradan Cəmilin dediklərinin yalan olduğu üzə çıxmışdır. Oğlunun Cəmilə verdiyi 3000 manat onlara qaytarılmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid17 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs xalası Şahid6 vasitəsi ilə tanımışdır. Təqsirləndirilən şəxs xalasıgilə yaxın münasibəti var imiş. 2019-cu ilin iyul ayında Cəmil onun xalası Təranəgilə gəlmişdir Cəmil onu metroya işə düzəldəcəyini demişdir. Cəmilin bu danışığından sonra onu metroya işə düzəldə biləcəyinə inanaraq Cəmilə pulu vermişdir. Cəmil onu metroda işə düzəltmək müqabilində 1000 manat pul almışdır. O, 2-3 gün sonra Cəmil ilə əlaqə saxlayan zaman işin nə yerdə olduğunu maraqlanmışdır. Cəmil onu metroya işə düzəldə bilməyəcəyini və bu işin alınmayacağını demişdir. İş alınmadığına görə Cəmilə verdiyi 1000 manat pulu tələb etmişdir. Bir müddət sonra Cəmil xalasının vasitəsi ilə 1000 manat pulu geri qaytarmışdır. Cəmilə qarşı heç bir şikayəti və tələbi yoxdur. Şahid qismində dindirilmiş Şahid18 Şahid17 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid27 ifadəsində göstərmişdir ki, oğlu Cavidan Təqsirləndirilən şəxsla 2019-cu ilin iyun ayında dayısının oğlu X15 vasitəsilə Biləsuvar rayonunda tanış olmuşlar. Yusif Cəmil barəsində ona danışaraq təsadüf nəticəsində tanış olduqlarını demişdir, oğlu işsiz olduğu üçün Cəmilin ona iş tapmaqda kömək edə bilib-bilməyəcəyini soruşmuşdur, oğlunun dayısı oğlu da Cəmilin yaxşı əlaqələrinin olduğunu oğlunu işə düzəldə biləcəyini demişdir. Oğlu da Təqsirləndirilən şəxsla əlaqə saxlayaraq iş barədə danışaraq işə düzəlməyi üçün Cəmilin ona kömək etməsini xahiş etmişdir. Cəmil ona Dövlət Təhlükəsizlik Xidmətində işlədiyini, oğlunu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına Müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi işə düzəldə biləcəyini demişdir. Cəmil onun oğlundan 1500 manat pul almışdır. Cəmil sonradan əlavə olaraq 500 manat da pul istəmişdir. 500 manat pulu da vermişlər. Sonradan Cəmilin dediklərinin yalan olduğu üzə çıxmış və onlar aidiyyəti üzrə şikayət etmişlər. Cəmil ona verdikləri 2000 manat puldan 1000 manat pul qaytarmışdır. Geriyə qalan 1000 manat pul isə qaytarılmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid24 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxsla 2019-cu ilin iyun ayında dayısı oğlu X15 vasitəsilə Biləsuvar rayonunda tanış olmuşdur. Yusif Cəmil barəsində ona danışaraq təsadüf nəticəsində tanış olduqlarını bildirmişdir, o, işsiz olduğu üçün Cəmilin ona iş tapmaqda kömək edə bilibbilməyəcəyini soruşmuşdur, Yusif də demişdir ki, “özün görüşüb danışarsan, yaxşı əlaqələri var, yəqin ki, köməklik edər”. O, da Təqsirləndirilən şəxsla əlaqə saxlayaraq Biləsuvar rayonunda avtovağzalın yaxınlığında təklikdə görüşmüşdür. Cəmil “Lexus” markalı maşınla, kostyumda tək gəlmişdir, o, görüş əsnasında işləmək istədiyini, ona yardımçı olmasını xahiş etmişdir. Cəmil ona Dövlət Təhlükəsizlik Xidmətində işlədiyini demişdir. Cəmil ona Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına Müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi işə düzəldə biləcəyini demişdir. Ondan onu işə düzəldəcəyi üçün 1500 manat pul istəmişdir. Oda razılaşmışdır. O, bir neçə gün sonra Cəmilə 1500 manat pul vermişdir. Cəmil onunla əlaqə saxlayaraq əlavə 500 manat pul lazım olduğunu demişdir. Həmin pul da Cəmilə verilmişdir. Cəmil işinin alınacağını desə də işi alınmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid16 ifadəsində göstərmişdir ki, o, xüsusi müxbir vəzifəsində işləyirmiş. Təqsirləndirilən şəxs ASTV informasiya agentliyində xüsusi müxbir işləyərkən tanımışdır. Cəmil ASTV informasiya agentliyinin direktoru vəzifəsində işləyirmiş. İşlə əlaqədar ətraflı heç nə bilmir. Ona sonradan Təqsirləndirilən şəxs müxtəlif adamlardan pul alaraq işə düzəldəcəyini bildirməsi məsələsi məlum olmuşdur. İşlə əlaqədar başqa heç nə bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs qardaşı oğlu Şahid24 vasitəsilə tanımışdır. Cavidan 2019-cu ilin iyun ayında ona dayısı oğlu X27 vasitəsilə Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı Təqsirləndirilən şəxs ilə tanış olduğunu, onu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına Müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi işə düzəldəcəyini vəd etdiyini, buna görə ondan 1500 manat məbləğdə pul aldığını demişdir. O, da bu söhbəti eşitdikdən sonra Cəmillə əlaqə saxlayaraq onunla Cəlilabad rayonunda görüşmüş. Görüş əsnasında Cəmil ona qardaşı oğlu Cavidandan aldığı 1500 manat pulu Cavidanı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarda işə düzəltməyi üçün aldığını demişdir. X23 500 manat da pulun lazım olduğunu deyərək həmin məbləğdə pulu istəmişdir. O, da həmin pulu Cəmillə görüşərək Cəmilə vermişdir. Cəmil Cavidanı işə düzəltmək adı ilə aldığı 2000 manat məbləğində puldan cəmi 1000 manat pul qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs 2019-cu ilin əvvəllərindən tanımışdır. Təqsirləndirilən şəxs bacanağının vasitəsi ilə tanımışdır. O, Cəmilin nə işlə məşğul olduğunu bilmirmiş. Söhbət əsnasında Təqsirləndirilən şəxs adam işə düzəldə biləcəyini öyrənmişdir. Onun yanında Şahid2 onu Penitensiar Xidmətin tibb məntəqələrinə və yaxud digər tibb xidmətlərinə tibb bacısı kimi işə düzəltmək üçün Cəmilə 1600 manat pul vermişdir. Sonradan Güllü xanımın işinin alınmadığını öyrənmişdir. Təqsirləndirilən şəxs Güllü xanımın işini düzəltmədiyinə görə Güllü xanım pulunu tələb etmiş, Cəmil Güllüdən aldığı pulun 1000 manatını bir dəfə, 500 manatını da bir dəfə olaraq iki dəfəyə qaytarmışdır. Hal-hazırda Təqsirləndirilən şəxs Güllüyə borcu qalmayıb və onun bu işdə heç bir əli olmayıb. O, sadəcə hadisənin şahidi olmuşdur. İbtidai istintaq zamanı tərtib edilən ifadəsi məhkəmədə verdiyi ifadədən fərqlidir, çünki o, yazıb oxuya bilmədiyindən istintaq zamanı tərtib edilən ifadənin mahiyyətini bilmədən ifadəni imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, onun oğlu X21 2018-ci ilin iyun ayında Bakı şəhəri Nəsimi rayon Prokurorluğunda aparılan cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilmişdir və elə həmin gün Nəsimi rayon Məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilmişdir. Daha sonra isə qısa müddət ərzində istintaq yekunlaşaraq cinayət işi baxılması üçün aidiyyəti üzə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə oğlu Vüqar İsmayılov 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmdən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti versələr də, hökm dəyişdirilmədən saxlanılmışdır. 2019cu ilin avqust ayının ortaları, dəqiq tarixini xatırlamadığı vaxtda Bakı İstintaq Təcridxanasında saxlanılan oğlu Vüqar İsmayılovla görüşdən qayıdan vaxt yolda avtobus dayanacağında həyat yoldaşı Şahid20 ilə birlikdə söhbət edərərk piyada gedərkən tanımadıqları qara rəngli, markası və dövlət qeydiyyat nişanını xatırlamadığı xarici markalı avtomobil yanlarında saxlayaraq dayanacağa tərəf getdiyini, onları da apararaq düşürtməyi təklif etmişdir. Həyat yoldaşı İlqar razılaşmış və onlar avtomobilə əyləşmişlər. Həmin şəxs avtomobildə tək plmuşdur, həmin şəxs özünü Cəmil kimi təqdim edərək Dövlət Təhlükəsizlik Xidmətində çalışdığını bildirmişdir. Bundan sonra, Bakı istintaq Təcridxanasına hansı məqsədlə gəldiklərini maraqlanmışdır. O da oğlu Vüqar İsmayılovun həbs edildiyini, həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin qərarından Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verdiyini, cinayət işini əlavə araşdırılması üçün istintaqa qaytarmaq istədiyini söyləmişdir. Bu söhbətindən sonra Cəmil heç bir problem olmadığını, adını və vəzifəsini demədiyi bir vəzifəli şəxsin tanışı olduğunu, onunla bu məsələni həll edə biləcəyini, cinayət işini yenidən baxılaraq əlavə istintaqa qaytara biləcəyini demişdir. Özünə güvənərək rahatca danışması, xarici avtomobil sürməsini, geyiminin normal olmasını, həmçinin, özünün də həmin vaxt Bakı istintaq Təcridxanasından işi ilə bağlı gəlib-getdiyini görərək ona inanmışlar və ondan bu məsələni həll etməyi xahiş etmişlər. Cəmil işin alınması üçün onlardan 3800 manat pul almışdır. Amma işin alınmadığını görərərk, pulu geri istəmişlər. Cəmil onlardan aldığı puldan 3300 manatını qaytarmışdır. Məhkəmə iclasında elan və tədqiq olunmuş Şahid3 ifadəsindən görünür ki, 2019cu ilin iyul ayında oğlu X14 Azərbaycan Respublikası CM-nin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair işə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxıldığına görə, oğlu X31 rayon Polis Şöbəsinin MSY-də saxlandığından oğluna yemək aparmışdır. Elə polis şöbəsindən çıxıb yaxınlıqdakı çayxanalardan birində oğlu Elşən Həziyevlə əyləşib ağlayan zaman Təqsirləndirilən şəxs onlara yaxınlaşaraq nə üçün ağladığını soruşduqda başına gələnləri, oğlu Rahibin tutulduğunu və təqsirləndirildiyini bildirmişdir. Təqsirləndirilən şəxs ona Lənkəran ağır cinayətlər məhkəməsində tanışının olduğunu və bu məsələni həll edə biləcəyini və müəyyən pul qarşılığında oğlunu buraxdıracağını bildirmişdir. O, Təqsirləndirilən şəxs oğlunun məlumatlarını və öz telefon nömrəsini vermişdir ki, işlə maraqlandıqdan sonra onunla əlaqə saxlasın. Bir neçə gün sonra Cəmil ona zəng edərək adını demədiyi vəzifəli tanışları ilə danışdığını və 8000 manat pul müqabilində oğlunu buraxdıracağını vəd etmişdir. O, inanaraq qeyd edilən məbləğdə pulu toplayıb Cəmilə zəng edib pulun hazır olduğunu bildirmişdir. xx xxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs Beyləqan rayonu, Əhmədli kəndindəki evinə gələrək oğlu Elşənin yanında ondan 8000 manat pulu almış və ona oğlu Rahib Həziyevin azadlığa buraxılması üçün həmin pulu vəzifəli şəxslərə verəcəyini vəd etmişdir. Lakin xx xxxxxx 2019-cu il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə oğlu Rahib Həziyev Azərbaycan Respublikası CM-nin 206-cı maddəsi ilə təqsirli bilinərək 8 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bu səbəbdən o, Təqsirləndirilən şəxs verdiyi 8000 manat pulunu geri tələb etmişdir. Cəmil müxtəlif vaxtlarda “Azərpoçt” vasitəsilə hissə-hissə olmaqla ümumilikdə 6950 manat pulunu geri qaytarmışdır. Lakin bugünədək Təqsirləndirilən şəxs onun 1050 manat pulunu geri qaytarmamışdır. Məhkəmə iclasında elan və tədqiq olunmuş Şahid8 ifadəsindən görünür ki, yeznəsi Şahid1 işə düzəltmək adı altında aldadaraq sonuncunun 3000 manat pulunu ələ keçirən Təqsirləndirilən şəxs Asiflə onun vasitəsi ilə tanış olmuşdur. O, özü Cəmillə 2018-ci ilin təxminən dekabr ayında Cəlilabad rayonunda yerləşən Göytəpə hərbi şəhərciyində xidmət edən zaman təsadüf nəticəsində tanış olmuş, o vaxtdan münasibətləri formalaşmışdır. Həmin vaxt Cəmil özünü Dövlət Təhlükəsizlik Xidmətinin polkovnik rütbəli vəzifəli şəxsi kimi ona təqdim etmişdir. O da Cəmilin bahalı maşın sürməsini, bahalı kostyumda olmasını görüb ciddi bir şəxs kimi qəbul edib sözlərinə inanmışdır. 2019-cu ilin fevral ayında Cəmil rayonda olan zaman onu yaşadığı evə qonaq dəvət etmişdir. Həmin vaxt Asif də onlarda olmuş, Cəmillə tanış olmuşdur. Sonradan müəyyən vaxt keçdikdən sonra Asifdən eşitmişdir ki, həmin qonaqlıq vaxtı Cəmil Asiflə geniş söhbət etmiş, Asifə 3000 manat dövlət rüsumu qarşılığında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Biləsuvar rayon bölməsinə yanğınsöndürən vəzifəsinə düzəldə biləcəyini demişdir. Həmin vaxtı onun bu söhbətlərdən xəbəri olmamışdır. Sonradan Asif ona danışmışdır ki, Cəmillə telefon əlaqəsi saxlamış, müəyyən sənədləri sonuncuya vermiş, həmçinin 2019-cu ilin mart ayının 23-də Bakı Şəhərində Cəmillə görüşmüşdür. 3000 manat pulu Bakı şəhərində Tbilisi prospektində yerləşən, Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin inzibati binasının arxasında olan köhnə binada yerləşən ofisdə Cəmilə təqdim etmişdir. X45 dövlət rüsumunun ödənilməsi ilə bağlı heç bir sənəd verməmişdir. Sonradan aylar keçmiş, lakin Cəmil Asifi heç bir yerə işə düzəltməmişdir. Asif Cəmillə neçə dəfə görüşmüş, dəfələrlə telefon əlaqəsi saxlamış, hər dəfəsində də Cəmil Asifi guya hansısa sənədin lazım olduğunu deyərək dəfələrlə Bakı şəhərinə çağıraraq müxtəlif ünvanlarda görüşməklə işi yubatmaqla onun yeznəsini əməlli başlı aldatmışdır. O da bu söhbəti eşidəndən sonra Cəmillə bir neçə dəfə telefonda danışmış, pulu geri qaytarmasını tələb etmişdir. Cəmil də söz vermiş, lakin hamını aldatmışdır. Asif də Cəmil tərəfindən aldandığını başa düşüb, Cəmilin artıq pul qaytarmayacağını görüb 2019-cu ilin sentyabr ayının 17-də Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161” qaynar xətt əlaqə mərkəzinə zəng edərək baş verənlər barədə bildirmiş, Təqsirləndirilən şəxs şikayətçi olduğunu, sonuncunun cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Sonradan onlara məlum olmuşdur ki, Cəmil DTX-nın işçisi deyil, sadəcə olaraq bir dələduzdur, yalandan DTX kimi nüfuzlu bir dövlət qurumun adından istifadə etmişdir. Təqsirləndirilən şəxs Asifin iş məsələsi ilə bağlı ona 1 manat olsun belə pul verməmişdir, bu barədə Cəmilin dedikləri yalandır. Ümumiyyətlə, onun bu 3000 manat pul söhbətindən, yəni Asiflə Cəmil arasında baş verən söhbətlərdən sonradan məlumatı olmuşdur. Bunu da ona yeznəsi Asif danışmışdır. Cəmil ona 2000 manat pulu Asifə verməyilə bağlı heç nə deməmişdir. Bu ağ yalandır. Cəmil dələduz bir insandır, həyatı başdan ayağa yalandan ibarətdir. Həmçinin, Şahid26 da tanımır, Cəmilin belə bir tanışının olmasından da xəbəri yoxdur. Cəmilin ifadəsində qeyd etdiyi Şahin adlı şəxsi tanımır, elə bir adda hərbiçi yoldaşı və ya dostu da yoxdur, Cəmilin nə üçün Şahin barədə ifadəsində danışdığını başa düşə bilmir. Cəmil artıq öz əməllərini ört-basdır etmək üçün hər bir yalan danışmağa hazır olan insandır. Cəmil onun yanında kiməsə nə pul verməyib, nə də ki pul qaytarmamışdır. Həmçinin, Cəmil hansısa bir işə görə də ona 1 manat olsun belə verməmişdir. Onun Cəmilin heç bu dələduzluq əməllərindən xəbəri belə olmamışdır. Təqsirləndirilən şəxs özünü vəzifəli şəxs kimi təqdim edərək başqa vətəndaşlardan da işə düzəltmək adı altında pul alması barədə hər hansı bir məlumatı yoxdur. Məhkəmə iclasında elan və tədqiq olunmuş Şahid15 ifadəsindən görünür ki, 2018-ci ilin oktyabr ayında “ASTV” informasiya agentliyini yaratmış, həmin agentliyin təsisçisidir, Mərkəzi Gəncə şəhərində yerləşir. Hətta agentliyin astv.news adlanan rəsmi internet səhifəsi də vardır. Onların işi ölkə ərazisində baş verən hadisələri, ölkənin inkişafı ilə bağlı mühüm xəbərləri toplayaraq saytlarında yerləşdirib əhaliyə məlumatları çatdırmaqdan ibarətdir. Kəngərli təxəllüsü vardır. Təqsirləndirilən şəxs 2019-cu ilin yay aylarında tanımışdır. Belə ki, Bakıda mətbuat işçiləri ilə görüşlərin birində təsadüfən tanıdığı, operator kimi çalışan Şahid26 vasitəsi ilə Cəmili tanımışdır. Cəmil qeyd etdiyi vaxtda Samirlə bərabər Gəncə şəhərinə ofisə gələrək onunla görüşmüşlər. Görüş zamanı Samir Cəmili dostu kimi ona təqdim etmişdir. Cəmil bahalı “Range Rover” markalı maşınla gəlmiş, əynində də bahalı kostyum olmuşdur. O da ona görə Cəmili ciddi bir insan kimi qəbul eləmişdir. Söhbət əsnasında Cəmil ona demişdir ki, informasiya agentliyində işləmək istəyir, həmçinin, Bakı şəhərində ofis açılmasında da ona köməklik edəcəkdir. O da düzü Cəmili işə götürə biləcəyini demiş, lakin Bakı şəhərində ofis açmağa maddi imkanının olmadığını da vurğulamışdır. Cəmil ona demişdir ki, ofis məsələsi onluqdur. Beləcə, Cəmil həmin vaxtdan agentlikdə vitse-prezident kimi ictimai əsaslarla işə qəbul etmiş, bir müddət sonra Cəmil Bakıda agentliyə ofis tapmışdır. Həmin ofis Bakı şəhəri, Tbilisi prospektində, Azərbaycan Respublikası Qaçqınların Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin inzibati binasının yaxınlığında, köhnə binada yerləşmişdir. O, düzü həmin ünvana təxminən 1 ay sonra gəlmiş, Cəmilin ofisdə şərait qurduğunu görmüşdür. Həmçinin, Şahid14 adlı əməkdaşı da görmüş, Cəmil ona demişdir ki, Muradı özü işə götürübdür, icraçı direktor kimi adı işdə rəsmiləşəcəkdir. O da Cəmilə demişdir ki, belə bir fikrin var idisə, gərək vaxtında məlumat verəydin. Cəmil ona Muradın köməklik edəcəyini, işləri öyrənəcəyini, sonra rəsmi işə götürüləcəyini demişdir. O da buna daha etiraz etməmiş, həmçinin, Cəmilə tapşırmışdır ki, birdən nə badə kimisə işə qəbul edib, ondan pul alar. Yəni Cəmilə dönə-dönə demişdir ki, qanunsuz işlərlə məşğul olmasın. Sonrakı gəlişlərində də, yəni 2019-cu ilin əvvəllərində ofisdə Zülfiyyə adlı xanımı görmüş, o da Cəmil tərəfindən ofisə dəvət edilmişdir. O, Zülfiyyədən Cəmilin ondan pul alıb-almamasını soruşmuş, Zülfiyyə də demişdir ki, Cəmil ondan pul istəməmişdir, sadəcə demişdir ki, səbrli olsun, agentliyimiz genişlənir, ona rəsmi iş veriləcəkdir. Murad və Zülfiyyə ictimai əsaslarla orada işə başlamışlar. Daha sonralar vaxt keçdikcə Cəmilin ona agentliyin işlərində hər hansı bir kömək etmədiyini görüb 2019-cu ilin may ayında ofisi bağlamışdır. Rəsmi olaraq da Cəmilin əmrini verərək işdən uzaqlaşdırmışdır. Sonradan öyrənmişdir ki, Cəmil əslində fırıldaqçı, dələduz bir insandır, insanları işə düzəltmək adı altında aldaraq onların pullarını ələ keçiribdir. Lakin bu barədə həmin vaxtlar heç bir məlumatı olmamışdır. Yalnız onun barəsində müxtəlif orqanlara şikayətlər edildikdən sonra bilmişdir. Onun Təqsirləndirilən şəxs özünü vəzifəli şəxs kimi təqdim edərək başqa vətəndaşlardan da işə düzəltmək adı altında pul alması barədə hər hansı bir məlumatı yoxdur. Lakin sonradan onun barəsində şikayətlər edildikdən sonra hamı kimi o da ümumi olaraq bilmişdir ki, Cəmil insanları aldadaraq pullarını ələ keçirtmişdir. Amma konkret olaraq Cəmilin kimləri aldatmasını, nə qədər pul almasını bilməmişdir. Təqsirləndirilən şəxs özünü DTX əməkdaşı kimi təqdim etməsindən, vətəndaşları, o cümlədən Biləsuvar rayon sakini Şahid1 işə düzəltmək adı altında aldadaraq Bakı şəhəri, Tbilisi prospektində yerləşən ofisə dəvət etməsindən, sonuncudan 3000 manat pul almasından, eləcə də digər şəxslərdən pul vəsaitləri qəbul etməsindən, 3 nəfər qadın işçinin ofisdə olmasından xəbəri olmamışdır. O, Gəncə şəhərində yaşadığına görə Bakıya ofisə çox gec-gec gəlmişdir. O, qadınlardan yalnız Zülfiyyə adlı əməkdaşı tanımış, Şahid26 ilə də sadəcə olaraq Bakıda olan zaman tanış olmuş, iki dəfə görmüş, münasibəti beləcə yaranmışdır. X35 bərabər Gəncə şəhərinə gələrək onunla görüşmüşlər. Samirin kimisə aldatması, pul vəsaiti alması barədə heç bir məlumatı yoxdur. Məhkəmə iclasında elan və tədqiq olunmuş Şahid26 ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs 2009-cu il tarixdən tanımış, münasibətləri hər zaman normal olmuş, aralarında heç bir zaman hər hansı bir münaqişə, söz-söhbət olmamışdır. O özü 2000-ci il tarixdən 2019-cu ilin iyun ayına kimi televiziyalarda, müxtəlif kanallarda çalışmış, prodüsser, ideya müəllifi kimi işləyərək müxtəlif verilişlərin, serialların istehsalında fəaliyyəti olmuşdur. Təqsirləndirilən şəxs da bir müddət televiziyalarda, verilişlərdə operator kimi çalışmışdır. 2009-cu il tarixdə Xəzər televiziyası ilə İctimai televiziyanın birgə hazırladığı qan aksiyalarının birində çəkilişə Cəmil operator kimi dəvət edilmiş, o sonuncu ilə həmin vaxt qan aksiyasında tanış olmuş və beləcə münasibətləri yaranmışdır. 2009- 2011-ci illər tarixində Cəmillə birlikdə operator kimi bir neçə veriliş layihələrində çalışmışdır. 2011-ci il tarixdən isə Cəmillə iş birliyi dayanmışdır. 2011-2019-cu illər ərzində isə əlaqələri olmamışdır. O, həmin illər ərzində ikinci sənəti olan meyxana sənəti ilə məşğul olaraq həm Azərbaycanda, həm də Rusiyada müxtəlif şəhərlərdə toylarda iştirak etmişdir. 2019-cu ilin ilk aylarında təsadüfən Bakı şəhəri, “20 Yanvar” metrostansiyası yaxınlığında yerləşən Cəfər Cabbarlı adına “Azərfilm kinostudiyası”ndan çıxarkən markasını xatırlamadığı xarici bir avtomobildən bir nəfərin onu çağırdığını eşitmiş, avtomobilə baxan zaman avtomobili idarə edən şəxsin Təqsirləndirilən şəxs olduğunu görmüşdür. Salamlaşaraq görüşmüş, kafelərin birində əyləşərək çay içmişlər. Söhbət əsnasında Cəmil ona demişdir ki, mətbuatda işləyir, özünün bir neçə şirkətləri var, hətta ona bir yerdə çalışmağı da təklif etmişdir. Cəmil demişdir ki, “20 Yanvar” metrostansiyası yaxınlığında Tbilisi prospektində ofisi vardır. Həmin zamanlarda o, Dünya TV-də “Ulduzla yola çıx” verilişinin rəhbəri olmuş, çalışdığı üçün yeni hər hansı bir işə ehtiyac olmamışdır. Cəmil daha sonra ona işlərində nə problem olarsa, deməsini, çəkinməməyi, geniş əlaqələri olduğunu deyərək, hətta bildirmişdir ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev yaxın adamıdır, özü də həmin qurumla gizli şəkildə əməkdaşlıq edir. O da düzü Cəmilə inanmış, nə vaxtsa, işi olacağı halda əlaqə saxlayacağını demişdir. Bundan sonra, bir neçə dəfə Cəmil onunla telefon əlaqəsi saxlamış, hal-əhval tutub sağollaşmışdır. O da bir dəfə Cəmilin Tbilisi prospektində yerləşən ofisinə getmiş, montaj üçün ofis axtarmışdır. Ona görə Cəmilin ona kömək edəcəyini düşünmüşdür. Ofisdə adını xatırlamadığı bir xanım Cəmilin olmadığını demişdir. Sonra isə Cəmillə şəhərdə görüşmüş, ofis axtardığını dedikdə, sonuncu yaxın zamanda ona ofis tapacağını demişdir. Amma Cəmil ona ofis tapmamışdır. 2019-cu il tarixdə onun Təqsirləndirilən şəxsla hər hansı bir iş birliyi olmamışdır. Sonradan 2019-cu ilin iyun ayında Dünya tv-də layihələndirdikləri verilişlərin sponsorları layihədən imtina etdiyi üçün, həmçinin onun da maddi vəziyyəti yaxşı olmadığına görə məcbur qalaraq telekanalla əməkdaşlığı dayandırmışdır. Bir neçə ay işsiz qalmış, daha sonra Türkiyə Respublikasında yaşayan tanışlarının vasitəsi ilə Türkiyə Respublikasına gedərək orada videomontaj işləri üzrə çalışmaq qərarına gəlmiş, ona görə də 2019-cu ilin avqust ayının 28-də Türkiyə Respublikasının Ankara şəhərinə getmişdir. Orada da bir neçə ay yaşadıqdan sonra, nəhayət, 2019-cu ilin yanvar ayının sonunda tanışlarının vasitəsi ilə Dənizli şəhərində yerləşən “ANSA” travel turizm şirkətində reklam montaj işləri üzrə reklam meneceri kimi işə başlamışdır. Hal-hazırda da həmin şirkətdə çalışır. Türkiyə Respublikasına gedərək orada məskunlaşdıqdan sonra ailə üzvləri vasitəsi ilə məlumat almışdır ki, Təqsirləndirilən şəxs insanları işə düzəltmək adı altında aldadaraq pullarını ələ keçirib dələduzluq etdiyinə görə şikayətlər əsasında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları həbs edilmişdir. Təqsirləndirilən şəxs özünü yalandan DTX əməkdaşı kimi insanlara təqdim etmiş, bununla yanaşı həbs olunan zaman istintaqa onun adını verərək bildirmişdir ki, işə düzəltmək adı altında aldatdığı insanlardan aldığı müxtəlif məbləğlərdə olan pulları guya ona vermiş, aralarında bölmüşlər. O, bununla bağlı bildirmişdir ki, Cəmilin onun barəsində dediyi bütün bunlar cəfəngiyatdır, Təqsirləndirilən şəxs onun adıyla bağlı istintaqa tamamilə yalan məlumat vermişdir. Təqsirləndirilən şəxs kiminsə işə düzəlməyi üçün ona 1 manat olsun belə pul verməmişdir, ümumiyyətlə, o, sonuncuya deməmişdir ki, gəl kimisə işə düzəldək, pul alaq. Cəmil açıqaşkar yalan danışaraq özünü müdafiə edəcəyini düşünüb, onun adını öz cinayət əməllərinə qatıb ləkələmək istəyir. Onun ölkədə olmadığından istifadə edərək ona şər, böhtan atır, onun heç bir zaman Cəmilin etdiyi cinayət əməllərindən xəbəri olmamışdır. Türkiyə Respublikasında yenicə işə düzəldiyi şirkətin rəhbərliyindən icazə ala bilmədiyi üçün bu vaxta kimi Azərbaycan Respublikasına gələrək istintaqa ifadə verə bilməmişdir. Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı kimi təqdim edərək Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Biləsuvar rayon bölməsinə yanğınsöndürən vəzifəsinə işə düzəldəcəyini Biləsuvar rayon sakini X4 söz verərək sonuncudan 2019-cu ilin mart ayında 3000 manat pul alaraq, daha sonra əvvəlcədən danışıldığı kimi 3000 manat puldan 2000 manat pulu ona verməklə FHN-də işləyən tanışı vasitəsi ilə Asifin işini düzəltməyi xahiş etməsi, daha sonra onun bu işi həll edə bilmədiyini görüb qəbul etdiyi 3000 manat puldan 1000 manatını Asifə qaytarması tamamilə yalandır, Cəmil özünü müdafiə etmək üçün qərəzli şəkildə onun adını qəsdən çəkərək ölkədə olmamağından istifadə edib məsuliyyətdən yaxa qurtaracağını düşünmüşdür. O, Biləsuvar rayon sakini X5 tanımır, işə düzəlməyi üçün Cəmillə aralarında heç bir zaman söhbət olmamışdır və o, Cəmildən, eləcə də kimsədən pul almamışdır. Onun ümumiyyətlə televiziya sahəsindən başqa digər sahələrdə vəzifədə işləyən tanışları da yoxdur. Təqsirləndirilən şəxs ifadəsində göstərdikləri tamamilə yalandır, o, Beyləqan rayonu, Əhmədli kənd sakini Şahid3 tanımır, sonuncunun oğluna kömək ediləcəyi sözünü kimsəyə verməmiş, bu məqsədlə də Cəmildən pul almamışdır. Cəmil ola bilsin ki, özü pulu alaraq həmin şəxsi aldatmışdır. Yalandan da ifadəsində guya ona da pul verdiyini göstərmişdir. Cəmilin dedikləri ağ yalandan baqşa bir şey deyildir. Bundan başqa, Bakı şəhər sakinləri Şahid4 və Şahid20 tanımır, həmin şəxslərə kömək ediləcəyi sözünü kimsəyə verməmiş, bu məqsədlə də Cəmildən pul almamışdır. Onunla Cəmil arasında kimisə işə düzəltməklə bağlı heç bir zaman söhbət olmamışdır. Bundan başqa, Bakı şəhər sakini Şahid2 tanımır, onun harasa işə düzəlməyi üçün nə Cəmilə, nə də ki, başqa bir şəxsə söz verməmiş, pul almamışdır. Onun göstərilən orqanlarda ümumiyyətlə işləyən tanışı da yoxdur. Cəmil öz etdiyi hərəkətlərə onu da şərik etmək istəmişdir ki, bununla bəlkə, məsuliyyətdən yaxa qurtara bilər. Bundan başqa, o, Asif Fətullayevi, eləcə də qaynı Ziyarəti, Şahini, Bakı şəhər sakini Şahid5 tanımır, kimsədən də pul almamışdır. Cəmil bütün bu məsələlərdə onun adını qəsdən çəkir, Cəmilin dələduzluq əməllərindən də xəbəri yoxdur. Eyni zamanda Bakı şəhər sakini Şahid6, Şahid17 da tanımır, Zəfərin xxxxndə işə düzəlməyi üçün Cəmillə aralarında heç bir söhbət olmamışdır, Cəmildən pul almamış, Cəmil özü dələduzluq edərək insanları aldatmışdır. Bundan başqa, Kürdəmir rayon sakini Şahid21 da tanımır, sonuncunun oğlunun DİN orqanlarında işə düzəlməyi üçün Cəmillə aralarında söhbət olmamışdır. Həmçinin, Biləsuvar rayon sakini Şahid23, sonuncunun qardaşı oğlu Şahid24 tanımır, Cavidanın işə düzəlməyi ilə bağlı Cəmillə aralarında heç bir söhbət olmamışdır. Cəmil qəsdən onun adını çəkir ki, guya sonuncu ilə iş birliyində olmuşdur. Həmçinin, Biləsuvar rayonu, Amankənd kənd sakini Şahid13 tanımır, Cəmillə arasında nə kimi münasibətin olmasından da məlumatı yoxdur. Təqsirləndirilən şəxs həmin şəxslərin pulunu alaraq onları aldatsa da, bundan onun xəbəri olmamışdır. Təqsirləndirilən şəxs adını yalandan qəsdən olaraq çəkib öz çirkin əməllərinə onu da qatmaq istəyir. Bu da yəqin onunla bağlıdır ki, Cəmil düşünür ki, kiminsə adını, eləcə də onun adını verməklə özü məsuliyyətdən boyun qaçıra biləcək. O, sonradan öyrənmişdir ki, Təqsirləndirilən şəxs DTX-nin əməkdaşı deyilmiş, bu orqanın adından yalandan istifadə edərək vətəndaşları aldadıb əmlaklarını, pullarını ələ keçirmişdir. Həmçinin, əvvəllər də dəfələrlə dələduzluq əməllərinə görə cinayət məsuliyyətinə alınmışdır. Artıq ona aydın olmuşdur ki, Cəmil sadəcə bir dələduzdur, törətdiyi əməllərə görə cəza alsa belə, sonradan yenə bu işlərlə məşğul olacaqdır. Ən azından əvvəlki dələduzluq əməlləri də bunu sübut edir. Təqsirləndirilən şəxs x xxxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.1 və 310-cu maddələri ilə şübhəli şəxs qismində tutulmuşdur. (cild 1, iş vərəqə 56- 73) xx xxxxxxx 2019-cu il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.2.1 və 310-cu maddələrindən həmin Məcəllənin 178.2.1, 178.2.2, 178.2.4, 310 və 32.4, 312.2-ci maddələrinə tövsif edilmişdir. (cild 1, iş vərəqə 130-131) Təqsirləndirilən şəxs xx xxxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 310 və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuş və barəsində Binəqədi rayon məhkəməsinin hakimi Elçin Ağayevin xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə 4 ay müddətə, yəni xx xxxxxx 2020-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. (cild 1, iş vərəqə 132-140, 158-160) Cinayət işi üzrə ibtidai istintaq müddəti Azərbaycan Respublikası Baş prokurorunun müavini-Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, İİ dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyev tərəfindən x xxxxxx 2020-ci il tarixdə 3 (üç) ay müddətə, yəni x xxx 2020-ci ilədək uzadılmışdır. (cild 2, iş vərəqə 122-125) Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti Binəqədi rayon məhkəməsinin hakimi Fərid Əmirəliyevin x xxxxxx 2020-ci il tarixli qərarı ilə 3 (üç) ay müddətə, yəni x xxx 2020-ci il tarixədək uzadılmışdır. (cild 2, iş vərəqə 140-144) xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 310 və 32.4, 312.2-ci maddələrindən həmin Məcəllənin 178.2.2, 178.2.4, 310 və 32.4, 312.2-ci maddələrinə tövsif edilmiş, həmin tarixdə Təqsirləndirilən şəxs qeyd edilən maddələrlə yenidən ittiham elan edilmişdir. (cild 2, iş vərəqə 227-279) Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətindən daxil olmuş xx xxxxxx 2020-ci il tarixli, 23/12-253 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Dövlət Təhlükəsizliyi Xidmətində həqiqi hərbi xidmət edənlərin (işləyənlərin), eləcə də xidmətdən tərxis olunmuş (işdən azad edilmiş) əməkdaşların siyahısında keçmir. (cild 2, iş vərəqə 95-96) Cinayət işinin materiallarında olan və şahid qismində dindirilmiş Şahid12 ifadəsinə əlavə etdiyi “Whatsapp” sosial şəbəkəsində aparılmış yazışmalardan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid12, o cümlədən Şahid5 arasında Təqsirləndirilən şəxs Şahid12 Dövlət Gömrük Komitəsində işə düzəltməsi ilə bağlı söhbətlər aparılmışdır. Şahid12 və Şahid5 mütəmadi olaraq Təqsirləndirilən şəxs ünvanına çoxsaylı mesajlar yazaraq işin nə vaxt düzələcəyini, nə vaxt görüşəcəklərini soruşmuşlar. Həmçinin, Təqsirləndirilən şəxs tərəfindən tələb olunan, iş üçün lazım olan sənədlərin (diplom və sair.) şəkilləri də sonuncunun ünvanına göndərilmişdir. Təqsirləndirilən şəxs həmin şəxslərə cavab olaraq yazdığı mesajlarından görünür ki, sonuncu müxtəlif bəhanələrlə vaxtı uzadaraq işin yaxın zamanda həll ediləcəyini yalandan onlara söyləmişdir. Həmçinin, görünür ki, sonradan artıq aldanıldıqlarını başa düşən Röyal və Vəzirin israrlı tələblərindən sonra Təqsirləndirilən şəxs yaxın zamanda aldığı pulu qaytaracağını dəfələrlə söz vermiş, vaxtı uzada-uzada sonradan pulun bir hissəsini məcburiyyət qarşısında qalaraq qaytarmış, əksər vaxt telefonlara, yazılmış mesajlara cavab verməmişdir. Röyal və Vəzir də Cəmilə vaxt qoyaraq pullarını tam almayacaqları təqdirdə onun barəsində şikayət edəcəklərini sonuncuya bildirmişlər. (cild 1, iş vərəqə 198-248) İstintaq zamanı “xxxx” MMC-dən xx xxxxxx 2020-ci il tarixli, AZF/LGL-890/20 nömrəli məktubla daxil olmuş, telefon məlumatlarını özündə əks etdirən 1 ədəd CD diskə baxış keçirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, diskdə ümumilikdə 42 fayl vardır, həmin fayllarda mobil nömrələr arasında aparılmış mesajlaşmalar, sms mətnləri, telefon nömrələrinin kimin adına olması, ünvanları barədə məlumatlar, həmçinin aparılmış telefon danışıqları, danışıqların tarixləri, müddətləri, anten dairələri əks olunmuşdur. Baxış zamanı qeyd olunan fayların tərkibinə daxil olan sms faylarında istintaq üçün əhəmiyyət kəsb edən hər hansı bir mesajlaşma müəyyən edilməmişdir. Lakin telefon danışıqlarını əhatə edən faylarda Təqsirləndirilən şəxs istifadəsində olan telefon nömrələri vasitəsi ilə onun özünü vəzifəli şəxs kimi təqdim etməklə dələduzluq edib işə düzəltmə adı altında aldadaraq müxtəlif məbləğdə pul vəsaitlərini ələ keçirtdiyi çoxsaylı vətəndaşların istifadəsində olan telefon nömrələri arasında, vətəndaşlardan pul alınan dövrü, eləcə də ondan sonrakı ayları əhatə edən vaxtlarda çoxsaylı telefon danışıqları həyata keçirilmişdir. Belə ki, xx.xx.2018-xx.xx.2019-cu il tarix arasında Təqsirləndirilən şəxs adına olan ***-***-**-** nömrəli mobil telefonla, 1) Şahid2 istifadəsində olan ***-***-**-** nömrəli telefon arasında 4 dəfə, 2) Şahid13 istifadəsində olan ***-***-**-** nömrəli telefon arasında 124 dəfə, həmçinin ***-***-**-** nömrəli telefon arasında isə 7 dəfə, 3) Şahid24 istifadəsində olan ***-***-**-** nömrəli telefon arasında 4 dəfə, 4) Şahid1 istifadəsində olan ***-***-**-** nömrəli telefon arasında 109 dəfə, 5) Şahid21 istifadəsində olan ***-***-**-** nömrəli telefon arasında 19 dəfə, həmçinin ***-***-**-** nömrəli telefon arasında 2 dəfə, 6) Şahid8 istifadəsində olan ***-***-**-** nömrəli telefon arasında 72 dəfə, 7) Şahid14 istifadəsində olan ***-***-**-** nömrəli telefon arasında 143 dəfə, həmçinin ***-***-**-** nömrəli telefon arasında 145 dəfə, 8) Şahid4 istifadəsində olan ***-***-**-** nömrəli telefon arasında 10 dəfə, 9) Şahid12 istifadəsində olan ***-***-**-** nömrəli telefon arasında 15 dəfə, 10) Şahid6 istifadəsində olan ***-***-**-** nömrəli telefon arasında 11 dəfə, 11) Şahid23 istifadəsində olan ***-***-**-** nömrəli telefon arasında 1dəfə, həmçinin ***-***-**-** nömrəli telefon arasında 69 dəfə, 12) Şahid25 istifadəsində olan ***-***-**-** nömrəli telefon arasında 1 dəfə, 13) Şahid26 istifadəsində olan ***-***-**-** nömrəli telefon arasında 23 dəfə, 14) X16 istifadəsində olan ***-***-**-** nömrəli telefon arasında 72 dəfə, 15) Şahid20 istifadəsində olan ***-***-**-** nömrəli telefon arasında 1 dəfə, 16) Şahid5 istifadəsində olan ***-***-**-** nömrəli telefon arasında 52 dəfə telefon danışığı olmuşdur. Həmçinin, xx.xx.2018-xx.xx.2019-cu il tarix arasında Şahid13 adına olan ***- ***-**-** nömrəli mobil telefonla, 1) Şahid2 istifadəsində olan ***-***-**-** nömrəli telefon arasında 150 dəfə, 2) Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli telefon arasında 124 dəfə, həmçinin ***-***-**-** nömrəli telefon arasında isə 8 dəfə telefon danışığı olmuşdur. Bundan başqa, xx.xx.2018-xx.xx.2019-cu il tarix arasında Şahid13 adına olan ***-***- **-** nömrəli mobil telefonla, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli telefon arasında 26 dəfə, həmçinin ***-***-**-** nömrəli telefon arasında isə 8 dəfə telefon danışığı olmuşdur. (cild 2, iş vərəqə 207-210) Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsindən daxil olmuş xx.xx.2020-ci il tarixli, 7724-1220 və 7735-1220 nömrəli məktublardan görünür ki, DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompyuter uçot bazasına görə xx.xx.1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs, xx.xx.1979-cu il təvəllüdlü Şahid26, xx.xx.1994-cü il təvəllüdlü Şahid14 və xx.xx.1992-ci il təvəllüdlü Şahid13 adlarında nəqliyyat vasitəsi qeydiyyatdan keçmir. (cild 2, iş vərəqə 98-101) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən daxil olmuş xx.xx.2020 və xx.xx.2020-ci il tarixli, **********04 və **********77 nömrəli məktublardan görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən Şahid26 adına Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsi, bina 22, mənzil 12, Təqsirləndirilən şəxs ümumi birgə adına Qazax rayonu, Kosalar kəndində 0,14 ha, 0,11 ha həyətyanı və 0,97 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri, Cəlilabad rayonu, Abdullu kəndində ailə üzvləri ilə ümumi birgə 0,42 ha və 0,18 ha həyətyanı torpaq sahələri, Şahid14 adına Yardımlı rayonu, Əsədabad kəndində ailə üzvüləri ilə ümumi birgə 0,48 ha kənd təsərrüfatı və 0,40 ha və 0,03 ha həyətyanı torpaq sahələri, Şahid13 adına ailə üzvüləri ilə ümumi birgə mülkiyyətdə olan Biləsuvar rayonu, Əmənkənd kəndində yerləşən 6,45 ha kənd təsərrüfatı təyinatlı və 0,23 ha həyətyanı torpaq sahələri aşkar edilmişdir. (cild 2, iş vərəqə 150-153) Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin arayışından görünür ki, Bakı şəhəri, Suraxanı rayon məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində çıxarılmış xx xxxx 2012-ci il tarixli, 1(010)-167/2012 saylı hökmlə Təqsirləndirilən şəxs xx.xx.2012-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 2500 (iki min beş yüz) manat cərimə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cəlilabad rayon İcra və Probasiya şöbəsindən daxil olmuş xx.xx.2020-ci il tarixli, 1xx/xx-2012 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 2500 (iki min beş yüz) manat cərimə cəzasına məhkum edilməsi barədə hökm icradan ötrü xx xxxxxxxx 2012-ci il tarixdə Cəlilabad rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuşdur. Təqsirləndirilən şəxs 2500 (iki min beş yüz) manat cəriməni müvafiq bank hesabına tam olaraq ödədiyindən o, xx xxxxxx 2012-ci il tarixdə məhkumların qeydiyyatı kitabından çıxarılmışdır. (cild 2, iş vərəqə 183-184) İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində çıxarılmış xx xxxxxx 2014-cü il tarixli, 1(006)-31/2014 saylı hökmün sürətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (cild 2, iş vərəqə 212-219) İş materiallarında olan Bakı şəhəri Xətai rayon məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində çıxarılmış xx xxxxx 2014-cü il tarixli, 1(011)-89/2014 saylı hökmün sürətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.5, 66.3 və 69.3-cü maddələrinə əsasən hazırkı hökmlə təyin edilmiş 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli hökmü ilə təyin edilmiş 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 5 il 5 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. (cild 2, iş vərəqə 185-198) İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində çıxarılmış xx xxxx 2015-ci il tarixli, 1(006)-210/2015 saylı hökmün sürətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.5 və 66.3-cü maddələrinə əsasən Xətai rayon məhkəməsinin xx xxxxx 2014-cü il tarixli hökmü ilə təyin edilmiş 5 il 5 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Nəsimi rayon məhkəməsinin hazırkı təyin edilmiş 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 6 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. (cild 2, iş vərəqə 220-226) DİN-nin BƏSİİ-nin arayışından görünür ki, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respublikasının xx.xx.2016-cı il tarixli qanunu tətbiq edilərək CM-nin 178.1, 178.2.2, 178.2.4, 66.3, 66.5, 69.3-cü maddələri ilə Təqsirləndirilən şəxs 05 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Suraxanı rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respublikasının xx.xx.2017-ci il tarixli qanunu tətbiq edilərək Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixli Xətai rayon məhkəməsinin hökmündən azad edilib, xx.xx.2015-ci il tarixli Nəsimi rayon məhkəməsinin hökmündəki CM-nin 178.2.4-cü maddəsi CM-nin 178.1-ci maddəsinə tövsif edilib, ona 02 il azadlıqdan məhrum etmə cəzası təyin edilib, xx.xx.2014-cü il tarixli Nəsimi rayon məhkəməsinin hökmü ilə üzərində 3 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, nəticədə Təqsirləndirilən şəxs CM-nin 178.1, 178.2.2, 178.2.4, 69.3, 66.2-ci maddələri ilə qəti olaraq 4 il 5 ay azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs 5 ay 4 gün vaxtından əvvəl şərti olaraq azad edilmişdir. (cild 2, iş vərəqə 77-80) Təqsirləndirilən şəxs cəzadan şərti olaraq vaxtından əvvəl azad olunsa da yenidən qəsdən cinayət törətmişdir. Bu cinayətlərin residivini yaradır. O cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarına əlavə edilmiş Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının Astanlı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs öz davranışları ilə kənd sakinləri arasında hörmətə malik olmuş, Abdullu kəndində yaşadığı müddət ərzində onun barəsində Astanlı kənd İƏD üzrə nümayəndəliyinə heç bir şikayət və ərizə daxil olmamışdır. (cild 2, iş vərəqə 155) xx xxxxxx 2020-ci il tarixli qərarla “Whatsapp” sosial şəbəkəsində aparılmış yazışma sənədləri, “xxxx” MMC-dən daxil olmuş, telefon məlumatlarını özündə əks etdirən 1 ədəd “CD” disk maddi sübut qismində tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. (cild 2, iş vərəqə 227-272) İş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində 2 azyaşlı uşağının (xx.xx.2011-ci il təvəllüdlü X28 və xx.xx.2013-cü il təvəllüdlü X24) olması və CM-nin 59.1.14-cü maddəsinə əsasən, dələduzluq əməli üzrə vurulmuş ziyanın bir qismini ödəməsidir. İş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən, cəzasını ağırlaşdıran hal cinayətlərin residivi və vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə cinayət əməlini təkrarən törətməsidir. Bununla da, Təqsirləndirilən şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası CMnin 178.2.2, 178.2.4, 310 və 32.4,312.2-ci maddələri nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2019-cu il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində Binəqədi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti Binəqədi rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə xx xxx 2020-ci il tarixədək uzadılmışdır və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır. İş üzrə maddi sübut kimi tanınmış, “Whatsapp” sosial şəbəkəsində aparılmış yazışma sənədləri, telefon məlumatlarını özündə əks etdirən 1 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılır. İş üzrə dələduzluq əməli nəticəsində vurulmuş maddi ziyan 50.400 manat təşkil edir. 20.050 manat maddi ziyan ödənilmişdir. Cinayət işi üzrə yerdə qalan maddi ziyan 30.350 manat təşkil edir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Xüsusi müsadirə barədə təklif yoxdur. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356-cü maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 310 və 32.4,312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələri ilə 02 (iki) il 06 (ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Onun cəzasının əvvəli xx xxxxxxx 2019-cu il tarixdən hesablansın. Barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış, “Whatsapp” sosial şəbəkəsində aparılmış yazışma sənədləri, telefon məlumatlarını özündə əks etdirən 1 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. Hökm elan edildiyi (hökmün surəti Təqsirləndirilən şəxs oğluna verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar