Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-158/2022 03.03.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X8, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1965-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, B.Əfəndiyev küçəsi, ev 10-da qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs, qanunsuz olaraq odlu silah, onun komplekt hissəsini və döyüş sursatını əldə etmiş, saxlamış və daşımış və o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, 30.01.2021-ci il tarixdə saat 23 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Balaxanı-Mehdiabad yolunda yerləşən “Oba 5 Mehdiabad” marketin qarşısında istintaqa məlum olmayan “Mövsüm” adlı şəxsin göstərişi ilə Şahid5 satış məqsədi ilə qanunsuz olaraq 3 büküm şəklində olmaqla külli miqdarda, yəni ümumilikdə 24,209 çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq 1 ədəd saz vəziyyətdə olan atəşə yararlı zavod üsulu ilə istehsal edilmiş yivli odlu döyüş silahı hesab edilən 9x19 mm kalibrli, “Borxard-Lüqer kostruksiyalı, P-08” modelli, “43357” nömrəli, Parabellum tapançanı, həmin tapançanın komplekt hissə olan istifadəyə yararlı sandıqçanı və 27 ədəd zavod üsulu ilə istehsal edilmiş istifadəyə yararlı 9 mm kalibrli, “Makarov” (“PM”), “PA63”, “P64”, “RK59”, “CESKA ZBROJOVKA” konstruksiyalı tapançalarda, “Steçkin” (“APS”) konstruksiyalı avtomatik tapançalarda və s. uyğun kalibrli odlu silahlarda istifadə etmək üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən, 9x18mm kalibrli patronları əldə etmiş, həmin heroinin 1 bükümünü üzərində, digər 2 bükümünü, həmçinin 9x19 mm kalibrli, “Borxard-Lüqer kostruksiyalı, P-08” modelli, “43357” nömrəli, Parabellum tapançasını, həmin tapançanın komplekt hissə olan sandıqçanı və 27 ədəd 9x18mm kalibrli patronu idarə etdiyi **-SJ-*** dövlət qeydiyyat nişanlı “Volkswagen Passat” minik markalı avtomobilin salonunda saxlamaqla daşımış, 31.01.2021-ci il tarixdə saat 09:45 radələrində Nərimanov Rayon Polis İdarəsinin X1 və Cinayət-Axtarış Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanın yaxınlığında saxlanılaraq idarə etdiyi avtomobillə birlikdə Nərimanov Rayon Polis İdarəsinə gətirilmiş, idarənin inzibati binasında üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli dəri qısaqol gödəkcənin sol iç cibindəki “Sobranıe” markalı siqaret qutusunun içərisindən şəffaf polietilen kəsiyinə bükülmüş bükümdə olmaqla satış məqsədilə daşığıdı həmin heroinin 7,321 qram hissəsi aşkar edilərək götürülmüş, bundan sonra idarənin inzibati binasının həyətində idarə etdiyi **-SJ- *** dövlət qeydiyyat nişanlı “Volkswagen Passat” minik markalı avtomobilə keçirilən axtarış zamanı avtomobilin salonun ön saxlanc yerindən satış məqsədilə saxladığı həmin heroinin şəffaf polietilen kəsiyinə bükülmüş 2 büküm şəklində olmaqla 16,526 qram və 0,362 qram hissəsi, avtomobilin ön sağ oturaçağımn altından isə şəffaf polietilen torbada saxladığı 9x19 mm kalibrli, “Borxard-Lüqer kostruksiyalı, P-08” modelli, “43357” nömrəli, Parabellum tapança, həmin tapançanın komplekt hissə olan sandıqça və 27 ədəd 9x18mm kalibrli patron aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təstiq etdiyini bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. O ifadəsində göstərmişdir ki, üzərindən və idarə etdiyi avtomobildən narkotik vasitə olan heroin aşkar edilmişdir. Lakin o, üzərindən və idarə etdiyi avtomobildən aşkar edilmiş narkotik vasitədən kiməsə satmaq niyyəti olmamış, həmçinin həmin narkotik vasitədən kiməsə satmamışdır. O, üzərindən aşkar edilmiş narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etmişdir. O, təsadüf nəticəsində tanışlarının birindən onlayn narkotik vasitə satan İran İslam Respublikası vətəndaşı olan “Mövsüm” adlı şəxslə tanış olmuşdur. Mövsümdən bir neçə dəfə narkotik vasitə olan heroin almışdır. Belə ki, Mövsümün ona göndərdiyi bank kartlarına müxtəlif məbləğlərdə pul göndərmişdir. Mövsüm isə ona narkotik vasitələrin olduğu yerlərin şəkillərini və ünvanını atmışdır. O, həmin ünvanlardan narkotik vasitələri götürmüşdür. Sonuncu dəfə isə Mövsüm narkotik vasitə olan heroini Emil adlı şəxs vasitəsilə ona göndərmişdir. Belə ki, o, Emillə Binəqədi rayonu, Binəqədi qəsəbəsində görüşmüşdür. Emil qeydiyyat nişanın sonu 795 olan metallik rəngli “Tofaş Şahin” markalı avtomobil idarə edirmiş. O, Emilə 400 manat pul vermiş, Emil isə ona içərisində təxminən 25 qram narkotik vasitə olan heroin vermişdir. O, həmin heroinin bir bükümünü əynində olan qara rəngli dəri gödəkcənin sol iç cibinə, digər 2 bükümü isə ona məxsus olan idarə etdiyi **-SJ-*** dövlət qeydiyyat nişanlı “Volkswagen Passat” minik markalı avtomobilin ön saxlanc yerinə qoymuşdur. 30.01.2021-ci il tarixdə saat 15 radələrində tanışı X4 onun yaşadığı evə gəlmişdir. Nəcəfin ona 1000 manat borcu var imiş və həmin pulu verə bilməmişdir. Nəcəf yaşadığı evdə ona onda tapança və patronları olduğunu demişdir. Nəcəf ona borcu qaytarana qədər tapança və partonları onda qalmağını təklif etmişdir. O, Nəcəfin təklifi ilə razılaşmış və ondan həmin tapanca və patronları götürmüşdür. Həmin tapança xoşuna gəldiyi üçün özündə saxlamaq qərarına gəlmiş və həmin tapançanı idarə etdiyi avtomobilin qabaq sağ oturaçağının altına qoymuşdur. 31.01.2021-ci il tarixdə saat 09:45 radələrində o, ünvan 3 ünvanın yaxınlığında idarə etdiyi **-SJ-*** dövlət qeydiyyat nişanlı “Volkswagen Passat” minik markalı avtomobilin yanında dayanarkən bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərərək Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları olduqlarını bildirmişdirlər. Polis əməkdaşları ondan ad və soyadını soruşmuşlar. O, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları ona bildirmişdirlər ki, onun qanunsuz olaraq narkotik vasitə və odlu silah əldə edib saxlamağı və daşımağı barədə məlumatları vardır və bu məlumatın yoxlanılması üçün o onlarla birlikdə Nərimanov Rayon Polis İdarəsinə getməlidir. O, etiraz etmədən polis işçiləri ilə birlikdə Nərimanov Rayon Polis İdarəsinin inzibati binasına getmişdir. Polis İdarəsinin inzibati binasına gəldikdən sonra xidməti otaqlardan birində polis əməkdaşları ona bildirmişdirlər ki, onun üzərinə şəxsi axtarış keçiriləcək. Bu məqsədlə polis əməkdaşları onun hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin edib, hüquq və vəzifələrini izah etmişdirlər. Daha sonra polis əməkdaşlarının və dövlət hesabına ona təyin edilmiş müdfiəçinin iştirakı ilə video çəkiliş vasitəsilə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməmişdən əvvəl polis əməkdaşları ondan üzərində qanunsuz əşya olub-olmadığını soruşmuş və əgər vardırsa həmin əşyaları təqdim etməyini təklif etmişdirlər. O, bundan sonra əynində olan qara rəngli dəri qısaqol gödəkcənin sol iç cibindəki “Sobrame” markalı siqaret qutusunun içərisindən şəffaf polietilen kəsiyinə bükülmüş bükümdə olan narkotik vasitə heroini çıxardaraq polis əməkdaşlarına təqdim etmişdir. Bundan başqa o polis əməkdaşlarına üzərində olan qısaqol gödəkcənin sağ iç cibindən “Sobrame” markalı siqaret qutusunu, həmin gödəkcəsinin sol yan cibindən alışqanı, sağ yan cibindən isə ona məxsus avtomobilin açarını və alışqanı polis əməkdaşlarına təqdim etmişdir. Sorğu zamanı o bildirmişdir ki, təqdim etdiyi şəffaf poletilen kəsiyinə bükülmüş maddə narkotik vasitə olan heroindir və həmin heroini 30.01.2020-ci il tarixdə saat təxminən 23:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində üzdən tanıdığı lakin adını bilmədiyi şəxsdən öz istifadəsi üçün 400 manata 3 büküm şəklində almışdır və digər 2 bükümü isə idarə etdiyi **-SJ-*** dövlət qeydiyyat nişanlı “Volkswagen Passat” minik markalı avtomobildə saxlamışdır. Bundan sonra onun üzərinə axtarış keçirilmişdir. Lakin onun üzərindən heç bir qanunsuz əşya və maddə aşkar edilməmişdir. Ondan aşkar edilərək götürülmüş şəffaf polietilen kəsiyinə bükülmüş bükümdə olan narkotik vasitə heroin polis əməkdaşı tərəfindən zərfə qoyulub qablaşdırılaraq üzəri möhürlənmiş, həmin zərfin üzəri o və İştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarışla əlaqədar təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokol o və axtarışda iştirak etmiş digər şəxslər tərəfindən imzalanmışdır. Həmçinin sorğu zaman o bildirmişdir ki, idarə etdiyi avtomobildə odlu silah olan tapança və onun patronları vardır. Daha sonra onun, vəkili və polis əməkdaşlarının iştirakı ilə **-SJ-*** dövlət qeydiyyat nişanlı “Volkswagen Passat” minik markalı avtomobilə axtarış keçirilmişdir. Axtarış zaman o idarə etdiyi avtomobilin qabaq sağ oturaçağının altında saxladığı üzərində sandığı olan tapançanı, həmin tapançaya məxsus 27 ədəd patronu, avtomobilin ön sağ hissəsində olan saxlanc yerindən içərisində narkotik vasitə olan heroin olan şəffaf polietilen kəsiyinə bükülmüş bükümləri polis əməkdaşlarına təqdim etmişdir. Sorğu zamanı bildirmişdir ki, təqdim etdiyi tapança və patronları təxminən 5 ay bundan əvvəl hazırda yadında qalmayan tanışı ona hədiyyə etmişdir, heroinləri isə 30.01.2020-ci il tarixdə saat təxminən 23:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində üzdən tanıdığı lakin adını bilmədiyi şəxsdən öz istifadəsi üçün 400 manata almışdır. Bundan sonra idarə etdiyi avtomobildə axtarış keçirilsə də heç bir qanunsuz əşya və maddə aşkar edilməmişdir. İdarə etdiyi avtomobildən aşkar edilmiş tapança və onun patronları, həmçinin içərisində narkotik vasitə olan bükümlər zərfə qoyularaq qablaşdırılmış və üzərləri möhürlənmişdir. Həmin qablaşdırmaların üzəri o və iştirakçılar tərəfindən imzalanmışdır. İdarə etdiyi avtomobilə axtarışla əlaqədar təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokol o və axtarışda iştirak etmiş digər şəxslər tərəfindən imzalanmışdır. O, narkotik vasitələrin satışı ilə məşğul olmur. O, üzərindən və idarə etdiyi avtomobildən aşkar edilmiş narkotik vasitə olan heroindən heç kəsə satmamış, heç kəsə satmaq niyyəti olmamışdır. Onun istifadəsində mobil nömrə yoxdur. O, Mövsüm adlı şəxsin heç bir anket məlumatını bilmir. İran İslam Respublikasının vətəndaşı Mövsüm adlı şəxslə ona məxsus olan “Samsung” markalı mobil telefon istifadə etdiyi “Whatsapp” proqramı vasitəsilə əlaqə saxlayırmış. Onlar “Whatsapp” proqramı vasitəsilə bir-birilərinə zəng vurmuş, səsli mesaj göndərmişdirlər. Həmçinin Mövsüm ona narkotik vasitələrin qoyulduğu yerlərin şəkillərini göndərmişdir. Mövsüm adlı şəxsin istifadəsində İran İslam Respublikasına məxsus mobil nömrə olmuşdur. Həmin mobil nömrə ona məxsus mobil telefonda olmuşdur. Həmin mobil nömrəni dəqiq bilmir. Onun istifadəsində olan “Samsung” mobil telefon narkotik vasitə aldığı günün gecəsi əlindən yerə düşüb qırılaraq tam yararsız hala düşmüş və o həmin mobil telefonu atmışdır. Həmin mobil telefonda mobil nömrə olmamış, sadəcə həmin telefonda Rusiya Federasiyasına məxsus mobil nömrənin “Whatsapp” proqramı aktiv olmuşdur. İran İslam Respublikasının vətəndaşı Mövsüm adlı şəxsin ona göndərdiyi bank hesabları barədə məlumatları o dərhal telefonundan sildiyi üçün həmin məlumatların heç biri yadında deyildir. Həmçinin həmin bank hesablarının kimə məxsus olmasını bilmir. O, sonradan fikirləşmişdir ki, hər kəs öz etdiyi cinayət əməlinə görə cəza almalıdır. Odur ki, o bu səbəbdən hazırda verdiyi ifadədə ona narkotik vasitə satan şəxsin adının Emil olduğunu bildirmişdir. Onun narkotik vasitə əldə etdiyi şəxs Binəqədi qəsəbəsində yaşayır, adı Emildir. O, Emilin əlavə heç bir anket məlumatını bilmir. Sadəcə Emilin metallik rəngli dövlət qeydiyyat nişanın sonu 795 olan “Tofaş Şahin” markalı avtomobil İdarə etdiyini bildirmişdir. O, X2 tutulmaması üçün ilkin izahat və ifadəsində bildirmişdir ki, həmin tapança və patronları təxminən 5 ay bundan əvvəl hazırda yadında qalmayan tanışı ona hədiyyə etmişdir. Lakin əsl həqiqət hazırda ifadəsində göstərdiyi kimidir. Yəni onun idarə etdiyi avtomobildən aşkar edilmiş tapança və patronları Nəcəf Allahverdiyev tərəfindən ona 1000 manat borc müqabilində vermişdir. X4 əvvəllər Nərimanov rayon ərazisində yaşayıb, lakin hazırda Buzovna qəsəbəsində yaşayır. X4 ***- ***-**-** mobil nömrədən istifadə edir. Onun qeydiyyatda olduğu və yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, B.Əfəndiyev küçəsi, ev 10-da narkotik vasitə, psixotrop maddə və qanunla dövriyyəsi qadağan olunmuş əşya olmadığını bildirmişdir. Onun üzərindən aşkar edilmiş narkotik vasitəni o öz şəxsi istifadəsi üçün əldə etmişdir. Qeyd olunan çəkidə narkotik vasitə almışdır ki, təxminən 25 gün həmin narkotik vasitədən istifadə etsin. Çünki hər dəfə hissə-hissə narkotik vasitə almaq təhlükəli olduğunu, yəni polis əməkdaşları tərəfindən tutulmaq ehtimalının çox olduğunu bildirmişdir. Odur ki, o bu səbəbdən qeyd olunan çəkidə narkotik vasitə almışdır. Ona nə tutularkən, nə də ki, Nərimanov RPİ-də olarkən polis əməkdaşları tərəfindən hər hansı fiziki və ya psixi zor tətbiq edilməmişdir. O, törətdiyi əmələ görə səmimi peşmançılıq çəkir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Nərimanov Rayon Polis İdarəsinin X1 əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantıdır. 31.01.2021-ci il tarixdə Nərimanov RPİ-nin X3 xx.xx.1965-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, B.Əfəndiyev küçəsi, ev 10-da qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs üzərində və idarə etdiyi ağ rəngli **-SJ-*** dövlət qeydiyyat nişanlı “Volkswagen Passat” markalı avtomobildə qanunsuz yolla əldə etdiyi odlu silah tapança gəzdirməsi, narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmçinin əməliyyat məlumatında Təqsirləndirilən şəxs 31.01.2021-ci il tarixdə saat 09:45 radələrində ünvan 3 ünvanın yaxınlığında olacağı göstərilmişdir. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədilə tərəfindən Nərimanov RPİ-nin rəhbərliyinə raportla məruzə olunub əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə alınmışdır. Bundan sonra tərəfindən “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərar qəbul olunmuş və əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün ondan, Nərimanov RPİ-nin X1 rəisi, polis polkovnik-leytenantı X5, Nərimanov RPİ-nin X1 baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2, Nərimanov RPİ-nin Cinayət Axtarış Şöbəsinin cinayət axtarış üzrə kiçik inspektoru, polis serjantı Şahid4 və Nərimanov RPİ-nin Cinayət Axtarış Şöbəsinin cinayət axtarış üzrə kiçik inspektoru, polis serjantı Şahid3 ibarət əməliyyat qrupu yaradılaraq əməliyyat-axtarış tədbiri keçirilmişdir. Belə ki, 31 yanvar 2021-ci il tarixdə saat 09:45 radələrində əməliyyat qrupunun digər üzvləri ilə birlikdə ünvan 3 ünvanın yaxınlığına getmiş və orada özlərinə mövqe seçmiş, həmin ərazini əməliyyat müşahidəsi altına almışdırlar. Təxminən bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs idarə etdiyi **-SJ-*** dövlət qeydiyyat nişanlı “Volkswagen Passat” minik markalı avtomobil ilə ünvan 3 ünvanın yaxınlığına gələrək idarə etdiyi avtomobili yolun kənarında saxlamış və avtomobildən düşmüşdür. Onlar dərhal Təqsirləndirilən şəxs yaxınlaşmış və özlərini təqdim edərək Nərimanov RPİ-nin əməkdaşları olduqlarını bildirmiş və ondan ad və soyadını soruşmuşdurlar. O, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə edib saxlaması və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumatınn olduğunu bildirmiş və bu məlumatın yoxlanılması üçün Təqsirləndirilən şəxs Nərimanov RPİ-nə dəvət etmişdirlər. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən onlarla birlikdə Nərimanov RPİ-nə getməyə razılıq vermişdir. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə birlikdə Nərimanov RPİ-nə gətirildikdən sonra bu barədə Şahid1 tərəfindən raportla idarə rəhbərliyinə məruzə edilmişdir. Təhqiqatçı tərəfindən ilk öncə Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsindən ötrü dövlət hesabına müdafiəçi təyin edilmişdir. Dəvət edilmiş müdafiəçi Təqsirləndirilən şəxs təqdim edildikdən sonra, sonuncu şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə video çəkiliş vasitəsilə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirilməmişdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya olub-olmadığı soruşulmuş, əgər vardırsa həmin əşyaları könüllü təqdim etmək təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli dəri qısaqol gödəkcənin sol iç cibindəki “Sobranıe” markalı siqaret qutusunun içərisindən şəffaf rəngli polietilen kəsiyinə bükülmüş içərisində toz halında, qəhvəyi rəngli və spesifik iyi malik maddə olan bükülünü çıxardaraq təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bükülünün içərisindəki narkotik vasitə olan kakosdur və kakosu 30.01.2021 -ci il tarixdə saat təxminən 23:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi üçün 400 manata almış, bir bükümünü üzərində və digər 2 bükümü isə idarə etdiyi **-SJ-*** dövlət qeydiyyat nişanlı “Volkswagen Passat” markalı avtomobildə saxlamışdır. Bundan başqa Təqsirləndirilən şəxs əynində olan qara rəngli dəri qısaqol gödəkcənin sağ iç cibindən içərisində siqaret dənələri olan “Sobranıe” markalı siqaret qutusunu, həmin gödəkcənin sol yan cibindən 1 ədəd alışqanı, həmin gödəkcənin sağ yan cibindən avtomobil açarını və 01 ədəd alışqanı da könüllü olaraq təqdim etmişdir. Əlavə axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı bir əşya və ya maddə aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilmişdir. Lakin Təqsirləndirilən şəxs üzərindən heç bir qanunsuz əşya və maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə təhqiqatçı tərəfindən zərfə qoyulub qablaşdırılaraq üzəri möhürlənmiş, həmin zərfin üzəri Təqsirləndirilən şəxs və şəxsi axtarışda iştirak etmiş digər şəxslər tərəfindən imzalanmışdır. Həmçinin sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, idarə etdiyi avtomobildə əlavə olaraq 2 büküm narkotik vasitə olan kakos və odlu silah olan tapança və onun patronları vardır. Daha sonra Təqsirləndirilən şəxs, vəkilinin və digər polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs idarə etdiyi 90- SJ-227 dövlət qeydiyyat nişanlı “Volkswagen Passat” minik markalı avtomobilə axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin ön sərnişin oturacağının alt hissəsindən şəffaf rəngli sellofan torbanı və avtomobilin salonun ön saxlanc yerində şəffaf polietilen kəsiklərinə bükülmüş 2 ədəd bükümü könüllü təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi şəffaf sellofan torbanın içərisində odlu silah olan tapança, ona məxsus patronlarıdır, 2 ədəd şəffaf polietilen kəsiklərinə bükülmüş bükülünün içərisində isə narkotik vasitə olan kakosdur, təqdim etdiyi tapançanı təxminən 5 ay bundan əvvəl hazırda yadında qalmayan tanışı ona hədiyyə etmiş, kakos bükümlərini isə 30.01.2020-ci il tarixdə saat təxminən 23:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində üzdən tanıdığı şəxsdən almışdır. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə əlavə axtarış keçirilsə də heç bir qanunsuz əşya və maddə aşkar edilməmişdir, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilmiş tapança və onun patronları, həmçinin bükümlər zərfə qoyularaq qablaşdırılmış, üzərləri möhürlənmiş, həmin qablaşdırmaların üzəri Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalanmışdır. İdarə etdiyi avtomobilə axtarışla əlaqədar təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokol Təqsirləndirilən şəxs və axtarışda iştirak etmiş digər şəxslər tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılan və Nərimanov Rayon Polis İdarəsinə gətirilən zaman ona qarşı hər hansı bir fiziki və psixi təsir göstərilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etdi. Şahid qismində dindirilmiş Şahid3 və Şahid4 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadələrində Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdirlər. Şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, o, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün Nərimanov RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və Nərimanov rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Təxminən 2021-ci ilin yanvar ayının ortalarında “İnstagram” sosial şəbəkəsində “Mövsüm” adlı İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuşdur. O, “Mövsüm” adlı şəxslə bir neçə gün “İnstagram” sosial şəbəkəsində danışdıqdan sonra “Mövsüm” adlı şəxs ona özünə məxsus olan +**********5 saylı mobil nömrəsini vermişdir. O, bundan sonra Mövsümlə həmin mobil nömrə ilə danışmağa başlamışdır. Bir müddət sonra Mövsüm ona onunla birlikdə iş görməyi təklif etmişdir. O, Mövsümdən işin nə olduğunu soruşmuş, Mövsüm ona Bakı şəhərində ünvanlar deyəcəyini, həmin ünvanlara getməyini, orada bağlamalar olacağını, onları götürüb o, deyən yerlərə qoymağını bildirmişdir. O, Mövsümdən bağlamalarda nə olacağını soruşmuş, Mövsüm ona həmin bağlamalarda narkotik vasitə və psixotrop maddələr olacağını bildirmişdir. Mövsüm ona bu işin müqabilində hər dəfə mənə 50-100 manat pul verəcəyini demişdir. O, ilkin olaraq razılıq verməsə də maddi sıxıntıları olduğundan Mövsümün təklif etdiyi işlə razılaşmışdır. Belə ki, 2021-ci ilin yanvar ayının ortalarında Mövsüm ona istifadəsində olan +**********75 mobil nömrəsinə qoşulmuş “Whatsapp” proqramı vasitəsilə istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə qoşulmuş “Whatsapp” proqramına narkotik vasitə və psixotrop maddələrin qoyulduğu yerin ünvanını və şəklini atmışdır. Həmin ünvan Binəqədi rayonu, Novxanı yolunda yerləşirmişdir. O, etibarnamə ilə atası X6 məxsus 10-NO- 765 dövlət qeydiyyat nişanlı “Tofaş Şahin” minik markalı avtomobil ilə Binəqədi rayonu, Novxanı yoluna getmiş və Mövsümün ona şəklini göndərdiyi həmin yeri taparaq, orada olan bağlamanı götürərək idarə etdiyi avtomobilə qoymuşdur. Həmin bağlamanın içərisində narkotik vasitə heroin, qurudulmuş marixuana və psixotrop maddə olan metamfetamin olmuşdur. Həmçinin bağlamanın içərisində 2 ədəd eletron tərəzi və 01 ədəd gümüşü rəngli qaşıq olmuşdur. O, bundan sonra Mövsümün göstərişi ilə həmin narkotik vasitələrdən dediyi miqdarda Bakı şəhərində müxtəlif yerlərə qoymuş, həmin yerin şəklini çəkmiş və ünvanı dəqiqləşdirib həmin şəkil və ünvanı “Whatsapp” proqramı vasitəsilə Mövsümə göndərmişdir. Həmçinin o, əlbəəl bir neçə dəfə Mövsümün göstərişi ilə müxtəlif şəxslərə narkotik vasitə və psixotrop maddələr vermişdir. Bunun müqabilində onlardan pul almışdır. Eyni zamanda həmin puldan Mövsüm ona hər dəfə 50-100 manat pul vermiş, qalan pulları isə Mövsümün ona “Whatsapp” proqramı vasitəsilə göndərdiyi bank hesablarına ödəmə terminalları vasitəsilə göndərmiş və ödəmə terminallarının çeklərinin şəklini çəkib Mövsümə atmışdır. Onun narkotik vasitə verdiyi şəxslərdən biri Balaxanı qəsəbəsində yaşayan “Volkswagen Passat” markalı avtomobil idarə edən Eldar adlı şəxs olmuşdur. O, həmin şəxsin yalnız adını bilir. Belə ki, Eldar Mövsümün göstərişi ilə onunla 30.01.2021-ci il tarixdə saat 23 radələrində Binəqədi rayonu, Binəqədi qəsəbəsində görüşmüşdür. O, Eldara 3 büküm narkotik vasitə olan heroin vermişdir. Bunun müqabilində isə Eldar ona 400 manat pul vermişdir. Mövsümün göstərişi ilə ondan narkotik vasitə alan digər şəxslərin heç birini tanımır və onların heç biri haqqında onda məlumat yoxdur. 02.02.2021-ci il tarixdə saat təxminən 22:30 radələrində etibarnamə ilə atası X6 məxsus **-NO-*** dövlət qeydiyyat nişanlı “Tofaş Şahin” minik markalı avtomobil ilə Mövsümün göstərişi ilə onda olan narkotik vasitə və psixotrop maddələri tanımadığı şəxsə vermək üçün Nərimanov rayonu ərazisində yerləşən köhnə “Çin” restoranının yanına getmişdir. O, idarə etdiyi avtomobili yolun kənarında saxlamış və avtomobildən düşmüşdür. Bu zaman bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərərək Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları olduqlarını bildirmişdirlər. Polis əməkdaşları ondan ad və soyadını soruşmuşdurlar. O, Özünü təqdim edərək Şahid5 olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları ona bildirmişdirlər ki, onun qanunsuz olaraq narkotik vasitə saxlamağı və daşımağı barədə məlumatları vardır və bu məlumatın yoxlanılması üçün o, onlarla birlikdə Nərimanov Rayon Polis İdarəsinə getməlidir. O, etiraz etmədən polis işçiləri ilə birlikdə Nərimanov Rayon Polis İdarəsinin inzibati binasına getmişdir. Polis İdarəsinin inzibati binasına gəldikdən sonra xidməti otaqlardan birində polis əməkdaşları ona bildirmişdirlər ki, onun üzərinə şəxsi axtarış keçiriləcək. Bu məqsədlə polis əməkdaşları onun hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin edib, hüquq və vəzifələrini izah etmişdirlər. Daha sonra polis əməkdaşlarının və dövlət hesabına ona təyin edilmiş vəkil X7 iştirakı ilə video çəkiliş vasitəsilə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsİ axtarış keçirilməmişdən əvvəl polis əməkdaşları ondan üzərində qanunsuz əşya olub- olmadığını soruşmuş və əgər vardırsa həmin əşyaları təqdim etməyini təklif etmişdirlər. O, bundan sonra əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən müxtəlif əskinaslardan ibarət 121 manat pulu, avtomobil açarını, əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən özünə məxsus “Samsung” markalı mobil telefonu və həmin gödəkcənin sol iç cibindən şəffaf polietilen bükümdə olan psixotrop maddə metamfetamini çıxardaraq polis əməkdaşlarına təqdim etmişdir. Sorğu zaman bildirmişdir ki, onun təqdim etdiyi bükümün içərisindəki psixotrop maddə olan metamfetamindir və həmin metamfetamini İran İslam Respublikasının vətəndaşı Mövsüm adlı şəxsin ona satmaq məqsədilə göndərdiyi narkotik vasitə və psixotrop maddələrin bir hissəsi olduğunu, o, Mövsümün göstərişi ilə həmin psixotrop maddəni tanımadığı şəxsə verməli və həmin şəxs isə bunun müqabilində ona pul vennəli olduğunu bildirmişdir. Onun üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin polis əməkdaşı tərəfindən zərfə qoyulub qablaşdırılaraq üzəri möhürlənmiş, həmin zərfin üzəri o və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra onun üzərinə axtarış keçirilmişdir. Lakin onun üzərindən heç bir qanunsuz əşya və maddə aşkar edilməmişdir. Şəxsi axtarışla əlaqədar təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokol o və axtarışda iştirak etmiş digər şəxslər tərəfindən imzalanmışdır. Həmçinin sorğu zaman o, idarə etdiyi avtomobildə əlavə də narkotik vasitə və psixotrop maddələr olduğunu bildirmişdir. Daha sonra onun, vəkilinin və polis əməkdaşlarının iştirakı ilə idarə etdiyi **-NO-*** dövlət qeydiyyat nişanlı “Tofaş Şahin” minik markalı avtomobilə axtarış keçirilmişdir. Axtarış zamanı o, idarə etdiyi avtomobilin arxa yük yerindən içərisində narkotik vasitə olan heroin, qurudulmuş marixuana və psixotrop maddə metamfetamin olan sarı rəngli parça torbanı çıxardaraq polis əməkdaşlarına təqdim etmişdir. Həmin sarı rəngli parça torbanın içərisinə baxış zamanı içərisində 3 ədəd şəffaf polietilen torba olan 1 ədəd iri şəffaf polietilen torba aşkar edilmişdir. Həmin 3 ədəd polietilen torbaların birinin içərisindən qurudulmuş marixuana, digərinin içərisindən 18 büküm psixotrop maddə metamfetamin və 1 ədəd göy rəngli elektron tərəzi, digər polietilen torbanın içərisindən isə 1 ədəd gümüşü rəngli elektron tərəzi, 2 ədəd şəffaf polietilenə və 1 ədəd qırmızı rəngli baş yaylığına bükülmüş 3 büküm narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. İdarə etdiyi avtomobildən təqdim etdiyi narkotik vasitə və psixotrop maddələr ayrı-ayrılıqda qablaşdırılmış və həmin qablaşdırmaların üzəri o və iştirakçılar tərəfindən imzalanmışdır. İdarə etdiyi avtomobilə axtarışla əlaqədar təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokol o və axtarışda iştirak etmiş digər şəxslər tərəfindən imzalanmışdır. Cinayət işinin 1-ci cildinin 29-30-cu vərəqlərində olan 31 yanvar 2021 -ci il tarixli “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” protokolda qeyd olunmuşdur ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə başlamazdan əvvəl təklif olunmuşdur ki, üzərində olan qanunsuz əşyaları könüllü təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli dəri əvəzələyicisi materialından tikilmiş qısa qollu gödəkcəsinin sol tərəf iç cibindən üzərində “SOBRANİE” sözü yazılmış 01 (bir) ədəd siqaret qutusunu və həmin qutunun içərisindən 01 (bir) ədəd şəffaf rəngli polietilenə bükülmüş bükülünü çıxardaraq könüllü təqdim edib bildirmişdir ki, təqdim etdiyi bükülünün içərisindəki narkotik vasitə olan “kakosdur”. Həmin bükülüyə baxdıqda içərisində toz halında, qəhvəyi rəngli, spesifik iyisi olan maddə olduğu aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi 01 (bir) ədəd bükümün içərisindəki “kakosu” 30 yanvar 2021-ci il tarixində, təxminən saat 23:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində tanımadığı şəxsdən 400 (dörd yüz) manat pul müqabilində öz istifadəsi üçün almış və həmin narkotik vasitənin bir bükümünü əynində olan qara rəngli, dəri əvəzləyici materialdan tikilmiş qısa qollu gödəkcəsinin sol iç cibinə, digər 02 (iki) bükümünü isə istifadəsində olan “VOLKSWAGEN PASSAT-minik” markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda ön saxlanc yerinə qoyaraq saxlamışdır ki, ehtiyacı olduğu zaman istifadə etsin. Bundan əlavə Təqsirləndirilən şəxs əynində olan qara rəngli dəri əvəzləyici materialından tikilmiş qısa qollu gödəkcəsinin sağ tərəf iç cibindən üzərində “SOBRANİE” sözü yazılmış 01 (ədəd) siqaret qutusunu, həmin gödəkcəsinin sol yan cibindən üzərində “MERSED4S BENZ” yazıları yazılmış 01 (bir) ədəd alışqanı, həmin gödəkcəsinin sağ yan cibindən 01 ədəd avtomobil kilidinin açarını və üzərində “Yaquar” heyvanının təsviri olan 01 ədəd alışqanı da könüllü olaraq təqdim etmişdir. Əlavə axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı bir əşya və ya maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi maddə iş üçün əhəmiyyət kəsb etdiyinə görə götürülərək polis əməkdaşı tərəfindən qablaşdırılmış və DİN-nin 44 nömrəli möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi üzərində “ARGO” yazıları olan 01 (ədəd) siqaret qutusu və üzərində “MERSEDES BENZ” yazıları yazılmış 01 (bir) ədəd alışqanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olmadığı üçün onun özünə qaytarılmışdır. Cinayət işinin 1-ci cildinin 32-33-cü vərəqlərində olan 31 yanvar 2021-ci il tarixli “Avtomobildə axtarış və götürmə aparılması barədə” protokolda qeyd olunmuşdur ki, avtomobilində aparılan axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, istifadəsində olan “VOLKSWAGEN PASSAT- minik” markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobildə dövriyyəsi qanunla qadağan olunmuş maddələr və ya əşyalar varsa könüllü olaraq təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, “VOLKSWAGEN PASSAT-minik” markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ tərəf Ön oturacağının alt hissəsində 01 (bir) ədəd tapança və ona aid güllələri, həmçinin avtomobilin ön saxlanc yerində 02 (iki) ədəd kiçik tutumlu şəffaf rəngli sellefon torbanın içərisində narkotik vasitə “kakos” var. Bundan sonra Təqsirləndirilən şəxs həqiqətən də “VOLKSWAGEN PASSAT-minik” markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ tərəf ön oturacağının altından 01 (bir) ədəd şəffaf rəngli torbam təqdim edib bildirmişdir ki, həmin torbanın içərisində 01 (bir) ədəd tapança və ona aid patronlar vardır. Eyni zamanda Təqsirləndirilən şəxs avtomobilin ön saxlanc yerindən 02 (iki) ədəd kiçik tutumlu şəffaf rəngli sellefon torbaları könüllü təqdim edərək bildirmişdir ki, təqdim etdiyi 02 (iki) ədəd bükülü olan torbanın içərisindəkilər narkotik vasitə “kakosdur”. Vətəndaş Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi, 01 (bir) sellefon torbanı açdıqda onun içərəsindən 01 (bir) ədəd ağ rəngli parça materialından tikilmiş torba aşkar olunmuşdur. Həmin torbanı açdıqda içərisindən, dəstəyinin üzərində oraq və çəkic şəkilləri həkk olunmuş 01 (bir) ədəd tapança və arxa hissəsində 38/77 rəqəmləri yazılmış 27 (iyirimi yeddi) ədəd patronlar aşkar olunmuşdur. Eyni zamanda Təqsirləndirilən şəxs təqdim etdiyi 02 (iki) ədəd şəffaf rəngli sellefonlara bükülmüş bükülüyə baxdıqda içərisində qəhvəyi rəngli, spesifik iyiyə malik olan vasitələr olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 (bir) ədəd tapança və 27 (iyirimi yeddi) ədəd patronlar, eyni zamanda 02 (iki) ədəd şəffaf rəngli sellefonlara bükülmüş bükülülər iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq maddi sübut kimi götürülmüşdür. Avtomobildə aparılan əlavə baxış və axtarış zamanı hər hansı bir qanunsuz əşya və ya maddə aşkar edilməmişdir. Cinayət işinin 1-ci cildinin 51-55-ci vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının 31.01.2021 -ci il tarixli 6/437 nömrəli rəyindən görünür ki, təhqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №44” dairəvi möhür əksi olan “Şübhəli şəxs Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisindən bir ədəd bükümdə təmiz çəkisi 7,321 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Heroinin təmiz çəkisi 27,321 qram, tədqiqata sərf edildi, 0,05 qram, qalıq 7,271 qram. Cinayət işinin 1-ci cildinin 56-60-cı vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının 31.01.2021 -ci il tarixli 6/438 nömrəli rəyindən görünür ki, təhqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №44” dairəvi möhür əksi olan “Şübhəli şəxs Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisindən iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 16,526 qram, 0,362 qram ümumi təmiz çəkisi 16,888 qram qəhvəyi rəngli maddələr xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr’in siyahısına (Siyahı İ) daxildir. Heroinin təmiz çəkisi 16,888 qram, tədqiqata sərf edildi, 0,1 qram, qalıq 16,788 qram. Cinayət işinin 1-ci cildinin 116-118-ci vərəqlərində olan məhkəmə-ballistik ekspertizasının 01.02.2021-ci il tarixli 3/225 nömrəli rəyindən görünür ki, təhqiqata təqdim edilmiş 1 (bir) ədəd silah zavod üsulu ilə istehsal edilmiş 9x19 mm kalibrli, “Borxard-Lüqer kostruksiyalı, P-08” modelli, “43357” nömrəli, Parabellum tapançasıdır, saz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır, yivli odlu döyüş silahıdır. Üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir. Təhqiqata təqdim edilmiş 1 (bir) ədəd sandıqça “Borxard-Lüqer kostruksiyalı, P- 08” modelli tapançada komplekt hissə kimi istifadə edilmək üçün nəzərdə tutulmuş funksional əhəmiyyət daşımayan sandıqçadır, istifadəyə yararlıdır. Təhqiqata təqdim edilmiş 27 (iyirmi yeddi) ədəd predmet 9mm kalibrli, “Makarov” (“PM”), “PA63”, “P64”, “RK59”, “CESKA ZBROJOVKA” konstruksiyalı tapançalarda “Steçkin” (“APS”) konstruksiyalı avtomatik tapançalarda və s. uyğun kalibrli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulan, zavod üsulu ilə istehsal edilmiş, döyüş sursatı hesab edilən, 9x18mm kalibrli patrondur, təyinatı üzrə istifadəyə yararlıdır. Cinayət işinin 1-ci cildinin 196-199-cu vərəqlərində olan əlavə məhkəmə-kimyəvi ekspertizasının 01.03.2021- ci il tarixli 6/594 nömrəli rəyindən görünür ki, təhqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi №65” dairəvi möhür əksi olan MEM-ə məxsus iki ədəd kağız paketin içərisində olan: üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə qablaşdırılmış iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri - 16,476 qram , 0,312 qram ümumi təmiz çəkisi 16,788 qram heroin xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs” sözləri , soyad və imzalar qeyd edilmiş digər bir ədəd zərfdə qablaşdırılmış bir ədəd bükümdə təmiz çəkisi 7,271 qram olan heroin ilə eynilik təşkilik edir, heroinin ümumi təmiz çəkisi 16,788 qram, tədqiqata sərf edildi, 0,08 qram, qalıq 16,708 qram. Heroinin ümumi təmiz çəkisi 7,271 qram, tədqiqata sərf edildi, 0,04 qram, qalıq 7,231 qram. Cinayət işinin 1-ci cildinin 200-202-ci vərəqlərində olan ambulator məhkəmə-psixiatrik ekspertizasının 23.02.2021-ci il tarixli 416 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi Psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 2-ci cildinin 6-8-ci vərəqlərində olan protokolda qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs ilə təqsirləndirilən şəxs Şahid5 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitəni İran İslam Respublikasının vətəndaşı Mövsüm adlı şəxs Emil vasitəsilə ona göndərmiş, bunun müqabilində o, Emilə 400 manat pul vermişdir. Üzləşdirmə zamanı Şahid5 Təqsirləndirilən şəxs ifadəsini tam olaraq təsdiq etmişdir. Cinayət işinin 2-ci cildinin 14-18-ci vərəqlərində olan əlavə məhkəmə-kimyəvi ekspertizasının 08.05.2021-ci il tarixli 6/1490 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X10 №67” dairəvi möhür əksi olan parça torbada və iki ədəd üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X10 №65” dairəvi möhür əksi olan kağız paketlərdə olan: Şahid5 idarə etdiyi **-NO-*** qeydiyyat nişanlı “Tofaş Şahin” markalı minik avtomobilindən aşkar edilmiş təmiz çəkisi 269,95 qram, 299,95 qram olan heroinlər bir-biri ilə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, təmiz çəkisi 2719,95 qram olan heroin ilə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə fərqlidirlər. Şahid5 idarə etdiyi **-NO- *** qeydiyyat nişanlı “Tofaş Şahin” markalı minik avtomobilindən aşkar edilmiş təmiz çəkisi 269,95 qram, 299,95 qram, 2719,95 qram olan heroinlər Təqsirləndirilən şəxs üzərindən və idarə etdiyi avtomobildən aşkar edilmiş təmiz çəkisi 16,708 qram və 7,231 qram olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi komponentlərinə görə fərqlidirlər. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Heroinin təmiz çəkisi - 3289,85 qram, cəmi tədqiqata sərf edildi - 0,15 qram, qalıq - 3289,7 qram. Heroinin təmiz çəkisi - 16,708 qram, cəmi tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 16,658 qram. Heroinin təmiz çəkisi - 7,231 qram, cəmi tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 7,181 qram. Cinayət işinin 2-ci cildinin 21-22-ci vərəqlərində olan ambulator məhkəmə-narkoloji ekspertizasının 19.04.2021-ci il tarixli 1149 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 2-ci cildinin 20-ci vərəqlərində olan Təqsirləndirilən şəxs idarə etdiyi **- SJ-*** dövlət qeydiyyat nişanlı “Volkswagen Passat” minik markalı avtomobilə keçirilən axtarış və götürmə zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd DVD-R formatlı diskə baxış keçirilərək protokol tərtib edilmişdir. Protokolda qeyd olunub ki, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, vəkilinin və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs idarə etdiyi **-SJ-*** dövlət qeydiyyat nişanlı “Volkswagen Passat” minik markalı avtomobilə axtarış keçirilir. Axtarış zamanı Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin ön sərnişin oturacağının alt hissəsindən şəffaf rəngli sellofan torbanı və avtomobilin salonun ön saxlanc yerində şəffaf polietilen kəsiklərinə bükülmüş 2 ədəd bükümü könüllü təqdim edir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirir ki, təqdim etdiyi şəffaf sellofan torbanın içərisində odlu silah olan tapança, ona məxsus patronlar, 2 ədəd şəffaf polietilen kəsiklərinə bükülmüş bükülünün içərisində İsə narkotik vasitə olan kakos vardır. Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf rəngli sellofan torbaya baxış zamanı üzərində sandıqçası olan tapança, 27 ədəd güllə, şəffaf polietilen kəsiklərinə bükülmüş bükülülərin içərisindən isə toz halında qəhvəyi rəngli maddələr aşkar edilir. Əlavə axtarış zamanı Təqsirləndirilən şəxs idarə etdiyi **-SJ-*** dövlət qeydiyyat nişanlı “Volkswagen Passat” minik markalı avtomobildən hər hansı bir qanunsuz əşya və ya maddə aşkar edilmir. Cinayət işinin 1-ci cildinin 235-236-cı vərəqlərində olan 30.04.2021 -ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Volkswagen Passat” minik markalı **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobildə keçirilən axtarış zamanı aşkar edilərək götürülmüş 1 ədəd zavod üsulu ilə istehsal edilmiş 9x19 mm kalibrli, “Borxard-Lüqer kostruksiyalı, P-08” modelli, “43357” nömrəli, Parabellum tapançası, 1 ədəd “Borxard- Lüqer kostruksiyalı, P-08” modelli tapançanın komplekt hissə olan sandıqça və 27 ədəd 9mm kalibrli, “Makarov” (“PM”), “PA63”, “P64”, “RK59”, “CESKA ZBROJOVKA” konstruksiyalı tapançalarda “Steçkin” (“APS”) konstruksiyalı avtomatik tapançalarda və s. uyğun kalibrli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulan, zavod üsulu ilə istehsal edilmiş, döyüş sursatı hesab edilən, 9x18mm kalibrli patronlar cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, həmin patronlardan tədqiqat zamanı 05 ədədin demontaj edilməsi nəzərə alınmaqla cinayət işinə əlavə edilmiş və saxlanılması üçün Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Cinayət işinin 2-ci cildinin 245-247-ci vərəqlərində olan 10.05.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə və idarə etdiyi “Volkswagen Passat” minik markalı **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobildə keçirilən axtarış zamanı aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 7,321 qram, 16,526 qram və 0,362 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroinlər cinayət işi üzrə əhəmiyyət kəs-b etdiyindən maddi sübut kimi tanınmış, həmin heroinlərin aparılmış tədqiqatlardan sonra qalıq qalmış 7,181 qram və 16,658 qram hissəsi cinayət işinə əlavə edilmiş və saxlanılması üçün Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Cinayət işinin 2-ci cildinin 67-89-cu vərəqlərində olan 08.07.2021 -ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə və idarə etdiyi **-SJ-*** dövlət qeydiyyat nişanlı “Volkswagen Passat” minik markalı avtomobilə keçirilən axtarış zamanı çəkilmiş videogörüntülərin olduğu 02 ədəd DVD-R formatlı disklər iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və həmin disklər saxlanılması üçün cinayət işi materiallarına əlavə edilmişdir. İş üzrə maddi subut olan DVD-R formatlı disklərə məhkəmə iclasında baxış keçirilmişdir. DVD-R formatlı disklərdə olan görüntülər işin hallarına uyğundur. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddələrlə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 1-ci cildinin 28-35 və 111-115-ci vərəqində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs 31 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutularaq barəsində sonradan həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 135-137-ci vərəqlərində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-dən alınmış tələbnamədən və hökmlərdən görünür ki, Təqsirləndirilən şəxs, Sabunçu rayon məhkəməsinin 13.02.2003-cü il tarixli hökmünə əsasən Azərbaycan Republikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 17.05.2003-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Milli Məclisinin 06.05.2003-cü il tarixli amnistiya qərarının 2-ci maddəsinin 3-cü bəndinə əsasən cəzadan azad edilmişdir. Bundan başqa Ağır Cinayətlərə Dair İşlər üzrə AR Məhkəməsinin 09.04.2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinərək 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 18.09.2012-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayon məhkəməsinin 17.09.2012-ci il tarixli qərarı ilə 10 ay, 25 gün vaxtından əvvəl şərti azad edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən məhkumluğu ödənildiyindən barəsində məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv edir. Belə ki, CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Əməlindən səmimi peşman olması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ağırlaşdırıcı halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 31 yanvar 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. 19.04.2021-ci il tarixli, 1149 nömrəli ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 259(iki yüz əlli doqquz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübutlar- saxlanılması üçün Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs idarə etdiyi “Volkswagen Passat” minik markalı **-SJ- *** dövlət qeydiyyat nişanlı avtomobildə keçirilən axtarış zamanı aşkar edilərək götürülmüş 1 ədəd zavod üsulu ilə istehsal edilmiş 9x19 mm kalibrli, “Borxard-Lüqer kostruksiyalı, P- 08” modelli, “43357” nömrəli, Parabellum tapançası, 1 ədəd “Borxard-Lüqer kostruksiyalı, P-08” modelli tapançanın komplekt hissə olan sandıqça və 27 ədəd 9mm kalibrli, “Makarov” (“PM”), “PA63”, “P64”, “RK59”, “CESKA ZBROJOVKA” konstruksiyalı tapançalarda “Steçkin” (“APS”) konstruksiyalı avtomatik tapançalarda və s. uyğun kalibrli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulan, zavod üsulu ilə istehsal edilmiş, döyüş sursatı hesab edilən, 9x18mm kalibrli patronlar (həmin patronlardan tədqiqat zamanı 05 ədədin demontaj edilməsi nəzərə alınmaqla) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməli, Təqsirləndirilən şəxs üzərinə və idarə etdiyi “Volkswagen Passat” minik markalı **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobildə keçirilən axtarış zamanı aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 7,321 qram, 16,526 qram və 0,362 qram olan, tədqiqatlardan sonra qalıq qalmış 7,181 qram və 16,658 qram kustar üsulla hazırlanmış narkotik vasitə - heroin məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməli, 2 ədəd DVD-R disklər cinayət işinin materiallarında saxlanılmalıdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 228.1-ci maddəsi ilə 02 (iki) il azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.4.3-cü maddəsi ilə 07 (yeddi) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 66.3cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 08 (səkkiz) il azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 31 yanvar 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Məhkəmə məsrəfi olaraq Təqsirləndirilən şəxs 259(iki yüz əlli doqquz) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübutlar- Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs idarə etdiyi “Volkswagen Passat” minik markalı **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobildə keçirilən axtarış zamanı aşkar edilərək götürülmüş 1 ədəd zavod üsulu ilə istehsal edilmiş 9x19 mm kalibrli, “Borxard-Lüqer kostruksiyalı, P-08” modelli, “43357” nömrəli, Parabellum tapançası, 1 ədəd “Borxard-Lüqer kostruksiyalı, P- 08” modelli tapançanın komplekt hissə olan sandıqça və 27 ədəd 9mm kalibrli, “Makarov” (“PM”), “PA63”, “P64”, “RK59”, “CESKA ZBROJOVKA” konstruksiyalı tapançalarda “Steçkin” (“APS”) konstruksiyalı avtomatik tapançalarda və s. uyğun kalibrli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulan, zavod üsulu ilə istehsal edilmiş, döyüş sursatı hesab edilən, 9x18mm kalibrli patronlar (həmin patronlardan tədqiqat zamanı 05 ədədin demontaj edilməsi nəzərə alınmaqla) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin, Təqsirləndirilən şəxs üzərinə və idarə etdiyi “Volkswagen Passat” minik markalı **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobildə keçirilən axtarış zamanı aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 7,321 qram, 16,526 qram və 0,362 qram olan, tədqiqatlardan sonra qalıq qalmış 7,181 qram və 16,658 qram kustar üsulla hazırlanmış narkotik vasitə - heroin məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin, 2 ədəd DVD-R disklər cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov
2. Siyavuş Hacıyev
3. Mahmud Ağalarov