Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1580/2021 17.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri; Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev X12 Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6 və X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 05 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, «08 noyabr – Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.5ci bəndinə əsasən cəzadan azad edilmiş və məhkumluğu götürülmüş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək, hal hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmək məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı «Şəhram» adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 21.02.2021-ci il tarixdə gecə saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsinin mərkəzində yol nişanı dirəyinin altından sonuncu tərəfindən gizlətdiyi satış məqsədi ilə qanunsuz olaraq, külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə edib özündə saxlayaraq yaşadığı evə daşımış, orada həmin narkotik vasitənin və psixotrop maddənin bir hissəsini şəxsi ehtiyacları üçün istifadə etmiş, qalan hissəsini satmaq məqsədi ilə bükülülərə yerləşdirmiş, 25 fevral 2021-ci i! tarixdə saat 18:30 radələrində Binəqədi RPİ 40-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat- axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Sulutəpə dairəsində «Lombardın» qarşısında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Binəqədi RPİ 40-cı PB-nin inzibati binasının xidməti otaqlarından birinə gətirilmiş və orada üzərinə baxış keçirilən zaman əynində olan boz rəngli idman şalvarın sağ yan cibindən kiçik qara rəngli dəmir qutunun içərisində 04 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,803 qram, 0,379 qram, 0,409 qram, 0,393 qram, ümumi təmiz çəkisi 1,984 qram ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 16 ədəd olan (12 ədəd gümüşü rəngli kağız bükümlər+04 ədəd sellofan kəsiyi bükümləri) bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,080 qram, 0,102 qram, 0,097 qram, 0,089 qram, 0,076 qram, 0,114 qram, 0,082 qram, 0,081 qram, 0,083 qram, 0,074 qram, 0,076 qram, 0,082 ram, 0,409 qram, 0,476 qram, 0,289 qram, 0,323 qram, ümumi təmiz çəkisi 2,533 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2 ilə yaxındır ki, narkotik vasitə olan heroini iyləmək və çəkmək üsulu ilə qəbul edir. Narkotik vasitələri əvvəllər tanıdığı İran İslam Respublikasının vətəndaşı Şəhram adlı şəxsdən almışdır. Şəhram ilə «whatsapp» sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlamışdır. Ona narkotik vasitə lazım olanda Şəhram ilə əlaqə saxlamış, bank hesabına pul köçürmüş və sonra Şəhram narkotik vasitənin qoyulduğu yer barədə ona məlumat vermişdir. O da həmin yerdən narkotik vasitəni götürmüşdür. 21 fevral 2021-ci il tarixdə Şəhram ilə əlaqə saxlayaraq narkotik vasitə heroin və psixotrop maddə metamfetamin lazım olduğunu bildirmişdir. Şəhram bunun müqabilində onun hesabına 400 manat köçürməsini demişdir. O da «Million» ödəniş terminalı vasitəsi ilə Şəhramın istədiyi məbləği köçürmüşdür. 21 fevral 2021-ci il tarixdə saat 23 radələrində Şəhramın ona verdiyi məlumata əsasən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsinin mərkəzində yol nişanı dirəyinin aşağısına qoyulmuş sellofan torbanın içərisindən 15 qram heroin və 10 qram metamfetmini götürüb idarə etdiyi VAZ 2107 markalı avtomobilinə əyləşib yaşadığı ünvan 4 ünvanına getmişdir. Sonra əldə etdiyi narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin bir hissəsini qəbul etmişdir. Qalan 16 büküm heroini və 04 büküm metamfetamini kiçik ölçülü qara rəngli dəmir qutunun içərisinə qoymuş və həmin qutunu üzərində saxlamışdır. 25 fevral 2021-ci il tarixdə saat 18:30 da idarə etdiyi avtomobildə Sulutəpə qəsəbəsi, Sulutəpə dairəsində «Lombard»ın qabağında dayandığı zaman mülki geyimdə iki nəfər yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişlər və onu Binəqədi RPİ-nin 40-cı PB-nə gətirmişlər. Orada üzərinə şəxsi axtarış keçirilmiş və bu zaman əynindəki şalvarın cibindən kiçik qara rəngli dəmir qutunun içərisindən 12 ədəd siqaret kağızına bükülmüş və 04 ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə heroin, 04 ədəd şəffaf sellofana bükülmüş psixotrop maddə metamfetamin aşkar edilərək götürmüşlər. O heç vaxt narkotik vasitənin satışı ilə məşqul olmamış, yalnız öz istifadəsi üçün əldə etmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri və digər protokollarla tam öz təsdiqini tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hal-hazırda Binəqədi rayon polis idarəsinin 40-cı polis bölməsində cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində çalışır, polis baş leytenantıdır. ünvan 5 ünvanda qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə heroini qanunsuz olaraq gəzdirməsi, saxlaması və satması barədə əməliyyat məlumat daxil olmuşdur. Əməliyyat tədbirinin həyata keçirilməsi haqqında tərəfindən 25 fevral 2021-ci il tarixli qərar qəbul edilmiş, əməliyyat qrupunun tərkibi müəyyən edilməklə Binəqədi RPİ-nin 40-cı PB-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 həmin qrupa daxil edilmişdir. Əməliyyat müvəkkili Şahid2la birlikdə 25 fevral 2021-ci il tarixdə saat 18:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Sulutəpə dairəsi, Lombardın qarşısında Təqsirləndirilən şəxs idarə etdiyi dayanıqlı halda olan VAZ 2107 markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobildə görüb yaxınlaşmışlar, özlərini təqdim etdikdən sonra onu 40-cı polis bölməsinə dəvət etmişlər. Daha sonra Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin 40-cı PB-nin baş təhqiqatçısı, polis mayoru İlkin Əsgərova təhvil vermişlər. Onun üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış istintaq hərəkəti keçirilmiş, Təqsirləndirilən şəxs üzərində qeyri qanuni əşyanı könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra o, əynindəki idman şalvarının cibindən içərisində 12 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş içərisində qəhvəyi rəngdə toz halında maddə olan bükümləri, 04 ədəd şəffaf sellofana bükülmüş içərisində ağ rəngli duza bənzər maddə olan bükümləri və 04 ədəd şəffaf sellofana bükülmüş içərisində qəhvəyi rəngdə toz halında bükümlər olan kiçik qara rəngli dəmir qutunu təqdim etmişdir. Bu zaman Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin 12 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümlərdə narkotik vasitə heroindir, 04 ədəd şəffaf sellofana bükülmüş bükümlərdə də həmçinin, heroindir, digər 04 ədəd şəffaf sellofana bükülmüş əlavə bükülülər isə içərisində metamfetamin olan psixotrop maddələrdir. Həmin narkotik vasitələri 21 fevral 2021 -ci ildə gecə saat 23:00 radələrində Binəqədi rayonu, Binəqədi qəsəbəsi mərkəzindən adını Şəhram kimi bildiyi İran İslam Respublikası vətəndaşından ümumilikdə 400 manat pul verərək alıb üsdündə saxlamışdır. Həmin narkotik vasitə və psixotrop maddələr ekspertiazya göndərilmək üçün qablaşdırılaraq möhürlənmiş, tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Binəqədi RPİ-nin 40-cı PB-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiklərini mahiyyəti üzrə eynilə təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 26 fevral 2021 -ci il tarixli 6/822 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...(imza) Təqsirləndirilən şəxs...” sözləri yazılmış zərfdəki dörd ədəd bükümdə dörd ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,803 qr., 0,379 qr., 0,409 qr., 0,393 qr., ümumi təmiz çəkisi 1,984 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Ümumi sayı 16 ədəd olan (12 ədəd gümüşü rəngli kağız bükümlər + 4 ədəd sellofan kəsiyi bükümləri) bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,080 qr., 0,102 qr., 0,097 qr., 0,089 qr., 0,076 qr., 0,114 qr., 0,082 qr., 0,081 qr., 0,083 qr., 0,074 qr., 0,076 qr., 0,082 qr., 0,409 qr., 0,476 qr., 0,289 qr., 0,323 qr., ümumi təmiz çəkisi 2,533 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 17 may 2021-ci il tarixli 6/1557 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...(imza) Təqsirləndirilən şəxs...” sözləri yazılmış zərfdəki dörd ədəd sellofan bükümdə təmiz çəkisi 1,904 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetaminlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər, ümumi sayı 16 ədəd olan (12 ədəd gümüşü rəngli kağız bükümlər + 4 ədəd sellofan kəsiyi bükümləri) bükümdə ümumi təmiz çəkisi 2,373 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının 14.06.2021-ci il tarixli, 1901 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoioidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının 13.07.2021-ci il tarixli, 1521 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs “Emosional davamsız şəxsiyyət pozuntusu” qeyd edilmişdir. Hal-hazırda da, Təqsirləndirilən şəxs hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs qeyd olunan “Emosional davamsız şəxsiyyət pozuntusu” onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etmədiyindən törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs aşkar edilən “emosional davamsız şəxsiyyət pozuntusu” onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Binəqədi RPİ-nin 40-cü PB-nin baş təhqiqatçısı, polis mayoru İlkin Əsgərov tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs şəxsi axtarışı və götürmə aparılması zamanı, Azərbaycan Respublikası CPM-nin 246.3cü maddəsinə uyğun olaraq aparılmış videoçəkilişin yazıldığı 1 (bir) ədəd DVD diskə müstəntiqin xidməti kompüterinin DVD qurğusu vasitəsi ilə baxış keçirilərkən, şəxsi axtarış və götürmənin prosessual tələblərə uyğun və protokolda əks olunmuş qaydada aparıldığı bir daha müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 26 fevral 2021-ci il tarixli «mobil telefona baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsung J1” markalı mobil telefona baxış keçirilmişdir. Qeyd olunan mobil telefonun «Qalereya», «SMS», «zənglər», «telefon kitabçası» bölmələrinə baxış keçirildi və iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir görüntü və yaxud yazışma aşkar olunmamışdır. Əlavə olaraq telefonda quraşdırılmış «WhatsApp» ünsiyyət proqramına baxış keçirilmişdir. Baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir görüntü və yaxud yazışma aşkar olunmamışdır. Nömrələr arasında +98 903 *** **** nömrəsi (İran İslam Respublikasına məxsus nömrə) aşkar edilmişdir. Sorğu sual zamanı Təqsirləndirilən şəxs +98 903 *** **** nömrənin İran İslam Respublikasının vətəndaşı Şəhram adlı şəxsə məxsus olduğunu, həmin nömrə vasitəsi ilə onunla əlaqə saxladığını, aralarında olan yazışmaların silindiyini bildirmişdir. İş üzrə Təqsirləndirilən şəxs üstündən aşkar edilib götürülmüş ümumi təmiz çəkisi 2,533 qram olan (12 ədəd gümüşü rəngli kağız bükümlər + 4 ədəd sellofan kəsiyi bükümləri) və tədqiqata sərf edildikdən sonra qalan qalığı, yəni 2,213 qram çəkidə olan narkotik vasitə heroin, ümumi təmiz çəkisi 1,984 qram olan(04 ədəd sellofan bükümdə) və tədqiqata sərf edildikdən sonra qalan qalığı, yəni 1,824 qram çəkidə olan psixotrop maddə metamfetamin, 01 ədəd qara rəngli kiçik dəmir qutu, Təqsirləndirilən şəxs məxsus «Samsung J1» markalı mobil telefon, həmçinin Təqsirləndirilən şəxsnın şəxsi axtarış və götürmə aparılması zamanı Azərbaycan Respublikası CPM-nin 246.3-cü maddəsinə uyğun olaraq aparılmış videoçəkilişin yazıldığı 1 (bir) ədəd DVD disk maddi sübut kimi tanınmaqla, narkotik vasitə heroinin, psixotrop maddə metamfetaminin, 01 ədəd qara rəngli kiçik dəmir qutunun, Təqsirləndirilən şəxs məxsus «Samsung J1» markalı mobil telefonu Binəqədi RPİ- də, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılır. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək narkotik vasitəni yalnız öz istifadəsi üçün əldə etməsinə dair vermiş olduğu ifadəsini məhkəmə onun məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdməsi kimi qiymətləndirir və bu hissədə məhkəmə onun ifadəsini inandırıcı hesab etmir. Beləliklə Təqsirləndirilən şəxs istinad edilən cinayətin onun tərəfindən təqsirli olaraq törədilməsi cinayət işi üzrə toplanmış dəlillərin məcmusu ilə kifayət qədər sübuta yetirilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmə iclasında öz təsdiqini tapdığından o təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə əməlin tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsüf edilməli və o, həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarına əlavə olunmuş ölüm haqqında şəhadətnamədən görünür ki, təqsirləndirilən şəxs Əkbər Hüseynovun atası X9 1992-ci il tarixdə 1-ci Qarabağ müharibəsi zamanı, Şuşa rayonu ətrafında gedən döyüşlərdə həlak olmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4cü maddəsinə əsasən himayəsində azyaşlı uşağların olması və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən atası X5 1992-ci il tarixdə 1-ci Qarabağ müharibəsi zamanı, Şuşa rayonu ətrafında gedən döyüşlərdə şəhid olması onun cəzasını yüngülləşdirən hallardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin əməliyyat və X1 idarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Abşeron rayon məhkəməsinin 30.10.2018-ci il tarixli hökmünə əsasən AR CM-nin 178.2.1, 177.2.1, 177.2.2, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 5000 manat cərimə cəzasına məhkum olunmuş, Abşeron rayon məhkəməsinin 03.12.2019-cu il tarixli hökmünə əsasən AR CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 26 gün müddətinə azadlığın məhdulaşdırılması və 5000 manat cərimə cəzasına məhkum olunmuşdur. Məhkum Təqsirləndirilən şəxs təyin olunmuş 5000 manat cərimə cəzası Abşeron Rayon Məhkəməsinin 18,06.2020-cı ıl tarixli 7(012)149/2020 saylı qərarı ilə 01 il azadlığın məhdudlaşdırılması cəzası ilə dəyişdirilmişdir. Məhkum Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin 03.12.2019-ci il tarixli hökmü ilə təyin edilmiş 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 07 ay, 08 gün hissəsi Abşeron Rayon Məhkəməsinin 18.06.2020-ci il tarixli 7(012)149/2020 saylı qərarı ilə ona təyin olunmuş 01 il azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilərək qəti olaraq 01 il 06 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Abşeron Abşeron Rayon Məhkəməsinin 29.11.2021-ci il tarixli 7(012)212/2021 saylı qərarından görünür ki, X7 Abşeron rayon Məhkəməsinin 03.12.2019-ci il tarixli hökmü və 18.06.2020-ci il tarixli qərarı ilə ona qəti olaraq təyin olunmuş 01 il 06 ay azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 09 ay 23 gün hissəsindən, «08 noyabr – Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.5-ci bəndinə əsasən cəzadan azad edilmiş və məhkumluğu götürülmüşdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Həmin məcəllənin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. X7 cəzanın çəkilməmiş hissəsindən azad edilməsi və məhkumuluğunun götürülməsi səbəbindən o məhkumluğu olmayan şəxs hesab edilir. Təqsirləndirilən şəxs X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, X8 ittiham olunduğu maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəza ümumi rejimli cəza çəkmə müəssisəsində çəkilməlidir. İş materiallarından görünür ki, X10 25 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində saxlanılaraq tutulmuşdur. Odur ki, X8 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 25 fevral 2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan və Binəqədi rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üstündən aşkar edilib götürülmüş ümumi təmiz çəkisi 2,533 qram olan (12 ədəd gümüşü rəngli kağız bükümlər + 4 ədəd sellofan kəsiyi bükümləri) və tədqiqata sərf edildikdən sonra qalan qalığı, yəni 2,213 qram çəkidə olan narkotik vasitə heroin, ümumi təmiz çəkisi 1,984 qram olan (04 ədəd sellofan bükümdə) və tədqiqata sərf edildikdən sonra qalan qalığı, yəni 1,824 qram çəkidə olan psixotrop maddə metamfetamin, 01 ədəd qara rəngli kiçik dəmir qutu məhv edilməlidir. Təqsirləndirilən şəxs məxsus «Samsung J1» markalı mobil telefon ailə üzvlərinə qaytarılmalıdır. Təqsirləndirilən şəxsnın şəxsi axtarış və götürmə aparılması zamanı videoçəkilişin yazıldığı 1 (bir) ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri 163,64 ( yüz almış üç manat 64 qəpik) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 05 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi 180 (yüz səksən) manat, ibtidai istintaq zamanı hüquqi yardım göstərmiş Bakı şəhər 11 saylı vəkil bürosunun vəkili X2 360 (üç yüz altmış) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 25 fevral 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. Hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 05 saylı vəkil bürosunun vəkili X3 180 (yüz səksən) manat, Bakı şəhər 11 saylı vəkil bürosunun vəkili X14 qızına 360 (üç yüz altmış) manat məbləğində pul ödənilsin. İş üzrə maddi sübut olan və Binəqədi rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 2,213 qram çəkidə olan narkotik vasitə heroin və qalıq çəkisi 1,824 qram çəkidə olan psixotrop maddə metamfetamin, 01 ədəd qara rəngli kiçik dəmir qutu məhv edilsin. Təqsirləndirilən şəxs məxsus «Samsung J1» markalı mobil telefon ailə üzvlərinə qaytarılsın. Təqsirləndirilən şəxsnın şəxsi axtarış və götürmə aparılması zamanı videoçəkilişin yazıldığı 1 (bir) ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərcləri 163,64 ( yüz almış üç manat 64 qəpik) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1580/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1580/2021
17.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver