Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1580/2023 11.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4 və X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X7 və Dövlət ittihamçısı, müdafiəçi – “Fides” Vəkil Bürosunun vəkili X8, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktının nəticəvi hissəsinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxsn Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmişdir. Təqsirləndirilən şəxs ittiham olunur ondan ötrü ki, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə edib daşıyaraq saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən külli miqdarda təmiz çəkisi 1010 qram (1 kiloqram 10 qram) olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 13 fevral 2023-cü il tarixdə Xəzər Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 21:05-də Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X5 saxlanılaraq Xəzər Rayon Polis İdarəsinə gətirilmiş və xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı onun əynində olan qara rəngli idman gödəkçəsinin sol iç tərəfindən 01 ədəd şəffaf rəngli polietilen bükümdə təmiz çəkisi 1010 qram (1 kiloqram 10 qram) kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışı zamanı dövlət ittihamçısı yazılı vəsatət verərək bildirmişdir ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə onun əməlində daha ağır cinayətin əlamətləri müəyyən edildiyindən, yəni onun külli miqdarda narkotik vasitəni satış məqsədi ilə əldə edib daşıyaraq üzərində saxlamasını özündə ehtiva edən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin əlamətləri olduğundan irəli sürülmüş ittiham üzrə cinayət işinin baxılmasına xitam verilməli və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, hər gün daha çox narkotik vasitə almaq məcburiyyətində qaldığına görə tez-tez almamaq üçün bir neçə aylıq istifadə edə biləcəyi qədər, yəni təxminən 1 kiloqram çəkidə heroin alması qərarına gəlmiş, əvvəllər də istifadə etmək üçün heroin aldığı “Omid” adlı İran İslam Respublikası vətəndaşından ona 1 kiloqram çəkidə heroin çatmasını xahiş etmiş, “Omid” adlı şəxs də ona ucuz qiymətə təşkil edəcəyinə söz vermişdir. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bolluq massivi ərazisinə gedib orada “Omid” adlı şəxsə 2000 manat məbləğində pul verib təxminən 1010 (1 kiloqram 10 qram) qram olan və şəffaf sellofana bükülmüş heroini alıb əynində olan qara rəngli idman gödəkçəsinin sol iç tərəfində saxlamış, həmin şəxsdən aralaşıb yola tərəf çıxaraq, bir qədər yol getdikdən sonra iki nəfər şəxs ona yaxınlaşaraq özlərinin polis əməkdaşları olduqlarını bildirib onu Xəzər Rayon Polis İdarəsinə dəvət etmişlər. İdarədə ona müdafiəçi təqdim olunaraq üzərində videoçəkiliş ilə şəxsi axtarış istintaq hərəkəti aparılan zaman o, əynindəki gödəkçənin sol iç tərəfindən çıxarıb həmin narkotik vasitə olan heroini təqdim etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1697 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, kannobioidlərin, psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya və intoksikasiya əlamətlərinin olmasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə təndiqi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində narkotik vasitəni həddindən artıq çox istifadə etdiyindən 1010 qram (1 kiloqram 10 qram) narkotik vasitə-heroini şəxsi istifadə etmək üçün aldığını bildirmişdir. Lakin, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1697 saylı rəyindən görünür ki, təqsirləndirilən şəxsin narkotik vasitədən həddindən artıq istifadə halı müəyyən olunmamış, şəxs barəsində narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmaması qeyd edilmişdir. Həmçinin, cinayət işinin materiallarında iş üzrə təyin olunmuş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 6/898 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası DİN Zərflər üçün №43 dairəvi möhür əksi olan bağlamadakı 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1010 qram (1 kq 10 qr) qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İ Siyahısına əsasən heroinin çəkisinin 0,15 (sıfır tam yüzdə on beş) qramdan yuxarı olması şəxsi istehlak miqdarından artıq miqdar, xalis çəkisinin 2 (iki) qramdan yuxarı olması külli miqdar hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs üzərindən çıxan 1010 qram (1 kq 10 qram) narkotik vasitə heroin şəxsi istehlak miqdarından 6733 dəfə, külli miqdarından isə 505 dəfə çox olmaqla onun narkotik vasitəni şəxsi istifadəsi üçün əldə edib üzərində saxlamaqla daşımasını istisna edir. Həmçinin, cinayət işinin iş materiallarına əlavə edilmiş «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə əldə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri psixotrop maddə satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Bundan başqa, iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Allahyar adlı şəxsin narkotik vasitələri istifadə etməsi və üzərində gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatı rəhbərliyə raportla məruzə olunduqdan sonar həmin şəxsin ətrafında əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul olunmuşdur. Həmin qərar əsasında xx.xx.2023-cü il tarixdə saat 21:05-də Allahyar adlı şəxsi xarici əlamətlərinə uyğun şəxsə Xəzər rayonu, Binə qəsəbəsi, X5 yaxınlaşıb narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib üzərində şəxsi axtarış keçirilməsi üçün şöbəyə dəvət etmişlər. Şəxsiyyəti müəyyən olunduqdan sonra X2 şöbəyə getməyə heç bir etiraz etməmiş və birlikdə Xəzər Rayon Polis İdarəsinə getmişlər. Orada hüquq və vəzifələri izah olunduqdan sonra videoçəkiliş ilə keçirilmiş şəxsi axtarış istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs əynində qara rəngli idman gödəkçəsinin sol iç tərəfindən 01 ədəd şəffaf sellofana bükülmüş, içərisində tünd-qəhvəyi rəngdə olan maddəni təqdim edərək, həmin maddənin narkotik vasitə- heroin olduğunu, xx.xx.2023-cü il tarixdə İran İslam Respublikasının vətəndaşı kimi özünü təqdim edən “Omid” adlı şəxsdən Binə qəsəbəsi, X5 2000 manata şəxsi istifadəsi üçün aldığını və bir neçə dəqiqə sonra polis əməkdaşları tərəfindən dükanın yaxınlığında saxlanılaraq polis idarəsinə gətirildiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs barədə daxil olmuş məlumat narkotik vasitələrin satışı ilə bağlı olmuşdur. Şahid1 ifadəsində göstərmiş olduğu xüsusatları şahid qismində dindirilmiş Şahid2 da təsdiq etmişdir. Təqsirləndirilən şəxs ifadəsində narkotik vasitəni “Omid” adlı İran İslam Respublikası vətəndaşından aldığını bildirmişdir. Lakin istintaq dövrü ərzində Təqsirləndirilən şəxs İran vətəndaşı “Omid” adlı şəxslə hansı vasitə ilə əlaqə saxlanılması müəyyən edilməmiş, Təqsirləndirilən şəxs istifadəsində hansı mobil nömrə olması dəqiqləşdirilmədən, sonuncunun “yalnız şəxsi istifadəm üçün almışam” ifadəsi əsas götürülərək 1 kiloqramdan artıq olan narkotik vasitə olan heroinin satış məqsədilə əldə edilməsi xüsusatı ümumiyyətlə araşdırılmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərarda və ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs Allahyar İskədərlinin həmin narkotik vasitəni “şəxsiyyəti istintaqa “Omid” kimi məlum olan şəxsdən, istintaqa məlum olmayan vaxtda” əldə etməsi qeyd olunmuşdur. Lakin cinayət işinin materiallarına əlavə edilmiş, təqsirləndirilən şəxsin və şahidlərin dindirilməsi protokollarından, cinayət işinin materiallarına əlavə edilmiş digər sənədlərə əsasən müəyyən olunur ki, təqsirləndirilən şəxs həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə, saat 12:05-də Xəzər rayonu, Binə qəsəbəsi, Bolluq massivi ərazisindən götürmüş və elə həmin yerdə də saxlanılaraq Xəzər Rayon Polis İdarənin inzibati binasına gətirilmişdir. Həmçinin, cinayət işinin materiallarına əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, “Omid” adlı şəxsin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün əməliyyat tapşırığı verilmiş, müvafiq cavaba əsasən “Omid” adlı şəxsin şəxsiyyətinin müəyyən olunaraq istintaqa təqdim olunması mümkün olmadığı qeyd edilmişdir. Həmin şəxsin məsuliyyətə cəlb edilməsi üçün cinayət işinin materiallarından Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır. Belə olan halda Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda onun narkotik vasitəni “şəxsiyyəti istintaqa “Omid” kimi məlum olan şəxsdən” əldə etməsi kimi qeyd olunması cinayət işinin materialları ilə ziddiyət təşkil edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Dövlət ittihamçısı məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə edib daşıyaraq saxlaması əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunması qənaətinə gəlmişdir. Ona görə də, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs başqa ittihamın elan edilməsi üçün cinayət işinin baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə vəsatət vermişdir. Beləliklə, dövlət ittihamçısı Təqsirləndirilən şəxs hərəkətlərində daha ağır cinayətin, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin tərkib əlamətlərinin olması müəyyən edildiyinə görə, təqsirləndirilən şəxsə həmin maddə ilə də ittiham irəli sürülməsi üçün məhkəmə tərəfindən cinayət işinin baxılmasına xitam verilməklə, həmin iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, dövlət ittihamçısının vəsatəti təmin edilməli, cinayət işinin baxılmasına xitam verilərək təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Habelə, Cinayət-Prosessual Məcəlləsinin 318.2-1-ci maddəsinə əsasən, həmin Məcəllənin 318.2-ci maddəsində nəzərdə tutulmuş qərar çıxarıldıqda, məhkəmə həbsdə saxlanılan təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin müəyyən edilməsi məsələsinə baxılmalıdır. Məhkəmə hesab edir ki, cinayət işinin baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxslərə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını və iş üzrə ibtidai araşdırmanın davam etdirilməsi zərurətinin olmasını nəzərə alıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 159-cu maddəsinə əsasən (cinayət işi üzrə ibtidai araşdırmanın davam etdirilməsi zərurətinin olması) Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti bir ay, yəni 11 yanvar 2024-cü il tarixədək uzadılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 159, 318.2, 320 və 321 -ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: Dövlət ittihamçısı vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 1(101)-1580/2023 nömrəli cinayət işinin baxılmasına Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.2-ci maddəsinə əsasən xitam verilsin və cinayət işinin materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Hazırkı iş üzrə Təqsirləndirilən şəxs barəsində olan həbsdə saxlama müddəti 1 (bir) ay müddətində, yəni 11 yanvar 2024-cü il tarixədək uzadılsın. Qərardan apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilməz. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Əhməd Quliyev Telman Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-1580/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1580/2023
11.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver