Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1580/2024 04.06.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Qəniyev Faiq Əsəd oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: Qasımzadə Banu Pənah qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi Şöbəsinin prokurorları Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs X2 müdafiəçisi: Fides Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx xxxxxx 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı Şəhəri, Sabunçu Rayonu, Bakıxanov Qəsəbəsi, Ruhulla Axundov küçəsi, ev 15, mənzil 25 qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan Türkiyə Respublikası vətəndaşı “Anar” adlı şəxs və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarındakı cinayətkar razılaşmaya əsasən Türkiyə Respublikası vətəndaşı “Anar” adlı şəxs və qeyrilərinin külli miqdarda narkotik vasitə metadon həbi, xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı və külli miqdarda psixotrop maddə metamfetamini gizlədiləcəyi yerdən götürüb özündə saxlamaq və digər şəxslərə satışını təşkil etmək barədə verdiyi təlimatına, həmçinin bu qanunsuz fəaliyyəti yerinə yetirmək müqabilində qazanc olaraq pul vədinə əsasən qeyd edilən narkotik vasitələri və psixotrop maddəni əldə etmək qərarına gəldikdən sonra 30 yanvar 2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığından naməlum vaxtda və şaraitdə Türkiyə Respublikası vətəndaşı “Anar” adlı şəxs və qeyrilərinin göndərdiyi təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda - 1,6 qram təşkil edən 40 ədəd narkotik vasitə metadon tərkibli həbi, xeyli miqdarda 68,98 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, külli miqdarda 4,146 qram çəkidə psixotrop maddə metamfetamini və 01 ədəd elektron tərəzini qanunsuz olaraq əldə edib Bakı şəhəri, Nərimanov rayonu ərazisinə daşıyaraq əynində olan ağ rəngli gödəkçənin sol yan cibində 01 ədəd sellofan paketdə saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 30 yanvar 2024-cü il tarixdə, saat 13:10-da ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq ünvan 3ında yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilərək həmin gün saat 14:51-dən etibarən üzərində şəxsi axtarış keçirilərkən əynində olan ağ rəngli gödəkçənin sol yan cibindən 08 ədəd konvalyutda ümumi sayı 40 ədəd olan üzərində “Methadone 40” markalanma göstəricisi olan, “F/M40” yazısı həkk olunmuş, qəhvəyi rəngli, dairəvi formalı, təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda - 1,6 (bir tam onda altı) qram təşkil edən narkotik vasitə metadon tərkibli həb, 01 ədəd bağlamada təmiz çəkisi 68,98 (altmış səkkiz tam yüzdə doxsan səkkiz) qram olan xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd bükümdə təmiz çəkisi külli miqdarda 4,146 (dörd tam mində yüz qırx altı) qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, onu polis əməkdaşları səhər saatlarında otelə qızla görüşməyə gedən zaman təxminən saat 12 radələrində saxlamışlar. Saxladıqdan sonra üzərində axtarış aparılmadan onu idarəyə aparmışlar. Saxlanılan zaman üzərində 1 qram “nəşə” olmuşdur. Onu idarədə narkotiklə yükləmişlər. İttihamdakı Anar adlı şəxsi tanımır. Türkiyə vətəndaşı olduğu qeyd edilsə də onunla Azərbaycan dilində danışmışdır. O pulunu verib nəşə alıb çəkirmiş. Narkotiki telefondan tanıdığı şəxslər vasitəsilə alırmış. İttihamda üzərindən aşkar edildiyi qeyd edilən tərəzi, metamfetamin və metadon onda olmamışdır. O, metadon və metamfetamin yox, marixuana istifadə edirmiş. Whatsapp programından istifadə edirmiş. İstifadəsində həmin vaxt ***-***-**-** saylı mobil nömrə olmuşdur. Whatsappda türk mobil operatoruna məxsus nömrə ilə yazışması olmuşdur. Həmin şəxslərə ancaq narkotik almaq məqsədilə yazmışdır. O, narkotik aldığı şəxsə pulu yollayırmış. Şəkli və ünvanı isə o atırmış. Narkotik vasitəni ona telefonda atılan şəkil və ünvan vasitəsilə əldə edirmiş. Hər zaman eyni şəxsdən narkotik vasitə almışdır. Həmin şəxs ona narkotik vasitənin yerini dəyişməsi və başqa yerə qoymağı ilə bağlı heç vaxt heç nə deməmişdir. O, saxlanılan zaman üzərində olan geyimin rəngi ittihamda səhv yazılmışdır. Əynində ağ yox, krem rəngli gödəkcə olmuşdur. Onu 3 nəfər polis əməkdaşı saxlamışdır. Nərimanov rayonu ərazisində yerləşən “Sky” oteldə saxlanılmışdır. Həmin polis əməkdaşı onu saxlayan zaman görüşmək üçün getdiyi Günel adlı xanım da onu görmüşdür. Otelin otağına daxil olub onu aparmışlar. Polis əməkdaşları ona saxlanılmağı üçün əsas olan qərarı göstərməmişdir. Ona Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən olduqlarını deyib aparmışlar. Üzərinə baş idarədə axtarış aparılmışdır. Vəkil gecə saat 12-də idarəyə gəlmişdir. Onu idarədə bir otağa salıb fiziki-psixi təzyiq göstərmişlər, o da ittihamı qəbul etmişdir. Üzərində axtarışı axşam keçirmişlər. Saxlanılan zaman ***-***-**- ** nömrə üzərindəki telefonda olmuşdur. Vəkili gecə saat 4-5 radələrində görmüşdür. Yaxınları ilə əlaqə saxlamağa da icazə vermişlər. Saxlanılan zaman ona fiziki psixi təsir olunmuşdur. Xəsarət olduğunu orada bildirməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində çaılışır. Şəxsi hadisə ilə əlaqədar tanımışdır. 30 yanvar tarixində saat 13:00 radələrində Nərimaov Rayonu, Ə.Rəcəbli küçəsi 150 ünvanında keçirilmiş əməliyyat tədbiri zamanı şəxsi saxlamışlar. Şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinmişdir. Şəxsə yaxınlaşıb özlərini təqdim etdikdən sonra onu baş idarəyə aparmışlar. Orada üzərinə şəxsi axtarış aparmışlar. Axtarış zamanı cibindən böyük bükümdə marixuana, metamfetamin və metadon aşkar edilərək götürülmüşdür. Əməliyyat qrupunda 3 nəfər olmuşlar, o Rüstəm və digər polis əməkdaşı. Əməliyyat qrupuna o rəhbərlik etmişdir. Məlumat narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə olmuşdur. Saxlanılan zaman təqsirləndirilən şəxs onlara müqavimət göstərməmişdir. Hava soyuq olduğu üçün onlar şəxsi axtarışı idarədə aparmışlar. Vəkilin iştirakı da təmin olunmuşdur. İdarəyə aparılıb vəkillə təmin edildikkdən sonra təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmişdir. Marixuana, metamfetamin və metadon 3 ayrı bükümdə olmuşdur. Şəxsin kimlərəsə narkotik vasitə satması barədə məlumatları özü ifadəsində bildirmişdir. Azər adlı şəxsdən narkotiki aldğını bildirmişdir. Üzərindən çıxan narkotik vasitəni ifadəsində bildirmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki-psixi təsir olmamışdır. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs üzərində ittihamda göstərildiyi qədər və göstərilən növdə narkotik vasitə olmaması, özünü narkotik vasitənin satışında təqsirli bilməməsi və polis əməkdaşları tərəfindən təzyiqə məruz qalması barədə verdiyi ifadəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin biri-birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübutlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 30 yanvar 2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Təhqiqat şöbəsinin XMİÜ baş təhqiqatçısı, polis mayoru Orxan Məmmədov tərəfindən tərtib olunmuş 30 yanvar 2024cü il tarixli “şəxsi axtarış və götürmə aparılması barədə” protokolundan görünür ki, həmin tarixdə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində “nəşə”, “metamfetamin” və “metadon” adı ilə tanıdığı narkotik vasitələr və psixotrop maddələr olduğunu bildirib, əynində olan ağ rəngli gödəkçəsinin sol yan cibindən 01 ədəd sellofan paketi, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd “Redmi" markalı mobil telefonu, şalvarının sol yan cibindən isə 01 ədəd qara rəngli pul qabını çıxarıb masanın üzərinə qoymaqla təqdim etmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan paketə baxış zamanı içərisində 01 ədəd sellofan bükümdə ağ rəngli, kristal şəkilli, spesifik qoxuya malik olmayan psixotrop maddə metamfetaminə oxşar maddə, 01 ədəd sellofan paketdə yaşıl rəngli, ot şəkilli, spesifik qoxuya malik olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə, 08 ədəd konvalyutda üstündə “Methadone 40” sözləri yazılmış 40 ədəd dərman həbi və 01 ədəd elektron tərəzinin olması müəyyən edilmişdir. Daha sonra pul qabına baxış keçirilmiş və içərisində 01 ədəd üstündə 1237 4006 5131 8607 rəqəmləri qeyd olunmuş “Rabitəbank” bank kartı, 01 ədəd üstündə 5374 3951 1673 9559 rəqəmləri qeyd olunmuş “AzərTürkBank” bank kartı, 01 ədəd üstündə 4098 0944 2189 6778 rəqəmləri qeyd olunmuş “Unibank” bank katı olması müəyyən edilmişdir. Aşkar olunmuş maddə, kütlə və predmetlər sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılaraq möhürlənmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həbləri, maddələri, kütlələri və elektron tərəzini 30 yanvar 2024-cü il tarixdə səhər saatlarında anket məlumatlarını bilmədiyi Anar adlı şəxsin ona göndərdiyi məkandan götürdüyünü, belə ki Anar adlı şəxs ilə ancaq “Vatsapp” mobil tətbiqi vasitəsi ilə əlaqə saxladığını, “Xalqlar Dostluğu” stansiyasının yaxınlığında Anar adlı şəxsin ona mobil tətbiq vasitəsi ilə göndərdiyi ünvandan əldə etdiyini və həmin sellofan paketi Anarın deyəcəyi ünvana aparıb təhviı verməsi üçün üstündə saxlayaraq daşıdığını, həmçinin bunun müqabilində Anardan 60 manat pul əldə edəcəyini bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə bioloji ekspertizasının 31 yanvar 2024-cü il tarixli 7/167 nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş zərfdə bir ədəd sellofan bükümdə təmiz çəkisi 68,98 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Təqdim edilmiş bir ədəd elektron tərəzinin üzərində cüzi miqdarda marixuananın hissəcikləri vardır. Marixuananın hissəcikləri cüzi miqdarda olduğu üçün onun çəkisini və eyniliyini müəyyən etmək mümkün deyildir. Qeyd: 1) marixuananın təmiz çəkisi: 68,98 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 68,93 qram. (Ekspertiza tədqiqatının dəyəri 72(yetmiş iki) manat) Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının 31 yanvar 2024-cü il tarixli 6/603 nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №6” dairəvi möhür əksi “Təqsirləndirilən şəxs aşkar edilmiş (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 4,146 qram olan ağ rəngli kristalardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Üzərində “Methadone 40” markalanma göstəricisi 08 ədəd konvalyutdakı ümumilikdə 40 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həb metadon tərkibli həblərdir və 40 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 1,6 qram təşkil edir (üzərində qeyd olunmuş göstəriciyə əsasən 01 həbdə 0,04 qram metadon olmaqla). Həmin paketdə olan üzərində “Best-A-M” yazısı olan qara rəngli elektron tərəzinin üzərində metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün, metamfetaminin təmiz çəkisini və bükümdəki metamfetaminlə eyni kimyəvi tərkibli olub- olmamasını müəyyən etmək mümkün deyildir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına, metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in İİ siyahısına daxildirlər. Qeyd: 1) metamfetaminin təmiz çəkisi: 4,146 qram, tədqiqata sərf edildi - 0,1 qram, qalıq -4,046 qram. 2) metadon - 40 həb, tədqiqata sərf edildi - 03 həb, qalıq - 37 həb. (Ekspertiza tədqiqatının dəyəri 114(yüz on dörd) manat) Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 4(005)-168/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 30 yanvar 2024-cü il tarixdən hesablanmaqla 04 ay müddətində həbs növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 5(005)-281/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Əməliyyat-axtarış tədbirinin aparılması barədə AR DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid tərəfindən qəbul edilmiş və həmin idarənin rəisi Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli qərar qanunauyğun hesab edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 08 fevral 2024-cü il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Redmi” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı “WhatsApp” bölməsində Türkiyə Respublikasına məxsus olan, adı qeyd edilməmiş +90 543 *** ** ** mobil telefon nömrəsinin olması müəyyən edilmişdir. Adı qeyd olunan +90 543 *** ** ** mobil telefon nömrəsi ilə həyata keçirilmiş mesajlara baxış keçirilən zaman Təqsirləndirilən şəxs tərəfindən göndərilmiş cinayət işi üzrə sübut əhəmiyyəti kəsb edəcək aşağıdakı məzmunda SMS yazışmaları aşkar edilmişdir: - Ona görə də patı qoy s***irsin; - Mende 2-3 gune. Bir sene 2 OT; - Bele seni zae**t eleyiremse...Goturmeye geden menim menim payimi ele orda birdefelik diyersen ne qeder goturum o qeder goturerem; - 8 ad 2 ot; - 2 ad 4 ot qoyacam; - Butun yerleri gonderecem sene ata bilersen?; - Konuma gel 1/2 arası isare olan yerde plasmasin qabin icinde 4 OT; - Konuma gel 3/4 arası isare olan yerde Gul dibceyin altinda 2 OT; - Konuma gel blok 116 1/2 arası isare olan yerde 2 OT; - Konuma gel giren kimi saqda isare olan yerde 2 OT; - Konuma gel isare olan yerde agacin icinde 2 OT; - Konuma gel ask plazanin yaninda iceri gir isare olan yerde dasin sagin 4 OT; - Konuma gel 1/2 arası isare olan yerde shocikin arasında 2 OT; - Konuma gel 1-ci mertebe solda isare olan yerde 2 OT; - Konuma gel giren kimi solda isare olan yerde plasmas turbanin arxasi 2 OT; - Mende qutardi dede; - 2 əd 4 OT; - 7 əd 2 OT; - 2 ot birinde men goturdum; - Zehmet olmasa maas birde. Paket almaq ucun pul.; - Brat gonderirsen? Eve pul atmaliyam 1-2 shey var onar alinmalidi; Adı qeyd olunan +90 543 *** ** ** mobil telefon nömrəsi ilə həyata keçirilmiş mesajlara baxış keçirilən zaman adı qeyd olunan nömrə tərəfindən Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə göndərilmiş cinayət işi üzrə sübut əhəmiyyəti kəsb edəcək aşağıdakı məzmunda SMS yazışmaları aşkar edilmişdir: - 4 M40; - 121 OT; - 0 QARA; - 0 EKİ; - Maaş 0 azn; - Eslinde sene bugun maaw vermeli deyildim 2 gune 19 unvan duzmusen; - M40 duzme; - 4 adres 4 ot, 26 adres 2 ot; - Konuma gel giren kimi solda isare olan yerde plasmas turbanin arxasi 2 OT; - Buna isare qoy harasindadi; - Ay ibiw nolub sene yene patilamisan?; Həmçinin mobil telefona baxış keçirilən zaman Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsindən Türkiyə Respublikasına məxsus olan, adı qeyd edilməmiş +90 543 *** ** ** mobil telefon nömrəsinə narkotik vasitə və psixotrop maddələrin sonradan qoyulduğu yerlərin fotoşəkilləri, habelə onların qoyulduğu yerlərin canlı koordinatları “WhatsApp” mobil tətbiqi vasitəsi ilə göndərilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 05 mart 2024-cü il tarixli “telefon zəngləri üzləri aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, "xxxx" MMC-dən alınmış 04 mart 2024-cü il tarixli AZF/LGL- 233/24 saylı məktubla daxil olmuş 01 ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil telefon nömrəsi ilə müxtəlif nömrələr arasında cinayət işi üzrə sübut əhəmiyyəti kəsb edəcək aşağıdakı məzmunda SMS yazışmaları aşkar edilmişdir: xx-xx-2023 18:31:25 xx-xx-2023 18:31:26 1.1.**********07 1.1.**********71 Anar cagirir insta gir. xx-xx-2023 18:54:05 xx-xx-2023 18:54:05 1.1.**********07 1.1.**********71 Emanet lazimdi srocno yaz mene xx-xx-2023 09:53:21 xx-xx-2023 09:53:21 1.1.**********48 1.1.**********71 icra zad harda olsan gelecem emanet blokdadi yesli chto shetcikin icinde xx-xx-2023 16:14:59 xx-xx-2023 16:15:00 1.1.**********64 1.1.**********71 1 qr lazimdi. Prosto men kende gedirem.Emin dostum axsham iştən sonra görüşə bilər.ya sən ya Vusalnan.alınar ? xx-xx-2023 16:45:45 xx-xx-2023 16:45:45 1.1.**********64 1.1.**********71 Ola bilsin artım olsun sifariş.yazacam indi. Spasibo.) xx-xx-2023 18:53:11 xx-xx-2023 18:53:12 1.1.**********64 1.1.**********71 Bro. + 2 ele xx-xx-2023 21:55:32 xx-xx-2023 21:55:33 1.1.**********71 1.1.**********74 Tebii gotur men sene xeber eleyecem.hara geleceksen. tebii hell xx-xx-2023 13:04:24 xx-xx-2023 13:04:24 1.1.**********71 1.1.**********48 Shirin.. Men Vasmoydayam. Sehere getmeliyem Pulun daliyca. dunen olanan mene bir az lazimdi xx-xx-2023 16:17:33 xx-xx-2023 16:17:33 1.1.**********71 1.1.**********64 Problem deyil.. Vüsal cavab verse vererem ona oturer.. Vüsal cavab vermese men goruserem. 1 qr qiymet ne dimisen mende bilim xx-xx-2023 18:50:43 xx-xx-2023 18:50:43 1.1.**********71 1.1.**********64 brat sen isdediyin 1Qr O verdim Vüsala.. xx-xx-2023 18:54:29 xx-xx-2023 18:54:30 1.1.**********71 1.1.**********64 obshe 3q? Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 X6 daxil olmuş 15 fevral 2024-cü il tarixli 524/K nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən “kannabinoid” aşkar edildi. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2024-cü il tarixli 650 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 30 yanvar 2024-cü il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 68,93 qram kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana, 4,046 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 37 ədəd metadon tərkibli həblər və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Redmi” markalı mobil telefon onun yaxın qohumuna qaytarılmalı, Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 186 (yüz səksən altı) manat alınıb dövlət büdcəsinə verilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılarkən həmin istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 01 ədəd dvd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, barəsində həbs qətimkan tədbiri seçilərək məhkəmə iclas zalından həbs edilməli və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 30 yanvar 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 186 (yüz səksən altı) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 68,93 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 4,046 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 37 ədəd metadon tərkibli həblər və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Redmi” markalı mobil telefon onun yaxın qohumuna qaytarılsın, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılarkən həmin istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 01 ədəd dvd diskin diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın, Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Faiq Qəniyev Mahmud Ağalarov
Məhkəmə qərarları › İş №1(101)-1580/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1580/2024
04.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver