Məhkəmə qərarları › İş №1(101)-1580/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1580/2025

03.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1580/2025 03.02.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədov Fəxri Afiq oğlunun (sədrlik edən), Əsgərova-X3 və Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, Zeynallı Həcər Zahid qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – “AİM” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1980-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində “həbs” qətimkan tədbiri seçilməklə hal hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni külli miqdarda əldə edib saxlayıb, daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 2,130 qram külli miqdarda psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlayıb Bakı şəhəri, Sabunçu rayonu, Aydınbəyov küçəsi nömrəsiz fərdi yaşayış evinə qədər daşımış, 10 aprel 2025-ci il tarixdə saat 17:00-da Bakı şəhəri, Sabunçu rayonu, Aydınbəyov küçəsi nömrəsiz fərdi yaşayış evinin yaxınlığında özünü şübhəli apardığı üçün Sabunçu RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu RPİ-nin 12-ci PŞ-nə gətirilmiş, polis şöbəsində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qolsuz gödəkçənin sağ yan cibindən bir ədəd qəhvəyi rəngi pul kisəsinin içərisindən bir bükümdə təmiz çəkisi 2,130 qram külli miqdarda ağ rəngli kristallşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o aprel ayının 10-da anasına aptekdən dərman almaq üçün evdən çıxmışdır. Evə qayıdan zaman apteklə üzbəüz yerdə bir pulqabı tapmışdır. O, pulqabını götürüb qayıdanda onu PPX saxlamış və şübhəli şəxs olduğunu demişdir. Onu saxlayan polis əməkdaşlarından birini tanıyır. O, könüllü şəkildə üzərində olanları təqdim etmiş və pulqabını təzə tapdığını polis əməkdaşlarına bildirmişdir. Bundan başqa onun üzərində ona məxsus bir dəfə çəkmək üçün marixuana olmuşdur. Daha sonra pulqabının içinə baxan zaman sellofanın içində qızıl boyunbağı və ağ kristalşəkilli maddə olmuşdur. Həmin bükümü tapan polis əməkdaşı bükümü yanındakına verib dadına baxmasını istəmiş, digəri dadına baxdıqda bunun limon duzu olduğunu demişdir. Daha sonra onu bölməyə aparmışlar və əşyalarını da özünə vermişlər. Bölmədə üzərinə təkrar baxış keçirilən zaman əməliyyatçılardan biri həmin bükümün içindəki maddənin dadına baxmış və limon duzu olduğunu demiş, amma digəri bunun metamfetamin olduğunu demişdir. Daha sonra həmin maddəni ekspertizaya göndərmişlər, yarım saat sonra isə ekspertizadan cavab gəlmişdir. Daha sonra ekspertizaya göndərilmiş eyni maddəni təkrar gətimişlər. O, bu maddənin ona məxsus olmadığını bildirmiş, buna göra onun müdafiəçisi də getmiş, sonra isə müdafiəçini yarı yoldan qaytarmışlar. Daha sonra təhqiqatçı ona AR CM-nin 234.1-ci maddəsinə qol çəkdirmişdir. O, barəsində Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə iş açıldığını sonradan öyrənmişdir. Onun üzərində sadəcə bir ədəd siqaretə doldurulmuş marixuana olmuşdur. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, onu evinin yaxınlığında saxlamışlar. O, zibillikdən printer tapmışdır. Həmin printeri düzəldib satacaqmış. Printerdən başqa zibillikdən pul qabı da tapmış və götürərək cibinə qoymuşdur. Daha sonra polis əməkdaşları onu saxlamış və axtarış keçirmək istədiklərini bildirmişlər. Polis əməkdaşları onun üstünü axtarmışlar. Üzərində şəxsi istifadəsi üçün bir baş marixuana olmuşdur. Bundan başqa zibillikdən tapdığı pul qabını da təqdim etmişdir. Pul qabının içindən bir ədəd sellofana bükülmüş qırıq-qırıq boyunbağı və bir ədəd başqa büküm çıxmışdır. Həmin bükümün içndə ağ rəngli kristalşəkilli maddə olmuşdur. O düşünmüşdür ki, həmin maddə narkotikdir. Şahid2 bu maddəni yanında olan digər əməkdaşa dadına baxıb nə olduğunu deməsi üçün vermişdir. Digər əməkdaş maddənin dadına baxdıqdan sonra onun limon duzu olduğunu demiş və həmin bükümü tullamışlar. Üzərinə axtarış keçirilən zaman orada aptekdə işləyən qadının oğlu da olmuş, həmin maddənin dadına baxmaq üçün həmin şəxsə də vermişlər, həmin şəxs də limon duzu olduğunu demişdir. Bölmədə pul qabının içindən metamfetamin aşkar edilmişdir. Metamfetamin onun tapdığı pul qabının içindən aşkar edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o orta təhsilini azərbaycan dilində almış və ona görə də latın qrafikası ilə sərbəst yazıb oxuya bilir. O, 1 ilə yaxın olar ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. 10 aprel 2025-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri Sabunçu rayonu Aydınbəyov küçəsi ilə hərəkət edən zaman məişət əşyalarının tullantıları olan qabların yanından keçərkən yerdən bir ədəd qəhvəyi rəngdə olan pul kisəsi görmüşdür, həmin kisəni götürüb içinə baxıb görmüşdür ki, içəridə bir büküm patı yəni metamfetamin vardır. O, həmin pul kisəsini götürüb əynində olan qısaqol gödəkçənin sağ yan cibinə qoymuşdur. Bir qədər hərəkət etdikdən sonra saat 17:00-da Sabunçu rayonu Aydınbəyov küçəsi nömrəsiz fərdi yaşayış evlərinin yanında 2 nəfər polis geyimində olan şəxslər ona yaxınlaşmışlar və özlərini təqdim etmişlər. Həmin şəxslər Sabunçu rayon polis idarəsinin post patrul xidmətinin əməkdaşları olmuşlar. Polislər ondan vəsiqəsini təqdim etməyini tələb etmişlər, lakin o, üzərində sənəd olmadığını bildirmişdir. Sonra bir iki sual verməyə başlamışlar, o da üzərində olan patını biləcəklərindən qorxmuşdur, ona görə onların suallarına cavab verməkdən yayınırmış. Daha sonra polis əməkdaşları onu Sabunçu RPİ-nin 12-ci PŞ-nə gətirmişlər. Polis şöbəsində vəkil dəvət edilmiş, hüquqları izah edilmiş və barəsində tutma protokolu tərtib edilmiş, daha sonra üzərində şəxsi axtarış və götürmə aparılması barədə qərar qəbul edilmişdir. Bu qərardan sonra vəkilin və onu saxlayıb polis şöbəsinə gətirən polis əməkdaşlarının iştirakları ilə videoçəkilişlə üzərində şəxsi axtarış və götürmə aparılmasına başlanılmışdır. Polis əməkdaşı ona üzərində qanunla daşınması qadağan edilmiş nəsə varsa təqdim etməyini təklif etmişdir. Bu təklifdən sonra o, əynində olan qısaqol gödəkçənin sağ yan cibindən yerdən tapdığı qəhvəyi rəngli pul kisəsini və bir ədəd özünə məxsus nasaz vəziyyətdə, qara rəngli ekranı sınıq vəziyyətdə və daxilində 077- ***- **-** saylı mobil telefon nömrəsi olan Samsung markalı mobil telefonunu təqdim etmişdir. Təqdim etdiyi pul kisəsinə baxmışlar və içərisində olan bir büküm patını çıxardıb masanın üstünə qoymuşlar. Bir daha qeyd etmişdir ki, o patını heç kimdən almamış yerdən tapmışdır və heç kimədə nə satmaq nədəki vermək niyyəti olmamışdır. O, metamfetamini üzərində saxlamaqda məqsəd özünün şəxsi istifadəsi olmuşdur. Həmin büküm zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib edilmiş həm zərf, həmdə protokol imzalanmışdır. (cild 1, iş vərəqə 44-46) Məhkəmə şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan çoxsaylı sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alaraq, eləcə də qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi barədə vermiş olduğu ifadələrini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı inkaredici məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Sabunçu RPİ-nin PPXB-də polis nəfəri Şahid2 ifadəsində göstərmişdir ki, xidmət etdikləri ərazidə Təqsirləndirilən şəxsla qarşılaşmışlar. Fazilin əlində səhv etmirsə, televizor olmuşdur. O Fazildən bu televizoru hardan tapdığını soruşmuş, Fazil isə zibillikdən tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs hərəkətləri şübhəli gəldiyi üçün bölməyə dəvət etmişlər. Bölmədə Fazilin üzərinə baxış keçirilən zaman metamfetamin aşkar edilmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid2 bildirmişdir ki, xidmətdə Şahid1lə birlikdə olmuşlar. Hadisə günü Yeni Ramana qəsəbəsi, Aydınbəyov küçəsində gəzintidə olmuşlar. Təqsirləndirilən şəxs yaxınlaşan zaman sonuncu onlara qarşı heç bir müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs təxminən günorta saatlarında saxlamışlar. Tərəflərindən Fazilə qarşı heç bir fiziki və psixi təsir olmamış və belə bir halın şahidi olmamışdır. Təqsirləndirilən şəxs Aydınbəyov küçəsi ərazisində saxlamışlar. Saxladıqları yerdə Fazilin üzərinə axtarış keçirməmişlər. Sadəcə təhlükəsizlik üçün Fazilin üzərinə vizual baxış keçirmişlər. Fazili görən zaman harda yaşadığını soruşmuşlar. Fazil yaxınlıqda yaşadığını, anasına aptekdən dərman alıb evə qayıtdığını demişdir. Təqsirləndirilən şəxs əlində olan əşyanı hardan tapdığını soruşduqda, o, zibillikdən tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs danışdıqları doğru deyil. Təqsirləndirilən şəxs saxlayan zaman üzərinə vizual baxış keçirmişlər. Pul qabının olduğunu görmüşlər, içinə baxan zaman ağ rəngli büküm və kibrit qutusu olduğunu görmüşlər. Daha sonra bütün əşyaları bir sellofan torbaya yığıb Fazili bölməyə aparmışlar. Şahid2 ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, o Sabunçu RPİ-nin PPXB-də polis nəfəri vəzifəsində xidmət edir. 10 aprel 2025-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri Sabunçu rayonu Aydınbəyov küçəsində xidmətdə olarkən bir nəfər şəxsin onu və xidmət yoldaşı Şahid1 görüb nəsə gizlətmək istəməsini və uzaqlaşmaq istədiyini görüb həmin yaxınlaşmışlar. O və xidmət yoldaşı özlərini həmin şəxsə təqdim edib sənədlərini təqdim ktməsini bildirmişlər, lakin həmin şəxs sənədlərini təqdim etməyərək özünü şübhəli aparmağa davam etmişdir. Bundan sonra o və xidmət yoldaşı Şahid1 həmin şəxsi ərazi polis şöbəsinə yəni Sabunçu RPİ-nin 12-ci PŞ-nə gətirmişlər, polis şöbəsində məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Bundan sonra Təqsirləndirilən şəxs barəsində tutma protokolu tərtib edilmiş, vəkil dəvət edilmiş, hüquq və vəzifələri izah edilmiş, daha sonra onların iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasına başlanılmışdır. Bu hərəkətə başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla daşınması və saxlanmasının qadağan edilmiş nəsə varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qolsuz gödəkçənin sağ yan cibindən bir ədəd qəhvəyi rəngli pul kisəsi çıxardaraq onun içərisindən bir büküm çıxardıb təqdim etmiş, həmin bükümə baxış keçirilmiş və içərisində ağ rəngli kristall şəkilli maddələr olması aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə metamfetamin olduğunu və yerdən tapdığını bildirmişdir. Aşkar edilmiş maddə zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edilərək imzalanmışdır. (cild 1, iş vərəqə 85-86) İbtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edildikdən sonra verilən əlavə suallara cavab olaraq Şahid2 bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Həmin şəxs saxlanılan zaman pul kisəsini təqdim etməmiş, sadəcə həmin şəxsə vizual baxış keçirilərək polis bölməsinə aparılmışdır. Pul kisəsinə polis bölməsində baxış keçirilmiş və içərisindən psixotrop maddə aşkar edilmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Sabunçu RPİ-nin PPXB-də polis nəfəri Şahid1 ifadəsində göstərmişdir ki, yeni Ramana qəsəbəsi, Aydınbəyov küçəsində xidmətdə olan zaman Təqsirləndirilən şəxs görüb yaxınlaşmışlar. Fazilin əlində televizor olmuşdur. Təqsirləndirilən şəxs onların suallarına qeyri-səmimi cavablar verdiyi üçün şəxsi şübhəli bilib 12-ci PŞ-nə dəvət etmişlər. Şöbədə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman üzərində olan pul qabının içindən metamfetamin aşkar edilmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 bildirmişdir ki, xidmətdə iki nəfər olmuşlar, o və Şahid2. Fazilə saat 12-13 radələrində Aydınbəyov küçəsində yaxınlaşmışlar. Yaxınlaşan zaman Təqsirləndirilən şəxs yanında heç kəs olmamışdır. Saxlanılan zaman onlara qarşı heç bir müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs əlində televizor olmuş, bu səbəbdən oğurluq etdiyindən şübhələnmişlər. Təqsirləndirilən şəxs üzərindən bir büküm narkotik vasitə aşkar edilmişdir. Tərəflərindən Fazilə qarşı fiziki və psixi təsir və təzyiq olmamışdır. Təqsirləndirilən şəxs saxlayan zaman vizual baxış keçirmişlər. Pul qabının içində olan maddənin dadına baxmağı kimi bir hal olmamışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman tək olmuşdur. Şahid1 ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, o Sabunçu RPİ-nin PPXB-də polis nəfəri vəzifəsində xidmət edir. 10 aprel 2025-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri Sabunçu rayonu Aydınbəyov küçəsində xidmətdə olarkən bir nəfər şəxsin onu və xidmət yoldaşı Şahid2 görüb nəsə gizlətmək istəməsini və uzaqlaşmaq istədiyini görüb ona yaxınlaşmışlar. O və xidmət yoldaşı özlərini həmin şəxsə təqdim edib sənədlərini təqdim etməsini bildirmişlər, lakin həmin şəxs sənədlərini təqdim etməyərək özünü şübhəli aparmağa davam edirmiş. Bundan sonra o və xidmət yoldaşı Şahid2 həmin şəxsi ərazi polis şöbəsinə yəni Sabunçu RPİ-nin 12-ci PŞ-nə gətirmişlər, polis şöbəsində məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Bundan sonra Təqsirləndirilən şəxs barəsində tutma protokolu tərtib edilmiş, vəkil dəvət edilmiş, hüquq və vəzifələri izah edilmiş, daha sonra onların iştirakları ilə videoçəkilişlə Təqsirləndirilən şəxs Nazım oğlunun üzərində şəxsi axtarış və götürmə aparılmasına başlanılmışdır. Bu hərəkətə başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla daşınması və saxlanmasının qadağan edilmiş nəsə varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qolsuz gödəkçənin sağ yan cibindən bir ədəd qəhvəyi rəngli pul kisəsi çıxardaraq onun içərisindən bir büküm çıxardıb təqdim etmişdir, həmin bükümə baxış keçirilmiş və içərisində ağ rəngli kristall şəkilli maddələr olması aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə metamfetamin olduğunu və yerdən tapdığını bildirmişdir. Aşkar edilmiş maddə zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edilərək imzalanmışdır. (cild 1, iş vərəqə 83-84) İbtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edildikdən sonra verilən əlavə suallara cavab olaraq Şahid1 bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. (cild 1, iş vərəqə 1) xx.xx.2025-cü il tarixli raportdan görünür ki, 10 aprel 2025-ci il tarixdə, saat 17:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Aydınbəyov küçəsi fərdi evin yaxınlığında inzibati ərazidə xidmət apararkən bir nəfər şəxsin şübhəli olduğunu görərək saxlamışlar. Polis əməkdaşları həmin şəxsə özlərini təqdim edərək şəxsiyyəti təsdiq edən sənədin təqdim etməsini xahiş etmişlər. Bu zaman həmin şəxs sənədlərinin üzərində olmadığını bildirərək polis əməkdaşlarından yayınmağa çalışmışdır. Həmçinin həmin şəxs nəsə gizlətdiyi polis əməkdaşlarında şübhələr yaranmışdır. Həmin şəxslər polislərə dağınıq cavablar verərəkj nədənsə narahat olduğunu, tez zamanda polis əməkdaşlarından yayınaraq getmək istəmişdir. Həmin şəxsdən üzərində qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağan edilən maddə, əşya vəya predmet olmasından şübhələnərək Sabunçu RPİ-nin 12-ci PŞ-nə dəvət etmişlər. Şöbədə həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. (cild 1, iş vərəqə 5) “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 aprel 2025-ci il tarixdə, saat 18:30-da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni 10 aprel 2025-ci il tarixdə saat 17:00-dan tutulmuş hesab edilmişdir. (cild 1, iş vərəqə 14) Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2025-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 aprel 2025-ci il tarixdə saat 17:00-da Sabunçu RPİ-nin RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən Bakı şəhəri Sabunçu rayonu Aydınbəyov küçəsində saxlanılaraq Sabunçu RPİ-nin 12-ci PŞ-nə gətirilmiş və videoçəkilişlə şəxsi axtarış və götürmə aparılmasına başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla daşınması qadağan edilən nəsə varsa təqdim etməsi təklif edilmişdir, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qolsuz gödəkçənin sağ yan cibindən bir ədəd qəhvəyi rəngi pul kisəsinin içərisindən bir bükümü təqdim etmiş, həmin bükümə baxış keçirilmiş və içərisində ağ rəngli kristal şəkilli maddələr olduğu müəyyən edilmişdir. (cild 1, iş vərəqə 26-28) Məhkəmə fiziki-kimyəvi ekpertizasının 11 aprel 2025-ci il tarixli 6/1336 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün №159”dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddə saxlanılan şəxs (imza) Təqsirləndirilən şəxs” yazısı və İmzalar olan zərfdəki, 1(bir) ədəd bükümdə təmiz çəkisi 2,130 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. QEYD: metamfetaminin təmiz çəkisi – 2,130 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 2,030 qram. (cild 1, iş vərəqə 36-39) “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. (cild 1, iş vərəqə 47-48) Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(008)-169/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 10 aprel 2025-ci il tarixdən hesablanmışdır. (cild 1, iş vərəqə 64-68) «Diskə baxış keçirilməsi haqqında» 12 aprel 2025-ci il tarixli protokoldan görünür ki, xidməti otaqda polis əməkdaşlarının və vəkilin iştirakı ilə saxlanılan Təqsirləndirilən şəxs hüquq vəzifələri izah edilir, daha sonra üzərində qanunla daşınması qadağan edilən nəsə varsa təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qolsuz gödəkçənin sağ yan cibindən sağ yan bir ədəd ekranı sınıq vəziyyətdə olan qara rəngli mobil telefon və bir ədəd qəhvəyi rəngi pul kisəsinin içərisindən gümüşü siqaret kağızına bükülü bir büküm təqdim edir, həmin bükümə baxış keçirilir və bükümdə ağ rəngli kristalik maddələrin olması müəyyən edilir.Daha sonra həmin maddə zərfə qoyularaq qablaşdırılır, möhürlənir, protokol tərtib edilir imzalanır. (cild 1, iş vərəqə 69) DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1999-cu il tarixli Lənkəran qarnizonu hərbi məhkəməsi tərəfindən AR CM-nin 241-ci maddəsi В bəndi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2001-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa o, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3, 69.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, xx.xx.2022-ci il tarixdə Bakı Apellyasiya məhkəməsinin qərarına əsasən xx.xx.2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli 3875 saylı Əfv sərəncamına əsasən cəzasını çəkilməmiş hissəsindən azad edilmişdir. (cild 1, iş vərəqə 77-78) Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci PŞ-nin verdiyi xx.xx.2025-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələri şəxsi istifadəsi üçün əldə etdiyi məlum olmuşdur, onun həmin maddələrin satışı ilə məşğul olması faktı müəyyən edilməmişdir. (cild 1, iş vərəqə 79) Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 2601 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən Bakı şəhər Narkoloji Mərkəzində (F19.2) diaqnozu ilə dispanser qeydiyyatdadır. (cild1, iş vərəqə 87-88) Sübutların qiymətləndirilməsi və maddi sübut hesab edilməsi haqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1- 1-ci maddəsi ilə elan edilmiş ittiham öz qüvvəsində saxlanılmış, seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmış, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı əldə etmə mənbəsini müəyyən edilməsindən ötrü Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işindən material ayrılmış, araşdırmanın davam etdirilməsindən ötrü Sabunçu RPİ-nin 12-ci PŞ-nə göndərilmiş, Təqsirləndirilən şəxs aşkar edilmiş ümumi təmiz çəkisi 2,130 qram psixotrop maddə metamfetamin maddi subut hesab edilmiş, tədqiqata sərf edildikidən sonra qalıq qalmış 2,030 qram psixotrop maddə metamfetamin Sabunçu RPİ-nin saxlancına təhvil verilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, bir ədəd videodisk sübut növü hesab edilmiş, cinayət işində saxlanılmış, Təqsirləndirilən şəxs aşkar edilmiş bir ədəd mobil telefon saxlanılması üçün Sabunçu RPİ-nin saxlancına təhvil verilmişdir. (cild 1, iş vərəqə 89-92) Azərbaycan Respublikası “TƏBİB” PHŞ Bakı Baş Səhiyyə Mərkəzi PHŞ 11 nömrəli şəhər poliklinikasının verdiyi xx.xx.2025-ci il tarixli, 113595 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs poliklinikanın məlumat bazasında Ruhi-əsəb xəstəlikləri ilə qeydiyyatda olması aşkarlanmışdır. Lakin xəstənin ambulator kartası tapılmamış, bununla əlaqədar Psixi Sağlamlıq Mərkəzinə müraciət edilməsi məsləhət görülmüşdür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin verdiyi 21 yanvar 2026-cı il tarixli, 3-28-26/2-66/2026 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda verilmiş baza məlumatlarına əsasən müraciət etməmiş və dispanser müşahidəsi aparılmamışdır. Elektron Məhkəmə İnformasiya Sistemindən (AZEMİS) görünür ki, xx.xx.2011-ci ildə doğulmuş Xədicə adlı uşağın atası Təqsirləndirilən şəxsdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə həmin əməl Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilir. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli Qərarında göstərilmişdir ki, Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qeyd olunan Qərarda məhkəmələrə izah edilmişdir ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Bununla yanaşı, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Bundan əlavə, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir). Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Yuxarıda sadalananlardan da, göründüyü kimi təqsirləndirilən şəxs irəli sürülən ittiham üzrə özünü təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutların məcmusuna əsasən onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı fiziki, psixi və ya sair zorakılığa, işgəncəyə və sair qeyri-qanuni rəftara məruz qalıb-qalmaması ilə bağlı araşdırma aparılması üçün müvafiq dövlət orqanlarına sorğu vermiş və cavabları alınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı fiziki, psixi və ya sair zorakılığa, işgəncəyə və sair qeyri-qanuni rəftara məruz qalıb-qalmaması ilə bağlı araşdırma aparılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasına sorğu ünvanlamış, təcridxanadan daxil olmuş xx.xx.2025-ci il tarixli, 3-16-17/40/2-954/2025 saylı sorğuya cavab məktubu və məktuba əlavə edilmiş sonuncunun adına açılmış tibbi kitabçanın surəti ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasına daxil olmuş, ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmışdır. Sorğu zamanı xəsarət aldığını bildirmişdir. Bədəninə baxış keçirilən zaman yeni xəsarət izi qeydə alınmamış, qarının ön divarında köhnə çapıq-toxuma, hər iki aşağı ətrafda trofiki yaralar izlənilir, hər iki qasıq nahiyəsində postinyeksiyon düyünlər aşkar edilmişdir. Bundan başqa Bakı Şəhəri Sabunçu RPİ-nin xx.xx.2025-ci il tarixli 49/2-34056/25 nömrəli məktubundan, MSY-də tərtib edilmiş xx.xx.2025-ci il tarixli akt və tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyat kitabının surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 13:20-də Sabunçu RPİ-nin MSY-ə təhvil verilmiş, bədəni üzərinə baxış keçirilmiş, baxış zamanı üzərində heç bir xəsarət aşkar edilməmişdir. Bundan başqa Azərbaycan Respublikası Baş Prokurorluğunun 11 dekabr 2025ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, aparılmış araşdırma zamanı toplanmış materiallarla, yəni Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qanunsuz hərəkət və davranışlara məruz qalmaması, polis əməkdaşlarının əməllərində Azərbaycan Respublikası CM-nin 293-cü maddəsinin, yəni işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyqəti alçaldan rəftar və ya cəzaya məruz qoyma cinayətinin, yaxud da digər cinayətlərin tərkib əlamətlərinin olmaması müəyyən edildiyi üçün material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1ci maddəsi, yəni cinayət hadisəsi olmaması əsası ilə 1197-C-25 nömrəli material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Bundan başqa cinayət işi üzrə şahid qismində dindirilmiş, Təqsirləndirilən şəxs saxlanılmasında bilavasitə iştirak etmiş Sabunçu RPİ-nin PPXB-nün əməkdaşları Şahid1 və Şahid2 ifadələrində Sabunçu rayonu Aydınbəyov küçəsində xidmətdə olarkən Təqsirləndirilən şəxsla qarşılaşdıqlarını, Təqsirləndirilən şəxs əlində səhv etmirsə, televizor olduğunu, Fazildən bu televizoru hardan tapdığını soruşduqlarını, Fazilin həmin televizoru zibillikdən tapdığını bildirdiyini, Təqsirləndirilən şəxs hərəkətləri şübhəli gəldiyi üçün bölməyə dəvət etdiklərini, saxladıqları yerdə Fazilin üzərinə axtarış keçirdiklərini, təhlükəsizlik üçün Fazilin üzərinə vizual baxış keçirdiklərini, bölmədə Fazilin üzərinə baxış keçirilən zaman metamfetamin aşkar edildiyini, tərəflərindən Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixi təsir və təzyiq olunmadığını və belə bir halın şahidi olmadıqlarını bildirmişlər. Avropa İnsan Hüquqları Məhkəməsinin İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsi ilə əlaqədar “X1rşı” işi ilə bağlı qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra bədəni üzərində hər hansı xəsarətinin olması və ya ona qarşı polis əməkdaşları tərəfindən hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmiş, saxlanılarkən və ondan sonra hər hansı fiziki, psixi və sair təzyiq və təsirə məruz qalması öz təsdiqini tapmamışdır. Məhkəmə qeyd edir ki, hadisənin baş verməsi ilə bağlı yuxarıda qeyd olunan hallar təqsirləndirilən şəxsin psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını tam olaraq təsdiq edir. O şəxsi axtarış və götürmə aparılmasının audio-video ilə aparılması, həmin prosesdə təqsirləndirilən şəxsin cinayət əməlini etiraf etməsi və digər təkzibedilməz sübutlar onun psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını təsdiq edir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılarkən və şübhəli şəxs qismində izahat verərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən dövlət hesabına təmin olunmuş müdafiəçisi yanında olmuş, aşkar olunan pixotrop maddələrin ona məxsus olmaması ilə bağlı müdafiəçisinə heç bir söz deməmiş, etirazlarını bildirməmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni külli miqdarda əldə edib saxlayaraq daşımasına görə ittiham irəli sürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs barəsində olan şəxsi axtarış və götürmə aparılmasının qeydə alındığı videoçəkilişi əks etdirən DVD formatlı diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, polis əməkdaşlarının və vəkilin iştirakı ilə saxlanılan Təqsirləndirilən şəxs hüquq vəzifələri izah edilir, daha sonra üzərində qanunla daşınması qadağan edilən nəsə varsa təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qolsuz gödəkçənin sağ yan cibindən sağ yan bir ədəd ekranı sınıq vəziyyətdə olan qara rəngli mobil telefon və bir ədəd qəhvəyi rəngi pul kisəsinin içərisindən gümüşü siqaret kağızına bükülü bir büküm təqdim edir, həmin bükümə baxış keçirilir və bükümdə ağ rəngli kristalik maddələrin olması müəyyən edilir. Daha sonra həmin maddə zərfə qoyularaq qablaşdırılır, möhürlənir, protokol tərtib edilir imzalanır. Həmin şəxsi axtarış və götürmə aparılması Cinayət-Prossesual Məcəllənin tələblərinə uyğun şəkildə aparılmış, xx.xx.2025-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması” haqqında protokolun məzmununda qeyd edilən hallar burada əyani olaraq öz əksini tapmışdır. Məhkəmənin qənaəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq, külli miqdarda təmiz çəkisi 2,130 qram psixotrop maddə metamfetamin əldə etmiş, saxlamış və daşımışdır. Beləliklə Məhkəmə, yuxarıda göstərilən cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib hüquqi qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini həll etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməlinin törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X6rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Beləliklə, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ibtidai istintaq zamanı verdiyi etirafedici izahat və ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol və işə aid biri digərinə uyğun gələn sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Ona görə də, məhkəmə, təqsirləndirilən şəxsin ittihamı mübahisələndirdiyi hissədəki ifadələrini, onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutların məcmusu ilə tam təkzib olunur. Məhz həmin sübutların məcmusu Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsinin təsdiqini tapması ilə bağlı tərəddüdsüz yekun qənaətə gəlməyə tam əsas verir. Odur ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə və qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin differensiasiyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə isə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraitini və mərhələsini, ağır nəticəyə səbəb olub-olmamasını, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakterini kompleks halda qiymətləndirməlidir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Beləliklə, təqsirləndirilən şəxsə cəza təyini məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları nəzərə alaraq cəza təyin etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs bir nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını iş üzrə onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olması Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Belə ki, DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3, 69.3-cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, xx.xx.2022-ci il tarixdə Bakı Apellyasiya məhkəməsinin qərarına əsasən xx.xx.2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli 3875 saylı Əfv sərəncamına əsasən cəzasını çəkilməmiş hissəsindən azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3, 69.3-cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli 3875 saylı Əfv sərəncamına əsasən cəzasını çəkilməmiş hissəsindən azad edilmiş, məhkumluğu ödənilmədən, yəni xx.xx.2025-ci il tarixdə isə hazırki iş üzrə cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli cinayətlərin təsnifatına görə ağır cinayət hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs sonuncu dəfə az ağır cinayət törətməyə görə məhkum olunmuş və həmin cinayətə münasibətə qanunvericilikdə nəzərdə tutulan müddət keçmədən (məhkumluğu ödənilmədən və ya götürülmədən) yenidən qəsdən ağır cinayət törətmişdir. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Belə olan halda, cinayət qanunvericiliyinin yuxarıda qeyd olunan müddəasına görə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 18.5-ci maddəsinə əsasən Bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosial-hüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayət-hüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üçün ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünəməxsus xəbərdarlıq növüdür. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Göründüyü kimi həm qanunvericilik, həm Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 sentyabr 2010-cu il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyi bir mənalı olaraq məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsinin bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına, bunun isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə etdiyini və yeni cinayət törətdiyinə görə qanunun belə şəxsə qarşı daha sərt cinayəthüquqi təsir tədbirinin tətbiq edilməsini nəzərdə tutur. Yuxarıda sadalananlara əsasən, məhkəmə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları, həmçinin aşkar edilmiş psixotrop maddənin növünü, çəkisini (miqdarını), cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, eləcə də cəza təyini zamanı cəzanın fərdiləşdiriləşdirilməsini və cəza təyin edilmənin ümumi prinsiplərini, həmçinin cəzanın həddinin diferensiallaşdırılmasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 18:30-da şübhəli şəxs qismində tutulmuş, azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən, saat 17:00-dan tutulmuş hesab edilmiş, xx.xx.2025ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixdə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarı ilə həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həmçinin onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bununla yanaşı, ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə görə hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sabunçu Rayon Polis İdarəsinin saxlancına verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 2,030 qram psixotrop maddə olan metamfetamin məhv edilməli, şəxsi axtarış və götürmə görüntülərini özündə əks etdirən 01 (bir) ədəd DVD formatıə disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmamış Təqsirləndirilən şəxs məxsus 1 ədəd «Samsung» markalı mobil telefon Təqsirləndirilən şəxs (öz razılığı ilə yaxın qohumlarına) qaytarılmalıdır. Cinayət Prosessual Məcəllənin 132.1.1-ci maddəsinə görə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə Cinayət Prosessual Məcəllənin tələblərinə uyğun olaraq belə nəticəyə gəlir ki, 114 (bir yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, müdafiəçi “AİM” Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə ümumilikdə 45 saat vaxt sərf etmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 45 saat hüquqi yardıma görə “AİM” Vəkil Bürosunun vəkili Müdafiəçi üçün hər iş saatına 11 manat hesab edilməklə, cəmi 495 (dörd yüz doğsan beş) manat məbləğində pul köçürülməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan digər əmlak müəyyən olunmamış, həmçinin iş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sabunçu Rayon Polis İdarəsinin saxlancına verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 2,030 qram psixotrop maddə olan metamfetamin məhv edilsin, şəxsi axtarış və götürmə görüntülərini özündə əks etdirən 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın, iş üzrə maddi sübut kimi tanınmamış Təqsirləndirilən şəxs məxsus 1 ədəd «Samsung» markalı mobil telefon Təqsirləndirilən şəxs (öz razılığı ilə yaxın qohumlarına) qaytarılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. Məhkəmə mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına “AİM” Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 495 (dörd yüz doxsan beş) manat məbləğində pul köçürülsün. Cinayət işi üzrə xüsusi müsadirə edilməli digər əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan, (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Fəxri Məmmədov Hakimlər Leyla Əsgərova-Məmmədova Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar