Məhkəmə qərarları › İş №1(101)-1582/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1582/2025

25.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1582/2025 25.11.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), İsmayılov Eldar Herov oğlu və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun iştirakı ilə, xx xxxxxx 1987-ci il tarixdə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olur, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Aşıq Qurban küçəsi, nömrəsiz evdə yaşamış və barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda yəni, təmiz çəkisi 0,750 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq Bakı şəhəri, Xətai rayonu, Müdafiəçi küçəsi, ev 26 ünvanın yaxınlığına qədər daşımış, xx.xx.2025-ci il tarixdə saat 15:45-də Xətai RPİ 34-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan ünvanda saxlanılaraq üstünün yoxlanması zamanı əynindəki gödəkcəsinin sol yan cibindən 1 ədəd siqaret kağızına bükülmüş təmiz çəkisi 0,750 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı olması ehtimal edifən «Vahid» adlı şəxslə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşınması barədə razılığa gəlib cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən birləşmiş qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq, satış məqsədi ilə istintaqa məlum olmayan vaxtda və “Vahid” adlı şəxsin təyin etdiyi dəqiq məlum olmayan yerdən külli miqdarda, təmiz çəkisi 2.600 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlayaraq Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən “İl” marketin yaxınlığınadək daşımış, xx.xx.2025-ci il tarixdə saat 22 radələrində Sabunçu RPİ 15-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı qeyd olunan ünvanda saxlanılaraq üstünün yoxlanması zamanı əlindəki göy rəngli sellofan torbanın içərisindən 1 ədəd sellofana bükülmüş təmiz çəkisi 2.600 qram tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, usta kimi fəaliyyət göstərir. Narkotik vasitələrdən istifadə edir, ancaq heç vaxt onların satışı ilə məşqul olmamışdır. Hadisə günü 1.5 qram heroini əldə etmək məqsədi ilə Kürdəxanı qəsəbəsinə getmişdir. İran İslam Respublikasının vətəndaşı “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə bir neçə dəfə onunla əlaqə saxlamış və narkotik vasitənin əldə edilməsi barədə təkliflər etmişdir. Hətta o həmin İran İslam Respublikasının vətəndaşının nömrəsini bir dəfə bloka atmışdır. Ancaq o, başqa bir telefon nömrəsi ilə onunla əlaqə saxlamış və yenidən narkotik vasitənin əldə edilməsi barədə təkliflər etmişdir. Nəticədə o İran İslam Respublikasının vətəndaşından 1.5 qram heroin istəmiş, ancaq narkotik vasitənin qarşılığında pulu ona borc olaraq sonradan qaytaracağını bildirmişdir. İran İslam Respublikasının vətəndaşı onun təklifi ilə razılaşmış, həmin narkotik vasitəni haradan əldə edəcəyini bildirmiş, həmin ərazidə heroindən başqa sellofan paketdə qurudulmuş marixuananın olacağını və heroinin həmin sellofan paketin altında olacağını bildirmişdir. İran İslam Respublikasının vətəndaşı həmçinin həmin narkotik vasitələri götürdükdən sonra qurudulmuş marixuananı onun sosial şəbəkə üzərindən ona göndərəcəyi məkana qoymalı olduğunu bildirmişdir. Ona deyilən əraziyə gəldikdə sellofan paketin altında heroinin olmadığını görmüş və bu səbəbdən sellofan paketi götürdüyü yerə qoyaraq ərazidən uzaqlaşmaq istəmişdir. Ancaq sellofan paketi yerə qoyduqdan sonra ərazidən uzaqlaşmaq istəyərkən 2 nəfər mülki geyimdə şəxsin qaçaraq üstünə gəldiklərini görmüşdür. 2 nəfər şəxs ona yaxınlaşaraq hansı səbəbdən sellofan paketi həmin əraziyə qoyduğunu soruşmuşlar. O sellofan paketin ona məxsus olmadığını bildirsə belə onlar qollarından tutaraq onu həmin ərazidən çıxartdılar. Ərazidən yola tərəf çıxdıqda yolda xidməti maşınlarla polis əməkdaşlarının dayandıqlarını görmüşdür. Polis əməkdaşları onun əllərini qandallamış və sonra təximnən yarım saat onu yerə yıxaraq təpikləməyə başlamışdırlar. Yarım saat onu təpiklədikdən sonra onların dedikləri ilə razılaşmayacağı təqdirdə üzərinə bir ədəd yubka geyindirərək onu videoya çəkəcəklərini və sosial şəbəkədə rüsvay edəcəklərini bildirmişlər. Bu səbəbdən o məcburiyyət qarşısında qalaraq polis əməkdaşlarının tələbləri ilə razılaşmışdır. Sonra həmin ərazidə onun üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirildikdən sonra polis əməkdaşları onu Bölməyə aparmışlar. Bundan başqa o bildirmişdir ki, hadisədən qabaq o Xətai RPİ-nin əməkdaşları tərəfindən bir dəfə saxlanılmışdır. Artıq bir dəfə saxlanıldığına görə polis əməkdaşları onun narkotik vasitələrdən istifadə etdiyini bildikləri üçün onu yenidən saxlamışdırlar. Onunla eyni məhlədə qalan tanıdığı bir nəfər polis əməkdaşları tərəfindən saxlanılmışdır. O ona “WhatsApp” sosial şəbəkəsi üzərindən “Tez gəl. Harda qaldın?” ifadələri yazmışdır. Ancaq o bildirmişdir ki, o həmin şəxslə heçvaxt sosial şəbəkəsi üzərindən yazışmamış, ancaq zəng vasitəsi ilə əlaqə saxlamışdır. Buna baxmayaraq o NZS qəsəbəsindən Babək prospektinə tərəf yola çıxmışdır. Ancaq yolda hərəkətdə olan zaman Xətai RPİ-nin əməkaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları ona az miqdarda heroin vermiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham olunsa belə hər hansı cinayət məsuliyyətinə cəlb edilməyəcəyi barədə onu aldatmışdırlar. Həmçinin həmin az miqdarda olan heroini götürməyəcəyi təqdirdə onu külli miqdarda narkotik vasitələrin dövriyyəsi ilə ittiham edəcəklərini bildirərək hədə-qorxu gəlmişdirlər. Təqsirləndirilən şəxs məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, narkotik vasitələrin istifadəçisidir, ancaq onların satışı ilə məşğul olmamışdır. Maşın mühərriklərinin ustası kimi fəaliyyət göstərir. Ailəlidir və övladı vardır. Polis əməkdaşları onu sanksiya məhkəməsinə aparmamışdırlar. Sabunçu RPİ 15-ci PB-də o, 1 gün qalmışdır. Müstəntiqə ifadə vermişdir. Ancaq ifadəni oxumadan imzalamışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, xx.xx.1987-ci ildə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşıdır, orta təhsillidir, işləmir, evlidir, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1, 177.2.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum edilmiş, 2022-ci ilin yayında azadlığa buraxılmış, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda qeydiyyatda olsa da, Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Aşıq Qurban küçəsində nömrəsiz ünvanda anası, atası, arvadı və 2014-cü il təvəllüdlü qızı ilə birgə yaşayır. Azadlıqda olarkən daim narkotik alüdəçisi olmuş, cəzaçəkmə müəssisəsində saxlanılarkən narkotikdən uzaqlaşmış, cəzaçəkmə müəssisəsindən buraxıldıqdan sonra ətrafındakılar onu yoldan çıxarmışlar, 2023-cü ilin yazından yenidən metamfetamindən, sonralar isə heroindən iyləmək yolu ilə istifadəsini davam etdirmişdir. İran İslam Respublikası vətəndaşı olan “Vahid” adlı şəxslə, ***-***-**-** nömrəsi ilə istifadə etdiyi «Redmi 12» markalı mobil telefonuna yüklədiyi “WhatsApp” proqramı vasitəsi ilə tanış olmuşdur. Belə ki, 2025-ci ilin yanvar ayının əvvəllərində özünü ona İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən “Vahid” adlı şəxs İran İslam Respublikasına aid +98-***-***-**-** nömrəsindəki “WhatsApp” proqramı vasitəsi ilə ona zəng vurmuşdur. “Vahid” adlı şəxs ona bildirmişdir ki, İran İslam Respublikasının vətəndaşıdır, narkotik tərkibli maddələrin dövriyyəsi ilə məşqul olur, əgər birgə işləmələrinə razılıq verərsə ay ərzində onun narkotikə olan tələbatını ödəyər və əlavə olaraq əmək haqqı da verər. İşləməyin qaydasını soruşduqda bildirmişdir ki, şəkilini və xəritəsini ona göndərdiyi məkanlardan narkotik tərkibli maddələri götürərək qablaşdırmalı və dediyi əraziyə daşımalı, narkotiki yerləşdirdiyi yerin şəkillərini və xəritəsini “WhatsApp” proqramı vasitəsi ilə Vahid adlı şəxsə göndərməlidir. O, tərəddüd etmiş, dərhal həmin şəxslə razılaşmamış, lakin 1-2 gün sonra yenidən zəng vuraraq fikrini öyrənərkən demişdir ki, hələ qərar verməmiş, işləmək istəsə deyər. 3-cü dəfə, yəni təxminən xx.xx.2025-ci il tarixdə Vahid ona zəng vurarkən ağrıları olduğundan və narkotik almağa pulu olmadığından Vahidlə razılaşmışdır. Vahid bildirmişdir ki, onu işə cəlb edərkən özü ona bu barədə deyəcək. Polis əməkdaşları tərəfindən saxlanılacağı təqdirdə ona çətinlik yaranmasın deyə “WhatsApp” proqramı vasitəsi ilə Vahidlə apardığı bütün danışıqlarını silmişdir. Həmin ərəfədə, yəni xx.xx.2025-ci ii tarixdə saat 12 radələrində yaşadığı evə gedən zaman yaşadığı Xətai rayonu, NZS qəsəbəsi, Aşıq Qurban küçəsində yerləşən qaz dirəyinin dibində, yerdə olan siqaretin kağızındakı 1 ədəd büküm diqqətini cəlb etmişdir. Bükümü açarkən görmüşdür ki, içərisində 4-5 dəfə istifadə etməsi üçün narkotik vasitə olan heroin var. Heroini əynində olan qara rəngli idman gödəkcəsinin sol yan cibinə qoymuşdur. Düşünmüşdür ki, 1-2 istifadəlik özündə saxlayar, qalanını satar. Belə ki, həmin günlərdə Vahidlə işləyəcəyindən daimi narkotikinin olacağına Vahid onu əmin etmişdir. Həmin tarixdə, yəni xx.xx.2025-ci il tarixdə saat 15:30 radələrində ünvan 4 ünvanın qarşısında piyada hərəkətdə olarkən sonradan adlarını bildiyi Xətai RPİ 34-cü PŞ-nin əməliyyat müvəkkilləri Şahid5 və Şahid4 arxadan ona yaxınlaşaraq özlərini təqdim etmişlər, ona qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib, xidməti vəsiqələrini göstərmişlər. Həmin yerdə polis əməkdaşları üzərində qanunla qadağan olunmuş əşya olub-olmamasını, əgər vardırsa təqdim etməsini bildirmişlər. O, əynində olan qara rəngli idman gödəkcəsinin sol yan cibində saxladığı siqaretin kağızma bükülmüş içərisində «kakos» kimi tanıdığı narkotik vasitə heroin olan bükümü və həmin idman gödəkcəsinin sağ yan cibindəki ***-***-**-** nömrəsi ilə istifadə etdiyim «Redmi 12» markalı mobil telefonunu çıxardaraq polis əməkdaşlarına təqdim etmişdir. Həmin vaxt təqdim etdiyi büküm və bir ədəd mobil telefon polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra üzərindən aşkar edilmiş heroin elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Bütün bunlar sonradan adını bildiyi 34-cü PŞ-nin əməliyyat müvəkkili Toğrul Dadaşov tərəfindən mobil telefon vasitəsi ilə çəkilmişdir. Daha sonra həmin polis əməkdaşları ilə birlikdə Xətai RPİ-nin 34-cü Polis şöbəsinə getmişdir. Polis şöbəsində olan zaman ondan aşkar edilmiş heroin və “Redmi 12” markalı telefonu 34-cü PŞ-nin təhqiqatçısı Fərid Abbasova təqdim edilmiş, saxlanılarkən polis əməkdaşları tərəfindən aparılan videoçəkiliş təhqiqatçıya nümayiş etdirilmişdir. X8 tərəfindən aparılan sorğu zamanı bildirmişdir ki, təqdim olunan narkotik vasitə heroin və mobil telefon ona məxsusdur, üzərindən aşkar edilmişdir, saxlanılarkən ona qarşı fiziki zor və ya psixoloji təsir göstərilməmişdir. Bundan sonra baş verənlərlə əlaqədar ilk öncə 34-cü PŞ-nin əməliyyat müvəkkili Şahid5 tərəfindən, daha sonra X8 tərəfindən protokollar tərtib edilmiş, protokollar ucadan oxunmuş, o və digər iştirakçılar protokolların doğruluğunu imzalan ilə təsdiqləmişlər. Daha sonra xx.xx.2025-ci il tarixədək Xətai RPİ-nin Müvəqqəti saxlama yerində saxlanılmış, müstəntiq tərəfindən ona Azərbaycan Respublikası CM-in 234.1 -ci maddəsi ilə ittiham elan edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və sərbəst buraxılmışdır. xx.xx.2025-ci ii tarixdə İran İslam Respublikası vətəndaşı olan “Vahid” adlı şəxs, ***-***-**-** nömrəsi ilə istifadə etdiyi «Redmi 12» markalı mobil telefonuna yüklədiyi “WhatsApp” proqramına özünün +98-***- ***-**-** nömrəsində olan “WhatsApp” proqramı vasitəsi ilə zəng vurmuşdur. Vahid bildirmişdir ki, özünə məxsus narkotik tərkibli maddələr İran İslam Respublikasından gətirilmiş, paylaşdırmaq lazımdır. O, razılıq verdikdən sonra “WhatsApp” proqramı vasitəsi ilə danışaraq, ona mesaj yazaraq və səs ataraq izah etmişdir ki, 2 kiloqram 500 qram marixuanası Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, “İl” marketin yaxınlığındadır, ona həmin məkanın şəkilini və xəritəsini göndərəcək, həmin marixuananı oradan götürməlidir. Bundan sonra 2,5 kiloqram marixuanadan 1 kiloqramını ayıraraq Bakı şəhəri, Babək prospektinə yerləşdirməli, qalan 1,5 kiloqramın 1 kiloqramından 10 ədəd 100 qramlıq bükümlər, qalan 500 qramından isə 10 ədəd 50 qramlıq bükümlər qablaşdırmalı və həmin bükümləri onun deyəcəyi yerə qoymalıdır. Bunun müqabilində Vahid ona 500 manat verəcəyini demiş, o, bildirmişdir ki, 500 manatı ***-***-**-** nömrəsindəki “M10” kartına göndərər. O, razılaşdıqdan sonra Vahid ona Sabunçu rayonu, Kürdəxanı qəsəbəsindəki “İl” marketin yaxınlığının konumunu atmışdır. O, taksi sifariş verərək yaşadığı Xətai rayonu, NZS qəsəbəsi, Aşıq Qurban küçəsindən konunda göstərilən Sabunçu rayonu, Kürdəxanı qəsəbəsinə gəlmişdir. Markasını və dövlət qeydiyyat nişanını, həmçinin heç bir anket məlumatını bilmədiyi taksini kənarda dayandırmış, taksi sürücüsünə onu geriyə qaytaracağını deyib gözləməsini xahiş etmişdir. Planlaşdırmışdır ki, taksi sürücüsünə 20 manat pul ödəyər. Özü təkcə taksidən düşərək təxminən 100 metr məsafə qət etmiş, dar küçədəki dəmir borunun arxasından göy rəngli sellofanı götürərək içərisinə baxmış, içərisində Vahidin ona dediyi sellofandakı bükümü görmüşdür. O, bükümü götürərək həmin yerdən uzaqlaşmış, lakin 20 metr məsafə qətt etdikdə sonradan adlarını bildiyi 2 şəxs, yəni 15-ci PB-nin əməliyyat müvəkkilləri Şahid3 və Şahid1 ilə qarşılaşmışlar, onlardan arxada gələn 3-cü şəxs, yəni Şahid2 isə onların hərəkətlərini telefonuna çəkirmiş. Həmin anda bükümün yerləşdiyi göy rəngli sellofan sağ əlində olmuş, Şahid3 və Şahid1 tərəfindən saxlanılmış, əməliyyat müvəkkili Şahid2 tərəfindən isə videoçəkiliş davam etdirilmişdir. Həmin əməliyyat müvəkkilləri özlərini təqdim etmişlər, daha sonra o, özünü təqdim etmişdir. Əməliyyat müvəkkili Şahid3 xx.xx.2025-ci il, saat 22:05 radələri olmasını deyərək əlindəki mobil telefonunun ekranını çəkiliş tərəfə yönəltmişdir. Şahid3 ona saxlanılmasının əsaslarım izah etmiş və ondan üzərində ola biləcək qanunsuz əşyaları təqdim etməsini təklif etmişdir. O, əynindəki şalvarının sol yan cibindən telefonunu çıxararaq təqdim etmiş, “Redmi 12” markalı olmasım bildirmişdir. Bundan sonra sağ əlində saxladığı sellofanın içini göstərərək sellofanda marixuananın olmasını demişdir. Əməliyyat müvəkkili Şahid3 ondan göy rəngli sellofanı alaraq içərisindəki bükümü çıxartmış və ona vəkillə təmin olmaq hüququnun olmasını izah etmiş, vəkilə ehtiyacının olmadığını bildirmişdir. Əməliyyat müvəkkili Şahid3 tərəfindən, bükümün sellofanının cüzi hissəsi qayçı ilə kəsilib açılarkən içərisində marixuananın olması görünmüşdür. Bundan sonra Şahid3 bükümü yenidən göy rəngli sellofana qoyaraq həmin sellofanı A4 formatlı kağızda qablaşdırmış və skoçla sarımışdır. Daha sonra o, və tədbirdə iştirak edənlər qablaşdırılmış bükümün üzərindəki kağızı imzalamışlar. Əməliyyat müvəkkili Şahid3 onu Sabunçu RPİ 15-ci PB-yə dəvət etmiş, o, etirazının olmadığını demişdir. Şahid2 çəkilişi dayandırmış, təqdim etdiyi qurudulmuş marixuananı götürərək polis əməkdaşları ilə birgə Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 6 ünvanda yerləşən Sabunçu RPİ 15-ci PB-yə gəlmişlər. Saxlanılması barədə əməliyyat müvəkkili Şahid3 tərəfindən protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, o, həmçinin polis əməkdaşları Şahid1 və Şahid2 protokolla tanış olaraq protokolu imzalamışlar. Daha sonra onun barəsində araşdırmanı 15-ci PB-nin təhqiqatçısı Yasin Ağayev davam etdirmişdir. xx.xx.2025-ci il tarixdə saat 23:30 radələrində 15-ci PB-də olarkən PB-nin əməliyyat müvəkkilləri Şahid3, Şahid2 və Pünhan Qədirlinin iştirakları ilə, ondan götürülmüş 1 ədəd bağlama və “Redmi” markalı mobil telefon təhqiqatçısı Yasin Ağayevə təqdim edilərək iş masasının üzərinə qoyulmuşdur. Əməliyyat müvəkkilləri Şahid2 çəkilişi, Şahid3 və Şahid1, həmçinin vəkili X2, eləcə də onun iştirakı ilə 15-ci PB-nin təhqiqatçısı Yasin Ağayev tərəfindən baxış və götürmə aparılmışdır. 15-ci PB-nin təhqiqatçısı Yasin Ağayev ona Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili X5 təqdim etmiş, sonuncunun hüquqlarının müdafiəsi ilə məşğul olmasına etirazının olmadığını bildirmişdir. X9 iş masasının üzərində olan bağlamanı ona təqdim edərək bağlamanın kimə məxsus olmasını, onun harada saxlanılmasını soruşmuş, o, bildirmişdir ki, bağlamadakı narkotik vasitə olan qurudulmuş marixuanadır, polis əməkdaşları tərəfindən Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, “İl” marketin yaxınlığında saxlanılarkən üzərindən aşkar edilmişdir. Həmin bağlama küncündən açılarkən içərisində yaşıl rəngli kütlənin olması görünmüş, X9in təkrar sorğusuna cavab olaraq bildirmişdir ki, bağlamadakı marixuanadır. X9 masanın üzərində olan telefonu ona təqdim edərək telefonun kimə məxsus olmasını soruşmuş, o, bildirmişdir ki, mobil telefon “Redmi 12” markalıdır, üzərindən aşkar edilmişdir, özünə məxsusdur. Bağlama açıldığı yerdən X9 tərəfindən skoçla bağlanılmış, mobil telefon isə zərfdə qablaşdırılmışdır. Suallara cavab olaraq bildirmişdir ki, həmin bükümü “WhatsApp” proqramı vasitəsi ilə xeyli müddətdir tanış olduğu İran İslam Respublikası vətəndaşından şəxsi istifadəsi üçün 500 manata almış, bağlamanı konum əsasında Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, “İl” marketin yaxınlığından götürmüş, saxlanılarkən ona qarşı hər hansı zor tətbiq edilməmişdir. Daha sonra bu barədə X9 tərəfindən protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, iştirakçılar protokolun doğruluğunu imzaları ilə təsdiqləmişlər. Daha sonra bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saxlanılarkən bildirmişdir ki, ondan aşkar edilmiş maruxuananı şəxsi istifadəsi üçün İran İslam Respublikası vətəndaşından 500 manata almışdır. Lakin sonradan xatırlamışdır ki, Vahid adlı şəxslə apardığı bütün danışıqları telefonunun yaddaşında vardır, odur ki, ifadəsində hadisə barəsində düzgün məlumat vermişdir (cild 1, iş vərəqi 5-9). Həmin ifadənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini etiraf etmiş və işin faktiki hallarına uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 17 yanvar 2025-ci il tarixdə 15-ci polis şöbəsinə Təqsirləndirilən şəxs narkotik vasitələrin saxlanılmasında və daşınmasında şübhəli olması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat rəhbərliyə məruzə olunduqdan sonra əməliyyat qrupu yaradıldı. Əməliyyat qrupuna o, Şahid3 və Şahid2 daxil edilmişdirlər. Bundan sonra Kürdəxanı qəsəbəsində “İl” marketin yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşmış və ona özlərini təqdim etmişdirlər. Ondan da özünü təqdim etməsini istəmişdirlər. Ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması bildirilmişdir. Həmin vaxt onun əlində göy paket var idi. Rəşaddan üzərində qanunsuz əşya varsa təqdim etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs da əlində olan paketi təqdim edərək, həmin paketin içində narkotik vasitə olan marixuana olduğunu, həmin narkotik vasitəni İran əsilli şəxsdən aldığını və istifadə üçün aldığını bildirmişdir. Şahid1 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, yanvarın 10-da Rəşad saxlanılan zaman o, iştirak etməmişdir. Rəşadı “İl” marketin yaxınlığında saxlamışdırlar. O, həmin narkotik vasitəni İran əsilli şəxsdən aldığını bildirmişdir. Həmin narkotik vasitəni istifadə üçün aldığını bildirmişdir. Keçirilmiş əməliyyat zamanı videoçəkiliş həyata keçirilmişdir. Onlar Rəşadı gecə 22:00 radələrində saxlamışdırlar. Əməliyyat məlumatı Şahid3 daxil olmuşdur. Rəşad tutulan zaman onlara müqavimət göstərməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsindən və məhkəmədə tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, onlar məhkəmədə dindirilmiş Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişlər. Məhkəmədə tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Xətai RPİ 34-cü PŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs Xətai rayonu ərazisində narkotik vasitələrin saxlanılması və istifadəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Alınmış məlumat əsasında xx.xx.2025-ci il tarixdə 34-cü PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid5 ilə birlikdə əməliyyat qrupu yaradılaraq əməliyyat tədbiri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbiri nəticəsində xx.xx.2025-ci il tarixdə, saat 15:45-də Xətai rayonu, Müdafiəçi küçəsi, ev 26 ünvanın yaxınlığında piyada hərəkətdə olan Təqsirləndirilən şəxs yaxınlaşaraq xidməti vəsiqəsini təqdim etmişdir. O, Təqsirləndirilən şəxs üzərində hər hansı qeyriqanuni əşya vardırsa təqdim etməsini demişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman gödəkcəsinin sol yan cibində saxladığı siqaretin kağızına bükülmüş bükümü və həmin idman gödəkcəsinin sağ yan cibindəki ***-***-**-** nömrəsi ilə istifadə etdiyi «Redmi 12» markalı mobil telefonu təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümün içərisində «kakos» kimi tanıdığı narkotik vasitə heroin vardır. Bundan sonra həmin bükümün miqdarı elektron tərəzidə çəkilmiş, sonra zərfdə qablaşdırılaraq möhürlənmişdir. Daha sonra Təqsirləndirilən şəxs, üzərindən aşkar edilən bükümlə və «Redmi 12» markalı mobil telefonla birlikdə Xətai RPİ 34-cü Polis şöbəsinə aparılaraq baş X8a təhvil verilmişdir. Fərid Abbasov tərəfindən lentə alınmış əməliyyat çəkilişinə baxış keçirilmiş, keçirilmiş əməliyyat tədbiri və baxış barədə protokollar tərtib olunaraq imzalarla təsdiq edilmişdir (cild 1, iş vərəqi 198-200). Məhkəmədə tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Şahid4 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqi 195-197). Məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 7/115 nömrəli rəyindən görünür ki, üzərində “...saxlanılan şəxs Təqsirləndirilən şəxs...” yazı və imzalar olan 1 (bir) ədəd polietilen bağlamada olan sellofanda təmiz çəkisi 2.600 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (1-ci cild, iş vərəqi 35-38). Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli, 6/123 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №152” möhür əksi, “... Təqsirləndirilən şəxs...” və s. adlar, soyadlar, imzalar olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,750 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir (cild 1, iş vərəqi 152-155). Cinayət işinin materiallarında olan “maddi sübut kimi tanıma haqqında” 20 yanvar 2025-ci il tarixli qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs götürülmüş 2.600 qram narkotik vasitə qurudulmuş marixuana iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, tədqiqata 0,05 qram sərf edildikdən sonra qalıq çəki 2.599,95 qram narkotik vasitə qurudulmuş marixuana saxlanılması üçün Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 81-82). Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı üzərindən götürülmüş ***-***-**-** nömrəsi ilə istifadə etdiyi «Redmi 12» markalı mobil telefonuna baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs telefonunun kontaktına salınmayan “Vahid” kimi göstərilən +98-***-***-**-** nömrəsinin istifadəçisi ilə “WhatsApp” proqramında aşağıdakı məzmunda danışıqlar aparmışdır. -xx.xx.2025-ci il tarixdə saat 19:21-də Təqsirləndirilən şəxs, Vahidə aşağıdakı səs yazısını göndərmişdir. Sən neynirsən haradı, sən konumu atda, neynirsən ki, ay Vahid. -xx.xx.2025-ci il tarixdə saat 19:22-də Vahid, Təqsirləndirilən şəxs aşağıdakı səs yazısını göndərmişdir. 15 dəqiqəyə səndədi qaqa, 15 dəqiqəyə səndədi. -xx.xx.2025-ci il tarixdə saat 19:24-də Təqsirləndirilən şəxs, Vahidə aşağıdakı səs yazısını göndərmişdir. Vahid indi mənə bir söz de qardaşım, gör nə deyirəm, indi bunları götürüb konum edəcəm kiməsə? Bir dənə mənə de görüm, nə qədər eliyəcəm? Nə qədər götürəcəm? -xx.xx.2025-ci il tarixdə saat 19:24-də Vahid, Təqsirləndirilən şəxs aşağıdakı səs yazısını göndərmişdir. Qaqa saxlayıb yeyəcəyik, bə neyniyəcəyik, konum edəcəyik da. Bayaq səsdə nə dedim qurban sənə, mənə kart at. -xx.xx.2025-ci il tarixdə saat 19:24-də Təqsirləndirilən şəxs, Vahidə aşağıdakı səs yazısını göndərmişdir. Gör nə deyirəm, nə qədər götürəcəm və nə qədər də konum edəcəm? Hə da sən mənə deyəsən. Bildim hə uje. Elə Vahid o uşaqla, maşını da var ha, bir iki dəfə şey eləsəm arendaya götürə bilərəm maşının. Maşınsızlıq biraz çətindi da. Həm özün tək olaram yanımda gərək kimsə olmasında, tək olanda yaxşıdıda qardaşım, adam vare maraq eləmişəm arendaya, qoy biraz əlimi tutum yaxşı. Həm belə rahat, sərbəst, bildin? -xx.xx.2025-ci il tarixdə saat 19:26-da Vahid, Təqsirləndirilən şəxs aşağıdakı səs yazısını göndərmişdir. 2 yarımdı qaqa, 2 yarım. Babəkdə qoyarsan durarsan kənarda uşaq gəlib götürəcək elə bugünlərim. Təzədən 5 dənə 5 dənə ünvana qoysan mənim üçün, yarım kiloda 100 dənə 100 dənə, 10 dənə 10 dənə şəkilin konum deyərsən, mən yazıb atacam, arxayın yerə qoy sən balanın canı. -xx.xx.2025-ci il tarixdə saat 19:26-da Vahid, Təqsirləndirilən şəxs “Etibarlı adamde masence” sözünü yazmışdır. -xx.xx.2025-ci il tarixdə saat 19:26-da Təqsirləndirilən şəxs, Vahidə aşağıdakı səs yazısını göndərmişdir. İndi o pulu sənin kartın var da, kartına vurulacaq da, bildin? -xx.xx.2025-ci il tarixdə saat 19:27-də Vahid, Təqsirləndirilən şəxs aşağıdakı səs yazısını göndərmişdir. Yerbəyer edəcəm da sənin üçün, sən neynirsən kart tulla, sən mənə kart tullakı yerbəyer edəcəm. Qaqa o uşaq təmiz adamdı, etibarlıdı qurban sənə. -xx.xx.2025-ci il tarixdə saat 19:29-da Təqsirləndirilən şəxs, Vahidə aşağıdakı səs yazısını göndərmişdir. Kart deyəndə bu nömrənin “M10”u vare, bu nömrənin “M10”u var. Həye uşağam mən? ay Vahid, neçə ildi bu (söyüş) içindəyəm, bilmirəm nə iş görürəm. -xx.xx.2025-ci il tarixdə saat 19:29-da Vahid, Təqsirləndirilən şəxs aşağıdakı səs yazısını göndərmişdir. Öz nömrənin “M10” var? -xx.xx.2025-ci il tarixdə saat 19:30-da Təqsirləndirilən şəxs, Vahidə aşağıdakı səs yazısını göndərmişdir. Hə qardaşım, mənim bu nömrəmin “M10”u var, gör nə deyirəme, “M10”a bunu vurdun hə? Bəs yaxşı mən pulu hara vuracam. -xx.xx.2025-ci il tarixdə saat 19:33-də Vahid, Təqsirləndirilən şəxs aşağıdakı səs yazısını göndərmişdir. Mən sənə vuracame sən yox, canım sənə qurban. -xx.xx.2025-ci il tarixdə saat 19:34-də Təqsirləndirilən şəxs, Vahidə aşağıdakı səs yazısını göndərmişdir. Bildime Vahid, elə bil o adam pulu atacağa mənə, sən məndən zəng edib maraq edəsən ki, qaqa pul gəlib sənə? Bildin? Mən deyəcəm hə, ondan sonra sənə konum edəcəm. -xx.xx.2025-ci il tarixdə saat 19:35-də Vahid, Təqsirləndirilən şəxs “mən sənə pul vuracam. Qaqa bax 2 kilo 500 qram maldı” sözünü yazmışdır. -xx.xx.2025-ci il tarixdə saat 19:35-də Təqsirləndirilən şəxs, Vahidə aşağıdakı səs yazısını göndərmişdir. Vahid səs ate, sənin yazını başa düşmürəm çoxunu. -xx.xx.2025-ci il tarixdə saat 19:35-də Vahid, Təqsirləndirilən şəxs “Götürən kimi 1 kilo Babəkdə ünvan eliyərsən, qalanında mən sənə deyəcəm” sözünü yazmışdır. -xx.xx.2025-ci il tarixdə saat 19:36-da Vahid, Təqsirləndirilən şəxs aşağıdakı səs yazısını göndərmişdir. Çayxanadayam çıxıram çölə, dayan. Hə qaqa qurban sənə dediyim kimi, 2 kilo yarımdı yaxşı? Onun 1 kilosun Babəkdə ünvana qoyarsan bugünləri, qalanında məsələn yarım kilosun bugünləri yenədə bir ünvana qoyasan mənim üçün, 100 dənə, 50 dənə. Etibarlı yerə qaqa, etibarlı yerə. Narkoman zad gedib daş dibin gəzib götürməsinlər, etibarlı yerə, hara özün etibarlı bilirsən ora. -xx.xx.2025-ci il tarixdə saat 19:39-da Təqsirləndirilən şəxs, Vahidə aşağıdakı səs yazısını göndərmişdir. Ondan narahat olma, onu elə yerə qoyacam ki, it ilə də tapa bilməzlər. -xx.xx.2025-ci il tarixdə saat 19:40-da Vahid, Təqsirləndirilən şəxs aşağıdakı səs yazısını göndərmişdir. Qaqa sənə etibar edirəm, o az mal deyil, yaxşı? Canım sənə qurban, narkoman zad gəzirlər zibil qabıların, tərtəmiz gəzirlər. -xx.xx.2025-ci il tarixdə saat 19:41-də Təqsirləndirilən şəxs, Vahidə aşağıdakı səs yazısını göndərmişdir. Qaqa narahat olma, varyoxuna lənət, atdığım şeyi it də tapa bilməz, o şeydən narahat olma sən, hara qoyacam necə qoyacam, gecə qoyacam yəni. -xx.xx.2025-ci il tarixdə saat 19:45-də Təqsirləndirilən şəxs, Vahidə aşağıdakı səs yazısını göndərmişdir. Vahid, onu qadan alım biraz tez elə ki, uşağın da gedəsi yerləri vare ona görə. -xx.xx.2025-ci il tarixdə saat 19:47-də Vahid, Təqsirləndirilən şəxs “5 dəqiyqəyə səndədi, qaqa hazırsan konumu atım?” sözünü yazmışdır. -xx.xx.2025-ci il tarixdə saat 19:51-də Təqsirləndirilən şəxs, Vahidə aşağıdakı səs yazısını göndərmişdir. Hə Vahid, hazıram. -xx.xx.2025-ci il tarixdə saat 19:51-də Vahid, Təqsirləndirilən şəxs, məkanın yerləşmə xəritəsini, həmçinin özündə evin hasarını və hasarın dibində dəmir borunu işarə ilə göstərməsini əks etdirən 2 ədəd fotoşəkil göndərmişdir. -xx.xx.2025-ci il tarixdə saat 19:52-də Vahid, Təqsirləndirilən şəxs “bax gör nə qədər yolun var, nə qədər yolun var qardaşım?” sözünü yazmışdır. -xx.xx.2025-ci il tarixdə saat 19:54-də +98-***-***-**-** nömrəsinin “Vahid” adlı istifadəçisi Təqsirləndirilən şəxs zəng vuraraq 15 saniyə danışmışlar. -xx.xx.2025-ci il tarixdə saat 19:59-da Vahid, Təqsirləndirilən şəxs “Nəoldu çatdın qaqa?” sözünü yazmışdır. -xx.xx.2025-ci il tarixdə saat 20:16-da Təqsirləndirilən şəxs, Vahidə aşağıdakı səs yazısını göndərmişdir. Qardaşım bir dənə məni tələsdirmə, götürən kimi sənə deyəcəm Vahid. -xx.xx.2025-ci il tarixdə saat 20:17-də Vahid, Təqsirləndirilən şəxs aşağıdakı səs yazısını göndərmişdir. Nə edirsən? -xx.xx.2025-ci il tarixdə saat 20:17-də Təqsirləndirilən şəxs, Vahidə aşağıdakı səs yazısını göndərmişdir. Bunun maşınının akumlyatoru xarabdır, mağazanın qarşısında saxlamışıq xoddanmır, indi xoddandı. -xx.xx.2025-ci il tarixdə saat 20:19-da Vahid, Təqsirləndirilən şəxs aşağıdakı səs yazısını göndərmişdir. Qadan alım o boyda mal qalıb yiyəsiz, malde. Nə qədər yolun qalıb? -xx.xx.2025-ci il tarixdə saat 20:22-də Təqsirləndirilən şəxs, Vahidə “Çatıram Vahid qardaşım, tələsdirmə” sözünü yazmışdır. -xx.xx.2025-ci il tarixdə saat 20:32-də Vahid, Təqsirləndirilən şəxs “Mənə bir xəbər de” sözünü yazmışdır. -xx.xx.2025-ci il tarixdə saat 20:33-də Təqsirləndirilən şəxs +98-***-***-**-** nömrəsinin “Vahid” adlı istifadəçisinin zənginə cavab verməmişdir. -xx.xx.2025-ci il tarixdə saat 20:35-də Vahid, Təqsirləndirilən şəxs “ay qardaşım mal qalıb hamardaye, mənə bir söz de” sözünü yazmışdır. -xx.xx.2025-ci il tarixdə saat 20:35-də Təqsirləndirilən şəxs +98-***-***-**-** nömrəsinin “Vahid” adlı istifadəçisinin zənginə cavab verməmişdir. -xx.xx.2025-ci il tarixdə saat 20:36-da Vahid, Təqsirləndirilən şəxs “götürübsənsə mənə de” sözünü yazmışdır. -xx.xx.2025-ci ii tarixdə saat 20:37-də Təqsirləndirilən şəxs 2 dəfə +98-903-301-4501 nömrəsinin “Vahid” adlı istifadəçisinin “narahat etməyin” rejiminə düşərək zənginə cavab verməmişdir. -xx.xx.2025-ci il tarixdə saat 20:44-də Vahid, Təqsirləndirilən şəxs aşağıdakı səs yazısını göndərmişdir. Ay qaqa orda 2 kilo yarım mal vare götürdün ya yox? Day qutarda. Qaqa qurban sənə 2 kilo yarım malım var, gir setə mənə zəng elə, mənim 2 kilo yarım malım vare, bəs iranlılardan pul almışam, məni öldürərləre burda uje, qutarda bə. Ay qardaş nə oldu, 2 kilo yarım mal vare, 2 kilo yarım nəşədir, qurtar da, camaat burda məni öldürür. Qurtarda, qurtar mənə kartını at pul vurum, tez, malı götürübsənsə mənə de, götürməyibsənsə mənə de, az mal deyil 10-15 min pul edir. -xx.xx.2025-ci il tarixdə saat 21:00-da Vahid, Təqsirləndirilən şəxs “noldu qardaş tezolda, malı götürdün?” sözünü yazmışdır (1-ci cild, iş vərəqi 98-101). Cinayət işinin materiallarında olan maddi sübut kimi tanınma haqqında 13 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs “Redmi 12” markalı mobil telefonu maddi sübut kimi tanınaraq saxlanılması üçün Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmiş, telefonun “WhatsApp” proqramına “Vahid” adlı şəxsin +98-***-***-**-** nömrəsindən göndərdiyi qurudulmuş marixuananın yerləşdirildiyi məkanın xəritəsi və məkanın 2 ədəd fotoşəkilləri A4 formatında vərəqə köçürülərək, Təqsirləndirilən şəxsla “Vahid” adlı şəxsin “WhatsApp” proqramında apardıqları danışıqları isə 1 ədəd "CD” diskə köçürülərək hər biri maddi sübut kimi tanınmaqla istintaq materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəsi ilə bağlı "xxxx" MMC-dən alınmış xx.xx.2025-ci il tarixli, AZF/LGL-2570/25 nömrəli məktuba əlavə edilmiş 1 ədəd “CD” disk sübut əhəmiyyəti kəsb etdiyindən, maddi sübut kimi tanınaraq istintaq materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 105). Cinayət işinin materiallarında olan “maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs götürülmüş 0,750 qram narkotik vasitə heroin iş üçün əhəmiyyət kəsb etdiyindən Xətai RPİ İŞ-nin baş müstəntiqi, polis mayoru X3 tərəfindən maddi sübut kimi tanınmış, tədqiqata 0,05 qram sərf edildikdən sonra qalıq çəki 0,7 qram narkotik vasitə heroin saxlanılması üçün Xətai RPİ-nin, daha sonra Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 201-202). Cinayət işinin materiallarında olan “maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişlərin əks olunduğu 2 ədəd “DVD” disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir (cild 1, iş vərəqi 81-82, 201-202). Cinayət işinin materiallarında olan "xxxx" MMC-dən alınmış xx.xx.2025-ci il tarixli, AZF/LGL-2570/25 nömrəli məktuba əlavə edilmiş “CD” diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** mobil nömrədən, xx.xx.2024cü il tarixdən xx.xx.2025-ci il tarixədək olan müddət ərzində SMS-lə narkotik tərkibli maddələrin satışını həyata keçirmişdir. Aşağıda həmin yazışmaların bir qismi göstərilmişdir; xx.xx.2024-cü il; saat 23:32:11 ***-***-**-**-***-***-**-** (söyüş) o, mal bugün var sabah yoxdu bilirsəndə, elə tək bugün 30 manat vermişəm sənə deyirəm gəl 10 manatda verim 3 manatlıq daşın söhbətin eliyirsən. xx.xx.2024-cü il; saat 23:52:53 ***-***- **-**-***-***-**-** Qaqaş varyoxun (söyüş) tapa bilmirəm balavın balamın canı 10 manatdan başqa qəpiydə yoxumdur olsa bu boyda minnət eləmərəmdə (söyüş) o pula cındırlıq eləmə kişisən gəlim bi tikədə daş ver (söyüş) gedim day ağız açmıyacam pul düz olmasa sənöl söz. xx.xx.2025-ci il; saat 02:29:05 ***-***-**-**-***-***-**-** Qaqa lomka nə deməydi yaxşı bilirsəndə lomkadaa kiməsə umudu olmaqda bilirsən düzü 35 manat təmasına görə mən sənən razılaşmazdım çünki bilirdim lomkada qalacam amma brat elə söyüş söydün elə and içdinki o söyüşün andın dalınca nəsə deməyi samneniya saxlamağı kişilikdən bilmədim (cild 1, iş vərəqi 96). Cinayət işinin materiallarında olan protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə təqsirləndirilən şəxs Rəhimov X6 RPİ 15-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq üzərinə baxış keçirilərkən, eləcə də sonuncudan götürülmüş narkotik vasitə qurudulmuş marixuana və “Redmi 12” markalı mobil telefon 15-ci PB-nin təhqiqatçısı Yasin Ağayevə təhvil verilərkən həmin hərəkətlər ayrı-ayrılıqda 2 ədəd disklərə köçürülmüş, 1-ci diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, videoçəkiliş zamanı Sabunçu RPİ 15-ci PB-nin baş əməliyyat müvəkkili Şahid3, əməliyyat müvəkkilləri Şahid1 və Seyid X7 rayonu, Kürdəxanı qəsəbəsi, “İl” marketin yaxınlığındakı dalanda Təqsirləndirilən şəxs ilə üz-üzə gəlirlər, həmin anda Təqsirləndirilən şəxs sağ əlində göy rəngli sellofan olur. Əməliyyat müvəkkilləri Şahid3 və Şahid1 tərəfindən Təqsirləndirilən şəxs saxlanılır, əməliyyat müvəkkili Şahid2 tərəfindən isə videoçəkiliş aparılır. Həmin əməliyyat müvəkilləri özlərini təqdim edirlər, daha sonra Təqsirləndirilən şəxs özünü təqdim edir. Baş əməliyyat müvəkkili Şahid3 xx.xx.2025-ci il, saat 22:05 radələri olmasını deyir və əlindəki mobil telefonunun saatını göstərir, Təqsirləndirilən şəxs saxlanılmasının əsaslarını izah edir və Təqsirləndirilən şəxs üzərində ola biləcək qanunsuz əşyaları təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs əynindəki şalvarının sol yan cibindən telefonunu təqdim edərək “Redmi 12” markalı olmasını bildirir. Bundan sonra sağ əlində saxladığı sellofanın içini göstərərək sellofanda marixuananın olmasını deyir. Baş əməliyyat müvəkkili Şahid3 göy rəngli sellofanın içərisindən qara sellofanda olan bükümü çıxarır və Təqsirləndirilən şəxs vəkillə təmin olmaq hüququnun olmasını izah edir, Təqsirləndirilən şəxs vəkilə ehtiyacının olmadığını bildirir. Baş əməliyyat müvəkkili Şahid3 tərəfindən, bükümün sellofanının cüzi hissəsi qayçı ilə kəsilib açılarkən içərisində quru halda ot kütləsinin olması görünür. Bundan sonra Şahid3 bükümü yenidən göy rəngli sellofana qoyaraq həmin sellofanı A4 formatlı kağızda qablaşdırır və skoçla sarıyır. Daha sonra tədbirdə iştirak edənlər qablaşdırılmış bükümün üzərindəki kağızı imzalayırlar. Baş əməliyyat müvəkkili Şahid3 saxlanılan Təqsirləndirilən şəxs prosessual hərəkətlərin davam etdirilməsi üçün Sabunçu RPİ 15-ci PB-yə dəvət edir, Təqsirləndirilən şəxs etirazının olmadığını deyir. Bundan sonra baş əməliyyat müvəkkili Şahid3 çəkilişi dayandırmağı xahiş edir və çəkiliş dayandırılır. 2-ci diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, videoçəkiliş zamanı Təqsirləndirilən şəxs polis əməkdaşının xidməti otağına daxil olur, əvvəlcə polis əməkdaşları, daha sonra Təqsirləndirilən şəxs özlərini təqdim edirlər. Bundan sonra, 15-ci PB-nin təhqiqatçısı Yasin Ağayev, Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili X1 şəxs Təqsirləndirilən şəxs təqdim edir, sonuncu onun hüquqlarının müdafiəsi ilə vəkil Elnur Nəbiyevin məşğul olmasına etirazının olmadığını bildirir. X9 iş masasının üzərində olan bağlamanı saxlanılan şəxs Təqsirləndirilən şəxs təqdim edərək bağlamanın kimə məxsus olmasını, onun harada saxlanılmasını soruşur, Təqsirləndirilən şəxs bildirir ki, bağlamadakı narkotik vasitə olan qurudulmuş marixuanadır, polis əməkdaşları tərəfindən Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, “İl” marketin yaxınlığında saxlanılarkən üzərindən aşkar edilmişdir. Həmin bağlama küncündən açılarkən içərisində yaşıl rəngli kütlənin olması görünür, X9in təkrar sorğusuna cavab olaraq Təqsirləndirilən şəxs bildirir ki, bağlamadakı marixuanadır. X9 masanın üzərində olan telefonu Təqsirləndirilən şəxs təqdim edərək telefonun kimə məxsus olmasını soruşur, Təqsirləndirilən şəxs bildirir ki, mobil telefon “Redmi 12” markalıdır, üzərindən aşkar edilmişdir, özünə məxsusdur. Saxlanılan şəxs Təqsirləndirilən şəxs aşkar edilmiş bağlama açıldığı yerdən X9 tərəfindən skoçla bağlanılır, mobil telefon isə zərfdə qablaşdırılır. Suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirir ki, həmin bükümü “WhatsApp” proqramı vasitəsi ilə xeyli müddətdir tanış olduğu İran İslam Respublikası vətəndaşından şəxsi istifadəsi üçün 500 manata almış, bağlamanı sonuncunun onun telefonuna göndərdiyi dəqiq ünvandan, yəni Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, “İl” marketin yaxınlığından götürmüş, saxlanılarkən ona qarşı hər hansı zor tətbiq edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılsa da, üzərindən başqa heç nə aşkar edilmir (cild 1, iş vərəqi 90-91). Cinayət işinin materiallarında olan videodiskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs Xətai RPİ 34-cü PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq üzərinə baxış keçirilərkən, eləcə də sonuncudan götürülmüş narkotik vasitə heroin və “Redmi 12” markalı mobil telefon 34-cü PŞ-nin təhqiqatçısı Yasin Ağayevə təhvil verilərkən həmin hərəkətlər ayrı ayrılıqda 2 ədəd disklərə köçürülmüş, Xətai RPİ 34-cü PŞ-nin baş müstəntiqi, polis mayoru X3 tərəfindən 1-ci diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yolla piyada hərəkət edərkən Xətai RPİ 34-cü PŞ-nin əməkdaşları tərəfindən saxlanılır və polis əməkdaşları olmaları bildirilir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşyanın olub-olmaması, əgər vardırsa təqdim etməsi bildirilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman gödəkcəsinin sol yan cibində saxladığı siqaretin kağızına bükülmüş içərisində narkotik vasitə olan bükümü və həmin idman gödəkcəsinin sağ yan cibindəki ***-***-**-** nömrəsi ilə istifadə etdiyi «Redmi 12» markalı mobil telefonu polis əməkdaşlarına təqdim edir. Polis əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir, qanunla qadağan edilmiş digər əşya və ya predmet aşkar olunmur. Daha sonra Təqsirləndirilən şəxs aşkar edilmiş siqaretin kağızına bükülmüş içərisində narkotik vasitə olan büküm elektron tərəzidə çəkilir və həmin bükümün 0,98 qram olması müəyyən edilir. Həmin büküm polis əməkdaşı tərəfindən zərfdə qablaşdırılaraq möhürlənir və imzalarla təsdiqlənir. 2-ci diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Xətai RPİ 34-cü PŞ-nin əməkdaşları tərəfindən saxlanılmış Təqsirləndirilən şəxs, üzərindən aşkar edilərək qablaşdırılmış narkotik vasitə olan bir ədəd bükümlə, habelə ***-***-**-** nömrəsi ilə istifadə etdiyi «Redmi 12» markalı mobil telefonu ilə birlikdə Xətai RPİ 34-cü PŞ-nin baş təhqiqatçısı Fərid Abbasova təqdim edilir. Baş X8 Xətai RPİ 34-cü PŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs saxlanılmasının videogörüntüsünə baxış keçirir, baş X8a təqdim edilmiş içərisində narkotik vasitə olan 1 ədəd büküm və 1 ədəd mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən götürülür (cild 1, iş vərəqi 177-181). Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 3202 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqi 224-225). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.1 və 234.1-ci maddələri ilə təqsirli bilinib 2 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci ildə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarına əsasən cəzasının çəkilməmiş 6 ay 18 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır (cild 2, iş vərəqi 12-14). Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən törətdiyi cinayət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3.-cü madddəsinə əsasən “az ağır” cinayət hesab olunur. Həmin Məcəllənin 83.3.3. və 83.4-cü maddələrinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Qanunun bu tələbləri baxımından Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə olan məhkumluğu ödənilmişdir. Cinayət işinin materiallarında olan “cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 yanvar 2025-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqi 142). Cinayət işinin materiallarında olan “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 12 yanvar 2025-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 164-165; 187- 189). Cinayət işinin materiallarında olan “cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 yanvar 2025-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqi 25). Cinayət işinin materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 yanvar 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 17 yanvar 2025-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqi 73-75). Cinayət işinin materiallarında olan 13 may 2025-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında və 18 may 2025-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin uzadılması barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş və onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 219- 222). Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2014-cü il təvəllüdlü Ayan Rəhimli adlı bir azyaşlı uşağı vardır (cild 2, iş vərəqi 17). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinərək ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən haldır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərək nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 10-12 yanvar 2025-ci il tarixlərində şübhəli şəxs qismində tutulduğu 2 gün və barəsində həbs qətimkan tədbirinin seçildiyi 4 ay müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddətlər həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmin normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli və cəzaçəkmə müddətinin başlanğıcı hazırkı hökmlə barəsində həbs qətimkan tədbiri seçildiyi 25 noyabr 2025-ci il tarixdən hesablanmalıdır. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 180 (yüz səksən) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Sabunçu RPİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş tədqiqatdan sonra qalıq çəkiləri 2599,95 qram olan narkotik vasitə qurudulmuş marixuana və 0,7 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -Təqsirləndirilən şəxs istifadəsində olmuş 1 ədəd “Redmi 12” markalı mobil telefon qohumlarına qaytarılmalı, -Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, yaşadığı evə baxış, götürmə və yaşadığı evdən aşkar edilmiş bükümlərə baxış keçirilməsinin görüntüsü olan 2 ədəd DVD-R formatlı disk və Azerfon MMC-dən alınmış 1 ədəd CD disk cinayət işində saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün və həbsdə saxlanıldığı 4 (dörd) ay müddətlər ona təyin edilən azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 5 (beş) il 1 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 25 noyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 180 (yüz səksən) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Sabunçu RPİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş tədqiqatdan sonra qalıq çəkiləri 2599,95 qram olan narkotik vasitə qurudulmuş marixuana və 0,7 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. -Təqsirləndirilən şəxs istifadəsində olmuş 1 ədəd “Redmi 12” markalı mobil telefon qohumlarına qaytarılsın. -Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, yaşadığı evə baxış, götürmə və yaşadığı evdən aşkar edilmiş bükümlərə baxış keçirilməsinin görüntüsü olan 2 ədəd DVD-R formatlı disk və Azerfon MMC-dən alınmış 1 ədəd CD disk cinayət işində saxlanılsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar