Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1583/2021 17.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X15 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X7, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1970-cı il tarixdə Bakı şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş (Sabunçu rayon məhkəməsinin 2 oktyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum edilmiş və Suraxanı rayon məhkəməsinin 12 iyul 2019-cu il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş), məhkumluğu ödənilməmiş, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, A.Əlizadə küçəsi, döngə 2, ev 12-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddə olan çətənə bitkilərini külli miqdarda kultivasiya etmişdir. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi toxumlardan istifadə etməklə 2021-ci ilin aprel ayında yaşadığı ünvan 1 ünvanının həyətyanı sahəsində, həmçinin ona məxsus ünvan 2 ünvanının həyətyanı sahəsində əkilib becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan külli miqdarda, yəni 26 ədəd çətənə (kannabis) bitkilərini qanunsuz olaraq əkib aqrotexniki qaydada qulluq göstərərək yetişdirməklə kultivasiya etmiş və 7 may 2021-ci il tarixdə saat 11 radələrində Sabunçu RPİ-nin 15-ci PBnin əməkdaşları tərəfindən keçirilən tədbirləri zamanı yaşadığı ünvan 1 ünvanının həyətyanı sahəsinə baxış keçirilərkən həyətyanı sahədəki dibçəyin içərisində əkib yetişdirməklə kultivasiya etdiyi 2 ədəd, yaşadığı evin həyətyanı sahəsinə bitişik həyətyanı sahədən taxta yeşiklərin içərisindən 12 ədəd və ünvan 2 ünvanının həyətyanı sahəsindən 12 ədəd, ümumi təmiz çəkisi 190,0 qram olan külli miqdarda, yəni 26 ədəd əkilib-becərilməsi qadağan edilmiş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə marixuanadan təxminən 30 il istifadə etmişdir. Yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş çətənə bitkilərinin toxumlarını bir neçə müddət əvvəl tanımadığı şəxsdən əldə etmişdir. 2020-ci ilin aprel ayında yaşadığı evin həyətyanı sahəsində şəxsi istifadəsi üçün 26 ədəd narkotik vasitə tərkibli kollar əkib-becərmişdir. 7 may 2021-ci il tarixdə saat 11 radələrində yaşadığı evə polis əməkdaşları gələrək evin həyətyanı sahəsinə baxış keçirilməsinə etirazının olub-olmadığını soruşduqda etiraz etməmişdir. Bundan sonra yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməyə başlanılmışdır. Videoçəkiliş zamanı polis əməkdaşları və mütəxəssis-aqronom özlərini təqdim etdikdən sonra o da özünü təqdim etmişdir. Yaşadığı evin həyətyanı sahəsində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmetin olub-olmaması soruşulduqda evin həyətyanı sahəsində çətənə kollarının olmasını bildirmişdir. Bundan sonra həyətyanı sahəyə girdikdə sağ tərəfdə daş hasarın yanında yerləşən dibçəyin içərisində 2 ədəd çətənə bitkilərinin yerini göstərmiş və mütəxəssis-aqronom həmin bitkilərə baxaraq müvafiq rəy vermişdir. Yaşadığı evin həyət darvazası ilə üzbəüz yerləşən ona məxsus həyətyanı sahədə də tərkibində narkotik tərkibli bitkilər olan çətənə bitkilərini əkdiyini bildirmiş və polis əməkdaşları həmin yerə baxış keçirmişdir. Həmin həyətyanı sahəyə daxil olduqda əkdiyi 12 ədəd çətənə bitkisinin yerini göstərmiş və mütəxəssis-aqronom həmin bitkilərə baxaraq müvafiq rəy vermişdir. Sonra isə həmin həyətyanı sahədən çıxaraq yaşadığı evə bitişik olan ona məxsus həyətyanı sahəyə daxil olub taxta yeşiyin içərisində 8 ədəd və digər yerdə taxta yeşiyin içərisində 4 ədəd çətənə bitkisini göstərmişdir. Ondan narkotik tərkibli çətənə bitkilərini nə məqsədlə əkdiyi soruşulduqda həmin bitkiləri şəxsi istifadəsi üçün əkdiyini bildirmişdir. Aşkar edilmiş çətənə bitkiləri toplanıb qablaşdırılmışdır. Bundan sonra hal şahidlərinin iştirakı ilə yaşadığı evə baxış keçirilməsi təklif olunmuş, o da etiraz etməmişdir. Yaşadığı evə keçirilən baxış zamanı ona qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. O da yaşadığı evdə qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları yaşadığı evə də baxış keçirib qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya aşkar etməmişlər. Daha sonra polis əməkdaşları ilə birlikdə Sabunçu rayon Polis İdarəsinin 15-ci PB-nin inzibati binasına gəlmişdir. Polis bölməsində qanunla qadağan edilmiş çətənə bitkilərinin əkilib-becərilməsində şübhəli olduğu üçün barəsində şübhəli şəxsin tutulması haqqında qərar qəbul edilmiş və ona hüquqlarının müdafiəsi üçün vəkil təyin edilmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilməsinin zəruri olduğu bildirilmiş və o, üzərinə şəxsi axtarış keçirilərkən vəkilin iştirakına ehtiyac olmadığı barədə ərizə yazmışdır. Şəxsi axtarış hal şahidlərinin iştirakı ilə keçirilmiş və şəxsi axtarış zamanı üzərindən qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş çətənə bitkilərinin toxumlarını bir neçə müddət əvvəl tanımadığı şəxsdən əldə etmişdir. Yaşadığı evin həyətyanı sahəsindən aşkar edilən çətənə bitkilərini özü əkib becərmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki və ya psixi təsir göstərilməmişdir. Çətənə bitkilərini şəxsi istifadəsi üçün əkib-becərmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sabunçu RPİ-nin 15-ci PB-də əməliyyat müvəkkili vəzifəsində işləyir. 7 may 2021-ci il tarixdə bölmənin əməliyyat aparatına ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkisini əkib-becərməsi ilə bağlı məlumat daxil olmuşdur. Məlumatı yoxlamaq üçün X9 X2 aqronom vəzifəsində işləyən X6 bölməyə dəvət edilmiş və həmin şəxs gəldikdən sonra bölmənin əməliyyat müvəkkili Şahid2, o və baş təhqiqatçı Rauf Əfəndiyev ilə birlikdə qeyd edilən ünvana getmişlər. Həmin ünvana çatdıqdan sonra Təqsirləndirilən şəxs evin həyətyanı sahəsinin qapısının önünə çağırmışlar. Təqsirləndirilən şəxs gəldikdən sonra baş təhqiqatçı Rauf Əfəndiyev videoçəkilişlə Təqsirləndirilən şəxs özünü təqdim etməsini xahiş etdikdə o özünü onlara təqdim etmişdir. Bundan sonra o, əməliyyat müvəkkili Şahid2 və aqronom özlərini təqdim etmişlər. Daha sonra baş təhqiqatçı X13 Əminova bölmənin əməliyyat aparatına yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq narkotik tərkibli çətənə bitkilərinin kultivasiyası ilə məşğul olması barədə məlumat daxil olduğunu bildirmiş və yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsi ilə bağlı etirazının olub-olmamasını soruşmuşdur. Təqsirləndirilən şəxs da həyətyanı sahəsinə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Baş təhqiqatçı Rauf Əfəndiyev vəkilin iştirakı ilə həyətyanı sahəsinə baxış keçirilməsini tələb etmək hüququnun olmasını Təqsirləndirilən şəxs izah etmişdir. Lakin Təqsirləndirilən şəxs vəkilin iştirakına ehtiyac olmadığını bildirərək həyətyanı sahəyə baxış keçirilməsinə etiraz etmədiyini demişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs yaşadığı evdə qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmetin olub-olmamasını soruşduqda Təqsirləndirilən şəxs evin həyətyanı sahəsində çətənə kollarının olmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həyətyanı sahəyə girib sağ tərəfdə daş hasarın yanında yerləşən dibçəyin içərisində 2 ədəd çətənə bitkilərinin yerini göstərmiş və mütəxəssis-aqronom həmin bitkilərə baxaraq müvafiq rəy vermişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyət darvazası ilə üzbəüz yerləşən həyətyanı sahədə də tərkibində narkotik tərkibli bitkilər olan çətənə bitkilərini əkdiyini bildirdikdə oraya baxış keçirilmişdir. Həmin həyətyanı sahəyə daxil olduqda Təqsirləndirilən şəxs 12 ədəd çətənə bitkisinin yerini göstərmiş və mütəxəssis-aqronom həmin bitkilərə baxaraq müvafiq rəy vermişdir. Sonra isə həmin həyətyanı sahədən çıxaraq Təqsirləndirilən şəxs məxsus digər həyətyanı sahəyə daxil olmuşlar və Təqsirləndirilən şəxs həmin həyətyanı sahədə yerləşən taxta yeşiyin içərisində 8 ədəd və digər yerdə də taxta yeşiyin içərisində 4 ədəd çətənə bitkilərini göstərmişdir. Mütəxəssis-aqronom həmin bitkilərə də baxaraq müvafiq rəy vermişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkilərinin əkilməsində məqsədinin nə olduğunu soruşduqda o həmin bitkiləri şəxsi istifadəsi üçün əkdiyini bildirmişdir. Bundan sonra aşkar edilmiş çətənə bitkiləri toplanıb qablaşdırılmışdır. Daha sonra hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi təklif olunmuş və o etiraz etmədiyini bildirmişdir. Evə baxış zamanı Təqsirləndirilən şəxs qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etməsi təklif edildikdə o yaşadığı evdə qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya olmadığını bildirmişdir. Evə baxış keçirilən zaman qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs Sabunçu rayon Polis İdarəsinin 15-ci PB-nin inzibati binasına gətirmişlər. Polis bölməsində Təqsirləndirilən şəxs qanunla qadağan edilmiş çətənə bitkilərinin əkilib-becərilməsində şübhəli olduğu üçün barəsində şübhəli şəxsin tutulması haqqında qərar qəbul edilmiş və ona hüquqlarının müdafiəsi üçün vəkil təyin edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin zəruri olduğu bildirilmiş və Təqsirləndirilən şəxs da üzərinə şəxsi axtarış keçirilərkən vəkilin iştirakına ehtiyac olmadığı barədə ərizə yazmışdır. Hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildikdə üzərindən qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilən çətənə bitkiləri ekspertizaya göndərilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkisi əkibbecərməsi ilə bağlı məlumat daxil olmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin çətənə bitkilərini öz istifadəsi üçün əkdiyini bildirmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, o, Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 91-93). Cinayət işinin materiallarında olan X9 X3 aqronomu X4 7 may 2021-ci il tarixli aqronomiki rəyindən görünür ki, ünvan 1 ünvanının həyətyanı sahəsindən əkilməsi və becərilməsi qadağan olunan dibçəkdə 20 sm hündürlükdə 2 ədəd, daş hasar ilə arası kəsilmiş eyni həyətdə taxta yeşikdə 5 sm hündürlükdə 4 ədəd, ona yaxın yerdə yeşikdə hər biri təxminən 10 sm hündürlükdə olan 8 ədəd, 41 nömrəli üzbəüz həyətyanı sahədə taxta yeşikdə əkilmiş təxminən 30 sm hündürlükdə 12 ədəd, ümumi sayı 26 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilmişdir. Həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərilərək suvarılmışdır (cild 1, iş vərəqə 15). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 7/439 saylı 7 may 2021-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş sayı 26 (iyirmi altı) ədəd yaş vəziyyətdə ümumi çəkisi 190,0 qram olan bitkilər tərkiblərinə görə eyni olub əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir (Qeyd: tədqiqata 0,52 qram sərf edildi, qalıq çəki 189,48 qram, cild 1, iş vərəqə 45-46). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsi Ambulator X1 16 iyun 2021-ci il tarixli 1913 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkaloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 99-100). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanının həyətyanı sahəsindən və ünvan 2 ünvanında yerləşən ona məxsus həyətyanı sahədən aşkar olunaraq götürülmüş ilkin çəkisi 190,0 qram olan 26 (iyirmi altı) ədəd çətənə (kannabis) bitkiləri maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalıq çəkisi 189,48 qram çətənə (kannabis) bitkiləri saxlanılması üçün Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş, bundan başqa Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanının həyətyanı sahəsinə və ona məxsus ünvan 2 ünvanında yerləşən həyətyanı sahəyə Sabunçu RPl-nin 15-ci PB-nin əməkdaşları tərəfindən baxış keçirilməsi barədə görüntünü əks etdirən disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 81-82). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs Əminov X8 rayon məhkəməsinin 2 oktyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum edilmiş, Suraxanı rayon məhkəməsinin 12 iyul 2019cu il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir (cild 1, iş vərəqə 95-98). Təqsirləndirilən şəxs törətdiyi əvvəlki cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə əsasən “az ağır” cinayətlər təsnifatına aiddir. Təqsirləndirilən şəxs törətdiyi hazırkı cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin tələbinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər az ağır cinayət törətməyə görə məhkum olunmuş və vaxtından əvvəl cəza çəkməkdən azad edildikdən sonra 2 il keçmədən yenidən qəsdən ağır cinayət törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3 və 83.4-cü maddələrinin tələbinə əsasən məhkumluğu ödənilməmiş və buna görə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə əsasən onun əməlində cinayətlərin residivi vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbinə əsasən ona təyin ediləcək cəzanın müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsinin sanksiyasının yuxarı həddinin yarısından az ola bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı ağırlaşdıran halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 7 may 2021-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 19). İş materiallarında olan Sabunçu rayon məhkəməsinin 8 may 2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 7 may 2021-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 79-80). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi nəzərdə tutulmuşdur. Həmin normaların tələblərinə görə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olduğundan və əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən ona təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 7 may 2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 72 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut olan və Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanının həyətyanı sahəsindən və ünvan 2 ünvanında yerləşən ona məxsus həyətyanı sahədən aşkar olunaraq götürülmüş aparılmış tədqiqatlardan sonra qalıq çəkisi 189,48 qram çəkidə çətənə (kannabis) bitkiləri məhv edilməli, Təqsirləndirilən şəxs həyətyanı sahəsinə baxış keçirilməsi barədə görüntünü əks etdirən disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 7 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 72 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan və Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanının həyətyanı sahəsindən və ünvan 2 ünvanında yerləşən ona məxsus həyətyanı sahədən aşkar olunaraq götürülmüş aparılmış tədqiqatlardan sonra qalıq çəkisi 189,48 qram çəkidə çətənə (kannabis) bitkiləri məhv edilsin, Təqsirləndirilən şəxs həyətyanı sahəsinə baxış keçirilməsi barədə görüntünü əks etdirən disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1583/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1583/2021
17.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver