Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1583/2022 26.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Verdiktum” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxx 1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işləməyən, Yasamal rayon Məhkəməsinin 21 fevral 2020-ci il tarixli hökmünə əsasən Azəbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanda yaşamış, 18 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 20 aprel 2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, faktiki həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni əladə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddənin ölkə ərazisində satışını həyata keçirmək məqsədilə şəxsiyyəti naməlum İran İslam Respublikası (bundan sonra: İİR və ya İran) vətəndaşı “Əhməd” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək naməlum vaxtda və yerdə “Əhməd” adlı şəxsdən külli miqdarda narkotik vasitə heroini, külli miqdarda narkotik vasitə tiryəki və külli miqdarda psixotrop maddə metamfetamini satış məqsədilə qanunsuz olaraq əldə edib özündə saxlamaqla daşımış, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin (bundan sonra: RPİ) cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 18 aprel 2022-ci il tarixdə, saat 15:00-da ünvan 2 ünvanın qarşısında saxlanılaraq RPİ-nin inzibati binasına aparılmış və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan ağ-qara rəngli idman gödəkçəsinin sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 142,315 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə tiryək, həmin gödəkçənin sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 105,810 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin və 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 12,701 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür, yəni Təqsirləndirilən şəxs qeyd olunan bu hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun qabaqcadan əlbir olan bir qrup şəxs kimi satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin və tiryək narkotik vasitələrini və metamfetamin psixotrop maddəsini əldə etməsi, üzərində gəzdirməsi, daşıması və saxlaması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, şəxsiyyətini dəqiq bilmədiyi, lakin İran vətəndaşı kimi özünü Əhməd olaraq təqdim edən şəxslə 16 aprel 2022-ci il tarixdə özünə məxsus ********** saylı mobil nömrədən “WhatsApp» proqramı vasitəsi ilə sonuncuya məxsus +**********56, +**********31, +**********90 saylı mobil nömrələrə zəng edərək və “WhatsApp» sms-ləri yazaraq özünün şəxsi istifadəsi üçün narkotik vasitə heroin, tiryək və psixotrop maddə metamfetamin lazım olduğunu bildirmişdir. Əhməd adlı şəxsdən əvvəllər də razılaşıb şəxsi istifadəsi üçün narkotik vasitəni müxtəlif ünvanlardan götürürmüş və sonuncunun göndərdiyi hazırda xatırlamadığı hesablara narkotikin dəyərini pulla göndərmişdir. Təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, 17 aprel 2022-ci il tarixdə, dəqiq bilmədiyi axşam saatlarında Əhməd “WhatsApp» vasitəsi ilə zəng edərək heroin, tiryək və metamfetamini Abşeron rayonunun Müşfiq qəsəbəsində yolun kənarında, hazırda xatırlamadığı yol nişanının altında yerə qoydurduğunu bildirmişdir. O, sonuncunun dediyi ünvana getmiş, narkotik vasitə heroin, tiryək və psixotrop maddə metamfetamini qoyulduğu yerdən götürmüş və Əhmədin ona verdiyi və nömrələrini unutduğu hesab nömrəsinə «Milliön» ödəniş terminalı vasitəsi ilkin olaraq 600 manat pul göndərmişdir. Həmin narkotik vasitələr və psioxtrop maddələr 3 ədəd ayrı-ayrı bükümlərdə olmuşdur. Bükümləri götürdüyü vaxtdan üzərindən çox az miqdarda götürüb istifadə etməsi üçün öz üzərində saxlamışdır. Növbəti gün, yəni 18 aprel 2022-ci il tarixdə Əhmədin göndərdiyi bükümləri əynində olan ağ-qara rəngli idman gödəkçəsinin sağ və sol ciblərinə qoyaraq saat təxminən 15 radələrində ünvan 3 ünvanın qarşısında dayanarkən 2 nəfər mülki geyimli şəxs ona doğru yaxınlaşmış, özlərini polis əməkdaşları kimi təqdim etmişlər. Polis əməkdaşları ona narkotik vasitələrin istifadəsində və satışında şübhəli olduğunu bildirib, onu Nəsimi RPİ-nin inzibati binasına dəvət etmişlər. Orada xidməti otaqlardan birində təhqiqatçı tərəfindən ona üzərində şəxsi axtarış aparılacağı bildirilmiş, həmçinin 14 saylı vəkil bürosunun vəkillərinin siyahısı təqdim edilmiş və onun razılığı ilə vəkili Telman Əliyev dəvət edilmişdir. Şəxsi axtarışın video çəkilişlə aparılacağı bildirilmiş və video çəkiliş aparan bir nəfər mütəxəsis dəvət olunmuşdur. Bundan sonra ondan üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək qanuni və qanunsuz əşyaları təqdim etməsi təklif edilmişdir. Təklifə əsasən o, əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən iki ədəd «Samsung J5» və «Samsung A10» markalı mobil telefonları, həmin şalvarın sol yan cibindən «Samsung G 20» markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Bundan sonra əynində olan ağ-qara rəngli idman gödəkçəsinin sağ yan cibindən 01 ədəd içərisində tiryək olan sellofan bükümü, həmin gödəkçənin sol yan cibindən isə iki ədəd ayrı- ayrı sellofan bükümdə heroini və şüşə adlanan metamfetamini çıxarıb təqdim etmiş və narkotik vasitə və psixotrop maddədən özünün istifadə etdiyini, həmin narkotik vasitəni və psixtrop maddəni tanımadığı, “WhatsApp» tətbiqi ilə adını sadəcə “Əhməd” kimi bildiyi İran əsilli şəxslə mobil telefonla danışıq zamanı onlayn olaraq ilkin ödəniş olaraq 600 manat göndərməklə aldığını, Abşeron rayonu, Müşfiq qəsəbəsində yolun kənarında hazırda xatırlamadığı yol nişanı lövhəsinin altından götürdüyünü bildirmişdir. Bundan sonra üzərinə, paltarlarına, ciblərinə və ətraflarına, ayaqqabı və corabına baxış keçirilsə də, qanunla qadağan olunmuş hər hansı əşya aşkar olunmamışdır. Təqdim etdiyi narkotik vasitəyə bənzər maddənin və metamfetaminin olduğu bükümlər ekspertiza tədqiqatına göndərilməsi üçün qablaşdırılmasından əvvəl boş zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərflərin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra sellofan bükümlər zərflərə qoyularaq zərflərin ağzı Nəsimi RPİ-nin zərflər üçün nəzərdə tutulmuş “189” nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərflərin üzəri imzalanmışdır. İstər saxlanılarkən və istərsə də sonrakı proseslərdə ona qarşı fiziki vıə ya psixi təsir və təzyiqlər olunmamışdır. Təqsirləndirilən şəxs ifadəsinin yekununda göstərdi ki, o, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamış, üzərindən aşkar edilmiş maddələri də özünün istifadəsi üçün alıb əldə etmişdir. O, Nəsimi rayon Məhkəməsində barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılarkən də narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində verdiyi ifadəsi elan edilməklə tədqiq olundu. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsində ondan aşkar edilib götürülən heroin və tiryək narkotik vasitələrini və metamfetamin psixotrop maddəsini “WhatsApp» proqramı vasitəsi ilə tanış olduğu və adının Əhməd olduğunu və İran vətəndaşı olduğunu bildiyi şəxsdən ona məxsus xatırlamadığı hesab nömrəsinə pul köçürmə aparatı vasitəsi ilə pul köçürməklə onun qoydurduğu müxtəlif ünvanlardan götürməklə satmaq, həmçinin özünün narkotikə olan tələbatını ödəmək məqsədilə əldə etdiyini, həmin vasitələri hissə-hissə satdığını, narkotik vasitələr əldə etməsi üçün Əhmədə əvvəlcə beh olaraq, aldığı narkotik vasitələri satdıqdan sonra isə dəyərini tam ödədiyini göstərmiş, cinayət işinin ibtidai istintaqı mərhələsində barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə hakim tərəfindən baxılarkən barəsində həbs qətimkan tədbiri seçilməməsi məqsədilə narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını bildirdiyini qeyd etmişdir (iş vərəqə: 95-98,116-118). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN, Nəsimi RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, Şahid1 ifadəsində göstərdi ki, xidməti fəaliyyəti zamanı xidməti ərazidə baş vermiş cinayətlərin açılması istiqamətində qanunla müəyyən edilmiş qüvvə və vasitələrdən, həmçinin məxfi əməkdaşların (agentlərin) köməyindən istifadə edilmiş və baş verə biləcək cinayətlərin qarşısının alınması üçün profilaktik tədbirlər görülmüşdür. 18 aprel 2022-ci il tarixdə Nəsimi RPİ-nin CAŞ-nin kiçik əməliyyat müvəkkili Şahid2la birlikdə Nəsimi rayonu ərazisində Rəşad adlı şəxsin narkotik vasitə əldə etməsi və saxlaması barədə məlumat əldə etmiş və həmin məlumat üzrə qeyd olunan Rəşad adlı şəxsin ifşa edilməsindən ötrü idarə rəhbərliyinə müraciət etmişdir. Razılıq əldə olunduqdan sonra onun rəhbərliyi altında Şahid2 ibarət əməliyyat qrupu təşkil edilmişdir. 18 aprel 2022-ci il tarixdə, saat 15:00 radələrində ünvan 4 ünvanın qarşısında Rəşad olaraq müəyyənləşdirdiyi şəxsi, yəni baxılan iş üzrə Təqsirləndirilən şəxs görmüş, ona yaxınlaşaraq özlərini təqdim etmiş və Rəşad isə özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Rəşada narkotik vasitələrin qəbulunda, saxlanmasında şübhəli olduğunu bildirərək onu polis şöbəsinə dəvət etmişlər. Rəşad buna etiraz etməmişdir. O, Polis idarəsinə gətirildikdən sonra PŞ-nə gətirilən şəxslərin qeydiyyatı kitabında Təqsirləndirilən şəxs kimi qeydiyyata salınmışdır. Rəşad narkotik vasitə saxlamaqda, qəbul etməkdə şübhəli olması ehtimal edildiyindən onun üstünə şəxsi axtarış keçirilməsi məqsədilə idarə rəhbərliyinə raportla məruzə etmişlər və həmin raportun icrası TŞ-nin təhqiqatçısı polis kapitanı Babək Mirzəyevə həvalə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçı Babək Mirzəyevin xidməti iş otağına aparılmış, 14 saylı vəkil bürosundan vəkil dəvət edilmiş və Təqsirləndirilən şəxs təqdim edilmişdir. Orada Rəşadın üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif edilmişdir. Rəşad ilkin olaraq əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən iki ədəd ayrı-ayrı Samsung J5 və Samsung A10 markalı mobil telefonlarını, həmin şalvarın sol yan cibindən Samsung G 20 markalı mobil telefonu, pul əskinaslarını çıxarıb təqdim etmişdir. Bundan sonra əynində olan ağ-qara rəngli idman gödəkçəsinin sağ yan cibindən 01 ədəd içərisində tiryək narkotik vasitəsinə bənzər maddə olan sellofan bükümü, həmin gödəkçənin sol yan cibindən isə iki ədəd ayrı-ayrı sellofan bükümdə heroin narkotik vasitəsini və şüşə adlanan metamfetamin psixotrop maddəsini təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin qanunla qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər zərfə qoyularaq ekspertiza tədqiqatına göndərilməsi üçün möhürlənmiş və protokol iştirakçıları tərəfindən imzalanmışdır. Rəşad İsmayilovun üzərindən götürülmüş 51 manat pul özünə geri verilmişdir. Şahid1 ifadəsinin yekununda göstərdi ki, ilkin məlumatda Rəşad adlı şəxsin narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat daxil olmasa da, sonradan əldə etdiyi məlumata görə Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə də məşğul olmuş, həmin maddələri İran İslam Respublikasından şəxsiyyəti məlum olmayan şəxslər tərəfindən göndərilməklə alması müəyyən edilmişdir. Məhkəmə icraatı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN, Nəsimi RPİ-nin CAŞ-nin kiçik əməliyyat müvəkkili Şahid2 məhkəmə baxışı zamanı dindirilən Şahid1 ilə oxşar məzmunda ifadə verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdi. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” 18 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Nəsimi RPİ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilmiş, paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik olan biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən iki ədəd Samsung J5 və Samsung A10 markalı mobil telefonları, 51 manat pulu, şalvarın sol yan cibindən bir ədəd Samsung G-20 markalı mobil telefonu, əynində olan dəri gödəkcəsinin sağ yan cibindən 1 ədəd şəffaf sellofanda içərisində qara rəngli kütlə, həmin gödəkcənin sol yan cibindən iki ədəd şəffaf sellofanlarda bükülmüş, birinin içərisində tünd qəhvəyi rəngli, toz şəkilli, spesifik iyi olan maddə kütləsi və digər sellofan bükümündə isə kristal şüşə formalı spesifik iyi olan maddə kütləsini çıxarıb təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Tədqiq olunan həmin protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesində aşkar edilmiş 3 ədəd ayrı-ayrı şəffaf sellofanlarda olan həmin kütlələr içi boş olan, ağ rəngli zərfə qoyulmuş, həmin zərf möhürlənmiş, üzərində müvafiq qeydlər aparılmış, şübhəli şəxs, iştirakçılar, təhqiqatçı tərəfindən imzalanmış və götürülmüşdür. İş üçün əhəmiyyət kəsb etdiyindən 03 ədəd mobil telefonlar götürülmüş, 51 manat pul geri - şəxsin özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş 1 ədəd şəffaf sellofanda içərisində qara rəngli maddənin tiryək olduğunu, digər iki ədəd şəffaf sellofan bükümlərində olan maddələrin içərisində tünd qəhvəyi rəngli, toz şəkilli, spesifik iyi olan maddənin el içində “kakos” deyilən narkotik vasitə olan heroin və kristal şüşə şəkilli maddənin isə el içində «Patı» deyilən metamfetamin olduğunu, onların özünə məxsus olduğunu, həmin kütlələri 16 apral 2022-ci il tarixdə bundan əvvəl “Əhməd” kimi adını bildiyi İran İslam Respublikasının vətəndaşına telefonun “whatsapp”-ına sifariş edərək narkotikin bir hissəsini nisyə olaraq almaq, qalan hissəsinin pulunu ödəyəcəyi şərti ilə razılaşıb ilkin olaraq 600 manat pulu Yasamal rayonu ərazisində Milli Ön terminalından kart hesabına ödədiyini və 17 aprel 2022-ci il tarixdə axşam saatlarında narkotikin telefon konum xidməti vasitəsi ilə çatdırıldığı yerin Abşeron rayonu, Müşfiq yoluna gedən ərazidə yol nişanı lövhəsinin kənarında qoyulduğu yerdən götürərək üzərində saxladığını, həmin narkotiklərdən az bir miqdarda özü istifadə etdiyini və qalan hissəsini də öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir (iş vərəqə: 55- 61). Məhkəmə baxışı zamanı nümayiş olunmaqla tədqiq olunan, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra onun üzərində aparılan şəxsi axtarış prosesini özündə əks etdirən bir ədəd DVD diskə yüklənmiş videogörüntülərlə müəyyən olundu ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən sonuncunun əynindəki əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən iki ədəd Samsung J5 və Samsung A10 markalı mobil telefonları, 51 manat pulu, şalvarın sol yan cibindən bir ədəd Samsung G-20 markalı mobil telefonu, əynində olan dəri gödəkcəsinin sağ yan cibindən 1 ədəd şəffaf sellofanda içərisində qara rəngli, bütöv kristal formalı spesifik iyə malik olan maddə kütləsi, həmin gödəkcənin sol yan cibindən iki ədəd şəffaf sellofanlarda bükülmüş, birinin içərisində tünd qəhvəyi rəngli, toz şəkilli, spesifik iyi olan maddə kütləsi və digər sellofan bükümündə isə kristal şüşə formalı spesifik iyi olan maddə kütləsini çıxarıb təqdim etməsi təsdiq olunur. Tədqiq olunan DVD diskə yüklənmiş videogörüntülər şəxsi axtarış aparılması barədə 18 aprel 2022-ci il tarixli protokola uyğundur (cinayət işinə əlavə edilmişdir). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan, məhkəmə-kimyəvi ekspertizanın 19 aprel 2022-ci il tarixli 6/2203 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar olunan 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 105,810 qram təşkil edən narkotik vasitə heroindir, 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 142,315 qram təşkil edən narkotik vasitə tiryək və 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 12,701 qram təşkil edən psixotrop maddə metamfetamindir (iş vərəqə 66-70). Məhkəmə baxışı zamanı tədqiq olunan, «DVD diskə baxış keçirilməsi barədə» 01 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı mobil nömrəyə 02.04.22-ci il tarixdə “Qaqaw uwaqlar yanimda gizdurler imkan varsa ver bir tike kola verim getsunerde bayagki yerde dayanmisam”yazılmış smslər daxil olması müyyən edilmişdir (iş vərəqə: 176-179). Məhkəmə baxışı zamanı tədqiq olunan, «mobil telefonlara baxış keçirilməsi barədə» 19 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş Samsung J5 markalı mobil telefona baxış keçirilərkən mobil telefonun “WhatsApp” sosial yazışma platformasında Təqsirləndirilən şəxs istifadəsində ********** saylı mobil telefon nömrəsi mövcuddur, həmin nömrə ilə yazışmalar aparılması müəyyən edilmişdir. Yazışmalarda Təqsirləndirilən şəxs +**********56 saylı mobil nömrəyə mütəmadi olaraq narkotik vasitələrin alışı üçün pul göndərməsi, narkotik vasitələrin tərəzi üzərində və digər şəkilləri, narkotik vasitələrin qoyulduğu ərazilərin xəritədə göstərilən ünvanları öz əksini tapmışdır, 15 aprel 2022-ci il tarixli E-manat qəbzindən görünür ki, Təqsirləndirilən şəxs Kapital Banka aid ******************** saylı hesaba 600 manat məbləğinda pul köçürmüşdür. 13 aprel 2022-ci il tarixli qəbz ilə isə 500 manat pulun 676867*****5094 saylı hesaba göndərilməsi müəyyən edilmişdir. Bundan əlavə +**********39 saylı mobil telefon nömrəsi və +**********14 nömrəsi ilə yazışmadan görünür ki, Təqsirləndirilən şəxs həmin şəxslərə narkotik vasitə satmışdır və satmağa razılıq vermişdir. Təqsirləndirilən şəxs həmin yazışmaların onun tərəfindən aparıldığını Əhməd kimi bildiyi şəxslə yazışdığını daha öncə ona mütəmadi pul göndərdiyini, sonuncunun qoyduğu müxtəlif ünvanlardan narkotik vasitə götürdüyü və tanımadığı müştərilərə satdığını bildirmişdir (iş vərəqə: 77- 86). Məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizanın 16 iyul 2022-ci il tarixli, 3865 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: 166- 167). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, ibtidai istintaq orqanının 01 avqust 2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs üzərindən götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 105,710 qram narkotik vasitə heroin, 142,215 qram narkotik vasitə tiryək və 12,601 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi RPİ-nin saxlama kamerasında saxlanca verilmişdir (iş vərəqə: 183-190). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş narkotik vasitələrin və psixotrop maddənin mənbəyinin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə ayrıca icraatda cinayət işi ayrılmışdır (iş vərəqə: 192-193). Məhkəmə təqsirləndirilən şəxsin əməllərinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin və «metamfetamin» psixotrop maddəsinin hər birinin ayrılıqda şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram, «tiryək» narkotik vasitəsinin isə şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,5 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 50 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroin narkotik vasitəsinin təmiz çəkisi 105,810 qram, metamfetamin psixotrop maddəsinin təmiz çəkisi 12,701 qram, tiryək narkotik vasitəsinin təmiz çəkisi isə 142,315 qram olmaqla «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş külli miqdar hədlərindən dəfələrlə çoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroin narkotik vasitəsinin təmiz çəkisi 105,810 qram, metamfetamin psixotrop maddəsinin təmiz çəkisi 12,701 qram, tiryək narkotik vasitəsinin təmiz çəkisi isə 142,315 qram olmaqla külli miqdar təşkil etməsi, aşkar edilib götürülmüş vasitə və maddələrin müxtəlif növlərdə olması, əməliyyat orqanının bu barədə məlumatları, məhkəməyədək icraat mərhəlsində təqsirləndirilən şəxsin etirafları, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı mobil əlaqələri və işin ayrı-ayrı halları təqsirləndirilən şəxsin həm heroin, həm tiryək narkotik vasitələrini və həm də metamfetamin psixotrop maddəsini satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsinə, saxlamasına və daşımasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclaslarında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs şəklində satış məqsədi ilə qanunsuz olaraq heroin və tiryək narkotik vasitələrini və metamfetamin psixotrop maddəsini külli miqdarda əldə edib saxlaması və daşıması, yəni Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməsi məhkəmə baxışı nəticəsində təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır və ona görə də Təqsirləndirilən şəxs cinayət əməli Cinayət Məcəlləsinin həmin maddələri ilə tövsif olunmalı və o, CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadələrində ondan aşkar edilib götürülən külli miqdarda narkotik vasitəni və psixotrop maddəni qabaqcadan əlbir olan bir qrup şəxs şəklində satış məqsədilə əldə etməsinə dair verdiyi inkaredici ifadələri onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, hətta əksinə, onun təqsirliliyini təsdiq edir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin əməliyyat arayışından və müvafiq məhkəmə hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 21 fevral 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 9 (doqquz) ay 21 (iyirmi bir) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 1 (bir) ay 7 (yeddi) gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmiş, 11 dekabr 2020-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır (iş vərəqə: səh.131-133; 138- 142). Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət (burada: Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi) törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş Təqsirləndirilən şəxs məhkumluğu, cəza çəkməkdən faktiki azad olunduğu 05 noyabr 2020-ci il tarixdən baxılan iş üzrə hadisənin baş verdiyi 18 aprel 2022-ci il tarixə, bunun üçün qanunla müəyyən olunan 2 il keçmədiyindən, ödənilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs əməli az ağır cinayətlər kateqoriyasına aid olduğu üçün onun məhkumluğu 05 noyabr 2022-ci il tarixdə ödənilməli idi. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinin tələblərinə görə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Daha sonra həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu və bu məhkumluğun doğuracağı hüquqi nəticələrlə bağlı məhkəmə qeyd edir ki, onun Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 21 fevral 2020-ci il tarixli hökmünə əsasən təqsirli bilinib məhkum olunduğu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi hökmün çıxarıldığı tarixdə qüvvədə olan Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən təsnifatına görə az ağır cinayətlər kateqoriyasına aid olmuşdur və həmin hökmlə Təqsirləndirilən şəxs az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinin tələblərinə görə bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli əvvəllər az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxs kimi Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinin tələblərinə əsasən cinayətlərin residivini yaradır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət (burada: Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri) törətməsi cinayətin residivini yaradır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayətlərin residivini yaratmasını Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal qismində nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi, onun əməlinin cinayətlərin residivini yaratması nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun, cinayətlərin residivinə görə cəza təyinetmənin prinsipləri nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, …….. az ola bilməz. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 16 iyul 2022-ci il tarixli, 3865 saylı rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı və barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməli, Təqsirləndirilən şəxs, həmçinin ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlinin cinayətlərin residivini yaratması, onun əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmalı və Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələblərinə əsasən o, təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzaçəkmə müəssisələri olaraq ciddi rejimli cəzaçəkmə müəssisələri müəyyən olunur. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 18 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 18 aprel 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmış və həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 20 aprel 2022-ci il tarixdə müvafiq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 18 aprel 2022-ci il tarixdən hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək Təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 18 aprel 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutlar - Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 105,710 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 142,215 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək və 12,601 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə 110 (yüz on) manat ekspertiza xərci mövcuddur ki, həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 18 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin. O, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 105,710 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 142,215 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək və 12,601 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri – 110 (yüz on) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1583/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1583/2022
26.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver