Məhkəmə qərarları › İş №1(101)-1585/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1585/2021

16.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1585/2021 16.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxx 1993-cü il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, yeni tikilidə yaşayan və barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 xx xxxxxx 1988-ci il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Cəlilabad rayonu, Günəşli kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, yeni tikilidə yaşayan və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmək məqsədi ilə qohumu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında, naməlum mənbədən ümumi təmiz çəkisi 9,809 qram, külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və ümumi təmiz çəkisi 48,929 qram külli miqdarda narkotik vasitə hesab edilən heroin əldə etməklə daşımış və 20 aprel 2021-ci il tarixdə saat 17:30 radələrində Nizami RPİ-nin X3 əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş əməliyyat tədbirləri nəticəsində o və qrupun digər üzvü Təqsirləndirilən şəxs2 ünvan 3 ünvanın qarşısında saxlanılaraq ünvan 4da yerləşən Nizami rayon Polis İdarəsinə gətirilmiş və orada Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli qısa qol gödəkcənin sol yan cibindən 01 ədəd bükümdə, təmiz çəkisi 9,809 qram təşkil edən külli miqdarda ağ rəngli kristal şəkilli kütlə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd bükümdə təmiz çəkisi 9,706 qram təşkil edən külli miqdarda tünd qəhvəyi rəngli maddə kütləsi, kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman isə əynində olan göy rəngli cins şalvarın sol yan cibindən xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş külli miqdarda narkotik vasitə heroinlə eynilik təşkil edən üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri- 11,013 qram, 10.079 qram, 18,131 qram, ümumi təmiz çəkisi- 39,223 qram təşkil edən külli miqdarda tünd qəhvəyi rəngli maddə kütləsi, kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmək məqsədi ilə qohumu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında, naməlum mənbədən ümumi təmiz çəkisi 9,809 qram, külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və ümumi təmiz çəkisi 48,929 qram külli miqdarda narkotik vasitə hesab edilən heroin əldə etməklə daşımış və 20 aprel 2021-ci il tarixdə saat 17:30 radələrində Nizami RPİ-nin X3 əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş əməliyyat tədbirləri nəticəsində o və qrupun digər üzvü Təqsirləndirilən şəxs1 ünvan 3 ünvanın qarşısında saxlanılaraq ünvan 4da yerləşən Nizami rayon Polis İdarəsinə gətirilmiş və orada Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli qısa qol gödəkcənin sol yan cibindən 01 ədəd bükümdə, təmiz çəkisi 9,809 qram təşkil edən külli miqdarda ağ rəngli kristal şəkilli kütlə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd bükümdə təmiz çəkisi 9,706 qram təşkil edən külli miqdarda tünd qəhvəyi rəngli maddə kütləsi, kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman isə əynində olan göy rəngli cins şalvarın sol yan cibindən xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş külli miqdarda narkotik vasitə heroinlə eynilik təşkil edən üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri- 11,013 qram, 10.079 qram, 18,131 qram, ümumi təmiz çəkisi- 39,223 qram təşkil edən külli miqdarda tünd qəhvəyi rəngli maddə kütləsi, kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, sosial şəbəkə sayılan İnstaqram vasitəsi ilə tanış olduğu şəxsdən narkotik vasitə almaqla bağlı razılığa gəlmişdir. Daha sonra qayını Məhəmmədə zəng vuraraq gəlib onu Buta Palasın yanından götürməyini bildirmişdir. Məhəmməd gəlib onu götürdükdən sonra birlikdə Nizami rayon ərazisinə gəlmişlər və saat təxminən 17:30-da ünvan 6 ünvanın qarşısında olan iki nəfər mülki geyimdə olan şəxslər onlara yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirərək özlərini təqdim etmiş və onlara polis idarəsinə getməyi təklif etmişlər. O və Məhəmməd etiraz etməyərək polis əməkdaşları ilə birlikdə polis idarəsinə getmişlər. Polis idarəsində onlara təzyiq olunmuş və videoçəkilişdə narkotik vasitələri təqdim etmələri bildirilmişdir. Xidməti otaqların birində polis əməkdaşlarının iştirakı ilə video çəkiliş aparılaraq üzərinə baxış keçirilmiş, baxış zamanı polis əməkdaşları ona üzərində qeyri-qanuni hər hansı bir əşya varsa könüllü təqdim etməyi bildirmiş və o, da çəkiliş zamanı əynində olan qara rəngli qısaqol gödəkcənin sol yan cibindən iki büküm şəffaf sellofana bükülmüş ağ kristal halında olan maddənin psixotrop maddə olan metafetamin olduğunu, digər bükümdə olan qəhvəyi rəngli maddənin isə narkotik vasitə olan heroin olduğunu bildirərək polis əməkdaşlarına sosial şəbəkə sayılan İnstaqram vasitəsi ilə tanış olduğu İran İslam Respublikasının vətəndaşı Abbas adlı şəxsdən Buta Palasın yaxınlığından götürərək şəxsi istifadəsi üçün aldığını demişdir. Əslində isə narkotik vasitələr ona aid olmamış, polis əməkdaşları tərəfindən saxlanılarkən onun üzərində narkotik vasitə olmamışdır. Belə ki, o, narkotik vasitə almaq üçün getsə də, narkotik vasitəni almamış tutulmuşdur. Narkotik vasitələri satış məqsədi ilə deyil, öz şəxsi istifadəsi üçün əldə etmək niyyətində olmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 20.04.2021-ci il tarixdə yeznəsi Həzrət xatırlamadığı mobil nömrəsindən ona ***-***-**-** nömrəyə zəng etmiş və o, X18 yaxınlığında görüşərək Həzrətlə birlikdə Nizami rayonu ərazisinə gəlmişlər. Həzrət ona demişdir ki, Nizami rayonu Naxçıvanski küçəsinə gedək. O, Həzrətlə Nizami rayon ərazisinə gəlmiş və saat təxminən 17:30 radələrində Nizami rayonu, Naxçıvanski küçəsi 435-443 saylı ünvanın qarşısında olan zaman iki nəfər mülki geyimdə olan şəxslər onlara yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirərək özlərini təqdim etmişlər. Ona və Həzrətə polis idarəsinə getməyi təklif etmişlər. O və Həzrət etiraz etməyərək polis əməkdaşları ilə birlikdə polis idarəsinə gəlmişlər. Polis idarəsində onlara təzyiq olunmuş və videoçəkilişdə narkotik vasitələri təqdim etmələri bildirilmişdir. Xidməti otaqların birində polis əməkdaşlarının iştirakı ilə video çəkiliş aparılaraq üzərinə baxış keçirilmiş, baxış zamanı polis əməkdaşları ona üzərində qeyri-qanuni hər hansı bir əşya varsa könüllü təqdim etməyi bildirmiş və o, da əynində olan göy rəngli cins şalvarımın sol yan cibindən üç ədəd, şəffaf selefona bükülmüş, tünd qəhvəyi rəngli narkotik vasitə olan heroinləri polis əməkdaşlarına təqdim edərək polis əməkdaşlarına həmin heroinləri tanıdığı Ramin adlı şəxslə 100 manata razılaşaraq Aereport yolundan götürərək Ramilin dediyi ünvana aparmalı olduğunu bildirmişdir. Lakin, o, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, satış məqsədi ilə narkotik vasitə əldə etmək niyyətində olmamış, ümumiyyətlə saxlanılan zaman üzərində narkotik vasitə olmamışdır. İbtidai istintaq zamanı ifadəsini polis əməkdaşlarının təzyiqi altında vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri, Nizami RPİ-nin NMB-in baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 ifadəsində göstərdi ki, 20 aprel 2021-ci il tarixdə narkotiklərlə mübarizə xidmət qrupunun əməliyyat müvəkkili Şahid1 xidmət vəzifəsi ilə əlaqədar olaraq “Həzrət və Məhəmməd” adlı şəxslərin mütəmadi olaraq narkotik maddələrin əldə edilməsi, saxlanması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Şahid1 raportla bu məlumatın yoxlanması üçün Nizami RPİ-nin rəis müavininə müraciət etmiş və rəhbərlik tərəfindən əməliyyat tədbirlərinin keçirilməsinə razılıq verilmişdir. Bundan sonra ondan və Şahid1 ibarət tərkibdə müvafiq əmr ilə əməliyyat qrupu yaradılmışdır. Onlar tərəfindən 20 aprel 2021-ci il tarixdə saat 17:30 radələrində keçirilmiş əməliyyat tədbiri zamanı şübhəli şəxslərin ola biləcəyi ünvan 7 ünvan qarşısında xidmət apararkən orada şübhəli bilinən xx.xx.1993-cü il tarixdə Cəlilabad şəhəri, Əhməd Cavab küçəsi ev 7-də qeydiyyatda olan, Xəzər rayonu, Binə qəsəbəsi sovxoz evlərində kirayədə yaşayan Təqsirləndirilən şəxs1 və xx.xx.1988-ci ildə Cəlilabad rayonunda anadan olmuş, Cəlilabad rayonu, Günəşli kəndində qeydiyyatda olan Xəzər rayonu, Buzovna qəsəbəsi, Şağan yeni yaşayış sahəsində kirayədə yaşayan Təqsirləndirilən şəxs2 saxlanaraq üzərlərinə baxış keçirilməsi üçün Nizami rayon polis idarəsinə gətirilmiş, polis idarəsində onların şəxsiyyətləri dəqiqləşdirilmişdir. Nizami RPİnin rəhbərliyi tərəfindən araşdırma təhqiqat şöbəsinin təhqiqatçısı Mehrac Niftəliyevə həvalə edilmiş, təhqiqatçı tərəfindən videokamera ilə çəkilişlə əvvəlcə Təqsirləndirilən şəxs2 üzərinə onun və Şahid1 iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Axtarış başlamazdan əvvəl Təqsirləndirilən şəxs2 üzərində qeyri qanuni əşya, narkotik vasitə varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs2 əynində olan göy rəngli cins şalvarının sol yan cibindən şəffaf sellofana bükülmüş üç ədəd tünd qəhvəyi rəngli spesifik iyli üç ədəd bükümü təqdim edərək onun narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Verilən suala cavab olaraq Təqsirləndirilən şəxs2 20.04.2021-ci il tarixdə saat 10 radələrində Mərdəkan qəsəbəsində Ramin adlı şəxslə görüşmüş, Ramin adlı şəxs ona təyyarə limanı yolunda narkotik vasitə qoyulacağını, həmin narkotik vasitən götürüb Nizami rayonu ərazisində Raminin bildirdiyi yerə qoyacağını, o həmin narkotik vasitəni tanışı Raminin dediyi yerdən götürüb Nizami rayonu ərazisinə gətirdiyini, lakin polis əməkdaşları tərəfindən tutulmasını bildirmişdir. Aşkar edilmiş narkotik vasitə heroinə oxşar maddə bükülüb möhürlənmiş, qablaşdırılıb götürülmüş və iştirakçılar tərəfindən heç bir şikayət və irad daxil olmamış, bu barədə protokol tərtib edilmiş, iştirak etmiş şəxslər protokolu imzaları ilə təsdiq etmişlər. Bundan sonra təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru Mehrac Niftəliyev tərəfindən Təqsirləndirilən şəxs1 üzərinə videoçəkilişlə onun və Şahid1 iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Axtarış başlamazdan əvvəl Təqsirləndirilən şəxs1 üzərində qeyri qanuni əşya, narkotik vasitə varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli qısaqol gödəkcənin sol yan cibindən 01 ədəd şəffaf sellofan büküm çıxarmış, bükümü açdıqda içində tünd qəhvəyi rəngli, spesifik iyli maddə aşkar edilmiş, Təqsirləndirilən şəxs1 bu maddənin narkotik vasitə heroin olmasını, cibində olan digər 01 ədəd şəffaf sellofan bükülünün içində ağ rəngli kristall halda olan maddə aşkar edilmiş, Təqsirləndirilən şəxs1 həmin maddənin psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Verilən suala cavab olaraq Təqsirləndirilən şəxs1 onda aşkar edilmiş narkotik vasitələri 20.04.2021-ci il tarixdə sosial şəbəkə İnstaqram vasitəsi ilə tanış olduğu İran İslam Respublikası vətəndaşı Abbas adlı şəxsin ona dediyi yerdən, yəni Bakı şəhəri. H. Əliyev prospektində yerləşən Buta Palasın yaxınlığından götürüb Nizami rayonu ərazisində Abbasın dediyi ünvana həmin narkotik vasitəni qoymaq üçün gətirmiş, lakin orada polis əməkdaşları tərəfindən tutulmuşdur. Aşkar edilmiş narkotik vasitə heroinə oxşar maddə və kristal halda olan maddə bükülmüş, möhürlənmiş, qablaşdırılıb götürülmüş və iştirakçılar tərəfindən heç bir şikayət və irad daxil olmamış, bu barədə protokol tərtib edilmiş, iştirak etmiş şəxslər protokolu imzaları ilə təsdiq etmişlər. Onlar tərəfindən keçirilmiş tədbirlərə baxmayaraq Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddə metamfetamini haradan əldə etmələri və Nizami rayonu ərazisində kimə gətirmələri müəyyən etmək mümkün olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri, Nizami RPİ-nin NMB-in əməliyyat müvəkkili, polis leytenantı Şahid1 da Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verərək, onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/1567 saylı 21 aprel 2021-ci il tarixli rəyində müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün N162” möhür əksi, “Saxlanılan şəxs Təqsirləndirilən şəxs1...” əl yazıları, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 9, 809 qram ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 01 ədəd bükümdə təmiz çəkisi 9,706 qram tünd qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (cild 01, vərəqə 57-60) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/1568 saylı 21 aprel 2021-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün N162” möhür əksi, “Saxlanılan şəxs Təqsirləndirilən şəxs2” əl yazıları, imzalar olan zərfdəki 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 11,013 qram, 10,079 qram, 18,131 qram olmaqla ümumi çəkisi 39,223 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. 03 bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. cild 01, iş vərəqə 61-66) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/1670 saylı 24 may 2021-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün N162” möhür əksi, “Saxlanılan şəxs Təqsirləndirilən şəxs1” əl yazıları, imzalar olan zərfdəki 01 ədəd bükümdəki narkotik vasitə-heroin kütləsi ilə üzərində “Saxlanılan şəxs Təqsirləndirilən şəxs2” əl yazıları, imzalar olan zərfdəki 03 ədəd bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. (cild 01, iş vərəqə 205-209) “Şəxsi axtarış və götürmə aparılması haqqında” 20.04.2021-ci il tarixli protokoldan görünür ki, Nizami RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru X6 tərəfindən Nizami Rayon Polis İdarəsinin inzibati binasında şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs2 üzərinə vidoeçəkilişdən istifadə edilməklə axtarış keçirilən zaman sonuncunun əynində olan göy rəngli cins şalvarının sol yan cibindən şəffaf sellofana bükülmüş üç ədəd tünd qəhvəyi rəngli spesifik iyli üç ədəd büküm aşkar edilərək götürülmüşdür. (cild 01, iş vərəqə 27-28) “Şəxsi axtarış və götürmə aparılması haqqında” 20.04.2021-ci il tarixli protokoldan görünür ki, Nizami RPi-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru X6 tərəfindən Nizami Rayon Polis İdarəsinin inzibati binasında şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs1 üzərinə vidoeçəkilişdən istifadə edilməklə axtarış keçirilən zaman sonuncunun əynində olan qara rəngli qısaqol gödəkcənin sol yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş tünd qəhvəyi rəngli, spesifik iyli maddə və 01 ədəd şəffaf sellofana bükülümüş, içində ağ rəngli kristall halda olan maddə aşkar edilərək götürülmüşdür. (cild 01, vərəqə 51-52) 22.04.2021-ci il tarixdə videogörüntüyə baxış keçirilən zaman şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərinə keçirilmiş şəxsi axtarış zamanı sonuncunun əynində olan göy rəngli cins şalvarının sol yan cibindən şəffaf sellofana bükülmüş üç ədəd bükümü təqdim edərək həmin bükümlərin içərisində narkotik vasitə heroin olmasını və 20.04.2021ci il tarixdə saat 10 radələrində Mərdəkan qəsəbəsində Ramin adlı şəxslə görüşdüyünü, sonuncunun ona aeroport yolunda narkotik vasitə qoyulacağını, həmin narkotik vasitən götürüb Nizami rayonu ərazisində Raminin bildirdiyi yerə qoyacağını, o həmin narkotik vasitəni tanışı Raminin dediyi yerdən götürüb Nizami rayonu ərazisinə gətirdiyini bildirdiyi müəyyən edilmişdir. (cild 01, iş vərəqə 74) 22.04.2021-ci il tarixdə video görüntüyə baxış keçirilən zaman şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərinə keçirilmiş şəxsi axtarış zamanı sonuncunun əynində olan qara rəngli qısaqol gödəkcənin sol yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş tünd qəhvəyi rəngli və 01 ədəd şəffaf sellofana bükülmüş, içində ağ rəngli kristal halda olan maddəni təqdim edərək həmin bükümlərdən birində metamfetamin, digərində isə heroin olduğunu, həmin narkotik vasitə və psixotrop maddəni 20.04.2021-ci il tarixdə sosial şəbəkə İnstaqram vasitəsi ilə tanış olduğu İran İslam Respublikası vətəndaşı Abbas adlı şəxsin ona dediyi yerdən, yəni Bakı şəhəri. H. Əliyev prospektində yerləşən Buta Palasın yaxınlığından götürüb Nizami rayonu ərazisində Abbasın dediyi ünvana həmin narkotik vasitəni qoymaq üçün gətirdiyini bildirmişdir. (cild 01, iş vərəqə 73) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X19 Şəxsi Ambulator X1 2132 saylı 01.07.2021-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 Kannabiodlərin birgə qəbulu və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 01, iş vərəqə 210-211) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X19 Şəxsi Ambulator X1 2134 saylı 01.07.2021-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 Opioidlərin birgə qəbulu və Çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 01, iş vərəqə 212-213) Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə özlərini təqsirli bilməyərək, ümumiyyətlə üzərlərində narkotik vasitə olmaması barədə ifadələrinə hüquqi qiymət verərək belə hesab edir ki, onların bu ifadələri işin faktiki hallarına uyğun deyil və məsuliyyətdən boyun qaçırmağa yönəlmişdir. Onların məhkəmədə verdikləri şahid ifadələri, ekspert rəyləri, videoçəkilişin materialları, baxış protokolları və digər sənədlərlə tam təkzib olunmuşdur. İş materiallarında olan, 22.04.2021-di il tarixli Təqsirləndirilən şəxs1 dindirilməsi protokolundan görünür ki, o, sosial şəbəkə sayılan İnstaqram vasitəsi ilə tanış olduğu İran İslam Respublikasının vətəndaşı Abbas adlı şəxslə tanış olmuşdur. 20.04.2021-ci il tarixdə həmin Abbas adlı şəxs İnstaqram vasitəsi ilə ona şəkil ataraq H.Əliyev prospektində yerləşən Buta Palasın yaxınlığına 10 qram heroin və 10 qram metamfitamin qoyacaqlar, həmin narkotik vasitələri dediyi yerdən götürərək Abbasın Nizami rayonu ərazisində ona dediyi ünvana qoyduqdan sonra onun kartına 100 manat pul qoyaycağını bildirmişdir. O, Abbasın dediyi Buta Palasın yaxınlığından qoyulan şəffaf sellofona bükülmüş iki bükümü götürdükdən sonra qayını Məhəmmədə zəng vuraraq gəlib onu Buta Palasın yanından götürməyini bildirmişdir. Məhəmməd gəlib onu götürdükdən sonra birlikdə Nizami rayon ərazisinə gəlmişlər və saat təxminən 17:30 ünvan 6 ünvanın qarşısında olan iki nəfər mülki geyimdə olan şəxslər onlara yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirərək özlərini təqdim etmiş və onlara polis idarəsinə getməyi təklif etmişlər. O və Məhəmməd etiraz etməyərək polis əməkdaşları ilə birlikdə polis idarəsinə getmişdirlər. Polis idarəsində xidməti otaqların birində polis əməkdaşlarının iştirakı ilə video çəkiliş aparılaraq üzərinə baxış keçirilmiş, baxış zamanı polis əməkdaşları ona üzərində qeyri-qanuni hər hansı bir əşya varsa könüllü təqdim etməyi bildirmiş və o, da əynində olan qara rəngli qısaqol gödəkcənin sol yan cibindən iki büküm şəffaf sellofana bükülmüş ağ kristal halında olan maddənin psixotrop maddə olan metafitamin olduğunu, digər bükümdə olan qəhvəyi rəngli maddənin isə narkotik vasitə olan heroin olduğunu bildirərək polis əməkdaşlarına sosial şəbəkə sayılan İnstaqram vasitəsi ilə tanış olduğu İran İslam Respublikasının vətəndaşı Abbas adlı şəxslə 100 manata razılaşaraq Buta Palasın yaxınlığından götürərək Abbasın dediyi ünvana aparmalı olduğunu bildirmişdir. Onun üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan metamfitamin və heroin polis əməkdaşlarının iştirakı ilə qablaşdırılıb möhürlənmişdir. O, polis əməkdaşları protokolu və möhürlənmiş bağlamanı öz imzaları ilə imzalamışdılar. O, ikinci dəfə imiş ki, Abbas adlı şəxslə sosial şəbəkə vasitəsi ilə danışaraq onun dediyi yerlərdən narkotik vasitələri götürmüşdür. O, əvvəllər narkotik vasitə sayılan metamfetamin qəbul etmiş və təxminən 1 ay olarmış ki, narkotik maddə qəbul etməmişdir. (iş vərəqə 99-101) İş materiallarında olan, 10.08.2021-ci il tarixli Təqsirləndirilən şəxs2 dindirilməsi protokolundan görünür ki, o, 20.04.2021-ci il tarixdə Mərdəkan qəsəbəsində Ramin adlı şəxslə görüşmüş, Ramin ona demişdir ki, bu gün Aeroport yolunda Yeni Suraxanı qəsəbəsi yaxınlığında olan yerüstü keçidi Mərdəkan qəsəbəsi istiqamətinə keçdikdən sonra orda olan yerə narkotik vasitə olan heroin qoyulacaq və həmin narkotik vasitə olan heroinləri götürərək Suraxanıda Ceyran dairəsi adlanan yerdə yolun kənarına, deyilən ünvana qoyduqdan sonra ona 100 manat pul veriləcəkmiş və o, da Ramilin dedikləri ilə razılaşmışdır. O, bundan sonra Ramilin dediyi yerdən günorta saat 13 radələrində üç büküm olan narkotik vasitə olan heroini götürmüş və sonra yeznəsi Həzrət xatırlamadığı mobil nömrəsindən ona ***-***-**-** nömrəyə zəng etmiş və o, X18 yaxınlığında görüşərək Həzrətlə birlikdə Nizami rayonu ərazisinə gəlmişdirlər. Həzrət ona demişdir ki, Nizami rayonu Naxçıvanski küçəsinə gedək. O, Həzrətlə Nizami rayon ərazisinə gəlmiş və saat təxminən 17:30 radələrində Nizami rayonu, Naxçıvanski küçəsi 435-443 saylı ünvanın qarşısında olan zaman iki nəfər mülki geyimdə olan şəxslər onlara yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirərək özlərini təqdim etmişdirlər. Ona və Həzrətə polis idarəsinə getməyi təklif etmişdirlər. O və Həzrət etiraz etməyərək polis əməkdaşları ilə birlikdə polis idarəsinə gəlmişdirlər. Polis idarəsində xidməti otaqların birində polis əməkdaşlarının iştirakı ilə video çəkliş aparılaraq onun üzərinə baxış keçirilmiş, baxış zamanı polis əməkdaşları ona üzərində qeyri-qanuni hər hansı bir əşya varsa könüllü təqdim etməyi bildirmişlər və o, da əynində olan göy rəngli cins şalvarımın sol yan cibindən üç ədəd, şəffaf sellofana bükülmüş, tünd qəhvəyi rəngli narkotik vasitə olan heroinləri polis əməkdaşlarına təqdim edərək polis əməkdaşlarına həmin heroinləri tanıdığı Ramin adlı şəxslə 100 manata razılaşaraq Aereport yolundan götürərək Ramilin dediyi ünvana aparmalı olduğunu bildirmişdir. Onun üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan heroin polis əməkdaşlarının iştirakı ilə qablaşdırılıb möhürlənmişdir. O, polis əməkdaşları protokolu və möhürlənmiş bağlamanı öz imzaları ilə imzalamışdırlar. O, ilk dəfə imiş ki, Ramillə danışaraq onun dediyi yerlərdən narkotik vasitələri götürmüş, Ramil adlı şəxsin yalnız adını bilirmiş və onun barəsində heç bir məlumatım olmamışdır. Onun polis əməkdaşları tərəfindən saxlanılan zaman Həzrətin üzərində narkotik maddə olan heroinin və metamfetaminin olduğunu polis idarəsində məlumatı olmuşdur. Ona həmin vaxt Ramin həmin narkotik maddənin heroin olduğunu bildirmişdir, lakin çəkisini bildirməmişdir. Törətdiyi əməldən də peşmandır. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunun izah tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, həmin Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər – narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” 04.03.2011-ci il tarixli Qərarının 9-cu abzasında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır”. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) CM-in 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda təsvir edilmiş cinayət əməllərini törətməkdə təqsirli olmaları kifayət qədər sübuta yetirilmişdir. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri əsasında təqsirli bilinərək cəzalandırılmalıdırlar. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş 29.04.2021ci il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. (iş vərəqə 153, 154). İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 11.08.2014-cü il təvəllüdlü X10 və 05.03.2016-cı il təvəllüdlü X15 olmaqla iki azyaşlı uşağı vardır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 14.12.2009-cu il təvəllüdlü X2, 30.11.2010-cu il təvəllüdlü X7 və 02.12.2016-cı il təvəllüdlü X4 olmaqla üç azyaşlı uşağı vardır. Məhkəmə AR CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, onun əməlində cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə AR CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 himayəsində üç azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, onun əməlində cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid edilmədən islah edilmələri mümkün olmadığından onlara təqsirli bilindikləri maddələrin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onlara təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X19 Şəxsi Ambulator X1 2132 və 2134 saylı 01.07.2021-ci il tarixli rəylərinə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicəyə ehtiyacları olduğundan onlara narkomaniyadan məcburi müalicə tətbiq edilməli, ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət əməlləri nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakları müəyyən edilmədiyindən, onların barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Nizami RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilib götürülmüş 03 ədəd təmiz çəkiləri ayrıayrılıqda 11,013 qram, 10,079 qram, 18,131 qram olmaqla ümumi çəkisi 39,223 qram olan və tədqiqata təqdim edildikdən sonra qalıq çəkisi 39,133 qram narkotik vasitə heroin, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilib götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 9,809 qram ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd bükümdə təmiz çəkisi 9,706 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və tədqiqata təqdim edildikdən sonra qalıq çəkisi 9,759 qram həmin psixotrop maddə metamfetamin və 9,656 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 109 manat 90 qəpik məbləğində pul Təqsirləndirilən şəxs2 54,95 manat, Təqsirləndirilən şəxs1 54,95 manat tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş materiallarında olan 20 aprel 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokollardan və Bakı şəhəri Nizami rayon Məhkəməsinin 22.04.2021-ci il tarixli, 4(007)- 95/2021 və 4(007)-96/2021 saylı qərarlarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 20 aprel 2021-ci il tarixdən hesablanmışdır. (iş vərəqə 18, 42, 133-138) Odur ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində cəzaçəkmə müddətlərinin başlanğıcı 20 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X5 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 60 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 6 saylı Vəkil Bürosunun hesabına 360 manat miqdarında pul ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs2 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına 180 manat miqdarında pul ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs1 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına 180 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 07 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 20 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 07 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 20 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Nizami RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmiş qalıq çəkisi 39,133 qram narkotik vasitə heroin, qalıq çəkilsi 9,759 qram olan psixotrop maddə metamfetamin və qalıq çəkilsi 9,656 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə xərcləri – aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 109 manat 90 qəpik məbləğində pul, Təqsirləndirilən şəxs2 54,95 manat, Təqsirləndirilən şəxs1 54,95 manat tutularaq dövlət büdcəsinə keçirilsin. İbtidai istintaqda Təqsirləndirilən şəxs2 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X5 60 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 6 saylı Vəkil Bürosunun hesabına 360 manat miqdarında pul ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs2 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqsirləndirilən şəxsə göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına 180 manat miqdarında pul ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs1 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 təqsirləndirilən şəxsə göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına 180 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Azər Paşayev İradə Həsənzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar