Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1585/2025 04.02.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyeva Aytən Heydər qızı (sədrlik edən), X5 və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1982-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 14:00-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə Goranboy rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respulikası Cinayət Məcəlləsinin 204.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğu, həmçinin qəsdən cinayət törətməyə görə Göygöl rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respulikası Cinayət Məcəlləsinin 204.1, 234.1, 66.2, 67.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 6 il 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğu və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə həmin cəzasının çəkilməmiş 1 il 1 ay 2 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edildiyi, məhkumluqları götürülmədiyi və ödənilmədiyi halda, 2025-ci ilin yanvar ayında şəxsiyyəti istintaqa məlum olmayan şəxslərlə satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda narkotik vasitənin əldə edilməsi, saxlanılması, daşınması və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilərək cinayətkar qrupun Rusiya Federasiyasında olan üzvlərinə göndərilməsi barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq 15 yanvar 2025-ci il tarixədək olan müddətdə cinayətkar qrupun şəxsiyyəti istintaqa məlum olmayan üzvlərindən xeyli miqdarda, 192,62 qram qurudulmuş marixuana narkotik vasitəsini tamah niyyəti və satış məqsədilə qanunsuz olaraq əldə etmiş, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə, narkotik vasitənin 34,26 qramlıq hissəsini gümüşü rəngli 1 kağız bükümdə üzərində “Azerçay” yazılmış dəmir çay qutusunun içərisində gizlədərək “NASA U.S” yazılı göy rəngli çemodana, 99,20 və 51,08 qramlıq hissələrini ayrı-ayrılıqda gümüşü rəngli 2 kağız bükümdə üzərində “Azerçay” yazılmış dəmir çay qutusunun, qalan 8,08 qramlıq hissəsini isə 1 ədəd “Azerçay 20 çay paketi” yazılmış karton qutudakı çay paketlərin birinin içərisində gizlədərək “BERSİN” yazılı boz rəngli idman çantasına yerləşdirib saxlamış, daha sonra içərisində narkotik vasitə gizlədilmiş qeyd olunan çanta və çemodanı Gəncə şəhərindən Bakı şəhərinin Xəzər rayonu ərazisində yerləşən X10 Aeroportuna daşıyaraq onları 15 yanvar 2025-ci il tarixdə UT824 saylı Bakı-Surqut aviareysi ilə Azərbaycan Respublikasından Rusiya Federasiyasına gedən bacısı Şahid1 təhvil vermiş və içərisində narkotik vasitələr olan yükləri hava limanının sərnişin daşıma xidmətində aidiyyəti aivareysi həyata keçirən şirkət tərəfindən bacısı Şahid1 müşayəti ilə aparılan baqaj yükü kimi müvafiq qaydada qeydiyyatdan keçirilməsinə və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirilməsinə nail olmuş, lakin həmin tarixdə saat 21 radələrində Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən X10 Aeroportunun 1 nömrəli terminalının bunkerində sərnişin Şahid1 məxsus baqajlara keçirilmiş baxış zamanı “NASA U.S” yazılı göy rəngli çemodandan üzərində “Azerçay” yazılmış dəmir çay qutusunun içərisində gizlədilmiş vəziyyətdə 34,26 qram çəkidə, habelə “BERSİN” yazılı boz rəngli idman çantasından isə 2 kağız bükümdə qablaşdırılaraq üzərində “Azerçay” yazılmış dəmir çay qutusunun içərisində gizlədilmiş vəziyyətdə müvafiq olaraq 99,20 və 51,08 qram, 1 ədəd üzərində “Azerçay 20 çay paketi” yazılmış karton qutudakı çay paketlərindən birinin içərisində gizlədilmiş 8,08 qram olmaqla, ümumilikdə xeyli miqdar təşkil edən 192,62 qram qurudulmuş marixuana narkotik vasitəsi aşkar edilərək götürülmüşdür. Sübutların tədqiqi: 2.Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4.1-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, tutulmazdan əvvəl 6cı mikrorayon ərazisində yaşamış və köhnə tanışına görə Şirvan ərazisində 20 sutka X4muşdur. O, narkotik vasitə marixuananı özü də qəbul etmiş, “sutkalıq”dan çıxandan sonra gəlib ev axtara bilərlər deyə həmin yükləri Gəncəyə göndərmiş, lakin anasına mürəbbələri göndərdiyini demişdir. Narkotiki çay qutularında ona görə gizlətmişdir ki, anası mürəbbələri qablaşdırarkən onları tapa bilməsin. Bacısının qayınatası Gəncə şəhərində rəhmətə getdiyindən biletini ləğv edərək növbəti həftəyə uçuşa bilet almış və həmin ərəfədə çantada olan narkotikləri götürmək onun yadından çıxmışdır. Bundan sonra Bakı şəhərinə geri qayıdaraq bacısını yola salarkən çantadan narkotik çıxdığını demişlər. O, 15- 16 ildir oğlunun yaşadığı yerə getməmiş və Surquta narkotik yollamaq məqsədi olmamışdır. Narkotikin dəyəri ümumilikdə üç yüz manat olmamış, onun bileti və onlara yolladığı payın dəyəri ondan qat-qat artıq olmuşdur. O, hava limanından çıxıb maşın gözlədiyi vaxtda polis əməkdaşları yaxınlaşaraq çantasında bitki tərkibli nə isə olduğunu bildirdikdə çay qutularını götürməməsi yadına düşmüşdür. Narkotik vasitəni uzun müddət əvvəl pay kimi əldə etmiş və narkotik vasitə marixuananı Gəncədə götürüb istifadə etmək üçün qutulara düzmüşdür. Narkotik onun əlində tutula biləcəyindən Gəncə şəhərinə özü aparmamışdır. O, narkotikin təsiri altında olduğundan marixuananı evdə saxlamaq əvəzinə çantada saxlamışdır. O, son vaxtlar altı növ narkotik istifadə etmişdir. Narkotik alveri ilə məşğul olmaq onun xarakterinə zidd olmuşdur. Yelizaveta adlı şəxs oğlunun anası olmuş, həmin şəxs hava limanında işləmiş və narkotik istifadəçisi olmamışdır. On altı il bundan əvvəl həmin qadınla qeyri rəsmi yaşamışlar. Narkotik vasitənin göndərilməsi ilə bağlı onun həyat yoldaşı və ya başqa tanışı ilə hansısa yazışması olmamışdır. Fariz onun uşaqlıq dostu olmuşdur. İttiham aktında göstərilən miqdarda olan narkotik vasitə ona aid olmuş və ibtidai istintaq dövründəki ifadəsini bacısını müdafiə etmək üçün vermişdir. 3.Məhkəmə iclas zalında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi 17 yanvar 2025-ci il tarixli ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, bildirmişdir ki, anası Şahid9 ilə birlikdə ünvan 2 ünvanında yaşayır. Hazırda işsizdir, ara-sıra ticarətlə məşğul olmuşdur. Kaşkirova Yelizaveta və Vüsalə Həsənova adlı xanımlarla qeyri-rəsmi münasibətindən müvafiq olaraq 18 yaşlı Rafael Kaşkirov və 11 yaşlı Nurlan Həsənov adlı iki övladı var. Nurlan anası Vüsalə ilə birlikdə Gəncə şəhərində yaşayır və daun sindiromundan əziyyət çəkir. Rafael isə anası ilə birlikdə Rusiya Federasiyasının Xantımantisk şəhərində yaşayır. Əvvəllər məhkumluğu olub, 2018-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.1-ci maddəsi ilə təqsirli bilinərək 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, həmin müddətin 1 il 1 ayı üzrə şərti azadlığa buraxılmış və şərti azadlığa buraxılmağının müddətinin başa çatmasına təxminən 4 ay qalır, yəni 2025-ci ilin may ayında müddət başa çatacaqdı. O, narkotik vasitə istifadəçisidir, sonuncu dəfə təxminən 4-5 ay öncə narkotik vasitədən istifadə etmiş, həmin narkotik vasitəni tanımadığı adamlardan əldə edib istifadə etmişdir. Narkotik vasitə kimi marixunadan istifadə edir. Şərti azadlığa buraxılmağının müddəti başa çatdıqdan sonra o, işləmək üçün Xantımantisk şəhərinə getməyi planlaşdırmışdır. Bundan əlavə uzun illərdir ki, bacısı Tünzalənin səhətində problemlər var idi və bacısının xəstəliyinin düzgün diaqnozunun qoyulması mümkün olmamışdır. Həmçinin özü neçə vaxtdır övladına pay göndərmək istəmiş, bu barədə də Yelizavetaya demişdir. Yelizaveta ilə bu yaxınlarda olan söhbətlərindən birində ona “neçə vaxtdır pay göndərəcəm deyirsən, hanı?, niyə göndərmirsən bəs payı?’’ demişdir. Həm də telefon danışıqlarında Yelizavetaya bacısı Tünzalənin səhətindəki problemləri də demiş və Yelizavetadan bacısı Tünzalənin Xantımantisk şəhərindəki tanış həkimlər tərəfindən yoxlamasının nə dərəcədə mümkün olub-olmayacağını soruşmuşdur. Bunları dedikdən sonra Yelizaveta və onun anası Marina bacısı Tünzalənin xərclərini çəkəcəklərini ona bildirmişlər. O, həm bacısının səhətindəki problemlə əlaqədar onun yoxlanışdan keçməsi üçün, həm göndərmək istədiyi payı göndərmək üçün, həm də 4 ay sonra Xantımantiskə getdikdən sonra orada istifadə etmək üçün narkotik vasitəni oraya göndərmək məqsədilə qərara gəlmişdir ki, bacısının həmin şəhərə getməsini təmin etsin və göndərmək istədiyi əşyaları da bacısı ilə birlikdə yola salsın. X3 göndərmək üçün bilet pulunu dostu Farizin anası Rəna adlı xanımdan borc almışdır. xx.xx.2025-ci il tarixinə nəzərdə tutulan səfərdən təxminən 3-4 gün öncə o, övladına göndərmək istədiyi payları qoyduğu 1 ədəd çemodanı Gəncə şəhərinə göndərmişdir. Həmin vaxt o, Bakıda olmuş və dostu Farizin evində qalmışdır. Çemodanı və mürəbbələri yığdığı bir çantanı öncədən göndərmişdir ki, payların arasında şüşə qabın içərisində olan mürəbbələr yolda qırılmasın deyə anası ilə bacısı onları açıb plastik qaba yerləşdirsinlər. Daha sonra isə bacısı xx.xx.2025-ci il tarixdə Bakı şəhərinə gəldiyi zaman göndərmək istədiyi narkotik vasitəni çemodana yerləşdirməyi planlaşdırmışdır. Həmin çemodanı göndərərkən içində quru çay yarpaqları olan çayı qablaşdırmasında marketdən alıb çemodana qoymuş, lakin narkotik vastəni hələlik çay qabının içərisinə yerləşdirməmişdir. Bunu həm də ona görə etmişdir ki, mürəbbələri plastik qaba boşaldarkən anası ya da bacısı digər əşyalara baxa və narkotik vasitəni görə bilərdilər. xx.xx.2025-ci il tarixdə bacısının qaynatası dünyasını dəyişdiyinə görə plan dəyişmiş və yas mərasimi üçün o da təxminən xx.xx.2025-ci il tarixdə Gəncə şəhərinə getməli olmuşdur. Orada olarkən uzun müddət əvvəl tanımadığı şəxslərdən əldə edib saxladığı və sonradan gömrük nəzarəti zamanı kiçik ölçülü çantada aşkar edilən, çay qabındakı narkotik vasitəni və bir istifadəlik üçün nəzərdə tutulan çay paletindəki narkotik vasitəni həmin çantaya yerləşdirmişdir. Bir neçə gün sonra isə iri ölçülü çemodanda olan çay qutusunu açaraq içindəki çayın bir qismini boşaldıb, həmin qutunun içinə də qara rəngli sellofana bükdüyü narkotik vasitəni yerləşdirmiş və tərsinə çevirib çay qutusunun içərisinə qoymuşdur. Bu etdiklərindən isə heç kimin, o cümlədən bacısının xəbəri olmamışdır. Yas mərasimi bitdikdən sonra, yenidən Rəna xanımdan borc alıb xx.xx.2025-ci il tarixinə olan uçuşa bacısı Tünzalə üçün bilet almışdır. Daha doğrusu həmin biletlərin hər ikisini Rəna onun xahişinə əsasən onlayn qaydada almışdır. O, həmin biletlərin pulunu Rənaya borclu qalmışdır. xx.xx.2025-ci il tarixinə olan uçuşa aldığı bilet isə yas mərasiminə görə ziyana getmiş, bir istiqamətə Rəna xanımdan ümumilikdə iki dəfə üçün 1080 manat məbləğində borcu yaranmışdır. xx.xx.2025-ci il tarixdə, saat 13 radələrində bacısı ilə birlikdə taksi ilə Bakı şəhərinə, oradan da birbaşa hava limanına yollanmışlar. Qeydiyyatdan keçən zaman onlara bildirilmişdir ki, çemodan və çantanı bir-birinə bağlayıb 1 sayda baqaj halına gətirsinlər. Onlar da həmin zalda olan yapışqanlı lentlə çemodanları bir-birinə bağlatdırıb qeydiyyatı başa çatdırmış və bacısı ilə sağollaşıb Tünzaləni yola salmışdır. Bacısı gözləmə zalına getdikdən sonra o, hava limanını tərk etmək istədiyi zaman iki nəfər gömrük orqanı əməkdaşı ona yaxınlaşmış və bacısına aid çantada narkotik vasitəyə bənzər predmet aşkar edildiyini, bacısının dediyi sözlərə görə həmin yükləri onun Tünzaləyə verdiyinə görə onu da aparılan ilkin araşdırmada iştirak etməyi üçün dəvət etmişlər. Bacısı Şahid1 müşayət etdiyi çanta və çemodandan aşkar edilmiş narkotik vasitə marixuana ona məxsusdur, onları uzun müddət əvvəl əldə edib saxlamış, onları tanımadığı şəxslərdən əldə etmiş, bacısı Rusiyaya gedən zaman onları bacısından xəbərsiz olaraq çay qablarının içərisində gizlətmişdir. Həmin narkotik vasitə marixuananı Rusiyada heç kim qəbul etməyəcəkdi. Həmin çay qutuları digər məhsullarla birlikdə oğlu Rəfaelə və ya onun anasına çatdıqdan sonra o, həmin şəxslərə həmin çay qutularını bir kənara qoymalarını, onları özü Rusiyaya gedənə qədər açmamalarını tapşıracaqdı. Rusiyaya getdikdən sonra özü onları götürüb istifadə edəcəkdi. Hazırda pay göndərdiyi üçün həmin narkotiki də gizlədib göndərməyi qərara almışdır. Özü təxminən 4-5 il olar ki, narkotik vasitə istifadə etmişdir. O, həmin pay göndərdiyi malları çəkmək üçün elektron tərəzi də almış və onları həmin tərəzidə çəkmişdir. Bunu etməkdə məqsədi ümumi baqajın çəkisini bilmək olmuşdur. Sonradan o, həmin tərəzini haraya qoyduğunu xatırlamır. Rəna xanımın anası onların Gəncə şəhərində yaşadığı ünvanda uzun illərdir qonşularıdır, Farizi uşaqlıqdan tanıyır, qonşuluq münasibətlərinə görə də yaxınlıqları olmuşdur. O, Rənadan aldığı borcu Xantımantisk şəhərinə getdikdən sonra işləyib qaytaracaqdı. Farizin əlaqə nömrəsi ***-***-**-**, anası Rəna xanımın isə əlaqə nömrəsi ***-***-**-**-dir. Rəna xanım qadın həkimi olmuş, Göygöl rayonunda və Bakı şəhərində həkim işləmişdir. Rəna xanım yaxud oğlu Farizin bu məsələlərlə hər hansı bir əlaqəsi olmamışdır. Bacısı Şahid1 ilə Rəna xanımın mütəmadi münasibətləri olmasa da bir-birilərini tanımışlar. Yelizaveta Xantımantisk şəhərində olan hava limanında dispeçer vəzifəsində işləmiş, hazırda analıq məzuniyyətində olmuş, ancaq evlilik həyatı olmamış, yəqin ki, kimləsə münasibətdən uşağı dünyaya gəlmişdir. Eyni zamanda o, Yelizaveta ilə illər öncə ayrılsa da əlaqələri qırılmamış, həm övladına görə, həm də dost kimi tez-tez danışmışlar. Hətta o, həbsdə olduğu zaman Yelizaveta ona dəfələrlə pay göndərib, maddi yardımlar etmişdir (İ cild, səh. 174-177). 4.Məhkəmə iclas zalında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi 04 mart 2025-ci il tarixli ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, bildirmişdir ki, Şahid11 və Şahid10 yaşadığı ünvanda aparılmış axtarış zamanı aşkar edilmiş yaşıl rəngli plastik su qabında o, Şahid11gildə olan zaman narkotik vasitə marixuana istifadə etmiş, həmin narkotikləri tanımadığı şəxslərdən əldə edib istifadə etmiş. Digər predmetlərin isə kimə məxsus olması barədə xəbəri olmamışdır. xx.xx.2025-ci il tarixdə, saat 03 radələrində “Rahat” Marketə getməyini, oradan mallar almağını, bundan sonra hansı ünvana getdiyini hazırda xatırlamır. Farizin 14-16 yanvar 2025-ci il tarixlərdə “WhatsApp” tətbiqi üzərindən ona hansı mesajlar yazdığını dəqiq xatırlamır. Lakin onu deyə bilər ki, Farizin hazırkı cinayət faktı ilə heç bir əlaqəsi yoxdur. O və Şahid10 2024-cü ilin noyabr ayında Şirvan şəhər məhkəməsinin qərarı ilə narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada 20 gün həbs cəzasına məhkum edilmişlər. Həmin vaxt onun üzərindən marixuana aşkar edilmişdir. O, həmin narkotiki ondan bir qədər əvvəl tanımadığı şəxsdən özünün istifadəsi üçün əldə etmiş, Farizdən isə aşkar edilmiş narkotiki onun haradan, kimdən, nə vaxt əldə etməsi barədə məlumatı yoxdur. Sözügedən faktla əlaqədar olaraq onu xx.xx.2024-cü il tarixdə Respublika Narkoloji Mərkəzində (F19x2) diaqnozu ilə dispanser qeydiyyatına almışlar (İİ cild, səh. 194-196). 5.Məhkəmə iclas zalında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi 25 iyun 2025-ci il tarixli ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, bildirmişdir ki, narkotik vasitəni Rusiya Federasiyasına göndərmək niyyətində olmamış, qeyd edilən narkotik vasitəni istifadə etmək məqsədilə əldə edib özündə saxlamış, bacısı Şahid1 Rusiya Federasiyasına gedən zaman o, narkotik vasitənin qəbulu ilə əlaqədar onun təsiri altında olmuş və özü də bilmədən həmin narkotik vasitəni çay qutularının içərisinə yerləşdirmişdir. Hazırda tutduğu əməldən peşmandır. O, narkotik vasitənin təsiri altında olmuş, həmin narkotiki çay qutularında gizlətməyi və Rusiyaya göndərməyi qəsdən etməmişdir (İİİ cild, səh. 39-40). 6.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, başında ağrıları olduğundan müalicə məqsədi ilə Rusiyaya getmiş, həmin vaxt Səbuhi ona Rusiyaya yoldaşının yanına getməsini təklif etmiş, orada tanış həkimlər olduğunu və onu müalicə edəcəklərini bildirmişdir. O, qardaşının təklifi ilə razılaşmış və yüklərinin içinə getdiyi yerdə olanlar üçün bəzi əşyalar, mürəbbə kimi şeylər almışdır. Sonra Rəna xanım biletinin şəkilini göndərərək çıxmasını demiş, o, Bakıda heç kimin evində qalmamış və evindən yükləri götürüb birbaşa avtovağzaldan Bakı şəhərinə hava limanına yola düşmüşdür. Hava limanında bütün prosedurlardan keçəndən sonra təyyarəyə minməmiş əməliyyatçılar onu saxlayaraq çantasını yoxlayacaqlarını demişlər və bundan sonra çantasında olan çayın içindən maddə aşkar edilmişdir. O, qardaşının çağırılmasını dedikdə narahat olmamasını və artıq qardaşının saxlanıldığını bildirmişlər. Marixuananın olduğu çay qutularının ona aidiyyəti olmamış və həmin yükləri anasıgildən götürmüşdür. Ümumiyyətlə çay qutularını oraya kimin qoyduğunu da bilməmiş, həmin yüklər qardaşına aid yüklər olmuş və qardaşıgil həmin yükləri sovqat kimi göndərmişlər. O, göndərilən həmin yüklərin içində nə olduğunu bilməmiş, çantaları qardaşının yoldaşı və uşağına aparmışdır. Aşkar edilənlərin yüklərə nə vaxt yerləşdirildiyindən məlumatsız olmuşdur. Səbuhi yükləri konkret olaraq kiməsə verməsi və görüşməsi barədə ona heç bir məlumat verməmişdir. Aşkar edilənlər səhvən yüklərin içinə qoyulmuşdur. O, hava limanına qardaşı ilə birlikdə getmiş və qardaşı ona heç bir xəbərdarlıq etməmişdir. O, qardaşının narkotik vasitələrin istifadəçisi olduğunu bilməmişdir. 7.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2025-ci ilin yanvar ayında Bakı-Surqut aviareysi ilə uçan bir nəfər xanım sərnişin nəzarətlərinə götürülmüşdür. Baqajına baxış keçirilməsi ilə bağlı kinoloji xidmət itinin tətbiqi zamanı it tərəfindən reaksiya olduğuna görə həmin baqaj yoxlanılmış və yoxlanma zamanı marixuana aşkar edilmişdir. Əməliyyat tədbirində neçə nəfərin iştirak etdiyi dəqiq yadında qalmamışdır. Yüklərə baxış hava limanında terminalda şübhə doğuran uçan sərnişinlərin yüklərinə baxış üçün nəzərdə tutulmuş xüsusi yerdə keçirilmişdir. Aşkar edilmiş maddələr çay qutularının içində olmuşdur. Sərnişin aşkar edilənlərin qardaşına aid olduğunu bildirmiş və bundan sonra hava limanı ərazisində olduğu üçün dərhal qardaşı da aşkar edilmişdir. İlkin baxış hava limanı ərazisində keçirilmiş və əməliyyat məlumatı qadın barəsində daxil olduğundan yüklərinə baxış qadın əməkdaş tərəfindən həyata keçirilmişdir. Yüklərə baxış Azərbaycan Respublikası ərazisində keçirilmişdir. Şahid3 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 8.Məhkəmə iclasında Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, daxil olmuş məlumat əsasında 15 yanvar 2025-ci il tarixdə UT824 saylı Bakı-Surqut avia marşurtu üzrə hərəkət edən Azərbaycan Respublikası vətəndaşı Şahid1 məxsus baqaj yükünə hava limanın bunkerində keçirilən yoxlamada “Roy” ləqəbli xidməti itin tətbiqi zamanı xidməti it yükə reaksiya verdiyindən yükün sahibi Şahid1 bunkerə dəvət olunmuş və yüklərin yoxlanılması otağında həmin baqaj yükünə baxış keçirilmişdir. Baxış zamanı Şahid1 məxsus 1 ədəd baqajın zədələnməməsi üçün ağ rəngli sellofana bükülmüş baqaj yükünün üzərindən sellofan paket sökülmüş, sellofan paket söküldükdən sonra 1 ədəd üzərində “NASA U.S" yazısı olan göy rəngli çemodan və onun üzərində qoyularaq birlikdə bağlanmış boz rəngli üzərində “BERSİN” yazılmış idman çantası olduğu məlum olmuş, üzərində “NASA U.S” yazısı olan göy rəngli çemodana baxış zamanı müxtəlif sellofan paketlərə bükülmüş əşyalar aşkar edilmiş, üzərində “Azerçay” yazılmış dəmir çay qutusuna baxış zamanı malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə qablaşdırılmış, gümüşü rəngli kağıza bükülmüş çay qutudan çıxarılmış və gümüşü kağızın alt hissəsinin qismən açıq olduğu və sonradan yapışdırıldığı müəyyən olunmuşdur. Bu zaman həmin gümüşü rəngli çay paketi açılmış və quru çay yarpaqlarının arasından kəskin iyə malik, qara rəngli sellofana bükülmüş kütlə aşkar edilmişdir. Həmin büküm tərəzidə çəkilmiş və təqribi çəkisinin 52 qram olduğu məlum olmuşdur. Daha sonra boz rəngli üzərində “BERSİN” yazılmış idman çantasına baxış keçirilmiş və çantanın içərisindən eyni üsulla qablaşdırılmış, üzərində “Azerçay” yazılmış dəmir çay qutusunda olan gümüşü rəngli kağıza bükülmüş çay qutudan çıxarılmış və gümüşü kağızın alt hissəsinin qismən açıq olduğu və sonradan yapışdırıldığı müəyyən olunmuşdur. Bu zaman həmin gümüşü rəngli çay paketi açılmış və quru çay yarpaqlarının arasından kəskin iyə malik qara rəngli sellofana bükülmüş 2 kütlə aşkar edilmişdir. Həmin bükümlər tərəzidə çəkilmiş və təqribi çəkilərinin müvafiq olaraq 101 qram və 52 qram olduqları məlum olmuşdur. İdman çantasına baxış davam etdirilmiş və üzərində “Azerçay 20 çay paketi” sözləri yazılmış karton qutunun içərisindən çay paketlərinin arasından digər paketlərdən fəqlənən 1 ədəd kəskin iyə malik paket aşkar edilərək tərəzidə çəkilmiş və təqribi çəkisinin 13 qram olduğu məlum olmuşdur. Aşkar edilmiş predmetlər birlikdə tərəzidə çəkilmiş və təqribi çəkilərinin ümumilikdə 219 qram olduğu məlum olmuşdur. Daha sonra baxış davam etdirilmiş, lakin əlavə olaraq iş üçün əhəmiyyətli hər hansı bir predmet aşkar edilməmişdir (İİ cild, səh. 62- 64). 9.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, daxil olmuş əməliyyat məlumatı əsasında şəxsi saxlamışlar və bunkerə dəvət edib üzərində olan yüklərə baxış keçirmişlər. Baxış keçirilən zaman yüklərin içindən narkotik vasitə aşkar edilmişdir. Əməliyyat tədbirində onlar tərəfindən üç nəfər iştirak etmişdir. Kinoloji itlər hər bir halda tətbiq edilmiş və itlərin tətbiqindən sonra yüklərə bunkerdə baxış keçirilmişdir. Yüklərə baxış keçirilən zaman artıq sərnişinin sənədinə sərhədi keçməsi ilə bağlı möhür vurulmuşdur. Narkotik vasitələr çay qutularının içindən aşkar edilmiş, qadın aşkar edilənlərdən hansısa məlumatının olmadığını və qardaşına aid olduğunu bildirmiş, bundan sonra isə qardaşı dəvət edilmişdir. Saxlanılan şəxsin qardaşını hadisə günü müəyyən etmişlər və həmin vaxt çöldə gözləmişdir. Saxladıqları şəxs qardaşı ilə danışmaq istədiyini bildirmiş və bunun əsasında onlar təqsirləndirilən şəxsi müəyyən etmişlər. 10.Məhkəmə iclasında Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir (İİ cild, səh. 75-77). 11.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, əməliyyat müvəkkili yükə baxılması ilə bağlı məlumat vermiş və onlar tərəfindən baxış keçirilən zaman xidməti it reaksiya vermişdir. Hadisə 15 yanvar tarixində baş vermiş, baxış keçirilən yük Bakı-Surqut reysi olmuş, tiryək və ya marixuana aşkar edilmişdir. Tədbirdə kimlərin iştirak etdiyi dəqiq yadında qalmamışdır. Əməliyyat barədə əvvəldən məlumatları olmamış və onlar əməliyyat müvəkkili məlumat verəndən sonra iştirak etmişlər. Təqsirləndirilən şəxs baxış keçirilməsində iştirak etməmişdir. 12.Məhkəmə iclasında Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir (İİ cild, səh. 59-61). 13.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, səhv etmirsə vətəndaş Surqut reysi ilə gedən sərnişin olmuş və o, rəsmiləşdirmə şöbəsində olarkən əməliyyatçılar onu yükə baxış keçirilməsi ilə bağlı çağırmışlar. Sərnişin qadın olduğu üçün üzərinə baxış keçirmiş və üzərindən heç bir şey aşkar edilməmişdir. Yüklərə baxış keçirilən zaman isə çay qutularının içərisindən marixuana aşkar edilmişdir. Şəxs aşkar edilənlərin özünə aid olmadığını, qardaşının dünən evinə qonaq gəldiyini və qardaşı tərəfindən yerləşdirildiyini bildirmişdir. Baqaja baxış bunkerdə həyata keçirilmiş və baxış keçirilən ərazi ölkə ərazisi hesab edilmişdir. Təqsirləndirilən şəxsin bacısı əvvəldə çox əsəbi olmuş və ona şər atıldığını demiş, bundan sonra yüklərə baxış keçirilən zaman narkotik aşkar edildikdə qardaşına aid olduğunu bildirmişdir. 14.Məhkəmə iclasında Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, 15 yanvar 2025-ci il tarixdə UT824 saylı Bakı-Surqut avia marşurtu üzrə hərəkət edən Azərbaycan Respublikası vətəndaşı Şahid1 məxsus baqaj yükünə hava limanın bunkerində keçirilən yoxlamada “Roy” ləqəbli xidməti itin tətbiqi zamanı xidməti it yükə reaksiya verdiyindən yükün sahibi Şahid1 bunkerə dəvət olunmuş və yüklərin yoxlanılması otağında həmin baqaj yükünə baxış keçirilmişdir. Baxış zamanı Şahid1 məxsus 1 ədəd baqajın zədələnməməsi üçün ağ rəngli sellofana bükülmüş baqaj yükünün üzərindən sellofan paket sökülmüş, sellofan paket söküldükdən sonra 1 ədəd üzərində “NASA U.S” yazısı olan göy rəngli çemodan və onun üzərində qoyularaq birlikdə bağlanmış boz rəngli üzərində “BERSİN” yazılmış idman çantası olduğu məlum olmuşdur. Üzərində “NASA U.S” yazısı olan göy rəngli çemodana baxış zamanı müxtəlif sellofan paketlərə bükülmüş əşyalar aşkar edilmiş, üzərində “Azerçay” yazılmış dəmir çay qutusuna baxış zamanı malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə qablaşdırılmış, gümüşü rəngli kağıza bükülmüş çay qutudan çıxarılmış və gümüşü kağızın alt hissəsinin qismən açıq olduğu və sonradan yapışdırıldığı müəyyən olunmuş, bu zaman həmin gümüşü rəngli çay paketi açılmış və quru çay yarpaqlarının arasından kəskin iyə malik, qara rəngli sellofana bükülmüş kütlə aşkar edilmişdir. Həmin büküm tərəzidə çəkilmiş və təqribi çəkisinin 52 qram olduğu məlum olmuşdur. Daha sonra boz rəngli üzərində “BERSİN” yazılmış idman çantasına baxış keçirilmiş və çantanın içərisindən əvvəlki üsulla qablaşdırılmış, üzərində “Azerçay” yazılmış dəmir çay qutusunda olan gümüşü rəngli kağıza bükülmüş çay qutudan çıxarılmış və gümüşü kağızın alt hissəsinin qismən açıq olduğu və sonradan yapıdırıldığı müəyyən olunmuşdur. Bu zaman həmin gümüşü rəngli çay paketi açılmış və quru çay yarpaqlarının arasından kəskin iyə malik qara rəngli sellofana bükülmüş 2 kütlə aşkar edilmişdir. Həmin bükümlər tərəzidə çəkilmiş və təqribi çəkilərinin müvafiq olaraq 101 qram və 52 qram olduqları məlum olmuşdur. İdman çantasına baxış davam etdirilmiş və üzərində “Azerçay 20 çay paketi” sözləri yazılmış karton qutunun içərisindən çay paketlərinin arasından digər paketlərdən fəqlənən 1 ədəd kəskin iyə malik paket aşkar edilərək tərəzidə çəkilmiş və təqribi çəkisinin 13 qram olduğu məlum olmuşdur. Aşkar edilmiş predmetlər birlikdə tərəzidə çəkilmiş və təqribi çəkilərinin ümumilikdə 219 qram olduğu məlum olmuşdur. Daha sonra baxış davam etdirilmiş, lakin əlavə olaraq iş üçün əhəmiyyətli hər hansı bir predmet aşkar edilməmişdir. Yaranmış zərurətlə əlaqədar olaraq Şahid1 üzərində şəxsi yoxlama aparmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Aparılmış yoxlamalarla bağlı yekunda müvafiq protokollar tərtib edilərək iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir (İİ cild, səh. 68- 70). 15.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, gömrük əməkdaşları baxış keçirilməsi ilə bağlı iştirak etmək üçün onu çağırmışlar. Bunkerdə çantaya baxış keçirilmiş və həmin vaxt it çantaya reaksiya vermişdir. Çantanı cırıb açmışlar və dəmir çay qutularının içərisindən narkotik vasitə aşkar edilmişdir. Baxış keçirilən ərazi hava limanında olan baqajdakı bunker ərazisi olmuşdur. 16.Məhkəmə iclasında Şahid8 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə axşam saatlarında X10 Hava Limanında işdə olmuş, bir nəfər gömrük orqanı əməkdaşı ona yaxınlaşmış və onun keçirilən baxışda hal-şahidi kimi iştirak etməyini xahiş etmiş, o, razılıq verdikdən sonra həmin gömrük əməkdaşı ilə birlikdə baxış keçiriləcək yerə getmiş, şəxsiyyəti və işin halları barədə ona məlumat verildikdən sonra UT824 saylı Bakı-Surqut aviareysi ilə gedən Azərbaycan Respublikası vətəndaşı Şahid1 məxsus 1 ədəd baqajın zədələnməməsi üçün ağ rəngli sellofana bükülmüş baqaj yükünün üzərindən sellofan paket sökülmüş, sellofan paket söküldükdən sonra 1 ədəd üzərində “NASA U.S” yazısı olan göy rəngli çemodan və onun üzərində qoyularaq birlikdə bağlanmış boz rəngli üzərində “BERSİN” yazılmış idman çantası olduğu məlum olmuşdur. Üzərində “NASA U.S” yazısı olan göy rəngli çemodana baxış zamanı müxtəlif sellofan paketlərə bükülmüş əşyalar aşkar edilmişdir. Üzərində “Azerçay” yazılmış dəmir çay qutusuna baxış zamanı malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə qablaşdırılmış, gümüşü rəngli kağıza bükülmüş çay qutudan çıxarılmış və gümüşü kağızın alt hissəsinin qismən açıq olduğu və sonradan yapışdırıldığı müəyyən olunmuşdur. Bu zaman həmin gümüşü rəngli çay paketi açılmış və quru çay yarpaqlarının arasından kəskin iyə malik, qara rəngli sellofana bükülmüş kütlə aşkar edilmişdir. Həmin büküm tərəzidə çəkilmiş və təqribi çəkisinin 52 qram olduğu məlum olmuşdur. Daha sonra boz rəngli üzərində “BERSİN” yazılmış idman çantasına baxış keçirilmiş və çantanın içərisindən əvvəlki üsulla qablaşdırılmış, üzərində “Azerçay” yazılmış dəmir çay qutusunda olan gümüşü rəngli kağıza bükülmüş çay qutudan çıxarılmış və gümüşü kağızın alt hissəsinin qismən açıq olduğu və sonradan yapışdırıldığı müəyyən olunmuşdur. Bu zaman həmin gümüşü rəngli çay paketi açılmış və quru çay yarpaqlarının arasından kəskin iyə malik qara rəngli sellofana bükülmüş 2 kütlə aşkar edilmişdir. Həmin bükümlər tərəzidə çəkilmiş və təqribi çəkilərinin müvafiq olaraq 101 qram və 52 qram olduqları məlum olmuşdur. İdman çantasına baxış davam etdirilmiş və üzərində “Azerçay 20 çay paketi” sözləri yazılmış karton qutunun içərisindən çay paketlərinin arasından digər paketlərdən fəqlənən 1 ədəd kəskin iyə malik paket aşkar edilərək tərəzidə çəkilmiş və təqribi çəkisinin 13 qram olduğu məlum olmuşdur. Aşkar edilmiş predmetlər birlikdə tərəzidə çəkilmiş və təqribi çəkilərinin ümumilikdə 219 qram olduğu məlum olmuşdur. Daha sonra baxış davam etdirilmiş, lakin əlavə olaraq iş üçün əhəmiyyətli hər hansı bir predmet aşkar edilməmişdir. Yaranmış zərurətlə əlaqədar olaraq Şahid1 üzərində şəxsi yoxlama aparılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir (İİ cild, səh. 79-81). 17.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, Səbuhi Rusiyada olan oğluna mürəbbə alıb göndərmiş və o, həmin mürəbbələri plastmas qablara yerləşdirib çantalara qoymuşdur. O, çay qablarını görməmiş və həmin qabları çantaya Səbuhi özü yığmışdır. Səbuhi yük olan çantaları özü gətirməmiş, həmin yükləri kimsə göndərmiş və neçə gün əvvəldən göndərildiyi onun yadında qalmamışdır. Səbuhi yüklərin içində nə olması ilə bağlı ona heç bir söz deməmiş və hansısa haldan şübhələnməmişdir. Səbuhi onun yanında narkotik istifadə etməmişdir. 18.Məhkəmə iclasında Şahid9 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, ünvan 4 ünvanda yaşamış, ailəli olmaqla iki qızı və bir oğlu olmuş, oğlu Təqsirləndirilən şəxs onunla birlikdə yaşamış, lakin hərdən bir Bakı şəhərinə gəlib-getmişdir. Səbuhi əvvəllər Rusiya Federasiyasına gedib-gəlmiş, orada dəmir alıb-satmışdır. Orada işlədiyi müddətdə Yelizaveta adlı bir qızla tanış olmuş və ondan Rafael adlı bir övladı da olmuşdur. Səbuhi təxminən 2015-ci ildə onları da götürüb Gəncə şəhərinə gəlmiş, burada da onun yanında bir il yaşamışlar. Həmin vaxtlar Səbuhi Vüsalə adlı bir qadınla münasibət saxlamağa başlamış, bundan xəbəri olan Yelizaveta uşağını da götürüb Rusiya Federasiyasına qayıtmış, lakin bu günə qədər onunla əlaqələri olmuşdur. 2018-ci ildə Səbuhi saxta puldan istifadə etdiyi üçün azadlıqdan məhrum edilmiş, təxminən 5 ildən artıq müddət 12 saylı cəzaçəkmə müəssisəsində cəzasını çəkdikdən sonra məhkəmənin qərarı ilə şərti olaraq azadlığa buraxılmışdır. Səbuhi azadlığa çıxdıqdan sonra heç bir yerdə işləməmiş, evin maddi ehtiyacını o, aldığı təqaüdlə və dayəlik etməklə qarşılamışdır. Səbuhiyə də pulu o, vermişdir. Səbuhi Bakı şəhərinə gəldikdə vaxtı ilə Gəncə şəhərində qonşuları olan və sonradan Bakı şəhərinə köçüb burada yaşayan Şahid11 və onun oğlu Şahid10 yaşadığı evdə qalmışdır. Səbuhi ilə Fariz uşaqlıqdan dostluq etmişlər. Səbuhinin Bakı şəhərinə hansı səbəbdən gəlib-getdiyini bilməmişdir, o, Səbuhidən bu barədə soruşduqda Səbuhi ona işsiz olduğu üçün evdə sıxıldığını, ona görə Bakı şəhərinə gedib-gəldiyini demişdir. Səbuhi 2024-cü ilin yay aylarından Rusiya Federasiyasının Xantımantisk şəhərində yaşayan Yelizaveta və Rafaelə sovqat göndərmək niyyətində olduğunu demişdir. 2025-ci ilin yanvar ayının əvvəlində Səbuhi həmin sovqatı qızı Şahid1 ilə göndərmək istədiyini bildirmişdir. Tünzalənin başında xərçəng xəstəliyinin ocaqları aşkar edildiyindən Səbuhi Tünzaləni müayinə olunması üçün Rusiya Federasiyasının Xantımantisk şəhərinə göndərmək istədiyini bildirmişdir. Səbuhinin deməsinə görə Tünzalənin yol xərclərini onun özü, müayinə xərclərini isə Yelizaveta qarşılayacaqdı. X11 üçün 2025-ci ilin yanvar aynın 8-nə aviabilet almışdır. Həmin vaxt Səbuhinin özü Bakı şəhərində olmuşdur. Bu barədə ona zəng edərək xəbər vermişdir. Həmin danışıq zamanı Səbuhi Yelizavetagilə göndərəcəyi sovqatı Tünzalə qeyd edilən tarixdə Bakı şəhərinə gələn zaman sonuncuya vermək istədiyini bildirdikdə o, buna razı olmamış, Səbuhiyə həmin sovqatı əvvəlcə ona göndərməsini, oraya özünün də əlavə məhsullar qoymaq istədiyini, eləcə də şüşə bankalarda olan mürəbbələri plastmas qablara yığacağını bildirmişdir. Bundan sonra Səbuhi həmin sovqatları təxminən yanvar ayının 5- 6-da göy rəngli çemodanda və qırmızı sellofan paketdə taksi ilə göndərmiş, qırmızı sellofan paketin içərisində mürəbbələr, göy rəngli çemodanın içərisində isə kişmiş, xurma, çərəzlər və sair məhsullar göndərmişdir. O, həmin mallara əlavə olaraq kəklik otu, zəfəran, quru yarpız və sair məhsullar qoymuş, eyni zamanda mürəbbələri şüşə bankalardan plastmas qablara boşaltmışdır. Bundan sonra həmin məhsulları Səbuhinin göndərdiyi göy rəngli çemodana və evdə olan boz rəngli çantaya qoymuşdur. Onun həmin çemodan və çantaya qoyduğu məhsulların arasında quru çay olmamışdır. Yanvar ayının 7-də gecə saatlarında qızı Tünzalənin qayınatası rəhmətə getmiş, bu səbəbdən də Tünzalə ayın 8-i Rusiya Federasiyasına getməmişdir. Yanvar ayının 9-da Səbuhi həmin yas mərasimində iştirak etmək üçün Bakıdan Gəncəyə gəlmişdir. Həmin vaxt o, evdə olmuş, Səbuhi evə girəndə sonuncunun əlində heç nə olmamışdır. Bir qədər sonra onlar birlikdə yas yerinə getmişlər. Yas yerində olanda Səbuhi Tünzalənin biletini ayın 8-dən 15-nə dəyişdirdiyini bildirmişdir. Səbuhi təxminən saat 12dən 21 radələrinə qədər yas yerində olmuş, sonra evə getmiş, özü isə Səbuhidən 2-3 saat sonra evə getmişdir. Həmin vaxt Səbuhi evdə olmuş, növbəti günlərdə də Səbuhi Gəncə şəhərində evlərində qalmışdır. Hərdən bir evdən çıxıb bir neçə saatlığına harasa gedibgəlmişdir. Yanvar ayının 15-də Səbuhi və Tünzalə Bakı şəhərinə gəlmək üçün taksi ilə yola düşmüşlər. Axşam saat 21 radələrində Səbuhiyə zəng edən zaman Səbuhi ona hava limanında olduğunu, Tünzaləni yola saldığını, özünün isə geri qayıtdığını bildirmişdir. Bundan bir neçə saat sonra Səbuhiyə zəng etsə də sonuncuya zəng çatmadığını görüb Rənaya zəng etmiş və Rənadan Səbuhinin onlarda olub-olmadığını maraqlanmışdır. Lakin Rəna ona Səbuhinin onlarda olmadığını bildirmişdir. Səbuhinin ona göndərdiyi malların arasında Azərçay qutuları olmamışdır. O, həmin çayların olduğunu xatırlamır. Hesab edir ki, həmin qutuları, eləcə də narkotik vasitəni Səbuhi sonradan yəni o, həmin çemodan və çantanı yığıb evə qoyduqdan sonra həmin çemodan və çantaya yerləşdirmişdir. Özü həmin məhsulları Tünzalə ilə yox, təkcə qablaşdırmışdır. Səbuhi bəlkə də həmin vaxt quru çay göndərmişdir, lakin o, həmin vaxt onların arasında quru çay olmasını hazırda dəqiq xatırlamır. Səbuhinin həmin narkotik vasitəni nə vaxt, kimdən, hansı şəraitdə əldə etməsini, eləcə də sözügedən çay qutularına nə vaxt və hansı şəraitdə yerləşdirdiyini bilməmişdir. Bakıdan Gəncəyə gələn zaman Səbuhinin əlində heç bir bağlama görməmişdir. Ola bilər ki, Səbuhi həmin malları evə daxil olmamışdan qabaq haradasa gizlətmişdir ki, o, həmin çayları açıb baxanda həmin narkotikləri görə bilər. Səbuhinin deməsinə görə Tünzalənin biletlərini Səbuhi almışdır. Farizlə Səbuhi uşaqlıq dostu olmuşlar. Rəna isə onların Gəncə şəhərində qonşuları olmuşdur. Tünzalə və Səbuhinin həmin şəxslərlə başqa münasibətlərinin olması, eləcə də Tünzalənin aviabiletini hansı səbəbdən Şahid11 alması barədə məlumatı olmamışdır. Şahid11 və Şahid10 yaşadığı ünvanda aparılmış axtarış zamanı aşkar edilmiş ağız hissəsi falqa ilə sarınmış, aşağı hissəsindən kiçik ölçülü deşik açılmış və qapağında da 1 ədəd deşik açılmış 1 ədəd yaşıl rəngli plastik su qabı, istifadə edilmiş halda 2 ədəd şpiris ucluğu (iqla), 1 ədəd yuxarı hissəsi yanmış vəziyyətdə alışqan və “Ketilept 200 mg” adlı dərmana aid 1 konvolyutda 4 həbin kimə məxsus olması, hansı məqsədlərlə istifadə edilməsi barədə heç bir məlumatı olmamışdır (İİ cild, səh. 11-15). 19.Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, daxil olmuş məlumat əsasında 15 yanvar 2025-ci il tarixdə UT824 saylı Bakı-Surqut avia marşurtu üzrə hərəkət edən Azərbaycan Respublikası vətəndaşı Şahid1 məxsus baqaj yükünə hava limanın bunkerində keçirilən yoxlamada “Roy” ləqəbli xidməti itin tətbiqi zamanı xidməti it yükə reaksiya verdiyindən yükün sahibi Şahid1 bunkerə dəvət olunmuş və yüklərin yoxlanılması otağında həmin baqaj yükünə baxış keçirilmişdir. Baxış zamanı Şahid1 məxsus 1 ədəd baqajın zədələnməməsi üçün ağ rəngli sellofana bükülmüş baqaj yükünün üzərindən sellofan paket sökülmüş, sellofan paket söküldükdən sonra 1 ədəd üzərində “NASA U.S" yazısı olan göy rəngli çemodan və onun üzərində qoyularaq birlikdə bağlanmış boz rəngli üzərində “BERSİN” yazılmış idman çantası olduğu məlum olmuş, üzərində “NASA U.S” yazısı olan göy rəngli çemodana baxış zamanı müxtəlif sellofan paketlərə bükülmüş əşyalar aşkar edilmiş, üzərində “Azerçay” yazılmış dəmir çay qutusuna baxış zamanı malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə qablaşdırılmış, gümüşü rəngli kağıza bükülmüş çay qutudan çıxarılmış və gümüşü kağızın alt hissəsinin qismən açıq olduğu və sonradan yapışdırıldığı müəyyən olunmuşdur. Bu zaman həmin gümüşü rəngli çay paketi açılmış və quru çay yarpaqlarının arasından kəskin iyə malik, qara rəngli sellofana bükülmüş kütlə aşkar edilmişdir. Həmin büküm tərəzidə çəkilmiş və təqribi çəkisinin 52 qram olduğu məlum olmuşdur. Daha sonra boz rəngli üzərində “BERSİN” yazılmış idman çantasına baxış keçirilmiş və çantanın içərisindən eyni üsulla qablaşdırılmış, üzərində “Azerçay” yazılmış dəmir çay qutusunda olan gümüşü rəngli kağıza bükülmüş çay qutudan çıxarılmış və gümüşü kağızın alt hissəsinin qismən açıq olduğu və sonradan yapışdırıldığı müəyyən olunmuşdur. Bu zaman həmin gümüşü rəngli çay paketi açılmış və quru çay yarpaqlarının arasından kəskin iyə malik qara rəngli sellofana bükülmüş 2 kütlə aşkar edilmişdir. Həmin bükümlər tərəzidə çəkilmiş və təqribi çəkilərinin müvafiq olaraq 101 qram və 52 qram olduqları məlum olmuşdur. İdman çantasına baxış davam etdirilmiş və üzərində “Azerçay 20 çay paketi” sözləri yazılmış karton qutunun içərisindən çay paketlərinin arasından digər paketlərdən fəqlənən 1 ədəd kəskin iyə malik paket aşkar edilərək tərəzidə çəkilmiş və təqribi çəkisinin 13 qram olduğu məlum olmuşdur. Aşkar edilmiş predmetlər birlikdə tərəzidə çəkilmiş və təqribi çəkilərinin ümumilikdə 219 qram olduğu məlum olmuşdur. Daha sonra baxış davam etdirilmiş, lakin əlavə olaraq iş üçün əhəmiyyətli hər hansı bir predmet aşkar edilməmişdir. İlkin şifahi sorğu-sual zamanı Şahid1 həmin narkotik vasitələrdən xəbərsiz olduğunu, müşayət etdiyi həmin baqajın qardaşı Təqsirləndirilən şəxs məxsus olduğunu bildirdiyindən Şahid1m Hava Limanında yola salan Təqsirləndirilən şəxs saxlanılaraq Hava Nəqliyyatında Baş Gömrük idarəsinin inzibati binasına gətirilmişdir (İİ cild, səh. 65-67). 20.Məhkəmə iclasında Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə axşam saatlarında X10 Hava Limanında işdə olmuş, bir nəfər gömrük orqanı əməkdaşı ona yaxınlaşmış və onun keçirilən baxışda hal-şahidi kimi iştirak etməyini xahiş etmiş, o, razılıq verdikdən sonra həmin gömrük əməkdaşı ilə birlikdə baxış keçiriləcək yerə getmiş, şəxsiyyəti və işin halları barədə ona məlumat verildikdən sonra UT824 saylı Bakı-Surqut aviareysi ilə gedən Azərbaycan Respublikası vətəndaşı Şahid1 məxsus 1 ədəd baqajın zədələnməməsi üçün ağ rəngli sellofana bükülmüş baqaj yükünün üzərindən sellofan paket sökülmüş, sellofan paket söküldükdən sonra 1 ədəd üzərində “NASA U.S” yazısı olan göy rəngli çemodan və onun üzərində qoyularaq birlikdə bağlanmış boz rəngli üzərində “BERSİN” yazılmış idman çantası olduğu məlum olmuşdur. Üzərində “NASA U.S” yazısı olan göy rəngli çemodana baxış zamanı müxtəlif sellofan paketlərə bükülmüş əşyalar aşkar edilmişdir. Üzərində “Azerçay” yazılmış dəmir çay qutusuna baxış zamanı malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə qablaşdırılmış, gümüşü rəngli kağıza bükülmüş çay qutudan çıxarılmış və gümüşü kağızın alt hissəsinin qismən açıq olduğu və sonradan yapışdırıldığı müəyyən olunmuşdur. Bu zaman həmin gümüşü rəngli çay paketi açılmış və quru çay yarpaqlarının arasından kəskin iyə malik, qara rəngli sellofana bükülmüş kütlə aşkar edilmişdir. Həmin büküm tərəzidə çəkilmiş və təqribi çəkisinin 52 qram olduğu məlum olmuşdur. Daha sonra boz rəngli üzərində “BERSİN” yazılmış idman çantasına baxış keçirilmiş və çantanın içərisindən əvvəlki üsulla qablaşdırılmış, üzərində “Azerçay” yazılmış dəmir çay qutusunda olan gümüşü rəngli kağıza bükülmüş çay qutudan çıxarılmış və gümüşü kağızın alt hissəsinin qismən açıq olduğu və sonradan yapışdırıldığı müəyyən olunmuşdur. Bu zaman həmin gümüşü rəngli çay paketi açılmış və quru çay yarpaqlarının arasından kəskin iyə malik qara rəngli sellofana bükülmüş 2 kütlə aşkar edilmişdir. Həmin bükümlər tərəzidə çəkilmiş və təqribi çəkilərinin müvafiq olaraq 101 qram və 52 qram olduqları məlum olmuşdur. İdman çantasına baxış davam etdirilmiş və üzərində “Azerçay 20 çay paketi” sözləri yazılmış karton qutunun içərisindən çay paketlərinin arasından digər paketlərdən fəqlənən 1 ədəd kəskin iyə malik paket aşkar edilərək tərəzidə çəkilmiş və təqribi çəkisinin 13 qram olduğu məlum olmuşdur. Aşkar edilmiş predmetlər birlikdə tərəzidə çəkilmiş və təqribi çəkilərinin ümumilikdə 219 qram olduğu məlum olmuşdur. Daha sonra baxış davam etdirilmiş, lakin əlavə olaraq iş üçün əhəmiyyətli hər hansı bir predmet aşkar edilməmişdir. Yaranmış zərurətlə əlaqədar olaraq Şahid1 üzərində şəxsi yoxlama aparılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir (İİ cild, səh. 83-85). 21.Məhkəmə iclasında Şahid10 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Bakı şəhəri, ünvan 5 ünvanda yaşayır. Ailəlidir, lakin uşağı və arvadı ondan ayrı yaşayır. O, hazırda heç bir yerdə işləmir. Anası Şahid11 Göygöl Rayon Mərkəzi Xəstəxanasında həkim ginekoloq işləyir. Şahid11 Gəncə şəhərində anadan olmuşdur. Anasının həmin şəhərdə yaşayan zaman qonşuları olmuş Təqsirləndirilən şəxs bəzi hallarda müvəqqəti olaraq Bakı şəhərinə gəldikdə və gecələməyə yeri olmadıqda gəlib onlarda qalmışdır. Səbuhi heç bir yerdə işləmir, bildiyinə görə saxta sənədlərdən istifadə etdiyi üçün məhkumluq həyatı da yaşamışdır. Səbuhinin ona deməsinə görə Bakı şəhərinə gəlməkdə məqsədi Rusiya Federasiyasına getmək üçün sənədlər toplamaq olmuşdur. Səbuhi Bakı şəhərində olduğu müddətdə gah onların evində, gah ona məlum olmayan başqa ünvanlarda qalmışdır. Sonuncu dəfə Səbuhi 2025ci ilin yanvar ayının təxminən 3-də onların evinə gəlmiş, bir neçə gün onların evində qalmışdır. Həmin müddət ərzində Rusiya Federasiyasında yaşayan övladına və arvadına sovqat göndərmək niyyətində olduğunu demişdir. Eyni zamanda bacısı Tünzalənin də başında şişlər olduğunu, müayinə olunması üçün bacısını da Rusiyaya göndərmək istədiyini, həmin sovqatı da bacısı ilə yollamaq istədiyini bildirmişdir. Səbuhi göndərəcəyi sovqatı yığmaq üçün çemodanının olmadığını ona deyəndə o, Səbuhiyə evlərində olan göy rəngli çemodandan istifadə edə biləcəyini demiş, Səbuhi də həmin çemodandan istifadə edəcəyini bildirmişdir. Təxminən yanvar ayının 5-də Səbuhi ilə birlikdə gedib iran məhsulları satan marketlərin birindən xurma, fındıq, meyvə qurusu kimi məhsullar almışlar. Həmin malların pulunu Səbuhi ödəmişdir. Bundan sonra onlar evə gəlmişlər. Təxminən yanvar ayının 6-da Səbuhi həmin məhsulları Rusiyaya aparması üçün taksi ilə Gəncədə yaşayan bacısı Tünzaləyə göndərmişdir. Səbuhinin deməsinə görə bacısı yanvar ayının 8də Rusiyaya getməli olmuşdur. Lakin bacısının qayınatası öldüyündən Tünzalə həmin gün Rusiyaya gedə bilməmiş, Səbuhi də növbəti gün yəni, xx.xx.2025-ci il tarixdə yas mərasimində iştirak etmək üçün Gəncə şəhərinə getmişdir. Həmin vaxtdan sonra Səbuhi onların evinə gəlməmiş və onunla görüşməmişdir. Təqsirləndirilən şəxs sovqat olaraq göndərdiyi malların arasında olan çayları kimdən, haradan, nə vaxt və hansı şəraitdə əldə etməsi barədə məlumatı olmamışdır. O, həmin məhsulların arasında çay görməmişdir. Lakin onu deyə bilər ki, Səbuhi marketlərə daxil olaraq yaxşı quru çay axtarmış, Səbuhi onun yanında heç yerdən çay almamışdır. Özünün bacısının uşağı ağır xəstə olduğundan bacısı və onun uşağına tez-tez bilet aldıqlarından anası Rəna onlayn bilet almağı bacarmışdır. Şahid1 Rusiya Federasiyasına getməsi üçün aviabileti anası Rəna onlayn qaydada Tünzalə üçün nisyə olaraq əldə etmişdir. Həmin biletlərin pulunu sonradan Səbuhi və ya Tünzalə ödəyəcəkdi. Şahid1nm xx.xx.2025-ci il tarixdə ölkə ərazisi tərk etmək istəyən zaman müşayət etdiyi baqajdakı əşyaların arasında olan çay qutularının içərisindən marixuana narkotik vasitəsinin aşkar edilməsi barədə məlumatı olmamışdır. Bu barədə Tünzalənin anası Cəmilə xx.xx.2025-ci il tarixdə günorta saatlarında onun anası Rənaya zəng edərək bildirərkən məlumatlı olmuşdur. Cəmilənin onun anasına zəng etməkdə məqsədi bu barədə ətraflı məlumat əldə etmək istəməyi ilə bağlı olmuşdur. Həmin narkotik vasitənin Şahid1 yoxsa Təqsirləndirilən şəxs və yaxud başqa hər hansı bir şəxsə məxsus olması barədə məlumatı olmamışdır. Həmin narkotik vasitənin kim tərəfindən, nə vaxt, hansı şəraitdə, haradan əldə olunması, çay qutularının içərisində nə vaxt, kim tərəfindən və hansı şəraitdə gizlədilməsi, onların Rusiya Federasiyasında kim tərəfindən əldə ediləcəyi, bu xüsusatlarla bağlı kimlərin əvvəlcədən məlumatlı olmalan barədə heç bir məlumatı olmamışdır. Bildiyi qədəri ilə Şahid1 narkotik vasitələrlə heç bir əlaqəsi yoxdur. Tünzalə evdar qadındır. Səbuhi isə narkotik vasitə olan “nəşə”dən istifadə edir. Səbuhinin narkotik vasitə satmasını görməmişdir. Sadəcə olaraq onu deyə bilər ki, Səbuhi onların evində qaldığı zamanlarda bəzi hallarda “nəşə” çəkmiş, Səbuhi həmin “nəşə”dən istifadə etməyi üçün ona da pay vermiş, daha doğrusu ondan istifadə etməyinə icazə vermişdir. O da həmin “nəşə” dedikləri qurudulmuş marixuanadan istifadə etmişdir. O, Səbuhinin istifadə elədiyi narkotik vasitələri haradan əldə etməsi barədə məlumata malik deyildir. Düşünür ki, Səbuhi təmannasız olaraq onların evində qaldığı üçün həmin narkotik vasitəni ona pay olaraq vermişdir. Özünün də yaşadığı evdən aşkar edilmiş ağız hissəsi falqa ilə sarınmış, aşağı hissəsindən kiçik ölçülü deşik açılmış və qapağında da 1 ədəd deşik açılmış 1 ədəd yaşıl rəngli plastik su qabı Təqsirləndirilən şəxs olmuşdur. Səbuhi həmin qab vasitəsilə narkotik vasitə marixuana istifadə etmiş, istifadə edilmiş halda 2 ədəd şpiris ucluğu (iqla) ona məxsus olmuş, üzündə yaralar olduqca həmin iynə vasitəsilə onları deşib təmizləmiş, 1 ədəd yuxarı hissəsi yanmış vəziyyətdə alışqan ona məxsus olmuş, ondan siqaret yandırmaq üçün istifadə etmiş. “Ketilept 200 mg” adlı dərmana aid 1 konvolyutda 4 həbi isə bir ay bundan əvvəl “28 May” metrostansiyası tərəfdə, Slavyan universitetinin qarşısında olan aptekdən almışdır. O, yuxusuzluqdan əziyyət çəkdiyi üçün həmin dərmandan istifadə etmişdir. Həmin dərmanı evə qoymuşdur. Evdə olan sakinlərdən kimin yuxusu qaçarsa həmin dərmandan istifadə etmişdir (İ cild, səh. 228-231). 22.Məhkəmə iclasında Şahid11 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, ünvan 7 ünvanında qeydiyyatda olmaqla qızı Nərmin Altınışık, nəvəsi Tuğana Altınışık və oğlu Şahid10 ilə birlikdə yaşayır. Lakin əslən Gəncə şəhərindəndir və orada da evi var. Özü də Göygöl rayon Mərkəzi Xəstəxanasında həkim işlədiyi üçün tez- tez Gəncə şəhərinə gedib orada qalır. Belə ki, həftənin 2 günü işə gedir və Göygöl rayonu ilə Gəncə şəhəri məsafə baxımından yaxın olduğu üçün Gəncə şəhərində qalır. Həftədə 1 - 2 gün də Bakıya gəlir və buradakı özəl klinikalarda müqavilə əsasında işləyir. Buradakı işlərini yekunlaşdırdıqdan sonra yenidən Gəncə şəhərinə qayıdır. 2024-cü ilin dekabr ayının 28-i Bakı şəhərində olmuş və ayın 29-u Gəncəyə getmiş, ondan sora təxminən 15 gün Gəncə şəhərində qalmış, sonuncu dəfə 2025-ci ilin yanvar ayının 14-də Bakı şəhərinə gəlmişdir. O, Gəncə şəhərində olarkən 2024-cü ilin dekabr ayının ortalarında Gəncə şəhərində olan evinə qonşu olan Təqsirləndirilən şəxs ona zəng edərək bacısı Şahid1 səhhətində yaranmış problemlər səbəbindən müalicə alması üçün Rusiya Federasiyasının Kanta Mantiyski şəhərinə göndərmək istədiyini demiş və bilet almağı ondan xahiş etmişdir. Belə ki, qızının övladının ağır xəstəliyi olduğu üçün tez-tez Türkiyə Respublikasına gedib-gəlir. O, hər dəfə qızına bileti onlayn qaydada alır. Bu səbəbdən onlayn bilet almağı bilir. Həmçinin imkanı olmadığı zaman aviakassada işləyən tanışı ona bileti almaqda kömək etmiş və o, sonradan həmin biletin pulunu ödəmişdir. Səbuhi də qapıbir qonşuları olduğu üçün, həmçinin evlərinə mütəmadi gəlib-getdiyi üçün bu məsələləri bilmişdir. Buna görə də ona pulunun olmadığını və bilet almaqda ona kömək etməyini xahiş etmiş, lakin söz vermişdir ki, bir müddət sonra biletin pulunu ödəyəcəkdir. Uzun illər qonşu olduqları üçün, həmçinin bacısı Tünzaləni də tanıdığı üçün o, Səbuhinin bu xahişinə etiraz etməmiş və Tünzalə üçün onlayn qaydada Bakı-Surqut aviareysinə bilet almışdır. Həmin bilet xx.xx.2025-ci il tarixinə olmuş, lakin Tünzalənin qayınatası dünyasını dəyişdiyi üçün sonuncu gedə bilməmiş və bileti yanmışdır. Bundan sonra Səbuhi yenə ona zəng edərək məlum hadisəyə görə bacısının gedə bilmədiyini lakin, yenidən getmək istədiyini demiş və ondan biletin tarixini bir qədər sonraya yazdırmasını xahiş etmiş, əlavə olaraq köhnə biletin də cəriməsini ödəyəcəyini demişdir. O, Tünzalə üçün onlayn qaydada yeni bilet sifariş etmiş, həmin biletin tarixi xx.xx.2025-ci il tarixinə olmuşdur. O, Səbuhini uzun illərdir tanımış, Səbuhi dəfələrlə Bakı şəhərində olarkən onların evində qalmış, həmçinin oğlu Şahid10 ilə dostluq münasibətləri olmuşdur. Bəzən olub ki, o, Gəncə şəhərində olanda Səbuhi Bakı şəhərində olmuş və gedib onun Bakıdakı evində qalmışdır. Səbuhi onların evində uzun müddətli yaşamamışdır. Arabir gəlib bir gün qalıb və sonra işinin dalınca getmişdir. Lakin, Səbuhi adətən Gəncə şəhərində yaşamışdır. O, Səbuhini sonuncu dəfə Bakı şəhərində 2024-cü ilin dekabr ayının 27-28-də görmüş, Səbuhi həmin vaxt da onlara gəlmiş və onlarda qalmışdır. Həmin vaxtdan sonra Səbuhini görməmişdir. Ancaq telefonla əlaqə saxlamışdır. O, Səbuhinin bacısının xx.xx.2025-ci il tarixdə Surqut şəhərinə gedəcəyini bilirmiş, sonuncu dəfə o, Səbuhi ilə xx.xx.2025-ci il tarixdə telefonla danışmış və bundan sonra Səbuhi ilə heç bir əlaqəsi olmamışdır. xx.xx.2025-ci il tarixdə Səbuhinin bacısının həyat yoldaşı ona zəng edərək Səbuhi və Tünzalədən bir xəbərinin olub-olmadığını soruşmuş, o da həmin şəxsə heç bir xəbərinin olmadığını bildirmişdir. Bundan bir neçə saat sonra Səbuhinin anası ona zəng edərək Səbuhi və Tünzalənin narkotik qaçaqmalçılığına görə tutulduqlarını demişdir. Şahid1 ilə çox da yaxınlığı olmamış, bir qonşu kimi tanımışdır. Heydər Əliyev adına hava limanında keçirilmiş gömrük yoxlaması zamanı Şahid1 çemodanından aşkar edilmiş qurudulmuş marixuana narkotik vasitəsinin ona heç bir aidiyyatı olmamışdır. O, Səbuhi və Tünzalənin haradan getdiyini, Rusiyaya nə apardıqlarını bilməmişdir. Sadəcə bilet almaqda onlara kömək etmişdir. Həmin narkotik vasitənin Tünzaləyə yoxsa Səbuhiyə, yaxud da başqa hər hansı bir şəxsə məxsus olması barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitə istifadə etdiyini bilmişdir. Məhkum olunduqdan sonra daha istifadə etmədiyini demişdir. Son vaxtlar istifadə edib-etməməsi barədə hər hansı bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olub-olmaması haqqında heç bir məlumatı olmamışdır. Həmin narkotik vasitənin haradan əldə olunması barədə hər hansı bir məlumatı olmamışdır (İ cild, səh. 158-161). 23.Məhkəmə iclasında Şahid12 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, ünvan 7 ünvanında yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. Hazırda yaşadığı həmin evdə yəni, Şahid11 evində 3 ildir dayə olaraq fəaliyyət göstərir. O, 2011-ci ildə Azərbaycan Respublikası CM-nın 234.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilərək 1 il 8 ay azadlıqdan məhrum edilmiş, 2014-cü ildə isə həmin məcəllənin 177.3.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilərək 8 il 9 ay azadlıqdan məhrum edilmiş, lakin cəzasını 4 il 3 ay çəkdikdən sonra azadlığa çıxmışdır. Onun dayə olaraq yaşadığı ünvanda Şahid11 özü, oğlu Şahid10, qızı Nərmin Altınişık və onun xəstə uşağı Tuana Altınişık yaşayırlar. O, təxminən 2021 -ci ildən etibarən heç bir narkotik vasitə və psixotrop maddə istifadə etmir. Ondan əvvəl isə “Kakos” və “nəşə” istifadə etmişdir. O, Şahid1 tanımamış və onunla heç bir əlaqəsi olmamışdır. Təqsirləndirilən şəxs isə Gəncə şəhərində yaşamışdır. Səbuhi Şahid11 Gəncə şəhərində qonşusu olmuşdur. Səbuhi bəzi hallarda Bakı şəhərinə gələn zaman Rəna xanımgilə gəlib orada qalmışdır. O da Səbuhini oradan tanımışdır. Səbuhi təxminən 2024-cü ilin yay aylarından həmin evə gəlib-getmişdir. Səbuhi ilə onun heç bir münasibəti olmamışdır. Təxminən 2024-cü ilin dekabr ayında Səbuhi onun yaşadığı həmin evə gələn zaman Rusiyada yaşayan ailəsinə sovqat göndərmək istədiyi barədə fikir səsləndirmişdir. Cari ilin yanvar ayının əvvəllərində də həmin evə gələn zaman bu barədə demiş və həmin sovqatı müalicə olunmaq üçün Rusiya Federasiyasına gedəcək bacısı Tünzalə ilə göndərmək niyyətində olduğunu dilə gətirmişdir. Səbuhi göndərəcəyi sovqatları yığmaq üçün Nərminin göy rəngli çemodanından istifadə etməyi qərara almış, həmin vaxt Nərmin Türkiyədə olmuşdur. Səbuhi sovqat olaraq göndərmək istədiyi məhsulları hissə-hissə ona məlum olmayan ünvanlardan alıb gətirib mənzilin qonaq otağındakı stolun üzərinə yığmışdır. Həmin məhsullar meyvə quruları, mürəbbələr, çərəzlər, kəklikotu və sair mallardan ibarət olmuşdur. Təxminən 2025-ci ilin yanvar ayının 6-7-də Səbuhi həmin malları Nərminin çemodanında taksi ilə Gəncə şəhərinə yola salmışdır. O, həmin vaxt öz otağında olduğundan Səbuhinin həmin çemodana nələr qoyduğunu görməmişdir. Bundan 1-2 gün sonra Səbuhi bacısının qayınatasının yas yerində iştirak etmək üçün Gəncə şəhərinə getmiş, həmin vaxtdan sonra o, Səbuhini görməmiş və Səbuhi ilə heç bir əlaqəsi olmamışdır. Nə Təqsirləndirilən şəxs, nə də Şahid10 onun yanında heç vaxt narkotik vasitə və psixotrop maddələrdən istifadə etməmişlər. Amma onlar hərdən bir Farizin otağına daxil olaraq qapını örtmüş və uzun müddət orada olmuşlar. Onlar otağı tərk etdikdən sonra o, həmin otağa gedən zaman otaqda olan iydən, kül qabının yanında olan qırıntılardan və sair şübhəli hallardan ona məlum olmuşdur ki, onlar narkotikdən istifadə edirlər. O, həmin maddələri onların nə vaxt, kimdən və hansı şəraitdə əldə etmələri barədə heç nə bilməmişdir. Şahid1 Rusiya Federasiyasına getməsi üçün aviabileti Təqsirləndirilən şəxs təkidli xahişinə əsasən Şahid11 onlayn qaydada Tünzalə üçün nisyə olaraq əldə etmişdir. Onun da yaşadığı evdən aşkar edilmiş ağız hissəsi falqa ilə sarınmış, aşağı hissəsindən kiçik ölçülü deşik açılmış və qapağında da 1 ədəd deşik açılmış 1 ədəd yaşıl rəngli plastik su qabı Təqsirləndirilən şəxs olmuşdur. Həmin su qabı ilə o, evdəki güllərə su vermişdir. 2024-cü ilin təxminən dekabr ayında Səbuhi həmin evə gəldikdən sonra o, həmin su qabını tapa bilməyərək bu barədə Farizdən soruşmuş, Fariz isə ona bildirmişdir ki, Səbuhi həmin qab vasitəsilə narkotik vasitə marixuana istifadə edir (İİ cild, səh. 35-39). 24.Məhkəmə iclasında Şahid13 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, ünvan 8 ünvanında qeydiyyatda olmaqla anası ilə birlikdə həmin evdə yaşayır, hazırda heç bir yerdə işləmir, əvvəllər 4 dəfə məhkumluk həyatı yaşamışdır. Belə ki, 1997-ci ildən 2020-ci ilədək olan müddət ərzində ümumilikdə 21 il azadlıqda məhrum etmə cəzası çəkmiş, məhkumluqlarının hamısı oğurluq ilə bir halda isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olmuşdur. O, Şahid11 Şahid10 anası kimi tanımış, lakin onunla heç bir münasibəti olmamışdır. Şahid10 isə təxminən 5-6 il bundan əvvəl yol kənarında tanımış, həmin vaxt onun avtomobilinin təkəri xarab olmuş, o da bunu görüb köməklik etmişdir. Həmin vaxtdan da aralarında münasibət yaranmışdır. Səbuhini təxminən 2009-cu ildən tanımış, sonuncu ilə eyni cəzaçəkmə müəssisəsində məhkumluq həyatı yaşamışlar. Azadlığa çıxdıqdan sonra Səbuhi ilə əlaqəsi olmamışdır. Lakin bir dəfə 2024-cü ilin sonlarına yaxın Farizgilə gedən zaman onların məhəlləsində Səbuhini Farizin yanında görüb görüşmüşdür. Səbuhinin məhkumluğu səhv etmirsə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olmuşdur. Farizin özü də narkotik istifadəçisi olmuşdur. Belə ki, Fariz bir dəfə ona zəng edərək telefonda danışan zaman Səbuhi də Farizin yanında olmuş, Səbuhi danışıq zamanı ona təklif etmişdir ki, gəlib onların evində bir günlük qalsınlar və narkotik vasitə istifadə etsinlər. Bu zaman o, buna razı olmadığını bildirdikdə Səbuhi demişdir ki, ona da narkotik vasitə verəcəkdir. O, həmin vaxtlar marixuana istifadə etmiş, lakin buna baxmayaraq o, Səbuhi ilə razılaşmamışdır. Lakin Səbuhinin əvvəlcə telefonda onlara gəlməsi və narkotik vasitə verəcəyini bildirməsi zamanı artıq ona məlum olmuşdur ki, Səbuhidə həm özünün istifadə etməsi üçün, həm də ona verməsi üçün narkotik vasitə vardır (İİ cild, səh. 243-246). 25.Məhkəmə iclasında Şahid14 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, ünvan 9 ünvanında qeydiyyatda olmaqla anası ilə birlikdə həmin ünvanda yaşayır. Heç bir yerdə işləmir. 2014-cü ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək 11 il 03 ay azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. 2023-cü ilin sentyabr ayında cəzasının 9 il 6 ayını çəkdikdən sonra cəzasının qalan hissəsindən şərti olaraq azad edilmişdir. Hazırda heç bir yerdə işləmədiyi üçün maddi ehtiyaclarını anasının pensiyası ilə təmin edirlər. Təqsirləndirilən şəxs bir həmyerli kimi uşaqlıqdan tanımışdır. Səbuhinin yaşadığı məhəllə onun yaşadığı məhəlləyə yaxınlıqda yerləşmişdir. Ona görə də hərdən rastlaşdıqca söhbətləşirmişlər. Lakin sonradan o, həbs edilmiş və Səbuhi ilə əlaqəsi kəsilmişdir. Gəncə şəhərində istintaq təcridxanasmda olan zaman eşitmişdir ki, Səbuhini də hansısa cinayət əməlinə görə həbs edib həmin yerə gətirmişlər. O, Səbuhidən əvvəl azadlığa buraxılmışdır. Səbuhi 2024-cü ilin yaz aylarında cəzaçəkmə müəssisəsindən azadlığa çıxmışdır. Səbuhi çıxdıqdan sonra Gəncə şəhəri ərazisində bir neçə dəfə görüşüb söhbətləşmişlər. Səbuhi ilə 26-28 dekabr 2024-cü il və 14 yanvar 2025ci il tarixlərdə olan telefon danışıqları onunla görüşüb söhbətləşməkləri ilə bağlı olmuşdur. Səbuhi ilə görüşən vaxtlar Səbuhi ona bildirirmişdir ki, özünün “kanal”ı vardır, oradan narkotik vasitə ala bilir. O da həmin vaxtlar narkotik vasitə marixuana istifadə etmişdir. Bu səbəbdən də Səbuhinin ona məlum olmayan şəxslərdən əldə etdiyi marixuanadan hərdən bir Səbuhidən alıb istifadə etmişdir. 2025-ci ilin yanvar ayında Səbuhinin bacısının qayınanası və ya qayınatası rəhmətə getmişdir. Səbuhi də həmin yas mərasimində iştirak etmişdir. Səbuhi maşınsız olduğundan onunla əlaqə saxlamış və gedib sonuncunu oradan götürməyini xahiş etmişdir. O da hansısa tanışının maşınını müvəqqəti olaraq götürüb Səbuhinin dediyi yerə getmiş, Səbuhini yas yerindən götürmüş və öz məhəllələrində olan avtoyuma məntəqəsinin yanına gətirmişdir. Həmin vaxt axşam saatları olmuş, Səbuhi orada cibindən bir bükümdə marixuana çıxardıb yandıraraq istifadə etməyə başlamış, həmin vaxt Səbuhi həmin marixuanadan ona da təmannasız olaraq vermiş, o da həmin marixuananı istifadə etmiş, bundan sonra Səbuhi piyada öz evlərinə doğru getmişdir. O, Səbuhidən həmin marixuananı haradan əldə etməsini soruşmamışdır. Çünki Səbuhi əvvəllər ona bildirmişdir ki, onun öz “kanal”ı vardır, marixuananı oradan əldə edir. Sözügedən görüşlərindən sonra Səbuhi ilə heç bir əlaqəsi olmamışdır. O, Səbuhidən pulu haradan əldə etməsini, nə üçün marixuananı ona pulsuz verməsini soruşmamışdır. Səbuhi xx.xx.2025-ci il tarixdə onunla görüşən zaman ona bir bükümdə marixuana vermiş və özünün ondan istifadə etdiyini, yaxşı “şey” olduğunu bildirərək onun da istifadə etməyini məsləhət görmüş, o da həmin marixuananı Səbuhidən alıb istifadə etmişdir. xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs ilə görüşən zaman Səbuhi ona növbəti gün Bakı şəhərinə gedəcəyi və gedərkən özü ilə nələri aparacağı barədə heç nə deməmişdir (İİİ cild, səh. 2- 5). 26.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 yanvar 2025-ci il tarixli, 7/94 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş iki ədəd üzərində AZƏRÇAY sözləri yazılmış dəmir qablarda ümumi sayı 03 ədəd qara rəngli sellofan bağlamalarda və bir ədəd karton qutuda ayrı-ayrılıqda təmiz çəkiləri 34,26 qram, 51,08 qram, 99,20 qram, 8,08 qram, ümumi çəkisi 192,62 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır (İ cild, səh. 96-100). 27.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 fevral 2025-ci il tarixli, 6/387 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Dövlət Gömrük komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi ********* nömrəli cinayət işi üzrə” yazısı və imzalar olan paketdəki, üzərində “Ketilept (kvetiapin) 200mq” əmtəə göstəricisi olan konvalyutda 4(dörd) ədəd çəhrayı rəngli həbin tərkibində 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların” siyahılarına, 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının panunu ilə təsdiq olunmuş "Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı”na və "Zəhərli maddələrin siyahısı”na daxil olan maddələr yoxdur. Bir ədəd plastik butulkada, 2(iki) ədəd spris iynədə və bir ədəd alışqanda narkotik vasitələrə, psixotrop və güclü təsir edən maddələrə məxsus izlər aşkar edilmədi (İİ cild, səh. 175-177). 28.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 fevral 2025-ci il tarixli, 7/176 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd butulkada bitki mənşəli nartotik vasitələrin qalıqları (izləri) yoxdur, ona görə müqayisəli tədqiqat aparılmadı (İİ cild, səh. 178-180). 29.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X15 Şəxsi Ambulator X1 03 fevral 2025-ci il tarixli 544 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorlarm birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-ndən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən Respublika NM-də (F19x2) diaqnozu ilə dispanser qeydiyyatdadır (İİ cild, səh. 185-186). 30.«Baxış və götürmə haqqında» 15 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, daxil olmuş məlumat əsasında 15 yanvar 2025-ci il tarixdə UT824 saylı Bakı-Surqut avia marşurtu ilə gedən Azərbaycan Respublikası vətəndaşı Şahid1 məxsus baqaj yükünə hava limanın bunkerində keçirilən yoxlamada “Roy” ləqəbli xidməti itin tətbiqi zamanı xidməti it yükə reaksiya verdiyindən yükün sahibi Şahid1 bunkerə dəvət olunaraq yüklərin yoxlanılması otağında həmin baqaj yükünə baxış keçirilmişdir. Baxış zamanı Şahid1 məxsus 1 ədəd baqajın zədələnməməsi üçün ağ rəngli sellofana bükülmüş baqaj yükünün üzərindən sellofan paket sökülmüş, sellofan paket söküldükdən sonra 1 ədəd üzərində “NASA U.S” yazısı olan göy rəngli çemodan və onun üzərində qoyularaq birlikdə bağlanmış boz rəngli üzərində “BERSİN” yazılmış idman çantası olduğu məlum olmuş, üzərində “NASA U.S” yazısı olan göy rəngli çemodana baxış zamanı müxtəlif sellofan paketlərə bükülmüş əşyalar aşkar edilmiş, üzərində “Azerçay” yazılmış dəmir çay qutusuna baxış zamanı içərisində olan gümüşü rəngli kağıza bükülmüş çay qutudan çıxarılmış və gümüşü kağızın alt hissəsinin qismən açıq olduğu və sonradan yapışdırıldığı müəyyən olunmuşdur. Bu zaman həmin gümüşü rəngli çay paketi açılmış və quru çay yarpaqlarının arasından malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə gömrük nəzarətindən gizlədilmiş, qara rəngli sellofana bükülmüş kəskin iyə malik, marixuanaya bənzər kütlə aşkar edilmiş, həmin kütlə elektron tərəzidə çəkilmiş və təqribi çəkisinin 52 qram olduğu məlum olmuşdur. Daha sonra boz rəngli üzərində “BERSİN” yazılmış idman çantasına baxış keçirilmiş və çantanın içərisindən əvvəlki üsulla qablaşdırılmış, üzərində “Azerçay” yazılmış dəmir çay qutusunda olan gümüşü rəngli kağıza bükülmüş çay qutudan çıxarılmış və gümüşü kağızın alt hissəsinin qismən açıq olduğu və sonradan yapışdırıldığı müəyyən olunmuşdur. Bu zaman həmin gümüşü rəngli çay paketi açılmış və quru çay yarpaqlarının arasından malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə gömrük nəzarətindən gizlədilmiş, qara rəngli sellofana bükülmüş kəskin iyə malik, marixuanaya bənzər 2 kütlə aşkar edilmiş, həmin kütlələr elektron tərəzidə çəkilmiş və təqribi çəkilərinin müvafiq olaraq 101 qram və 52 qram olduqları məlum olmuşdur. İdman çantasına baxış davam etdirilmiş və üzərində “Azerçay 20 çay paketi” sözləri yazılmış karton qutunun içərisindən çay paketlərinin arasında malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə gömrük nəzarətindən gizlədilmiş, karton qutuya birləşdirilməklə digər paketlərdən fərqlənən 1 ədəd çay paketinin kəskin iyə malik olduğu müəyyən edilmiş, qeyd olunan predmet elektron tərəzidə çəkilmiş və təqribi çəkisinin 13 qram olduğu məlum olmuşdur. Aşkar edilmiş predmetlər birlikdə elektron tərəzidə çəkilmiş və təqribi çəkilərinin ümumilikdə 219 qram olduğu məlum olmuşdur (İ cild, səh. 6-11). 31.«Baxış keçirilməsi haqqında» 16 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, baxış zamanı Dövlət Gömrük Komitəsi gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sisteminin hüquqpozmalar alt bölməsindəki "xidməti məlumatlar” siyahı sorğusu əsasında müəyyən edilmişdir ki, Şahid1 xx.xx.2025-ci il tarixdə X10 Aeroportundan Azərbaycan Respublikasını Rusiya Federasiyasının Surtuq şəhəri istiqamətində tərk etmək istəyərkən saxlanılmışdır (İ cild, səh. 104-108). 32.«Mobil telefona baxış keçirilməsi haqqında» 16 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən zaman Şahid11 məxsus “İphone” markalı mobil telefonda olan və ***-***-**-** nömrəsi ilə qeydiyyatdan keçirilmiş “WhatsApp” tətbiqində ***-***-**-** nömrəsinin “Səbuş Fariz” adı ilə qeyd edildiyi məlum olmuşdur. Şahid11 tətbiqdə “səbuhinin Bacısı” adı ilə qeyd edilmiş ***-***-**-** nömrəsinə xx.xx.2025-ci il tarixdə, saat 10:16- da UT 824 saylı Bakı-Surgut istiqaməti üzrə uçuş vaxtı saat 21:40 olan aviareysin onlayn qaydada alınmış biletin şəklini göndərmişdir (İ cild, səh. 163). 33.«Axtarış aparılması haqqında» 17 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Şahid11 və Şahid10 yaşadığı ünvanda xx.xx.2025-ci il tarixdə keçirilmiş axtarış zamanı ağız hissəsi falqa ilə sarınmış, aşağı hissəsindən kiçik ölçülü deşik açılmış və qapağında da 1 ədəd deşik açılmış 1 ədəd yaşıl rəngli plastik su qabı, istifadə edilmiş halda 2 ədəd şpiris ucluğu (iqla), 1 ədəd yuxarı hissəsi yanmış vəziyyətdə alışqan və “Ketilept 200 mg” adlı dərmana aid 1 konvolyutda 4 həb aşkar edilərək götürülmüşdür (İ cild, səh. 207-211). 34.«Mobil telefona baxış keçirilməsi haqqında» 18 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Şahid1 məxsus “Redmi Note 7” markalı mobil telefon aparatına baxış keçirilmişdir. Baxış keçirilən zaman Şahid1 məxsus “Redmi Note 7” markalı mobil telefonda olan və ***-***-**-** nömrəsi ilə qeydiyyatdan keçirilmiş “WhatsApp” tətbiqində “X16” adı ilə qeyd edilmiş ***-***-**-** nömrəsi tərəfindən xx.xx.2025-ci il tarixdə, saat 10:16-da UT 824 saylı Bakı-Surgut istiqaməti üzrə uçuş vaxtı saat 21:40 olan aviareysin onlayn qaydada alınmış biletinin şəkli göndərilmişdir. Bundan başqa həmin istifadəçilər arasında xx.xx.2024-cü il tarixdən başlayaraq tətbiq üzərindən zənglər edilmiş, 5 və 8 yanvar 2025-ci il tarixlərdə Şahid1 tərəfindən həmin istifadəçiyə ümumilikdə 4 halda zəng edilsə də danışıq aparılmamışdır. Bundan başqa Şahid1 həmin nömrəsi ilə “WhatsApp” tətbiqində “Sabuhi” adı ilə qeyd edilmiş ***-***-**-** nömrəsi arasında xx.xx.2024-cü il tarixdən başlayaraq tətbiq üzərindən zənglər edilmiş, 3- 8 yanvar 2025-ci il tarixlərdə qarşılıqlı olaraq ümumilikdə 18 halda zəng edilərək danışıqlar aparılmış, xx.xx.2025-ci il tarixdə saat 09:59, 10:02 və 10:22-də olmaqla Şahid1 tərəfindən ümumilikdə 3 dəfə “Sabuhi” adlı istifadəçiyə zəng edilsə də danışıq aparılmamışdır. Telefonun zənglər bölməsinə baxış zamanı müəyyən edilmişdir ki, Şahid1 həmin nömrəsindən “Sabuhi” adı ilə qeyd edilmiş ***-***-**-** nömrəsinə xx.xx.2025-ci il tarixdə saat 18:46-da zəng edilərək 4 saniyə, həmin gün saat 20:56-da “Sabuhi” adı ilə qeyd edilmiş istifadəçinin isə Şahid1 zəng edərək 32 saniyə danışıq aparılmışdır (İ cild, səh. 235-236). 35.«Mobil telefona baxış keçirilməsi haqqında» 18 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Honor X9b 5G” markalı mobil telefon aparatına baxış keçirilmişdir. Baxış keçirilən zaman Təqsirləndirilən şəxs məxsus “Honor X9b 5G” markalı mobil telefonun foto və video bölməsindəki məlumatlardan görünür ki, xx.xx.2025ci il tarixdə saat 19:51-də göy rəngli çemodanın şəkili bir neçə istiqamətdən çəkilmiş, saat 19:54-də çəkilmiş həmin şəkillərin birində iş üzrə Şahid10 divanda oturub telefona baxdığı görünür. xx.xx.2025-ci il tarixdə saat 03:28-də çəkilmiş fotolarda müxtəlif çərəzlər, müxtəlif şirniyyatlar, 1 ədəd dəmir və 1 ədəd karton qutuda olmaqla “Azerçay” çayları və sair ərzaq məhsullarının stolun üzərində olduğu, saat 11:22-də çəkilmiş fotolarda isə həmin məhsulların divanın üzərində olduğu görünür. xx.xx.2025-ci il tarixdə saat 13:12-də çəkilmiş fotoda elektron tərəzinin üzərində qara sellofanda 101.00 qram çəkidə predmet və onun yanında isə marixuana narkotik vasitəsinə bənzər bitki kütləsinin olduğu, xx.xx.2025-ci il tarixdə saat 13:13-də çəkilmiş fotoda isə elektron tərəzinin üzərində qara sellofanda 101.04 qram çəkidə predmet və onun yanında isə marixuana narkotik vasitəsinə bənzər bitki kütləsinin olduğu görünür. xx.xx.2025-ci il tarixdə saat 20:26-da çəkilmiş fotolardan görünür ki, Şahid1 və Təqsirləndirilən şəxs hava limanında birlikdə şəkillər çəkdirmişlər. Telefonda olan və ***-***-**-** nömrəsi ilə qeydiyyatdan keçirilmiş “WhatsApp Business” tətbiqində “fariz” adı ilə qeyd edilmiş ***-***-**-** nömrəsindən xx.xx.2025-ci il tarixdə saat 22:03 və 22:43-də, xx.xx.2025-ci il tarixdə saat 02:40-da yazılmış mesajların sonradan silindiyi, xx.xx.2025-ci il tarixdə saat 02:42-də isə 1 cavabsız zəngin gəldiyi müəyyən edilir. Bundan əlavə “Rena Xala” adı ilə qeyd edilmiş ***-***-**-** nömrəsi ilə aralarında xx.xx.2024-cü il tarixdən başlayaraq tətbiq üzərindən zənglər edilmiş, 15 yanvar 2025-ci il tarixdə saat 21:03-də “Rena Xala” adlı istifadəçi tərəfindən Təqsirləndirilən şəxs zəng edilərək 20 saniyə, həmin gün saat 21:06-da Təqsirləndirilən şəxs tərəfindən “Rena Xala” adlı istifadəçiyə zəng edilərək 1 dəqiqə 6 saniyə danışıq aparılmış, “Rena Xala” adlı istifadəçidən 15.01,2025-ci il tarixdə saat 22:00-da 1 cavabsız zəng gəlmişdir. Bundan başqa Təqsirləndirilən şəxs həmin nömrəsi ilə tətbiqdə “Tuzu” adı ilə qeyd edilmiş ***-***-**-** nömrəsi arasında 3-8 yanvar 2025-ci il tarixlərdə qarşılıqlı olaraq ümumilikdə 18 halda zəng edilərək danışıqlar aparılmış, xx.xx.2025-ci il tarixdə saat 10:02 və 10:22-də olmaqla “Tuzu” adlı istifadəçi tərəfindən ümumilikdə 2 dəfə cavabsız zəng gəlmiş, həmin gün saat 20:56 və 21:18-də Təqsirləndirilən şəxs tərəfindən “Tuzu” adlı istifadəçiyə zəng edilsə də danışıq aparılmamışdır. Telefonun zənglər bölməsinə baxış zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs həmin nömrəsi ilə “Rena xala” adı ilə qeyd edilmiş ***-***-**-** nömrəsi arasında mütəmadi olmaqla xx.xx.2025-ci il tarixdə saat 13:33-də 2 dəqiqə 21 saniyə, saat 13:37-də 6 dəqiqə 46 saniyə, saat 20:30da 1 dəqiqə 14 saniyə, saat 22:00-da 26 saniyə, “Tuzu” adı ilə qeyd edilmiş ***-***-**-** nömrəsi arasında 3, 6, 8, 10, 11 və 15 yanvar 2025-ci il tarixlərdə danışıqlar aparılmış, 15 yanvar 2025-ci il tarixdə saat 18:46-da qeydə alınmış danışıq 4 saniyə, saat 20:56-da qeydə almmış danışıq 32 saniyə təşkil etmişdir (İ cild, səh. 237-240). 36.«Baxış keçirilməsi haqqında» 22 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə ünvan 10 ünvanında yerləşən “Rahat” Marketə gəlmiş, oradan 1 ədəd “Azerçay tb Astara buket 32 qr24”, 1 ədəd “Azerçay tb buket 70 qr24”, 1 ədəd “Azerçay 250gr buket d.q”, 1 ədəd müştəri paketi, 3 ədəd “Super kley 2 gr” məhsullarını nağd qaydada ödəniş etməklə həmin gün saat 00:24- də almış, daha sonra marketi tərk edib getmişdir (İİ cild, səh. 9). 37.«DVD-yə baxış keçirilməsi haqqında» 23 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş 3-33/1-002446/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktuba əlavə edilmiş bir ədəd DVD-də olan video görüntülərə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, xx.xx.2025-ci il tarixdə X10 Aeroportu Terminal 1-də Bakı-Surqut aviareysi ilə Azərbaycan Respublikasından Rusiya Federasiyasına getmək istəyən Azərbaycan Respublikası vətəndaşı Şahid1 qardaşı Təqsirləndirilən şəxs ilə gediş zalına daxil olur, Şahid1 müvafiq qaydada qeydiyyatdan keçdikdən və baqajı daşıyıcıya təhvil verdikdən sonra Təqsirləndirilən şəxs ilə birlikdə sərnişinlər üçün gözləmə zalının qarşısına gedirlər, orada Tünzalə Quliyeva təhlükəsizlik əməkdaşları tərəfindən yoxlanılaraq zala buraxılır, Təqsirləndirilən şəxs isə geriyə qayıdaraq hava limanının binasını tərk edir. Bu zaman Şahid1 baqaja verdiyi yükə kinoloji itin tətbiqi ilə yoxlama həyata keçirilərkən xidməti it həmin yükə reaksiya verir (İİ cild, səh. 22). 38.«CD-yə baxış keçirilməsi haqqında» 19 fevral 2025-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC tərəfindən təqdim edilmiş bir ədəd CD-dəki məlumatlara əsasən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsi ilə Şahid1 istifadəsində olan ***-***-**-** nömrəsi arasında 02, 03, 06, 08, 10, 11 və 15 yanvar 2025-ci il tarixlərdə, Təqsirləndirilən şəxs həmin nömrəsi ilə Şahid11 istifadəsində olan ***-***-**-** nömrəsi arasında 02-04, 06-10, 12, 13 və 15 yanvar 2025-ci il tarixlərdə, Şahid11 istifadəsində olan həmin nömrəsi ilə Şahid1 qeyd edilən nömrəsi arasında 03, 05, 08 və 15 yanvar 2025-ci il tarixlərdə danışıqlar aparılmışdır (İİ cild, səh. 89). 39.«CD-yə baxış keçirilməsi haqqında» 24 fevral 2025-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC tərəfindən təqdim edilmiş bir ədəd CD-dəki məlumatlara əsasən Şahid1 istifadəsində olan ***-***-**-** nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan 051-636- 72- 82 nömrəsi ilə arasında 02, 03, 06, 08, 10, 11 və 15 yanvar 2025-ci il tarixlərdə, Şahid1 qeyd edilən nömrəsi ilə Şahid11 istifadəsində olan ***-***-**-** nömrəsi arasında 03, 05, 08 və 15 yanvar 2025-ci il tarixlərdə danışıqlar aparılmışdır (İİ cild, səh. 153). 40.«Əşyanın maddi sübut hesab edilməsi haqqında» 06 mart 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə aşkar edilərək götürülmüş 192,62 qram narkotik vasitə qurudulmuş marixuana, Təqsirləndirilən şəxs məxsus "Honor X9b 5G” markalı və Şahid1 məxsus “Redmi Note 7” markalı mobil telefonlar, iş üzrə Şahid11 və Şahid10 yaşadığı ünvanda xx.xx.2025-ci il tarixdə keçirilmiş axtarış zamanı aşkar edilərək götürülmüş ağız hissəsi falqa ilə sarınmış, aşağı hissəsindən kiçik ölçülü deşik açılmış və qapağında da 1 ədəd deşik açılmış 1 ədəd yaşıl rəngli plastik su qabı, istifadə edilmiş halda 2 ədəd şpiris ucluğu (iqla), 1 ədəd yuxarı hissəsi yanmış vəziyyətdə alışqan və “Ketilept 200 mg” adlı dərmana aid 1 konvolyutda 4 həb maddi sübut kimi tanınmış, aparılmış tədqiqatlardan sonra qalıq qalmış 192,42 qram narkotik vasitə qurudulmuş marixuana Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında, ağız hissəsi falqa ilə sarınmış, aşağı hissəsindən kiçik ölçülü deşik açılmış və qapağında da 1 ədəd deşik açılmış 1 ədəd yaşıl rəngli plastik su qabı, istifadə edilmiş halda 2 ədəd şpiris ucluğu (iqla), 1 ədəd yuxarı hissəsi yanmış vəziyyətdə alışqan və “Ketilept 200 mg” adlı dərmana aid 1 konvolyutda 3 həb Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyində, Təqsirləndirilən şəxs məxsus "Honor X9b 5G” markalı və Şahid1 məxsus "Redmi Note 7” markalı mobil telefonlar cinayət işinin materiallarında saxlanılır (İİ cild, səh. 201-202). 41.«Cinayət törətməkdə şübhəli olan şəxsi tutma haqqında» 16 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 yanvar 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 64). 42.Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli, 4(004)- 66/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 16 yanvar 2025-ci il tarixdən hesablamaqla 03 (üç) ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 199-206). 43.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 10 aprel 2014-cü il tarixli, 1(044)-54/2014 nömrəli hökmündən, Goranboy Rayon Məhkəməsinin 04 sentyabr 2014-cü il tarixli, 1(045)-82/2014 nömrəli hökmündən, Göygöl Rayon Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli, 1(066)-34/2019 nömrəli hökmündən və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 05 aprel 2024-cü il tarixli, 7(002)-362/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər: 1.Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 10 aprel 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 300 manat cərimə cəzasına məhkum edilmişdir. 2.Goranboy Rayon Məhkəməsinin 04 sentyabr 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 204.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 3.Göygöl Rayon Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 204.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 66.2-ci maddəsinin tələbləri nəzərə alınaraq 06 (altı) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 06 (altı) il 04 (dörd) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə Goranboy Rayon Məhkəməsinin 04 sentyabr 2014-cü il tarixli hökmü ilə ona təyin olunmuş 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 04 (dörd) ay 13 (on üç) gün hissəsi qismən birləşdirilməklə qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 05 aprel 2024-cü il tarixli qərarı ilə azadlıqdan məhrumetmə cəzasının cəzasının çəkilməmiş 01 (bir) il 01 (bir) ay 02 (iki) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir (İİ cild, səh. 42-44, 106-154). Tətbiq edilən qanunvericilik normaları və məhkəmənin mövqeyi: 44.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 45.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 46.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 47.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış mötəbər sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4.1-ci maddələrində nəzərdə tutulmuş cinayət tərkibi vardır və onun törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4.1-ci maddələri ilə tövsif edilmişdir. 48.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 49.«Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 50.Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 51.Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 52.Qanunun 1.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». 53.“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının 8-ci bəndinə əsasən digər şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. 54.Qeyd olunan Plenum qərarının 9-cu bəndində qeyd edilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 55.«Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İ siyahının 109.1-ci bəndinə əsasən 5 qram və yuxarı həddə (500 qramadək) narkotik vasitə olan qurudulmuş marixuana xeyli miqdar hesab edilir. 56.«Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 2 iyun 2016-cı il tarixli qərarının 9-cu bəndində göstərilir ki, «Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ölkə qanunvericiliyində nəzərdə tutulan hallar istisna olmaqla malların və ya digər əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, yəni Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq müəyyən edilmiş gömrük orqanlarının yerləşdiyi yerlərdən (gömrük məntəqələrindən) kənar və ya iş vaxtından sonra, yaxud da gömrük orqanlarının icazəsi olmadan gətirilməsi və ya aparılması ilə bağlı istənilən qəsdən törədilmiş hərəkətlər qaçaqmalçılıq cinayətinin tərkibini yaradır». 57.Həmin Plenum qərarının 19-cu bəndində qeyd edilmişdir ki, «...Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir». 58.Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən azad olunmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməllərini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, təqiq edilmiş ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. 59.Məhkəmə Təqsirləndirilən şəxs Rusiya Federasiyası ərazisinə narkotik vasitə göndərmək məqsədinin olmaması və narkotik vasitəni Gəncə şəhərində götürüb istifadə etmək üçün qutulara düzməsi barədə ifadəsinə münasibətdə isə onu qeyd edir ki, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə narkotik vasitənin gömrük nəzarətindən gizlədilməsi və narkotik vasitənin ayrı-ayrılıqda bir neçə xırda bağlamalara bükülməsi Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlayaraq daşımasını və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsinə nail olaraq qaçaqmalçılıq etməsini təsdiq edir. 60.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, konvensiyanın 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququna təminat verir və məhkəmənin vəzifəsi bütövlükdə məhkəmə araşdırmasının, o cümlədən sübutların əldə edilməsinin, qiymətləndirilməsinin ədalətliliyini, müdafiə və ittiham tərəflərinin hüquq bərabərliyi təmin edilməklə çəkişmə prinsipinə əməl edilməsinin, təqsirləndirilən şəxsin sübutları mübahisə etmək, onlara etiraz etmək hüququnun təmin edilməsini araşdırmaqdır. (Bikkov v. Rusiya [GC], 4378/02, §§ 88- 90, xx.xx.2009 və Rowe və X6rşı [GC], 28901/95, § 60, AİHM 2000 İİ) 61.Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadə və cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirərək hesab edir ki, onun məhkəmə istintaqında verdiyi ifadəsində qeyd etdiyi hallar məhkəmədə tədqiq edilmiş sübutların məcmusu ilə təsdiqini tapmamışdır. 62.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu ictimai təhlükəli əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. 63.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətmiş olduğu ictimai təhlükəli əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir 64.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4.1-ci maddələri ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməlləri törətməsində təqsirli olmasının ibtidai istintaq dövründə və məhkəmə araşdırması zamanı verdiyi ifadələrin əlaqəli təhlili, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, eləcə də iş materiallarında olan digər təkzibolunmaz sübutların məcmusu ilə sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinməli və təqsirə görə məsuliyyət prinsipi baxımından ona qanunla müəyyən edilmiş qaydada cəza təyin olunmalıdır. 65.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticə olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 66.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 67.Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 68.Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. 70.Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə müvafiq olaraq cinayətin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. 71.Belə ki, Təqsirləndirilən şəxs əvvəllər Goranboy Rayon Məhkəməsinin 04 sentyabr 2014-cü il tarixli, 1(045)-82/2014 nömrəli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 204.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Göygöl Rayon Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli, 1(066)-34/2019 nömrəli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 204.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 66.2-ci maddəsinin tələbləri nəzərə alınaraq 06 (altı) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 06 (altı) il 04 (dörd) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə Goranboy Rayon Məhkəməsinin 04 sentyabr 2014-cü il tarixli hökmü ilə ona təyin olunmuş 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 04 (dörd) ay 13 (on üç) gün hissəsi qismən birləşdirilməklə qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 05 aprel 2024-cü il tarixli, 7(002)-362/2024 nömrəli qərarı ilə azadlıqdan məhrumetmə cəzasının cəzasının çəkilməmiş 01 (bir) il 01 (bir) ay 02 (iki) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu götürülmədiyi və ya ödənilmədiyi dövrdə, yəni 15 yanvar 2025-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2 və 234.4.1-ci maddələrində nəzərdə tutulmuş hazırki cinayət əməllərini törətmiş və bununla da onun əməlində cinayətlərin təhlükəli residivi müəyyən olunmuşdur. 72.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 73.“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. 74.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsində göstərilmişdir ki, az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. 75.“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 may 2009-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. 76.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə görə məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. 77.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 78.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi təhlükəli sayılır. 79.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanı yüngüləşdirən və ağırlaşdıran halları, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini və qanunvericiliyin residivə görə cəza təyini ilə bağlı tələblərini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 80.Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarı ilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxslərə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. 81.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 82.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. 83.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin ediləcək cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti cəza təyin olunmalıdır. 84.Verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə təqsirləndirildiyi ictimai təhlükəli əməli Göygöl Rayon Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli, 1(066)-34/2019 nömrəli hökmü ilə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 01 (bir) il 01 (bir) ay 02 (iki) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edildiyi vaxt yəni, cəzanın çəkilməmiş hissəsi ərzində törətmişdir. 85.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6-cı maddəsində göstərilmişdir ki, cəzanın çəkilməmiş hissəsi ərzində məhkum: ... qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. 86.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. 87.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Göygöl Rayon Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli, 1(066)- 34/2019 nömrəli hökmü ilə təyin edilmiş 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 05 aprel 2024-cü il tarixli, 7(002)-362/2024 nömrəli qərarı ilə 01 (bir) il 01 (bir) ay 02 (iki) gün vaxtından əvvəl şərti azad olunması hissəsində ləğv edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Göygöl Rayon Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli, 1(066)-34/2019 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş qalan 01 (bir) il 01 (bir) ay 02 (iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. 88.Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 89.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə görə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə həmin şəxslər üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 90.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 91.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 92.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu - 16 yanvar 2025-ci il tarixdən hesablanmalıdır. 93.Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. 94.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi . 95.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 96.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə uyğun olaraq iş üzrə maddi sübut Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan, aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 192,42 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyində saxlanılan, iş üzrə aşkar edilərək götürülmüş, ağız hissəsi falqa ilə sarınmış, aşağı hissəsindən kiçik ölçülü deşik açılmış və qapağında da bir ədəd deşik açılmış bir ədəd yaşıl rəngli plastik su qabının, istifadə edilmiş halda iki ədəd şpiris ucluğunun (iqla), bir ədəd yuxarı hissəsi yanmış vəziyyətdə alışqanın və “Ketilept 200 mg” adlı dərmana aid bir ədəd konvolyutda üç ədəd həbin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini əsaslı hesab edir. 97.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.5-ci maddəsinə əsasən, iş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs məxsus bir ədəd «Honor X9b 5G» markalı mobil telefon aparatı onun özünə (etiraz etmədikdə yaxın qohumlarına) və Şahid1 məxsus bir ədəd «Redmi Note 7» markalı mobil telefon aparatı onun özünə qaytarılmalıdır. 98.İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 99.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 100.Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 258 (iki əlli səkkiz) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Femidainin hesabına köçürülməlidir. 101.Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. 102.Beləliklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərara əsasən Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı dövründə göstərilən hüquqi yardımla bağlı 638 (altı yüz otuz səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. 103.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Göygöl Rayon Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli, 1(066)- 34/2019 nömrəli hökmü ilə təyin edilmiş 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 05 aprel 2024-cü il tarixli, 7(002)-362/2024 nömrəli qərarı ilə 01 (bir) il 01 (bir) ay 02 (iki) gün vaxtından əvvəl şərti azad olunması hissəsi ləğv edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Göygöl Rayon Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli, 1(066)-34/2019 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş qalan 01 (bir) il 01 (bir) ay 02 (iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona qəti olaraq 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı 16 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 258 (iki əlli səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Məhkəmə icraatı dövründə göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsindən hesabına 638 (altı yüz otuz səkkiz) manat Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Maddi sübut olaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat- İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan - iş üzrə aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 192,42 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Maddi sübut olaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyində saxlanılan - iş üzrə aşkar edilərək götürülmüş, ağız hissəsi falqa ilə sarınmış, aşağı hissəsindən kiçik ölçülü deşik açılmış və qapağında da bir ədəd deşik açılmış bir ədəd yaşıl rəngli plastik su qabı, istifadə edilmiş halda iki ədəd şpiris ucluğu (iqla), bir ədəd yuxarı hissəsi yanmış vəziyyətdə alışqan və “Ketilept 200 mg” adlı dərmana aid bir ədəd konvolyutda üç ədəd həb məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış, bir ədəd «Honor X9b 5G» markalı mobil telefon aparatı Təqsirləndirilən şəxs (etiraz etmədikdə yaxın qohumlarına) və bir ədəd «Redmi Note 7» markalı mobil telefon aparatı Şahid1 qaytarılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva
2. Elmin Rüstəmov
3. Vüqar Quliyev