Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1586/2021 17.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər X2 və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru, Dövlət ittihamçısı2, müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və «FİDES» Vəkil bürosunun vəkili Müdafiəçi1 və iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam ali təhsilli, məhkumluğu olmayan, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olub, ünvan 2 ünvanda kirayəşin yaşamış, 22 mart 2021-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilib, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs başqa mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 5, 908 qram narkotik vasitə heroin və təmiz çəkisi 0, 624 qram metamfetamin əldə edib daşıyaraq üzərində saxlamış və 20 mart 2021-ci il tarixdə saat 19 radələrində Sabunçu RPİ-nin 13-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsində yerləşən “Bəhram” marketin yaxınlığında saxlanılaraq 13-cü PB-nə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki gödəkcənin sol iç cibindən bir ədəd “Winchester” markalı siqaret qutusunun içərisindən satış məqsədi ilə qanunsuz olaraq əldə edərək daşıyıb saxladığı ayrı-ayrılıqda təmiz çəkiləri 3, 283 qram, 2,625 qram ümumi təmiz çəkisi 5,908 qram kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin və bir bükümdə təmiz çəkisi 0, 624 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli, narkotik vasitəlrin istifadə etməsində təqsirli bildiyini, törətdiyi əməldən peşman olduğunu bildirərək ifadələrində göstərdi ki, o, ipoetka krediti götürmüşdür. İpotekanı ödəmək üçün iki işdə işləyir. Həm gündüz, həm də gecə işləyir. İşləyərkən yorulmasınının qarşısını və yuxusuzluğuunn qarşışını almaq üçün patıdan, yəni metamfetamindən istifadə edir. Hərdən də heroindən istifadə edir. Günə üç qram heroindən istifadə edir. O, polis əməkdaşları tərəfiəndən saxlanılanda onun üzərindən metemfetamin və heroin çıxıb. Onun üzərindən beş qram heroin çıxıb. O, ailə vəziyyəti ilə əlaqədar iki işdə işləyir. Sonuncu dəfə tutulan tarixdə narkotikdən istifadə edib. Həmin tarixdə də tutlub. Ondan aşkar olunan narkotikləri o, Ramin adlı şəxsdən instaqram vasitəsi ilə almışdır. O, narkotiki ”Kapital” bankın bank hesabına pul ödəyib almışdır. Əvvəllər o, Azərbaycan Respublikası CM-nin177-ci maddəsi ilə təqsirli bilinib 2000 AZN cərimə olunmuşdur. Həmin məbəlğin 300 (üç) yüz, ya da 400 (dörd) yüz manat hissəsini ödəyib, sonra da ona amnistiayaya düşdüyünü demişlər. O da ödəməni dayayndırmışdır. Əvvəlcə onu bu iş üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cəlb edib imza etdiriblər, sonra isə 234.4.3-cü maddəsi ilə cəlb etmişlər. Səbəbini soruşanda dedilər ki, heroin beş qramdır, ona görə bü maddəni verirlər. O, narkotik vasitələrin və maddələrin satışı ilə məşqul olmayıb. O, ibtidai istintaq zamanı da özünü qismən təqsirli bilmişdir. O, 16 avqustda ona təqdim olunan sənədləri imza etmişdir. Özü kirayədə qalır. İpoteka ilə ev almışdır. İpotekanı ödəmək üçün gecə-gündüz işləyir. O, heroinin qramını 18-20 manata alır. Gündə təxminən üç qram heroindən istifadə edir. Beş qram heroin ona təxminən üç günə çatır. Metamfetamini yorqunluğunun və yuxusuzluğunun qarşını almaq üçün istifadə edir ki, yatmadan işləsin. Heroindən nə məqsədlə istifadə etdiyini, maddi vəziyyətinin ağır olduğu halda qramı 18-20 manat olan heroindən gündə üç qram istifadə etməsinin səbəbəini blmir. Başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub aydınlaşdırılmış ifadələrində Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək, ifadələrində göstərmişdir: ”Təxminən 6-7 aydır ki, narkotik vasitə kakos (heroin) və şüşəni (metamfetamin) çəkmək yolu ilə qəbul edir. 20.03.2021-ci il tarixdə saat 19:00-da yaşadığı ünvan 2 ünvanından çıxıb gedərkən 2 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqim edib onu Sabunçu RPİ-nin 13-cü polis bölməsinə dəvət etmişdir. Polis bölməsində xidməti otaqların birində polis əməkdaşları tərəfindən video görüntü vasitəsi ilə onun üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Axtarış zamanı onun hüquq və vəzifələri izah olunduqdan sonra ona təklif olunmuşdur ki, o öz üzərində qanunla qadağan edilmiş hər hansısa əşya, predmet və ya maddə gəzdirirsə onları özü təqdim etsin. O, bu təklifdən sonra əynində olan qara və hərbi geyim forması rəngində rəngli qolsuz gödəkcənin sol iç cibindən bir ədəd "Winchester” markalı siqaret qutusunun içərisindəki bir ədəd şəffaf selofan bükümdə olan psixotrop maddəyə bənzər kristallik şəkilli maddə, bir ədəd şəffaf selofan və bir ədəd yaşıl selofan bükümdə olan qəhvəyi rəngli narkotik vasitəyə bənzər maddələri təqdim etmiş və həmin maddələri "Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsilə tanıdığı İran vətəndaşı olan Ramil adlı şəxsdən onun istifadəsində olan +**********50 saylı “Whatsapp” nömrəsi ilə əlaqə saxlayıb onun bildirdiyi ******************** saylı “Kapital” banka aid X5 məxsus hesaba 180 manat pul köçürüb Ramilin ona şəklin atdığı yerdən Ziya Bünyatov prospektində yerləşən adını bilmədiyi zavodun divarının dibindən götürüb öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən təqdim etdiyi bir ədəd şəffaf selofan bükümdə olan psixotrop maddəyə bənzər kristal şəkilli maddə, bir ədəd selofan və bir ədəd yaşıl selofan bükümdə olan qəhvəyi rəngli narkotik vasitəyə bənzər maddələr qablaşdırılaraq möhürlənmiş, ona izah olunmuşdur ki, həmin qablaşdırılan zərf ekspertiza mərkəzinə göndəriləcək. Onun istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə ***-***-**-**, ***-***-**-** və ***-***-**-** möbil nömrələri ilə narkotiklərin istifadəsindən və onun həmin nömrə sahiblərini narkotiklə bağlı olan ağrılardan 10-20 manat və s. pul müqabilində narkotiklər verərək lomkadan çıxarması barədə yazışmaları və danışıqları qeydə alınmışdır, o, tutduğu əməldən peşman olmasını bir daha belə səhvə yol vermiyəcəyini bildirmişdir.” Şahid1 ifadələrində göstərdi ki, o, Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunmuş Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla yaxınlığı və ədavəti yoxdur. 20 mart 2021-ci il tarixdə ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi və üzərində gəzdirməsi barədə məlumat daxil oldu. Məlumatı yoxlamaq üçün ondan və həmin bölmənin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradıldı. Əməliyyat axtarış tədbirləri zamanı 20 mart 2021-ci il tarixdə saat 19:20- dəqiqədə Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsində yerləşən “Bəhram" marketin yaxınlığında saxlanılaraq Sabunçu RPİ-nin 13-cü PB-nə gətirildi. Polis bölməsində xidməti otaqların birində video görüntü vasitəsi ilə onun üzərində şəxsi axtarış keçirildi. Axtarış zamanı ona üzərində qanunla qadağan edilmiş hər hansısa əşya, predmet və ya maddə gəzdirirsə onları təqdim etmək təklif olundu. Fərhad bu təklifdən sonra əynindəki gödəkcənin iç cibindən “Winchester” markalı siqaret qutusunun içərisindən bir bükümdə olan psixotrop maddə metamfetamin, bir başqa bükümdə heroin təqdim edib həmin maddələri “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsilə tanıdığı iranlı Ramil adlı şəxslə “Whatsapp” nömrəsi ilə əlaqə saxlayıb onun bildirdiyi “Kapital” banka aid X5 məxsus hesaba 180 manat pul köçürüb Ramilin ona şəklin atdığı yerdən Ziya Bünyadov prospektində yerləşən adını bilmədiyi zavodun divarının dibindən götürüb öz istifadəsi üçün üzərində gəzdirdiyini dedi. Bundan sonra onun üzərindən aşkar edilən narkotik vasitələr, psixotrop maddə qablaşdırıldı, axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edildi. O və iştirak edən digər şəxslər həmin protokolu imzaladı. Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verib, 20 mart 2021-ci il tarixdə saat 19:20-də Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsində yerləşən “Bəhram" marketin yaxınlığında saxlayıb Sabunçu RPİ-nin 13-cü PB-nə gətirdiklərini, orada üzərinə baxış keçirilərkən onun cinayət əməlinin predmetini təşkil edən heroini və metamfetamini təqdim etdiyini təsdiq etdi. Məhkəmədə elan olunub araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 6/1143 nömrəli, 21 mart 2021-cİ il tarixli rəyindən görünür ki, ”... Vət. Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış zərfdəki iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3, 283 qram, 2, 625 qram ümumi təmiz çəkisi 5, 908 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, bir ədəd bükümdə təmiz çəkisi 0, 624 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Məhkəmədə elan olunub araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 1438 nömrəli, 08 may 2021-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu, Narkomaniya xəstəliyi, aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyat alınması məsləhət görülür. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3, 283 qram, 2, 625 qram ümumi təmiz çəkisi 5, 908 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin, bir ədəd bükümdə təmiz çəkisi 0, 624 qram olan ağ rəngli kristalik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, ekspertizanın tədqiqatından sonra qalıq çəkisi 5,808 qram narkotik vasitə heroin, qalıq çəkisi 0,574 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitələrin və psixotrop maddənin aşkar edilməsi görüntülərini özündə əks etdirən 01 (bir) ədəd DVD-R diski maddi sübut kimi tanınıb cinayət işinin materiallarına əlavə olunmuşdur. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, ********* nömrəli cinayət işi üzrə "xxxx" MMC-dən 08 iyul 2021-ci il tarixli, BKC/LGL-12525/21 nömrəli müşayiət məktubu əsasında alınmış 01 ədəd disk maddi sübut kimi tanınmış və ********* nömrəli cinayət işinə əlavə edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs ifadələrində maddi vəziyyətinin çətin olması barəsindəki bəyanətləri müzakirə olunarkən onun özü tərəfindən gündə istfadə etdiyi üç qram heroinə 60 (altmış) manata yaxın pul verməsini təsdiq etməsi onun maddi çətinliklərlə bağı bəyanatının əsaslı şübhələrlə müşahidə olunuğu qənəaətinə gəlir. Çünkü məhkəmənin qənaətinə görə maddi vəziyyəti çətin olan şəxsin gün ərzində başqa xərcləri nəzərə alınmadan yalnız özünün şəxsi istifadəsi üçün yuxarıda göstərlən dəyərdə və miqdarda narkotik vasitə alması ağlabatan deyildir. Məhkəmənin bu qənəati Təqsirləndirilən şəxs ifadələrində metamfetamindən yorulmadan işləmək üçün istfadə etdiyini bildirib, heroindən nə məqsdlə istifadə etməsini izah edə bilməməsi baxımından da əsaslıdır. Məhkəmə, Təqsirləndirilən şəxs öz təqsirsizliyiyni sübuta yetirməyə borclu olmamasını nəzərə alır. Bununla bərabər məhkəmə, hüququn mənasına görə müdafiə tərəfinin, o cümlədən də, təqsirləndirilən şəxsin öz maraqlarının və müdafiəsinə yönələn irəli sürdüyü iddialırını təsdiq edən sübutları təqdim etməli olmasını da nəzərə alır. Məhkmədə müdafiə tərəfi belə sübütlar təqdim etmədi. Bu səbəbdən də, məhkəmə, Təqsirləndirilən şəxs bu iddialarının faktiki əsəası olmayan, özünün müdafiəsinə yönələn cəhdi kimi qiymətləndirib, ittiham tərəfinin iddialarında haqlı olduğu qənəatinə gəlir. Çünkü məhkəmədə bunun əksi sübuta yetirilmədi. Beləliklə, məhkəmə, yuxarıda göstərilən araşdırlmış ittihamedici sübutlar əsasında Təqsirləndirilən şəxs tərəfindən ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlini onun tərəfindən anlaqlı vəziyyətdə törətməsinin sübuta yetirildiyi qənaətinə gəlir. Məhkəmə, göstərilənləri nəzərə alıb, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin dispozisiya şərtlərinə uyğun gəldiyi qənaətinə gəlib onun əməlini həmin maddə ilə tövsif edilməsini əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs həmin əməli qəsdən törətməsi qənaətinə gəlir və onun təqsirli bilinməsini əsaslı sayır. Çünki məhkəmədə bunun əksi sübuta yetirilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməllərini qəsdən törətməsi qənaətinə gəldiyindən onun bu əmələ görə qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmalı olmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. İbtidai istintaq zamanı məhkəmə fiziki-kimyəvi ekspertizasının keçirilməsinə 81,82 (səksən bir manat səksən iki qəpik) manat xərclənmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü «Fides» Vəkil Burosunun vəkili Müdafiəçi1 tərəfindən 20 (iyirmi) saat hüquqi yardım göstərilmişdir. Bu səbəbdən də ona 120 (yüz iyirmi) manat pul ödənilməlidir. Məhkəmə, həmin xərcləri dövlət büdcəsi hesabına ödənilməsini təmin edib, bu məbləğlərin məhkəmə məsrəfləri qismində Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməsinin əsaslı olması qənaətinə gəlir, çünkü məhkəmədə, təqsirləfndirilən şəxs Təqsirləndirilən şəxs həmin məbləğlərin ödənilməsindən azad olunması üçün əsas müəyyən olunmadı. Məhkəmə, maddi sübutları mahiyyəti üzrə həll edərəkən iş üzrə maddi sübut kimi tanınıb, Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş iki bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,283 qram, 2,625 qram, ümumi təmiz çəkisi 5,908 qram kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroinin, bir ədəd bükümdə təmiz çəkisi 0, 624 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin ekspertizanın tədqiqatından sonra qalıq çəkisi 5,808 qram narkotik vasitə heroinin, qalıq çəkisi 0,574 qram psixotrop maddə metamfetaminin məhv edilməsini, onun üzərindən narkotik vasitələrin və psixotrop maddənin aşkar edilməsi görüntülərini özündə əks etdirən 01 (bir) ədəd DVD-R diskinin, "xxxx" MMC-dən 08 iyul 2021ci il tarixli, BKC/LGL-12525/21 nömrəli, müşayiət məktubu əsasında alınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmasını əsaslı sayır. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitələrin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Məhkəmə də həmin halı nəzərə alır. İstintaq orqanı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən hal müəyyən edilmədiyi qənaətinə gəlmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlinin törədilməsinin halları barəsində ətraflı ifadələr verib, törətdiyi əməldən peşman olmasını bildirib, cinayətin açılmasında fəal iştirak etməsi müəyyən olundu. Məhkəmədə, Təqsirləndirilən şəxs anasının ağr xəstələikdən əziyyət çəkdiyiyni, özünün ailə qurmağa hazırlaşdığnı, onun həbs edilməsinin ailə vəziyyətini daha da ağırlaşdırdığnı bildirdi. Məhkəmə, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlinə münasibətini, əmlindən peşman olub ətraflı ifadələr verib cinayətin açılmasında iştirak etməsini, onun ailə vəziyyətinini onun təyin olunacaq cəzaya təsir edən yüngülləşdirici hallar kimi nəzərə alır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 14 may 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 03 may 2012-ci il tarixdə Sabunçu rayon məhkəməsinin hökmü İlə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 69,4-cü maddələrinə əsasən təqsirli bilinərək, ona 2000 manat cərimə cəzası verilmişdir. Məhkəmədə elan olunub araşdırılmış 05 iyul 2013-cü il tarixli Sabunçi rayon İcra şöbəsinin əməkdaşının qəbul etdiyi qərarından görünür ki, Milli Məclisisnin 07 may 2013-cü il tarixli “Azərbaycan xalqının ümumimilli lideri Heydər Əliyevin 90 illik yübleyi münasibəti ilə amnistiya aktı elan olunması haqqında ” Qərarına əsasən Təqsirləndirilən şəxs 03 may 2012ci il tarixdə Sabunçu rayon məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.2, 69.4-cü maddələri ilə təqsirli bilinərək məhkum olunduğu 2000 manat cərimə cəzasından azad olunmuşdur. Məhkəmə həmin halları nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməlinin xarakterini və Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və onun qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğunu nəzərə alıb təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən, ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə 20 mart 2021-ci il tarixdə şübhəli şəxs qimində tutulub 22 mart 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib həmin tarixdə barəsində əvvəli 20 mart 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilib hazırkı vaxta qədər həbsdə saxlanılması müəyyən olundu. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin etmək qənaətinə gəldiyindən ona təyin olunmuş cəzanın başlanğıcının 20 mart 2021-ci il tarixdən hesablanmalı olmasını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 08 may 2020ci il tarixli 1438 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, həmin halları nəzərə alıb Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmasını və onun narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini təyin edərkən, onun tərəfindən törədilmiş cinayət əməllərinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halın və əməlində cinayətəin residivinin olmasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əmələrini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin başlanğıcı 20 mart 2021-ci il tarixdən hesablansın. O, cəzasını ümümi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs oğlu barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunsun və o, narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş iki bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3, 283 qram, 2, 625 qram ümumi təmiz çəkisi 5, 908 qram kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroinin, bir bükümdə təmiz çəkisi 0, 624 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin ekspertizanın tədqiqatından sonra qalıq çəkisi 5,808 qram narkotik vasitə heroin və qalıq çəkisi 0,574 qram psixotrop maddə metamfetamin məhv edilsin, onun üzərindən narkotik vasitələrin və psixotrop maddənin aşkar edilməsi görüntülərini özündə əks etdirən 01 (bir) ədəd DVD-R diski, "xxxx" MMC-dən 08 iyul 2021-ci alınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Dövlət büdcəsi hesabına məhkəmə fiziki-kimyəvi ekspertizasının keçirilməsinə 81,82 (səksən bir manat səksən iki qəpik) manat, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi hüquqi yardıma görə 120 ( yüz səksən) manat Müdafiəçi1 ödənilməsi üçün Azərbaycan Respublikası Vəkillər X3 və Tədris mərkəzinin hesabına ödənilsin. Həmin məbləğlər məhkəmə məsrəfləri qismində Təqsirləndirilən şəxs oğlundan tutulub dövlət büdcəsinə qaytarılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs oğlunun isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1586/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1586/2021
17.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver