Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1586/2022 07.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X9, dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokurorları Dövlət ittihamçısı və X5, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 19 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər Beyləqan rayon məhkəməsinin 27 avqust 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası 177.2.1 və 177.2.3-cü maddəsi ilə 03 il azadlıqdan məhrum etmə cəzasına məhküm olunarq, Azərbaycan Respublikası CMnin 70-ci maddəsi tətbiq edilərək 6 ay sınaq müddətinə şərti məhküm edilmiş, məhkümluğu ödənilmiş, Ağdam şəhəri Frunze küçəsi ev 55-də qeydiyyatda olan, ünvan 1 ünvanında kirayədə yaşamış, barəsində Yasamal rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs naməlum mənbədən satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib daşıyaraq üzərində saxlamışdır. Belə ki, o, naməlum mənbədən qanunsuz olaraq satış məqsədi ilə 8,358 qram çəkidə, yəni külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2022-ci il tarixdə saat 15:00 radələrində Bakı Metropolitenində Polis Şöbəsinin CAQ-nun əməkdaşları tərəfindən ünvan 3 ünvanında yerləşən “Velotrek” ticarət mərkəzinin qarşısında saxlanılaraq ünvan 4 ünvanında yerləşən Bakı Metropolitenində Polis Şöbəsinin inzibati binasına gətirilmiş və orada saat 16:10 radələrində inzibati otaqların birində üzərində video çəkiliş vasitəsi ilə şəxsi axtarış aparılarkən əynində olan göy rəngli cins şalvarının ön sol cibindən 10 (on) ədəd şəffaf sellofana bükülmüş ayrı-ayrılıqda təmiz çəkisi 0,787 qram, 0,816 qram, 0,901 qram, 0,810 qram, 0,853 qram, 0,816 qram, 0,846 qram, 0,844 qram, 0,883 qram, 0,802 qram, ümumilikdə təmiz çəkisi 8,358 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və istintaqa məlum olmayan mənbədən və tarixdə qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib saxlamış olduğu kirayədə yaşadığı ünvan 6 ünvanında yerləşən bir otaqdan ibarət fərdi yaşayış evinə 12 aprel 2022-ci il tarixdə saat 19:30 radələrində video çəkiliş vasitəsi ilə baxış keçirilən zaman evin içərisində quraşdırılmış odun sobasının içərisindən 03(üç) ədəd şəffaf sellofana bükülmüş ayrı-ayrılıqda təmiz çəkisi 0, 644 qram, 0, 879 qram, 0,869 qram, ümumilikdə təmiz çəkisi 2,392 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd elektron tərəzi aşkar edilərək sənədləşdirilib götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik aludəçisidir, demək olar ki, hər gün heroindən istifadə edirdi. Narkotik vasitələri tanımadığı şəxslərdən əldə edirdi. ünvan 7 ünvanında kirayədə tək yaşayır. Özü bloqerliklə məşqul olur.O, əvvəllər məhkum olunmuşdur. Bir nəfər Şahid1 adlı tanışı var. Ruslan narkomandır. Hərdən bir onlar birlikdə narkotik vasitələrdən istifadə edirlər. 12 aprel 2022-ci il tarixdə günorta radələrində tanışı Ruslan ona zəng edərək onu 20 Yanvar metrostansiyanın yaxınlığına çağırmışdır. O, Ruslanın dedyi həmin ünvana çatanda polis əməkdaşları ona yaxınlaşaraq onu Bakı Metropolitenində Polis Şöbəsinin İnzibati binasına gətirmişlər. Həmin vaxt o, orada bilmişdir ki, tanışı Ruslan 4-5 gün əvvəl polislər tərəfindən saxlanılmış və Ruslan dindirilərkən ondan narkotik vasitələrin alınmasını demişdir. Ona görə də Ruslan polislərin deməsinə görə ona zəng edib onu həmin yerə çağırmışdır. Polis əməkdaşları onu saxlayarkən onda cəmi 1 qram narkotik vastiə olmuşdur. Ona veilən ittihamda göstərilən çəkidə onda narkotik vasitə olmamışdır. Nə də onun yaşadığı evdə narkotik vasitə olmayıb. Telefon danışıqları ilə əlaqədar bildirir ki, həqiqətən narkotiklərin alqısı ilə əlaqədar telefon danışığları və SMS-ləri olmuşdur. Hal hazırda həmin şəxslərin kimliyini və telefon nömrələrini xatırlamır, onların anket məlumatlarını bilmir. O, narkotik vasitələrin satışı ilə məşqul olmur. Polis əməkdaşları yalandan ona bildiriblər ki, o, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunacaq, ona görə də bütün protokollara imza atmışdır. Əməlindən peşmandır. Elan olunmuş cinayət işinin 76-77-də olan şəxsi axtarış və götürmə aparılması haqqında protokola və protokolda olan imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, ona təqdim olunmuş imza onun imzasıdır, protokolu oxumadan imza etmişdir, protokolda yazılan heroin göstərilən çəkidə olmamışdır, onda cəmi 1 qram heroin olmuşdur. Ona bildiriblər ki, o, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunacaq, ona görə protokola imza atmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmiş və ifadələrinin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 78-82, 110-117-ci vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir:o, ünvan 7 ünvanında kirayədə tək yaşayır, özü narkotik aludəçisidir, gündəlik «heroin» narkotik vasitəsindən istifadə edir, narkotik vasitə qəbul etdiyinə görə əvvəllər məhkum olunmamış. 2020-ci ilin yanvar ayında “İnstagram" sosial şəbəkəsində özünü ona Elvin kimi təqdim edən İran İslam Respublikası vətəndaşı ilə virtual tanış olmuş, Elvin adlı şəxsin digər anket məlumatlarını bilmir, Elvin adlı şəxs +**********78 saylı nömrəsini ona vermiş, həmin nömrə üzərindən yalnız "WhatsApp” ani sms proqramı üzərindən əlaqə saxlamış, Elvin özünü ona fran İslam Respublikası kimi təqdim etmiş, Elvin ilə heç vaxt görüşməmiş, Elvinlə “WhatsApp1' ani sms proqramı üzərindən görüntülü telefon danışığı əlaqəsi olmuş, Elvin adlı şəxs təxminən 30 yaşlarında uzun boylu, arıq bədən quruluşlu, saçları qara rəngli, sifətində xüsusi əlaməti olmayan şəxsdir, söhbət əsasında Elvin adlı şəxsə narkotik aludəçisi olduğunu bildirmiş, Elvin narkotik vasitələrin və psixotrop maddələrin online satışı ilə məşğul olduğunu ona bildirmiş, onun üçün də narkotik vasitə və psixotrop maddə təşkil edə biləcəyini bildirmiş, həmin şəxsdən narkotik vasitəni online necə satdığını soruşmuş, Elvin adlı şəxslə “WhatsApp” ani sms proqramı üzərindən əlaqə saxlayan zaman Elvin adlı şəxs ona bildirmişdir ki, onun göndərdiyi hesab nömrəsinə müəyyən məbləğlərdə onlayn pul köçürdükdən sonra narkotik vasitəni və psixotrop maddəni qoyduğu ünvanı ona “WhatsApp” vasitəsi ilə göndərəcəkmiş və həmin narkotik vasitəni həmin ünvandan götürəyini bildirəcəkdir. Elvinin bu təklifi onu qane etmiş, Elvin adlı şəxsdən şəxsi istifadəsi və satışını təşkil edib pul qazanmaq üçün narkotik vasitə heroin və metamfetmin almaq qərarına gəlmiş, 2020-ci ilin yanvar ayından başlayaraq 2022-ci ilin mart ayına kimi mütamadi olaraq Elvindən narkotik vasitə heroin və metamfetamin almış, Elvin adlı şəxs hər dəfə müxtəlif banklara məxsus hesab nömrələri göndərmiş, narkotik vasitələrdən əldə etdiyi pulları həmin bank kartlarının hesabına onlayn ödənişlər edirmiş və sonra ödəniş qəbzlərinin şəklini telefonla çəkib Elvin adlı şəxsə «whatsapp» üzərindən göndərirmiş,polis tərəfindən tutulmaqdan qorxduğu üçün Elvinin ona göndərdiyi banklara məxsus hesablarını və ödəniş qəbzlərinin şəkillərini telefonun yaddaşına format etməklə silmiş, sonuncu dəfə yəni xx.xx.2022-ci il tarixdə narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin almaq məqsədilə Elvin adlı şəxs ilə “whatsapp” üzərindən əlaqə saxlamış, narkotik vasitə heroin və psixotrop maddə metamfetamin almaq istədiyini ona bildirmiş, Elvin adlı şəxs ona onun göndərdiyi hesaba onlayn 225 manat pulu köçürüb çeki ona atmağı bildirmişdir. Elvin adlı şəxsə hazırda pulu olmadığını bildirmiş, lakin, Elvin ona 15 qram narkotik vasitə olan heroin göndərə biləcəyini bildirmiş, həmin narkotik vasitələri satıb pulunu onlayn şəkildə onun hesabına köçürməsini ona bildirmiş, Elvinin bu təklifi ilə razılaşmış, həmçinin Elvin ona göndərəcəyi narkotik vasitənin bir hissəsini özü üçün istifadə etməsini, qalan hissəsini isə satıb pulunu ona göndərməsini bildirmiş, xx.xx.2022ci il tarixdə Elvin ona 15 qram heroin təşkil edəcəyini demiş, Elvin ona narkotik vasitə olan heroinləri əvvəlcədən vəd edilmiş qaydada yəni Suraxanı rayonu ərazisində dirəklərin birinin altında qoyulmuş yerdən götürməyini demiş, xx.xx.2022-ci il tarixdə saat 22:30 radələrində Elvinin ona dediyi ünvana getmiş və dirəklərin alt hissəsidən 15 qram narkotik vasitə olan heroini götürmüş, narkotik vasitə 15 qram heroinlərlə birlikdə kirayədə yaşadığı evə gəlmiş, Elvinin ona göndərdiyi narkotik vasitələrin çəkisinin dəqiq olub-olmadığını yoxlamaqdan üçün evində olan tərəzidən istifadə etməklə çəkmiş, həmin narkotik vasitə heroin 15 qram olması ona məlum olmuş, evindən olan tərəzidən istifadə etməklə Elvindən aldığı 15 qram heroindən şəxsi istifadəsi üçün 2 qramını ayırıb, kirayədə yaşadığı evdə yandırıb tüstüsünü çəkmək yolu ilə qəbul etmiş, qalıq 13 qram narkotik vasitə olan heroini kirayədə yaşadığı istifadə etmədiyi odun sobasının içərisində gizlətmiş, həmin 13 qram narkotik vasitə olan heroini yaşadığı evdə gizlətməkdə məqsədi narkotik vasitə olan heroinləri satmaq olmuş, narkotik vasitənin 1 qramını 22-23 manat civarında satışını təşkil etməklə 2022-ci ilin mart ayının sonlarında tanışı Şahid1 ilə Qaradağ rayonu Lökbatan qəsəbəsində görüşərək təxminən 115 manat pul müqabilində 5 qram çəkidə narkotik vasitə heroin satmış, 12 aprel 2022-ci il tarixdə kirayədə yaşadığı ünvan 7 ünvanında olan zaman saat 11:00 radələrində istifadəsində olan 077-445- 75-00 saylı mobil telefon nömrəsinə əvvəllər tanıdığı Ruslan istifadəsində olan 050-748-49- 98 saylı mobil telefon nömrəsi ilə onunla "WhatsApp" ani sms proqramı üzərindən əlaqə saxlayaraq 10 qram narkotik vasitə heroin istəmiş, Ruslana 10 qram çəkidə narkotik vasitə olan heroini 220 manata sata biləcəyini ona demiş, Ruslan onun bu təklifi ilə razılaşmış, evdə odun sobasının içərisində saxladığı narkotik vasitə heroini götürmüş, həmin heroini tərəzidə çəkmiş, Ruslanın sifariş etdiyi 10 qram narkotik vasitə heroini satışa hazırladıqdan sonra qalan narkotik vasitə heroini və tərəzini yenidən odun sobasının içərisinə qoymuş, Ruslanın sifariş etdiyi narkotik vasitəni hazırladıqdan sonra onunla 20 yanvar metrostansiyası yaxınlığında yerləşən Velotrek ticarət mərkəzinin qarşısında görüşməyi barədə razılaşmış, bundan sonra evdən 10 qram narkotik vasitə olan heroinləri götürdükdən sonra tanımadığı yol taksisi ilə yola düşmüş, Ruslanla əlaqə saxladığı mobil telefonu Qaradağ rayonu ərazisində taksidə olan vaxt pəncərədən çölə tullamış, "Velotrek” ticarət mərkəzinin qarşısına çatıb Ruslanı gözləyən zaman iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb, özlərini təqdim edərək Bakı Metropolitenində Polis Şöbəsinin CAQ-nun əməkdaşları olduqlarını bildirmiş, həmçinin polis əməkdaşlarına özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu demiş, bundan sonra polis əməkdaşları ondan narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu Bakı Metropolitenində Polis Şöbəsinə gətirmiş və müdafiəçinin iştirakı ilə video çəkiliş vasitəsilə üzərinə şəxsi axtarış və götürmə aparılmış, axtarış zamanı polis əməkdaşları tərəfindən üzərində qanunla qadağan edilmiş maddələr vardırsa könüllü olaraq masanın üzərinə qoymağı təklif olunmuş, əynindəki, göy rəngli cins şalvarının ön sol cibindən 10 ədəd şəffaf rəngli sellefan kəsiyindəki bükümləri çıxarıb masanın üzərinə qoymuş, sorğu-sual zamanı təqdim etdiyi bükümlərin içərisində "kakos” narkotik vasitəsi olduğunu və özünə məxsus olduğunu, həmin narkotik vasitələrin şəxsi istifadəçisi və eləcə də satışını təşkil etdiyini bildirmiş, bundan sonra həmin bükümlər açılmış, bükümlərin içərisində qəhvəyi rəngli kütlədən ibarət narkotik vasitə olan «kakos”a oxşar kütlələr olması müəyyən edilmiş, daha sonra bununla bağlı protokol tərtib edilmiş, həmin protokolla müdafiəçinin iştirakı ilə tanış olduqdan sonra düzgünlüyünü imzası ilə təsdiq etmişdir. Bundan başqa, xx.xx.2022ci il tarixdə onun və hüquqlarını müdafiə edən vəkil X3 və Bakı Metropolitenində Polis Şöbəsinin CAQ-nun əməkdaşları tərəfindən kirayədə yaşadığı ünvan 9 ünvanına baxış keçirilmiş, baxış zamanı evdə odun sobasının içərisində saxladığı 03 bükümdə narkotik vasitə olan heroini və 1 ədəd tərəzini polis əməkdaşlarına təqdim etmiş, yaşadığı evdən də aşkar olunaraq götürülmüş 03 büküm narkotik vasitə heroin və bir ədəd tərəzi ona məxsus olduğunu bildirmiş, həmin bükümləri evdə saxlamaqda məqsədi satmaq olmuşdur. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, ifadələri qismən təsdiq edir, onda cəmi 1 qram narkotik vasitə heroin olmuşdur, protokollarda olan imzalar ona məxsusdur, protokolları oxumadan imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki,o, narkomandır, təqribən 4 il olar ki, narkotik vasitə heroin və metamfetamindən istifadə edir. 2022-ci ilin mart ayının sonunda tanışı Təqsirləndirilən şəxs ilə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində görüşərək onunla birlikdə narkotik vasitələrdən istifadə etmişdir. İstifadə etdiyi narkotik vasitəni kimdən əldə etdiyini hal hazırda xatırlamır. "Whats app" proqramından qeydiyyatdan keçmiş ***-***-**-** saylı mobil telefon nömrəsindən istifadə etməklə Təqsirləndirilən şəxs ilə “whats app” sms proqramı ilə əlaqə saxlamışdır. Ola bilər ki, ikisidə narkoman olduğu üçün narkotik vasitələrin alışı ilə əlaqədar müxtəlif məzmunlu SMS danışıqları olmuşdur. Hal hazırda xatırlamır. Şahid1 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün şahidin məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmiş və ifadələrin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 28-30-cü vərəqələrində olan dindirmə protokolunda Şahid1 aşağıdakıları göstərmişdir : təxminən 4 il olar ki, el arasında "kakos” adlanan narkotik vasitə heroin və patı adlanan psixotrop maddə metamfetamin qəbul edir, heroni inyeksiya yolu ilə metamfetaminin tüstüsünü qəbul etmək yolu ilə istifadə edir, 2022-ci ilin mart ayının sonunda tanışı Təqsirləndirilən şəxs ilə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində görüşərək ona 115 manat pul ödəniş edərək 5 qram narkotik vasitə heroin almış, həmin narkotik vasitə heroini şəxsi istifadəsi üçün almış və istifadə etmişdir. "Whats app" proqramından qeydiyyatdan keçmiş ***-***-**-** saylı mobil telefon nömrəsindən istifadə etməklə Təqsirləndirilən şəxs Whats app proqramından qeydiyyatdan keçmiş ***- ***-**-** saylı mobil telefon nömrəsi ilə “whats app” sms proqramı üzərindən əlaqə saxlayaraq görüş təyin etməklə ondan şəxsi istifadəsi üçün narkotik vasitə heroin almış və istifadə etmişdir. 2022-ci ilin yanvar ayında “İnstagram” sosial şəbəkəsində “Cövdət 666” adlı ilə istifadə olunan səhifənin admini ilə virtual tanış olmuş, lakin onun anket məlumatlarını bilmir, həmin şəxs ona İran İslam Respublikasının vətəndaşı olduğunu bildirmiş, həmin şəxs ona bildirmişdir ki, onun göndərdiyi hesab nömrəsinə müəyyən məbləğlərdə onlayn pul köçürdükdən sonra narkotik vasitəni qoyduğu ünvanı ona “whats app” vasitəsi ilə göndərəcəkmiş və həmin narkotik vasitəni həmin ünvandan götürəyini bildirəcəkmiş, öz şəxsi istifadəsi üçün narkotik vasitə lazım olanda həmin şəxslə ilə “whats app” üzərindən əlaqə saxlayırmış, şəxsi istifadəsi üçün narkotik vasitə sifariş edirmiş, həmin şxəsdən 3 ay olar ki, online vasitəsi ilə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin alır və hər dəfə həmin şəxs ona ayrı-ayrı hesab nömrəsi göndərmiş, həmin hesab nömrələrinə pulu “Milliön” və “E-manat” terminalları vasitəsi ilə köçürmüş, həmin narkotik vasitələri şəxsi istifadəsi üçün almış, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamış, xx.xx.2022-ci il tarixdə saat 15:00 radələrində həmin şəxslə “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlamış, həmin şəxsə 120 manat pulu olduğunu və həmin pulun müqabilində 10 ədəd metadon həbi istədiyini bildirmiş, həmin şəxs ona bank hesabı göndərmiş, həmin hesab nömrəsinə 120 manat pul köçürtmüş, pulu köçürtdükdən sonra onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə sms gəlmiş, həmin smsdə sirafiş etdiyi 10 ədəd metadon həbinin Zabrat qəsəbəsində “Al market”in arxasında daşın altında olduğu bildirilmiş, daha sonra telefonunu format etmiş və telefonun içində olanlar silinmiş, xx.xx.2022-ci il tarixdə saat təxminən 19:00 radələrində Zabrat qəsəbəsində yerləşən “Al” marketin yaxınlığına getmiş, həmin marketin arxasına keçmiş, daha sonra orada olan daş parçasının alt hissəsinə baxan zaman “PALLMALL” markalı siqaret qutusu olduğunu görmüş, həmin vaxt ətrafda heç kim olmamış, həmin siqaret qutusunu yerdən götürmüş və siqaret qutusunun içinə baxmış, həmin siqaret qutusunun içərisində 04 ədəd şəffaf sellofan kəsiyində bükümlərin olduğunu görmüş, bundan sonra hər bir bükümləri açıb baxmış, hər iki bükümlərin içində ayrı-ayrılıqda heroin və digər iki bükümlərinin içində İsə metamfetamin olmuş, həmin şəxslə “WhatsApp” ani mesajlaşma üzərindən əlaqə saxlamış, 10 ədəd metadon dərman həbləri sifariş etdiyini, lakin, dərman həblərinin əvəzinə isə iki bükümdə narkotik vasitə heroin və iki bükümdə isə metamfetamin götürdüyünü ona bildirmiş, həmin şəxs ona sifarişi yalnışlıqla göndərdiyini bildirmiş, həmin şəxs 10 aprel 2022-ci il tarixdə qeyd olunan həblərini göndərəcəyini ona bildirmiş, bundan sonra ayrı-ayrılıqda bükümlərdə olan iki ədəd bükümdəki narkotik vasitə heroini və iki ədəd bükümdə olan metamfetamini götürüb oradan uzaqlaşaraq yaşadığı evə qayıtmış, daha sonra evdə olan zaman həmin narkotik vasitə olan heroindən və metamfetamindən bir qismini istifadə etmiş, daha sonra 4 ədəd şəffaf sellofan kəsiyində bükümlərdə olan heroinləri və metamfetaminləri üzərində saxlamış, 10 aprel 2022-ci il tarixdə saat 12:00 radələrində "WhatsApp” ani mesajlaşma üzərindən həmin şəxslə əlaqə saxlamış, həmin şəxs onun sifariş etdiyi 10 ədəd metadon dərman həblərini Zabrat qəsəbəsində yerləşən “Al” marketin arxasında yerləşən daşın alt hissəsində gizlətdiyini bildirmiş, 10 aprel 2022-ci il tarixdə saat 15:00 radələrində Zabrat qəsəbəsinə getməyi üçün metronun “Xalqlar Dostluğu” stansiyasından istifadə etmək qərarına gəlmiş və “Koroğlu” metrostansiyasına getməkdən ötrü "Xalqlar Dostluğu” metrostansiyasına düşmüş, metroda tibbi maskadan düzgün istifadə etmədiyi üçün polis əməkdaşı ona yaxınlaşıb özünü təqdim etmiş, ondan özünü təqdim etməyini tələb etmiş, polis əməkdaşına Şahid1 olduğunu demiş, sonra həmin polis əməkdaşı onun adını portal sisteminə daxil etmiş, polis əməkdaşı ona Yasamal rayon məhkəməsi tərəfindən axtarış olduğunu bildirmiş, polis əməkdaşı onu polis şöbəsinə dəvət etmiş, polis əməkdaşı ilə birlikdə Bakı Metropolitenin polis şöbəsinə gəlmiş, polis şöbəsində olan zaman polis əməkdaşlarına narkotik vasitə və psixotrop maddələrin aludəçisi olduğunu bildirmiş, həmçinin üzərində şəxsi istifadəsi üçün narkotik vasitə heroin və psixotrop maddə olduğunu demiş, sonra ona vəkillərin siyahısı təqdim edilərək sərbəst vəkil seçmək hüququnun olduğu bildirilmiş, ona təqdim edilmiş vəkillərin siyahısına baxaraq adı siyahıda olan X1, həmin vəkil polis şöbəsinə dəvət edilmiş, vəkilin iştirakı ilə ona hüquq və vəzifələri izah edilmiş, video çəkilişdən istifadə etməklə üzərinə şəxsi axtarış və götürülmə keçirilməsi barədə məlumat verilmiş, şəxsi axtarış və götürmə keçirilən zaman üzərində olan əşyaları çıxarıb masanın üzərinə qoyulması təklif olunmuş, həmin vaxt əynində olan boz rəngli cins şalvarının ön sağ cibindən qara rəngli suni dəridən hazırlanmış pul qabını çıxararaq masanın üzərinə qoymuş, həmin pul qabı açılarkən içərisindən ağ rəngli kağız kəsiyinə bükülmüş büküm aşkar edilmiş, həmin büküm açılan zaman içərisində 04 ədəd şəffaf sellofan kəsiyində bükümlərin olması müəyyən edilmiş, həmin bükümlər açılan zaman ikisinin içərisində qəhvəyi rəngli toz şəkilli kütlələr, digər iki büküm açıldıqda içərində kristal şəkilli kütlələr aşkar olunmuş, ona verilən suallara cavab olaraq ağ rəngli kristal şəkilli bükümlərin birində limon duzu, digərində psixotrop maddə metamfetamin, digər bükümlərdə isə narkotik vasitə heroin olduğunu bildirmiş, bundan başqa əynində olan boz rəngli şalvarının ön sol cibindən bir ədəd “Pallmall" markalı siqaret və bir ədəd “Xiaomi Not 7” markalı mobil telefon aparatını çıxararaq masanın üzərinə qoymuş, həmin siqaret qutusu əhəmiyyət kəsb etmədiyindən ona geri qaytarılmışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid1 bildirmişdir ki, protokollarda olan imzalar ona məxsusdur, hal hazırda dediylərini xatırlamır. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhər BPİ-yə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsinin CAQnun kiçik inspektoru, polis serjantı vəzifəsində işləyir. 12 aprel 2022-ci il tarixdə narkotik vasitələrin qanunsuz dövriyyəsində əsaslı şübhələr olduğu üçün Coşqun adlı şəxsin Bakı şəhəri ərazisində olduğu yer müəyyən edilərək həmin gün saat 15:30-da ünvan 3 ünvanında yerləşən “Velotrek” ticarət mərkəzinin qarşısında saxlanılaraq saat 16:00-da Bakı Metropolitenində Polis Şöbəsinə gətirilmişdir. Bakı Metropolitenində Polis Şöbəsində inzibati otaqların birində həmin şəxsin şəxsiyyəti müəyyən edilərək Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Bakı Metropolitenində Polis Şöbəsinin inzibati binasında xidməti otaqlardan birində polis əməkdaşlarının və vəkilin iştirakı ilə video çəkilişdən istifadə edərək Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah edilmiş, Təqsirləndirilən şəxs üzərində Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qanunla qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin olub-olmaması soruşulmuş, üzərində yuxarıda göstərilən əşyaların olduğu təqdirdə könüllü surətdə təqdim olunması ona təklif edilmiş, Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan göy rəngli cins şalvarın ön sol cibindən şəffaf rəngli sellofan kəsiyinə bükülmüş bir ədəd bükülünü çıxararaq masanın üzərinə qoymuş, həmin büküm açılan zaman içərisində 10 ədəd şəffaf sellofan kəsiyində bükümlərin olması müəyyən edilmiş, həmin bükümlər açılan zaman içərisində qəhvəyi rəngli toz şəkilli kütlələr aşkar edilmiş, Təqsirləndirilən şəxs bükümlərin içərisində narkotik vasitə heroin olduğunu bildirmiş, sorğu-sual zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 10 ədəd şəffaf sellofan kəsiyində narkotik vasitə olan heroinləri Suraxanı rayonu ərazisində əvvəlcədən vəd edilmiş qaydada İran İslam Respublikasının vətəndaşı Elvin adlı şəxsdən narkotik vasitə olan heroini satdıqdan sonra pulunu ödəmək şərti ilə aldığını etiraf etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 10 ədəd bükümlərdə olan kütlələr zərfə qoyularaq qablaşdırılmış, 37 saylı möhürlə möhürlənmiş, bağlamanın üstü iştirakçılar tərəfindən imzalanmış, protokol ucadan oxunmuş, iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir, bundan başqa xx.xx.2022-ci il tarixdə Bakı Metropolitenində Polis Şöbəsinin İstintaq. Bundan sonra, Təqsirləndirilən şəxs kirayədə yaşadığı ünvan 10 ünvanına onun və şöbənin digər əməkdaşlarının və vəkilin iştirakı ilə video çəkilişdən istifadə edərək həmin mənzilə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs bir otaqdan ibarət yataq otağında quraşdırılan odun sobasının içərisindən 03 ədəd selofan bükülünü və 01 ədəd tərəzini çıxardaraq təqdim edib bildirmişdir ki, üç bükülüdə olan maddələr narkotik vasitə heroindir və həmin narkotik vasitəni İran İslam Respublikasının vətəndaşı Elvin adlı şəxsdən satmaq məqsədi ilə aldığını bildirmiş, bundan başqa evdən aşkar edilərək götürülmüş tərəzini narkotik maddələrin çəkisini öyrənmək məqsədi ilə istifadə etdiyini bildirmiş,Təqsirləndirilən şəxs kirayədə yaşadığı evdən aşkar edilmiş kütlələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüş, Həmin mənzilə baxışın keçirilməsi haqqında protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, iştirakçılar tərəfindən imzalanmışdır. Coşqun Məmmədova heç bir təzyiq və təsir olunmamışdır. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Bakı şəhər BPİ-yə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsinin CAQ-nun kiçik inspektoru, polis baş serjantı Şahid3 və X2 İbrahim Ömər oğlunun ifadəsinə uyğun məzmunda ifadə verməklə onun ifadəsini təsdiq etmişlər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 76-77-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 12 aprel 2022-ci il tarixli «Şəxsi axtarış və götürmə keçirilməsi haqqında» protokoldan görünür ki, 12 aprel 2022-ci il tarixdə saat 18:15-dən saat 18:25-dək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı müəyyən edilmişdir ki, 12 aprel 2022-ci il tarixdə saat 15:30 radələrində ünvan 3 ünvanında yerləşən “Velotrek” ticarət mərkəzinin qarşısında Bakı Metropolitenində Polis Şöbəsinin CAQ-nun əməkdaşları tərəfindən X7 gətirilmiş Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın ön sol cibindən şəffaf rəngli sellofan kəsiyinə bükülmüş bir ədəd bükülünü çıxararaq masanın üzərinə qoymuş, həmin büküm açılan zaman içərisində 10 ədəd şəffaf sellofan kəsiyində bükümlərin olması müəyyən edilmiş, həmin bükümlər açılan zaman içərisində qəhvəyi rəngli toz şəkilli kütlələr aşkar edimiş, Təqsirləndirilən şəxs bükümlərin içərisində narkotik vasitə heroin olduğunu bildirmiş, sorğu-sual zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 10 ədəd şəffaf sellofan kəsiyində narkotik vasitə olan heroinləri 07 aprel 2022-ci il tarixdə Suraxanı rayonu ərazisində əvvəlcədən vəd edilmiş qaydada (yəni dirəklərdən birinin altına qoyulmuş yerdən götürməklə) İran İslam Respublikasının vətəndaşı Elvin adlı şəxsdən narkotik vasitə olan heroini satdıqdan sonra pulunu ödəmək şərti ilə aldığını etiraf etmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 37 saylı möhürü ilə möhürlənərək götürülmüş, əlavə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı bir əşya və ya predmet aşkar edilməmiş, keçirilmiş axtarış və götürmə barədə müvafiq protokol tərtib edilmiş, həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Videoçəkiliş zamanı əldə olunmuş videogörüntülər diskə köçürülərək protokola əlavə olunmuşdur. Cinayət işinin 84-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 12 aprel 2022-ci il tarixli «Baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Bakı şəhər BPl-yə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsinin CAQ-nun kiçik inspektoru, polis serjantı Şahid2, Bakı şəhər BPİ-yə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsinin CAQ-nun kiçik inskeptoru, polis baş serjantı Şahid3, Bakı şəhər BPİ-yə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsinin CAQ-nun kiçik inspektoru, polis baş serjantı X8 və Bakı şəhəri “Mərkəzi” Vəkil Bürosunun vəkili X3 iştirakları ilə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs kirayədə yaşadığı ünvan 10 ünvanına videoçəkiliş vasitəsi ilə baxış keçirilmiş. Baxış zamanı Təqsirləndirilən şəxs bir otaqdan ibarət yataq otağında quraşdırılan odun sobasının içərisindən 03 ədəd selofan bükülünü və 01 ədəd tərəzini çıxardaraq təqdim edib bildirmişdir ki, üç bükülüdə olan maddələr narkotik vasitə heroindir və həmin narkotik vasitəni iran İslam Respublikasının vətəndaşı Elvin adlı şəxsdən satmaq məqsədi ilə aldığını bildirmişdir. Bundan başqa evdən aşkar edilərək götürülmüş tərəzini isə narkotik maddələrin çəkisini öyrənmək məqsədi ilə istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs kirayədə yaşadığı evdən aşkar edilmiş kütlələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 37 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Videoçəkiliş zamanı əldə olunmuş videogörüntülər diskə köçürülərək protokola əlavə olunmuşdur. Cinayət işinin 88-91-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməkimyəvi ekspertizasının 13 aprel 2022-ci il tarixli, 6/2094 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №37 dairəvi möhür əksi olan iki ədəd zərfdə olan:-üzərində “Təqsirləndirilən şəxs evindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə 10 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,787 qram, 0,816 qram, 0,901 qram, 0,810 qram, 0,853 qram, 0,816 qram, 0,846 qram, 0,844 qram, 0,883 qram, 0,802 qram ümumi təmiz çəkisi 8,358 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində " Təqsirləndirilən şəxs evindən...” bir ədəd zərfdə üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,644 qram, 0,879 qram, 0,869 qram ümumi təmiz çəkisi 2,392 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqdim edilmiş 13 ədəd bükümdə olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in siyahısına (Siyahı l) daxildir. Bir ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün onun çəkisini müəyyən etmək və on üç ədəd bükümdə heroinlə müqayisəli tədqiqat aparılması mümkün deyildir. Cinayət işinin 177-180-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx.xx.2022-ci il tarixli "xxxx" MMC-nin məktubu ilə daxil olmuş Təqsirləndirilən şəxs adına olan ***-***-**-** saylı telefon nömrələrinə daxil olmuş və çıxan «SMS»-lərin siyahısına baxış» protokolundan görünür ki, baxış zamanı elektron daşıyıcıda Təqsirləndirilən şəxs məxsus 050- ***-**-** saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi olan müddət ərzində daxil olan və çıxan zənglər və smslər əks etdirilmişdir. DVD diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** saylı mobil nömrəsinə daxil olmuş sms-də “Sən necə adamsan ay kişi dedim işdəyəm kart şəkli at göndərim dedin”, xx.xx.2021-ci ildə saat 15:00:46-də **********66 saylı mobil telefon nömrəsindən **********31 saylı mobil telefon nömrəsinə daxil olmuş sms-də “Kart şəkli atıram deyirsen işdən çıxım göndərərəm.deyirsen 1 saata",xx.xx.2021-ci ildə saat 15:01:34-də **********66 saylı mobil telefon nömrəsindən **********31 saylı mobil telefon nömrəsinə daxil olmuş sms-də “nə həll elə qutarsjn.whatsappdan kartın şəklini atıram indi yolla yada gətir ver”, xx.xx.2021-ci ildə saat 15:23:19-də **********21 saylı mobil telefon nömrəsindən **********31 saylı mobil telefon nömrəsinə daxil olmuş sms-də "Sənə deyəndə ordakı adamına 100 manat tez düzüb qoşub ata bilərsən, mənə tez xəbər denən 1 saat ərzində ata bilərsən se de deyim at yox”, 14.03.2022- ci ildə saat 16:10:13-da **********50 saylı mobil telefon nömrəsindən **********31 saylı mobil telefon nömrəsinə daxil olmuş sms-də “Ay qaqa evdeyem danusa blmjfem pulu gozduyurdm, xx.xx.2022-ci ildə saat 09:45:38-də **********50 saylı mobil telefon nömrəsindən **********31 saylı mobil telefon nömrəsinə daxil olmuş sms-də “Gelirsrn yaxdi deyklem takdi pulubda verr de grlmirsense dermsnim var atim dərman atsam dag mal elemiyecem he yox dr bilim, xx.xx.2022-ci ildə saat 03:27:56-də **********50 saylı mobil telefon nömrəsindən **********31 saylı mobil telefon nömrəsinə daxil olmuş sms-də “Tezden ozunu mene catdir yetim yatmamişam agridan srnol qardasimsan saat necd olur olsu catir izunu qardasimsan”,xx.xx.2022-ci ildə saat 15:25:32-də **********39 saylı mobil telefon nömrəsindən **********31 saylı mobil telefon nömrəsinə daxil olmuş sms-də “Men cixdim gedirem goturem malı gelmuun ok”, xx.xx.2022-ci ildə saat 23:33:43-də **********31 saylı mobil telefon nömrəsindən **********24 sayl mobil telefon nömrəsinə daxil olmuş sms-də “Ramiz ünvanı atıblar geciksəm götürəcəklər”, xx.xx.2022-ci ildə saat 12:02:12-də **********39 saylı mobil telefon nömrəsindən **********31 saylı mobil telefon nömrəsinə daxil olmuş sms-də “Masinan oldaydin 2 dene emanet lazim idi goturefim 55 manat pul var”, xx.xx.2022-ci ildə saat 13:45:23-də **********39 saylı mobil telefon nömrəsindən **********31 saylı mobil telefon nömrəsinə daxil olmuş sms-də “Gelmirsrnse gedim qaqa gelursensede 5 manliq patida getir gedim gozduyum", xx.xx.2022-ci ildə saat 19:30:41 -də **********39 saylı mobil telefon nömrəsindən **********31 saylı mobil telefon nömrəsinə daxil olmuş sms-də “Qaqa bidene mene 1 qram srocnu emanet dyz qus ele qaradsimsan alinar he yox debbidene, Meni yig qaqA, xx.xx.2022-ci ildə saat 22:18:49-də **********39 saylı mobil telefon nömrəsindən **********31 saylı mobil telefon nömrəsinə daxil olmuş sms-də “Qaqa 1 denede emaet versen 5 man borcdu qalacam goturduyimun pulunu verecem obsi 45 man vetecem senol olanim odu bidenesin vetsrn 5 de sabah gelesende onda vetecem olat ge yox yaz bilim dede, Emanetin qalmiyibsa men ehmedliden goturum biryolug gelim", xx.xx.2022-ci ildə saat 16:44:37-də **********39 saylı mobil telefon nömrəsindən **********31 saylı mobil telefon nömrəsinə daxil olmuş sms-də “Qaqa men onuncu dedimki ramizu dustd gel onun pulun vere bulmiyecem de onagore dedimki ged apar sonra furan ke de qardasim 1 denəsində ver 80 man verim sene”,xx.xx.2022-ci ildə saat 15:38:07-də **********39 saylı mobil telefon nömrəsindən **********31 saylı mobil telefon nömrəsin daxil olmuş sms-də “… 2 dene nabor var stekan nobaru 200man qiymeti varcsenol qonsu verimnmenr isdesen mal veresen… mal alduz qos menimcun qabalarib verim sene pulda duzelsin pulda verecembsenol 1 dene varindusa getur usag var idi …he yox de,.. qaqa 28 man var onu verecem de sene yoxdi senol artiq agriyıram qzrdas sabah 70 nedi artiglamasiyla verecem…Qaqa ne olar gelindw bura yaxsi deyilem … Cinayət işinin 192-204-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış ibtidai istintaqı aparan müstəntiqin 01 avqust 2022-ci il tarixli sübutların qiymətləndirilməsi, cinayət işindən cinayət işinin ayrılması barədə qərarından görünür ki, cinayət işinin materiallarından Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmışdır. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək bildirmişdir ki, o, narkotik vasitələrdən istifadə edir,onda yalnız bir qram narkotik vasitə olmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə, ibtidai istintaq zamanı verdiyi ifadələrindən fərqli ifadələr verib ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməllərininin törədilməsində iştirakını qismən inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun məhkəmədəki ifadələrinin təkzib olunduğunu, ibtidai istintaq zamanı verdiyi ifadələrinin ittihamın mahiyyətinə uyğun hissəsinin isə öz təsdiqini tapdığını və onun məhkəmə iclasında verdiyi ifadələrini özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakter daşıdığı qənaətinə gəlir. Məhkəmə, Təqsirləndirilən şəxs özünün qismən etirafını, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanuna əsasən “heroin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda isə külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 164-cı vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 11 iyun 2022-ci il tarixli tələbnamədən görünür ki, Məmmədli X6 rayon məhkəməsinin 27 avqust 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası 177.2.1 və 177.2.3-cü maddəsi ilə 03 il azadlıqdan məhrum etmə cəzasına məhküm olunarq, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək cəzası şərti hesab edilməklə 6 ay sınaq müddəti təyin edilmişdir. Azərbaycan Respublikası CM-in 83.3.1-ci maddəsində qeyd edilmişdir ki, şərti məhküm edilmiş şəxslər barəsində –sınaq müddəti başa çatdıqda məhkümluq ödənilmiş hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Cinayət işinin 183-184-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxsinin Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 3355 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır.Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən halları müəyyən etmədi. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs əməlində cinayəti ağırlaşdırılan hallar müəyyən edilməmişdir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməsini və ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir.dir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 12 aprel 2022ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 74-75-ci vərəqəsində olan 12 aprel 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki Təqsirləndirilən şəxs 12 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 130-135-ci vərəqələrində olan Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli 4(004)-297/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 12 aprel 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış Bakı şəhər BPİ- nin Təhcizat şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar edilərək götürülmüş 13 ədəd bükümdə ümumilikdə təmiz çəkisi 10,750 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilməli, 02 ədəd DVD diskin cinayət işi materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 65 (altımış beş manat) Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 12 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhər BPİ- nin Təhcizat şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar edilərək götürülmüş 13 ədəd bükümdə ümumilikdə təmiz çəkisi 10,750 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilsin. 02 ədəd DVD diskin cinayət işi materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 65 (altımış beş manat) Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Zeynal Ağayev Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-1586/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1586/2022
07.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver