Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1586/2023 16.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 10:40-da Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1935-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni, psixotrop maddələri və külli miqdarda güclü təsir ədən maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, 14 fevral 2023-cü il tarixdə günorta saatlarında Bakı şəhərində sosial şəbəkə vasitəsi ilə tanış olduğu şəxsiyyəti istintaqla müəyyən edilməmiş Türkiyə Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq, cinayətkar qrupun istintaqla müəyyən edilməmiş Türkiyə Respublikasının vətəndaşı ümumi təmiz çəkisi 11,027 qram olan 07 büküm narkotik vasitə qurudulmuş marixuana, ümumi təmiz çəkiləri 1,406 qram olan 03 büküm psixotrop maddə metamfetamin, təsiredici maddəsinin ümumi miqdarı 1,05 qram olan 05 ədəd metilendioksimetamfetamin (MDMA) tərkibli psixotrop maddə həblər (ekstazi), təsiredici maddəsinin ümumi miqdarı 1,2 qram, üzərində «Methadone 40» əmtəə göstəriciləri olan 30 ədəd metadon tərkibli narkotik maddə dərman preparatları, təsiredici maddəsinin ümumi miqdarı 6,3 qram, üzərində «Preqabalin Krka 150mq» əmtəə göstəriciləri olan külli miqdarda güclü təsir edən 42 ədəd preqabalin tərkibli dərman preparatlarının saxlanıldığı yeri Təqsirləndirilən şəxs bildirdikdən sonra, sonuncu həmin maddələri Bakı şəhəri, Xətai rayonu, «8 noyabr» prospektində işarələnmiş yerdə gizlədilmiş yerdən qanunsuz olaraq satış məqsədi ilə əldə etmiş, həmin maddələrin bir qismini üzərində, digər qismini isə idarə etdiyi «VAZ- 21099» markalı **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamaqla daşımış, 15 fevral 2023-cü ii tarixdə, saat 04:30da idarə etdiyi «VAZ-21099» markalı **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, H.Babaşov küçəsində olan zaman Binəqədi RPİ-nin CAŞ-ın və Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində saxlanılaraq, ünvan 2 ünvanda yerləşən Binəqədi RPİ-nın 4cü PŞ-yə gətirilmiş, orada saat 06:05-də üzərinə şəxsi axtarış keçirilərkən, əynindəki tünd göy rəngli idman gödəkcəsinin sol yan cibindən üzəri yapışqanlı kağız lentlə əhatə olunmuş göy rəngli polietilen sellofana bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 1,560 və 1,650 olmaqla tərkiblərinə görə eynilik təşkil edən iki ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana, bir ədəd şəffaf sehofana bükülmüş təmiz çəkisi 0,425 qram olan psixotrop maddə metamfetamin, təsiredici maddəsinin ümumi miqdarı 0,2 qram olan, üzərində «Methadone 40» əmtəə göstəriciləri olan 05 ədəd metadon tərkibli narkotik maddə dərman preparatları aşkar edilərək götürülmüş, daha sonra saat 06:35-də idarə etdiyi «VAZ-21099» markalı **-GK-*** dövlət qeydiyyat nişanlı avtornobiiə baxış keçirilərkən, avtomobilin qabaq oturacaqlarının arasında yerləşən saxlanc yerindən üzəri yapışqanlı kağız lentlə əhatə olunmuş göy rəngli polietilen sellofana bükülmüş ayrıayrılıqda təmiz çəkiləri 1687; 1380; 1,610; 1,520 və 1,620 olmaqla tərkiblərinə görə eynilik təşkil edən beş ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana, üzəri yapışqanlı kağız lentlə əhatə olunmuş göy rəngli polietilen sellofana bükülmüş ayn-ayrılıqda təmiz çəkiləri 0,645 və 0,336 olmaqla tərkibindəki kimyəvi komponentlərinə görə eynilik təşkil edən iki ədəd bükümdə psixotrop maddə metamfetamin, təsiredici maddəsinin ümumi miqdarı 01 qram olan, üzərində «Methadone 40» əmtəə göstəriciləri olan 25 ədəd narkotik maddə metadon tərkibli dərmən preparatlan, təsiredici maddəsinin ümumi miqdarı 1,05 qram olan 05 ədəd təsiredici maddəsinin miqdarına görə eynilik təşkil edən metilendioksimetamfetamin (MDMA) tərkibli psixotrop maddə həblər (ekstazi), təsiredici maddəsinin ümumi miqdarı 6,3 qram, üzərində «Preqabalin Krka 15mq» əmtəə göstəriciləri olan külli miqdarda güclü təsir edən 42 ədəd preqabalin tərkibli dərman preparatları aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, taksi sürücüsu kimi fəaliyyət göstərmişdir. 13 fevral 2023-cü il tarixdə taksi fəaliyyəti ilə məşğul olaraq sonuncu sərnişini Xırdalanda yerləşən məktəbin yanında düşürdükdən sonra dostu ona zəng etmiş, telefonla danışan zaman göy rəngli “Niva” markalı avtomobilin onun maşınının yanına yaxınlaşdığını görmüşdür. Həmin maşında əyləşmiş polis əməkdaşları onun həmin yerdə nə etdiyini soruşmuşlar. O, taksi fəaliyyəti ilə məşğul olduğunu və müştəri düşürdüyünü bildirmişdir. Bu zaman polis əməkdaşları ondan avtomobildən aşağı enməsini tələb etmişlər. Onun üzərində, sol cibində 1 qutu narkotik vasitə marixuana olmuşdur. Həmin qutunu üzərindən çıxararaq, oturacağın arxasına atmışdır. Polis əməkdaşları avtomobilinə baxış keçirən zaman narkotik vasitə marixuananı tapmışlar. Daha sonra polis əməkdaşları onun əl-qolunu qandallayaraq avtomobilə mindirərək, bir əraziyə gətirmişlər. Onu azad etmək üçün polis əməkdaşları 5.000 manat məbləğində pul istəmişlər. O, dostlarına zəng edərək, pul axtarmış, lakin, yalnız 1.000 manat məbləğində pul toplaya bilmişdir. Polis əməkdaşları həmin məbləğə razı olmayaraq onu polis idarəsinin yaxınlığına gətirmişlər. Bu zaman o, atasına zəng edərək ona məxsus karta 2 min manat pul göndərməsini xahiş etmişdir. Atası təxminən 40 dəqiqə sonra ona məxsus karta 2 min manat pul göndərmişdir. O, ümumilikdə polis əməkdaşlarını 3000 manat müqabilində onu azad etməyə razı salmışdır. Bundan sonra polis əməkdaşları onun avtomobilindən aşkar etdikləri marixuananı da özünə qaytararaq onu azad etmişlər. O, polislərin yanından ayrılaraq evə getmişdir. Həmin hadisənin səhəri günü, yəni 14 fevral tarixində taksi fəaliyyəti ilə məşğul olmuşdur. 14 fevral tarixində axşam saat 12-də oteldə qalmaq üçün otaq danışmışdır. O, axşam saat 23 radələrində 4-cü mikrorayon yaxınlığında olarkən evə gedərək yemək yeyib daha sonra otelə yollanmağı qərara almışdır. Evə getməmişdən öncə avtomobili saxlayaraq, “milliön” aparatından özünə məxsus mobil nömrəyə danışıq üçün pul yükləmək istəmişdir. Lakin, aparat işləmədiyi üçün yenidən avtomobilinə tərəf gələn zaman bir nəfər şəxs ona yaxınlaşaraq özünü təqdim etmədən hücum etmişdir. O, özü də idmanla məşğul olduğu üçün həmin şəxsə yumruqla zərbələr endirmişdir və həmin şəxs ondan aralanmışdır. Bu zaman arxadan digər şəxslər də onun başına zərbələr endirmişlər. Həmin şəxslərin polis əməkdaşları olmalarını başa düşmüşdür. Polis əməkdaşları avtomobilinin hər yerini axtararaq narkotik vasitəni hara qoyduğunu soruşmuşlar. Lakin, onda hər hansı narkotik vasitə olmamışdır. Polis əməkdaşları onu Binəqədi rayon 4-cü Polis Şöbəsinə aparmışlar. Polis Şöbəsində ona bir ağ rəngdə paket təqdim edərək, sənədlərə qol çəkməyi tələb etmişlər. O, ilk öncə razılaşmasa da, həmin paketi apararaq yaşadığı mənzildən çıxaracaqlarını və həmçinin, atasını da məsuliyyətə cəlb edəcəklərini bildirmişlər. Bu zaman o, polis əməkdaşlarının göstərdiyi sənədlərə imza etməyə razılaşmışdır. Sənədləri imzaladıqdan sonra onu əraziyə gətirərək, ilk öncə narkotik vasitəni İran İslam Respublikası vətəndaşından, daha sonra fikirlərini dəyişərək Türkiyə Respublikası vətəndaşından aldığını deməyisini tələb etmişlər. O, saxlanılan zaman üzərində hər hansı narkotik vasitə olmamışdır. Ona qarşı fiziki, psixi təzyiq göstərildiyi üçün ibtidai istintaq zamanı ona qarşı irəli sürülmüş ittihamla razılaşmışdır. Polis əməkdaşları tərəfindən ona xəsarət yetirilmişdir. Onun maşınına baxış keçirilərkən 2 ədəd bank kartı da aşkar edilmişdir. Həmin kartların biri özünə məxsus olmuş, digər kartı isə dostundan taksi fəaliyyətində istifadə etmək üçün götürmüşdür. Maşına baxış keçirilən zaman heç bir narkotik vasitə aşkarlanmamışdır. Videoçəkiliş həyata keçirilən zaman artıq polis əməkdaşlarının özləri tərəfindən narkotik vasitələr maşının üzərinə qoyulmuşdur. İttihamda qeyd olunan Türkiyə Respublikası vətəndaşı ilə heç bir tanışlığı olmamışdır. İbtidai istintaq zamanı ifadələrini oxumadan imza etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Cinayət-Axtarış şöbəsinin baş əməliyyat müvəkkili, polis mayoru X4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması, daşıması, dövriyyəsi ilə məşğul olmasına dair əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün əməliyyat qrupu təşkil edilmişdir. Əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 əməliyyat qrupuna daxil edilmişdir. Onlar 15 fevral 2023-cü il tarixdə Bakı şəhəri Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində, Həmzə Babaşov küçəsində, saat 04-05 radələrində idarə etdiyi VAZ 21099 markalı avtomobildə olan zaman Təqsirləndirilən şəxs saxlayaraq ona narkotik vasitələri üzərində gəzdirməkdə şübhəli olduğunu bildirməklə 4-cü Polis Bölməsinə dəvət etmişlər. Polis Bölməsində dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuananı, bir ədəd şəffaf sellofana psixotrop maddə metamfetamini və üzərində «Methadone 40» əmtəə göstəriciləri olan 05 ədəd metadon tərkibli dərman preparatını təqdim edərək, özünə məxsus olduğunu etiraf etmişdir. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi Vaz 21099 markalı avtomobilə də videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı avtomobildən narkotik vasitə, psixotrop maddə ilə yanaşı, həmçinin, ekstazı həbləri, üzərində «Preqabalin Krka 150mq» əmtəə göstəriciləri olan preparatlar aşkar edilərək götürülmuş və möhürlənərək, protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələri, psixotrop maddələri Türkiyə Respublikası vətəndaşından onlayn qaydada əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs saxlayan zaman ona qarşı hər hansı fiziki, psixi təzyiq göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Binəqədi RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması, daşıması, dövriyyəsi ilə məşğul olmasına dair əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün əməliyyat qrupu təşkil edilmişdir. Onlar 15 fevral 2023-cü il tarixdə Bakı şəhəri Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində idarə etdiyi VAZ 21099 markalı avtomobildə olan zaman Təqsirləndirilən şəxs saxlamışlar və Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində gəzdirməkdə şübhəli olduğunu bildirərək 4cü Polis Bölməsinə dəvət etmişlər. Dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutumuş və ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Allahverdiyə üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs narkotik vasitələri, psixotrop maddələri təqdim edərək, özünə məxsus olduğunu etiraf etmişdir. Sonra Təqsirləndirilən şəxs idarə etdiyi Vaz 21099 markalı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobildən narkotik vasitələr, psixotrop maddələr aşkar edilərək götürülmuş və möhürlənərək, protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələri Türkiyə vətəndaşından onlayn qaydada əldə etdiyini bildirmişdir. Onlarda olan əməliyyat məlumatında Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması qeyd edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsindən qazanc əldə etdiyini etiraf etmişdir. Hazırda Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən aşkar edilmiş narkotik vasitələrin, psixotrop maddələrin növlərini dəqiq xatırlamasa da ibtidai istintaq zamanı ifadəsində dəqiqliklə göstərmişdir. Qeyd olunan ifadəsini təsdiq edir. Məhkəmədə şahid qismində dindirilmiş əməliyyat tədbiri zamanı Binəqədi RPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət etmiş, hazırda Abşeron rayon Polis İdarəsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid2 da eyni məzmunlu ifadə verərək, şahidlər Şahid3 və Şahid1 ifadələrində göstərdikləri xüsustatları bir daha təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji ekspertizasının 7/225 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs imza...yazı və imzalar olan zərfdə 5 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 1,687 qr, 1,380 qr, 1,610 qr, 1,520 qr və 1,620 qram olmaqla, ümumi çəkisi 7,817 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş zərfdə 02 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 1,560 qr və 1,650 qram olmaqla, ümumi ntəmiz çəkisi 3.210 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanaların ümumi çəkisi 11,027 qram olub, tərkiblərinə görə eynidir. (iş vərəqə 47-48) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının 6/932 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün №-li 173” dairəvi möhür əksi və “..Təqsirləndirilən şəxs-imza; dörd-imza; M.Əhmədov – imza,,” yazı əlavəsi qeyd edilmiş iki ədəd kağız zərflərdə 03 (ədəd) bükümlərdəki təmiz çəkisi - 0,425 qram, - 0,645, -0,336 qram, ümumi tərniz çəkisi-1,406 qram olan ağ rəngli kristalardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. 05 (beş) ədəd müxtəlif rəngli və formalı həblər kustar üsulla hazırlanmış metilendioksimetamfetamin (MDMA) tərkibli həbləridir (“ekstazi”). 05 ədəd həbdən ibarət MDMA-nın təsiredici maddəsinin ümumi miqdarı-1,05 qramdır, (bir ədəd həbdə 0,21qr.MDMA olmaqla). Həblərdən 02 ədəd mavi rəngli üçbucaq, 02 ədəd bənövşəyi rəngli üçbucaq formalı xarici əlamətlərinə (rəngi, forması) təsiredici maddəsinin miqdarına görə eyni olub və 1 ədəd “qumbara” formalı həbdən xarici əlamətlərinə - rənginə, formasına görə fərqlidirlər. “Methadone 40” əmtəə göstəriciləri olan konvalyutlarda olmaqla ümumilikdə 30 ədəd açıq qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli dərman preparatıdır və 30 ədəd həbin təsiredici maddəsinin ümumi miqdarı -1,2 qramdır; (bir ədəd həbdə 0,04 qr olmaqla). ‘Preqabalin Krka 150 mq” əmtəə göstəriciləri olan konvalyutların içərisində ümumilikdə 42 ədəd ağ-narıncı rəngli kapsullar preqabalin tərkibli dərman preparatıdır və 42 ədəd kapsulda preqabalin təsiredici maddəsinin ümumi miqdarı 6,3 qramdır; Metamfetamin və MDMA 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildirlər. Preqabalin 18 mart 2016-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı”-na daxildir. Metadon adlı dərman preparatı “Azərbaycan Respublikasının ərazisində dövriyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in İİ siyahısına daxildir. (iş vərəqə 51-53) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsinin 2707 nömrəli, xx.xx.2023-cü il tarixli rəyindən müəyyən görünür ki, Təqsirləndirilən şəxs Kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindiromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məslərıət görülür. (iş vərəqə 158-159) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X2 Məhkəmə-psixatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 1277 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur və onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi(ruhi) xəstəlik qeyd olunmamışdır və həmin dövrdə öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuşdur və iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək qabiliyyətində olmuşdur, hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək, onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. (iş vərəqə 161-163) İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında" protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibindən özünə məxsus «Samsung» markalı mobil telefonu, sol yan cibindən idarə etdiyi avtomobilin açarlarını, əynindəki tünd göy rəngli idman gödəkçəsinin sol yan cibindən üzəri yapışqanlı kağız lentlə əhatə olunmuş göy rəngli polietilen sellofana bükülmüş iki ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuananı, bir ədəd şəffaf sellofana psixotrop maddə metamfetamini və üzərində «Methadone 40» əmtəə göstəriciləri olan 05 ədəd metadon tərkibli dərman preparatını masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş iki ədəd ayrı ayrı bükümə baxdıqda oların narkotik tərkibli marixuana və bir ədəd ayrı bükümdə olan bükümə baxıldıqda psixotrop maddə olan metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Şübhəli Təqsirləndirilən şəxs üzərindən götürülmüş həblər, 3 ədəd ayrı ayrı bükümlər və Samsung A 10 markalı mobil telefon kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 173 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. (iş vərəqə 32-33) İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Avtomobilə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs məxsus VAZ 21099 markalı 1O-GK-199 dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin salonunda iki ön oturacağın arasında olan saxlanc yerindən şəffaf rəngli sellofan paket aşkar edilmiş və həmin sellofan paketin içərisindən üzəri yapışqanlı kağız lentlə əhatə olunmuş göy rəngli polietilen sellofana bükülmüş beş ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana, üzəri yapışqanlı kağız lentlə əhatə olunmuş göy rəngli polietilen sellofana bükülmüş iki ədəd bükümdə psixotrop maddə metamfetamin, üzərində «Methadone 40» əmtəə göstəriciləri olan 25 ədəd metadon tərkibli dərman preparatları, 05 ədəd ekstazi həbləri, üzərində «Preqabalin Krka 150mq» əmtəə göstəriciləri olan 42 ədəd preqabalin tərkibli dərman preparatları, "xxxx" ASC-yə aid 4613 8602 0334 6836 №-li və "xxxx" ASC-yə aid «Leobank» adlı 4098 5844 3884 4541 №-li plastik öank kartları aşkar edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilmiş həmin bükümlər və həblər, eləcədə avtomobildən aşkar edilmiş iki ədəd plastik bank kartları ayrı-ayrı kağız zərfdə qablaşdırılmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 173 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. (iş vərəqə 36-37) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş xx.xx.2023-cü il tarixli məktubdan və tibbi kitabçanın surətindən görünür ki, Təqsirləndirilən şəxs bədəninə baxış keçirən zaman hər iki gözaltı nahiyyədə bənövşəyi rəngli qançır, sol göz qapağı nahiyyəsində bənövşəyi qançır, sol diz nahiyyədə çapıq toxuma aşkar edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin sorğusuna əsasən aparılmış araşdırma nəticəsində qəbul edilmiş Binəqədi rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs qarşı hər hansı polis əməkdaşı tərəfindən fiziki və psixi zorakılıq edilməsi öz təsdiqini tapmadığından toplanmış material üzrə cinayət işinin başlanması AR Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Qeyd olunan qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən məhkəmə-tibbi ekspertizasının 1618 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Bakı İstintaq Təcridxanasının tibbi kitabçasında öz əksini tapmış Təqsirləndirilən şəxs bədəninə baxış keçirən zaman aşkar edilmiş xəsarətlər bərk küt əşyanın təsirindən, onun Bakı İstintaq Təcridxanasında müayinə olunduğu xx.xx.2023-cü il tarixdən 4-5 gün əvvəl əmələ gələ bilərmiş, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Nərimanov rayon Səhiyyə Şöbəsinin xx.xx.2023-cü il tarixli və Sanitariya Aviasiyasının xx.xx.2023-cü il tarixli arayışlarından görünür ki, Təqsirləndirilən şəxs atası X5 1993-1994-cü illərdə Qarabağ zonasında yaralılara tibbi yardım göstərmək üçün ezam olunmuşdur. Məhkəməyə təqdim edilmiş xx.xx.2007-ci il tarixli və xx.xx.2023-cü il tarixli fəxri fərmanların surətlərindən görünür ki, Təqsirləndirilən şəxs atası X1 Azərbaycan Partiyasının üzvü olmaqla xidmətlərinə görə təltif edilmişdir. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilməyərək, polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində hər hansı narkotik vasitə və ya psixotrop maddə olmaması, polis əməkdaşları tərəfindən ona fiziki, psixi zor tətbiqi nəticəsində ibtidai istintaq zamanı özünü təqsirli bilməsinə dair ifadəsinə hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, onun bu ifadəsi məsuliyyətdən boyun qaçırmaq məqsədi daşıyaraq, həqiqəti əks etdirməməklə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməbioloji ekspertizasının 7/225 saylı, xx.xx.2023-cü il tarixli rəyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının 6/932 saylı, xx.xx.2023-cü il tarixli rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsinin 2707 nömrəli, xx.xx.2023-cü il tarixli rəyi, xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında" protocol, xx.xx.2023-cü il tarixli “Avtomobilə baxış keçirilməsi haqqında” protokol, Təqsirləndirilən şəxs hər hansı polis əməkdaşı tərəfindən fiziki və psixi zorakılıq edilməsi öz təsdiqini tapmadığından toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsinə dair Binəqədi rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli qərarı və digər mötəbər sübutlarla tam təkzib edilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin hüquqi tövsifinə gəlincə, məhkəmə belə hesab edir ki, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 240.3.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunun izah tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, həmin Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər – narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 9-cu abzasında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır”. X8 11-ci bəndinin 2-ci abzasına əsasən, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. X8 11-ci bəndinin 3-cü abzasına əsasən, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır”. Təqsirləndirilən şəxs 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarı”na əsasən, şəxsi istehlak miqdarından artıq narkotik vasitələri və psixotrop maddələri, külli miqdarda güclü təsir ədən maddəni bir yerdən başqa yerə daşıması, ayrı-ayrı bükümlərdə saxlaması da təsdiq edir ki, o, şəxsi istehlak miqdarından artıq narkotik vasitələri və psixotrop maddələri, külli miqdarda güclü təsir ədən maddəni qanunsuz olaraq məhz satış məqsədi ilə əldə edib özündə saxlamış və daşımışdır. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 240.3.2-ci maddələri ilə təqsirli bilinərək cəzalandırılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş xx.xx.2023cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.1, 228.4-cü maddələri ilə təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2014-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (iş vərəqə 120-121) Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrini rəhbər tutaraq, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin məcmusuna ağır cinayətlər daxil olduğundan, məcmuya daxil olan cinayətlərə görə təyin olunan cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə uyğun olaraq qismən toplanılmalı və bu yolla təqsirləndirilən şəxsə qəti cəza təyin edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 4(001)-131/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 15 fevral 2023-cü il tarixdən hesablanmışdır. (iş vərəqə 21, 98-105) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 15 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 2707 nömrəli, xx.xx.2023-cü il tarixli rəyinə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi ilə narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakları müəyyən edilmədiyindən, onun barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış məhkəmə-kimyəvi ekspertizası tədqiqatının dəyərini təşkil edən 92 (doxsan iki) manat pul, məhkəmə-bioloji ekspertizasının dəyərini təşkil edən 88 (səksən səkkiz) manat pul, ümumilikdə 180 (yüz səksən) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən, maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan ümumi çəkisi 1,406 qram psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonra qalıq qalmış hissəsi 1,256 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, təsiredici maddəsinin ümumi miqdarı 1,2 qram olan 30 ədəd narkotik vasitə tərkibli “Metadon 40mg” həblərinin ekspertiza tədqiqatından sonra qalıq qalmış hissəsi 27 ədəd narkotik vasitə tərkibli “Metadon 40mg” həbləri, təsiredici maddəsinin miqdarı 1,05 qram olan 05 ədəd metilendioksimetamfetamin tərkibli MDMA (ekstazi) həblərinin ekspertiza tədqiqatından sonra qalıq qalmış hissəsi 05 ədəd 1/2 hissə metilendioksimetamfetamin tərkibli MDMA (ekstazi) həbləri, təsiredici maddəsinin ümumi miqdarı 6,3 qram olan 42 ədəd ağ-narıncı rəngli kapsul güclü təsir edən “Preqabalin Krka 150 mg” dərman preparatlarının ekspertiza tədqiqatından sonra qalıq qalmış hissəsi 40 ədəd ağ-narıncı rəngli kapsul “Preqabalin Krka 150 mg” güclü təsir edən dərman preparatları, ümumi çəkiləri 11,027 qram olan 5 ədəd bükümdə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalıq qalmış hissəsi 10,677 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs məxsus “Samsung A 10” markalı mobil telefon və **- GK-*** dövlət qeydiyyat nişanlı avtomobilə aid açar Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı, Təqsirləndirilən şəxs üzərinə və avtomobilinə baxış protokollarının videogörüntülərini əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri “Alyans” Vəkil Bürosunun hesabına 180 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 240.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə 05 il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2ci maddəsi ilə 05 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 06 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 15 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,256 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, ekspertiza tədqiqatından sonra qalıq qalmış narkotik vasitə tərkibli 27 ədəd “Metadon 40mg” həbləri, ekspertiza tədqiqatından sonra qalıq qalmış 05 ədəd 1/2 hissə metilendioksimetamfetamin tərkibli MDMA (ekstazi) həbləri, ekspertiza tədqiqatından sonra qalıq qalmış 40 ədəd ağ-narıncı rəngli kapsul “Preqabalin Krka 150 mg” güclü təsir edən dərman preparatları, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 10,677 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs məxsus “Samsung A 10” markalı mobil telefon və **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobilə aid açar Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın, Təqsirləndirilən şəxs üzərinə və avtomobilinə baxış protokollarının videogörüntülərini əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri – cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyərini təşkil edən ümumilikdə 180 (yüz səksən) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi təqsirləndirilən şəxsə göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri “Alyans” Vəkil Bürosunun hesabına 180 manat miqdarında pul ödənilsin. Hökmdən elan olunduğu gündən, Təqsirləndirilən şəxs isə təqdim edildiyi gündən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Telman Hüseynov Fərid Namazov
Məhkəmə qərarları › İş №1(101)-1586/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1586/2023
16.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver