Məhkəmə qərarları › İş №1(101)-1586/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1586/2024

26.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1586/2024 26.11.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkil Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx xxx 1995-ci ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində bir azyaşlı uşağı olan, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2, barəsində «həbs» qətimkan tədbirinin seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı, narkotik vasitə tiryəki və qəhvəyi rəngli dairəvi formada narkotik maddə metadonu satış məqsədi ilə qanunsuz olaraq əldə edib, saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxtda və şəxsiyyəti istintaqa məlum olmayan “Mamed” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə əldə etdiyi külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı, külli miqdarda narkotik vasitə tiryəki və külli miqdarda narkotik maddə metadonu şəxsiyyəti istintaqa məlum olmayan “Mamed” adlı şəxsin ona təklif etdiyi 1000 manat qazanc müqabilində qoyulduğu Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisindən götürüb, ona deyiləcək yerə qoyması barədə qabaqcadan razılığa gəlmiş, bu məqsədlə xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsi, Hökməli dairəsinin yaxınlığında qoyduğu 03(üç) ədəd bükümdə 1 ədəd sellofanda təmiz çəkisi 820 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə(kanabis) bitkisindən hazırlanmış külli miqdarda marixuananı, 1 ədəd bükümdə təmiz çəkisi 855 qram tünd qəhvəyi rəngli qərtanabənzər spesifik iyli maddə kütləsi xaşxaş bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə tiryəki və ümumi miqdarı 7,8 qram təşkil edən 195 ədəd həbdə təsiredici maddə külli miqdarda metadonu götürüb, qanunsuz olaraq satış məqsədi ilə əldə edib, qol çantasının içərisində gizlədib saxlamaqla 24 noyabr 2023-cü il tarixdə ünvan 3 ünvanının yaxınlığına kimi daşımış, həmin gün orada saat 18:30-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı saxlanılaraq, Xəzər RPİ-nin 1-ci PŞ-nə aparılmış, həmin gün saat 20:10-da Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin inzibati binasında xidməti iş otağında müdafiəçinin iştirakı ilə video çəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçirilən zaman sol çiynində olan çantanın içərisindəki 1 ədəd sellofanda təmiz çəkisi 820 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə(kanabis) bitkisindən hazırlanmış külli miqdarda marixuanna, 1 ədəd bükümdə təmiz çəkisi 855 qram tünd qəhvəyi rəngli qərtanabənzər spesifik iyli maddə kütləsi xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə külli miqdarda tiryək, ümumi miqdarı 7,8 qram təşkil edən 195 ədəd həbdə təsiridi maddəkülli miqdarda metadon və üzərində heroin izləri olan və heç bir narkotik vasitə eyni zamanda psixotrop maddə izləri olmayan iki ədəd elektron tərəzi Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun həyat yoldaşı narkotiklə tutularaq hal-hazırda cəza çəkir. 8 yaşlı xəstə övladı onun öhdəsində qalmışdır. Yoldaşının telefonunda sonuncunun narkotiklə bağlı tanışı Mamedin nömrəsi var idi. Mamed ona Vatsap proqramı vasitəsilə yazmışdır ki, ərinin tutulmasından xəbəri var, ona kömək edərək pul vermək istəyir. Lakin bunun üçün o, onun bildirdiyi yerdən gedib bir ədəd sumkanı götürüb başqa deyilən bir yerə qoymalıdır. Uşağın müalicəsinə pula ehtiyacı olduğu üçün Mamedlə razılaşmış və Mamedin bildirdiyi yerə taksi ilə Hökməli qəsəbəsinə gedərək həmin qəsəbənin girişindən bir az qabaqda yolun kənarında ağacın altında bir qara rəngli çantanı aşkar edərək götürüb Xəzər rayonu Mərdəkan qəsəbəsində yaşayan qohumunun evinə getmişdir. 24 noyabr 2023-cü il tarixdə saat 18-30 da həmin evdən çıxıb taksiyə minən zaman iki nəfər mülki geyimdə şəxs ona yaxınlaşaraq, polis vəsiqələrini təqdim etdikdən sonra, onun narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumatları var, o da etiraf etmişdir ki, əlində tutduğu paketdə narkotik vasitələri vardır. Bundan sonra polislər onu Xəzər RPİ-nin 1-ci PŞ-nə apararaq orada müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla baxış keçirilmiş və o, sol çiynində olan çantanı təqdim etmişdir. Həmin çantanın içərisində olan 2 ədəd elektron tərəzi, 1 ədəd sellofanda marixuananı, 1 ədəd bağlamada tiryəki, 195 ədəd metadon həblərini özü könüllü olaraq təqdim etmişdir. Tərəziləri də Mamed göndərmişdir, onlar da çantanın içində olmuşdur. Mamed ona əvvəlcədən çantanın içində olan əşyalar haqqında məlumat vermişdir. Ona qarşı heç bir fiziki zor və təzyiqlər olmamış, etdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 Baş Narkotiklərlə Mübarizə İdarəsinin Xüsusi Mühüm İşlər Üzrə baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. Belə ki, ona 24 noyabr 2023-cü il tarixdə ona etimad doğuran, məlum, qərəsiz mənbədən Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edərək Bakı şəhəri, Xəzər rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etmiş və rəhbərliyin əmri ilə ondan və həmkarı Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs ifşa olunmasından ötrü onlar Təqsirləndirilən şəxs yaşadığı Mərdəkan qəsəbəsinə gedərək onun ola biləcək yerləri müşahidə altına almışlar. 24 noyabr 2023-cü il tarixdə saat 18:30da Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi 50 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs piyada hərəkət etdiyini görərək ona yaxınlaşaraq özlərini təqdim etmiş və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu ona bildirərək Bakı şəhəri Xəzər RPİnin 1-ci PŞ-nə getməyi təklif etmişlər. Günel onların onu izləməsini hiss etdiyi üçün həmin qəsəbədə kirayə yaşadığı evdən çıxaraq başqa ünvana yollanmaq istəmiş, həmin evdə saxladığı bütün narkotikləri kürəyindən asdığı qara rəngli çantaya yığmışdır. PŞ-də onlar Təqsirləndirilən şəxs çanta ilə birlikdə təhqiqatçıya təqdim etmişlər, sonuncu vəkil dəvət edərək Güneli şübhəli şəxs qismində tutmuş və vəkilin iştirakı ilə üzərinə baxış keçirmişlər. Baxış videoçəkilişlə keçirilmişdir. Baxışda həmçinin bir qadın da iştirak etmişdir. Təhqiqatçının təklifinə əsasən Təqsirləndirilən şəxs sol çiynində olan qara rəngli çantanın içərisindən başqa bir göy rəngli torba çıxarmış, həmin torbanın içində olan 2 ədəd elektron tərəzi, narkotik vasitə olan tiryəkə bənzər kütləni , bir ədəd sellofanda açıq yaşıl rəngli, spesifik iyli narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni və 195 ədəd metadon həblərini təqdim etmişdir. Sonra aşkar olunmuş həmin kütlələr və elektron tərəzilər içərisi boş olan göy rəngli torbada qoyularaq qablaşdırılmış və DİN-in 7 saylı möhürü ilə möhürlənərək üzəri şübhəli şəxs, müdafiəçi və onlar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar olunmuş kütlələrin və elektron tərəzi ona məxsusdur, içindəki həmin kütlələri sosial şəbəkədən tanıdığı “Mamed” adlı İran İslam Respublikası vətəndaşından 2 gün əvvəl Abşeron rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən iranlının göndərdiyi konuma əsasən götürmüş və həmin qanunsuz əşyaları iranlının dediyi ünvanlara çatdırmalı idi, bunun müqabilində iranlı ona 1000 manat pul verəcək idi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. Belə ki, həmkarı Şahid2 24 noyabr 2023-cü il tarixdə daxil olmuş məlumat əsasında Günel Rzayev barəsində əməliyyat tədbiri keçirilmişdir. Tədbirin rəhbəri Seymurr Şabanov olmuş, o isə qrupun üzvü olmuşdur. Təqsirləndirilən şəxs ifşa olunmasından ötrü onlar Təqsirləndirilən şəxs yaşadığı Mərdəkan qəsəbəsinə gedərək onun ola biləcək yerləri müşahidə altına almışlar. 24 noyabr 2023-cü il tarixdə saat 18:30-da Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi 50 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs kürəyində asılı olan qara rəngli çanta ilə piyada hərəkət etdiyini görərək ona yaxınlaşaraq özlərini təqdim etmiş və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu ona bildirərək Bakı şəhəri Xəzər RPİ-nin 1-ci PŞ-nə getməyi təklif etmişlər. PŞ-də onlar Təqsirləndirilən şəxs çanta ilə birlikdə təhqiqatçıya təqdim etmişlər, sonuncu vəkil dəvət edərək Güneli şübhəli şəxs qismində tutmuş və vəkilin iştirakı ilə üzərinə baxış keçirmişlər. Baxış videoçəkilişlə keçirilmişdir. Baxışda həmçinin bir qadın da iştirak etmişdir. Təhqiqatçının təklifinə əsasən Təqsirləndirilən şəxs sol çiynində olan qara rəngli çantanın içərisindən başqa bir göy rəngli torba çıxarmış, həmin torbanın içində olan 2 ədəd elektron tərəzi, narkotik vasitə olan tiryəkə bənzər kütləni , bir ədəd sellofanda açıq yaşıl rəngli, spesifik iyli narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni və 195 ədəd metadon həblərini təqdim etmişdir. Aşkar olunmuş həmin kütlələr və elektron tərəzilər qablaşdırılmış və DİN-in 7 saylı möhürü ilə möhürlənərək üzəri baxışın bütün iştirakçıları tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar olunmuş kütlələrin və elektron tərəzi ona məxsusdur, içindəki həmin kütlələri sosial şəbəkədən tanıdığı “Mamed” adlı İran İslam Respublikası vətəndaşından 2 gün əvvəl Abşeron rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən iranlının göndərdiyi konuma əsasən götürmüş və həmin qanunsuz əşyaları iranlının dediyi ünvanlara çatdırmalı idi, bunun müqabilində iranlı ona 1000 manat pul verəcək idi. O, həm Təqsirləndirilən şəxs saxlanılmasında, həm də qara çantada olan əşyalara baxışda iştirak etmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri üzrə təqsirli olması qismən özünün və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış BNMİ-nin XMİÜ baş əməliyyat müvkkili, polis kapitanı Şahid2 xx.xx.2023-cü il tarixli raportundan müəyyən olunur ki, etimad doğuran, məlum, qərərsiz mənbədən daxil olmuş məlumatda Bakı şəhəri, Binəqədi rayonu, S.Məmmədova küçəsi, ev 9-da yaşayan Təqsirləndirilən şəxs qıızının qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edərək Bakı şəhəri Xəzər rayonu ərazisində dövriyyəsi ilə məşğul olması bildirilir. Məhkəmədə elan edilib araşdırılmış “şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli bilinərək tutulmuş, onun tutulma vaxtı xx.xx.2023-cü il tarixdən saat 18:30 dəqiqədən hesab olunmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş və o məhkəmə zalından həbsdən azad olunmuşdur. Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbirinin müddəti xx.xx.2024-cü il tarixədək uzadılmış, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hazırlıq iclasının qərarı ilə ev dustaqlığı qətimkan tədbiri dəyişdirilmədən saxlanımışdır. Məhkəməyə gəlməkdən boyun qaçırdığı üçün Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilib barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həmçinin cinayət işi üzrə icraat dayandırılmışdır. Belə olan halda ev dustaqlığı qətimkan tədbirinin axımı dayandırılmaqla sonu xx.xx.2024-cü il tarixə kimi hesablanmalıdır. Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli 3-16-17/40/2-7312 saylı arayışından müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Xəzər RPİ-si CAŞ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2024-cü il tarixdə Bakı İT-na təhvil verilmişdir. Məhkəmədə elan edilib araşdırılmış videogörüntü ilə «şəxsi axtarış, baxış və götürmə aparılması haqqında» 24 noyabr 2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs sol çiynində olan qara rəngli çantadan göy rəngli torbanın içərisindən 2(iki) ədəd elektron tərəzi, 1 (bir) ədəd sellofanda açıq yaşıl rəngli, spesifik iyli narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni, 1 (bir) ədəd tünd qəhvəyi rəngli narkotik vasitə olan tiryəkə bənzər kütləni və 195(yüz doxsan beş) ədəd metadon həblərinə bənzər kütləni, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən, 1 (bir) ədəd üzərində ***-***-**-** simkart nömrəsi olan “Redmi" markalı mobil telefonu təqdim edərək masanın üzərinə qoyur. Sonra aşkar olunmuş həmin kütlələr və elektron tərəzilər içərisi boş olan göy rəngli torbada qoyularaq qablaşdırılır, DİN-in 7 saylı möhürü ilə möhürlənir, üzəri şübhəli şəxs, müdafiəçi və tərəfimdən imzalandıTəqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin və elektron tərəzinin özünə məxsus olduğunu, həmin kütləni sosial şəbəkədən tanıdığı “Mamed” adlı İran İslam Respublikası vətəndaşından 2(iki) gün əvvəl Abşeron rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun dediyi ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyini, bunun müqabilində sonuncunun ona 1000(min) manat pul verəcəyini, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını qeyd etmişdir. Üzərindən başqa heç yerdə narkotik vasitə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, daha əvvəl üzərinə baxış keçirilmədiyini, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış 02 dekabr 2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 14:50-dən 15:05-dək Abşeron rayonu, Hökməli qəsəbəsində “Mamed” adlı İİR-nın vətəndaşının verdiyi konum əsasında gedib narkotik vasətilərini götürdüyü yeri göstərmişdir. Məhkəmədə elan edilib araşdırılmış «videogörüntüyə baxış keçirilməsinə dair» 13 yanvar 2024-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərində DİNnin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı Anar Aslanov tərəifndən şəxsi axtarış zamanı video çəkliş aparılmışdır. Çəkilmiş görüntüdən görsənir ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs sol çiynində olan qara rəngli çantadan göy rəngli torbanın içərisindən 2(iki) ədəd elektron tərəzi, 1 (bir) ədəd sellofanda açıq yaşıl rəngli, spesifik iyli narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni, 1 (bir) ədəd tünd qəhvəyi rəngli narkotik vasitə olan tiryəkə bənzər kütləni 195(yüz doxsan beş) ədəd metadon həblərinə bənzər kütləni, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən, 1 (bir) ədəd üzərində ***-***-**-** simkart nömrəsi olan “Redmi" markalı mobil telefonu təqdim edərək masanın üzərinə qoyur. Şəxsi axtarış zamanı sonuncunun qara rəngli gödəkçəsinin sol yan cibindən 1 (bir) ədəd alışqan, 1 (bir) ədəd siqaret qutusu və 1 (bir) ədəd “5411 2498 0306 1766” nömrəli bank kartı aşkar edilərək götürüldü.Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilmir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələr tərəzidə çəkilir. Qurudulmuş marixuanaya bənzər kütlənin çəkisi 845 (səkkiz yüz qırx beş) qram, tiryəkə bənzər kütlənin çəkisi 865(səkkiz yüz altmış beş) qram olur. Sonra aşkar olunmuş həmin kütlələr və elektorn tərəzilər içərisi boş olan göy rəngli torbada qoyularaq qablaşdırılır, DİN-in 7 saylı möhürü ilə möhürlənir, üzəri şübhəli şəxs, müdafiəçi və tərəfimdən imzalandı. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd “Redmi” markalı mobil telefon, 1 (bir) ədəd plastik bank kartı bu barədə sonuncuya izah verildikdən sonra götürülür. 1 (bir) ədəd alışqan və 1 (bir) ədəd siqaret qutusu isə şəxsin özünə qaytarılır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin və elektron tərəzinin özünə məxsus olduğunu, həmin kütləni sosial şəbəkədən tanıdığı “Mamed” adlı İran İslam Respublikası vətəndaşından 2(iki) gün əvvəl Abşeron rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun dediyi ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyini, bunun müqabilində sonuncunun ona 1000(min) manat pul verəcəyini, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını qeyd etmişdir. Üzərindən başqa heç yerdə narkotik vasitə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, daha əvvəl üzərinə baxış keçirilmədiyini, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-fiziki kimyəvi ekspertizasının 25 noyabr 2023-cü il tarixli 3-16-16/2-6/6159 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində: «Azərbaycan Respublikası DİN Zərflər üçün №7»-li dairəvi möhür əksi, «Təqsirləndirilən şəxsn üzərindən aşkar edilmiş kütlələr və elektron tərəzi şübhəli ş. İmza) Təqsirləndirilən şəxs» yazısı və imzalar olan polietilen bağlamadakı 1 (bir) ədəd bükümdə təmiz 855qram tünd qəhvəyi rəngli qərtanabənzər, spesifik iyli maddə kütləsi xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir. Üzərində «Methadone 40» markalanma göstəricisi olan 19 ədəd konvalyutda 195 ədəd üzərlərində «F/M40» yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həlblər metadon tərkibli dərman preparatıdır və ümumi 195 ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 7.8qram təşkil edir (üzərindəki qeyd olunmuş göstəriciyə əsasən bir həbdə 0,04qram metadon olmaqla); bir ədəd qara rəngli elektron tərəzinin üzərində heroinin izləri vardır. İz şəklində olduğu heroinin çəkisinn müəyyən etmək mümkün olmadı, bir ədəd «gümüşü» rəngli elektron tərəzinin üzərində narkotik vasitələrə və psixotrop maddələrə məxsus izlər aşkar edilmədi. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən tiryək «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in İ siyahısına, metadon «Azərbaycan Respublikasının ərazisində dövriyəsi məhdudlaşdırılan narkotik vasitələr»in İİ siyahısına daxildirlər. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-bioloji ekspertizasının 25 noyabr 2023-cü il tarixli 3-16-16/2-7/1611 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində «Təqsirləndirilən şəxs üzərindən..» yazıları və imzalar olan göy rəngli polietilen bağlamadakı 01 (bir) ədəd sellofan paketdə təmiz çəkisi- 820qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdim olunmuş həmin göy rəngli polietilen bağlamadakı 02 (iki) ədəd elektron tərəzilərin üzərində bitki mənşəli narkotik vasitələrin hissəcikləri yoxdur. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 07 dekabr 2023-cü il tarixli, 8026 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitələrin və digər psixoaktiv maddələrin qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dsipanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış «sübutların qiymətləndirilməsi barədə» xx.xx.20243-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd bükümdə çəkisi 855 qram çəkidə olan narkotik vasitə tiryək, 195 ədəd metadon həbləri, 01 ədəd bükümdə çəkisi 850 qram olan qurudulmuş marixuana və 02 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatına tiryəkin 0,2 qramı sərf edildikdən sonra qalan 854,8 qramı, metadonun 10 həbi sərf edildikdən sonra qalan 185 ədəd həbi, qurudulmuş marixuananı 0,2 qramı sərf edildikdən sonra qalan 819,8 qramı, 02 ədəd elektron tərəzi saxlanılması üçün Bakı şəhəri Xəzər RPİ-nin MSS kamerasına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı çəkilmiş videogörüntünü əks etdirən 01 ədəd disk sübut növü kimi tanınmış, cinayət işinə əlavə olunmuşdur. Məhkəmədə tədqiq olunmuş Təqsirləndirilən şəxs qıızının məhkumluğuna dair sorğuya cavabdan və hökmün surətindən müəyyən olunur ki, o Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 317.1.1, 66.3-cü maddələri ilə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə hökm dəyişdirilərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli Amnistiya qərarına əsasən xx.xx.2016cı il tarixdə cəzadan azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkum olunduğu az ağır cinayət əməllərinə törətməyə görə cəzanı çəkib qurtardığı gündən iki il keçdiyi üçün onun məhkumluğu artıq ödənilmiş və CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi məhkumluqla bağlı olan bütün nəticələri ləğv etmişdir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs himayəsində xx.xx.2016cı il təvəllüdlü övladı olması doğum haqqında şəhadətnamənin surəti ilə təsdiq olunmuş, bununla bağlı Təqsirləndirilən şəxs və onun müdafiəçisinin Təqsirləndirilən şəxs azyaşlı uşağı olduğundan barəsində CM-nin 79-cu maddəsinə əsasən cəzasının çəkilməsini təxirə salınması barədə vəsatətləri verilməmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi özünün və şahid ifadələri, üzərinə baxış və götürmə aparılması barədə protokol və bu protokola əlavə edilmiş həmin istintaq hərəkətlərinin videogörüntüsünü özündə əks etdirən CD diskə baxış protokolu, məhkəmə ekspertiza rəyləri, ifadənin yerində yoxlanılması protokolu, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. İstər ibtidai istintaq zamanı, istərsə də məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs verdiyi ifadələrində narkotik vasitələrin dövriyyəsinə görə məhkum olunmuş ərinin əlaqəsi olan İİR vətəndaşı “Mamed” adlı şəxslə düşdüyü çətin maddi durum ilə əlaqədar sonuncu ilə əlaqə yaratmış və «Mamed» adlı şəxsin təklifi ilə sonuncunun Bakı şəhərində yerləşdirdiyi narkotik vasitələri qoyduğu yerlərdən götürüb «Mamedin» bildirdiyi ünvanlara qoyulması nəticəsində «Mamed» ona 1000 manat qazanc verəcəyi şərti ilə xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisindən Hökməli dairəsinin yaxınlığından 3 ədəd bükümdə olan 1 ədəd selofanı götürüb yaşadığı ünvanda saxlamış, xx.xx.2023-cü il tarixdə yaşalığı ünvanı dəyişmək məqsədi ilə narkotik vasitələr olan bir ədəd qol çantasını götürüb taksiyə minib çıxıb getmək istədikdə polis əməkdaşları tərəfindən saxlanılmış və polisin inzibati binasında üzərinə baxış keçirilən zaman qol çantasında olan bir bükümüdə 820 qram qurudulmuş marixuana, 855 qram tiryək, çəkisi 7,8 qram təşkil edən 195 ədəd metadon həblərini və iki ədəd elektron tərəziləri təqdim etmişdir. İstər ibtidai istintaq zamanı, istərsə də məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs saxlayıb polis idarəsinə təhvil vermiş polis əməkdaşları Şahid2 və Şahid1 ifadələrində Təqsirləndirilən şəxs barəsində sonuncunun qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edərək Bakı şəhəri Xəzər rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat əsasında Təqsirləndirilən şəxs yaşadığı Mərdəkan qəsəbəsində sonuncu yaşadığı evdən kürəyindən asdığı qara çanta ilə çıxaraq başqa ünvana getmək istədikdə Təqsirləndirilən şəxs saxlayıb polis idarəsinə gətirib orada üzərinə baxış keçirilən zaman qara çantada olan qurudulmuş marixuana, tiryək və metadon həblərini Təqsirləndirilən şəxs özü təqdim etmişdir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs 02 dekabr 2023-cü il tarixli «ifadəsinin yerində yoxlanılması haqqında» protokoldan müəyyən olunur ki, həmin tarixdə saat 14:50-dən 15:05-dək Təqsirləndirilən şəxs istintaqçı ilə birlikdə Abşeron rayonu, Hökməli qəsəbəsində «Mamed» adlı şəxsin verdiyi konum əsasında gedib narkotik vasitəni götürdüyü yeri göstərmişdir. Məhkəmə ekspertiza rəyləri ilə narkotik vasitələrirn növü və çəkisi, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkdiyi, məcburi müalicəyə ehttiyacı olduğu təsdiq olunmuşdur. Məhkəmədə elan edilib araşdırılmış «Videogörüntüyə baxış keçirilməsi haqqında» xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə baxış və götürmə prosesini əks etdirən CD diskə baxış keçirilmiş, bununla bağlı heç bir qeyd daxil olnmamışdır. Məhkəmədə elan edilib araşdırılmış Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(101)-1586/2024 nömrəli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs məhkəmə proseslərinə gəlməməsi məhkəməyə gəlməkdən boyun qaçırması kimi qiymətləndirilmiş, barəsində axtarış elan edilməklə ibtidai istintaq dövründə “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən sonra qüvvədən düşmüş sayılır. Belə olan halda Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri xx.xx.2024-cü il tarixdən qüvvədən düşmüş hesab edilməlidir. Məhkəmədə elan edilib araşdırılmış 3-16-17/40/2-7312/2024 nömrəli xx.xx.2024cü il tarixli Bakı İstintaq Təcridxanasının məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bakı şəhər Xəzər RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Belə olan halda Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə cəza çəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə, xx.xx.2023-cü il tarixədən xx.xx.2024-cü il tarixədək “ev dustaqlığı”-da olduğu 09 (doqquz) ay 16 (on altı) gün hesaba alınmaqla cəza müddətində çıxılmalıdır. Məhkəmə nəzərə alır ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “14” iyun 2024-cü il tarixli 08 №-li qərarının 4-cü bəndinə əsasən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya 4 onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir.” Həmin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarının 6-cı bəndinə əsasən “Qanunun 1.0.8-ci maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, normanın mənasına görə istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə 6 müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir.” Qeyd olunan Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Yuxarıda qeyd edilən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarının 27-ci bəndinə əsasən “Məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CMin 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər.” Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli 36 maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edibetməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi hallar nəzərə alınsın. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi barəsində tibbi məcburi tədbirlər tətbiq edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs qıızının cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə və ev dustaqlığında saxlanıldıığı müddət məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni xx.xx.2024-cü il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99- 1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Bakı şəhəri Xəzər RPİnin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 854,8 qram tiryək, 819,8 qram qurudulmuş marixuana, 185 ədəd metadon həbi, 02 ədəd tərəzi məhv edilməli, cinayət işinin materiallarına əlavə edilimiş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin alərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 192 (yüz doxsan iki) manat məbləğində pul Təqsirləndirilən şəxstutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhəri 2 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafəçi Müdafiəçi üçün isə 324 AZN (üç yüz iyirmi dörd) pul Bakı şəhəri 2 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu 09 (doqquz) ay 16 (on altı) gün müddət təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 05 (beş) il 02 (iki) ay 14 (on dörd) gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 29 oktyabr 2024-cü il tarixdən hesablansın Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Xəzər RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 854,8 qram tiryək, 819,8 qram qurudulmuş marixuana, 185 ədəd metadon həbi, 02 ədəd tərəzi məhv edilsin, cinayət işinin materiallarına əlavə edilimiş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 192 (yüz doxsan iki) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 324 AZN (üç yüz iyirmi dörd) manat pul 2 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar