Məhkəmə qərarları › İş №1(101)-1586/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1586/2025

08.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1586/2025 08.08.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri X12 (sədrlik edən), Quliyev Vüqar Elbrus oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi Rüstəmov Zaur Zakir oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X4, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1994-cü ildə Bərdə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, himayəsində bir azyaşlı uşağı olan, ali təhsilli, Azərbaycan Dövlət Su X11 Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti publik hüquqi şəxsinin Nizami rayon Sukanal İdarəsində qanunsuz istifadə və debitor borclarla iş qrupunun mühəndisi, qrup rəhbəri vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yasayış massivi, “ünvan 3 ünvanda yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə idarə etdiyi avtomobillə yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, xx.xx.2015-ci il tarixdə verilmiş AE 219328 nömrəli, «BC» kateqoriyalı sürücülük vəsiqəsi əsasında "xxxx" ASC-nin mülkiyyətindəki 15 aprel 2025-ci il tarixədək qüvvədə olan etibarnamə ilə «BMW» markalı, «328İ» modelində olan **-YD-*** dövlət qeydiyyat nişanlı avtomobili «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin və 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozub 3.24 qadağan nişanı ilə maksimum sürət 50 km/saat həddi ilə məhdudlaşdırıldığı halda 31 mart 2025-ci il tarixdə, saat 22:38-də Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi ilə “Ukrayna” dairəsi istiqamətində 60-70 km/saat sürətlə sərxoş vəziyyətdə idarə edərkən həmin ünvanda “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməmiş və hadisənin qarşısını almağa texniki imkanının olmasına baxmayaraq Məhəmməd Hadi küçəsi 76 ünvanın qarşısında yolu sağdan sola keçən piyada Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin ön sağ hissəsi ilə vuraraq ona ehtiyatsızlıqdan başın və bədənin küt travması, baş-beyin əzilməsi, başın sol alın-təpə-gicgah nahiyəsinin dərialtı hematoması, hər iki gözətrafı nahiyənin dərialtı hematoması, bədənin çoxsaylı sıyrıqları ilə müşayiət olunan dərəcəsinə görə ümumilikdə sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə hadisə yerində Zərərçəkmiş şəxs ölümünə baş-beyin əzilməsi səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, “BMW” markalı, **-YD-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" lizinq şirkətinə məxsusdur. Həmin avtomobili 2024-cü ilin oktyabr ayında lizinqlə almış və həmin şirkət tərəfindən verilmiş etibarnamə əsasında idarə etmişdir. Avtomobil saz vəziyyətdə olmuş, heç bir problemi olmamışdır. 31 mart 2025-ci il tarixdə, saat 17:30-da idarə etdiyi avtomobillə dostları Şahid1 və Şahid2la birlikdə ünvan 4 ünvanında yerləşən «Beerbarrel» restoranına gəlmiş, orada oturub məzə yeyərək iki bakal pivə içmiş, Ramin və Ruslan da təxminən 2-3 bakal pivə içmişlər. Saat 22:20-də restoranı tərk etmişlər. Dostlarını «Həzi Aslanov» metrostansiyasının yaxınlığında düşürtmək üçün idarə etdiyi avtomobili həmin metrostansiya istiqamətində hərəkət etdirmişdir. Ramin avtomobildə yanında oturmuşdur, Ruslan isə arxada oturmuşdur. «Həzi Aslanov» metrostansiyasına çatanda idarə etdiyi avtomobili yol kənarında saxlayıb təxminən 5-10 dəqiqə söhbət etmişlər. Sonra avtomobilini «Ukrayna» dairəsi istiqamətində hərəkət etdirmişdir. Belə ki, X13rşısında düşürtmək lazım olmuşdur. İdarə etdiyi avtomobili 60-70 km/saat sürətlə hərəkət etdirən zaman M.Hadi küçəsi 76 ünvanında fəaliyyət göstərən «Bravo» ekspres-marketin yaxınlığında hərəkətdə olduğu zolağın kənar hissəsində üç qadının dayandığını görmüşdür. Həmin qadınları görəndə onlarla onun arasında təxminən 7-8 metr məsafə olmuşdur. Qadınları görəndə onlardan biri qəflətən yolu sağdan sola iti yerişlə keçmək istəmiş və hərəkətə başlamışdır. Əyləci basmadan idarə etdiyi avtomobili qaçırtmaq istəsə də, bunu edə bilməmiş və hərəkətdə olduğu sürətlə avtomobilinin sağ hissəsi ilə qadını vurmuşdur. Zərbədən qadın yolun digər tərəfinə düşmüşdür. Təxminən 10-15 metrdən sonra idarə etdiyi avtomobili yolun sağ kənarında saxlamış və avtomobildən düşmüşdür. Dostları da avtomobildən düşmüşlər. Hadisədən şoka düşmüş və nə edəcəyini bilməmişdir. Dostu Şahid2 xahiş etmişdir ki, piyadanın yanına gedib onunla maraqlansın, onu xəstəxanaya aparsın və lazım olan köməkliyi göstərsin. Ruslana özünə gələndən sonra xəstəxanaya gələcəyini demişdir. İdarə etdiyi avtomobil yolun kənarında qalmasın deyə avtomobilinə əyləşib onu yaxınlıqda olan məhəllənin həyətinə gətirmişdir ki, oradan dostu Raminlə görüşüb xəstəxanaya getsin. Avtomobilini bir məhəllənin həyətində saxlayandan sonra hadisə yerinə qayıtmışdır. Hadisə yerinə çatanda pul qabının avtomobildə qaldığını aşkar etmişdir. Avtomobilin yanına qayıtmaq istəsə də onu saxladığı yeri tapa bilməmişdir. Həmin vaxt dostu Ramin ona zəng etmişdir. Raminlə bir-birini tapandan sonra idarə etdiyi avtomobili axtarmağa başlamışlar. Ramin ümumi bir dostlarına zəng etmişdir ki, gəlib onları xəstəxanaya aparsın. Təxminən 15-20 dəqiqədən sonra avtomobili saxladığı yeri tapmışlar. Avtomobil yolun ortasında qaldığı üçün Ramin avtomobilin sükanı arxasında əyləşib avtomobili ön tərəfi ilə qarajların qarşısında saxlamışdır. Avtomobildən pul qabını götürəndən sonra Raminlə «Həzi Aslanov» metrostansiyasının yaxınlığına gəlmiş və orada dostunun idarə etdiyi qırmızı rəngli «Toyota Prius» markalı avtomobilə əyləşib “Sabunçu” xəstəxanasına yola düşmüşlər. Yolda olarkən özü və Ramin ayrı-ayrılıqda Ruslana zəng edib piyadanın səhhəti ilə maraqlanmış, Ruslan onlara piyadanın səhhətinin normal olduğunu bildirmişdir. Xəstəxanaya çatanda Ruslan artıq evə getmişdir, belə ki, onun da halı pisləşmiş və özünü yaxşı hiss etməmişdir. Xəstəxanada hadisə vaxtı zərərçəkmişin yanında olmuş iki qadının ağladıqlarını görmüşlər. Özü və Ramin onlardan zərərçəkmişin səhhəti ilə maraqlanmışlar, onlar isə rəfiqələrinin öldüyünü bildirmişlər. Həmin vaxt halı bir daha pisləşmişdir. Qaynı da xəstəxanaya gəlmişdir. Qayını polis əməkdaşlarının onu axtardıqlarını demiş, Raminlə birlikdə qaynının avtomobili ilə «Ukrayna» dairəsi yaxınlığına gəlib orada polis əməkdaşları ilə görüşmüş və oradan Xətai rayon Polis İdarəsinə gəlmişlər. Törətdiyi əməldən səmimi peşimandır. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmişdir, sonuncunun ona qarşı şikayət və tələbi yoxdur. Himayəsində bir azyaşlı uşağı var, arvadı hal-hazırda hamilədir. Qeyd olunanları nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X14 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, onunla heç bir qohumluğu və ya ədavəti yoxdur. Mərhum Zərərçəkmiş şəxs ilə 10 oktyabr 2000-ci il tarixdə evlənmişdir və bu nikahdan 2002-ci il təvəllüdlü Tamerlan və 2004-cü il təvəllüdlü Çingiz adlı iki uşaqları var. Oğlu Tamerlan hazırda Kanadada təhsil alır. Mərhum arvadı heç bir yerdə işləməmiş və evdar qadın olmuşdur. Özü hərbiçi olmaqla hər iki Qarabağ Müharibəsinin iştiraçısı olmuşdur. Hal-hazırda təqaüddədir. 20 mart 2025-ci il tarixdə özü və arvadı Bahar Lənkəran rayonuna getmişlər. Oğlu Çingiz isə artıq rayonda olmuşdur. Baharın 31 mart 2025-ci il tarixdə ingilis dili üzrə «online» dərsi olduğu üçün o, 30 mart 2025-ci il tarixdə Bakı şəhərinə qayıtmış, özü və oğlu isə rayonda qalmışlar. 31 mart 2025ci il tarixdə gecə saatlarında Baharın rəfiqəsi İlahə oğlu Çingizə zəng edərək həmin gün axşam saat 22:30 radələrində Baharın «Həzi Aslanov» metrostansiyasının yaxınlığında, M.Hadi küçəsində yolu keçmək istəyərkən ağ rəngli avtomobilin sürətlə gəlib onu vurduğunu və hadisə yerində öldüyünü bildirmişdir. İlahə və Baharın digər rəfiqəsi olan Elnarənin dediklərinə görə Bahar həmin gün «online» dərsdən sonra onlarla birlikdə həyətə düşüb gəzmək istəmiş, hadisə vaxtı da onlar bir yerdə olmuşlar. Hadisə barədə məlumat alan kimi özü və qohumları Bakı şəhərinə gəlmişlər. Təqsirləndirilən şəxsin ailəsi ilə aralarında razılıq əldə olunmuş, maddi ziyan təxminən 15.000 manat hesablanmış, bir hissəsi ödənilmiş, digər hissəsinin ödənilməsini öhdələrinə götürmüşlər. Ona dəymiş mənəvi ziyanın ödənilməsi isə mümkünsüzdür. Lakin hadisənin ehtiyatsızlıqdan törədilməsini, təqsirləndirilən şəxsin bir azyaşlı uşağının olmasını, arvadının hal-hazırda hamilə olmasını, cavan olmasını, hazırki maddi vəziyyətini nəzərə alaraq ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzanın təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs iş yoldaşıdır, Zərərçəkmiş şəxs, həmçinin zərərçəkmiş şəxsin hüquqi varisi X7 əvvəllər tanımamış, onlarla qohumluğu və ya ədavəti yoxdur. Təqsirləndirilən şəxsla təxminən 5-6 aydır ki, yaxın münasibətləri var. Şahid2 da iş yoldaşıdır və Ruslanla da yaxın münasibətləri var. 31 mart 2025-ci il tarixdə, saat 18:00-da işlərini yekunlaşdırdıqdan sonra Şamxal və Ruslanla birlikdə «Qara Qarayev» metrostansiyası yaxınlığında yerləşən bir çayxanada oturub çay içmişlər. Orada qərara gəlmişlər ki, «Həzi Aslanov» metrostansiyası yaxınlığında yerləşən «Beerbarrel» restoranına gedib orada pivə içsinlər. Ruslan idarə etdiyi “Hyundai Accent” markalı avtomobili yaşadığı evin həyətinə aparıb qoyandan sonra marşrut avtobusu ilə həmin restorana gəlmiş, özü isə Şamxalla birlikdə sonuncunun idarə etdiyi “BMW” markalı, **- YD-*** dövlət qeydiyyat nişanlı avtomobillə saat təxminən 19 radələrində restorana gəlmişlər. Ruslan da restorana gələndən sonra sifarişlər verməyə başlamışlar. Restoranda olan zaman iki bakal pivə və bir rumka tekila içmiş, Ruslan və Şamxal da təxminən 3 bakal pivə və bir rumka tekila içmişlər. Saat 22:10-da hesabı ödəyib restoranı tərk etmişlər. Restoranın qarşısında o və Ruslan Şamxala içkili vəziyyətdə sükan arxasına əyləşməməyi desələr də Şamxal onlara qulaq asmamışdır. Hətta Şamxala ayıq sürücü və ya tanış uşaqlardan birini çağırmağı təklif etsə də, Şamxal etiraz etmiş və avtomobili özünün idarə edəcəyini bildirmişdir. Şamxalı tək qoymamaq üçün o və Ruslan avtomobilə əyləşmişlər. Ruslan arxada, özü isə Şamxalın yanında əyləşmişdir. Avtomobildə də Şamxala avtomobili sərxoş vəziyyətdə idarə etməməsini təkrar desələr də, Şamxal onlara qulaq asmamışdır. Ruslan onlarla getmək istəməmiş və avtomobildən düşüb yaxınlıqda olan avtobus dayanacağına getmişdir. Bir qədər sonra isə Şamxal avtomobili hərəkətə gətirərək Ruslanı da götürmək lazım olduğunu bildirmişdir. Ruslana zəng edib harada olduğunu soruşmuş, Ruslan da «Həzi Aslanov» metrostansiyası yaxınlığında olan avtobus dayanacağında 104 saylı avtobusu gözlədiyini bildirmişdir. Onlar həmin dayanacağa gəlib orada Ruslanı da avtomobilə mindirmişlər və orada dayanıb 5-10 dəqiqə söhbət etmişlər ki, Şamxal avtomobili sərxoş vəziyyətdə idarə etməsin. Lakin Şamxal onlara qulaq asmamış və «Ukrayna» dairəsi istiqamətində hərəkətə başlamışdır. Özünün həmin vaxt fikri yayınmışdır. Bir neçə saniyədən sonra Şamxalın idarə etdiyi avtomobilin ön hissəsi ilə qəflətən bir qadını vurduğunu görmüşdür. Qadının haradan yola çıxdığını görməmişdir. Həmin vaxt hamı şoka düşmüşdür. Şamxal avtomobili saxlamış, Ruslan avtomobildən düşərək Şamxala avtomobili yolun kənarında saxlamağı demişdir. Şamxal avtomobili hərəkət etdirib yolun sağ kənarında saxlayandan sonra ikisi də avtomobildən düşmüşdür. Piyadanın yanında iki qadın da olmuş, xoşbəxtlikdən onlara heç nə olmamışdır. Yerdə uzanmış vəziyyətdə olan qadına tərəf gedəndə mobil telefonunun avtomobildə qaldığını görmüşdür. Geri qayıdaraq avtomobildən mobil telefonunu götürmüşdür. Şamxal isə həmin vaxt avtomobilin yanında dayanmış, şok vəziyyətində olmuşdur. Təxminən iki-üç dəqiqədən sonra təcili tibbi yardım maşını gəlmiş, qadını təcili tibbi yardım maşınına qoymuşlar. Ruslan təcili tibbi yardım maşınına əyləşmək istəsə də həkim ona icazə verməmişdir. Ruslan taksi saxlatdıraraq təcili tibbi yardım maşının arxasınca getmişdir. Özü isə Şamxalın olduğu yerə qayıtsa da onu orada tapa bilməmişdir. Şamxala zəng edib onun harada olduğunu soruşmuş, Şamxal isə ağlayaraq harada olduğunu deyə bilməmiş, telefonla danışa-danışa birtəhər onun yerini tapa bilmişdir. Şamxaldan avtomobili harada saxladığını soruşmuş, Şamxal isə həmin vaxt şokda olduğundan avtomobili saxladığı yeri bilmədiyini demişdir. Təxminən 10-15 dəqiqə ətrafı gəzəndən sonra avtomobili elə Şamxalı tapdığı yerin yaxınlığında aşkar etmişdir. Şamxal avtomobili yolun ortasında saxladığı üçün sükan arxasına keçib avtomobili iki-üç metr qabağa, qarajların qarşısına sürüb saxlamışdır. Avtomobilin ön tərəfində olan dövlət qeydiyyat nişanı yerdə olduğu üçün həmin dövlət qeydiyyat nişanını yerdən götürüb avtomobilin yük yerinə qoymuşdur. Sonra avtomobili bağlayıb açarı Şamxala vermişdir. Ruslan ona piyadanın “Sabunçu” xəstəxanasına aparıldığını dediyi üçün köməyə gələn dostlarının avtomobili ilə Şamxalla birlikdə “Sabunçu” xəstəxanasına getmişlər. Ruslan xəstəxanaya Şamxalın xahişi ilə getmişdir ki, vurulan piyadaya lazım olan köməyi göstərsin. Fikirləşmişlər ki, piyada ölməyib və onun sağ qalmaq şansı var. Xəstəxanaya çatanda Ruslan artıq evə getmişdir, belə ki, onun da halı pisləşmiş və özünü yaxşı hiss etməmişdir. Orada iki qadının ağladıqlarını görmüşlər. Özü və Şamxal onlardan qadının səhhəti ilə maraqlanmış, həmin qadınlar isə rəfiqələrinin öldüyünü bildirmişlər. Həmin vaxt Şamxalın halı yenidən pisləşmiş, onu sakitləşdirməyə çalışmışlar. Şamxalın qaynı da xəstəxanaya gəlmişdir. Şamxalın qaynı polis əməkdaşlarının onu axtardıqlarını demiş, Şamxalla birlikdə sonuncunun qaynının avtomobili ilə «Ukrayna» dairəsi yaxınlığına gəlib orada polis əməkdaşları ilə görüşmüş və oradan Xətai rayon Polis İdarəsinə gəlmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 da Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. İş üzrə şahidlər Şahid3 və Şahid4 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış, onlar məhkəməyə teleqram və ərizə ilə müraciət edərək ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiq etdiklərini, ailə və sağlamlıq vəziyyətləri ilə əlaqədar məhkəmədə iştirak edə bilməyəcəklərini bildirmişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsini 329.1-ci maddəsinin tələblərinə əsasən şahidlər Şahid3 və Şahid4 məhkəməyədək icraat zamanı verdikləri ifadələri elan etmiş, elan edilmiş ifadələrlə bağlı ittiham və müdafiə tərəfindən hər hansı etiraz və vəsatət daxil olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhəri, Xətai rayon Polis İdarəsinin Növbətçi Hissəsinin məsul növbətçi əvəzi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə 3 saylı Sabunçu xəstəxanasından həkim RPİ-nin NH-nə məlumat verərək, Xətai rayonu, M.Hadi küçəsində baş vermiş YNH-si zamanı 1980-ci il təvəllüdlü Bahar Çingiz qızının öldüyü məlumatını vermişdir (cild 1, iş vərəqə 3). - Bakı şəhəri, Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi X15 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, ölümlə nəticələnən yol nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar ünvan 5 ünvanında K.Babayev adına 25 nömrəli musiqi məktəbinin yaxınlığında olan qarajların qarşısında olan avtomobilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, ağ mirvari rəngdə “BMW” markalı, **-YD-*** dövlət qeydiyyat nişanlı avtomobilin ban şüşəsi, mühərrik örtüyü, sağ ön fənər işığı, buferi, bufer setkası, ön radiator barmaqlığı zədələnmişdir, avtomobilin dövlət qeydiyyat nişanı yerində yoxdur. Göstərilən avtomobilin arxa ön və yan tərəfdən fotoşəkilləri çəkilərək protokola əlavə olundu (cild 1, iş vərəqə 4-7). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Həkimə qədər ölüm aktını təsdiq edən 18 nömrəli, xx.xx.2025-ci il tarixli aktdan görünür ki, X5 ölüm vaxtı xx.xx.2025-ci il, saat 23:15-də qeydə alınmışdır (cild 1, iş vərəqə 8). - 6 saylı Bakı “ASAN xidmət” X6 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs “Baş beynin diffuz travması” səbəbindən xx.xx.2025-ci ildə Bakı şəhərində ölmüşdür (cild 1, i/v 104). - Sürücülük vəsiqəsinin, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və etibarnamənin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdə AE 219328 nömrəli, BC kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Sürücülük vəsiqəsinin etibarlılıq müddəti xx.xx.2025-ci il tarixə qədərdir. **-YD-*** qeydiyyat nişanlı, “BMW” markalı, “328i minik” modelli avtomobli "xxxx" ASC-nin mülkiyyətindədir. "xxxx" ASC tərəfindən xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs etibarnamə verilmişdir (cild 1, i/v 10-11). - Bakı şəhəri, Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi X15 tərəfindən tərtib edilmiş, Təqsirləndirilən şəxs, polis nəfəri X17, hal şahidləri X16 və X18 tərəfindən imzalanmış xx.xx.2025-ci il tarixli yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs və hal şahidlərinin iştirakı ilə yol nəqliyyat hadisəsinin baş verdiyi yerə baxış keçirilərkən müəyyən edilmişdir ki, yol nəqliyyat hadisəsi yeri Xətai rayonu, M.Hadi küçəsi 76 saylı binanın qarşısıdır. Yolun hərəkət hissəsi düzdür, örtüyün növü asfaltdır, örtüyün vəziyyəti qurudur. Yol örtüyünün eni bir istiqamətdə 9 metrdir. Hərəkət zolaqlarının sayı 2, hərəkət hissəsinin eni 6 metrdir. Hərəkət hissəyə sağdan səki, soldan yol ayrıcı birləşir. Yolda sürət həddi 50 km/saat sürət həddi ilə məhdudlaşır. Hadisə vaxtı piyada yolun sağ kənarından 7,5 metr məsafə qət etdikdən sonra avtomobillə vurulmuşdur. Piyada yolun sağ kənarından iti yerişlə sağdan sola hərəkət edərkən vurulmuşdur. Hadisə yerində şinlərin və tormozlanma izləri yoxdur. Avtomobilin xırda plastmas hissələri yerdə səpələnmişdir. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olundu (cild 1, iş vərəqə 17-27). - xx.xx.2025-ci il tarixli videogörüntüyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, istintaq zamanı Azərbaycan Respublikası DİN NHİX-nin xx.xx.2025-ci il tarixli 3-13-3/2-8763/2025 nömrəli məktubu ilə daxil olmuş bir ədəd DVD-R diskində TŞ 5-093 nömrəli videomüşahidə qurğusunun 2-ci kamerasının xx.xx.2025-ci il tarixli saat 22:30-dan 23:30-dək olan müddətdəki görüntüləri göndərilmişdir. 2-ci videomüşahidə qurğusu ilə qeydə alınmış görüntülərə baxış keçirilərkən müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsindən öncə mərhum Zərərçəkmiş şəxs M.Hadi küçəsində digər piyadalarla yanbayan yolun hərəkət hissəsinin sağ tərəfində dayandığı yerdən sola doğru hərəkətə başlayır və adi addımlarla təxminən 3 metr, daha sonra isə adi qaçışla təxminən 2,5 metr məsafə qət etdikdən sonra «BMW» markalı «328İ» modelində olan **-YD-*** dövlət qeydiyyat nişanlı avtomobillə vurulur. Hadisənin baş vermə vaxtı saat 22:38-dir. «BMW» markalı «328İ» modelində olan **-YD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün hərəkəti üçün təhlükə piyadanın hərəkət hissəsinin sağ tərəfindən təxminən 1-ci zolağın axırlarından sola doğru hərəkətə başladığı andan yaranmış və həmin andan piyada vurulana kimi adi yerişlə 3 metr və adi qaçışla 2,5 metr məsafə qət etmişdir. Elektron daşıyıcıda olan videogörüntüyə baxış keçirilməsi ilə bağlı müvafiq protokol tərtib edilərək cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, i/v 121). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli, ******* nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 03:29 radələrində alkoqol sərxoşluğunun dərəcəsi müəyyən edilərkən, Təqsirləndirilən şəxs yüngül sərxoşluq olması müəyyən edilmişdir. Müayinə zamanı Təqsirləndirilən şəxs pivə içdiyini bildirmişdir (cild 1, iş vərəqə 28). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X9 publik hüquqi şəxsinin 01 aprel 2025-ci il tarixli, 20 nömrəli meyitin ekspertizasının rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: başın və bədənin küt travması, baş-beyin əzilməsi, başın sol alın-təpə-gicgah nahiyəsinin dərialtı hematoması, hər iki gözətrafı nahiyənin dərialtı hematoması, bədənin çoxsaylı sıyrıqları. Qeyd olunan xəsarətlər həyati olub bərk-küt əşya (əşyalar) təsirindən törənmişlər, eləcə də yol-nəqliyyat hadisəsi zamanı törənə bilərdi, dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəlidirlər. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb almış olduğu xəsarətlər nəticəsində baş-beyin əzilməsi olmuşdur, müddəti meyitin müayinəsindən 6-12 saat əvvələ uyğun gəlir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində narkotik maddələr və etil spirti aşkar edilməmişdir (cild 1, i/v 123-126). - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 13 iyun 2025-ci il tarixli, 8/1051 nömrəli ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən «BMW» markalı, «328İ» modelində olan **-YD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs «BMW» markalı, «328İ» modelində olan avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisədən sonra zərərçəkmişə yardım göstərmədən və müvafiq orqanlara xəbər vermədən hadisə yerindən getdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdınlması» yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yolda 60-70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması)) yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur (cild 1, i/v 128-131). - Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsindən verilmiş 10 aprel 2024-cü il tarixli, 3-13-11/2-4364/2025 nömrəli məktubdan görünür ki, “BMW” markalı, **-YD-*** dövlət qeydiyyat nişanlı avtomobilin müayinəsi zamanı götürülmüş əl izləri DİN-in KTİ-nin ADİS-in məlumat blankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmiş, müqayisə zamanı əl izlərindən 09 ədədinin Təqsirləndirilən şəxs aid olması müəyyən edilmişdir (cild 1, i/v 103). - “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, DİN X2 Xidmətinin xx.xx.2025-ci il tarixli, 3-13-3/2-8763/2025 nömrəli məktubu ilə istintaqa təqdim edilmiş, yol-nəqliyyat hadisəsiniin videogörüntüsünün yazıldığı bir ədəd optik disk və “BMW” markalı, “328İ” modelində olan **-YD-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı götürülmüş əl-barmaq izləri iş üzrə maddi sübut kimi tanınmışdır (cild 1, i/v 145-154). - xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan, məhkəmə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(011)- 172/2025 nömrəli qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin məhkəmənin xx.xx.2025-ci il tarixli, 4(011)-206/2025 nömrəli qərarına əsasən barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir (cild 1, i/v 39, 63-65, 107). - Zərərçəkmiş şəxsin hüquqi varisi X4 xx.xx.2025-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, xx.xx.2025-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı Təqsirləndirilən şəxs idarə etdiyi **-YD-*** qeydiyyat nişlanlı nəqliyyat vasitəsi ilə arvadı Zərərçəkmiş şəxs xəsarət yetirmiş və arvadı vəfat etmişdir. Hadisəni törədən Təqsirləndirilən şəxs tərəfindən dəymiş maddi ziyan ödənilmişdir. Hazırda onunla barışmış, Təqsirləndirilən şəxs qarşı heç bir tələbi və şikayəti yoxdur, gələcəkdə də olmayacaq, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir (cild 1, i/v 97). - 6 saylı Bakı Asan xidmət X6ndən verilmiş AZ-İV №646419 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası Təqsirləndirilən şəxs, anası X10 olan X8 xx.xx.2021-ci ildə Bakı şəhərində doğulmuşdur (cild 1, i/v 99). - “Mediland” Hospital tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 0187 nömrəli tibbi arayışdan görünür ki, X10 3-4 həftəlik hamilədir (cild 1. i/v 100). - Azərbaycan Dövlət Su X11 Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti publik hüquqi şəxsinin Nizami rayon Sukanal İdarəsindən verilmiş xx.xx.2025-ci il tarixli, 09 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs işlədiyi dövrdə özünü nizam intizamlı işçi kimi göstərmiş, rəhbərliyin tapşırıq və göstərişlərini vaxtında, layiqincə yerinə yetirmişdir (cild 1, i/v 101). - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, i/v 118-119). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə isə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Balakən Rayon Məhkəməsinin müraciətinə dair” 23 iyul 2021-ci il tarixli qərardadı). «Yol hərəkəti haqqında» 03 iyul 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun: - 6-cı maddəsinin 2-ci hissəsinin 1-ci bəndinə əsasən yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək yol hərəkəti sahəsində fiziki şəxslərin vəzifələrindəndir. - 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. - 37-ci maddəsinin 1-ci hissəsinin 4-cü hissəsinin tələblərinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti şəraitini, nəqliyyat vasitəsinin və yükün xüsusiyyətlərini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən edilmiş məhdudiyyətdən artıq olmayan sürətlə idarə etməlidir. - 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı (altkateqoriyalı) nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. - 50-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. - 64-cü maddəsinin 1-ci hissəsinə əsasən qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. “Yol hərəkəti haqqında” 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1-ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. Həmin Konvensiyanın 14-cü maddəsinin 1-ci bəndinin tələbinə görə hər hansı manevri etmək, məsələn, gözləmədə olan nəqliyyat vasitələrinin sırasından çıxmaq və ya sırasına daxil olmaq, yolun hərəkət hissəsinin sağına və ya soluna keçmək, sola və ya sağa dönüb başqa yola çıxmaq və ya yolkənarı əraziyə girmək istəyən sürücü yalnız özündən arxada, qabaqda gedən və ya qarşıdan gələn yol istifadəçilərini, onların mövqeyini, hərəkət istiqamətini və sürəti nəzərə almaqla, təhlükəyə məruz qoymayacağına əmin olduqdan sonra bu manevrə başlamalıdır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarının: - 12-ci maddəsinə əsasən, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. - 20-ci maddəsinə əsasən CM-nin 263, 263-1 və ya 351-ci maddələri ilə təqsirləndirilən şəxslər haqqında cinayət işlərinə baxarkən məhkəmələr nəzərə almalıdırlar ki, yol-nəqliyyat hadisəsi ekspertizasının rəyinin başqa sübutlara münasibətdə üstünlük qüvvəsi yoxdur, yol verilmiş pozuntu ilə baş vermiş hadisə və onun nəticələri arasında səbəbli əlaqənin mövcudluğu, şəxsin yol verdiyi pozuntuya görə cinayət və ya inzibati məsuliyyətə cəlb edilməli olması haqqında nəticə isə yalnız məhkəmə iclasında araşıdırılmış sübutların hüquqi qiymətləndilrməsindən sonra verilə bilər. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi, yəni sərxoş vəziyyətdə avtomobil idarə edərkən yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəza törətməsi həm özünün, zərərçəkmiş şəxsin hüquqi varisinin, məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, araşdırılmış ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. - 41.1-ci maddəsində göstərilmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayəthüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. - 41.2-ci maddəsinin tələblərindən görünür ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. - 58.3-cü maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində bir azyaşlı uşağının olmasını, arvadını hamilə olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə görə, bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsi, CM-nin 53.4-cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları.) «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalıdır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarının 21-ci maddəsinə əsasən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CMnin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən halları, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində ifadə olunan cinayət hüquq normasının sanksiyasında azadlıqdan məhrumetmə cəzası yeganə əsas cəza növü kimi nəzərdə tutulduğundan təqsirləndirilən şəxsə əsas cəza kimi azadlıqdan məhrumetmə cəzası həmin sanksiya ilə müəyyən edilmiş həddə təyin olunmalıdır. Məhkəmə, həmçinin cinayətin avtomaşınla, yol hərəkəti qaydalarının laqeydlik motivi ilə pozulması nəticəsində törədildiyini, təqsirləndirilən şəxsin şəxsiyyətini və təqsirləndirilən şəxsin ittiham olunduğu cinayətə görə məsuliyyət müəyyən edən hüquq normasında, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasında nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının zəruri əlavə cəza kimi nəzərdə tutulduğunu nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə bu cəza əlavə cəza kimi təyin edilməlidir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli qərarının 23-cü bəndində göstərilmişdir ki, nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etmə cəzası müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzaya əlavə olaraq təyin edildiyi hallarda əsas cəzanın çəkilmə müddəti qurtardıqdan sonra nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə növündə əlavə cəzanın icrası başlayır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq əsas və əlavə cəza ilə cəzanın əsas məqsədini təmin etmək mümkündür. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanmalı, Təqsirləndirilən şəxs 128 (yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut kimi tanınmış yol-nəqliyyat hadisəsinin videogörüntüsünün yazıldığı bir ədəd optik disk və “BMW” markalı, “328İ” modelində olan **-YD-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı götürülmüş əl-barmaq izləri iş materiallarında saxlanılmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətmkan tədbiri ləğv edilməli və barəsində “başqa yerə getməmək haqqında iltizam» qətimkan tədiri seçilməli, həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 aprel 2025-ci il tarixdən 08 avqust 2025-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 04 (dörd) ay 07 (yeddi) gün müddət bir günə bir gün hesablanmaqla, yəni 04 (dörd) ay 07 (yeddi) gün ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinin əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 1586/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli qərarı ilə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında edilmiş dəyişikliklərə əsasən “6 manat” sözləri “11 (on bir) manat” sözləri ilə əvəz edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 10 (on) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun hesabına 110 (bir yüz on) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 04 (dörd) ay 07 (yeddi) gün müddət bir günə bir gün hesablanmaqla yəni 04 (dörd) ay 07 (yeddi) gün ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il 07 (yeddi) ay 23 (iyirmi üç) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin, onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs 128 (yüz iyirmi səkikiz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış yol-nəqliyyat hadisəsinin videogörüntüsün yazıldığı bir ədəd optik disk və “BMW” markalı, “328İ” modelində olan **-YD-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı götürülmüş əl-barmaq izləri iş materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun hesabına 110 (bir yüz on) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Şəlalə Həsənova (sədrlik edən) Vüqar Quliyev Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar