Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1587/2025 31.07.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri Tağıyev Azər Heydər oğlunun sədrliyi, X9 və Ələkbərli Roman Nəriman oğlundan ibarət tərkibdə, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X8, müdafiəçi Bakı Şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan cinayət qanunu ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətmiş şəxs Təqsirləndirilən şəxs, onun qanuni nümayəndəsi – Qanuni nümayəndə iştirakları ilə, xx xxxxxxx 1982-ci ildə Naxçıvan MR, Şərur rayonu, Siyaqut kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 97, mənzil 18-də qeydiyyatda olmaqla yaşamış, cinayət-prosessual fəaliyyət qabiliyyəti olmayan, barəsində xüsusi tibb müəssisəsinə (psixiatriya stasionarına) yerləşdirilməsi növündə təhlükəsizlik tədbiri tətbiq edilmiş, məhkəmənin qərarı ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X10 psixiatrik stasionarına yerləşdirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM-in) 126.2.4 və 221.1-ci maddələri ilə nəzərdə tutulmuş əməlləri anlaqsız vəziyyətdə törətməsinə dair cinayət açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ:
1. Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuş və zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq əməlini törətmişdir. İşin faktiki halları:
2. Təqsirləndirilən şəxs xx.xx.2025-ci ildə saat 18:50 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 97 (əvvəlki 67) ünvanında, yaşadığı mənzilin yaxınlığında piyadaların hərəkəti üçün nəzərdə tutulmuş səkidə dayandığı vaxt əvvəllər tanımadığı Zərərçəkmiş şəxs həmin səki ilə “28 may Metrostansiyası” istiqamətindən “Bazarstore” adlı supermarket istiqamətində hərəkət etməsini müşahidə edib sonuncunun onun yaşadığı prospektlə hərəkət etməsini bəhanə edərək sürətli şəkildə Zərərçəkmiş şəxs yaxınlaşıb bununla bağlı ona irad bildirməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər etmişidir. O, həmin vaxt Zərərçəkmiş şəxs ondan uzaqlaşmaq istəməsinə baxmayaraq öz qərəzli hərəkətlərini davam etdirərək səki ilə hərəkət edən çoxsaylı şəxslərin gözü qarşısında, onlara məhəl qoymadan, insanların birgə yaşayış qaydalarını kobud şəkildə pozaraq, özünü ətrafdakıların fövqündə qoyub, heç bir səbəb olmadan sol çiyin və sol bazu nahiyəsi ilə Zərərçəkmiş şəxs sağ çiyin nahiyəsinə qəsdən zərblə vurmuşdur. Həmin zərbə ilə Zərərçəkmiş şəxs qəsdən dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3-dən (40%dən) çox hissəsinin dayanıqlı itirilməsinə səbəb olduğundan sağlamlığa ağır zərər vurmaya aid “sağ bazu oynağında kəskin nəzərə çarpan kontrakturası, əzələ atrofiyası və çiyin qurşağını təşkil edən sümüklərin yayılmış osteoporozu hesabına oynaq-hərəkət funksiyasının pozulması ilə nəticələnən sağ bazu sümüyünün cərrahi boynunun yerdəyişmiş sınığından sonrakı vəziyyət, sağ bazu nahiyəsinin dərialtı hematomasından ibarət xəsarətlər yetirmişdir. Həmçinin Zərərçəkmiş şəxs yerə yıxdıqdan sonra öz qərəzli hərəkətlərini davam etdirərək yenidən sonuncunun üzərinə hücum etsə də, yaxınlıqda olan mağazaların işçilərinin köməyə gəlməsindən sonra hadisə yerindən uzaqlaşmışdır.
Barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan cinayət qanunu ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətmiş şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:
3. Məhkəməyədək istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs məhkəməyə teleqram ünvanlayaraq ifadəsini təsdiq etdiyini və üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Baş X4 və insan hüquqları məsələləri idarəsinin prokuroru vəzifəsində, ədliyyə müşaviri rütbəsində xidmət edir. xx.xx.2025-ci ildə, saat 18:00 radələrində işdən çıxıb Azadlıq prospekti ilə üzü X6 səfirliyinin inzibati binası istiqamətində, yolun sol tərəfində səki ilə yaşadığı evə doğru piyada hərəkət edən zaman “Nömrə1 elektronika” adlı mağazanın qarşısına çatmağa az qalmış ondan təxminən 20-30 metr irəlidə, səkidə dayanmış orta yaşlı bir nəfər kişinin qəribə baxışlarla onu müşahidə etdiyini görmüşdür. Həmin şəxs bir neçə saniyə də ona baxmağa davam edib sürətlə üzərinə gəlməyə başlamış, o da qorxduğu üçün “Nömrə 1 elektronika” mağazası ilə “Oscar mobile” telefon mağazası arasında olan qadın geyimləri mağazasına tərəf arxa-arxaya geri çəkilməyə başlamışdır. Yenə də həmin şəxs üzərinə gəldiyi üçün sonuncunun ona çatmasına az qalmış ucadan nə istədiyini soruşmuş, şəxs isə yanına çatıb üzbəüz dayanmış vəziyyətdə sol çiyni və sol bazu nahiyəsi ilə onun sağ çiynindən zərblə vurmuşdur. Həmin şəxs onu möhkəm şəkildə vurduğu üçün o, sağ tərəfi üstə yerə yıxılmış və çiyin hissəsində güclü ağrı hiss etmiş, ağrının təsirindən qışqırmağa başlamış, həmin şəxs yenə də onun üzərinə gəlmək istəmişdir. Lakin, onun qışqırıq səsinə “Nömrə 1 elektronika”, “Oscar mobile” və qadın geyimləri mağazasının işçiləri çıxdığı üçün həmin şəxs üzərinə gəlməyi dayandırmış, həmin mağazaların tanımadığı işçiləri onu yerdən qaldırıb “Oscar Mobile” mağazasının içərisinə aparmışlar və onu vuran şəxs isə hələ də mağazanın qarşısında dayanmışdır. Onu içəri apardıqdan sonra mağazanın adını bilmədiyi işçisi təcili tibbi yardıma zəng etmiş, o, mağazanın içərisində olarkən bir nəfər şəxsin başqa şəxsə “Qadını niyə yıxdın” deyərək danladığını eşitmiş, lakin digər şəxsin cavabını eşitməmişdir. Bir qədər sonra təcili tibbi yardım gəlmiş, o ilkin yardımdan sonra xəstəxanaya aparılmış və orada olarkən polis əməkdaşları ona yaxınlaşaraq hadisə barədə soruşmuş, o, polis əməkdaşlarının göstərdiyi fotoşəkildən ona xəsarət vuran şəxsi təsdiq edərək adının Xəqani olduğunu öyrənmişdir. Həmçinin Zərərçəkmiş şəxs məhkəməyə göndərdiyi teleqramda həmçinin Təqsirləndirilən şəxs qarşı hər hansı şikayətinin, maddi-mənəvi tələbinin olmadığını, sonuncunun qanuni nümayəndəsi ilə qarşılıqlı razılıq və barışıq əldə etdiyini bildirmişdir.
4. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, təxminən 2022-ci ildən Nəsimi rayonu, Azadlıq prospekti, 97A ünvanında yerləşən “Nömrə 1 elektronika” adlı mağazanı işlədir və onun mağazasının yanında qadın geyimləri mağazası, Oscar mobile telefon mağazası və digər mağazalar vardır. xx.xx.2025-ci ildə, saat 18:50 radələrində işlətdiyi mağazanın qarşısında səkidə dayanıb hazırda kim olmasını xatırlamadığı müştəri ilə söhbət etmiş, həmin vaxt arxası mağazaya, üzü əks istiqamətdə dayanmışdır. O, həmin müştəri ilə söhbət etdiyi vaxt sol tərəfdən, qadın geyimləri mağazasının qarşısından möhkəm tappıltı səsi eşitmiş və həmin tərəfə baxdıqda ilk dəfə gördüyü qadının yerə yıxılaraq qışqırdığını və işlətdiyi mağazanın yerləşdiyi binanın ikinci mərtəbəsində yaşayan, əvvəllər bir neçə dəfə gördüyü, sonradan adının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxsin əvvəlkinin yanında dayandığını görmüşdür. O, qadının qışqırığını ilk dəfə eşitdikdə sonuncunun əri tərəfindən döyüldüyünü düşünmüş, cəld qışqıran qadına yaxılaşmış və orada dayanan Təqsirləndirilən şəxs qadını niyə yıxdığı soruşmuşdur. Sonuncu isə cavabında “telefona baxırdım, dəydim də, nə var ki burda” demiş, o isə qadının yerə yıxılmasının səsindən Təqsirləndirilən şəxs onu qəsdən itələyib yerə yıxdığını düşünmüşdür. Bundan başqa əvvəllər də yaşadığı prospektdə Təqsirləndirilən şəxs qadınları vurduğunu eşitdiyindən sonuncuya “Dəysəydin belə yıxılmazdı, sən onu qəsdən yıxmısan” deyə bildirərək mübahisə etmiş, yıxılan qadın isə “qolum qırıldı, qolum qırıldı” deyə qışqırmağa davam etmişdir. Həmin qadının qışqırıq səsinə “Oscar mobile” və qadın geyimləri mağazasının işçiləri köməyə gəlmiş, o, Təqsirləndirilən şəxs ilə danışdığı vaxt orada olan şəxslər köməkli şəkildə qadını yerdən qaldırıb “Oscar Mobile” mağazasının içərisinə aparmışlar, sonradan o da mağazaya daxil olmuş, Təqsirləndirilən şəxs isə bir qədər olduğu yerdə dayandıqdan sonra çıxıb getmişdir. Daha sonra orada olan şəxslərdən biri təcili tibbi yardıma zəng etmiş, o, bir qədər də mağazada gözləyib oradan öz işlətdiyi mağazaya, axşam isə mağazasını bağlayaraq evinə getmişdir. O, Təqsirləndirilən şəxs psixi xəstəliyinin olduğunu eşitmiş, sonuncunun həmin qadına konkret olaraq hansı səbəbdən xəsarət yetirdiyini bilməmişdir. Mağazanın yaxınlığındakı digər mağazaların videomüşahidə kameraları işləməsə də, onun mağazasındakı videomüşahidə kameraları işləmiş, lakin həmin kameranın fasiləsiz olaraq görüntüləri qeydə alıbalmadığını dəqiq bilməmişdir. Məhkəmə iclasında Şahid1 verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, qadının qışqırıq səsini və tappıltı səsini eşidənə kimi Təqsirləndirilən şəxs və həmin qadını səkidə müşahidə etməmiş, yəni hadisə anına qədər sonuncuların onun mağazasının qarşısından keçib-keçmədiyinə fikir verməmişdir, Təqsirləndirilən şəxs həmin qadını yıxmasını birbaşa görməmiş, yalnız səs eşitdikdən sonra hadisə baş verən tərəfə baxmışdır. O, həmçinin bildirmişdir ki, yalnız zərbə nəticəsində bir insan o şəkildə səkiyə yıxıla bilərdi.
5. Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid2 Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək bildirmişdir ki, o, təxminən 2024-cü ilin aprel ayından Nəsimi rayonu, Azadlıq prospekti, 97C ünvanında yerləşən Oscar Mobile adlı mobil telefon mağazasını işlədir. Onun mağazasının yanında qadın geyimləri mağazası, “Nömrə 1 elektronika” və “Lavanda” adlı mağazalar vardır. xx.xx.2025-ci ildə, saat 18:50 radələrində işlətdiyi mağazanın içərisində olduğu vaxt mağazasının qarşısından möhkəm qadın qışqırığı eşitmiş, mağazadan çölə çıxmış və həmin vaxt ilk dəfə gördüyü bir qadının qadın geyimləri mağazasının qarşısında yerə yıxılmış vəziyyətdə qışqırdığını və işlətdiyi mağazanın yerləşdiyi binanın ikinci mərtəbəsində yaşayan, əvvəllər bir neçə dəfə gördüyü, sonradan adının Xəqani olmasını bildiyi şəxsin isə onun yanında dayandığını görmüşdür. O, həmçinin mağazanın yanındakı qadın geyimləri mağazasını işlədən Bikə adlı qadının və “Nömrə 1 elektronika” mağazanı işlədən Cavidanın da orada olduğunu görmüş, sonuncularla birlikdə qışqıran qadına yaxınlaşmış, sonuncunu yerdən qaldırıb onun işlətdiyi mağazanın içərisinə aparmışlar. Həmin vaxt Xəqani sakit şəkildə orada dayanmış, sonradan isə sonuncunun haraya getdiyini bilməmişdir. O, öz telefonuyla təcili tibbi yardıma zəng etmiş, qadının istəyinə əsasən onun cibindən telefonunu götürüb onun dediyi şəxsə zəng etmiş və qadın telefonla özü danışmışdır. O, həmin qadından nə baş verdiyini soruşduqda sonuncu ağlaya-ağlaya Xəqaninin onu itələyib yıxdığını bildirmişdir. Daha sonra təcili tibbi yardım maşını ilə gələn təcili yardım briqadası həmin qadını xəstəxanaya aparmışdır. O, Xəqaninin psixi xəstəliyinin olduğunu eşitmiş, sonuncunun qadına hansı səbəbdən xəsarət yetirdiyini bilməmişdir. Onun işlətdiyi mağazanın çöl tərəfdə video müşahidə kamerası olmamış, mağazamın yaxınlığındakı digər mağazaların videomüşahidə kameralarının işləmədiyini, yalnız Cavidanın mağazasındakı videomüşahidə kameraları işlədiyi barədə məlumatlı olmuş, lakin həmin kameranın fasiləsiz olaraq görüntüləri qeydə alıb-almadığını dəqiq bilməmişdir.
6. “Cinayət işinin başlanması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-in 127.2.3 və 221.1-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanılmışdır (İ cild, i/v 1-2).
7. xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild i\v 17).
8. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham müdafiəçisi X5 iştirakı ilə elan edilməklə mahiyyəti, habelə hüquq və vəzifələri izah edilmişdir (İ cild, i/v 82-83).
9. 03.07.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan olunmuş ittiham dəyişdirilərək və əlavələr edilərək o, Azərbaycan Respublikasının CM-in 126.2.4 və 221.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən ittham elan edilmişdir (İİ cild i/v 42-43).
10. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs telefona baxarkən bilmədən, görmədən zərərçəkmişə dəydiyini bildirərək vəsatətin təmin olunmamasını xahiş etmişdir (İ cild, i/v 103-107).
11. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs stasionar məhkəmə-psixiatrik ekspertizasının müvafiq rəyinin alınmasından ötrü Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X14 stationar ekspertiza şöbəsində yerləşdirilmişdir (İ cild i/v 154- 156).
12. Nəsimi Rayon Məhkəməsinin 23 may 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti xx.xx.2025-ci il tarixədək uzadılmışdır (İ cild i/v 244-249).
13. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs stasionar məhkəmə-psixiatrik ekspertizasının müvafiq rəyinin alınmasından ötrü Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X14 stationar ekspertiza şöbəsinə yerləşdirilmişdir (İİ cild i/v 13- 16).
14. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs cinayət prosessual qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir (İİ cild i/v 73-76).
15. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə anlaqsız vəziyyətdə cinayət törətmiş və psixi vəziyyətinə görə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraatda iştirak edə bilməyən Təqsirləndirilən şəxs qanuni nümayəndəsi qismində onun qardaşı Qanuni nümayəndə tanınmışdır (İİ cild i/v 79-81).
16. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin əvəzinə xüsusi tibb müəssisəsinə yerləşdirilməsi təhlükəsizlik tədbiri tətbiq edilmiş və sonuncu Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X14 psixiatrik stasionarına yerləşdirilmişdir (İİ cild i/v 100-104).
17. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X10 xx.xx.2025-ci il tarixli, 340 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində kəskin ağrı sindromu ilə müşayiət olunan sağ bazu sümüyünün cərrahi boynunun qapalı, yerdəyişmiş sınığı və sağ bazu nahiyəsinin dərialtı hematomasından ibarət xəsarətlər aşkar edilmişdir. Qeyd edilən xəsarətlər küt təsir mexanizminə malik olub xx.xx.2025-ci il tarixdə əmələ gəlməsi inkar edilmir, ağırlıq dərəcəsi Zərərçəkmiş şəxs müalicəsi tam başa çatdıqdan sonra təkrar məhkəmə-tibbi müayinəsi keçirilməklə əlavə olunaraq təyin olunacaqdır. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər əlavə verilmiş sürətləndirmə ilə əlaqədar çırpılma surətini və xəsarətin həcmini artıran (itələnmə və s.) fiziki amillərin təsirindən sağ bazu nahiyəsinin yerin bərk örtüyünə çırpılmasından (dəyməsindən) əmələ gələ bilərdilər (İ cild i/v 192-195).
18. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X10 canlı şəxsin ekspertizasının xx.xx.2025-ci il tarixli, 09/Ə saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində kəskin ağrı sindromu ilə müşayiət olunan sağ bazu sümüyünün cərrahi boynunun qapalı, yerdəyişmiş sınığı və sağ bazu nahiyəsinin dərialtı hematomasından ibarət xəsarətlər aşkar edilmişdir. Qeyd edilən xəsarətlər küt təsir mexanizminə malik olub xx.xx.2025-ci il tarixdə əmələ gəlməsi inkar edilmir, ağırlıq dərəcəsi Zərərçəkmiş şəxs müalicəsi tam başa çatdıqdan və xəsarətin dərəcəsi aydınlaşdırıldıqdan sonra təkrar məhkəmə-tibbi müayinəsi keçirilməklə əlavə olunaraq təyin olunacaqdır (İ cild i/v 207-211).
19. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X10 canlı şəxsin ekspertizasının xx.xx.2025-ci il tarixli, 19/Ə saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – sağ bazu oynağında kəskin nəzərə çarpan kontrakturası, əzələ atrofiyası və çiyin qurşağını təşkil edən sümüklərin yayılmış osteoporozu hesabına oynaq-hərəkət funksiyasının pozulması ilə nəticələnən sağ bazu sümüyünün cərrahi boynunun yerdəyişmiş sınığından sonrakı vəziyyət, sağ bazu nahiyəsinin dərialtı hematomasından ibarət xəsarətlər aşkar edilmişdir. Qeyd edilən xəsarətlər küt təsir mexanizminə malik olub xx.xx.2025-ci il tarixdə əmələ gəlməsi inkar edilmir, dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3-dən (40%-dən) çox hissəsinin dayanıqlı itirilməsinə səbəb olduğundan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər (İİ cild i/v 28-36).
20. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X1 xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs ilk dəfə 1 saylı Şəhər Poliklinikasının göndərişinə əsasən xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixinədək “Baş-beynin üzvi xəstəliyi nəticəsində şəxsiyyət dəyişiklikləri, anamnezində qıcolma tutumaları (üzvi şəxsiyyət pozuntusu) diaqnozu ilə Bakı şəhəri, 2 nömrəli X2 müayinə və müalicədə olmuşdur. Təkrarən, Təqsirləndirilən şəxs 1 saylı Şəhər Poliklinikasının göndərişinə əsasən xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixinədək “Baş-beynin üzvi xəstəliyi nəticəsində psixi pozuntular, şəxsiyyət pozuntusu, anamnezində qıcolma tutumaları ilə diaqnozu ilə Bakı şəhəri, 2 nömrəli X2 müayinə və müalicədə olmuşdur. Sonuncu dəfə, Təqsirləndirilən şəxs 1 saylı Şəhər Poliklinikasının göndərişinə əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək “Baş-beynin üzvi xəstəliyi nəticəsində psixi pozuntular, şəxsiyyət pozuntusu, anamnezində qıcolma tutumaları ilə diaqnozu ilə Bakı şəhəri, 2 nömrəli X2 müayinə və müalicədə olmuşdur (İ cild i/v 130).
21. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X18 “Bakı Baş Səhiyyə Mərkəzi” X18 1 nömrəli Şəhər Poliklinikasının xx.xx.2025-ci il tarixil məktubundan görünür ki, Təqsirləndirilən şəxs 1999-cu ildən psixiatr kabinetində qeydiyyatdadır. DZ: Baş beynin üzvi xəstəliyi nəticəsində psixi pozuntular, şəxsiyyət pozuntusu, anamnezidə qıcolma tutmaları ilə (İ cild, i/v 178).
22. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 kompleks stasionar məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 44 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədən zaman “Üzvi mənşəli şəxsiyyət pozuntusu, anamnezində qıcolma tutmaları ilə” xəstəliyindən əziyyət çəkmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu ictimai təhlükəli əməli törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə də Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməli barəsində anlaqsız hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikasının CM-in 21.1-ci maddəsinin təsiri altına düşür. Təqdim edilmiş tibbi sənədlərin təhlilindən məlum olur ki, Təqsirləndirilən şəxs 2 nömrəli X3 2014-cü ildən etibarən dəfələrlə “Üzvi mənşəli şəxsiyyət pozuntusu, anamnezində qıcolma tutmaları ilə” diaqnozu ilə müalicədə olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda da “Üzvi mənşəli şəxsiyyət pozuntusu” müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırki psixi vəziyyətinə görə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabiliyyətinə malik olmadığı müəyyən edilir. “Anlaqlılıq” və “anlaqsızlıq” terminləri yalnız cinayət hadisəsinin törədildiyi dövrə aid olduğundan təqsirləndirilən şəxsin hazırda anlaqlı olub-olmaması sualı qeyri-səhih olduğu üçün həmin sual cavablandırılmır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyindən və hal-hazırki psixi vəziyyətinə görə onun stasionar şəraitdə məcburi müalicəyə ehtiyacının yarandığı müəyyən edilir. Azərbaycan Respublikasının CM-in 97.3-cü maddəsinə əsasən öz psixi vəziyyətinə görə daimi müşahidə tələb edən şəxslərə xüsusi ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə təyin edilə bilər. Təqsirləndirilən şəxs psixi vəziyyəti daimi müşahidə tələb etdiyindən onun barəsində Azərbaycan Respublikasının CM-in 95.0.3-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırki psixi vəziyyətinə görə özü və ətraf üçün ciddi sosial təhlükə kəsb edir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs diqqətində dayanıqsızlıq, qavrama və təfəkküründə lənglik, yaddaşında bir qədər zəifləmə, maraq dairəsinin bir qədər məhdud olması, təfəkkürünün proqnozlaşdırma qabiliyyətinin zəifləməsi, bir prosesdən digərinə keçirilməsində çevik olmamaq, psixi-emosional vəziyyətində qeyri-sabitlik, davranışının iradi olaraq tənzimləməsində çətinlik çəkmək, hövsələsizlik və s. Müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qeyd edilən hadisə zamanı psixi-emosional halını onda müəyyən edilən psixi pozuntu şərtləndirmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət hadisəsi baş verən zaman fizioloji affekt vəziyyətində olmamışdır (İ cild 218-224).
23. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 təkrar kompleks stasionar məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 79 saylı rəyindən görünür ki, təqdim edilən sənədlərə əsasən demək olar ki, Təqsirləndirilən şəxs 2014-cü ildən etibarən “Üzvi mənşəli şəxsiyyət pozuntusu, anamnezində qıcolma tutmaları ilə” xəstəliyindən əziyyət çəkir. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədən zaman “Üzvi mənşəli şəxsiyyət pozuntusu, anamnezində qıcolma tutmaları ilə” xəstəliyindən əziyyət çəkmişdir. Buna görə də Təqsirləndirilən şəxs ittiham olunduğu ictimai təhlükəli əməli törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. X.X.Mahmdov ona ittiham olunan cinayət əməli barəsində anlaqsız hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikasının CM-in 21.1-ci maddəsinin təsiri altına düşür. Yoxlanılan şəxs psixi vəziyyəti ilə əlaqədar istintaq hərəkətlərində iştirak edə bilməz. Yoxlanılan şəxs Təqsirləndirilən şəxsnun hal-hazırki psixi vəziyyətinə görə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabiliyyətinə malik olmadığı müəyyən edilir. “Anlaqlılıq” və “anlaqsızlıq” terminləri yalnız cinayət hadisəsinin törədildiyi dövrə münasibətdə işlədildiyindən şəxsin hazırda anlaqlı olub-olmaması müəyyən edilə bilməz. Yoxlanılan şəxs Təqsirləndirilən şəxsnun psixi vəziyyəti daimi müşahidə tələb etdiyindən onun barəsində Azərbaycan Respublikasının CM-in 95.0.3-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırki psixi vəziyyətinə görə özü və ətraf üçün ciddi sosial təhlükə kəsb edir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxsnun fərdi psixi xüsusiyyətlərini, əqli-intellektual imkanlarını müəyyən edərkən – ixtiyari yaddasaxlamasının normadan aşağı olması, diqqətində dayanıqsızlıq (tez yayınıb, gec mərkəzləşməsi), mücərrəd anlayışları özünə məxsus tərzdə dərk edərək məhdud şəkildə şərh etməsi, mülahizələrinin səthi olması, təfəkküründə ilişkənlik, ümumiləşdirmə və analizetmə qabiliyyətinin dolğun xarakter daşımaması, proqnozlaşdırmasının emosional fonda zəif çıxış etməsi, maraq dairəsi aktiv olsa da lüzumsuz, əhəmiyyət kəsb etməyən amillərə yönəlməsi, xarakterində dəyişkənlik – kobudluq, konfliktə meyllilik, nümayişkaranəlik, öz doğruları ilə rəftar etmək, ola biləcək nəticələri proqnozlaşdırmadan davranmaq, emosional-iradi sferasında –qıcığa qarşı həssaslıq, emosional dəyişkənlik və qeyri sabitlik, psixi emosional vəziyyətində - narahatlıq, gərginlik, ətrafında baş verənlərə qarşı laqeydlik, başqalarının hiss və həyəcanlarına qarşı biganəlik aşkar olunmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət törədildiyi zaman şüuruna və fəaliyyətinə mühüm təsir göstərə bilən emosional vəziyyətdə olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət hadisəsi baş verən zaman fizioloji affekt vəziyyətində olmamışdır (İİ cild i/v 59-65).
24. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublikası Narkoloji Mərkəzi” X10 xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs mərkəzdə narkoloji qeydiyyatda yoxdur (İ cild i/v 174).
25. “Baxış aparılması” haqqında xx.xx.2025-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, hadisə yeri Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 97 (əvvəlki 67) ünvanında yerləşən Oscar Mobile adlı telefon və kompüter aksesuarları və təmiri mağazası, qadın geyimləri mağazası və Nömrə 1 elektronika adlı mağazaların yerləşdiyi binanın qarşısındakı səkidir. Oscar Mobile adlı telefon və kompüter aksesuarları və təmiri mağazasının ünvanı Azadlıq prospekti 97C, qadın geyimləri mağazasının ünvanı 97B və Nömrə 1 elektronika adlı mağazanın ünvanı Azadlıq prospekti 97a-dır. Həmin mağazalar Azadlıq prospekti ilə üzü 28 May metrostansiyası istiqamətində götürdükdə yolun sağ tərəfindəki səkinin kənarında yerləşir. Yoldan mağazaların qarşısına qədər olan məsafə, yəni səkinin eni 3,2 m-dir. Səkinin yola bitişik olan hissəsi mağazaların qarşısından hündürdə yerləşir və buna görə də mağazaların qarşısına yaxın hissədə səki pilləli formadadır. Baxış zamanı yalnız Nömrə 1 elektronika adlı mağazanın işlək vəziyyətdə olan videomüşahidə kamerası olduğu, digər mağazaların bəzilərində videomüşahidə kamerası olmadığı, olanlarda isə kameraların işləmədiyi müəyyən edilmişdir (İ cild i/v 45-48).
26. “Tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraatın başlanması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə işin başlanılması qərara alınmış, həmin qərar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilmişdir (İİ cild i/v 66-67).
27. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə işin məhkəməyə göndərilməsi haqqında müstəntiq P.Ə.Novruzlu tərəfindən xx.xx.2025ci il tarixdə tərtib edilmiş qərar xx.xx.2025-ci il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (İİ cild, i/v 121-136). Barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan cinayət qanunu ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətmiş şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:
28. Məhkəmə baxışı zamanı barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan cinayət qanunu ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətmiş şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini, zərərçəkmiş şəxsi itələdiyini və hazırda əlavəsinin olmadığını bildirmişdir.
29. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində bildirmişdir ki, o, xx.xx.1982-ci ildə Naxçıvan Muxtar Respublikasında doğulmuş, 1992-ci ailə üzvləri ilə birlikdə Bakıya köçmüşdür. O, tam diaqonuzunun nə olduğunu bilməsə də, uzun illərdir ki, epilepsiya xəstəliyindən əziyyət çəkir, həmin xəstəliyə görə adlarını xatırlamadığı müxtəlif xəstəxanalarda müalicə almışdır və bu səbəbdən də heç bir yerdə işləməmişdir. xx.xx.2025-ci ildə, saat 18:50 radələrində yaşadığı evdən çıxıb tək Azadlıq prospekti ilə 28 may Metrostansiyası istiqamətində yolun sağ tərəfində səki ilə hərəkət etmiş, Azadlıq prospektində yerləşən yeni açılmış “Yapon malları” mağazasına getmiş, “Oskar Mobile” adlı telefon mağazasının qarşısından keçərkən səki ilə 28 May metrostansiyası istiqamətindən X6 səfirliyinin inzibati binası istiqamətində hərəkət etmişdir. Həmin vaxt yolda ilk dəfə gördüyü qadınla üzbüəz gəlmiş, xatırladığına görə sol çiyni ilə həmin qadını itələmiş, nəticədə qadın yerə yıxılmış və bunu görən “Oskar Mobile” telefon mağazasındakı şəxslər mağazadan çölə çıxmışlar. O, həyacanlandığı üçün telefonuna baxa-baxa oradan uzaqlaşmış, bir qədər uzaqlaşdıqdan sonra kənarda dayanıb həmin qadına nəsə olub-olmadığına baxmış və “Oskar Mobile” telefon mağazasının işçilərinin həmin qadını yerdən qaldırıb mağayaza apardıqlarını və ona yardım göstərdiklərini görmüşdür. Bundan sonra o, öz yaşadığı evə getmiş, eyni gün saat 21-22 radələrində həmin qadını yıxdığına görə 21-ci polis şöbəsinə çağırılmış, şöbədə qadının adı Ayla olduğunu öyrənmişdir. O, Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır, sonucuyla ədavət və düşmənçiliyi olmamış, hadisə vaxt fikirli olduğundan qadını hansı məqsədlə itələdiyini xatırlamamışdır. O, hadisə vaxtı Zərərçəkmiş şəxs yalnızca sol çiyni ilə itələmiş, sonuncuya başqa heç bir zərbə vurmamış, hər hansı xəsarət yetirməmiş, hadisə 1-2 dəqiqə ərzində baş vermişdir.
30. Məhkəmə baxışı zamanı barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan cinayət qanunu ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətmiş şəxs Təqsirləndirilən şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, qardaşı Təqsirləndirilən şəxs uzun illərdir ki, üzvi şəxsiyyət pozuntusu xəstəliyindən əziyyət çəkir, həmin xəstəliyi ilə bağlı Bakı şəhəri, 2 nömrəli X2 müayinə və müalicədə olmuşdur və hazırda da müxtəlif dərmanlar qəbul edir. Həmçinin Təqsirləndirilən şəxs 2021-ci ilədək həmin xəstəliklə bağlı əlillik dərəcəsi olmuş və o, İİ qrup əlil kimi sosial müavinət almış, lakin 2021-ci ildə təkrar tibbi müayinə zamanı onun əlillik dərəcəsi ləğv edilmişdir. Təqsirləndirilən şəxs xəstəliyi səbəbindən bəzi vaxtlarda öz hərəkətlərinin xarakterini dərk edə bilməməsi, idarə edə bilməməsi səbəbindən o və anası əvvəlkinin mümkün qədər evdən çıxmamasına çalışmışlar. O, xx.xx.2025-ci ildə səhər işə gedəndə və saat 19:00 radələrində işdən evə gələndə Təqsirləndirilən şəxs və anası evdə olmuş, o, sonuncunun hərəkətlərində hər hansı qeyri-adilik müşahidə etməmişdir. Həmin gün axşam saatlarında evdə olarkən yaşadıqları evə polis əməkdaşları gələrək onlara xx.xx.2025-ci ildə saat 18:00 radələrində Təqsirləndirilən şəxs yaşadıqları evin qarşısındakı səkidə bir qadını itələyib yıxdığını və həmin qadının yıxılması nəticəsində qolunun sındığını və Təqsirləndirilən şəxs bununla bağlı polis bölməsinə getməli olduğunu bildirmiş, onlar da etiraz etməyərək sonuncu ilə birlikdə bölməyə getmişlər. O, Təqsirləndirilən şəxs nə baş verdiyini soruşduqda sonuncu ona telefona baxa-baxa səki ilə gedərkən qarşıdan gələnləri görmədiyi üçün bilməyərək tanımadığı bir qadının çiyninə toxunduğunu və həmin vaxt qadının yerə yıxıldığını bildirmişdir. Sonradan o, Ayla adlı həmin qadının xəsarət alması ilə bağlı Nəsimi rayon prokurorluğunda cinayət işi başlandığını öyrənmişdir.
31. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir.
32. Məhkəmə, iş üzrə dindirilmiş qanuni nümayəndənin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir.
HÜQUQİ MƏSƏLƏLƏR:
Azərbaycan Respublikasının Cinayət Məcəlləsi:
33. Maddə 3. Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
34. Maddə 7. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
35. Maddə 21.1. İctimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir.
36. Maddə 21.2. Anlaqsız vəziyyətdə ictimai təhlükəli əməl (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər.
37. Maddə 93.1-1. Şəxsin psixi pozuntusu ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər məhkəmə tərəfindən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə; cinayət törətdikdən sonra cəzanın təyin edilməsini və ya onun icrasını istisna edən psixi xəstəliyə düçar olmuş şəxslərə; cinayət törətmiş və anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olan şəxslərə təyin edilir.
38. Maddə 93.2. Bu Məcəllənin 93.1-1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə tibbi xarakterli məcburi tədbirlər o halda təyin edilir ki, psixi pozuntu şəxsin özünə və ya başqa şəxslərə zərər yetirilməsi təhlükəsi yaradır.
39. Maddə 94. Psixi pozuntusu olan şəxslərə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məqsədi bu Məcəllənin 93.1-1-ci maddəsində göstərilən şəxslərin müalicə olunması və ya psixi vəziyyətinin yaxşılaşdırılmasından, habelə həmin şəxslər tərəfindən yeni cinayət törədilməsinin qarşısının alınmasından ibarətdir.
40. Maddə 95. Məhkəmə psixi pozuntusu olan şəxslərə məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi; ümumi tipli psixiatriya stasionarlarında məcburi müalicə; ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə; ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicə tədbirləri təyin edə bilər.
41. Maddə 97.3. Öz psixi vəziyyətinə görə daimi müşahidə tələb edən şəxslərə xüsusi ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə təyin edilə bilər.
42. Maddə 99-1.2. Məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər.
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi:
43. Maddə 28.5. Şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
44. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.
45. Maddə 143. Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.
46. Maddə 144. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.
47. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
48. Maddə 179.1. Cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur.
49. Maddə 197.2. Bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilir.
50. Maddə 198. Bu Məcəllənin 197.1.4-cü maddəsində (mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ) nəzərdə tutulan məsrəf məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.
51. Maddə 348.2.1. Əməlin törədilməsi zamanı təqsirləndirilən şəxs anlaqsız vəziyyətdə olduqda məhkəmə baxışının nəticələrinə dair məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlərdən birinin tətbiq edilməsi barədə qərar çıxarır.
52. Maddə 349.5. Məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır.
53. Maddə 470. Barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə iş üzrə icraat başlanmış şəxslərin işləri üzrə onun tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədildiyi yer, vaxt, üsul və digər hallar, əməlin həmin şəxs tərəfindən törədilməsi, əməl törədilənədək həmin şəxsdə psixi xəstəliyinin olması, əməlin törədildiyi anda və ondan sonra araşdırmanın aparılması zamanı xəstəliyin dərəcəsi və xarakteri, həmin şəxsin əməli törədənədək və ondan sonrakı davranışı, vurulmuş zərərin xarakteri və məbləği müəyyən edilməlidir.
54. Maddə 477.3. Şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab edildikdə, məhkəmə onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar çıxarır.
Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8 noyabr 2012ci il tarixli, 8 nömrəli qərarı:
55. Qərarın 14-cü bəndi. Cinayət qanununda nəzərdə tutulmuş əməlin şəxs tərəfindən anlaqsız vəziyyətdə törədilməsi sübuta yetirildikdə və tibbi xarakterli məcburi tədbirlərin tətbiqi əsasları müəyyən edildikdə məhkəmə Azərbaycan Respublikasının CM-in 21.1-ci maddəsinə əsasən onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar qəbul edir. Bu zaman qərarın təsviri hissəsində məhkəmə tərəfindən tətbiq edilmiş sübutlara əsasən müəyyən edilmiş şəxsin törətdiyi əməlin halları, əməllərinə hüquqi qiymət verilməsi və qəbul edilmiş qərarın motivləri, nəticə hissəsində isə şəxsin cinayət məsuliyyətindən azad edilməsi və ona tətbiq edilən tibbi xarakterli məcburi tədbirin növü, habelə maddi sübutların taleyinin həlli göstərilməlidir.
56. Qərarın 67-ci bəndi. Qeyd edilmiş qərarın 16-cı bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, ibtidai araşdırma orqanı tərəfindən anlaqsız vəziyyətdə cinayət törətməsi və ya cinayət törətdikdən sonra psixi xəstəliyə tutulması hesab edilmiş şəxsin barəsində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsinə dair məsələyə birinci instansiya məhkəməsinin məhkəmə iclasında baxılarkən belə şəxsin həm cinayət törədərkən, həm də bundan sonra öz əməlinin (hərəkət və ya hərəkətsizliyini) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməsi və ya həmin əməli idarə edə bilməsi aşkar edildikdə, məhkəmə tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsinə dair icraata xitam verilməsi haqqında qərar qəbul edir.
Hüquq pozucuları ilə davranış və cinayətkarlığa qarşı mübarizə” üzrə BMT-nin 30 avqust 1955-ci il tarixdə keçirilmiş Birinci Konqresində qəbul edilmiş “Məhkumlarla davranışın minimal standart qaydaları:
57. Qayda 87. Psixi xəstə hesab edilənlər həbsxanaya salınmamalı və eyni zamanda onların psixi xəstələr üçün müəssisələrə tezliklə keçirilməsi üçün tədbir görülməlidir
BMT-nin Baş Assambleyasının 17 dekabr 1991-ci il tarixli qətnaməsi ilə təsdiq edilmiş Psixi xəstələrin müdafiəsi və psixiatrik yardımının yaxşılaşdırılması prinsipləri:
58. Prinsip 20. Cinayət qanunu ilə qadağan edilmiş əməl törətmiş şəxslərə münasibətdə, əgər onların psixi xəstəlikdən əziyyət çəkmələri ehtimal edilirsə və ya müəyyən edilmişdirsə, onların hüquqlarına xələl gətirmədən belə hallarda zəruri dəyişikliklər və məhdudiyyətlər, ümumi müdafiə prinsipləri tam həcmdə tətbiq edilməlidir.
Məhkəmənin hüquqi dəyərləndirməsi:
59. Azərbaycan Respublikasının CM-də nəzərdə tutulmuş və cinayət məsuliyyətinə səbəb olan əməllərin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi şahid ifadəsi ilə yanaşı, məhkəmə ekspertiza rəyləri və iş üzrə olan digər dəlillərin məcmusu ilə tam sübuta yetirilir(qərarın 49-cu bəndi).
60. Belə ki, məhkəmə istintaqı zamanı iş üzrə tədqiq edilmiş sübutların məcmusu, o cümlədən şahid ifadələri, ekspertiza rəyləri ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs “üzvi mənşəli şəxsiyyət pozuntusu, anamnezində qıcolma tutmaları ilə” xəstəliyindən əziyyət çəkməklə cinayət əməlini törətdiyi zaman anlaqsız vəziyyətdə CM-in 126.2.4 və 221.1-ci maddələrində nəzərdə tutulan ictimai təhlükəli əməlləri törətmişdir və sonuncuda üzvi mənşəli şəxsiyyət pozuntusu xəstəliyi hazırda da davam etdiyindən hazırkı psixi vəziyyətinə görə özü və ətrafdakılar üçün təhlükəli şəxs hesab olunur, bu səbəbdən barəsində Azərbaycan Respublikasının CM-nin 95.0.3-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac vardır.
61. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə, habelə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiartiya Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 44 saylı və xx.xx.2025-ci il tarixli, 79 saylı rəylərinə əsasən məhkəmə hesab edir ki, qeyd olunan ictimai təhlükəli əməli törədərkən Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, habelə onları idarə etmək iqtidarında olmamışdır, buna görə də onun əməli ittiham olunduğu cinayət əməli barəsində anlaqsız hesab olunmalı, “Üzvi şəxsiyyət pozuntusu” xroniki psixi xəstəliyində psixotik vəziyyət davam etdiyinə görə Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyil. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının CM-in 21.1-ci maddəsinin təsiri altına düşdüyündən ona hazırda cəza təyin edilməsi və cəzanın icrasını təmin etmək mümkün deyil. Yoxlanılan şəxs Təqsirləndirilən şəxsnun psixi vəziyyəti daimi müşahidə tələb etdiyindən onun barəsində Azərbaycan Respublikasının CM-in 95.0.3-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür (qərarın 23-24-cü bəndləri).
62. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CMin 126.2.4 və 221.1-ci maddələrində nəzərdə tutulan cinayət məsuliyyətinə səbəb olan cinayət əməllərini törətmiş hesab edilməli, həmin əməlləri anlaqsız vəziyyətdə törətdiyinə görə cinayət məsuliyyətindən azad edilməlidir.
63. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadığını, ittiham olunan əmələ görə anlaqsız hesab edilərək Azərbaycan Respublikasının CM-in 21.1-ci maddəsinin təsiri altına düşdüyünü, hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadığını, o cümlədən iş üzrə keçirilmiş məhkəmə-psixiatriya ekspertiza rəylərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində Azərbaycan Respublikasının CM-in 95.0.3-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir.
64. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir təyin edilməli, onun Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Respublika Psixiatriya Xəstəxanası” X11 yerləşdirilməsi nəzərə alınmalı, qətimkan tədbirinin əvəzinə seçilmiş xüsusi tibbi müəssisəsinə (psixiatrik stasionara) yerləşdirmək təhlükəsizlik tədbiri isə Təqsirləndirilən şəxs hazırkı vəziyyəti nəzərə alınaraq qərar qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır.
65. Bu hissədə qərar icra edilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Respublika Psixiatriya Xəstəxanası” X12 həvalə edilməlidir.
66. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayəti anlaqsız vəziyyətdə törətdiyindən 80 (səksən) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərcinin ödənilməsindən azad edilməli və həmin məbləğin dövlət büdcəsi vəsaiti hesabından ödənilmiş hesab edilməsi nəzərə alınmalıdır (Qərarın 65-ci bəndi).
67. İş üzrə maddi sübut, mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir (qərarın 30, 31 və 38-ci bəndləri).
68. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir (qərarın 39-cu bəndi).
69. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-in 321, 346, 347, 348 və 477 maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4 və 221.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törədən zaman anlaqsız vəziyyətdə olduğundan cinayət məsuliyyətindən və cəzadan azad edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir təyin edilsin. Təqsirləndirilən şəxs barəsində tətbiq edilmiş xüsusi tibb müəssisəsinə yerləşdirilməsi növündə təhlükəsizlik tədbiri qərar qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Respublika Psixiatriya Xəstəxanası” X15 həvalə edilsin. Təqsirləndirilən şəxs cinayəti anlaqsız vəziyyətdə törətdiyindən 80 (səksən) manat məbləğində ekspertiza xərcinin ödənilməsindən azad edilsin və həmin məhkəmə məsrəfi dövlət büdcəsi vəsaiti hesabına ödənilmiş hesab edilməsi nəzərə alınsın. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 saata görə 110 (bir yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 32 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Qərardan Təqsirləndirilən şəxs onu aldığı və elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərar ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Roman Ələkbərli