Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1588/2024 14.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri X5 (sədrlik edən), Quliyev Vüqar Elbrus oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Rüstəmov Zaur Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxxxx 2003-cü ildə Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Qaraçuq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri, Qaraçuq kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Abşeron küçəsi, ev 463 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd bükümdə, təmiz çəkisi 5,255 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində saxlayaraq Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 117B ünvanının yaxınlığına daşımış, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında həmin Baş İdarənin əməkdaşları tərəfindən 22 yanvar 2024-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin tarixdə saat 14:00-da Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 117B ünvanının yaxınlığında saxlanılaraq Baş Mütəşəkkil Cinayətarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş, orada saat 15:44-dən etibarən üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki göy rəngli cins gödəkçənin sağ yan cibindən qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı bir ədəd bükümdə, 5,255 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq bir ədəd bükümdə təmiz çəkisi 5,255 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində qanunsuz saxlayaraq Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 117B ünvanının yaxınlığına daşımış, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında həmin Baş İdarənin əməkdaşları tərəfindən 22 yanvar 2024-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin tarixdə saat 14:00-da Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 117B ünvanının yaxınlığında saxlanılaraq Baş Mütəşəkkil Cinayətarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş, orada saat 15:44-dən etibarən üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki göy rəngli cins gödəkçənin sağ yan cibindən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı bir ədəd bükümdə 5,255 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, 9-cu sinifə kimi oxumuş, ailəsinin maddi vəziyyəti ilə bağlı işləməyə məcbur olmuşdur. Səhhəti ilə bağlı hərbi xidmətdə olmamışdır. Həbs olunan zaman “Metaləritmə” zavodunda peç ustası işləmiş, əmək müqaviləsi isə olmamışdır. Uzun müddətdir ki, mobil telefondan istifadə etmir. Belə ki, atası tərəfindən telefonu sındırılmışdır. Aysun adlı tanışı ona sosial şəbəkə vasitəsilə mesaj yazaraq görüşmələrini istəmiş, o da “Qara Qarayev” metrostansiyasının qarşısına onunla görüşməyə getmişdir. Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 117B ünvanında polis əməkdaşları onu tutmuşlar. Onu tutan vaxt polis əməkdaşları ona İsa adlı tanışının motosikletini oğurladığını, buna görə də İsanın onun adını verdiyini bildirmişlər. O, bunun mümkünsüz olduğunu, heç bir oğurluq hadisəsi törətmədiyini bildirmiş, polislərə kəndə getmələrini, onlara oğurluq etmədiyini sübut edəcəyini demişdir. İsa ilə sonuncu dəfə tutulmamışdan 4-5 gün əvvəl danışmışdır. O 4 nəfər polis işçisi ilə maşına əyləşmiş və Maştağa kəndinə yola düşmüşlər. “Zabrat” dairəsində polis əməkdaşlarının telefonuna şəkil göndərilmiş, həmin şəkildə onun, dostu İsmayılın və “Yetim Sabir” adlı şəxsin şəkili olmuşdur. Polislər ondan şəkil barədə soruşmuş, o da İsmayılın dostu olduğunu, Gürcüstan Respublikasında yaşadığını, onunla sosial şəbəkə vasitəsi ilə danışan zaman “Yetim Sabir” adlı şəxsin onların söhbətinə qoşulduğunu və həmin vaxt şəklinin çəkildiyini, “Yetim Sabir” adlı şəxslə heç bir münasibəti olmadığını demişdir. Bundan sonra polis əməkdaşları onu “banditizmə” aparmışlar. Orada olanda Şahid1 ona narkotiki boynuna almağı təklif etmiş, o isə bunu qəbul etməmiş, qəbul etməsi üçün Şahid1 onu döymüş, lakin o yenə bunu qəbul etməmiş, narkotik vasitə istifadə etmədiyini də bildirmiş, polis əməkdaşları isə ona boynuna alsa, yaxşı olacağını bildirmişlər. Bu vaxt polislər ona ya narkotiki boynuna almağı, ya da kəndə gedərək İsanın yerini dediyi halda onu buraxacaqlarını bildirmişlər. Narkotik vasitə heroini və 10 manat pulu Şahid1 öz otağında ona verərək onları cibindən çıxarmasını, narkotik vasitəni yaşadığı ərazidən tapdığını, azyaşlı uşaqların əlinə keçməsin deyə götürüb polisə təhvil vermək niyyətinin olmasını deməyini, bundan sonra onu iki günə buraxacaqlarını bildirmişdir. O məcbur olaraq polislərin ona dedikləri ilə razılaşmış, daha sonra onu zirzəmiyə salmış, sonra onu Maştağada yerləşən xəstəxanaya aparmışlar. Orada ona çay vermiş, çay içəndən sonra maşında oturmuşdur. Maştağa qəsəbəsinə gedəndə bir litrə yaxın su içmişdir, suyu o açmamış, ona veriləndə su şüsəsi açıq olmuş, suyu içəndə heç bir dad hiss etməmişdir. Sonra o analiz vermiş, nəticələrdə narkotik vasitədən istifadə etməsi müəyyən edilmişdir. O bunun necə olduğunu soruşanda, ona belə də olmalı olduğunu demişlər. Onun Sabirlə heç bir əlaqəsi yoxdur. Atası Sabirlə olan şəklini “Tik-tok” sosial şəbəkəsində görəndən sonra telefonunu və nömrəsini sındırmışdır. İki gündən sonra onu Bakı İstintaq Təcridxanasına aparmışlar, orada onu müayinədən keçirmişlər, üzərində xəsarət olmamış, döyülüb-döyülmədiyini soruşduqda isə o, döyülmədiyini bildirmişdir. Həkim müayinəsi zamanı üzərində aşkar edilmiş xəsarətləri isə iş yerində almışdır. O heç vaxt narkotik vasitədən istifadə etməmiş, ümumiyyətlə narkotik vasitənin necə olmasını belə bilməmişdir. Barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir qohumluğu və ya ədavəti yoxdur. 22 yanvar 2024-cü il tarixdə ona xx.xx.2003-cü ildə Naxçıvan Muxtar Respublikasında anadan olmuş, Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Qaraçuq kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Abşeron küçəsi, ev 463 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək üstündə saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatla bağlı müvafiq sənədləşmə işləri aparılmış, Baş İdarənin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Yaradılmış əməliyyat qrupuna rəhbərlik edilməsi ona həvalə edilmiş, əməliyyat qrupunun üzvləri isə Baş idarənin əməliyyat müvəkkili Şahid3 və kiçik inspektoru Şahid2 təyin edilmişlər. 22 yanvar 2024-cü il tarixdə tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs saat 14:00-da Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 117B ünvanın yaxınlığında olduğu zaman tərəflərindən saxlanılmış və həmin vaxt saxlanılmış şəxsin üzərinə şəxsi axtarış aparılmasına yerində şərait olmadığına görə Təqsirləndirilən şəxs BMCMİ-nin İnzibati binasına gətirilmişdir. Təqsirləndirilən şəxs Baş İdarənin təhqiqatçısı tərəfindən dövlət hesabına vəkil dəvət edilərək təqdim edildikdən sonra barəsində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul edilmişdir. Video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə onların və vəkilin iştirakı ilə şəxsi axtarış və götürmə aparılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins gödəkçəsinin sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü, sol yan cibindən özünə məxsus olan şəxsiyyət vəsiqəsini, şalvarının cibindən isə nağd pulu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin əlavə heç bir maddə və ya predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilmiş əşyalara baxış keçirilmişdir. Təqdim etmiş olduğu bir ədəd sellofan bükümə keçirilən baxış zamanı bükümün içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə kütləsi aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin bükümü saxlanılmamışdan iki gün əvvəl yaşadığı Maştağa qəsəbəsinin ərazisindən yerdən taparaq uşaqların əlinə düşməsin deyə sonradan tullamaq məqsədi ilə üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində qəhvəyi rəngli kütlə olan bir ədəd büküm zərfdə qablaşdırılmışdır. Maddələrin qablaşdırıldığı zərf tərəflərindən imzalanmışdır. Qeyd edilənlər barədə müvafiq protokol tərtib edilmiş və bütün iştirakçılar, həmçinin onun tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra birbaşa inzibati binaya gətirilmiş, onunla “Zabrat” dairəsinə kimi getməkləri, onun tərəfindən Təqsirləndirilən şəxs pul və narkotik vasitə verilməsi halları olmamış, həmçinin o və ya digər şəxslər tərəfindən Təqsirləndirilən şəxs qarşı fiziki, psixoloji təsir olmamışdır. Təqsirləndirilən şəxs özü könüllü olaraq cinayət əməlini etiraf etmişdir. Təqsirləndirilən şəxs ifadəsi məsuliyətdən yayınmaq məqsədi ilə verilmiş yalan ifadədir. Daxil olmuş əməliyyat məlumatı Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək üstündə saxlaması və daşıması barədə olsa da Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması faktı öz təsdiqini tapmamışdır. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid3 və kiçik inspektoru Şahid2 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı X4 tərəfindən tərtib olunmuş, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid1, Şahid3, həmin idarənin kiçik inspektoru Şahid2, şübhəli şəxs Təqsirləndirilən şəxs, Bakı şəhəri, 25 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən imzalanmış 22 yanvar 2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək 22 yanvar 2024-cü il tarixdə saat 14:00-da Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 117B ünvanının yaxınlığında saxlanılmış, saxlanılarkən üstündə şəxsi axtarış keçirilməsinə yerində şərait olmadığına görə Təqsirləndirilən şəxsla bağlı prosessual hərəkətlərin aparılmasından ötrü o, polis əməkdaşları tərəfindən saxlanıldığı yerdən Baş İdarəyə gətirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins gödəkçənin sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükülünü, həmin gödəkçənin sol cibindən 01 ədəd şəxsiyyət vəsiqəsini çıxarıb təqdim etməklə masanın üzərinə qoymuşdur. Həmçinin, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd “10” manatlıq əskinazı təqdim etməklə masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış həyata keçirilsə də əlavə əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi əşya və predmetlərə ardıcıllıqla baxış keçirilməyə başlanmışdır. İlk əvvəl Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükümə baxış keçirilmiş, həmin büküm iştirakçıların şahidliyi ilə açılmışdır. 01 ədəd sellofan bükümün içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik narkotik vasitə heroinə oxşar maddə olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş ümumilikdə 01 ədəd sellofan bükümdə olan maddəni iki gün əvvəl, yəni xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, ünvan 1 ünvanın yaxınlığından tapdığını və azyaşlı uşaqların tapıb istifadə etməməsi üçün məhv etmək üçün götürüb üzərində gəzdirdiyini, həmin maddənin adını “kakos” olaraq bilməsini, bu maddəni heç kimə satmaq, hədiyyə və ya pay qismində vermək kimi bir niyyətinin olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi “AA 2560914” seriya nömrəli şəxsiyyət vəsiqəsinə baxış keçirilmişdir. Həmin şəxsiyyət vəsiqəsinin ona məxsus olması müəyyən edilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs təqdim etdiyi pul əsginasına baxış keçirilmişdir. Pul əsginası 01 ədəd “10” manatlıq əsginas olmuşdur. Təqsirləndirilən şəxs həmin pulun özünə məxsus olmasını, hər hansı bir qanunsuz yolla həmin məbləği əldə etmədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 01 ədəd şəxsiyyət vəsiqəsi iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. 01 ədəd “10” manatlıq əskinas isə iş üzrə əhəmiyyət kəsb etmədiyi üçün Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edilmiş, imzalarla təsdiq edilmişdir. Şəxsi axtarış və götürmə günorta vaxtı, təbii və süni işıqlandırma şəraitində aparılmışdır. Şəxsi axtarış və götürmə zamanı “SONY” markalı videokameradan istifadə edilməklə video çəkiliş aparılmışdır. Şəxsi axtarış və götürmə 22 yanvar 2024-cü il tarixdə, saat 15:44-də başlamış, 15:59-da başa çatmışdır (cild 1, i/v 28-29). - Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı vaxt çəkilmiş və maddi sübut kimi tanınmış videogörüntüləri özündə əks etdirən DVD diskə baxış keçirilmiş və baxış zamanı 22 yanvar 2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolda qeyd olununlar öz təsdiqini tapmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 yanvar 2024-cü il tarixli, 3-16-16/2-6/423 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası Zərflər üçün №6» dairəvi möhür əksləri, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 büküm narkotik vasitə heroinə bənzər maddə.. ” yazıları və imzalar olan bir ədəd zərfin içərisində 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 5,255 qram olan açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Heroinin təmiz çəkisi 5,255 qram olmuş, 0,1 qram tədqiqata sərf edilmiş, 5,155 qram qalıq qalmışdır (cild 1, i/v 41-43). - “Maddi sübut hesab edilməsi haqqında” 25 yanvar 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 5,255 qram çəkidə narkotik vasitə heroindən ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan 5,155 qramı maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılmasından ötrü Azərbayvan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilməsi qərara alınmışdır (cild 1, i/v 94). - “Telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında” 26 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsinin baş müstəntiqi X6 tərəfindən "xxxx" MMC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, AZF/LGL-2457/24 saylı məktubla müşayiət olunan 01 ədəd diskə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM mobil telefon nömrəsinin onun öz adına qeydiyyata alınaraq müxtəlif nömrələr arasında telefon danışığı və sms yazışmasının olmasına baxmayaraq müvafiq dövrə dair ələ keçirilmiş məlumatlara baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hal aşkar olunmamışdır (cild 1, i/v 120). - BMCMİ-nin rəis müavini tərəfindən BMCMİ-nin İstintaq İdarəsinin rəisinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi barədə əlavə məlumat əldə olunsa da onun narkotik vasitələrin və psixotrop maddələrin satışında və ya istifadəsində şübhəli şəxslərlə əlaqələrinin müəyyən edilməsi, eləcə də digər cinayət əməllərin törədilməsində iştirakının olub-olmaması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır. Bu istiqamətdə müvafiq tədbirlər davam etdirilir, müsbət nəticə əldə olunarsa əlavə məlumat veriləcəkdir (cild 1, i/v 127). - “Sübutların qiymətləndirilməsi haqqında” 02 mart 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı Cavanşir Mansirov tərəfindən şəxsi axtarış və götürmə aparılarkən “Sony” markalı videokamera ilə videoçəkiliş aparılmış və həmin videoçəkilişin əlavə olunduğu 01 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə olunması nəzərə alınmış, cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş külli miqdarda təmiz çəkisi – 5,255 qram çəkidə narkotik vasitə heroindən ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 5,155 qramının maddi sübut kimi tanınaraq məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılmasından ötrü Azərbayvan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilməsi barədə müvafiq olaraq 25 yanvar 2024-cü il tarixli qərar nəzərə alınmışdır (cild 1, i/v 128-135). - 22 yanvar 2022-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərardan və həmin tarixli protokoldan, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, 4(005)-91/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs 22 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, məhkəmənin qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 1, i/v 24, 25, 79-83). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 41/MEŞ nömrəli canlı şəxsin ekspertizası rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – hər iki əlin və sağ diz oynağı nahiyyəsinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 1-2 həftə əvvəl meydana gəlmişdirlər, həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər müxtəlif şəraitlərdə və həmçinin zərərçəkmiş şəxsin göstərdiyi şəraitdə törənə bilərdilər (cild1, i/v 122-124). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 xx.xx.2024-cü il tarixli, 389 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların istifadə halları olub. Lakin halhazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (cild 1, i/v 125-126). - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 23 fevral 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, i/v 117). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə isə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Balakən Rayon Məhkəməsinin müraciətinə dair” 23 iyul 2021-ci il tarixli qərardadı). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun: - 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.10-cu maddəsinə görə isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. - 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər kimi təsbit edildiyindən, narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması dedikdə onun yaymaq məqsədi ilə əldə edilməsi, saxlanılması başa düşülməlidir. - 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na əsasən heroin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitədir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş, 21 noyabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanunu ilə yeni redaksiya edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” siyahısına əsasən heroinin kütləsi 0,15 qram təşkil etdikdə - xeyli miqdarda, 2 qram olduqda külli miqdarda, 800 qram olduqda xüsusilə külli miqdarda narkotik vasitə hesab olunur. Məhkəmə araşdırılması zamanı Təqsirləndirilən şəxs 22 yanvar 2024-cü il tarixdə, saat 14:00-da ünvan 2 ünvanın yaxınlığıdan saxlanılaraq DİN-in BMCMİ-ə gətirilib üzərində şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins gödəkçənin sağ yan cibindən aşkar edilmiş 01 ədəd şəffaf sellofan bükümdə, çəkisi 5,255 qram olan külli miqdarda narkotik vasitə heroini satış məqsədi ilə əldə edərək üzərində saxlayaraq daşıması öz təsdiqini tapmamışdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: - 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. - 138.2-ci maddəsinə görə isə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin normanın mənasına görə təqsirləndirilən şəxs cinayətin törədilməsində özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. İttihamı, yəni cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməlin törədilməsini sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-cü maddəsinə əsasən bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə CM-nin 234.4.3-cü maddəsinin tərkibini yaradır. Həmin maddənin dispozisiyasında CM-nin 234.2-ci maddəsinə istinadən motiv və məqsədin konkret göstərilməsi o deməkdir ki, əvvəla bu əlamətlər əməlin subyektiv cəhətini xarakterizə edən tərkib əlamətləridir və həmin əlamətlərin yoxluğunda, yaxud onların müəyyən edilməsinin sübuta yetirilmədiyi halda təqsirkarın əməlində CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olmasından söhbət gedə bilməz. Bunun üçün isə aşağıda qeyd olunan üç şərtin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: - şəxs CM-nin 234.2-ci maddəsinin dispozisiyasında göstərilən əməlləri satış məqsədilə törətməli, yaxud da narkotik vasitələrin və ya psixotrop maddələrin satışını həyata keçirməlidir; - şəxs belə əməlləri qanunsuz etməlidir; - narkotik vasitələr və ya psixotrop maddələr külli miqdarda olmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarında izah olunur ki, “təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır” (qərarın 9-cu bəndi). Təqsirləndirilən şəxs 22 yanvar 2024-cü il tarixdə üzərində daşıyaraq saxladığı 01 ədəd bükümdə çəkisi 5,255 qram olan külli miqdarda narkotik vasitə heroini satış məqsədi ilə əldə etməsi məhkəmə baxışı zamanı sübuta yetirilmir. Belə ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini saxlamaqda məqsədinin məhz satış olmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmiş, təqsirkar şəxsin özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi, həmçinin istehlakçı ilə əvvəlcədən razılıq əldə edilibedilməməsi halları da araşdırılmamışdır. Satılacaq narkotik vasitənin müqabilində Təqsirləndirilən şəxs hansı məbləğdə pul vəsaiti alması və həmin məbləği kimdən alması, yaxud hansısa gəlir əldə etməsi də toplanmış və araşdırılmış sübutlarla müəyyən edilmir. Halbuki bu hallar da təqsirləndirilən şəxsə elan olunmuş ittihamın sübuta yetirilməsində mühüm əhəmiyyət kəsb etmişdir. Eyni zamanda məhkəmə icraatında şahid qismində dindirilmiş, əməliyyat tədbirlərini həyata keçirmiş polis əməkdaşları Şahid1, Şahid3 və Şahid2 verdikləri ifadələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasının təsdiqini tapmadığını bildirmişlər. Həmçinin Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xx.xx.2024-cü il tarixli məktubdan göründüyü kimi Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi barədə əlavə məlumat əldə olunsa da onun narkotik vasitələrin və psixotrop maddələrin satışında və ya istifadəsində şübhəli şəxslərlə əlaqələrinin müəyyən edilməsi, eləcə də digər cinayət əməllərin törədilməsində iştirakının olub-olmaması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır. İş üzrə toplanmış və araşdırılmış sübutların təhlili göstərir ki, təqsriləndirilən şəxs Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni məhz satış məqsədilə əldə etməsini və bu məqsədlə üzərində daşıyaraq saxlaması, habelə təqsirləndirilən şəxsin ümumiyyətlə psixotrop maddələrin və ya narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edən heç bir mötəbər sübut əldə edilməmişdir. İş materiallarından göründüyü kimi təqsirləndirilən şəxsin əməlinin CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün tələb olunan şərtlərdən yalnız iki şərt – narkotik vasitələrin dövriyyəsi ilə bağlı təqsirləndirilən şəxsin qanunsuz hərəkətlər etməsi (narkotik vasitəni qanunsuz olaraq əldə etməsi və üstündə daşıması) və bu vasitənin külli miqdarda olması mübahisəsiz sübuta yetirilir, Təqsirləndirilən şəxs istinad olunan əməlləri satış məqsədilə törətməsi isə araşdırılmış sübutlarla təsdiq olunmur. Beləliklə də iş üzrə toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli olması deyil, sonuncunun külli miqdarda narkotik vasitəni məhz şəxsi istifadəsi üçün əldə edib saxlaması müəyyən olunur. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş həmin narkotik vasitə heroini öz istifadəsi üçün qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. Təqsirləndirilən şəxs qeyd edilən narkotik vasitənin satışı ilə məşğul olmasını təsdiq edəcək hər hansı bir sübutun olmadığı halda, onun tərəfindən məhz satış məqsədi ilə həmin narkotik vasitəni əldə edilməsi, saxlanması və daşınması qənaətinə gəlmək mümkün deyildir. Əks yanaşma təqsirləndirilən şəxsin hüquqlarının ciddi şəkildə pozulmasına, o cümlədən onun törətmədiyi cinayət əməlinə görə məsuliyyətə cəlb edilməsinə və daha ağır şəkildə cəzalanmasına yol aça bilər. Bu isə həm ədalətsiz, həm də yolverilməzdir. Məhkəmə iş üzrə sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməl Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: - 124.2-ci maddəsinin tələbinə görə cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. - 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. - 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. - 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Beləliklə məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni çəkisi 5,255 qram olan külli miqdarda narkotik vasitə heroini satış məqsədi olmadan əldə edib saxlayaraq daşıması özü tərəfindən inkar edilsə də, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə icraatında verdiyi ifadəsini iş üzrə tədqiq edilmiş sübutlarla təkzib edilməsini nəzərə alaraq özünü müdafiə xarakterli və cəzadan yayınmaq məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirir. İrlandiyanın İngiltərəyə qarşı işi üzrə 20 mart 2018-ci il tarixli Avropa Məhkəməsinin qərarında göstərilmişdir ki, sübutun qiymətləndirməsi üçün “əsaslı şübhələrdən kənar” standartını rəhbər tutaraq sübutetmə prosesini həyata keçirən məhkəmə belə sübut qismində yalnız işin faktiki halları ilə uyğun olan və ya həmin hallarla təkzib edilməyən, habelə, kifayət qədər güclü, aydın əlamətlərə məxsus olan hallar istifadə edə bilər. Bu nöqteyi nəzərdən sübutların toplanılması zamanı tərəflərin davranışı da nəzərdən keçirilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs ibitdai istintaq zamanı verdiyi ifadələrində və vəsatətlərində üzərində narkotik vasitə olan heroinin aşkar edilməsini, həmin maddəni yaşadığı ünvanın yaxınlığında yerdən taparaq məhv etmək məqsədi ilə üzərində saxlayaraq daşıdığını, narkotik maddə istifadə etmədiyini və satışı ilə məşğul olmadığını bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. - 41.1-ci maddəsində göstərilmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayəthüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. - 41.2-ci maddəsinin tələblərindən görünür ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. - 58.3-cü maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 59-cu maddəsinə istinad etməklə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən halları, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 22 yanvar 2024-cü il tarixdən hesablanmalı, cəzasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, ondan 80 (səksən) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 5,155 qram çəkidə narkotik vasitə heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə dair videogörüntüləri əks etdirən 01 ədəd «DVD» formatlı disk iş materiallarında saxlanılmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1588/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, xx.xx.2024-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri, 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 22 (iyirmi iki) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri, 12 saylı Vəkil Bürosunun hesabına 132 ( yüz otuz iki) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 22 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs 80 (səksən) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış, saxlanması üçün DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 5,155 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə dair videogörüntüləri əks etdirən 01 ədəd «DVD» formatlı disk iş materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri, 12 saylı Vəkil Bürosunun hesabına 132 (yüz otuz iki) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Şəlalə Həsənova (sədrlik edən) Vüqar Quliyev Siyavuş Hacıyev
Məhkəmə qərarları › İş №1(101)-1588/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1588/2024
14.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver