Məhkəmə qərarları › İş №1(101)-1588/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1588/2025

12.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1588/2025 12.12.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), X12 və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi – X3, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı2, müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, 10 avqust 1983-cü ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, Bərdə rayonu Gərənə kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 1-ci yaşayış massivində yerləşən nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs (Fin:xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 12 dekabr 2025-ci il tarixdə, saat 16:05-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:

1. Təqsirləndirilən şəxs satış məqsədi ilə məlum olmayan tarixdə, vaxtda və şəraitdə qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək sonuncunun göstərişi ilə satış məqsədilə qanunsuz olaraq xüsusilə külli miqdarda 865 qram çəkidə olan narkotik vasitə heroini və külli miqdarda 365 qram çəkidə olan narkotik vasitə qurudulmuş marixuananı məlum olmayan mənbədən əldə edib özündə saxlamaqla daşımış, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin (bundan sonra mətndə - Nəsimi RPİ-nin 19-cu PŞ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 4 aprel 2025-ci il tarixdə, saat 00:10-da ünvan 1 ünvanın qarşısında tutularaq saxlanılmış və orada üstü yoxlanılarkən əynindəki gödəkçənin iç tərəfindən 1(bir) ədəd sellofan bağlamada təmiz çəkisi 865 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin və təmiz çəkisi 365 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Tərəflərin bildirdiyi və təqdim etdiyi işin halları və dəlilləri:

2. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, vatsap vasitəsi ilə İran İslam Respublikasına məxsus mobil telefon nömrəsindən tanımadığı şəxs tərəfindən ona zəng edilərək narkotik vasitədən istifadə edib-etməməsi soruşulmuş, o da cavabında narkotik vasitə qurudulmuş marixuanadan istifadə etdiyini bildirmişdir. Həmin şəxs 50-100 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı bir yerə qoyarsa onu götürə bilib-bilməyəcəyini soruşduqda o, qarşılığında pul ödəyə biləcəyini bildirmişdir. Lakin həmin şəxs pulun lazım olmadığını, 50- 100 qram narkotik vasitənin onun üçün elə-belə şey (o qədər də əhəmiyyətli olmadığını) olduğunu, məkan göndərəcəyini, onun (Təqsirləndirilən şəxs) isə həmin məkana gedib narkotik vasitəni oradan götürəcəyini bildirmişdir. Həmin gün təxminən gecə saat 23:00 radələrində həmin şəxs ona zəng edərək “Memar Əcəmi” adlanan ərazidə kuryeri olduğunu, ünvana gedib ona zəng etməsini tapşırmış, o da taksi sifariş verib “Memar Əcəmi” dairəsinə gedərək oradan sonuncuya zəng etmiş, lakin həmin şəxs zəngini qəbul etməkdən imtina edərək mesaj yazmasını istəmişdir. O həmin şəxsə yaza bilmədiyini bildirdikdə sonuncu olduğu ərazinin şəklini göndərməsini istəmiş, o da hər iki istiqamətin şəklini çəkib göndərmişdir. Bundan sonra həmin şəxsin göndərdiyi 4-cü mikrorayon ərazisi istiqamətində sağdakı 3-cü blokun 2-ci mərtəbəsi ünvanında yerləşən məkana gedərək orada olan zibil qutusuna baxmışdır. Zibil qutusunda bir ədəd böyük sellofan olduğunu görüb həmin sellofanın içərisində 50-100 qram çəkidə deyil daha çox çəkidə narkotik vasitə olduğunu düşünərək götürməyərək oradan uzaqlaşmışdır. Oradakı binanın pilləkəni ilə ikinci mərtəbəyə qalxıb taksi sifariş verərkən 25 nəfər polis əməkdaşı üzərinə gəlib onu döymüşdür. O, narkotik vasitəni götürməmişdir. Polis əməkdaşları onu sellofanın yanına gətirib həmin sellofan üçün gəlib-gəlmədiyini soruşduqda o, inkar etmişdir. Polis əməkdaşları onu əvvəlcə avtomobilə apardıqdan sonra yenidən geri qaytarıb həmin sellofanı əlində tutması üçün ona verib çəkiliş etmişlər. O, daha sonra polis şöbəsinə aparılaraq gecə saat 05:00-a qədər döyülmüşdür. O, polis əməkdaşları tərəfindən aprel ayının üçündən dördünə keçən gecə saxlanılmış, ittihamda saxlanıldığı yer yol olaraq qeyd olunsa da, həqiqətdə blokda olarkən saxlanılmışdır. Nihat adlı şəxsin özü vatsapda ona zəng etmiş, əvvəllər Nihat adlı şəxsdən hər hansı narkotik vasitə almamışdır. O, Nihatdan onu tanımadığı halda zəng etməsinin səbəbini soruşmuşdur. O, hazırkı iş üzrə tutulmazdan əvvəl təxminən bir il ərzində narkotik vasitə marixanadan istifadə etmiş, istifadə etdiyi narkotik vasitəni narkomanlardan alıb çəkmişdir. Polislərin onu döyməsi nəticəsində qulağı zədələnmiş, qabırğaları əzilmiş və beş ədəd dişi qırılmışdır. İş materiallarında olan şübhəli və təqsirləndirilən şəxs kimi dindirilmə protokollarında olan imzalar ona məxsusdur. Nihat adlı şəxs ona narkotik vasitələri hansısa ünvana çatdırması barədə bildirməmiş, ondan yalnız 50-100 qram çəkidə narkotik vasitəni qoyduğu ünvandan götürməsini istəmişdir. O, getdiyi yerdən narkotik vasitəni götürməmiş, bu barədə də Nihat adlı şəxsə hər hansı məlumat verməmişdir. Onun Nihat adlı şəxslə yazışmaları mobil telefonunda olmuş, həmin yazışmaları silməmişdir. Nihat ona ilk dəfə zəng edib danışarkən iranlı ləhcəsi ilə danışdığından birincinin iranlı olduğunu düşünmüşdür. İbtidai istintaq zamanı ifadələrində qeyd olunmuş 50-100 qram narkotik vasitə arxasınca getməsi halı həqiqətən də olsa da, narkotik vasitəni həmin yerdən götürməklə Nihata bu barədə deməsi kimi hallar olmamışdır. Polis əməkdaşları məhkəmədə barəsində qətimkan tədbiri məsələsi həll edilərkən hər şeyi təsdiqləməsini, belə edəcəyi təqdirsə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham veriləcəyini bildirdiyindən o, məhkəmə iclasında ona deyilən hər şeyi təsdiqləmişdir. 2005-ci ildə avtoqəza keçirərək travma almış, nəticədə sonradan onda arabir özündən getmə və ya epilepsiya halları müşahidə olunmuş, lakin həmin xəstəliyi ilə bağlı hər hansı xəstəxanada qeydiyyatda olmamış, sadəcə ambulator şəkildə müalicə olunmuşdur. O, 2005-ci ilədək Prezident Mühafizə Xidmətinə məxsus qarajda maşın ustası kimi işləmiş, 2005-ci ildən sonra isə “ANAMA”nın balansına keçirilməklə orada işləmişdir.

3. Davam edən məhkəmə iclasları zamanı verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə davam edərək göstərdi ki, polis əməkdaşları onu binanın blokunun içərisində yaxalayaraq ikinci mərtəbədən birinci mərtəbəyə döyərək düşürmüş, həmin vaxt yaşayış evlərindən çıxan şəxslərə isə xidməti vəsiqələrini göstərib evlərinə daxil olmalarını tələb etmişlər. Polis əməkdaşlarının onu döyməsi nəticəsində qulağından və başından xəsarət almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Murad Rzazadə onu saxlayan polis əməkdaşlarından biri olmaqla onu döymüş, lakin qulağına vuraraq xəsarət yetirən polis əməkdaşı Şahid2 olmuşdur. Polis əməkdaşları onu binanın ikinci mərtəbəsindən döyə-döyə birinci mərtəbəsinə düşürən zaman Haqverdi Vəliyev ona yaxınlaşmış, sonuncu ona qarşı hər hansı fiziki və ya psixi təzyiq, zorakılıq hərəkətləri etməmiş, onu döyməmişdir. O, videogörüntüdəki binada yaşamır. İran İslam Respublikası vətəndaşı ona məkan göndərib narkotik vasitəni həmin yerdən götürə biləcəyini bildirmiş, o da qeyd olunan ünvana narkotik vasitəni götürmək üçün getmiş, binanın ikinci mərtəbəsinə isə taksi sifariş vermək üçün çıxmışdır. Digər polis əməkdaşları onu tutub birinci mərtəbəyə düşürərkən Şahid1 qolundan tutmaqla videoçəkiliş həyata keçirmiş, sonuncu onu döyməmişdir. O, digər polis əməkdaşları tərəfindən Şahid1 yanına gətirilərkən narkotik vasitə artıq onun üzərinə qoyulmuşdur. Onu ilk döyən, qulağına xəsarət yetirən və üzərinə narkotik vasitə qoyan polis əməkdaşı Şahid2 olmuşdur. Polis əməkdaşlarının onu ikinci mərtəbədə tutub döymələri təxminən 10 dəqiqə ərzində baş vermiş, daha sonra birinci mərtəbəyə endirilərək videoçəkiliş həyata keçirilmişdir. Şahid2 özünün əvvəli və sonu 99-999 qeydiyyat nişanlı “Range Rover” avtomobilindən böyük bir bükümdə narkotik vasitə gətirib ona verərkən həmin büküm paltarına sığmamışdır.

4. Davam edən məhkəmə iclasları zamanı verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə əlavə edərək göstərdi ki, o, 50-100 qram çəkidə narkotik vasitə marixuana götürmək üçün həmin ünvana getmiş, lakin oradakı narkotik vasitələrin çəkisinin çox olduğunu gördükdə həmin vasitələri götürməkdən imtina edib taksi sifariş vermək üçün yaxınlıqdakı binanın ikinci mərtəbəsinə qalxmış, bu zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Şəxsiyyət vəsiqəsini kirayə mənzildən daşınarkən itirmişdir. İbtidai istintaq dövründə verdiyi etirafedici ifadələri polis əməkdaşlarının ona bildirdiklərinə əsasən vermişdir. O, narkotik vasitə olan heroindən istifadə etməmiş, saxlanıldığı yerə də narkotik vasitə olan heroin üçün deyil, marixuana götürmək üçün getmişdir. Himayəsində heç bir yerdə işləməyən arvadı Esmira Məmişova, yetkinlik yaşına çatmayan qızları Aysun və Aysel Məmişova vardır. X4 şəhid ailəsinin üzvüdür. Tutulduqdan sonra onu müayinə edən həkim ondan yalnız ümumi hal-əhvalını soruşmuş, başqa heç nə soruşmamışdır. Əlaqə saxladığı İran İslam Respublikası vətəndaşından ona gələn səsli mesajların əksəriyyətini dinləyə bilməmiş, habelə onunla danışmamış, polis şöbəsində olarkən polis əməkdaşları ona həmin mesajları göndərməsini dedikləri üçün mesajları həmin formada göndərmişdir. Müdafiəçisinə ailə üzvlərinin verdiyi və məhkəmə iclasında tədqiq edilən səsyazıları İran İslam Respublikası vətəndaşı ilə onun arasında olan danışıqlardır. Belə ki, o, iranlı ilə danışıqlar apararkən həmin danışıqları qeydə almış, həmin danışıqlar zamanı iranlı ilə aralarında 50-100 qram narkotik vasitə götürmək üçün gedəcəyi ilə bağlı danışıqlar aparılmışdır. Sonda Təqsirləndirilən şəxs ittihamda qeyd olunmuş ünvana külli miqdarda narkotik vasitə heroin götürmək üçün deyil, yalnız az miqdarda narkotik vasitə qurudulmuş marixuana götürmək üçün getdiyini, ailədə yeganə gəlir gətirən şəxs olduğunu və narkomaniya xəstəliyindən müalicə olunaraq tam sağalmaq istədiyini bildirərək məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi.

5. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi 4 aprel 2025 və 5 aprel 2025-ci il tarixli şübhəli və təqsirləndirilən şəxs qismində ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadələrdə göstərmişdir ki, uzun müddətdir narkotik vasitə istifadə etməklə narkotik vasitələri əsasən tanımadığı şəxslərdən almışdır. İstifadəsində 070 *** ** ** mobil telefon nömrəsi vardır. Təxminən 3-4 gün əvvəl sosial şəbəkə vasitəsi ilə İran İslam Respublikası vətəndaşı kimi tanıdığı “Nihat” adlı şəxslə əlaqəsi yaranmış, sonuncu onunla həmin ölkəyə məxsus +98 939 *** **** mobil telefon nömrəsi vasitəsilə “Whatsapp” sosial şəbəkəsində əlaqə saxlamışdır. 3 aprel 2025ci il tarixdə axşam saatlarında Nihat onun istifadəsində olan mobil nömrəyə zəng edib dediyi ünvanda olan narkotik vasitəni götürərək özündə saxlamağını, daha sonra isə deyəcəyi ünvana çatdırmağını istəmişdir. O, ilk əvvəl Nihata etiraz etmiş, lakin daha sonra Nihat ona edəcəyi bu işin müqabilində ona 50-100 qram narkotik vasitə marixuana verəcəyini bildirmiş, o da həmin narkotik vasitədən istifadə etdiyi üçün Nihatın təklifi ilə razılaşmışdır. 4 aprel 2025-ci il tarixdə Nihat ona narkotik vasitəni gizlətdiyi ünvanın lokasiyasını göndərmiş, o da təxminən saat 00:02 radələrində ünvan 2 ünvanına gedib binanın giriş hissəsində olan sellofan paketə bükülmüş narkotik vasitələri götürmüşdür. Həmin ünvana gedərkən Nihat ona əvvəlcə yazaraq, daha sonra isə səs göndərərək bir kiloqram “kakos” və yarım kiloqram “nəşə” olduğunu bildirmişdir. O, binadan çıxıb getmək istədikdə 4-5 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq polis əməkdaşı olduqlarını demiş və özlərini təqdim etmişlər. Polis əməkdaşları onun külli miqdarda narkotik vasitə və psixotrop maddənin dövriyyəsində şübhəli olduğunu bildirərək, ona üzərində narkotik vasitə və ya psixotrop maddə olub olmadığını, varsa təqdim etməyini təklif etmişlər. Bu təklifdən sonra o, bir qədər əvvəl götürmüş olduğu əynində olan qara rəngli gödəkçənin iç hissəsində gizlətdiyi 1 (bir) ədəd sellofan bükümü çıxararaq təqdim edərək həmin bükümün içərisində narkotik vasitə olan heroin və marixuana olduğunu demişdir. Daha sonra həmin bir ədəd sellofan bükümün içərisi açıldıqda həmin bükümün içindəki 1 (bir) ədəd sellofan bükümdə narkotik vasitə olan marixuanaya bənzər, digər bükümdə isə narkotik vasitə heroinə bəzər kütlələr olması müəyyən edilmişdir. O həmin narkotik vasitələrin İran İslam Respublikası vətəndaşına məxsus olduğunu və narkotik vasitəni həmin şəxsin deyəcəyi ünvana aparacağı günədək özündə saxlayacağını bildirmişdir. Daha sonra onun üstü yoxlanılmış, yoxlama zamanı üzərindən qəpik pullar və bir ədəd özünə məxsus “Samsung” markalı mobil telefon aşkar edilmiş, üzərindən başqa əhəmiyyət kəsb edən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Ona məxsus “Samsung” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüş, qəpik pullar isə özünə qaytarılmışdır. Daha sonra aşkar edilmiş həmin kütlələr qablaşdırılmaqla özü və polis əməkdaşları tərəfindən imzalanaraq götürülmüşdür. Daha sonra polis əməkdaşları onu Nəsimi RPİ-nin 19-cu PŞ-yə aparmış, şöbədə ona hüquq və vəzifələri izah olunaraq müdafiəçi ilə təmin olunmuşdur (Cild 1, iş vərəqi (bundan sonra mətndə i.v.) 58-60; 81-83;).

6. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.

7. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir.

8. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 19-cu PŞ-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 3 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə etməsi, özündə saxlayaraq daşıması və satışı ilə məşğul olması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olmuş, məlumatın yoxlanılması məqsədilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə bağlı onun tərəfindən qərar qəbul edilmiş və həmin qərarın icra olunması ilə əlaqədar əməliyyat qrupu yaradılmışdır. Həmin əməliyyat qrupuna onunla birlikdə Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməkdaşları Şahid2, X24, X25 və X13 daxil edilmişdir. Həmin gün əməliyyat qrupunun digər üzvləri ilə birlikdə əldə etdikləri məlumat əsasında ünvan 2 ünvanına getmiş, 4 aprel 2025-ci il tarixdə, saat 00:10-da həmin ünvanda olarkən Təqsirləndirilən şəxs görüb ona yaxınlaşaraq özlərini təqdim etmiş və Zaura barəsində külli miqdarda narkotik vasitələri və psixotrop maddələri üzərində saxlayaraq daşıması ilə bağlı əməliyyat məlumatının daxil olduğunu bildirmişlər. Daxil olmuş məlumatla bağlı Təqsirləndirilən şəxs saxlanıldığı ünvan 2 ünvanında üzərinə fasiləsiz video çəkiliş aparılmaqla baxış keçiriləcəyi barədə məlumat vermişlər. Təqsirləndirilən şəxs üstünü yoxlama və götürmə aparılmazdan əvvəl paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin iç hissəsindən çıxardığı 1 (bir) ədəd göy rəngli sellofan bükümü təqdim etmişdir. Təqsirləndirilən şəxs üstünə baxış zamanı əynindəki qara rəngli şalvarın sağ arxa cibindən 1(bir) ədəd özünə məxsus “Samsung A20” markalı mobil telefon və qəpik pullar aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1(bir) ədəd bükümün içərisindəkinin narkotik vasitə heroin və marixuana olduğunu, həmin narkotik vasitələrin İran İslam Respublikası vətəndaşı olan Nihat adlı şəxsə məxsus olduğunu, 3-4 gün əvvəl Nihat adlı şəxsin ona zəng edərək həmin narkotik vasitələri qeyd olunan ünvandan götürüb saxlamasını və daha sonra Nihatın deyəcəyi ünvana aparıb təhvil verməsini istəmiş, bunun müqabilində isə Zaura istifadə etməsi üçün marixuana verəcəyini dediyini bildirmişdir. Bundan sonra 1(bir) ədəd göy rəngli sellofan büküm ağ rəngli sellofan paketə qoyulmuş, üzəri möhürlənərək qablaşdırılmış və “Samsung A20” markalı telefon maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüş, qəpik pullar isə Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs barəsində qanuna müvafiq tədbir görülməsi üçün Nəsimi RPİ-nin 19-cu PŞ-yə gətirilmiş, birinci hər hansı etiraz etməyərək onlarla birlikdə Nəsimi RPİ-nin 19-cu PŞ-yə getmiş, şöbədə Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroin və marixuanaya bənzər maddə aşkar olunması ilə bağlı raport tərtib olunaraq rəhbərliyə məruzə olunmuşdur. Tərtib olunmuş raportla bağlı araşdırmanın aparılması Nəsimi RPİ-nin 19-cu PŞ-nin təhqiqatçısı Şirvan Hümbətliyə həvalə olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülməklə qablaşdırılmış 1(bir) ədəd sellofan bağlama Şirvan Hümbətliyə təqdim olunmuş, sonuncu tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə olunması üçün müdafiəçi təyin olunmuş və şübhəli şəxs qismində tutulmuşdur. X15 tərəfindən müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə üzəri möhürlənmiş kağız paket açılmış, içərisində olan 2(iki) ədəd sellofan büküm çıxarılaraq baxış keçirilmiş, Təqsirləndirilən şəxs həmin bükümlərin üzərindən aşkar olunaraq götürüldüyünü etiraf etmiş, həmin 2(iki) ədəd bükümlərdən birinin içərisindəkinin narkotik vasitə heroin, digərinin isə marixuana olduğunu bildirmişdir. Bundan sonra aşkar olunaraq götürülmüş 1(bir) ədəd bükümdə olan narkotik vasitə heroinə və 1(bir) ədəd bükümdə narkotik vasitə marixuanaya bənzər maddə zərfə qoyulmuş, zərfin ağzı zərflər üçün nəzərdə tutulmuş möhür ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür.

9. Verilən suallara cavab olaraq Şahid1 ifadəsinə əlavə edərək göstərdi ki, 3 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuş, məlumatın doğruluğunu yoxlamaq üçün Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməliyyat müvəkkilləri Murad Rzazadə, Haqverdi Vəliyev, Fəqan Mönsümlü və Şahid2la birlikdə məlumatda qeyd olunan ünvana gedib orada gözləmiş, gecə saat 00:00-dan sonra həmin ünvanda Təqsirləndirilən şəxs tək halda blokdan çıxdığını görüb ona yaxınlaşaraq sorğusual etmiş, üzərində fasiləsiz videoçəkilişlə baxış keçirməklə narkotik vasitə və mobil telefon aşkar olunmuşdur. Təqsirləndirilən şəxs ondan aşkar olunmuş narkotik vasitələri İran İslam Respublikası vətəndaşının qeyd etdiyi məkanlara qoyacağını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni gödəkçəsinin iç hissəsində saxlamışdı. ünvan 2 ünvanı Nəsimi RPİ-nin 19-cu PŞ-dən avtomobillə 7-8 dəqiqəlik məsafədə yerləşir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi, hər hansı fiziki və ya psixi zorakılıq, təsir və hədə-qorxu gəlinməsi və ya üzərinə narkotik vasitə qoyulması barədə dedikləri həqiqəti əks etdirmir.

10. Məhkəmədə şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 19-cu PŞ-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid2, həmin şöbənin təhqiqatçısı polis leytenantı X25, cinayət axtarışı üzrə kiçik inspektor polis baş serjantı X13 və cinayət axtarışı üzrə əməliyyat müvəkkili polis baş leytenantı X24 məhkəməyədək icraat zamanı verdikləri ifadələri ilə eyni məzmunlu və Şahid1lə oxşar məzmunlu ifadələr verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək əlavə olaraq göstərmişlər ki, Təqsirləndirilən şəxs tərəflərindən tək halda saxlanılmaqla üzərinə keçirilmiş yoxlama tədbiri zamanı “Samsung” markalı mobil telefon və içərisində narkotik vasitə qurudulmuş marixuana və heroin olan sellofan paketlər aşkar olunmuş, Təqsirləndirilən şəxs həmin maddələri İran İslam Respublikası vətəndaşının göndərdiyi məkan bilgisi əsasında əldə etdiyini və onun göstərişi ilə həmin maddələri başqa məkanlara yerləşdirəcəyini bildirmişdir. Narkotik vasitənin qablaşdırılması və möhürlənməsi Fəqan Mönsümlü tərəfindən həyata keçirilmişdir. Təqsirləndirilən şəxs tərəflərindən saxlanılarkən ona qarşı hər hansı fiziki və psixi təzyiqlər göstərilməmişdir. Əməliyyat məlumatı daxil olduqdan sonra sənədləşdirmə işləri həyata keçirilərək təxminən 1-2 saat sonra şöbəyə yaxın ərazidə yerləşən hadisə yerinə getmişlər. Əməliyyat çəkilişi Murad Rzazadə tərəfindən aparılmışdır. Əməliyyat tədbirində Şahid2 əvvəllər istifadəsində olmaqla hazırda satdığı “Range Rover” markalı avtomobildən istifadə edilmiş, Təqsirləndirilən şəxs həmin avtomobillə Nəsimi RPİ-nin 19-cu PŞ-yə gətirilmişdir. Təqsirləndirilən şəxs 50-100 qram narkotik vasitəyə görə həmin məkana getməsi, orada olan narkotik vasitəni götürməməsi, polis əməkdaşları, o cümlədən Şahid2 tərəfindən döyülməklə üzərinə narkotik vasitələrin məcburi olaraq qoyulması barədə dedikləri həqiqəti əks etdirmir və ağır cinayət əməlinə görə cinayət məsuliyyətindən və cəzadan yayınmaq istəməsi ilə bağlı uydurduğu hallardır.

11. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X29 ifadəsində göstərdi ki, onun iki övladı olmaqla bir oğlu yaxın tarixdə qaraciyər serrozundan vəfat etmiş, həmçinin arvadı da vəfat etmişdir. Övladı Təqsirləndirilən şəxs evli olmaqla hazırda birincinin iki uşağı onunla birlikdə yaşayır. Belə ki, 4 aprel 2025-ci il tarixdə Bakı şəhərində evdə olarkən səhər saatlarında ona zəng gələrək oğlu Zaurun narkotik vasitə götürmək üçün gedərkən tutulması bildirilmişdir. O, oğlu Zaurun əvvəllər narkotik vasitə istifadə etməsini bilməmiş, onunla görüşüb danışdıqda Zaur narkotik vasitənin üzərində olmadığını, döyülərək təzyiqə məruz qaldığını bildirmişdir. Təqsirləndirilən şəxs işi ilə əlaqədar Bakı şəhərində ailəsi ilə birlikdə yaşamış, özü isə daimi olaraq Bərdə rayonunda yaşayır. Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi barədə məlumatı olmamış, onunla mütəmadi əlaqəsi olmamışdır. Təqsirləndirilən şəxs tərbiyəli, ailəsinin qayğısına qalan və onların maddi cəhətdən təminatını təmin edən övlad olmuşdur.

12. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

13. “Cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 4 aprel 2025-ci il tarixdə, saat 00:10-da ünvan 2 ünvanında saxlanılaraq yerində üstü yoxlanılan zaman üzərindən 1(bir) ədəd bükümdə narkotik vasitə heroin və 1(bir) ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuananın aşkar edilməsi faktına görə Nəsimi RPİ-nin 19-cu PŞ-nin təhqiqatçısı polis baş leytenantı X7 tərəfindən 4 aprel 2025-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilmişdir (Cild 1, i.v.1;).

14. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 3 aprel 2025-ci il tarixli qərardan və bu barədə müvafiq materiallardan görünür ki, Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 tərəfindən Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə etməsi, özündə saxlayaraq daşıması və satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi qərara alınmış, həmin qərar Nəsimi RPİ-nin 19-cu PŞ-nin rəisi polis polkovnikleytenantı Samir Haşımov tərəfindən təsdiq edilərək Şahid1 rəhbərliyi ilə həmin şöbənin əməliyyat müvəkkilləri polis baş leytenantı Murad Rzazadə, polis leytenantları Şahid2 və Fəqan Mönsümlü və kiçik inspektor polis baş serjantı Haqverdi Vəliyevdən ibarət əməliyyat qrupu təşkil edilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə edərək özündə saxlamaqda, daşımaqda və satışında şübhəli bilinən Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək 4 aprel 2025-ci il tarixdə, saat 00:10-da ünvan 2 ünvanında saxlanılmış və üstünün fasiləsiz videoçəkilişlə yoxlanılması zamanı əynindəki qara rəngli gödəkçənin iç hissəsindən bir ədəd göy rəngli sellofan bükümdə narkotik vasitə heroin və marixuanaya bənzər kütlələr aşkar edilərək müvafiq qaydada qablaşdırılmışdır. Təqsirləndirilən şəxs ondan aşkar edilmiş qanunsuz maddəyə bənzər predmetlərlə birlikdə həmin tarixdə Nəsimi RPİ-nin 19-cu PŞ-yə gətirilmişdir (Cild 1, i.v. 3-7; 12;).

15. “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” 4 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə edərək özündə saxlamaqda, daşımaqda və satışında şübhəli bilindiyinə görə saxlanılmış 10 avqust 1983cü ildə Bərdə rayonunda anadan olmuş, Bərdə rayonu Gərənə kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 1-ci yaşayış massivi fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs 4 aprel 2025-ci il tarixdə, saat 00:10-da ünvan 2 ünvanında saxlanılaraq saat 00:20-dək əməliyyat tədbiri qaydasında üstü yoxlanılmışdır. Üstünün yoxlanılması zamanı Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin iç hissəsindən bir ədəd göy rəngli sellofan bükümdə narkotik vasitə heroin və narkotik vasitə marixuanaya bənzər kütləni təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılan zaman əynindəki qara rəngli şalvarın sağ arxa cibindən “Samsung A20” markalı mobil telefon və qəpik pullar aşkar edilmişdir. Yoxlama zamanı Təqsirləndirilən şəxs iş üzrə əhəmiyyət kəsb edən başqa heç bir predmet aşkar edilməmişdir. Bundan sonra narkotik vasitə heroin və marixuanaya bənzər maddələr qablaşdırılaraq saxlanılan şəxs və tərəflərindən imzalanmaqla götürülmüşdür. Həmçinin Təqsirləndirilən şəxs aşkar olunmuş qəpik pullar onun özünə qaytarılmış, iş üzrə əhəmiyyət kəsb etdiyindən “Samsung A20” markalı mobil telefon isə götürülmüşdür. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş narkotik vasitə heroin və marixuananın İran İslam Respublikası vətəndaşı olan Nihat adlı şəxsə məxsus olduğunu, 3-4 gün əvvəl Nihat adlı şəxsin ona zəng edərək həmin narkotik vasitələri qeyd olunan ünvandan götürüb özündə saxlamasını və daha sonra Nihatın deyəcəyi ünvana aparıb təhvil verməsini istədiyini, bunun müqabilində isə ona istifadə etməsi üçün marixuana verəcəyini vəd etdiyini bildirmişdir. Üstünü yoxlama “İphone” markalı mobil telefondan istifadə edilməklə videoçəkiliş vasitəsilə ünvan 2 ünvanında keçirilmişdir. Protokolu yerində tərtib etmək üçün şərait olmadığından protokol Nəsimi RPİ-nin 19-cu PŞ-nin inzibati binasında həmin gün saat 00:30-dan 00:40dək tərtib edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokola 1(bir) ədəd DVD disk əlavə olunmuşdur (Cild 1, i.v.8-11;).

16. “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” 4 aprel 2025-ci il tarixli qərar və protokoldan görünür ki, Nəsimi RPİ-nin 19-cu PŞ-nin təhqiqatçısı polis baş leytenantı Şirvan Hümbətli tərəfindən Təqsirləndirilən şəxs barəsində keçirilən əməliyyataxtarış tədbirləri zamanı sonuncunun üzərindən aşkar edilərək götürülmüş, raportla məruzə olunmaqla aidiyyəti üzrə təqdim olunmuş bir ədəd içərisində əlavə olaraq 2(iki) ədəd sellofan büküm olan paketə və 1(bir) ədəd DVD diskə həmin tarixdə, saat 00:45-dən saat 00:58-dək baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı qablaşdırılan sellofandan bir bükümdə tozşəkilli narkotik vasitə heroinə bənzər, bir bükümdə otşəkilli narkotik vasitə marixuanaya bənzər kütlə aşkar edilmişdir. Aşkar olunan kütlələr yenidən qablaşdırılmaqla möhürlənmişdir. Baxış və götürmə süni işıqlandırma şəraitində keçirilmişdir. Protokolda “İphone” markalı mobil telefon vasitəsilə videoçəkiliş aparılması qeyd olunmuşdur. Bu barədə tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokolun düzgünlüyü imzalarla təsdiq edilmiş və 1 (bir) ədəd yaddaş qurğusu (flash card) protokola əlavə edilmişdir. Bu barədə 4 aprel 2025-ci il tarixdə, saat 01:00-dan 01:15-dək protokol tərtib edilmişdir (Cild 1, i.v. 15-18;).

17. “Şübhəli şəxsin tutulması haqqında” 4 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 01:55-də Nəsimi RPİ-nin 19-cu PŞ-nin təhqiqatçısı polis baş leytenantı Şirvan Hümbətli tərəfindən müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili X8 iştirakı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı 4 aprel 2025-ci il tarixdə, saat 00:10-dan tutulmuş hesab edilmişdir. Həmçinin həmin tarixdə Təqsirləndirilən şəxs tutulması barədə həyat yoldaşı X14 ***-***-**-** nömrəli mobil telefon vasitəsilə məlumat verilmişdir (Cild 1, i.v.28-29;).

18. “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” və “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” 4 aprel 2025-ci il tarixli protokollarda əks olunan əməliyyat-axtarış tədbirləri və istintaq hərəkəti videoçəkilişlə aparılmış və bununla əlaqədar iki ədəd “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən müvafiq olaraq müddətləri 9 dəqiqə 27 saniyə və 12 dəqiqə 20 saniyə olan həmin videoçəkilişlərin əks olunduğu iki ədəd diskdəki videogörüntülərə müstəntiq N.E.Məhərrəmov tərəfindən baxış keçirilməsinə dair 15 may 2025-ci il tarixli protokolla, eləcə də həmin disklərdəki videogörüntülərə məhkəmədə Təqsirləndirilən şəxs və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbirləri, habelə üzərinin yoxlanılması zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz əksini tapmışdır. Videogörüntülərdən Təqsirləndirilən şəxs üzərində keçirilmiş yoxlama zamanı xarici görkəminin səliqəli olması, sərbəst olmaqla suallara rahat və ətraflı şəkildə cavab verməsi, onun hər hansı fiziki, psixi və sair təsirə məruz qalması müəyyən edilməmişdir. Eyni zamanda, videogörüntülərdən Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuana müqabilində iranlı şəxsin göstərişi ilə narkotik vasitələri bir ünvandan götürüb ona bildirilmiş ünvana qoymasını sərbəst olaraq vurğulaması müəyyən olunmuşdur (Cild 1, i.v.11; 18; 132-133;).

19. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinin “Məhkəmə-kimyəvi ekspertizasının” (materialların məhkəmə ekspertizası) 6/1258 nömrəli, 4 aprel 2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №187” dairəvi möhür əksləri olan, “1.Təqsirləndirilən şəxs ; 2. ...Murad Asəf “imza”; 3. ...Fəqan Rza “imza”; 4. Şahid1 .... “imza”; 5. ...Nurlan Mübariz “imza”; 6. X28 “imza” yazıları qeyd edilmiş bir ədəd bağlamadakı təmiz çəkisi 865 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Heroinin təmiz çəkisi - 865 qram, tədqiqata sərf edildi - 0,2 qram, qalıq - 864,8 qram. Aparılmış tədqiqatın dəyərinin 89 (səksən doqquz) manat olması müəyyən edilmişdir (Cild 1, i.v. 47-51;).

20. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinin “Məhkəmə-bioloji ekspertizasının” 7/534 nömrəli, 4 aprel 2025-ci tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs...” yazıları və imzalar olan polietilen bağlamadakı digər polietilen bağlamanın içərisində 1(bir) ədəd qara rəngli sellofan torbada təmiz çəkisi - 365 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi - 365 qram, tədqiqata sərf edildi - 0,1 qram, qalıq - 364,9 qram. Aparılmış tədqiqatın dəyərinin 78 (yetmiş səkkiz) manat olması müəyyən edilmişdir (Cild 1, i.v. 52-55;).

21. “Cinayət işinin aidiyyəti üzrə göndərilməsi haqqında” və “Cinayət işini icraata qəbul etmək haqqında” 4 aprel 2025-ci il tarixli qərarlardan görünür ki, ********* nömrəli cinayət işi ibtidai istintaqın davam etdirilməsi üçün Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilmiş, həmin şöbənin müstəntiqi polis kapitanı X9 tərəfindən icraata qəbul edilməklə ibtidai istintaqı davam etdirilmişdir (Cild 1, i.v.61; 65;).

22. “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 5 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinə tövsif edilməklə ibtidai istintaq davam etdirilmişdir (Cild 1, i.v.69-70;).

23. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 5 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (Cild 1, i.v.72-73;).

24. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 5 aprel 2025-ci il tarixli, 4(006)-212/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 4 aprel 2025-ci il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs etdiyi əməli etiraf edərək barəsində həbs qətimkan tədbirinin seçilməməsini məhkəmədən xahiş etmişdir (Cild 1, i.v.96-100;).

25. “Ambulator məcburi-məhkəmə narkoloji ekspertizasının” 4 aprel 2025-ci il tarixli 1847 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs deməsinə görə təxminən bir ildir arabir düşəndə narkotik vasitə olan qurudulmuş marixuananı siqaretə doldurub çəkməklə istifadə edir (Cild 1, i.v. 101-102;).

26. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 17 aprel 2025-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamaqla məhkumluğu olmayan şəxsdir (Cild 1, i.v. 113;).

27. “Maddi sübut kimi tanıma haqqında” 8 aprel 2025-ci il tarixli qərardan və müvafiq raportlardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 865 qram çəkidə narkotik vasitə heroin və 365 qram çəkidə qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatlarından sonra qalıq çəkiləri 864,8 qram narkotik vasitə heroin və 364,9 qram qurudulmuş marixuananın iki ədəd kağız paketdə qablaşdırılmış halda saxlanılması üçün Nəsimi RPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir (cild 1, i.v. 114-116;191;).

28. “Azemis” elektron informasiya sistemindən əldə edilmiş məlumatlardan, “Nikah haqqında” AZ-T059012 nömrəli şəhadətnamədən, AA4011605, AA7098141 və AA6348751 seriya nömrəli şəxsiyyət vəsiqələrindən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi arvadı Esmira Məmişova və qızları xx.xx.2010-cu il təvəllüdlü Aysel Məmişova və xx.xx.2008-ci il təvəllüdlü Aysun Məmişovadan ibarətdir. Həmçinin AZ № 088846 nömrəli ölüm haqqında şəhadətnamədən və 003706 nömrəli vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs arvadı Esmira Məmişovanın qardaşı X17 14 mart 2001-ci il tarixdə hərbi xidmətdə olarkən həlak olmuşdur(Cild 1, i.v. 122-125;Cild 2;).

29. “Mobil telefona baxış keçirilməsi haqqında” 22 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus olan “Samsung A20” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı “Samsung A20” markalı mobil telefonda ***-***-**-** mobil telefon nömrəsi vasitəsilə qeydiyyatdan keçmiş “Whatsapp” sosial mesencer hesabı ilə +98 939 952 53 10 mobil telefon nömrənin sahibi “Nihat” adlı şəxslə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar danışıqların olması aşkar edilmişdir. Belə ki, danışıqlarda Nihat adlı şəxsin göndərdiyi audioyazıda Zaura bir kilo kakos, yarım kilo nəşə olmaqla götürüb evə çatdırdıqdan sonra ona məlumat verməsini bildirməsi, daha sonra narkotik vasitələri gizlətdiyi yerin ünvanını və fotoşəkillərini göndərməsi müəyyən olunur. Nihat adlı şəxslə Təqsirləndirilən şəxs arasında vatsap vasitəsilə baş tutmuş dialoq qeydə alınaraq 1(bir) ədəd disk iş materiallarına əlavə edilmişdir (Cild 1, i.v. 137;).

30. Nəsimi RPİ-nin 19-cu PŞ-nin rəisi polis polkovnik-leytenantı Samir Haşımov tərəfindən həmin X11 müstəntiqi polis kapitanı Nəsimi Məhərrəmova ünvanlanmış 27 may 2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, habelə Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etdiyi mənbənin və “Nihat” adlı İran İslam Respublikası vətəndaşının şəxsiyyətinin müəyyən edilməsi istiqamətində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması faktı öz təsdiqini tapsa da, narkotik vasitələri əldə etdiyi mənbəni, habelə “Nihat” adlı İran İslam Respublikası vətəndaşının şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır (Cild 1, i.v. 142;).

31. “Baxış keçirilməsi haqqında” 29 may 2025-ci il tarixli protokoldan görünür ki, müvafiq məhkəmə qərarı ilə əldə edilmiş ***-***-**-** mobil telefon nömrəsinə daxil olmuş və çıxmış zənglər, sms və sair məlumatların olduğu 1 (bir) ədəd diskdəki məlumatlara baxış keçirilmiş, baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar olunmamışdır (Cild 1, i.v. 144-145;).

32. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X34 tərəfindən verilmiş 19 iyun 2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə qeyd olunan xəstəxanada müalicədə olmamışdır (Cild 1, i.v. 148;).

33. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X5 tərəfindən verilmiş 20 iyun 2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün qeyd olunan xəstəxanaya müraciət etməmişdir (Cild 1, i.v. 149;).

34. “Sağlamlığa zərər vurmanın təyini (Canlı şəxsin ekspertizasının)” 22 aprel 2025-ci il tarixli 431 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs 4 aprel 2025-ci il tarixdə məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthində hər hansı xəsarət aşkar edilməmişdir. Həmin rəyin tədqiqi hissəsindən görünür ki, Təqsirləndirilən şəxs deməsinə görə 4 aprel 2025-ci il tarixdə saat 00 radələrində Nəsimi rayonu ərazisində 4-cü mikrorayon dairəsi yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılmış və bu zaman heç bir xəsarət almamış, tibbi yardım üçün müraciət etməmişdir (Cild 1, i.v. 155-156;).

35. “Sübutların qiymətləndirilməsi haqqında” 7 iyul 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi materiallarından Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olub xüsusilə külli miqdarda narkotik vasitələrin satışını həyata keçirilən “Nihat” adlı şəxsi müəyyən etmək məqsədi ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə cinayət işi ayrılmaqla ayrıca icraata qəbul edilərək istintaqının aparılması, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 365 qram narkotik vasitə qurudulmuş marixuana və 865 qram narkotik vasitə heroinin tədqiqatlardan sonra qalıq çəkiləri 364,9 qram narkotik vasitə qurudulmuş marixuana və 864,8 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmaqla Nəsimi RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs üzərində keçirilmiş üstünün yoxlanılması əməliyyat tədbiri və təqdim edilən baxış keçirilməsi istintaq hərəkəti zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 2 (iki) ədəd DVD diskin maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1(bir) ədəd “Samsung A20” markalı mobil telefonun sonuncunun yaxın qohumlarına qaytarılması qərara alınmışdır (Cild 1, i.v. 164-175;).

36. “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul eidlməsi haqqında” 7 iyul 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etdiyi mənbənin, habelə Nihat adlı İran İslam Respublikası vətəndaşının şəxsiyyətinin müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılaraq icraata qəbul edilməklə istintaqı aparılmışdır (Cild 1, i.v. 177-178;).

37. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq N.E.Məhərrəmov tərəfindən 12 iyul 2025-ci il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 14 iyul 2025-ci il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir (Cild 1, i.v.192-200;).

38. Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 iyul 2025-ci il tarixli, 1(101)-1588/2025 nömrəli məhkəmə hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə məhkəməyə verilməklə cinayət işi məhkəmə baxışına təyin edilmişdir (Cild 2;).

39. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş 2889/2025 nömrəli tibb kitabçasından görünür ki, Təqsirləndirilən şəxs 7 aprel 2025-ci il tarixdə həmin təcridxananın tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmışdır. Həmin kitabçanın 12-ci bəndində göstərilmişdir ki, Təqsirləndirilən şəxs zədə aldığını bildirmişdir. Həmin kitabçanın 13-cü bəndində göstərilmişdir ki, sağ saidin və qarnın ön səthində cərrahiyyə əməliyyatından sonrakı köhnə çapıqlar, hər iki qulaq seyvanında tünd-bənövşəyi qançır və sol qulağın təbil pərdəsinin perforasiyası vardır (Cild 2;).

40. Nəsimi RPİ-dən daxil olmuş 18 oktyabr 2025-ci il tarixli məktub və ona əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 4 aprel 2025-ci il tarixdə, saat 06:00-da Nəsimi RPİ-nin X19 daxil olmaqla tibbi müayinədən keçirilmiş, bu barədə “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı” kitabında həkimterapevt tərəfindən şikayəti və xəsarətinin olmaması qeydi aparılmışdır (Cild 2;).

41. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 29 may 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinin böyük prokuroru İ dərəcəli hüquqşünas X20 tərəfindən Təqsirləndirilən şəxs barədə Bakı İstintaq Təcridxanasından daxil olmuş məlumat əsasında toplanmış 672-C-25 saylı material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən rədd olunmuşdur. Həmin qərarda göstərilmişdir ki, “Məhkəmə-Tibbi Ekspertiza və X16” X34n Nəsimi rayon şöbəsinin 4 aprel 2025-ci il tarixli 431 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs 4 aprel 2025-ci il tarixli məhkəmə-tibbi ekspertizası zamanı onun bədən səthində xəsarət aşkar edilməmişdir. Bununla da, araşdırma nəticəsində Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalması müəyyən edilməmişdir (Cild 2;).

42. Müdafiəçi tərəfindən təqdim edilmiş 1 (bir) ədəd yaddaş qurğusuna məhkəmə iclasında proses iştirakçılarının iştirakı ilə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, mobil telefon vasitəsilə iki nəfər kişi cinsindən olan şəxs arasında narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair danışıqlar aparılmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs həmin danışıqları aparan şəxslərin onunla iranlı Nihat adlı şəxs olmasını təsdiq etmişdir (Cild 2;). Əməlin tövsifi və digər hüquqi məsələlər:

43. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.

44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.

45. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.

46. Həmçinin Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.

47. CM-in 234.4.3-cü maddəsi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir. CM-in 234.4-1-ci maddəsinə əsasən həmin Məcəllənin 234.1–234.4-cü maddələrində nəzərdə tutulmuş əməllərin xüsusilə külli miqdarda törədilməsinə görə cinayət məsuliyyəti müəyyən edilir və həmin maddənin sanksiyasında səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur.

48. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Siyahıların İ siyahısının 83-cü bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin xeyli miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram və xüsusilə külli miqdar daxil olmaqla aşağı həddinin isə 800 qram olması müəyyən edilmişdir. Həmin Siyahının 109.1ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə qurudulmuş marixuananın xeyli miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar daxil olmaqla aşağı həddi 500 qram və xüsusilə külli miqdar daxil olmaqla aşağı həddinin isə 50000 qram olması müəyyən edilmişdir.

49. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müxtəlif növlərdə əldə edərək saxladığı və daşıdığı ümumilikdə 865 qram olan narkotik vasitə heroinin çəkisinin həmin maddənin xeyli miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddindən təxminən 5766,6 dəfə, külli miqdar daxil olmaqla aşağı həddindən təxminən 432,5 dəfə, xüsusilə külli miqdar daxil olmaqla aşağı həddindən isə 1,08 dəfə artıq olması, ümumilikdə 365 qram olan narkotik vasitə qurudulmuş marixuananın çəkisinin xeyli miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddindən təxminən 73 dəfədən artıq olması, mobil telefonundan narkotik vasitələrin qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz dövriyyəsi, o cümlədən satışına dair çoxsaylı daxil olan və çıxan vatsap yazışmalarının, səs yazılarının, fotoşəkillərin aşkar edilməsi, videoçəkilişlə həyata keçirilmiş üstünün yerində yoxlanılması əməliyyat tədbiri və təqdim olunan əşyaya baxış və götürmə istintaq hərəkəti zamanı, habelə müdafiəçisinin iştirakı ilə aparılmış dindirmə istintaq hərəkətləri zamanı özünün narkotik vasitə qurudulmuş marixuana əldə etmək məqsədilə ona bildirilmiş yerlərə narkotik vasitə qoymaq məqsədinin olması ilə bağlı verdiyi etirafedici ifadələri və iş materiallarında olan digər sübutlar onun məqsədinin məhz satışla bağlı olduğunun bilavasitə təzahürüdür.

50. Məhkəmə, Təqsirləndirilən şəxs yalnız 50-100 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana götürməyə getməsi, ittihamda göstərilən yerdə və şəraitdə tutulmaması, polis əməkdaşları tərəfindən saxlanılarkən zorakılığa məruz qalmaqla döyülməsi, ibtidai araşdırmanın ilkin mərhələsində polis əməkdaşlarının tələbi ilə sonuncuların dediyi formada etirafedici ifadələr verməsi, habelə mobil telefonundan aşkar olunmuş Nihat adlı iranlı ilə danışıqlarını əks etdirən yazışmaların həqiqəti əks etdirməməsi, həmin yazışmaları polis əməkdaşlarının təkidi ilə onların dedikləri formada yanlarında göndərməsi, gah iranlı tərəfindən ona bildirilmiş ünvana getdikdə yerləşdirilmiş narkotik vasitənin çəkisinin çox olmasını görüb götürməkdən imtina etməsi, gah da narkotik vasitələrin polis əməkdaşları tərəfindən avtomobildən çıxarılmaqla onun üzərinə qoyulmasına dair biri digərini inkar edən ifadəsində göstərdiyi ziddiyyətli xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi xüsusilə ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən və cəzadan yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir.

51. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.

52. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir.

53. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd edilən plenum qərarında yuxarıda təsvir olunan halların, o cümlədən narkotik vasitənin miqdarının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması vurğulanmışdır.

54. Hökmün 53-cü bəndində qeyd edilən qərarın 12-ci bəndində göstərilmişdir ki, CMin 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2, 234.3 və 234.3-1ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiyatelekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Əgər qabaqcadan əldə olunmuş razılıq CM-in 234.2-ci və ya 234.3-cü və ya 234.31-ci maddəsində göstərilən əməllərin birgə yerinə yetirilməsini, məsələn, narkotik vasitənin əldə olunmasını, saxlanmasını, daşınmasını deyil, müstəsna olaraq bunların törədilməsində icraçıya (icraçılara) köməkliyin göstərilməsini (məsələn, narkotik vasitənin qoyulduğu yeri tapmaq üçün icraçıya bələdçiliyin edilməsini) nəzərdə tutursa və kömək edən şəxs tərəfindən CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərdən hər hansı biri faktiki olaraq yerinə yetirilmirsə, həmin şəxsin əməli (Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 6 may tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə) cinayətin icraçısının (icraçılarının) əməllərinin hüquqi tövsifindən asılı olaraq, həmin cinayətdə köməkçi qismində iştirak etmə kimi CM-in 32.5-ci maddəsinə istinad olunmaqla tövsif edilməlidir. Cinayətin gedişində cinayətə qoşulmaqla (cinayətin digər iştirakçıları ilə qabaqcadan cinayətin törədilməsi məqsədilə əlbir olmadan) cinayətdə iştirak etmiş və ya digər cinayət törətmiş şəxsin hərəkətləri cinayətin iştirakçıları (içraçıları) ilə qabaqcadan cinayət əlaqəsinə girməklə cinayəti əlbir olan qrup şəkildə törətməsi kimi qiymətləndirilməməli və həmin şəxs özünün törətdiyi konkret hərəkətlərə görə məsuliyyət daşımalıdır. Narkotik vasitəni və ya psixotrop maddəni satan şəxsin və həmin narkotik vasitəni (psixotrop maddəni) ondan əldə edən şəxsin hərəkətləri (hətta aralarında buna dair əvvəlcədən razılaşma olduğu hallarda belə), eyni bir cinayətin birgə törədilməsi kimi qabaqcadan əlbir olan bir qrup şəxs üçün səciyyəvi olan əlamət mövcud olmadığından, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən cinayət kimi qiymətləndirilə bilməz və onlardan birincisi narkotik vasitənin (psixotrop maddənin) satışına, digəri isə narkotik vasitəni (psixotrop maddəni) əldə etməyə (yəni, müxtəlif əməllərə) görə və CPM-in 49.1-ci maddəsinin tələbi nəzərə alınaraq ayrı-ayrı icraatlarda aparılmalı olan cinayət təqibinin gedişində məsuliyyətə cəlb olunmalıdırlar. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlibgəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda, digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma və ya narkotik vasitəni satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir.

55. Hökmün 53-cü bəndində göstərilən qərarın 16-cı bəndində göstərilmişdir ki, CM-in 234.1-1-ci maddəsində bu Məcəllənin 234.1-ci maddəsində göstərilən əməllərin, 234.4.3cü maddəsində CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllərin külli miqdarda törədilməsinə, CM-in 234.4-1-ci maddəsində isə həmin Məcəllənin 234.1-234.4-cü maddələrində nəzərdə tutulmuş əməllərin xüsusilə külli miqdarda törədilməsinə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Odur ki, CM-in 234.1-ci maddəsində və ya 234.2 və 234.3-1-ci maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda və ya xüsusilə külli miqdarda törədilib törədilməməsi məsələsi 961-İİQ nömrəli Qanun ilə təsdiq edilmiş müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi və ya satış məqsədi olmadan əldə edilməsi, saxlanılması, hazırlanması, emal edilməsi, daşınması müəyyən edildikdə, külli miqdar və ya xüsusilə külli miqdar əlamətinin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı müəyyən edilib ittihamda ayrıca göstərilməli, lakin əməl miqdarı daha böyük olan narkotik vasitəyə görə (daha ciddi məsuliyyətə səbəb olan miqdar üzrə) tövsif olunmalıdır. Yəni aşkar edilmiş müxtəlif növ narkotik vasitələrdən (psixotrop maddələrdən) hər hansı birinin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.1-1-ci və ya 234.4.3-cü maddəsi ilə, xüsusilə külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə satış məqsədinin olubolmamasından asılı olmayaraq CM-in 234.4-1-ci maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə satış məqsədilə törədilən əməl (miqdarın xeyli miqdar təşkil edib-etməməsindən asılı olmayaraq) CM-in 234.2-ci maddəsi ilə, belə məqsəd olmadan törədilən əməl isə (narkotik vasitənin və ya psixotrop maddənin miqdarı xeyli miqdar təşkil etdikdə) CM-in 234.1-ci maddəsi ilə tövsif edilməlidir.

56. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbərliyi şübhə doğurmayan çoxsaylı sübutlarla onun qeyd edilən cinayət əməlini, yəni ona istinad edilən cinayət əməlini törətməsi mübahisəsiz olaraq tam sübuta yetirilir.

57. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının 24-cü bəndində göstərilmişdir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özüözlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür.

58. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin Rusiyaya qarşı” iş üzrə 28 sentyabr 2006-cı il tarixli, həmçinin “Saidinin Fransaya qarşı” iş üzrə 20 sentyabr 1993-cü il tarixli qərarlarında izah edilir ki, sübutların mümkünlüyü daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma və məhkəmə istintaqı mərhələsində əldə edilən, milli məhkəmələr tərəfindən sübut kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər.

59. Avropa İnsan Hüquqları Məhkəməsinin İnsan Hüquqlarının və X6 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsi ilə əlaqədar “X1rşı” işi ilə bağlı qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər.

60. Halbuki, Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Əksinə Təqsirləndirilən şəxs hökmün 14-16, 18 və 24-cü bəndlərində qeyd edildiyi kimi üzərində videoçəkilişlə üstü yerində yoxlanılarkən, təqdim olunan əşyaya baxış və götürmə istintaq hərəkəti keçirilərkən, habelə barəsində məhkəmə nəzarəti qaydasında qətimkan tədbiri seçilməsi məsələsinə məhkəmə iclasında müdafiəçisinin iştirakı ilə baxılarkən saxlanıldığı zaman və ya ondan sonra hər hansı fiziki, psixi və sair təzyiqə, pis rəftara və zorakılığa məruz qalmasına dair hər hansı məlumat verməmiş, həmçinin hökmün 34 və 39-41-ci bəndlərində qeyd edilən mötəbərliyi şübhə altına alına bilinməyən məhkəmədə tədqiq edilmiş sübutlarla da, Təqsirləndirilən şəxs saxlanılarkən və üstünün yoxlanılması, üzərində şəxsi axtarış və götürmə, dindirmə və digər istintaq hərəkətləri keçirilərkən, hər hansı fiziki, psixi və sair təzyiq və təsirə məruz qalması öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qulaqətrafı nahiyəsində müəyyən edilmiş xəsarətin təqsirləndirilən şəxsin yerində saxlanılmaqla üstünün yoxlanılması, habelə videoçəkilişlə qanunvericiliyin tələblərinə uyğun olaraq keçirilmiş təqdim olunan əşyaya baxış və götürmə istintaq hərəkəti zamanı deyil, sonradan aydın olmayan şəraitdə yaranması nəzərə alınaraq həmin halın araşdırılması üçün ibtidai araşdırmaya həyata keçirən prokurora bu barədə məlumat verilməlidir.

61. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilir.

62. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

63. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

64. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, çoxsaylı şahidlər Şahid1, Şahid2, Fəqan Mönsümlü, Haqverdi Vəliyev və Murad Rzazadənin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə tam təkzib olunur.

65. Məhkəmə, məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X18 ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, Arzu Məmişov təqsirləndirilən şəxsin doğma atası olmaqla, ümumiyyətlə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmasının birbaşa şahidi olmamış, onun ifadələrində iş üçün sübut əhəmiyyəti kəsb edən hər hansı hal olmadığından işin faktiki halının müəyyən edilməsi baxımından sübut kimi qiymətləndirilməməlidir.

66. Qeyd edilənlərə əsasən, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 234.4-1ci maddəsi ilə tövsif edilmiş və o həmin maddə ilə təqsirli bilinərək cəzalanmalıdır.

67. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 234.4-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs CM-in 234.4-1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:

68. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.

69. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.

70. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.

71. Məhkəmə CM-in 59.2-ci maddəsinin tələbinə əsasən himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını, 42 yaşında olmaqla ailədə yeganə gəlir gətirən şəxs olmasını, narkomaniya xəstəliyindən tam sağalıb normal həyat tərzinə qayıtmaq istəməsini deməsini, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməklə məhkum olunmamasını və məhkəmə icraatı zamanı davranışını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.

72. Məhkəmə CM-in 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cəzasını ağırlaşdıran halın müəyyən edilmədiyini qeyd edir.

73. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.4-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın aşağı həddə yaxın həddə təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.

74. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir.

75. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl xüsusilə ağır cinayətlər kimi təsnif edilmişdir.

76. CM-in 56.1.3-cü maddəsinin tələbinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

77. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, CPM-in 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).

78. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 4 aprel 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 5 aprel 2025-ci il tarixli qərarı ilə onun barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu 4 aprel 2025-ci il tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.

79. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 4 aprel 2025-ci il tarixdən hesablanmalıdır.

80. Məhkəmə hökmün 25-ci bəndində qeyd edilən ekspertiza rəyini və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, CM-in 93-1-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır.

81. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir.

82. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olmaqla Nəsimi RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan, tədqiqatlardan sonra qalıq çəkiləri 364,9 qram olan narkotik vasitə qurudulmuş marixuana və 864,8 qram olan narkotik vasitə heroin məhv edilməli, 1 (bir) ədəd “Samsung A20” markalı mobil telefon Təqsirləndirilən şəxs, o, etiraz etmədikdə isə ailə üzvlərinə və ya onun digər qohumlarına qaytarılmalı, “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” əməliyyat tədbiri və “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə” istintaq hərəkəti zamanı aparılmış videoçəkiliş zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 1 (bir) ədəd disk və 1(bir) ədəd yaddaş qurğusu (flash card), mobil telefona baxış keçirilməsinə dair videogörüntüləri özündə əks etdirən 1(bir) ədəd disk, DİN Baş İnformasiya Kommunikasiya İdarəsindən götürülmüş 1 (bir) ədəd disk və müdafiə tərəfindən təqdim edilmiş 1(bir) ədəd yaddaş qurğusu (flash card), ümumilikdə 3(üç) ədəd disk və 2(iki) ədəd yaddaş qurğusu (flash card) hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır

83. CPM-yə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.

84. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 167 (bir yüz altmış yeddi) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.

85. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak yoxdur.

86. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.

87. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və X6 haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.

88. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 4 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olmaqla Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan tədqiqatlardan sonra qalıq çəkiləri 364,9 qram olan narkotik vasitə qurudulmuş marixuana və 864,8 qram olan narkotik vasitə heroin məhv edilsin, 1 (bir) ədəd “Samsung A20” markalı mobil telefon Təqsirləndirilən şəxs, o, etiraz etmədikdə isə ailə üzvlərinə və ya onun digər qohumlarına qaytarılsın, 3 (üç) ədəd disk və 2(iki) ədəd yaddaş qurğusunun (flash card) hazırkı cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 167 (bir yüz altmış yeddi) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar