Məhkəmə qərarları › İş №1(101)-1589/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1589/2022

22.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1589/2022 22.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Məhəmməd Hüseyn oğlu Əkbərov, X4 Qəniyev və İlham Ağa oğlu Mahmudovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi- X3, Dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 5 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, 25 avqust 1965-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yasamal Rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 17 aprel 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu götürülməmiş və ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 238.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 27 aprel 2022-ci il tarixdə Yasamal rayonu ərazisində yerləşən metronun “Nizami” stansiyasının yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşından qanunsuz olaraq satış məqsədi ilə bir ədəd bükümdə təmiz çəkisi 2,401 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə hesab edilən heroini əldə edib üzərində saxlamaqla daşımış, 27 aprel 2022-ci il tarixdə saat 23:25 dəqiqədə narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakı üçün tiryəkxanalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün binalar vermədə şübhəli bilindiyi üçün DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Yasamal RPİ-nin 27-ci PB-nin əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində yaşadığı Bakı şəhəri Yasamal rayonu M.Sübhi küçəsi dalan 6 ev 2nin həyətində saxlanılmış, həmin evə baxış zamanı narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakı üçün evində narkotik vasitə və psixotrop maddə qəbul etmələrinə icazə verərək toplanmış tanışları xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri Səbail rayonu T.Məmmədov küçəsi ev 18 mənzil 16-da qeydiyyatda olan Şahid4, xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri Səbail rayonu E.Əzizov küçəsi dalan 2 ev 3 mənzil 11-də qeydiyyatda olan Şahid5, xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri Xətai rayonu Cavanşir küçəsi ev 10 mənzil 4 A-da qeydiyyatda olan Şahid6 müəyyən edilmiş, eləcə də sonuncuların qarşısındakı taburetkanın üzərindən 1 ədəd bükümdə təmiz çəkisi 0.339 qram şəffaf rəngsiz kristallardan ibarət maddə kütləsi limon turşusu, heroinin izləri olan baş hissəsi sınmış 01 ədəd dərman ampulunda, 01 ədəd şüşə flakonda, 03 ədəd 2 ml-lik və 02 ədəd 1 ml-lik boş şprislər aşkar edilərək götürüldüyü üçün o, sonuncularla birlikdə Yasamal RPİ-nin 27-ci PB-nin inzibati binasına gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan cins şalvarın sol yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı bir ədəd bükümdə təmiz çəkisi 2,401 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməl üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, hazırki iş üzrə polis əməkdaşları tutulmamışdan əvvəl ünvan 1 ünvanında yaşamışdır. Artlq uzun müddətdir ki, narkotik vasitələrin istifadəçisidir. Əvvəllər dəfələrlə məhkum olunmaqla, sonuncu dəfə Yasamal Rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinib 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 17 aprel 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. X1 bir il əvvəl qan xəstəliyindən dünyasını dəyişmişdir. Şahid5 cəzaçəkmə müəssisəsində tanımış, həmin vaxtlardan aralarında dostluq münasibətləri yaranmışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini hazırda təsdiq etmir. Belə ki, onlar polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra, sonuncular tərəfindən fiziki təziqə məruz qalmışlar. Ona elan olunmuş ittihamla razı deyil. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış və yaşadığı evdə narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakı üçün tiryəkxana təşkil etməmişdir. O, 27 aprel 2022-ci il tarixdə axşam saatlarında yaşadığı evin qarşısında olarkən polis əməkdaşları ona yaxınlaşıb narkotik vasitələrin qəbulunda şübhəli olduğunu və yaşadığı evdə tiryəkxana saxlamaqda şübhəli olduğunu bildirərək onun razılığı ilə yaşadığı evə baxış keçirmişlər. Həmin vaxt Şahid5 Şahid4 və Şahid6 yaşadığı evdə olmuşlar. Şahid5 və Şahid4 həmin gün onun tərəfindən yaşadığı evə qonaq kimi dəvət edilmişdir. Namiq və Murad yaşadığı evin bir otağını kirayə götürmək istədikləri üçün o, Namiqə otağın təmirə ehtiyacı olduğunu demiş, Namiq də ona Şahin adlı şəxsin təmir işlərində onlara kömək edə biləcəyini bildirmişdir. Polis əməkdaşları tərəfindən yaşadığı evdə aşkar edilmiş narkotik vasitələr və guya onların istifadəsi üçün nəzərdə tutulmuş şprislər ona məxsus deyil, həmin narkotik vasitə və şpritslər ora polis əməkdaşları tərəfindən qoyulmuşdur. Polis əməkdaşları narkotik vasitələri qablaşdıraraq onları polis bölməsinə aparmışlar. Polis bölməsində onlar polis əməkdaşları tərəfindən döyülmüşlər və daha sonra videoçəkiliş aparılmaqla keçirilmiş şəxsi axtarış zamanı həqiqətə uyğun olmayan ifadələr verməyə məcbur edilmişlər. Belə ki, üzərinə keçirilmiş şəxsi axtarış zamanı o, hüquqlarının müdafiəsi üçün dəvət edilmiş vəkilin iştirakı ilə əynində olan göy rəngli cins şalvarın sol yan cibində saxladığı bir ədəd şəffaf rəngli sellofan bükülmüş bükümü könüllü çıxardıb təqdim edərək bildirmişdir ki, bükümün içərisindəki maddə “kokos” deyilən heroindir, həmin narkotik vasitəni bir gün əvvəl axşam saatlarında “Nizami” metrostansiyasının yaxınlığında adını bilmədiyi İran vətəndaşından 20 manat pula almış, bir qismindən istifadə etmiş, qalanını isə sonradan istifadə etmək üçün şalvarının cibində saxlamışdır. Bundan sonra onunla birlikdə saxlanılmış digər şəxslərin üzərində şəxsi axtarış keçirilmiş və müvafiq sənədləşmə işləri aparılmışdır. İbtidai istintaq mərhələsinin sonraki mərhələlərində o, polis əməkdaşlarının ona qarşı etdikləri qanunazidd hərəkətlərdən heç bir yerə şikayət etməmişdir. Son olaraq özünü yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bildiyini qeyd edib, əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsi ilə tövsif edilərək, barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün məhkəmə iclasında verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq olunmuş təqsirləndirilən şəxsin iş üzrə ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə verdiyi, hadisələrin baş vermə yeri, mexanizmi və ardıcıllığı ilə bağlı halları xırda detalları ilə təsvir etməklə iş materialları ilə uzlaşan ifadələri, şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokollar və həmçinin məhkəmədə tədqiq olunmuş digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi hallarla iş üzrə ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin iş üzrə ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilərək tədqiq edilmiş və bu zaman müəyyən edilmişdir ki, Samir İsmayılov xx.xx.2022 və xx.xx.2022-ci il tarixdə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 238.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında qeydiyyatdadır və həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Əvəllər narotik vasitəsi qəbul etdiyinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 27 aprel 202-ci il tarixdə saat 23:25 radələrində yaşadığı evin qarşısında olarkən polis əməkdaşları ona yaxınlaşıb narkotik vasitələrin qəbulunda şübhəli olduğu və yaşadığı evdə tiryəkxana saxlamaqda şübhəli olduğunu bildirərək razılığı ilə yaşadığı evə baxış keçirmişlər və yaşadığı evdə olan 3 nəfər tanışları ilə birlikdə onları Yasamal RPİ-nin 27-ci PB-nə dəvət etmişlər. Polis bölməsinə gətirilərkən o, bildirmişdir ki, uzun müddətdir ki, narkotik vasitələrdən istifadə edir və hazırda da üzərində narkotik vasitə vardır, eyni zamanda evində olan tanışları ilə da hərdən bir yaşadığı evdə narkotik vasitə qəbul edir. Yasamal RPİ-nin 27-ci PB-nə gətirildikdən sonra müdafiəçi dəvət etmişlər və müdafiəçimin iştirakı ilə üzərində hər hansı qanunsuz əşya olub-olmaması ilə bağlı sual vermişlər. O, əynində olan cins şalvarın sol yan cibindən saxladığı içərisində “kokos” deyilən bir ədəd bükülüdə olan narkotik vasitəni çıxarıb təqdim etmişdir (cild 01, iş vər. 217-219). Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün qismən etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq olunmuş şahid ifadələri, istintaq hərəkətlərinin həyata keçirilməsini əks etdirən videogörüntülər, ekspertiza rəyləri və həmçinin məhkəmədə tədqiq olunmuş digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Yasamal rayon Polis İdarəsinin 27-cı Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbiri ilə əlaqədar tanımışdır. Belə ki, 27 aprel 2022-ci il tarixdə xidmət etdiyi Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə və Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə Bakı şəhəri, Yasamal rayonunun “Sovetski” adlanan ərazisində Təqsirləndirilən şəxs, Şahid4, Şahid5 və Şahid6 narkotik vasitələrin və psixatrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmalarında və Təqsirləndirilən şəxs yaşadığı evdə tiryəkxana saxlanmasında şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat barədə tərəfindən raportla polis bölməsinin rəhbərliyinə məruzə edilərək məlumatın yoxlanılması və həmin şəxslərin cinayət əməlinin ifşa edilməsi üçün əməliyyat qrupu yaradılmaqla əməliyyat tədbirinin keçirilməsinə icazə verilməsini xahiş edilmişdir. Həmin məlumatla əlaqədar əməliyyat tədbirlərinin keçirilməsi ilə bağlı müvafiq qərar qəbul edildikdən sonra həmin məlumatın yoxlanılması və cinayətkarın ifşa olunması ilə bağlı zəruri əməliyyat tədbirlərinin keçirilməsi rəhbərlik tərəfindən müvafiq əmrə əsasən ona həvalə edilərək rəhbərliyi altında, ondan, bölmənin əməliyyat müvəkkili Şahid2 və Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Bununla bağlı onlar 27 aprel 2022-ci il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs ünvan 5 ünvanın qarşısında dayandığını müəyyən edərək dərhal yaxınlaşıb özlərini təqdim edərək sonuncunun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşqul olması və yaşadığı ünvanda tiryəkxana təşkil etməsi barədə məlumatlarının olduğunu bildirərək sonuncunun razılığı ilə yaşadığı ünvana baxış keçirəcəyini bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə yaşadığı ünvan 6 ünvanda üç nəfər şəxsin olması və sonuncuların şəxsiyyətləri ilə maraqlandıqda onların Şahid5, Şahid4 və Şahid6 olması müəyyən olunmuşdur. Daha sonra evə baxış keçirildiyi zaman həmin vaxt orada olan şəxslərin qarşısında olan masanın üzərində kapron materialdan olan tünd qəhvəyi rəngli taburetkanın üzərində 5 ədəd iynə (şpris), üç ədəd üzərində toz dənəcikləri görsənən kağız parçaları, bir ədəd kağız parçasında öz dediklərinə görə narkotik maddə və iki ədəd içi boş balaca şüşə qabı aşlar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs tərəflərindən şifahi sorğu-sual edilərək yaşadığı evdə olan üç nəfər şəxsin kimliyi haqqında soruşulduqda, Təqsirləndirilən şəxs həmin şəxslərin tanışları olduğunu bildirmişdir. Bundan sonra Şahid4, Şahid5 və Şahid6 tərəflərindən Təqsirləndirilən şəxs ünvanında olmaları barədə sual verildikdə həmin şəxslər Təqsirləndirilən şəxs tanışı olduğunu bildirmişlər və sorğu-sual zamanı narkotik vasitə istifadəçiləri olduqlarını və həmin evdə birlikdə narkotik vasitə qəbul etdiklərini bildirmişlər. Bundan sonra aşkar olunmuş narkotik vasitələr və onların istifadəsi üçün nəzərdə tutulmuş şprislər qablaşdırılaraq götürülmüşdür. Daha sonra onlar tərəfindən Şahid4, Şahid5, Şahid6 və Təqsirləndirilən şəxs Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə getməsini təklif edilmiş, sonuncular da etiraz etməyərək onlarla birlikdə polis bölməsinə getmişlər. Polis bölməsində təhqiqatçı tərəfindən saxlanılan şəxslərə hüquq və vəzifələri izah olunduqdan sonra şəxsi axtarış keçiriləcəyi bildirilmiş və hüquqlarının müdafiəsi üçün dəvət olunmuş vəkillərin iştirakları ilə Şahid4, Şahid5, Şahid6 və Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Həmin vaxt ilk növbədə Təqsirləndirilən şəxs saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı əşya və ya maddə varsa təqdim etməyi təklif olunduqdan sonra sonuncu həmin vaxt əynində olan göy rəngli cins şalvarın sol yan cibində saxladığı bir ədəd şəffaf rəngli sellofan bükülmüş bükümü könüllü çıxardıb təqdim edərək bildirmişdir ki, bükülünün içərisindəki maddə “kokos” deyilən heroindir, həmin narkotik vasitəni bir gün əvvəl axşam saatlarında “Nizami” metrostansiyasının yaxınlığında adını bilmədiyi İran vətəndaşından 20 manat pula almış, bir qismindən istifadə etmiş, qalanını isə sonradan istifadə etmək üçün şalvarının cibində saxlamışdır. Təqsirləndirilən şəxs, Şahid5, Şahid4 və Şahid6 saxlanılarkən və polis şöbəsində olduğu zaman onlaraa qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməkdaşı Şahid2 digər Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermiş və öz ifadəsi ilə iş üzrə tərtib olunmuş raportlarda və istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokolların məzmununda qeyd olunan xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, polis əməkdaşları tərəfindən tutulmamışdan əvvəl ünvan 7 ünvanında ailəsilə birlikdə yaşamışdır. Narkotik vasitələrin aludəçisi olmaqla, əvvəllər narkotik vasitələri istifadəsinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Təqsirləndirilən şəxs ilə cəzaçəkmə müəssisəsində tanış olmuş və həmin vaxtlardan aralarında dostluq münasibəti yaranmışdır. Azadlığa çıxdıqdan sonra o, tez-tez qonaq kimi Təqsirləndirilən şəxs yaşadığı evə getmişdir. Polis əməkdaşları tərəfindən saxlanıldığı gün o, Təqsirləndirilən şəxs evinə sonuncunun oğlu Əşrəf İsmayılovun rəhmətə getməsinin ildönümü ilə bağlı başsaqlığı vermək məqsədilə getmişdir. Həmin vaxt tanışı Şahid4 kirayə ev axtardığına görə o, Murada təklif etmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı evin kirayə verdiyi otağa baxmaq məqsədilə onunla birlikdə getsin. Onlar Təqsirləndirilən şəxs evinə gəldikdə İsmayıl onlara kirayə verdiyi otağı göstərərək bildirmişdir ki, otağın təmirə ehtiyacı var. Bu zaman o, tanışı olan və usta kimi fəaliyyət göstərən Şahid6 onlara bu işdə kömək edə biləcəyini demiş və Şahinə zəng edərək onu İsmayılın evinə çağırmışdır. Şahid6 evə gəldikdən sonra İsmayıl dükana getmək məqsədilə çölə çıxmış, bir müddət sonra isə polis əməkdaşları ilə birlikdə evə qayıtmışdır. Həmin vaxt polis əməkdaşları onların nə üçün İsmayılın evində olduğlarını soruşmuş daha sonra isə onları Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə aparmışlar. Həmin vaxt üzərində narkotik vasitə olmasa da, polis bölməsində olduğu zaman polis əməkdaşları tərəfindən ona qarşı fiziki zor göstərilmiş və o, videoçəkiliş aparılmaqla üzərinə keçirilmiş şəxsi axtarış zamanı təziq altında əynində olan gödəkçənin sol iç cibindən polis əməkdaşları tərəfində qoyulmuş içərisində “kokos” deyilən bir ədəd bükülüdə olan narkotik vasitəni çıxarıb təqdim etmişdir. İbitdai istintaq zamanı verdiyi ifadəsini hal-hazırda təsdiq etmir. O, polis əməkdaşlarının qanunazidd hərəkətlərindən ibtidai istintaq zamanı hüquq-mühaifizə orqanlarına şikayət etmişdir. Hal-hazırda Yasamal rayon Polis İdarəsində barəsində olan cinayət işinin ibtidai istintaqı davam etdirilməkdədir. O, heç vaxt Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə qəbul etməmişdir. İsmayılın evində aşkar olunmuş narkotik vasitə və şritslər həmin evə polis əməkdaşları tərəfindən qoyulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, hazırki iş üzrə tutulmamışdan əvvəl ailəsi ilə birlikdə ünvan 8 ünvanında yaşamışdır. Təqsirləndirilən şəxs tanışı olan Şahid5 vasitəsilə tanımıdır. Belə ki, o, yaşamaq üçün kirayə ev axtardığını tanışı Şahid5 bildirdikdə, sonuncu ona tanışı Təqsirləndirilən şəxs yaşadığı evin bir otağını kirayə verdiyini demiş və evə baxmaq üçün ona İsmayılın evinə onunla birlikdə getməsini təklif etmişdir. Həmin vaxt Şahid5 sözündən ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs oğlu bir ilə yaxındır ki, qan xəstəliyindən dünyasını dəyişmiş və Namiq həmin gün İsmayılın evinə başsaqlığı vermək məqsədilə getmişdir. Evə çatdıqda İsmayıl onlara kirayə verdiyi otağı göstərmiş və bildirmişdir ki, otağın təmirə ehtiyacı var. Həmin vaxt Namiq onlara tanışı Şahid6 onlara münasib qiymətə təmir işləri aparmaqla, bu işdə köməklik göstərə biləcəyini bildirmiş və Şahini evə çağırmışdır. Bir müddət sonra Şahin İsmayılın evinə gəlmişdir. Bir müddət sonra İsmayıl dükana getmək məqsədilə evdən çıxmış və bir neçə dəqiqə sonra isə polis əməkdaşları ilə birlikdə evə qayıtmışdır. Həmin vaxt polis əməkdaşları onların nə üçün İsmayılın evində olduğlarını soruşmuş daha sonra isə onları Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə aparmışlar. Həmin vaxt üzərində narkotik vasitə olmasa da, polis bölməsində olduğu zaman polis əməkdaşları tərəfindən ona qarşı fiziki zor göstərilmiş və o, videoçəkiliş aparılmaqla üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan gödəkçənin sol iç cibindən polis əməkdaşları tərəfindən qoyulmuş “kokos” deyilən bir ədəd bükümdə olan narkotik vasitəni çıxarıb təqdim etmişdir. Həqiqətdə isə saxlanıldığı zaman üzərində narkotik vasitə olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini hal-hazırda təsdiq etmir. Hal-hazırda Yasamal rayon Polis İdarəsində barəsində olan cinayət işinin ibtidai istintaqı davam etdirilməkdədir. O, heç vaxt Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə qəbul etməmişdir. İsmayılın evində aşkar olunmuş narkotik vasitə və şritslər həmin evə polis əməkdaşları tərəfindən qoyulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə ünvan 9 ünvanında yaşayış və fərdi qaydada usta işləməklə ailəsini dolandırır. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. İbitdai istintaq zamanı verditi ifadəsini hal-hazırda təsdiq etmir. Polis əməkdaşları tərəfindən saxlanıldığı zaman o, həmçinin onunla birlikdə saxlanılan digər şəxslər döyülərək fiziki təziqə məruz qalmışlar. Belə ki, 27 aprel 2022-ci il tarixdə tanışı Şahid5 onunla əlaqə saxlayaraq təmir işlərinin aparılması məqsədilə onu sonradan tanıdığı Təqsirləndirilən şəxs “Sovetski” adlanan ərazidə olan evinə çağırmışdır. Təqsirləndirilən şəxs yaşadığı evdə olduğu zaman o, təmir olunmalı olan otağa baxmış, bir müddət sonra isə ev yiyəsi Təqsirləndirilən şəxs polis əməkdaşları ilə birlikdə evə qayıtdığını görmüşdür. Həmin vaxt polis əməkdaşları onların nə üçün İsmayılın evində olduğlarını soruşmuş, daha sonra isə onları Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə aparmışlar. Həmin vaxt üzərində narkotik vasitə olmasa da, polis bölməsində olduğu zaman polis əməkdaşları tərəfindən ona qarşı fiziki zor göstərilmiş və o, videoçəkiliş aparılmaqla üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan gödəkçənin sol üst cibindən içərisində “kokos” deyilən bir ədəd bükülüdə olan narkotik vasitəni cibindən çıxarıb təqdim edərək, həmin narkotik vasitəni həmin gün «Nizami» metrostansiyasının yaxınlığında üzdən tanıdığı şəxsdən 30 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həqiqətdə isə saxlanıldığı zaman üzərində narkotik vasitə olmamışdır. O, ümumiyyətlə narkotik vasitələrin istifadəçisi deyil və Təqsirləndirilən şəxs evinə təmir işlərinin aparılması məqsədilə gəlmişdir. Hal-hazırda Yasamal rayon Polis İdarəsində barəsində olan cinayət işinin ibtidai istintaqı davam etdirilməkdədir. İbtidai istintaq zamanı ifadə vermiş və məhkəmədə ifadəsi elan edilmiş tədqiq edilmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid3 cinayət işinin 2-ci cildinin 98-101-ci vərəqlərində olan ifadəsindən görünür ki, şahid əməliyyat tədbirində iştirak etmiş Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməlini törətməkdə təqsirli olması cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. Belə ki, «mənzilə baxış keçirilməsi və götürmə haqqında» 27 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ev ünvan 10 ünvanda yerləşən evə baxış keçirilərkən evin giriş hissədən və bir otaqdan ibarət olması, giriş hissəsində təxminən 10 kvadrat metr dəhliz və dəhlizdən keçməklə bir otaq yerləşdiyi, dəhlizdə stol və iki ədəd dolab olduğu, səliqəsiz vəziyyətdə olduğu, dəhlizdən sağ tərəfdə təxminən 18- 20 kvadrat metr sahəsi olan otaqda əşyalar dağınıq vəziyyətdə olması, bir neçə köhnə stol və kreslolar, həmçinin sınıq çarpayı və dolab olduğu, evə daxil olarkən evdə üç nəfərin olduğu aşkar edildiyi, sonuncuların qarşısında kapron materialdan olan tünd qəhvəyi rəngli taburetkanın üzərində 5 ədəd iynə (şpris), üç ədəd üzərində toz dənəcikləri görsənən kağız parçaları, bir ədəd kağız parçasında öz dediklərinə görə narkotik maddəni qarışdırıb istifadə etmək üçün limon duzu və iki ədəd içi boş balaca şüşə qabın olduğu, ev sahibinə həmin şəxslərin kimliyi barədə sual verildikdə ev sahibi həmin şəxslərin özünün tanışları olduğunu bildirdiyi, 5 ədəd iynə (şpris), üç ədəd üzərində toz dənəcikləri görsənən kağız parçaları, bir ədəd kağız parçasında öz dediklərinə görə narkotik maddəni qarışdırıb istifadə etmək üçün limon duzu və iki ədəd içi boş balaca şüşə qab şəffaf rəngli salafan kuloka qoyuldu və həmin şpris-iynələr nə üçün istifadə edildiyini müəyyənləşdirmək üçün qablaşdırılaraq ekspertizaya göndərilməsi üçün götürüldüyü müəyyən edilir 23 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsinə bilavasitə şübhə yarandığından, sonuncu həmin tarixdə saat 18:45-də şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vərəqə 15-16). “Şübhəli şəxsin tutulması haqqında” 28 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsinə bilavasitə şübhə yarandığından, sonuncu həmin tarixdə saat 23:30-da şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vərəqə 32). «Şəxsi axtarış və götürmə aparılması haqqında» 28 aprel 2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxslərin hər birini bu qərarla tanış edərək hansı səbəbə PByə gətirildikləri, üzərlərində, paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən nakrotik vasitələri və ya psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədləri təqdim etməsi təklif edildi. Əvvəlcə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə hərəkəti keçirildi və Təqsirləndirilən şəxs bildirdi ki, uzun müddətdir ki, narkotik vasitələrdən istifadə edir və dəfələrlə narkotik vasitələrdən istifadə etdiyinə görə həbs edilmişdir, hal hazırda da üzərində narkotik vasitə var və Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sol yan cibində saxladığı bir ədəd şəffaf rəngli salafana bükülmüş öz dediyinə görə narkotik vasitəni çıxarıb təqdim etdi. Təqsirləndirilən şəxs təqdim etdiyi bükülüyə baxış keçirilərkən müəyyən olundu ki, təqdim edilmiş bükülünün içərisində qəhvəyi rəngli toz şəkilli maddə vardır. İştirak edənlər və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükülünün içərisindəki maddənin nədən ibarət olduğu barədə sual verildi. Təqsirləndirilən şəxs bildirdi ki, təqdim etdiyi bükülünün içərisindəki maddə “kokos” deyilən heroindir, həmin narkotik vasitəni bir gün əvvəl axşam saatlarında “Nizami” metrostansiyasının yaxınlığında adını bilmədiyi İran vətəndaşından almış, bir qismindən istifadə etmiş, qalanını isə sonradan istifadə etmək üçün şalvarının cibində saxlamışdır. 27 aprel 2022-ci il tarixdə saat 23:25 radələrində yaşadığı ünvan 11 ünvanının qarşısında olarkən polis əməkdaşları tərəfindən saxlanılmış və əvvəlcə razılığı əsasında yaşadığı evə baxış keçirilmiş, sonra isə yaşadığı evdə olan tanışları ilə birlikdə 27-ci PB-nə gətirmişdirlər. Polis Bölməsinə gətirilərkən Təqsirləndirilən şəxs ilə söhbət zamanı İsmayıl polis əməkdaşlarına uzun müddətdir ki, narkotik vasitələrdən istifadə etdiyini, əvvəllər də narkotik vasitələrdən istifadə etdiyinə görə bir neçə dəfə məhkum olunduğunu və hal hazırda da üzərində narkotik vasitə olduğunu bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində iş üçün əhəmiyyət kəsb edən digər hər hansı bir əşya və predmet aşkar edilmədi. Sonra şübhəli şəxs Şahid6 üzərinə şəxsi axtarış və götürmə hərəkəti keçirildi və Şahid6 bildirdi ki, o da narkotik vasitələrdən istifadə edir və hal hazırda da üzərində narkotik vasitə var və Şahid6 əynindəki qara rəngli gödəkçəsinin sol üst cibində saxladığı bir ədəd şəffaf rəngli salafana bükülmüş öz dediyinə görə narkotik vasitəni çıxarıb təqdim etdi. Şahid6 təqdim etdiyi bükülüyə baxış keçirilərkən müəyyən olundu ki, təqdim edilmiş bükülünün içərisində qəhvəyi rəngli toz şəkilli maddə vardır. İştirak edənlər və müdafiəçinin iştirakı ilə Şahid6 üzərindən aşkar edilmiş bükülünün içərisindəki maddənin nədən ibarət olduğu barədə sual verildi. Şahid6 bildirdi ki, təqdim etdiyi bükülünün içərisindəki maddə “kokos” deyilən heroindir. Sonra şübhəli şəxs Şahid5 üzərinə şəxsi axtarış və götürmə hərəkəti keçirildi və Şahid5 bildirdi ki, o da narkotik vasitələrdən istifadə edir və hal hazırda da üzərində narkotik vasitə var və Şahid5 əynindəki qara rəngli gödəkçəsinin sol iç cibində saxladığı bir ədəd şəffaf rəngli salafana bükülmüş öz dediyinə görə narkotik vasitəni çıxarıb təqdim etdi. Şahid5 təqdim etdiyi bükülüyə baxış keçirilərkən müəyyən olundu ki, təqdim edilmiş bükülünün içərisində qəhvəyi rəngli toz şəkilli maddə vardır. İştirak edənlər və müdafiəçinin iştirakı ilə Şahid5 üzərindən aşkar edilmiş bükülünün içərisindəki maddənin nədən ibarət olduğu barədə sual verildi. Şahid5 bildirdi ki, təqdim etdiyi bükülünün içərisindəki maddə “kokos” deyilən heroindir. Sonra şübhəli şəxs Şahid4 üzərinə şəxsi axtarış və götürmə hərəkəti keçirildi və Şahid4 bildirdi ki, o da narkotik vasitələrdən istifadə edir və hal hazırda da üzərində narkotik vasitə var və Şahid4 əynindəki qara rəngli gödəkçəsinin sol iç cibində saxladığı bir ədəd şəffaf rəngli salafana bükülmüş öz dediyinə görə narkotik vasitəni çıxarıb təqdim etdi. Şahid4 təqdim etdiyi bükülüyə baxış keçirilərkən müəyyən olundu ki, təqdim edilmiş bükülünün içərisində qəhvəyi rəngli toz şəkilli maddə vardır. İştirak edənlər və müdafiəçinin iştirakı ilə Şahid4 üzərindən aşkar edilmiş bükülünün içərisindəki maddənin nədən ibarət olduğu barədə sual verildi Şahid4 bildirdi ki, təqdim etdiyi bükülünün içərisindəki maddə “kokos” deyilən heroindir. Şəxsi axtarış və götürmə zamanı saxlanılan şəxslərin hər birinə yaşadıqları ünvan və nə üçün Təqsirləndirilən şəxs məxsus evdə olduqları soruşulduqda onlar hər biri ayrı-ayrı ünvanlarda yaşadıqlarını və Təqsirləndirilən şəxs məxsus evə tanışları İsmayılın yanına gəldiklərini və İsmayılın evində birlikdə narkotik maddə istifadə etdiklərini bildirdilər (cild 01, iş vər. 84-87). Məhkəmə-kimyəvi ekspertizasının 28 aprel 2022-ci il tarixli, 6/2442 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən …» və s. Sözlər olan zərfdə 01 ədəd bükümdə təmiz çəkisi 2,401 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. - üzərində “Təqsirləndirilən şəxs üzərindən …» və s. sözlər olan digər zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,339 qram şəffaf, rəngsiz kristallardan ibarət maddə kütləsi limon turşusudur, baş hissəsi sınmış 01 ədəd dərman ampulunda, 01 ədəd şüşə flakonda, 03 ədəd 2 ml-lik və 02 ədəd 1 ml-lik boş şprislərdə heroinin izləri müəyyən edildi. Həmin predmetldərdə heroin iz şəklində olduğundan təmiz çəkisinin və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmadı. 01 ədəd gümüşü və 01 ədəd göy rəngli siqaret kağızlarının kəsiklərində iz müəyyən edilmədi. Heroin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir. Qeyd : Heroin – 2,401 qr. tədqiqata sərf edildi- 0,1 qr., qalıq 2,301 qram. Limon turşusunun çəkisi – 0,339 qram, tədqiqata sərf edildi – 0,2 qr., qalıq 0,139 qr. (cild 01, iş vər. 128-132). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 29 aprel 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3 və 238.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və müdafiəçinin iştirakı ilə ona həmin maddə ilə ittiham elan olunmuşdur (cild 01, iş vər. 208- 209). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-353/2022 saylı, 29 aprel 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 238.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 28 aprel 2022-ci il tarixdən hesablanaraq «həbs» qətimkan tədbiri seçilmişdir. (cild 2, iş vər. 76-80). Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnamə və məhkəmə hökmünün surətindən surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmaqla, sonuncu dəfə Yasamal Rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 17 aprel 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (cild 02, iş vər. 211-215, cild 03, iş vər. 32-36). Məhkəmə-kimyəvi ekspertizasının 6/2593 saylı xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş : - «Təqsirləndirilən şəxs üzərindən…» qeydli zərfdəki 01 ədəd bükümdə olan heroin kütləsi, «Şahid4 üzərindən…» qeydli zərfdəki 01 ədəd bükümdə olan heroin kütləsi, «Şahid6 üzərindən…» qeydli zərfdəki 01 ədəd bükümdə olan heroin kütləsi və «Şahid5 üzərindən…» qeydli zərfdəki 01 ədəd bükümdə olan heroin kütləsi kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. xx.xx.2022-ci il tarixli 6/2442 saylı ekspert rəyinin nəticələrinə əsasən «Təqsirləndirilən şəxs evindən…» qeydli zərfdəki 01 ədəd şüşə flakonda, 03 ədəd 2 ml-lik və 02 ədəd 1 ml-lik boş şprislərdə narkotik vasitə heroinin izləri müəyyən edilmişdir. Həmin predmetlərdə heroin iz şəklində olduğundan təmiz çəkilərinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatların aparılması mümkün deyildir (cild 03, iş vər. 5-9). Məhkəmə-narkoloji ekspertizası təyin edilmiş, ekspertizanın 17 iyun 2022-ci il tarixli, 3301 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 48-49). Məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş, ekspertizanın 17 iyun 2022-ci il tarixli, 1576 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür (cild 03, iş vər. 75-76). “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” 05 iyul 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işindən Şahid4, Şahid5 və Şahid6 barələrində zərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ayrıca icraata ********* saylı cinayət işinin ayrılması qərara alınmışdır (cild 03, iş vər. 127- 129). Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılarında narkotik vasitə heroinin xalis çəkisi 2 qramdan yuxarı aşkar olunması külli miqdar hesab edilir. Məhkəmə iclasında nümayiş etdirilməklə cinayət işinin materiallarına əlavə edilmiş iki ədəd «DVD» diskdə olan videgörüntülərə baxış keçirilmiş və baxış zamanı həmin videogörüntülərdə «mənzilə baxış keçirilməsi və götürmə haqqında» və «Şəxsi axtarış və götürmə aparılması haqqında» 28 aprel 2022-ci il tarixli protokolların məzmununda qeyd olunan halların əyani olaraq öz əksini tapması müəyyən edilmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olunmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması onun özünün mahiyyət etibarı ilə qismən etirafedici ifadəsi, məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspertiza rəyləri, maddi sübutlar, istintaq hərəkətlərinin həyat keçirilməsinə dair protokolların məzmunu, şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı qeydə alınan videogörüntülər və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla bağlı, narkotik vasitəni satış məqsədi olmadan əldə edib, saxladığı və yaşadığı evdə narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakı üçün tiryəkxana təşkil etmədiyi barədə məhkəmə baxışı zamanı verdiyi ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, onun bu kimi ifadələri cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi ilə verilmiş və onun yuxarıda qeyd edilən cinayət əməllərini, yəni satış məqsədi ilə qanunsuz olaraq, külli miqdarda narkotik vasitə olan heroini əldə edib, özündə və yaşadığı evdə saxlayıb daşımaqda, həmçinin yaşadığı evdə narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakı üçün tiryəkxana təşkil etməkdə təqsirli olması iş üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda qeyd edilən obyektiv subutların məcmusu ilə tam təsdiq olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarının 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11 maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrinin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətdir. Qanunun mənasına görə, narkotik vasitələrin satışı dedikdə yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədi ilə yayılması başa düşülür. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış üçün əldə edib gəzdirməsi haqqında nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədlərin hər hansı birini izləyərək narkotik vasitələri əldə edib gəzdirməsi sübut edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan həmin tövsiyyələri, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun müddəalarını və işin faktiki hallarını, yəni əməliyyat axtarış və ibtidai istintaq hərəkətlərinin aparılmasına dair protokolların məzmununu, Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi hadisələrin baş vermə yeri, vaxtı və ardıcıllığına və işin hallarına uyğun etirafedici ifadələri, Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkarlanıb götürülmüş narkotik vasitələrin miqdarını, Şahid5, Şahid4 və Şahid6 ibtidai istintaq zamanı verdikləri ifadələri və digər sübutları qarşılıqlı şəkildə tədqiq və təhlil edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan cinayət əməllərinin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadələri ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Təqsirləndirilən şəxs məhkəmə istintaqında narkotik vasitə satışı ilə məşğul olmaması, yaşadığı evdə aşkar edilmiş narkotik vasitə və narkotik vasitələrin istifadəsi üçün nəzərdə tutulmuş 5 ədəd şpritslərin onun evinə polis əməkdaşları tərəfindən qoyulmaqla, polis əməkdaşları tərəfindən ona qarşı zor olunaraq hədələndiyindən zorla ifadə verməyə məcbur edilməsinə dair ifadəsində göstərdiyi xüsusatlara məhkəmə tənqidi yanaşaraq bu ifadələri işin obyektiv hallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və onun ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Təqsirləndirilən şəxsin ona qarşı polis əməkdaşları tərəfindən təzyiq olunması ilə bağlı irəli sürdüyü dəlillərə məhkəmə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 449.1,449.1.1. 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrin məzmununa görə təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir. İş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşakar vəkillə təmsil edilməsinə baxmayaraq, istər Təqsirləndirilən şəxs, istər onun vəkili ibtidai istintaq dövründə belə şikayətlə vaxtlıvaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş və eyni zamanda Təqsirləndirilən şəxs özü bu halı hər hansı bir dəlillə əsaslandırmamış və ya izah etməmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs barəsində Yasamal Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilərkən keçirilən qapalı məhkəmə iclasında izahatında ona qarşı sürülmüş ittihamda özünü təqsirli bilərək, barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsini xahiş etmişdir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı özünə qarşı verdiyi qismən etirafedici şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrin məhz fiziki zor tətbiq etmə nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Məhkəmə həmin tövsiyyələri və işin faktiki hallarını, yəni Təqsirləndirilən şəxs üzərindən yuxarıda göstərilən şəraitdə külli miqdarda olmaqla ümumi təmiz çəkisi 2,401 qram narkotik vasitə heroinin aşkar edilmiş olmasını, eləcə də digər halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni məhz satış məqsədi ilə əldə etmiş olduğu təsdiq olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onun törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4.3 və 238.1-ci maddələri ilə tövsif edilmiş və o, həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyaları həddində cəzalandırılmalıdır. Yuxarıda qeyd edildiyi kimi iş üzrə Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 noyabr 2020-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 17 aprel 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər az ağır cinayət əməlini törətməkdə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğuna və müvafiq hökm üzrə məhkumluğu ödənilmədiyinə görə o, məhkumluğu olan şəxs hesab olunmalı, onun hazırki iş üzrə ağır cinayət törətməkdə təqsirli bilindiyi nəzərə alınaraq Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Yuxarıda qeyd edildiyi kimi, iş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan narkomaniya xəstəliyi aşkar olunmuş və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu müəyyən olunmuşdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmaqla, cinayət əməlini qismən etiraf edib peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məhkəmə cinayətlərin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. İş üzrə maddi sübutlar: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal rayon Polis İdarəsinin saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs evindən 01 ədəd dərman ampulunda, 01 ədəd şüşə flakonda, 03 ədəd 2 ml-lik və 02 ədəd 1 ml-lik boş şprislər, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş tədqiqatdan sonrakı qalıq çəkisi 2,201 qram olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Şahid6 üzərindən aşkar edilmiş” ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,860 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırdanmış narkotik vasitə-heroin, Şahid5 üzərindən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,412 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırdanmış narkotik vasitə-heroin, Şahid4 üzərindən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,560 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırdanmış narkotik vasitə-heroin hazırki cinayət işinin materiallarından Şahid4, Şahid5 və Şahid6 barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddələri ilə ayrılmaqla ********* nömrəsi ilə ayrıca icraata Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal rayon Polis İdarəsində istintaqı aparılan cinayət işi üzrə əhəmiyyət kəsb edə biləcəyi nəzərə alınmaqla, maddi sübutun taleyi həmin cinayət işi üzrə həll edilənədək azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal rayon Polis İdarəsinin maddi sübutlar otağında saxlanılması təmin edilməli, cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə üzərinə və yaşadığı mənzilə baxış keçirilən zaman çəkilmiş videogörüntülər olan iki ədəd «DVD» disk və "xxxx" MMC tərəfindən təqdim olunmuş 01 ədəd CD disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri cəmi 220 (iki yüz iyirmi) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş 60 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına 360 (üç yüz altmış) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 238.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 234.4.3-cü madəsi ilə 06 (altı) il azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 238.1-ci maddəsi ilə 02 (iki) il azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) il azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 28 aprel 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsəsən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübutlar: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal rayon Polis İdarəsinin saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs evindən 01 ədəd dərman ampulunda, 01 ədəd şüşə flakonda, 03 ədəd 2 ml-lik və 02 ədəd 1 ml-lik boş şprislər, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş tədqiqatdan sonrakı qalıq çəkisi 2,201 qram olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Şahid6 üzərindən aşkar edilmiş” ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,860 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırdanmış narkotik vasitə-heroin, Şahid5 üzərindən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,412 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırdanmış narkotik vasitə-heroin və Şahid4 üzərindən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,560 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırdanmış narkotik vasitə-heroin hazırki cinayət işinin materiallarından Şahid4, Şahid5 və Şahid6 barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddələri ilə ayrılmaqla ********* nömrəsi ilə ayrıca icraata Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal rayon Polis İdarəsində istintaqı aparılan cinayət işi üzrə əhəmiyyət kəsb edə biləcəyi nəzərə alınmaqla, maddi sübutlar həmin cinayət işi üzrə həll edilənədək azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal rayon Polis İdarəsinin maddi sübutlar otağında saxlanılması təmin edilsin, cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə üzərinə və yaşadığı mənzilə baxış keçirilən zaman çəkilmiş videogörüntülər olan iki ədəd «DVD» disk və "xxxx" MMC tərəfindən təqdim olunmuş 01 ədəd CD disk isə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərcləri cəmi 220 (iki yüz iyirmi) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 360 (üç yüz altmış) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar