Məhkəmə qərarları › İş №1(101)-1589/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1589/2024

28.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1589/2024 28.12.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X13, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 3 saylı Vəkil bürosunun vəkili Müdafiəçi4, Bakı şəhəri “Ekol” Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakları ilə,

1. xx xxxxxx 1987-ci il tarixdə Kəlbəcər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, ali təhsilli, Kəlbəcər rayon Ağdaban kənd icra nümayəndəsinin müavini vəzifəsində işləmiş və “Kanal 11” internet televiziyasının qeyri-rəsmi rəhbəri olmuş, əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonu, Ağdaban kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə,

2. xx xxxxxx 1993-cü il tarixdə Balakən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Balakən rayonu, Tülü kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu, fərdi yaşayış evində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq,

m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatları yayma hədəsi ilə təkrarən özgənin xeyli miqdarda əmlakını hədə-qorxu ilə tələb etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 özünü Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin strukturuna daxil olmayan, telekommunikasiya şəbəkələrində rəsmi qeydiyyatdan keçməyən “Kanal 11” internet televiziya kanalının rəhbəri kimi təqdim edərək hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını ələ keçirmək barədə tanışı Təqsirləndirilən şəxs2 ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarındakı cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 göstərişi əsasında qrup üzvü Təqsirləndirilən şəxs2 13 sentyabr 2023-cü il tarixdə "xxxx" MMC-nin logistika üzrə meneceri Zərərçəkmiş şəxs1 işlədiyi ofisə gələn bir qrup narazı işçilərlə mübahisə edərkən ünvanına səslənən qeyri-etik ifadələrin işlədilməsini videolentə alaraq kanal rəhbəri Təqsirləndirilən şəxs1 göndərdikdən sonra sonuncu həmin görüntülər əsasında özündə rüsvayedici məlumatları əks etdirən videoreportaj hazırlamaqla rəhbəri olduğu “Kanal 11” internet televiziyasında, “Facebook” və digər sosial şəbəkələrdə yerləşdirməklə yaymış, hazırlayıb dərc etdiyi və internet üzərindən yayımladığı videogörüntünün silinməsi xahişi ilə özünə müraciət etmiş Zərərçəkmiş şəxs1 məzmununda rüsvayedici xarakter daşıyan əlavə məlumatları da xəbər saytında yayıb ictimailəşdirəcəyi, onun şəxsi və işgüzar nüfuzuna mənfi təsir göstərəcəyini bildirməklə hədə-qorxu gəlib qeyd olunan videogörüntünün silinməsindən və əlavə paylaşım edilməməsindən ötrü 1500 manat pul tələb etmiş, vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə olmaqla 17 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi adlanan ərazidə 500 manat, 18 sentyabr 2023-cü il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs2 məxsus bank kartına göndərməklə 300 manat, 18 sentyabr 2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi adlanan ərazidə 200 manat olmaqla ümumilikdə Zərərçəkmiş şəxs1 məxsus 1000 manat pulu hədə-qorxu ilə tələb etmə yolu ilə ələ keçirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1, özünü Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin strukturuna daxil olmayan, telekommunikasiya şəbəkələrində rəsmi qeydiyyatdan keçməyən “Kanal 11” internet televiziya kanalının rəhbəri kimi təqdim edərək hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını ələ keçirmək barədə tanışı Təqsirləndirilən şəxs2 ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarındakı cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 göstərişi əsasında qrup üzvü Təqsirləndirilən şəxs2 13 sentyabr 2023-cü il tarixdə "xxxx" MMC-nin logistika üzrə meneceri Zərərçəkmiş şəxs1 işlədiyi ofisə gələn bir qrup narazı işçilərlə mübahisə edərkən ünvanına səslənən qeyri-etik ifadələrin işlədilməsini videolentə alaraq kanal rəhbəri Təqsirləndirilən şəxs1 göndərdikdən sonra sonuncu həmin görüntülər əsasında özündə rüsvayedici məlumatları əks etdirən videoreportaj hazırlamaqla rəhbəri olduğu “Kanal 11” internet televiziyasında, “Facebook” və digər sosial şəbəkələrdə yerləşdirməklə yaymış, hazırlayıb dərc etdiyi və internet üzərindən yayımladığı videogörüntünün silinməsi xahişi ilə özünə müraciət etmiş Zərərçəkmiş şəxs1 2023-cü ilin sentyabr ayının sonlarında aralarında olan telefon danışığı zamanı məzmununda rüsvayedici xarakter daşıyan əlavə məlumatları da xəbər saytında yayıb ictimailəşdirəcəyi, onun şəxsi və işgüzar nüfuzuna mənfi təsir göstərəcəyini bildirməklə hədə-qorxu gəlib qeyd olunan videogörüntünün silinməsindən və əlavə paylaşım edilməməsindən ötrü təkrarən hədə-qorxu ilə 10.000 manat pul tələb etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1, hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2023-cü ilin oktyabr ayının sonlarında "xxxx" tədris mərkəzinin təsisçisi və direktoru Zərərçəkmiş şəxs2 rəhbəri olduğu tədris mərkəzində guya baxımsızlıq səbəbindən uşaqların xəstələnməsi və nəzarətsizlik olmasına dair videoreportaj hazırlamaqla qeyri-rəsmi rəhbəri olduğu “Kanal 11” internet televiziyasında, “Facebook” və digər sosial şəbəkələrdə yerləşdirməklə yaymış, hazırlayıb dərc etdiyi və internet üzərindən yayımladığı videogörüntünün silinməsi xahişi ilə özünə müraciət etmiş Zərərçəkmiş şəxs2 2023-cü ilin oktyabr ayının sonlarında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində fəaliyyət göstərən "xxxx" tədris mərkəzində olan zaman məzmununda rüsvayedici xarakter daşıyan əlavə məlumatları da xəbər saytında yayıb ictimailəşdirəcəyi, onun işgüzar nüfuzuna və rəhbərlik etdiyi tədris mərkəzinin fəaliyyətinə mənfi təsir göstərəcəyini bildirməklə təkrarən 500 manat pul hədə-qorxu ilə tələb etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatları yayma hədəsi ilə təkrarən özgənin xeyli miqdarda əmlakını hədə-qorxu ilə tələb etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını ələ keçirmək barədə tanışı Təqsirləndirilən şəxs1 ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarındakı cinayətkar razılaşmaya əsasənözünü Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin strukturuna daxil olmayan, telekommunikasiya şəbəkələrində rəsmi qeydiyyatdan keçməyən “Kanal 11” internet televiziya kanalının rəhbəri kimi təqdim edən Təqsirləndirilən şəxs1 göstərişi əsasında qrup üzvü Təqsirləndirilən şəxs2 13 sentyabr 2023-cü il tarixdə "xxxx" MMC-nin logistika üzrə meneceri Zərərçəkmiş şəxs1 işlədiyi ofisə gələn bir qrup narazı işçilərlə mübahisə edərkən ünvanına səslənən qeyri-etik ifadələrin işlədilməsini videolentə alaraq kanal rəhbəri Təqsirləndirilən şəxs1 göndərdikdən sonra sonuncu həmin görüntülər əsasında özündə rüsvayedici məlumatları əks etdirən videoreportaj hazırlamaqla rəhbəri olduğu “Kanal 11” internet televiziyasında, “Facebook” və digər sosial şəbəkələrdə yerləşdirməklə yaymış, hazırlayıb dərc etdiyi və internet üzərindən yayımladığı videogörüntünün silinməsi xahişi ilə özünə müraciət etmiş Zərərçəkmiş şəxs1 məzmununda rüsvayedici xarakter daşıyan əlavə məlumatları da xəbər saytında yayıb ictimailəşdirəcəyi, onun şəxsi və işgüzar nüfuzuna mənfi təsir göstərəcəyini bildirməklə hədə-qorxu gəlib qeyd olunan videogörüntünün silinməsindən və əlavə paylaşım edilməməsindən ötrü 1500 manat pul tələb etmiş, vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə olmaqla 17 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi adlanan ərazidə 500 manat, 18 sentyabr 2023-cü il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs2 məxsus bank kartına göndərtməklə 300 manat, 18 sentyabr 2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi adlanan ərazidə 200 manat olmaqla ümumilikdə Zərərçəkmiş şəxs1 məxsus 1000 manat pulu hədə-qorxu ilə tələb etmə yolu ilə ələ keçirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2, hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını ələ keçirmək barədə tanışı Təqsirləndirilən şəxs1 ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarındakı cinayətkar razılaşmaya əsasən özünü Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin strukturuna daxil olmayan, telekommunikasiya şəbəkələrində rəsmi qeydiyyatdan keçməyən “Kanal 11” internet televiziya kanalının rəhbəri kimi təqdim edən Təqsirləndirilən şəxs1 göstərişi əsasında qrup üzvü Təqsirləndirilən şəxs2 13 sentyabr 2023-cü il tarixdə "xxxx" MMC-nin logistika üzrə meneceri Zərərçəkmiş şəxs1 işlədiyi ofisə gələn bir qrup narazı işçilərlə mübahisə edərkən ünvanına səslənən qeyri-etik ifadələrin işlədilməsini videolentə alaraq kanal rəhbəri Təqsirləndirilən şəxs1 göndərdikdən sonra sonuncu həmin görüntülər əsasında özündə rüsvayedici məlumatları əks etdirən videoreportaj hazırlamaqla rəhbəri olduğu “Kanal 11” internet televiziyasında, “Facebook” və digər sosial şəbəkələrdə yerləşdirməklə yaymış, hazırlayıb dərc etdiyi və internet üzərindən yayımladığı videogörüntünün silinməsi xahişi ilə özünə müraciət etmiş Zərərçəkmiş şəxs1 2023-cü ilin sentyabr ayının sonlarında aralarında olan telefon danışığı zamanı məzmununda rüsvayedici xarakter daşıyan əlavə məlumatları da xəbər saytında yayıb ictimailəşdirəcəyi, onun şəxsi və işgüzar nüfuzuna mənfi təsir göstərəcəyini bildirməklə hədə-qorxu gəlib qeyd olunan videogörüntünün silinməsindən və əlavə paylaşım edilməməsindən ötrü təkrarən hədə-qorxu ilə 10.000 manat pul tələb etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası DİN-nin yüksək vəzifəli şəxsləri tərəfindən dəfələrlə hədəqorxuya məruz qalmış, onun verdiyi video materiallar hədə-qorxu nəticəsində silinmişdir. Hədə-qorxunu Azərbaycan Respublikası DİN-nin Mətbuat Katibi və mətbuat katibləri etmişlər. Eləcə də, o bu məsələdən imtina etdiyi zaman jurnalistlərin yanında olarkən Azərbaycan Respublikası DİN-nin mətbuat katibi Elşad Hacıyev ona zəng edərək demişdir ki, qaziləri çəkdiyi material efirdə yayımlanmayacaq. Lakin, o həmin materialı efirə vermiş, bundan sonra onu BMCMİ-nə çağırmışlar. 2023-cü il ərzində o 4 dəfə BMCMİ-nə çağırılmışdır. Onu həmişə BMCMİ-də Heydər müəllim qəbul edirmiş və ona hədə-qorxu gəlirmiş. BMCMİ-nə 3 çağırışda ona hədə-qorxu gəlinmişdir. 2023-cü ilin sentyabr ayının əvvəlində olan 4-cü çağırışda isə Heydər müəllim ona xəbərdarlıq edib və demişdir ki, bu dəfə onu xəbərdarlıq olmadan tutacaq. İttiham aktı düzgün tərtib olunmamış, orada göstərilir ki, güya o “Kanal 11”-in direktorudur amma “Kanal 11” ilə bağlı heç bir informasiya yazılmamışdır. Halbuki internet üzərindən araşdırma edilsə yüzlərlə “Kanal 11” çıxdığını görəcəklər. Müstəntiq hardan bilmişdir ki, “Kanal 11” Təqsirləndirilən şəxs1 məxsusdur?! O da sabah peçat gətirib göstərər ki, “Kanal 11” onundur. O, tutulmazdan 15- 20 gün əvvəldən artıq bilirmiş ki, o həbs olunacaq. Çünki ondan əvvəl jurnalistlər də tutulurmuş. Sonuncu dəfə Əziz Orucov tutulanda o onun məhkəməsində ifadə vermişdir. Bu çıxışdan sonra bilirmiş ki, tutulacaq. Buna görə o həyat yoldaşı və iş yoldaşlarına demişdir ki, o həbs olunacaq və nə edəcəklərini bildirmişdir. O, tutulmazdan qabaq tədbirini görmək üçün Azərbaycan Respublikası DİN-nin mətbuat katibi Elşad Hacıyevin ona qarşı dediyi bütün hədə-qorxuları səs yazmaya almışdır. Həmin səs yazmalar etibarlı yerdədir. Necə ki o tutulandan sonra Azərbaycan Respublikası DİN-in mətbuat katibi Elşad Hacıyev onun hədə-qorxu ilə pul tələb etməyə görə həbs olunduğunu yazmış və indi o həmin materialları efirə verəcək və xalq görəcək ki, Azərbaycan Respublikası DİN-in mətbuat katibləri jurnalistlərə hədə-qorxu gəlməklə məşğuldurlar. O, 11 dekabr 2023-cü il tarixdə səhər saat 11:00-da evdən çıxıb qızı Aydanı həkimə tibbi kartoçkasına imza çəkdirmək üçün aparmış, sonra Gəncə şəhər İcra Hakimiyyətinə işə getmək üçün Zabratda yerləşən Opel-Servisə gedib maşınının yağını dəyişdirmək istəmişdir. Bunun üçün Sabunçu rayonunda vahabilər deyilən «Opel» üçün avadanlıqlar satılan yerdən yağı götürüb maşınına yaxınlaşanda 3 nəfərin maşınının yanında dayandıqlarını görmüşdür. Onlar ona yaxınlaşıb adının Teymur olub-olmadğını soruşmuşlar. Düşünmüşdür ki, o jurnalist olduğundan və cəmiyyət arasında tanındığından kimsə problemi ilə bağlı ona yaxınlaşır. O, Teymur olduğunu demiş, salamlaşmışlar və onlar onu maşının arxa oturacağında əyləşdirmişlər. Arxa oturacaqda onun sağ və sol tərəfində 2 nəfər əyləşmiş, digəri isə sükan arxasına keçmişdir. Onlar özlərini təqdim etməmişlər. Ona tutulma səbəbi də deyilməmişdir. Onlar maşını döndərib qırmızı işıqda keçərək qəza vəziyyəti törədib şəhər istiqamətinə dönmüşlər. Nədənsə ölkədə nə hadisə baş verirsə həmin anda kameralar işləyir, amma Təqsirləndirilən şəxs1 tutulduğu yerin kamerası işləmir. Halbuki başının üstündə kamera var imiş. Vəkili həmin görüntülər ilə bağlı sorğu versə də sorğuya cavab olaraq bildirilmişdir ki, həmin kameralar işləmir. Deməli, 3 nəfər onu maşınla apararkən o onlardan hardan gəldiklərini və kim olduqlarını soruşmuşdur. Onlar bildirmişlər ki, onlar Azərbaycan Respublikası DİN-dən gəlmişlər və onu nazirlə görüşə aparırlar. Sabunçu kruquna çatanda körpüyə çatan yerdə o istəmişdir ki, telefon ilə evinə zəng etsin, lakin onlar onun telefonunu əlindən alıb pilot rejiminə qoymuşlar. Lakin o telefona baxanda saatın 12:22 olduğunu görmüşdür. Sonra Koroğluya çatanda tutulma səbəbini, kimlə görüşəcəyini soruşanda yanında oturanlardan biri onun sağ böyrünə yumruq vurmuş və çox ədəbsiz bir ifadə işlətmişdir. O, yumruq zərbəsindən sonra onlara evinə və vəkilinə zəng etmək istədiyini demişdir. Lakin imkan verməmişlər. Sonra Nərimanov tərəfdə saatlı yeri keçəndə maşın Azərbaycan Respublikası DİN-ə getmək üçün aşağı yola düşməli olduğu halda maşın yolun sağ tərəfinə keçmişdir. Yəni Gənclik tərəfə sürməyə başlamışlar. O, anlamışdır ki, o Azərbaycan Respublikası DİN-ə yox, BMCMİ-nə aparılır. O, onlara BMCMİ-nə aparıldığını deyəndə ona demişlər ki, tanıyır oranı. O, demişdir ki, hə, oranı tanıyır. İdarəyə çatmamış ona narkotik vasitələrin dövriyyəsi ilə bağlı tutulduğunu demişlər. İdarənin həyətində onlar maşınına baxış keçirmişlər, maşınını axtarmışlar. Həmin vaxt onlar onun ikinci sınıq telefonunu, maşında olan peçatını götürmüşlər. İdarənin qapısına yaxınlaşanda ad, soyadını soruşub qeydiyyata almışlar. Sonra onu liftə mindirmişlər. Onu 2 yaxud 3-cü mərtəbədə bir otağa aparmışlar. Bir əməkdaş ona yaxınlaşmışdır. O, onun geyimi üzərindəki ulduzlardan görmüşdür ki, o, polkovnikdir. Polkovnik onu tutanlara demişdir ki, bayaq dediyi filan şeyi, yəni 3 büküm marixuananı bunun cibinə qoyub videoya çəksinlər və yanına gətirsinlər. Onu otağa aparmışlar və otaqda ona demişlər ki, marixuananı boynuna götürsün, onsuz da burdan boynuna götürmədən çıxan olmamışdır. O, onlara demişdir ki, o Prezident Adminstrasiyasına buna görə şikayət edər. Onlar qayıdıb nalayiq sözlər demişlər. Sonra cibinə 3 büküm yumru maddə qoymuşlar və video çəkməyə başlamışlar. Çəkiliş zamanı demişlər: “Təqsirləndirilən şəxs1 narkotik vasitələrin dövriyyəsi ilə bağlı həbs etmişik, “İphone 14 PRO MAX” markalı mobil telefon ilə çəkiliş aparılır və s.” O, isə vətəndaşların bu işlərlə şərləndiklərini bildiyindən çəkilişlər etdiyindən bu söhbətləri və yollarını bilirmiş. O, bunlara demişdir ki, elektron tərəzi yadlarından çıxmışdır. Onlar da gedib tərəzi gətirmişlər və yenidən çəkilişə başlamışlar. Sonra yenidən ad, soyadlarını, 2 şahidin iştirak etdiyini deyib onu təqdim etmişlər və cibində olanı çıxarmağını demişlər. O da cibinə qoyduqlarını çıxarmışdır. Ondan bu maddəni hardan tapdığını soruşanda demişdir ki, bu bükümləri BMCMİ-də onlar cibinə qoymuşdur. Ona demişlər ki, o deyəsən məzələnir?!. O, məzələnmədiyini və cibinə onların qoyduqlarını demişdir. Onu vurmaq istəyirmişlər. Sonra onlardan bir başbilən demişdir ki, bu jurnalistdir sabahı gün məhkəməyə aparılacaq, internetə düşəcək, buna görə onu elə vurmaq lazımdır ki, döyüldüyü bilinməsin, xəsarət izi bədəninə düşməsin. Onun boşluq hissələrinə 1-2 dəfə vurmuşlar, ayaqqabılarını çıxarıb vurmuşlar. O, demişdir ki, onu sürüsələr də, öldürsələr də o narkotik vasitəni boynuna götürməyəcək, çünki onun iki qız övladı var və o adını ləkələyə bilməz. Sonra demişdir ki, ona normal kişi işi olan işlər, məsələn ölüm işi, silah, qumbara gətirib boynuna qoysunlar. Onlar dəqiqədə biri rəisin yanına gedib-gəlir, ona deyirmişlər ki, içini dağıdacaqlar, dubinkanı əlinə alıb vurmuşlar. Bütün əməkdaşlar boyu hündür, canlı hüssəli oğlanlar olsalar da hamısı şillə vuran işləyirmişlər. Sonra rəis müavini otağa girmiş və onu göstərib demişdir ki, qol çəkməyən budur?! O, demişdir ki, hə, onu öldürsələr də imza çəkməyəcək, onun üzərinə ölüm işi, silah, oğurluq, açılmayan cinayət işlərini qoysunlar, narkotik işi onluq deyil. Rəis müavini ona demişdir ki, çəkəcək, boş-boş danışmasın. Sonra yanındakı bir nəfər rəis müavininin qulağına pıçıltı ilə demişdir ki, bu jurnalistdir, boynuna narkotik qoyub özlərini biabr etməsinlər, onun bədəninə yaraşan daha yaxşı maddələr var, məsələn, hədə-qorxu ilə tələb etmə filan. O, bu sözləri eşidirmiş, onlar ondan əl çəkib onu başqa otağa aparmışlar. O, yarım saat həmin otaqda qalandan sonra onu yenidən əvvəlki otağa, sonra ayaqyoluna aparmışlar və analiz üçün nümunə vermişdir. Sonra görmüşlər ki, heçnə yoxdur və onu yenə o biri otağa salmışlar. Təxminən axşam saat 19:00-da onu aşağıya aparmışlar. Orada ağsaqqal kişi dollar alveri etdiyi çün tutulmuş, kişi ona suallar vermişdir. O, isə MSY-də 2016-cı ildən bəri 10-15 dəfə olmuşdur. Sonra onu rəis müavininin otağına aparmışlar və rəis müavini ona demişdir ki, o niyə başa düşmür ki, onun əmri yuxarıdan gəlib və o tutulmalıdır, onları əngələ salmasın, nə deyirlərsə onu etsin. O da artıq onlara heçnə deməmişdir. Onu MSY-nə aparmışlar, yemək vermişlər, yatmışdır. Sonra onu yuxarıya qaldırmışlar və demişlər ki, onsuz da içəri gedəcək, ona Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə ittiham verəcəklər, razılaşsın, razılaşmasa nə olacağını bilir. Sonra dubinka gətirmişlər və demişlər ki, dubinka ilə onu zorlayacaqlar. O, isə demişdir ki, ona nə istəsələr edəcək. Rəis müavininin yanında olanda o öz vəkilini istədiyini deyəndə o onun ailəsini və nəslini söymüşdür. O, isə ona demişdir ki, oğlu yaşındadır, bura dövlət idarəsidir, niyə söyüş söyür. Rəis müavini yanındakına demişdir ki, bunun ağzının üstündən şillə vursun. O da ağzının üstündən şillə vurmuşdur. İkinci dəfə onu söyəndə o da rəis müavinini söymüşdür. Rəis müavini onu yüngülvari vurmağa başlamışdır. Onun gözü qaralmış kimi olmuşdur. Sonra demişlər ki, otaqda adamlar gətirmişlər, üzünə duracaqlar, 250-300 manat pula razılaşsın və qalan hissəyə görə narahat olmasın. Otaqda Təqsirləndirilən şəxs2 və əlində telefon olan bir oğlan var imiş. Oğlan telefonda atasına narahat olmamağını, gələcəyini deyirmiş. Sonra bilmişdir ki, həmin oğlan Fərruxdur. Müstəntiq onu işin sonunadək fırlatmışdır. Təqsirləndirilən şəxs2 birinci şahid qismində dindirmişdir. Müstəntiq İstəyi də şahid qismində dindirib işi fırlatmış və onu təqsirləndirilən şəxs kimi cəlb etmişdir. İstək isə bunu başa düşmürmüş. Müstəntiq çölə çıxanda komputerdəki saata baxmışdır ki, saat 00:48-dir. Sonra otağa əlində dəri çanta olan 1 nəfər də gəlmişdir. Sonra bilmişdir ki, o vəkil imiş. Deyəsən vəkilin soyadı İbadov imiş. O, öz vəkilini istəyəndə müstəntiq demişdir ki, o da bilir niyə görə gəlmiş, ona desələr yaz yazacaq, poz pozacaq, ilk dəfə deyil ki, burdadır. Müstəniq vəkili təqdim etmiş amma ad soyad və hansı büro olduğunu deməmişdir. O, vəkili təhqir etmiş və onu istəmədiyini demişdir. Vəkil ona demişdir ki, istəyir ki, onun arxasınca içəri girsin, tutulsun?! O, heç bir sənədə imza çəkməmişdir. O, İstəklə üzləşdirilmişdir. Fərrux da çıxıb getmişdir. O, koridorda İstəyə demişdir ki, bu nə ifadədir yazıb, onu da bir yerdə padelnik qoşacaqlar. İstək ona demişdir ki, o getsin cəzasını çəkib içəridə yatsın. O, İstəkdən soruşmuşdur ki, saat neçədə İdarəyə gətirilmişdir. İstək demişdir ki, saat 10-da gətirilmişdir. Həmçinin, onun İstəklə yazışmaları var imiş. Həmin yazışmada İstək ona yazmışdır ki, Fərruxda İstək və onunla bağlı materiallar var, Fərrux onları saytlara verəcək. O da İstəyə mesaj yazmışdır ki, Fərrux onla bağlı istəyir versin, əgər onun pis hərəkəti varsa qoy yazsın. Leyla isə ona mesaj yazmışdır ki, Şəfanın uşağına dəymiş zərəri ödəmişdir. Həmin mesajları İdarədə oxumuşlar. Müstəntiq demişdir ki, Fərrux və Leyla ondan şikayət etmişdir. Leylanın əlyazısını görmüş, amma müstəniq oxumağa qoymamışdır. İlkin dindirmələrdə Fərrux, Leyla və İstəyin verdiyi bütün ifadələr dəyişdirilmişdir. CPM-nin 52.3-cü maddəsinə əməl edilsə imiş, müstəntiq bu işi etməzmiş. Blank xüsusi lisenziyalı mətbəədə çap edilməli və özündə nömrə ehtiva etməli imiş. Sonradan gətirib ifadələr olan sənədlərə nömrə çap edib kənara tullamışlar, 89, 55 və neçəsə yazıb, sonra cırmışlar, yenidən komputerdə yazmışlar. Əgər həmin sənədlər ciddi hesabat sənədi olsa imiş, müstəntiq həmin sənədi niyə cırdığına dair hesabat verəcəkmiş, protokol tərtib edəcəkmiş. Azərbaycandakı istintaq hərəkətlərinin bu səviyyədə olma səbəbi Prokurorluq Orqanları və icraata götürən məhkəmələrdir. O, 12 dekabr 2023-cü il tarixində yenidən rəis müavininin yanına aparılmışdır. Müstəntiq onlara demişdir ki, Təqsirləndirilən şəxs1 sənədlərə imza çəkmir. Onu orda ayaqları ilə döymüşlər. Sonra demişlər ki, dubinka ilə onu zorlayacaqlar, ona Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə cinayət işi açacaqlar, dubinka ilə olanları istəmirsə imza çəksin. O, 2001-ci ildə hansı ayda evində kommunal xərci olduğunu bilən adamdır, o kartına nə qədər pul köçdüyünü yaxşı bilir. O, onların dedikləri kimi ifadə verib 250-350 manat aldığını demişdir. Ona demişlər ki, qalan hissədə təqsiri boynuna almasın, qalanı onlarlıqdır. O, dubinka söhbətinə görə heçnəyə oxumadan imza çəkmiş və heç bir ifadəni təsdiq etmir. İfadədə yazılmışdır ki, güya 11 yanvar 2023-cü il tarixində həyat yoldaşına onun tutulmağıyla bağlı zəng etmişlər. Müstəntiq ona demişdir ki, burda dediklərini məhkəmədə də desin, narahat olmasın, onlar ittihamı 182.1-ə tövsif edəcəklər, o 2 ildən 5 ilə qədər müddətə həbs olunacaq. Sonra görmüşdür ki, İstək də ona padelnik qoşulmuşdur. Onun müdafiə hüququ pozulmuş, o dəfələrlə müdafiəçi tələb etmişdir. O, Zərərçəkmiş şəxs1 tanımır, görməmişdir. Fərrux ona zəng edəndə ona cavab vermirmiş, Fərrux ona mesaj yazırmış və o da Fərruxa yazılı cavab verirmiş. Bir dəfə axşam vaxtı çox zəng edəndə zəngini açmışdır. Fərrux demişdir ki,videoları başqa kanallara o verir. O da Fərruxa demişdir ki, o Fərruxun videosunu heç bir kanala verməmiş, ailəsinin dağılmaması üçün ona kömək edib videoları silmişdir. Fərrux təxminən onun həbsindən ay yarım əvvəl ona zəng edirmiş. Fərrux ona “whatsapp” üzərindən zəng edirmiş. O, Fərruxun mesajlarını göstərər. Fərrux onu cinayətə təhrik edirmiş. O, bunu müstəntiqə deyəndə müstəntiq demişdir ki, bunu məhkəmə həll edir. Fərrux yazırmış ki, gəl görüşək, İstəklə görüşüb pul verəcək, o yazırmış ki, lazım deyil. X10 ilə görüşüb ona pul təklif etmişdir. O, Nurlana demişdir ki, lazım deyil. İstək ona zəng edib ailəsinin dağıldığını, videoları nə edəcəklərini soruşmuşdur. O, İstəyə demişdir ki, ailəsi dağılırsa o həmin videoları silər. Video Qarabağda işləyən fəhlələrin şikayəti barədə imiş. Həmin görüntünü ona işçisi İstək və digər işçisi vermişlər. Video ona təxminən 2022-ci ilin sentyabr ayında verilmişdir. O, İstəklə tanış olandan sonra jurnalistlik fəaliyyəti ilə bağlı əlaqələri olmamışdır. Onlar İstəklə tez-tez təmasda olurmuş. İstək ona jurnalist olduğunu, Araz-Mediada əvvəllər işlədiyini demişdir. O, Fərruxdan soruşmuşdur ki, nömrəni ona kim verib, Fərrux demişdir ki, nömrəni İstək ona vermişdir. O, Fərruxu “whatsapp”-da bloka atmamışdır. O, Leylanı Nuranə adlı jurnalistlə çəkmişdir Şəfa adlı qadın jurnalist Nuranəyə müraciət edərək uşağı baxçada məşqdə ya da deyəsən rəqsdə olarkən kondisioner qoşulu olduğundan pnevmoniya yarandığını, xəstəxanaya 500 manat pul verdiyini demişdir. Onlar Nuranə ilə oraya getmişlər. Şəfa məktəbin qarşısında müsahibə vermiş, onlar onu çəkmişlər. Sonra məktəbin şüşələrini döymüşlər, qarşı tərəfində mövqeyini öyrənmək istədiklərini demişlər. Amma məktəbin qapısını açmamışlar. Sonra o Şəfagildə Təhsil Nazirliyinin saytına girmiş və görmüşdür ki, orada adlar yoxdur. O, Təhsil Nazirliyinə nəzarət mexanizmi ilə bağlı sorğu göndərmək istəmişdir. Saytdan nömrə götürüb zəng etmişdir. Nərmin adlı xanım cavab verib demişir ki, müdir Leyla xanım olmadığından zəngə o cavab verir. Onlar 3 dəqiqə danışmışlar. O, xanımdan soruşmuşdur ki, onlar nə adla qeydiyyatdan keçmişlər ki, Təhsil Nazirliyinin saytında adları keçmir?! Qadın aqressiv danışmağa başlamışdır. 3 dəqiqə sonra polis əməkdaşı xəttə qoşulmuşdur. O, polis əməkdaşına hər şeyi izah etmiş və onlar sağollaşmışlar. 3 gün sonra Şəfa zəng edib əvvəllər bağçada onu polis gətirərək şərlədiklərini demiş, xahiş etmişdir ki, bağçaya gedib uşağın sənəd və paltarlarını götürsünlər. O, Şəfa ilə bağçaya getmişdir. Leyla xanım orada imiş, onlara çay gətirmişlər. Söhbət zamanı direktor Leyla xanım onların günahı olduğunu, kondisionerin yanılı qaldığını demişdir. Dəqiqə yarım sonra kapitan gəlmiş və Leyla xanım durmuş, kapitan kresloda əyləşmişdir. Kapitan gəlmə səbəbini soruşmuş, o demişdir ki, Şəfa xanım əvvəllər üstünə polis gətirdiklərindən Şəfa xanım uşaqların sənədlərini götürməyə onunla gəlməyini ondan xahiş etmişdir. Bu hadisə 2022-ci ilin oktyabr ayının axırlarında olmuşdur. Heç bir münaqişə olmadan ayrılmışlar. O, Şəfa xanıma bu işin mülki iş olduğunu, direktoru məhkəməyə verməli olduğunu izah etmişdir. Hətta Şəfaya demişdir ki, müraciət etməli olduğu ən son yer mediadır. O, bu sözləri polisin yanında da Şəfaya demişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, o, Təqsirləndirilən şəxs2 2022-ci ildən şəhidin vəfatı ilə əlaqədar şəhid dəfnində tanımışdır. Məhkəmənin sonrakı iclaslarında Təqsirləndirilən şəxs1 əlavə ifadəsində göstərmişdir ki, müvəqqəti saxlama yerinə aparılanda MSY-nin rəisi boynunun arxasından şillə vurmuş və ona saatı, tarixi olmayan sənədə imza çəkdirmişdir. Müstəntiq 3 ay müddətində onu dindirməmiş, ayın 14-ü gəlib ittiham aktını vermişdir. Müstəntiq ona əvvəlcə demişdir ki, Təqsirləndirilən şəxs2 işi ilə onun cinayət işini birləşdirir, sonra isə demişdir ki, Təqsirləndirilən şəxs2 işini onun cinayət işindən ayırır və ayrıca icraatda baxacaq. O, müstəntiqə etiraz etmiş və bildirmişdir ki, o İstəkdən təzyiq altında, ailəsi ilə təhdid edərək ifadə alanda görmürmüş ki, İstək onla bərabərdir? Müstəntiq demişdir ki, bu onun işidir, özü bilər, o özünü məhkəmələrdə ağıllı aparmır, onlar da belə etmişlər. O, ayın 15-i bəyanat vermiş, ayın 19-u müstəntiq işi yekunlaşdırmağa gəlmiş və Təqsirləndirilən şəxs2 dirəşdirmişdir, sonra demişdir ki, Təqsirləndirilən şəxs2 ev dustaqlığına buraxır. Burdan məlum olur ki, müstəntiq Təqsirləndirilən şəxs2 şahid qismində dindirir və tapşırır ki, Təqsirləndirilən şəxs1 üzünə dursun. Sonra Təqsirləndirilən şəxs2 döyüb, ailə və qardaşı ilə təzyiq göstərirlər və sonra Təqsirləndirilən şəxs2 ilə onun ittihamını birləşdirir, sonra da Təqsirləndirilən şəxs2 ev dustaqlığına buraxır. Müstəntiq bunu sırf nəzarətdə saxlamaq üçün edir. O, Qarabağda fəhlə işləyənlərin şikayəti ilə bağlı Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 işlədiyi yerə konum atıb çəkiliş üçün göndərmişdir. Həmin vaxt universitetdə oxuyan qızı da stajor kimi göndərmişdir. Sonra qız zəng edib soruşmuşdur ki, İstək hardadır? İstək deyir ki, Fərrux pulu verəndən sonra Teymur bütün videoları silmişdir. Halbuki belə deyil. Həmin 16 dəqiqə 20 saniyəlik video bugün də efirdədir. Onun bütün hesablarının hamısını BMCMİ ələ keçirmişdir. Təkcə “Youtube” hesabını qaytara bilmişlər. “Tiktok” və digər hesablar hələ də BMCMİ-nin əlindədir. Hətta BMCMİ ona videonu silmək üçün hədə-qorxu gələndə belə o həmin vətəndaşlara zəng edib demişdir ki, “Ay Qarabağ qazisi, ona hədə qorxu gəlirlər, o bu videonu silməyə məcburdur, onlardan üzr istəyir ki, onların haqqını hansısa kresloda oturub hazır yeyənlərə qurban verir. Short videolar var, hansı ki, proqram 16 dəqiqə 20 saniyəlik videoları hərəsi 1 dəqiqə-1 dəqiqə olmaqla bölür. Fərrux ailəsinin dağıldığını deyib videonun silinməsini istəyəndə onlar videodan “türkün şillə vuranı, qucağında oturanı” ifadəsi olan hissəni silmişlər. Videonun böyük hissəsi, həmçinin Qarabağda işləyən fəhlələrin danışdığı hissələr onun “Youtube” hesabında durur. Təqsirləndirilən şəxs2 bankdan çıxarışları gətirəcəyini demişdir. Təqsirləndirilən şəxs2 ifadəsində bildirmişdir ki, güya o ona demişdir ki, 450 manat pulu ona nağd versin, çünki o bacısı uşağının ad gününə gedir. İstəyin ifadəsindən görünür ki, çəkiliş 13 sentyabr olub, 17-18 sentyabr pul almışdır. O da bacısı uşaqlarının vəsiqələrini təqdim edir və onların doğum tarixlərinə baxaraq İstəyin səhv ifadə verdiyini görəcəklər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi izahatı, ifadəsi elan edilmiş və izahatın, ifadənin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 1-ci cild 21-23-cü vərəqələrində olan izahatında Təqsirləndirilən şəxs1 aşağıdakıları göstərmişdir: … «...Fərrux bir müddət sonra istifadə etdiyim mobil nömrəyə zəng edərək həmin videogörüntülərə görə ailəsinin dağılacağını bildirib həmin görüntüləri sosial şəbəkədən silməyimi xahiş etdi. Mən ilkin olaraq razılaşmasam da sonradan onun vəziyyətinə pis oldum və siləcəyimə söz verdim. Bir müddət sonra Fərrux İstəyin mobil nömrəsini tapıb etdiyim hörmətin əvəzi olaraq bizə hədiyyə verəcəyini bildirərək onunla görüşmüşdür. Görüş zamanı Fərrux İstəyə 500 manat pul hədiyyə etmiş, bu barədə İstək mənə məlumat vermişdir. Mən isə həmin puldan xatırlamadığım 200-350 manat aralığında pul vəsaitini kart hesabıma göndərməsini tapşırdım. …» Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, imza onun imzasıdır. O, izahatı təzyiq altında imzalamışdır. Cinayət işinin 1-ci cild 91-94-cü, 108-112-ci vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs1 aşağıdakıları göstərmişdir: … «...Fərrux bir müddət sonra istifadə etdiyim mobil nömrəyə zəng edərək həmin videogörüntülərə görə ailəsinin dağılacağını bildirib həmin görüntüləri sosial şəbəkədən silməyimi xahiş etdi. Mən ilkin olaraq razılaşmasam da sonradan onun vəziyyətinə pis oldum və siləcəyimə söz verdim. Hətta ona insaf da yaxşı şeydir ifadəsini söylədim. 1500 manatında çox olmasını işçilərə nə şirinlik versə qəbul edəcəyimizi dedim. Bundan sonra mən videonu öz kanalımdan sildim. Bir gün sonra isə İstək Fərruxla görüşüb ondan 500 manat aldığını mənə dedi və həmin puldan xatırlamadığım 200-350 manat hissəsini mənə məxsus “Kapital Bank”-a məxsus karta göndərdi. Təxminən 1 həftə keçdikdən sonra Fərrux məni yığıb videonun digər yerlərdən silindiyini, lakin “Timetv”-dən silinmədiyini dedi. Mən də həmin kanalın mənə aid olmadığını rəhbərinin nömrəsini ona göndərdiyimi dedim. Mən qeyd olunan kanalın rəhbərinə yığdıqda o mənə “gücü çatmaz, yüsksək bir məbləğ de qır onu” ifadəsini işlətdi. 2-3 gün keçdikdən sonra Fərrux yenə mənə yığdıqda mən ona həmin “videonu sildirməyə sənin gücün çatmaz, adam yuxarıdan gedir” ifadəsini işlətdim. …» Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, imzalar onun imzasıdır. O, protokolları təzyiq altında imzalamışdır. Onun “Kapital Bank” kartına İstək tərəfindən pul köçürülməmişdir. Ona BMCMİ-də təzyiq göstərilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, əvvəllər marketdə işləyirmiş. O, Təqsirləndirilən şəxs1 şəhid çəkilişində tanımışdır. O, işdən çıxandan sonra Təqsirləndirilən şəxs1la əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs1 onunla işləyə biləcəyini, iş saatlarının rahat olduğunu bildirmişdir. Onun övladına görə işə ehtiyacı var imiş, həmçinin iş saatlarının rahat olduğunu görüb Təqsirləndirilən şəxs1la işləməyə razılaşmışdır. 5 gün Təqsirləndirilən şəxs1la bir yerdə gəzmiş və Teymur ona çəkiliş ediləcək yerləri göstərmişdir. Sonra Təqsirləndirilən şəxs1 onu çəkilişlərə göndərmişdir. Onun sonuncu çəkilişi «İçərişəhər»də DİN-in qarşısında olmuşdur. Təqsirləndirilən şəxs1 ona zəng edib çəkilişə getməyini istəmişdir. O, Nurlanla əlaqə saxlamış və göndərilən konuma getmişdir. Həmin çəkiliş Fərruxgilin çəkilişi imiş. O, və Cəmilə adlı xanım çəkiliş etmişlər. Çəkiliş Qarabağda işləyən işçilərin maaşlarınının verilməməsi barədə imiş. Çəkiliş zamanı MMC-nin işçisi Fərruxa özünü təqdim etməsini istəyəndə Fərrux təhqiramiz ifadə işlətmişdir. Həmin söz kadra düşmüş və kadr paylaşılmışdır. Çəkilişdən sonra Əmək Mühəndisliyinin böyüyü Uğur Yengec onları otağına çağırıb videonun silinməsini bildirmişdir. O, bildirmişdir ki, o sadəcə video çəkir, videonu yalnız Təqsirləndirilən şəxs1 silə bilər. Bir müddət sonra Fərrux ona zəng edib ailəsində problemlər yarandığını, ailəsinin bu videoya görə dağıldığını demiş və videonun silinməsini istəmişdir. O, Fərruxa da bildirmişdir ki, videonu Təqsirləndirilən şəxs1 silə bilər. Fərrux Təqsirləndirilən şəxs1la görüşmək istəmiş, amma Təqsirləndirilən şəxs1 zəng etsə də o, Fərruxla görüşməmiş və ona demişdir ki, başını buraxsın. Fərrux təkrar ona zəng edib videonun silinməli olduğunu demişdir. O, Fərruxun yanında olarkən Təqsirləndirilən şəxs1 zəng etmiş və demişdir ki, çəkiliş etdikləri Fərrux adlı şəxs videonun silinməsini istəyir, ailəsinin videoya görə dağıldığını bildirir, hətta həmin şəxsin ailə üzvləri də ona zəng edərək videoya görə Fərruxun ailəsinin dağıldığını deyirlər. Təqsirləndirilən şəxs1 isə bildirmişdir ki, videoya görə əziyyət çəkmişdir və Fərrux videonun silinməsi üçün ona 700 manat pul versin. Fərrux da Şuşa qəsəbəsində ona 500 manat pul vermişdir. O, axşam saatlarında Təqsirləndirilən şəxs1 zəng edib demişdir ki, Fərrux pulu ona vermişdir, kartını göndərsin pulu ona köçürsün. Amma Təqsirləndirilən şəxs1 ona demişdir ki, pulu kartına köçürməsin, ona nağd şəkildə versin. O, onların məhləsində pulu Təqsirləndirilən şəxs1 vermiş, Teymur 450 manat götürmüş, 50 manat pulu ona vermişdir. Bir müddət sonra video “Time”-da paylaşılmışdır. Fərrux videonun “Time”-dan da silinməsini istəyəndə Teymur videonu ordan silə bilməyəcəyini, amma silmək üçün cəhd edəcəyini bildirmişdir. Teymur bu iş üçün Fərruxdan 300 manat pul götürmüşdür. Fərrux 300 manat pulun 100 manatını ona vermiş, 200 manat pulu o Teymurun kartına köçürmüşdür. Həmin gün axşam Teymur Fərruxdan 200 manat da pul almış amma 200 manat pulu özünə götürməmiş və ona vermişdir. Çünki o işdən çıxmış və Teymur həmin pulu ona verəcəyi maaş əvəzi saymışdır. Ona BMCMİ-dən zəng edəndə gələ bilməyəcəyini demiş, lakin bildirilmişdir ki, gəlməsə problem olacaq. BMCMİ-də ona zorakılıq olmamışdır. Həmçinin bildirmək istəyir ki, keçən məhkəmə iclasında Təqsirləndirilən şəxs1 müdafiəçilərindən biri ona demişdir ki, arxandakına çox güvənməsin. Onun arxasında heç kimi yoxdur. Təqsirləndirilən şəxs1 istintaq zamanı ona demişdir ki, onun dediyini deməyib, qarşı tərəfin dedikləri ilə getsə, özü yansa, onu da yandıracaq. Fərrux videonun silinməsi üçün pul vermişdir. Çünki videoda Fərrux bəyə özlərini təqdim edin deyəndə qarşı tərəfdən biri “türkün şillə vuranı” ifadəsini işlətmişdir. Həmin video Fərruxun ailəsində problem yaratmışdır. O, çəkilişi mobil telefonla aparmışdır. BMCMİ-ndə bildirmişdir ki, o Təqsirləndirilən şəxs1 başqa işlərindən xəbərsizdir, o yalnız Fərruxun işi ilə bağlı Təqsirləndirilən şəxs1 pul vermişdir. O, gecə saat 03:00-də BMCMİdən çıxmışdır. O, Fərruxu BMCMİ-də izahat verəndə, üzləşmə zamanı görmüşdür. O, 16:30-17:00-da BMCMİ-ə aparılmışdır. O, 500 manatı kartına köçürmək istəyəndə o demişdir ki, yox, sabah bacısının qızının ad günüdür, ona pulu nağd şəkildə əlbəəl ver. O, 300 manat puldan 200 manatı X15 kartına köçürmüşdür. Onun kartı blok olmuş, amma kartının olduğunu istintaq zamanı bildirmişdir. Teymur özü deyirmiş ki, onların pullu çəkilişləri olur, pullu çəkilişlərə özü gedir, arada uşaqları da göndərir. O, hədə-qorxu məsələsini bilmir. O, sadəcə Fərruxun işini bilir. Təqsirləndirilən şəxs1 özü boynuna almışdır ki, videolar çəkib kanallara satır. Teymur onu Bakı şəhər Baş Gömrük İdarəsinin qarşısında “Həyat Məkan” və digər tərəflərə çəkilişə göndərmişdir. O, Nurlanın atdığı konumlara gedib çəkiliş etmişdir. X1 və anasının iş yerinə göndərmişdir ki, ona desin ki, o heç bir pul söhbəti etməsin, pul almamışdır desin. Kameralarda həmin görüntü var. O, "xxxx" MMC-ni tanımır. O, Habil Aslanovu tanıyır, çəkilişinə getmişlər. Teymur da həmin çəkilişdən pul almışdır. Teymur əvvəlcədən onun maaşını verməmiş, Fərruxdan aldığı pulla onun maaşını vermişdir. Teymur BMCMİ-də də bunu boynuna almışdır. Teymur heç vaxt ona bütün şəkildə maaş verməmiş, hissə-hissə vermişdir. Teymur ona 300 manat maaş, 60 manat yol pulu verirmiş. Sonra da verməmişdir. O, Teymura deyəndə ki, uşağının məktəbinə pul lazımdır, Teymur ona 100 manat pul göndərmiş və demişdir qalanını sonra verər, uşaqların pullarını payladığından əlində imkanı yoxdur. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, o, istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Fərruxdan 700 manat istəmişlər, amma Fərrux 500 manat pul vermişdir. Video “Kanal 11”-dən silinmişdir. O, Fərruxxdan 10.000 manat pul alınmasını bilmir iştirak etməmişdir. O, Təqsirləndirilən şəxs1 Fərruxdan 1000 manat pulu 3 dəfəyə, ilk dəfə 500 manat, sonra 300 manat və 200 manat alınmasını bilir. Həmin puldan da Təqsirləndirilən şəxs1 ona 350 manat pul vermişdir. Təqsirləndirilən şəxs1 350 manat pulu maaşıyla əvəzləyib vermişdir. İstintaq zamanı üzləşdirmə aparılmış və həmin vaxt verdiyi ifadələri təsdiq edir. Məhkəmədə sərbəst ifadə verir və heç kim ifadəsi üçün ona təzyiq göstərmir. O, Təqsirləndirilən şəxs1la Fərruxun arasında 10.000 manatla bağlı telefon danışığını eşitmiş, amma ətraflı heçnə bilmir. O, 350 manat pulu əmək haqqı ilə əvəz olunacağını bildiyindən almışdır. O, kartına köçürülən 300 manat puldan 200 manatı Təqsirləndirilən şəxs1 kartına köçürmüşdür. Təqsirləndirilən şəxs1 kartına öz adına olan kartdan pul köçürmüşdür. O, Teymura deməmişdir ki, onu saat 10:00-da İdarəyə aparmışlar. Fərruxa zəng etmiş və məhkəməyə şikayət edib-etmədiyini soruşmuşdur. Fərrux demişdir ki, gedər görər. İstintaq zamanı onun üzündə barmaq izləri olmamışdır. O, işdən uşağının məktəbinin başlaması, çəkilişlərə gedə bilməməyi səbəbindən çıxmışdır. Çəkilişdən sonra Fərrux onu yuxarı çağırmış, Uğur Yengec ona demişdir ki, nüfuzunun korlanmaması üçün bankdan pul götürüb vermişdir. Videonun silinməsini istəyir. O, videonu redaktor Təqsirləndirilən şəxs1 silə biləcəyini demişdir. Uğur Yengec sənəd təqdim edərək Universal 2018-in Əmək Mühəndisliyi ilə heç bir əlaqəsinin olmadığını, video silinmədiyi halda həmin sənəd əsasında onları, qarşı tərəfi məhkəməyə vermək hüququ olduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs1 videonu silməyi demiş, Təqsirləndirilən şəxs1 demişdir ki, onluq deyil, çəkib, özü bilər. Həmin vaxt binada ona pul təklif olunmamışdır. Əvvəllər də Fərrux pul təklif etmirmiş, sadəcə Teymurla danışmaq istəyirmiş. Sonra Fərrux demişdir ki, Təqsirləndirilən şəxs1 videonu xoşluqla silsin, məhkəməyə verməsin. Sonra da Teymur telefonda Fərruxa pul təklif etmişdir. O, heç vaxt hansısa kanalda işləməmiş, o, əvvəllər “Pətək Market”, “Ramana Sovxoz”-da işləmişdir. Məhkəmənin sonrakı iclaslarında Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 suallarını cavablandıraraq göstərmişdir ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 “İstəklə görüşmək istəyirəm“ barədə onun yanında demişdir. Belə ki, Zərərçəkmiş şəxs1 pulu tamamilə ödəmiş və telefonda Təqsirləndirilən şəxs1 demişdir ki, video “Time TV”dən silinməlidir, video silinsə hörmətini edəcək, istəsə pulu onun özünə versin, istəsə də İstəklə görüşüb pulu ona versin. Götürülən 1000 manat puldan 350 manat pul ona çatmışdır. Çünki Teymur ona maaş verməli imiş, amma demişdir ki, elə həmin 350 manatı maaş əvəzi götürsün. O, iyul ayından Teymurla işləyir. Teymur iyul, avqust, sentyabr ayının maaşını vermiş, amma oktyabr ayının maaşını verməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində yerləşən "xxxx" tədris və inkişaf mərkəzinin müdiridir. Onun problemi Təqsirləndirilən şəxs1 birgə işlədiyi və əməkdaşlıq etdiyi Şəfa Tapdıqova ilə olmuşdur. X16 Kərimovu onlara birgə əməkdaşlıq etdiyi şəxs kimi tanıtmışdır. Şəfa Tapdıqova övladını onların tədris mərkəzinə yazdırmış və ödədiyi ödənişin müddəti bitməsinə baxmayaraq tədris mərkəzinə yaxınlaşıb övladının artıq ödənişsiz əsaslarla bağçada qalmasını tələb etmişdir. Onun köməkçisi bunun mümkün olmadığını Şəfa xanıma bildirmişdir. Şəfa Tapdıqova demişdir ki, 2023-cü ilin avqust ayında övladı onların bağçasında xəstələnmiş, dərman və müalicəyə çox pul xərcləmişdir, bu səbəbdən bağça onun övladını 2 ay müddətində ödənişsiz əsaslarla qəbul etməlidir. Onlar demişlər ki, bu heç bir mərkəz və bağçada mümkün deyil. X7 bildirmişlər iki, uşağının xəstəliyinə görə məsuliyyəti bağça daşımır, çünki heç bir epidemioloji xəstəlik deyil, adi bir qrip xəstəliyi imiş. Şəfa Tapdıqova demişdir ki, onlara göstərər, jurnalist dostlarını yığıb çəkilişə gələcək. X14 bu işi hüquqi müstəvidə həll etməyi təklif etmiş, amma Şəfa Tapdıqova razılaşmamışdır. Şəfa Tapdıqova jurnalist dostu Təqsirləndirilən şəxs1 "xxxx" tədris və inkişaf mərkəzinə gətirmiş və mərkəzin önündə şər-böhtan ataraq və sonuncu mərkəzə aid olmayan tənqidi sözlərlə çəkilişlər etmişdir. Təqsirləndirilən şəxs1 həmin çəkilişləri öz kanllarında icazəsiz paylaşmışdır. Hansı ki, onlar kompromisə gedə bilərmiş. Təqsirləndirilən şəxs1 onların mərkəzinin menecerinə zəng edib, təhdid edərək bildirmişdir ki, güya onların mərkəzi hüquqi fəaliyyət göstərmir. Halbuki "xxxx" tədris və inkişaf mərkəzi MMC qeydiyyatı ilə çalışan rəsmi qurumdur. Təqsirləndirilən şəxs1 onları təhdid etmək istəyirmiş. Onlar növbəti görüşməyi istəyirmiş, amma Təqsirləndirilən şəxs1 səbrsiz davranmış və mərkəzin statusunu aşağı salmaq üçün həmin paylaşımları internet kanallarında yayımlamışdır. Hansı ki, həmin videolar hələ də kanallarda qalır. Təqsirləndirilən şəxs1 jurnalist statusundan istifadə edərək onların mərkəzini anti-reklam edirmiş və hədə-qorxu gəlirmiş. Onlar videoları “Facebook” sosial şəbəkəsində görüb Şəfa Tapdıqova ilə kompromisə getmək üçün növbəti gün ona zəng etmiş, çünki mərkəzin bütün kollektivi yayımlanan videolardan narahat imiş, videolarda mərkəzə aid olmayan məsələlər danışılırmış. O, Şəfa Tapdıqovaya istədiyi 300 manat pulu kartına ödəniş etməyə razı olduğunu, mərkəzə aid olmayan və statuslarına xələl gətirən həmin videoların silinməsini xahiş etdiyini bildirmişdir. Şəfa Tapdıqova onunla razılaşmış və kartını göndərmişdir. O, Şəfa Tapdıqovanın ondan tələb etdiyi 300 manat pulu ona göndərmişdir. O, Şəfa Tapdıqovaya demişdir ki, pulu 1 halda göndərir ki, heç bir yerdə mərkəzin statusuna xələl gətirən video qalmasın. Şəfa Tapdıqova vdeoları “Facebook” sosial şəbəkəsindən silib Təqsirləndirilən şəxs1 digər kanallarına ötürmüşdür. Belə ki, Təqsirləndirilən şəxs1 “Youtube” sosial şəbəkəsində 2-3 kanalı var imiş. O, Şəfa Tapdıqovaya zəng edib videolaırn niyə silinmədiyini soruşmuş, Şəfa Tapdıqova bildirmişdir ki, bu məsələni bu dəfə Təqsirləndirilən şəxs1 ilə danışsın. Təqsirləndirilən şəxs1 bu məsələlərdə iştirak etmişdir. O, Təqsirləndirilən şəxs1 şikayətçidir və ona məxsus "xxxx" tədris və inkişaf mərkəzinin statusuna xələl gətirən vidoeçarxların Təqsirləndirilən şəxs1 kanallarından silinməsini tələb edir. O, Şəfa Tapdıqovaya bu məsələni hüquq müstəvisində görmələrini desə də, ona müddət vermədən mərkəzdə çəkiliş aparmışlar. Yəni onlar onun Hüquq-Mühafizə Orqanlarına müraciət emtəyinə imkan verməmişlər, onun vaxtı olmamışdır. Hadisədən 2 gün sonra mərkəzdə çəkiliş edilmişdir. Şəfa Tapdıqovanın uşağının dərman pulunu ödəmişdir. Lakin pulu ödəməyinə baxmayarq Şəfa Tapdıqova mərkəzin qabağında çəkilən videoçarxı silməyinə dair verdiyi vədinə əməl etməmişdir. Əksinə video “Facebook”-dan silinib digər kanallara ötürülmüşdür. Proses iştirakçılarının suallarını cavablandıraraq Zərərçəkmiş şəxs2 bildirmişdir ki, o, Təqsirləndirilən şəxs1la əlaqə saxladığda sonuncu videonu silməyəcəyini demişdir. Halbuki özü onunm mərkəzimə gəlib demişdir ki, Şəfa Tapdıqovanı razı salsın, o videonu silər. İstintaq zamanı verdiyi ifadəni təsdiq edir. O, ərizəsini yazarkən özü səsləndirmiş və komputerdə yazılmışdır. Əgər Təqsirləndirilən şəxs1 bu məsələni araşdırmırsa, o çağırdığı halda kompromisə getmirsə, bəli, o, jurnalist kimi çəkiliş üçün icazə almalıdır. "xxxx" tədris və inkişaf mərkəzi onun şəxsi mülküdür və Təqsirləndirilən şəxs1 icazəsiz çəkiliş etmişdir. O, Təqsirləndirilən şəxs1la danışıqlar yolu ilə məsələni izah etmək istəyirmiş. O, Təqsirləndirilən şəxs1 müəssisənin günahının olmadığını bildirmək istəyirmiş. Polis onun əmisi oğlu imiş və o, Şəfa Tapdıqova ilə danışıq zamanı orda imiş. Belə ki, əmisi oğlu əslində başqa niyyətlə gəlməmişdir. Onların mərkəzi Polis İdarəsinin yanında yerləşir və əmisi oğlu jurnalistlərin gəlməsindən narahat olduğundan nə məsələ olduğunu bilmək üçün gəlmişdir. O, Təqsirləndirilən şəxs2 tanımır. Çəkiliş mərkəzin qabağında olmuşdur. Onlar müəssisənin adını çəkmiş, qapını döymələrinə baxmayaraq onlar qapını açmamışlar. Onlar videoda demişdir ki, görürsüz qapını açmırlar. Teymur qapını döyürmüş ki, mərkəzin içərisinə daxil olub çəkiliş etsin. X12 vəkili deyilmiş ki, onunla birlikdə müəssisəyə girib çəkiliş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, təxminən 2 ildir ki, Qarabağ iqtisadi zonasında tikinti-bərpa işlərini həyata keçirən Əmək Mühəndisliyi şirkətində logistika üzrə müdir vəzifəsində işləyir. Onlar Qarabağ ərazisində fəaliyyət göstərərək, işğaldan azad olnmuş torpaqlara su xətti çəkirmişlər. Onlar işi dövlətdən almış, lakin işi çatdıra bilmədikləri üçün onlara 9 ay vaxt verilmişdir. Onlar işi “2018 Universal” şirkətinə satmışlar. İşin bir qismini onlar, digər qismini də “2018 Universal” şirkəti görmüşdür. İş Qarabağ ərazisində getdiyindən, işə dövlət nəzarət etdiyindən onlar “2018 Universal” şirkətinə pulu öncədən ödəmişlər. Lakin şirkətin nümayəndəsi Aqil Hüseynov pulu alıb ölkəni tərk etmiş və işçilərə pul verməmişdir. Onlar isə pulu ödəmək məcburiyyətində deyilmiş, çünki onlar fəhlələrin işi üçün Aqil Hüseynova 152.000 manat pul ödəmişlər. Xatırlamadığı tarixdə “2018 Universal” şirkətinin işçiləri onların “Yeni Həyat” Plazada yerləşən ofisə basqın etmişlər. Həmin günə qədər o Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tanımırmış.Orada çəkiliş aparılmışdır. O, aşağı düşmüş və görmüşdür ki, basqın edənlər onlara aidiyyəti olmayan işçilərdir. Həmin işçilər onu təhqir etmişlər və biraz problemlər yaranmışdır. Həmin çəkilişlər Respublikada və bəzi xarici ölkələrdə paylaşılmışdır. O, çəkiliş yayımlanıb qurtarandan sonra işi zərər görməsin deyə həmin videoları sildirmək üçün Təqsirləndirilən şəxs2 Əmək Mühəndisliyi şirkətinə dəvət etmişdir. Şirkətdə yuxarı mərtəbədə İstək xanıma müqavilələri göstərmişdir ki, çəkilişin təsiri altında 152.000 manat pulu paylamışdır. Təqsirləndirilən şəxs2 onların dövlətdən söz eşitməmək üçün pul payladığını görə-görə səhəri gün həmin kadrlar ölkədə və Amerikada yaymışdır. O, Təqsirləndirilən şəxs2 təkrar tapmış, İstək onunla görüşmək istəməsə də o İstəyin Ramanada yerləşən evinin önünə getmiş və onlar görüşmüşlər. O, videoların silinməsi üçün Təqsirləndirilən şəxs2 pul təklif etmiş və pul vermişdir. Çünki o işini görə bilmirmiş, həmin videolarda ailəsi, özü təhqir olunmuşdur. Videolar hissə-hissə silinmişdir. Bir-iki video silinmədiyindən o Təqsirləndirilən şəxs1la əlaqə saxlamağa çalışmışdır. Amma Təqsirləndirilən şəxs1 zənglərinə cavab verməmişdir. Sonda Təqsirləndirilən şəxs1la əlaqə yarada bilmişdir. Təqsirləndirilən şəxs1 demişdir ki, Amerikada “Time” TV kanalında paylaşılan videonu silə bilmir, çünki həmin videoları əməkdaş Fikrət paylaşmışdır, o sadəcə videonu ona satmışdır. Təqsirləndirilən şəxs1 Fikrətin videolarını silməyə gücünün çatmadığını, Fikrətin Amerikada olduğunu demişdir. Lakin Təqsirləndirilən şəxs1 videonun “Facebook” sosial şəbəkəsindən silinməsinə köməklik edəcəyini demiş və videolar ordan silinmişdir. Onlar telefonda Təqsirləndirilən şəxs1la artıq-əskik də danışmışlar. Təqsirləndirilən şəxs1 demişdir ki, Fikrət 10.000 manat qarşılığında videonu siləcəyini deyir. O, videonun təsiri altında 152.400 manat pul ödəmişdir. O, hələ də həmin videolara görə borc içindədir və nüfuzu zədələnmişdir. O, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışıq əldə etməmiş, şikayətçidir. O, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona vurulan 152.400 manat mənəvi ziyanı tələb edir. Proses iştirakçılarının suallarını cavablandıraraq Zərərçəkmiş şəxs1 bildirmişdir ki, o, istintaq zamanı ifadəsini özü imzalamışdır. O, istintaq zamanı təzyiq altında olmamış, ifadəsini sərbəst vermişdir. Təqsirləndirilən şəxs2 vasitəsilə Təqsirləndirilən şəxs1la tanış olmuşdur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə tanış olmaqda məqsədi iş nüfuzuna xələl gətirən videoları sildirmək imiş və bunun müqabilində də pul ödəmişdir. O, Təqsirləndirilən şəxs1 pul ödəməmiş, Təqsirləndirilən şəxs2 pul ödəmişdir. O, Təqsirləndirilən şəxs2 200 manat, 300 manat, 500 manat pul ödəmişdir. O, Bakı şəhərində kira qalır. O, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 çəkiilişdən sonra tanımışdır. O, Fikrətin videonu silmək üçün 10.000 manat istəməyinə görə BMCMİ-nə müraciət etmiş, bu müraciətini Təqsirləndirilən şəxs2 da bilirmiş. Video 4 ay ərzində silinmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, onun oğlu "xxxx" klub təlim və tədris mərkəzinə gedir. 2023-cü ilin oktyabr ayında oğlu "xxxx" klub təlim və tədris mərkəzində xəstələnmiş və 10 gün xəstəxanada müalicə almışdır. Onun şikayəti uşağının "xxxx" klub mərkəzində xəstələndirilməsi ilə bağlı imiş. O, "xxxx" klub mərkəzinə zəng edib uşağının 10 günlük xəstəxana xərcinin ödənilməsini tələb etmiş, ödənilmədiyi halda uşağının bağçaya 1-2 ay ödənişsiz getməsini xahiş etmişdir. «İntellekt Kids” klub mərkəzinin müdiri Leyla xanım ona uşağın bağçadan çıxarılması ilə bağlı zəng etmiş və sərt danışmışdır. Leyla xanım sərt danışdığına görə o "xxxx" klub mərkəzinə getmiş və Leyla xanım onun üstünə hücum çəkmişdir. Ora 2 nəfər Xəzər RPİnin nümayəndələri baş təhqiqatçı və əməliyyatçı gəlmişlər. Polis əməkdaşları onu sakitləşdirmişlər və şikayətçi olmağına imkan verməmişlər. Polis əməkdaşları ona demişlər ki, getsin, özləri Leyla xanımla danışacaqlar və onun şikayəti təmin olunacaq. Lakin 2 gün ərzində onun şikayəti təmin olunmamışdır. Buna görə o jurnalist Nuranə Abdullayevanı bağçada çəkiliş etməsi üçün çağırmışdır. Nuranə Abdullayeva isə Təqsirləndirilən şəxs1la birlikdə gəlmişdir. Halbuki o Təqsirləndirilən şəxs1 çağırmamışdır. Nuranə Abdullayeva və Təqsirləndirilən şəxs1 "xxxx" klub mərkəzində çəkiliş etmişlər və özləri araşdırma aparmışlar. Yəni onlar Leyla xanımla əlaqə saxlamışlar, amma Leyla xanım telefona özü cavab verməmiş, köməçisi cavab vermiş və “gedin nə istəyirsiz onu edin” demişdir. Təqsirləndirilən şəxs1 köməkçiyə heç bir nalayiq ifadə işlətmədiyi halda köməkçi ona qarşı səs tonunu qaldırıb kobud danışdığını deyərək şər atmışdır. Həmin dəqiqə səs susdurulmuş və xanım telefonu bir kişiyə vermişdir. Həmin şəxs polis əməkdaşı imiş. Polis əməkdaşı Təqsirləndirilən şəxs1 özü ilə danışmağa başlamışdır. Çəkiliş yayımlanandan sonra Leyla xanım özü onunla əlaqə saxlamış və çəkilişin silinməsini istəmişdir. Leyla xanım kompromisə getmək istəmiş, onu bağçaya çağırmış və demişdir ki, gəlsin, şikayəti təmin olunacaq. O da bağçaya tək getmək istəməmiş, belə ki, Leyla xanımın köməkçisi ilə telefon zəngində səs tonunu qaldırmadığı halda üstlərinə şər atıldığından bağçaya getməzdən əvvəl Teumur Kərimovla əlaqə saxlamış və onunla getməyini xahiş etmişdir. Leyla xanım bütün kollektivi onların önünə yığmış, kollektivin önündə ondan bir valideyn kimi üzr istəmişdir. Leyla xanım demişdir ki, uşağının hansı şəraitdə xəstələnməsindən xəbəri olmamışdır. Leyla xanım bildirmişdir ki, şikayəti təmin olunacaq. Çünki o uşağının bağçasına ödədiyi 2 aylıq ödənişin, yəni 300 manat pulun geri qaytarılması barədə şikayət etmiş və uşağını bağçadan çıxardığını bildirmişdir. Leyla xanım 300 manat pulu kartına köçürəcəyini bildirmişdir. O, kollektivin önündə Leyla xanımla barışmış və Leyla xanım xahiş etmişdir ki, çəkiliş silinsin. Təqsirləndirilən şəxs1 isə bildirmişdir ki, jurnalist olaraq ona şikayət edildiyindən Şəfa xanım videonun silinməsi üçün kanala ərizə yazıb müraciət etməlidir, sonra çəkilişi siləcək. O da razılaşmışdır. Lakin bu söhbət əsnasında içəri Xəzər RPİ-nin rəisi və ya hansısa vəzifəli şəxsi daxil olmuş və Leyla xanıma ərk edərək onu stulundan qaldırıb özü onun yerində oturmuşdur. Həmin şəxs onlarla başqa formada danışmağa başlamışdır. Yəni səs tonunu yüksəldərək hədə-qorxu ilə danışmağa başlamışdır. Onlar nə baş verdiyini düşünərək çaş-baş qalmışlar. O da fikrini dəyişərək kanala ərizə yazmamış, çünki Leyla xanım onları kompromisə çağırsa da üstlərinə polis çağırmışdır. O, uşağının sənədlərini götürüb Təqsirləndirilən şəxs1la birlikdə bağçadan çıxmışdır. 2 gün ərzində onun kartına uşağının bağça pulu olan 300 manat geri ödənilmişdir. O, sonra Leyla xanımla görüşməmiş amma Leyla xanım ona dəfələrlə zəng edib Təqsirləndirilən şəxs1 onun zənglərini açmadığını demiş və xahiş etmişdir ki, Teymura videonun silinməsini desin. O da bildirmişdir ki, heç bir video silinməyəcək, ərizə yazmayacaq. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid bildirmişdir ki, istintaq zamanı verdiyi ifadəni təsdiq edir. O, jurnalistləri çağırmazdan əvvəl Xəzər RPİ-yə müraciət etmişdir. O, araşdırma vaxtı Təhsil Nazirliyinə şikayət etmək istəmiş, amma bağçanın adı çıxmamış, Təqsirləndirilən şəxs1 da elə zəng etmişdir ki, hara müraciət etsinlər. Polis əməkdaşı özünü təqdim etməmiş, o tələb etmişdir ki, vəsiqəsini göstərib özünü təqdim etsin və kim olduğunu öyrənsinlər. Həmin şəxs demişdir ki, onun kim olduğu onların nəyinə lazımdır. Amma şəxsin geyimindən görünürmüş ki, o, polis əməkdaşıdır. O, Təqsirləndirilən şəxs1 və onun işçisinin videonun silinməsi üçün pul tələb etməsindən xəbərsizdir. Hətta Leyla xanım dəfələrlə Təqsirləndirilən şəxs1 zəng edib amma Təqsirləndirilən şəxs1 zəngələri açmamışdır. Leyla xanım ondan xahiş edirmiş ki, Teymura desin onun zəngini açsın. O da telefonunda Leyla xanımın nömrəsini qara siyahıya salmışdır ki, onu narahat etməsin. O, məhkəmədə danışdıqlarını izahatında da demiş, hətta çağırdığı jurnalistləri də demişdir. Ona demişlər ki, onlara bunlar lazım deyil, onlara Təqsirləndirilən şəxs1 Leyla xanımdan pul tələb edib-etməməsi lazımdır. O, ifadəsini oxuyanda da demişdir ki, bəzi cümlələr yazılmamışdır. Ona demişlər ki, onlara məsələ aydındır, artıq ifadələri yazmağa ehtiyac yoxdur, uzun-uzadı ifadə olmasın. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin, şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 1-ci cild 6-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs1 11 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası DİNin BMCMİ-nə ünvanlanmış ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq, özünü jurnalist kimi təqdim edən Təqsirləndirilən şəxs1 onun nəzarətçi vəzifəsində işlədiyi "xxxx" MMCdən narazı olan şəxslərlə arasında baş vermiş mübahisəni video qeydiyyata alaraq əlaqədar sosial şəbəkədə paylaşdıqdan sonra həmin görüntüləri silməyi üçün hədə-qorxu gələrək müxtəlif vaxtlarda ondan ümumilikdə 1000 manat pul aldığını bildirmişdir. Cinayət işinin 1-ci cild 16-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs2 11 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası DİNin BMCMİ-nə ünvanlanmış ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq, özünü jurnalist kimi təqdim edən Təqsirləndirilən şəxs1 təsisçisi və rəhbəri olduğu "xxxx" MMC-nin fəaliyyəti ilə və özüylə əlaqədar sosial şəbəkədə rüsvayedici məlumatlar yayacağı və məqalələr dərc edəcəyi ilə bağlı hədə-qorxu gələrək müxtəlif vaxtlarda ondan ümumilikdə 300 manat pul almışdır. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən daxil olmuş 18 noyabr 2024-cü il tarixli, 3-27/2- 8463/2024 nömrəli məktubdan görünür ki, “Kanal 11” internet televiziya kanalının Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumlara aid telekommunikasiya şəbəklərinə qoşulması ilə bağlı hər hansı müraciət müəyyən edilməmişdir. Cinayət işinin 1-ci cild 35-54-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 11 dekabr 2023-cü il tarixli sənədin götürülməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, iş üzrə Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 hədə-qorxu yolu ilə ondan pul tələb etməsinə dair yazışmaları və səs yazılarının olduğunu bildirdiyi 01 ədəd yaddaş qurğusunu və sms mətnlərinin fotoşəkillərini təqdim etmişdir. Cinayət işinin 1-ci cild 138-139-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 13 dekabr 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş 01 ədəd yaddaş qurğusuna baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, yaddaş qurğusunun içərisində “Teyimir Kanal 11” adı ilə mobil telefonda qeyd edilmiş şəxslə zərərçəkmiş şəxs arasında “whatsapp” proqramında olan yazışmaları özündə əks etdirən fotoşəkillər mövcuddur. Həmin fotoşəkillərdə: Təqsirləndirilən şəxs1 —“Qardaş gözəl insan niyə anlaya bilmirsən ki, biz mediayıq, adam götürüb veribdir videonu”, “Time Tv bağlayacaq bir azdan şərh yerini”, “Narahat olma, gərək hərəkət edəndə də vicdanla edəsən” Zərərçəkmiş şəxs1— “Sən o tayımı sildir məsələ bağlansın”, “Teymur yenə deyirəm o sənin əlindədi, sildir məsələ uzanmasın qardaş”, “Elə bilirsən mənim xəbərim var olar sənlə dosdu sənin paylaşdığın xəbər yalan olduğu və nüfuza xələl gətirdiyi üçün” Təqsirləndirilən şəxs1- “Qardaş mən nə edim”, “Mənə də deyir bağlayacam”, Amerikadayam”, “Ordan keçir nə bilim avropadayam”, “Bircə dəqiqə, Gözlə mən bir də onunla danışım, Time Tv ilə” Zərərçəkmiş Zərərçəkmiş şəxs1- “danış yola qoy”, “qardaş deyib yola vermə” Təqsirləndirilən şəxs1- “Görüm nə deyir, İndi nə bəhanə gətirir” Zərərçəkmiş şəxs1 - “Sən özün vermisəndə o kanala ona da cavabdehsən.” Bundan başqa təqdim edilən yaddaş qurğularının içərisində müxtəlif adlı auidoyazılar mövcuddur. Həmin auidoyazılarda Təqsirləndirilən şəxs1 aşağıda qeyd olunan məzmunda danışıqlar aparır: Əsas 1 adlı audioyazıda- “Mənim əlimdə olsaydı mən onu sildirərdim. Mən sənə dedim axı doğurdan əlimdə deyil.” Əsas 3 adlı audioyazıda - “Mənim gücüm çatanı «facebookda» altını bağlamaqdı. Mən, qardaş, material sildirə bilmirəm. Neçə gündür zəng edirəm qonağım gəlib Amerikadayam, nə bilim hardayam, görürəm ki məni vecinə qoymur.” Əsas 5 adlı audioyazıda—“Mən yenə deyirəm o vaxtı mən onunla danışdım, sənə dedim də niyə görə mən söhbətdən vaz keçdim, çox göylə havayla danışırdı, day işıq ucu olmayandan sonra mən onla durub nə söhbət eləyim. ” Əsas 7 adlı audioyazıda - “Deyir mən tiktoku və facebooku silə bilməyəcəm ancaq altındakı yazıları bağlaya bilərəm” Əsas 10 adlı audiyazıda -“Qardaş mən vermişəmeee mən vermişəm. Bu dəqiqə də onun özünə video satıram. Mən ona ayda 25-30 materiala danışmışam. O da aylıq mənə 600 manat əmək haqqı verir. Mən durub ona zakon qoya bilmərəm. Mən də onla danışdım göylə gedir indi mən nağayrım. O göylə gedir sən də deyirsən ki, yox çox yuxarı ilə gedir indi mən onla nə danışım. Kanal işlədən odur, mən maksimum xahiş edirəm ki, filan şey belə, o da deyir xahişin budur vso. ” Cinayət işinin 1-ci cild 95-98-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 11 dekabr 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə zamanı, Təqsirləndirilən şəxs2 istintaq zamanı verdiyi ifadəsini Təqsirləndirilən şəxs1 üzünə qarşı bir daha təsdiq edərək bildirmişdir ki, Fərruxun yanında Teymura yığıb videonun sildirmək istədiyini, ailəsində problem yaşadığını, Təqsirləndirilən şəxs1 isə əziyyət çəkib vaxt itirdiyini həmin videonun silinməsi üçün 1500 manat pul istəmiş, Fərrux isə 1000 manata gücü çatdığını bildirmiş, daha sonra Teymur pulu onun kartına vurdurcağı halda öz adına olan karta yüklətməməyini, sonra problem çıxdıqda kart ilə onu tapa biləcəklərini bildirmiş, Fərruxun ona ilk dəfə 500 manat verdiyini, bunun 450 manatının Teymura çatmış, sonrakı verdiyi 300 manatın isə 200 manatını Teymura göndərmişdir. Cinayət işinin 1-ci cild 113-116-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 12 dekabr 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs1 arasında keçirilmiş üzləşdirmə zamanı, Zərərçəkmiş şəxs1 istintaq zamanı verdiyi ifadəsini Təqsirləndirilən şəxs1 üzünə qarşı bir daha təsdiq edərək bildirmişdir ki, İstəklə videonun silinməsi üçün görüşdükdə, İstək Teymura yığmış, Təqsirləndirilən şəxs1 isə əziyyət çəkib vaxt itirdiyini həmin videonun silinməsi üçün 1500 manat pul istəmiş, o, 1000 manat verə biləcəyini demiş, razılaşmışlar, daha sonra o, 500, 300, 200 manat olmaqla həmin pulu hissə-hissə İstəyə vermiş, daha sonra «Timetv»-da olan videonun silinməsini Teymurdan istədikdə, o, 10.000 manat verdiyi halda videonu siləcəyini bildirmişdir. Buna görə məhkəmə həmin üzləşdirmə protokollarını da sübut növü kimi qəbul edir. Cinayət işinin 1-ci cild 137-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli, 59005)-2076/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 2 ünvanında iş üzrə əhəmiyyət kəsb edən əşya və malların olması ehtimalı olduğundan, həmin ünvanda axtarış və götürmə aparılması qərara alınmışdır. Cinayət işinin 1-ci cild 140-143-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 14 dekabr 2023-cü il tarixli axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 2 ünvanında axtarış aparılmış, axtarış zamanı iş üçün sübut əhəmiyyətinə malik ola biləcək hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Cinayət işinin 1-ci cild 241-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 16 yanvar 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** nömrəsinə daxil olan və çıxan zəng və sms məlumatlarını özündə əks etdirən "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı iş üçün sübut əhəmiyyətinə malik ola biləcək hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 1-ci cild 242-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 16 yanvar 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** nömrəsinə daxil olan və çıxan zəng və sms məlumatlarını özündə əks etdirən "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı iş üçün sübut əhəmiyyətinə malik ola biləcək hər hansı məlumat aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, heç kimdən hədə-qorxu ilə pul tələb etməmiş, tutulmamışdan əvvəl etdiyi çəkilişlərə görə təzyiqə məruz qalmış, tutulduğu zaman istintaq dövründə ona təzyiq olduğu üçün ona 200-350 manat pul verilməsi qismində etirafedici ifadələr vermişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı irəli sürülmüş ittihamla bağlı ifadəsində göstərilən xüsusatları yuxarıda sadalanan müqayisəli qaydada yoxlamış və həmin ifadəni ağır cinayət məsuliyyətindən yayınmaq məqsədilə verilmiş ifadə kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı və məhkəmə ərəfəsində verdiyi ifadələr tədqiq edilərkən müəyyən olunmuşdur ki, o, ona qarşı irəli sürülmüş ittihamla bağlı fərqli məzmunda ifadələr verməklə, iş üzrə ziddiyətlər yaratmağa çalışaraq cinayət məsuliyyətindən yayınmağa çalışmışdır. Təqsirləndirilən şəxs hər dəfə müxtəlif ziddiyətli ifadələr verməklə ona qarşı irəli sürülmüş ittihamlar üzrə özünü təqsirli bilmədiyi halda, həmin ittihamı təkzib edəcək, tutarlı və mötəbər dəlilər göstərməmişdir. Əksinə biri-digəri ilə ziddiyət təşkil edən ifadələr verməklə məhkəməni yalnış istiqamətə yönəlməyə çalışmışdır. Məhkəmə kollegiyası, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaqda verdiyi ifadələrinin ittihamda nəzərdə tutulan əməllərin törənmə ardıcıllığını və mexanizmini təsdiq edən hissəsini həmin hallarla əlaqədar məhkəmədə araşdırılmış sübutların məcmusu ilə təhlil edib işin faktiki hallarına uyğun gəlməsini nəzərə alır. Həmçinin məhkəmə prosessində Təqsirləndirilən şəxs1 dindirilərkən bildirmişdir ki, polis əməkdaşları tərəfindən işkəncəyə məruz qalmışdır. Cinayət işinin 1-ci cild 231-232-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Nərimanov rayon prokurorunun böyük köməkçisi, kiçik ədliyyə müşaviri X2 22 yanvar 2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması barədə ərizəsi əsasında toplanmış 12-C-24 saylı material üzrə cinayət tərkibi olmadığından, cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 avqust 2024-cü il tarixli, 6(005)-201/2024 nömrəli qərarından görünür ki, Nərimanov rayon prokurorunun böyük köməkçisi, kiçik ədliyyə müşaviri X2 22 yanvar 2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarı ləğv edilmiş və toplanmış material üzrə araşdırmanın davam etdirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası CPM-nin 28.4.2-ci maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrə təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları araşdırmaq vəzifəsi qoyulmuşdur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 mart 2000-ci il tarixli qərarın, Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin qətnaməsi ilə qəbul edilmiş «İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqət alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyanın» və “İnsan hüquqlarının və X3 haqqında” Avropa Konvensiyasının müvafiq tövsiyyələrinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalıb-qalmamasını müəyyən etməkdən ötrü, həmçinin, təqsirləndirilən şəxs istintaq təcridxansına daxil olan zaman üzərində xəsarət olub-olmamasının müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq Təcridxanasına sorğu ilə müraciət edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş 11 iyun 2024-cü il tarixli, 3-16-17/40/2-4035/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 təcridxanaya daxil olan zaman, müayinə zamanı xəsarət aşkar edilməmişdir. Bundan əlavə, məhkəmə kollegiyası öz təşəbbüsü ilə 10 iyul 2024-cü il tarixli, 1(101)-1589/2024 nömrəli qərar qəbul edərək, Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalıb-qalmamasını müəyyən etməkdən ötrü araşdırılması üçün qərarı müvafiq olaraq Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinə göndərmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsi tərəfindən göndərilmiş 23 oktyabr 2024-cü il tarixli 2-2-110/2-158708/2024 nömrəli məktubda qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən zorakarlığa məruz qalması barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin məlumatı əsasında Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsində araşdırma aparılmış və 17 sentyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Məktuba və cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov Rayon Prokurorluğunun müstəntiqi X4 17 sentyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması barədə toplanmış 12-C-24 saylı material üzrə cinayət tərkibi müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası CPM-nin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Məhkəmə, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş ittiham üzrə cinayət əməlini törətmələrində təqsirli olmaları kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə tövsif olunmuş, onlar həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdırlar. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 oktyabr 2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Belə ki, qeyd olunan plenum qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182-ci maddəsinə əsasən hədə-qorxu ilə tələb etmə cinayət əməli özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə anından başa çatmış hesab edilir. Belə ki, əmlakın, əmlaka olan hüququn verilməsi və ya əmlak xarakterli hərəkətlərin edilibedilməməsindən asılı olmayaraq, hədə-qorxu irəli sürüldüyü andan bu cinayət başa çatmış hesab olunur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxslər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində cəza təyin edərkən onların törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, o cümlədən cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 11 sentyabr 2024-cü il tarixli ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs1la barışıq əldə etmədiyini, onun müəssisəsi barədə yayılmış videoların silinməsini Təqsirləndirilən şəxs1 tələb edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 27 sentyabr 2024-cü il tarixli ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışıq əldə etmədiyini, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 152.400 manat dəymiş ziyanın ödənilməsini tələb edir. Cinayət işinin 1-ci cild 236-237-ci vərəqələrində olan Azərbycan Respublikası Daxili İşlər Nazirliyindən daxil olmuş 23 fevral 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmamışdır. Cinayət işinə əlavə edilmiş Kəlbəcər RİHB-nın Ağdaban KİƏD üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 müsbət səciyyələndirilir. Cinayət işi materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşağı xx.xx.2012-ci il təvəllüdlü X5 vardır. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, müsbət səciyyələndirilməsini isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası belə hesab edir ki, Təqsirləndirilən şəxs1 yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs1 ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı 11 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 1-ci cild 84-85-ci vərəqələrində olan 11 dekabr 2023-cü il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki Təqsirləndirilən şəxs1 həmin tarixdə tutulmuşdur. Həmçinin, cinayət işinin 1-ci cild 129-131-ci vərəqələrində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 dekabr 2023-cü il tarixli, 4(005)-1688/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs müddətinin əvvəli 11 dekabr 2023-cü il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 238-ci vərəqəsində olan Azərbycan Respublikası Daxili İşlər Nazirliyindən daxil olmuş 16 fevral 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmamışdır. Cinayət işinin 2-ci cild 25-26-cı vərəqələrində olan şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı uşağı xx.xx.2017-ci il təvəllüdlü X6 vardır. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə xüsusi ilə vurğulayır ki, qanuni, əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımı cəzalandırma tədbirini təmin edir, məhkumun islah olunması və yenidən tərbiyə edilməsinə köməklik göstərir, həm onun, həm də sair şəxslər tərəfindən yeni cinayət edilməsinin qarşısını alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. ...Hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. “İnsan Hüquqlarının və X3 haqqında” Avropa Konvensiyasının 5-ci maddəsində insan hüquqlarının müdafiəsinin mühüm elementi yer almışdır. Şəxsi azadlıq elə bir əsas şərtdir ki, hamı ondan istifadə etmək imkanına malik olmalıdır. Azadlıqdan məhrum edilmə bir çox digər hüquqlardan istifadəyə birbaşa mənfi təsir göstərə bilər. Hakimlər hər zaman yadda saxlamalıdırlar ki, azadlıq hüququna verilən təminatın hər hansı məna kəsb etməsi üçün istənilən azadlıqdan məhrum edilmə həmişə müstəsna tədbir olmalı, obyektiv əsaslandırılmalı və mütləq zərurət tələb etdiyi müddətdən artıq davam etməməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Amyur Fransaya qarşı işində” (25 iyun 1996-cı il) qeyd etmişdir ki, 5-ci maddənin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur; Məhkəmənin məqsədi heç kəsin qanunsuz olaraq azadlıqdan məhrum edilməməsini təmin etməkdir. Digər tərəfdən, bu sadəcə hərəkət azadlığının məhdudlaşdırılmasına aid prinsip deyil, belə məhdudiyyətlər 4 saylı Protokolun 2-ci maddəsi ilə tənzimlənir. 5-ci maddənin mənası baxımından hər hansı şəxsin“azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin (azadlıqdan məhrum etmənin) növünə, müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinin mühüm prinsiplərindən biri–humanizm prinsipidir (Azərbaycan Respublikası CM-nin 9-cu maddəsi). Humanizm prinsipi cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Yəni cinayət törədən şəxs barəsində nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmasını nəzərdə tutur. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimai-təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında“ olan xx.xx.1999cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət törətməsini,qadın olmasını, himayəsində azyaşlı uşağının olmasını nəzərə alaraq hesab edir ki, ona azadlıqdan məhrum etmə cəzasınn təyin edilməsi onun ailəsini ciddi məhrumiyyətlərə düçar edə bilər. Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün sayan məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməsi üçün əsaslar vardır və ona şərti cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Cinayət işinin 2-ci cild 76-77-ci vərəqələrində olan Azərbaycan Respublikası DİNnin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsinin baş müstəntiqi, polis mayoru X8 16 mart 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd yaddaş qurğusunun cinayət işi materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Belə ki,Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə məhkəmə xərci yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs1 dəymiş maddi ziyanla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Zərərçəkmiş şəxs1 cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesesi tərəflərinin çıxışı başlananadək dəymiş ziyanla bağlı mülki iddia vermədiyindən ona Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsində nəzərdə tutulan mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüququ izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.3-cü maddəsinə əsasən mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Məhkəmə işin faktiki hallarına və araşdırılmış sübutlara istinad edib Zərərçəkmiş şəxs1 dəymiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsini əsaslı sayır. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3 və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.14-cü maddələrinin şərh olunmasına dair” 14 noyabr 2011ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14 və 353.2.8-ci maddələrinin tələblərinə görə cinayət qanununun müvafiq maddələrinin sanksiyasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının əlavə cəza kimi tətbiq edilməsi və ya edilməməsi nəzərdə tutulduğu hallarda, məhkəmələr onun təyin edilməsinin zəruri olub-olmaması məsələsini müzakirə etməli və hökmdə bu cəzanın təyin edilməsi haqqında qərarın motivlərini göstərməlidirlər. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 öz qulluq mövqeyindən istifadə edib təqsirli bilindiyi cinayətləri törətdiyindən yuxarıda göstərilənləri nəzərə alıb Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-cı maddəsi tətbiq edilərək Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələrinin sanksiyası daxilində azadlıqdan məhrumetmə növündə cəza təyin edərkən CM-nin 46.2-ci maddəsinə əsasən müəyyən müddətə jurnalistika fəaliyyəti ilə məşğul olma hüququndan məhrum etmə əlavə çəza növü də təyin edilməlidir. Məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət yolu ilə əldə etdiyi əmlakları müəyyən edilməmiş, istintaq zamanı onlara məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamışdır. Buna əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i:

1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 02 (iki) il müddətə jurnalistika fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 11 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində xüsusi müsadirə tətbiq edilməsin.

2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs2 cəzası şərti hesab edilsin. Təqsirləndirilən şəxs2 02 (iki) il sınaq müddəti təyin edilsin. Sınaq müddəti ərzində üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, davranışına nəzarəti həyata keçirən orqanın çağırışına vaxtında gəlmək və öz davranış ilə islah olunmasını sübut etmək vəzifəsi qoyulsun. Sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İ.M. Totiyeva barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd yaddaş qurğusunun cinayət işi materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. Zərərçəkmiş şəxs1 dəymiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxslərə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir.

Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Səbinə Məmmədzadə

Əli Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar