Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1589/2025 17.12.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri, “Zəfər” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1966-cı ildə Yevlax şəhərində doğulmuş (FİN № xxxxxxx), Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Yevlax rayonu, Aran qəsəbəsində qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Kürdəxanı qəsəbəsi, Əjdər Məlikov küçəsində yerləşən nömrəsiz fərdi evdə yaşamış, 12 dekabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 13 dekabr 2024-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 11 dekabr 2024-cü il tarixdə saat 19 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Əjdər Məlikov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində ona məxsus “Tefal" çaynikinin kabelini özünün kəsməsi ilə bağlı Zərərçəkmiş şəxs ona irad bildirməsini bəhanə edərək, davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərib, əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə özündə olan istintaq zamanı müəyyən edilmiş üzərində sonradan hər hansı əlavə və dəyişiklik edilməmiş, zavod üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs qəsdlə çoxsaylı zərbələr endirərək, sonuncuya ənsə nahiyəsinin bir ədəd çapıq toxuma sifətdə nəzərəçarpan asimmetriyaya, mimika və çeynəmə pozğunluqlarına səbəb olmadığından, eləcə də vaxt keçdikcə öz gedişi boyu əhəmiyyətli dərəcədə bərpa olunan xəsarət olduğundan sifətin silinən xəsarətlərinə aid edilən sifətin sol yarısının bir ədəd, sol said nahiyəsinin bir ədəd, sağ bud nahiyəsinin bir ədəd nüfuz etməyən deşilmiş kəsilmiş yaraları, sol said nahiyəsinin bir ədəd və sol bud nahiyələrinin bir ədəd kəsilmiş yaraları ilə müşaiyət olunan, dərəcələrinə görə hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirməklə qəsdən sağlamlığına yüngül, habelə qaraciyərin, mədənin, böyük piyliyin və dalağın zədələnməsinə səbəb olan, qarın nahiyəsinin qarın boşluğuna nüfuz edən üç ədəd, hər biri ayrı-ayrılıqda və ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Kürdəxanı qəsəbəsi, Əjdər Məlikov küçəsində ət satışı ilə məşğul olan Qədim adlı şəxsə məxsus evdə yaşayır. Qədim kəsmək üçün iri buynuzlu heyvanlar alaraq həmin evin həyətində saxlayır, o da, heyvanlara gözətçilik edir. Zərərçəkmiş şəxs isə tutulmamışdan təxminən 4 ay qabaqdan tanımış, sonuncu da Qədirin işçisi olmuş və heyvanları yemləmişdir. İlk gündən onların münasibətləri yaxşı olmamış, Çingiz dəfələrlə onunla səbəbsiz yerə mübahisə etmişdir. 11 dekabr 2024-cü il tarixdə saat 19 radələrində yenə həmin evdə olarkən Çingiz də evə gəlmiş, özü həyətyanı sahədə heyvanlara yem vermişdir. Sonra o, evə qayıtmış, Çingizin içkili olduğunu bilmişdir. Lakin Çingiz evə girəndən sonra “Tefal” çaynikinin kabelini kəsməsi ilə bağlı onunla mübahisə etməyə başlamışdır. O, çaynikin özünə məxsus olduğunu və kabeli kəsməklə yaxşı etdiyini demiş, Çingiz isə həmin vaxt üzərindəki bıçağı çıxarıb ona zərbə endirmək istəmişdir. Həmin vaxt əlləri ilə Çingizin əlində olan bıçaqdan tutmuş, bıçaq sonuncunun əlindən yerə düşmüşdür. Bundan sonra onlar tutaşmış və birbirlərini vurmağa başlamışlar. Həmin vaxt Çingiz yerə yıxılmış, bundan sonra o, cəld yerdən bıçağı götürüb, həmin bıçaqla Çingizə çoxlu sayda zərbələr endirmişdir. Sonra Çingizdən qan axmasını görüb qorxmuş və dərhal evi tərk edib getmişdir. Küçədə olarkən polis avtomobilini görüb saxlatmış, özünü təqdim edərək bir nəfəri bıçaqladığını demişdir. Polis əməkdaşları onu 15-ci Polis bölməsnə aparmışlar. O, Çingizin bıçağı götürüb ona xəsarət yetirə biləcəyindən qorxaraq, özü tez tərpənmiş və həmin bıçaqla Çingizə xəsarətlər yetirmişdir. Sonuncudan qan axdığını gördükdə hərəkətlərini dayandırmışdır. Törətdiyi əmələ görə çox peşmandır, bunların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, özü Maştağa qəsəbəsində yaşayır və dolanmaq üçün fəhləliklə məşğuldur. Təqsirləndirilən şəxs 2024cü ilin iyun-iyul aylarından tanımış, həmin vaxtdan onunla İsrayıl Kürdəxanı qəsəbəsində Qədim adlı şəxsə məxsus ət kəsimi yerində birlikdə fəhlə işləmişlər. 11 dekabr 2024-cü il tarixdə saat 19 radələrində o, ət kəsimi yerində olmuş, təxminən 200 qram araq içmişdir. O, həmin vaxt evin içərisində olmuş, İsrayıl isə həyətyanı sahədə heyvanlara yem vermişdir. İsrayıl evə daxil olduqda, sonuncuya “Tefal” çaynikinin kabelini kəsməsini irad tutmuş, İsrayıl da onunla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı İsrayıl onu əli ilə yerə yıxmış, sonra haradansa bıçaq çıxarıb zərbələr endirməyə başlamışdır. O, İsrayılı özündən kənara itələmiş, sonuncu hərəkətlərini dayandırıb harasa getmişdir. Daha sonra özü Qədimə zəng etmiş və İsrayılın onu bıçaqladığını bildirmişdir. Qədim evə gələrək onu xəstəxanaya aparmışdır. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı şikayəti və tələbi qalmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, fərdi olaraq sahibkarlıqla məşğuldur, Kürdəxanı qəsəbəsi, Əjdər Məlikov küçəsində yerləşən fərdi yaşayış evinin həyətində ət kəsimi məntəqəsi işlədir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanıyır, onlar həmin məntəqədə fəhlə kimi işləmişlər. Həmçinin İsrayılın başqa yaşayış yeri olmadığından həmin evdə də yaşamışdır. 11 dekabr 2024-cü il tarixdə saat 19 radələrində o, öz evində olarkən Çingiz zəng edərək Təqsirləndirilən şəxs bıçaqla ona xəsarət yetirdiyini demişdir. Həmin ət kəsimi məntəqəsi yaşadığı ünvana yaxın olduğundan cəld oraya getmiş, həmin vaxt evdə Zərərçəkmiş şəxs xəsarət aldığını görmüşdür. Bundan sonra sonuncunu avtomobilinə mindirib X3 aparmışdır. Yolda polis əməkdaşları ona zəng etmiş, o da, polis əməkdaşlarına Çingizi xəstəxanaya apardığını bildirmişdir. Məhkəmə iclasında şahid – Azərbaycan Respublikası DİN X4 Alayının 8-ci Patrul bölüyünün polis nəfəri Şahid2 Elsəvər oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Şahid2 göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində 2482 nömrəli avtopatrulda post yoldaşı Şahid1 ilə xidmətdə olarkən bir nəfər onlara yaxınlaşıb özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş, yaxınlıqda yerləşən evdə Çingiz adlı tanışına bıçaqla xəsarət yetirməsi barədə məlumat vermişdir. Onlar dərhal Təqsirləndirilən şəxs avtomobilə əyləşdirib sonuncunun verdiyi istiqamətlər əsasında hadisənin baş verdiyi Kürdəxanı qəsəbəsində yerləşən fərdi yaşayış evinə gəlmişlər. Hadisənin baş verdiyi evdə Təqsirləndirilən şəxs bıçaqla xəsarət yetirdiyi Çingiz adlı şəxs müəyyən edilməmiş, həmin vaxt vətəndaşlarla sorğu edərkən onlara məlum olmuşdur ki, Çingiz adlı şəxsi həmin evin sahibi Qədim adlı şəxs tibbi yardım göstərilməsindən ötrü X3 aparmışdır. Bundan sonra onlar Təqsirləndirilən şəxs ərazi aidiyyəti üzrə Sabunçu RPİ-nin 15-ci Polis şöbəsinə təqdim etmişlər. Şahid2 qeyd etmişdir ki, Təqsirləndirilən şəxs onlara müraciət edərkən etdiyi əməli etiraf etməsi ilə yanaşı, Çingiz adlı şəxsə tibbi yardım göstərilməsi üçün onlardan kömək istəmişdir (cild 1, iş vərəqi 89-90). Məhkəmə iclasında şahid – Azərbaycan Respublikası DİN X4 Alayının 8-ci Patrul bölüyünün polis nəfəri Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunarkən, onun da xx.xx.2024-cü il tarixdə Şahid2 Elsəvər oğlu ilə eyni maşında xidmətdə olduğu və həmkarının ifadəsi ilə oxşar məzmunlu ifadə verdiyi müəyyən olundu (cild 1, iş vərəqi 87-88). Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş 23 iyun 2024-cü il tarixli protokola əsasən, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, həmin istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Əjdər Məlikov küçəsində yerləşən nömrəsiz ət kəsimi nəntəqəsi kimi istifadə edilən fərdi yaşayış evində Təqsirləndirilən şəxs ona bıçaqla xəsarətlər yetirdiyini təsdiq edərək, özünün Təqsirləndirilən şəxs əl zərbələri ilə vurması, bıçağın onda olması barədə deyilənləri təkzib etmişdir (cild 1, iş vərəqi 148-149). Ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli 1996 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda şizofreniya paranoid forma, remissiya vəziyyəti xroniki psixi xəstəliyi aşkar edilir. Bunu anamnestik məlumatlar əvvəllər psixi vəziyyətində dəyişikliklərin meydana çıxması, bununla əlaqədar psixiatriya stasionarında müalicə olunması, 2008 və 2014-cü illərdə keçirilmiş məhkəmə-psixiatrik ekspertizaları zamanı yuxarıda göstərilən diaqnozun təsdiq olunması və s. sübut edir. Bununla yanaşı qeyd olunmalıdır ki, hazırkı psixiatrik müayinə zamanı Təqsirləndirilən şəxs hər hansı kəskin produktiv psixopatoloji əlamət (qavrama pozuntuları, sayıqlama fikirləri və s.) qeyd olunmamış, mühakimələri kifayət qədər məntiqli və ardıcıl olmuş, cinayət əməlinə görə məsuliyyət daşıyacağını dərk etmiş, öz vəziyyətinə və yaranmış situasiyaya qarşı tənqidi münasibəti kifayət səviyyədə olmuşdur. Bunları nəzərə alaraq belə nəticəyə gəlmək olar ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə yuxarıda göstərilən psixi xəstəliyin remissiya (yaxşılaşma) mərhələsində olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda onda qeyd olunan psixi xəstəliyin remissiya (yaxşılaşma) mərhələsində olduğundan öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları ilarə etmək iqtidarındadır, yəni anlaqlıdır. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə onun halhazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda şizofreniya paranoid forma, remissiya vəziyyəti xroniki psixi xəstəliyi aşkar edilir, Təqsirləndirilən şəxs hal-hazırda onda qeyd olunan psixi xəstəliyin remissiya mərhələsində olduğundan öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22ci maddələrinin təsiri altına düşmür (cild 1, iş vərəqi 191-193). Məhkəmə-trasoloji ekspertizasının 03 iyul 2025-ci il tarixli 224/MKTŞ-2025 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində olan xəsarətlərin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruksiyalı digər alətin (alətlərin) tiyəsinin təsirindən törənməsi mümkündür. Təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Bıçağın üzərində sonradan hər hansı bir əlavə və dəyişiklik edilməmişdir (cild 1, iş vərəqi 183- 188). Məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 1333 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs xəsarətləri - qaraciyərin, mədənin, döyük piyliyin və dalağın zədələnməsinə (dalaq cərrahi üsulla çıxarılmışdır) səbəb olan qarın nahiyəsinin qarın boşluğuna nüfuz edən 3 (üç) ədəd, ənsə nahiyəsinin 1 (bir) ədəd, sifətin sol yarısının 1 (bir) ədəd, sol said nahiyəsinin 1 (bir) ədəd, sağ bud nahiyəsinin 1 (bir) ədəd nüfuz etməyən deşilmiş kəsilmiş yaraları - ümumilikdə 7 (yeddi) ədəd; sol said nahiyəsinin 1 (bir) ədəd və sol bud nahiyələrinin 1 (bir) ədəd - ümumilikdə 2 (iki) ədəd kəsilmiş yaraları müəyyən edildi. Xəsarətlər deşici-kəsici əşya (alət), ola bilsin ki, bıçağın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixə və şəraitə uyğun gəlir. Dərəcəsinə görə qaraciyərin, mədənin, böyük piyliyin və dalağın zədələnməsinə (dalaq cərrahi üsulla çıxarılmışdır) səbəb olan qarın nahiyəsinin qarın boşluğuna nüfuz edən 3 (üç) ədəd deşilmiş-kəsilmiş yaraları, ümumilikdə və hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya; ənsə nahiyəsinin 1 (bir) ədəd, sifətin sol yarısının 1 (bir) ədəd, sol said nahiyəsinin 1 (bir) ədəd, sağ bud nahiyəsinin 1 (bir) ədəd nüfuz etməyən deşilmiş kəsilmiş yaraları, ümumilikdə 4 (dörd) ədəd; sol said nahiyəsinin 1 (bir) ədəd və sol bud nahiyələrinin 1 (bir) ədəd - ümumilikdə 2 (iki) ədəd kəsilmiş yaraları hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Xarakter və lokalizasiyasına görə xəsarətlərin yıxlıma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Zərərçəkmiş şəxs sifətinin sol yarısında müəyyən edilən 1 (bir) ədəd deşilmiş- kəsilmiş yaradan sonra yaranmış çapıq toxuma sifətdə nəzərəçarpan asimmetriyaya, mimika və çeynəmə pozğunluqlarına səbəb olmadığından, eləcə də vaxt keçdikcə öz gedişi boyu əhəmiyyətli dərəcədə bərpa olunan xəsarət olduğundan sifətin silinən xəsarətlərinə aid edilir (cild 1, iş vərəqi 147-150). Məhkəmə-bioloji ekspertizasının 04 iyul 2025-ci il tarixli 363/2025-TBŞ nömrəli rəyindən görünür ki, təqdim edilən portallardan çıxarılmış kserosurətə əsasən Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu O/l/, Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu A/ll/. Ekspertizaya təqdim olunan 1 ədəd bıçaq üzərində Alfa/beta (İ) qruplu insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus olması inkar olunmur (cild 1, iş vərəqi 196-199). İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs iştirakı ilə sonuncunun xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdiyi Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Əjdər Məlikov küçəsində yerləşən nömrəsiz ət kəsimi məntəqəsi kimi istifadə edilən fərdi yaşayış evinə baxış keçirilmişdir. Bu zaman hadisə yerində Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs həmin ünvanda bıçaqla xəsarət yetirməsi faktını təsdiq etmiş, həmçinin hadisə yerindən Təqsirləndirilən şəxs xəsarət yetirdiyi bir ədəd bıçaq sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. Bununla bağlı hadisə yerinin fotoşəkilləri çəkilməklə protokol tərtib edilmiş və cinayət işi materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 5-11). İbtidai istintaq orqanının 04 iyul 2024-cü il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Əjdər Məlikov küçəsində yerləşən nömrəsiz ət kəsimi məntəqəsi kimi istifadə edilən fərdi yaşayış evində Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bir ədəd bıçaq maddi sübut kimi tanınmış və Sabunçu RPİ-nin saxlancına təhvil verilmişdir (cild 1, iş vərəqi 157-165). Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İinformasiya idarəsinin tələbnaməsindən və qərarın surətindən görünür ki, Hacıqabul rayon Məhkəməsinin 06 oktyabr 2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 186.2.1 və 186.2.2-ci maddələri ilə anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş, barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməklə ümumi tipli psixatriya stasisonarına yerləşdirilmmişdir (cild 1, iş vərəqi 108- 109). Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib cinayət əməlini etiraf etmiş, bununla belə hadisə zamanı istifadə etdiyi bıçağın zərərçəkmiş şəxsin üzərində olduğunu, sonuncunun həmin bıçağı çıxarıb onu vurmaq istədiyini, bu zaman özünün cəld tərpənib həmin bıçağı zərərçəkmiş şəxsin əlindən aldığını və sonuncuya çoxsaylı bıçaq zərbələri vurduğunu bildirərək, öz müdafiəsi üçün dəlillər gətirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillə bağlı qeyd etməyi lazım bilir ki, məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs, həmçinin iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri və digər sübutlarla təqsirləndirilən şəxsin gətirdiyi dəlil tamamilə təkzib olunur. İş üzrə alınmış ifadələrlə və məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs hadisə zamanı əldə etdiyi bıçaqdan istifadə etməklə heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Göstərilənlər məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs gətirdiyi dəlillər onun məsuliyyətini yüngülləşdirmək üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən, Zərərçəkmiş şəxs ilə barışıq əldə edilməsi təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş zərərçəkmiş şəxslə barışıq əldə edilməsi kimi cəzanı yüngülləşdirən halın olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. İş materiallarına əsasən Təqsirləndirilən şəxs 12 dekabr 2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu RPİ, İstintaq şöbəsi tərəfindən şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 13 dekabr 2024-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının 25 iyul 2025-ci il tarixli qərarı ilə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış və hal-hazıra qədər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan müddəalara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 12 dekabr 2024-cü il tarixdən başlayaraq məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməli, azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həmin tarixdən hesablanmalıdır. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə maddi sübut - Bakı şəhəri, Sabunçu RPİ-nin saxlancına təhvil verilməklə cinayət hadisəsi zamanı Təqsirləndirilən şəxs istifadə etdiyi bir ədəd bıçaq məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 №-li qərarına əsasən hər iş saatı üçün 11 manat hesabı ilə müdafiə xərcləri hesablanmalıdır. Cinayət işində olan orderdən və hesabatdan görünür ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs hüquqlarını dövlət büdcəsinin vəsaiti hesabına vəkil Müdafiəçi müdafiə etmiş, vəkil bununla bağlı 40 saat vaxt sərf etmişdir. Odur ki, məhkəmə məsrəfləri hesab edilməklə vəkil Müdafiəçi ödənilməli olan 440 (dörd yüz qırx) manat məbləğində pul vəsaiti Bakı şəhəri, «Zəfər» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 12 dekabr 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə Bakı şəhəri, Sabunçu RPİ-nin saxlancına təhvil verilmiş maddi sübut - Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bir ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri - məhkəmə baxışı zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi ödənilməli olan 440 (dörd yüz qırx) manat məbləğində pul vəsaiti Bakı şəhəri, «Zəfər» Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Səbinə Məmmədzadə, Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-1589/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1589/2025
17.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver