Məhkəmə qərarları › İş №1(101)-159/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-159/2020

11.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-159/2020 11.02.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ İş № 1(101)-159/2020 Azərbaycan Respublikası adından HÖKM Bakı Ağır Cinayətlər Məhkəməsi 11 fevral 2020-ci il Bakı şəhəri Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Mahmudov İlham Ağa oğlu (sədrlik edən), Xankişiyev Mirzə Aslan oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi x4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru x2 və Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 16 saylı vəkil bürosunun vəkili x11 , Zərərçəkmiş şəxsin hüquqi varisi x23 oğlunun iştirakı ilə, xx.xx.2000-ci il tarixdə Füzuli rayonu, Qacar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum edilməmiş, Füzuli rayonu Qacar kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Gəraybəyli küçəsi Azərbaycan Pedoqoji Universitetinin 3 saylı yataqxanasında yaşamış, hazırda barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 2017-ci ildən boşanmaqla onunla bir mənzildə yaşayan doğma bacısı Zərərçəkmiş şəxs yüngül həyat tərzi keçirməsi, dəfələrlə yaşadıqları evə gec gəlməsi və bəzi hallarda evdən gedərək gecə klublarında, habelə digər müxtəlif yerlərdə qalması ilə bağlı sonuncu ilə ailələrinin şərəfinə ləkə gətirən hərəkətlərə yol verməməsi barədə dəfələrlə söhbətlər aparmasına baxmayaraq, Pərvanəninin növbəti dəfə 2019-cu ilin iyun ayının əvvəllərində evdən gedərək yüngül həyat tərzi keçirməsindən sonra onu axtarsa da tapmağa nail ola bilməmiş, 27 iyun 2019-cu il tarixdə gecə saat 01 radələrində Şahid7 bacısı Zərərçəkmiş şəxs “Xəqani bağı” ətrafında yüngül əxlaqlı qızlarla gəzməsi barədə ona məlumat verməsindən sonra, bacısının yüngül həyat tərzi keçirməklə ailəsinin şərəfini ləkələməsi, onun namusuna xələl gətirməsi, bununla bağlı həmyaşıdları arasında rüsvay olması ilə bağlı sonuncuya qarşı yaranmış nifrət hissinin təsiri altında sonuncunu qəsdən öldürmək qərarına gəlib, həmin niyyətini həyata keçirmək üçün yaşadığı mənzildən bir ədəd mətbəx bıçağını götürüb üzərində gizlədərək silahlanmış, evdən çıxarkən valideyinlərinin hara getməsini soruşduqda bacısını axtarmağa getməsini bildirsə də, üzərində bıçaq götürməsini gizlədərək bu barədə onlara məlumat verməmiş, atası Şahid2 israrla onunla birlikdə gedəcəyini deməsindən sonra sonuncu ilə birlikdə mənzildən çıxmış, atası ilə “Xaqani” bağına gələrək orada bacısı Zərərçəkmiş şəxs bir qədər axtardıqdan sonra atasını evə yola salaraq, sonuncunu axtarmaqda davam etmiş, saat 03:50 radələrində Zərərçəkmiş şəxs ünvan 1 ünvanının qarşısında tanımadığı bir xanımla birlikdə “Hyundai Veloster” markalı avtomobilin sürücüsünə məxsus iti oynatmasını görüb, yuxarıda qeyd edilən səbəblərdən Zərərçəkmiş şəxs qarşı yaranmış nifrət hissinin təsiri altında qisas almaq məqsədilə qəsdən öldürmək üçün sonuncuya yaxınlaşaraq yaşadığı evdən götürdüyü soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağı ilə iki dəfə zərbə vuraraq ona bel nahiyəsinin sol onurğayanı xətt üzrə İİ bel fəqərəsi proyeksiyası səviyyəsində, qarın boşluğuna nüfuz edən, yumşaq toxumaları zədələyən və döş qəfəsinin sol yarısının ön-yan səthində ön qoltuqaltı xətt ilə orta körpücük xətti arasında ,V qabırğaarası sahədə, sol döş boşluğuna nüfuz edən, sol ağciyərinin yuxarı payını zədələyən, kəskin daxili və xarici qanitirməyə səbəb olmaqla sonuncunun ölümü ilə nəticələnən, ayrılıqda və ümumilikdə həyat üçün təhlükəli ağır zərərvurmanın əlamətlərinə malik olan xəsarətlər yetirərək, Zərərçəkmiş şəxs qisas almaq məqsədilə qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ЪM-nin 120.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə юzünü təqsirli bilərək ifadələrində эюstərmişdir ki, 1996-cı il tarixdə anası Şahid1 ilə atası Şahid2 ailə qurmuş və onların birgə nikahından 1998-ci il tarixdə bacısı Zərərçəkmiş şəxs və 2000-ci il tarixdə isə özü dünyaya gəlmişdir. Atası ev təmiri ustası kimi fəaliyyət göstərir, anası isə “Bravo” ticarət mərkəzində şöbə müdiridir. Bacısı Zərərçəkmiş şəxs 2015-ci il tarixdə Əflatun Abbasovla ailə qurmuş və birgə nikahlarından Ömər adlı bir oğlan övladları dünyaya gəlmişdir. Daha sonra bacısı ilə Əflatun yola gedə bilmədikləri üçün 2017-ci il tarixdə ayrılmış, bacısı Əflatundan ayrıldıqdan sonra övladı Ömərlə birlikdə onların yanında qalmışdır. O, ərindən ayrıldıqdan sonra çox dəyişmiş, yüngül həyat tərzi keçmiş, övladına qayğı göstərməmiş, evə gecələr gec gəlmişdir. Təxminən bir ildən artıqdır ki, bacısı evə çox az hallarda gəlmiş, onun evə gəlməməsi ilə bağlı bir neçə dəfə söz-söhbət olmuşdur. Evdə olan zaman çalışdıqları qədər onu çölə buraxmamışlar. Pərvanə boşandıqdan sonra Toğrul adlı bir nəfərlə münasibət qurmuş, təxminən bir ilə yaxın Toğrulla münasibətdə olmuşdur. Bacısı 2018-ci ilin yay aylarında evdən çıxıb getmiş, uzun müdətdən sonra geri qayıtmışdır. Evə gələndə isə onun getməsinə mane olmağa çalışmışlar. Bacısını evdən buraxmadıqlarına görə o, sevgi münasibətinin olduğu Toğrul adlı şəxslə razılaşaraq onların evlərinə yalandan elçi gəlməsini bildirmişdir. 2019-cu ilin əvvəllərində Toğrul bir neçə qadınla onların evlərinə elçiliyə gəlib ana və atasından Pərvanəni istəmişdir. Həmin vaxt yanındakı qadınları anası, qardaşının arvadı kimi təqdim etmiş, lakin həmin qadınlar onun qohumları olmamışdır. Həmin şəxslər Pərvanə ilə birlikdə Bakı şəhərində fəaliyyət göstərən gecə klublarından birində çalışmışlar. Pərvanə ilə Toğrul da qeyd edilən gecə klubunda tanış olmuş, anası və atası bu məsələdən şübhələndiklərinə görə bacısını buraxmamışlar. Ancaq bacısının israrından sonra onun Toğrulla getməsinə icazə vermişlər. Bacısının evdən getməsi ilə bağlı bir neçə dəfə onunla söhbət etmiş, ondan evdən getməməsini, onları utandırmamasını, ailəsi ilə birgə yaşamasını xahiş etmişdir. Bacısı Toğrulla gedib onunla yaşamış, lakin nə işlə məşğul olmalarını bilməmişdir. 2019-cu ilin mart ayında Toğrul anası Zəminə ilə mobil telefon əlaqəsi saxlayıb onların evinə gələn elçilərin yalan olduğunu, bu elçiliyi Pərvanənin israrı ilə etdiyini bildirmişdir. Bundan sonra anası Zəminə Pərvanəni evə gətirməsini söyləmişdir. Səhəri gün Toğrul Pərvanəni evə gətirib çıxıb getmişdir. Ancaq arabir Toğrul onların evlərinə gəlib Pərvanə ilə görüşmüş, lakin son zamanlar bacısının Toğrulla münasibətinin olub-olmamasından xəbəri olmamışdır. 2019-cu ilin aprel ayının əvvəllərində ana babasının ölməsinin il dönümü münasibətilə anası Zəminə, atası Nağı, bacısı Pərvanə və onun azyaşlı övladı Ömərlə anasının ata evinin yerləşdiyi Naxçıvan MR-in Şərur rayonuna getmişlər. Özü isə bir müddət əvvəl Şərur rayonuna getmişdir. Aprel ayının axırına yaxın anası, atası və bacısının övladı Ömərlə birlikdə Bakı şəhərinə qayıtmışlar. Bacısı isə Şərur rayonunda xalası Xanımın yanında qalmış, 2019-cu ilin may ayında Bakı şəhərinə gəlmişdir. Aeroportda onu qarşılayıb evə gətirmişdir. Pərvanə bir müddət evdə qaldıqdan sonra yenə də çıxıb getmişdir. Onu müxtəlif yerlərdə axtarsalar da, tapa bilməmişlər. Artıq bacısının tüfeyli və yüngül həyat tərzi yaşaması onu bezdirmişdir. Pərvanənin gecə klublarında əyləndiyini, müxtəlif şəxslərlə görüşdüyünü, yüngül həyat tərzi yaşadığını eşitmişdir. 26 iyun 2019-cu il tarixdə dostu Həbiblə birlikdə 28 may metrostansiyasının yaxınlığına getmiş, orada bir müddət gəzdikdən sonra saat təxminən 22-23 radələrində evə qayıtmışlar. 27 iyun 2019-cu il tarixdə saat təxminən 01 radələrində evdə olarkən anasının ***-***-**-** nömrəli iş telefonuna zəng gəlmiş, cavab verərkən danışan Toğrul olmuş, ona bacısını Malakan (Xaqani) bağının yaxınlığında gördüyünü, onun avara qızlarla gəzdiyini bildirmişdir. Toğrulla danışdıqdan sonra yaşadığı evin qonaq otağında stolun üstündə olan mətbəx bıçağını götürüb cibinə qoymuş, qapıdan çıxanda anası və atası digər otaqdan səslənib nə baş verdiyini soruşmuşlar. Onlara Toğrulun bacısını gördüyünü, onun şəhərin mərkəzində olduğunu, onu götürməyə getdiyini söyləmişdir. Atası ona gözləməsini, onunla birgə gələcəyini demişdir. Atası ilə birgə yaşadıqları evin yaxınlığından keçən dövlət qeydiyyat nişanını unutduğu Mercedes markalı taksi avtomobilinə əyləşmiş, Malakan bağına gəlmişdir. Atası ilə Malakan bağında bir müddət onu axtarmış, tapmadıqdan sonra Tarqovıya düşüb onu axtarmışdırlar. Atasının yorulduğunu görüb ona getməsini, özünün də bir müddət onu axtarıb evə gələcəyini demişdir. Atası evə qayıtmış, bir müddət bacısını axtarıb tapa bilmədikdə yenidən Malakan bağına qayıtmışdır. Orada ikən Toğrul gəlmişdir. Saat təxminən 03:30 radələrində Toğrulla Malakan bağında olan skamyada söhbət edərkən bacısının bağın yaxınlığında sarışın bir qızla keçib getdiyini görmüşdür. Lakin Pərvanə onu görməmiş, gedib Malakan bağının girişində Xaqani ticarət mərkəzinin yaxınlığında dayanmışlar. x19 markalı avtomobil olmuş, Pərvanə ilə yanındakı qız yan-yana həmin Hyundai markalı avtomobilin yaxınlığında dayanıb avtomobil sahibinə məxsus kiçik iti tumarlamışlar. Bunu görəndə o daha da qəzəblənmişdir. Bacısının həmişə onun namusuna ləkə gətirən hərəkətlər etməsi, evdə söz-söhbət salması onu bezdirmişdir. Malakan bağı boyunca onlara tərəf getmiş, üzərində olan mətbəx bıçağını çıxarıb arxa tərəfdən Pərvanəyə yaxınlaşaraq bıçaqla iki dəfə ona zərbə vurmuş, zərbələrdən birinin kürək nahiyyəsinə, digərinin isə döş qəfəsi nahiyyəsinə dəydiyini hiss etmişdir. Ona zərbə vuran kimi Pərvanə qışqırmağa başlamış, yerə çöməlib ayağa durub Malakan bağına tərəf qaçmışdır. Bacısının yanında olan sarışın qız da qışqırmışdır. Bir iki addım Pərvanəyə tərəf gedib daha sonra fikrini dəyişərək, evə qayıtmaq qərarına gəlmiş və Xaqani ticarət mərkəzinin qarşısı ilə Tarqovıya girib irəliləmiş və qaçmağa başlamışdır. İstifadəsində olan ***-***-**-** nömrəli mobil telefondan atasının istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonuna zəng edərək ona baş verənləri bildirmiş və bacısı Pərvanəni bıçaqla vurduğunu evə gəldiyini söyləmişdir. Planı evə gedib ana və atası ilə görüşüb qayıdıb təslim olmaq olmuşdur. Dövlət qeydiyyat nömrəsini unutduğu “Daewoo Centra” markalı taksi dayanan avtomobilə əyləşmiş, evlərinə gəlmişdir. Baş verənləri anasına atasına danışmış və gedib təslim olacağını demişdir. Hazırlaşıb evdən çıxarkən polis əməkdaşları gəlmiş və onu Səbail RPİ-nin 39-cu PB-yə aparmışdırlar. Bölmədə olarkən o Pərvanənin öldüyünü öyrənmişdir. Ancaq çox peşman olmuş, onun ölməsini istəməmişdir. Onu qorxutmaq və xəsarətləndirmək məqsədilə vurmuşdur. Təqsirləndirilən şəxs ifadəsində həmçinin bacısının aylarla evə gəlmədiyi müddətdə harda yaşadığını bilmədiyini, axır vaxtlarda bacısının mobil telefonu olmadığını, olsada nömrəsini bilmədiyini, 27 iyun 2019-cu il tarixində Toğrul zəng edənə kimi aralarında bu mövzuda söhbət olmadığını, evdən bıçağı götürərkən məqsədinin bacısını qorxutmaq və yüngül xəsarət yetirmək olduğunu, onu öldürmək niyyətinin olmadığını, bıçağı evdən götürərkən ata anasının bunu bilmədiklərini, bilsələr buna imkan verməyəcəklərini, hadisədən əvvəl Toğrulla Malakan bağında söhbət edərkən Toğrulun onun üzərində bıçaq olduğunu bilmədiyini, cinayət hadisəsini törədərkən baş verənlərə bacısının yanında olan tanımadığı sarışın qızın və “Hundai Veloster” markalı avtomobili idarə edən 35-40 yaşlı kişinin şahid olduğunu, bacısını vurduğu bıçağı qonaq otağından götürdüyünü, həmin bıçağın ümumi uzunluğunun 22-25 sm, dəstəyinin qəhvəyi rəngli olduğunu, bacısını vurduqdan sonra qana bulaşdığını, bacısını bıçaqla vurduqdan sonra bıçağı Səbail rayonu, Mirzə İbrahimov küçəsində olan lyukun içərisinə atdığını, hadisə baş verən zaman əynində qara rəngli cins şalvar və qara rəngli kofta olduğunu, bacısı Pərvanənin əynində ağ rəngli üzəri güllü naxışlı paltarlar olduğunu, baş vermiş hadisə zamanı bədənində hər hansı bir xəsarət olmadığını bildirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafedici ifadəsi, məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, digər istintaq hərəkətinin protokolları, ekspertiza rəyləri və cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla tam sübuta yetirildi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş x17 göstərmişdir ki, 27 iyun 2019-cu il tarixdə qardaşı Təqsirləndirilən şəxs tərəfindən öldürülən Zərərçəkmiş şəxs bacısı Şahid1 qızıdır. Pərvanə 2015-ci il tarixdə Füzuli rayonundan olan Əflatun Abbasovla ailə qurmuş və birgə nikahlarından Ömər adlı bir oğlan övladı dünyaya gəlmişdir. İlk vaxtlar Pərvanənin ailəsi normal olsa da, daha sonra Əflatunun ailəsinə laqeyd olduğu və yola gedə bilmədikləri üçün 2017-ci il tarixdə ayrılmışlar. Əri ilə ayrıldıqdan sonra Pərvanə övladı ilə birlikdə Zəminənin yanına gəlib onlarla birlikdə yaşamağa başlamışdır. Pərvanə ərindən boşanana qədər çox sakit, mədəni bir qız olmuşdur. Qalib mütəmadi olaraq Pərvanənin övladına baxmış, onun oğlunu öz balası kimi saxlamışdır. Ancaq ərindən boşandıqdan sonra Pərvanə dəyişmişdir. Lakin bu məsələlərdən ətraflı xəbəri olmamışdır. Lakin 2018-ci ilin yay aylarında onun evdən çıxıb getdiyini, bacısıgilin onu axtardığını eşitmişdir. Lakin daha sonra Pərvanə özü evinə qayıtmışdır. Arabir bacısını görməyə gedəndə bacısı Zəminə Pərvanənin onlarla yola getmədiyini, çox əsəbi və aqressiv olduğunu, evdən çıxıb gecələr evə gec gəldiyini söyləmişdir. Pərvanənin evdən çıxıb gecə həyatı keçirməsi evə gecələr gec gəlməsi bir dayı kimi onu çox incitmişdir. Çünki Pərvanənin uşaqlıq illərinin çox hissəsi onun evində keçmişdir. Özü də bir dəfə dayı kimi onunla danışıb ana və atasına qulaq asmasını, ağıllı olmasını, övladına görə yaşamasını bildirmişdir. Lakin Pərvanənin son zamanlar evdən yenə də çıxıb getməsini, günlərlə evə gəlməməsini bilməmişdir. Zəminə övladının adını qorumaq üçün ona bu barədə deməmişdir. Pərvanənin axır vaxtlar evdən çıxıb getməsi və yüngül həyat tərzi keçirməsini məlum cinayət hadisəsi baş verdikdən sonra bilmişdir. Belə ki, 27 iyun 2019-cu il tarixdə səhərə yaxın saat 05:30 radələrində bacısı Zəminə ona zəng edərək təcili onlarla gəlməsini bildirmiş, ondan nə baş verdiyini maraqlanan zaman Zəminə heç bir söz deməyib təcili gəlməsini söyləmişdir. Bundan sonra dərhal paltarını geyinib idarə etdiyi Mercedes E Klass markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə bacısı Zəminənin yaşadığı ünvana getmişdir. Oraya çatan zaman bacısı Zəminə, onun oğlu Qalib, yeznəsi Nağı və Pərvanənin övladı Ömər evdə olmuşlar. Nə baş verdiyini maraqlanan zaman x13 “Tarqovı”da bıçaqla vurduğunu bildirmişdir. Nə üçün bacısını vurduğunu soruşanda Zəminə ağlaya-ağlaya Pərvanənin son zamanlar evə gəlmədiyini, yüngül həyat tərzi keçirdiyini, onu axtarsalar da tapa bilmədiklərini, 27 iyun 2019-cu il tarixdə gecə saatlarında Qalibin şəhərdə Pərvanəni axtararkən onu görüb bıçaqla vurduğunu demişdir. Bir neçə dəqiqə sonra polis əməkdaşları gəlib Qalibi aparmışlar. Elə həmin gün Pərvanənin öldüyünü bilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 1996-cı il tarixdə Füzuli rayonundan olan Şahid2 ilə ailə qurmuş və onların birgə nikahlarından 1998-ci il tarixdə qızı Zərərçəkmiş şəxs və 2000-ci il tarixdə oğlu Təqsirləndirilən şəxs dünyaya gəlmişdir. Hazırda Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, x1 3 saylı yataqxanasında yaşayırlar. x8 uşaqlıqdan ciddi nəzarət etmişdir. Hər biri tərbiyyəli, böyüyün, kiçiyin yerini bilən uşaqlar olmuşlar. Oğlu ilə qızı uşaqlıqdan mehriban olmuş, aralarında demək olar ki, əvvəllər heç bir söz-söhbət olmamışdır. Hər ikisi orta təhsilli olmuş, qohum-əqrəba içərisində sayılıb seçilən təriflənən uşaqlar olmuşlar. Qızı Pərvanə 2015-ci il tarixdə Füzuli rayonundan olan Əflatun Abbasovla ailə qurmuş və birgə nikahlarından Ömər adlı bir oğlan övladları dünyaya gəlmişdir. Onlar ilk vaxtlar mehriban yaşasalar da, daha sonra Əflatun ailəsinə laqeyd olduğu və yola gedə bilmədikləri üçün 2017-ci il tarixdə ayrılmışlar. Bundan sonra qızı Pərvanə övladı Ömərlə birlikdə yanlarına gəlmiş, birlikdə yaşamağa başlamışdır. Boşandıqdan sonra birgə yaşayan ərəfədə də Pərvanənin qardaşı Qaliblə arasında demək olar ki, heç bir söz-söhbət və narazılıq olmamışdır. Qızı ərindən boşandıqdan sonra əsəbi olmuş, evdə söz-söhbət salmışdır. 2018-ci ilin əvvəllərindən etibarən qızı Pərvanə tamamilə dəyişməyə başlamışdır. Belə ki, o, evdən çıxıb şəhərə getmiş, evə gec vaxtlarda gəlmiş, bəzi hallarda isə ümumiyyətlə gəlməmişdir. Evə gəldikdə isə harada olduğunu soruşan zaman evdə söz-söhbət salmışdır. Lakin bu ərəfədə də onun qardaşı ilə arasında heç bir problemi olmamışdır. Evdən getdiyi ərəfədə əri Nağı ilə birlikdə onu axtarıb tapıb, evə gətirmişlər. Dəfələrlə ona övladının olduğunu, bu həyatı onun üçün yaşamasını, küçə həyatından uzaq durmasını xahiş etmişdir. 2018-ci ilin yay aylarında Pərvanə evdən çıxıb getmiş, onu hər yerdə axtarıb tapa bilməmişlər. İşlətdiyi mobil nömrəni bilmədiyi üçün onunla əlaqə saxlamamışlar. Pərvanə 2018-ci ilin yay aylarından 2019-cu ilin yanvar ayınadək onların yaşadıqları evə gəlməmişdir. 2019-cu ilin yanvar ayının əvvəllərində işdə olarkən Pərvanə tanımadığı mobil nömrədən “Whatsapp” sosial şəbəkəsi vasitəsilə ona sms yazmış və Pərvanə olduğunu bildirmişdir. Onun nömrəsini görüb sevinmiş, harada olduğunu, bu qədər vaxtda nə üçün heç bir xəbər etmədiyini maraqlandıqda ona Sumqayıt şəhərində paltar dükanında işlədiyini söyləmişdir. Lakin, sonradan öyrənmişdir ki, Pərvanə yalan demiş, o, Bakı şəhərində olan gecə klublarının birində işləmişdir. Bundan sonradan xəbər tutmuşdur. Pərvanə əsəbi olduğu üçün xətrinə dəymədən mülayim danışaraq evlərinə çağırmışdır. 2019-cu ilin yanvar ayının əvvəllərində Pərvanə evlərinə gəlmişdir. Ondan 6-7 ay ərzində harada olduğunu soruşanda Pərvanə Sumqayıt şəhərində Səbinə adlı qadına məxsus paltar dükanında işlədiyini, həmin şəhərdə yaşadığını bildirmişdir. Pərvanə bir-iki gün onlarla birgə qaldıqdan sonra getmək istədiyini söyləmiş, haraya getmək istədiyini soruşanda dəqiq bir söz deməmişdir. Pərvanənin yalanlar danışdığını hiss etmiş, ona görə də onun getməsinə imkan verməmişdir. x21 yalvararaq evdən getməməsini, onlarla birgə qalmasını, övladının yanında yaşamasını, uşağının ona ehtiyacı olduğunu bildirmiş, lakin Pərvanə onların sözlərinə heç bir məhəl qoymamışdır. Qarşısını almağa çalışanda evdə münaqişə yaratmış, səs-küy salmlşdır. Buna baxmayaraq getməsinə imkan verməmişlər. Çünki onun Sumqayıt şəhərində işlədiyinə inanmamışlar. Səhəri gün Pərvanə ona bir oğlanla münasibətinin olduğunu, onun ailəsi ilə birgə onların evlərinə elçi gəlmək istədiyini bildirmişdir. O da öz növbəsində onunla razılaşmışdır. Həmin gün Toğrul adlı bir oğlan, bir nəfər yaşlı bir qadın, iki nəfər isə cavan qız onların evlərinə elçiliyə gəlmişlər. Həmin vaxt, özü, əri Nağı, oğlu Qalib, qızı Pərvanə və nəvəsi Ömər evdə olmuşlar. Toğruldan başqa 3 nəfər xanım gəlmişdir. Onlardan cavan olanın birinin adı Səbinə, digərinin adı İlahə, yaşlı qadının adı isə Xuraman olmuşdur. Xuraman adlı yaşlı qadın özünü Toğrulun anası kimi təqdim etmişdir. Səbinə isə özünü Toğrulun böyük qardaşının arvadı olduğunu bildirmişdir. İlahənin kim olduğunu maraqlanan zaman Səbinə Sumqayıt şəhərində paltar dükanı işlətdiyini, İlahənin isə həmin dükanda satıcı olduğunu bildirmişdir. Yoldaşı ilə birgə Toğrul haqqında maraqlanmışlar. Toğrulun gəmidə işlədiyini, normal işinin gücünün olduğunu, Toğrulla Pərvanənin parkda olarkən tanış olduqlarını, Toğrulun ayrıca kirayə ev tutub Pərvanə ilə birgə yaşadığını bildirmişlər. Sən demə bunlar hamısı yalan imiş. Bu məsələdən çox şübhələnmiş, razılıq vermək istəməmişdir. Düşünüb qərar verəcəklərini bildirmişlər. Səhəri gün Səbinə yenə əlaqə saxlayıb Pərvanəyə icazə vermələrini, Toğrulun onu çox sevdiyini bildirmişdir. O, icazə vermək istəməmiş, ancaq Pərvanənin israrından sonra məcbur qalıb onun getməsinə icazə vermişdir. 2019-cu ilin yanvar ayından həmin ilin mart ayınadək Pərvanə evə gəlməmiş, ancaq onun Toğrulla birgə yaşadığını bilmişdir. 2019-cu ilin mart ayının ortalarında Toğrul istifadəsində olan ***-***-**-** nömrəli mobil telefondan onun istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona zəng edərək elçiliyin yalan olduğunu, onlara gələn qadınların anası, qardaşı arvadı olmadıqlarını, bu planı Pərvanənin qurduğunu, evdə yaşamaq istəmədiyini, ona görə də onun xahişi ilə yalançı bir elçilik etdiyini bildirmişdir. Həmin vaxt Toğruldan onlara gələn qadınların kim olduqlarını maraqlanan zaman Toğrul ona həmin qadınların həmçinin Pərvanənin də Bakı şəhərində olan adını unutduğu gecə klubunda işlədiklərini söyləmişdir. Toğrulla telefonda danışan zaman dediklərindən ona məlum olmuşdur ki, Səbinə münasibətdə olduğu Əflatun adlı şəxslə Bakı şəhərində gecə klubu işlətmiş və Səbinə ilə Toğrul da həmin gecə klubunda işləmişlər. O, Toğrula onsuz bu məsələyə inanmadığını, qızını gətirib evinə ona təhvil verməsini bildirmişdir. Bir gün sonra Toğrul Pərvanəni onun evinə gətirib təhvil vermişdir. Ancaq qızı Pərvanə onu çox sevmiş, Toğrulun onlara gəlib-getməsinə icazə verməsini xahiş etmiş, məcbur qalıb buna icazə vermişdir. Ona görə də Toğrul ara-sıra onların evlərinə gəlib-getmişdir. Oğlu Qalib də qızının Toğrulla arasında olan münasibətləri bilmişdir. Bir dəfə Toğrul onların evlərinə gəlmiş, gecə olduğu üçün Pərvanə onun getməsini istəməmiş, ondan xahiş etmişdir ki, Toğrulun qalmasına icazə versin. Əri Nağı ilə məsləhətləşdikdən sonra buna icazə vermişdir. Toğrul əri Nağı ilə bir otaqda, Pərvanə ilə özü isə digər otaqda yatmışlar. Ancaq həmin vaxt oğlu Qalib Naxçıvanda olmuş, Toğrulun evdə qalmasını bilməmişdir. 2019-cu ilin aprel ayının 22-si mərhum atasının ölümünün il dönümü olduğuna görə aprel ayının 16-da özü, əri Nağı, qızı Pərvanə və nəvəsi Ömərlə birlikdə Naxçıvan MR-in Şərur rayonuna getmişdirlər. Oğlu Qalib orada olmuş, onlardan əvvəl getmişdir. 24 aprel 2019-cu il tarixədək Şərur rayonunda qalmışlar. 2019-cu ilin aprel ayının 24-də özü əri Nağı, oğlu Qalib və nəvəsi Ömər Naxçıvan MR-in Şərur rayonundan Bakı şəhərinə qayıtmış, qızı Pərvanə isə Şərurda xalası Xanımın yanında qalmışdır. O, 2019-cu ilin may ayınadək Naxçıvan MR-in Şərur rayonunda qalmış, may ayında Naxçıvandan Bakıya gəlmişdir. Bakı şəhərinə gəldikdən sonra bir neçə gün onların yanında qalmışdır. 2019-cu ilin iyun ayının əvvəllərində Pərvanə səhər saatlarında övladı Öməri bağçaya aparmış, lakin geri qayıtmamışdır. Bir gün gözləmiş, Pərvanə gəlməmişdir. Bundan sonra Toğrulun istifadəsində olan mobil telefona zəng etmiş, telefonu bir qadın götürmüş, Toğrulun analığı olduğunu bildirmişdir. Həmin qadına Toğrulun qızını apardığını, təcili geri qaytarmasını, əks təqdirdə polisə məlumat verəcəyini bildirmişdir. Həmin qadın bu məsələdən xəbərsiz olduğunu, Toğrulla bu barədə danışıb xəbər edəcəyini demişdir. Həmin gün axşam saatlarında Toğrul onunla mobil telefon əlaqəsi saxlamışdır. Ona qızını geri gətirməsini bildirmiş, Toğrul ona and aman edərək Pərvanənin onunla birgə olmadığını, onun yerini bilmədiyini söyləmişdir. 2019-cu ilin iyun ayının təxminən 13 və 14 tarixində gecə saatlarında Toğrul əvvəlcə əri Nağının mobil telefonuna zəng etmiş, cavab vermədikdə isə oğlu Qaliblə mobil telefon əlaqəsi saxlayaraq ona qızı Pərvanənin “Taksim” gecə klubuna gedib-gəldiyini eşitdiyini bildirmişdir. Bundan sonra o, əri Nağı və oğlu Qaliblə birlikdə Səbail rayonu, Ü.Hacıbəyov küçəsində olan “Taksim” gecə klubunun olduğu yerə getmişdir. Lakin Qalibin içəriyə girməsinə imkan verməmişlər. Əri ilə birlikdə kluba daxil olmuş, klubu işlədən Əflatun adlı şəxs onlara Pərvanənin burada olmadığını bildirmişdir. Onlar klubda onu axtarmaq istədiklərini söyləmiş, Əflatun da bununla razılaşmışdır. Klubda Pərvanəni axtarıb tapa bilmədikdən sonra çıxıb evlərinə qayıtmışlar. Sonuncu dəfə Pərvanənin evdən çıxıb getməsi oğlu Qalibi pis vəziyyətə salmış, bütün gün bacısının fikrini çəkmiş, onu düşünmüş, elə hey fikirli olmuşdur. 27 iyun 2019-cu il tarixdə gecə saat 01 radələrində Toğrul istifadəsində olan mobil telefondan onun istifadəsində olan ***-***-**- ** nömrəli mobil telefona zəng etmiş, özü yatdığı üçün telefona oğlu Qalib cavab vermişdir. Toğrul həmin vaxt Qalibə Pərvanənin “Malakan” (Xaqani) bağının yaxınlığında olduğunu bildirmişdir. Qalibin telefonla danışmasını eşidən zaman o, yuxudan ayılmış və digər otağa keçəndə Qalibin yaşadıqları evin qapısından çıxdığını görmüşdür. Bu vaxt atası Nağı ona səslənərək gözləməsini, özünün də onunla birgə gələcəyini söyləmişdir. 27 iyun 2019-cu il tarixdə gecə saat təxminən 01 radələrində oğlu ilə əri şəhərin mərkəzinə qızı Pərvanəni axtarmaq üçün getmişlər. Bir müddət sonra əri Nağı evə gəlmiş, ondan Qalibin harada olduğunu soruşmuşdur. Nağı şəhərdə Pərvanəni axtarıb tapa bilmədiklərini, Qalibin onu evə yola saldığını, özünün isə bir müddət Pərvanəni axtarıb evə gələcəyini söylədiyini bildirmişdir. Gecə saat təxminən 04 radələrində Qalib əri Nağının istifadəsində olan ***-***- **-** nömrəli mobil telefona zəng edərək Pərvanəni bıçaqla vurduğunu, çıxıb evə gəldiyini bildirmişdir. Nağı bunu ona dedikdə dəhşətə gəlmişdir. Bir müddət sonra Qalib evə gəlmiş, çox həyəcanlı olmuşdur. Nə baş verdiyini ondan maraqlananda Qalib Pərvanəni şəhərin mərkəzində gördüyünü, onun əynində açıq-saçıq paltarların olduğunu bacısının hərəkətlərinin onu cana yığdığını, bacısı Pərvanənin “Hyundai” markalı avtomobilə yaxınlaşıb həmin avtomobilin sahibi ilə söhbət etdiyini, bu vaxt özünü ələ ala bilmədiyini, güclü həyəcan keçirdiyini, bacısının hərəkətlərinin onun qeyrətinə toxunduğunu buna görə də ona yaxınlaşıb bıçaqla vurduğunu, bundan sonra Pərvanənin qışqıraraq qaçdığını, özünün isə hadisə yerindən çıxıb evə gəldiyini bildirmişdir. O, Pərvanənin vəziyyəti ilə yəni sağ qalıb və ya ölməsi ilə bağlı maraqlananda Qalib onu bıçaqla vurarkən Pərvanənin qışqırıb qaçdığını, həmin vaxt sağ olduğunu, lakin daha sonra evə gəldiyinə görə sağ qalmasından məlumatsız olduğunu bildirmişdir. Qalib onunla vidalaşıb polisə getmək istəmiş, elə bu vaxt polis əməkdaşları onların evlərinə gəlmiş və Qalibi götürüb Səbail rayon polis idarəsinə aparmışdırlar. Həmin gün qızı Pərvanənin öldüyünü eşitmişdir. Həmçinin, Şahid1 ifadəsində Pərvanə evdən gedən zaman mobil telefonu olmadığını, qızının evə gəlməməsi ilə bağlı hər hansı bir hüquq-mühafizə orqanına müraciət etmədiyini, oğlu Qalib yaşadıqları evdən bıçağı götürən zaman buna şahid olmadığını, Qalibin üzərində bıçaq olduğunu bilsə onu getməyə qoymayacağını, Qalibin Pərvanəni vurmasını ağlına gətirmədiyini, çünki onun çox sakit bir uşaq olduğunu, bacısını çox istədiyini, onun övladı Ömərə çox vaxt Qalibin baxdığını, qızı Zərərçəkmiş şəxs Şahid7 başqa hər hansı bir şəxslə münasibətdə olması barədə məlumatı olmadığını, onun heç kimdən şikayəti olmadığını, oğlu Qalibin qızını öldürmək niyyətində olmadığını, yetkinlik yaşına yenicə çatdığını, yaşadığı dövr ərzində heç kimlə münaqişə etmədiyini bildirmiş və övladına köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 arvadı Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhərində yaşasa da, arabir Bakı şəhərinə gəlib bu şəhərdə gecə klublarında əylənir. 26 iyun 2019-cu il tarixdə saat təxminən 21 radələrində evdən çıxıb marşrutla Sumqayıt şəhərindən Bakı şəhərinə gəlib, 20 Yanvar dairəsində düşüb metro ilə Sahil metrostansiyasına gəlmişdir. Sahil metro stansiyasından çıxıb piyada Xaqani küçəsinə gəlmiş, Xaqani küçəsində yerləşən əvvəllər Taksim adlı gecə klubundan tanıdığı Səbinə adlı şəxsin yenicə işlədiyi “x26” əyləncə məkanına girmişdir. Həmin yerə ilk dəfə gəlmiş, qeyd edilən yer yenicə fəaliyyətə başlamışdır. Oraya getməkdə məqsədi ofisant kimi işə girib işləmək olmuşdur. Həmin Pub-a gələrkən gecə saat təxminən 23 radələri olmuşdur. Səbinə ilə görüşdükdən sonra orada əylənməyə başlamışdır. Həmin vaxt adam az olmuş, müxtəlif xarici musiqilər səslənmişdir. Bu vaxt Pub-da əvvəllər tanımadığı bir qız ona yaxınlaşaraq söhbət etməyə başlamışdır. Bir-birlərinin adlarını soruşmuş, həmin adının Pərvanə olduğunu, ancaq başqalarına “Fira” kimi təqdim etdiyini bildirmiş, əvvəllər ailəli olduğunu, daha sonra boşandığını söyləmişdir. Pərvanə iki-üç oğlanla münasibətinin olduğunu, lakin sona kimi davam etmədiyini bildirmişdir. Səmimi, deyib-gülən bir qız olmuş və söhbət zamanı Pərvanə ona bir müddətdir ki, evdən qaçdığını, ilk əvvəl köhnə sevgilisi ilə birgə kirayə tutduqları evdə onunla qaldığını, lakin hazırda müxtəlif yerlərdə qaldığını bildirmişdir. Həmin vaxtı Pərvanənin nəsə içdiyini görsədə nə olduğunu bilməmişdir. Özü də bir miqdar spirtli içki qəbul etmiş, Pərvanə ilə söhbət etdikdən sonra Arena Hall adlı pub-da gəzmiş, musiqiyə qulaq asmışdır. Gecə saat təxminən 03:30 radələri olarkən o, hava almaq üçün həmin əyləncə məkanının qarşısına çıxmış, bu vaxt Pərvanə gəlib onunla zarafat etməyə başlamışdır. Pərvanə onla Xaqani (Malakan) bağında bir müddət gəzmək istəmiş, əlindən tutub parka tərəf aparmışdır. Onlar parkın kənarı ilə söhbət edəedə Xaqani ticarət mərkəzinə tərəf gedərkən, parkın sonunda Hyundai markalı avtomobil dayanmışdır. Həmin avtomobilin sağ tərəfdən ön oturacağında kiçik bir it oturub pəncərədən baxırmış, Pərvanə ondan əvvəl həmin avtomobilə yaxınlaşıb iti tumarlamış daha sonra avtomobildə əyləşən təxminən 40 yaşlarında olan kişidən icazə alıb onu qucağına alıb itlə oynamağa başlamışdır. Elə bu vaxt qəfləti şəkildə arxa tərəfdən cavan bir oğlan yaxınlaşmış, Pərvanəyə bir neçə zərbə vurmuşdur. Pərvanə qışqırıb əlində olan iti yerə buraxmışdır. Əvvəlcə həmin oğlanın Pərvanəni yumruqla vurduğunu düşünmüş, daha sonra onun əlində bıçaq olduğunu görüb dəhşətə gəlmiş, donub qalmışdır. Daha sonra Pərvanə qışqıraraq yerə çöməlmiş, dərhal durub Xaqani (Malakan) bağının içərisinə tərəf qaçmışdır. Pərvanəni vuran oğlan isə onun dalınca bir neçə addım getmiş, daha sonra fikrini dəyişib geri qayıdaraq Xaqani ticarət mərkəzinə tərəf getmişdir. O, həmin Hyundai Veloster markalı avtomobili idarə edən tanımadığı şəxsdən xahiş etmişdir ki, o, qızın arxası ilə getsinlər. Onun avtomobilinə əyləşmiş və onlar Vapiano restoranının yanına tərəf getmişdirlər. Pərvanə orada yıxılıb qalmış, xeyli sayda adam toplaşmışdır. Arena Hall-da işləyən Səbinə və əyləncə məkanında olanlar da çölə çıxmışlar. Onun can verdiyini hiss etmişdir. Hadisə yerinə xeyli sayda adam toplaşmışdır. Qısa müddət ərzində təcili tibbi yardım stansiyasının və polis idarəsinin əməkdaşları hadisə yerinə gəlmiş və həmin qızı xəstəxanaya aparmışlar. Daha sonra Pərvanənin dünyasını dəyişdiyini eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 2017-ci ilin iyun ayında Bakı şəhərində yaşayan Şahid6la tanış olmuş və həmin vaxtdan etibarən onunla münasibətləri yaranmış və hal-hazırda da onunla birlikdədir. Rəsmi nikahda olmasalar da, dini kəbin kəsdirmişlər. 2017-ci ilin iyun ayının 10-da Əflatun Bakı şəhərində Sahil bağının yaxınlığında “Roys” gecə klubunu icarəyə götürüb işlətməyə başlamışdır. Həmin vaxtdan o da Əflatunla birlikdə orada işləmişdir. Qeyd edilən gecə klubuna müxtəlif şəxslər əyləncə məqsədilə gəlmişlər. Əflatun çox vaxtlar klubda olmamış, demək olar ki, həmin klubu özü işlətmişdir. 27 iyun 2019-cu il tarixdə dünyasını dəyişmiş Zərərçəkmiş şəxs ilə də həmin klubda tanış olmuşdur. Belə ki, 2018-ci ilin yay aylarında Pərvanə “Roys” kluba gəlib getmişdir. Həmin vaxt orada onunla tanış olmuş, söhbət əsnasında ona Füzuli rayonundan olduğunu, ailəsinin Füzulidə yaşadığını, özünün isə Bakı şəhərində kirayədə qaldığını demişdir. Lakin daha sonra ona məlum olmuşdur ki, Pərvanə ona yalan deyirmiş, onun ailəsi də Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsində olan Azərbaycan Pedaqoji Universitetinin 3 saylı yataqxanasında yaşayırlar. Pərvanə bir müddət gəlib-getdikdən sonra ona yaxınlaşmış, klubda işləmək istədiyini bildirmişdir. Pərvanədən nə işləmək istədiyini soruşanda, ofisant kimi işləmək istədiyini bildirmişdir. Əflatunla danışıb məsləhətləşdikdən sonra onu ofisant kimi işə götürmüşdür. Bundan sonra Pərvanə klubda ofisant kimi işləmiş, qısa müddət ərzində hər kəsin hörmətini qazanmışdır. Pərvanə klubda işə girdikdən bir müddət sonra yəni 2018-ci ilin oktyabr-noyabr aylarında “Roys” klubda DJ kimi fəaliyyət göstərən Şahid7lə tanış olmuşdur. Onların arasında sevgi münasibətləri yaranmış, daha sonra birlikdə olduqlarını öyrənmişdir. Pərvanə əvvəlcə təxminən Bakı şəhərində Əcəmi metrostansiyasının yaxınlığında kirayədə qalmışdır. Lakin 2018-ci ilin sonlarına yaxın Pərvanə ona yaxınlaşaraq kirayə qaldığı evdən çıxdığını, onunla birlikdə qalmaq istədiyini bildirmişdir. Pərvanəyə evə getməsini təklif etmiş, o, isə evə getmək istəmədiyini, onunla birlikdə qalmaq istədiyini demişdir. Oda də razılıq vermiş, Pərvanə qısa bir müddət onun evində qalmışdır. Onun evində qalan ərəfədə Pərvanə ailəsi ilə telefonda sms vasitəsilə yazışmış, öz növbəsində ona ailəsinin yanına getməsini bildirmişdir. Pərvanə onunla razılaşıb övladı üçün darıxdığını söyləmiş və ailəsinin yanına getmişdir. Bundan sonra Pərvanə ilə mobil telefonda və ya “Whatsapp” sosial şəbəkəsi vasitəsilə danışmışlar. Pərvanə ona evdə sıxıldığını, ailəsi ilə birgə yaşamaq istəmədiyini demişdir. Daha sonra Toğrulun onların evlərinə getdiyini, ana və atasının razıllığı ilə Pərvanəni evdən götürdüyünü, kirayə ev tutduğunu və birlikdə qaldıqlarını eşitmişdir. 2019-cu ilin əvvəllərindən etibarən Toğrul və Pərvanə ümumiyyətlə “Roys” kluba gəlməmişdirlər. Lakin onların birlikdə olduqlarını eşitmişdir. “Roys” klubu işlədə bilmədikləri üçün 2019-cu ilin may ayının 01-də həmin klubu təhvil vermiş, 2019-cu ilin may ayının əvvəllərində Əflatunla birlikdə Bakı şəhəri, Səbail rayonu, Ü.Hacbəyov küçəsində olan “Taksim” gecə klubunu icarəyə götürüb bir müddət təmir etdirdikdən sonra işlətməyə başlamışlar. İstər Toğrul, istərsə də Pərvanə həmin kluba gəlməmişlər. Ümumiyyətlə 2019-cu ilin əvvəllərindən həmin ilin iyun ayınadək Pərvanəni bir dəfə də olsun görməmişdir. 2019-cu ilin iyun ayının təxminən 14-15-də gecə saatlarında o Əflatunla “Taksim" gecə klubunda olarkən Pərvanənin anası, atası və qardaşı həmin kluba gəlmiş, onlar Pərvanəni axtardıqlarını bildirmişdirlər. Onlar da Pərvanənin klubda olmadığını, onu uzun müddətdir ki, görmədiklərini söyləmişlər. Kluba baxdıqdan sonra çıxıb getmişlər. Pərvanənin anası ilə atası kluba baxmağa girərkən qardaşı içəriyə girməmişdir. Taksim gecə klubunu yaxşı işlədə bilmədikləri və gəlir əldə edə bilmədikləri üçün 2019-cu ilin iyun ayının təxminən 22-23-də həmin klubu təhvil vermişlər. Bundan sonra 24 iyun 2019-cu il tarixdə həmin küçədə, yəni Ü.Hacıbəyov küçəsində olan “Arena Hall” adlı kiçik kafe-restoranını icarəyə götürmüşlər. Həmin yerdə karaoke mahnılar oxunur, müsiqilər səslənir. Qeyd edilən Arena Hall restoranı kiçik bir yerdir. Arena Hall-ı Əflatun götürsə də, oraya az hallarda gəlmiş, Daha çox özü olmuş və rəhbərliyi həyata keçirmişdir. Həmin restoranı icarəyə götürdükdən bir gün sonra 2019-cu ilin iyun ayının 25-dən 26-na keçən gecə Pərvanə kluba gəlmişdir. Pərvanəni görən zaman təəcüblənmiş, neçə müddətdir harada olduğunu, nə üçün gəlib-getmədiyini soruşanda ona Bakı şəhərində olmadığını, Naxçıvana getdiyini, orada olduğunu bildirmişdir. x25 restoranını işlətdiklərini haradan bildiyini maraqlananda Pərvanə, ona “Roys” gecə klubuna gələn qızlardan öyrəndiyini bildirmişdir. Onunla uzun müddət söhbət etmiş, söhbət əsnasında Pərvanəyə anası ilə atasının əvvəl işlətdikləri Taksim kluba gəldiklərini, onu axtardıqlarını demişdir. Pərvanə, isə ona ailəsi ilə münasibətlərinin yenə də soyuq olduğunu, onlarla yola getmədiyini, uzun müddətdir ki, evdən çıxdığını bildirmişdir. Pərvanə ona yeni götürdükləri obyektdə ofisant kimi işləmək istədiyini söyləmiş, o isə buna razılıq verməmişdir. Ona demişdir ki, “Pərvanə, mən sənin xətrini çox istəyirəm. Ancaq ailənlə problemlərin var. Burada işləmə. Qonaq kimi istədiyin vaxt gələ bilərsən.” Həmin gecə səhər yaxın Pərvanə çıxıb getmiş, ancaq haraya getdiyini, harada qaldığını bilməmişdir. 2019-cu ilin iyun ayının 26-dan 27-nə keçən gecə Pərvanə yenə də onların işlətdikləri Arena Hall restoranına gəlmiş, onunla görüşmüşdür. Lakin Pərvanə həmin obyektə gələn vaxt o artıq çıxırmış, Pərvanə ilə görüşüb taksi ilə yaşadığı evə getmişdir. Evdə yuyunub əynini dəyişmiş, bir müddət istirahət etmiş, gecə saat təxminən 02-03 radələrində yenidən kluba qayıtmışdır. Pərvanə orada olmuş, özü üçün əylənirmiş. Saat təxminən 03:30 radələrində x20-da həmin gün tanış olduğu onun da Taksim gecə klubunda işləyərkən tanıdığı Şahid3 ilə çölə çıxdıqlarını görmüş, lakin haraya getdiklərini bilməmişdir. Təxminən 20 dəqiqə sonra adını bilmədiyi və tanımadığı bir nəfər kişi içəri girib qışqıraraq bir nəfər qızın vurulduğunu qan içərisində olduğunu bildirmişdir. Bunu eşidən kimi çölə çıxmış, vurulan qızın Pərvanə olduğunu görmüşdür. İşlətdikləri obyektin qarşısında olan ağacın dibində sağ böyrü üstə uzanmış, orada çoxlu adamlar olmuşdur. Pərvanəni görəndə dəhşətə gəlmiş, ona kömək etməyə çalışmışlar. Özü də qışqıraraq “məni ölməyə qoymayın” deyirmiş. Pərvanədən onu kimin vurduğunu soruşanda qardaşının vurduğunu demişdir. 2019-cu ilin yanvar ayında Pərvanə onunla mobil telefon əlaqəsi saxlayaraq evdə yaşaya bilmədiyini, ailəsi ilə yola getmədiyini söyləmiş, Toğrul ilə danışıb razılaşdıqlarını, Toğrulun onun evinə elçi gələcəyini dediyini, onun də həmin elçilikdə iştirak etməsini xahiş etmişdir. 2019-cu ilin yanvar ayının əvvəllərində “Roys” gecə klubunda xadimə işləyən Xuraman, klubda ofisant işləyən İlahə və Toğrulla birlikdə Pərvanənin yaşadığı yerə getmiş, həmin yer Azərbaycan Pedaqoji Universitetinin yataqxanası olmuş, Pərvanə ilə Toğrulun əvvəlcədən hər şeyi planlaşdırmış, Xuraman Toğrulun anası, özü qardaşının arvadı, İlahə isə onların işlətdikləri dükanda satıcı kimi təqdim etmiş, bir müddət oturub ailənin razılığını alıb söhbətləşdikdən sonra səmimi münasibətlə evdən ayrılmış, bir neçə gün sonra Pərvanənin evdən çıxıb Toğrulun yanına gəlməsinə icazə verdiklərini, daha sonra isə Pərvanənin ailəsinin elçiliyin yalan olduğunu Toğrulun özündən öyrəndiyini, lakin Toğrulun onların yaşadığı evə getməsinə, Pərvanə ilə görüşməsinə icazə verdiklərini, hətta bəzən Toğrul Pərvanənin yaşadığı evə gedib onun ailəsi ilə birlikdə qaldığını, bir neçə dəfə Toğrulun gecəni həmin evdə keçirdiyini eşitmişdir. Şahid5 həmçinin ifadəsində bildirmişdir ki, Pərvanənin qardaşı Qalibi 2019-cu il iyun ayında anası və atası ilə birgə onların əvvəl işlətdiyikləri Ü.Hacıbəyov küçəsində olan “Taksim” gecə klubuna gəlib Pərvanənin orada olub-olmadığını maraqlanan zaman görmüşdür. Həmin vaxt Qalib klubun içərisinə daxil olmamışdır. Cinayət hadisəsi baş verərkən Əflatunun Yasamal rayonu, 20 nömrəli məktəbin yaxınlığında olan yaşadıqları evdə olmuş, hadisədən dərhal sonra əlaqə saxlayıb gəlməsini bildirmiş, Əflatun gəldikdə artıq Pərvanənin xəstəxanaya aparılmışdır. Pərvanə cinayət hadisəsi baş verən gün spirtli içki qəbul etməmiş, onu tanıdığı vaxtdan spirtli içki qəbul etməsinə şahid olmamışdır. Pərvanə yerdə qan içində olarkən qardaşı Qalib orda olmamışdır. Pərvanənin Şahid7 başqa hər hansı bir şəxslə (şəxslərlə) münasibətinin olması barədə məlumatı olmamış, “Roys” gecə klubunda işləyərkən və ya daha sonra o pul qarşılığında hər hansı bir şəxslə və ya şəxslərlə görüşməmişdir. Aysellə Pərvanəi ilk dəfə tanış olmuş, onlar əvvəllər birbirlərini tanımamışlar. Ayseli isə Taksim gecə klubunda işləyərkən bir neçə dəfə görmüşdür. Lakin elə də yaxınlığı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 Şahid5 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 27 iyun 2019-cu il tarixdə qardaşı tərəfindən bıçaqlanaraq öldürülmüş Zərərçəkmiş şəxs təxminən 1 ildir ki, tanımış, Pərvanə ilə Səbail rayonu ərazisində olan Sahil bağı və Milli Kitabxananın yaxınlığında yerləşən “Roys” gecə klubunda tanış olmuşdur. 2018-ci ilin oktyabr-noyabr aylarında həmin gecə klubunda DJ kimi işə yeni girmiş, Pərvanə orada ofisant kimi fəaliyət göstərmişdir. Bir qız olaraq onu bəyənmiş, tanış olmuş və danışmağa başlamışdırlar. Ona özündən başqa bir qardaşının olduğunu, Binəqədi rayonu, Dərnəgül qəsəbəsində Azərbaycan Pedaqoji Universitetinin 3 saylı yataqxanasında qaldıqlarını söyləmişdir. Pərvanə ilə ilk vaxtlar danışan zaman ona evlərinə gedib-getmədiyini soruşmuş, Pərvanə, ona evlərindən qaçdığını, rəfiqələri ilə müxtəlif yerlərdə kirayə qaldığını, bəzi vaxtlarda isə “Roys” gecə klubunda işləyən Səbinə adlı qadının yaşadığı evdə qaldığını bildirmişdir. Səbinəni tanıyırmış. O da “Roys” gecə klubunu işlədən Əflatun adlı şəxsin yaxınlıq etdiyi bir qız olmuşdur, bir müddət danışdıqdan sonra Pərvanənin evli olub boşandığını, nikahından Ömər adlı bir oğlan övladının olduğunu demişdir. Pərvanə ilə danışdıqdan təxminən 1 ay sonra onunla lap yaxın olmuş, onunla birlikdə gəzmiş, yeməyə getmiş, cinsi əlaqədə olmuşdur. Pərvanədən ailəsinin onu axtarıb-axtarmadığını soruşanda ona mobil telefon nömrəsini dəyişdiyini, evlərinə getmək istəmədiyini bildirmişdir. Pərvanə ilə bir-birlərini çox sevmişlər. 2018-ci ilin dekabr ayında Pərvanə ona oğlu Ömər üçün çox darıxdığını söyləmiş, oda Pərvanəyə oğlu ilə görüşməsini demişdir. Pərvanə, ona evə getsə qayıda bilməyəcəyini, anası ilə atasından qorxduğunu demişdir. Pərvanə ilə qərara gəlmişlər ki, gecə klubunda işləyən bir iki nəfər qadını onun yaxın qohumları adı altında götürüb elçilik adı ilə Pərvanənin yaşadığı evə getsinlər və ataanasından onu istəsinlər. Bu barədə razılaşdıqdan sonra Pərvanə onlardan əvvəl öz evlərinə getmiş, bir neçə gün sonra o gecə klubunda xadimə işləyən adını unutduğu yaşlı bir qadını, həmin gecə klubunda işləyən adının İlahə olduğunu bildiyi başqa bir qadını götürüb Pərvanə ilə birlikdə elçilik adı ilə onların yaşadıqları evə getmiş, həmin vaxt Pərvanə, onun atası Nağı, anası Zəminə, qardaşı Qalib evdə olmuşlar. Özü ilə apardığı xadimə qadın özünü onun anası kimi təqdim etmiş, İlahə isə onun qohumu olduğunu bildirmiş, Pərvanəni anası və atasından istəmişlər. Pərvanənin anası və atası onun barəsində maraqlanmış, o isə gəmidə işlədiyini söyləmişdir. Adını bilmədiyi həmin xadimə qadın Pərvanənin anası ilə atasına Pərvanənin onunla birlikdə ayrıca kirayə evdə qaldığını demişdir. Əslində isə onlar kirayədə qalmamış, Pərvanə ondan ayrı qalmışdır. Bir müddət söhbət etdikdən sonra Pərvanənin ailəsi onunla gəlməsinə icazə vermişlər. Bundan sonra o, “Ulduz” metrostansiyasının yaxınlığında kirayə ev tutmuş, həmin evdə Pərvanə ilə birlikdə bir müddət qalmışlar. Pərvanə ilə birlikdə qalan zaman telefonu olmadığı üçün Pərvanə, ona “Meizu M6” markalı mobil telefon vermişdir. Həmin telefon qırıldığı üçün Pərvanənin anası Zəminə ona 2019-cu ilin əvvəlində ona “Xiomi Mia 2 Line” markalı mobil telefon almışdır. Pərvanə ilə birlikdə qaldıqlarından təxminən 1-2 ay sonra etdiklərinin düzgün olmadığını düşünüb, vicdan əzabı çəkib Pərvanənin anası Zəminənin istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona zəng etmiş, ona elçiliyin yalan olduğunu, oraya gələn qadının onun anası olmadığını, Pərvanə ilə bir-birlərini çox sevdikləri üçün bu yola əl atdıqlarını bildirib üzr istəmişdir. Pərvanənin anası ona bu məsələdən şübhələndiyini bildirib, Pərvanəni təcili olaraq evə gətirməsini demişdir. Pərvanə evdə olmamış, İstifadəsində olan ***-***-**-** nömrəli mobil telefondan Pərvanənin istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona “Whatsapp” sosial şəbəkəsi vasitəsilə zəng edərək “Ulduz” metrostyansiyasının yaxınlığında olan evə gəlməsini onun da oraya gələcəyini demişdir. Pərvanə taksi ilə oraya getmişdir. Özü də həmin evə gəlmiş və Pərvanəyə anasının onu gözlədiyini bildirmşdir. O, əvvəl getmək istəməmiş, lakin daha sonra onu yola gətirmiş və götürüb anasının evinə aparmışdır. Anasına təhvil verdikdən sonra gecə klubuna qayıtmış, bundan sonra Pərvanənin yaşadığı evə gedib-gəlmiş, onunla görüşmüşdür. Bir dəfə də gecə vaxtı olduğu üçün Pərvanənin anası və atası onların evlərində qalmağını bildirmiş, həmin gecəni onların evində qalıb Pərvanənin atası Nağı ilə bir otaqda yatmışdır. Pərvanə ilə 2019-cu ilin aprel ayının əvvəllərinədək danışıb görüşmüş, lakin yeni işə girdiyi üçün onunla son zamanlar az görüşmüşdür. Onların evlərinə gəlib-gedən ərəfədə qardaşı Qalib ilə tanış olmuş, Qalib sakit heç kimlə işi olmayan bir uşaq olmuşdur. Qalib özü də onun Pərvanə ilə birgə olduğunu bilmişdir. Axır vaxtlar Pərvanənin anası telefonu əlindən aldığı üçün onunla teztez danışa bilməmiş, arabir anasının istifadəsində olan ***-***-**-** nömrəli telefonla “Whatsapp” sosial şəbəkəsi vasitəsilə yazışmışlar. Pərvanə ona evdən qaçmaq istədiyini, evdə qalmaq istəmədiyini demiş, o da ona evdə qalmasını söyləmişdir. Sonuncu dəfə 2019-cu ilin aprel ayının əvvəllərində Pərvanə ilə onun yaşadığı evdə görüşmüş, həmin vaxt anası Zəminə, atası Nağı və Pərvanənin azyaşlı oğlu evdə olmuşlar. Pərvanə ona Naxçıvana gedəcəyini, babasının ölümündən bir il ötdüyü üçün yas mərasimində iştirak edəcəyini söyləmişdir. Pərvanə Naxçıvana gedib-gəldikdən sonra onunla anasının digər ***-***-**-** nömrəli mobil telefonu ilə danışırmış. Pərvanə onunla birgə qalmaq istədiyini, kirayə ev tutmasını, birgə yaşamalarını, evdə qala bilmədiyini demiş, o da Pərvanəyə səbr etməsini söyləmişdir. 2019-cu ilin iyun ayının əvvəllərində Pərvanənin anası Zəminə onun istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona zəng etmiş, yatdığı üçün telefona analığı Arzu cavab vermişdir. Zəminə onun analığına qızı Pərvanənin evdən qaçdığını, qızını onun qaçırdığını bildirmiş, özü yuxudan ayılanda analığı Arzu olanları danışmışdır. Zəminənin istifadəsində olan mobil telefona zəng edərək qızını onun qaçırmadığını demişdir. Bundan sonra Zəminə ilə tez-tez əlaqə saxlamış, Pərvanənin evə gəlibgəlmədiyini maraqlanmış, o, isə gəlmədiyini demişdir. Özü də Pərvanəni axtarmış, 2019cu ilin iyun ayının 26-dan 27-nə keçən gecə saat təxminən 01 radələrində şəhərdə olarkən Pərvanəni Malakan bağının yaxınlığında görmüşdür. Bundan sonra Şahid1 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona zəng etmiş, bu vaxt telefona Pərvanənin qardaşı Qalib cavab vermişdir. Qalibə Pərvanənin “Malakan” bağının yaxınlığında olduğunu, onu gördüyünü bildirmişdir. Qalib ona orada gözləməsini özünün də gələcəyini bildirmişdir. Bir müddət sonra təxminən saat 02 radələrində Pərvanənin qardaşı Qalib atası Nağı ilə birlikdə oraya gəlmiş, onlar Pərvanəni Malakan bağının yaxınlığında və Tarqovıda axtarmışlar. Qalibin atası yorğun olduğu üçün çıxıb evə getmiş, Qalib isə təkcə bacısını axtarmışdır. Bir müddət sonra saat təxminən 03 radələrində Qalib Malakan bağına gəlmiş, özü də həmin yerdə olmuş orada söhbət etmişlər. Saat təxminən 03:30 radələrində Pərvanə Malakan bağının qarşı tərəfində olan “Arena Hall” adlı restorandan tanımadığı bir qızla çıxmış, onlar onu görmüşlər. Hadisə baş verən anadək Qalibin üzərində bıçaq olduğunu bilməmiş, Pərvanə həmin qeyd etdiyi restorandan çıxdıqdan sonra yanındakı sarışın qızla Malakan bağının kənarı ilə Tarqovıya tərəf getmişlər. Qalib bir müddət yanında dayanıb durub onun arxası ilə getmiş, həmin vaxt elə düşünmüşdür ki, Qalib onu götürüb evlərinə aparacaq. Buna görə də taksi çağırmağa getmiş, elə bu vaxt qışqırıq səsləri eşitmişdir. Pərvanə qışqıra-qışqıra Malakan bağının içərisinə tərəf qaçmış, qaçıb gedib “Arena Hall” restoranının yaxınlığında yerə yıxılmışdır. Özü də Pərvanəyə tərəf qaçmış, Pərvanənin qan içərisində olduğunu görmüşdür. x16 bıçaqla vurduğunu anlamışdır. Pərvanənin ətrafına xeyli sayda adam toplaşmış, orada olanlar ona yardım etməyə çalışmışlar. Orada Səbinəni də görmüşdür. Qısa müddət ərzində hüquq-mühafizə oranlarının əməkdaşları və TTYS əməkdaşları hadisə yerinə gəlmiş və Pərvanəni götürüb xəstəxanaya aparmışlar. Daha sonra onun öldüyünü eşitmişdir. Şahid7 həmçinin, ifadəsində Pərvanənin qardaşı ilə əvvəllər mobil telefonla aralarında danışıq olmadığını, ancaq Pərvanənin yaşadığı evə gedib gələrkən onu gördüyünü, Pərvanə ilə münasibətini bildiyini, Pərvanənin qardaşı Təqsirləndirilən şəxsla mobil telefon əlaqəsi saxlamaqda heç bir məqsədinin olmadığını, Pərvanənin anasının istifadəsində olan telefona zəng etdiyini, Pərvanənin onunla birlikdə olmadığını sübut etməyə çalışdığını, Xaqani bağında oturarkən Pərvanənin qardaşının üzərində bıçaq olduğunu bilmədiyini, Qalibin ona bu barədə heçnə demədiyini, onların məqsədinin Pərvanəni evə aparmaq olduğunu, Qalibin çox sakit uşaq olduğu üçün Pərvanəni vurmasını güman etmədiyini, Pərvanənin anasının ona zəng edərək qızının onla olduğunu və qızını gətirməsini bildirməsinə görə Pərvanəni axtardığını, arabir Taksim gecə klubunda olduğunu eşitdiyi üçün zəng edib xəbər verdiyini, 2019-cu ilin yanvar ayının əvvəlində bir neçə qadınla elçiliyə gedərkən Səbinə Əliyevanında onun qardaşı arvadı olduğunu bildirdiyini, Pərvanənin ***-***-**-** nömrəli mobil telefonu ilə danışdığını, daha sonra isə evdə olarkən anasının istifadəsində olan ***-***-**-** nömrəli telefonla danıdığını və ***-***- **-** nömrəli telefonla isə “Whatsapp” sosial şəbəkəsində yazışdığını, Pərvanənin yaşadığı evə gedib onların evində qalarkən qardaşı Qalibin Naxçıvanda olduğunu, “Roys” gecə klubunda işləyən ərəfədə Pərvanənin pul qarşılığında hər hansı bir şəxslə görüşməsinə şahidi olmadığını, onun həmin klubda ofisant işlədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsində yerləşən “Arena Hall” restoranını yenicə icarəyə götürüb işlədən Şahid6 onun doğma xalası oğludur. Həmin obyekt kiçik bir yerdir, xalası oğlu oranı iki-üç gün idi iki icarəyə götürmüşdür. 26 iyun 2019-cu il tarixdə saat 22 radələrində həmin yerə getmişdir. Orada karaoke mahnılar oxunmuş, müxtəlif mahnılar səslənmiş və insanlar əylənmişdir. Özü də orada əylənirmiş. O Əflatunun münasibətdə olduğu xanım Səbinə ilə birlikdə olmuşdur. Adını sonradan öyrəndiyi həmin Pərvanə adlı şəxs də orada olmuş, mahnılara qulaq asmış, özü üçün əylənmişdir. Saat təxminən 04 radələrində restorana bir nəfər tanımadığı şəxs gəlmiş, restoranın yaxınlığında bir qızın yıxılıb, yaralı qan içərisində olduğunu demişdir. Hər kəs çölə çıxmış, həmin Pərvanə adlı qız qan içində yerə yıxılmışdır. Qısa müddət ərzində oraya xeyli sayda adam yığışmışdır. Həmin yaralı qız qışqıraraq “Mənə kömək edin. Ölməyə qoymayın.” sözlərini demişdir. Ona kömək göstərməyə çalışmış, lakin çox qan itirmişdir. Bir müddət sonra TTYS və polis əməkdaşları oraya gəlmiş və Pərvanəni götürüb xəstəxanaya aparmışdırlar. Həmin gün Pərvanənin öldüyünü öyrənmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış məhkəmə-tibbi ekspertizasının 12 iyul 2019-cu il tarixli 58 nömrəli rəyindən müəyyən edilir ki, Mərhum Zərərçəkmiş şəxs meyitinin bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Döş qəfəsinin sol yarısının ön-yan səthində ön qoltuqaltı xətt ilə orta körpücük xətti arasında ,V qabırğaarası sahədə, sol döş boşluğuna nüfuz edən, sol ağciyərinin yuxarı payını zədələyən, kəskin daxili (sol plevra boşluğunda 1100 ml qan) və xarici qanitirməyə səbəb olmuş 1(bir) ədəd deşilmiş-kəsilmiş yara; Bel nahiyəsinin sol onurğayanı xətt üzrə İİ bel fəqərəsi proyeksiyası səviyyəsində, qarın boşluğuna nüfuz edən , yumşaq toxumaları zədələyən , xarici qanitirməyə səbəb olmuş 1(bir) ədəd deşilmiş-kəsilmiş yara. Qeyd olunan xəsarətlər deşici-kəsici xarakterli alətin(alətlərin) təsirindən, mərhumun ölümündən az əvvəl törənmişlər, həyati əlamətlərə malik olmaqla ölümün səbəbi ilə bilavasitə əlaqələri vardır, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 27 iyun 2019-cu il tarixdə qeyd olunan nahiyələrə bıçaqla vurma nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə həm ayrı-ayrılıqda, həm də ümumilikdə həyat üçün təhlükəli AĞİR zərər vurmanın əlamətlərinə malikdir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb almış olduğu xəsarətlər nəticəsində inkişaf etmiş kəskin daxili və xarici qanitirmə olmuşdur. İlkin meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən güman etmək olur ki, Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxana müayinəsindən təxminən 4-5 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində alkoqol və narkotik maddələr aşkar edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış məhkəmə-tibbi ekspertizasının 29 iyun 2019-cu il tarixli, 335 nömrəli rəyindən müəyyən edilir ki, 2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış məhkəmə tibbikriminalistik ekspertizasının 09 iyul 2019-cu il tarixli, 320-MTKŞ nömrəli rəyində müəyyən edilir ki, ekspertizaya təqdim edilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus bustqalterin və kombinizonu təşkil edən koftanın ön səthində solda bir ədəd və kombinizonu təşkil edən koftanın arxa səthində sağda bir ədəd deşilmiş-kəsilmiş zədələr (cəmi iki ədəd) aşkar olundu. Bu zədələr küpü,kafi itilikdə olan ülgücü , iti ucu küpü olan yastı tiyə tipli deşici-kəsici alətin(alətlərin) təsirindən əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs məxsus paltarların üzərində aşkar edilmiş iki ədəd deşilmiş-kəsilmiş zədələrin eyni bir alətlə, o cümlədən ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni xüsusiyyətə malik digər bıçağı ilə törənməsi inkar olunmur. Zərərçəkmiş şəxs məxsus trusikdə əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus şalvarda və qısaqol koftada əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış məhkəməbioloji ekspertizasının 10 iyul 2019-cu il tarixli, 467/2019-MTBŞ nömrəli rəyindən müəyyən edilir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu Oalfabeta/İ/. Ekspertizaya təqdim olunan Zərərçəkmiş şəxs məxsus kombinezon, trusik, lifçik, Təqsirləndirilən şəxsya məxsus şalvar, 01 ədəd bıçaq və 07 ədəd çubuqlu pambıq tamponlar üzərindəinsan qanı aşkar olundu. Tədqiq olunan qan ləkələrində qrup antigentləri ABO sistemi üzrə təyin olunduqda <<H>> antigeni , əksər ləkələrdə həmçinin alfa, beta aqqlyutinini alındı. Bu qan ləkələri Oalfa, beta /İ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Tədqiqata təqdim olunan Təqsirləndirilən şəxsya məxsus köynək üzərində qana şübhəli ləkələr aşkar olunmadı. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış məhkəmə-lifli ekspertizasının 10 iyul 2019-cu il tarixli, 16856 nömrəli rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın səthi üzərindən tapılmış tünd boz rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd köynəyin üzərindən tapılmış göy rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən 01 ədəd maykanın və 01 ədəd şalvarın(dəst) tərkib liflərinə uyğun gəlirlər. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış kompleks məhkəmə-psixoloji və psixiatrik ekspertizasının 16 iyul 2019-cu il tarixli, 1295 nömrəli rəyindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət işinin materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllığın və sair psixi xəstəliyin əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də x18 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Belə nəticəyə gəlinir ki, Təqsirləndirilən şəxsnn intellektual imkanları normaya uyğundur. Fərdi-psixi xüsusiyyətlərinin və şəxsi keyfiyyətlərinin tədqiqi zamanı tez təsirlənmək, inadkarlıq, ünsiyyətçilik, özünə qarşı hörmət tələb etmək kimi xüsusiyyətlərə malik olması müəyyən edilir. Emosional iradi sferasında, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törədərkən şüuruna və hərəkətlərinin iradi olaraq tənzimlənməsinə mühüm təsir göstərən, psixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən fizioloji affekt halında olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış məhkəmə narkoloji ekspertizasının 31 iyul 2019-cu il tarixli,1808 nömrəli rəyindən müəyyən edilir ki, Turabov x9 xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Səbail RPİ-nin 39-cu PB-dən daxil olmuş 06 iyul 2019-cu il tarixli, 5929-149 nömrəli məktub və həmin məktuba əlavə edilmiş Səbail rayonu, Xaqani küçəsi 01 ünvanının qarşısında quraşdırılmış TŞ kameralarından götürülmüş görüntülərin əks edildiyi DVD diskə baxış zamanı müəyyən edilir ki, 03:49:38 saat göstəricisində mərhum Zərərçəkmiş şəxs Aysel Əliyeva ilə Xaqani bağının kənarı ilə Xaqani küçəsi 01 ünvanının qarşısına yaxınlaşır. Həmin yerdə olan “Hyundai Veloster” markalı avtomobilin yaxınlığında dayanır. Qısa müddət ərzində Təqsirləndirilən şəxs Xaqani bağının içərisindən çıxaraq Zərərçəkmiş şəxs arxa tərəfdən yaxınlaşır və ona iki dəfə bıçaq zərbəsi endirir. Həmin hadisə 03:51:58 saat göstəricisində baş verir. Kamera istiqamətini dəyişdiyi üçün daha sonra nələrin baş verməsini görmək mümkün olmur. Kamera yenidən həmin istiqamətə qayıdan zaman isə “Hyundai Veloster” markalı avtomobilin, həmçinin Qalib və Zərərçəkmiş şəxsların orada olmadığı müəyyən edilir. Məhkəmə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham üzrə sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146-cı maddələrinin tələblərini rəhbər tutmaqla ayrı-ayrılıqda, məcmu halda müqayisəli şəkildə araşdıraraq məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələrini, məhkəmə istintaqı zamanı tədqiq olumuş istintaq hərəkətlərinin protokollarını, eləcə də məhkəmə ekspertiza rəylərini, mənsubiyyəti, mümkünlüyü üzrə qiymətəndirməklə həmin ifadələri, istintaq hərəkətlərinin protokollarını və ekspertiza rəylərini Təqsirləndirilən şəxs əməlinin cinayət tərkibini yaratması, cinayətin törədilməsində iştirakının, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini müəyyən edən mötəbər sübut növləri kimi qəbul edir. Beləliklə, Təqsirləndirilən şəxs 27 iyun 2019-cu il tarixdə эecə saat 01.00 radələrində Şahid7 bacısı Zərərçəkmiş şəxs Xəqani bağı ətrafında yünэül əxlaqlı qızlarla эəzməsi barədə məlumat verməsindən sonra, bacısının yünэül həyat tərzi keçirməklə ailəsinin şərəfini ləkələməsi, onun namusuna xələl эətirməsi, bununla bağlı həmyaşıdları arasında rusvay olmasının sonuncuya qarşı yaranmış nifrət hissinin təsiri altında sonuncunu qəsdən юldürmək qərarına эəlib həmin niyyətini həyata keçirmək üçün yaşadığı mənzildən bir ədəd mətbəxt bıçağını эюtürüb üzərində эizlədərək evdən çıxıb Xəqani bağına эələrək bacısı Zərərçəkmiş şəxs axtarmış və bir müddətdən sonra, 03.50 radələrində bacısı Pərvanənin Xəqani küçəsi 1 ünvanının qarşısında tanımadığı bir xanımla it oynatmasını эюrüb yuxarıda qeyd edilən səbəblərdən Zərərçəkmiş şəxs qarşı yaranmış nifrət hissəsinin təsiri altında qisas almaq məqsədi ilə qəsdən юldürmək üçün sonuncuya yaxınlaşaraq yaşadığı evdən эюtürdüyü bıçaqla iki dəfə bel nahiyyəsindən vuraraq Zərərçəkmiş şəxs qəsdən юldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə işin hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir və onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən və cəzadan azad edilməsi uçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törətdilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və x3 verilmiş tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini yünэülləşdirici hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. CM-in 60.1-ci maddəsinə görə, bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs əməlində CM-in 59.1.10-cu maddəsində nəzərdə tutulmş cəzanı yünglləşdirən hal olduğundan və cəzanı ağırlaşdıran hal müəyyən edilmədiyindən onun barəsində CM-in 60.1-ci maddəsi tətbiq edilməlidir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanksiyasında 9 (doqquz) ildən 14 (on dörd) ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1ci maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı hesab edir. İş materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 iyun 2019-cu il tarixində şübhəli şəxs qismində tutulmuşdur. Bundan başqa, iş materiallarında olan Səbail rayon məhkəməsinin 4(009)- 383\2019 saylı, 27 iyun 2019-cu il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 27 iyun 2019-cu il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.5-ci maddələrinin tələblərinə əsasən cinayətlərin təsnifatına görə “xüsusilə ağır” cinayətlər sırasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi nəzərdə tutulur. Həmin normaların tələblərin görə Təqsirləndirilən şəxs xüsusilə ağır cinayət törətdiyinə görə ona təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlandığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla, cəza çəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu gündən, yəni 27 iyun 2019-cu il tarixdən hesablanmalı və barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilməməlidir. Cinayət işi üzrə mülki iddia verilməmişdir. İş üzrə maddi sübutlar: Səbail rayon prokurorluğunda saxlanılan, cinayətin aləti olan soyuq silah hesab edilməyən 01 ədəd məişət təyinatlı mətbəx bıçağı, hadisə zamanı mərhum Zərərçəkmiş şəxs əynidə olmuş və meyitindən götürülmüş ağ rəngli və üzəri güllü naxışları olan şalvar və (həmin şalvara bitişik hadisədən sonra kəsilərək əynindən çıxarılmış) ağ rəngli ipli kofta, həmçinin ona məxsus trusik və bustqalter, Təqsirləndirilən şəxs götürülmüş, hadisə zamanı əynində olmuş qara rəngli cins materialdan olan şalvar və qara rəngli qısaqol kofta, hadisə zamanı və mərhum Zərərçəkmiş şəxs bıçaq xəsarəti aldıqdan sonra qaçıb yıxıldığı yerdən pambığa hopdurulmaqla götürülmüş qan nümunələri məhv edilməlidir. İş üzrə mülki iddia, maddi ziyan və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınmalıdır. Cinayət işi üzrə məhkəmə məsrəfini təşkil edən ekspertiza xərci 104,16(yüz dюrd) manat 16 (on altı) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən, Təqsirləndirilən şəxs xüsusi müsadirə tətbiq edilməsin. Cinayət işi üzrə ibtidai istintaq zamanı Səbail rayon prokurorunun 13 sentyabr 2019-cu il tarixli qərarı ilə Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili x6 zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır və təyinat üzrə qərara əsasən bu huquqi yardım Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili x6 tərəfindən həyata keçirilmişdir. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliyə əsasən, hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 12 saylı Vəkil Bürosunun nəfinə - vəkil x5 150 (yüz əlli) manat pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 354, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 27 iyun 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar: Səbail rayon prokurorluğunda saxlanılan, cinayətin aləti olan soyuq silah hesab edilməyən 01 ədəd məişət təyinatlı mətbəx bıçağı, hadisə zamanı mərhum Zərərçəkmiş şəxs əynidə olmuş və meyitindən götürülmüş ağ rəngli və üzəri güllü naxışları olan şalvar və (həmin şalvara bitişik hadisədən sonra kəsilərək əynindən çıxarılmış) ağ rəngli ipli kofta, həmçinin ona məxsus trusik və bustqalter, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs götürülmüş, hadisə zamanı əynində olmuş qara rəngli cins materialdan olan şalvar və qara rəngli qısaqol kofta, hadisə zamanı və mərhum Zərərçəkmiş şəxs bıçaq xəsarəti aldıqdan sonra qaçıb yıxıldığı yerdən pambığa hopdurulmaqla götürülmüş qan nümunələri məhv edilsin. Cinayət işi üzrə məhkəmə məsrəfini təşkil edən ekspertiza xərci 104,16(yüz dюrd) manat 16 (on altı) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hüquqi yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından hüquqi yardımla bağlı Bakı şəhəri 12 saylı Vəkil Bürosunun nəfinə - vəkil x5 150 (yüz əlli) manat miqdarında pul ödənilsin. Hökm elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar