Məhkəmə qərarları › İş №1(101)-159/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-159/2021

18.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-159/2021 18.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X11 Ağalarovun sədrliyi ilə, hakimlər Əliövsəd Məzahir oğlu Abasov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, məsləhətçi Turan Zakir qızı Qafarovanın katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər: «Pro Bono» Vəkil Bürosunun vəkili Müdafiəçi2 və fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi1 iştirakı ilə xx xxxxxx 1982-ci ildə Tovuz rayonunun Aşağı Ayıblı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, Bakı şəhər prokurorluğunun İstintaq idarəsinin böyük müstəntiqi vəzifəsində işləmiş, məhkum olunmuş, Tovuz rayonunun Aşağı Ayıblı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri Nərimanov rayonu, M.Əlizadə küçəsi, ev 94, mənzil 34-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs 12 iyun 2014-cü il tarixdən 11 sentyabr 2017-ci tarixədək olan müddətdə Bakı şəhər prokurorluğunun İstintaq idarəsinin böyük müstəntiqi vəzifəsində işləyərkən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 85-ci maddəsinə əsasən, qanunla nəzərdə tutulmuş hallarda cinayət işi başlamaq, səlahiyyəti daxilində bütün istintaq və digər prosessual hərəkətləri aparmaq, şəxsi cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb etmək və onun barəsində qətimkan tədbirinin seçilməsini təmin etmək, cinayət işi üzrə icraatın xitam olunması barədə qərar qəbul etmək və digər səlahiyyətlərə malik vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə icraatında olmaqla Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə ibtidai istintaqını apardığı ********* nömrəli cinayət işi üzrə Şahid9 barəsində 11 iyul 2016cı il tarixdə təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərar qəbul edib həmin ittihamı sonuncuya elan etməklə onun barəsində həmin tarixdə Bakı şəhəri, Səbail rayon məhkəməsinin qərarı ilə 2 (iki) ay müddətə həbs qətimkan tədbiri seçildikdən sonra Şahid9 barəsində olan həmin işin icraatına xitam verilməklə sonuncunun həbsdən azad edilməsində köməklik göstərilməsi üçün 2016-cı ilin iyul ayında özünə müraciət edən Şahid9 bacısı Şahid1 və arvadı Şahid2 ilə dəfələrlə işlədiyi idarənin ünvan 1 ünvanında yerləşən inzibati binasındakı xidməti otağında görüşüb Özünün Şahid9 qeyd edilən köməkliyi göstərmək, yəni onun əməlində CM-nin 178.3.2-ci maddəsinin tərkib əlamətlərinin olmasına baxmayaraq, barəsində qanunsuz olaraq cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verməklə həbsdən azad etdirmək, yaxud işin məhkəmədə yekunu zamanı onu cəzadan azad etdirmək imkanına malik olmasını qulluq mövqeyinə görə özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə etməklə onlara yalandan vəd verib, həmin məsələnin müsbət həlli üçün işlədiyi həmin idarənin rəhbər vəzifəli şəxsinə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid9 xeyrinə edəcəyi bilə-bilə qanunsuz həmin hərəkətlərə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 30.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını öz xidməti otağında Şahid9 arvadı Şahid2 və bacısı Şahid1 aldatmaqla bildirib, sonuncuların razılığını almaqla sövdələşib, həmin adla 2016-cı ilin iyul ayının sonlarında işlədiyi idarənin inzibati binasının qarşısında yerləşən “Sahil bağı” adlanan parkda Şahid1 3.500 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 5.530 manat, 2016-cı ilin avqust ayında 2.600 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 4.186 manat, 2016-cı ilin sentyabr ayında 8.000 manat, olmaqla ümumilikdə 17.716 manat məbləğində pul vəsaitini alıb, 25 oktyabr 2016-cı il tarixdə Xətai RPİ-nin istintaq şöbəsində Şahid9 işə düzəltmək adı ilə qeyrilərinə qarşı dələduzluq etməsi faktları üzrə CM-nin 178.3.2-ci maddəsi istintaq olunan ********* nömrəli cinayət işinin özünün icraatında olan ********* nömrəli həmin cinayət işi ilə bir icraatda birləşdirilməsindən sonra öz cinayətkar əməllərini davam etdirərək Şahid1 ilə həmin parkda 2016-cı ilin oktyabr ayında görüşərək Şahid9 barəsində olan həmin cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsinin çətinləşdiyini bildirib, digər cinayət işinin də bir icraatda birləşməsi ilə əlaqədar vədini yerinə yetirməsinin daha da mürəkkəbləşməsinə dair görüntü yaradıb, guya həmin vədini tam şəkildə yerinə yetirməsi üçün artıq daha çox pul vəsaitinin, yəni 40.000 manat pul vəsaitinin həmin məsələnin müsbət həlli üçün işlədiyi həmin idarənin rəhbər vəzifəli şəxsinə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid9 xeyrinə edəcəyi bilə-bilə qanunsuz həmin hərəkətlərə görə birbaşa yolla özü vasitəsilə rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirib, Şahid1 razılığını almaqla sövdələşib, həmin adla sonuncudan dayısı Şahid3 iştirakı ilə 2016-cı ilin oktyabr-dekabr ayları ərzində Bakı şəhəri, M.K. Atatürk prospekti 2A ünvanında yerləşən “Karvan” kafesində bir neçə dəfəyə hissə-hissə olmaqla, cəmi 20.000 (iyirmi min) manat məbləğində, həmçinin, 2016-cı ilin dekabr ayında özünün cinayətdən xəbərsiz olan yaxın tanışı X24 vasitəsi ilə sonuncunun icarə əsasında idarə etdiyi Bakı şəhəri, M.K.Atatürk prospekti 2A ünvanında yerləşən «Karvan» kafesində 2.000 (iki min) manat məbləğində, vahid niyyətlə Şahid1 qızma məxsus ümumilikdə 39.716 manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə etməklə etibardan suiistifadə etmə və aldatma yolu ilə sonuncuya məxsus 39.716 (otuz doqquz min yeddi yüz on altı) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, həmin əməli ilə vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Şahid9 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 40.000 manat məbləğində pul vəsaitinin vahid niyyətlə rüşvət qismində verilməsinə Şahid1, Şahid2 və Şahid3 təhrik etmişdir. Bundan başqa, o, Azərbaycan Respublikası Baş prokurorunun 11 sentyabr 2017-ci il tarixli, 10/75-11/449-k nömrəli əmri ilə prokurorluq orqanlarından xaric olunduqdan sonra, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə qeyri-rəsmi formada hüquqi yardım göstərdiyi cinayətdən xəbərsiz X12 vasitəsi ilə tanış olduğu və sahibkarlıq fəaliyyəti ilə əlaqədar X2 materialın əvəzində ödənilməli olan 840.000 ABŞ dolları məbləğində pul vəsaitini ala bilməyən Şahid4 ilə 2018-ci ilin noyabr ayında İlyas Sadıqovun istifadəsində olan Bakı şəhəri, Dərnəgül prospekti 3097-ci məhəllədə yerləşən istehal sexinin həyətindəki ofisdə görüşdükləri zaman Şahid4 özünün əvvəllər prokurorluq orqanlarında işləməklə həmin orqanda geniş əlaqələrə malik olduğunu, həmin əlaqələrindən istifadə edərək Elşən Rəhimov barəsində cinayət işi başlanmaqla sonuncunu cinayət məsuliyyətinə cəlb etdirib ona ödəməli olduğu pul vəsaitini Ödətdirə biləcəyini yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün prokurorluqda işləyən vəzifəli şəxs olan tanışma xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid4 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 20.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 34.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə etməklə Şahid4 aldatmaqla bildirərək, sonuncu ilə razılaşmaqla sövdələşib, həmin adla 18 noyabr 2017-ci il tarixdə qeyd edilən istehal sexinin həyətindəki ofisdə İlyas Sadıqovun iştirakı ilə Şahid4 10.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 17.000 manat məbləğində, həmçinin, eyni niyyətlə, 4 dekabr 2018-ci il tarixdə həmin ofis otağında X29 Dadaşova məxsus 10.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 17.000 manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid4 məxsus 34.000 manat məbləğində pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, həmin əməli ilə vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Şahid4 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 34.000 manat məbləğində pul vəsaitinin vahid niyyətlə rüşvət qismində verilməsinə sonuncunu və İlyas Sadıqovu təkrarən təhrik etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, ittiham qanunsuz və əsassız olmaqla sübutlara söykənmir. Ona qarşı qərəzli olan şəxslərin şikayətlərinə əsaslanır. Hüququn və qanunun prinsiplərini tapdalanaraq tərtib edilmişdir. Aşağıda göstərəcəyi əsaslara görə hesab edir ki, cinayət işinin icraatına Azərbaycan Respublikası CPM-in 39.1.1, 39.1.2 və 39.2-ci maddələrinə əsasən xitam verilməli və barəsində seçilmiş qətimkan tədbiri ləğv edilməlidir. Belə ki, Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsinin böyük müstəntiqi vəzifəsində işləyərkən 2015-ci ilin sonlarında icraatına Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi daxil olmuşdur. Tərəfindən aparılmış istintaqla müəyyən etmişdir ki, Şahid9 bir neçə şəxslə əlbir olub, dələduzluq yolu ilə külli miqdarda əmlak ələ keçirmək məqsədi ilə Şahid6 həbsdə olan ərini azad etdirəcəyinə yalandan vəd verib onun 147.000 manat pulunu ələ keçirmişdir. Həmin cinayət işi üzrə digər təqsirləndirilən şəxslərlə yanaşı Şahid9 da Azərbaycan Respublikası CM-nın 178.3.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmiş, onun vəsatəti və prokurorun təqdimatı əsasında məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilmişdir. İbtidai istintaq dövründə Şahid9 həbsdə saxlanılma müddəti bir neçə dəfə uzadılmışdır. Apardığı istintaqla Şahid9 nəinki Şahid6, Bakı şəhərinin müxtəlif rayonlarında ayrı-ayrı vətəndaşlara qarşı da çoxsaylı dələduzluq etmə faktlarını üzə çıxarmışdır. Bununla bağlı Bakı şəhərinin ayrı-ayrı rayonların polis idarələrinə sorğular göndərmişdir. Aldığı cavab məktublarından Şahid9 barəsində Bakı şəhərinin Sabunçu, Suraxanı və Xətai rayon polis idarələrində araşdırma materilları və cinayət işləri olduğu ona məlum olmuşdur. Göstərilən məlumatları Bakı şəhər Prokurorluğunun rəhbərliyinə məruzə etmiş və Şahid9 barəsində olan material və cinayər işləri məhz onun təşəbbüsü ilə həmin rayonlardan tələb olunaraq icraatındakı cinayət işinə birləşdirilmişdir. İttihama aktına görə güya o, 2016-cı ilin iyul ayında Şahid9 barəsində həbs qətimkan tədbiri seçildikdən sonra, elə həmin ayda onun arvadı Şahid2 və bacısı Natavan Əsədovanı dəfələrlə işlədiyi idarənin ünvan 4 ünvanda yerləşən inzibati binasındakı xidməti otağında qəbul edərək Şahid9 köməklik göstərmək, yəni onun əməlində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin tərkib əlamətləri olmasına baxmayaraq, barəsində qanunsuz olaraq cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verməklə həbsdən azad etdirmək, yaxud işin məhkəmədə yekunu zamanı onun cəzadan azad etdirmək imkanına malik olmağı halda, qulluq mövqeyinə görə özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə etməklə onlara yalandan vəd vermiş və göstərilən məsələnin müsbət həlli üçün həmin idarənin rəhbər vəzifəli şəxsinə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid9 xeyrinə bilə-bilə edəcəyi qanunsuz hərəkətlərə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 30.000 manat məbləğində pulun rüşvət qismində verilməsinin zəruri olmasını xidməti otağında Şahid9 arvadı Şahid2 və bacısı Natavan Əsədovaya adatmaqla bildirib sonuncuların razılığını almaqla sövdələşmişdir. İstintaq orqanının gəldiyi bu nəticə ilə razılaşmır. Belə ki, cəlb qərarında Şahid2 və Natavan Əsədovanın 2016-cı ilin iyul ayında onun xidməti otağında dəfələrlə olmaları qeyd edilsə də, sonuncular onun xidməti otağında cəmi bir dəfə olmuşlar. Bu məsələyə Bakı şəhər Prokurorluğunun inzibati binasına daxil olan vətəndaşların qeydiyyatı kitabına baxış keçirməklə aydınlıq gətirmək mümkün olsa da, ibtidai istintaq zamanı bu hərəkət edilməmişdir. Əgər o, Şahid9 cinayət işini xitam etmək üçün 2016-cı ilin iyul ayında onun bacısı və arvadı ilə razılıq əldə etmişdisə, həmin ilin avqust, sentyabr, oktyabr aylarında Bakının ayrı-ayrı rayonlarında Vüqarın barəsində olan şikayət, material və cinayət işlərini nəyə görə tələb edib onun ittihamını ağırlaşdırmalı idi. Halbuki Vüqara köməklik barədə razılıq əldə edilmiş olsa idi, elə Şahid6 epizodu üzrə cinayət işinin istintaqını yekunlaşdırardı. Habelə istintaq hansı mötəbər sübutla müəyyən edir ki, 2016-cı ilin iyul ayında Şahid9 arvadı Elnarə və bacısı Natavanla ona köməklik üçün 30.000 manatla razılaşmışdır. Ona qarşı qərəzli olan Natavan və Şahid2ların bu barədəki ifadələri və üzləşdirmə protokolu onun cinayət məsuliyyətinə cəlb olunmasına əsas ola bilməz. Digər tərəfdən həmin epizod üzrə ona qarşı ifadə vermiş Şahid2 və Natavan Əsədovanın ibtidai istintaq zamanı verdikləri ifadələri arasında kəskin ziddiyyətlər mövcuddur. Belə ki, Natavan Əsədova istintaqa verdiyi ifadəsində və onunla üzləşmədə Şahid9 barəsində olan cinayət işinə xitam verməklə bağlı onunla 2016-cı ilin iyul ayında 30.000 manata, Şahid2 isə ifadəsi və onunla üzləşməsində 2016-cı ilin avqust ayında 25.000 manata razılaşdıqlarını göstərmişlər. İttiham aktına görə o, 2016-cı ilin iyul ayının sonlarında işlədiyi idarənin inzibati binasının qarşısında yerləşən «Sahil Bağı» adlanan parkda Natavan Əsədovadan 3.500 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 5530 manat, 2016-cı ilin avqust ayında 2.600 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 4186 manat, 2016-cı ilin sentyabr ayında 8.000 manat olmaqla, ümumilikdə 17.716 manat məbləğində pulu almışdır. İstintaq orqanının bu qənaətini tam yalan və böhtan hesab edir. Onun prokurorluq işçisi olaraq şəhər prokurorluğunun qarşısındakı parkda, yüzlərlə adamın əhatəsində, parkda olan kameraların qarşısında, xidməti formada hansısa qadından pul götürməyi absurddur. Cinayət işinin materiallarında bu xüsusatları təsdiq edən hər hansı bir sübut yoxdur. Natavan Əsədova ilə «Sahil Bağı» adlanan parkda bir dəfə də olsun görüşməmişdir. Cinayət işinin istintaqını aparan müstəntiq sübut kimi Natavan Əsədovaya məxsus mobil telefonun anten dairəsinin bir neçə dəfə həmin əraziyə düşməsini göstərir. Bununla bağlı bildirir ki, Natavan Əsədova və Şahid2 dəfələrlə Bakı şəhər Prokurorluğuna gələrək, onun qəbuluna düşmək istəsələr də o, çox vaxt onları qəbul etməmişdir. Hər iki şəxs Şahid9 işi ilə bağlı dəfələrlə şəhər prokurorluğunun istintaq idarəsinin rəisi Cəfər Cəfərovun və digər vəzifəli şəxslərin qəbulunda olmuş, həmçinin Şahid9la istintaq təcridxanasında görüşmək üçün şəhər prokurorluğuna gələrək icazə məktubu almışlar. Natavan Əsədovanın istifadəsində olan mobil telefonun anten dairəsinin onun xidməti otağının yerləşdiyi inzibati binanın ətrafında göstərməsi normal haldır və bu, o demək deyil ki, o, sonuncu ilə görüşüb ondan pul almışdır. Natavan Əsədovanın ona pul verməsini görən və bunu təsdiq edən hər hansı bir şahid yoxdur. İstintaq orqanı yalnız onun özünün ifadəsini və mobil telefonun şəhər prokurorluğunun ətrafında görünməyini sübut kimi qəbul edir. Bu isə yolverilməzdir. Yaxın qohumunun cinayət işinin istintaqını aparan şəxs kimi istər Natavan Əsədovanın, istərsə Şahid2 onun mobil telefonuna zəng etməsi və onun sonuncularla mobil teleonla danışmağı isə cinayət tərkibi yaratmır. Ona verilmiş ittiham yalnız Natavan Əsədovanın ifadəsinə əsaslansa da, bu Şahid9 arvadı Şahid2 ifadəsi ilə də kəskin ziddiyyət təşkil edir. Belə ki, cinayət işinin 1-ci cildinin 248-252-ci vərəqələrində olan Şahid2 dindirilməsi, həmçinin cinayət işinin 3-cü cildinin 122-126-cı vərəqələrində olan onunla üzləşdirmə protokolundan görünür ki, Şahid2 hər iki istintaq hərəkətində 2016-cı ilin avqust ayında onun otağında olarkən Vüqarın işini xitam etmək üçün 30.000 manat istədiyini, bu qədər pulu olmadığını bildirib onunla 25.000 manata razılaşdığını, ilk əvvəl ona çatdırması üçün həmin ilin avqust ayında 10.000 manat pulu evində Vüqarın vəkili Mayis Nuriyevə verdiyini, sonradan Mayisin ona həmin pulu ona çatdırdığını deməsini, həmin ilin avqust, sentyabr aylarında güya ona çatdırmaları üçün 3000-5000 manat arası olmaqla cəmi 15.000 manat pulu da vəkil Mayisə verdiyini göstərmişdir. Natavan Əsədova isə istintaqa verdiyi ifadəsində 2016-cı ilin iyul ayında Vüqarın arvadı Elnarə ilə onun qəbulunda olduğunu və ondan Vüqarın günahı olmadığını bildirib işin icraatına xitam verməyini xahiş etdiyini, həmin ayın sonunda onun vəkil Mayis Nuriyevlə işi bağlamaq üçün 30.000 manat lazım olmasına dair ona xəbər göndərdiyini, ilk dəfə 2016-cı ilin iyul ayının sonunda vəkil Mayis ilə birlikdə Bakı şəhər Prokurorluğunun qarşısına gələrək onunla görüşdüklərini və ona 3500 ABŞ dolları verdiyini göstərmişdir. İstintaqçı göstərilən bu kəskin ziddiyyətli faktları araşdırılmamış, Şahid2 ilə Natavan Əsədova arasında üzləşdirmə keçirilməmiş və Şahid9 vəkili Mayis Nuriyev şahid qismində dindirilməmişdir. Şahid2 10.000 manatın ona Mayis Nuriyev tərəfindən verilməsini bildirməsinə və bununla bağlı vəkil Mayis Nuriyevin dindirilməsinin zəruri olduğunu müstəntiq Orxan Duşdurova bildirməsinə baxmayaraq müstəntiq, vəkil Mayis Nuriyevi tapa bilmədiyini qeyd etmişdir. Halbuki cinayət işinin istintaq materiallarında vəkil Mayis Nuriyevin şahid qismində dindirilməsi üçün hansısa cəhd göstərilməsi ümumiyyətlə müəyyən olunmur. Bundan başqa, Şahid2 ilə onun arasında üzləşdirmə keçirilərkən o, Şahid9 işinə köməklik göstərməsi üçün ilk əvvəl Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsinin rəisi Cəfər Cəfərovun ondan rüşvət istədiyini göstərsə də, həmin xüsusaİt istintaq zamanı araşdırılmamış və bununla bağlı Cəfər Cəfərov ümumiyyətlə dindirilməmişdir. İstintaq orqanı həmin ittihamın davamı olaraq qərarında göstərmişdir ki, 25 oktyabr 2016-cı il tarixdə Xətai rayon Polis İdarəsinin İstintaq şöbəsində Şahid9 işə düzəltmək adı ilə vətəndaşlara qarşı dələduzluq etməsi faktları üzrə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə istintaq olunan ********* salı cinayət işinin özünün icraatında olan ********* nömrəli həmin işlə bir icraatda birləşdirdikdən sonra Natavan Əsədova ilə həmin parkda 2016-cı ilin oktyabr ayında görüşərək Şahid9 barəsində olan həmin cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsinin çətinləşdiyini bildirib daha çox pul vəsaitinin yəni, 40.000 manat pul vəsaitinin həmin məsələnin müsbət həlli üçün işlədiyi həmin idarənin rəhbər vəzifəli şəxsinə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid9 xeyrinə edəcəyi bilə-bilə qanunsuz həmin hərəkətlərə görə birbaşa yolla, özü vasitəsilə rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirib, Natavan Əsədovanın razılığını almaqla sövdələşib həmin adla sonuncudan Şahid3 iştirakı ilə 2016-cı ilin oktyabr-dekabr ayları ərzində Bakı şəhəri Atatürk prospekti 2 A ünvanında yerəşən «Karvan» kafesində bir neçə dəfəyə hissə-hissə olmaqla, cəmi 20.000 manat məbləğində, həmçinin 2016-cı ilin dekabr ayında tanışı Elxan Əliyevin vasitəsi ilə sonuncunun icarə əsasında idarə etdiyi «Karvan» kafesində 2.000 manat məbləğində pulu vahid niyyətlə X5 məxsus ümumilikdə 39.716 manat pul vəsaitini alıb şəxsi ehtiaclarına sərf edərək öz qulluq mövqeyindən sui-istifadə etməklə və aldatma yolu ilə sonuncuya məxsus 39.716 manat məbləğində pulu vahid niyyətlə ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, həmin əməli ilə vəzifəli şəxsə xidməti səlahiyyətlərin icrası ilə əlaqədar Şahid9 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 40.000 manat məbləğində olan pulu vahid niyyətlə rüşvət qismində verilməsinə Natavan Əsədova, Şahid2 və Şahid3 təhrik etmişdir. Bildirir ki, bu da tam yalandır və istintaq materiallarında bunu təsdiq edən hər hansı bir sübut yoxdur. Belə ki, o, nə Natavan Əsədova, nə də Şahid3la xidməti otağından kənarda görüşməmiş və onlardan hər hansı bir məqsəd üçün pul almamışdır. İstintaq materiallarında Şahid3 ona çatdırması üçün Elxan Əliyevə 2.000 manat verməsini təsdiq edən sübut yoxdur. Həmin xüsusat üzrə şahid qismində dindirilmiş Elxan Əliyev ifadəsində 2016-cı ilin dekabr ayında Şahid3la nə mobil telefonla danışdığını, nə də görüşdüyünü bildirmişdir. Həmin ifadələrini Şahid3la üzləşdirilməsi zamanı da təsdiq etmişdir. Elxan Əliyevin mobil telefonuna daxil olan və çıxan zənglərin siyahısından görünür ki, 2016-cı ilin dekabr ayında o, Şahid3la ümumiyyətlə danışmamışdır. Bundan başqa, cinayət işinin 2-ci cildinin 15-23-cü vərəqələrindəki X14 və Şahid3 tərəfindən dövlət orqanlarına yazılmış çoxsaylı ərizələrdən görünür ki, həmin ərizələrdə Şahid3 Elxan Əliyevə güya ona çatdırması üçün 2.000 manat deyil, 1.000 manat pul verdiyini, həmçinin istintaq dövründə ona verdikləri pulları faizə və borca götürdüklərini göstərsələr də, sonradan istintaqa verdiyi ifadələrində Elxan Əliyevə güya ona çatdırması üçün 1.000 manat deyil, 2.000 manat verdiklərini, habelə istintaq dövründə güya ona verdikləri pulları faizə deyil, Natavan Əsədovaya məxsus evi sataraq əldə etdiklərini bildrmişlər. Elnarə və Natavan Əsədovalar və Şahid3 izahat və ifadələri arasındakı ziddiyyətlər sonuncuların yalan danışdıqlarının təsdiq edir. Cinayət işi materiallarında Şahid3la Elxan Əliyevin 2016-cı ilin dekabr ayında görüşməsini və ona çatdırması üçün sonuncuya 2.000 manat pul verməsini təsdiq edən telefon əlaqəsi, videogörüntü və şahid ifadəsi yoxdur. Ona qarşı qərəzli mövqedə olan Şahid9 qohumlarının ziddiyyətli ifadələri isə ona ittiham verilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə görə sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətlndirilməsindən ibarətdir. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olubolmamasını sübut etmə vəzifəsi ittihamçının üzərinə düşür. Eyni zamanda həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət işinin istintaq materiallarından görünür ki, barəsində həbs qərarı qəbul edilməklə cinayət işini baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərdiyi və barəsində digər xüsusatlar üzrə yeni bir cinayət işi ayırdığı Şahid9 qohumları ona qarşı qərəzlidir. Elnarə ilə Natavan Əsədovalar və dayıları Şahid3 ifadələri cinayət işi üzrə ayrı bir sübutla təsdiqini tapmır. Sonuncuların qərəzi və hakimiyyət orqanlarını hədələmələri isə onun cinayət məsuliyyətinə cəlb olunmağına əsas ola bilməz. Elnarə və Natavan Əsədovalar ondan əvvəl Vüqarın cinayət işinin istintaqını aparmış Bakı şəhəri Xətai rayon Polis İdarəsinin müstəntiqi Elməddin Paşayevin də güya onları aldadaraq Vüqara köməklik etməsi üçün 55.000 manat pullarını aldığını bildirmişlər. Həmin material Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsinin müstəntiqi Tural Haqverdiyev tərəfindən araşdırılmış, Elnarə və Natavan Əsədovaların şikayətləri əsassız olduqlarından müstəntiq Elməddin Paşayevin barəsində cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin istintaqını aparan müstəntiqdən həmin qərarın cinayət işinin materiallarına əlavə edilməsini xahiş etsə də, sonuncu onun müraciətni təmin etməmişdir. Şahid9 ayrıayrı vətəndaşların 3.000, 5.000, 10.000 manata görə şikayət etmələrini nəzərə alaraq onun qohumlarının müstəntiq Elməddin Paşayevə 55.000 manat, sonra ona 39.716 manat, daha sonra isə Vüqarın zərərçəkmiş Şahid6 18.900 manat, ümumilikdə 113.616 manat pul vermələri inandırıcı deyildir. X39 Əsədovdan şikayətçi olmaması üçün 30.000 manat pul istəmiş və müstəntiq bunların heç birini araşdırılmamışdır. Natavan Əsədova, Şahid3 və Şahid2 ifadələrində göstərdikləri kimi əgər o, Vüqarın cinayət işini xitam etmək üçün pul aldığı təqdirdə 2017-ci ilin iyun ayında həmin cinayət işini ağır ittihamla Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərdikdən sonra niyə ondan şikayət etməmişdir? Vüqarın özü, arvadı, bacısı və dayısı İmamverdi ali təhsilli olduqları və müqavilə üzrə Vüqarın vəkili olduğu halda, bunun məsuliyyətini dərk etməmişlər. Həmin cinayət işi məhkəməyə göndərilərkən 2017-ci ilin iyun ayında «Sübutların qiymətləndirilməsi haqqında» və «Cinayət işindən başqa cinayət işinin ayrılması haqqında» qərarları ilə Vüqarın barəsində yenidən cinayət işi ayıraraq öz icraatında saxlamışdır. Vüqarın qohumlarından pul almış olsaydı, bu cür qərarları qəbul etməzdi və sonuncuya köməklik edərdi. Natavan Əsədova onun barəsində 2018-ci ilin mart ayında şikayət ərizəsini yazmışdır. Bunun səbəbi ondan ibarətdir ki, 2018-ci ilin fevral ayının 11-də onun vasitəçiliyi ilə Vüqarın zərərçəkmişi Şahid6 15.000, daha sonra isə hissə-hissə 3.900 manat Vüqar tərəfindən pul ödənilmiş və bunun qarşılığında Şahid6 tərəfindən Vüqardan şikayəti olmadığı barədə ərizə vermişdir. Həmin ərizə əsasında Vüqarın barəsində Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən şərti cəza təyin edilmiş, lakin Vüqar daha sonra Şahid6 razılaşdığı yerdə qalan 15.000 manatı ödəmədiyinə görə Şahid6 ondan şikayət etmişdir. Belə olan halda Vüqar Şahid6 ödədiyi 18.900 manatı ondan geri istəmişdir. O isə (Təqsirləndirilən şəxs) həmin pulun Şahid6 olduğunu bildirib, onu narahat etməməsini tapşırmışdır. Vüqar isə Şahid6 ödədiyi həmin pulları ondan (Təqsirləndirilən şəxs) tələb edərək Səriyyənin ərizəsinin işə yaramadığını, 2016-cı ildə onu qanunsuz cinayət məsuliyyətinə cəlb etdiyini və barəsində qanunsuz olaraq cinayət işi ayırdığını bildirərək ona pislik etdiyini qeyd etmiş, bacısı Natavan və arvadı Elnarəni qabağa verib, sonunuların vasitəsi ilə ondan şikayət etdirmişdir. 2018-ci ilin fevral ayında Vüqarın Şahid6 maddi ziyan olaraq pul ödəməyini zərərçəkmiş Şahid6 və onun vəkili Vasif Mirzəyev təsdiq etmişdir. Şahid9 bacısı Natavan Əsədovanın 2018-ci ilin mart ayında ondan şikayət etməsi yalnız zərərçəkmiş Şahid6 ödənilmiş pul vəsaitini ondan qanunsuz olaraq tələb etmələri ilə bağlıdır. 2018-ci ilin fevral ayının 11-də Şahid9 Notariat Kontorunun qarşısına gələrək zərərçəkmiş Şahid6 15.000 manat pul gətirməsini onunla bərabər iş üzrə şahid qismində dindirilmiş Şahid6 vəkili X8, həmin yerdə olmuş vətəndaşlar X35 və Şahid8 ifadələri ilə təsdiq olunur. Şahid9 araşdırma zamanı verdiyi ilkin izahatında 11 fevral 2018-ci il tarixdə zərərçəkmiş Şahid6 pul ödəmək üçün ümumiyyətlə metronun «Xətai» stansiyasının yaxınlığında olan Notariat Kontorunun qarşısına gəlmədiyini və orada ona Şahid6 ödəmək üçün 15.000 manat vermədiyini bildirmişdir. Bu xüsusatla bağlı onun yalan danışdığı istintaq materialları ilə tam sübuta yetirilmişdir. Natavan Əsədovanın 2018-ci ilin mart ayında ondan etdiyi şikayət Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılmış və 2018-ci ilin sentyabr ayının 14-də barəsində cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarın ləğv edilməsinə səbəb Şahid9 arvadı Şahid2 və bacısı Natavan Əsədovanın Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İnzibati binasında səs-küy salmaları və idarə rəhbərliyini özlərini yandırması ilə hədələmələri olmuşdur. Bununla bağlı o, dəfələrlə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə dəvət edilmiş, orada onu İstintaq İdarəsinin müstəntiqləri Kazım Həmzətov və Orxan Duşdurov qəbul edərək Şahid9 qohumlarının şikayətlərindən çəkindiklərini, onun sonunculardan pul almadığını bilsələr də, sonuncuların ondan əl çəkməyəcəklərini və buna görə sonuncularla razılaşmağını bildirmişlər. O, həmin şəxslərə pul ödəməyəcəyini bildirmişdir. Şahid9 və onun yaxın qohumlarının Bakı şəhərində ayrıayrı şəxslərə və banklara külli miqdarda borcu olduğu barədə məlumatı vardır. Hesab edir ki, sonuncular ondan pul alıb, həmin borclarını bağlamaq niyyətindədirlər. Cinayət işinin 3cü cildinin 251-256-cı vərəqələrində olan Şahid9 dindirilməsi protokolundan görünür ki, onun 2016-cı ilin iyun ayında Azərbaycan Respublikası CM-nın 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin məhkəməyə göndərilməsindən xəbəri olmamış, bunu yalnız məhkəmədən ona bildiriş gəldikdə öyrənmişdir. Bu tam yalandır. Belə ki, Şahid9 müdafiəçisi ilə birlikdə cinayət işinin istintaqının qurtarması onun tərəfindən elan edilmiş, Şahid9 vaxt məhdudiyyəti qoyulmadan cinayət işinin bütün istintaq materialları ilə tanış olub həmin protokolları imzalamışdır. Şahid9 arvadı Şahid2 və digərləri istintaqa verdiyi ifadələrində Vüqarın barəsində cinayət işi onun tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilərkən artıq onun tərəfindən aldadıldıqlarını dərk etdiyini bildirsələr də, həmin vaxt bu barədə ümumiyyətlə şikayət etməmiş, həmçinin həmin vaxtdan sonra həm Vüqarın, həm də digər qohumlarının onunla görüşərək bu məsələni müzakirə etmələrini qeyd etsələr də, bunu təsdiq edən hər hansı bir sübut, səs yazısı və digər sübutları təqdim edə bilməməmişdir. Bu da onun bu dediklərinin tam yalan olduğunu göstərir. İttiham aktında ona qarşı sübut kimi Şahid3la onun arasında olan sms yazışmları göstərilib. Cinayət işinin 3-cü cildinin 149-150-ci vərəqələrindəki «CD diskə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Şahid3 məxsus ***-***-**-** nömrəli mobil nömrə ilə onun istifadəsində olmuş ***-***-**-** nömrə arasında 8 mart 2018-ci il tarixli aşağıdakı yazışma var: «A1: Telefonu götür özunuda manida pis vaziyyata saldin bu cixiw deyil mana qarwi hörmatsizlik elama A2: Meni santaj etmek lazim deyil. Sene de hec vaxt hormetsizlik etmemisem. Zerercekene odediyiniz pula gore meni ittiham etme. Mene de hec ne yazma A2: Sozun olanda zeng et A1: San mandan 57 min pulu Vuqara barayat vermaya almisdin indi san na deyirsan man bilmiram Vuqar icari kedir bu oyunlari san eladin indida haminiza inanaraq közladim telefon baglamaq cixiw yolu deyil man axira qadar kiwilik eladim .sanin manim pulumu vermak fikirin yoxdur man sani indi bawa duwdum A2: siz mene deyil, zerercekmis sexs Seriyye xanima 30.000 manat odemisiniz. Diger dediyiniz 27.000 manatin mene aidiyyeti yoxdur və bundan xeberim yoxdur. Xahis edirem bir de menim telefonuma bele santaj ve tehdid dolu mesajlar yazmayasiniz. Eks halda men bununla bagli huquq muhafize orqanlarina muraciet edecem». Yazışmadan da açıq-aydın görünür ki, Şahid3 onu şantaj edir və sonuncunun ondan tələbi ifadəsində göstərdiyi kimi, zərərçəkmişə ödənilmiş pul ilə bağlıdır. Bundan başqa həmin protokoldan görünür ki, Şahid3 ***-***-**-** nömrəli telefondan ***-***-**-** nömrəli mobil telefona 21 noyabr 2016-cı il tarixdə aşağıdakı mesaj yazmışdır: «Salam zahmat olmasa mana zank edasiniz man wahardiyam». Eyni zamanda həmin protokolda göstərilmişdir ki, 2016-cı ilin oktyabr-dekabr ayları ərzində Şahid3 məxsus ***-***-**-** və Natavan Əsədovaya məxsus ***-***-**-** nömrəli mobil nömrələrindən ona məxsus ***-***-**-** mobil nömrəsinə və əks istiqamətdə zənglər edilmişdir. Həmin zənglər zamanı Şahid3 və Natavan Əsədova istintaqa verdikləri ifadələrində qeyd etdikləri kimi, Xəqani küçəsi, Ü.Hacıbəyov küçəsi, Gənclik, «Tofiq Bəhramov» stadionunun girişi inzibati ərazi vahidində olduqları görünür. CD diskə baxış keçirilməsi haqqında həmin protokolda yalnız hər iki şəxsin qeyd edilən ünvanlarda olması göstərilsə də, məhz onun (hətta ***-***-**-** nömrəli mobil telefon mənə məxsus olsa belə), həmin nömrənin belə qeyd olunan iki şəxslə eyni vaxtda bir yerdə olmaları göstərilməmişdir. Cinayət işinin materialları ilə tanış olarkən müvafiq operatordan daxil olmuş CD diskə baxarkən ***-***-**-** nömrəli mobil nömrənin «Gənclik, Tofiq Bəhramov stadionu» inzibati ərazisində olduğu müəyyən edilməmişdir. Lakin mütəntiq tərəfindən tərtib edilmiş 20 dekabr 2019-cu il tarixli protokolun əksinə olaraq sübutları qiymətləndirmə qərarının 22-ci vərəqində güya onun istifadəsində olmuş ***-***-**-** nömrəli mobil telefonun 12 oktyabr 2016-cı il tarixdə «X40 Stadionu inzibati ərazisində, 17 oktyabr 2016cı il tarixdə Xəqani küçəsində, 26 oktyabr 2016-cı il tarixdə Axundov kitabxanası inzibati ərazisində, 22 noyabr 2016-cı il və 6 dekabr 2016-cı il tarixlərdə X31 stadionu inzibati ərazisində olduğunun müəyyən edildiyini yazmışdır. Bunu isə sübutları saxtalaşdırılması hesab edir. Əvvəla o, istintaqa verdiyi bütün ifadələrində Şahid9 işi ilə bağlı sonuncunun qohumları Natavan Əsədova, Şahid2 və Şahid3 dəfələrlə onunla telefon əlaqəsi saxladıqlarını, istintaq təcridxanasında onunla görüşmək üçün bir neçə dəfə məktub götürdüklərini, şəhər prokurorluğunun rəhbərinin və istintaq idarəsinin rəisinin qəbuluna gəldiklərini və bunlarla bağlı aralarında telefon danışıqlarının olduğunu göstərmişdir. Həmçinin qeyd olunan nömrələrin Xəqani, Ü.Hacıbəyov küçələrində və Axundov parkının ətrafında çıxmağı normaldır. Çünki onun xidməti otağının yerləşdiyi Bakı şəhər Prokurorluğunun inzibati binası həmin ərazidədir və parkla üzbəüzdür. Natavan Əsədova və Şahid3 istifadəsində olan mobil nömrələrin nə vaxtsa «Gənclik» metrostansiyasının ətrafında çıxması isə ona qarşı sübut kimi istifadə oluna bilməz. Bakı şəhərində yüz minlərlə insan gün ərzində metronun «Gənclik» stansiyasından istifadə edir və göstərilən şəxslərində həmin metro və yaxınlıqda yerləşən «Gənclik Mall» TM-dən istifadə etməsi mümkündür. Müstəntiqin buna sübut kimi istinad etməsi ilə razılaşmır. Bundan əlavə cinayət işinin 3-cü cildinin 182-183-cü vərəqində olan CD diskə baxış keçirilməsi haqqında protokolda göstərilmişdir ki, Şahid9 məxsus ***-***-**-** mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsi arasında 2 avqust 2017, 3 avqust 2017 və 6 avqust 2017-ci il tarixlərdə aşağıdakı məzmunda yazışma olub: «A1: Mən sizi başa düşə bilmirəm A1: Məni yığın zəhmət olmasa A1: Məni yığın telefona baxıb söndürməyin» Bu protokol müstəntiq tərəfindən saxtalaşdırılmışdır. Belə ki, həmin protokolda ***- ***-**-** nömrənin ona məxsus olduğu göstərilmişdir. Əslində həmin nömrə Şahid9 aiddir. ***-***-**-** mobil nömrəsi isə Şahid9 deyil, Şahid3 aiddir. İkincisi o, barəsində olan cinayət işi üzrə 31 iyul 2017-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində məhkəmə tərəfindən qətimkan tədbiri seçilmişdir. Belə olan halda, həmin şəxslərin 2 avqust 2017, 3 avqust 2017 və 6 avqust 2017-ci il tarixlərdə onunla yazışmaları mümkün deyildir. ***-***- **-** nömrəli mobil telefonun ona məxsus olması ümumiyyətlə istintaqla müəyyən edilməmişdir. Belə bir mobil telefon nömrəsinin onda olmasını xatırlamır. Cinayət işinin 2-ci cildinin 57-ci vərəqində olan məktubdan görünür ki, həmin nömrə ona məxsus deyildir və həmin nömrənin onun tərəfindən istifadə olunması sübuta yetirilməyib. Həmin protokolda daha sonra göstərilmişdir ki, Şahid3 məxsus ***-***-**-** mobil nömrəsi ilə onun istifadəsində olmuş ***-***-**-** mobil nömrəsi arasında 10 iyun 2017-ci il tarixli yazışma müəyyən edilmişdir. «A1: Muwvuq mallim salam zahmat olmasa mana zank et uzaq yolu birda kalmayim manim ucun qaranliq maqamlar var sagolun». Şahid3 bir neçə il əvvəl, hələ Respublika Hərbi Prokurorluğunda işlədiyi dövrdən tanıyır. Sonuncu Şahid9 işi ilə bağlı yanına gəlib, cinayət işinə xitam verilməsini xahiş etsə də, bunu etməmişdir. Həmçinin Bakı şəhərinin ayrı-ayrı rayonlarından tələb etdiyi işlər üzrə Vüqar tərəfindən vurulmuş ziyanın ödənildiyini bildirib, həmin işlərə xitam verməyini ondan xahiş etmişdir. Şahid3 çoxdan tanıdığına görə onu başından etmək üçün qanun çərçivəsində Vüqara köməklik edəcəyini bildirmişdir. Şahid3 xahişlərinin heç birini etməmiş, hətta sonuncu vəkil Mayis Nuriyev vasitəsi ilə həmin işlər üzrə vətəndaşların şikayətlərinin olmamasına dair ona ərizələr göndərmiş, lakin bunlara da baxmayaraq icraatında olan cinayət işi üzrə qanuni və əsaslı qərar qəbul edərək, 2017-ci ilin iyun ayının əvvəlində Şahid9 Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndiriləməsinə dair cinayət işini məhkəməyə göndərmiş və bununla kifayətlənməyib onun barəsində Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə başqa bir cinayət işi də ayırmışdır. Həmin dövrdə İmamverdi onun yanına gəlsə də, sonuncunu qəbul etməmiş və hətta onun çox saylı xahişlərindən bezdiyinə görə telefonunu bloka atmış və çox vaxt zənglərinə cavab verməmişdir. Bu xüsusat cinayət işinin 3-cü cildinin 182-ci vərəqində olan «CD diskə baxış keçirilməsi haqqında» protokolla təsdiq olunur. Həmin protokolda göstərilmişdir ki, Şahid3 istifadəsində olan ***-***-**-** mobil nömrəsindən onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə 16 iyun 2017-ci il tarixdə aşağıdakı məzmunda SMS yazmışdır: «A1: Muwvuq mallim salam manim nomrami xoda qoymusunuz lap yaxsi amma man siza inanaraq size narahat etmadim. İndi baxiram ki iwler hecda mana dediyiniz kimi deyil olsun yaqin eda bilmamisiniz onda sanadlari hazirlayin zahmat olmasa galim o sanadlari sizdan goturum vaxtinizi aldigima kora uzr istayiram». Həmin mesajdan da görünür ki, Şahid3 konkret yazır ki, «mənim telefonumu bloka atmısız gəlim sənədləri götürüm, vaxtınızı aldığıma görə üzr istəyirəm». O, «sənədləri hazırlayın gəlim götürüm» dedikdə isə ayıraraq icraatında saxladığı cinayət işi üzrə vətəndaşların Vüqardan şikayətləri olmamasına dair vəkil Mayis Nuriyevlə ona göndərilmiş ərizələri nəzərdə tutmuşdur. Çünki Şahid3 ona demişdi ki, həmin ərizələri götürüb baş prokurorun qəbuluna gedəcək ki, vətəndaşların şikayətləri olmadığı halda Vüqarın barəsində nəyə görə növbəti cinayət işi başlanıb. CD disklərdə aşkar olunmuş, iş üzrə əhəmiyyət kəsb edən və ona verilmiş ittihamda sübut kimi qəbul olunan mesajlar üzrə nə o, nə Şahid3, nə vəkil Mayis Nuriyev müstəntiq tərəfindən dindirilməmişdir. Əslində isə müstəntiq obyektiv istintaq aparsaydı, aşkar olunan hər bir «sms» mesajı üzrə əvvəl Şahid3, daha sonra onu dindirməli, hazırda onun vəsatətdə göstərdiyi xüsusatları araşdırmalı, həmin mesajlarla bağlı Şahid3la onun arasında üzləşdirmə aparılmalı idi. Müstəntiq bunların heç birini etməyərək Azərbaycan Respublikası Cinayət Prosessual Qanunvericiliyin tələblərini kobud surətdə pozmaqla, istintaqı yarıtmaz aparmışdır. Bundan əlavə, «Sübutların qiymətləndirilməsi haqqında» 24 fevral 2020-ci il tarixli qərarın 20-ci vərəqində göstərilmişdir ki, «X5 məxsus ***-***-**-** nömrəli mobil telefonda olan «Whatsap» proqramından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs özünə məxsus ***- ***-**-** mobil nömrəsindən Natavan Əsədovaya ərizə forması göndərmişdir. Bildirir ki, ***- ***-**-** nömrəsi ona məxsus deyil, həmin nömrə Şahid6 vəkili Vasif Mirzəyevə məxsusdur və onun istifadəsindədir. Müstəntiqin öz qərarında həmin mobil nömrənin ona məxsus olmasını göstərməsi qanunsuz hesab edir. Ona verilmiş cəlb qərarından görünür ki, güya Natavan Əsədova 2016-cı ilin oktyabr-dekabr ayları ərzində dayısı Şahid3 iştirakı ilə Bakı şəhəri M.K.Atatürk prospekti 2A ünvanında yerləşən «Karvan» kafesində bir neçə dəfəyə hissə-hissə olmaqla cəmi 20.000 manat, həmçinin 2016-cı ilin dekabr ayında Elxan Əliyevə 2.000 manat pul vermişdir. Natavan Əsədova istintaqa verdiyi ifadəsində 2016-cı ilin oktyabr-dekabr ayları ərzində «Karvan» kafesində görüşərək 20.000 manatı ona beş dəfəyə verdiyini bildirsə də, Şahid2 isə ifadəsində bunun əksinə olaraq ona verəcəkləri puldan 3.000 manat kəsir qaldığını, 12 yanvar 2017-ci il tarixdə həmin pulu verəcəyini bildirmək üçün ***-***-**-** nömrəli mobil telefondan onun mobil telefonuna aşağıdakı məzmunda mesaj yazdığını bildirmişdir: «A1: Müşfüq müəllim bağışlayın narahat etdiyim üçün. Siz özününüz dediyiniz ücün zeng vurdum sanadlar tam hazirdir. A2: Hansı sənədlər? A1: Uşağın sənədləri A2: Ver vəkilə A1: Vüqarın özünün butun xəstəlik sənədləri də var onları da verək? A2: Hamisini ver A1: Səhr saat 9-da hamisi onda olacaq İnşAllah. A2: Okey sağol. A1: Sabah sizdən şad xəbər gözləyirik inşAllah. A1: Sabah bu vaxtı Vüqar evdə olacaqmı? A2: Başa düşmədim sizi?» Bu yazışmaya ibtidai istintaq vaxtı tam aydınlıq gətirmişdir. Həmin vaxt Vüqarın müdafiəçisi vəkil X47 rayon məhkəməsinə müraciət edərək Vüqarın hər iki uşağının qan xəstəsi, özünün isə vərəm xəstəsi olduğunu qeyd edib, barəsində seçilmiş qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını xahiş etmişdir. Cinayət işi materiallarında isə Vüqarın və uşaqlarının xəstəlik kağızları olmadığına görə o, həmin sənədlərin istintaqa təqdim olunmasını istəmişdir. Şahid2 da mesajı sırf bununla bağlı olmuşdur. Vüqarın barəsindəki qətimkan tədbiri Səbail rayon məhkəməsi tərəfindən dəyişdirilmişdir. İstintaq orqanı bu yazışmanı sübut kimi qəbul edə bilməzdi. Ona görə ki, əgər Şahid2 dediyi kimi həmin yazışma 3.000 manatın ona verilməsi ilə bağlı idisə, ona cinayətin törədilmə tarixi 2017-ci ilin yanvar ayı verilməli idi. Şahid2 həmin yazışmadan sonra ona dayısı Şahid3 vasitəsi ilə güya 3.000 manat pul göndərməsi həm Şahid3, həm Natavan Əsədovanın ifadələri ilə təkzib olunur. Çünki həm Şahid3, həm də Natavan Əsədova güya razılaşdıqları 40.000 manat pulun, sonuncu 2000 manatını Elxan Əliyevin vasitəsi ilə ona 2016-cı ilin dekabr ayında verdiklərini bildirirlər. Belə olan halda həmin şəxslərin öz ifadələri arasındakı ziddiyyətlər ortaya çıxır və bu ziddiyyətlər müstəntiq tərəfindən araşdırılmamışdır. Şahid2 həmin yazışmasının müstəntiq tərəfindən «Sübutların qiymətləndirilməsi haqqında qərar»da sübut olaraq göstərilməsi ona verilmiş ittihama ziddir. Bu fakt onu göstərir ki, ona verilmiş ittiham heç bir sübuta əsaslanmır, yalnız Şahid9 yaxın qohumlarının bir-biri ilə ziddiyyət təşkil edən və özündə heç bir həqiqəti ehtiva etməyən ifadələrinə əsaslanmışdır. Bundan başqa, iş üzrə şahid qismində dindirilmiş Şahid6 və onun əri Şahid7 ifadələrində göstərmişlər ki, güya o, Şahid9 onun işinin həlli məqsədi ilə aldığı puldan 30.000 manatını Şahid9 tərəfindən dəymiş ziyanın ödənilməsi üçün istifadə edəcəyini sonunculara bildirmişdir. Bu da tamamilə yalandır. O, həmin şəxslərə ümumiyyətlə belə söz deməmişdir. Bunu həmin şəxslərin vəkili olmuş Vasif Mirzəyev də tam təsdiq edə bilər. Bu xüsusat üzrə o, dindirilməmiş və həmin şəxslərin heç biri ilə arasında üzləşdirmə keçirilməmişdir. Halbuki, həm Şahid6, həm də Şahid7 araşdırma zamanı ilkin izahatlarında, habelə Vüqarın hökmündən verdikləri apellyasiya şikayətlərində belə şey olmadığını, həmin 15.000 manat pulu Vüqarın ödədiyini və yerdə qalan 15.000 manatı da ödəyəcəyinə söz verdiyini göstərmişlər. Şahid9 tutulduqdan sonra həmin şəxslər Vüqarın arvadı Elnarə ilə danışmış və sonuncu onlara çatası pulu güya ona verdiklərini deməklə, həmin şəxsləri də ondan şikayət etməyə təhrik etmiş və sonuncular da ona qarşı qərəzli ifadə vermişlər. «Sübutların qiymətləndirilməsi haqqında» 24 fevral 2020-ci il tarixli qərarın 33-cü vərəqindən də görünür ki, Şahid6 Şahid9 tərəfindən vurulmuş ziyan onların özləri tərəfindən 30.000 manat kimi qiymətləndirilmiş və həmin pul məbləğinin 15.000 manat olan hissəsi Şahid9 tərəfindən Təqsirləndirilən şəxs vasitəsi ilə Şahid6 ödənilmiş, yerdə qalan 15.000 manat isə Təqsirləndirilən şəxs tərəfindən deyil, Şahid9 tərəfindən barəsində istintaq olunan cinayət işi üzrə zərərçəkmiş şəxs Şahid6 vurulmuş ziyan olmuş və həmin məbləğ Şahid6 Təqsirləndirilən şəxs tərəfindən deyil, Şahid9 tərəfindən ödənilməli məbləğ olmuşdur. Şahid2 güya istintaq dövründə ona verilmiş pulların bir qismini bankdan kredit götürdüyünü göstərərək müvafiq sənədləri istintaqa təqdim etmişdir. Cinayət işinin 2-ci cildinin 210-212-ci vərəqələrində olan kredit sənədlərindən görünür ki, X14 11 noyabr 2014-cü il tarixdə «xxxx» ASC-dən 40.000 manat, Şahid2 28 dekabr 2017-ci il tarixdə «xxxx» MMC-dən 10.820 manat və 9067 manat kredit götürmüşdür. Göründüyü kimi, Natavan Əsədova tərəfindən 40.000 manat pul 2014-cü il tarixdə götürülmüş və bu fakt ona güya pul verildiyi dövrə yəni, 2016-cı ilə ümumiyyətlə təsadüf etmir. Şahid3 və qohumları ifadələrində güya hansısa obyekti özəlləşdirmək üçün ona 17.000 manat pul verdiklərini qeyd etməklə, əsassız iddia irəli sürmüşlər. Bunu sonuncuların növbəti yalanı hesab edir. Onlar həmin pulu zərərçəkmiş Şahid6 ödəsələr də, irəli sürdükləri iddia yolu ilə ondan geri almaq istəyirlər. İstintaq özü də sübut edib ki, həmin pul hansısa obyekti özəlləşdirməyə deyil, zərərçəkmişə ödənilmişdir. Cinayət işi üzrə X14, Şahid3 və Şahid2 6 avqust 2019-cu il tarixli dindirilmə protokolları sübut kimi götürülsə də, qeyd edir ki, həmin tarixdə göstərilən şəxslərin Azərbaycan Respubikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin mühüm işlər üzrə böyük müstəntiqi X15 tərəfindən dindirilməsi qanunsuzdur. Belə ki, X3 müraciəti əsasında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan araşdırma zamanı, yəni həmin dövrdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında həmin idarənin Daxili təhlükəsizlik şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Əsəd Əliyevin 14 sentyabr 2018-ci il tarixli ləğv edilməmiş qərarı olmuşdur. Göstərilən qərar isə həmin idarənin rəisi Kamran Əliyev tərəfindən yalnız 10 oktyabr 2019-cu il tarixdə ləğv edilmişdir. Azərbaycan Respublikası CPM-nin 39.1.7-ci maddəsinə əsasən şəxs barəsində eyni ittiham üzrə təhqiqatçının, müstəntiqin və ya prokurorun cinayət işi başlanmasının rədd edilməsi haqqında ləğv edilməmiş qərarı olduqda cinayət təqibi başlana bilməz. Göründüyü kimi Natavan Əsədova, Şahid2 və Şahid3 6 avqust 2019-cu il tarixdə şahid qismində dindirilmələri və daha sonra həmin dindirilmələrin ona qarşı sübut qismində istifadə edilməsi tam qanunsuzdur və həmin ifadələr sübutlar siyahısından çıxarılmalıdır. Azərbaycan Respublikasının CPM 125.2-ci maddəsinə əsasən istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş sənədlərin cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Həmin Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Beləliklə, cinayət işinin 1-ci cildinin 236-241-ci vərəqələrində olan Natavan Əsədovanın, 242-247-ci vərəqələrində olan Şahid3 və 248-252-ci vərəqələrində olan Şahid2 dindirilmə protokollarını qanunsuz hesab edir və həmin protokollar ona verilən ittihamda sübut kimi istifadə oluna bilməz. Ona verilmiş ittihama görə o, güya Azərbaycan Respublikası Baş Prokurorunun 11 sentyabr 2017-ci il tarixli 10/75-11/449-K nömrəli əmri ilə prokurorluq orqanlarından xaric olunduqdan sonra təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmə məqsədi ilə qeyri-rəsmi formada hüquqi yardım göstərdiyi cinayətdən xəbərsiz X12 vasitəsi ilə tanış olduğu və sahibkarlıq fəaliyyəti ilə əlaqədar X2 materialın əvəzində ödənilməli olan 840.000 ABŞ dolları məbləğində pul vəsaitini ala bilməyən Şahid4 ilə 2018-ci ilin noyabr ayında İlyas Sadıqovun istifadəsində olan Bakı şəhəri Dərnəgül prospekti 3097-ci məhəllədə yerləşən istehsal sexinin həyətindəki məhəllədə görüşdükləri zaman Şahid4 özünü əvvəllər prokurorluq orqanlarında işləməklə həmin orqanda geniş əlaqələrə malik olduğunu, həmin əlaqələrdən istifadə edərək Elşən Rəhimov barəsində cinayət işi başlanmaqla sonuncunu cinayət məsuliyyətinə cəlb etdirib ona ödəməli olduğu pulu ödətdirə biləcəyini yalandan bildirməklə, həmin məsələnin müsbət həlli üçün prokurorluqda işləyən vəzifəli şəxs olan tanışına xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid4 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 20.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 34.000 manat məbləğində pulun rüşvət qismində verilməsinin zəruri olmasını özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə etməklə Şahid4 aldatmaqla bildirərək sonuncu ilə razılaşmaqla sövdələşib həmin adla 18 noyabr 2018-ci il tarixdə qeyd edilən istehsal sexinin həyətindəki ofisdə Şahid4 10.000 ABŞ dolları, həmçinin eyni niyyətlə 4 dekabr 2018-ci il tarixdə eyni ofisdə X29 Dadaşova məxsus 10.000 ABŞ dolları pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid4 məxsus 34.000 manat pulu ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, həmin əməli ilə vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Şahid4 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla, özü vasitəsilə maddi nemət olan 34.000 manat məbləğində pulu vahid niyyətlə rüşvət qismində verilməsinə sonuncunu və İlyas Sadıqovu təkrarən təhrik etmişdir. İstintaq orqanının bu nəticəsi ilə də razılaşmır. Şahid4 maddi imkanı aşağı olduğu üçün 3 ay müddətinə qaytarmaq şərti ilə 20.000 ABŞ dolları borc pul almış və bununla əlaqədar qəbz də vermişdir. Bu məsələ mülki məsələ hesab edir, cinayət əməlinin tərkib əlamətlərindən söhbət gedə bilməz. Həmin pulun 10.000 ABŞ dolları məbləğində olan hissəsini, daha sonra isə 7.000 manatını qaytarmışdır. Onun hazırda Mahirə 10.000 manat borcu qalmışdır. Elşən Rəhimov adlı şəxsi ümumiyyətlə tanımır. Həmin şəxs barəsində Şahid4 çoxsaylı şikayətlərinə Baş prokuror yanında Korrupsiya Qarşı Mübarizə Baş İdarəsində baxılmış və məsələnin mülki məsələ olması Mahirin nəzərinə çatdırılmışdır. Bununla bərabər Mahir X18rşı məhkəmədə mülki qaydada pul tələbinə dair iddia qaldırmış və məhkəmənin qərarı ilə onun iddia tələbi təmin edilmişdir. Birinci instansiya məhkəməsinin həmin qərarı yuxarı instansiya məhkəmələrində qüvvədə saxlanılmış və icraya yönəldilmişdir. Belə bir halda Mahir özü də yaxşı dərk edir ki, Elşən Rəhimova cinayət işi başlatmaq mümkün deyildir. Mahirlə aralarındakı söhbətlər zamanı bunu sonuncunun özünə də başa salmışdır. Bu sualların heç biri müstəntiq tərəfindən Şahid4 verilməmiş, həmin məsələ ilə əlaqədar məhkəmələrin qətnamələri cinayət işinə əlavə edilməmişdir. Elşən Rəhimovun barəsində Bakı şəhər prokurorluğunda araşdırma aparılmamışdır ki, o, orada hansısa vəzifəli şəxsə pul verəcəyini Mahirə bildirsin. Cinayət işinin 1-ci cildinin 179-180-ci vərəqələrindəki Şahid4 Bakı şəhər prokuroru İlqar Abbasovun adına yazdığı və həmin xüsusat üzrə onun barəsində araşdırmanın başlanılmasına səbəb olan ərizəsindən görünür ki, Şahid4 ərizəsində güya onun Bakı şəhər prokurorluğunda böyük dayaqlarının olduğunu, şəxsən rəhbərliklə yaxın münasibətdə olduğunu ona bildirərək Elşən Rəhimova cinayət işi başlatmaq üçün Bakı şəhər prokurorluğuna vermək adı altında Şahid4 20.000 ABŞ dolları aldığını göstərmişdir. Lakin həmin ərizədən fərqli olaraq, Şahid4 cinayət işinin 1-ci cildinin 186-188-ci vərəqələrində olan izahatı, eləcə də cinayət işində olan bütün ifadə və üzləşdirmə protokollarından, həmçinin onun yaxın dostu İlyas Sadıqovun izahatı, ifadə və üzləşdirmə protokollarından görünür ki, Şahid4 onun aldığı 20.000 ABŞ dolları pulu güya Elşən Rəhimova cinayət işi başlatmaq üçün Baş Prokurorluqda işləyən hansısa tələbə yoldaşına verəcəyini göstərmişdir. Müstəntiq bu ziddiyyətləri aradan qaldırmamışdır. Bu da istintaqın olduqca səthi və yarıtmaz aparıldığını və işdə olan sübutlara obyektiv qiymət verilmədiyini göstərir. Şahid4 ona borc verdiyi 20.000 ABŞ dollarını qısa müddətə geri qaytarmaq üçün Bakı şəhər prokuroru İlqar Abbasova ərizə yazaraq sonuncudan aldığı 20.000 ABŞ dollarını güya Bakı şəhər prokurorluğuna verəcəyini qeyd etməklə, həmin orqanının rəhbəri vasitəsi ilə ona təsir göstərmək istəmiş, həmin ərizəni yazdıqdan sonra isə elə onun vaxtı ilə Bakı şəhər prokuroru İlqar Abbasovun məruzəsi əsasında həbs olunduğunu öyrənmiş və bunun inandırıcı olmadığını görüb izahat və ifadələrində pulu indi də güya Elşən Rəhimova cinayət işi başlatmaq üçün Baş Prokurorluqda işləyən hansısa tanışına vermək adı altında aldığını yazmışdır. Hesab edir ki, Mahir ona borc verdiyi pulu mülki mühakimə icraatı qaydasında məhkəmə vasitəsi ilə qısa müddətdə ala bilməyəcəyini bildiyindən o, bu cür ərizə yazaraq güya pulu onun Elşən Rəhimova cinayət işi başlatmaq üçün aldığını yazmışdır. Həqiqətdə Mahir özü də bilirdi ki, törədilmiş cinayətə görə cinayət işi başlatmaq üçün hansısa vəzifəli şəxsə pul vermək nəzərdə tutulmayıb, əgər Mahir doğrudan da hansısa işdə zərərçəkmişdirsə, zərərçəkmiş olaraq, o nəyə görə cinayət işi başlatmaq üçün kiməsə 34.000 manat pul verməli idi? X32 Rəhimov arasındakı mübahisə mülki məsələ olmuş, bununla bağlı mülki qaydada bütün məhkəmə instansiyalarda qərar qəbul edilmişdir. X33 Rəhimov adlı şəxdən hüquq mühafizə orqanlarına şikayəti KQMBİdə baxılmış və ona bu məsələnin mülki qaydada məhkəmədə həll edilməsi barədə rəsmi məktub verilmişdir. Bütün bu məsələlərdə Mahirin özünün vəkili olmuş və o da dərk etmişdir ki, KQMBİ-də rədd olunan materiala Bakı şəhər Prokurorluğunda cinayət işi başlana bilməz. Hazırda onun həm Mahirlə, həm də onun dostu İlyasla münasibətləri pisdir. Hesab edir ki, İlyas da yaxın dostu Mahirin öyrətməsi ilə bu cür ifadə verərək Mahirin ona borc olaraq verdiyi pulunun dövlət orqanının əli ilə qısa müddətə qaytarılması üçün əlindən gələni etmiş və ona pislik etmişdir. Həm Şahid4, həm də İlyas Sadıqov izahat və ifadələrində ona pul verərkən aralarında olan söhbətlərin məzmununu videoya çəkdiklərini göstərsələr də, həmin video materialı istintaqa təqdim edə bilməmişdir. Doğrudan da belə bir videoçəkiliş üzrə çıxarılsa idi, onun əslində Şahid4 borc alması görünəcəkdir. Bu səbəbdən də həmin şəxslər videogörüntünü istintaqa qəsdlə təqdim etməmişlər. Cinayət işindəki «Sübutların qiymətləndirilməsi haqqında» 24 fevral 2020-ci il tarixli qərarın 6-cı vərəqəsində göstərilmişdir ki, Şahid4 ifadəsinə Elşən Rəhimovla aralarında bağlanmış 8 may 2015-ci il tarixli borc müqaviləsinin və həmin mübahisə ilə bağlı onun xeyrinə çıxarılmış məhkəmə qərarlarının surətlərini əlavə etmişdir. Cinayət işindəki Şahid4 ifadəsindən də görünür ki, o, həmin məhkəmə qərarlarının surətlərini öz ifadəsinə əlavə etmişdir. İş materialları ilə tanış olarkən ona məlum olmuşdur ki, müstəntiq saxtakarlıq edərək həmin məhkəmə qərarlarının surətlərini iş materiallarından çıxarmışdır. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Pleniumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarının 40cı bəndinə görə məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluqla bağlı cinayət işlərinə baxarkən işin bütün hallarını tam, hərtərfli və obyektiv araşdırsınlar və belə araşdırma nəticəsində təqsirləndirilən şəxs qismində cəlb edilmiş şəxslə zərərçəkmiş kimi tanınmış şəxs arasında mübahisəni mülki münasibətlərdən irəli gələn mübahisə kimi mülki mühakimə icraatı qaydasında həll edilməli olmasını müəyyən etdikdə cinayət təqibini həyata keçirmiş orqanın vəzifəli şəxsləri haqqında xüsusi qərarın çıxarılmasını və bu qərarın Azərbaycan Respublikasının Baş Prokuroruna göndərilməsini təmin etsinlər. Şahid4la onun arasında olan 20.000 ABŞ dolları ilə bağlı məsələ mülki xarakterli olduğundan həmin epizoda xitam verilməlidir. Bütün yuxarıda göstərdiklərini nəzərə alaraq, onun barəsində olan cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2014-cü ilin sentyabr ayında Bakı şəhəri Xətai RPİ-də Şahid6 şikayətinə əsasən qardaşı Şahid9 haqqında araşdırma aparılmış və cinayət işinin başlanmasının rədd edilmişdir. Sonradan Səriyyənin şikayətəri əsasında həmin qərar ləğv edilmiş və 2015-ci ilin dekabr ayında material Bakı şəhər prokurorluğuna göndərildikdən sonra qardaşı haqqında cinayət işi başlanmışdır. Cinayət işi üzrə istintaqın aparılması müstəntiq Təqsirləndirilən şəxs həvalə edilmişdir. 2016-cı ilin əvvəllərindən etibarən Təqsirləndirilən şəxs Vüqara köməklik göstərəcəyini vəd edib, ondan pul tələb etməyə başlamışdır. Müşfiq xidməti otağında Vüqara 10.000 manat pulun müqabilində həbs edilməyəcəyinə söz vermişdir. Bunu Vüqarın onlara danışmasından bilmişdir. 11 iyul 2016-cı ildə Vüqar həbs edilmişdir. Qardaşının həbsi ilə əlaqədar qardaşının arvadı Elnarə ilə birlikdə Müşfiqlə görüşmüş, sonuncuya Vüqarın günahının olmadığını bildirib, həbsdən buraxılmasını və cinayət işinin bağlanmasını xahiş etmişdir. 2016-cı ilin iyul ayının axırlarında Vüqarın vəkili Mayis ilə birlikdə Bakı şəhər prokurorluğuna gedib, binanın 3-cü mərtəbəsində liftdən sağ tərəfdə yerləşən xidməti otağında Təqsirləndirilən şəxsla görüşmüşdür. Həmin vaxt otaqda ayrı bir müstəntiq də olmuş, lakin söhbətləri zamanı sonuncu otaqda olmamışdır. Müşfiq sözünü vəkilə dediyini, qardaşına köməklik göstərmək üçün 30.000 manat verməli olduqlarını bildirmişdir. Bundan sonra Müşfiqlə xidməti otağında bir dəfə təklikdə, bir dəfə də Elnarə ilə birlikdə görüşmüşdür. Müşfiq onlara Vüqarın 2016-cı ilin sentyabr ayında azadlığa buraxılacağına vəd vermişdir. Onun sözünə inanıb Bakı şəhəri Zabrat qəsəbəsi, Tramvaynı küçəsində yerləşməklə ona məxsus olan iki mərtəbəli, 3 otaqlı həyət evini X6 75.000 manata satmış, evin qeydiyyatı haqqında çıxarışı olmadığından notariat qaydasında bunu rəsmiləşdirə bilməmişdir. Buna görə aralarında maklerin vasitəsilə qeyrirəsmi müqavilə bağlanmış, həmçinin müştərinin də pulu tam olmadığından onlara hissəhissə ödəniş etməsinə razılıq vermişdir. Bundan sonra Cəmil pulu hissə-hissə ona vermiş və sonuncu 1000 manatı 2019-cu ilin yayında ödəmişdir. Ondan pulları aldıqca aparıb Müşfiqə vermişdir. İlk dəfə 2016-cı ilin iyul ayının axırında Müşfiqlə zəngləşdikdən sonra vəkili Mayislə birlikdə Bakı şəhər prokurorluğunun qarşısındakı parka gedərək görüşmüşdür. Bu zaman vəkil bir qədər aralıda dayanmış və o, 3.500 ABŞ dollarını Müşfiqə vermişdir. Eyni qaydada 2016-cı ilin avqust ayında 2.600 ABŞ dollarını və sentyabr ayının əvvəlində 8.000 manat pulu həmin parkda Müşfiqə vermişdir. Hər dəfə Müşfiqlə görüşmək istədiyi zaman zəng vurub üstüörtülü şəkildə sənədlərin hazır olduğunu deyib parkda görüşməyi təklif etmişdir. Cəmi 18.000 manat pulu Təqsirləndirilən şəxs verdikdən sonra sonuncu, onu prokurorluğun qarşısındakı parka görüşə çağırmış və orada ona işdə gərginlik olduğunu, Bakı şəhər prokurorluğunun rəhbərliyinin razılığını almaq üçün 30.000 manat deyil, 40.000 manat pul verməli olduğunu bildirmişdir. İlk əvvəl razılaşmasa da, Müşfiq təkid etdiyindən çalışıb həmin məbləğdə pulu düzəldib verəcəyini bildirmişdir. Bundan sonra 2016-cı ilin oktyabr-dekabr ayları ərzində hər dəfə pulu hazırladığı barədə dayısı İmamverdi Müşfiqlə telefonla danışaraq üstüörtülü şəkildə xəbər vermiş və dayısı ilə birlikdə Müşfiqlə metronun Gənclik stansiyasının yaxınlığında yerləşən «Karvan» kafesində görüşərək, hər dəfə 3.000-5.000 manat olmaqla təxminən beş dəfəyə cəmi 20.000 manat pulu Müşfiqə vermişdir. Müşfiqin deməsindən həmin kafenin ona məxsus olduğunu bilmişdir. Kafedə Müşfiqə konkret olaraq nə vaxt və hər dəfə hansı məbləğdə pul verdiklərini dəqiq xatırlamır. Müşfiqə verməli olduqları puldan sonuncu 2.000 manatını hazır etdikdən sonra 2016-cı ilin dekabr ayında dayısı İmamverdi Müşfiqlə telefonla danışmış, sonuncu işləri ilə bağlı gələ bilməyəcəyini deyib, pulun kafedə işləyən Elxan adlı şəxsə çatdırılmasını xahiş etmişdir. Odur ki, kafeyə gedərək girişdəki pilləkəndə gözləmiş, İmamverdi kafeyə daxil olub Elxan adlı şəxsə 2.000 manatı vermişdir. Beləcə də onlar Müşfiqə verməli olduqları 40.000 manat pulu verib tamamlamışlar. Müşfiq onlara Vüqarı yanvar ayında həbsdən buraxdıracağını bildirmişdir. Həmin ayda bir dəfə Vüqar Səbail rayon məhkəməsinə aparılsa da, məsələ həll olunmamışdır. 2017-ci ilin yanvar ayının 24-də Elnarə ilə birlikdə olduğu zaman Müşfiq ona zəng vurub, təcili olaraq 4.000 manatın gətirilməli olduğunu, Vüqarın buraxılması üçün artıq Səbail rayon məhkəməsinin hakimi ilə danışdığını, aldığı pulun bir hissəsinin rəisləri Cəfər müəllimin otağında qaldığından və sonuncu hazırda Gürcüstanda ezamiyyətdə olduğundan pulu götürə bilmədiyini demişdir. Odur ki, Elnarə ilə birlikdə Bakı şəhər prokurorluğunun qəbul otağına getmişdir. Orada Cəfər müəllimin artıq məzuniyyətdən qayıtdığını və artıq işə çıxdığını öyrənmişdir. Müşfiqi prokurorluq binasının yanındakı parka çağırıb onunla görüşmüşdür. Sonuncudan nəyə görə onları aldatdığını soruşduqa o, and-aman edərək aldatmaq fikrinin olmadığını demiş və onlar Müşviqə pul verməmişlər. Yanvar ayının 25-də Səbail məhkəməsi Vüqarın ev dustaqlığına buraxılması haqqında vəsatətə baxıb təmin etmişdir. 15 mart 2017-ci ildə isə Səbail rayon məhkəməsində ev dustaqlığının müddəti 3 ay uzadılmışdır. Vüqar ev dustaqlığında olan müddətdə özü Müşfiqlə görüşüb danışmış və sonuncu ona cinayət işinə bəraətverici əsaslarla xitam verəcəyinə söz vermişdir. Həmin müddətdə Müşfiqlə görüşməmişdir. 2017-ci ilin iyun ayında cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Həmin vaxtlarda Müşfiq Vüqara özünün işi xitam edə bilmədiyini və məcburən məhkəməyə göndərdiyini, lakin lazımi şəxslərlə danışaraq məhkəmədə Vüqara bəraət verilməsinə nail olacağını bildirmişdir. Həmin ilin iyul ayında işi ilə bağlı törətdiyi cinayətə görə Müşfiq həbs olunmuş və təxminən sentyabr ayının sonunadək həbsdə qalmışdır. Həbsdən buraxılandan sonra Vüqar və dayısı İmamverdi Müşviqlə görüşmüş, sonuncu yenə də məhkəmədə Vüqara bəraət alacağını vəd verib onları arxayın salmışdır. Lakin Vüqarın məhkəməsi uzanmış, qardaşına faktiki olaraq heç bir köməkliyin göstərilmədiyini başa düşüb, 2017-ci ilin ortalarından başlayaraq Vüqar Müşfiqdən aldığı 40.000 manat pulunu geri tələb etməyə başlamışdır. Müşfiq pulun onda olmadığını, rəislərinə verdiyini deyib, şəxsi obyektini satıb pulu qaytaracağını bildirmişdir. Müşfiq hətta İmamverdini həmin əraziyə aparıb orada bir torpaq sahəsi və kafeni də göstərib, oranın özünə məxsus olmaqla satışa çıxardığını, lakin obyektin sənədlərinin qaydaya salınması üçün ona 17.000 manat pulun lazım olduğunu, obyekti satdıqdan sonra isə tam olaraq 57.000 manat pulu qaytaracağını bildirmişdir. Bu səbəbdən Müşviqin danışdıqlarına inanıb dayısı İmamverdinin vasitəsilə əlavə pul vermişdir. Bu pulun bir hissəsi satdığı evin alıcısından almış, bir hissəsi də özünə məxsus qızılları metronun Əhmədli stansiyasının yanında yerləşən lombardda girov qoyaraq götürdüyü 12.000 manat borc pulu olmuşdur. İlk olaraq Vüqar Müşfiqə çatdırılması üçün sonuncunun sürücüsü Yunisə 2.000 manat vermişdir. Daha sonra 2018-ci ilin fevral ayında dayısı İmamverdiyə Müşviqə verilməsi üçün əvvəlcə 6.000 manat, sonra isə 9.000 manat pul vermiş və İmamverdi həmin məbləğdə pulu Müşviqə çatdırmışdır. Beləliklə Müşfiq onları aldararaq cəmi 57.000 manat pulunu alıb ələ keçirmiş, lakin verdiyi sözə əməl etməyərək, qardaşına heç bir köməklik göstərməmişdir. 2018-ci ilin aprel ayında Bakı Ağır Cinayətlər Məhkəməsində Vüqara şərti cəza verilmişdir. Müşfiqin Vüqara heç bir köməklik göstərmədiyini və pulun qaytarılmasını müxtəlif bəhanələrlə uzatdığını görüb, Vüqar və İmamverdi Müşfiqdən pulu tələb etməyə başlamışlar. Bu zaman sonuncu İmamverdiyə sms yazıb 30.000 manat pulu ona deyil, zərərçəkmiş şəxs Səriyyəyə verdiyini bildirmişdir. Bundan sonra Müşfiqin onlardan aldığı pulun az bir hissəsini onların adından Səriyyəyə verdiyini eşitmişdir. 2018-ci ilin may ayında Vüqar barəsində çıxarılan hökmdən narazı qalıb, ondan apellyasiya şikayəti vermişdir. Həmin vaxt Müşfiq Vüqardan ona qarşı iddialarından əl çəkməyi tələb etmiş, yoxsa onun işinin çətin olacağını bildirmişdir. 30 iyul 2018-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsində Vüqarın həbs edilmişdir. Həmin vaxtlarda Müşfiq vəkilləri Mayisin vasitəsilə ona xəbər göndərərək, notariat qaydada Müşviqdən heç bir şikayətlərinin və sonuncunun onlara borcunun olmadığı barədə ərizə yazacağı təqdirdə Vüqarın həbs olunmayacağı və çöldə qalacağının bildirmişdir. Notariata getmək istəsə də, Vüqarın buna razı olmamış və Müşfiqin onları aldatdığını, onsuz da həbs olunacağını demişdir. Müşfiqin əməllərinə qanun çərçivəsində qiymət verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Natəvan və Şahid9lar onun bacısı uşaqlarıdır. Şahid9 barəsində Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsinin böyük müstəntiqi Təqsirləndirilən şəxs tərəfindən cinayət işi istintaq edilmişdir. 2016-cı ilin iyul ayında Vüqar tutulmuş, bacısı qızı Natəvanın, Vüqarın arvadı Elnarənin söhbətlərindən eşitmişdir ki, Vüqara cinayət işi üzrə zərəçəkmiş şəxslərə ziyanın ödənilməsi şərti ilə bəraətverici əsaslarla cinayət təqibinə xitam verilməsi müqabilində müstəntiq Təqsirləndirilən şəxs Natəvandan 30.000 manat pul istəmişdir. Müstəntiqin vədinə görə Vüqar 2016-cı ilin sentyabr ayında azadlığa çıxmalı və cinayət işi də bağlanmalı idi. Natəvan razılaşmış və Bakı şəhəri Zabrat qəsəbəsində yerləşən ikimərtəbəli, üç otaqlı fərdi evini 75.000 manata satmışdır. Bildiyinə görə alıcı ona pulu hissə-hissə vermişdir. 2016-cı ilin sentyabr ayının axırlarınadək olan müddətdə Natəvan onun iştirakı olmadan Təqsirləndirilən şəxs 18.000 manat vermişdir. X21 xəbər göndərmişdir ki, işdə çətinliklər yarandığından işin bağlanması üçün 30.000 manat deyil, 40.000 manat verilməlidir. Müşfiqin həbs edilməsi xəbərini aldıqdan sonra qərara gəlmişdir ki, onunla bu məsələləri özü müzakirə etsin və işin həlli yollarını tapsın. 2016-cı ilin sentyabr ayının axırlarında Bakı şəhərində olduğu zaman Natəvandan Müşfiqin telefon nömrəsini götürüb ona zəng vurmuş və onlar metropolitenin «Gənclik» stansiyasının yaxınlığında yerləşən «Karvan» kafesində görüşmüşlər. Görüşdə Natəvan da iştirak etmişdir. Müşfiq onlara Vüqarın əvvəlcədən 10.000 manat pul versəydi, işin belə dərinə getməyəcəyini, lakin Vüqarın vaxtında onun sözünə baxmadığını, indi isə məsələnin daha çətin olduğunu bildirmiş, daha sonra çölə çıxaraq kiminləsə telefonla danışdıqdan sonra qayıdıb rəhbərliyi ilə danışdığını və işin tam bağlanması üçün dediyi kimi 40.000 manat verilməli olduğunu, verilmiş 18.000 manata əlavə olaraq 22.000 manatın da verilməli olduğunu bildirmişdir. Bundan sonra, yəni 2016-cı ilin oktyabr-dekabr aylarında Natəvan satdığı evin alıcısından hər dəfə pul aldıqca ona xəbər vermiş, o da rayondan Bakı şəhərinə gələrək Müşfiqə zəng edib, üstüörtülü şəkildə «arayış»ı hazır olduğunu demiş və onlar hər dəfə qeyd olunan «Karvan» restoranında görüşmüşlər. Beləcə, 2016-cı ilin oktyabr-dekabr aylarında hər dəfə Natəvanla birlikdə, təxminən 5 dəfəyə hissə-hissə olmaqla Müşfiqə cəmi 20.000 manat pul vermişdir. Müşfiq tez-tez onu telefonla yığaraq pulların verilməsinə tələsdirmiş, lakin telefonda danışıq zamanı pul adı çəkməmişdir. Həmin vaxtlarda Müşviq çoxlu sayda telefonlardan istifadə etmiş və tez-tez də nömrələrini dəyişirmişdir. 2016-cı ilin dekabr ayında 22.000 manatdan qalıq qalan 2.000 manat pulun çatdırılması ilə bağlı Müşfiq ona zəng edib, işləri ilə bağlı gələ bilməyəcəyini bildirib, «Karvan» restoranında işləyən Elxan adlı şəxsin telefon nömrəsini verib, pulu həmin şəxsə çatdırmağını tapşırmışdır. Natəvanla birlikdə həmin yerə gedib pulu Elxana vermişdir. Pulun verilməsində Natəvan iştirak etməmiş, sonuncu onu kafenin pilləkənlərində gözləmişdir. Elxan həmin vaxtı ***-***-**-**, ***-***-**-** nömrəli mobil telefonlardan istifadə etmişdir. 2017-ci ilin yanvar ayının axırlarında Vüqarın barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmiş və o, ev dustaqlığına buraxılmışdır. 2017-ci ilin iyun ayında Şahid9 barəsində cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Bundan sonra Müşfiqin onları aldatdığını başa düşüb, ondan pullarını qaytarmasını tələb etməyə başlamışdır. Müşfiq pulu qaytaracağını deyərək vaxtı uzatmışdır. 2017-ci ilin yayında Təqsirləndirilən şəxs tutulduqdan sonra onu tapa bilməmişdir. Odur ki, Müşfiqlə görüşdüyü «Karvan» kafesinə gəlmişdir. Orada Elxan onu qarşılamış və Müşfiqdən yaxın vaxtlarda azadlığa çıxaraq pulu qaytaracağını bildirib, ondan şikayət etməməsini xahiş etmişdir. Müşfiq həbsdə olan vaxtlarda Elxanla telefonla dəfələrlə danışmışdır. Müşfiq bir neçə aydan sonra azadlığa çıxmış və 2018-ci ilin fevral ayında ona söz vermişdir ki, pulu tam qaytaracaqdır, dayısı Azərin obyektini satıb məsələni həll edəcəkdir. Bakıda olduğu zaman Müşfiqin təklifi ilə onunla 4-cü mikrorayonda «Zeytunluq» deyilən ərazidə görüşmüşdür. Həmin vaxt Şahid9 da yanlarında olmuşdur. Söhbət zamanı Müşfiq bildirmişdir ki, dayısının adına olan obyektin satılması məsələsini özü həll edir və obyektin sənədləşdirilməsinə 2.000 manat pul lazımdır, sənədlər düzələn kimi satıb aldığı pulu tam qaytaracaqdır. Vüqarla Natəvan yalnız onun israrlı təkidindən sonra Müşviqin təklifi ilə razılaşmışdır. Odur ki, fevral ayında Natəvandan 2000 manat pul götürüb Müşfiqə zəng edib onunla danışmışdır. Sonuncu özünün gələ bilmədiyini bildirib, pulu sürücüsü Yunisin vasitəsi ilə göndərmələrini xahiş edib, sonuncunun mobil telefon nömrəsini ona vermişdir. Yunisin ***-***-**-** telefon nömrəsinə zəng edərək bacısı oğlu Vüqarın pulu ona çatdıracağını bildirmişdir. Rayona qayıtmalı olduğundan 2000 manat pulu Vüqara verib, Təqsirləndirilən şəxs çatdırılması üçün Yunisə çatdırmasını xahiş etmiş və Vüqar həmin məbləğdə pulu Yunisə çatdırmışdır. Təxminən bir həftə sonra Müşfiqin ona obyektin sənədləşdirilməsi üçün əlavə 6.000 manatın da lazım olduğunu demişdir. Müşviqlə demək olarki, hər gün telefonda danışdığından və sonuncu obyekti satıb pulu tam şəkildə qaytaracağına onu tam inandırdığından, 2018-ci ilin fevral ayında, xatırlamadığı gündə Natəvandan yaşadığı mənzilində 6.000 manat alıb, Vüqarın icarəyə götürüb işlətdiyi, markasını xatırlamadığı avtomaşınla «Gənclik» metrosu yaxınlığına gəlib Müşviqlə görüşmüş və həmin məblğdə pulu küçədə ona vermişdir. İki-üç gün sonra Müşfiqin ona yenə zəng edib, obyektin sənədlərinin tam hazırlanması üçün əlavə 10.000 manat da pul lazım olduğunu, obyektin satılması üçün artıq bir nəfər Türkiyə vətəndaşı ilə danışdığını, sənədləri hazırlayıb göstərəndən sonra ondan beh alacağını deyib onda əlavə pul istəmişdir. Əvvəl verdiyi pulları geri almaq ümidi ilə X22 yenə pul vermək lazım olduğuna inandırmışdır. Natəvandan 9.000 manat alıb, Müşfiqə bundan artığa gücünün çatmadığını bildirmişdir. Fevral ayında gününü xatırlamadığı tarixdə gecə saat 22 radələrində Vüqarın idarə etdiyi avtomaşınla Gənclik metrostansiyasının yaxınlığında Müşviqlə küçədə görüşüb, 9.000 manat pulu ona vermişdir. Müşfiq ona 57.000 manat pulu iki-üç günə qaytaracağına vəd verdiyindən, Bakı şəhərində qalıb gözləmişdir. Müşfiqlə tez-tez telefonda danışmış, sonuncu hər dəfə bir az gözləməyini və məsələni həll edəcəyini deyib, onu arxayın salmışdır. Bir neçə gün sonra təkidlə Müşfiqi Gənclik metrostanstyasının yanına çağırmışdır. Vüqarla birlikdə həmin yerə gedib Müşfiqlə görüşmüşdür. Sonuncuya qəti şəkildə onları aldatmaqdan əl çəkməsini, böyüklərindən bir nəfərlə onları görüşdürməsini, xahiş edib bildirmişdir ki, təcili pullarını qaytarsın, əks təqdirdə müvafiq orqanlara şikayət edəcəkdir. Müşfiq satılmalı obyektin sahibi olan dayısı Azərlə onları görüşdürə biləcəyini demişdir. Odur ki, həmin yerdən Yunisin maşını ilə Müşfiqlə birlikdə, Vüqar isə arxaları ilə 4-cü mikrorayona getmişlər. Orada Müşfiq zəng edib Azəri çağırmışdır. Özünü Müşfiqin dayısı kimi təqdim edən, təxminən 60 yaşında olan Azər gəlmişdir. Yaxınlıqda yerləşən çayxanaya keçib oturub söhbət etmişlər. Azər onlara həqiqətən 4-cü mikrorayon ərazisində obyekti olduğunu, Müşfiqin xahişi ilə yaxın günlərdə oranı satıb 57.000 manatı qaytaracaqlarını deyib, Müşviqdən şikayət etməmələrini xahiş etmişdir. İki gün sonra Vüqar, Azər və Elxan ilə birlikdə yenə Bakı şəhəri 9-cu mikrorayonda yerləşən bir kafedə görüşmüşlər. Azər obyektinin satılmasından imtina etmiş, obyektə xeyli pul qoyduğunu və bunu Müşfiqə görə satmayacağını bildirmişdir. Bundan sonra Müşfiqə zəng edib, artıq bu söhbətlərin bitdiyini və ondan şikayət edəcəklərini bildirmişdir. 2018-ci ilin fevral ayının axırları, mart ayının əvvəllərindən başlayaraq özü və Natəvanın adından şikayətlər verməyə başlamışdır. Bundan sonra Müşfiq onların telefon zənglərinə cavab verməmişdir. Müşfiqə telefon vasitəsilə sms yazıb, onun tərəfindən mənimsənilmiş 57.000 manat pulu geri qaytarmağı tələb etmiş, Müşfiq isə cavabında 30.000 manatı Şahid6 ödədiyini, 27.000 manatdan isə xəbərinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, bir neçə il əvvəl Qazaxıstan Respublikasının Aktau şəhərində boru istehsal edən kombinatlarla sıx əlaqələri olduğundan oradan Azərbaycan Respublikasına tikinti materiallarının gətirilməsi ilə məşğul olmuşdur. 2015-ci ildə həmin fəaliyyətlə bağlı tanış olduğu X1 əsasında Aktau şəhərində ümumi dəyəri 1.594.000 ABŞ dolları olan boru gətirərək 2015-ci ilin mart ayında Bakı şəhərində təhvil vermişdir. Sonuncu həmin borunun dəyərini bir neçə gün ərzində ödəyəcəyini bildirmişdir. Həmin puldan sonuncu cəmi 754.000 ABŞ dollarını ödəmiş, 840.000 ABŞ dollarını isə müxtəlif bəhanələrlə ödəməkdən imtina etmişdir. 2018-ci ilin oktyabr ayında Bakı şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olan tanışı İlyas Sadıqovun yanında, onun Bakı şəhəri, 7-ci mikrorayonda yerləşən «Amur» şadlıq sarayındakı ofis otağında olduğu zaman İlyasın tanışı Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Müşfiqin ona əvvəllər prokurorluq orqanlarında çalışdığı, hazırda hüquqi xidmətlər göstərilməsi ilə məşğul olduğunu bildirmişdir. Elşənin ona olan pul borcu ilə əlaqədar söhbət etdiyi zaman Müşfiq bir çox prokurorluq əməkdaşları ilə əlaqələrinin olduğunu və tanışları vasitəsilə Elşən Rəhimov barəsində cinayət işi başlada, pulu qaytarmasa hətta onu həbs etdirə biləcəyini demişdir. Müşfiqə Elşənə qarşı məhkəmədə iddia qaldırması və xeyrinə qərar qəbul olunsa da pulunun alınması ilə bağlı heç bir tədbir görülmədiyini və hüquq-mühafizə orqanlarının bu işi həll edəcəyinə inanmadığını bildirmiş, lakin, Müşfiq bu işlə məşğul olub ona məlumat verəcəyini demişdir. Müşfiqlə həmin vaxt istifadəsində olan ***-***-**-** nömrəli telefonla əlaqə saxlamışdır. Müşfiq isə əsasən ***-***-**-** nömrədən, bəzən də ***-***-**-**, ***-***-**-**, ***-***-**-** nömrədən istifadə etmişdir. 2018-ci ilin noyabr ayının ortalarında Müşfiq ona Elşən Rəhimov barəsində cinayət işinin başlanması üçün Baş Prokurorluqda bir nəfərlə danışdığını və oranın əməkdaşına çatdırılması üçün təcili 20.000 ABŞ dollarının lazım olduğunu demişdir. Müşviqdən kiminlə danışmasını açıqlamasını xahiş etsə də, sonuncu konkret bir əməkdaşın adını çəkməmiş, yalnız həmin şəxslə tələbə yoldaşı olduğunu demişdir. Müşviqə həmin məbləğdə pulu vermək istəməmiş, lakin sonuncu bir neçə dəfə onunla Bakı şəhərində R.Behbudov küçəsindəki «Akvapark»ın arxasında yerləşən ofisində və İlyas Sadıqovun ofis otağında görüşərək təkidlə pulu verməyini təklif etmiş, artıq hər şeyin razılaşdırıldığını, cinayət işi başlansa Elşənin məcbur olub pulu qaytaracağını demişdir. İlyasdan təxminən 3.000 ABŞ dolları, digər tanışlarından da borc pul alıb, 10.000 ABŞ dolları düzəldib, 18 noyabr 2018-ci il tarixdə həmin pulu İlyasın yanında, onun ofis otağında Müşfiqə vermişdir. Müşfiq ondan yaxın günlərdə pulun qalan hissəsini də düzəldib verməsini tələb etmişdir. 2018-ci ilin dekabr ayının əvvəlində Müşfiq ondan aldığı pulu Baş Prokurorluğun əməkdaşına çatdırdığını bildirməklə, dekabr ayının sonlarında Elşənin barəsində cinayət işinin başlanacağına onu əmin etmiş və qalan pulun da verilməsinin zəruri olduğunu təkid etmişdir. O da pulu düzəldib axırıncı çatışmayan 1.000 ABŞ dollarını İlyas Sadıqov öz cibindən qoymuş və ondan xahiş etmişdir ki, 10.000 ABŞ dollarını Müşfiqə versin. Həmin vaxt öz işləri olduğuna görə Müşfiqlə görüşə gedə bilməmişdir. 2018-ci ilin dekabr ayının 4-də İlyas öz ofis otağında 10.000 ABŞ dollarını Müşfiqə vermişdir. Bundan sonra müntəzəm Müşfiqlə mobil telefonla danışaraq iş barədə soruşmuş, sonuncu hər dəfə yaxın günlərdə cinayət işinin başlanacağını bildirərək ona səbrli olmağını tövsiyyə etmişdir. 2019-cu ilin yanvar ayından artıq Müşfiqə inanmadığını bildirməklə o və İlyas ondan pulun qaytarılmasını tələb etmişdir. Müşfiq yaxın vaxtlarda prokurorluq orqanlarında işə bərpa olunacağını deyərək, ondan şikayət verməmələrini xahiş etməklə, pulu qaytaracağını vəd vermiş, lakin, vədinə də əməl etməmişdir. Buna görə Mahir və İlyasın təkidindən sonra Müşfiq 2019-cu ilin yanvar ayının axırında İlyasın ofis otağında pulu 25 fevral 2019-cu ilədək qaytaracağı haqqında öz xəttilə iltizam yazıb vermişdir. Lakin bundan sonra da Müşfiqlə dəfələrlə telefonla danışmaqlarına, həmçinin bir neçə dəfə görüşməklərinə baxmayaraq, müxtəlif bəhanələrlə pulu qaytarmamışdır. Sonradan Müşfiqin ondan aldığı pulları digər şəxslərə olan borclarının qaytarılmasına sərf etdiyini öyrənmişdir. 2019-cu ilin mart ayından sonra isə Müşfiq bütün telefon nömrələrini bağlayaraq zənglərinə cavab verməmiş, həmin vaxtdan onunla əlaqə saxlaya bilməmişdir. 2019-cu ilin avqust ayında Müşfiq özü İlyası taparaq, ona çatdırılması üçün 10.000 ABŞ dollarını qaytarmışdır. Təqsirləndirilən şəxs yazdığı iltizamın, Elşən Rəhimovla aralarında bağlanmış 8 may 2015-ci il tarixli borc müqaviləsinin və həmin mübahisə ilə bağlı onun xeyrinə çıxarılmış məhkəmə qərarlarının surətlərini ibtidai istintaq zamanı verdiyi ifadəsinə əlavə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X27 ifadəsində göstərdi ki, Şahid4la 20 ilə yaxındır ki, münasibət saxlayır. 2018-ci ildə digər şəxslə mülki mübahisəsi ilə əlaqədar olaraq hüquqi xidmətlər göstərilməsi ilə məşğul olan Təqsirləndirilən şəxs tanımışdır. Mahirin danışıqlarından onun 2015-ci ildə X25 adında şəxsə verdiyi külli miqdarda boru məmulatlarına görə pulu ala bilmədiyini, bu məqsədlə məhkəməyə müraciətlər etdiyini bilmişdir. Biznes fəaliyyəti ilə əlaqədar olaraq Bakı şəhəri Dərnəgül şossesi, 30/97 ünvanında «Amur» şadlıq sarayının yanında yerləşən ev tikmə kombinatının ərazisində ofis otağında 2018-ci ilin oktyabr ayında Müşfiqlə görüşdüyü zaman yanında olan Mahir də onunla tanış olmuşdur. Mahir öz problemlərindən danışan zaman Müşfiq ona əvvəllər prokurorluqda işlədiyini, həmin sahədə çoxlu tanışlarının olduğunu və onların vasitəsilə Elşən Rəhimov haqqında cinayət işi başlatdıra və əgər pulu qaytarmasa, onu həbs etdirə biləcəyi barədə danışmışdır. Müşfiqin əvvəllər həqiqətən prokurluqda işlədiyini bildiyindən və ona bir işində kömək etdiyindən onun danışdıqlarına inanmışdır. 2018-ci ilin noyabr ayının ortalarında X43 barəsində cinayət işinin başlanması üçün Baş Prokurorluqda lazımi şəxslə danışdığını və ona çatdırılması üçün təcili 20.000 ABŞ dolları lazım olduğunu demişdir. Müşfiq konkret bir əməkdaşın adını çəkməmiş, yalnız həmin şəxslə tələbə yoldaşı olduğunu bildirmişdir. Bundan sonra Müşfiq bir neçə dəfə Mahirlə və onunla ofis otağında, həmçinin özünün R.Behbudov küçəsindəki «Akvapark»ın arxasında yerləşən ofisində görüşərək, təkidlə pulun verilməsini təklif etmiş, artıq hər şeyi razılaşdırdığını, cinayət işi başlansa, Elşənin məcbur olub pulu qaytaracağını bildirmişdir. Həmin vaxt Mahir pulu olmadığından ondan borc olaraq 3.000 ABŞ dolları almış və 18 noyabr 2018-ci il tarixdə 10.000 ABŞ dollarını ofis otağında onun yanında Müşfiqə vermişdir. Müşfiq yaxın günlərdə qalan pulu da verməli olduqlarını demişdir. 2018ci ilin dekabr ayının əvvəlində Müşfiq Mahirdən aldığı pulu Baş Prokurorluğun əməkdaşına çatdırdığını bildirməklə, dekabr ayının sonlarında Elşənin barəsində cinayət işinin başlanacağına onları əmin etmiş və qalan pulun da verilməsinin zəruri olduğunu təkidlə bildirmişdir. Həmin vaxt Mahir pulu çatışmadığından, ondan borc olaraq 1.000 ABŞ dollar aldıqdan sonra cəmi 10000 ABŞ dollarını Müşfiqə çatdırmağı üçün ona vermişdir. Bir gün sonra 2018-ci ilin dekabr ayının 4-də özünün ofis otağında 10.000 ABŞ dollarını Müşfiqə vermişdir. Bundan sonra o və Mahir Müşfiqlə bir neçə dəfə görüşmüş və müntəzəm olaraq mobil telefonla danışaraq iş barədə soruşmuşdur. Sonuncu hər dəfə pulu prokurorluq əməkdaşına çatdırdığını, yaxın günlərdə cinayət işinin başlanacağını bildirmişdir. 2019-cu ilin yanvar ayından artıq Müşfiqə inanmadıqları üçün verilmiş pulu geri tələb etməyə başlamışlar. Müşfiq yaxın vaxtlarda prokurorluq orqanlarında işə bərpa olunacağını deyərək, onlardan şikayət verməməklərini xahiş etməklə, pulu qaytaracağına vəd vermişdir. Onların təkidlərindən sonra o, 2019-cu ilin yanvar ayının axırında ofisində 25 fevral 2019-cu il tarixədək pulu qaytaracağı haqqında öz xətti ilə iltizam yazıb ona vermişdir. Bundan sonra da Müşfiqlə dəfələrlə telefonla danışmaqlarına, həmçinin bir neçə dəfə görüşmələrinə baxmayaraq, sonuncu müxtəlif bəhanələrlə pulu qaytarmamışdır. Sonradan Müşfiq ona vəd verdiyi məsələni həll edə bilmədiyini və pulu prokurorluq əməkdaşına vermədiyini, həmin pulu digər köhnə borcunun ödənilməsinə sərf etdiyini, hazırda problemləri çox olduğundan Mahirin pulunu qaytarmasını gecikdirdiyini etiraf etmişdir. Mahir Müşfiqlə danışarkən sonuncunu acıladığından Müşfiq son aylarda onun zənglərinə cavab verməsə də, onunla telefonla dəfələrlə danışmışdır. 2019-cu ilin avqust ayında Müşfiq özü İlyası taparaq ofisinə gəlib 10.000 ABŞ dollarını ona qaytarmışdır. Müşfiq sonradan qalan 10.000 ABŞ dollarını da qaytaracağına dəfələrlə vəd versə də, pul qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, 147.000 manat məbləğində pulunun etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə ələ keçirilməsi və digər şəxslərə qarşı dələduzluq edilməsi faktlarına görə Bakı şəhər prokurorluğunda müstəntiq Təqsirləndirilən şəxs tərəfindən istintaqı aparılmış X4, Şahid9 və X16 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair ********* saylı cinayət işi 8 iyun 2017-ci il tarixdə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Məhkəmə baxışı zamanı vəkili Vasif Mirzəyev ona təqsirləndirilən şəxs Şahid9 30.000 manat ödəmək niyyətində olduğunu, ilk olaraq 15.000 manat və qalan 15.000 manatı isə iki ay ərzində ödəniləcəyini bildirmişdir. Vəkilin bu təklif ilə razılaşmışdır. 11 fevral 2018-ci il tarixdə günorta vaxtı Xətai metrostansiyası yaxınlığında əri Rafiq və vəkili Vasif Mirzəyevlə birlikdə Təqsirləndirilən şəxs görüşmüşlər. Həmin vaxt Təqsirləndirilən şəxs yanında onlara dayısı oğlu kimi təqdim etdiyi Azər Dəmirov da olmuşdur. Təqsirləndirilən şəxs ona və əri Rafiqə demişdir ki, Şahid9 işinin həll edilməsinə köməklik göstərilməsi üçün ona pul vermiş, lakin o, işi həll edə bilmədiyi üçün Şahid9 ona verdiyi pulun, sonuncu tərəfindən vurulmuş ziyanın ödənilməsi üçün verməyə hazırdır. Ümumilikdə 30.000 manat pul ödəyəcəkdir, həmin məbləğin yarısını, yəni 15.000 manatını nağd şəkildə həmin gün, qalanını isə iki ay ərzində ödəyəcəkdir və iki aya ödəyəcəyi 15.000 manat pulun təminatı kimi dayısı kimi təqdim etdiyi Azər Dəmirovun adına borc müqaviləsi bağlamağı təklif etmişdir. Müşfiq 15.000 manatı nağd şəkildə onlara verdiyi üçün ona inanmış və Xətai metrostansiyasının yaxınlığında yerləşən notariat kontorunda o və Azər Dəmirov arasında borc müqaviləsi bağlanmışdır. Bundan sonra elə həmin notariat kontorunda Müşviq Abbasovun təklifi ilə ona Şahid9 tərəfindən vurulmuş ziyanın ödənildiyi, həmin şəxsdən şikayətinin olmadığı barədə ərizə vermişdir. Bu prosesdə Azər Dəmirov və vəkili Vasif Mirzəyev də iştirak etmişdir. X34 götürüb Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim etmişdir. Bu hadisə X4, Şahid9 və X16 Bakı Ağır Cinayətlər Məhkəməsindəki prosesdən bir gün qabaq olmuşdur. Məhkəmənin hökmü ilə X4, X28 və Şahid9 Şakir oğluna azadlıqdan məhrum etmə cəzaları təyin edilmiş, Şahid9 təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti hesab edilmişdir. Bundan bir neçə gün sonra Təqsirləndirilən şəxs əri Rafiqin mobil telefona zəng edib, Şahid9 bacısının ona pul verildiyi barədə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət etdiyini və bu səbəbdən də ona pul ödəməyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs pulu ödəməkdən imtina etdiyindən o, Şahid9 da azadlıqdan məhrum edilməsi üçün hökmdən apellyasiya şikayəti vermişdir. İşə apellyasiya məhkəməsində baxılarkən məhkəmə prosesinə Müşfiq, Vüqar və vəkil Vasif gəlmişdir. Həmin üç nəfərin şəxsin iştirakı ilə vəkil otağında söhbət edərkən Vüqarla Müşfiq mübahisə edərək çölə çıxmışlar. Mübahisələrinə səbəb Vüqarın Müşfiqə nə üçün ona verilən pulu onlara verməməsi olmuşdur. Müşfiqin isə Vüqara bacısı ondan şikayət etdiyi üçün pulu qaytarmayacağını bildirmişdir. Bundan sonra Müşfiqlə Vüqar otaqdan çıxmış, kənarda söhbət etdikdən sonra otağa qayıtmışdır. Müşfiqin həmin pulu qaytaracağını deyib əri Şahid7 1.700 manat pul verib, yenə pulun ödənildiyi barədə ərizə verməyini xahiş etmişdir. Müşviqə əvvəllər onu aldatdığından bir daha belə bir ərizə verməyəcəyini demişdir. Apellyasiya məhkəməsinin qərarı ilə Şahid9 təyin edilmiş cəza dəyişdirilərək, ona azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bu prosesdən sonra Müşfiq onlara hissə-hissə 2.200 manat da pul vermiş və Vüqarın bacısının ondan şikayət etdiyindən bundan sonra bir daha ona pul verməyəcəyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, Müşviq Abbasovun tapşırığı ilə Şahid9la NZS-deyilən ərazidə görüşüb, sonuncudan 2.000 manat pul almışdır. Vüqardan pulu götürəndən sonra, elə onun yanında Müşfiqə zəng edib, pulu aldığı barədə ona məlumat vermişdir. Vüqarın həmin pulu Müşfiqə nə məqsədlə verdiyini bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, Ədliyyə Nazirliyində müxtəlif vəzifələrdə çalışmışdır. Son olaraq 2 Saylı cəzaçəkmə müəssisəsində baş nəzarətçi və növbə rəisi vəzifəsində xidmət etmişdir. 2016-cı ildə Masallı rayon sakini Şahid6 şikayət ərizəsi əsasında onun və daha iki nəfərin barəsində əvvəl Xətai RPİ-də, sonra BŞBPİ-də və daha sonda isə Bakı şəhər prokurorluğunda cinayət işi istintaq olunmuşdur. Bakı şəhər prokurorluğunda cinayət işinin istintaqı Təqsirləndirilən şəxs icraatında olmuşdur. Müşfiq onu iş üzrə şahid qismində dindirmək üçün xidməti otağına dəvət etmişdir. Müşfiq onunla işi barədə şifahi söhbət etdikdən sonra, ona növbəti gün yenə gəlməyini tapşırmışdır. Növbəti gün yenidən Müşviq müəllimin gəlmiş və sonuncuya ifadə vermişdir. Həmin cinayət işi üzrə 11 iyul 2016-cı il tarixdə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həbsdə olarkən Təqsirləndirilən şəxs ailə üzvlərindən yoldaşı Elnarə və bacısı Natəvanla görüşərək cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi üçün 25.000 manat istəmişdir. Həmin pulu ödəmək üçün Natəvan özünə məxsus Zabrat qəsəbəsində yerləşən evini 70.000 manata satmışdır. Həmin məbləği ödədikdən sonra, Müşfiq bacısı və yoldaşını çağırıb onlara, onun şübhəli şəxs qismində saxlanıldığı Sabunçu polis idarəsində xitam olunmuş cinayət işinin yenidən təzələndiyini, xitam qərarının ləğv olunduğunu bildirib, həmin işin də xitam olunması üçün yoldaşı və bacısından əlavə 15.000 manat da pul istəmişdir. Bacısı və yoldaşı onunla həbsdə yerə görüşə gəlib, bu barədə ona məlumat vermişdir. Sonunculara barəsində olan cinayət işinin icraatına xitam verilməsinə inanmadığını deyib, Müşfiqə pul verməmələrini tapşırmışdır. Bundan sonra Müşfiq onun ailə üzvləri ilə əlaqə saxlamış, sonuncular Müşviqə onun pul verməyinə razı olmadığını bildirmişlər. Bundan sonra Müşfiq BİT-na onun yanına gəlib bildirmişdir ki, ailəsi ilə danışsın və onlara pulu verməyi tapşırsın. Müşfiqə işin icraatına xitam verilməsinə inanmadığını deyəndə sonuncu, balasının canına and içib işin icraatına xitam verəcəyinə ona söz vermiş, odur ki, ailə üzvləri ilə danışıb Müşfiqə pul verməsinə razı olduğunu bildirmişdir. Bundan sonra bacısı və dayısı İmamverdi vasitəsilə Müşfiqə 15.000 manat ödənilmişdir. Həmin vaxt həbsdə olduğundan bütün bu baş verənlərdən yalnız telefon vasitəsilə xəbər tutmuşdur. 2017-ci ilin yanvar ayının 25-də barəsində seçilmiş «həbs» qətimkan tədbiri, «ev dustaqlığı» qətimkan tədbiri əvəz edilmişdir. Ev dustaqlığına çıxandan sonra Müşfiqlə əlaqə saxlayıb söz verdiyi xitam qərarını ondan tələb etmişdir. Sonuncu müxtəlif bəhanələrlə xitam qərarını verməyi yubatmışdır. Müşfiqin onu aldatdığını başa düşüb ondan pulu qaytarmağını, əks halda şikayət edəcəyini bildirmişdir. Müşfiq ona pulu ondan almadığını, dayısı İmamverdidən aldığını və onunla danışacağını bildirmişdir. Odur ki, dayısına zəng edib ki, gəlib pulu Müşfiqdən geri almağını demişdir. Dayısı gələndən sonra onun iştirakı ilə və onsuz bir neçə dəfə Müşfiqlə Gənclik metrostansiyası yaxınlığında yerləşən «Karvan» kafesində görüşmüşlər. Müşfiq İmamverdiyə Bakı şəhərində olmadığını bildirib, onu gözləməsini, bir həftədən sonra xitam qərarının hazır olacağını və qərarın nüsxəsini İmamverdiyə verəcəyini bildirmişdir. Deyilən müddət başa çatdıqdan sonra İmamverdi ona zəng etmiş, lakin Müşfiq zənginə cavab verməmişdir. Bu səbəbdən İmamverdi Bakı şəhərinə gəlmişdir. Müşfiqə dəfələrlə zəng etsələr də, onunla əlaqə saxlamaq mümkün olmamışdr. Odur ki, məcbur qalıb Bakı şəhər prokurorluğunun qabağına gəlib orada Müşfiq Abvbasovun prokurorluqdan çıxmağını gözləmişlər. Müşfiq prokurorluqdan çıxanda ona yaxınlaşıb, telefon zənglərinə nə üçün cavab vermədiyni soruşanda sonuncu, müxtəlif bəhanələr gətirməklə, rəhbərliyin dəyişdiyini, bu səbəbdən qərarın qəbulunda bir neçə gün yubanma olacağını bildirmişdir. Bundan sonra onunla sağollaşıb ayrılmışlar. Bir neçə gün sonra Bakı Ağır Cinayətlər Məhkəməsindən ona zəng gəlmişdir. Bu zaman barəsində olan cinayət işinin məhkəməyə göndərildiyi ona məlum olmuşdur. Müşfiq onun xəbəri olmadan cinayət işini məhkəməyə göndərmişdir. Bu səbəbdən tez Bakı şəhər Prokurorluğuna getmiş, lakin Müşfiq onu qəbul etməmişdir. Bundan sonra İmamverdi Müşfiq zəng etmişdir. Sonuncu işi məhkəmədə həll edəcəyini və ona bəraət alacağını bildirmişdir. İş məhkəmədə olarkən Təqsirləndirilən şəxs fəaliyyətində yol verdiyi qanunsuzluqlara görə həbs olunmuş və onun barəsində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi istintaq olunmuşdur. Həmin işlə əlaqədar Təqsirləndirilən şəxs həbs olunmuş və bundan sonra Müşfiqin hərəkətlərindən KQMBİ-nə müraciət etmək qərarına gəlmişlər. Müşfiq BİT-dan İmamverdi ilə əlaqə saxlayaraq xahiş etmişdir ki, ondan şikayət etməsinlər, tezliklə pulu qaytaracaq. Müşfiqin işi məhkəməyə göndəriləndən sonra, Vüqar və dayısı İmamverdi məhkəmə proseslərində dəfələrlə iştirak etmiş, hətta proses zamanı dayısı İmamverdi ilə Müşfiq görüşmüşdür. Müşfiq ona söz vermişdir ki, pulu qaytaracaqdır. Təxminən 40-45 gün sonra Müşfiq şərti cəza almışdır. Səbail Məhkəməsindən çıxanda Vüqar və İmamverdi də orada olmuşdur. Müşfiq çıxanda məhkəmənin qarşısında onlarla görüşmüş və İmamverdiyə güya Vüqarın işi ilə əlaqədar növbəti gündən məşğul olmağa başlayacağını bildirmişdir. Bundan sonra onlar Müşfiqin iş həll etməyəcəyini başa düşüb, pulu geri qaytarmağını tələb etmişlər. Bu vaxt Müşfiq onlara dayısı kimi təqdim etdiyi Azər adlı şəxslə birlikdə «Yeganə» şadlıq sarayının yaxınlığında aşağısı moyka, yuxarısı isə çayxana olan bir obyektdə görüşmüşlər. Həmin vaxt orada Müşfiq, Azər, İmamverdi və Vüqar olmuşdur. Söhbət zamanı Azər ona məxsus obyektinin sənədinin olmadığını, tezliklə sənədi düzəldib obyekti satacağını və Müşfiqin bütün borclarını bağlayacağını bildirmişdir. Bundan 2 gün sonra Müşfiq İmamverdiyə zəng edib, obyektin sənədklərinin hazırlanması üçün ondan 17.000 manat pul istəmiş, obyekti satıb pulunu qaytaracağını və zərərçəkmişdən ərizə alacağını bildirmişdir. Yoldaşı və bacısının qızıllarını Əhmədli metrostansiyası yaxınlığında yerləşən lombarda qoyaraq pul çıxartmış, həmin pulu üç dəfəyə Müşfiqə vermişlər. İlk olaraq 2.000 manat pulu Müşfiqin göstərişi ilə Babək prospektində «NZS» deyilən ərazidə Müşfiqin sürücüsü Yunis ilə əlaqə saxlayıb görüşərək ona vermişdir. Yunis pulu götürəndən sonra Müşfiqə zəng edib bu barədə ona bildirmişdir. Bundan sonra onun iştirakı ilə dayısı İmamverdi 9.000 manat pulu Azərbaycan Universitetinin yaxınlığında, 6.000 manatı isə yenə onun iştirakı ilə İmamverdi tərəfindən Gənclikdə «Atatürk parkı»nın yaxınlığında Təqsirləndirilən şəxs vermişdir. Pul veriləndən sonra obyektin satılmadığını və pullarının qaytarılmadığını görüb Azərlə əlaqə saxlamışlar. Azər də bir neçə dəfə onları müxtəlif bəhanələrlə yubatmış, sonda obyekti satmayacağını, Müşfiqlə məsələlərini özlərinin həll etməli olduğunu bildirmişdir. Bundan sonra Müşfiqdən pulu qaytarmasını tələb etməyə başlayanda sonuncu, ondan şikayət ərizəsini geri götürüləcəyi təqdirdə pulu qaytaracağını bildirmişdir. Müşviqdən şikayətin geri götürülmə formasını soruşanda sonuncu, bunu Natəvana «Whatsapp» proqramı vasitəsilə göndərdiyini bildirmişdir. Ərizənin formasına baxanda, sənədin həmin qaydada tərtib olunması ilə razılaşmamışdır. Belə ki, Müşfiq ərizədə qeyd edirdi ki, guya Natəvan onun (Vüqarın) tutulmasından əsəbiləşib ondan (Müşviqdən) şikayət etmişdir. Bu səbəbdən həmin məzmunda ərizə yazılmasına razılıq verməmişdir. İşinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılarkən vəkil Vasif zən vurub onu «Atatürk parkı»na görüşə çağırmışdır. Dayısı İmamverdi ilə birlikdə həmin parka gəlmiş və Müşfiqlə Vasifin orada onları gözlədiklərini görmüşdür. Həmin vaxt Vasif Şahid6 ilə telefonda danışıb onu Bakıya dəvət etmişdir. Həmin yerdə Şahid6 pulun verilməsi söhbəti olmamışdır. Vasifin Şahid6 Bakıya çağırmaqda məqsədi, ondan şikayəti olmadığı barədə ərizənin alınması olmuşdur. Səriyyə növbəti gün Bakı şəhərinə gələcəyini bildirmişdir. Səriyyənin nə vaxt və hara gəldiyini, kiminlə görüşdüyünü bilməmiş və həmin görüşdə iştirak etməmişdir. Həmin gün barəsində olan cinayət işi üzrə məhkəmə iclasında məhkəməyə barışıq ərizəsi olacağını bildirib ki, hakimdən xahiş etmişdir ki, məhkəmə iclasını iclas təxirə salınsın. Məhkəmə iclası təxirə salınmış və başqa tarixə keçirilmişdir. Hakim ona, vurulmuş ziyanın onun tərəfindən tam şəkildə ödəniləcəyi təqdirdə ərizəni nəzərə alacağını bildirmişdir. Odur ki, tez Müşfiqə zəng edib, bu barədə ona məlumat vermişdir. Müşfiq Ali Məhkəmənin yaxınlığında olduğunu və notariusa getdiyini bildirmişdir. Müşviqə ərizə formasını gətirəcəyini bildirib, onu Ali Məhkəmənin yaxınlığında gözləməyini xahiş etmiş və onunla həmin yerdə görüşmüş, ərizənin formasını ona təqdim edib çıxıb getmişdir. Müşfiqin ərizəni nə vaxt alıb məhkəməyə təqdim etdiyini bilməmişdir. Evdə olarkən Müşfiqlə əlaqə saxlamış və sonuncu ərizəni aldığını bildirmişdir. Ərizənin alınmasında o, iştirak etməmiş və ərizə ilə məhkəmədə tanış olmuşdur. Ərizə məhkəməyə dəftərxana vasitəsilə verilmişdir. Məhkəmə həmin ərizəni nəzərə alıb ona şərti cəza vermişdir. Lakin prokurorun protesti əsasında iş apellyasiya instansiyasına göndərilmişdir. Həmin müddətdə Vasif ona zəng edərək Əhmədlidə yerləşən «Bravo» marketin qarşısında görüşə çağırmışdır. Görüş zamanı Vasif Müşfiqin zərərçəkmişə söz verdiyi 30.000 manat puldan 15.000 manatı qaytarmadığı üçün apellyasiya şikayəti verəcəklərini bildirmişdir. Bundan sonra Müşfiq bütün telefonlarını söndürdüyü üçün onunla əlaqə saxlaya bilməmişdir. İşə apellyasiya məhkəməsində baxılarkən 30 iyul 2018-ci ildə Təqsirləndirilən şəxs məhkəməyə gəlmiş, Vasif, Müşfiq, Səriyyə və Rafiqlə məhkəmənin həyətində görüşmüşdür. Səriyyə və Rafiq ondan xahiş etmişdir ki, bacısı Natəvan Korrupsiyaya QMBİ-dən Müşfiqdən şikayət ərizəsini geri götürsə, onlar da apellyasiya şikayətlərini geri götürərlər. Bunun səbəbini soruşanda Səriyyə və Rafiq: «Vasif və Müşfiqlə özümüz bilərik, biz bundan sonra səni tanımayacağıq» deyə cavab vermişdir. Sonuncuların təklifi ilə razılaşmamışdır. Məhkəmə iclasında barəsində olan hökm dəyişdirilmiş və ona azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Şahid7 ifadəsindən görünür ki, 11 fevral 2018-ci il tarixdə Bakı şəhərində Xətai metrostansiyası yaxınlığında yerləşən notariat kontorunun qabağında Təqsirləndirilən şəxsla görüşərkən sonuncu, Şahid9 onun işinin həlli məqsədi ilə aldığı puldan 30.000 manatını Şahid9 tərəfindən dəymiş zərərin ödənilməsi üçün istifadə edəcəyini, həmin pulun 15.000 manatını həmin gün, qalan 15.000 manatı isə 2 ay ərzində ödəyəcəyini bildirdiyindən, Təqsirləndirilən şəxs qohumu Azər Dəmirovla kredit müqaviləsi bağlanmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs tərəfindən 15.000 manat pul ödənilərkən Şahid9 onların yanında olmamışdır. İşin 2-ci cildinin 217-218-ci vərəqlərindəki Şahid1 məxsus ***-***-**-** nömrəli mobil telefonda olan «WhatsApp» proqramından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs özünə məxsus ***-***-**-** mobil nömrəsindən Şahid1 ərizə forması göndərmişdir. Həmin ərizə formasında sonuncunun Təqsirləndirilən şəxs 57.000 manat pul verməyi ilə bağlı yazdığı ərizələrdən imtina etdiyi, həmin vaxt qardaşı Şahid9 barəsində cinayət işinin məhkəmə baxışı getdiyindən və qardaşının həbs ediləcəyindən qorxduğu üçün əsəbi halda həmin ərizəni yazdığı, Təqsirləndirilən şəxs 57.000 manat pul vermədiyini, ondan heç bir şikayət və tələbinin olmadığı və gələcəkdə də olmayacağı qeyd edilmişdir. İşin 3-cü cildinin 146-150-ci vərəqlərindəki Bakı şəhər Binəqədi rayon məhkəməsinin 22 noyabr 2019-cu il tarixli qərarı əsasında «Azercell» mobil operatorundan 20 dekabr 2019-cu il tarixdə daxil olan bir ədəd CD diskə baxış keçirilərkən diskdə olan «504134882sms.txt» fayla baxış keçirilməsinə dair 20 dekabr 2019-cu il tarixli protokola əsasən, Şahid3 Şirxan oğluna (Al) məxsus ********** mobil nömrəsi ilə Təqsirləndirilən şəxs (A2) istifadəsində olmuş ********* mobil nömrəsi arasında 8 mart 2018-ci il tarixli yazışma müəyyən edilmişdir. Həmin yazışmada aşağıdakılar qeyd edilmişdir: Al: Telefonu gotur özunuda manida pis vaziyyata saldin bu cixiw deyil mana qarwi hörmatsizlik elama A2: Meni şantaj etmek lazim deyil. Sene de hec vaxt hormetsizlik etmemisem. Zerercekene odediyiniz pula gore meni ittiham etme. Mene de hec ne yazma A2: Sozun olanda zeng et Al: San mandan 57 min pulu Vüqara barayat vermaya almisdin indi san na deyirsan man bilmiram Vüqar icari kedir bu oyunlari san eladin indida haminiza inanaraq közladim telefon bağlamaq cixiw yolu deyil man axira qadar kiwilik eladim .sanin manim pulumu vermak fikirin yoxdur man sani indi bawa duwdum A2: Siz mene deyil, zerercekmis sexs Seriyye xanima 30.000 manat odemisiniz. Diger dediyiniz 27.000 manatin mene aidiyyeti yoxdur ve bundan xeberim yoxdur. Xahis edirem bir de menim telefonuma bele şantaj ve tehdid dolu mesajlar yazmayasiniz. Eks halda men bununla bagli huquq muhafize orqaarina muraciet edecem Bundan əlavə, Şahid3 Şirxan oğluna (Al) məxsus ********** mobil nömrəsi ilə Təqsirləndirilən şəxs (A2) istifadəsində olmuş 077552- 60-56 mobil nömrəsi arasında 21.11.2016-cı il tarixdə aşağıdakı məzmunda yazışma olub: Al: Salam zahmat olmasa mana zank edasiniz man wahardiyam Bundan əlavə, Şahid3 Şirxan oğluna (Al) məxsus ********** mobil nömrəsi ilə X9 (A2) istifadəsində olmuş 050-583- 88-44 mobil nömrəsi arasında 14.11.2017-ci il tarixdə aşağıdakı məzmunda yazışma olub: A2: Üzr istəyirəm, məşğulam. Daha sonra zəng et Al: Elxan Muwvuqa denan tacili mana zank etsin bahanaya yer yoxdu man ona bukuna qadar yalan satmamiwam manda ona uwaq deyilam mani aldada Anten dairə məlumatlarından görünür ki, 2016-cı ilin oktyabr-dekabr ayları ərzində Şahid3 məxsus ********** və Şahid1 məxsus ********** mobil nömrələrindən Təqsirləndirilən şəxs məxsus ********** mobil nömrəsinə və əks istiqamətlərdə zənglər edilmişdir. Həmin zənglər zamanı Şahid3 və Şahid1 istintaqa verdikləri ifadələrində qeyd etdikləri kimi «Xəqani küçəsi, Üzeyir Hacıbəyov küçəsi, Gənclik, Tofiq Bəhramov stadionunun girişi» inzibati ərazi vahidində olduqları görünür. Anten dairə məlumatlarına əsasən 2017-ci ilin oktyabr ayına kimi Şahid3 məxsus ********** və Şahid1 məxsus ********** mobil nömrələrindən Təqsirləndirilən şəxs məxsus ********** mobil nömrəsinə və əks istiqamətlərdə, oktyabr-dekabr ayında isə Təqsirləndirilən şəxs məxsus ********** mobil nömrəsinə və əks istiqamətlərdə zənglər edilmişdir. Anten məlumatlarına əsasən 2018-ci il ərzində Şahid9 məxsus ********** və Şahid3 məxsus ********** mobil nömrələri ilə Təqsirləndirilən şəxs məxsus **********, ***-***-**-** və ***-***-**-** mobil nömrələrinə və əks istiqamətlərdə zənglər edilmişdir. Bundan əlavə, Şahid9 məxsus ********** mobil nömrəsinin anten dairə məlumatlarına əsasən sonuncunun barəsində istintaq olunan cinayət işi üzrə zərərçəkmiş şəxs olan Şahid6 dəymiş zərərin ödənildiyi gün, yəni 11 fevral 2018-ci il tarixdə o, Xətai rayonu Xocalı prospektində yerləşən notariat kontoruna yaxın ərazilər olan «Baki şəheri Rovshən Eliyev 19, ARDNS Qaz ixrac İdar.», «Xatai r-nu, Necefqulu Rafiyev kuc.3'X26» və «Afietdin Calilov kuc, İzzet Orucev kuc» yaxınlığında olmuşdur. İşin 3-cü cildinin 180-183-cü vərəqlərindəki Bakı şəhər Binəqədi rayon məhkəməsinin 22 noyabr 2019-cu il tarixli qərarı əsasında «Azercell» mobil operatorundan 20 dekabr 2019-cu il tarixdə daxil olan bir ədəd CD diskdə olan «705297989sms in» adlı fayla baxış keçirilməsinə dair həmin tarixli protokoldan görünür ki, Şahid3 Şirxan oğluna (Al) məxsus ********** mobil nömrəsi ilə Təqsirləndirilən şəxs (A2) istifadəsində olmuş ********** mobil nömrəsi arasında 10 iyun 2017-ci il tarixli yazışma müəyyən edilmişdir. Həmin yazışmada aşağıdakılar qeyd edilmişdir: Al: Muwvuq mailim salam zahmat olmasa mana zank et uzaq yolu birda kalmayim manim ucun qaranliq maqamlar var sagolun Bundan əlavə, Şahid3 Şirxan oğluna (Al) məxsus ********** mobil nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş 070-529-79- 89 mobil nömrəsi arasında 16 iyun 2017-ci il tarixdə aşağıdakı məzmunda yazışma olub: Al: Muwvuq mailim salam manim nomrami xoda qoymuşunuz lap yaxsi amma man siza inanaraq size narahat etmadim. indi baxiram ki iwlar hecda mana dediyiniz kimi deyil olsun yaqin eda bilmamisiniz onda sanadlari hazirlayin zahmat olmasa galim o sanadlari sizdan goturum vaxtinizi aldigima kora uzr isdayiram. Bundan başqa, Şahid9 (Al) məxsus ***-***-**-** mobil nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsi arasında 2 avqust 2017, 3 avqust 2017 və 6 avqust 2017-ci il tarixdə aşağıdakı məzmunda yazışma olub: Al: Man siza basa duse bilmiam Al: Mani yigin zahmat olmasa Al: Mani yigin telefona baxib sondurmayin. Bundan əlavə, Şahid2 (Al) məxsus ***-***-**-** mobil nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş 077-552-60- 56 mobil nömrəsi arasında 12 yanvar 2017-ci il tarixdə aşağıdakı məzmunda yazışma olub: Al: Müşfüq müallim bağışlayın narahat etdiyim üçün. Siz özünüz dediyiniz üçün zang vurdum. Sanadlar tam hazırdır A2: Hansi senedler? Al: Uşagııı sanadlari A2: Ver vekile Al: Vüqarın özünün bütün xastalik sanadlari da var. Onları da verek A2: Hamisini ver Al: Sahar tezden saat 9-da Hamısı onda olacaq inşallah A2: Ok sag ol Al: Sabah sizden şad xabar gözləyirik inşallah Al: Sabah bu vaxtı Vüqar evde olacaqmı? A2: Basa dusmedim size Bundan əlavə, götürülmüş anten dairələrinə dair məlumatdan görünür ki, Şahid3 və Şahid1 ilə Təqsirləndirilən şəxs 2016-cı il tarixdə bir neçə dəfə görüşüblər. Belə ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və Şahid3 məxsus ***-***-**-** mobil nömrəsinin anten dairə məlumatlarına əsasən onların eyni vaxtda 12 oktyabr 2016-cı il tarixdə həqiqətən də Atatürk parkının yaxınlığında yerləşən «Gənclik, Tofiq Bəhrəmov stadionu» inzibati ərazisində, 17 oktyabr 2016-cı il tarixdə Şahid1 iştirakı ilə (***-***-**-**) «Xəqani küçəsi» inzibati ərazisində, 26 oktyabr 2016-cı il tarixdə «Axundov kitabxanası» inzibati ərazisində, 22 noyabr 2016-cı il və 6 dekabr 2016-cı il tarixlərdə «Gənclik, Tofiq Bəhrəmov stadionu» inzibati ərazisində olduqları müəyyən edilmişdir. İşin 1-ci cildinin 199-cu vərəqindəki 08 may 2015-ci il tarixli notarial qaydada təsdiq edilmiş borc müqaviləsindən görünür ki, Şahid4 X13 1.666.638 manat borc vermiş, sonuncun həmin borcu 8 iyul 2015-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. İşin 1-ci cildinin 198-ci vərəqindəki Şahid4 tərəfindən təqdim edilmiş iltizamdan görünür ki, həmin iltizamda «Mən Abbasov X17 Mahirdən aldığım 20.000 (iyirmi min) dollar borc pulu 2019-cu ilin fevral ayının 25-də ona qaytaracam İmza: Təqsirləndirilən şəxs» sözləri qeyd edilmişdir. Məhkəmə-xətşünaslıq ekspertizasının 10 fevral 2020-ci il tarixli 3026 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, üzərində «Mən Abbasov X17 Mahirdən aldığım 20.000 (iyirmi min) dollar borc pulu 2019-cu ilin fevral ayının 25-də ona qaytaracam İmza: Təqsirləndirilən şəxs» sözləri olan iltizamın kserosurətində olan yazıların və «Təqsirləndirilən şəxs» yazısından əvvəl yerləşən imza Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. İşin 4-cü cildinin 3-4-cü vərəqlərindəki ərizədən görünür ki, Şahid4 22 fevral 2020-ci il tarixdə ərizə ilə istintaqa müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyandan 7.000 manatın sonuncu tərəfindən ödənildiyini, qalan məbləğin şifahi razılıqlarına əsasən 3 ay ərzində ödəniləcəyinə etirazının olmadığını bildirmişdir. İşin 2-ci cildinin 203-205-ci vərəqlərindəki Səbayıl rayon Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarından görünür ki, Şahid9 barəsində 2 (iki) ay müddətinə həbs qətimkan tədbirinin seçilmişdir. İşin 2-ci cildinin 125-157-ci vərəqələrindəki Bakı Ağır Cinnayətlər Məhkəməsinin 13 aprel 2018-ci il tarixli 1 (101)-87/2018 saylı hökmün surətindən isə Şahid9 barəsində seçilmiş həbs qətimkan tədbirinin 25 yanvar 2017-ci il tarixdə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edildiyi görünür. Şahid9 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair 14 may 2018-ci il tarixli ittiham aktından görünür ki, 19 oktyabr 2016-cı il tarixdə ********* saylı cinayət işi üzrə Şahid9 2015-ci ildə işə düzəltmək adı ilə X7 3.500 manat və X10 17.500 manat pulunu ələ keçirərək dələduzluq cinayətini törətməsi faktları üzrə Xətai RPİ-nin İŞ-də aparılan istintaq zamanı Şahid9 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan elan edilərək cinayət işi 25 oktyabr 2016-cı il tarixdə Təqsirləndirilən şəxs tərəfindən istintaqı aparılan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmişdir. Bakı şəhər prokurorluğunun İstintaq İdarəsinin 6 avqust 2018-ci il tarixli məktubundan görünür ki, Şahid9 və qeyrilərinin Azərbaycan Respublikasının CM-nin 178.3.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair ********* saylı cinayət işi 8 iyun 2017-ci il tarixdə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. İşin 1-ci cildinin 68-ci vərəqəsindəki Şahid6 və X35 arasında bağlanmış 11 fevral 2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, borc verən, yəni Şahid6, borc alana, yəni Azər Dəmirova 15.000 (on beş min) manat borc verir, borc alan krediti 11 may 2018-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürür. Müqavilə tərəflərin hər ikisi tərəfindən imzalanaraq, Bakı şəhəri 6 saylı notariat kontorunun notariusu vəzifəsini icra edən X36 tərəfindən təsdiq edilmişdir. İşin 2-ci cildinin 115-116-cı vərəqlərindəki Azərbaycan Respublikasının Baş Prokurorluğunun Kadrlar İdarəsinin 10 avqust 2018-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Baş prokurorunun 12 aprel 2005-ci il tarixli, 10/105-5 saylı əmri ilə prokurorluq orqanlarında qulluğa qəbul edilərək müxtəlif vəzifələrdə işləmişdir. O, son olaraq 12 iyun 2014-cü il tarixdən 31 iyul 2017-ci il tarixədək Bakı şəhər prokurorluğunun İstintaq idarəsinin böyük müstəntiqi vəzifəsində işləmiş və Azərbaycan Respublikası Baş prokurorunun 11 sentyabr 2017-ci il tarixli, 10/75-11/449-k saylı əmri ilə intizam qaydasında prokurorluq orqanlarından xaric edilmişdir. İşin 4-cü cildinin 45-82-ci vərəqələrindəki 24 fevral 2020-ci il tarixli «sübutların qiymətləndirilməsi haqqında» qərarından görünür ki, Təqsirləndirilən şəxs, Şahid3 və qeyriləri arasındakı yazışmalar, mobil operatorlardan götürülmüş CD diskdəki məlumatlar, Şahid4 tərəfindən istintaqa təqdim edilmiş Təqsirləndirilən şəxs tərəfindən yazılan iltizam, Şahid6 ilə Təqsirləndirilən şəxs qohumu Azər Dəmirov arasında bağlanmış 11 fevral 2018ci il tarixli kredit müqaviləsi maddi sübut qismində tanınmaqla iş materiallarına əlavə edilmişdir. İşin 2-ci cildinin 209-211-i vərəqələrindəki Bakı Apellyasiya Məhkəməsi cinayət kollegiyasının 21 fevral 2018-ci il tarixli qərarı və 4-cü cildinin 116-118-ci vərəqlərindəki məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs Səbail rayon məhkəməsi 6 dekabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 178.2.2, 178.2.3, 178.2.4 və 309.1ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinib, 2 (iki) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə və ev dustaqlığında saxlanıldığı müdət nəzərə alınmaqla üzərində qəti olaraq 4 (dörd) il 1 (bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, CM-nin 70-ci maddəsinə əsasən həmin cəza 3 il sınaq müddəti müəyyən olunmaqla şərti olaraq tətbiq edilmişdir. İşin 4-cü cildinin 125-ci vərəqindəki Tovuz rayonu, Əyyublu Kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 26 fevral 2020-ci il tarixli 408 saylı xaisyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs özünü nizam-intizamlı aparmış, qanun pozuntularına yol verməmiş, barəsində heç bir təqsirləndirici material daxil olmamışdır. Bundan əlavə o, seçkili orqana seçilməmiş, dövlət və ya digər təltifləri olmamışdır. Qeydiyyat yerindən müsbət xarakterizə olunur. İşin 4-cü cildinin 109-111-ci vərəqlərindəki 24 fevral 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İşin 4-cü cildinin 37-38-ci vərəqələrindəki şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 18 sentyabr 2006-cı il təvəllüdlü bir yetkinlik yaşına çatmayan və 14 yanvar 2011-ci il təvəllüdlü bir azyaşlı uşağı vardır. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirildi. Təqsirləndirilən şəxs təqsirini təkzib edə biləcək hal məhkəmədə müəyyən edilmədi. Təqsirləndirilən şəxs məhkəmədə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, cinayət törətmədiyini göstərdi. Onun bu ifadəsi məhkəmədə dindirilmiş çoxsaylı şahid ifadələri, ekspertiza rəyi, maddi sübutlar, cinayət işi materiallarına əlavə olunmuş müqavilə və protokollar və işin digər faktiki halları ilə təkzib edildiyindən məhkəmə, ifadəsinə tənqidi yanaşır, cinayət məsuliyyətdən yayınmaq məqsədi güdən ifadə kimi qiymətləndirir və sübut hesab etmir. Yuxarıda sadalanan bir-birini tamamlayan sübutları isə mötəbər hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə tövsif edilməklə, o, həmin maddələrlə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Əməlində cinayətlərin residivinin olmasını məhkəmə Azərbaycan Respublikası CMnin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə CM-nin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla azadlıqdan məhrum etmə cəzaları təyin edilməli, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 71.5-ci maddəsinə əsasən Səbail rayon məhkəməsinin 6 dekabr 2017-ci il tarixli hökmü ilə ona təyin edilmiş şərti məhkum etmə ləğv edilməli, CMnin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilən cəzaya Səbail rayon məhkəməsinin hökmü ilə təyin edilmiş 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 65.2-ci maddəsinə əsasən o, azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı barəsində həbs qətimkan tədbirinin seçildiyi 18 may 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalında həbs edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən maddi sübutlar: Təqsirləndirilən şəxs, Şahid3 və qeyriləri arasındakı yazışmalar, mobil operatorlardan götürülmüş CD diskdəki məlumatlar, Şahid4 tərəfindən istintaqa təqdim edilmiş Təqsirləndirilən şəxs tərəfindən yazılan iltizam, Şahid6 ilə Təqsirləndirilən şəxs qohumu Azər Dəmirov arasında bağlanmış 11 fevral 2018-ci il tarixli kredit müqaviləsi cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatına sərf edilmiş 100 (yüz) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. Ona CM-nin 178.2.2, 178.2.3, 178.2.4-cü maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 32.4, 312.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzalarını qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 71.5-ci maddəsinə əsasən Səbail rayon məhkəməsinin 6 dekabr 2017-ci il tarixli hökmü ilə ona təyin edilmiş şərti məhkum etmə ləğv edilsin. CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilən 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına Səbail rayon məhkəməsinin hökmü ilə üzərində saxlanılmış 4 (dörd) il 1 (bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 18 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbs edilsin. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübutlar: Təqsirləndirilən şəxs, Şahid3 və qeyriləri arasındakı yazışmalar, mobil operatorlardan götürülmüş CD diskdəki məlumatlar, Şahid4 tərəfindən istintaqa təqdim edilmiş Təqsirləndirilən şəxs tərəfindən yazılan iltizam və Şahid6 ilə Təqsirləndirilən şəxs qohumu Azər Dəmirov arasında bağlanmış 11 fevral 2018-ci il tarixli kredit müqaviləsi cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatına sərf edilmiş 100 (yüz) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar