Məhkəmə qərarları › İş №1(101)-159/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-159/2022

08.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-159/2022 08.02.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Qəribov Fikrət Atlıxan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə; məhkəmə iclas katibi: X4, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X8 və “Qanunçuluq” Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə; xx.xx.1976-cı il tarixdə Ermənistan Respublikasının Masis rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki nəfər azyaşlı uşaqları olan, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroinin əldə edilməsi, saxlanması, daşınması ilə bağlı razılığa gəldikdən sonra şəxsiyyəti istintaqla müəyyən edilməmiş İran İslam Respublikası vətəndaşı külli miqdarda – “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxil edilən bir bükümdə olan ümumi təmiz çəkisi 5510 qram narkotik vasitə heroini istintaqa məlum olmayan vaxtda və şəraitdə ünvan 5 ünvanında yerləşən “Bolmart Supermarket”in yaxınlığında yerləşdirib bu barədə 05 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 mobil telefon vasitəsilə məlumat vermiş, bundan sonra Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1lə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitənin qoyulduğu yerdən əldə edilməsi, saxlanması və daşınması üçün həmin gün saat 21 radələrində ünvan 5 ünvanında yerləşən “Bolmart Supermarket”in yaxınlığına gedərək əvvəlcədən aralarında əldə olunmuş razılığa əsasən Təqsirləndirilən şəxs1 oradan içərisində külli miqdarda, yəni 5510 qram çəkidə narkotik vasitə heroin olan bir ədəd torbanı satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlayıb daşıyarkən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 05 fevral 2021-ci il tarixdə saat 21:20-də tanışı Təqsirləndirilən şəxs2lə birlikdə ünvan 5 ünvanında yerləşən “Bolmart Supermarket”in yaxınlığında saxlanılaraq Bakı şəhəri Sabunçu Rayon Polis idarəsinin 12-ci polis şöbəsinə gətirilib üzərilərinə şəxsi axtarış keçirilən zaman külli miqdarda, təmiz çəkisi 5510 qram olan narkotik vasitə heroin Təqsirləndirilən şəxs1 sağ əlində saxladığı polietilen torbanın içərisindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2, narkotik vasitənin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə qabaqcadan vəd verməklə köməklik etmiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, tanışı Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqla müəyyən edilməmiş İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroinin əldə edilməsi, saxlanması, daşınması ilə bağlı razılığa gəlməklə yanaşı, sonuncuya bu məqsədlə İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirəcəyi həmin maddəni onun qoyacağı yerdən götürüb satışının təşkil edilməsinə köməklik göstərəcəyi barədə qabaqcadan vəd vermiş, bundan sonra İran İslam Respublikası vətəndaşı satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi külli miqdarda – “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxil edilən bir bükümdə olan ümumi təmiz çəkisi 5510 qram narkotik vasitə heroini istintaqa məlum olmayan vaxtda və şəraitdə qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirməklə ünvan 5 ünvanında yerləşən “Bolmart Supermarket”in yaxınlığında yerləşdirib bu barədə 05 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 mobil telefon vasitəsilə məlumat verdikdən sonra, sonuncu tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitənin qoyulduğu yerdən əldə edilməsi, saxlanması və daşınması üçün həmin gün saat 21 radələrində ünvan 5 ünvanında yerləşən “Bolmart Supermarket”in yaxınlığına gedərək əvvəlcədən aralarında əldə olunmuş razılığa əsasən Təqsirləndirilən şəxs1 oradan içərisində külli miqdarda, yəni 5510 qram çəkidə narkotik vasitə heroin olan bir ədəd torbanı satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlayıb daşıyarkən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 05 fevral 2021-ci il tarixdə saat 21:20-də Təqsirləndirilən şəxs2lə birlikdə ünvan 5 ünvanında yerləşən “Bolmart Supermarket”in yaxınlığında saxlanılaraq Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə gətirilib üzərilərinə şəxsi axtarış keçirilən zaman külli miqdarda, təmiz çəkisi 5510 qram olan narkotik vasitə heroin Təqsirləndirilən şəxs1 sağ əlində saxladığı polietilen torbanın içərisindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərərk ifadəsində göstərmişdir ki, o, bir müddət idi ki, narkotik vasitələrdən istifadə edirmiş. Təqsirləndirilən şəxs2 təxminən 2 il olar ki, tanıyır və tanışlıqları vardır. 2021-ci ilin fevral ayının 5-i tarixində tanışı Təqsirləndirilən şəxs2lə Bakıxanov qəsəbəsində kafelərin birində çay içirmişlər. Həmçinin həmin gün spirtli içki içmişlər. Vüqara zəng gəlmişdir ki, “kakos” adlanan narkotik vasitə vardır. Həmin zəng vuran şəxs “Zaur”adlı şəxs olmuşdur. O, narkotik vasitəni əldə etmək məqsədilə Sabunçu rayonu, “Bolmarket” adlanan yerə taksi ilə getmişdir. Narkotikin olduğu yer onlara şəkil vasitəsilə göndərilmiş və onlar şəkilə baxa-baxa getmişlər. Şəkildəki yerə çatmağa 4-5 metr qalmış mülki geyimli şəxslər onlara yaxınlaşmışlar. Həmin şəxslər orada olan yerdəki torbanı götürüb, onlara verib, onları döyə-döyə post-patrul maşınına doğru aparmışlar. Sonra onları maşınlarına əyləşdirib 12-ci polis bölməsinə gətirmişlər. Həmin bölmədə video çəkməmişdən öncə torbanın onun üzərində aşkar edildiyini və həmin torbanı götürməyi Vüqarın ona göstəriş verməsini deməyini tələb etmişlər. O, həmin bölmədə fiziki zorakılığa məruz qaldığı üçün istintaqda həmin torbanı oradan götürməyini Vüqarın sifariş verməsini bildirib, bu barədə ifadə vermişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, özü narkotik vasitə istifadəçisidir. Həbs olunan gün Təqsirləndirilən şəxs1 ilə kafedə əyləşib çörək yeyərək, araq içmişlər. Yeyib içdikdən sonra Zabrat qəsəbəsinə gələrək 20 manat miqdarında narkotik vasitə almaq fikirləri olmuşdur. Narkotik vasitəni almaq və istifadə etmək niyyəti ilə getdikləri zaman, polislər küçədə Orxanı məcburi qaydada avtomaşınlarına əyləşdirmişlər. Onu əyləşdirmək istəyən zaman onlarla əlbə-ayağa olduğu üçün onlara müqavimət göstərmişdir. Daha sonra, polis əmıkdaşları sellofan paketi gətirirək, sənindir desələr də, o, həmin paketin onun olmadığını demişdir. Orxana qarşı təzyiq göstərildikdən sonra, Orxan həmin paketin onlara məxsus olduğunu etiraf etmişdir. Əsl həqiqətdə isə 5 kq narkotik vasitə onlara məxsus deyil, onların pulumuz yoxdur ki, o, miqdarda narkotik vasitə ala bilsinlər. Təqsirləndirilən şəxs2 həmçinin göstərdi ki, o, İran İslam Respublikasının vətəndaşı ilə hər hansı danışıq aparmamışdır. Onun narkotik almaq istədiyi şəxs Azərbaycan vətəndaşıdır və o, narkotiki götürməmiş saxlanılmışdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdikləri ifadələr ilə məhkəmə istintaqı zamanı verdikləri ifadələr arasında ziddiyətlər olduğu üçün onların ibtidai istintaq zamanı verdikləri ifadələri məhkəmədə elan edilərək, tədqiq edilmişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində ona Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, Təqsirləndirilən şəxs2 təxminən 1 ildir tanıyır, onunla normal münasibətləri vardır. 05.02.2021-ci il tarixdə Vüqarla telefonla danışmış və onunla Bakıxanov qəsəbəsində kafelərin birində görüşüb yemək yemişlər. Yemək zamanı Vüqar ona İran İslam Respublikası vətəndaşı ilə danışdığını və ondan narkotik vasitə götürəcəyini demiş, bundan sonra Vüqar yanında telefonla bir nəfər şəxslə danışmış, onların danışığı narkotik vasitələrlə bağlı olmuş və narkotik vasitələrin olduğu yeri barədə danışmışlar. Birlikdə yemək yeyən zaman Vüqara yenidən zəng gəlmiş və narkotik vasitələrin olduğu yerin şəkli göndərilmiş, Vüqar şəkilləri ona göstərərək həmin yerə gedəcəklərini, onun dediyi yerdən narkotik vasitələri götürməli oluqlarını bildirmişdir. Buna baxmayaraq Vüqar ona orada nə qədər narkotik vasitə olması barədə məlumat verməmiş və orda şəxsi istifadələri üçün narkotik vasitə qoyulduğunu bildirmişdir. Bundan sonra narkotik vasitələrin Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi adlanan yerdə olması barədə Vüqar demiş, birlikdə Sabunçu qəsəbəsi adlanan yerə taksi ilə getmişlər. Oraya çatanda Vüqar “Bolmarket” adlanan yerin yaxınlığında maşını saxlatmış və maşından yerə düşmüşlər. Bu zaman Vüqarın telefonuna gəlmiş şəkillərə baxa-baxa narkotik vasitənin həmin marketin arxasında olan yerə qoyulduğunu bilmiş, bundan sonra Vüqar narkotik vasitə olan yerin şəkilini ona göstərən zaman narkotikin bir ədəd göy rəngli sellofan torbanın içərisində olduğunu və onun bir ədəd dirəyin yanına qoyulduğunu görmüşdür. Vüqar ona həmin yeri göstərmiş və birlikdə narkotik vasitəni götürməyə getmişlər. İİR vətəndsaşının göndərdiyi şəkillərə baxa-baxa narkotik vasitənin yerini tapmışlar. Bundan sonra narkotik vasitənin olduğu yerə təxminən 4-5 metr qalmış Vüqar onları onun götürməyini, özünün də kənara nəzarət etdiyini demişdir. Onunla razılaşıb narkotik vasitələrin olduğu yerə getmişlər. Orada həqiqətən də şəkildə göstərilən kimi narkotik vasitənin olduğu göy rəngli sellofan olmuşdur. Sellofanı götürüb Vüqarın yanına gəlmiş, sellofan böyük bükümdə olmuş, sellofanın təxminən bir neçə kq çəkisi olmuşdur. Sellofan götürüb Vüqarın yanına getmiş, onun yanına çatıb heçnə demədən yolda olan maşınlar istiqamətində getmişlər. Yola çıxıb “Bolmarket” mağazasının qarşısında olan zaman bir neçə nəfər mülki geyimli şəxslər onlara yaxınlaşaraq kim olduqlarını soruşmuşlar, özlərini təqdim etmişlər. Bundan sonra həmin şəxslər də özlərini təqdim edib DİN-in BNMİ-nin əməkdaşları olduqlarını deyərək onların narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmaları barədə məlumat olduğunu deyərək polis idarəsinə dəvət etmişlər. Bundan sonra buna etiraz etmədən Sabunçu RPİ-nin 12-PB-nə getmişlər. Oraya çatanda ilkin olaraq onu xidməti iş otaqlarının birinə aparmışlar və orada təhqiqatçı tutulmağının səbəbini ona izah edərək sənədləşmə işlərinin aparılacağını izah etmiş və hüquqlarının müdafiə edilməsi üçün vəkillərin siyahısını təqdim etmişdir. Siyahıda olan vəkillərdən istənilən biri tərəfindən hüquqlarının müdafiə edilməsinə etiraz etmədiyini bildirmiş, bundan sonra təhqiqatçı vəkil Arzu Cavadovu dəvət etmiş, vəkil gəldikdən sonra təhqiqatçı ondan vəkilə etirazının olub-olmadığını soruşmuş, etirazının olmadığını bildirmişdir. Daha sonra hüquq və vəzifələri izah olunaraq üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, buna etiraz etmədən razılaşmışdır. Daha sonra təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış aparılan zaman təhqiqatçı ilkin olaraq üzərində olan əşyalarını təqdim etməyini xahiş etmişdir. Masaya yaxınlaşaraq sağ əlində saxladığı göy rəngli sellofan torbanı təqdim etmiş, daha sonra üzərindən mobil telefonu aşkar edilmişdir. Sorğu zamanı sellofan torbanın içərisindəkinin narkotik vasitə heroin olduğunu demiş, sellofan açılmış və onun içərisindən heroin aşkar edilmişdir. Həmin sellofan çəkilmiş və sorğu zamanı narkotik vasitələri Vüqar adlı şəxsin dediyi yerdən götürdüyünü bildirmişdir. Bundan sonra həmin sellofan qablaşdırılaraq götürülmüşdür. Daha sonra üzərindən aşkar edilmiş telefonda götürülmüş, bundan sonra müvafiq sənədləşmə işləri aparılmış və işin mahiyyəti üzrə izahat vermişdir. Cinayət işi üzrə ibtidai istintaq zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 ifadəsində qeyd etdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs2 üzünə qarşı demişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, təxminən 2 ay əvvəl tanışı Zaur adlı şəxslə görüşən zaman o, telefonunu almış və özünün tanıdığı İİR vətəndaşı ilə danışacağını bildirmişdir. Ona etiraz etməmiş və telefonunu ona vermişdir. Onlar bir müddət danışdıqdan sonra Zaur telefonu ona geri qaytarmış, ondan sonra telefonuna baxıb onların yazışmalarını oxuyanda onların narkotik vasitələr barədə danışdıqlarını bilmişdir. Buna baxmayaraq yazıları və səs qeydlərini telefondan silməmişdir. Bundan bir müddət sonra həmin İİR vətəndaşı ona vatsapp ani mesajlşma mübadiləsi sistemində zənglər edərək Zauru görübgörmədiyini, harada olduğunu soruşaraq onunla danışdırmağını istəmişdir. Zauru bir müddətdir görmədiyini və onu tapandan sonra danışdıracağını demişdir. X5 təxminən 1 ildir tanıyır, onunla normal münasibətləri vardır, 05.02.2021-ci il tarixdə Orxanla telefonla danışmış və onunla Bakıxanov qəsəbəsində kafelərin birində görüşüb yemək yemişlər. Yemək zamanı İİR vətəndaşı ona zəng etmiş və onu Zaurla danışdırmağını istəmişdir. Onları görüşdürəcəyini bildirmiş və onu görən kimi zəng etdirəcəyini qeyd etmişdir. İİR vətəndaşı onu Zaurla danışdıracağı üçün istifadə etmək məqsədi ilə iki qram çəkidə narkotik vasitə marixuana verəcəyini bildirmiş və narkotik vasitələrin Sabunçu qəsəbəsi adlanan yerdə “Bolmarket” mağazasının yanında olduğunu demişdir. Bundan sonra İİR vətəndaşı ona şəkillər göndərmiş, həmin şəkillərdə narkotik vasitəni olduğu yerin istiqamətində oxlarla işarələnmiş və axırda bir ədəd göy rəngli sellofan torbada nəsə olduğu görünmüşdür. Bundan sonra bu barədə Orxana demiş, lakin Orxana narkotik vasitəni götürməmək təklifini etmişdir. Lakin Orxan oraya gedəcəyini bildirmiş, bundan sonra kafedən çıxıb həmin istiqamətdə getmişdir. Lakin narkotik vasitələri götürmək istəmədiyini və oraya getməyəcəyini Orxana demiş, həmçinin içkili vəziyətdə olmuşdur. Bundan sonra 05.02.2021-ci il tarixdə saat 21 radələrində Orxan onun yanından uzaqlaşmış və şəkillərin olduğu istiqamətdə getmişdir. Bundan bir qədər sonra Orxanın gəldiyini görmüş, Orxan maşın saxlatmaq üçün gedən zaman onunla bir neçə mülki geyimli şəxslərin yaxınlaşaraq söhbət etdiklərini görmüşdür. Həmin vaxt ona bir neçə nəfər şəxs yaxınlaşmış və kim olduqlarını soruşmuşlar. Özlərini təqdim etmişlər, bundan sonra həmin şəxslər də özlərini təqdim edib DİN-in BNMİ-nin əməkdaşları olduqlarını deyərək narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmaları barədə məlumat olduğunu deyərək onları pois idarəsinə dəvət etmişlər. Bundan sonra buna etiraz etməmişlər və birlikdə Sabunçu RPİ-nin 12-PB-nə getmişlər. Oraya çatanda ilkin olaraq onu xidməti iş otaqlarının birinə aparmışlar və orada təhqiqatçı tutulmağının səbəbini izah edərək sənədləşmə işlərinin aparılacağını izah etmiş və hüquqlarının müdafiə edilməsi üçün vəkillərin siyahısını təqdim etmişdir. Siyahıda olan vəkillərdən istənilən biri tərəfindən hüquqlarının müdafiə edilməsinə etiraz etmədiyimi bildirmiş, bundan sonra təhqiqatçı vəkil Kərim Bağırovu dəvət etmiş, vəkil gəldikdən sonra təhqiqatçı ondan vəkilə etirazının olub-olmadığını soruşmuş, etirazının olmadığını bildirmişdir. Daha sonra hüquq və vəzifələri izah olunaraq üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, buna etiraz etmədən razılaşmış, daha sonra təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış aparılan zaman təhqiqatçı ilkin olaraq ona üzərində olan əşyalarını təqdim etməyini xahiş etmişdir. Masaya yaxınlaşaraq 2 ədəd mobil telefonunu, pasportu və şəxsiyyət vəsiqələrini təqdim etmişdir. Sorğu zamanı narkotik vasitələrdən məlumatı olmadığını demiş, həmçinin Orxandan aşkar edilmiş kütlələrin narkotik vasitə olmasından məlumatım olmadığını bildirmişdir. Lakin orada narkotik vasitə olduğunu bilmiş, buna baxmayaraq orada təxminən 2 qram narkotik vasitə olmasından xəbərdar olmuşdur. Orada qeyd olunan çəkidə narkotik vasitə olduğunu ehtimal etməmiş, İİR vətəndaşının göndərdiyi şəkillərdə bir ədəd göy paketdə nəsə olduğunu gördüyü üçün onu götürməyə özü getməmişdir. Hətda Orxana da getməməsini təklif etmiş, bundan sonra müvafiq sənədləşmə işləri aparılmış və işin mahiyyəti üzrə izahat vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 05 fevral 2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonunda yaşayan Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edib Bakı şəhəri, Sabunçu rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat tərəfindən rəsmiləşdirilmiş və əməliyyat qrupu yaradılmışdır. Həmin qrupa Şahid2 və Şahid3 da daxil olmuşdur. Qrup üzvlərinə keçiriləcək əməliyyat tədbiri zamanı nə cür hərəkət etmələri barədə təlimatlandırılmışlar. Həmin tarixdə Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Sabunçu rayonu, İlyas Aslanov küçəsində yerləşən “Bolmart” marketin yaxınlığında olması barədə əməliyyat məlumatı daxil olmuş və həmin tarixdə qeyd olunan ünvana getmişlər. Qeyd olunan ünvanın yaxınlığında çatan zaman saat 21:20-də özünü şübhəli aparan xarici görünüşünə görə Təqsirləndirilən şəxs1 oxşar bir nəfərin, həmçinin onun yanında başqa bir nəfərin olması müşahidə edilmiş, həmin şəxslərə yaxınlaşaraq xidməti vəsiqələrini göstərərək polis əməkdaşı olduqlarını demişlər və onlardan özlərini təqdim etmələrini xahiş etmişlər. Həmin şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olduqlarını bildirərək anket məlumatlarını qeyd etmişlər. Həmin şəxslərə qanunsuz olaraq narkotik vasitə əldə etmələri, özlərində saxlayaraq daşımaları və dövriyyəsi ilə məşğul olmaları barədə məlumat daxil olduğunu bildirib onlarla birlikdə Bakı şəhəri Sabunçu RPİnin 12 PB-nə gəlmələrini xahiş etmişlər. Həmin şəxslər etiraz etməyib onlarla birlikdə PB-nə gəlmişlər. Polis Bölməsində ilk öncə X7 Qrupunun təhqiqatçısı Nəcəf Aburşunun xidməti iş otağına aparmışlar. Təqsirləndirilən şəxs2 isə X9 Hissəsinə təhvil verilmişdir. Təhqiqatçının xidməti iş otağında olan zaman təhqiqatçı Təqsirləndirilən şəxs1 hüquq və vəzifələrini izah edib Bakı şəhər Mərkəz Vəkil Bürosunun vəkillərin adları olan siyahısını təqdim etmiş, sonuncu siyahıda olan vəkillərdən istənilən vəkil tərəfindən onun hüquqlarının müdafiə edilməsinə etiraz etmədiyini bildirmiş, bundan sonra Arzu Cavadov dəvət edilmiş və Təqsirləndirilən şəxs1 təqdim olunaraq həmin vəkilə etirazının olub-olmaması soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs1 vəkilə etiraz etmədiyini bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri izah edilib üstünə şəxsi axtarış aparılacağı və şəxsi axtarışın video çəkilişlə aparılacağını bildirmiş, sonuncu etiraz etməmişdir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs1 üstündə olan əşyaları çıxarıb stolun üstünə qoymasını təklif etmiş, sonuncu sağ əlində saxladığı bir ədəd torbanı təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış aparılan zaman bir ədəd mobil telefon aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi sellofan torbaya baxış keçirilən zaman onun içərisində narkotik vasitə heroinə oxşar kütlənin olması müşahidə edilmiş, həmin büküm elektron tərəzidə çəkilmiş, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 təqdim etdiyi sellofan torbanı içərisində olan narkotik vasitə heroini tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan razılaşaraq saxlanıldıqları yerin yaxınlığından götürdüyünü, orada narkotik vasitənin olduğunu Təqsirləndirilən şəxs2 ona dediyini, Vüqarın isə adını bilmədiyi İran islam Respublikası vətəndaşından aldığını, narkotik vasitələri götürən zaman Vüqarın onun yanında olduğunu, özünün narkotik vasitə istifadə etmədiyini bildirmişdir. Daha sonra həmin sellofan büküm qablaşdırılaraq götürülmüş, mobil telefon da götürülmüş, bundan sonra videoçəkiliş dayandırılmış və protokol tərtib edilmiş, həmin protokol şəxsi axtarışda iştirak edən hər bir şəxs tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs2 hüquq və vəzifələrini izah edib Bakı şəhər Mərkəz Vəkil Bürosunun vəkillərin adları olan siyahısını təqdim edilmiş, sonuncu siyahıda olan vəkillərdən istənilən vəkil tərəfindən onun hüquqlarının müdafiə edilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra Kərim Bağırov dəvət edilmiş və Təqsirləndirilən şəxs2 təqdim olunaraq həmin vəkilə etirazının olubolmaması soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs2 vəkilə etiraz etmədiyini bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs2 hüquq və vəzifələrini izah edilib üstünə şəxsi axtarış aparılacağı və şəxsi axtarışın video çəkilişlə aparılacağını bildirilmişdir. Təqsirləndirilən şəxs2 etiraz etməmiş, bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs2 üstündə olan əşyaları çıxarıb stolun üstünə qoymasını təklif etmiş, sonuncu üzərində qanunsuz əşya və ya predmet olmadığını bildirmiş, sonuncunun üzərinə şəxsi axtarış aparılan zaman üzərindən siqaret, mobil telefonlar, şəxsiyyət vəsiqəsi, xarici passport aşkar edilmiş, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunduğunu, Təqsirləndirilən şəxs1 tanıdığını, sonuncunun üzərində narkotik vasitə olmasından məlumatının olmadığını, narkotik vasitə istifadə etmədiyini, İİR vətəndaşını tanımadığını bildirmişdir. Bundan sonra videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş, həmin protokol şəxsi axtarışda iştirak edən hər bir şəxs tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadələr vermişlər. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı, polis baş leytenantı Nəcəf Aburşu tərəfindən tərtib edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” 05 fevral 2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman sağ əlində saxladığı torbanın içərisindən narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 06 fevral 2021-cu il tarixli, 6/535 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş...” yazısı olan polietilen bağlamadakı 1 (bir) ədəd bükümdə təmiz çəkisi 5510 (k kq 510 qr) qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli “Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr” in-in İ siyahısına daxildir. Qeyd: heroinin ümumi təmiz çəkisi 5510 qr, tədqiqata sərf edildi, ümumi 0,02 qr, qalıq 5509,8 qr. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ambulator məhkəmə-psixatrik ekspertizasının 02.03.2021-ci il tarixli 457 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs1 aşkar edilən üzvi emosional-labil pozuntu onun törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 törətdiy əməl barəsində anlaqlı hesab edilməlidir. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ambulator məhkəmə-psixatrik ekspertizasının 02.03.2021-ci il tarixli 453 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 aşkar edilən “emosional davamsız şəxsiyyət pozuntusu” onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 24.05.2021-ci il tarixli 1567 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 tiyək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 31.05.2021-ci il tarixli 1655 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyndən əzab çəkmir. Narkomaniyadan məcburli müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş məhkəmə-fonoskopik ekspertizasının 22.07.2021-ci il tarixli 4/974 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd “İphone X” markalı mobil telefonun “Watsapp” əlavəsində +**********88 nömrəsi ilə qeyd olunan yazışma bölməsində aşkar olunan səs yazılarının tədqiqi hissədə verilmiş yazılı mətnlərində K2 kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs2 məxsusdur. Cinayət işi materiallarına əlavə edilmiş "xxxx" MMC-dən daxil olmuş "xxxx" MMC-dən daxil olmuş 18.03.2021-ci il tarixli, BKC/LGL-3797/21 nömrəli diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** telefon nömrəsi ilə ***-***-**-**, ***-***-**-** və ***-***-**-** mobil nömrələri arasında mütəmadi olaraq danışıqların aparılması müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs2 məxsus olan “İphone X” markalı mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan “İphone” markalı mobil telefonun “watsapp” ani mesajlaşma mübadiləsi sistemində İran İslam Respublikasının mobil operatoruna məxsus olan +**********88 nömrəsi ilə qeydiyyatda olan həmin proqramda “Salı” kimi qeyd olunan gendən başlayaraq səsli mesajlar, mesaj mətnləri göndərilmişdir. Həmin tarixdə saat 22:29-da İİR nömrəsindən qeyd olunan proqramda 30 saniyə müddətində səsli mesaj göndərilmiş, mesaj mətnində “ay əmi Allahın adına and olsun bərəkətə and olsun vəziyyətim gərgindi. Quranın adına and olsun. Bir kq mal götürəcəydim, çaş-baş oldum. Qurban olaraq az padleşka eləmədim ki başına dolanım. 125 manatdıydı, 25 dedim istəmirəm 100 vurum. 100 dən də xəbər çıxmadı. Bucür iş olmaz ki.” cavabında Təqsirləndirilən şəxs2 12 saniyə müddətində səsli mesaj göndərmiş və mesaj mətnində “ona görə demirəm. Canım elə ağrıyır varyoxuna nəhlət. Bir kiloya iki kiloya girmirəm ki. O neçə qramdı eliyirəm də, pulu nədi eliyirəm də, 50 manatını ödəyim qalanını sabah ödəyərəm ölürəm” deyilmişdir. Bundan sonra İİR vətəndaşından 20 saniyə müddətində səsli mesaj göndərilmiş və səsli mesajda “əmi mən bucürnə vəziyyətə almamışam, qalmaraq da ömrü boyu. Mənə vaxtında desəydin mən yerbəyer eləyərdim da. İndi hardan 3 qram, beş qram yerbəyer eliyim. Məndə də Qurana and olsun yoxdu. Ola başqa bir uşağa deyərək ki, çıx yolun qırağına qoy. Yaralı Hüseynə and olsunki yoxdu”. Cavabında Təqsirləndirilən şəxs2 03 saniyə müddətində səsli mesaj göndərmiş və səsli mesajın məzmununda “ ay Qasım nəysə yaxşı. Məni bu vəziyyətdə qoydun Allah köməyin olsun” deyilmişdir. Bundan sonra “Pazar” kimi qeyd olunmuş tarixdə saat 00:07-də Təqsirləndirilən şəxs2 İİR vətəndaşına 35 ədəd xırda sözlərdən ibarət mesaj göndərmiş və mesaj mətnində “neqesen-ay-qadım-qasım-teki-gotur-bidene-qasım-birsej-qojdur-10-dene-kartıat-vurum-qasım-menim-sözümü-hec-kime-demek-lazım-dejil-aqrıdajam-hara-qojdura-bılırsenqasım-demısem-juzu-verırler-soz-de-pısdı-vezıjet” yazılmışdır. “Çarşamba” günü kimi qeyd olunmuş tarixdə saat 02:32-də Təqsirləndirilən şəxs2 İİR vətəndaşına mesaj yazmış və mesaj mətnində “qasım salam” qeyd olunmuş, həmin gün saat 11:35-də İİR vətəndaşından “salameleykum” yazılmışdır. Həmin tarixdə saat 16:25-də Təqsirləndirilən şəxs2 İİR vətəndaşına 6 ədəd xırda sözlərdən ibarət mesaj göndərmiş və mesaj mətnində “malın-var-bu-terefde-qasım-he” yazılmışdır. Həmin tarixdə saat 16:44-də İİR nömrəsindən qeyd olunan proqramda 06 saniyə müddətində səsli mesaj göndərilmiş, mesaj mətnində “heyvan kəsirdim, quzu soyurdum bağışla. Hə vardı vardı” deyilmiş, daha sonra eyni formada 19 saniyə müddətində İİR vətəndaşından səsli mesaj göndərilmiş və mesaj mətnndə “Əmi mən danışdım uşalarla. Problem yoxdu. 7-8 dənə qoyular. Amma az məbləğə göndərmirlər. 100-ə göndərmirlər. Uşağın biri var idi 180 var idi onu heç döndərmədilər” deyilmişdir. Cavabında “cumartesi” günü kimi qeyd olunmuş tarixdə saat 21:09da 06 saniyə müddətində Təqsirləndirilən şəxs2 İİR vətəndaşına mesaj yazmış və mesaj mətnində “ hə qasım bir 200-250 manat pul olsa 20 dənə atarsan” deyilmişdir. Cavabında həmin tarixdə İİR vətəndaşından 06 saniyə müddətində səsli mesaj göndərilmiş və mesaj mətnində “qardaşım 250 vur 20 də olmasa bir 18 eliyib ataram” deyilmişdir. Cavabıdan Təqsirləndirilən şəxs2 səsli mesaj göndərmiş və mesaj mətnində “hə də qasım day 20 eledə 2 qram nədiki. O iki qramında çəkirik də. 250 dəki mən vurum da sənə. Vurum heç olmasa 20 dənə dəqiq atdır da qardaşım. Ayda ildə bir dəfə ağız açmışam sənə” deyilmiş, daha sonra eyni qaydada “ə bu yaxşı olandan sonra sabahdan 500 manat vuracam. Bax Qurana and olsun sən deyirdin e mənə klient tap elə bil o iki dənəni mənim üçün atırsan da bildin” deyilmiş, daha sonra eyni qaydada “ itin balasını iki gündən bir ***- **** o gunü 1500 manatlıq götürdük. İndi pulu yoxdu 250 manatlıq vursun 20 dənə at. Sənöl onu sənə calıyacam görsün də dəqiq nə var nə yox. Dostumduzdu”. Daha sonra eyni qaydada “neçəyə əmələ gəlir də, patı yəni şüşə”, eyni qaydada “çalışırsan”, eyni qaydada “qasım neylədin qasım” məzmunlu səsli mesajlar göndərilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 “Qasım söz de” məzmunlu mesaj yazdıqdan sonra İİR vətnədaşından 09 saniyə müddətində səsli mesaj göndərilmiş və mesaj mətnində “ay qardan bir dayan. 5 dəqiqə dayan. Mal var onu götürsün deyim də sənə. Yalandan indi sənə pulunu vurdurum da ne olsun ki. Dayan 5 dəqiqə” deyilmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 “menim payımı ayrı qoydur” məzmununda mesaj yazmışdır. Cavabında İİR vətəndaşı “yaxşı oldu səbrli ol bir azca” məzmununda səsli mesaj göndərmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs2 İİR vətəndaşına 04 saniyə müddətində səsli mesaj göndərmiş və mesaj mətnində “qasım təxminən harda olacaq bu. Maşınsızam e ona görə deyirəm” deyilmiş, cavabıdan İİR vətəndaşı 45 saniyə müdddətində səsli mesaj göndərmiş və mesaj mətnində “ay baba mən sənə indi söz deyirəm ha. Uşaq malı götürür, qayıda evə, rahlıya, ata, bir saata, bir saat yarıma, çəkəcək. Mən sənə pulu vurmamışdan deyirəm. Başa düşürsən məni. Vurdurandan sonra bir saat bir saat yarımdan sonra götürəssən. Sonra demə ki, qasım mənə belə dedin elə dedin. 14 qram kola, 4 qramda patı. Zakazını verdim bağlıya. Sənin mənə 100 manat borcun qalır, 102 manat borcun qalır. Sən onları yerbəyer elə sabah da götürəndə 100 manatı vur mən sənə yenə mal göndərəcəm deyilmişdir”. Daha sonra Vüqar X1 adına olan karta 250 manat pulun ödənilməsinə dair qəbzi İİR vətəndaşına göndərmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 İİR vətəndaşına səsli mesaj göndərmiş və mesaj mətnində “çatdı qasım, tezləşdir da sənin qadan alaraq qasım nə qədər bacarırsan tezləşdir qardaşımsan” deyilmişdir. Bundan sonra İİR vətəndaşı 45 və 10 saniyə müdddətində 2 ədəd səsli mesaj göndərmiş və mesaj mətnlərində “oldu qoy atıram indi 10 dəqiqəyə okeyini alıram sənə deyəm problem olmaz heç narahat olma sən mənə klient calayırsan iş görməyə məndə qoymaraq xarab olasan onun yanında özündə məni yaxşı bilirsən” deyilmişdir. Bundan sonra 19 kasım perşembe kimi qeyd olunmuş tarixdə 00:19-da Təqsirləndirilən şəxs2 İİR vətəndaşına mesaj yazmış və mesaj mətnində “qasım xeber de qardasımsan” yazılmış cavabında İİR vətəndaşından 00:25-də 03 saniyə müddətində səsli mesal göndərilmiş və mesal mətinində “qardaşım semaşka xəstəxanasına nə qədər yolun var” sualı verilmişdir. Cavabında Təqsirləndirilən şəxs2 “20” yazmış və 01 saniyə səsli mesaj mətnində “15-20 dəqiqə brat” demişdir. Cavabında İİR vətəndaşı 265 saniyə müddətində səsli mesaj göndərmiş və mesaj mətnində “20 dəqiqədən, yarım saatdan sonra çıx. İndidən çıxma haa 20 dəqiqədən yarım saatdan sonra çıx biraz problem gəlmişdi qabağa ona görə uşaq biraz yubandı” deyilmişdir. Cavabında Təqsirləndirilən şəxs2 06 saniyə müddətində səsli mesaj göndərmiş və mesaj mətnində “tez qoydur da Qasım olmadı axı sənin qadanı alım öldüy e ağrıdan vəziyyət çox pisdi” deyilmiş, cavabında İİR vətəndaşından 06 saniyə müddətində səsli mesaj göndərilmiş və mesaj mətnində “mən sənə dedim gedərsən də. İyirmi dəqiqəyə yarım saat gedərsən. Birazca problem gəlmişdi qabağa” deyilmişdir. Cavabında Təqsirləndirilən şəxs2 03 saniyə müddətində səsli mesaj göndərilmiş və mesaj mətnində “day denən 40 dəqiqəyə alınır da” deyilmiş, cavabında İİR vətəndaşı 04 saniyə müddətində səsli mesaj göndərilmiş və mesaj mətnində “qardaşım tezləşdir çıx ordan da di tezləşdir çıx” deyilmişdir. Bundan sonra, İİR vətəndaşı 22 saniyə müddətində səsli mesaj göndərilmiş və mesaj mətnində “semaşka xəstəxanasının aşağı qapısından düşürsən düzünə inqilaba tərəf. İnqilaba tərəf gedəndə yolun solunda 24 dayanıb. 24 qabağında ağacın arxasında camel siqaret qabının içərisindədi” deyilmiş, daha sonra İİR vətəndaşından 01 ədədinin üzərində işarə olmaqla ümumilikdə 04 ədəd şəkil göndərilmişdir. Bundan sonra İİR vətəndaşı 50 saniyə müddətində səsli mesaj göndərilmiş və mesaj mətnində “ay qardaşım danışdım deməli 15 qram koladı, düppələmdüz. Özüdə güjdü koladı ha. Bir iki klientə verilibdi elə indi onlarla danışırdılar. Əmioğlum danışırdı yanı. Düppələmdüz 15 qram koladı patı deyir malın içərisində yox idi. Bu dəfə gətirilən malların içərisində patı yox idi. Əmimoğlu elə indi zəng elədi danışdı dedi qardaş patınızı qoymadım malın içinə. Sabahları götürəcəksiz patınızı. Kollalar biryerdə idi patılar bir yerdə. Kolanı apar işinizi aşırın başınıza dolanım. Boyun da qaçırmıram ki. Adboy da verirəm zəng eləmə ki. Götür patını da sabahları götürəndə yerbəyer eləyərik” deyilmişdir. Cavabında Təqsirləndirilən şəxs2 05 saniyə müddətində səsli mesaj göndərilmiş və mesaj mətnində “qasım sən deyirsən camaat məni orda gözkləyir e belə yalançılıq olmaq lazım deyil axı deyilmişdir”. Cavabında İİR vətəndaşı 22 saniyə müddətində səsli mesaj göndərilmiş və mesaj mətnində “qardaşım başına dolanım sənə Allah eləməmişdən əskik verməmişəm aldatmamışam ki. Başına dolanım 14 qram versəydim eləyəcəydi 252 manat. 15 qram vermişəm 20 manatda sən mənə borclusan da başına dolanım. Mən sənə yalan palan danışıram? Özündə görürsən ki yalan söhbəti yoxdu” deyilmişdir. Həmin tarixdə saat 09:26-da Təqsirləndirilən şəxs2 İİR vətəndaşına “salam nejnirsən” mesajı göndərmiş, cavabında İİR vətəndaşı “salam çox sagol sen necesen?” yazmışdır. Daha sonra Təqsirləndirilən şəxs2 “saqol jalancı cıxarma menı penqerenı atdır ındı qasım” yazmışdır. Cavabında İİR vətəndaşı 28 saniyə müddətində səsli mesaj göndərilmiş və mesaj mətnində “ay qardaşım qoy millət bir yuxudan dursun. Dura gedə o ünvandan malları götürə gələ, bağlaya ata hələ çox çəkəcək. İşinizi görün demirdin axı bugünləri mal götürəcək istəyəcək. Malda verirəm də. Mal istəyəndə 2 qram, 3 qram sənin əzəvindən pəncərə istəsən pəncərə torpaq istəsən torpaq verirəm də ”deyilmiş, cavabında Təqsirləndirilən şəxs2 11 saniyə müddətində səsli mesaj göndərilmiş və mesaj mətnində“ vurduracam ee öz canım üçün düzüb qoşacam. Zaur zad mən onlarla görüşüb eləmirəm mən düz adamam e nə dedim eləyirəm” deyilmişdir. Cavabında İİR vətəndaşı 30 saniyə müddətində səsli mesaj göndərilmiş və mesaj mətnində “ay qardaşım başına dolanım bir qram elə sənin orda payın vardıda. Alıbsan yəqinki. Bir qramdan da çox. Bir tərəfdən də qoy işləsinlər, pul toplasınlar vursunlar bu reys sənə 2 qram, 3 qram, 4 qram 5 qram hər nədisə sənin payını atacam. Narahat olma özün bilirsən sözüm sözdü. Kəlməmə oyan bu yan yoxdur” deyilmişdir. Bundan sonra İİR vətəndaşından üzərində 15.01 rəqəm yazısı olan elektron tərəzi çəkli göndərilmiş, həmin elektron tərəzinin üzərində sellofan paketdə boz rəngli maddələrin olması müşahidə edilmişdir. Bundan sonra, 05.02.2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 İİR vətəndaşına mesaj gödnərimiş və mesaj mətnində “10 dejqeje catıram” yazılmış və səsli mesaj göndərilmşdir. Mesaj mətnində ünvanı atırsan? Burdayam qardaşım” yazılmışdır. Bundan sonra İİR vətəndaşı 02 saniyə müddətində səsli mesaj göndərilmiş və mesaj mətnində “get bolmartın qabağına” deyilmişir. Bundan sonra İİR vətəndaşı həmin tarixdə saat 20:49-da üzərində “Bolmart” yazısının olduğu mağazanın şəklini Təqsirləndirilən şəxs2 göndərilmişdir. Bundan sonra İİR vətəndaşı 05 saniyə müddətində səsli mesaj göndərilmiş və mesaj mətnində “sabunçuda hərkəsdən soruşsan Bolmart hamı deyəcək e baba. Böyük marketdi” Cavabında Təqsirləndirilən şəxs2 02 saniyə müddətində səsli mesaj göndərilmiş və mesaj mətnində “sabunçuya salmısan kruqa? O zabrat yolundadı. 3-4 dəqiqəyə ordayam” deyilmiş, cavabında İİR vətəndaşı 01 saniyə müddətində səsli mesaj göndərilmiş və mesaj mətnində “yaxşı” demişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 İİR vətəndaşına 02 saniyə müddətində səsli mesaj göndərilmiş və mesaj mətnində “qasım burdayan bolmaartın qabağında” deyilmişdir. Cavabında İİR vətəndaşı 06 saniyə müddətində səsli mesaj göndərilmiş və mesaj mətnində “atıram da ünvanları atıram başına dolanım bir dəqiqə dayan. Səbrli olda başına dolanım 2 dəqiqəyə atıram” deyilmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 səsli mesajlar göndərmiş və mesaj mətnlərində “neçə dənədiki Qasım ünvan, bir dənə deyil qardaşım” deyilmişdir. Bundan sonra İİR vətəndaşı Təqsirləndirilən şəxs2 08 ədəd şəkil göndərmişdir. Həmin şəkillərdə bir ədəd bankomatın, bir neçə nəfər şəxslərin, pilləkənlərin, mişar daşları ilə tikilmiş hasarın, sarı rəngli turbaların olduğu yerin, qaranlıq ərazinin, bir ədəd təkərin və göy rəngli sellofan torbanın şəklinin olması müəyyən edilmişdir. Bütün şəkillərdə hərəkət istiqaməti göstərilsə də, göy rəngli sellofan torba dairəyə alınmış vəziyyətdə olmuşdur. Bundan sonra İİR vətəndaşı 14 saniyə müddətində səsli mesaj göndərilmiş və mesaj mətnində“ götürdün mənə denən biraz arxein olum. Ondan da sonra çox uzatma o uşaqların malın. Get onları da qoy, özünkünü də yerləşdir hara yerləşdirirsən yerləşdir. Onlarınkın da qoy deyim onlar gəlsin” demişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 05 saniyə müddətində səsli mesaj göndərilmiş və mesaj mətnində “ ay qasım bu neçə dənədi ki şəkil atmısan. Bu bir yerdə bi dənə şey deyil” deyilmişdir. Cinayət işi üzrə məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ifadəsində narkotik vasitələrin olduğu yerə şəxsi istifadəsi üçün narkotik vasitə götürməsi üçün getdiyini bildirsə də, onun bu dəlilləri yuxarıda sadalanan sübutlarla müqayisəli qaydada yoxlanılmış, şahid ifadələri, ekspertiza rəyləri, üzləşdirmə protokolları, “mobil telefona baxış keçirilməsinə dair protokol”, ilkin təhqiqat materiallarına aid digər sənədlər, “şəxsi axtarış keçirilməsinə dair” protokollar və digər sübutlarla tam təkzib edildiyindən məhkəmə tərəfindən inandırıcı qəbul olunmamışdır. Həmçinin Təqsirləndirilən şəxs2 ifadəsində narkotik vasitələrin ona məxsus olmadığını, aşkar edilmiş narkotik vasitələri götürmədiyini, sifariş vermədiyini və narkotik vasitələrə dair İran İslam Respublikası vətəndaşı ilə hər hansı danışıq aparmamasını bildirsə də, onun bu dəlilləri yuxarıda sadalanan sübutlarla müqayisəli qaydada yoxlanılmış, şahid ifadələri, ekspertiza rəyləri, üzləşdirmə protokolları, “mobil telefona baxış keçirilməsinə dair protokol”, ilkin təhqiqat materiallarına aid digər sənədlər, “şəxsi axtarış keçirilməsinə dair” protokollar və digər sübutlarla tam təkzib edildiyindən məhkəmə tərəfindən inandırıcı qəbul olunmamışdır. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış, yuxarıda sadalanan sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, həmin subutların məcmusuna qiymət verməklə, belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması, daşıması cinayətlərini törətməsi və Təqsirləndirilən şəxs2 narkotik vasitənin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə qabaqcadan vəd verməklə köməklik etməsi, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması cinayətlərini törətməsi tam sübut olunmuşdur. Təqsirləndirilən şəxs1 qeyd olunan əməlləri Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs2 əməlləri isə Azərbaycan Respublikası CM-nin 32.5,206.2, 234.4.1, 234.4.3-cü maddələri ilə tövsif edilməli və onlara həmin maddələr ilə təqsirli bilinməklə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxslərin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, habelə onların cinayət məsuliyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq törətdikləri cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətlərini, eləcədə cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini müzakirə etmişdir. Cinayət işinin materiallarında olan xasiyyətnamələrdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadıqları yer üzrə müsbət xarakterizə olunurlar. Cinayət işinin materiallarında olan DİN-in BƏSİİ-dən təqdim olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan sənədlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində iki nəfər azyaşlı uşaqları vardır. Məhkəmədə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində azyaşlı uşaqların olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi cinayətlərin məcmusuna az ağır və ağır cinayətlər daxil olunduğundan, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməlidir. Cinayət işi üzrə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 05.02.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 07.02.2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işi üzrə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 05.02.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 07.02.2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin başlanğıcı ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxslərin cəza çəkməsinin başlanğıcı onların şübhəli şəxs qismində tutulduğu 05.02.2021-ci tarixdən hesablanmalı, həmçinin barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxslər Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Azərbaycan Respublikası CM-nin 93.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Məhkəmədə təqsirləndirilən şəxslərin Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakı müəyyən edilmədiyindən, barələrində xüsusi müsadirə tətbiq edilməməlidir. Cinayət işi üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan tədqiqat zamanı 0,02 qram sərf edildikdən sonra 5509,8 qram qalmış narkotik vasitə heroin məhv edilməlidir. 03 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 məxsus bir ədəd “İphone” markalı mobil telefon onun ailə üzvlərinə qaytarılmalıdır. İş üzrə məhkəmə xərcini təşkil ekspertiza xərci olan 414 (dörd yüz on dörd) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM, VÖEN **********, ABB Mərkəzi Fililalı, VÖEN **********, kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201-01 SWİFT Bik:İBAZAZ 2X) ödənilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 hüquqlarını müdafiə etmiş Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili X6 360 (üç yüz altmış) manat miqdarında pul ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq Hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 05 fevral 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2, Azərbaycan Respublikası CM-nin 32.5,206.2, 234.4.1, 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 32.5,206.2-ci maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 12 (on iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 05 fevral 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Cinayət işi üzrə mülki iddianın olmaması nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan tədqiqat zamanı 0,02 qram sərf edildikdən sonra 5509,8 qram qalmış narkotik vasitə heroin məhv edilsin. 03 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs2 məxsus bir ədəd “İphone” markalı mobil telefon onun ailə üzvlərinə qaytarılsın. İş üzrə məhkəmə xərcini təşkil edən ekspertiza xərci olan 414 (dörd yüz on dörd) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM, VÖEN **********, ABB Mərkəzi Fililalı, VÖEN **********, kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201-01 SWİFT Bik:İBAZAZ 2X) ödənilsin. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 hüquqlarını müdafiə etmiş Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili X6 360 (üç yüz altmış) manat miqdarında pul ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxslərə hökmün surətinin verildiyi) andan 20(iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Qəribov Hakimlər: Telman Hüseynov Əli Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar