Məhkəmə qərarları › İş №1(101)-159/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-159/2023

21.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-159/2023 21.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1982-ci il tarixdə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər 1. Binəqədi rayon məhkəməsinin 26 noyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respbulikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 2. Abşeron rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 3 il 4 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Şamaxı rayonu, Qonaqkənd kəndində qeydiyyatda olan və Abşeron rayonu, Aşağı Güzdək kəndində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır; belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə etmək məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 08 mart 2022-ci il tarixdə gecə saatlarında narkotik vasitə və psixotrop maddəni satdıqdan sonra pulunu ödəyəcəyi barədə əvvəlcədən aralarında razılaşmaya əsasən WhatsApp proqramı vasitəsi ilə İran İslam Respublikasının vətəndaşı tərəfindən Abşeron rayonu, Saray qəsəbəsində gizlədilən külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini əldə edib özündə saxlayaraq daşımış, xx.xx.2022-ci il tarixdə saat 10:30-da Binəqədi RPİ-nin 40-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində saxlanılaraq ünvan 1 ünvanında yerləşən Binəqədi RPİ 40-cı PBnin inzibati binasına gətirilmiş və orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki qara rəngli gödəkçənin sol yan döş içəri cibindən külli miqdarda 11 ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 12,812 qram, 11,054 qram, 0,404 qram, 0,403 qram, 0,446 qram, 0,419 qram, 0,463 qram, 0,469 qram, 0,487 qram, 0,494 qram, 0,214 qram, ümumi təmiz çəkiləri 27,665 qram olan kustar üsulla hazırlanmış narkotik vastə heroin, külli miqdarda 02 ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,229 qram, 4,397 qram, ümumi təmiz çəkiləri 4,626 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 08 mart 2022-ci il tarixdə gecə saat təxminən 03-04 radələrində Xocəhəsən qəsəbəsində piyada hərəkətdə olan zaman tanımadığı iki nəfər mülkü geyimli şəxslər ona yaxınlaşmış və özlərini Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinin əməkdaşları kimi təqdim edərək onu 40-cı polis bölməsinə aparmışlar, həmin vaxt üzərində öz istifadəsi üçün əldə etdiyi cəmi 0,5 qram çəkidə narkotik vasitə olmuş, üzərində başqa qanunsuz heç nə olmamışdır. Polis bölməsində polis əməkdaşlarının təsiri və təzyiqi ilə əvvəlcədən üzərinə qoyulmuş 13 ədəd bükümü videoçəkiliş aparılarkən çıxararaq təqdim etmiş, həmin bükümlərdən 11 ədədinin içərisində narkotik vasitə heroin, 2 ədədinin içərisində isə psixotrop maddə metamfetamin olmasını, həmin maddələri İran vətəndaşının qoyduğu yerdən götürürək satışını təşkil etdiyini və pulunu iranlıya göndərdiyini polis əməkdaşlarına etiraf etmiş, əslində isə həmin bükümlər ona məxsus olmamış, İran vətəndaşından ancaq öz istifadəsi üçün narkotik vasitələr almış və heç vaxt satışını həyata keçirməmişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda (belə halda təqsirləndirilən şəxsin ifadələrinin elan edilməsi yalnız onun sərbəst ifadə verməsindən və verilmiş suallara cavab verməsindən sonra mümkündür) təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə baxşı zamanı elan olunaraq tədqiq olunmuş ifadəsində özünü Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittihamda təqsirli bilərək göstərmişdir ki, 07 mart 2022-ci il tarixdə axşam vaxtlarında mobil nömrəsi +**********90 olan əvvəllər də narkotik vasitə aldığı adını bilmədiyi X5 vətəndaşı ilə WhatsApp vasitəsilə əlaqə saxlayıb narkotik vasitə heroin və psixotrop maddə metamfetamin almaq istədiyini bildirmişdir. Əvvəlcədən ödəməyə pulu olmadığından razılaşmışlar ki, ona göndərəcəyi narkotik vasitəni və psixotrop maddəni satdıqdan sonra pulunu ona ödəyəcək. Bundan sonra X5 vətəndaşı narkotik vasitə heroini və psixotrop maddəni Saray qəsəbəsi ərazisində tanımadığı əraziyə qoyaraq həmin yerin şəklini çəkib ona atmışdır. 08 mart 2022-ci il tarixdə saat 02:00 radələrində həmin yeri tapıb narkotik vasitə heroini və psixotrop maddə metamfetamini götürmüşdür. İran İslam Respublikasının vətəndaşı ona 11 büküm narkotik vasitə heroin və 02 büküm psixotrop maddə metamfetamin göndərmişdir. Həmin 13 ədəd bükümü əynində olan qara rəngli gödəkcənin sol yan döş içəri cibinə qoymuşdur. xx.xx.2022-ci il tarixdə saat 10:30-da Xocəsən qəsəbəsində piyada hərəkətdə olan zaman tanımadığı iki nəfər mülkü geyimli şəxslər ona yaxınlaşmış və özlərini ona təqdim etdikdən sonra o, bilmiş ki, həmin şəxslər 40-cı PB-nin əməkdaşlarıdır. Polis işçiləri onun nakotik maddə gəzdirməkdə şübhəli bildikləri üçün onu 40-cı PB-nə aparmışlar. PB-də ona hüquq və vəzifələri izah olunmuşdur. Üzərinə vəkilin iştirakı olmadan baxış keçirilməsinə etiraz etməmişdir. Baxış zamanı üzərinə geydiyi göy rəngli şalvarın sağ yan cibində olan “Samsung Galaxy A12” markalı mobil telefonu, həmin şalvarın sol yan cibində olan üzərində “attenti” yazısı olan Abşeron rayon Məhkəməsi tərəfindən sol ayağına bağlanmış qolbağın göstərici cihazını və üzərinə geydiyi qara rəngli gödəkcənin sol yan döş içəri cibində olan 13 (on üç) ədəd sellefon bükümü təqdim etmişdir. Sorğu sual zamanı o, 11 bükümün içərisində narkotik vasitə heroin və 02 bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Bundan sonra bükümlər zərfə qoyularaq qablaşdırılmış və zərfin üzərini digər iştirakçılar ilə birlikdə imza etmişdir. Həmçinin bu barədə protokol tərtib olunmuş və digər iştirakçılar ilə birlikdə protokolu imza etmişdir (1-ci cild iş vərəqi 71-72). Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Binəqədi rayon polis idarəsinin 40-cı polis bölməsinin cinayət-axtarışı üzrə əməliyyat müvəkkili Şahid2 ifadə verərək göstərmişdir ki, Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 40-cı polis bölməsinə xx.xx.1982-ci ildə Şamaxı rayonunda anadan olan, Şamaxı rayonu, Qonaqkənd kəndində qeydiyyatda olan, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə heroini qanunsuz olaraq gəzdirməsi, saxlaması və satması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlinin digər təhqiqat üsulları ilə ifşa edilməsi mümkün olmadığından, şəxsin cinayət başında yaxalanmasının təmin edilməsindən ötrü «Əməliyyat-axtarış fəaliyyəti» haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əməliyyat tədbirinin keçirilməsi zərurəti nəzərə alınaraq tərəfindən 08 mart 2022-ci il tarixli qərar qəbul edilməklə, 40-cı polis bölməsinin rəisi polis polkovnik leytenantı Ramil Cəbiyev tərəfindən 08 mart 2022-ci il tarixdə təsdiq edilmiş, əməliyyat qrupunun tərkibi müəyyən edilməklə Binəqədi RPİ 40-cı PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid1 həmin qrupa daxil edilmişdir. Şahid1 ilə birlikdə 08 mart 2022-ci il tarixdə saat 10:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində piyada hərəkətdə olarkən Təqsirləndirilən şəxs görüb ona yaxınlaşmışlar, özlərini ona təqdim edib polis əməkdaşı olduqlarını bildirmişlər, bundan sonra onlar Təqsirləndirilən şəxs üzərində narkotik vasitə daşımasında şübhəli olduğunu deyərək onu saxlayıb 40-cı polis bölməsinə gətirmişlər. Bu barədə polis bölməsinin rəisi polis polkovnik leytenantı Ramil Cəbiyevin adına raport tərtib edərək, bölmə rəisinin göstərişi əsasında Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin 40-cı PB-nin təhqiqatçısı polis baş leytenantı Şahid3 təhvil vermişlər. Təhqiqatçı Şahid3 tərəfindən müdafiəçi və videoçəkilişin aparılması üzrə mütəxəssis dəvət edilərək, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, bundan sonra təhqiqatçı tərəfindən bütün iştirakçıların hüquqları izah edilməklə, videoçəkiliş aparılmaqla Rəşiq Şeydayevin şəxsi axtarışı aparılmışdır. Təqsirləndirilən şəxs üzərində qeyri qanuni əşyaları könüllü surətdə verilməsi təklif edilmişdi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın sağ yan cibində olan “Samsung Galaxy A12” markalı mobil telefonu, həmin şalvarın sol yan cibində olan üzərində “Attenti” yazısı olan Abşeron rayon Məhkəməsi tərəfindən sol ayağına bağlanmış qolbağın göstərici cihazını və üzərinə geydiyi qara rəngli gödəkcənin sol yan döş içəri cibində olan 13 (on üç) ədəd sellofan bükümü təqdim etmişdir. Sorğu sual zamanı Təqsirləndirilən şəxs bildirmiş ki, həmin 13 (on üç) ədəd şəffaf sellefon bükümün 11 (on bir) ədədinin içərisində el arasında «kokos» kimi tanınan narkotik vasitə heroin, 02 (iki) ədəd sellefon bükümün içərisində olan maddə isə el arasında «patı» kimi tanınan psixotrop maddə metanfetamindir. Həmin maddələri 08 mart 2022-ci il tarixdə saat 02:00 radələrində Abşeron rayonu, Saray qəsəbəsi ərazisində mobil nömrəsi +**********90 olan, əvvəllər də narkotik vasitə aldığı tanımadığı X6 vətəndaşından şəxsi istifadəsi və satış məqsədi ilə alaraq üzərində gəzdirmişdir. Həmin X6 vətəndaşını görməmişdir, onunla sadəcə WhatsApp vasitəsilə əlaqə saxlamışdır və həmin şəxsin narkotik vasitənin Saray qəsəbəsi ərazisində tanımadığı əraziyə qoyaraq həmin yerin şəklini çəkib atdıqdan sonra həmin ərazidən götürmüşdür. Həmin narkotik vasitənin pulunu isə satıb qurtardıqdan sonra tanımadığı İran İslam Respublikasının vətəndaşına verəcəkdir. Təqsirləndirilən şəxs təqdim etdiyi əynindəki göy rəngli şalvarın sağ yan cibində olan “Samsung Galaxy A12” markalı mobil telefonu, həmin şalvarın sol yan cibində olan üzərində “attenti” yazısı olan Abşeron rayon Məhkəməsinin qərarı əsasında sol ayağına bağlanmış qolbağın göstərici cihazını və geyindiyi qara rəngli gödəkcənin sol yan döş içəri cibində olan 13 (on üç) ədəd sellefon büküm təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Həmin zərfin üzəri iştirakçılar tərəfindən, o cümlədən onun tərəfindən imzalanmışdır. Daha sonra şəxsi axtarışın aparılması barədə protokol tərtib edilərək hamı tərəfindən, o cümlədən onun tərəfindən protokol imzalanmışdır. Məhkəmə zamanı şahid qismində dindirilmiş Binəqədi rayon polis idarəsinin 40-cı polis bölməsinin cinayət-axtarışı üzrə əməliyyat müvəkkili Şahid1 Şahid2 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişdir. Məhkəmə zamanı müdafiə tərəfinin vəsatəti əsasında Təqsirləndirilən şəxs saxlanılması vaxtının müəyyən edilməsi məqsədi ilə Təqsirləndirilən şəxs məhkum olunduğu azadlığın məhdudlaşdırılması cəzasını icra edən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Probasiya Xidmətindən Abşeron rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli hökmünün icrası məqsədilə üzərində olan elektron nəzarət vasitəsinin göstəriciləri üzrə 08 mart 2022-ci il saat 00:00-dan 08 mart 2022-ci il saat 11:00-adək olan müddət ərzində Təqsirləndirilən şəxs hansı ünvanlarda olmasına dair məlumatların alınması barədə sorğu göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinin 19 oktyabr 2022-ci il tarixli 21/1-715 №-li məktbundan və ona əlavə edilmiş hərəkət trayektoriyalarına dair elektron monitorinq sistemindən çıxarışlardan görünür ki, məhkum Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, üzərinə Bakı şəhəri və Abşeron rayon ərazi hüdudlarını tərk etməmək, saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək və həmin vasitələrin işlək vəziyyətdə saxlanılması üçün onlara xidmət etmək vəzifələri qoyulmuşdur. Elektron monitorinq sistemi üzrə izləmə məlumatlarından göründüyü kimi, məhkum Təqsirləndirilən şəxs xx.xx.2022-ci il saat 00:00-da yaşadığı ünvanı tərk edərək ünvan 3ında olmuş, saat 00:22-də oranı tərk edərək Bakı-Şamaxı yolu ilə Sumqayıt şəhərini birləşdirən magistral yolla hərəkət etmiş, saat 00:38-də Sumqayıt şəhərinin girişində olan Azpetrol yanacaq doldurma məntəqəsinə, saat 00:44 radələrində isə Sumqayıt şəhəri Sülh küçəsi, Koroğlu prospekti ilə hərəkət etməklə Saray bağlarına daxil olmuşdur. Məhkum Təqsirləndirilən şəxs saat 01:01-dən 01:11-dək olan müddətdə Saray bağları, adsız küçədə dayandıqdan sonra Saray qəsəbəsi, Sevil Qazıyeva, Masazır-Novxanı şossesi və Əliağa Vahid küçəsindən istifadə etməklə saat 01:35-də Bakı şəhər ərazi hüdudlarına daxil olmuşdur. Daha sonra 20 Yanvar dairəsi, Moskva prospekti, Mirzağa Əliyev və Səməd Vurğun küçələri, Neftçilər, habelə 8 Noyabr prospektləri ilə hərəkətini davam etdirərək saat 02:01-də 8 Noyabr Prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsində yerləşən “X8”-nun qarşısında dayanmış, saat 02:24-də oranı tərk edərək yenidən 8 Noyabr, Rəşid Behbudov, Bakıxanov küçələri və Moskva prospektindən istifadə etməklə 02:41-də Bakı şəhəri, Nəsimi rayonu, 1-ci mikrorayon ərazisində yolun sağ kənarında yerləşən ictimai iaşə obyektinə daxil olmuşdur. Bundan əlavə məhkum Təqsirləndirilən şəxs izləmə məlumatlarına əsasən bildirilir ki, sözügedən nəzarət subyekti saat 02:51 radələrində oranı tərk edərək Bakı Sumqayıt şossesi istiqamətində yolun sağ hissəsində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsində olmuş, sonra saat 02:57-də hərəkətini davam etdirmiş, Aprel Zəfəri (Xocaşən) yoluna daxil olmuş, həmin yolun sağ hissəsində saat 03:06-dan 03:18-dək dayanmış, Xocahəsən qəsəbəsi, Elçin Əzimov küçəsi və Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi ilə hərəkət etməklə saat 03:25-də 40-cı Polis bölməsinə daxil olmuş, sorğuda qeyd olunan vaxtadək həmin ünvanda olması müəyyən edilmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidməti Təqsirləndirilən şəxs 40-cı polis bölməsinə daxil olması vaxtını 08 mart 2022-ci il tarixdə saat 03:25 kimi təsdiq etmişdir. İşdə olan 08 mart 2022-ci iltarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 40-cı polis bölməsinin təhqiqatçısı Şahid3 tərəfindən azadlığının faktiki məhdudlaşdırıldığı vaxtda, yəni 08 mart 2022-ci il tarixdə saat 10:30-da tutulmuşdur (1-ci cild iş vərəqi 21). Təqsirləndirilən şəxsin saxlanılması vaxtı ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinin məlumatı ilə şübhəli şəxsin tutulması haqqında protokol və 40-cı polis bölməsinin əməkdaşlarının ifadələri arasında uyğunsuzluq yarandığından məhkəmənin təşəbbüsü ilə Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı polis bölməsinin təhiqaqtçısı Şahid3 qeyd edilən məsələnin aydınlaşdırılması məqsədilə əlavə şahid qismində, iş üzrə şahidlər Şahid2 və Salmanlı Vasif oğlu yenidən şahid qismində məhkəməyə dəvət olunaraq dindirilmişlər. Məhkəmə zamanı əlavə şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi RPİ-nin 40cı polis bölməsinin əməliyyat müvəkkili Şahid3 ifadə verərək göstərmişdir ki, şübhəli şəxs Təqsirləndirilən şəxs tutulması haqqında protokolu əməliyyat müvəkilləri Şahid2 və Şahid1 tərəfindən şubhəli şəxs Şeydayev 40-cı polis bölməsinə gətirildiyi vaxt, yəni 08 mart 2022ci il tarixdə saat 11:35-də tərtib etmişdir. Məhkəmə zamanı Təqsirləndirilən şəxs tutulma vaxtı barədə təkrarən şahid qismində dindirilən Binəqədi rayon polis idarəsinin 40-cı polis bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid1 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə göstərdiyi vaxtda, yəni 08 mart 2022-ci il tarixdə saat 10:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində piyada hərəkətdə olarkən saxlamışlar və 40-cı polis bölməsinə dəvət etmişlər. Azərbaycan Respublikası Ədliyyə Naziriyi Probasiya Xidmətinin məlumatında Təqsirləndirilən şəxs 40-cı polis bölməsinə daxil olma vaxtının 08 mart 2022-ci il 03:25 kimi göstərilməsinin səbəbini bilmədiyini göstərmiş və Probasiya xidmətinin məlumatının səhv ola biləcəyi ehtimalını irəli sürmüşdür. Məhkəmə zamanı Təqsirləndirilən şəxs tutulma vaxtı barədə təkrarən şahid qismində dindirilən Binəqədi rayon polis idarəsinin 40-cı polis bölməsində cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş və tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən, ekspert rəylərini və digər sənədləri də sübut kimi qəbul edir. İşdə olan məhkəmə-kimyəvi ekspertizası üzrə 08 mart 2022-ci il tarixli 6/1377 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №234” möhür əksi, “...Təqsirləndirilən şəxs..”və s sözlər, imzalar olan zərfdəki 11 ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 12,812qram, 11,054qram, 0,404qram, 0,403qram, 0,446qram, 0,419qram, 0,463qram, 0,469qram, 0,487qram, 0,494qram, 0,214qram, ümumi təmiz çəkiləri 27,665 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 11 bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər; 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,229qram, 4,397qram, ümumi təmiz çəkiləri 4,626qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir, 2 bükümdəki metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı İ), Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı İ) daxildir (1-ci cild iş vərəqi 41-45). İşdə olan məhkəmə-narkoloji ekspertizası üzrə 25 may 2022-ci il tarixli 2764 №-ti ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (1-ci cild iş vərəqi 116- 117). İşqdə olan ambulator məhkəmə-psixiatrik ekspertizası üzrə 23 may 2022-ci il tarixli 1328 №-li ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə özünə və ətrafdakılara qarşı təhlükə kəsb etmir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür (1-ci cild iş vərəqi 119-120). İşdə olan 08 mart 2022-ci il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini təklif edilmişdir. Bu təklifdən sonra sonra Təqsirləndirilən şəxs əynində göy rəngli şalvarın sağ yan cibində olan “Samsung” markalı mobil telefonu, həmin şalvarın sol yan cibində olan üzərində “attenti” yazısı olan cihazı və üzərinə geydiyi qara rəngli gödəkcənin sol yan döş içəri cibində olan 13 (on üç) ədəd sellefan bükümü təqdim etmişdir. Sorğu sual zamanı Təqsirləndirilən şəxs bildirir ki, həmin 13 (on üç) ədəd şəffaf sellefan bükümün 11 (on bir) ədədinin içərisində olan maddə narkotik vasitə «kokos», 2(iki) ədəd sellefan bükümün içərisində olan maddə isə narkotik vasitə adlanan «patıdır», həmin narkotik maddələri xx.xx.20222-ci il tarixdə saat 02:00 radələrində Abşeron rayonu Saray qəsəbəsi ərazisində mobil nömrəsi +**********90 olan əvvəllər də narkotik vasitə aldığı tanımadığı X3 vətəndaşından şəxsi istifadəsi və satış məqsədi ilə alaraq üzərində gəzdirmiş, həmin X3 vətəndaşını gödrmədiyini onunla sadəcə WhatsApp vasitəsilə əlaqə saxladığını və həmin şəxsin narkotik vasitənin Saray qəsəbəsi ərazisində tanımadığı əraziyə qoyaraq həmin yerin şəklini çəkib atdıqdan sonra həmin ərazidən götürmüş, həmin narkotik vasitənin pulunu isə satıb qurtardıqdan sonra tanımadığı İran İslam Respublikasının vətəndaşına verəcəkdir. Bundan sonra bükülü zərfə qoyularaq qablaşdırılmışdır (1-ci cild iş vərəqi 33-35). İşdə olan 10 mart 2022-ci il tarixli DVD disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Binəqədi RPİ-nin 40-cı PB-nin təhqiqatçısı polis baş leytenantı Şahid3 tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs şəxsi axtarışı və götürmə aparılması zamanı Azərbaycan Respublikası CPM-in 246.3, 242-247-ci maddələrinə uyğun olaraq aparılmış videoçəkilişin yazıldığı 1 (bir) ədəd DVD diskə müstəntiqin xidməti kompüterinin DVD qurğusu vasitəsi ilə baxış keçirilərkən, şəxsi axtarış və götürmənin prosessual tələblərə uyğun və protokolda əks olunmuş qaydada aparıldığı bir daha müəyyən edilmişdir (1-ci cild iş vərəqi 82-84). İşdə olan 13 iyun 2022-ci il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsung A12” markalı mobil telefona baxış keçirilmişdir. Telefonda quraşdırılmış WhatsApp ünsiyyət proqramına baxış keçirilmişdir. Baxış zamanı nömrələr arasında +98 910 *** **** nömrəsi (İran İslam Respublikasına məxsus nömrə) aşkar edildi. Həmin nömrə ilə səs mesajlarından aydın olur ki, İİR vətəndaşı Təqsirləndirilən şəxs narkotik vasitə satır, Təqsirləndirilən şəxs narkotik vasitələri həmin şəxsin göstərdiyi ünvanlarda gizlədilmiş yerlərdən narkotik vasitələri götürür və daha sonra əldə etdiyi narkotik vasitələri satır. Səs mesajlarına qulaq asdıqdan sonra Təqsirləndirilən şəxs bildirir ki, “Samsung A12” markalı telefon onun özünə məxsusdur, +98 910 *** **** nömrəsi adını bilmədiyi İran İslam Respublikasının vətəndaşına məxsusdur, həmin nömrə vasitəsi ilə onunla əlaqə saxlayırdı. Həmin şəxsin kartına pul köçürdükdən sonra həmin şəxsin qeyd etdiyi ünvanlardan narkotik vasitələri götürüb, narkotik vasitənin bir qismini özü istifadə edirdi, qalan hissəsini isə satırdı. Gələn səs mesajlarında olan səslər İran İslam Respublikasının vədəndaşına, gedən mesajlar isə özünə məxsusdur. X9 Respublikasının vətəndaşı onu Rəşid adlı ilə çağırırdı (1-ci cild iş vərəqi 123-126). İşdə olan 15 iyun 2022-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs üstündən aşkar edilib götürülmüş ümumi təmiz çəkisi 27,665 qram olan və tədqiqata sərf edildikdən sonra qalan qalığı, yəni 27,555 qram çəkidə narkotik vasitə heroin, ümumi təmiz çəkisi 4,626 qram olan və tədqiqata sərf edildikdən sonra qalan qalığı, yəni 4,526 qram çəkidə olan psixotrop maddə metamfetamin, həmçinin Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması zamanı Azərbaycan Respublikası CPM-nin 246.3, 242-247-ci maddələrinə uyğun olaraq aparılmış videoçəkilişin yazıldığı 1 (bir) ədəd DVD disk, +98 910 *** **** nömrə ilə Təqsirləndirilən şəxs arasında oian səs mesajları, mesajlar və şəkillərin yazıldığı 1 (bir) ədəd CD disk, Təqsirləndirilən şəxs məxsus “Samsung A12” markalı mobil telefon maddi sübut kimi tanınmış, narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və mobil telefon Binəqədi RPİ-də saxlanılır, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və gütürmə keçrilən zaman çəkilmiş video görüntünün olduğu 1 ədəd CD disk və +**********90 mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs arasında olan səs mesajları, SMS-lərin və şəkillərin köçürüldüyü 1 ədəd SD disk cinayət işninin materiallarına əlavə edilmişdir (1-ci cild iş vərəqi 127-128). İşdə olan AZ-İ seriyalı 767411 №-di nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs evlidir (1-ci cild iş vərəqi 149). İşdə olan AA seriyalı ******* №li, AA seriyalı ******* №-li və AA seriyalı ******* №-li şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 26 aprel 2012-ci il, 26 avqust 2013-ci il və 14 avqust 2018-ci il tarixlərdə anadan olmuş 3 azyaşlı uşağı vardır (1-ci cild iş vərəqi 150). İşdə olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və X1 İdarəsi tərəfindən verilmiş 24 may 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayon məhkəməsinin 15 aprel 2021-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 3 il 4 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (1-ci cild iş vərəqi 105-107). İşdə olan Sumqayıt şəhəri üzrə İcra və Probasiya şöbəsinin 02 dekabr 2022-ci il tarixli 2/2/3 5564 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 1 (012)-158/2021 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il 04 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, həmin hökm və onun icrası barədə göstəriş icra olunması üçün 18 may 2021-ci il tarixdə Sumqayıt şəhər probasiya şöbəsinin icraatına daxil olmuş və məhkum Təqsirləndirilən şəxs 18 may 2021-ci il tarixdə şöbədə qeydiyyata alınmışdır. Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 7(012)- 38/2022 nömrəli qərarı ilə “8 Noyab - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 5-ci bəndinə əsasən Təqsirləndirilən şəxs cəzası 1 il azaldılmış və cəzanın 1 il 6 ay 26 günü çəkilməmiş olaraq qalmışdır. Azərbaycan Respublikası CM-in 15-ci maddəsinə əsasən həmin məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət az ağır cinayətlər kateqoriyasına aiddir. Həmin məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Bununla da Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə təqsirləndirildiyi cinayət əməllərini törətdiyi tarixdə, yəni 08 mart 2022-ci il tarixdə cəzasını çəkib qurtarmamış və məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası CM-in 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Bununla da Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildiyi səbəbindən əməlində cinayətlərin residivi müəyyən edilməmişdir. İşdə olan şübhəli şəxsin tutulması haqqında 08 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild iş vərəqi 24). İşdə olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli 08 mart 2022-ci il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 91-94). Bakı Ağır Sinayətlər Məhkəməsinin 15 iyul 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmuyuna əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində cəmi 0,5 qram çəkidə narkotik vasitə heroin olması, üzərində başqa qanunsuz heç nə olmaması, polis bölməsində polis əməkdaşlarının təsiri və təzyiqi ilə əvvəlcədən üzərinə qoyulmuş 13 ədəd bükümü videoçəkiliş aparılarkən çıxararaq təqdim etməsi və polis əməkdaşlarının təzyiqi nəticəsində etirafedici ifadələr verməsi, həmin bükümlərin ona məxsus olmaması, İran vətəndaşından ancaq öz istifadəsi üçün narkotik vasitələr alması və heç vaxt satışını həyata keçirməməsi barədə məhkəmə zamanı verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi məsuliyyətin yüngülləşdirmək üçün özünü müdafiə xarakteri daşıyır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Van de Hark Niderlanda qarşı işində məhkəmə 51(b)-ci bəndində qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. Belə ki, Təqsirləndirilən şəxs ilkin izahat və ifadələrində, o cümlədən 10 mart 2022-ci il tarixdə müstəntiq tərəfindən təqsirləndirilən şəxs qismində dindirilərkən üzərində cəmi 13 bükümdə olmaqla narkotik vasitə heroin və psixotrop maddə aşkar olunmasını və həmin maddələrin satışını təşkil etməsini etiraf etmiş, həmçinin barəsində qətimkan tədbiri seçilməsi üçün 10 mart 2022-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə aparılarkən işə baxan hakimə polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması, təzyiq nəticəsində etirafedici ifadələr verməsi, narkotik vasitələrin satışı ilə məşğul olmaması barədə bildirməmiş, əksinə ona qarşı irəli sürülən ittihamda göstərilən əməli törətdiyini etiraf etmiş və əməlindan peşiman olduğunu göstərmişdir (1-ci cild iş vərəqi 71- 72 və 92). Bundan başqa 08 mart 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokol və məhkəmə-kimyəvi ekspertizası üzrə 08 mart 2022-ci il tarixli 6/1377 saylı ekspert rəyi ilə Təqsirləndirilən şəxs saxlanılarkən üzərində cəmi 0,5 qram narkotik vasitə olması barədə məhkəmə zamanı verdiyi ifadəsi tam təkzib olunmuşdur. Eyni zamanda cinayət işinin materiallarına əlavə edilmiş +**********90 mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs arasında olan səs mesajları, SMS-lər və şəkillərin yazıldığı CD diskə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxslə qeyd edilən mobil telefon nömrəsinin sahibi olan İran vətəndaşı ilə narkotik vasitələrin və psixotrop maddələrin günün əsasən gecə saatlarında müxtəlif yerlərdən götürülməsi ilə bağlı söhbətlər aparılmış, Təqsirləndirilən şəxs narkotik vasitələrin qoyulduğu yerlərin ünvanları və həmin yerin şəkilləri göndərilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinin 19 oktyabr 2022-ci il tarixli 21/1-715 №-li məktubundan və ona əlavə edilmiş hərəkət trayektoriyalarına dair elektron monitorinq sistemindən çıxarışlardan da görünür ki, Təqsirləndirilən şəxs sorğu edilən cəmi 1 gün ərzində yəni 08 mart 2022-ci il tarixdə saat 00:00-dan saat 03:25-dək məhkum edildiyi azadlığın məhdudlaşdırılması cəzası ilə üzərinə qoyulmuş saat 23:00-dan saat 07:00-dək yaşayış yerin tərk etməmə vəzifəsini pozaraq yaşadığı Müşfiqabad qəsəbəsindən çıxaraq Sumqayıt şəhərinin müxtəlif əraziləri ilə hərəkət edərək Saray bağlarına gəlmiş, oradan Xırdalan şəhərinə getmiş, oradan Bakı şəhəri ərazi hüdudlarına daxil olmuş, Bakı şəhərində 20 Yanvar dairəsi, Moskva prospekti, Mirzağa Əliyev və Səməd Vurğun küçələri, Neftçilər, 8 Noyabr prospektləri ilə hərəkətdə olmuş, dəfələrlə müəyyən yerlərdə 15-20 dəqiqə dayanaraq hərəkət etməmiş, bundan sonra Xocəhəsən qəsəbəsinə getmiş və sonda polis əməkdaşları tərəfindən saxlanılmışdır. Məhkəmə təqsirləndirilən şəxsin gecə saatlarında bir-birindən uzaq məsafədə olan ərazilərdə hərəkətdə olmasını, dayanacaqlar edərək kimləri və ya nəyi isə gözləməsini, həmçinin +**********90 mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs arasında olan səs mesajları, SMS-lər və şəkillərin olmasını məhz narkotik vasitələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə əlaqəli olması qənaətinə gəlir. Qeyd olunanlar bir daha sübut edir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 11 ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 12,812 qram, 11,054 qram, 0,404 qram, 0,403 qram, 0,446 qram, 0,419 qram, 0,463 qram, 0,469 qram, 0,487 qram, 0,494 qram, 0,214 qram, ümumi təmiz çəkiləri 27,665 qram olan kustar üsulla hazırlanmış narkotik vastə heroin, külli miqdarda 02 ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,229 qram, 4,397 qram, ümumi təmiz çəkiləri 4,626 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə etmiş, saxlamış və daşımışdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəktələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. http://eqanun.az/alpidata/code/data/0/c_c_11.htm Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları o cümlədən şəxsiyyətini səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himyəsində 3 azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə kollegiyası işin hallarına əsasən, Azərbaycan Respublikası CM-in tələblərinə riayət etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsinə və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqla preventiv rol oynamasını və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, qanuni əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir. Məhkumun islah edilməsi - cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumun yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-in 8 və 9-cu maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təsadüfi deyil ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik nomalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci siyahı narkotik vasitələr, 2-ci siyahı psixotrop maddələr)» əsasən narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin külli miqdarının aşağı həddi isə 2 qram müəyyən edilmişdir; Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitə heroinin çəkisi 27,665 qram və psixotrop maddə metamfetaminin çəkisi 4,626 qram olduğundan külli miqdar təşkil edir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən halın olmasını, həmin Məcəllənin 61.1-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun cəza çəkmədən islah olunmasını mümkün saymır və törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs münasibətdə Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halların müəyyən edilməməsi, onun barəsində Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiqini istisna edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu 08 mart 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halın olmasını və cəzasını ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, həmin Məcəllənin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən Binəqədi rayon məhkəməsinin 26 noyabr 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla və hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti cəza təyin etməyi, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasının çəkilməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinin müəyyən edilməsini, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza çəkməsinin başlanğıcının tutulduğu 08 iyul 2022-ci il tarixdən hesablanmasını cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. İşdə olan ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə 25 may 2022-ci il tarixli 2764 №-li ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görüldüyündən, Təqsirləndirilən şəxs narkomaniyadan tibbi xarakterli məcburi müalicə tədbirləri təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünə məxsus “Samsung A12” markalı mobil telefonla narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar çox saylı danışıqlar apararaq mobil telefondan cinayətin törədilməsində vasitə kimi istifadə etdiyindən Azərbaycan Respublikasının CM-in 99-1.1.1 və 99-1.1.2-ci maddələrinə əsasən “Samsung A12” markalı mobil telefon xüsusi müsadirə edilməlidir. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 30cu bəndinə əsasən Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlar, güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2005-ci il tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası” və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi mədsədə uyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibb məqsədləri üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməli və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir. İşdə olan məhkəmə-kimyəvi ekspertizası üzrə 08 mart 2022-ci il tarixli 6/1377 saylı ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 27,665 qram narkotik vasitə heroin və 4,626 qram psixotrop maddə metamfetamin kustar üsulla hazırlanmışlar. Qeyd olunanlara əsasən hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Bakı şəhəri Binəqədi RPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan 27,555 qram narkotik vasitə heroin və 4,526 qram psixotrop maddə metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs məxsus “Samsung A12” markalı mobil telefon xüsusi müsadirə edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və gütürmə keçirilən zaman çəkilmiş video görüntünün olduğu 01 ədəd CD disk və +**********90 mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs arasında olan səs mesajları, SMS-lərin və şəkillərin köçürüldüyü 1 ədəd CD disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-in 346.1.2 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə məsrəfləri - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatın dəyəri 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinin 19 oktyabr 2022-ci il tarixli 21/1-715 №-li məktubu ilə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən 08 mart 2022-ci il tarixdə saat 03:25-də saxlanılması təsdiq edildiyindən Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı polis bölməsinin təhqiqatçısı Şahid3 08 mart 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokolu saat 11:35-də tərtib etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinin tələblərini pozmuş, bu səbəbdən təhqiqatçı Şahid3 barəsində xüsusi qərar çıxarılmalı və xüsusi qərar icra olunması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən Binəqədi rayon məhkəməsinin 26 noyabr 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 3 il 04 ay 12 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi - 1 il 6 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 9 ay 13 gün azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 08 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar – Bakı şəhəri Binəqədi RPİnin maddi sübutların saxlanması otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 27,555 qram çəkidə narkotik vasitə heroin və 4,526 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin, Təqsirləndirilən şəxs məxsus “Samsung A12” markalı mobil telefon xüsusi müsadirə edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və gütürmə keçrilən zaman çəkilmiş video görüntünün olduğu 01 ədəd CD disk və +**********90 mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs arasında olan səs mesajları, SMS-lərin və şəkillərin köçürüldüyü 1 ədəd SD disk cinayət işində saxlanılsın. İş üzrə məhkəmə məsrəfi - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatının dəyəri 110 manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. Bakı şəhəri Binəqdi RPİ-nin 40-cı polis bölməsinin təhqiqatçısı Şahid3u barəsində xüsusi qərar çıxarılsın və xüsusi qərar icra olunması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilsin. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Məhəmməd Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar