Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-159/2024 22.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Məcidov X12 və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibləri X2 və X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı1, müdafiəçi - Bakı şəhəri “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxx 1994-cü ildə Dəvəçi rayonu (Şabran rayonu), Aygünlü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, fərdi əməklə məşğul olmuş, Dəvəçi rayonu, Aygünlü kəndində qeydiyyatda olan, həbs olunanadək Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Şirvan yaşayış sahəsi, Yataqxana 1, ev 27-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 03 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin əldə etmiş, saxlamış və daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, o, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən külli miqdarda ümumi təmiz çəkisi 2,651 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 2,342 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini alaraq əldə edib, daşımaqla üzərində saxlamış və Azərbaycan Respublikası DİN-nin ƏÇPA-nm 7-ci Patrul Bölüyünün əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə, saat 10:00-da özünü şübhəli aparması və üzərində narkotik vasitə olmasını etiraf etməsi səbəbindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsində yerləşən “Tosoil” YDM-nin yaxınlığında saxlanılıb ünvan 1 ünvanında yerləşən Suraxanı RPİ-nin 32-ci Polis bölməsinin inzibati binasına gətirilərək orada üzərində şəxsi axtarış və götürmə həyata keçirilən zaman onun əynində olan yaşıl rəngli gödəkçənin sol yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 2,651 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 2,342 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, xx.xx.2022-ci il tarixdə, axşam saat 20:00 radələrində öz tanışı ilə görüşmək məqsədilə Suraxanı rayonuna getmək üçün yaşadığı evi tərk etmiş və təxminən saat 21:00 radələrində tanışı ilə görüşmüşdür. Bir müddət sonra o, evə qayıtmaq üçün taksi sifariş vermiş və “Tosoil” YDM-in yanında gözləmişdir. Bu zaman qara rəngli “Kia” markalı avtomobil və Post Patrul Xidməti avtomobili onun yanında saxlamışdır. Həmin avtomobillərin içərisindən bir neçə şəxs düşərək onu həmin yerdə, yəni “Tosoil” YDM-in yanında fiziki güc tətbiq edərək və döyərək avtomobilə əyləşdirmişlər. Həmçinin o, polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qaldığı anlar “Tosoil” YDM-in videomüşahidə kameralarında qeydə alınmışdır. O, Polis bölməsinə aparılana qədər polis əməkdaşları 4 (dörd) müxtəlif yerdə saxlayaraq ona qarşı fiziki təzyiq göstərmişlər. Həmçinin yolun kənarında yerləşən zavodun yaxınlığında da ona polis əməkdaşları tərəfindən fiziki təzyiq göstərilən zaman həmin zavodun mühafizəçisi əlində fənər ilə onlara yaxınlaşaraq nə baş verdiyini soruşmuşdur. Bu zaman polis əməkdaşları yüksək səs tonu ilə mühafizəçiyə oranı tərk etməsini bildirmişlər. O, Polis bölməsinə aparıldıqdan sonra da ona fiziki təzyiq göstərərək 1 (bir) gecə həmin Polis bölməsində saxlamışlar. Növbəti gün ona hazır sənəd təqdim etmişlər. O, həmin sənədin nə olduğunu soruşduqda isə ona həmin sənədi imzalamağını və Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə ittiham olunacağını bildirmişlər. Onun qarşısına ayrı-ayrılıqda 20 (iyirmi) qram və 5 (beş) qram narkotik vasitə qoyaraq həmin narkotik vasitələri üzərinə götürməyini ona bildirmişlər. Bununla yanaşı videoçəkiliş vasitəsi ilə onu üzərinə axtarış keçirilən zaman müdafiəçi belə iştirak etməmişdir. O, 03 saylı İstintaq Təcridxanasına təhvil verildikdən sonra Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsilə ittiham olunduğunu bilmişdir. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq elan olunmuş ittiham üzrə ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməməsi, polis əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə saxlanılması, saxlanıldığı zaman üzərində narkotik vasitə və psixotrop maddə olmaması, habelə polis əməkdaşları tərəfindən saxlanılarkən polis əməkdaşlarının qanunsuz hərəkətlərinə məruz qalması ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi, işin faktiki halları və cinayət işinin materiallarında olan mötəbər sübutlarla təkzib edilən, eləcə də yalan ifadə kimi qiymətləndirir və təqsirləndirilən şəxsin bu hissədə məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Belə ki, məhkəmə istintaqında ətraflı və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs öz müdafiəsi ilə əlaqədar iddia etdiyi halların həqiqət olmasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan azad olmaq məqsədi güdmüşdür. Təqsirləndirilən şəxs məhkəmə istintaqında vermiş olduğu ifadəsi ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi arasında əhəmiyyətli ziddiyyət olduğundan məhkəmə istintaqında onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında elan edilmiş ifadəsindən məlum olmuşdur ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitələrin aludəçisi olduğu üçün bir müddətdir ki, “kakos” və “şüşə” kimi tanıdığı narkotik maddələrdən istifadə edir. O, həmin narkotik maddəni Bakı şəhərində müxtəlif ərazilərdə tanımadığı şəxslərdən öz şəxsi istifadəsi üçün alıb istifadə etmişdir. Sonuncu dəfə o, 28 sentyabr 2022-ci il tarixdə İran İslam Respublikasının vətəndaşı olan tanımadığı şəxsdən zaklatka yolu ilə sifariş etdiyi narrkotik maddələri Suraxanı rayonunda “Tosoil” YDM-nin yaxınlığında götürmüş və 85 manat ödəniş etmişdir. O, aldığı həmin narkotik maddələrdən bir qədər istifadə etmiş, qalanını isə sonra istifadə etmək üçün üzərində saxlamışdır. 29 sentyabr 2022-ci il tarixdə, təxminən saat 10:00 radələrində o, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “Tosoil” YDM-nin yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər və onun şəxsiyyəti barədə maraqlanmışlar. O, polis əməkdaşlarını gördüyü zaman qorxmuş və polis əməkdaşları bunu görüb onu sorğu-sual etmişlər. O da həyəcanlanmış və üzərində narkotik maddələr olduğunu etiraf etmişdir. Bundan sonra polis əməkdaşları onu ərazi üzrə Suraxanı RPİ-nin 32-ci PB-nə dəvət etmişlər. O isə polis əməkdaşları ilə birlikdə 32-ci PB-nə getmişdir. Suraxanı RPİ-nin 32-ci PB-də onun şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları videoçəkiliş aparılmaqla onun üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. O da buna etiraz etməmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, vəkil dəvət edilmiş, sonra isə polis əməkdaşları xidməti otaqların birində videoçəkilişlə onun üzərinə baxış keçirmişlər. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmişdir. O da üzərində, yəni əynində olan yaşıl rəngli gödəkçənin sol yan cibində olan 2 (iki) ədəd bükümü və 1 (bir) ədəd özünə məxsus “Redmi” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Soğru-sual zamanı o, həmin 2 (iki) bükümlərdən birinin içində “kakos” kimi tanıdığı və digər bükümdə isə “şüşə” kimi tanıdığı narkotik maddələr olmasını, həmin vasitələri 28 sentyabr 2023-cüil tarixdə İİR-nın vətəndaşı olan tanımadığı şəxsdən zaklatka yolu ilə cəmi 85 manata aldığını bildirmişdir. Ondan aşkar edilmiş 02 ədəd bükümlər polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf onun və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra ona yaşadığı evə baxış keçirilməsinə etirazının olub-olmadığı soruşulmuş və o da etirazının olmadığını bildirmişdir. Bundan sonra onun və vəkilin iştirakı ilə yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı onun evindən qanunsuz hər hansı bir əşya və ya maddə aşkar edilməmiş və götürülməmişdir. Daha sonra isə bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf onun və iştirakçılar tərəfindən imzalanmışdır. O, heç vaxt narkotik maddələrin satışı ilə məşğul olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs tutulmasında iştirak etmişdir. O, ibtidai istintaq zamanı verdiyi olduğu ifadəsini xatırlamır, buna görə də hadisəni məhkəmədə danışa bilmir. İbtidai istintaq zamanı vermiş olduğu ifadəsini xatırlamamasının səbəbi onun xidmət etdiyi ərazidə çoxlu sayda hadisələrin baş verməsidir. Verilmiş suallara cavab olaraq Şahid3 bildirmişdir ki, o, həqiqətən Təqsirləndirilən şəxs tutulmasında iştirak etmiş, Təqsirləndirilən şəxs üzü ona tanış gəlir, sadəcə hadisə bir qədər əvvəl baş verdiyindən, eləcə də onun xidmət etdiyi ərazidə bu tip hadisələr teztez baş verdiyindən ibtidai istintaq zamanı verdiyi ifadəsini xatırlamır, lakin həmin ifadəni təsdiq edir. Şahid3 məhkəmə istintaqında faktiki olaraq ifadə verməsə də, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyindən onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsinin elan edilməklə tədqiq edilməsinə zərurət yaranmışdır. Belə ki, Şahid3 məhkəmə istintaqında elan edilmiş ifadəsindən məlum olmuşdur ki, Azərbaycan Respublikası DİN-nin X9 Alayının 7-ci Patrul Bölüyünün polis nəfəri vəzifəsində çalışır. 29 sentyabr 2022-ci il tarixdə o, iş yoldaşları Şahid1 və Şahid2la birlikdə onlara təhkim olunmuş Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində xidməti ərazidə xidmət aparan zaman Qaraçuxur qəsəbəsində yerləşən “Tosoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında bir nəfər şəxsin özünü şübhəli aparmasını görmüşlər. Onlar həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər və həmin şəxsdən şəxsiyyəti barədə maraqlanmışlar. Həmin şəxs özünü Ceyhun adı ilə özünü onlara təqdim etmişdir. Onlar həmin şəxsi sorğu-sual etdikdə həmin şəxs qeyri-adekvat və narahat şəkildə cavablar verməyə başlamışdır. Onlar həmin şəxsə hansı səbəbdən narahat olmasını soruşduqda, narkotik vasitə istifadəçisi olduğunu və hazırda da üzərində narkotik vasitə olması səbəbindən narahat olduğunu bildirmişdir. Bu zaman onlar həmin şəxsə üzərində şəxsi axtarış aparılmasının zəruri olduğunu bildirərək ərazi üzrə 32-ci PB-nə dəvət etmişlər. Həmin şəxs də razılaşmış və onlarla birlikdə 32-ci PB-nə gəlmişdir. 32-ci PB-də həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. 32-ci Polis Bölməsində xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına müdafiəçi dəvət edilmiş və sonra isə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs əynində olan yaşıl rəngli gödəkçəsinin sol yan cibindən 02 ədəd bükümü və 01 ədəd “Redmi” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Ondan təqdim etdiyi bükümlərin içərisində nə olması, nə vaxt kimdən və hansı üsulla əldə etməsi barədə soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs həmin 2 (iki) ədəd bükümlərdən birinin içərisində heroin, digər bükümün içərisində isə şüşə, yəni metamfetamin kimi tanıdığı narkotik maddələr olduğunu, həmin narkotik maddələrin özünə məxsus olmasını, həmin narkotik maddələri 28 sentyabr 2022-ci il tarixdə axşam saatlarında İİR-nın vətəndaşı olan tanımadığı şəxsdən 85 manat ödəyərək zaklatka yolu ilə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən “Tosoil” YDM-nin yanından götürdüyünü və həmin narkotik maddələri öz şəxsi istifadəsi üçün əldə edib üzərində saxladığını bildirmişdir. Bundan sonra aşkar edilmiş həmin 02 ədəd büküm və 01 ədəd mobil telefon götürülərək qablaşdırılmışdır. Sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etirazının olubolmaması barədə sual verilmiş və Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs və sonuncunun vəkilinin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında yerləşən mənzilə baxış keçirilmişdir. Baxış zamanı həmin mənzildən qanunsuz hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Axırda isə mənzilə baxış keçirilməsi barədə protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı RPİ-nin 32-ci PB-də olduğu zaman Təqsirləndirilən şəxs qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Şahid qismində dindirilməsi məqsədi ilə Şahid1 məhkəmə iclasına dəvət edilsə və məhkəmədə ifadə versə də, onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsinin elan edilməklə tədqiq eidlməsinə zərurət yaranmışdır. Lakin cinayət işinin 1-ci cildinin, 94-97-ci vərəqələrində olan şahidin dindirilməsi haqqında protokoldan məlum olmuşdur ki, göstərilən şahidə aid olması güman edilən dindirmə haqqında protokol ifadə verən şəxs tərəfindən imzalanmamışdır. Bu səbəbdən də Şahid1 məhkəmə istintaqında dindirilməsi məqsədəmüvafiq hesab edilməmiş, onun məhkəmədə verdiyi məlumatların isə mötəbər sübut kimi nəzərə alınması mümkün olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Suraxanı RPİ-nin ƏÇPA-nın 7-ci Patrul Bölüyündə polis nəfəri vəzifəsində xidmət edir. Onlar Təqsirləndirilən şəxs saxladıqdan sonra sonuncunu Suraxanı RPİ-nə təhvil vermişlər və bu barədə rəhbərliyə raportla müraciət edilmişdir. Baş vermiş hadisənin təfərrüatı onların Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin 32-ci Polis bölməsinə təhvil verdikləri zaman raportda qeyd edildiyi kimi olmuşdur. Xidməti ərazidə ay ərzində bir çox hadisə baş verir. Hazırkı hadisə də xeyli müddət əvvəl baş vermişdir. Buna görə də o, hadisə ilə əlaqədar hər şeyi tam təfərrüatı ilə xatırlamır. O, hazırda təqsirləndirilən şəxsin adını şəxsən bilir, baş vermiş hadisə raportda necə qeyd edilmişsə, həmin hadisə həmin cür də baş vermişdir. Onlar Təqsirləndirilən şəxs çoxdan tutmuşlar, bundan sonra da bir neçə dəfə başqa şəxslər də onların tərəfindən dəfələrlə saxlanılmışdır. Buna görə də hazırkı hadisə tam təfərrüatı ilə onun yadında qalmamışdır. Səhv etmirsə, onlar təqsirləndirilən şəxsi Qaraçuxur qəsəbəsində səhər saatlarında saxlamışlar. Onlar təqsirləndirilən şəxsi səhər tezdən tutmuşlar, bundan sonra elə səhər saatlarında da sonuncunu Suraxanı RPİ-nin 32-ci Polis bölməsinə gətirmişlər. Təqsirləndirilən şəxsi Suraxanı RPİ-nin 32-ci PB-nə gətirməklərinin səbəbi həmin şəxsin üzərində narkotik vasitə olması olmasıdır. Onlar təqsirləndirilən şəxsdən şübhələndiklərinə görə sonuncunu Suraxanı RPİ-nin 32-ci PB-nə gətirmişlər. Çünki onların hər hansı şübhəli şəxsin üzərinə saxladıqları yerdə baxış keçirmək kimi səlahiyyətləri yoxdur. Onlar şübhəli şəxsə vizual baxış həyata keçirirlər və hər hansı şəxsdən şübhələndikdə, həmin şəxsi Polis bölməsinə dəvət edirlər, sonra Polis bölməsində həmin şəxsin üzərinə baxış keçirirlər. O, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirilərkən orada iştirak etmiş, həmin vaxt təqsirləndirilən şəxsin üzərindən silah çıxmamış, əksinə həmin şəxsin üzərindən narkotik vasitə aşkar edilmişdir. Lakin o, aşkar edilmiş həmin vasitənin tərkibini, novünü bilmir. Aşkar edilmiş narkotik vasitə normal bükümdə olmuş, yəni həmin narkotik vasitə istifadə üçün bükümlərin içində olmuşdur. Təqsirləndirilən şəxsdən təhqiqatçı həmin vasitənin nə olduğunu soruşmuş, amma hadisənin üzərindən çox müddət keçdiyinə görə o, təqsirləndirilən şəxsin təhqiqatçıya nə cavab verdiyini xatırlamır. Onlar təqsirləndirilən şəxsdən şübhələndiyinə görə sonuncunu saxlamışlar. Bu zaman onlar həmin şəxsdən yaşayış yerini, ünvanını, nə işlə məşğul olduğunu soruşmuşlar. Həmin şəxs də həyəcanlı vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs Polis bölməsinə gətirdikdən sonra həmin şəxs üzərində qadağan olunmuş predmetin olduğunu etiraf etmişdir. Onlar təqsirləndirilən şəxsi Polis bölməsinə gətirən zaman həmin şəxs onlara heç bir etiraz etməmiş, eləcə də qaçmağa cəhd göstərməmişdir. Onlar təqsirləndirilən şəxsi öz xidməti maşınları ilə Suraxanı RPİ-nin 32-ci PB-nə gətirmişlər. Təqsirləndirilən şəxsi onlar üçü, yəni o, Şahid1 və Şahid3 ilə birlikdə saxlayaraq Suraxanı RPİ-nin 32-ci PB-nə gətirmişlər. Həmçinin onlar təqsirləndirilən şəxsə heç bir fiziki və psixi təsir göstərilməmişlər. Məhkəmə istintaqında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, Suraxanı RPİ-nin 32-ci Polis şöbəsində təhqiqatçı vəzifəsində işləyir. Təqsirləndirilən şəxs 29 sentyabr 2022-ci il tarixdə səhər saatlarında DİN-in X10 əməkdaşları tərəfindən saxlanılaraq 32-ci Polis bölməsinə gətirlmişdir. Həmin gün saat 11:00-da Təqsirləndirilən şəxs onun tərəfindən tutulmuş və sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində keçirlən şəxsi axtarış zamanı müdafiəçi iştirak etməmişdir. Təqsirləndirilən şəxs tutulduqdan təxminən 30-35 dəqiqə sonra üzərində şəxsi axtarış keçirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs 29 sentabr 2022-ci il tarixdə, saat 10:00-da polis əməkdaşları tərəfindən saxlanılmış və təxminən saat 10:10-da Suraxanı RPİ-nin 32-ci PB-nə gətirilmişdir. Cinayət işinin materiallarında şəxsi axtarışın keçirilməsi barədə videogörüntünün diskə saat 10:30-da yazılmasını, yəni şübhəli şəxsin tutulması barədə protokol tərtib edilməmişdən əvvəl qeydə alınmasını o, belə izah etmişdir ki, şəxsi axtarış və tutma protokolunun vaxtı ilə bağlı olan ziddiyyət kompyuterin saatında olan səhvlə bağlı olmuşdur. Saat fərqi kompyuterin saat fərqinə görə olmuşdur. O, video yazı aparıldıdan dərhal sonra videogörüntünü diskə köçürür. Həmin gün Təqsirləndirilən şəxs yaşadığı evə də baxış keçirilmişdir. Təqsirləndirilən şəxs Sumqayıt şəhərində Zeynalabdin Tağıyev küçəsində yaşamışdır. Təqsirləndirilən şəxs polis əməkdaşları Şahid1, Şahid2 və Şahid3 tərəfindən saxlanılmışdır. O, başqa polis əməkdaşlarının Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etməsini bilmir, bununla bağlı onda məlumat yoxdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, elan edilmiş şahid ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan (cild 01, iş vərəqə 01) görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 10.00-da Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “Tosoil” YDM-in yaxınlığında ƏÇPAnın 7-ci Patrul Bölüyünün polis nəfərləri tərəfindən özünü şübhəli aparması və üzərində narkotik vasitə saxlamasını etiraf etməsi səbəbindən saxlanılaraq 32-ci PB-nə aparılmış, orada üzərinə baxış keçirilmiş və həmin vaxt Təqsirləndirilən şəxs üzərindən narkotik maddəyə bənzər vasitə aşkar edilərək götürülmüş, qeyd edilən fakta görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. xx.xx.2022-ci il tarixli raportdan (cild 1, iş vərəqə 3) görünür ki, ƏÇPA-nın 7-ci PBnin polis nəfərləri Şahid1, Şahid3 və Şahid2 raportla həmin idarənin rəisinə məruzə edərək xx.xx.2022-ci il tarixdə, saat 10.00-da Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsi, “Tosoil” YDM-in yaxınlığında 1 (bir) nəfər şəxsin özünü şübhəli aparmasını gördüklərini, ona görə də həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etdiklərini, həmin şəxsdən kim olduğunu və həmin ərazidə nə etdiyini soruşduqda, adını Ceyhun kimi bildirən şəxs başqa ərazidə yaşadığını bildirsə də, həmin vaxt orada nə etdiyini izah edə bilməmiş və nəticədə şübhəli davranışları daha da artmışdır. Həmin şəxs inzibati ərazidə baş verən oğurluq hadisələrində, eləcə də narkotik vasitələrin istifadəsində şübhəli bilinərək 32-ci PB-nə dəvət olunmuşdur. Həmin gün saat 10:10-da 32-ci PB-nin Növbətçi Hissəsinə təhvil verilən zaman şəxsiyyəti xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs kimi dəqiqləşdirilmiş şəxs üzərində narkotik vasitə olduğunu bildirmişdir. xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 13) görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 20-21) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli ərizədən (cild 1, iş vərəqə 23) görünür ki, Təqsirləndirilən şəxs barəsində keçiriləcək şəxsi axtarışda onun hüquqlarının müdafiəsi məqsədi ilə dəvət edilmiş müdafiəçinin iştirak etməməsinə etiraz etməmişdir. xx.xx.2022-ci il tarixli şəxsi axtarış keçirilməsi və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 22) görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 24-25) görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və həmin vaxt onun əynində olan yaşıl rəngli gödəkcənin sol yan cibindən 2 (iki) ədəd büküm və 1 (bir) ədəd “Redmi” markalı mobil telefon aşkar edilərək götürülmüş, bununla bağlı protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən həmin protokol imzalanaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. xx.xx.2022-ci il tarixli ərizədən (cild 1, iş vərəqə 27) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 4-də yerləşən evə baxış keçirilməsində onun hüquqlarının müdafiəsi məqsədi ilə dəvət edilmiş müdafiəçi X1 iştirak etməməsinə etiraz etməmişdir. xx.xx.2022-ci il tarixli ərizədən (cild 1, iş vərəqə 28) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 4-də yerləşən evinə baxış keçirilməsinə etiraz etməmişdir. xx.xx.2022-ci il tarixli baxış keçirilməsi barədə protokoldan (cild 1, iş vərəqə 29-33) görünür ki, həmin gün Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanında yerləşən evinə baxış keçirilmiş və həmin vaxt evdən dövriyyəsi qadağan edilmiş heç bir vasitə və maddə aşkar edilməmişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/5598 saylı ekspertiza rəyindən (cild 01, iş vərəqə 42-44) görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №196” dairəvi möhür əksi və “...Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddi sübut; şübhəli şəxs: Təqsirləndirilən şəxs-imza; iştirakçılar-imzalar, qablaşdırılan bükümdə təmiz çəkisi - 2,651 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 01 (bir) ədəd bükümdə təmiz çəkisi - 2,342 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ), metamfetamin - Azərbaycan Respublikasım ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildirlər. xx.xx.2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan (cild 01, iş vərəq 55) görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən 1 (bir) ədəd DVD diskə baxış keçirilmiş və həmin görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilmiş, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan yaşıl rəngli gödəkçənin sol yan cibində olan 2 (iki) ədəd bükümü və 1 (bir) ədəd özünə məxsus “Redmi” markalı mobil telefon aşkar edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs həmin 2 (iki) bükümün birinin içində “kakos” kimi tanıdığı, digər bükümdə isə “şüşə” kimi tanıdığı narkotik maddə olduğunu, həmin vasitə və maddəni xx.xx.2022-ci il tarixdə İİR-nın vətəndaşı olan tanımadığı şəxsdən zaklatka yolu ilə cəmi 85 manata aldığını bildirmişdir. xx.xx.2022-ci il tarixli əməlin tövsif edilməsi barədə qərardan (cild 01, iş vərəqi 56) görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilmişdir. xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 01, iş vərəqə 58-59) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2022-ci il tarixli Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-582/2022 saylı qərarından (cild 01, iş vərəqə 80-84) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 2 (iki) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli onun tutulduğu vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmışdır. xx.xx.2022-ci il tarixli Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-672/2022 saylı qərarından (cild 01, iş vərəqə 106-109) görünür ki, həmin gün Təqsirləndirilən şəxs həbsdə qalma müddəti 29 yanvar 2023-cü il tarixədək uzadılmışdır. xx.xx.2022-ci il tarixli mobil telefona baxış keçirilməsi barədə protokoldan və qəbzdən (cild 01, iş vərəqə 110-111) görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman aşkar edilərək götürülmüş 01 ədəd “Xiaomi Redmi” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı həmin mobil telefonda iş üzrə əhəmiyyət kəsb edəcək hər hansı bir yazışma və ya məlumat aşkar olunmamışdır. Eyni zamanda qeyd edilən mobil telefon Təqsirləndirilən şəxs ailə üzvlərinə geri qaytarılmış, bununla bağlı protokol və qəbz tərtib edilərək cinayət işinin materiallarına əlavə edilmişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X11 tərəfindən verilmiş 12643 saylı məktubdan (cild 01, iş vərəqə 112) görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsin 39 nömrəli məcburi-narkoloji ekspertiza rəyindən (cild 01, iş vərəqə 125-126) görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında qərardan (cild 01, iş vərəqə 127-135) görünür ki, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməsi və həmin maddə ilə ona yeni məzmunda ittiham elan edilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.4 və 206.3.2-ci maddələri ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,601 qram təşkil edən narkotik vasitə heroin və qalıq çəkisi 2,292 qram təşkil edən psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınaraq saxlanılması üçün Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilməsi, aşkarlanmış narkotik vasitə və psixotrop maddənin əldə etmə mənbəyinə dair ayrı icraata cinayət işinin ayrılması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 01, iş vərəqə 142-143) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yeni məzmunda ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan (cild 01, iş vərəqə 151-153) görünür ki, Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilərək əvvəlki ifadələrini təsdiq etmiş, habelə İran islam Respublikasının vətədanşından öz istifadəsi üçün narkotik vasitə heroin və psixotrop maddə metamfetamin əldə edərək üzərində saxladığını və xx.xx.2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən və 32-ci Polis bölməsində üzərində şəxsi axtarış həyata keçirilərkən onun əynində olan yaşıl rəngli gödəkçənin sol yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 2,651 qram narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 2,342 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürüldüyünü etiraf etmişdir. Təqsirləndirilən şəxs aid şəxsi işin materiallarından və tibbi kitabçadan (cild 01, iş vərəqə 222-245) görünür ki, Təqsirləndirilən şəxs saxlanılması üçün istintaq təcridxanasına təhvil verilərkən tibbi müayinədən keçmiş, lakin həmin vaxt onun üzərində hər hansı xəsarət və xəsarət izinin olması barədə qeydiyyat aparılmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X4 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermiş, eləcə də ona qarşı irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə və 2-ci Siyahısının 67-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin və təmiz halda 2 (iki) qramdan artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və külli miqdarda psixotrop maddə metamfetamin əldə edib saxlamış və daşımışdır. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Belə ki, məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 10:00-da özünü şübhəli aparması səbəbindən Azərbaycan Respublikası DİN-nin ƏÇPA-nm 7-ci Patrul Bölüyünün əməkdaşları tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsində yerləşən “Tosoil” YDM-nin yaxınlığında saxlanılaraq Suraxanı RPİ-nin 32-ci Polis bölməsinin inzibati binasına aparılmışdır. 32-ci Polis bölməsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və həmin vaxt onun əynində olan yaşıl rəngli gödəkçənin sol yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 2,651 qram narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 2,342 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadədən tamamilə fərqli məzmunda (inkaredici) ifadə verməklə narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə aidiyyətinin olmamasını, ittiham aktında göstərildiyi gün tutulmamasını, bunun əksinə xx.xx.2022-ci il tarixdə axşam saatlarında polis əməkdaşları tərəfindən tutulmasını, saxlanılarkən və 32-ci Polis bölməsinə aparıldıqdan sonra polis əməkdaşlarının fiziki təzyiqinə məruz qalmasını, polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində külli miqdardan narkotik vasitə heroin və külli miqdarda psixotrop maddə metamfetamin olmamasını, polis əməkdaşlarının fiziki təzyiqi nəticəsində ona aid olmayan vasitə və maddənin ona məxsus olmasını etiraf etməsini, təzyiqə dözməyərək polislərin dediyi məzmunda etirafedici ifadə verməyə razı olduğunu bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmədə tutuldugu vaxtı (ittiham aktında göstərilmiş gündən bir gün əvvəl axşam saatlarında tutulduğunu iddia etmiş) və şəraiti mübahisələndirsə də, iddia etdiyi hallarla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Buna baxmayaraq, bu hissədə məhkəmə tərəfindən araşdırma aparılmış və milli mobil operatorları tərəfindən məhkəməyə təqdim edilmiş anten məlumatları əsasında Təqsirləndirilən şəxs iddia etdiyi kimi xx.xx.2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılması nəticəsinə gəlmək mümkün olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təzyiqə məruz qaldığını iddia etdiyindən qeyd edilən hissədə məhkəmə tərəfindən araşdırma aparılmış və əldə edilmiş şəxsi işin materiallarından, eləcə də tibbi kitabçadan məlum olmuşdur ki, o, saxlanılması üçün istintaq təcridxanasına təhvil verilərkən üzərində hər hansı xəsarət izinin olması barədə hər hansı qeydiyyat aparılmamışdır. Bu araşdırma nəticəsində Təqsirləndirilən şəxs məhkəmə istintaqında yalan ifadə verməsi və iddia etdiyi halların həqiqəti əks etdirməməsi təsdiq olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs aid şəxsi iş materialları və tibbi kitabça məhkəmə istintaqında əldə edilib araşdırılarkən müəyyən edilmişdir ki, o, saxlanıldığı istintaq təcridxanasına təhvil verilərkən tibbi müayinədən keçsə də, həmin vaxt onun üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Bu hissədə qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs istintaq təcridxanasına təhvil verilərkən üzərində xəsarətin olmasını və tutularkən polis əməkdaşları tərəfindən fiziki təzyiqə, işgəncəyə və digər formada qeyri-insani rəftara məruz qalmasını bildirməmiş, eləcə də ibtidai istintaqın sonunadək bu barədə heç bir səlahiyyətli orqana müraciət etməmişdir. Eyni zamanda məhkəmə xüsusilə qeyd edir ki, cinayət işinin materiallarına əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutulması, 4 (dörd) aydan çox müddət ərzində ibtidai araşdırma aparılması, bu müddət ərzində onun əməlinin əvvəlcə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi, sonradan Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi, ibtidai araşdırmanın sonunda isə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunmasına baxmayaraq, Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək törətmiş olduğu cinayət əməli barədə ətraflı məlumat vermişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs barəsində uzun müddət ərzində ibtidai araşdırma aparılmasına baxmayaraq, o, külli miqdarda narkotik vasitə heroinin və külli miqdarda psixotrop maddə metamfetaminin ona məxsus olmamasını, eləcə də polis əməkdaşları tərəfindən döyülməsi və işgəncəyə məruz qalmasını bildirməmişdir. O, ilk dəfə bununla bağlı dəlillərini məhkəmədə irəli sürmüş, məhkəmə isə bu hissədə araşdırma aparmaqla, onun iddia etdiyi halların həqiqət olmamasını müəyyən etmişdir. Belə olduğu təqdirdə Təqsirləndirilən şəxs iddia etdiyi kimi onun xx.xx.2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılması və saxlanılan zaman polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalması hallarını məhkəmədə müəyyən etmək mümkün olmamışdır. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs iddia etdiyi halları yoxlayıb və iddia olunan halların həqiqət olmaması nəticəsinə gələrək hesab edir ki, o, məhkəmədə yalan ifadə verərək qanunsuz əməllərinə haqq qazandırmaq və bununla da cinayət məsuliyyətindən yayınmaq məqsədi güdmüşdür. Təqsirləndirilən şəxs həbs edildikdən sonra saxlanıldığı istintaq təcridxanasına təhvil verilərkən üzərində xəsarətin aşkar edilməsi ilə bağlı qeydiyyatın aparılmaması, habelə döyülməsi və işgəncəyə məruz qalması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməməsi onun iddia etdiyi halların həqiqət olmasını istisna edir. Beləliklə, məhkəmə belə nətiəcəyə gəlir ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi hallar, yəni onun polis əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə saxlanılması, saxlanılan zaman döyülməsi və sair formada işgəncəyə məruz qalması halları baş verməmişdir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri var, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, ailədə yeganə qazanc gətirən şəxs olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qəbul edir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilmədi. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, işin digər hallarını, eləcə də aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin çəkisini (nisbətən az olmasını), onun ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, ailədə yeganə qazanc gətirən şəxs olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 29 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsin 39 nömrəli məcburi-narkoloji ekspertiza rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlama otağında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,601 qram təşkil edən narkotik vasitə heroin və qalıq çəkisi 2,292 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilməli, şəxsi axtarışın keçirilməsini özündə əks etdirən 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 92 (doxsan iki) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 29 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,601 qram təşkil edən narkotik vasitə heroin və qalıq çəkisi 2,292 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilsin, şəxsi axtarışın keçirilməsini özündə əks etdirən 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 92 (doxsan iki) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əli Məmmədov Hakimlər Azad Məcidov Səbinə Məmmədzadə
Məhkəmə qərarları › İş №1(101)-159/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-159/2024
22.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver