Məhkəmə qərarları › İş №1(101)-159/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-159/2025

25.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-159/2025 25.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər, X14 (sədrlik edən), X11 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 Zülfiqar oğlunun, Təqsirləndirilən şəxs3 müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4, Təqsirləndirilən şəxs4 müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi6, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 iştirakları ilə xx xxxxxx 2002-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, Salyan rayonu, Yenikənd ərazi dairəsi, Şəkərli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, 23 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)- 667/2023 saylı, 25 sentyabr 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 4(009)-691/2023 saylı, 05 oktyabr 2023-cü il tarixli qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü, 221.3-cü maddələri ilə, xx xxxxxx 2003-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, heç bir yerdə işləməmiş, məhkumluğu olmayan, ünvan 2 ünvanda yaşamış, 14 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)-565/2023 saylı, 16 avqust 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə, xx xxx 2002-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, heç bir yerdə işləməmiş, məhkumluğu olmayan, “Vətən Müharibəsi” iştirakçısı, “Vətən müharibəsi iştirakçısı” medalı, Azərbaycan Respublikası Prezidentinin “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilmiş, ünvan 3 ünvanda yaşamış, 14 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)- 564/2023 saylı, 16 avqust 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə, xx xxxxxx 2001-ci ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, Ağdam rayonunun Kürdlər kəndində qeydiyyatda olmaqla, ünvan 4 ünvanında yaşayan, 19 sentyabr 2023-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4cü, 221.3-cü maddələri ilə təqsirləndirilərək məhkəməyə verilmişdir ondan ötrü ki, o, 12 avqust 2023-cü il tarixdə gecə saat 02:50 radələrində tanışları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs4la mobil telefonla danışan zaman sonuncunun ünvanına nəlayıq ifadələr işlətdiyi üçün Zərərçəkmiş şəxsla Bakı şəhəri Səbail rayonu Şıxov qəsəbəsi ünvan 6 ünvanda yerləşən “Dostluq” restoranının yaxınlığında görüşərkən, adları qeyd edilən tanışları ilə bir qrup şəxs halında birləşib sonuncunun Təqsirləndirilən şəxs4 ünvanına nəlayiq ifadələr işlətməsini cüzi səbəb kimi bəhanə edib, heç bir əsaslı səbəb olmadan, bunu özləri üçün qəbul olunmaz hal hesab edib, öz şəxsiyyətlərini başqalarının fövqündə qoymaqla, hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına, birgəyaşayış və davranış qaydalarına məhəl qoymayaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edib, əsassız mübahisə yaratmaqla hadisə yerinə toplaşan şəxslərin gözləri qarşısında onların da narahatlığına səbəb olmaqla ictimai qaydanı kobud surətdə pozan və şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə əvvəlcə Təqsirləndirilən şəxs4 Zərərçəkmiş şəxs ayağı ilə badalaq verib yerə yıxdıqdan sonra o, silah qismində istifadə etdiyi istintaqa məlum olmayan beysbol dəyənəyi (bita) ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir dəfə zərbə vuraraq xuliqanlıq niyyəti ilə bir zərbənin təsirindən əmələ gələn sonuncunun sağ gözaltı-almacıq nahiyəsinin, sağ yanaq-çənə nahiyəsinin qançırşişkinlikləri və sağ orbitanın (göz yuvasının) bayır divarının basılmış sınığı (sağ göz yuvasının bayır divarı almacıq və əsas sümüyünün böyük qanadlarının göz yuvası səthlərindən təşkil olunmuşdur) və sağ orbitanın distal divarının minimal basılmış sınığı, sağ əng sümüyünün yerdəyişən sınığı, sağ almacıq qövsünün qəlpəli yerdəyişən sınığı ilə müşayiət edilən dərəcəsinə görə həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuş, daha sonra Təqsirləndirilən şəxs3 xuliqanlıq hərəkətlərinin davamı olaraq silah qismində istifadə etdiyi istintaqa məlum olmayan bıçağın arxa hissəsi ilə yerdə uzanıqlı vəziyyətdə olan Zərərçəkmiş şəxs baş nahiyəsinə bir zərbə vuraraq sonuncunun alın nahiyəsinin sağ yarısının əzilmiş-cırılmış yarası ilə müşayiət edilən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül xəsarət yetirmiş, daha sonra isə Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3 əlində olan bıçağı alaraq silah qismində istifadə etməklə eyni vəziyyətdə bıçağın arxa hissəsi ilə Zərərçəkmiş şəxs alın nahiyəsinə eyni yerdən bir neçə zərbə vuraraq sonuncunun alın nahiyəsinin sağ yarısının əzilmiş-cırılmış yarası ilə müşayiət edilən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül xəsarət yetirmiş, bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmiş və xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs2 12 avqust 2023-cü il tarixdə gecə saat 02:50 radələrində tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ilə birlikdə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs4la mobil telefonla danışan zaman sonuncunun ünvanına nəlayıq ifadələr işlətdiyi üçün Zərərçəkmiş şəxsla Bakı şəhəri, Səbail rayonu, Şıxov qəsəbəsi, ünvan 6 ünvanda yerləşən “Dostluq” restoranının yaxınlığında görüşərkən, adları qeyd edilən tanışları ilə bir qrup şəxs halında birləşib sonuncunun Təqsirləndirilən şəxs4 ünvanına nəlayiq ifadələr işlətməsini cüzi səbəb kimi bəhanə edib, heç bir əsaslı səbəb olmadan, bunu özləri üçün qəbul olunmaz hal hesab edib, öz şəxsiyyətlərini başqalarının fövqündə qoymaqla, hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına, birgəyaşayış və davranış qaydalarına məhəl qoymayaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edib, əsassız mübahisə yaratmaqla hadisə yerinə toplaşan şəxslərin gözləri qarşısında onların da narahatlığına səbəb olmaqla ictimai qaydanı kobud surətdə pozan və şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə əvvəlcə Təqsirləndirilən şəxs4 Zərərçəkmiş şəxs ayağı ilə badalaq verib yerə yıxdıqdan sonra Təqsirləndirilən şəxs1 silah qismində istifadə etdiyi istintaqa məlum olmayan beysbol dəyənəyi (bita) ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir dəfə zərbə vuraraq xuliqanlıq niyyəti ilə bir zərbənin təsirindən əmələ gələn sonuncunun sağ gözaltı-almacıq nahiyəsinin, sağ yanaq-çənə nahiyəsinin qançır-şişkinlikləri və sağ orbitanm (göz yuvasının) bayır divarının basılmış sınığı (sağ göz yuvasının bayır divarı almacıq və əsas sümüyünün böyük qanadlarının göz yuvası səthlərindən təşkil olunmuşdur) və sağ orbitanın distal divarının minimal basılmış sınığı, sağ əng sümüyünün yerdəyişən sınığı, sağ almacıq qövsünün qəlpəli yerdəyişən sınığı ilə müşayiət edilən dərəcəsinə görə həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuş, daha sonra Təqsirləndirilən şəxs3 xuliqanlıq hərəkətlərinin davamı olaraq silah qismində istifadə etdiyi istintaqa məlum olmayan bıçağın arxa hissəsi ilə yerdə uzanıqlı vəziyyətdə olan Zərərçəkmiş şəxs baş nahiyəsinə bir zərbə vuraraq sonuncunun alın nahiyəsinin sağ yarısının əzilmiş-cırılmış yarası ilə müşayiət edilən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül xəsarət yetirmiş, daha sonra isə o, xuliqanlıq hərəkətlərinin davamı olaraq Təqsirləndirilən şəxs3 əlində olan bıçağı alaraq silah qismində istifadə etməklə eyni vəziyyətdə bıçağın arxa hissəsi ilə Zərərçəkmiş şəxs alın nahiyəsinə eyni yerdən bir neçə zərbə vuraraq sonuncunun alın nahiyəsinin sağ yarısının əzilmiş-cırılmış yarası ilə müşayiət edilən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül xəsarət yetirmiş, bu hərəkətləri ilə Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs3 12 avqust 2023-cü il tarixdə gecə saat 02:50 radələrində tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs4la mobil telefonla danışan zaman sonuncunun ünvanına nəlayıq ifadələr işlətdiyi üçün Zərərçəkmiş şəxsla Bakı şəhəri, Səbail rayonu, Şıxov qəsəbəsi, ünvan 6 ünvanda yerləşən “Dostluq” restoranının yaxınlığında görüşərkən, adları qeyd edilən tanışları ilə bir qrup şəxs halında birləşib sonuncunun Təqsirləndirilən şəxs4 ünvanına nəlayiq ifadələr işlətməsini cüzi səbəb kimi bəhanə edib, heç bir əsaslı səbəb olmadan, bunu özləri üçün qəbul olunmaz hal hesab edib, öz şəxsiyyətlərini başqalarının fövqündə qoymaqla, hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına, birgəyaşayış və davranış qaydalarına məhəl qoymayaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edib, əsassız mübahisə yaratmaqla hadisə yerinə toplaşan şəxslərin gözləri qarşısında onların da narahatlığına səbəb olmaqla ictimai qaydanı kobud surətdə pozan, və şəxs üzərində zor tətbiq edilmsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə əvvəlcə Təqsirləndirilən şəxs4 Zərərçəkmiş şəxs ayağı ilə badalaq verib yerə yıxdıqdan sonra Təqsirləndirilən şəxs1 silah qismində istifadə etdiyi istintaqa məlum olmayan beysbol dəyənəyi (bita) ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir dəfə zərbə vuraraq xuliqanlıq niyyəti ilə bir zərbənin təsirindən əmələ gələn sonuncunun sağ gözaltı-almacıq nahiyəsinin, sağ yanaq-çənə nahiyəsinin qançır-şişkinlikləri və sağ orbitanın (göz yuvasının) bayır divarının basılmış sınığı (sağ göz yuvasının bayır divarı almacıq və əsas sümüyünün böyük qanadlarının göz yuvası səthlərindən təşkil olunmuşdur) və sağ orbitanın distal divarının minimal basılmış sınığı, sağ əng sümüyünün yerdəyişən sınığı, sağ almacıq qövsünün qəlpəli yerdəyişən sınığı ilə müşayiət edilən dərəcəsinə görə həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuş, daha sonra o, xuliqanlıq hərəkətlərinin davamı olaraq silah qismində istifadə etdiyi istintaqa məlum olmayan bıçağın arxa hissəsi ilə yerdə uzanıqlı vəziyyətdə olan Zərərçəkmiş şəxs baş nahiyəsinə bir zərbə vuraraq sonuncunun alın nahiyəsinin sağ yarısının əzilmiş-cırılmış yarası ilə müşayiət edilən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül xəsarət yetirmiş, daha sonra isə Təqsirləndirilən şəxs2 xuliqanlıq hərəkətlərinin davamı olaraq onun əlində olan bıçağı alaraq silah qismində istifadə etməklə eyni vəziyyətdə bıçağın arxa hissəsi ilə Zərərçəkmiş şəxs alın nahiyəsinə eyni yerdən bir neçə zərbə vuraraq sonuncunun alın nahiyəsinin sağ yarısının əzilmiş-cırılmış yarası ilə müşayiət edilən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül xəsarət yetirmiş, bu hərəkətləri ilə Təqsirləndirilən şəxs3 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs4 12 avqust 2023-cü il tarixdə, gecə saat 02:50 radələrində tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs onunla mobil telefonla danışan zaman ünvanına nəlayıq ifadələr işlətdiyi üçün Zərərçəkmiş şəxsla Bakı şəhəri Səbail rayonu Şıxov qəsəbəsi ünvan 6 ünvanda yerləşən “Dostluq” restoranının yaxınlığında görüşərkən, adları qeyd edilən tanışları ilə bir qrup şəxs halında birləşib Zərərçəkmiş şəxs onun ünvanına nəlayiq ifadələr işlətməsini cüzi səbəb kimi bəhanə edib, heç bir əsaslı səbəb olmadan, bunu özləri üçün qəbul olunmaz hal hesab edib, öz şəxsiyyətlərini başqalarının fövqündə qoymaqla, hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına, birgəyaşayış və davranış qaydalarına məhəl qoymayaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edib, əsassız mübahisə yaratmaqla hadisə yerinə toplaşan şəxslərin gözləri qarşısında onların da narahatlığına səbəb olmaqla ictimai qaydanı kobud surətdə pozan və şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə əvvəlcə o, Zərərçəkmiş şəxs ayağı ilə badalaq verib yerə yıxdıqdan sonra Təqsirləndirilən şəxs1 silah qismində istifadə etdiyi istintaqa məlum olmayan beysbol dəyənəyi (bita) ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir dəfə zərbə vuraraq xuliqanlıq niyyəti ilə bir zərbənin təsirindən əmələ gələn sonuncunun sağ gözaltıalmacıq nahiyəsinin, sağ yanaq-çənə nahiyəsinin qançır-şişkinlikləri və sağ orbitanın (göz yuvasının) bayır divarının basılmış sınığı (sağ göz yuvasının bayır divarı almacıq və əsas sümüyünün böyük qanadlarının göz yuvası səthlərindən təşkil olunmuşdur) və sağ orbitanın distal divarının minimal basılmış sınığı, sağ əng sümüyünün yerdəyişən sınığı, sağ almacıq qövsünün qəlpəli yerdəyişən sınığı ilə müşayiət edilən dərəcəsinə görə həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuş, daha sonra Təqsirləndirilən şəxs3 xuliqanlıq hərəkətlərinin davamı olaraq silah qismində istifadə etdiyi istintaqa məlum olmayan bıçağın arxa hissəsi ilə yerdə uzanıqlı vəziyyətdə olan Zərərçəkmiş şəxs baş nahiyəsinə bir zərbə vuraraq sonuncunun alın nahiyəsinin sağ yarısının əzilmiş-cırılmış yarası ilə müşayiət edilən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül xəsarət yetirmiş, daha sonra isə Təqsirləndirilən şəxs2 xuliqanlıq hərəkətlərinin davamı olaraq Təqsirləndirilən şəxs3 əlində olan bıçağı alaraq silah qismində istifadə etməklə eyni vəziyyətdə bıçağın arxa hissəsi ilə Zərərçəkmiş şəxs alın nahiyəsinə eyni yerdən bir neçə zərbə vuraraq sonuncunun alın nahiyəsinin sağ yarısının əzilmiş-cırılmış yarası ilə müşayiət edilən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül xəsarət yetirmiş, bu hərəkətləri ilə Təqsirləndirilən şəxs4 bir qrup şəxs halında ictimai qaydam kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs4la bir-birlərini orta məktəbdə oxuduqları vaxtdan, Neman, Fuad və Mirəhmədi isə Ramilə görə tanıyır. Barəsində qətimkan tədbiri seçilməzdən əvvəl taksi fəaliyyət ilə məşğul olmuşdur. Hadisənin baş verdiyi gün Ramil ona Sumqayıt şəhərinə getmək istədiyini, 10 manata avtomobilə benzin vuracağını, 10 manatı isə “zəhmət haqqı” olaraq ona verəcəyini bildirmişdir. O, sonuncu ilə razılaşmış, bundan sonra onlar birlikdə Sumqayıt şəhərinə doğru yola düşmüşlər. Avtomobil ilə gedərkən Ramilin istifadəsində olan mobil telefona zəng gəlmiş, sonuncu avtomobildən düşərək telefonla danışmış, sonra geri qayıtmışdır. Bundan sonra onlar Sumqayıt şəhərində yerləşən kafelərin birinə çay içmək getmiş, digər təqsirləndirilən şəxslər Fuad və Neman da orada olmuşdur. Kafedə olarkən Mirəhməd Ramilə zəng etmiş və sonuncular telefonda sözlü mübahisə etmişdir. Bundan sonra Ramil ona daha 10 manat pul verəcəyini bildirərək, onu “Dostluq” restoranına aparmasını xahiş etmişdir. O, həmçinin Ramilin Mirəhmədlə danışdığı, sonuncuların telefonda mübahisə etdiklərini, Mirəhmədin Ramili mübahisə etmək üçün çağırdığını bildiyindən, Ramilə dəstək olmaq üçün sonuncu ilə birlikdə təyinat ünvanına getmişdir. Onlar birlikdə sözügedən ünvana getmiş, bu zaman Mirəhməd də orada olmuşdur. Ramil orada sonuncu ilə bir qədər söhbət etmiş, bundan sonra o, Ramillə birlikdə Bakıxanov qəsəbəsinə getmişdir. Onlar avtomolbil ilə gedərkən Ramilin mobil telefonuna zəng gəlmiş və sonuncu telefonla danışdığı şəxsə “Az əvvəl sən belə danışmırdın.” demiş, bundan sonra ondan yenidən “Dostluq” restoranına qayıtmasını xahiş etmişdir. Onlar sözügedən ünvana çatmış və orada Mirəhmədin yanında 15 nəfər digər şəxslərlə birlikdə olduğunu görmüşlər. Ramil avtomobildən düşmüş, Mirəhmədin qoluna girərək, sonuncunu ağacların çox olduğu tərəfə aparmışdır. O da idarə etdiyi avtomobildən düşərək Ramilin yanına getmişdir sonuncuya desin ki, o artıq Bakıxanov qəsəbəsinə qayıdır. O, Ramillə Mirəhmədə yaxınlaşan zaman sonuncunun bıçağa əl atdığını görmüş, həmçinin Mirəhməd onların hər birini söyməyə başlamışdır. Bundan sonra o, həm Ramili, həm də Mirəhmədi itələmişdir. Bu zaman Ramil Mirəhmədə badalaq vermiş və sonuncu arxaya doğru getdiyi üçün bıçaq yerə düşmüş, Ramil bıçağı götürüb arxa hissəsi ilə Mirəhmədi vurmuş, bundan sonra hadisə yerinə Neman və Fuad gəlmişdir. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, Ramil Mirəhmədlə ilk dəfə görüşəndə mehriban şəkildə söhbət etmişdir və buna görə də o, düşünməmişdir ki, sonuncuların arasında hər hansı mübahisə baş verə bilər. Hadisənin baş verdiyi gün idarə etdiyi avtomobildə nə bita, nə də bıçaq olmuşdur. Fuad və Nemanın əlində heç bir silah görməmişdir. Mirəhməd Ramilin zərbəsinin təsirindən yerə yıxılmışdır. Zərər çəkmiş şəxsə heç bir xəsarət yetirməmişdir. Hadisə yerində uzaqlaşarkən 1 və ya iki atəş səsi eşidib. “Dostluq” restoranına çatmamış Ramil avtomobildən düşüb onun tanımadığı şəxslərlə görüşmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 11 avqust 2023-cü il tarixdə, axşam saat 22:00-24:00 radələrində dostu Təqsirləndirilən şəxs4, Neman Əfkərov, həmçinin Nihad və Elşənlə Sumqayıt şəhərində oturub çay içərkən Təqsirləndirilən şəxs4 Zərərçəkmiş şəxs zəng edib mübahisə etməyə başlamışdır. O, Neman, Ramil və Mirəhmədin mobil telefonda mübahisə etdiyini eşitmişdir. Həmin vaxt Mirəhməd Ramili görüşə çağırmış və sonuncuya görüşə tək gəlmək üçün ürəyi olmadığını demişdir. Bundan sonra “Röyal” adlı şəxs tərəfindən Təqsirləndirilən şəxs4 “whatsapp” sosial media üzərindən “məkan” göndərilmişdir. O, Ramilin Mirəhmədlə telefonda mübahisə etdiklərini, Mirəhmədin Ramili mübahisə etmək üçün çağırdığını bildiyindən, Ramilə dəstək olmaq üçün sonuncu ilə birlikdə təyinat ünvanına getmişdir. O, Ramil, Neman, Nihat və Elşən, Nihatın idarə etdiyi gümüşü rəngli “Toyota Corolla” markalı **-ED- *** dövlət qeydiyyat nişanlı avtomobillə “Röyal” adlı şəxslə görüşmək məqsədi ilə Bakı şəhəri, Səbail rayonu, Şıxov qəsəbəsi ərazisində yerləşən “Dostluq” restoranın yanına getmişlər. Bundan təxminən 5-10 dəqiqə sonra Röyal oradan çıxaraq getmiş, onlar isə Nihatın avtomobilinə əyləşib oradan Sumqayıt şəhərinə qayıtmaq istədikdə Röyal Ramilə zəng vurub Mirəhmədin “Dostluq” restoranından təxminən 01 kilometr aralıda yerləşən dayanacaqda olduğunu demişdir. Buna görə də onlar Röyalın dediyi yerə getmişlər. Təyinat ünvanında olarkən o, Mirəhmədin “Lada Priora” və “VAZ-2107” markalı avtomobillərlə tanımadığı şəxslərlə orada olduğunu görmüşdür. Mirəhmədlə əvvəlcədən Təqsirləndirilən şəxs4 söhbəti olduğuna görə sonuncu və Nihat Mirəhmədə yaxınlaşıb ağacın yanına aparmışlar, Neman isə təxminən 3-4 saniyə sonra Ramilgilin yanına yaxınlaşmış, Nemandan 3-4 saniyə sonra o da Ramilgilə tərəf getmişdir. Həmin vaxt Mirəhməd onların hər birini söyməyə başlamışdır. O, həmçinin Mirəhmədin çıxartdığını görməsə də sonuncuya məxsus olduğunu bildiyi bıçağı görmüş, Neman həmin bıçağın Mirəhməddən almış, bıçağın arxa dəstək tərəfi ilə sonuncunun sifət nahiyəsinə bir dəfə vurmuş, bundan sonra o, Nemanın əlindən bıçağı alıb Mirəhmədin sifətindən və başının arxa tərəfindən bir neçə zərbə vurmuşdur. Bu zaman sonuncu yerə yıxılmış, Ramil və Nihat isə onlardan aralanıb getmişdir. Neman isə yerdə yıxılmış vəziyyətdə olan Mirəhmədin qarnına 2-3 dəfə təpik zərbəsi vurmuşdur. Həmin vaxt ətrafdakı şəxslər onlara tərəf qaçdıqlarına görə o da Neman, Ramil və Nihatla birlikdə qaçıb sonuncunun idarə etdiyi “Toyota Corolla” markalı avtomobilə əyləşmiş və Nihat avtomobili idarə edərək oradan uzaqlaşmağa çalışmışdır. Bu zaman arxa tərəfdən iki dəfə odlu silahdan açılan atəş səsi eşitmiş, lakin kimin atəş açdığını həmin vaxt bilməmişlər. Onlra hadisənin baş verdiyi yerdən uzaqlaşaraq Qaradağ RPİ-nin inzibati binasının yaxınlığında Nihatın idarə etdiyi “Toyota Corolla” markalı ** ED *** dövlət qeydiyyat nişanlı avtomobili gizlətmişlər. Sonra hər biri taksi çağıraraq öz evlərinə qayıtmışlar. Hadisə 12 avqust 2023-cü il tarixdə gecə saat 00:02 radələrindən sonra Bakı şəhəri, Səbail rayonu, Şıxov qəsəbəsi ərazisində yerləşən “Dostluq” restoranın yaxınlığında baş vermiş və təxminən 2-3 dəqiqə davam etmişdir. Mirəhmədi vurma məqsədi sonuncunun əlində bıçaq olduğunu görməsi, həmin bıçaqla dostlarına xəsarət yetirmə ehtimalını düşünməsi olmuşdur. Hadisə zamanı heç bir xəsarət almamış, yalnız Mirəhmədin sifət nahiyəsinə dəstəyi taxtadan olan bıçağın dəstəyi ilə və qarın nahiyəsinə təpik zərbələri ilə vuraraq xəsarət yetirmişdir. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, təqsirləndirilən şəxslərdə mübahisə Ramil ilə Mirəhmədin mübahisəsi olmuşdur. Hadisə vaxtı onların üzərində silah olmayıb. Hadisə yerində uzaqlaşarkən bir və ya iki atəş səsi eşidib. Zərərçəkmiş şəxs “Dostluq” restoranına 10-12 nəfər tanışı və dostu ilə gəlmişdi. Röyal ilə Mirəhməd qonşudur, Röyalın Mirəhmədin qardaşı ilə mübahisələri olub. Nihadın Mirəhmədə hər hansı xəsarət yetirməsini görməyib. Nihadın nə özündə, nə də maşınında bita olub. Polis idarəsində ona qarşı fiziki güc tətbiq edilib, ona təqdim olunan sənədləri oxumadan imzalayıb. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisənin baş verdiyi tarixdə Fuadla birlikdə Sumqayıt şəhərində yerləşən kafelərin birində olmuşlar. Az sonra Ramil və Nihat da oraya gəlmişdir. Az sonra Ramil Mirəhmədlə mobil telefonla danışmağa başlamış, sonuncu Ramilə qardaşının kim olduğunu və hansı haqla başqasının ailə işinə qarışdığını demişdir. Bundan sonra Mirəhməd Ramili görüşə çağırmış, onlara məkan atmışdır. O, Ramilin Mirəhmədlə telefonda mübahisə etdiklərini, Mirəhmədin Ramili mübahisə etmək üçün çağırdığını bildiyindən, Ramilə dəstək olmaq üçün sonuncu ilə birlikdə təyinat ünvanına getmişdir. Onlar “Dostluq” kafesinə çatdıqdan sonra orada Röyal və yanında olan iki nəfər şəxs ilə söhbət edib aralaşmışlar. Az sonra Mirəhməd və yanında olan şəxsləri görərək sonunculara tərəf yaxınlaşmışlar. Ramil ilə Nihat ağaclıq tərəfə keçmiş, az keçmiş o da sonuncuların arxası ilə getmişdir. Ramil və Nihata yaxınlaşan zaman Mirəhmədin də orada olduğunu və sonuncunun əlində bıçaq tutduğunu görmüşdür. Həmin vaxt Mirəhməd onların hər birini söyməyə başlamışdır. Bu zaman Nihat Mirəhmədin əlindən bıçağı almaq istəmiş, Ramil isə Mirəhmədə badalaq vuraraq sonuncunu yerə yıxmışdır. O, dəstək hissəsi taxta materialdan olan bıçağı yerdən götürüb arxa tərəfi ilə Mirəhmədi vurmuş, bundan başqa sonuncuya bir yumruq zərbəsi də endirmişdir. Daha sonra hadisə yerinə Fuad gəlmiş və bıçağı ondan almışdır. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, Röyal “Dostluq” restoranına onlarla birlikdə getməyib, oraya onlar dördü və Elşən getmişlər. İlk dəfə Mirəhmədgili yolda görəndə 2 maşın və 7-8 nəfər olmuşlar, ikinci dəfə isə artıq 13-15 nəfər idilər. “Üzləşdirmə haqqında” protokolda yazılanları təsdiq etmir, orada yazılanları oxumadan imzalayıb. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 özünü ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Nihat Xəlilovu orta məktəbdə oxuduğu vaxtdan tanıyır, sonuncu ilə normal münasibətləri var. Hadisənin baş verdiyi gün sonuncudan onu Şıxov qəsəbəsi ərazisinə aparmasını xahiş etmişdir. Onlar birlikdə sözügedən yerə getmiş, Şıxovdan qayıdan zaman tanışı Zərərçəkmiş şəxs digər şəxslərə bildikdə yolda durduğunu görmüşdür. Onlar sonunculara yaxınlaşmış, bu zaman Mirəhməd onlara qardaşının tək olduğunu, sonuncunun məsələsini həll edəndən sonra onunla görüşəcəyini demişdir. Bundan sonra Mirəhməd və yanındakı şəxslər çıxıb gedərkən işıqforda avtomobildən daha iki nəfər düşmüşdür. Onlara sonunculara yaxınlaşmış, bu zaman həmin şəxslərə onlara Mirəhmədin işlərinə qarışmadıqlarını deyərək taksi çağırıb oradan uzaqlaşmışlar. Bir qədər sonra Mirəhməd ona zəng edərək söhbət etmək üçün çağırmışdır. Nihad, Neman və Fuad da həmçinin onu tək qoymamaq üçün onunla birlikdə təyinat ünvanına getmişdir. Onlar görüş üçün “Dostluq” restoranına çatmış, o və Nihad Mirəhmədi meşəlik tərəfə çəkərkən o, sonuncunun üzərində bıçaq olduğunu görmüşdür. Həmçinin Mirəhməd bıçağa əlini atmaq istəyərkən sonuncuya badalaq vurmuş, Nihat isə Mirəhmədi itələmişdir. Bu zaman Mirəhmədin bıçağı yerə düşmüş, o, dərhal həmin bıçağı yerdən götürərək, bıçağın arxası ilə Mirəhmədi bir dəfə vurmuşdur. Fuad və Nemanın isə Mirəhmədi vurduğunu, ümumiyyətlə, görməmişdir. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, hadisə vaxtı üzərilərində silah olmayıb. Mirəhmədin yanında daha 10-12 nəfər şəxs də olmuşdur. Mirəhməd onların hər birini söyüb təhqir etmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsləri, onların müdafiəçilərini dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci və 221.3-cü maddələri, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir, onların təqsiri aşağıda göstərilən sübutlarla təsdiq edilir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən 4-5 ay əvvəl dostu Röyal və sonuncunun dostu Babək sosial şəbəkədə bir videoçarx yerləşdirmişdilər. Həmin çarxda Babək qarşısındakı tortu kəsərək həmin ərəfədə həbsdə cəza çəkən “İbo” ləqəbli dostuna tezliklə həbsdən azad olunmasını səsləndirirdi. Röyal da həmin çarxda Babəkin sözlərinə dəstək olurdu, arzuların səsləndirdikdən sonra yanlarında olan digər şəxslərlə əl çalırdılar. Həmin videoçarx ilk dəfə yerləşdirilən gündən hazırki vaxtadək bir neçə dəfə təkrar sosial şəbəkə platformalarında yerləşdirilmiş və təxminən bir həftə əvvəl Röyal bu videoçarxla bağlı Bərdə polisi tərəfindən dəvət olunaraq kriminalyönlü mövzu yerləşdirdiyinə görə tənqid olunaraq bir gün saxlanılıb buraxılmışdı. Babək polisin çağırışlarından boyun qaçırdığına görə dəvət oluna bilməmiş, videoçarxda simaları düşən digər şəxslərin isə səsləndirilən ifadələrə aidiyyatı olmadığından onları polisdən sərbəst buraxmışdılar. Babək əvvəllər Göyçay rayonunda mal bazarında adam döydüyünə görə həbs olunmuş və 2-3 ildir ki, azadlıqdadır. Babəklə yaxın münasibəti yoxdur. Röyal polis tərəfindən tutulduğu vaxt X17 yerləşdirdikləri videoçarxla bağlı onlara lağ etmiş və Röyal azad olunandan sonra bu Babəklə Röyalın qulağına çatmışdır. Bundan sonra Babək qardaşı Aqşinə zəng vuraraq Röyalı lağa qoyduğu üçün Tərtər rayonunda görüşüb bir gün çay süfrəsi arxasında bu məsələni müzakirə etmək istədiyini bildirmişdi. Aqşin görüşməyə razılaşmış və ona bu barədə demişdir. Babəklə danışandan sonra Aqşinə zəng çağırışına getməməsini, gedəcəyi halda sonuncular tərəfindən döyüləcəyini bildirmişdir. Babək növbəti dəfə Aqşinə zəng vurduqda Aqşin Bərdə rayonuna gəlib burada söhbət etməyi təklif etmişdi. Babək isə polis tərəfindən axtarıldığını deyib gələ bilməyəcəyini bildirmişdi. Bu söhbət olan gün Aqşin Bərdə rayonunda, o isə Bakı şəhərində olmuşdur. Zəngdən sonra o, Bərdəyə yola düşmüş və 11 avqust 2023-cü il tarixdə saat 13:00 radələrində Bərdəyə çatmışdır. Bərdəyə gəlişindən bir neçə saat əvvəl Babək yenidən Aqşinə zəng vuraraq təkidlə Tərtər rayonuna gəlməyini demişdir. Aqşin yenə də gəlməkdən imtina etmiş və Bərdədə söhbəti davam etməyi deyəndə bu zəmində aralarında sözlə mübahisə düşmüşdür. Bərdəyə gedəndən sonra oradan Aqşinlə birlikdə Bakı şəhərinə yola düşmüşlər və fikirləri Bakı şəhərində özlərinə paltar alandan sonra istirahət etmək üçün Qəbələ rayonuna getmək olmuşdur. Həmin gün axşam saat 19-20 radələrində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən evə dincəlmək üçün getmişlər. Saat 21:00 radələrində evdən çıxaraq öz şəxsi işlərini həll etmək üçün getmişdir. Həmin ərəfədə X3 qardaşı Aqşinə və ona «Whatsapp» tətbiqinə yazaraq hədə-qorxu mesajları göndərmişdir. Həmin gün axşam saatlarında qardaşı Aqşinə zəng edib harada olmasını soruşmuş, sonuncu həmin vaxt Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanda yerləşən «Dostluq» restoranında Röyal və Babəklə əyləşdiyini bildirmiş, o, dərhal qeyd olunan ünvana yollanmışdır. Yolda olarkən Həzrətə də zəng edib getdiyi ünvanı demişdir. O, həmçinin qardaşı zəng etməmişdən əvvəl də Həzrətə zəng edib Aqşinin işi ilə əlaqədar danışmışdır. Lakin yolda olarkən Həzrətə qardaşı Aqşinlə həmin şəxslərin barışıq üçün eyni masada oturduqlarını bildirmişdir. «Dostluq» restoranın qarşısına çatdıqda təxminən 5 dəqiqə sonra Həzrətin dövlət nömrə nişanını xatırlamadığı «Vaz 2107» markalı avtomobillə gəldiyini, Həzrətin yanında 7-8 nəfər tanımadığı şəxslərin olduğunu görmüşdür. Həmin vaxt ora dövlət qeydiyyat nişanını xatırlamadığım «Toyota Carolla» markalı avtomobil də gəlmiş, həmin avtomobildən istintaq zamanı adlarını bildiyi Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Elşən adlı şəxs düşərək ona yaxınlaşmışdır. Belə ki, ilkin olaraq Ramil, Nihad onu söhbət etmək üçün kənara çəkmiş, Ramilin əlində bita, Nihadın əlində iki ədəd xəncər, Nemanın əlində isə bıçaq və beşbarmaq olduğunu görmüşdür. Gözləmədiyi halda Nihat bita ilə üz nahiyəsinə bir dəfə güclü zərbə vurmuşdur. Həmçinin Ramil əlində olan bıçağın arxası ilə başına zərbə endirmişdir. Nihad, Neman, Fuad və Elşən hamısı birlikdə əllərində olan bıçağın arxa hissəsi, beşbarmaq, yumruq və təpiklə vurub xəsarət yetirmişlər. Hadisə vaxtı huşunu itirdiyindən Həzrətgil onu öz yaşadığı evə aparmış, gözünü açdıqda X6mu görmüşdür. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, hadisə vaxtı üzərində bıçaq olmayıb. Almacıq sümüyü bita zərbəsinin təqsirindən sınıb. Ramil onu kənara çəkib badalaq verib. Nihatın əlində 2 ədəd bıçaq olmuşdur. Fuad və Neman onu yerdə olarkən vurub. Ov tüfəngindən atəş açılmasından xəbəri olmayıb. O, “Dostluq” restoranına çatdıqdan sonra Həzrət gəlib çıxmışdır. Hadisə günü Ramillə telefon danışıqları olub. Bita ilə vurulandan sonra yerə yıxılmış, bu zaman başının üzərində olan şəxslərdə bıçaq olduğunu görmüşdür. Nihat bita ilə yanağına, Ramil isə bıçağın arxa hissəsi ilə gicgahına zərbə endirmişdir. Xəstəxanadan çıxıb izahat vermək üçün müvafiq polis orqanına getdiyindən, izahatında yanlışlıqlar ola bilər. Təqsirləndirilən şəxslərlə aralarında barışıq əldə etmişdir, sonunculara qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, hadisə günü Mirəhməd, Aqşin, Adil və Oqtay onu Babək prospektində tanımadığı kafeyə çağırmışdır. Sonuncular ona barışıq üçün Şıxov qəsəbəsində yerləşən “Dostluq” restoranına getməli olduqlarını bildirmişdir. Onlar “Dostluq” restoranına getmiş, orada Mirəhmədgil mübahisə etməyə başlamışdır. Daha sonra Həzrət və digərləri də restorana gəlmişdir. Mirəhməd Ramili qolundan tutaraq burada adamların çox olduğunu və söhbət etmək üçün bir az aralaşmağı təklif etmişdir. Ramil ilə Mirəhməd arasında baş vermiş mübahisəni görməmişdir. Daha sonra orada olan şəxslər Mirəhmədi gətirmiş, onlar sonuncunu avtomobilə qoyub aparmışdır. Təqsirləndirilən şəxslərin əllərində silah görməyib, buna baxmayaraq, Mirəhmədin əlində bıçaq olub. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, Babək prospektində yerləşən kafeyə gedən zaman orada “Dostluq” restoranına gedəcəklərini bilməmiş, ora getməyi Mirəhməd istəmişdir. Nihat avtomobildən ən sonda düşən şəxs idi. Mirəhmədi vurduqları üçün Həzrət silahı əvvəlcə göyə daha sonra isə təqsirləndirilən şəxslər olan maşına atmışdır. Hadisə yerində təxminən 10-15 nəfər şəxs olmuşdur. Tərəflərin söhbət etdikləri yer ilə arasında məsafə təxminən 100 metr olmuşdur. Mirəhməd ona Ramil tərəfindən bita ilə vurulduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hadisənin baş verdiyi gün Şıxov qəsəbəsində yerləşən “Dostluq” restoranına Mirəhmədin çağırışı ilə getmişdir. Həmin vaxt dövlət qeydiyyat nişanını xatırlamadığı “Toyota” markalı avtomobil gələrək onların arxasında saxlamışdır. Avtomobildən 4 və ya 5 nəfər şəxs düşüb Mirəhmədlə söhbət etmək istəyən zaman o, söhbətə müdaxilə edərək dava-dalaş etmək lazım olmadığını demişdir. Bundan sonra Vüqarın avtomobilinə tərəf gedib siqaretini yandırmış, bu zaman arxa tərəfdən səs gəldiyini eşitmişdir. Ağaclığa keçdikdə mübahisə olduğunu görmüş və əvvəldən çiynində asılmış vəziyyətdə olan çantanın içərisində saxladığı babasından yadigar qalmış qoşa lülə tüfəngi çıxarıb havaya iki dəfə atəş açmışdır. Həmin vaxt qeyd olunan beş nəfər şəxs gəldikləri avtomobilə əyləşərək oradan uzaqlaşmışlar. Mirəhməd xəsarət aldığı üçün sonuncunu onun yaşadığı evə aparmış, daha sonra Aqşin də onun yaşadığı ünvana gəlmişdir. Mirəhmədə ilkin tibbi yardım göstərməyə çalışsalar da, sonuncunun çoxlu qan itirdiyini görüb Mirəhmədi xəstəxanaya aparmaq qərarına gəlmişlər. Sonuncunu xəstəxanaya öz qardaşı Aqşin aparmışdır. Bundan sonra tüfəngi yaşadığı evin zirzəmisində gizlətmiş, polis əməkdaşları iştirakı ilə yaşadığı evə baxış keçirərkən evin zirzəmisində gizlətdiyi 1 ədəd tüfəng və evin yataq otağında olan 1 ədəd “beşbarmaq” aşkar edərək götürmüşdülər. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, təqsirləndirilən şəxslərin əlində heç bir silah görməyib, onun üzərində isə odlu silah və “beşbarmaq” olub. Mübahisə onun dayandığı yerdən 100-150 metr məsafədə baş verib. Mirəhmədin belində bıçaq olmuşdur. Mirəhmədin üzərində qan izləri olmuş, sonuncu onu kimin vurduğunu bilmədiyini demişdir. Hadisədən əvvəl Nihat Xəlilov təxminən 10 dəqiqə qədər onun yanında olarkən sonuncunun əlində silah görməyib. Təqsirləndirilən şəxsləri daha əvvəl tanımayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Bərdə rayonundan, təxminən iki il yaxındır ki, tanıyır, sonuncu onun dostu və məşq yoldaşıdır. İbtidai istintaq zamanı ifadəsini təzyiq altında verib və həmin ifadəni təsdiq etmir. Belə ki, hadisənin baş verdiyi gün o, Mirəhmədlə görüşəcəkdi. O, sonuncuya zəng etmiş, Mirəhməd ondan Şıxov qəsəbəsinə gəlməsini istəmişdir. O, təyinat yerinə çatmış və orada başqa şəxslərin də olduğunu görmüşdür. Bir qədər sonra “Toyota Corolla” markalı avtomobil onlara yaxınlaşmış və avtomobilin içərisindən 5 nəfər şəxs düşmüşdür. Həmin şəxslər Mirəhmədlə görüşmüş, Nihat əlini Mirəhmədin belinə qoymuş və sonuncular mehriban şəkildə söhbət üçün qırağa çəkilmişlər. Bu zaman Nihatın əlində bita olmuş, sonuncunun arxasıyca əvvəlcə Ramil, sonra isə Neman Nihat və Mirəhmədin söhbət etdikləri yerə getmişdir. Bu zaman Ramilin də əlində bita olmuşdur. Daha sonra mübahisə düşmüş və təqsirləndirilən şəxlər maşına minib uzaqlaşan zaman Həzrət iki dəfə havaya atəş açmışdır. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, Mirəhmədin necə vurulmasını görməyib. Silah maşında idi, Həzrət silahı götürdü və 2 dəfə havaya atəş açdı. Mirəhməd əvvəlcə Həzrətin evinə, daha sonra Aqşin gəlmiş, sonuncu onu xəstəxanaya aparmışdır. Şıxov qəsəbəsinə gələrkən orada mübahisə olacağını bilmirdi. Mirəhmədin əlində silah görməyib. Nihadın əlində olan bitanın rəngini xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs4 2 ildir tanıyır, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs4 vasitəsi ilə tanıyıb, sonuncularla normal münasibətləri olmuşdur. 11 avqust 2023-cü il tarixdə, saat 21:00 radələrində xalası oğlu ilə birlikdə Sumqayıt şəhərinə getmişdir. Onlar Sumqayıt şəhərində yerləşən restoranların birində oturub yemiş, təxminən 22:00 radələrində Təqsirləndirilən şəxs4 ona zəng edərək harada olduğunu soruşmuşdur. Sonuncu Sumqayıt şəhərində olduğunu bildirərək görüş təklif etmişdir. Saat 24:00 radələrinə qədər xalası oğlu və Ramillə birlikdə restoranda oturub yemək yeyib çay içmişlər. Həmin axşam Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs4 zəng etmiş, o, sonuncuların mobil telefonda mübahisə etdiklərini eşitmişdir. Bundan sonra Mirəhməd Ramili görüşə çağırmış və Ramilə tək görüşə gəlmək üçün ürəyi olmadığını da demişdir. Onlar birlikdə Şıxov qəsəbəsi ərazisində yerləşən “Dostluq” adlı restoranın yanına getmiş, həmin məkanı mobil telefon vasitəsilə Mirəhməd göndərmişdir. Təyinat ünvanına çatdıqları zaman orada Mirəhmədin “Lada Priora” və “VAZ-2107” markalı avtomobillərdə olan çoxlu tanımadığı şəxslərlə birlikdə orada olduğunu görmüşdür. Ramil Mirəhmədə yaxınlaşıb sonuncunu ərazidə olan ağaclara tərəf aparmış, Neman da təxminən 3-4 saniyə sonra Ramilin yanına yaxınlaşmışdır. O, mübahisənin necə baş verdiyini görməyib, hadisə zamanı əlində hər hansı bir əşya olmayıb. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, nə təqsirləndirilən şəxslərin, nə də onun üzərində silah olub. Mirəhmədin əlində bıçaq görməyib. Nihatın əlində bita olmayıb. Mübahisənin baş verdiyi yerlə arasında 150 metr məsafə olmuşdur. Nihad onun yanında dayanmış, sonradan ağaclıq olan tərəfə getmişdir, Fuadı isə oraya gedən görməyib. Təqsirləndirilən şəxslərlə Mirəhməd arasında mehriban münasibət olub. Hadisənin baş verdiyi yerə gedərkən orada mübahisə olacağını düşünməmişdir. Nihat Ramil ilə birlikdə ağaclıq tərəfə getməyib. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, qardaşı Mirəhməd heç bir yerdə işləmir, idmanla məşğuldur. Təxminən 4-5 ay əvvəl qardaşının dostu Röyal və sonuncunun dostu Babək sosial şəbəkədə bir videoçarx yerləşdirmiş, həmin çarxda Babək qarşısındakı tortu kəsərək həmin ərəfədə həbsdə cəza çəkən «İbo» ləqəbli dostuna tezliklə həbsdən azad olunmasını səsləndirmişdi. Röyal də həmin çarxda Babəkin sözlərinə dəstək olurdu, arzularını səsləndirdikdən sonra yanlarında olan digər şəxslərlə əl çalırdılar. Çarxda əksini tapan digər şəxslərin kim olduğunu bilmir. Həmin videoçarx ilk dəfə yerləşdirilən gündən hazırki vaxtadək bir neçə dəfə təkrar sosial şəbəkə platformalarında yerləşdirilmiş və təxminən bir həftə əvvəl Röyal bu videoçarxla bağlı Bərdə polisi tərəfindən dəvət olunaraq kriminalyönlü mövzu yerləşdirdiyinə görə tənqid olunaraq bir gün saxlanılıb buraxılmışdı. Babək polisə çağırışlardan boyun qaçırdığına görə dəvət oluna bilmədi, videoçarxda simaları düşən digər şəxslərin isə səsləndirilən ifadələrə aidiyyatı olmadığından onları polisdən sərbəst buraxmışdılar. Babək əvvəllər Göyçay rayonunda mal bazarında adam döydüyünə görə həbs olunmuş və 2-3 ildir ki, buraxılaraq azadlıqdadır. Babək subaydır, heç bir yerdə işləmir. Röyal isə Bərdədə diş həkimi işləyir, evlidir, iki uşaq atasıdır. Babəklə onun aralarında elə də sıx münasibət yoxdur, qardaşına görə Babəki tanıyır. Babək özünü kriminal aləmin qanunları ilə yaşayan adam kimi nümayiş etdirməyə çalışır və Röyalda da bu meyilliyi yaratdığından Röyalda da bu növ həyat tərzinə maraq oyatmışdır. Röyal polis tərəfindən tutulduğu gün qardaşı X9 yerləşdirdikləri videoçarxla bağlı onlara lağ etmiş və Röyal azad olunandan sonra bu Babəklə Röyalın qulağına çatmışdı. Bundan sonra Babək ona zəng vuraraq qardaşının Röyalı lağa qoyduğu üçün onunla Tərtər rayonunda görüşüb bir gün çay süfrəsi arxasında bu məsələni müzakirə etmək istədiyini bildirmişdi. O, görüşməyə razılaşmış və qardaşına bu barədə demiş, qardaşı Babəklə danışandan sonra ona zəng çağırışına getməməyini, gedəcəyi halda sonuncular tərəfindən döyüləcəyini bildirmişdi. Babək ona növbəti dəfə zəng vurduqda o, sonuncuların Bərdə rayonuna gəlib orada söhbət etmək təklif etmişdi. Babək polis tərəfindən axtarıldığını deyib gələ bilməyəcəyini bildirmişdi. Bu söhbət olan gün o, Bərdə rayonunda, qardaşı isə Bakı şəhərində olub. Zəngdən sonra qardaşı Bərdəyə yola düşüb və 11 avqust 2023-cü il tarixdə saat 13 radələrində Bərdəyə getmişdi. Qardaşının Bərdəyə gəlişindən bir neçə saat əvvəl Babək yenidən ona zəng vuraraq təkidlə onun Tərtər rayonuna gəlməyini demişdi. O, yenə də gəlməkdən imtina etmiş və Bərdədə söhbəti davam etməyi deyəndə bu zəminində aralarında sözlə mübahisə düşmüşdü. Qardaşı Bərdəyə gələndən sonra onlar qərara gəlmişlər ki, Tərtər rayonuna getsinlər. 11 avqust 2023-cü il tarixdə saat 13 radələrində o, qardaşı Mirəhməd və bu söhbətə heç bir aidiyyatı olmayan dostu Oqtay idarə etdiyi “Chevrolet Cruze” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Tərtər rayonuna yola düşmüş, Tərtər rayonuna çatanda o, Babəkə zəng etmiş, Babək isə Tərtərdə olmadığını Mingəçevir şəhərində olduğunu və söhbəti həmin yerdə edəcəklərini bildirmişdi. O, Babəkə demişdi ki, Mingəçevirə getməyəcək, Bakı şəhərinə qayıdacaqlar. Elə oradan Bakı şəhərinə yola düşmüşlər və fikirləri Bakı şəhərində özlərinə paltar alandan sonra istirahət etmək üçün Qəbələ rayonuna getmək olmuşdur. Həmin gün axşam saat 19-20 radələrində onlar Abşeron rayonu, Xırdalan şəhərinə gəlmiş və evlərinə girmişlər ki, yoldan sonra bir-iki saat dincəlsinlər. Saat 21:00 radələrində hər üçü evdən çıxmış, qardaşı öz dostu ilə harasa getmiş, o isə Oqtayla Bakı şəhərinə 28 may metrostansiyasına tərəf getmək üçün Xırdalan şəhərində dayanan “manatlıq” taksiyə minən zaman Babək ona zəng vuraraq hədələyici şəkildə Mingəçevir şəhərindən çıxdığını və Bakı şəhərinə gəldiyini, Bakıda görüşəcəklərini bildirmiş, gələndən sonra onun əlindən atacağını söyləmişdi. O, zəng vurub qardaşına bu barədə deyəndə sonuncu görüşməzdən əvvəl xəbər etməyini demişdi. O, Oqtayla taksiyə oturub vaxt keçirmək üçün əvvəl Yasamal rayonuna, oradan isə Şıxov qəsəbəsinə “Dostluq” restoranına getmiş, orada oturub çay içən zaman növbəti günə keçən gecə saat 01:00 radələrində Babək ona zəng vuraraq Bakı şəhərinə gəldiklərini deyib harada olduqlarını soruşmuşdu. O, “Dostluq” restoranında olduğunu demiş və təxminən 15-20 dəqiqə sonra Babək ona zəng vurub oturduğu yerini dəqiqləşdirmiş və Röyalla birlikdə onlara yaxınlaşmışlar. O, sonuncuları masa arxasına dəvət etmişdi. Babəkin çox əsəbi olduğunu deyib təklif etmişdi ki, 5 dəqiqə oturub çay içsinlər, söhbət etsinlər, sonra hara istəyərsə gedəcəklər. Sonuncular onlarla bir masa arxasına oturmuş və dinc şəkildə söhbət etmişlər. O, Babəkə qardaşının etdiyi zarafat ətrafında olan söhbəti şişirtməməyi, bunu kimisə lağa qoymağı kimi deyil zarafat kimi qəbul etməyi demiş, onlar təxminən 20 dəqiqə söhbət etmiş və söhbətin yekunu barışmaq üzrə gedəndə onun telefonuna qardaşı zəng etmiş, dəstəyi qaldıranda tanımadığı bir oğlan qardaşının vurulduğunu demişdi. O, telefonu qardaşına verməyi xahiş etmiş və qardaşı demişdir ki, tanımadığı şəxslər onu bıçaq və bita ilə döyüblər, hazırda da tanışının maşını ilə Müşfiqabad qəsəbəsinə dostunun evinə gedirlər. Babəklə “Dostluq” restoranında görüşməzdən əvvəl o, qardaşına bunu demişdi və qardaşı da gəlmək istədiyini bildirdikdə o, Mirəhmədin gəldiyi halda söhbətin daha da kəskinləşəcəyini deyib, kənarda gözləməyi məsləhət görmüşdü. Bildiyinə görə qardaşı onu “Dostluq” restoranının yaxınlığında başqa dostları ilə avtomobil yolunun kənarında gözləmişdi. Həmin dostların kim olduğunu bilmir, onlardan yalnız Həzrətin olduğunu sonra bilmişdi. Qardaşının vurulduğunu eşidən kimi qaçaraq restorandan bayıra çıxmış, Oqtay, Röyal və Babək onun arxasınca qaçmışlar. O, restoranın çıxışına çatdıqda Oqtay da ona çatmış və yoldan keçən birinci maşını saxlatdırmış, sürücüyə qardaşının bıçaqla vurulduğunu deyib onları “20 yanvar” metrostansiyasının yanına aparmağı xahiş etmişdir. 20 yanvar metrostansiyasmın yanına çatanda digər taksi maşını ilə Oqtayla birlikdə qardaşı olan evə getmiş, onları Həzrət qarşılamışdır. Onda bilmişdi ki, bu ev Həzrətin evidir. Həzrət qardaşının yaxın dostudur, lakin Həzrətlə sıx münasibəti yoxdur, qardaşına görə tanıyır. Həmin vaxt qardaşı hamamda olmuş, evdə daha bir nəfər oğlan da olmuş, sonuncunun kim olduğunu bilmir, həmin şəxs tibbi ləvazimatları gətirmişdi. Qardaşının başı yaralanmışdı və özünü çox narahat hiss etdiyini görmüşdü. İlk olaraq nə baş verdiyini öyrənməyə çalışsa da, qardaşı qusurdu, danışa bilmirdi. O, Həzrətdən qardaşını bu vəziyyətdə niyə görə xəstəxanaya deyil, evə gətirdiyini və ümumiyyətlə nə baş verdiyini soruşduqda Həzrət bildirmişdi ki, qardaşı onlardan bir qədər kənarda yolun kənarında dayanan zaman onun yanında bir maşın saxlamış və maşından düşən 4-5 nəfər qardaşı ilə söhbət etmək adı ilə kənara çəkmiş və bir neçə saniyə sonra qardaşının qışqırıq səslərini eşidib həmin yerə yaxınlaşdıqda bir neçə oğlanın qardaşını müxtəlif predmetlərlə, əl və təpiklə vurduqlarını görmüş və həmin şəxsləri qorxutmaq üçün maşında saxladığı tüfənglə havaya atəş açandan sonra həmin şəxslər oradan qaçıb getmişdilər. Atəş açdığına görə qardaşını xəstəxanaya deyil, evinə gətirdiyini bildirmişdi. O, qardaşının vəziyyətinə görə onun xəstəxanaya aparılmalı olduğunu söyləmiş və Həzrət atəş açmağına görə məsuliyyətin qorxusundan əvvəl razılaşmasa da, sonra onun təkidi ilə o, Oqtayla yola çıxıb yolun kənarında taksi tapıb həmin taksi ilə qardaşını əvvəl “20 yanvar” metrostansiyasının yanında yerləşən “Respublika xəstəxanası”na aparmış, orada qardaşının vəziyyətini görüb qəbul etməkdən imtina etmişlər və qardaşını “Semaşko” adlı xəstəxanaya aparmalarını məsləhət görmüşlər. Ona görə də onlar “Bolt” mobil tətbiqi ilə taksi çağırmış və oradan qardaşını “Semaşko” adlı xəstəxanaya aparmışlar. Həmin vaxtı saat 04-05 radələri olmuşdur. Qəbul şöbəsində qardaşının döyülərək xəsarət aldığını demiş və xəstəxananın işçisi onun mobil nömrəsini qeyd etmişdir. Qardaşı reanimasiya şöbəsinə qaldırılmış, o isə orada qalmışdır. 2 gün o, xəstəxanada olmuş, səhəri gün qardaşının vəziyyəti bir qədər yaxşılaşandan sonra sonuncunu danışdırmış və həmin şəxslərin kim olduğunu, niyə görə onu vurduqlarını, həmin şəxslərin Röyal və Babəklə münasibətlərini aydınlaşdırmışdı. Qardaşı ona yolun kənarında onu gözləyən zaman “Toyota” və ya “Kia” markalı minik avtomobilin saxlanıldığını, avtomobildən bir nəfər şəxsin Mirəhməddən nə isə soruşduğunu, sonra avtomobilin hərəkətini davam etdirdiyini, bir neçə dəqiqə sonra həmin avtomobilin yenidən Mirəhmədgilin yanından keçib saxladığını, oradan düşən 4 və ya 5 nəfər oğlanın Mirəhmədlə söhbət etmək üçün sonuncunu ağaclığa dəvət etdiklərini, həmin yerə keçən kimi heç bir söhbət etmədən, ani olaraq Mirəhmədin bədəninin müxtəlif nahiyyələrinə bita, beşbarmaq və bıçaqla vurduqlarını, bunu görən Həzrətin isə maşında saxladığı tüfənglə havaya atəş açandan sonra həmin şəxslərin qaçıb getdiklərini, nə səbəbə görə Mirəhmədi vurduqlarını bilmədiyini, həmin şəxslərin Röyal və Babəklə əlaqələrinin olub-olmadığını bilmədiyini demişdir. Həmçinin ona danışmışdı ki, digər bir neçə dost tanışı ilə 2 maşınla həmin yerdə olmuşlar. Həzrətdən başqa digər tanışlarının kim olduğunu o, bilmir. Qardaşının vurulması barədə məlumat alıb restoranın çıxışına qədər gəldikdə Babək və Röyalın onun arxasınca gəlmələrini görüb qardaşının vurulduğunu deyib, vuran şəxs və ya şəxslərin onların tanışlarının olub-olmamasını soruşduqda, Babəkgil bu məsələyə heç bir aidiyyatlarının olmadığını bildirmişdilər. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 11 avqust 2023-cü il tarixdə axşam saatlarında onunla bir qəsəbədə yaşayan Həzrət ona dostları, əslən Bərdə rayonundan olan Mirəhmədin kiminləsə münasibətləri aydanlaşdıracağını deyib həmin söhbət zamanı iştirak etməklərinin zəruri olduğunu söyləmiş, o, nədən və qarşı tərəfdən kimlərlə söhbət gedəcəyini bilməsə də, Mirəhməd onların dostu olduğu üçün razılıq vermişdir. Saat 23:00 radələrində onlarla bir qəsəbədə yaşayan Vüqardan onları Bakı şəhərinin mərkəzinə aparmağı xahiş etmişlər. Vüqar razılaşmış və saat 23:30 radələrində onlar Vüqarın idarə etdiyi “VAZ 2107” markalı 55-CC- 996 dövlət qeydiyyat nişanlı avtomobillə dairəvi yola, sonra “Dərnəgül yolu”na, “Koroğlu” metrostansiyasının yaxınlığına getmiş, sonra Mirəhməd Həzrətə təkrar zəng vurub Şıxov qəsəbəsinə “Dostluq” restoranın yanına gəlmələrini xahiş etmişdir. Mirəhmədin dediyi yerə getdikdə artıq gecə yarısından sonrakı saatlar olmuş, onlar Mirəhmədin yolun kənarında 3-4 nəfərlə dayandığını görüb sonunculara yaxınlaşmışlar. Həmin oğlanların kim olduğunu bilmir, onları da Mirəhməd çağırmışdı. Onlar Mirəhmədə yaxınlaşıb salamlaşmış və Mirəhməddən kiminlə və nə barədə söhbət aparacağını soruşduqda sonuncu, heç özü də həmin adamların kim olduğunu və onların neçə nəfər olduğunu bilmədiyini demişdir. Bundan sonra Mirəhmədin daha bir neçə nəfər tanışı taksi ilə gəlib onlara yaxınlaşmışdır. Təxminən 30-40 dəqiqədən sonra onların yanında minik “xetçbek” tipli, markasına və dövlət qeydiyyat nişanına fikir vermədiyi gümüşü rəngli avtomobil dayanmış və maşından təxminən 6 nəfər cavan çıxmış, sonunculardan üçünün əllərində dəmir və taxta dəyənək olduğunu görmüşdür. Həmin şəxslərdən 5 nəfəri onlara yaxınlaşmış, üzərində çiyinindən keçirilmiş çantadan başqa heç bir şey görmədiyi oğlan Mirəhmədi yoldan kənara aşağı aparmışdı. Həzrətlə o, yanlarında dayananların əllərində dəyənəklərin olduğunu görüb sonuncuların gəlmələrinin məqsədi nə olduğunu soruşmuş, sonuncular konkret olaraq dava etməyə gəldiklərini demiş, lakin Mirəhmədlə onlardan birinin söhbət edəcəyini, söhbətlərin nəticəsindən asılı olaraq özlərinin də hərəkət edəcəklərini bildirmişlər. Mirəhmədlə həmin oğlan kənara çəkildikləri andan bir neçə saniyə sonra onlar Mirəhmədin qışqırıq səsini eşitmiş və qaçıb Mirəhmədin olduğu yerə çatdıqda sonuncu ilə söhbət edən oğlanın digər iki nəfər oğlanla Mirəhmədi əllərində olan bıçaq və dəyənəklərlə döydüklərini görmüşlər. Əlavə iki nəfər oğlanın onlardan ayrılıb Mirəhmədin yanına necə keçdiklərini görməmişlər. Onlar hamısı araya qarışmış və aralarında kütləvi şəkildə dava-dalaş baş vermişdir. Qaranlıq olduğundan konkret olaraq kimin onu vurduğunu görməsə də, bir neçə dəfə onun bədəninə və sifətinə yumruq dəyməsini hiss etmişdir. Lakin hazırda heç bir iz yoxdur. Kimi vurduğunu da görməmişdir. Aralarındakı dava-dalaş çox az bir vaxt davam etmişdir, çünki gələn şəxslərin əsas məqsədi Mirəhmədi vurmaq olmuş, onu da etmişdilər. Bu zaman o, yol tərəfdən 2 dəfə odlu silahdan atəş açılması səsini eşitmiş və görmüşdü ki, atəş açan Həzrətdir. Həzrətin üzərində silah olduğunu əvvəlcədən bilmirdi. Atəşdən sonra onlar hərəsi bir tərəfə dağılışmış, onunla Həzrət Mirəhmədi yerdən qaldırıb Vüqarın maşınına mindirmiş və yaşadıqları Müşfiqabad qəsəbəsinə yola düşmüşlər. Bu məsələnin polisə qədər gedib çıxmaması üçün onlar Mirəhmədi Həzrətin evinə aparmış, maşına əyləşməzdən əvvəl o, Həzrətin əlində saxladığı qundağı kəsilmiş qoşa lülə tüfəngi alıb evinə çatana kimi üzərində saxlamışdı. Yolda gedərkən Həzrət və ya Mirəhməd qardaşına zəng vurub vurulduğunu və Həzrətin evinə Müşfıqabada getdiyini bildirmişdi. Həmin zaman o, Mirəhmədin qardaşının dava etdikləri yerin yaxınlığında yerləşən “Dostluq” restoranında kimlərləsə münasibət aydınlaşdırdığını bilmişdi. Onlar Həzrətin evinə çatdıqdan təxminən yarım saat sonra Mirəhmədin qardaşı da həmin evə daxil olmuş, onlar Mirəhmədə ilk tibbi yardım göstərmiş, sonuncunun çoxlu qan itirdiyini görüb qərara gəlmişlər ki, xəstəxanaya aparılsın. Bildiyinə görə Mirəhmədi xəstəxanaya öz qardaşı aparmış, həmin vaxta qədər o, Həzrətin evindən çıxıb getmiş və getməzdən əvvəl silahı Həzrətin özünə qaytarmışdı. Həzrətin odlu silahı hadisə yerinə apardığını bilməmişdi. Hadisə baş verəndən sonra Mirəhmədi Həzrətgilin evinə aparan zaman sonuncudan özündə silah gəzdirmənin səbəbini soruşmuş, sonuncu hər ehtimala qarşı özü ilə apardığını demişdi. Sonra bilmişdi ki, Həzrət həmin tüfəngi əlində saxladığı qara rəngli parçadan olan idman çantasının içərisində daşımışdır. Mirəhmədi hadisə yerindən götürüb Vüqarın maşınına minəndən sonra o, arxa oturacağın üzərində 4-5 ədəd tüfəng patronları görüb onları çiyinindən asılmış çantaya qoymuşdu. Həmin patronları da o, Həzrətin özünə evində qaytarmışdı. Nə qayıdanda nə də ki, Mirəhmədlə görüşməyə gedəndə Vüqar maşınında silah və patronların daşınmasını bilməmişdi. Məhkəmə iclasında ekspert qismində dindirilmiş X4 ifadəsində, həmçinin ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, hazırki cinayət işi üzrə üç ekspert tərəfindən canlı şəxsin müayinəsinə dair məhkəmə-tibbi ekspertiza rəyi verilib. O, məzuniyyətdə olduğu vaxt məhkəmə-tibbi eksperti Eldəniz Şirinov tərəfindən müvafiq ekspertiza keçirilib və rəy verilib. Həmin vaxt müstəntiq sənədləri tam şəkildə təqdim etmədiyindən ekspert rəyi yarımçıq verilmiş, 03 oktyabr tarixində tərəfindən yarımçıq verilmiş rəy üzrə tibbi ekspertiza yenidən icra edilmişdir. Bundan sonra 23 noyabr tarixində əlavə suallar qoyulduğundan, rəydə həmin suallara cavab verilib. Zərərçəkmiş şəxs baş nahiyəsində əng sümüyü və almacıq sümüyünün sınığına dair xəsarətlər müəyyən edilmişdir. Həmin xəsarətlər bıçağın arxa nahiyyəsi ilə törədilə bilməzdi. O, rəy verərkən zərbələrin sayını qeyd etməyib. Ümumi olaraq belə qənaətə gəlir ki, xəsarət kastetlə yetirilib. Ondan əvvəl rəy verən məhkəmə-tibb eksperti zərər çəkmiş şəxsin alın nahiyyəsində olan xəsarəti təsvir etsə də, o həmin xəsarəti görməmişdi. Sonuncuya yetirilmiş xəsarət bir zərbənin təsirindən yaranıb və bu onun mülahizəsidir. Bita ilə bir zərbə nəticəsində həmin xəsarətin yetirilməsi mümkün deyil, belə ki, bitanın toxunma səthi çox kiçikdir. Bundan başqa bita ilə həmin xəsarətin yetirilməsi üçün şəxs hərəkətsiz vəziyyətdə dayanmalı, eyni yerə bita ilə 3-4 dəfə zərbə endirilməli idi. Zərər çəkmiş şəxsin baş nahiyəsində 5 ayrı hissədə sınıq aşkar olunub, sınıqlar basılmış vəziyyət idi və bu da onu göstərir ki, vurulmuş zərbə güclü olub. Cinayət işinin materiallarında olan “Üzləşdirmə haqqında” protokoldan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs2 aralarında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Zərərçəkmiş şəxs fərqli ifadə verərək ilkin ifadəsində baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs2 və Şahid4 hər ikisinin əlində bıçaq tutduqlarını, Təqsirləndirilən şəxs4 əlində bita, Təqsirləndirilən şəxs1 əlində iki ədəd xəncər, Təqsirləndirilən şəxs3 əlində isə bıçaq və beşbarmaq olduğunu gördüyünü, gözləmədiyi halda Təqsirləndirilən şəxs4 bita ilə onun üz nahiyəsinə bir dəfə güclü zərbə vurduğunu, sonra Təqsirləndirilən şəxs4 bita ilə onun üz nahiyəsinə vuran zaman və sağ qolu ilə üzünü qorumaq üçün qabağa gedən zaman bita onun sağ qoluna dəydiyini, həmin vaxt Təqsirləndirilən şəxs1 əlində olan bıçağın kəsici hissəsi ilə başının sağ tərəfinə xəsarət yetirməsini və bıçağın arxası ilə başına zərbə vurduğunu, həmçinin sonuncuların hamısının birlikdə onu əllərində olan bıçağın arxa hissəsi, beşbarmaq, yumruq və təpiklə vurub xəsarət yetirmələrini göstərsə də, üzləşdirmə zamanı baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs1 əlində olan beysbol dəyənəyi ilə onun üzünün sağ tərəfinə yanaq nahiyəsindən bir zərbə vurduğunu, zərbənin təsirindən arxaya addımladığı zaman Təqsirləndirilən şəxs4 əlində olan bıçaqın arxası ilə onun sifətinin sağ tərəfinə sağ qaş nahiyyəsinə 3-4 dəfə zərbələr vurduğunu, zərbələr nəticəsində yerə yıxıldıqdan sonra Təqsirləndirilən şəxs1 hər iki əlində xəncər olduğunu gördüyünü və Təqsirləndirilən şəxs1 ona yaxınlaşaraq əlində olan xəncərin arxa nahiyəsi ilə başının sağ tərəfinə 1 zərbə vurduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 isə bildirmişdir ki, 12 avqust 2023-cü il tarixdə saat 02 radələrində baş vermiş hadisə zamanı Ramil, Nihad və Mirəhməd birlikdə ağaçların olduğu yerə tərəf getmiş, həmin vaxt Neman da sonuncuların arxasınca getmiş, o, həmin şəxslərin yanına çatan zaman Nihadın Mirəhmədin əlindən bıçağı aldığını görmüş, Neman çatan kimi yumruqla Mirəhmədə zərbə vurmuş, bu zaman Nihadın əlindən bıçaq yerə düşmüş, Neman bıçağı yerdən götürmüşdü. Neman həmin bıçağın arxası ilə Mirəhmədin sifətindən bir zərbə vurmuş və daha sonra bıçağı yerə atmışdı. O, bıçağı yerdən götürüb Mirəhmədin başına bir zərbə vurmuş, həmin vaxt Mirəhməd yerə yıxılmış, bu zaman Neman təpiklə Mirəhmədin qarın nahiyəsindən bir zərbə vurmuş, o da Mirəhmədi təpiklə vurmuşdu. Bundan sonra qaçaraq avtomobilə minib oradan uzaqlaşmışlar. Cinayət işinin materiallarında olan “Üzləşdirmə haqqında” protokoldan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs3 aralarında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Zərərçəkmiş şəxs fərqli ifadə verərək ilkin ifadəsində baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs2 və və Şahid4 hər ikisinin əlində bıçaq tutduqlarını, Təqsirləndirilən şəxs4 əlində bita, Təqsirləndirilən şəxs1 əlində iki ədəd xəncər, Təqsirləndirilən şəxs3 əlində isə bıçaq və beşbarmaq olduğunu gördüyünü, gözləmədiyi halda Təqsirləndirilən şəxs4 bita ilə onun üz nahiyəsinə bir dəfə güclü zərbə vurduğunu, sonra Təqsirləndirilən şəxs4 bita ilə onun üz nahiyəsinə vuran zaman və sağ qolu ilə üzünü qorumaq üçün qabağa gedən zaman bita onun sağ qoluna dəydiyini, həmin vaxt Təqsirləndirilən şəxs1 əlində olan bıçağın kəsici hissəsi ilə başının sağ tərəfinə xəsarət yetirməsini və bıçağın arxası ilə başına zərbə vurduğunu, həmçinin sonuncuların hamısının birlikdə onu əllərində olan bıçağın arxa hissəsi, beşbarmaq, yumruq və təpiklə vurub xəsarət yetirmələrini göstərsə də, üzləşdirmə zamanı baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs1 əlində olan beysbol dəyənəyi ilə onun üzünün sağ tərəfinə yanaq nahiyyəsindən bir zərbə vurduğunu, zərbənin təsirindən arxaya addımladığı zaman Təqsirləndirilən şəxs4 əlində olan bıçaqın arxası ilə onun sifətinin sağ tərəfinə sağ qaş nahiyyəsinə 3-4 dəfə zərbələr vurduğunu, zərbələr nəticəsində yerə yıxıldıqdan sonra Təqsirləndirilən şəxs1 hər iki əlində xəncər olduğunu gördüyünü və Təqsirləndirilən şəxs1 ona yaxınlaşaraq əlində olan xəncərin arxa nahiyəsi ilə başının sağ tərəfinə 1 zərbə vurduğunu bildirmişdir. Təqsirləndirilən şəxs3 isə bildirmişdir ki, 12 avqust 2023-cü il tarixdə saat 02 radələrində baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs4 və Nihat Mirəhmədi orada olan ağacların birinin yanına aparmış, o da 3-4 saniyə sonra Ramilə yaxınlaşanda Mirəhmədin sağ əlində ölçüsü təxminən 20-25 sm və tiyəsi kaburada olan bıçağı Nihata tərəf tutduğunu, həmin anda Nihatın Mirəhmədin əlindən bıçağı aldığını görmüş, həmin vaxtı Mirəhmədin əlindəki bıçaq yerə düşmüş və o, yerdən həmin bıçağı götürüb arxa dəstək tərəfi ilə Mirəhmədin sifət nahiyəsinə bir dəfə vurmuşdu. Mirəhməd yerə yıxılanda Ramil və Nihat onlardan aralanıb getmişlər. O, yerdə yıxılmış vəziyyətdə olan Mirəhmədin qarnına 2-3 dəfə təpik zərbələri vurmuş, həmin vaxt ətrafdakı şəxslər onlara tərəf qaçıb gəldiklərinə görə o, Ramil və Nihatla birlikdə qaçıb Nihatın idarə etdiyi “Toyota Corolla” markalı avtomobilinə əyləşmiş və oradan uzaqlaşmışlar. Bu zaman arxa tərəfdən iki dəfə odlu silahdan açılan atəş səsləri eşitmişdir. Cinayət işinin materiallarında olan “Üzləşdirmə haqqında” protokoldan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs4 aralarında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Zərərçəkmiş şəxs fərqli ifadə verərək ilkin ifadəsində baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs2 və və Şahid4 hər ikisinin əlində bıçaq tutduqlarını, Təqsirləndirilən şəxs4 əlində bita, Təqsirləndirilən şəxs1 əlində iki ədəd xəncər, Təqsirləndirilən şəxs3 əlində isə bıçaq və beşbarmaq olduğunu gördüyünü, gözləmədiyi halda Təqsirləndirilən şəxs4 bita ilə onun üz nahiyəsinə bir dəfə güclü zərbə vurduğunu, sonra Təqsirləndirilən şəxs4 bita ilə onun üz nahiyəsinə vuran zaman və sağ qolu ilə üzünü qorumaq üçün qabağa gedən zaman bita onun sağ qoluna dəydiyini, həmin vaxt Təqsirləndirilən şəxs1 əlində olan bıçağın kəsici hissəsi ilə başının sağ tərəfinə xəsarət yetirməsini və bıçağın arxası ilə başına zərbə vurduğunu, həmçinin sonuncuların hamısının birlikdə onu əllərində olan bıçağın arxa hissəsi, beşbarmaq, yumruq və təpiklə vurub xəsarət yetirmələrini göstərsə də, üzləşdirmə zamanı baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs1 əlində olan beysbol dəyənəyi ilə onun üzünün sağ tərəfinə yanaq nahiyyəsindən bir zərbə vurduğunu, zərbənin təsirindən arxaya addımladığı zaman Təqsirləndirilən şəxs4 əlində olan bıçaqın arxası ilə onun sifətinin sağ tərəfinə sağ qaş nahiyyəsinə 3-4 dəfə zərbələr vurduğunu, zərbələr nəticəsində yerə yıxıldıqdan sonra Təqsirləndirilən şəxs1 hər iki əlində xəncər olduğunu gördüyünü və Təqsirləndirilən şəxs1 ona yaxınlaşaraq əlində olan xəncərin arxa nahiyəsi ilə başının sağ tərəfmə 1 zərbə vurduğunu bildirmişdir. Təqsirləndirilən şəxs4 isə bildirmişdir ki, hadisə baş verən günü Şıxov qəsəbəsindəki dayanacaqda Mirəhməd və Həzrəti yanlarında təxminən 10-12 nəfər şəxslərlə birlikdə dayandıqlarını görmüş, onlar avtomobili saxlayıb yerə düşmüş, həmin vaxt Həzrət ona yaxınlaşaq “biz birlikdə yemək yemişik, hamımız dostuq, dava dalaş olmasın” sözlərini demişdi. O, Həzrətin dediklərinə fikir verməmiş və Mirəhmədə yaxınlaşaraq “görüşmək istəyirdin, görüşmüşük sözün var mənə” sözlərini deyib, Mirəhmədi yaxınlıqda yerləşən ağaclığa tərəf aparmışdı. Həmin vaxt Nihad da onlarla birlikdə getmiş, ağaclığa tərəf çatan zaman o, ayağı ilə Mirəhmədə badalaq verib yerə yıxmışdı. Mirəhməd yerə yıxılan zaman ayağı ilə sonuncunun bud nahiyyəsinə bir zərbə vurmuşdu. Bu zaman Neman da onlara yaxınlaşmış, Nemandan 3-4 saniyə sonra isə Fuad da hadisə yerinə gəlmişdi. Bu zaman Mirəhməd yerə yıxılmış vəziyyətdə olmuş, Nihatla o, birlikdə oradan aralanıb getmişlər. Həmin vaxt orada Mirəhmədlə birlikdə gələnlər davaya müdaxilə etmək istəmiş, o, qarşılarında dayanıb yaxınlaşmamalarını bildirmiş, ona görə də həmin şəxslər davaya müdaxilə etməmişdilər. Bu zaman o, Neman, Fuad və Nihatla birlikdə qaçıb Nihatın idarə etdiyi “Toyota Corolla” markalı avtomobilinə əyləşmiş və Nihat avtomobili idarə edərək oradan uzaqlaşmağa çalışmışdı. Bu zaman arxa tərəfdən iki dəfə odlu silahdan açılan atəş səsi eşitmiş, lakin kimin atəş açdığını həmin vaxt bilməmişdi. Həmin vaxt Zərərçəkmiş şəxs üzərində xəncər olmuşdur. Cinayət işinin materiallarında olan “Üzləşdirmə haqqında” protokoldan görünür ki, istintaq zamanı Şahid6 ilə Təqsirləndirilən şəxs1 aralarında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Şahid6 istintaqa verdiyi ifadəsini qismən təsdiq edərək bildirmişdir ki, hadisə yerinə gələn Ramil, Nihad, Fuad, Neman və digərlərinin əlində heç bir əşya görməmişdir. İlkin verdiyi ifadəsində həqiqəti deməmiş, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs4 əlində beysbol dəyənəyi, Təqsirləndirilən şəxs1 əlində bıçaq olduğunu dediyinə görə o da Ramilin əlində beysbol dəyənəyi, Nihadın əlində bıçaq olduğunu bildirmişdi. Hadisə zamanı Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 əllərində hər hansı əşya görməmişdir. Zərərçəkmiş şəxs kimlərin döyməsini görməmişdir. Hadisə vaxtı o, heç kimi vurub xəsarət yetirməmiş, onun üzərində heç bir qanunsuz əşya, bıçaq və ya silah qismində heç bir əşya olmamışdır. Təqsirləndirilən şəxs1 isə istintaqa verdiyi ifadəsini Şahid6 üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan “Üzləşdirmə haqqında” protokoldan görünür ki, istintaq zamanı Şahid6 ilə Təqsirləndirilən şəxs4 aralarında üzləşdirmə istintaq hərəkəti keçirilmiş üzləşmə zamanı Şahid6 istintaqa verdiyi ifadəsini qismən təsdiq edərək bildirmişdir ki, hadisə yerinə gələn Ramil, Nihad, Fuad, Neman və digərlərinin əlində heç bir əşya görməmişdir. İlkin verdiyi ifadəsində həqiqəti deməmiş, Zərərçəkmiş şəxs Ramil Dadşovun əlində beysbol dəyənəyi, Təqsirləndirilən şəxs1 əlində bılçq olduğunu dediyinə görə o da Ramilin əlində beysbol dəyənəyi, Nihadın əlində bıçaq olduğunu bildirmişdi. Hadisə zamanı Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 əllərində hər hansı bir əşya, eləcə də Zərərçəkmiş şəxs kimlərin döyməsini görməmişdir. Hadisə vaxtı o, heç kimi vurub xəsarət yetirməmiş, onun üzərində heç bir qanunsuz əşya, bıçaq və ya silah qismində heç bir əşya olmamışdır. Təqsirləndirilən şəxs4 isə istintaqa verdiyi ifadəsini Şahid6 üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan “Üzləşdirmə haqqında” protokoldan görünür ki, istintaq zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 aralarında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Təqsirləndirilən şəxs2 istintaqa verdiyi ifadəsini qismən təsdiq edərək, baş vermiş hadisə zamanı Nihat Xəlilovun əlində beysbol dəyənəyinin (bitası) olduğunu, Nihat Xəlilov beysbol dəyənəyini (bitasını) idarə etdiyi avtomobilin ön oturacağının ayaq altısına qoyduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 isə istintaqa verdiyi ifadəsini Təqsirləndirilən şəxs2 üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan “Üzləşdirmə haqqında” protokoldan görünür ki, istintaq zamanı təqsirləndirilən şəxslər X12 ilə Təqsirləndirilən şəxs1 aralarında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı onların hər ikisi istintaqa verdikləri ifadələrini bir-birinin üzünə qarşı deyərək bir daha təsdiq etmişlər. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 474 saylı xx.xx.2023-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, vət.Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər - alın nahiyəsinin sağ yarısının əzilmiş-cırılmış yarası, sağ gözaltıalmacıq nahiyəsinin, sağ yanaq-çənə nahiyəsinin qançır-şişkinlikləri və sağ orbitanın (göz yuvasının) bayır divarının basılmış sınığı (sağ göz yuvasının bayır divarı almacıq və əsas sümüyünün böyük qanadlarının göz yuvası səthlərindən təşkil olunmuşdur) və sağ orbitanın distal divarının minimal basılmış sınığı, sağ əng sümüyünün yerdəyişən sınığı, sağ almacıq qövsünün qəlpəli yerdəyişən sınığı, sağ göz qapaqlarının qançırları, sağ dirsək oynağı nahiyəsinin sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 10-15 gün əvvələ uyğun olmaqla, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım X19 müraciət etdiyi xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər. Zərərçəkmiş şəxs bədənində digər xəsarətlərin olub-olmamasını, xəsarətlərin əmələ gəlmə şəraiti və sağlamlığa zərərvurma dərəcəsi onun adına olan xəstəlik tarixinin və kompyuter tomoqramma şəkilinin X13 alınaraq ekspertizaya təqdim edilməsindən sonra əlavə olaraq təyin ediləcəkdir. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 07/474 saylı xx.xx.2023-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, vət.Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - alın nahiyəsinin sağ yarısının əzilmiş-cırılmış yarası, sağ gözaltı-almacıq nahiyəsinin, sağ yanaq-çənə nahiyəsinin qançır-şişkinlikləri və sağ orbitanın (göz yuvasının) bayır divarının basılmış sınığı (sağ göz yuvasının bayır divarı almacıq və əsas sümüyünün böyük qanadlarının göz yuvası səthlərindən təşkil olunmuşdur) və sağ orbitanın distal divarının minimal basılmış sınığı, sağ əng sümüyünün yerdəyişən sınığı, sağ almacıq qövsünün qəlpəli yerdəyişən sınığı, sağ göz qapaqlarının qançırları, sağ dirsək oynağı nahiyəsinin sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixində əmələ gələ bilərdilər Qeyd olunan xəsarətlər kompleksi sifətin sağ yarısında və məhdud sahədə yerləşdiyinə görə demək olar ki, bu xəsarətlər bərk küt əşyanın (alətin), kastetlə (beşbarmaqla) 1 (bir) zərbənin təsirindən törənməsi daha çox inandırıcıdır və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 09/07 saylı xx.xx.2023-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, vət.Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - alın nahiyəsinin sağ yarısının əzilmiş-cırılmış yarası, sağ gözaltı-almacıq nahiyəsinin, sağ yanaq-çənə nahiyəsinin qançır-şişkinlikləri və sağ orbitanın (göz yuvasının) bayır divarının basılmış sınığı (sağ göz yuvasının bayır divarı almacıq və əsas sümüyünün böyük qanadlarının göz yuvası səthlərindən təşkil olunmuşdur) və sağ orbitanın distal divarının minimal basılmış sınığı, sağ əng sümüyünün yerdəyişən sınığı, sağ almacıq qövsünün qəlpəli yerdəyişən sınığı, sağ göz qapaqlarının qançırları, sağ dirsək oynağı nahiyəsinin sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixində əmələ gələ bilərdilər Qeyd olunan xəsarətlər kompleksi sifətin sağ yarısında və məhdud sahədə yerləşdiyinə görə demək olar ki, bu xəsarətlər (sınıqlar) bərk küt əşyanın (alətin), kastetlə (beşbarmaqla) 1 (bir) zərbənin təsirindən törənməsi daha çox inandırıcıdır, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərdən - alın nahiyəsinin sağ yarısının əzilmiş-cırılmış yarası bərk küt əşyanın (alətin) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni həmin nahiyəyə bıçağın dəstəyi ilə vurma nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Sağ dirsək oynağı nahiyəsinin sıyrığı isə Zərərçəkmiş şəxs yıxılan zaman dirsək nahiyəsinin bərk sərt örtüyə dəyməsi nəticəsində əmələ gələ bilərdi. Sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlərə aiddir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsi haqqında” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin “Qəsdən sağlamlığa ağır zərər vurma” adlanan 126.1-ci maddəsinə görə, qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 126.2.4-cü maddəsi eyni əməllərin ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildilməsinə görə cinayət məsuliyyətini müəyyən edir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə uyğun olaraq, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu baxımdan “xuliqanlıq meyli və niyyəti” Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin zəruri əlamətini təşkil etdiyindən, belə məqsədin mövcudluğu sübutetmə predmetini təşkil edir. "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il qərarının 6-cı bəndində deyilir: "Qəsdən adam öldürmə o vaxt Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz.” Məhkəmə qeyd edir ki, şəxsin əməlində xuliqanlıq niyyətinin olub-olmamasının müəyyən edilməsi üçün aşağıdakı zəruri əlamətlərin mövcudluğunun araşdırılması zəruridir: Şəxsin özünün şəxsiyyətinin başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətlərinin fövqündə qoyub-qoymaması; -şəxsin cəmiyyətə, ictimai qaydalara, əxlaq normalarına aşkar laqeydlik, etinasızlıq, hörmətsizlik göstərib göstərməməsi; -şəxsin ətrafdakılara münasibətdə şəxsi eqoizmini, qəddarlığını, azğınlığını nümayiş etdirib-etdirməməsi. Avropa Məhkəməsinin "Qavazov Bolqarıstana qarşı" 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Cinayət işinin mübahisəsiz hallarından açıq-aydın görünür ki, hadisənin baş verdiyi gün Təqsirləndirilən şəxs4 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxsla mobil telefonda mübahisə etmiş, sonuncu Təqsirləndirilən şəxs4 mübahisənin davamı olaraq görüşə çağırmış, bu zaman sonuncunun yanında olan digər təqsirləndirilən şəxslər də Təqsirləndirilən şəxs4la birlikdə sonuncunu tək qoymamaq üçün təyinatı üzrə “Dostluq” kafesinə getmiş, burada zərər çəkmiş şəxs təqsirləndirilən şəxsləri, o cümlədən, Təqsirləndirilən şəxs1 söymüş, bunu şəxsinə qəbul etməyən Təqsirləndirilən şəxs1 silah qismində istifadə etdiyi beysbol dəyənəyi (bita) ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ağır bədən xəsarəti yetirmişdir. Göründüyü kimi tərəflər arasında münaqişə şəxsi münasibətlər zəminində baş vermişdir. Belə münasibətlər zəminində baş vermiş hadisənin xuliqanlıq niyyəti ilə törədilmiş əməl kimi qiymətləndirilməsi işin faktiki hallarına və tərəflərin münasibətlərinə uyğun olmamışdır. Hazırki cinayət işində hadisənin ictimai yerdə baş verməsinə baxmayaraq xuliqanlıq cinayətinin subyektiv cəhətinin mütləq şərti olan cinayətin motivi – xuliqanlıq niyyəti təqsirləndirilən şəxsin əməlində öz əksini tapmamış, tərəflər arasındakı mübahisənin əsasını şəxsi münasibətlərin pozulması zəmnində baş vermiş konflikt təşkil etmişdir. Buna baxmayaraq məhkəmə müəyyən edir ki, hazırki cinayət işi üzrə zərərçəkmiş şəxslə təqsirləndirilən şəxs arasında mübahisə məhz Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsləri söyməsi ilə bağlı münaqişəli vəziyyət olmuş və qeyd olunan zorakı hərəkətin törədilməsini də həmin şəxsi münasibətlər şərtləndirmişdir. Buna baxmayaraq ibtidai istintaq orqanının həmin münaqişəli vəziyyəti Təqsirləndirilən şəxs1 cinayətkar hərəkətlərini şərtləndirən xüsusat kimi deyil, bəhanə kimi qiymətləndirməsi isə aşkar surətdə faktlarla, adi müşahidəçinin dəyərləndirilməsi ilə uzlaşmayan qənaət, subyektiv mülahizə kimi çıxış edir. Məhkəmənin qənaətə görə Təqsirləndirilən şəxs1 tərəfindən Zərərçəkmiş şəxs əməllərinin səhv davranış kimi səciyyələndirməsi ağlabatan kimi qəbul edilməli olan subyektiv qiymətləndirmədir və açıq-aydın Təqsirləndirilən şəxs1 cinayəti zərərçəkmişə qarşı olan şəxsi münasibəti zəminində törətdiyini göstərir. Halbuki ibtidai istintaq orqanı öz qənaətini ilk növbədə təqsirkar şəxsin baş verənlərə subyektiv münasibətinə görə formalaşdırmalı olduğunu nəzərindən qaçırmışdır. Ali Məhkəmənin Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli qərarının 6-cı bəndində izah edildiyi kimi xuliqanlıq niyyətini “əsaslı səbəb”in olmaması ilə deyil, təqsirkarın səbəbsiz olaraq hərəkət etməsi və yaxud cüzi səbəbi bahanə etməsi ilə əlaqələndirmişdir. Hazırki işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından, hətta ittihamın özündə belə təsvir olunmuş xüsusatlardan isə görünən odur ki, Təqsirləndirilən şəxs1 səbəb olmadan və yaxud nəyisə bahənə etməklə hərəkət etməmiş, onun subyektiv münasibətində zərərçəkmiş Zərərçəkmiş şəxs hərəkətləri və bundan irəli gələn mübahisə bahanə deyil, “əsl səbəb” kimi çıxış etməklə onu cinayət törətməyə sövq edən, təkanverici amil rolunu oynamışdır. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 №-li qərarının 3-cü bəndində qeyd edilir ki, ictimai qaydanı kobud şəkildə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair xərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Məhkəmə bu nəticəyə gələrkən təqsirkar şəxsin zərərçəkmiş şəxsin sağlamlığına xəsarət yetirmək məqsədilə qəsdən münaqişə yaratmadığını da nəzərə alır. Məhkəmə qeyd edir ki, şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi üçün cinayət tərkibinin dörd vacib elementinin olması zəruridir. Belə ki, Cinayət hüquq nəzəriyyəsində cinayət tərkibi xüsusi yer tutur. Cinayət tərkibi dedikdə ictimai təhlükəli əməli cinayət kimi səciyyələndirilən, cinayət qanunu ilə nəzərdə tutulmuş obyekti və subyektiv əlamətlərinin məcmusu başa düşülür. Cinayət tərkibi isə dörd vacib elementdən ibarətdir; cinayətin obyekti, obyektiv cəhəti, subyekti və subyektiv cəhəti. Cinayətin obyekti — cinayətkarın qəsd etdiyi maraqlar, sərvətlər və ya başqa şəxslərin hüquqlarıdır. Cinayətin obyektiv cəhəti dedikdə, cinayətin törədildiyi əməl (hərəkət və ya hərəkətsizlik), cinayətkar nəticələr, habelə əməl və nəticələr arasında səbəbli əlaqə başa düşülür. Cinayətin subyekti — üzərinə törədilmiş əmələ görə cinayət məsuliyyətinin qoyulması mümkün olan şəxsdir. Söhbət cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddindən və anlaqlılıqdan gedir. şəxsin törətdiyi əmələ (hərəkət və ya hərəkətsizlik) qəsd və ya ehtiyatsızlıq formasında psixi münasibətidir. Cinayətin subyektiv cəhətinə motiv, məqsəd və emosional vəziyyət kimi əlamətlər də daxildir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətlərin zəruri tərkib elementi olan subyektiv cəhətin (xuliqanlıq niyyəti) mövcud olmaması işin halları ilə tam təsdiq edilir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 33-cü maddəsi müəyyən edir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 32.2.3-cü maddəsinə əsasən, ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır və 349.4-cü maddənin tələbinə görə, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, 349.5.2-ci maddəsinə görə bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və 349.5.3-cü maddəsinə əsasən isə məhkəmə¬nin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə - məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməli, onun Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmənın iclasında da Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə öz təsdiqini tapmışdır. Məhkəmə yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməli, onun Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmənın iclasında da Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə öz təsdiqini tapmışdır. Bundan başqa “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair” 12 oktyabr 2022-ci il qərardadında qeyd olunur ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsində göstərilən əməl subyektiv cəhətdən ictimai qaydanın məhz xuliqanlıq motivi ilə kobud surətdə pozulması niyyətində ifadə olunur. Belə ki, təqsirkarın, şəxslər üzərində zor tətbiq etməklə və ya əmlakı məhv etmək yaxud zədələməklə ictimai qaydanı pozduğunu və cəmiyyətə açıq hörmətsizlik etdiyini dərk etməsi və bunu arzulaması, yalnız o halda cəmiyyət və ictimai qayda əleyhinə yönələn hərəkət kimi qiymətləndirilə bilər ki, bu əməl xuliqanlıq motivindən irəli gəlsin və şəxsi münasibətlər zəmnində törədilməmiş olsun. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 №-li qərarının 3-cü bəndində qeyd edilir ki, ictimai qaydanı kobud şəkildə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair xərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Həmçinin məhkəmə xuliqanlıq cinayətinin obyektiv cəhətdən ifadə olunduğu xuliqanlıq əməlləri ilə bağlı qeyd edir ki, "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında həmçinin göstərilir ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər isə təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətlər kimi müəyyən edilmişdir. «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri və İnzibati hüquqpozmalara dair işlər üzrə Məhkəmənın 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilir ki, maddənin dizpozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: -ictimai qaydanın kobud sürətdə pozulması, -cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, -şəxslərin üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 törətmiş olduğu, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci və 221.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri qəsdən törədilmişdir, həmin cinayətlər başa çatmışdır, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş əməl ağır, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş əməl təsnifata görə az ağır cinayətdir. Həmçinin Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 törətdikləri əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmişdir, başa çatmış və təsnifata görə az ağır cinayətlərdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci və 221.3-cü maddələri, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi sübuta yetirilmişdir. Sonuncular qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin təqsirli bilindikləri müvafiq maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəzalar və Təqsirləndirilən şəxs4 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin təqsirli bilindiyi müvafiq maddəsnin sanksiyası həddində islah işləri növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərində heç bir silahın olmaması, zərər çəkmiş şəxs qarşı hər hansı xəsarət yetirməməsi barədə ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. Qeyd edilməlidir ki, ekspert qismində dəvət edilmiş X4 ona verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs kastetlə xəsarət yetirilməsinə qənaətinə gəldiyini, onun mülahizəsinə görə xəsarətin bir zərbənin təsirindən yarandığını, bitanın toxunma səthi çox kiçik olduğundan bita ilə bir zərbə nəticəsində həmin xəsarətin yetirilməsinin mümkün olmadığını bildirsə də, məhkəmə ekspertin fikrini cinayət işinin digər materialları və işinin bütün halları ilə əlaqəli surətdə təhlil edərək əsaslı hesab etmir. Bundan başqa zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsi ilə ona bita ilə xəsarət yetirən şəxsin Təqsirləndirilən şəxs1 olması, həmçinin Şahid5 ifadəsi ilə Təqsirləndirilən şəxs1 əlində beysbol dəyənəyinin olması bir daha təsdiq olunur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Nihadın Mirəhmədə hər hansı xəsarət yetirməsini görmədiyini, sonuncunun üzərində və ya avtomobilində bita olmadığını, o və Təqsirləndirilən şəxs3 zərər çəkmiş şəxs döydüklərini, digər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Təqsirləndirilən şəxs1 zərər çəkmiş şəxsin əlində olan bıçağı almağa çalışdığını, Təqsirləndirilən şəxs4 zərər çəkmiş şəxsə badalaq vurduqdan sonra sonuncunun əlində olan bıçağın yerə düşdüyünü, həmçinin Təqsirləndirilən şəxs3 ifadəsində sözügedən bıçağı yerdən alıb bıçağın arxa tutacaq tərəfi ilə zərər çəkmiş şəxsə əvvəlcə özü, sonra isə Təqsirləndirilən şəxs2 tərəfindən xəsarət yetirildiyini bildirməsi məzmununda ifadələri Təqsirləndirilən şəxs1 müdafiə məqsədi ilə verilmiş sayılmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 özləri onlara qarşı irəli sürülmüş ittiham üzrə qismən təqsirli bilsələr də, məhkəmə hesab edir ki, sonuncular Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə onlara verilmiş ittiham üzrə tam təqsirlidirlər, məhkəmənin bu qənaəti işdə olan sübutlarla təsdiq olunur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən onların törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, sonuncuların şəxsiyyətini, zərərçəkmiş şəxslə aralarında barışıq əldə etdiklərini, sonuncunun onlara qarşı şikayət və tələbinin olmamasını, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən təqsirləndirilən şəxsləri səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə aralarında barışıq əldə etmələrin, zərər çəkmiş şəxsin şikayət və tələbinin olmamasını Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 cəzasını yüngülləşdirən hal hesab edir. Həmçinin məhkəmə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə aralarında barışıq əldə etmələrini, zərər çəkmiş şəxsin şikayət və tələbinin olmamasını “Vətən Müharibəsi” iştirakçısı olmasını, “Vətən müharibəsi iştirakçısı” medalı, Azərbaycan Respublikası Prezidentinin “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilməsini Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən hallar hesab edir. Belə ki, cinayət işinin materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 23 dekabr 2024-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizələrinin surətlərindən görünür ki, sonuncu təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə barışmışdır, sonunculara qarşı iddiası, şikayəti və tələbi yoxdur və gələcəkdə də olmayacaq. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası medalının İ-2714 saylı və İ-81913 saylı vəsiqələrin, Azərbaycan Vətən Mübaribəsi X7 tərəfindən verilmiş 76913 saylı vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs3 “Vətən Müharibəsi” iştirakçısıdır, “Vətən müharibəsi iştirakçısı” medalı, Azərbaycan Respublikası Prezidentinin “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, zərər çəkmiş şəxsin şikayətçi olmamasını, o cümlədən təqsirləndirilən şəxslər barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halın olub, cəzasını ağırlaşdıran halların olmamasını, həmçinin Təqsirləndirilən şəxs3 “Vətən Müharibəsi” iştirakçısı olmasını, “Vətən müharibəsi iştirakçısı” medalı, Azərbaycan Respublikası Prezidentinin “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilməsini nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 cəza çəkmədən islah olunmasını mümkün sayır və hesab edir ki, sonuncular barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunaraq, azadlıqdan məhrum etmə növündə təyin olunan cəza şərti olaraq tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 sınaq müddəti müəyyən olunmalı və üzərinə onların davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 25-ci bəndində qeyd edilir ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Bu baxımdan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 23 sentyabr 2023-cü il tarixdən hökmün elan oldunduğu tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı müddət, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 14 avqust 2023-cü il tarixdən hökmün elan oldunduğu tarixədək həbsdə saxlanıldığı müddət sonunculara təyin edilən azadlıqdan məhrum etmə növündə cəza müddətinə hesablanmamalıdır. Bundan başqa Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti islah işləri cəzasının müddətinə bir günə dörd gün hesabı ilə hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs4 barəsində 19 sentyabr 2023-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 19 sentyabr 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində saxlanıldığı 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən islah işləri növündə cəzanın müddətinə bir günə dörd gün hesabı ilə hesablanaraq Təqsirləndirilən şəxs4 qəti olaraq müəyyən müddətə islah işləri cəzasına məhkum edilməlidir. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Hazırki cinayət işi üzrə sübut qismində tanınmış əşya müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X5, Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 Zülfiqar oğluna, Təqsirləndirilən şəxs3 məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 və Təqsirləndirilən şəxs4 məhkəmə iclaslarında göstərdikləri pulsuz hüquqi yardıma görə Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 nə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi6 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 05 (beş) iş saatı üçün 30 (otuz) manat məbləğində vəsait Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X5, Təqsirləndirilən şəxs4 məhkəmə iclaslarında göstərdikləri pulsuz hüquqi yardıma görə 63 (altmış üç) iş saatı üçün 378 (üç yüz yetmiş səkkiz) manat məbləğində vəsait Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, 21 (iyirmi bir) iş saatı üçün 126 (yüz iyirmi altı) manat məbləğində vəsait Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi6, Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 84 (səksən dörd) iş saatı üçün 504 (beş yüz dörd) manat məbləğində vəsait Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 Zülfiqar oğluna, Təqsirləndirilən şəxs3 məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 84 (səksən dörd) iş saatı üçün 504 (beş yüz dörd) manat məbləğində vəsait Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrum etmə cəzaları tamamilə toplamaq yolu Təqsirləndirilən şəxs1 qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə və sınaq müddəti müəyyən olunmaqla Təqsirləndirilən şəxs1 təyin edilən azadlıqdan mərhum etmə cəzası şərti tətbiq edilsin. Sınaq müddəti 02 (iki) il müəyyən edilsin və hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs1 üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə və sınaq müddəti müəyyən olunmaqla Təqsirləndirilən şəxs2 təyin edilən azadlıqdan mərhum etmə cəzası şərti tətbiq edilsin. Sınaq müddəti 01 (bir) il müəyyən edilsin və hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs2 üzərində nəzarətin həyata keçirilməsi Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və Təqsirləndirilən şəxs2 məhkəmə iclası zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə və sınaq müddəti müəyyən olunmaqla Təqsirləndirilən şəxs3 təyin edilən azadlıqdan mərhum etmə cəzası şərti tətbiq edilsin. Sınaq müddəti 01 (bir) il müəyyən edilsin və hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs3 üzərində nəzarətin həyata keçirilməsi Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və Təqsirləndirilən şəxs3 məhkəmə iclası zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs4 19 sentyabr 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində saxlanıldığı 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən islah işləri növündə cəzanın müddətinə bir günə dörd gün hesabı ilə hesablanaraq Təqsirləndirilən şəxs4 təyin edilən 02 (iki) il müddətə islah işləri cəzasından 04 (dörd) gün çıxılsın və Təqsirləndirilən şəxs4 çəkilməsi üçün qəti olaraq qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs4 cəzasının əvvəli qazancından tutulmalar aparılmağa başlandığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 05 (beş) iş saatı üçün 30 (otuz) manat məbləğində vəsait Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X5, Təqsirləndirilən şəxs4 məhkəmə iclaslarında göstərdikləri pulsuz hüquqi yardıma görə 63 (altmış üç) iş saatı üçün 378 (üç yüz yetmiş səkkiz) manat məbləğində vəsait Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, 21 (iyirmi bir) iş saatı üçün 126 (yüz iyirmi altı) manat məbləğində vəsait Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi6, Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 84 (səksən dörd) iş saatı üçün 504 (beş yüz dörd) manat məbləğində vəsait Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 Zülfiqar oğluna, Təqsirləndirilən şəxs3 məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 84 (səksən dörd) iş saatı üçün 504 (beş yüz dörd) manat məbləğində vəsait Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Elnur Nuriyev (sədrlik edən) Azər Tağıyev Kamran Muxtarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar