Məhkəmə qərarları › İş №1(101)-1590/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1590/2021

29.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1590/2021 29.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X11, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, müdafiəçilər Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri Mərkəz vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxx 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər Yasamal Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə 02 il 01 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxxxx 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs1 qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri və psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama və daşıma niyyəti ilə tanışı Lətifov Faiq Əflatun oğlu ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq özü 05 ədəd bükümdə olmaqla ayrı-ayrılıqda təmiz çəkiləri 1,780 qram, 0,350 qram, 0,307 qram, 0,348 qram və 0,322 qram olan ümumi təmiz çəkisi 3,107 qram təşkil edən qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan külli miqdarda heroini və 01 ədəd bükümdə təmiz çəkisi 0,125 qram olan ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamini 08 aprel 2021-ci il tarixdə saat 16 radələrində, Təqsirləndirilən şəxs2 isə bir ədəd sellofan bükümdə təmiz çəkisi 1,030 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroini 09 aprel 2021-ci il tarixdə səhər saatlarında istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşımış, aralarında əldə olunmuş ümumi niyyətə uyğun olaraq Təqsirləndirilən şəxs2la əvvəldən razılaşdıqları kimi satış məqsədi ilə əldə edib özlərində saxlamaqla daşıdıqları xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə bir-biri ilə eynilik təşkil edən, ümumilikdə cəmi təmiz çəkisi 4,137 qram olan həmin narkotik vasitə- külli miqdarda heroini və təmiz çəkisi 0,125 qram olan həmin psixotrop maddə metamfetamini ayrı-ayrı şəxslərə satmaqla bağlı öz aralarında məsləhətləşmələr aparmaq məqsədi ilə 09 aprel 2021-ci il tarixdə saat 12 radələrində ünvan 3 ünvanının yaxınlığında olarkən saat 12:30 dəqiqədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs2la birlikdə saxlanılaraq Yasamal RPİ-nin 29-cu PŞ-nə gətirilmiş, bölmənin inzibati binasında üzərilərinə keçirilən şəxsi axtarış zamanı onun əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 05 ədəd bükümdə olmaqla ayrı-ayrılıqda təmiz çəkiləri 1,780 qram, 0,350 qram, 0,307 qram, 0,348 qram və 0,322 qram olan ümumi təmiz çəkisi 3,107 qram təşkil edən qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan külli miqdarda heroin, 01 ədəd bükümdə təmiz çəkisi 0,125 qram olan ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamin və bir ədəd “Constat” markalı elektron tərəzi, Lətifov Faiq Əflatun oğlunun əynində olan göy rəngli şalvarın sol yan cibindən bir ədəd sellofan bükümdə təmiz çəkisi 1,030 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin olmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib özlərində saxlamaqla daşıdıqları xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə bir-biri ilə eynilik təşkil edən ümumilikdə cəmi təmiz çəkisi 4,137 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroin və 01 ədəd bükümdə təmiz çəkisi 0,125 qram ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs2 qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri və psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama və daşıma niyyəti ilə tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq özü bir ədəd sellofan bükümdə təmiz çəkisi 1,030 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroini 09 aprel 2021-ci il tarixdə səhər saatlarında, Təqsirləndirilən şəxs1 isə 05 ədəd bükümdə olmaqla ayrı-ayrılıqda təmiz çəkiləri 1,780 qram, 0,350 qram, 0,307 qram, 0,348 qram və 0,322 qram olan ümumi təmiz çəkisi 3,107 qram təşkil edən qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan külli miqdarda heroini və 01 ədəd bükümdə təmiz çəkisi 0,125 qram olan ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamini 08 aprel 2021-ci il tarixdə saat 16 radələrində istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşımış, aralarında əldə olunmuş ümumi niyyətə uyğun olaraq Təqsirləndirilən şəxs1lə əvvəldən razılaşdıqları kimi satış məqsədi ilə əldə edib özlərində saxlamaqla daşıdıqları xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə bir-biri ilə eynilik təşkil edən, ümumilikdə cəmi təmiz çəkisi 4,137 qram olan həmin narkotik vasitə- külli miqdarda heroini və təmiz çəkisi 0,125 qram olan həmin psixotrop maddə metamfetamini ayrı-ayrı şəxslərə satmaqla bağlı öz aralarında məsləhətləşmələr aparmaq məqsədi ilə 09 aprel 2021-ci il tarixdə saat 12 radələrində ünvan 3 ünvanının yaxınlığında olarkən saat 12:30 dəqiqədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs1lə birlikdə saxlanılaraq Yasamal RPİ-nin 29-ci PŞ-nə gətirilmiş, bölmənin inzibati binasında üzərilərinə keçirilən şəxsi axtarış zamanı onun əynində olan göy rəngli şalvarın sol yan cibindən bir ədəd sellofan bükümdə təmiz çəkisi 1,030 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin, Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 05 ədəd bükümdə olmaqla ayrı-ayrılıqda təmiz çəkiləri 1,780 qram, 0,350 qram, 0,307 qram, 0,348 qram və 0,322 qram olan ümumi təmiz çəkisi 3,107 qram təşkil edən qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan külli miqdarda heroin, 01 ədəd bükümdə təmiz çəkisi 0,125 qram olan ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamin və bir ədəd “Constat” markalı elektron tərəzi olmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib özlərində saxlamaqla daşıdıqları xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə bir-biri ilə eynilik təşkil edən ümumilikdə cəmi təmiz çəkisi 4,137 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroin və 01 ədəd bükümdə təmiz çəkisi 0,125 qram ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 qonşu kimi tanıyır, münasibətləri yaxşı olmuşdur. O, narkotik vasitə olan heroini çəkməklə istifadə etmişdir. Narkotik vasitəni tanımadığı şəxslərdən almışdır. 09 aprel 2021-ci il tarixdə səhər saatlarında o, Elsevərgilə getmişdir. Elsevərlə evdə olarkən təxminən 10-15 nəfər polis əməkdaşları onun evinə gələrək əvvəlcə bir neçəsi pəncərənin barmaqlığını qoparıb içəri keçmişlər, digər polis əməkdaşları isə qapıdan evə daxil olmuşlar. Evdə ondan və Elsevərdən başqa heç kəs olmamışdır. Həmin vaxt o, Elsevərlə evdə oturmuşlar. Polis əməkdaşları evə baxış keçirmişlər. Evdə qonaq otağında stolun üstündən 1,04 qram narkotik vasitə aşkar edib götürmüşlər. Həmin narkotik vasitə Elsevərə məxsus imiş. Onun üzərinə baxmışlar, lakin üzrindən heç nə aşkar olunmamışdır. Bundan sonra onları Yasmal Rayon Polis İdarəsinin 29-cu PB-nə gətirmişlər. Onun üzərində narkotik vasitə olmadığı halda adını bilmədiyi bir nəfər polis əməkdaşı onun cibinə narkotik vasitə qoymuşdur. O, qorxudan səs çıxara bilməmişdir. Bundan sonra onun üzərinə videoçəkilişlə baxış keçirilərkən o, üzərinə qoyulan narkotik vasitəni çıxarıb təqdim etmişdir. Həmin vaxt həmin narkotik vasitənin ona məxsus olmasını bildirmişdir. Lakin onda ittiham aktında göstərilən 1,030 qram narkotik vasitə heroin olmamışdır. Yaşadığı evə də baxış keçirilmiş, evdə də narkotik vasitə olmamışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, o, Elsevərin evinə qonşu kimi getmişdir. Polis əməkdaşları gələndə onlar heç nə etməmişlər, evdə oturmuşlar. Üzərinə narkotik vasitə qoymaları barədə heç yerə şikayət etməmişdir. Kamera çəkərkən narkotik vastənin ona məxsus olmasını demişdir. Ona görə demişdir ki, qorxmuşdur ki, deməsə, onu döyərlər. Ona qarşı hər hansı bir təsir və təzyiq olmamış, onu döyməmişlər. O, Yasamal rayonu «Sovetski» adlanan ərazidə tanmadığı şəxsdən 15 manat dəyərində narkotik vasitə almamışdır. 09 aprel 2021-ci il tarixdə axşam saat 12:30 radələrində Bakı şəhəri, Yasamal rayonunda yaşadığı evin yaxınlığında piyada hərəkət edərkən onu polis əməkdaşları saxlamamışlar, o, Elsevərin evində olarkən polis əməkdaşları həmin evə basqın edərək saxlamışlar. O, saxlanılarkən üzərində narkotik vasitə olmamış, lakin o, narkotik vasitənin istifadəçisi olduğu üçün özünü qismən təqsirli bilir. O, heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Nə onun üzərində 1,030 qram heroin, nə də ki Təqsirləndirilən şəxs1 üzərindən 05 ədəd bükümdə olmaqla ayrıayrılıqda 1,780 qram, 0,350 qram, 0,307 qram, 0,348 qram və 0,322 qram, yəni, ümumi çəkisi 3,107 qram heroin və 01 ədəd 0,125 qram metamfetamin olmamışdır. Elan olunmuş cinayət işinin 1-ci cild 47-49-cu vərəqələrində olan şəxsi axtarış və götürmə aparılması haqqında potokola və protokolda olan imzaya əsasən Təqsirləndirilən şəxs2 bildirmişdir ki, elan olunmuş protokolda olan imza onun imzasıdır, polis əməkdaşlarının deməsinə görə o, narkotik vasitənin ona məxsus olmasını demişdir. Protokol tərtib olunarkən ona fiziki təsir və təzyiq olmamışdır. Ona bildirmişlər ki, üzərinə qoyduqları narkotik vasitəni boynuna götürsə, ona CM-nin 234.1-ci maddəsi ilə ittiham veriləcək. O da razılaşmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri və izahatı elan edilmiş, izahatın və ifadələrinin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 1-ci cild 59-60-cı vərəqələrində olan izahatında, 1-ci cild 78- 80, 107-109-cu vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs2 aşağıdakıları göstərmişdir: … «... 09 aprel 2021-ci il tarixdə axşam saat 12:30 radələrində Bakı şəhəri, Yasamal rayonunda yaşadığım evin yaxınlığında piyada hərəkət edərkən 3 nəfər mülki geyimli şəxs mənim yanımda Elsevərə yaxınlaşraq özlərini təqdim etdilər. ...Bundan sonra mən əynimdə olan göy rəngli cins şalvarın sol yan cibindən 1 (bir) bükümdə, açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroini təqdim etdim. Sonra həmin heroin elektron tərəzidə çəkildi və qablaşdırma ilə birlikdə çəkisi 1,16 qram oldu. Mən sorğu zamanı həmin narkotik vasitənin özümə məxsus olduğunu, həmin narkotik vasitələri Yasamal rayonunda tanımadığım şəxsdən əldə etdiyimi bildirdim» Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, elan olunmuş izahatı və ifadələri təsdiq etmir, ona təqdim olunmuş imzalar onun imzasıdır, lakin izahatı və ifadələri oxumadan imza etmişdir. Cinayət işinin 2-ci cild 73-77 və 150-154-cü vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs2 aşağıdakıları göstərmişdir: … «... Sonuncu dəfə isə 09 aprel 2021ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu Sovetski adlanan ərazidə narkotik vasitələrin satışı ilə məşğul olan şəxs kimi tanıdığım, adını və anket məlumatlarını bilmədiyim şəxsdən şəxsi istifadəm üçün 15 manat pul müqabilində narkotik vasitə heroin almışam. Həmin şəxs mənə 01 ədəd bükümdə narkotik vasitə heroini vermişdir. Həmin narkotik vasitələri aldıqdan sonra əynimdə olan göy rəngli cins şalvarımın sol yan cibinə qoymuşam. 09 aprel 2021-ci il tarixdə axşam saat 12:30 radələrində Bakı şəhəri, Yasamal rayonunda yaşadığım evin yaxınlığında piyada hərəkət edərkən 3 nəfər mülki geyimli şəxs mənim yanımda Elsevərə yaxınlaşraq özlərini təqdim etdilər. ...Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən üzərində olan 06 ədəd bükümü və elektron tərəzini könüllü olaraq polis əməkdaşlarına təqdim etdi. Təhqiqatçı tərəfindən həmin bükümlərdə nə olduğu soruşulduqda o, narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olduğunu və həmin bükümləri haradan əldə etməyi barədə məlumat verdi. ...Mən şəxsi axtarış zamanı öz məsuliyyətimi və etdiyim əməli dərk etdiyimdən təhqiqatçının təklifindən sonra əynimdə olan göy rəngli cins şalvarımın sol yan cibindən üzərimdə olan bir büküm narkotik vasitəni könüllü olaraq polis əməkdaşlarına təqdim etdim. Təhqiqatçı tərəfindən həmin büküm nə olduğu soruşulduqda mən narkotik vasitə heroin olduğunu və həmin bükümü haradan əldə etməyim barədə məlumat verdim.» Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, elan olnumuş ifadələrini təsdiq etmir. İfadələrdə olan imzalar onun imzalarıdır, ifadələri oxumadan imza etmişdir. Elan olunmuş cinayət işinin 2-ci cild 19-23-cü vərəqələrində olan rabitə və digər texniki vasitələrlə ötürülən məlumatların əks olunduğu CD diskinə baxış keçirilməsi haqqında protokola əsasən Təqsirləndirilən şəxs2 bildirmişdir ki, elan olunmuş protokolda olan danışıqları xatırlamır. Elan olunmuş cinayət işinin 2-ci cild 200-cü vərəqəsində olan təqsirləndirilən şəxsin cinayət işinin materialları ilə və maddi sübutlarla tanış etmə protokolu və protokolun sonunda olan əlyazma və imzaya əsasən Təqsirləndirilən şəxs2 bildirmişdir ki, cinayət işinin materialları ilə tanış olmuşdur. Sonda olan əlyazmanı o, yazmış və imza onun imzasıdır. Ona belə yazmağını bildirmişlər, o da onların deməsinə görə belə yazmışdır. O, narkoman olduğu üçün heç yerə şikayət etməmiş və narkotik vasitələrin ona məxsus olması barədə istintaq dövründə sona qədər etiraf etmişdir. Lakin hal-hazırda bildirir ki, onda narkotik vasitə tapılmamışdır. Narkotik vasitəni onun cibinə hansı polis əməkdaşının qoymasını xatırlamır, onu görsə tanıya bilməz. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, ona verilmiş ittihamla razı deyil, özünü Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilmir. O, narkotik vasitələrdən istifadə edir. Buna görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə azadlığın məhdudlaşdırması cəzasına məhkum edilmişdir.Təqsirləndirilən şəxs2 qonşu kimi tanıyır. Qonşu kimi münasibətləri yaxşı olmuşdur. 09 aprel 2021-ci il tarixdə səhər saatlarında o, evdə olarkən Təqsirləndirilən şəxs2 onlara gəlmişdir. Bir az keçmiş təxminən 10-15 nəfər polis əməkdaşları evinə gəlmişlər. Pəncərənin dəmir barmaqlığını sındıraraq içəri keçmişlər. Həmin vaxt evdə bir müddət əvvəl əldə etdiyi və qalığı qalan 1,04 qram nakrotik vasitə heroin, 0,02 qram narkotik vasitə metamfetamin və şpris var imiş. Həmin narkotik vasitələr özünə məxsus olmuş və stolun üstündə imiş. Evdə olan narkotik vasitədən başqa onda narkotik vasitə olmamış, həmçinin Təqsirləndirilən şəxs2 narkotik olmamışdır. Eləcə də onda tərəzi olmamışdır. İttiham aktında göstərilən beş ədəd bükümdə olan 3,107 qram heroin və 01 ədəd bükümdə olan 0,125 qram metamfetamin onda aşkar olunmamışdır. Onda yalnız 1,04 qram nakrotik vasitə heroin, 0,02 qram metamfetamin olmuşdur. İttiham aktında nəyə görəsə ekspertiza rəyində guya onda və Faiqdə yəni hər ikisində olan narkotikin tərkibinin eyni olması göstərilmiş, halbuki, Təqsirləndirilən şəxs2 ümumiyyətlə heçnə olmamışdır. Polis əməkdaşları həmin narkotik vasitələri götürüb onu və Təqsirləndirilən şəxs2 Yasamal Rayon Polis İdarəsinin 29-cu PBnə gətirmişlər. Polis bölməsində üzərinə baxış keçirilərkən onların ona verdikləri narkotik vasitəni boynuna almağını bildirərək, onu döymüşlər və həm də bildirmişlər ki, boynuna alsa, ona CM-nin 234.1-ci maddəsi ilə ittiham veriləcək. Eləcə də onu başqa otağa aparıb döyərək əgər onların dediklərini boynuna almasa, anasını, bacısını, nişanlısını da Polis Bölməsinə gətirəcəklərini bildirmişlər. O da razılaşıb onların dediyi kimi boynuna almış və bildirmişdir ki, 3,107 qram heroin və 01 ədəd bükümdə olan 0,125 qram metamfetamin ona məxsusdur. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, o, ilk əvvəl kakosdan istifadə etməyə başlamışdır. Sonralar iynə vurmağa başlamışdır. Heroinin 1 qramını 15-20 manat almışdır. Narkotik vasitəni ona satan şəxsin anket məlumatlarını, ünvanını bilmir. Ona narkotik vasitə lazım olanda həmin şəxs qapısına gəlib narkotiki verib getmişdir. O, əvvəllər bir dəfə CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuş, ona azadlığın məhdudlaşdırılması cəzası verimişdir. Həmin hökmlə ona məcburi müalicə təyin olunmamışdır. Polis əməkdaşlarından biri Mişa adlı polis əməkdaşı pəncərənin dəmir barmaqlığını sındırıb sonra içəri keçmişlər. Mişa adlı polis əməkdaşının digər anket məlumatlarını bilmir. Tərəzini və əlavə narkotik vasitəni ona verib bildirmişlər ki, bunu boynuna almalıdır. Onu döymüşlər. Evdə protokol tərtib olunmamışdır. Polis əməkdaşlarının onları evdən aparmalarını bacısı, əmisi uşaqları da görmüşlər. Onun istifadəsində ***-***-**-** mobil nömrəsi olmuşdur. Elan olunmuş cinayət işinin 1-ci cild 47-49-cu vərəqələrində olan təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 üzərinə vidioçəkilişlə aparılan şəxsi axtarış və götürmə haqında protokola və protokolda olan imzaya əsasən Təqsirləndirilən şəxs1 bildirmişdir ki, ona təqdim olunmuş imza onun imzasıdır, lakin protokolda göstərilən narkotk vasitə ona məxsus olmamışdır. Onu məcbur edib həmin protokolu imzalatmışlar. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmiş, ifadələrinin sonunda olan imza və əlyazma ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 1-ci cild 74-76-cı, 1-ci cild 93-95 və 2-ci cild 67-72-ci vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs1 aşağıdakıları göstərmişdir: … «... 08 aprel 2021-ci il tarixdə təxminən saat 16 radələrində Nazim mənim yaşadığım ünvan 4 ünvanın qarşısına gələrək mən ona 65 manat verib, mənə 5 (beş) bükümdə, açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroini, 1 (bir) bükümdə, ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetamini verdi. Mən narkotik vasitəni əynimdə olan qara rəngli şalvarın sağ yan cibinə qoydum. Həmin günü narkotik vasitədən qəbul etmədim. 09 aprel 2021-ci il tarixdə saat 12:30 radələrində yaşadığım ünvan 4 ünvanın yaxınlığında piyada hərəkət edərkənn 3 nəfər mülki geyimli şəxs mənə yaxınlaşaraq özlərini təqdim etdilər. ... Bundan sonra mən əynimdə olan qara rəngli gödəkçənin sağ yan cibindən 5 (beş) bükümdə, açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroini, 1 (bir) bükümdə, ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetamini və 1 (bir) ədəd elektron tərəzini təqdim etdim. ...Sonra həmin 5 (beş) bükümdə heroin elektron tərəzidə çəkildi və qablaşdırma ilə birlikdə çəkisi 4 (dörd) qram oldu. Mən sorğu zamanı həmin narkotik vasitənin özümə məxsus olduğunu, həmin narkotik vasitələri tanışım Nazim adlı şəxsdən əldə etdiyimi bildirdim. ... » Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, elan olunmuş dindirmə prokolarda olan imzalar da ona məxsusdur, lakin ifadələri təsdiq etmir, ifadələri oxumadan imza etmişdir. Cinayət işinin 2-ci cild 132-136-cı vərəqələrində olan ifadəsi elan olunmuş və ifadənin 133-cü səhifəsində əlyazma ilə özünü təqsirli bilməsi barədə yazı və protokolun sonunda olan əlyazma və digər imzalar ona təqdim olunmuşdur. Cinayət işinin 2-ci cild 132-136-cı vərəqələrində olan ifadəsində Elsevər Xudquliyev aşağıdakıları göstərmişdir: … «...Sonuncu dəfə 08 aprel 2021-ci il tarixdə saat 16 radələrində Nazim adlı şəxs mənim yaşadığım ünvan 5 ünvanının yaxınlığına gələrək narkotik vasitə istəyib-istəmədiyimi soruşdu. Mən həmin şəxsə 65 manat pul verib 05 ədəd bükümdə narkotik vasitə olan heroin və 01 ədəd bükümdə psixotrop maddə olan metamfetamin almışam. Həmin narkotik vasitələri aldıqdan sonra əynimdə olan qara rəngli şalvarımın sağ yan cibinə qoymuşam. Narkotik vasitəyə tələbatım olmadığı üçün həmin gün narkotik vasitə qəbul etmədim. 09 aprel 2021-ci il tarixdə saat 12 radələrində qonşuluqda yaşayan Təqsirləndirilən şəxs2 ilə görüşüb söhbət edirdik. Üzərindən çox keçməmişdiki mülki geyimdə olan 3 nəfər şəxs bizə yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirdilər. ...Mən şəxsi axtarış zamanı öz məsuliyyətimi və etdiyim əməli dərk etdiyimdən təhqiqatçının təklifindən sonra əynimdə olan qara rəngli gödəkcənin sağ yan cibindən üzərimdə olan narkotik vasitəni, psixotrop maddəni və elektron tərəzini təqdim etdim. ...Daha sonra Təqsirləndirilən şəxs2n üzərinə şəxsi axtarış keçirildi. Təqsirləndirilən şəxs2 əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd bükümü təqdim edərək həmin bükümdə narkotik vasitə olan heroin olduğunu bildirmişdir. ...Həqiqətən də mənim təqdim etdiyim beş ədəd bükülüdəki maddə narkotik vasitə heroin və 01 ədəd bükülüdəki maddə psixotrop maddə metamfetamindir. Mən ekspert rəyi ilə tam razıyam. Heç bir əlavəm və etirazım yoxdur. Həmin elektron tərəzini narkotik vasitəni satan şəxsin satdığı narkotik vasitənin dəqiq ölçüsünü müəyyən etmək üçün üzərimdə götürmüşdüm. ...» Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, elan olunmuş ifadədə 133-cü səhifədə olan əlyazma ilə özünü təqsirli bilməyini o, yazmış, həmçinin də ifadənin sonunda ifadəni oxudum, düzgünlüyünü imza ilə təsdiq edirəm sözlərini də o, yazmış, protokolda olan imzalar da ona məxsusdur, lakin ifadəni təsdiq etmir, ifadəni oxumadan imza etmişdir. Elan olunmuş cinayət işinin 2-ci cild 199-cu vərəqəsində olan 21 avqust 2021-ci il tarixli təqsirləndirilən şəxs və müdafiəçinin cinayət işinin materialları ilə tanış etmə haqqında protokolun sonunda olan əlyazma və digər imzalara əsasən Təqsirləndirilən şəxs1 bildirmişdir ki, elan olunmuş cild 2 iş vərəqə 199-da olan 21 avqust 2021-ci il tarixli onun və müdafiəçinin cinayət işinin materialları ilə tanış etmə haqqında protokolun sonunda olan imza ona məxsusdur. Etiraf edir ki, həmin protokolda qeyd etmişdir ki, onun heç bir vəsatəti və etirazı yoxdur. Ona vəkili heçnə izah etməmiş, o, həmin səbəbdən orada narazılıq bildirməmişdir. Hal-hazırda o, deyir ki, onu polis əməkdaşları məcbur etmişlər ki, onda olmayan narkotik vasitələri boynuna götürsün. Elan olunmuş cinayət işinin 1-ci cild 221-223-cü vərəqələrində olan 31 may 2021-ci il tarixli rabitə və digər texniki vasitələrlə ötürülən məlumatların əks olunduğu CD diskinə baxış keçirilməsi haqqında protokolda olan Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***- ***-**-** mobil nömrəsinə daxil olmuş və çıxan sms mətnlərinə əsasən Təqsirləndirilən şəxs1 bildirmişdir ki, o, narkotik vasitələrdən istifadə etmişdir, ola bilər ki, onunla digər şəxslər arasında «pati, kola» və digər narkotik vastələrin istifadəsi barədə SMS yazışmaları aparılmışdır. Lakin, o, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. SMS yazışmalarda qeyd olunan telefon nömrələrinin kimə məxsus olmasını o, xatırlamır, həmin şəxslərin adlarını, soyadlarını və digər anket məlumatlarını bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Baş Narkotiklərlə Mübarizə İdarəsində əməliyyat müvəkkili işləyir. 09 aprel 2021-ci il tarixdə BNMİ-nə Bakı şəhəri, Yasamal rayonu ərazisində Təqsirləndirilən şəxs1 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində, satışında şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatla əlaqədar əməliyyat tədbirlərinin keçirilməsi ilə bağlı qərar qəbul edildikdən sonra əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun rəhbəri Şahid1 olmuşdur. Həmin əməliyyat qrupunda o, və digər əməkdaşları Şahid3 da iştirak etmişlər. Daxil olmuş məlumatla bağlı 09 aprel 2021-ci il tarixdə onlar Yasamal RPİ-nin inzibati ərazisində zəruri əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar və həmin gün saat 12:30-da əməliyyat məlumatında bildirilən zahiri əlamətlərindən Təqsirləndirilən şəxs1 bənzər şəxsin ünvan 6 ünvanının qarşısında başqa bir şəxslə piyada hərəkət etdiklərini görüb onlara yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onların şəxsiyyətləri ilə maraqlandıqda müəyyən olmuşdur ki, həmin şəxslərdən biri Təqsirləndirilən şəxs1, onun yanında olan şəxs isə Təqsirləndirilən şəxs2dur. Onlar həmin şəxslərə qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmaları barədə məlumat olduğunu bildirərək bizimlə birlikdə Yasamal RPİ-nin 29-cu PŞnə getmələrini təklif etdik. Onlar razılışaraq bizimlə birlikdə Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə getdilər. Orada onlara müdafiəçi təqdim olunduqdan sonra vidioçəkilişlə üzərlərinə şəxsi axtarış keçirməyə başlayarkən onlara əgər üzərlərində qanunsuz saxladığı əşyalar və ya bilavasitə narkotik vasitə varsa könüllü təqdim etmələri təklif olundu. İlk əvvəl Təqsirləndirilən şəxs1 əynindəki gödəkcənin sağ yan cibindən beş ədəd bükümdə açıq qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər, 01 ədəd bükümdə ağ rəngli kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlələri və bir ədəd elektron tərəzini təqdim etmişdir. Təqsirləndirilən şəxs1 həmin 05 ədəd bükümdə narkotik vasitə olan heroin olduğunu, digər 01 ədəd bükümdə psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Həmin bükümlərə baxış keçirilən zaman qəhvəyi rəngli bükümlərdə spesifik qoxuya malik narkotik vasitə heroinə bənzər kütlələr, digər bükümdə ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmişdir. Elsevərin əynində olan şalvarın içərisində siqaret dənələri olan siqaret qutusu, şəxsiyyət vəsiqəsi, 01 ədəd azadlığın məhdudlaşdırılması ilə bağlı aparat, “Nokia” markalı mobil telefon, 01 ədəd pul kisəsi, 3 ədəd plastik bankomat kartı, 04 ədəd müxtəlif növ kartlar, 65 manat pul aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1 təqdim etdiyi narkotik vasitələr elektron tərəzidə çəkilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 da əynində olan cins şalvarın sol yan cibindən 1 ədəd bükümdə qəhvəyi rəngli bükülünü könüllü çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs2 həmin bükülüdə narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Həmin bükülüyə baxış keçirilərkən açıq qəhvəyi rəngli, spesifk iyə malik narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Həmin bükülü elektron tərəzi ilə çəkildikdə qablaşdırma ilə birlikdə çəkisi 1.16 olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış aparıldıqda isə əynində olan cins şalvarın digər cibindən 33 manat pul, əynində olan gödəkçənin sağ yan cibindən içində siqaret dənələri olan siqaret qutusu və kibrit qutusu aşkar edilmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün təhqiqatçı tərəfindən “Nokia” markalı mobil telefon, 03 ədəd plastik bankomat kartları və Təqsirləndirilən şəxs1 məxsus şəxsiyyət vəsiqəsi götürülmüş, digər aşkar olunan əşyalar onların özlərinə geri qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş həmin bükülüləri Masallı rayon sakini Nazim adlı şəxsdən, 08 aprel 2021-ci il tarixdə Yasamal rayonu ərazisində əldə etdiyini, öz istifadəsi üçün əldə etdiyini, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, həmin narkotik vasitələri özü istifadə etməklə yanaşı tanışlarına da hədiyyə kimi verdiyini, əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunduğunu, 7 il olarkı nakotik vasitə istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2la isə qonşu olduqlarını demişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş bükülünu 09 aprel 2021-ci il tarixdə səhər saatlarında Yasamal rayonu “Sovetski” adlanan ərazidə tanımadığı şəxsdən istifadəsi üçün aldığını, 3-4 il olar ki, narkotik vasitə istifadə etdiyini, Təqsirləndirilən şəxs1 qonşu kimi tanıdığını, E.Xudaverdiyevlə birlikdə əvvəllər narkotik vasitə istifadə etdiklərini, E.Xudaverdiyevinn üzərində narkotik vasitə olmasından məlumatlı olmadığını və ondan narkotik vasitə almadığını bildirmişdir. Daha sonra onlara başqa yerdə narkotik vasitə saxlayıb-saxlamamaları soruşulduqda, onlar başqa yerdə narkotik vasitə saxlamadıqlarını bildirdilər. Keçirilmiş şəxsi axtarışla bağlı müvafiq protokol tərtib olunmaqla onlardan aşkar olunmuş həmin maddələr zərfə qoyularaq möhürlənərək götürülmüşdür. Protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid2 bildirmişdir ki, təqsirləndirilən şəxsin barəsində həm əməliyyat məlumatı daxil olmuş, həm də adlarının anonim saxlanılmasını xahiş edən həmin ərazidə yaşayan vətəndaşlar Təqsirləndirilən şəxs1 narkotik vasitənin satışı ilə məşğul olması barədə məlumatlar verərək onun bu əməllərindən bezdiklərini bildirmişlər. Təqsirləndirilən şəxslərin saxlanıldığı yerə yaxın yerdə yaşayan vətəndaşlar orada Təqsirləndirilən şəxs1 narkotik vasitənin satışı ilə məşğul olmasını bildirmişlər. Vətəndaşlar xahiş etmişlər ki, adları anonim saxlanılsın. Ona görə də Təqsirləndirilən şəxs1 narkotik vasitənin satışı ilə məşğul olması barədə məlumatı verən şəxslərin adlarını deyə bilməz. Təqsirləndirilən şəxslər küçədə Yasamal rayonu, 2-ci Alatavada saxlanılmışlar. Təqsirləndirilən şəxs1 evində olmamışlar. Təqsirləndirilən şəxsləri evdə saxlamamışlar. Təqsirləndirilən şəxslər saxlanıldıqdan sonra onların yaşadıqları mənzildə baıxş keçirilməsində iştirak etməmişlər. Təqsirləndirilən şəxslərə qarşı hər hansı bir təsir və təzyiq olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid1 ifadələrindən görünür ki, onlar eyni məzmunlu ifadə verərək Şahid2 dediklərini bir daha təsdiq etmişlər. Məhkəmə təqsirləndirilən şəxslərin, şahidlərin ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin 1-ci cild 4-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 09 aprel 2021-ci il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib, Bakı şəhəri, Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Cinayət işinin 1-ci cild 5-6-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 09 aprel 2021-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından görünür ki, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib, Bakı şəhəri, Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işinin 1-ci cild 9-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi İslam Hümbətovun 09 aprel 2021-ci il tarixli, Ə94-008-21 nömrəli Əmrindən görünür ki, Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib, Bakı şəhəri, Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanılması əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin 1-ci cild 10-cu ərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 09 aprel 2021-ci il tarixli raportundan görünür ki, daxil olmuş əməliyyat məlumatı əsasında aparılmış əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsi, ev 22 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs2 ilə birlikdə hərəkət edən zaman saxlanılmışlar. Cinayət işinin 1-ci cild 47-49-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 09 aprel 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxi axtarış başlanılmazdan əvvəl Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 paltarlarında, əşyalarında və bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa könüllü təqdim etmələri təklif edilmiş, bundan sonra ilk əvvəl Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 4 bükümdə açıq qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər ketləni, 01 (bir) bükümdə ağ rəngli, kristal şəkilli metamfetaminə bənzər kütləni və bir ədəd elektron tərəzini təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 üzərinə axtarış keçirilən zaman üzərindən içərisində siqaret dənələri olan siqaret qutusu, ona məxsus şəxsiyyət vəsiqəsi, 01 ədəd azadlığın məhdudlaşdırılması ilə bağlı aparat, “Nokia” markalı mobil telefon, həmin şalvarın sol yan cibindən 01 ədəd pul kisəsi, 3 (üç) ədəd plastik bankomat kartı, 04 (dörd) ədəd müxtəlif növ kartlar, 65 (altmış beş) manat pul əsginasları aşkar olunmuşdur. Aşkar edilmiş bükümlərə baxış keçirdikdə 4 ədəd bükülüdə olan maddənin açıq qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddə olduğu, digər bir ədəd bükümdə olan maddənin isə ağ rəngli, kristal şəkilli psixotrop maddə metamfetaminə oxşar maddə olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş narkotik vasitəni Nazim adlı şəxsdən əldə etdiyini, həmin narkotik maddələri istifadə etməklə yanaşı, tanışlara da hədiyyə kimi verdiyini bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs2 əynində olan göy rəngli şalvarın sol yan cibindən 1 (bir) ədəd bükümdə açıq qəhvəyi rəngli bükülünü çıxarıb təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış aparıldıqda, sonuncunun əynində olan cins şalvarın sağ yan cibindən 33 (otuz üç) manat pul əsginasları, əynində olan qisa qol gödəkcənin sağ yan cibindən içində siqaret dənələri olan siqaret qutusu və kibrit qutusu aşkar edilmişdir. Aşkar edilmiş bükümlərə baxış keçirdikdə 1 ədəd bükülüdə olan maddənin açıq qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddə olduğu müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş narkotik vasitəni Yasamal rayonunda tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Aşkar edilmiş bükümlər zərfdə qablaşdırılaraq götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün “Nokia” markalı mobil telefon, 03 (üç) ədəd plastik bankomat kartları və Təqsirləndirilən şəxs1 məxsus şəxsiyyət vəsiqəsi götürülmüş, digər aşkar olunan əşyalar şübhəli şəxslərə geri qaytarılmışdır. Şəxi axtarış və götürmə zamanı “Sony” markalı video aparatla videoçəkiliş aparılmışdır. Cinayət işinin 1-ci cild 62-68-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 aprel 2021-ci tarixli 6/1409 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün № 7" möhür əksi Şübhəli şəxs Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş... " və s. yazılar olan kağız paketdəki 01 ədəd sellefon bükümdə ayrıca qablaşdırılmış təmiz çəkisi 1,030 qram qəhvəyi rəngli maddə kütləsi (oby №1) kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 01 ədəd p/e torbacıqda qablaşdırılmış 05 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,780 qram; 0,350 qram; 0,307 qram; 0,348 qram; 0,322 qram, ümumi təmiz çəkiləri 3,107 qram qəhvəyi rəngli maddə kütlələri (oby №2) kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, ümumilikdə 06 ədəd bükümdəki heroinin kütlələri ( 1 №li və 2 №li obyektlər) öz aralarında eynilik təşkil edirlər, 01 ədəd bükümdə təmiz çəkisi 0,125 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 01 ədəd “Constat” markalı elektron tərəzinin səthində heroin izləri müəyyən edilmişdir. Tərəzinin səthində heroin iz miqdarda olduğundan eyniləşdirmə üzrə tədqiqatın aparılması və təmiz çəkinin müəyyən edilməsi mümkün olmamışdır. Heroin Azərbaycan Respublikasının 2055-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"-in siyahısına (Siyahı İ), Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr"-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 1-ci cild 72-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 aprel 2021-ci il tarixli, 5(004)- 336/2021 saylı qərarından görünür ki, Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş 09.04.2021-ci il tarixli qərarı qanuni hesab edilmişdir. Cinayət işinin 1-ci cild 148-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı İstintaq Təcridxanasından daxil olmuş 13 aprel 2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 13.04.2021-ci il tarixdə saat 10:30 radələrində müəssisənin tibb-sanitar hissəsində müayinədən keçirilən zaman sol bazunun ön səthində sarımtıl-yaşıl rəngli qançır izləri aşkar olunmuş, Təqsirləndirilən şəxs1 fakt ilə əlaqədar olaraq həmin xəsarəti həbs olunan zaman aldığını bildirmişdir. Cinayət işinin 1-ci cild 186-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 5(004)- 415/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 7 ünvanında axtarış istintaq hərəkətləri aparılması qərara alınmışdır. Cinayət işinin 1-ci cild 187-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 5(004)- 414/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 8 ünvanında axtarış istintaq hərəkətləri aparılması qərara alınmışdır. Cinayət işinin 1-ci cild 191-194-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 01 may 2021-ci il tarixli axtarış aparılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 7 ünvanında keçirilmiş axtarış zamanı, ünvandan hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Axtarış zamanı fotoçəkiliş aparılmışdır. Cinayət işinin 1-ci cild 195-198-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 01 may 2021-ci il tarixli axtarış aparılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı Bakı şəhəri ünvan 10 ünvandan hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Axtarış zamanı fotoçəkiliş aparılmışdır. Cinayət işinin 1-ci cild 199-201-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 01 may 2021-ci il tarixli diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılan zaman qeyd edilmiş video çəkiliş olan 1 ədəd diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquq və vəzifələri elan edildikdən sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərində, yəni paltarında, əşyalarında və bədənində qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa könüllü təqdim etməsi təklif edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 əynində qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd elektron tərəzini və bir ədəd şəffaf sellefona bükülmüş bükülüləri təqdim edərək masanın üzərinə qoymuşdur. Həmin şəffaf sellefona bükülmüş bükülü açıldıqda içərisində 05 (beş) ədəd bükümdə, açıq qəhvəyi rəngli 01 (bir) ədəd bükümdə ağ rəngli bükülü aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 həmin bükülülərin nə olduğu soruşulduqda 05 (beş) ədəd qəhvəyi rəngli bükümdə narkotik vasitə heroin olduğunu, 01 ədəd bükümdə psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi bükümlərə baxış keçirilərkən qəhvəyi rəngli bükümlərdə spesifik qoxuya malik, narkotik vasitə olan heroinə bənzər kütlələr, ağ rəngli kütlənin içərisinə baxış zamanı ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetminə bənzər kütlələr aşkar edilmişdir. Bundan sonra onun üzərində şəxsi axtarış aparıldıqda, onun əynində olan qara rəngli şalvarın sağ yan cibindən içərisində siqaret dənələri olan siqaret qutusu, ona məxsus şəxsiyyət vəsiqəsi, 01 ədəd azadlığın məhdudlaşdırılması ilə bağlı aparat, “Nokia” markalı mobil telefon, həmin şalvarın sol yan cibindən 01 ədəd pul kisəsi, 3 (üç) ədəd plastik bankomat kartı, 04 (dörd) ədəd müxtəlif növ kartlar, 65 (altmış beş) manat pul əsginasları aşkar olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərində olan qanunsuz əşyaları könüllü olaraq təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs2 əynində olan göy rəngli şalvarın sol yan cibindən 1 (bir) ədəd bükümdə açıq qəhvəyi rəngli bükülünü təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış aparıldıqda, sonuncunun əynində olan cins şalvarın sağ yan cibindən 33 (otuz üç) manat pul əskinasları, əynində olan qisa qol gödəkcənin sağ yan cibindən içində siqaret dənələri olan siqaret qutusu və kibrit qutusu aşkar edilmişdir. Aşkar edilmiş kütlə ağ rəngli zərfin içərisinə qoyularaq möhürlənib imzalandıqdan sonra götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün “Nokia” markalı mobil telefon, 03 (üç) ədəd plastik bankomat kartları və Təqsirləndirilən şəxs1 məxsus şəxsiyyət vəsiqəsi götürülmş, digər aşkar olunan əşyalar şübhəli şəxslərə geri qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş həmin bükülüləri Masallı rayon sakini Nazim adlı şəxsdən, 08 aprel 2021-ci il tarixdə Yasamal rayonu ərazisində əldə etdiyini, öz istifadəsi üçün əldə etdiyini, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, həmin narkotik vasitələri özü istifadə etməklə yanaşı tanışlarınada hədiyyə kimi verdiyini, əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunduğunu, 7 il olarkı nakotik vasitə istifadə etdiyini, Təqsirləndirilən şəxs2la qonşu olduqlarını bildirmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 isə üzərindən aşkar edilmiş bükülünu 09 aprel 2021-ci il tarixdə səhər saatlarında Yasamal rayonu “Sovetski” adlanan ərazidə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını, 3-4 il olarki narkotik vasitə istifadə etdiyini, Təqsirləndirilən şəxs1 qonşusu kimi tanıdığını, sonuncu ilə birlikdə əvvəllər narkotik vasitə istifadə etdiklərini, sonuncunun üzərində narkotik vasitə olmasından məlumatlı olmadığını və həmin şəxsdən narkotik vasitə almadığını bildirmişdir. Cinayət işinin 1-ci cild 209-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsindən daxil olmuş 10 may 2021-ci il tarixli, 091-11482-1221 saylı əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələri satan şəxslərin müəyyən edilməsi zamanı müsbət nəticə əldə edilməmiş, bundan əlavə, qərəzsiz və etibarlı mənbələrdən daxil olmuş əməliyyat məlumatlarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələrin əldə olunması, qəbulu və satışı ilə məşğuldur. Cinayət işinin 1-ci cild 221-223-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 31 may 2021-ci il tarixli rabitə və digər texniki vasitələrlə ötürülən məlumatların əks olunduğu CD diskinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə daxil olmuş və çıxan sms mətnlərinə baxış keçirilən zaman aşağıdakılar müəyyən edilmişdir: Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 055 *** ** ** mobil telefon nömrəsindən 12 yanvar 2021-ci il tarixdə saat 14:41:59-da 070 534 34 75 mobil telefon nömrəsinə “… mene adelni ya iki kub topuş all mən nese hiss edim yadaki alma çünki bir kub hecne etmir mene” məzmunlu mesaj; 06 yanvar 2021-ci il tarixdə saat 09:08:11-də 077 499 16 45 mobil telefon nömrəsinə “pul duzeltsen ver ales almaqa gedim” məzmunlu mesaj; 06 yanvar 2021-ci il tarixdə saat 09:08:11-də ***-***-**-** mobil nömrəsinə “Hardasan gelde eve lomkadayam” məzmunlu mesaj; 06 yanvar 2021-ci il tarixdə saat 14:47:40-da ***-***-**-** mobil nömrəsinə ”mən pul ver gedim pati alim yasamaldqn” məzmunlu mesaj; 25.01.2021-ci il tarixdə saat 06:52:26-da ********** mobil nömrəsinə “Haram olsu 5in yerin” 06:56:22-də “Kakos alanda 5 borcl qaldım.?” məzmunlu mesaj; Həmçinin, baxış zamanı Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 055 944-61-63 mobil telefon nömrəsinə 06 yanvar 2021-ci il tarixdə saat 09:13:39-da 077 499 16 45 mobil telefon nömrəsindən “Ə Yaxsi hikmet gelirdi indi deyirki bolmuye cagriblar seni yigacam didim yaxsi kimse gelse kont atacam evde ol cixma cole pati wka alib gelcem eve piwiy c icdin men indi icdim” məzmunlu, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 055 944-61-63 mobil telefon nömrəsinə 06 yanvar 2021-ci il tarixdə saat 14:33:36-da 077 499 16 45 mobil telefon nömrəsindən “Men gelmeye halim yoxdu icmisem yatram gucnen diyanmiwam yat gelib durguzaram atam alim patiw gorey birezecin gelecylerde” məzmunlu, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 055 *** ** ** mobil telefon nömrəsinə 20 yanvar 2021-ci il tarixdə saat 19:57:38-də 070 507 50 35 mobil telefon nömrəsindən “zəhmət olmasa bu buraları dağıdır saxlaya bilmirəm ağrıdadı xaiş edirəm pulu atın bunu vəzyətdən cıxardım. Belə də bıraxıb gedə bilmirəm” məzmunlu, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 055 *** ** ** mobil telefon nömrəsinə 23 yanvar 2021-ci il tarixdə saat 22:54:17-də 070 507 50 35 mobil telefon nömrəsindən “Neynirsen yetim ylqlram yazdlm ogun saymadln ozum ylqdlmki neynirsen birden vezyetde olarsan pul paran olmaz gordum yaxslsanki qoz qoymadln” məzmunlu, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 055 *** ** ** mobil telefon nömrəsinə 26 yanvar 2021-ci il tarixdə saat 02:30:21-də 077 323 07 33 mobil nömrəsindən “Kakos varındı keçendefeki kakos yaxşı deyildi dermanda yaxşı deyild, Mene kakos satanın ....... yalan diyeninde, Sen yoxidin kakos tapmırdım.sen sadece 0 beşi 15e verirsen 100qram kakos qalır mene yazmışdın derman neşe qram 35manat.? Pulu qaytar. Allah sene lenet elesin, Ciddi deyirem o günkü kakosdan var elya ad günündü baxma İstesal elemirsen satırsan belke şerdi yalandı… Kakos alanda 5 borclu qaldım 7manat kontur vurdum haram olsun, Sen 5in yerine 7di aldın oda ağladın diyene.kakos alanda sennen bor qaldım” məzmunlu mesaj; Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 055 *** ** ** mobil telefon nömrəsinə 28 yanvar 2021-ci il tarixdə saat 14:33:47-də 077 323 07 33-də “Allah sene lenet elesin pulun yerine kakos ver....” məzmunlu, Cinayət işinin 2-ci cild 19-23-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 12 iyul 2021-ci il tarixli rabitə və digər texniki vasitələrlə ötürülən məlumatların əks olunduğu CD diskinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə daxil olan və çıxan sms məlumatlarına baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsindən 12 oktyabr 2020-ci il tarixdə saat 21:12:21-də ***-***-**-** mobil telefon nömrəsinə “QUSİ TUTUBLAR YİGMA” məzmunlu Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsindən 06.11.2020-ci il tarixdə saat 15:31:20-də ***-***-**-** mobil nömrəsinə “Alah özu seni gorsun men eve gelmiyen kimi .deyrsen kakos elemisen…” məzmunlu, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsindən 21.11.2020-ci il tarixdə saat 22:25:32-də ***-***-**-** mobil nömrəsinə “VUGAR SENEN GORSUB MENE DEYRSEN MESTEGADA GUMAR GEDR ..... EDİRSEMM UJE.ABİ GİLİN GAPİDAYAM PATİ VER MENE.TELİ AC.İSLAMDİ” məzmunlu, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə 20.10.2020-ci il tarixdə saat 21:45:19-da ***-***-**-** mobil telefon nömrəsindən “Eli yiqdim sonuludur telefonu.corek birdə varsa bidene aspirin gör, farizderde varsa bayan al gel mende darıxıram tirieki qaynatmisam ama aspirin yoxdu” məzmunlu, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə 22.10.2020-ci il tarixdə saat 21:16:49-da 077 543 02 75 mobil telefon nömrəsindən “Qaqa mene pati getir aa .soz vermisen 2 gundu firratmada meni men sene qarsi neceyem sende ele ol.abi gozdiyrem gel vzv at cixim evdeyem” məzmunlu, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə 17.11.2020-ci il tarixdə saat 14:08:31-də ***-***-**-** mobil telefon nömrəsindən “Faiq menem Ruslandi zeng catmirdi sene qardasim detmey olar ora vezyet pisdi ollem brat el tut mene zeng elede gedib gele bilirikse gedey anarnan 3 q alardiq” məzmunlu, 17.11.2020-ci il tarixdə saat 20:45:38-də ***-***-**-** mobil nömrəsindən “Faiq bu ne hereketdi yeke oqlansan men bele edirdim sene umud qalmisam ozunde bilirsen aqri nedi adam xesde olanda adama isi dusende bele eder evde gozluyrm sni” məzmunlu, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə 20.11.2020-ci il tarixdə saat 20:28:49-də ***-***-**-** mobil telefon nömrəsindən “10 m olsa elseverde emele gelir nese?” məzmunlu, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə 02.12.2020-ci il tarixdə saat 11:49:53-də 070 721 23 22 mobil nömrəsindən “X17 Sendan 20M BU GUN ALLAH QOYSA ALACAM MEN GELİNCE TAP, MENE DEXLİ YOXDUR SENİN PULUN YOXDUR TAP” məzmunlu, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə 16.01.2021-ci il tarixdə saat 00:39:22-də ***-***-**-** mobil nömrəsindən “XALOGLU ZENG ELİYİREM “NİYE ACMİRSAN . SEN YEMEDİN GETDİ OZUN BİL BİDENE 01 VERECEYDİM DEMEY QİSMETİN DEYL BRAT “məzmunlu, 20.01.2021-ci il tarixdə saat 15:54:36-da ***-***-**-** mobil nömrəsindən “FAİQ MENDE TELFONUN SES YERİ İSDEMİR DANİSA BİLMİREM 20 MANATİM VAR YOLDAYAM CATİRAM QAPİNİZİN AGZİNA, SAMAXİNKADAYAM GELİREM QAPİNİZİN AGZİNA 10 DEQİYE ORDAYAM, ZENG ELİYİREM YERİVİ DİDE SEN MEN DANİSA BİLMİREM SEN DANİS, ALATAVA MARKETİN YANİNDAYAM CATDİM 2 DEQİYE, FAİQ ZENG ELİYİREM YERİVİ DE MEN DANİSA BİLMİREM SENG YERİVİ DE GELİM ORA, QAPİNİN AGZİNA CİX TEZ TEZ ELE PAYİVİ VERİM GEDİM MEN PATİNİ, NOLDUN E ALA CİXDA” məzmunlu, 13.02.2021-ci il tarixdə saat 08:49:50-də ***-***-**-** mobil nömrəsindən “Hikmete pul vermisem tema lazimdi gelir mehleye yarim saata ordadi qapini doyecey cixarsan zaryatkasi yoxdu” məzmunlu, 22.02.2021-ci il tarixdə saat 11:36:47-də “Patida var kolada lazim olsa zenq ele. 1-2 qün sixinti oldi heçne yoxiydi vezyet pisiydi indi bir-balaca qötürmü$em yesli $to yig ” məzmunlu, 04.03.2021-ci il tarixdə saat 15:25:12-də ***-***-**-** mobil nömrəsindən ”FAİQ QAQAŞİMSAN , ALİNDİR , ÇATİRAM ; QAQAŞİM, GEÇİKİRƏM ÖPÜRƏM” saat 19:05:45-də “FAİQ NOLDU MƏN GƏLİRƏM ; ALATAVAYA” saat 23:06:37-də “FAİQ MƏNDƏN, OYUN OYNAMA ..... DƏNDƏN , ELƏ OYUN – OYNAYARAM ; Kİ , GƏLİRƏM, MƏN – ALATAVAYA HANSİ .... ALMİSANSA ; , DENƏN BU - ..., DÜZ VERİR VERSİN VERMİRSƏ PULU QAYTARSİN .... GÖTÜRSÜN .BİLDİN : FAİQ” məzmunlu, 05.03.2021-ci il tarixdə saat 19:56:36-da ***-***-**-** mobil nömrəsindən “Qaqa evdə yoxdu gec gələcəy başqa kanal varsa ordan götür ” məzmunlu, 05.03.2021-ci il tarixdə saat 21:05:01-də ***-***-**-** mobil nömrəsindən “FAİQ MƏNƏ SƏN ŞEY TAPMASAN , BU - GÜNDƏN DONRADA , MƏN - SƏNƏ ;SƏN ÖL PUL TAPMAYAÇAM .” məzmunlu, 18.03.2021-ci il tarixdə saat 12:41:35-də ***-***-**-** mobil nömrəsindən “qaqa Şamaxinkada merd pertrolda qoymuşam get gotur yusif ” məzmunlu, 19.03.2021-ci il tarixdə saat saat 20:32:14-də ***-***-**-** mobil nömrəsindən “Qaqa 100 qram almisam 20 manata,sene 30 qram versem mene 5 man kola vere bilersen?, Vaxtin olanda mene he yox denende brat,agrim vare ona gore,yoxsa senide basa dusurem.” məzmunlu, 26.03.2021-ci il tarixdə saat 01:06:03-də ***-***-**-** mobil nömrəsindən “ELE BELE YOXLADİM SENİ KELE O KOLANİ SENCUN TESKİL EDECEKDİM SENE DUSMUR” məzmunlu, 26.03.2021-ci il tarixdə saat 14:32:52-də ***-***-**-** mobil nömrəsindən “Kola lazim olsa xeber ele” məzmunlu, 31.03.2021-ci il tarixdə saat 22:52:06-da ***-***-**-** mobil nömrəsindən “Qaqa danisa bilmirem evde adam var,ama senol burda 0.2 yoxduda.Day sen dedin hecne demedim,ama anamin cani senol burda 0.2 yoxdu.Soxum bu mala gor neye and icirem.” məzmunlu, 03.04.2021-ci il tarixdə saat 19:06:52-də ***-***-**-** mobil nömrəsindən “Qaqa sence men sene adi su getirib vererem?... adi su deyildi,ola biler senin dozan cox olsun.Belede day lazim olmadi mene kola.Hell eledim Sagol.” məzmunlu, 07.04.2021-ci il tarixdə saat 21:03:12-də ***-***-**-** mobil nömrəsindən “QAQA ALİNİR?İMKAN VAR GELİM GOTURUM 5 DİY.SABAH VERECEM.MENE HE YOX DENENDE.DİLXORCULUQDU” məzmunlu, 08.04.2021-ci il tarixdə saat 16:32:35-də ***-***-**-**mobil nömrəsindən “qaqa doze bilmirem uje. qaqas cani olurem nolar bir sey ele men burdayam ozumde” məzmunlu, 08.04.2021-ci il tarixdə saat 19:28:07-də ***-***-**-** mobil nömrəsindən “Qaqa necesen.Dunennen berk lomkadayam,imkan varsa mene bidene 5diy otur,pulun vererem.Veziyet yaxsi deyil.” məzmunlu ismarıclar daxil olmuşdur. Cinayət işinin 2-ci cild 27-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 12 iyul 2021-ci il tarixli rabitə və digər texniki vasitələrlə ötürülən məlumatların əks olunduğu CD diskinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinin X5 adına olduğu müəyyən edilmiş, həmin mobil nömrəyə daxil olan və çıxan sms və zəng məlumatlarına baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 2-ci cild 43-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 28 iyul 2021-ci il tarixli sənədlərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş ***-*******-3 saylı "xxxx" ASC-yə məxsus bank hesabına dair məlumatlara baxış keçirildikdə, həmin hesabdan əməliyyatlar və balans yoxlanaları aparılmış, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat müəyyən edilməmişdir. Cinayət işinin 2-ci cild 16-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 06 iyul 2021-ci il tarixli sənədlərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş "xxxx" ASC-yə məxsus olan 6762 6121 0714 9368 saylı plastik kartına aid götürülmüş məlumatlara baxış zamanı müəyyən edilmişdir ki, həmin kart X8 aiddir. 01.01.2021-ci il tarixdən 10.04.2021-ci il tarixədək olan dövr ərzində qeyd edilən plastik kart vasitəsi ilə heç bir əməliyyat həyata keçirilməmişdir. Cinayət işinin 2-ci cild 64-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 31 iyul 2021-ci il tarixli sənədlərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş "xxxx" ASC-yə məxsus 3881 0944 0075 1613 7103 saylı bank kartının X1 məxsus olması müəyyən edilmiş, məlumatlara baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat müəyyən edilməmişdir. Cinayət işinin 2-ci cild 122-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış qəbzdən görünür ki, X3 Təqsirləndirilən şəxs1 üzərindən şəxsi axtarış zamanı aşkar edilmiş 03 ədəd plastik bankomat kartını və “Nokia” markalı mobil telefonu təhvil almışdır. Cinayət işinin 2-ci cild 159-161-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı X6 04 avqust 2021-ci il tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərarından görünür ki, ********* nömrəli cinayət işinin materiallarından təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik vasitələri və psixotrop maddələri satmış şəxsin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs1 özünü Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirli bilməyərək, göstərmişdir ki, onda yalnız 1,04 qram nakrotik vasitə heroin, 0,02 qram narkotik vasitə metamfetamin və şpris olmuşdur, digər narkotik vasitələr onda olmamış, polis əməkdaşları ona döyərək məcbur etmişlər ki, o, çəkiliş zamanı və dindirilərək narkotik vasitələri öz boynuna alsın. Təqsirləndirilən şəxs2 isə özüni qismən təqsirli bilərək bildirmişdir ki, onda narkotik vasitə olmamış, narkotik vasitəni yalnız özü istifadə etmiş, narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Cinayət işinin 2-ci cild 44-46-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Yasamal Rayon Prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X7 28 iyul 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbs olunarkən polis əməkdaşları tərəfindən fiziki təsirlərə məruz qalması barədə 189-C-21 saylı material üzrə cinayət hadisəsi müəyyən olunmadığından cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. Azərbaycan Respublikası CPM-nin 65.1-ci maddəsində qeyd edilmişdir ki, cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə, ibtidai istintaq zamanı verdiyi ifadələrindən fərqli ifadələr verib onlara elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməllərininin törədilməsində iştiraklarını qismən inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onların məhkəmədəki ifadələrinin təkzib olunduğu, ibtidai istintaq zamanı təqsirləndirilən şəxslərin verdikləri ifadələrinin ittihamın mahiyyətinə uyğun hissəsinin isə öz təsdiqini tapdığını, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə bu barədə verdiyi ifadələri özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıdığı qənaətinə gəlir. Təqsirləndirilən şəxslər bu cür ifadələr verməklə onlara qarşı irəli sürülmüş ittihamlar üzrə Təqsirləndirilən şəxs2 özüni qismən təqsirli bildiyi, Elsəvər Xudaquliyevin isə özünü təqsirli bilmədiyi halda həmin ittihamı təkzib edəcək, tutarlı və mötəbər dəlilər göstərməmişlər. Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus mobil nömrələrə daxil olan və çıxan sms mətnləri və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki; təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olmaları kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün olaraq tövsif olunmuş, onlar həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdırlar. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28.06.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28.06.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən “heroin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda isə külli miqdar, psixotrop maddə hesab edilən metamfetaminin is’ 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qram və ondan artıq olan hissəsi isə külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25.06.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasiətələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində cəza təyin edərkən onların törətmiş olduqları cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, o cümlədən cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 1-ci cild 189-190-cı vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 13 aprel 2021-ci il tarixli tələbnamədən və cinayət işinin 2-ci cild 38-41-ci vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04.09.2021-ci il tarixli, 1(004)-204/2020 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Yasamal Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə 02 il 01 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-ci maddəsində qeyd edilmişdir ki, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluq nəzərə alınmır. Bununla yanaşı, Təqsirləndirilən şəxs1 törətdiyi cinayəti azadlığın məhdudlaşdırılması növündə cəzasını çəkərkən törətdiyindən, onun Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi Azərbaycan Respublikası CM-nin 67.1ci maddəsinə müvafiq olaraq hazırki hökmlə təyin ediləcək cəza ilə birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" qərarında göstərilmişdir ki, başqa cinayətə görə məhkum olunmuş və cəzasını çəkib qurtarmamış şəxs həmin iş üzrə hökm çıxarılmasından əvvəl başlanmış və hökmün çıxarılmasından sonra davam etmiş uzanan və ya davam edən cinayətə görə məhkum olunarkən məhkəmələr ikinci hökm üzrə cəzanı CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq təyin edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən,hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılması cəzasının iki günü bərabər tutulur. Belə kİ, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsindən daxil olmuş 20 sentyabr 2021-ci i tarixli, 21-1/3-7511 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməsi üçün məhkum Təqsirləndirilən şəxs1 28 oktyabr 2020-ci il tarixdən Bakı Şəhər Probasiya İdarəsində qeydiyyata alınmışdır. Təqsirləndirilən şəxs1 Probasiya Şöbəsində qeydiyyata alındığı 28 oktyabr 2020-ci il tarixdən şübhəli şəxs qismində tutulduğu 09 aprel 2021-ci il tarixədək, ona təyin edilmiş 02 il 01 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzasından yalnız 5 ay 12 gününü çəkmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 02 il 01 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzasının 01 (bir) il 08 (səkkiz) ay 02 (iki) günü çəkilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Ağaddaş oğlunun azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 07 (yeddi) ay 03 (üç) gün müddəti, azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla hesablandıqda 10 (on) ay 01 (bir) gün edir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs1 02 il 01 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 07 (səkkiz) ay 02 (iki) gün müddəti, azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla hesablanaraq 10 (on) ay 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirməklə ona qəti cəza təyin edilməlidir. Cinayət işinin 2-ci cild 87-88-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 03 iyul 2021 -ci il tarixli 2154 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (NARKOMANİYA xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 2-ci cild 92-93-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsinin ambulator məhkəmə psixiatrik ekspertizasının 03 iyul 2021-ci il tarixli 1438 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən halları müəyyən etmədi. Azərbaycan Respublikası CM-nin 61.1.4-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal cinayətin törədilməsində xüsusilə fəal iştirak etməsidir. Cinayət işinin 1-ci cild 188-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 13 aprel 2021ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmamışdır. Cinayət işinin 2-ci cild 89-90-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 03 iyul 2021 -ci il tarixli 2155 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 2-ci cild 94-95-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsinin ambulator məhkəmə psixiatrik ekspertizasının 03 iyul 2021-ci il tarixli 1439 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən halları müəyyən etmədi. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacları olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməsini və ərazi narkoloji dispanserində qeydiyyata alınmalarını məqsədəmüvafiq hesab edir. Məhkəmə kollegiyası belə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirlərinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Belə ki, Təqsirləndirilən şəxs1 ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 09 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 1-ci cild 20-ci vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 09 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin cinayət işinin 1-ci cild 122-123-cü vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 aprel 2021ci il tarixli, 4(004)-181/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli 09 aprel 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs2 ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 09 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 1-ci cild 37-ci vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 09 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 1-ci cild 124- 125-ci vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 aprel 2021-ci il tarixli, 4(004)-182/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli 09 aprel 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə ekspertiza xərci olan 109,90 (yüz doqquz manat doxsan qəpik) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan Təqsirləndirilən şəxs1 götürülmüş tədqiqata sərf edildikdən sonra qalıq qalmış 3,007 qram narkotik vasitə heroin, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 0,075 qram psixotrop maddə olan metamfetamin, “Constat” markalı elektron tərəzi, Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş tədqiqata sərf edildikdən sonra qalıq qalmış 0,980 qram narkotik vasitə heroin məhv edilməli, şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 01 ədəd “CD-R” diskin, "xxxx" MMC və "xxxx" MMC-dən götürülmüş 02 ədəd «CD» diskin cinayət işinin materiallarına əlavə edilərək saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99.1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət yolu ilə əldə etdiyi əmlakları müəyyən edilməmiş, istintaq zamanı onlara məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, onlara xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i:

1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs1 02 il 01 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi, azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla 10 (on) ay 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirməklə Təqsirləndirilən şəxs1 qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 09 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 barəsində xüsusi müsadirə tətbiq edilməsin.

2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 09 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə ekspertiza xərci olan 109,90 (yüz doqquz manat doxsan qəpik) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan Təqsirləndirilən şəxs1 götürülmüş tədqiqata sərf edildikdən sonra qalıq qalmış 3,007 qram narkotik vasitə heroin, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 0,075 qram psixotrop maddə olan metamfetamin, “Constat” markalı elektron tərəzi, Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş tədqiqata sərf edildikdən sonra qalıq qalmış 0,980 qram narkotik vasitə heroin məhv edilsin. Şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 01 ədəd “CD-R” diskin, "xxxx" MMC və "xxxx" MMC-dən götürülmüş 02 ədəd «CD» diskin cinayət işinin materiallarına əlavə edilərək saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxslərə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar