Məhkəmə qərarları › İş №1(101)-1591/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1591/2021

14.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1591/2021 14.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, müdafiəçi: Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 48, mənzil 46-da qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi nömrəsiz evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan 5,140 qram heroini əldə edib üzərində saxlamaqla daşımış, 26 aprel 2021-ci il tarixdə saat 13-30 radələrində ünvan 1 ünvanın yaxınlığında Azərbaycan Respublikası DİN-nin BNMİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu RPİ-nə aparılmış, orada onun üzərində şəxsi axtarış keçirilərkən əynindəki tünd boz rəngli şalvarının sağ yan cibindən satış məqsədi ilə əldə edib üzərində daşımaqla saxladığı külli miqdarda bir ədəd sellofan bükümündə təmiz çəkisi 5,140 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, əvvəllər biriki dəfə narkotik vasitə olan tiryəkdən istifadə etmişdir. Lakin onu narkotikə görə deyil, sosial şəbəkələrdə narkotiklə mübarizə aparan Baş Narkotiklə Mübarizə İdarəsinin əməkdaşlarını söyüb təhqir etdiyinə görə saxlamışlar. İdarədə ona təklif etmişlər ki, etdiyi təhqirlərə görə üzr istəsin. O da üzr istəmişdir. Buna baxmayaraq onu həbs edib narkotik vasitələrin satışı ilə bağlı istintaq aparmışlar. Onun bir neçə telefon nömrəsi olmuşdur. Əvvəllər ***-***-**-** saylı telefon nömrəsi olmuş, təzə aldığı nömrə isə ***-***-**-** olmuşdur. Onun üzərində, evində və maşınında narkotik vasitəsi aşkar edilməmişdir. Polis idarəsində çəkiliş aparılmaqla üzərinə baxış keçirilmişdir. Polis əməkdaşlarının zorakılığı nəticəsində etmədiyi cinayəti və polis əməkdaşlarının özlərinin ona verdikləri bir ədəd bükümün içərisindəki qəhvəyi rəngli narkotik vasitə heroini özünə məxsus əşya kimi təhqiqatçıya təqdim etmişdir. Verilmiş ittiham üzrə özünü təqsirli bilmir. İbtidai istintaq zamanı verdiyi ifadəsi ona elan edilmişdir. Həmin ifadədə göstərmişdir ki, bir müddət olar ki, narkotik vasitə heroini, bədənində olan ağrıları yumşaltmaq üçün istifadə etmiş, heroini tanımadığı şəxslərdən almış, 26 aprel 2021-ci il tarixdə istifadəsi üçün narkotik vasitə heroin axtarmış və Bakı şəhəri, Buzovna qəsəbəsində olarkən üzdən tanıdığı, adını bilmədiyi şəxs ilə görüşərək ondan 50 manata narkotik vasitə olan heroin almış, heroini sonradan münasib yer tapıb istifadə etmək üçün əynindəki tünd boz rəngli şalvarının sağ yan cibinə qoymuş, 26.04.2021-ci il tarixdə saat 13:30 radələrində ünvan 2 ünvanın yaxınlığında olan zaman 4 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı təqdim etmiş və onun külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra onu Sabunçu rayon polis idarəsinə dəvət etmiş, orada onun hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmiş və ona hüquq və vəzifələri izah edilməklə buna dair bildiriş təqdim edilmiş,sonra müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilmiş, üzərində qanunla qadağan olan hər hansı əşya var isə təqdim etməsi xahiş edilmiş, bundan sonra əynində olan tünd boz rəngli şalvarının sol yan cibindən 400 manat pulunu, özünə məxsus şəxsiyyət vəsiqəsini, sağ yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefonunu və 1 ədəd sellofan bükümü təqdim edərək üzərində başqa heç bir əşya və ya predmet olmadığını bildirmiş, üzərindən başqa heç nə aşkar edilməmiş, ona məxsus 400 manat pulu özünə qaytarılmış, şəxsiyyət vəsiqəsi və mobil telefonu isə götürülmüş, bundan sonra həmin sellofan bükümə baxış keçirilmiş, baxış zamanı bükümün içərisindən qəhvəyi rəngli narkotik vasitə heroin aşkar edilmiş,təqdim etdiyi sellofan büküm elektron tərəzi ilə çəkildikdən sonra içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış və götürülmüş, narkotik vasitəni Bakı şəhəri, Buzovna qəsəbəsi ərazisindən tanımadığı şəxsdən öz istifadəsi üçün 50 manata almasını göstərmişdir. Onun üzərindən aşkar olunmuş narkotik maddə polis əməkdaşları tərəfindən videoçəkiliş aparılmaqla qablaşdırılaraq möhürlənmiş, şəxsi axtarış keçirilməsi haqqında protokol tərtib olunmuş, üzərinə şəxsi axtarış keçirilməsi haqqında tərtib olunmuş protokola etiraz etmədən və ona polis əməkdaşları tərəfindən hər hansı bir formada təzyiq göstərilmədən imza etmişdir. Həmin ifadəsini təsdiq etmir, çünki polis əməkdaşlarının təzyiqi ilə yazılmış ifadələrdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN BNMİnin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi keçirilmiş əməliyyat tədbiri ilə əlaqədar tanıyır, onunla heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. Belə ki, ona əməliyyat məlumatı daxil olmuşdur ki, Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Şuşa şəhərciyində yaşayan Təqsirləndirilən şəxs oğlu narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olur. Əməliyyat-axtarış fəaliyyəti haqqında qanuna uyğun olaraq məlumatla əlaqədar rəhbərlik tərəfindən qərar qəbul edilmiş, əməliyyat qrupunun yaradılmasına dair əmr verilməklə o qrupun rəhbəri, həmkarları Şahid2, Şahid3 və Şahid4 qrupun üzvüləri təyin edilmişlər. Bundan sonra hamısı birlikdə 26 aprel 2021-ci il tarixdə saat 13-30 radələrində Bakı şəhəri Sabunçu rayonu Stansiyayanı deyilən əraziyə gedərək zahiri əlamətləri onlara məlum olan Təqsirləndirilən şəxs saxlamışlar. Saxlanılan zaman Təqsirləndirilən şəxs xidməti vəsiqələrini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş, tədbirin keçirilməsinə dair qərarı ona təqdim etmişlər. Ramin saxlanılan zaman küçədə olmuşdur. Amma onu saxladıqları yerin yaxınlığında yolun kənarında bir maşın görmüşlər, lakin ona əhəmiyyət verməmişlər. Raminin maşınla həmin ərazidə olmasından məlumatları olmamışdır. Təbii ki, Ramini idarəyə tək aparmışlar, onun yanında heç kəs olmamışdır. İdarədə Ramini X3ə təhvil vermişlər. Bundan sonra Təqsirləndirilən şəxs aid bütün prosedur hərəkətləri təhqiqatçı yerinə yetirmişdir. Sonuncu Təqsirləndirilən şəxs üçün müdafiəçi dəvət etmiş, onun hüquqlarını izah etmiş, üzərinə baxış keçirmiş, o və həmkarları həmin baxışda iştirak etmişlər. Təhqiqatçı baxışı videoçəkiliş aparılmaqla keçirmiş, baxışdan əvvəl Təqsirləndirilən şəxs təklif etmişdir ki, üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etsin. Ramin etiraz etmədən əynində olan tünd boz rəngli şalvarının sol yan cibindən 400 manat pulu, şəxsiyyət vəsiqəsini, sağ yan cibindən isə 1 ədəd Samsunq markalı mobil telefonu və 1 ədəd içərisində qəhvəyi rəngli kütlə olan sellofan bükümü təqdim etmiş və təqdim etdikərindən başqa üzərində başqa heç bir əşya və ya predmet olmadığını bildirmişdir. Təhqiqatçı şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç bir əşya və ya predmet aşkar etməmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs təqdim etdiyi əşyalardan pulu onun özünə qaytarmış, mobil telefon və şəxsiyyət vəsiqəsini isə iş üzrə əhmiyyət kəsb etdiyindən götürmüşdür. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf rəngli sellofan bükümdə narkotik vasitə heroin olduğunu və həmin maddəni öz istifadəsi üçün saxlanılmamışdan əvvəl Bakı şəhəri, Buzovna qəsəbəsində tanımadığı şəxsdən 50 manata əldə etdiyni bildirmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümü açmış və bükümün içərisində qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. Tərtib olunmuş protokola bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs da etiraz etmədən imza etmişlər. Əlavə olaraq bildirir ki, Təqsirləndirilən şəxs telefonunda olan əlaqələri yoxladıqda bir xanımla danışmışdır. Həmin xanım bildirmişdir ki, Təqsirləndirilən şəxsla oturub-duran qadındır və onu Xətai RPİ-nə çağırıb Raminlə bağlı dindirmişlər. Dindirmə isə Raminin narkotiklə bağlı işlərinə görə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN BNMİnin əməkdaşı Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi keçirilmiş əməliyyat tədbiri ilə əlaqədar tanıyır, onunla heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. Belə ki, həmkarı Şahid1 əməliyyat məlumatı daxil olmuşdur ki, Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Şuşa şəhərciyində yaşayan Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olur. Rəhbərlik tərəfindən qəbul edilmiş qərara və əməliyyat qrupunun yaradılmasına dair əmrə əsasən Şahid1 qrupun rəhbəri, o və həmkarları Şahid3la Şahid4 qrupun üzvüləri təyin edilmişlər. Bundan sonra hamısı birlikdə 26 aprel 2021-ci il tarixdə saat 13-30 radələrində Bakı şəhəri Sabunçu rayonu Stansiyayanı deyilən əraziyə gedərək zahiri əlamətləri onlara məlum olan Təqsirləndirilən şəxs saxlamışlar. Saxlanılan zaman Təqsirləndirilən şəxs xidməti vəsiqələrini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş, tədbirin keçirilməsinə dair qərarı ona təqdim etmişlər. Ramin saxlanılan zaman küçədə olmuşdur. Amma onu saxladıqları yerin yaxınlığında yolun kənarında bir maşın görmüşlər, lakin ona əhəmiyyət verməmişlər. Raminin maşınla həmin ərazidə olmasından məlumatları olmamışdır. Təbii ki, Ramini idarəyə tək aparmışlar, onun yanında heç kəs olmamışdır. İdarədə Ramini X3ə təhvil vermişlər. Bundan sonra Təqsirləndirilən şəxs aid bütün prosedur hərəkətləri təhqiqatçı yerinə yetirmişdir. Sonuncu Təqsirləndirilən şəxs üçün müdafiəçi dəvət etmiş, onun hüquqlarını izah etmiş, üzərinə baxış keçirmiş, o və həmkarları həmin baxışda iştirak etmişlər. Təhqiqatçı baxışı videoçəkiliş aparılmaqla keçirmiş, baxışdan əvvəl Təqsirləndirilən şəxs təklif etmişdir ki, üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etsin. Ramin etiraz etmədən əynində olan tünd boz rəngli şalvarının sol yan cibindən 400 manat pulu, şəxsiyyət vəsiqəsini, sağ yan cibindən isə 1 ədəd Samsunq markalı mobil telefonu və 1 ədəd içərisində qəhvəyi rəngli kütlə olan sellofan bükümü təqdim etmiş və təqdim etdikərindən başqa üzərində başqa heç bir əşya və ya predmet olmadığını bildirmişdir. Təhqiqatçı şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç bir əşya və ya predmet aşkar etməmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs təqdim etdiyi əşyalardan pulu onun özünə qaytarmış, mobil telefon və şəxsiyyət vəsiqəsini isə iş üzrə əhmiyyət kəsb etdiyindən götürmüşdür. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf rəngli sellofan bükümdə narkotik vasitə heroin olduğunu və həmin maddəni öz istifadəsi üçün saxlanılmamışdan əvvəl Bakı şəhəri, Buzovna qəsəbəsində tanımadığı şəxsdən 50 manata əldə etdiyni bildirmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümü açmış və bükümün içərisində qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. Tərtib olunmuş protokola bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs da etiraz etmədən imza etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN BNMİnin əməkdaşı Şahid4 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi keçirilmiş əməliyyat tədbiri ilə əlaqədar tanıyır, onunla heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. Belə ki, həmkarı Şahid1 əməliyyat məlumatı daxil olmuşdur ki, Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Şuşa şəhərciyində yaşayan Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olur. Rəhbərlik tərəfindən qəbul edilmiş qərara və əməliyyat qrupunun yaradılmasına dair əmrə əsasən Şahid1 qrupun rəhbəri, o və həmkarları Şahid3la Şahid2 qrupun üzvüləri təyin edilmişlər. Bundan sonra hamısı birlikdə 26 aprel 2021-ci il tarixdə saat 13-30 radələrində Bakı şəhəri Sabunçu rayonu Stansiyayanı deyilən əraziyə gedərək zahiri əlamətləri onlara məlum olan Təqsirləndirilən şəxs saxlamışlar. Saxlanılan zaman Təqsirləndirilən şəxs xidməti vəsiqələrini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş, tədbirin keçirilməsinə dair qərarı ona təqdim etmişlər. Ramin saxlanılan zaman küçədə olmuşdur. Amma onu saxladıqları yerin yaxınlığında yolun kənarında bir maşın görmüşlər, lakin ona əhəmiyyət verməmişlər. Raminin maşınla həmin ərazidə olmasından məlumatları olmamışdır. Təbii ki, Ramini idarəyə tək aparmışlar, onun yanında heç kəs olmamışdır. İdarədə Ramini X3ə təhvil vermişlər. Bundan sonra Təqsirləndirilən şəxs aid bütün prosedur hərəkətləri təhqiqatçı yerinə yetirmişdir. Sonuncu Təqsirləndirilən şəxs üçün müdafiəçi dəvət etmiş, onun hüquqlarını izah etmiş, üzərinə baxış keçirmiş, o və həmkarları həmin baxışda iştirak etmişlər. Təhqiqatçı baxışı videoçəkiliş aparılmaqla keçirmiş, baxışdan əvvəl Təqsirləndirilən şəxs təklif etmişdir ki, üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etsin. Ramin etiraz etmədən əynində olan tünd boz rəngli şalvarının sol yan cibindən 400 manat pulu, şəxsiyyət vəsiqəsini, sağ yan cibindən isə 1 ədəd Samsunq markalı mobil telefonu və 1 ədəd içərisində qəhvəyi rəngli kütlə olan sellofan bükümü təqdim etmiş və təqdim etdikərindən başqa üzərində başqa heç bir əşya və ya predmet olmadığını bildirmişdir. Təhqiqatçı şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç bir əşya və ya predmet aşkar etməmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs təqdim etdiyi əşyalardan pulu onun özünə qaytarmış, mobil telefon və şəxsiyyət vəsiqəsini isə iş üzrə əhmiyyət kəsb etdiyindən götürmüşdür. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf rəngli sellofan bükümdə narkotik vasitə heroin olduğunu və həmin maddəni öz istifadəsi üçün saxlanılmamışdan əvvəl Bakı şəhəri, Buzovna qəsəbəsində tanımadığı şəxsdən 50 manata əldə etdiyni bildirmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümü açmış və bükümün içərisində qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. Tərtib olunmuş protokola bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs da etiraz etmədən imza etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN BNMİnin əməkdaşı Şahid3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi keçirilmiş əməliyyat tədbiri ilə əlaqədar tanıyır, onunla heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. Belə ki, həmkarı Şahid1 əməliyyat məlumatı daxil olmuşdur ki, Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Şuşa şəhərciyində yaşayan Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olur. Rəhbərlik tərəfindən qəbul edilmiş qərara və əməliyyat qrupunun yaradılmasına dair əmrə əsasən Şahid1 qrupun rəhbəri, o və həmkarları Şahid2lə Şahid4 qrupun üzvüləri təyin edilmişlər. Bundan sonra hamısı birlikdə 26 aprel 2021-ci il tarixdə saat 13-30 radələrində Bakı şəhəri Sabunçu rayonu Stansiyayanı deyilən əraziyə gedərək zahiri əlamətləri onlara məlum olan Təqsirləndirilən şəxs saxlamışlar. Saxlanılan zaman Təqsirləndirilən şəxs xidməti vəsiqələrini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş, tədbirin keçirilməsinə dair qərarı ona təqdim etmişlər. Ramin saxlanılan zaman küçədə olmuşdur. Amma onu saxladıqları yerin yaxınlığında yolun kənarında bir maşın görmüşlər, lakin ona əhəmiyyət verməmişlər. Raminin maşınla həmin ərazidə olmasından məlumatları olmamışdır. Təbii ki, Ramini idarəyə tək aparmışlar, onun yanında heç kəs olmamışdır. İdarədə Ramini X3ə təhvil vermişlər. Bundan sonra Təqsirləndirilən şəxs aid bütün prosedur hərəkətləri təhqiqatçı yerinə yetirmişdir. Sonuncu Təqsirləndirilən şəxs üçün müdafiəçi dəvət etmiş, onun hüquqlarını izah etmiş, üzərinə baxış keçirmiş, o və həmkarları həmin baxışda iştirak etmişlər. Təhqiqatçı baxışı videoçəkiliş aparılmaqla keçirmiş, baxışdan əvvəl Təqsirləndirilən şəxs təklif etmişdir ki, üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etsin. Ramin etiraz etmədən əynində olan tünd boz rəngli şalvarının sol yan cibindən 400 manat pulu, şəxsiyyət vəsiqəsini, sağ yan cibindən isə 1 ədəd Samsunq markalı mobil telefonu və 1 ədəd içərisində qəhvəyi rəngli kütlə olan sellofan bükümü təqdim etmiş və təqdim etdikərindən başqa üzərində başqa heç bir əşya və ya predmet olmadığını bildirmişdir. Təhqiqatçı şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç bir əşya və ya predmet aşkar etməmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs təqdim etdiyi əşyalardan pulu onun özünə qaytarmış, mobil telefon və şəxsiyyət vəsiqəsini isə iş üzrə əhmiyyət kəsb etdiyindən götürmüşdür. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf rəngli sellofan bükümdə narkotik vasitə heroin olduğunu və həmin maddəni öz istifadəsi üçün saxlanılmamışdan əvvəl Bakı şəhəri, Buzovna qəsəbəsində tanımadığı şəxsdən 50 manata əldə etdiyni bildirmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümü açmış və bükümün içərisində qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. Tərtib olunmuş protokola bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs da etiraz etmədən imza etmişlər. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri üzrə təqsirli olması qismən özünün və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, “Cinayət işi başlama və icraata qəbul edilməsi haqqında” 26 aprel 2021-ci il tarixli qərardan görünür ki, 26 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində ümumi təmiz çəkisi 5,140 qram narkotik vasitə olan heroinin aşkar olnması ilə bağlı toplanmış material üzrə fakta görə sonuncunun barəsində Azərbaycan Respublikası DİN Sabunçu RPİ-nin müstəntiqi R.Ə.Əliyev tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə həmin ********* nömrəli cinayət işi başlanaraq icraata qəbul edilib iş üzrə ibtidai istintaq aparılmışdır. Məhkəmədə elan edilib araşdırılmış BNMİ-nin rəisinə ünvanlanan 26.04.2021-ci il tarixli raportdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Sabunçu rayonu ərazisində dövriyyəsi ilə məşğul olmasında şübhəli bilindiyi üçün, 26 aprel 2021-ci il tarixdə, saat 13:30-da ünvan 1 ünvanının yaxınlığında piyada hərəkət edərkən saxlanılaraq DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış «şübhəli şəxsin tutulması haqqında» 26.04.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış “şəxsi axtarış və götürmə aparılması haqqında” 26 aprel 2021-ci il tarixli protokoldan görünür ki, polis kapitanı xüsusi geyimində olan şəxs özünü Azərbaycan Respublikası DİN BNMİ-nin təhqiqat qrupunun təhqiqatçısı Vüsal Həsənquliyev kimi təqdim edir və DİN BNMİ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən polis idarəsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə 26 aprel 2021-ci il tarixdə şəxsi axtarış keçirilməsini bildirir. Bundan sonra otaqda olan və şəxsi axtarışda iştirak edən şəxslər özlərini təqdim etmələrindən məlum olur ki, şəxsi axtarışda DİN BNMİ-nin əməkdaşları Şahid1, Şahid2, Şahid3, Şahid4 oğlu, iş üzrə vəkil X5 və saxlanılan Təqsirləndirilən şəxs iştirak edir və baxış videoçəkiliş aprılmaqla keçirilir. X3 polis idarəsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərində saxladığı qanunla dövriyyəsi qadagan edilmiş əşyaları təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs etiraz etmədən əynində olan tünd boz rəngli şalvarının sol yan cibindən 400 manat pulu, şəxsiyyət vəsiqəsini, sağ yan cibindən isə 1 ədəd Samsunq markalı mobil telefonu və 1 ədəd içərisində qəhvəyi rəngli kütlə olan sellofan bükümü təqdim edir və təqdim etdikərindən başqa üzərində başqa heç bir əşya və ya predmet olmadığını bildirir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa iş üzrə əhəmiyyət kəsb edəcək heç bir əşya və ya predmet aşkar edilmir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf rəngli sellofan bükümdə olan qəhvəyi rəngli kəskin iyli maddənin narkotik vasitə heroin olduğunu və həmin maddəni öz istifadəsi üçün saxlanılmamışdan əvvəl Bakı şəhəri, Buzovna qəsəbəsində tanımadığı şəxsdən 50 manata əldə etdiyni bildirir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış keçirilən zaman bükümün içərisində qəhvəyi rəngli, narkotik vasitə heroin olması müəyyən edilir. Həmin sellofan büküm bir ədəd içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılır. Bundan sonra həmin kağız zərfin üzəri möhürlənir, üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülür. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 30.04.2021-ci il tarixli qərarından müəyyən olunur ki, Azərbaycan Respublikası DİN BNMİnin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” 26 aprel 2021-ci il tarixli qərarı qanuni hesab edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 26 aprel 2021-ci il tarixli 6/1648 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” yazısı olan paketdəki bir ədəd bükümdə təmiz çəkisi 5,140 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in, İ siyahısına daxildir. Maddi sübutun tədqiqatdan sonrakı qalığı 5,040 qram olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə elan edilib araşdırılmış Sabunçu rayon məhkəməsinin 27.04.2021-ci il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 26 aprel 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 24.05.2021ci il tarixli 1570 №-li rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui istifadə edilməsi nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-psixiatrik ekspertizasının 02.06.2021ci il tarixli 1161 №-li rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə tədqiq olunmuş «sübutların qiymətləndirilməsi haqqında» 19.08.2021-ci il tarixli qərardan müəyyən olunur ki, tədqiqatdan sonra qalıq çəkisi 5,040 qram olan narkotik vasitə heroin saxlanılması üçün Bakı şəhəri Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarışın keçirilməsi görüntülərini əks etdirən bir ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi qismən olaraq özünün, şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, ibtidai araşdırma zamanı- 26 aprel 2021-ci il tarixdə videoçəkiliş aparılmaqla üzərinə müdafiəçisinin iştirakı ilə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs tədqiqatçı tərəfindən hüquqları izah olunmaqla üzərində qanunsuz əşya varsa təqdim edilməsi təklif edilmiş və Təqsirləndirilən şəxs etiraz etmədən əynində olan tünd boz rəngli şalvarının sol yan cibindən 400 manat pulu, şəxsiyyət vəsigəsini, sağ yan cibindən isə 1 ədəd Samsung markalı mobil telefonu və bir ədəd işərisində qəhvəyi rəngli kütlə olan sellofan bükümü təqdim etmiş, sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf rəngli sellofan bükümdə olan qəhvəyi rəngli kəskin iyli maddənin narkotik vasitə heroin olduğunu və həmin maddəni öz istifadəsi üçün Bakı şəhəri, Buzovna qəsəbəsində tanımadığı şəxsdən 50 manata əldə etdiyini bildirmişdir. Göstərilən halları Təqsirləndirilən şəxs həmin tarixdə, yəni 26 aprel 2021-ci il tarixdə müdafiəçisinin iştirakı ilə şübhəli şəxs qismində və müdafiəçisinin iştirakı ilə 27 aprel 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində veriyi ifadələrində təsdiq etmişdir. Həmçinin ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs xəsarətlərin olması ilə əlaqədr Bakı şəhəri, Sabunçu rayon prokurorluğunda yoxlama aparılmış, 09 iyun 2021-ci il tarixdə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar çıxarılmaqla həmin qərarda Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən fiziki zor tərbiq olunmaması qənaətinə gəlinmişdir. Bakı şəhəri Sabunçiu rayon prokurorluğunun qeyd olunan qərarından məhkəmə nəzarəti qaydasında şikayət verilməmiş, bu qərar yuxarı prokurorluq instansiya tərəfindən ləğv olunmamışdır. Cinayət işində olan 15 iyul 2021-ci il tarixli “telefon zəngləri üzrə aparılmış əməliyyatlar barədə məlumatlara baxış keçirilməsi haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs məxsus ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrinə dair "xxxx" MMC-dən götürülmüş zənglər və anten məlumatlarına baxış keçirilmiş, bu nömrələrdən 01.03.2021-ci il tarixdən 27.04.2021-ci il tarixədək danışıqların olması, lakin istintaq üçün əhəmiyyət kəsb edən mesaj, vatsap yazışmaları və telefon zəngləri müəyyən edilməmişdir. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət qədər narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi” barədə Azərbaycan Respublikasının Qanuna əsasən heroin növü narkotik maddə 0,15 qramdan şəxsi istehlak miqlarından artıq, 2 qramdan isə külli miqdar hesab edilir. Təqsirləndirilən şəxs üzərindən götürülmüş narkotik vasitə olan 5,140 qram heroinin miqdarı şəxsi istehlak miqdarından və külli miqdardan dəfələrlə artıqdır. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs tiryək alkolidlərini tərkibində saxlayan maddələrdən sui istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır. Belə olan halda Təqsirləndirilən şəxs narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 26 aprel 2021-ci il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Bakı şəhəri Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmiş tədqiqatdan sonra çəkisi 5,040 qram olan narkotik vasitə heroin məhv edilməli, cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 114 (yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhər 4 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafəçi Müdafiəçi üçün 240 AZN (iki yüz qırx manat) pul Bakı şəhər 4 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 05 (beş) il müddətinə azadlıqdan məhrum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 26 aprel 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmiş tədqiqatdan sonra çəkisi 5,040 qram olan narkotik vasitə heroin məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 114 (yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Məhkəmədə göstərdiyi hüquqi yardımla bağlı müdafəçi Müdafiəçi üçün 240 AZN (iki yüz qırx manat) pul Bakı şəhər 4 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi tarixdən) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar