Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1591/2022 15.11.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X13, X5, dövlət ittihamçıları-Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı, X7, X16 və X17, müdafiəçi- «Kredo» Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi X11 və onun nümayəndəsi «Femida» Vəkil bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş. Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi Təqsirləndirilən şəxs, 09 sentyabr 2021-ci il tarixdə saat 22 radələrində ünvan 2 ünvanında 70 manat borcunu qaytarmaması səbəbindən tanışı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı sonuncunun başına və bədəninə yumruq və təpiklə zərbələr vurub döyərək baş beyin maddəsinə, mədəciklərə və qişalarına qansızma, baş beyinin əzilməsi və ödemi kimi sağlamlığa ağır zərərvurmaya aid olan, döş qəfəsinin sol yan səthində İİ və İİİ qabırğaların yerdəyişən qapalı sınıqları və həmin səviyyədə yumşaq toxumanın irinləmiş hematoması kimi sağlamlığaaz ağırzərərvurmaya aid olan, döş qəfəsinin sağ yan səthində İX qabırğanın yerdəyişməyən qapalı sınığı və həmin səviyyədə yumşaq toxumanın qançırı kimi sağlamlığa yüngül zərərvurmaya aid olan, habelə canlı şəxslərdə sağlamlığa zərərvurmayan xəsarətlərə aid sol bazunun, sol budun və sol ayaqarxası nahiyənin qançırları xəsarətləri yetirmiş, onun qəsdən yetirdiyi ağır bədən xəsarətləri nəticəsində sonuncunun həyatı üçün təhlükəli olan baş beyin maddəsinə, mədəciklərə və qişalarına qansızma ilə müşayiət olunan baş beyinin əzilməsi və ödemi xəsarətindən Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdə saat 22 radələrində 3 saylı Şəhər Klinik Xəstəxanasında ölmüş, bununla da o, Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan ölümünə səbəb olan sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2021-ci ilin avqust ayında Hüseyn ondan dərman almaq üçün 70 manat borc pul alaraq borcunu bir neçə günə qaytaracağına söz vermişdir. O, Hüseynə 70 manatı verəndən bir neçə gün sonra borcunun qaytarılması üçün mobil nömrəsinə dəfələrlə zəng etsə də, Hüseyn ona cavab verməmişdir. Bir müddət sonra axşam saatlarında Şahid2 ilə birlikdə Həzi Aslanov metrostansiyası yaxınlığında yerləşən 3-cü kvadrat adlanan əraziyə gedərkən, Hüseynlə rastlaşmış, zənglərinə cavab verməməyinin səbəbini soruşaraq Hüseynin sol böyründən bir dəfə yumruqla vurmuş və Hüseyn sol böyrünü tutaraq yerə oturmuşdur. Sonra onu yola salmışlar, bir həftə sonra Samirlə görüşmüş, Samir Hüseynin anası ilə onların evinə qalxmış və müzakirə edib düşəndən sonra Samir demişdir ki, narahat olmasın bir qədər vəziyyət yaxşı deyil bir müddət sonra düzəldib pullarını verəcəklər. Sonra eşitmişdir ki, Hüseyn komadadır, lakin o Hüseynə bir dəfə yumruq vurmuş, ona başqa xəsarət yetirməmişdir, onun baş nahiyyəsinə vurmamışdır. Sonradan eşitmişdir ki, Hüseyn vəfat edib. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında dindirilmiş zərərçəkmişin hüquqi varisinin ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər protokollarla tam öz təsdiqini tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X11 ifadələrində göstərmişdir ki, Hüseyn orta məktəbi bitirdikdən sonra səhhəti ilə bağlı hərbi xidmətdə olmamış, təhsilini davam etdirməmiş, subay olmuş və heç bir işlə məşğul olmamışdır. Sonradan Hüseyn pis əxlaqlı şəxslərin əhatəsinə düşmüş, onları təsiri altına düşmüş, Hüseyn narkotikanın istifadəsinə urşanmıdır. Hüseyn narkotik alüdəçisi olduğu üçün o və anası onun bu hərəkətindən utanmış, Hüseyni bu yoldan çəkindirmək və müalicə etmək cəhdləri uğursuz olmuşdur. 2021-ci ilin sentyabr ayının əvvəllərində Hüseyn ona və anasına demişdir ki, evlərinə yaxın ərazidə yaşayan Həsən onu incidir, əsassız yerə onun qarşısını kəsir, ondan əl çəkmir və ondan pul tələb edir. Hüseyn demişdir ki, Həsənə heç bir borcu olmadığı halda Həsən ondan 70 manat pul tələb edir. Hətta elə olurdu ki, Hüseyn Həsənin qorxusundan evdən bayıra çıxmırdı. Hüseynin kimlər ilə dostluq etməsi, kimlər ilə oturub durmasını yoldaşlıq etməsini bilmir. Amma 2021-ci ilin avqust ayının əvvəllərində 1-2 gün ərzində Hüseyn evə gəlmədiyindən və telefonuna zəng çatmadığından anası telefonu vasitəsi ilə Hüseynin onun telefonu ilə əvvəllər danışdığı tanışlarını axtarmağa başlamış, Hüseynin Samir adlı tanışı ilə danışmış, daha sonra o da, Samir ilə danışmış və Hüseyni soruşmuşdur. Hüseyn evə gəldikdən sonra harada olduğunu deməmişdir. O və anası Samirdən xahiş etmişlər ki, imkan daxilində Hüseyn ilə danışıb başa salsın ki, çöldə-bayırda çox gəzməsin, avara uşaqlarla oturub-durmasın. Həmçinin Samirdən xahiş etmişlər ki, Hüseyni incidən Həsənin əlindən qurtarsın, Hüseynin Həsənə pul borcunun olub- olmadığmı aydınlaşdırsın. 07 sentyabr 2021-ci il tarixdə xalası Gülnarənin oğlan nəvəsi Raufun ad günü olmuş, o və anası həmin ad günündə Mərdəkanda olmuş, həmin gün və növbəti gün Hüseynin səhhətində və davranışında qeyri-adi bir şey hiss etməmişlər. Amma bundan 2 gün sonra, yəni 09 sentyabr 2021-ci il tarixdən 10 sentyabr 2021-ci il tarixə keçən gecə Hüseyn evə gələndə üst-başının toz olduğunu görmüş, yanaqlarının pörtmüş və qırmızı olduğunu görmüş, nə baş verdiyini soruşduqda Hüseyn Həsənin onun qabağını kəsib döydüyünü demişdir. Hüseyn bundan başqa bir söz deməyərək öz yerinə keçib uzanmışdır. Növbəti gündən Hüseynin səhhəti pisləşməyə başlamış, 10 sentyabr 2021-ci il tarixində axşamdan başlayaraq görmüşdür ki, Hüseyn çox narahatdır, özünü pis hiss edir, evdə sağ böyrünü, sol sinə nahiyəsini və başını tutub gəzir, başı ağrımış və arada qusmuşdur. O və anası ondan bədənində olan xəsarətlərin və zədələrin nədən əmələ gəlməsini soruşduqda Hüseyn demişdir ki, Həsən onun qarşısını kəsib və döyüb, nəticədə o həmin xəsarətləri alıb, bütün bədəni və başı ağrıyır. 13 sentyabr 2021-ci il tarixdə səhər vaxtı anası işə gedəndən sonra Hüseynin səhhəti daha da pisləşmiş, Hüseyn çox çətinliklə danışmış, o, zəng edib bunları anasına demiş, təcili tibbi yardım çağırmış və Hüseynin həkimə aparılmasında köməklik etməsi üçün Samiri çağırmışdır. Anası işdən evə gəlmiş, Samir təcili tibbi yardım briqadası ilə köməkləşib Hüseyni yaşadıqları 16-cı mərtəbədən təcili tibbi yardım maşınına düşürtmüş və onlar elə həmin təcili tibbi yardım maşını ilə X18 toksikologiya şöbəsinə gəlmişlər. Onlar həkimlərə Hüseynin narkotik maddə alüdəçisi olduğunu dediklərindən Hüseyn toksikologiya şöbəsinə gətirilmişdir. Onlar toksikologiya şöbəsində də, həkimə Hüseynin narkotik maddə alüdəçisi olduğunu dedikdə, həmin həkim Hüseyni narkoloji dispanserə apamıq lazım olduğunu demişdir. Amma onlar təcili yardıma dediklərinə görə maşın onları evə qaytarmışdır. 13 sentyabr 2021-ci il tarixində axşam saatlarında Hüseynin nitqi tamamilə çətinləşmiş, 14 sentyabr 2021-ci il tarixində yenidən təcili tibbi yardım çağırmış, mənzilə gələn həkimə və tibb bacısına Hüseynin 4-5 gün əvvəl tanışı tərəfindən bədəninə və başına vurularaq döyüldüyünü demiş, ona görə də, təcili tibbi yardım Hüseyni qapalı kəllə-beyin travması və beyin silkələnməsi diaqnozu ilə 3 saylı Şəhər Kliniki Xətəxanasının Reanimasiya Şöbəsinə yerləşdirmiş və aparılan müayinələrdən sonra həkimlər Hüseynin sağ və sol qabırğalarında sınıqların, başında beynində isə qansızmaların olduğunu demişlər. Həmin xəstəxanada bir gün müalicə olunduqdan sonra Hüseyn 15 sentyabr 2021-ci il tarixində koma vəziyyətinə düşmüş və saat 22 radələrində ölmüşdür. Hüseyn hər zaman, Həsənin onu vuraraq döydüyünü bədən xəsarətləri yetirdiyini demişdir. O və anası bu hadisəyə qədər Hüseynin Həsən adlı tanışının olduğunu bilməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 şahid zərərçəkmiş şəxsin hüquqi varisi X6 ifadəsinə uyğun ifadə vermidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2021-ci ilin avqust ayında Hüseynin anası Aybəniz xanım ona zəng etmiş və bildirmişdir ki, Hüseyn iki gündür evə gəlmir, telefonu sönülüdür, nömrəsinə zəng çatmır, ona görə də, o, öz telefonu ilə Hüseynin zəng etdiyi nömrələrə zəng edib Hüseyni axtararaq oğlunun harada olduğunu bilmək istəyir. Aybəniz ağlaya-ağlaya ondan Hüseyn ilə bir yerdə olubolmadığını, Hüseynin yerini bilib-bilmədiyini soruşmuşdur. O, demişdir ki, Hüseynin harada olduğunu bilmir, amma bir xəbər bilsə xəbər edər. Bir gün keçmiş Aybəniz ona zəng edib demişdir ki, Hüseyn özü ona zəng edib deyib ki. Yasamal rayonunda ər-arvad yaşayan dostugildədir, telefonun batareyası yatıb, narahat olmasın, evə gələcək. O da, Aybənizə demişdir ki, Hüseyn evə gələndə onu da çağırsın gəlib Hüseyn ilə söhbət etsin. Ona görə də, Aybənizin çağırışı ilə gəlib Hüseynlə söhbət edib ailədə anasının və bacısının başının üstündə olmağını demişdir. Bundan sonra təxminən 04 sentyabr 2021-ci il tarixində Aybəniz ona telefonla zəng edib Həsən adlı şəxsi tanıyıb tanımadığını soruşmuşdur. O, Hüseynlə bu barədə danışanda sonuncu demişdir ki, məhəllədə Həsən var, onun qarşısını kəsir, onu incidir. O, demişdir ki, Həsən ilə görüşüb bu məsələni həll etmək lazımdır. Bundan iki-üç gün sonra təxminin sentyabr ayının beşi və ya altısı tarixlərində Həsənə zəng edərək Həzi Aslanov metrostansiyasının qarşısında görüşə çağırmışdır ki, Hüseyn ilə olan münasibətlərini həll etsinlər. Saat 19 radələrində o, Həsən ilə metronun çıxışında görüşmüş. Həsən demişdir ki, Hüseyn ona olan 70 manat borcunu qaytarmır. O, Hüseynə zəng vurmuş, zəng çatmadıqda, anası Aybənizə zəng edib görüş təyin etdiklərini, amma Hüseyni tapa bilmədiklərini demiş, Aybəniz Hüseynə zəng edəcəyini demiş və sonra onu yığıb demişdir ki, Hüseyn indi gəlir. Hüseyn gəldikdə o, Həsənə borcunun olub-olmadığını soruşmuş, Hüseyn demişdir ki, borcu var və yaxın günlərdə qaytaracaq. Bundan sonra onlar ayrılmış, amma həmin gün axşam Hüseyn anasının telefonundan ona WhatsAppda yazmışdır ki, Həsənə borcu yoxdur, o, demişdir ki, niyə görüşəndə bunları deməmiş, Hüseyn isə heç nə deməmiş, o da, bir də, görüşmələrini demişdir. Sonra onun başı öz işlərinə qarışmış və bu iş yadından çıxmışdır. 13 sentyabr 2021-ci il tarixdə Nərmin ona zəng edib demişdir ki, Hüseynin vəziyyəti pisdir onlara gəlməyini demiş, o, gələrək Hüseyni qucağına alıb təcili tibbi yardım maşınına mindirmiş, Nərmin və anası həkimlərə Hüseynin narkotik maddə alüdəçisi olduğunu demiş, ona görə də, təcili yardım onları X21 gətirmişdir. Orada Hüseyn toksikologiya şöbəsinə gətirilmiş, toksikologiya şöbəsində onları qarşılayan kişi həkiminə Hüseynin narkotik maddə alüdəçisi olduğu deyilmiş və həkim Hüseyni narkoloji dispanserə aparmaq lazım olduğunu bildirmişdir. Onlar evə qaytdıqda Hüseyni qucağında mənzillərinə qaldırıb getmişdir. Bir müddət sonra o, eşitmişdir ki, Hüseyn 3 saylı şəhər kliniki xəstəxanasında ölüb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs 2020-ci ilin aprel ayından tanıyır. Yaşadığı mənzillər yaxın olduğundan Həsən Çəndərli ilə arada bir görüşüb söhbətləşirdilər. Həsənlə 08 sentyabr 2021-ci il tarixdə saat 19 radələrində Xətai rayonu, Həzi Aslanov metrostansiyasının yaxınlığında yerləşən Məhəmməd Hadi küçəsində birgə gəzərkən Həsən Hüseynlə görüşmüş, bir qədər sonra Həsən ona zəng etmiş, onların yanına getdikdə onlar artıq yaxınlıqda olan oturacaqda əyləşmişlər. Onların arasında nə söhbət olduğunu bilməmişdir. O, Hüseyni bir dəfə orada görmüş, ondan sonra Hüseyni görməmişdir. Həmin günü də Həsənlə təsadüfən həmin yerdə görüşmüşdür. Sonradan Həsəndən eşitmişdir ki, Hüseynin Həsənə 50 manat borcu olmuşdur. Lakin, onların mübahisə etdiklərinin şahidi olmamışdır. Onun Hüseynlə aralarında heç bir dava-dalaş, mübahisə olmamışdır. Lakin, o Hüseyni görəndə o əzgin halsız vəziyyətdə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2009-cu ildən əmək fəaliyyətinə başlayaraq Bakı şəhəri təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının 7 saylı bölməsində işləməyə başlamışdır. 14 sentyabr 2021-ci il tarixində feldşer Mehriban Bağırova ilə həmin çağırışda olmuş, həmin gün saat 10.30 radələrində Məhəmməd Hadi küçəsi 74-də yerləşən binanın 16-cı mərtəbəsində yerləşən 97 nömrəli mənzilə gəldikdə orada huşu alaqaranlıq xəstəni görmüş və xəstənin yanında anası, bacısı və 1-2 nəfər kişi şəxslər olmuşdur. Xəstə danışa bilməmiş, xəstənin anası və bacısının verdikləri məlumata görə, tanıdıqları şəxs tərəfindən xəstə 4-5 gün əvvəl öz məhəllərinin yaxınlığında tanıdığı şəxs tərəfindən döyülmüş, onu döyən şəxs onun başından və döş nahiyyəsindən vurmuş, lakin xəstənin anası və bacısı döyən şəxsin adını və xəstənin nə ilə vurulmasını deməmişlər. O, Hüseynə vizual baxış keçirtmiş, xəstənin başında gözlə görünən xəsarət görmüş, lakin döş qəfəsinin sol hissəsində ürək nahiyəsi tərəfdə qançır aşkar etmiş, buna görə də, mərkəzi stansiyanın operativ şöbəsinin böyük həkimi ilə əlaqə saxlamış, xəstə barədə məlumat vermiş, mərkəzi stansiyanın operativ şöbəsinin böyük həkimi ona xəstəni 3 saylı şəhər kliniki xəstəxanaya hospitalizasiya etməyi demiş, mənzildə olan kişi şəxslərin köməkliyi ilə xəstə təcili tibbi yardım maşını ilə 3 saylı şəhər kliniki xəstəxanasına çatdırılmış və o, həkimlərin Hüseyni qəbul edib ilkin müayinə etmələrini gözləmişdir. Hüseynə ilkin diaqnoz qoyulmuş, həmin diaqnoz qapalı kəllə beyin travması, baş beyinin silkələnməsi, döş qəfəsinin küt travması olmuş, o, qeyd olunanları müşayiət vərəqəsinə yazmış və xidməti əraziyə qayıtmışlar. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Məhkəmə-Tibbi Ekspertiza və X10 X24 X2 verilmiş xx.xx.2022-ci il tarixli, T 159/2022 nömrəli rəydə göstərilmişdir ki, «1994-cü il təvəllüdlü Zərərçəkmiş şəxs adma tərtib edilmiş sənədlərə və qərarda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: Tibbi kartada qeyd edilənlərə əsasən mərhum Zərərçəkmiş şəxs ölümü xəstəxanada xx.xx.2021-ci il tarixdə, saat 21:40-da baş vermiş, ölümə səbəb qapalı kəllə-beyin travması nəticəsində baş beyin maddəsinə, qişalarına və mədəciklərə qansızına ilə müşayiət olunan baş beyinin əzilməsi və ödemi olmuşdur. Mərhum Zərərçəkmiş şəxs meyitinin müayinəsi zamanı baş beyin maddəsinə, qişalarına və mədəciklərə qansızına, baş beyinin əzilməsi və ödemi. döş qəfəsinin sağ yan səthində İX qabırğanın yerdəyişməyən qapalı sınığı və həmin səviyyədə yumşaq toxumanın qançırı, döş qəfəsinin sol yan səthində İİ və İİİ qabırğaların yerdəyişən qapalı sınıqları və həmin səviyyədə yumşaq toxumanın irinləmiş hematoması, sol bazunun, sol budun, sol ayaq arxası nahiyənin qançırları aşkar olunmuşdur. Qeyd edilən xəsarətlər həyati olub, bərk küt əşyanın (əşyaların) bilavasitə təsirindən törənmiş, qərarda göstərilən vaxtda və şəraitdə, yəni 08-xx.xx.2021-ci il tarixdə kənar şəxs tərəfindən yetirilən zərbələr nəticəsində yarana bilərdi, dərəcəsinə görə baş beyin maddəsinə, mədəciklərə və qişalarına qansızına, baş beyinin əzilməsi və ödemi canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəsi vardır. Döş qəfəsinin sol yan səthində İİ və İİİ qabırğaların yerdəyişən qapalı sınıqları və həmin səviyyədə yumşaq toxumanın irinləmiş hematoması canlı şəxslərdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya. döş qəfəsinin sağ yan səthində İX qabırğanın yerdəyişməyən qapalı sınığı və həmin səviyyədə yumşaq toxumanın qançırı sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Sol bazunun, sol budun və sol ayaqarxası nahiyənin qançırları isə canlı şəxslərdə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Mərhum Zərərçəkmiş şəxs adına tərtib edilmiş tibbi kartada və meyitin müayinəsi zamanı aşkar edilən xəsarətlərdə xəsarət yetirən alətin individual xüsusiyyətləri əks olunmadığından bu haqda daha dəqiq fikir söyləmək mümkün olmadı. Xəsarətlərin xarakteri və yerləşdiyi nahiyələri nəzərə alaraq demək olar ki, onların yıxılma zamanı kənar predmetə dəymə nəticəsində yaranması az inandırıcıdır. Mərhum Zərərçəkmiş şəxs 3 saylı ŞKX-da olduğu müddət ərzində səhhəti ilə bağlı göstərilən müayinə və müalicə tədbirlərini qoyulan diaqnoza uyğun olaraq qənaətbəxş hesab etmək olar. Təqdim edilmiş tibbi kartada ona göstərilən yardımlarda antisanitariya və sterilizasiya qaydalarının pozulmasını göstərən hər-hansı hal aşkar edilmədi. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb travmanın ağırlığı olmuşdur». Məhkəmə istintaqı zamanı tədqiq olunmuş X3 Hüquqi Şəxsin 7972 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmayıb. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Bakı Şəhər Narkoloji X22 Şəxsin 3199 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmayıb. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Məhkəmə-X4 X24 kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 500 nömrəli rəyində göstərilmişdir ki, Məhkəmə-psixiatrik ekspertizası üzrə motivləşdirici hissə: Cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrinin tədqiqi və təhlili əsasında belə nəticəyə gəlirəm ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs 2009-cu il tarixdə Hərbi Həkim Komissiyasından keçərkən onda müəyyən edilmiş “Mülayim dərəcədə ifadə olunmuş nevrasteniya” diaqnozuna müvafiq əlamətlər hal-hazırda müəyyən edilmir, onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Məhkəmə-psixoloji ekspertizası üzrə motivləşdirici hissə: aparılmış eksperimental- psixoloji müayinə gedişində əqli-intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Pərdi-psixi xüsusiyyətlərində neqativ amillərə qarşı dözümsüzlük, emosional reaksiyalara meyillilik, xarici qıcıqlara qarşı həssaslıq və s. qeyd olunmaqla xasiyyətin psixopatik cizgiləri aşkar olunur. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Məhkəmə-psixiatrik ekspertizası üzrə yekun hissə: Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qarşısında qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs 2009-cu il tarixdə Hərbi Həkim Komissiyasından keçərkən onda müəyyən edilmiş “Mülayim dərəcədə ifadə olunmuş nevrasteniya" diaqnozuna müvafiq əlamətlər hal-hazırda müəyyən edilmir, onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqh hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə: Cinayət işi materiallarının təhlili və aparılmış psixoloji müayinənin nəticələrinə əsasən ekspert qarşısında qoyulmuş suallar aşağıdakı kimi cavablandırılır: Təqsirləndirilən şəxs xasiyyətin psixopalik cizgiləri müəyyən edilir. Kobudluq, mübahisəyə və konfliktə meyillilik, hövsələsizlik, nümayişkaranəlik, özünə qarşı hörmət tələb etmək kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində hirslilik yaranmış, həmin emosional halın yaranması onda müəyyən edilən xasiyyətin psixopatik cizgiləri ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq hadisə zamanı öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində olmamışdır». 210110314 nömrəli cinayət işi üzrə Bakcell MMC-dən, Azerfon MMC-dən və Azercell Telekom MMC-dən daxil olmuş CD disklərə Xətai rayon prokurorluğunun inzibati binasında xidməti iş otağında baxış keçirilərək Şahid2 istifadə etdiyi 050-369-79- 79 nömrəyə dair anten məlumatları, Təqsirləndirilən şəxs istifadə etdiyi 055-798- 92-98 nömrəyə dair anten məlumatları və Zərərçəkmiş şəxs istifadə etdiyi 077- ***-**-** nömrəyə dair anten məlumatlar müqayisəli şəkildə təhlil edildikdə işin hallarına uyğun olaraq müəyyən edilir ki, Şahid2, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixi ərzində yalnız xx.xx.2021-ci il tarixdə saat 21.30-22.30 radələrində eyni anten dairəsində olmuşlar. Verilmiş əməliyyat tapşırığına cavab olaraq göndərilmiş 104-18544 nömrəli, xx.xx.2021- ci il tarixli məktubda göstərilmişdir ki, Xətai RPİ-nin 36-cı PB-nin polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı yumruq və təpiklə sonuncunun baş və bədən nahiyələrinə ağır xəsarətlər yetirdiyi və Hüseynin həmin xəsarətlərə görə müalicə olunduğu xəstəxanada xx.xx.2021-ci il tarixində öldüyü, hadisə baş verən zaman onların yanında Şahid2 da olduğu, lakin Anarın Hüseynə xəsarət yetirmədiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Çəndirli X8 Hüseyn Faiq oğluna ölümünə səbəb olan xəsarəti yetirmədiyinə, sonuncunu bir dəfə yumruqla bədənin sol nahiyəsinə vurmasına dair göstərdiyi dəlillər öz məsuliyyətini yüngülləşdirmək və daha ağır məsuliyyətdən yaxa qurtarmaq məqsədilə özünü müdafiə xarakteri kimi qiymətləndirilir. Təqsirləndirilən şəxs məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə özünün müdafiəsinə dair gətirdiyi dəlillər iş üzrə toplanmış və yuxarıda şərh olunmuş sübutlarla, o cümlədən, Təqsirləndirilən şəxs ifadələri, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahididlərin ifadələri, baxış protokolları va onlara olan əlavələr, məhkəmə tibb, kompleks ambulator məhkəmə-psixiatrik və ambulator məhkəmə-psixoloji ekspertiza rəyləri və iş üzrə toplanmış digər istintaq sənədləri ilə təkzib olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, şahidlərin ifadələri, məhkəmə tibbi və məhkəmə kriminalistik ekspertizalarının rəyləri ilə tam təsdiqini tapmışdır. Məhkəmə əməlin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs əməllərində onun cəzasını ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş materiallarından görünür ki, Xətai rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2021 -ci il tarixdən hesablanmaqla 04 ay müddətində - xx.xx.2022-ci il tarixinə qədər həbs qətimkan tədbiri seçilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmaqla onun həbsdə saxlanılma müddəti xx.xx.2022-ci il tarixinə qədər uzadılmışdır. Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti Xətai rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi müddəti uzadılmış həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsinə dair verdiyi apellyasiya şikayəti Bakı Apellyasiva Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə təmin edilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri «ev dustaqlığı növündə qətimkan tədbiri ilə əvəz edilmiş, ev dustaqlığının müddəti xx.xx.2022-ci ıl tarixədək müəyyən edilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti xx.xx.2022-ci ıl tarixdə başa çatdığından həmin tarixdə barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin xx.xx.2021 -ci il tarixdən 15 aprel 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 07 ay ona təyin olunacaq cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs təyin ediləcək qəti cəzanın əvvəli onun barəsində hökm elan olunduğu vaxtdan, yəni 15 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan “Azerfon"xxxx" MMC-dən və “Azercell Telekom" MMC-dən daxil olmuş CD disklər maddi sübut kimi hesab edilib iş materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 10 (on) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2021 -ci il tarixdən 15 aprel 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 07 (yeddi) ay ona təyin olunmuş 10 (on) il azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla qəti olaraq Təqsirləndirilən şəxs 09 (doqquz) il 05 (beş) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin və o dərhal məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 15 noyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. İş üzrə maddi sübut olan “Azerfon"xxxx" MMC-dən və “Azercell Telekom" MMC-dən daxil olmuş CD disklər iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1591/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1591/2022
15.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver