Məhkəmə qərarları › İş №1(101)-1591/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1591/2023

25.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1591/2023 25.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X36, dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokurorları Dövlət ittihamçısı və X13, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 15 saylı vəkil bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs7, zərərçəkmiş şəxs və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 qanuni nümayəndəsi Qanuni nümayəndə2 iştirakları ilə, xx xxxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 fevral 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 07 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 06 mart 2020-ci ildə cəzasının sonu ilə azad olunmuş; Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 avqust 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 221.2-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.2-ci maddəsi tətbiq edilməklə 01 il 07 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə hökm dəyişdirilərək, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 il 06 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, 26 noyabr 2021-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021ci il tarixli amnistiya qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmiş, məhkumluğu ödənilməmiş, "xxxx" MMC-də direktor vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 3də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.2, 133.2.4, 133.2.6, 134, 145.2.1, 145.2.2, 145.2.3, 145.2.5, 150.3.3, 156.1, 157.2, 178.2.2, 178.2.4, 182.2.2, 182.2.3, 182.2.4 və 242-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs aşkar surətdə hamilə vəziyyətində olan qadın barəsində, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı, işgəncə verməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermiş, hədənin icra ediləcəyi üçün real əsaslar yaradıb öldürməklə və sağlamlığa ağır zərər vurmaqla hədələmiş, iki və ya daha çox şəxsə qarşı, təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı, zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş, təkrar təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində zor tətbiq etməklə və belə zor tətbiq etmə hədəsi ilə və zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli zorakılıq hərəkətləri etmiş, şəxsi həyatının sirri olan məlumatları, belə məlumatları əks etdirən video materialı başqasına vermiş, zor tətbiq etməklə Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olmuş, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmiş, təkrar, zor tətbiq etmə ilə, xeyli miqdarda əmlak əldə etmək məqsədilə zərərçəkmiş şəxsin və onun yaxın qohumunun şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini hədə-qorxu ilə tələb etmiş, pornoqrafik materialları yaymışdır. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs7 aldadaraq sonuncuya Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Mübariz İbrahimov küçəsi, nömrəsiz ünvanda yerləşən evinin yanında yerləşən avtoyuma məntəqəsini 36000 (otuz altı min) manata satmaq istədiyini bildirib Zərərçəkmiş şəxs7 sadəcə 18000 (on səkkiz min) manat məbləğində pulunun olduğunu bildikdə sonuncuya avtoyuma məntəqəsinin pulunu yəni, 36000 (otuz altı min) manat pulu düzəldib ona verənədək evinin birinci mərtəbəsində yerləşən kişi salonu və telefon dükanı kimi fəaliyyət göstərən iki ədəd obyekti satmaq vədi verib Zərərçəkmiş şəxs7 daha da inandırmaq məqsədi ilə yaşadığı evin birinci mərtəbəsindəki ofis kimi fəaliyyət göstərən otaqda guya aralarında alqı-satqı müqaviləsi bağlamaqları iiə bağlı sənəd tərtib edib həmin obyektləri guya sonuncuya satandan sonra özü tərəfindən ayda hər bir obyektə görə 200 (iki yüz) manat, yəni cəmi 400 (dörd yüz) manat məbləğində icarə haqqını ödəmə şərti ilə avtoyuma məntəqəsini icarəyə götürməsi kimi yalan vədlər verib həmin əmlakları Zərərçəkmiş şəxs7 satdığını bildirib aldadaraq bu üsulla xx.xx.2018-ci il tarixdə səhər saat 11 radələrində yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Mübariz İbrahimov küçəsi, nömrəsiz ünvanda yerləşən evinin birinci mərtəbəsindəki həmin ofis kimi fəaliyyət göstərən otaqda sonuncunun 18000 (on səkkiz min) manat məbləğində, xx.xx.2018-ci il tarixdə yenə yaşadığı həmin evin birinci mərtəbəsində yerləşən iki ədəd obyektin yəni çayxana və market kimi fəaliyyət göstərən (ümumi 50 kv metr) obyektlərin guya Zərərçəkmiş şəxs7 satılmasını bildirən müqavilə bağlayıb 2 ədəd obyekti yenə eyni üsulla yəni, özü tərəfindən həmin obyektlərin icarəyə götürülməsini bildirib haqqını ödəmə şərti ilə ayda bütün obyektlərə görə 1000 (min) manat məbləğində icarə haqqını ödəyəcəyi vədi verib aldatmaqla yaşadığı həmin evin birinci mərtəbəsində yerləşən həmin ofis kimi fəaliyyət göstərən otaqda Zərərçəkmiş şəxs7 13000 (on üç min) manat, 2018-ci ilin avqust ayının əvvəllərində saat 14 radələrində avtoyuma məntəqəsinin satış məbləği olan 36000 (otuz altı min) manat məbləğdə pulun tamamlanması üçün qalan 5000 (beş min) manat pulu Zərərçəkmiş şəxs7 işlədiyi Binəqədi rayonu, Atatürk prospekti 224 ünvanında yerləşən "xxxx" MMC-nin binasının qarşısında Zərərçəkmiş şəxs7 alaraq ümumilikdə 36000 (otuz altı min) manat məbləğində pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs7 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə 2019-cu ilin iyul ayı ərzində Zərərçəkmiş şəxs5 aldadaraq sonuncuya yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Mübariz İbrahimov küçəsi, nömrəsiz ünvanda yerləşən evinin yanındakı avtoyuma məntəqəsini satmaq adı ilə 45000 (qırx beş min) manat məbləğində pulun və həmin avtoyuma məntəqəsinin Dövlət Reyestr Xidmətindən çıxarışının hazırlanması üçün əlavə 2500 (iki min beş yüz) manat məbləğində pulun verilməsinin zəruriliyini bildirib 2019cu ilin iyul ayının sonlarında yaşadığı həmin ünvanda birinci mərtəbədəki ofisdə Zərərçəkmiş şəxs5 ilə görüşüb 6000 (altı min) manat məbləğində pulu alandan sonra Zərərçəkmiş şəxs5 daha da inandırmaq məqsədilə guya həmin avtoyuma məntəqəsini sonuncuya satandan sonra özü tərəfindən ayda 600 (altı yüz) manat məbləğində icarə haqqını ödəmə şərti ilə avtoyuma məntəqəsini icarəyə götürməsi kimi yalan vədlər verib Zərərçəkmiş şəxs5 həmin ilin iyul ayının sonlarında yəni bir neçə gün sonra yenə, 39000 (otuz doqquz min) manat, yəni cəmi 45000 (qırx beş min) manat məbləğində pulu aldıqdan sonra, 2019-cu ilin iyul ayının sonlarında yenə də, Zərərçəkmiş şəxs5 ilə yaşadığı evin birinci mərtəbəsindəki ofisində görüşərək həmin avtoyuma məntəqəsinin çıxarışını Zərərçəkmiş şəxs5 arvadı Şahid14 adına çıxarılması adı ilə 2500 (iki min beş yüz) manat məbləğində pulu götürüb ümumilikdə 47500 (qırx yeddi min beş yüz) manatı vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs5 xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, 2022-ci ilin fevral ayının əvvəllərindən rəsmi nikaha daxil olmadan faktiki ər-arvad münasibətində olub ünvan 3 ünvanında birlikdə yaşadığı Qanuni nümayəndə2 ilə həmin ilin mart ayının əvvəllərindən sonuncunun ünvan 4 ünvanda yerləşən 40000 (qırx min) manat dəyərində evini satıb pulunu şəxsi ehtiyaclarına xərcləmək istəməsi səbəbindən mübahisələri başladıqda sonuncunu yaşadıqları evin qonaq otağında sillə və yumruq zərbələri ilə döyüb fiziki ağrılar yetirdikdən sonra cinayətkar əməllərinə davam edib, həmin ilin may ayının əvvəllərində yenə Qanuni nümayəndə2 evini adına keçirtmədiyinə və satmaq niyyətində olmadığına görə zor tətbiq edib işgəncə verməklə yaşadıqları həmin evin soyuducusundan götürdüyü donmuş ətlərlə Qanuni nümayəndə2 başından vuraraq, hamam otağına salıb, lüt soyundurub soyuq suyun altında saxlayıb hədə-qorxu ilə tələb etmə cinayətinin törədilməsinə yönəlmiş hərəkətlərinə inadla davam edərək, mobil telefon aparatı ilə şəkillərini və videosunu çəkib evini adına keçirtmədiyi və satmağa razılığını vermədiyi təqdirdə sonuncunun qohumlarına və sosial şəbəkələrə yayacağı, pozğun qadın olmasını bildirəcəyi ilə bağlı rüsvayedici məlumatlar yaymaqla hədələyib zor tətbiq etməklə xeyli miqdarda əmlakını əldə etmək məqsədilə yəni, Qanuni nümayəndə2 40000 (qırx min) manat dəyərində evini ələ keçirmək məqsədi ilə zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərərək həmin əmlakını ona verməsini hədə-qorxu ilə tələb edib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq işgəncə verib döyməklə və zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar verib əzab vermişdir. Bundan başqa, o, 2022-ci ilin aprel ayının əvvəllərində gecə saatlarında yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Mübariz İbrahimov küçəsi, nömrəsiz ünvanda yerləşən evin ikinci mərtəbəsində Qanuni nümayəndə2 14 yaşına çatmayan qızı yəni, xx.xx.2012-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 yatdığı otağa daxil olub sonuncunu öldürməklə hədələyib qorxudaraq öz cinsi ehtirasını pozğun formada təmin etmək məqsədilə Zərərçəkmiş şəxs2 köməksiz vəziyyətindən istifadə edib anus dəliyinə öz cinsiyyət orqanını yerləşdirərək qeyri-təbii yolla cinsi əlaqədə olub cinsi ehtirasını təmin edərək seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Bundan başqa, o, Qanuni nümayəndə2 13 may 2022-ci il tarixdə səhər saatlarında birlikdə yaşadıqları Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Mübariz İbrahimov küçəsi, nömrəsiz ünvanda yerləşən evdən qaçıb ondan gizlənməsindən sonra 14 may 2022- ci il tarixdə sonuncunun xx.xx.2007-ci il təvəllüdlü yəni, yetkinlik yaşına çatmayan oğlu Zərərçəkmiş şəxs3 oxuduğu Respublika Olimpiya Liseyindən anası Qanuni nümayəndə2 xəstələnməsini bildirib yanına aparmaq adı ilə aldadıb götürərək yaşadığı evə gətirib 14 may 2022-ci il tarixdə səhər saatlarından 15 may 2022-ci il tarixdə günorta saatlarınadək yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Mübariz İbrahimov küçəsi, nömrəsiz ünvanda yerləşən evinin birinci mərtəbəsindəki qapalı otağa salıb adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum edərək sərbəst hərəkət etmə azadlığından məhrum etməklə orada iki gün müddətinə su və yemək vermədən zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə saxladıqdan sonra cinayətkar əməllərindən əl çəkməyərək 19 may 2022-ci il tarixdə saat 23 radələrində Qanuni nümayəndə2 yaşadığı ünvan 4 ünvanında yerləşən evinə gələrək onunla birlikdə yaşamağa razı olmayacağı təqdirdə evini yandıracağı və öldürəcəyi ilə hədələdikdən sonra mətbəxdən götürdüyü bıçaqla Qanuni nümayəndə2 boyun nahiyəsindən, sonra isə təpiklə sağ baldırından qəsdən vurub sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid bir ədəd boyun nahiyəsinin deşilmişkəsilmiş yarası və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilməyən sağ baldırın qançırı xəsarətləri yetirib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar verib, öldürməklə və sağlamlığa ağır zərər vurmaqla hədələyib, hədənin icra ediləcəyi üçün real əsaslar yaratdıqdan sonra həmin gün Qanuni nümayəndə2 və qızı Zərərçəkmiş şəxs2 yaşadığı evə gətirib, 20 may 2022-ci il saat 16 radələrinədək yaşadığı həmin evin yataq otağında qapını arxadan bağlayıb yetkinlik yaşına çatmayan və iki və ya daha çox şəxsi yəni, Qanuni nümayəndə2 və yetkinlik yaşına çatmayan qızı Zərərçəkmiş şəxs2 iradələrinə zidd saxlayıb sərbəst hərəkət etmə azadlığından qanunsuz olaraq məhrum etmişdir. Bundan başqa, o, təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs6 guya Fövqəladə Hallar Nazirliyinin Zərdab rayon şöbəsində yanğınsöndürən vəzifəsində işə düzəltmək adı ilə aldadaraq yalan vəd verib cəmi 10000 (on min) manat pulun verilməsinin zəruriliyini bildirib 2022-ci ilin iyun ayının əvvəllərində naməlum tarixdə saat 14 radələrində yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Mübariz İbrahimov küçəsi, nömrəsiz ünvanda yerləşən evinin birinci mərtəbəsində yerləşən ofisdə Zərərçəkmiş şəxs6 5000 (beş min) manat pulu alandan sonra həmin ilin iyul ayının sonlarında sonuncunun yaşadığı Zərdab rayonuna gedərək daha da inandırmaq məqsədi ilə guya 6 avqust 2022ci il tarixdə işə başlayacağı ilə bağlı yalan vəd verib qalan 5000 (beş min) manatı da verməli olduğunu bildirib Zərərçəkmiş şəxs6 aldadıb “Azər-Türk Bank" ASC-dən olan 5213-6751-3180-1921 nömrəli bank kartı hesabına 25 iyul 2022-ci il tarixdə Zərdab rayonunda yerləşən “E-manat” ödəniş aparatı vasitəsilə 3000 (üç min) manat və 20 (iyirmi) manat, 27 iyul 2022-ci il tarixdə yenə Zərdab rayonunda yerləşən “E-manat” aparatı vasitəsilə 1800 (min səkkiz yüz) manat, 29 iyul 2022-ci il tarixdə yenə Zərdab rayonunda yerləşən “Milliön” ödəniş aparatı vasitəsilə 286 (iki yüz səksən altı) manat məbləğində pul göndərilməsinə nail olub ümumilikdə 10106 (on min yüz altı) manat məbləğində pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs6 xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, Qanuni nümayəndə2 və övladlarının sonuncunun rəsmi evli olduğu əri Şahid18 anası Zərərçəkmiş şəxs4 ilə birlikdə sonuncunun ünvan 5 ünvanında yerləşən evində yaşadığını bilib 6 avqust 2022-ci il tarixdə saat 23 radələrində Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, Zərərçəkmiş şəxs4 iradəsi ziddinə zor tətbiq edərək itələyib həmin mənzilə daxil olub sonuncunun mənzil toxunulmazlığı hüququnu pozub dəhlizdəki güzgünün önündən götürdüyü qayçını mənzilin qonaq otağında oturacaqda əyləşmiş Qanuni nümayəndə2 boğazına dirəyərək öldürməklə və sağlamlığa ağır zərər vurmaqla hədələyib sonuncunun onunla birlikdə yaşadığı evə getməsini tələb edərək, hədənin icra ediləcəyi üçün real əsaslar yaratmaqla öldürməklə və sağlamlığa ağır zərər vurmaqla hədələmişdir. Bundan başqa, o, 10 avqust 2022-ci il tarixdə səhər saatlarında yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Mübariz İbrahimov küçəsi, nömrəsiz ünvanda yerləşən evdə Qanuni nümayəndə2 məxsus ümumi dəyəri təxminən 10834 manat olan qızıl-zinət əşyalarını anası Qanuni nümayəndə1 adına digər kredit təşkilatına qoyub əvəzində pul əldə etmək istəməsini bildirdikdə aşkar surətdə hamilə vəziyyətində olan Qanuni nümayəndə2 bununla razılaşmaması səbəbindən sonuncuya həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə həmin evin yataq otağında əllərini və ayaqlarını skoçla bağlayıb sərbəst hərəkət etmə azadlığından qanunsuz məhrum edib işgəncə verməklə köməksiz vəziyyətə salıb kəmərlə mütəmadi olaraq döyərək sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilməyən hər iki bud və sağ diz oynağı nahiyələrinin qançırları ilə nəticələnən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan bədən xəsarətlərini yetirməklə əzab verdikdən sonra Qanuni nümayəndə2 iradəsini qırmaq üçün sonuncunun qızı Zərərçəkmiş şəxs2 emosional davamsız şəxsiyyət pozuntusu psixi xəstəliyindən əziyyət çəkən tanışı Şahid3 yanına bağlı otağa salıb arxadan qapını bağlayıb sonuncu tərəfindən öldürülməsi ilə bağlı hədələyib zərərçəkmiş şəxsin yaxın qohumunun şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə əmlak xarakteri daşıyan hərəkətlər etməsini hədə-qorxu ilə tələb etməsi nəticəsində Qanuni nümayəndə2 iradəsini qırıb qızıl-zinət əşyalarını anası Qanuni nümayəndə1 adına kredit təşkilatına qoyub 500 (beş yüz) manat məbləğində pul əldə etdikdən sonra həmin gün günorta radələrində sonuncu və qızı Zərərçəkmiş şəxs2 yaşadığı evin yataq otağına salıb qapını arxadan bağlayaraq yenə, iki və ya daha çox şəxsi yəni, aşkar surətdə hamilə vəziyyətində olan Qanuni nümayəndə2 və yetkinlik yaşına çatmayan qızı Zərərçəkmiş şəxs2 5 gün müddətinə iradələrinə zidd saxlayıb sərbəst hərəkət etmə azadlığından qanunsuz olaraq məhrum etmişdir. Bundan başqa, o, Qanuni nümayəndə2 rəsmi nikahlı əri X8 boşanmasını tələb edib sonuncunu 15 avqust 2022-ci il tarixdə günorta saatlarında ünvan 6 ünvanında yerləşən vəkil ofisinə aparıb orada Qanuni nümayəndə2 aşkar sürətdə hamilə vəziyyətdə olduğunu bilib fiziki güc tətbiq edib masanın üzərindən götürdüyü qələmlə sonuncunun sinəsindən 1 dəfə vurub sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilməyən döş qəfəsinin məhdud sahəli əzilmiş yarası bədən xəsarətini yetirdikdən sonra 21 avqust 2022-ci il tarixə keçən gecə Qanuni nümayəndə2 ilə birlikdə yaşadığı evin yataq otağında olan zaman yenə, sonuncunun Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əzim Əzimzadə küçəsində yerləşən xeyli miqdarda, yəni təxminən 40000 (qırx min) manat dəyərində əmlakını əldə etmək məqsədi ilə zor tətbiq edəcəyi hədəsi ilə təkrar hədə-qorxu ilə tələb etdikdə Qanuni nümayəndə2 bununla razılaşmaması səbəbindən sonuncunun aşkar sürətlə hamilə vəziyyətdə olduğunu bilib zor tətbiq etməyə davam edərək əllərini və ayaqlarını skoçla və kəndirlə bağlayıb yenə, sərbəst hərəkət etmə azadlığından qanunsuz məhrum edib işgəncə verməklə köməksiz vəziyyətdə olan şəxsi mütəmadi olaraq döyməklə və zorakı hərəkətlərlə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilməyən sağ almacıq, sol yanaq və üst dodaq nahiyələrinin sıyrıqları ilə nəticələnən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan bədən xəsarətlərini yetirib əzab verdikdən sonra Qanuni nümayəndə2 iradəsinin qırılmadığını görüb cinayətkar niyyətinə davam edərək üzərində olan dəsmalı çıxarıb çılpaq vəziyyətdə sonuncunun qızı Zərərçəkmiş şəxs2 yaxınlaşıb soyunduraraq yerə uzandırmaqla öz cinsi orqanını sonuncunun cinsi orqanına toxundurub zərərçəkmiş şəxsə və başqa şəxslərə zor tətbiq etməklə və belə zor tətbiq etmə hədəsi ilə və zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə təqsirkar üçün aşkar surətdə 14 yaşına çatmayan, yəni 2012-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 Tofiq qızına qarşı təkrar seksual xarakterli zorakılıq hərəkətləri edib Qanuni nümayəndə2 psixi iztirablar verdikdə sonuncunun evini ona verməsi barədə razılığını bildirəndən sonra cinayətkar əməllərinə davam edib evin mətbəxindən götürdüyü qəfadanın içərisindəki qaynar suyu əli- ayağı skoçla bağlı olub hamilə və köməksiz vəziyyətdə olan Qanuni nümayəndə2 ağzına töküb mütəmadi olaraq döyməklə və zorakı hərəkətlərlə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid sol ağız bucağının alt dodaq və çənəaltı nahiyəni əhatə edən İİ dərəcəli termiki yanığı ilə nəticələnən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan bədən xəsarətlərini yetirib təkrarən fiziki ağrı və psixi iztirablar verib əzab vermişdir. Bundan başqa, o, 2022-ci ilin sentyabr ayının sonlarında Qanuni nümayəndə2 Rusiya Federasiyası, Moskva şəhərində yaşayan faktiki ər-arvad münasibətində yaşamadığı əri Şahid18 istifadəsində olan mobil telefon nömrəsi ilə əlaqə saxlayıb Qanuni nümayəndə2 razılığı olmadan sonuncunun çılpaq və onunla cinsi əlaqədə olduğu pornoqrafik xarakterli video səhnələrini Şahid18 göstərib “Whatsapp” proqramı vasitəsilə göndərməklə Qanuni nümayəndə2 şəxsi həyatının sirri olan məlumatları, belə məlumatları əks etdirən videoçəkiliş materiallarını başqasına göndərib pornoqrafik materialları yaymışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs-mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs7 36.000 manat pul almamış, ona böhtan atırlar. O, 2019-cu ildə “TAP.AZ” saytında öz obyektini 85.000 manata satışa qoymuş, onun etibarnaməsi var imiş və o qanuni şəkildə obyektini Zərərçəkmiş şəxs5 adına keçirmişdir. O, Zərərçəkmiş şəxs5 demişdir ki, ona satdığı obyekti 600 manata icarayə götürür. Lakin o 7 ay ərzində həbsdə olarkən Zərərçəkmiş şəxs5la danışıb obyekti başqasına icarəyə verməsini demiş, Zərərçəkmiş şəxs5 isə onu gözləyəcəyini demişdir. Beləliklə o Zərərçəkmiş şəxs5 aldararaq yox, alqı-satqı əsasında obyektini sataraq 45.000 manat pul almışdır. Qanuni nümayəndə2 ona şər atır. O, Qanuni nümayəndə2 işgəncə verməmiş, Qanuni nümayəndə2 heç bir xəsarət yetirməmiş, 10 avqust 2022-ci il tarixdə onu 5 gün müddətinə azadlıqdan məhrum etməmiş, 15 avqust 2020-ci ildə onun ağzına qaynar su tökməmiş, 2022-ci ilin sentyabr ayının sonları Qanuni nümayəndə2 pornoqrafiq xarakterli videolarını çəkib Şahid18 göndərməmişdir. O, Qanuni nümayəndə2 videoya çəkmiş, amma təqdim olunan video səssizdir. Videoya səsli qulaq asılsa həmin videoda o Qanuni nümayəndə2 hədə-qroxu gəlməmiş, əksinə Qanuni nümayəndə2 ona hədə-qorxu gəlmişdir. O, Qanuni nümayəndə2 qızı Zərərçəkmiş şəxs2 ilə heç bir cinsi əlaqədə olmamışdır. O, Zərərçəkmiş şəxs3 14 may 2022-ci il tarixdə oxuduğu liseydə aldadaraq evinə aparıb qanunsuz azadlıqdan məhrum etməmişdir. O, Şahid18 anası Zərərçəkmiş şəxs4 ilə birlikdə ünvan 5 ünvanında yerləşən yaşadığı evə Zərərçəkmiş şəxs4 iradəsi ziddinə zor tətbiq edərək daxil olub Qanuni nümayəndə2 hədələməmişdir. O, Zərərçəkmiş şəxs6 aldararaq ondan 10.106 manat pul almamış, pulun Qədirə verilməyinin vidoesu var. Həmçinin zərrəçkəmiş şəxslər Şahid1 qız, Şahid2, Şahid11, Şahid13 barəsində verdikləri ifadələri yalandır. Bundan başqa o heç bir ifadə vermək istəmir. Hər şey böhtan və cəfəngiyyatdır. Ona qarşı şər-böhtan atılır. O, təqsirsizdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Qanuni nümayəndə2 ifadəsində göstərmişdir ki, o, 2021-ci ilin dekabr ayının axırlarından Təqsirləndirilən şəxslə qeyri-rəsmi nikah münasibətində olmuşdur. O, Sabunçu rayonu ərazisində yerləşən mağazaları icarəyə götürüb orada «Avropa qapıları» şirkəti tərəfindən istehsal olunmuş qapıların satışı ilə məşğul olub uşaqlarını dolandırmışdır. O, özü Bakı şəhəri, Binəqədi rayonu, Gülüstan küçəsi döngə 8, ev 10-da qeydiyyatda olsa da əvvəllər, uşaqları ilə birlikdə Bakı şəhəri, ünvan 8-da yaşamışdır. Həmin evi o iki hissəyə bölüb bir hissəsində özü yaşamış, digər hissəni isə kirayə vermişdir. Seymurun təklifi əsasında uşaqları ilə birlikdə onun yaşadığı ünvan 7 ünvanına köçmüşdür. 2022-ci ilin mart ayının əvvəllərində Seymur ona demişdir ki, evini satır, əldə olunmuş pulu isə atasına həbsxanaya göndərəcək ki, ona köməklik olsun. O, buna qəti razı olmamışdır. Bundan sonra Seymur onu döyməyə başlamış, müxtəlif işgəncələrə məruz qoymuşdur. Seymur onu uaşqlarının yanında döyürmüş. 06 aprel 2022-ci il tarixdə o qızıllarını Nərimanov rayonu ərazisində yerləşən ASAN xidmətin içərisində olan «İdeal» kredit təşkilatına öz adına qoymuş və verilən 6300 manat məbləğində pulu isə Seymur götürmüşdür. Seymur onun öz evini yəni, Sabunçu qəsəbəsi, Yefim Saratov küçəsi 27, ev 10 ünvanında yerləşən evi satmaq istəmiş və həmin pulu ələ keçirib özünün və ailəsinin ehtiyaclarına xərcləmək niyyətində olmuşdur. O, razılıq vermədiyinə görə onu dəfələrlə döyürmüş. Seymur ona işgəncələr vermişdir, soyuducudan götürdüyü donmuş ətlərlə onun başından vurmuş, onu hamama salmış, lüt soyundurub soyuq suyun altında saxlamış, onu lüt vəziyyətdə soyundurub hamamda saxlayanda öz mobil telefon aparatı ilə şəkillərini və videosunu çəkmişdir. Seymur demişdir ki, əgər öz evini onun adına keçirtməsə və evini satmağa razılığını verməsə onda çılpaq şəkillərini və videolarını qohumlarına, sosial şəbəkələrə yayacaq və hamıya deyəcək ki, o pozğun qadındır, ərinə xəyanət etmişdir. O, evdən getmişdir ki, ondan əl çəksin, onu izləməsin, imkan versin ki, rahat yaşasın. Seymur əsəbi halda ondan tələb etməyə başlamışdır ki, evə qayıtsın, ona demişdir ki, oğlu Tofiqi podvalda bağlayıb saxlayır, əgər yanına qayıtmasa, onda oğlu Tofiqi buraxmayacaq, ac-susuz podvalda saxlayıb öldürəcək. Seymur əsəbi halda onun evinə gələrək ondan tələb etmişdir ki, Seymurun evinə getsin və bildirmişdir ki, əgər o bir daha həmin evə gəlməsə onda bu evi yandıracaq, onu uşaqları ilə birlikdə öldürəcək. O, evə qayıdanda Seymur həmin vaxt mətbəxdən götürdüyü bıçaqla onun boyun nahiyəsindən vurmuş, sonra isə təpiklə onun sağ baldırından vurub onu yerə yıxmışdır. Seymur onu Sabunçuda yaşayan xalasının evinə aparmış və xalasının evində olan zamanı ona ilk tibbi yardım göstərilməsi üçün müəyyən dərmanlar tələb olunduğuna görə Seymur qızı Fatimə ilə birlikdə yaxında olan apteklərin birinə gedib oradan dərmanları almışdır. Seymurun xalası da onun yarasını sarımış və bu barədə heç bir hüquq-mühafizə orqanına məlumat verməmiş, Seymur da bundan sonra onu öz evinə aparmış və orada evinin yataq otağında bağlamışdır ki, o qaça bilməsin. Qızı Fatiməni də onunla bir otaqda bağlamışdır. Onu və azyaşlı qızı Fatiməni orada bir müddət ac-susuz saxlamışdır. Sonra onlar evdən qaçmışlar və Bahar xanım onları liseyin müəllim otaqlarından birinə salmışdır. Oradan isə o 12-ci polis şöbəsinə gəlmiş və ərizəsi ilə Seymur tərəfindən döyüldüyü barədə məlumat vermişdir. 21 may 2022-ci ildə 12-ci polis şöbəsində olan zaman ona məlum olmuşdur ki, axşam, yəni 20 may 2022-ci il tarixdə saat 22 radələrində onun Yefim Saratov küçəsi 27, ev 10 ünvanda yerləşən evi yanmışdır. Həmin evi Seymur qəsdən yandırmış və ona 40.000 manat dəyərində ziyan vurmuşdur. Evi yandığına görə onun yaşamağa yeri olmamışdır, buna görə də polis əməkdaşları onu sığınacağa yerləşdirmişlər. Zabrat qəsəbəsində yerləşən “Reabilitasiya mərkəzi” ndə 2 ay qalandan sonra iyul ayının ortalarında o oradan uşaqları ilə birlikdə çıxmış qaynanası Tahirənin yaşadığı evə gəlmişdir. Seymur onu döyə-döyə evə aparmışdır. Seymur tələb etmişdir ki, o girova qoyduğu qızılları anası Qanuni nümayəndə1 adına keçirtsin. O, yenə də narazılığını bildirəndə Seymur əsəbləşmiş və onu öz evində döymüşdür. Seymur onu evində kəmərlə döymüşdür, onun əllərini skoçla bağlamış qızı Fatimənin yanında onu yataq otağında döymüşdür. Seymur ona işgəncə verdiyinə görə o qızılları anasının adına keçirtməyə razılaşmış və bundan sonra Seymur onun qollarını və ayaqlarını skoçdan açmışdır. Seymur onunla birlikdə xatırlamadığı banka getmişdir. Onu banka aparanda Seymur onu səhər saatlarında döymüşdür. Banka yolda gedən zaman o döyülmüş vəziyyətdə olmuş, sifətindən və bədənində olan xəsarətləri görünmüşdür, çünki Seymur onu kəmərlə evində yataq otağında döymüşdür. Seymur yolüstü Həzi Aslanov metrosunun yanından anası Xatirəni götürmüşdür. Birlikdə yəni üçü, o Seymur və anası Xatirə, Nərimanov rayonu ərazisində yerləşən "İdeal” kredit təşkilatına getmişlər. “İdeal” kredit təşkilatında Seymurla gələn iki nəfər şəxs onun girovda olan qızıllarına görə 7000 manat məbləğində pulu ödəyib qızıllarını girovdan çıxartmışlar. Bundan sonra Seymurla o, Seymurun anası Xatirə və digər iki nəfər şəxslə birlikdə hansısa bank təşkilatına gəlmişlər. Bankın adını və bankın yerləşdiyi ərazisini xatırlamır, göstərə bilməz. Orada Seymurun göstərişi ilə qızılları Xatirənin adına qoyulmuşdur. Qızıllarını Xatirənin adına 3 il müddətinə girova qoymuş, oradan pulları götürüb həmin onlarla gedən iki nəfər bank əməkdaşlarına pulları vermiş, Seymurun özü isə bu əməliyyatdan təxminən 500 manat məbləğində pul qazanmışdır. O, sonradan bilmişdir ki, Seymur həmin qızılları noyabr ayında həmin kredit təşkilatından çıxarıb yenə anasının adına "xxxx" adlı kredit təşkilatına qoymuşdur. Bundan sonra Seymur onu evinə gətirmiş və onu qızı Fatimə ilə birlikdə evinin ikinci mərtəbəsində yerləşən otaqda yəni yataq otağında bağlamışdır. Bu şəraitdə Seymur onu evində 1 aya yaxındır ki, saxlamışdır. Bir dəfə, Seymur ona əsəbləşmiş vəkil Məlahətin yanında qələmi masadan götürmüş var gücü ilə onun sinəsinə batırmışdır. Evdə yatmağa hazırlaşanda Seymur hamamdan çıxmışdır. Saat 01 radələri olarmış. Seymur hamamdan çıxanda çılpaq bədəninə dəsmalı bürümüşdür ki, cinsi orqanı görsənməsin. Fatimə evdə şortik və mayka ilə oturmuşdur. Seymur ondan yenə də tələb etməyə başlamışdır ki, özünə məxsus olan Yefim Saratov küçəsi 27, ev 10 ünvanda yerləşən evi adına keçirmişdir ki, həmin evi satsın və əldə etdiyi pulları öz şəxsi işlərinə xərcləsin. O, razı olmamışdır. Bu vəziyyətdə Seymur onu döyməyə başlamışdır. Seymur onu əli ilə sifətindən vurmuş, yerə yıxmışdır. Sonra isə qollarını və ayaqlarını yaşıl rəngli kəndirlə və skoçla bağlamışdır ki, müqavimət göstərməsin. Seymur onu bu vəziyyətdə bağlayanda kəmərlə onu döyməyə başlamışdır. Seymur əynindən yaş dəsmalı çıxarıb onu vurmağa başlamış, sonra isə həmin dəsmalla Fatiməni də bir neçə dəfə vurmuşdur. Seymur həmin vaxt çılpaq vəziyyətdə onun və Fatimənin qarşısında dayanmışdır. Ona demişdir ki, əgər evi adına keçirtməsə onda qızını zorlayacaq. Bu sözləri deyəndə o, Fatimənin əynində olan şortiki və maykasını çıxartmış, Fatiməni lüt vəziyyətdə yerə uzandırmışdır. Onun əli ayağı yaşıl kəndirlə və skoçla bağladığından o müqavimət göstərə bilməmişdir. Fatiməni çılpaq vəziyyətdə yerə beli üstə uzandırmış, ayaqlarını zorla aralamışdır. Özü də lüt vəziyyətdə imiş. O, görmüşdür ki, Seymur öz cinsi orqanını Fatimənin cinsi orqanına toxundurur. O, bunu görən kimi var gücüylə qışqırıb Seymurdan xahiş etmişdir ki, qızını zorlamasın. Seymurdan xahiş etmişdir ki, evi onun adına keçirəcək, uşağı buraxsın. Seymur isə onun evi onun adına keçirməyə razılığını verdiyini eşidən kimi Fatiməni buraxmışdır. O, qışqırmağa davam etdiyinə görə Seymur mətbəxə keçərək oradan çayniki götürərək qaynar suyu onun ağzına tökmüş və demişdir ki, o əgər kiməsə onun Fatiməni zorlamaq istədiyini desə, onu öldürəcək. Bundan sonra onun əlini-qolunu açmış, otaqdan çıxmışdır. Onu isə Fatimə ilə birlikdə yenə də otaqda bağlamışdır. Seymur ona demişdir ki, ağzının yarası sağalanda onu videoya çəkəcəkdir, həmin videoda o təsdiq etməli imiş ki, özü evini Seymurun adına keçirdəcək. Telefonunu da əlindən almış, sındırmışdır ki, bu barədə polisə məlumat verə bilməsin. Həmin evdə Seymur onları 2 gün saxlamış, yemək və suyu gündə 1 dəfə vermişdir. Yemək və suyu gündə 1 dəfə verdiyinə görə o öz payını yeməmiş, qızı Fatiməyə vermişdir ki, ac susuz qalmasın. Bu hadisədən sonra məhkəmə tibbi ekspertizasının müayinəsindən keçmişdir. Qalmağa yeri olmadığı üçün, qaynanasının evinə qayıtmışdır. Seymur qızını girov götürərək, onu məcbur etmişdir ki, Sabunçu rayonu polis idarəsinə 2022-ci ilin avqust ayının axırlarında getsin və ərizə yazsın ki, Seymurdan şikayəti yoxdur. O, qorxudan polisə belə ərizə yazmışdır. Ərizəni yazandan sonra Seymur onu evə gətirmişdir. 2022-ci ilin sentyabr ayının ortalarında Seymur Fazili şahid kimi evə gətirmiş, video çəkməyə başlamışdır ki, o Yefim Saratov küçəsi 27, ev 10-də evini Seymurun adına keçirmişdir. O, Seymurun tələbi ilə həmin videoda demişdir ki, özünə məxsus olan ünvan 8 ünvanında yerləşən evimi könüllü olaraq Seymurun adına keçirmişdir. Seymur onun lüt şəkillərini, cinsi əlaqədə olduğu videolarını, onu hamamda döydüyü və əsassız olaraq guya əxlaqsız həyat sürdüyündə təhqir edib söydüyü videoları əri Vahidə göndərmiş və onun əxlaqsız qadın olduğunu bildirmişdir. Seymur Vahiddən əsassız olaraq 85000 manat məbləğində pulu tələb etmişdir ki, Vahid həmin pulu ona göndərsin, əks halda Vahidə demişdir ki, onun bu videolarını yayacaq, sosial şəbəkələrə göndərəcək. Təqsirləndirilən şəxs qaynar suyu onun ağzına tökərək yandıran zaman o hamilə imiş. O, Təqsirləndirilən şəxslə barışmamışdır. Təqsirləndirilən şəxs çox təhlükəli insandır. Məhkəmədən Təqsirləndirilən şəxs barəsində ən ağır cəza verilməsini xahiş edir. Proses iştirakçılarının suallarını cavablandıraraq zərərçəkmiş şəxs Qanuni nümayəndə2 bildirmişdir ki, onun iki “Avropa qapı” dükanı var imiş, o üçüncü dükanını açmaq istəyirmiş. O, Təqsirləndirilən şəxs iki mərtəbəli dükanının ikinci mərtəbəsini 300 manata icarəyə götürən zaman onunla tanış olmuşdur. O, Təqsirləndirilən şəxslə tanış olan zaman ailəli imiş. Onun həyat yoldaşı 9 ildir ki, Moskva şəhərində yaşayır. Təqsirləndirilən şəxs bütün əmlakını əlindən almaq üçün Asan Xidmətə apararkən o ordan qaçıb Hüquq-mühafizə orqanlarına müraciət etmişdir. O, Təqsirləndirilən şəxslə fevral ayının sonlarında ailə kimi yaşamışlar və may ayına kimi bu hərəkətlər davam etmişdir. Təqsirləndirilən şəxs övladlarına qarşı işgəncələr etmişdir. Təqsirləndirilən şəxslə rəsmi nikaha daxil olmamışdır. Təqsirləndirilən şəxs əleyhinə ifadə verməyə heç kim onu məcbur etmir. Bütün hadisələr realdır, hamısı baş vermişdir. Təqsirləndirilən şəxs videoçəkilişləri onun razılığı olmadan çəkmişdir. Çünki o tez-tez evdən qaçırmış. Ona hədə-qorxu gəlmişdir ki, birdə evdən qaçsa həmin video və fotoları sosial şəbəkələrə yayacaq, həyat yoldaşına göndərəcək. Əvvəllər həyat yoldaşı Təqsirləndirilən şəxslə faktiki nikah münasibətini bilmirmiş, sonraddan öyrənmişdir. Təqsirləndirilən şəxs ona qarşı zorakılıq hərəkətlərini təxminən yay aylarında Təqsirləndirilən şəxs evində etmişdir. Bütün videolar diskdə qalır. O, əvvəlcədən Sabunçu Rayon Polis İdarəsinə məlumat verirmiş, uşaqlarıyla qaçırmış. Amma Təqsirləndirilən şəxs onları tapıb evinə aparırmış. O, 2-3 dəfə qaçıb öz evində gizlənmişdir. Sonuncu dəfə Təqsirləndirilən şəxs qızının gözü qarşısında ona bıçaq çəkib onu öz evinə aparmışdır. Onları evində bağlı saxlayırmış, telefonlarını əllərindən almışdır. O, Təqsirləndirilən şəxs ona hansı tarixlərdə işgəncə verdiyini xatırlamır. O, heç kimə qızıl verməmiş, Təqsirləndirilən şəxs qızılları ondan zorla alaraq anasının adına qoymuşdur. Təqsirləndirilən şəxs onun qızını Fazil adlı şəxsin yanına qoyub ona hədəqorxu gəlmişdir ki, bankda səsini çıxarsa, etiraz etsə özü cibindəki bıçaqla onu vuracaq, zəng edərək isə qızını da öldürdəcək. O, kredit müqaviləsini zorla imzalamışdır. Çünki, həmin vaxt qızını Fazil adlı şəxsin yanında saxlatmış, qızını öldürməsin deyə o müqaviləni məcbur qalıb imzalamışdır. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş azyaşlı Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, onlar, yəni o, anası və qardaşı Təqsirləndirilən şəxslə birlikdə yaşayırmışlar. Bir gün axşam saatlarında o yatanda Təqsirləndirilən şəxs otağına daxil olmuşdur. Onun əynində boz paltar var imiş. Təqsirləndirilən şəxs onun şortikini əynindən çıxarmış və onu incitməyə, əlləməyə başlamış, onu arxadan incitmişdir. O, ağlamaq istəyəndə əlini ağzına qoyub susdurmuşdur. Təqsirləndirilən şəxs bu olanları kiməsə desə sümüklərini qırıb, donuzlara və dənizə atacağını demiş, onu hədələmişdir. O, qorxmuşdur. Bir gün onlar qonaq otağında olanda Təqsirləndirilən şəxs anasından evi adına keçirməyini tələb etmiş, lakin anası razılaşmamışdır. Təqsirləndirilən şəxs anasını döyməyə başlamışdır. Anası evi Təqsirləndirilən şəxs adına keçirməsə onu zorlamaqla hədələmişdir. Bir gün Təqsirləndirilən şəxs hamamdan yenicə çıxmış, lüt vəziyyətdə imiş. Seymur anasını əli ilə sifətindən vurub yerə yıxmışdır. Sonra isə qollarını və ayaqlarını yaşıl rəngli kəndirlə və skoçla bağlamışdır ki, anası tərpənə bilməsin və müqavimət göstərə bilməsin. Seymur anasını bu vəziyyətdə bağlayanda kəmərlə döyməyə başlamışdır. O da həmin vaxtı bu səhnəni görüb qorxub ağlamağa başlamışdır. Seymur onun qolundan tutub əynində olan şortikini və maykanı çıxarıb onu zorla soyundurmuş, sonra isə onu lüt vəziyyətdə bel üstə yerə uzandırıb ayaqlarını aralamışdır. Seymur özü də lüt vəziyyətdə cinsi orqanını onun cinsi orqanına toxundurmağa başlamışdır. Anası qışqırmağa başlamış və Seymurdan xahiş etmişdir ki, bu əməllərini bitirsin, onu buraxsın, istədiyini edəcək, evini Seymurun adına keçirdəcək. Seymur onu buraxmış və mətbəxə keçib oradan qaynar çayniki otağa gətirib çaynikdən qaynar suyu anasının ağzına tökmüşdür. Təqsirləndirilən şəxs onu, anasını və qardaşı Tofiqi otaqda saxlayırmış. Təqsirləndirilən şəxs onları evdə dustaq saxlayırmış ki, onlar onun etdiklərini heç kimə deyə bilməsinlər. Seymur onun yanında anasını bir neçə dəfə bərk-bərk kəmərlə əl-təpiklə döyüb, anasının qollarını ayaqlarını skoçla kəndirlə bağlayıb döyürmüş. Seymur Tofiqi zirzəmidə, yəni bağlı otaqda saxlayırmış, Seymur Tofiqə yemək və su verməmişdir. 2022-ci ilin yay ayında Seymur mətbəxdən götürdüyü bıçaqla anası İlahənin boyun nahiyəsindən vurmuş, sonra isə təpiklə sağ baldırından vurub yerə yıxmışdır. Anası İlahənin boyun nahiyəsindən qan gəldiyini görmüşdür. Seymur anasını onun yanında döyürmüş. Proses iştirakçılarının suallarını cavablandıraraq Zərərçəkmiş şəxs2 bildirmişdir ki, danışdıqlarının hər biri baş vermiş, o, hər şeyi olduğu kimi danışır. Onu belə danışmağa heç kim məcbur etməmişdir. Əvvəllər verdiyi ifadələri təsdiq edir. Təqsirləndirilən şəxs o axşam yatanda otağına daxil olaraq arxadan ona qarşı zorakılıq hərəkətləri etmişdir. Anası yatmışdır. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, onlar, yəni o, anası və azyaşlı bacısı bir müddət Seymurun evində yaşayırmışlar. 2022-ci ilin may ayında isə evləri yanandan sonra onlar sığınacaqda yaşamış, sonra isə Xətai rayonu OPD qəsəbəsində yaşayan nənəsi Tahirənin evinə köçmüşlər. O, bayram günləri və istirahət günlərində anasının yanında qalırmış. Seymur onu və bacısını öz evində otaqların birində saxlayıb, anası İlahəni də hər dəfə döyüb işgəncələr vermişdir. Seymurla yaşadıqları dövr ərzində onlar öz evini, yəni Yefim Saratov küçəsi 27 ev 10 ünvanda yerləşən evi kirayə vermişlər. 2022-ci ilin mart ayının əvvəllərində Seymur anası İlahəni onla bacısının yanında döymüşdür. O, Seymurun anasından ev istədiyini anlamışdır. Anası İlahə razılıq verməmiş, buna görə də Seymur anasını döymüşdür. Seymur anasından tələb etmişdir ki, evi adına keçirtsin. Anası razı olmadığına görə Seymur evin soyuducusundan donmuş ətləri çıxarıb həmin ətlərlə anasının başından vurub anasını hamama salıb soyuq su ilə sulayıb lüt soyundurmuş, onun yanında telefona videoya çəkmişdir. Bir dəfə onu 2 mərtəbəli evinin 1-ci mərtəbəsində olan boş, qapalı otaqda 2 gün müddətində ac-susuz saxlamışdır. Təqsirləndirilən şəxs onu 2 gün otaqda saxlayanda dubinkası ilə onu döyürmüş, ona fiziki zor tətbiq etmişdir. Təqsirləndirilən şəxs otağın qapısını kilidləmiş, otağın pəncərəsi balaca olduğundan pəncərədən qaçmağı da mümkün deyilmiş. 20 may 2022-ci il tarixdə saat 22 radələrində Yefim Saratov küçəsi 27 ev 10 ünvanda yerləşən evləri yanmışdır. Evləri yandığına görə polis əməkdaşları onları sığınacağa yerləşdirmişlər. Reabilitasiya mərkəzində 2 ay qalandan sonra iyul aynın axırlarında Seymur məcburi qaydada onları aparmışdır. Və yenədə anasını da mütəmadi olaraq döyürmüş. Seymur anasını döyəndə tələb etmişdir ki, anası Yefim Saratov küçəsi 27, ev 10 ünvanda yerləşən evini Seymurun adına keçirtsin. Seymur onu və bacısını öz evində otaqların birində saxlayıb, anası İlahəni də hər dəfə döyüb işgəncələr vermişdir. Seymur anasının və bacısının telefonlarını almışdır ki, onlar heç kimlə əlaqə saxlaya bilməsinlər. Proses iştirakçılarının suallarını cavablandıraraq Zərərçəkmiş şəxs3 bildirmişdir ki, anası və bacısı Təqsirləndirilən şəxs əlindən qaçmışdır. Onu otaqda qapısı bağlı saxlamağının səbəbi anası və bacısının qayıtmağını istədiyi üçün imiş. Anası və bacısı Təqsirləndirilən şəxs evindən qaçmışdır. O, idman liseyində yatılı qalır. Şənbə və bazar günləri isə anası və bacısının da qaldığı Təqsirləndirilən şəxs evində qalırmış. Onlar birlikdə yaşayırmış. Təqsirləndirilən şəxs tərəfindən saxlanıldığı otaq balaca otaq imiş, şərait yox imiş. Otaq qaranlıq imiş. O, həmin otaqdan qaça bilmirmiş. O, qışqırsa heç kəs onu eşitməyəcəkmiş. Məhkəmə iclasında Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, o, ibtidai istintaqda verdiyi ifadəni təsdiqləyir. Təqsirləndirilən şəxs 2022-ci ilin iyun ayının əvvəllərində tanımışdır. Dostlarından biri demişdir ki, Seymur adlı tanışı var, işə düzəldə bilir. O, həmin vaxt işsiz imiş. Təqsirləndirilən şəxs Sabunçu rayonu, Sabunçu qəsəbəsi, M.İbrahimov küçəsində yerləşən ofisinə gəlib Seymurla görüşmüşdür. Seymura işə düzəlmək istədiyini bildirdikdə, Seymur ona demişdir ki, onu işə düzəldə bilər. Seymur onu Fövqəladə Hallar Nazirliyinin işçisi yəni yanğınsöndürən kimi işə düzəldə biləcəyini demişdir. O da Seymurla razılaşmışdır. Seymur ona bildirmişdir ki, yanğınsöndürən kimi işə düzəlmək üçün 10 min manat verməlidir, o da həmin pulu tanımadığı müəyyən adamlara verəcək və onu işə düzəldəcək. O, güya Zərdab rayonunda FHN-nin işçisi kimi işə başlayacaqmış. 2022-ci ilin iyun ayının əvvəllərində Seymurun Sabunçu rayonu, Sabunçu qəsəbəsi, M.İbrahimov küçəsində yerləşən evinin 1-ci mərtəbəsindəki ofisində Seymura 5 min manat pul vermişdir. Lakin, Seymura cəmi 10 min manat verməli imiş. Seymurla razılaşmışlar ki, o işə başladıqdan sonra qalan 5 min manatı da versin və bundan sonra Zərdab rayonuna qayıtsın. Həmin vaxtdan təxminən 1 ay sonra, yəni iyul ayının sonlarında Seymur Zərdaba gəlmişdir. O, həmin vaxt Zərdab şəhərində, Heydər Əliyev prospektində yerləşən mağazada traktor ehtiyat hissələri satıcısı kimi işləyirmiş. Seymur ora gəlib qalan 5 min manatı da verməli olduğunu demişdir. Belə ki, əvvəl verdiyi 5 min manatı işə düzəlmək üçün kiməsə veribmiş, həmin pulu geri ala bilməzmiş, əgər işə başlamaq istəyirsə qalan 5 min manatı da verməli imiş. Həmin vaxt atası Tofiq də yanında imiş. Atası Tofiq də Seymurdan onun dəqiq işə başlaya bilib-bilməyəcəyini soruşduqda, Seymur demişdir ki, o, konkret olaraq 6 avqust 2022-ci il tarixdə Zərdab rayonunda Fövqəladə Hallar Nazirliyinin işçisi olaraq işə başlayacaq. Tanışlardan faizə 5 min manat borc götürərək Seymurun əvvəlcədən ona dediyi kartına “E-manat” və “Million” ödəmə aparatından pulu 4 gün ərzində hissə-hissə göndərmişdir. 4 gün ərzində cəmi 5 min manat göndərmişdir. Seymur da mobil telefonunda ona pulun kartına çatdığını bildirmişdir. O, Seymura 2 dəfəyə hərəsi 5 min manat olmaqla cəmi 10 min manat pul vermişdir. Seymur da guya onu işə düzəldəcəkmiş. Bir müddət keçdikdən sonra o Seymurdan iş barəsində soruşduqca Seymur ona səbrli olmağını bildirmişdir. Hər dəfə müəyyən bəhanələr uyduraraq işi uzadırmış. Seymur təxminən onu 3 ay bu şəkildə aldatmışdır. O, aldığı pulun faizini ödədiyi üçün ona maddi cəhətdən çətin imiş və o hər dəfə Seymurla mobil telefonla danışanda faiz ödədiyini bildirmiş və Seymur bu işi tezliklə həll edəcəyini demişdir. O, Seymurdan dəfələrlə pulunu tələb etsə də, bilmişdir ki, Seymur digər şəxslərə də qanunsuz hərəkətlər etmişdir. O, Seymurla mobil telefonla danışanda ondan pul almasını təsdiq edən səs yazılarını yazmış və Seymur həmin səs yazısında pulu almağını təsdiq edir. Təqsirləndirilən şəxs ondan 10000 manat pul alaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində işə düzəldə biləcəyini demişdir. Lakin Təqsirləndirilən şəxs 10.000 manat versə də o onu Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində işə düzəltməmişdir. Beləlikdə Təqsirləndirilən şəxs onu aldatmışdır. Təqsirləndirilən şəxs hələ də pulunu qaytarmamışdır. O, Təqsirləndirilən şəxs ona vurulan 12.000 manat maddi ziyanı tələb edir. Proses iştirakçılarının suallarını cavablandıraraq Zərərçəkmiş şəxs6 bildirmişdir ki, o, Təqsirləndirilən şəxs 10000 manat pulu hissə-hissə vermişdir. Əvvəl o Təqsirləndirilən şəxslə işə düzəldikdən sonra 10000 manat pulu verəcəyinə razılaşmışlar. Sonra isə Təqsirləndirilən şəxs onunla birlikdə bu işləri həll edən Qədir adlı şəxsin ona etibar etmədiyini, pulu istədiyini demişdir. O, 2022-ci ilin iyun ayının axırlarında Təqsirləndirilən şəxs ilk olaraq 5000 manat vermişdir. 2-ci dəfə 2022-ci ilin iyul ayının axırlarında Təqsirləndirilən şəxs ona zəng edərək işin artıq düzəldiyini, digər 5000 manatı da verməyini demişdir. O, pulu verərkən Təqsirləndirilən şəxs hər hansı qəbz almamış, lakin pulu Təqsirləndirilən şəxs kartına atmışdır. Təqsirləndirilən şəxs Zərdab rayonuna gəlib ondan 5000 manatı istəyərək pulun verilməli olduğunu demişdir. Çünki digər 5000 manat işin yarısı görüldüyündən xərclənmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs-mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs7 Elburs qızı ifadəsində göstərmişdir ki, o, övladının gələcəyi üçün illərdən yığdığı pulla münasib qiymətli obyekt almaq istəyirmiş. O, tap.az vebsaytına daxil olaraq Təqsirləndirilən şəxs saytda qeyd olunmuş nömrəsini görüb ona zəng etmişdir. Təqsirləndirilən şəxs ona istənilən vaxt obyektə gəlib baxa biləcəyini demişdir. Həmin danışıqdan 3-4 gün sonra o obyektə baxmağa getmişdir. 2018-ci il əvvəllərində Təqsirləndirilən şəxs ilkin olaraq ona avtoyuma məntəqəsini təklif etmiş, avtoyuma məntəqəsini 40000 manata satırmış. Lakin, onun 18000 manat pulu var imiş, o Təqsirləndirilən şəxs avtoyuma məntəqəsinə verə biləcək miqdarda pulunun olmadığını demişdir. Təqsirləndirilən şəxs 18000 manat qarşılığında kişi salonu və telefon dükanı obyektlərini onun adına keçirəcəyini söz verərək satmışdır. Onlar 23 mart 2018-ci il tarixdə Təqsirləndirilən şəxslə 1 il müddətində salonu və telefon dükanı obyektlərini bələdiyyə sənədi ilə onun adına keçirəcəyi şərtilə alqı-satqı müqaviləsi imzalamışlar. O, 09 aprel 2018-ci il tarixdə Təqsirləndirilən şəxs zəng edərək “Unibank” adlı bankdan 13000 manat pul götürdüyünü, avtoyuma məntəqəsi satmaq barəsində yenidən danışmalarını xahiş etmişdir. O, 10 aprel 2018-ci il tarixdə avtoyuma məntəqəsini almaq üçün alqı-satqı müqaviləsi əsasında Təqsirləndirilən şəxs 13000 manat pul vermiş, onun Təqsirləndirilən şəxs verdiyi pulun miqdarı 31000 manat olmuş, lakin Təqsirləndirilən şəxs yenə də avtoyuma məntəqəsini 40000 manata satdığını deyib onunla razılaşmamışdır. 2018-ci il avqust ayının əvvəlləri o yenidən avtoyuma məntəqəsini almaq məqsədilə “Unibank” adlı bankdan 5 min manat pul götürüb onun işlədiyi Binəqədi rayonu, Atatürk prospekti 224 ünvanında yerləşən "xxxx" MMC-nin binasının qarşısında Təqsirləndirilən şəxs təqdim etmişdir. O, Sabunçu Bələdiyyəsinin sədr müavini Ələmdar adlı şəxslə əlaqə saxlayaraq avtoyuma məntəqəsini onun adına keçirməyi danışdıqda Ələmdar adlı şəxs avtoyuma məntəqəsinin başqa şəxsə satıldığını və onun adına keçirməyin mümkün ola bilməyəcəyini demişdir. Beləliklə, o Təqsirləndirilən şəxs 36000 manatı 3 dəfə olmaqla hissə-hissə vermişdir. 1-ci dəfə 23 mart 2018-cü il tarixdə günorta 12:00-13:00 radələrində Təqsirləndirilən şəxs ofisində şəxsən ona 18000 manat vermişdir. Pulu verərkən yalnız ikisi olmuşdur. 2-ci dəfə 10 aprel 2018-ci il tarixdə Təqsirləndirilən şəxs ofisində ona şəxsən 13000 manat əlbəəl vermişdir. 3-cü dəfə isə onun işlədiyi Binəqədi rayonu, Atatürk prospekti 224 ünvanında yerləşən "xxxx" MMC-nin binasının qarşısında Təqsirləndirilən şəxs 5000 manat pul vermişdir. Pulu Təqsirləndirilən şəxs verərkən iş yerinin qarşısında sadəcə Təqsirləndirilən şəxs və o olmuşlar. Ona Təqsirləndirilən şəxs tərəfindən dələduzluq yolu ilə 36000 manat ziyan dəymişdir. O, Təqsirləndirilən şəxs ona vurulan 36000 maddi ziyanı tələb edir. Proses iştirakçılarının suallarını cavablandıraraq Zərərçəkmiş şəxs7 bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona heç bir pul ödənməmişdir. Ona 36000 manat qarşılığında Təqsirləndirilən şəxs onun adına obyekt keçirəcəyinə söz vermişdir. 36000 manat qarşılığında Təqsirləndirilən şəxs onun adına heç bir obyekt keçirməmişdir. O, əvvəl avtoyuma məntəqəsini almaq istəyirmiş, lakin pulu çatmırmış. Təqsirləndirilən şəxs ona 18000 manat müqabilində kişi salonu və telefon dükanı obyektlərini satmışdır. Təqsirləndirilən şəxs ona 36000 manatı düzəltdikdə kişi salonu və telefon dükanı obyektlərini ondan alıb onların əvəzində avtoyuma məntəqəsini verəcəyini demişdir. O, daha sonra Təqsirləndirilən şəxs 13000 manat verəndə Təqsirləndirilən şəxs yenə kifayət etmədiyini, daha sonra 5 min gətirdikdə Təqsirləndirilən şəxs ona əlavə olaraq çay evi və market obyektlərini vermişdir. 36000 müqabilində Təqsirləndirilən şəxs ona kişi salonu, telefon dükanı, çay evi və market obyektlərini satmağı və rəsmiləşdirəcəyini vəd vermişdir. Lakin sonradan bəlli olmuşdur ki, avtoyuma məntəqəsi Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs5 həyat yoldaşına satılmışdır. Təqsirləndirilən şəxs onu aldararaq rəsmi olmayan alqı-satqı müqavilələri imzalatdıraraq guya həmin obyektləri ona satmışdır. Lakin sonradan ona Təqsirləndirilən şəxs həmin obyektləri adına keçirmədiyi məlum olmuşdur. O, imzaladığı müqavilələrin mahiyyətini dərk etməmiş, həmin müqavilələrin borc müqaviləsi olduğunu bilməmişdir. Ona müqavilələri imzalayan zaman heç bir təzyiq olunmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, onların illərdən yığılan pulu var imiş və onlar bir obyekt almağa qərarına gəlmişlər. O, saytda avtoyuma məntəqəsinin satıldığını görmüşdür. Həmin obyektlə maraqlanmış, saytda kupçası olduğu yazılmağına baxmayaraq avtoyuma məntəqəsinin kupçası yox imiş. O, kupçasız avtoyuma məntəqəsini almağa ehtiyat etmişdir. Lakin Təqsirləndirilən şəxs evli olduğunu, atasının həbsxanada olduğunu, vəziyyətlərinin yaxşı olmadığını demişdir. Ondan avtoyuma məntəqəsini almağını, aldığı təqdirdə Təqsirləndirilən şəxs avtoyuma məntəqəsini kirayəyə götürərək hər ay 600 manat verəcəyini demişdir. Xahişlə, Təqsirləndirilən şəxs yalvarışları ilə avtoyuma məntəqəsini almağa qərar vermişdir. Amma Təqsirləndirilən şəxs bələdiyyə sənədi adlanan sənəd onların adına olmadan avtoyuma məntəqəsini almayacağını demişdir. O, Təqsirləndirilən şəxslə Sabunçu Bələdiyyəsində Təqsirləndirilən şəxs atası tərəfindən verilən etibarnaməni təqdim edərək avtoyuma məntəqəsini adına keçirmişdir. 2019-cu ilin iyun ayının axırları sənədlər onların adına keçməyə hazırlanarkən, o, Təqsirləndirilən şəxs 6000 manat, sonra sənədlər əlində olanda 36000 manat pul vermişdir. Avtoyuma məntəqəsi alınanda həyat yoldaşı Təqsirləndirilən şəxs anasının harada olması ilə maraqlanmışdır. Təqsirləndirilən şəxs anasının burada olmadığını demişdir. Təqsirləndirilən şəxs hətta onlara avtoyuma məntəqəsini özü işlədəcəyini və əvəzində onlara 600 manat pul verəcəyini demişdir. Təqsirləndirilən şəxs verdiyi 45000 manat pulun üzərindən 600 götürüb ona verərək avtoyuma məntəqəsini özü işlətməyi xahiş etmişdir. O, Təqsirləndirilən şəxs avtoyuma məntəqəsini almaq üçün 45000 manat pul vermiş və avtoyuma məntəqəsini almışdır. Lakin, ona hər ay vəd verdiyi 600 manat pulu verməmişdir. Təqsirləndirilən şəxs anası isə aldığı avtoyuma məntəqəsini ona vermirmiş, avtoyuma məntəqəsinin satıldığından xəbəri olmadığını deyirmiş. Hal-hazırda Təqsirləndirilən şəxs avtoyuma məntəqəsini ona vermişdir. Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Zərərçəkmiş şəxs4 ifadəsindən görünür ki, Qanuni nümayəndə2 hal-hazırda uşaqları Tofiq və Fatimə ilə birlikdə onunla birlikdə yaşamışdır. Şahid18 onun oğludur. Vahidlə İlahə 2006-cı ildə ailə həyatı qurmuşlar. Həmin nikahdan Vahid və İlahənin iki övladı var, Tofiq və Fatimə. 2015-ci ildə X43dən ayrılaraq Moskva şəhərinə yaşamağa köçmüşdür. Vahid həmin vaxtdan etibarən Moskvada yaşamışdır və Bakıya gəlməmişdir, Vahidlə ancaq telefon vasitəsilə əlaqə saxlamışdır. X43 ilə rəsmi boşanmamışlar, amma 7 ildir ki, birbirindən ayrı yaşamışlar. İlahə özü də uşaqları ilə birlikdə əvvəllər ondan ayrı yaşamışdır. İlahə ünvan 11-da yaşamışdır. Həmin ev oğlunun evi olmuşdur, oğlu Moskva şəhərinə gedəndə evi İlahəyə bağışlamışdır ki, İlahə uşaqları ilə birlikdə həmin evdə yaşasın. İlahə həmin ərəfədə qapı alqı-satqısı ilə məşğul olmuşdur. 2022-ci ilin fevral ayında o xəbər tutmuşdur ki, İlahə Təqsirləndirilən şəxs ilə qeyri-rəsmi ər-arvad münasibətində yaşamağa başlamışdır. İlahə uşaqları ilə birlikdə Seymurun evinə köçmüşdür. Seymur ünvan 9 ünvanda yaşamışdır. Seymurun evinə köçəndə İlahə oğlu Vahidin bağışladığı Yefim Saratov küçəsi 27 ev 10 ünvanda olan evini kirayəyə vermişdir. O, İlahənin şəxsi həyatına qarışmamışdır. 20 may 2022-ci il tarixdə saat 22.30-23.00 radələrində o, yaşadığı Xətai rayonu, OPD qəsəbəsi, Rəşid Bağırov küçəsi ev 48-də olduğu zaman evinə İlahə qızı Fatimə ilə birlikdə həyəcanlı vəziyyətdə gəlmişdir. İlahənin boyun nahiyəsində və sağ baldırın üzərində xəsarətləri görmüşdür. Boyun nahiyəsində olan xəsarəti bıçaqla yetirilmişdir və İlahədən nə baş verdiyini soruşanda İlahə ona demişdir ki, Təqsirləndirilən şəxs 19 may 2022-ci il tarixdə saat 23 radələrində ünvan 10 ünvanında İlahə ilə mübahisə etmiş mübahisə zamanı evdə olan bıçaqla boyun nahiyəsindən vurandan sonra təpiklə sağ baldır nahiyəsindən vurmuş, bədən xəsarətlərini yetirmiş, sonra isə Seymur İlahəni xəstəxanaya tibb sahədə çalışan xalasının evinə aparmış orada ilk tibbi yardım göstəriləndən sonra İlahəni 20 may 2022-ci il tarixdə saat 00.30 radələrindən 20 may 2022-ci il tarixi saat 16 radələrinə qədər ünvan 9 ünvanda yerləşən evində Fatimə ilə birlikdə qapalı otaqda ac susuz iradələrinə zidd olaraq saxlamışdır. Bundan başqa Seymur İlahəni 2022-ci ilin mart ayından döyməyə başlamış, tələb etmişdir ki, ünvan 11 ünvanda yerləşən evini Seymurun adına keçirtsin ki, həmin evi satsın, əldə etdiyi pulları isə öz ehtiyaclarına xərcləsin. İlahə buna razı olmadığına görə İlahəni döymüş, işgəncələr vermişdir. Bundan əlavə də Seymur İlahəni hər dəfə döyəndə işgəncələr verəndə İlahənin lüt vəziyyətdə olan şəkillərini çəkmişdir, İlahə ilə cinsi əlaqədə olanda videolarını çəkmiş İlahəni şantaj edərək tələb etmişdir ki, İlahə öz qızıllarını və ünvan 11 ünvanında yerləşən evini adına keçirtsin ki, həmin evi satıb əldə etdiyi pulları öz ehtiyaclarına xərcləsin. İlahə Seymurun tələblərini yəni qızıllarını və evini adına keçirtmədiyi halda Seymur həmin videoları sosial şəbəkələrə yerləşdirəcəkmiş, İlahənin əri Moskva şəhərində yaşayan Vahidə göndərəcəkmiş, İlahəni rüsvay edəcəkmiş. 12 may 2022-ci il tarixdə Seymur yaşadığı evində ünvan 9 ünvanında İlahəni soyundurmuş, hamama salaraq soyuq su ilə sulamış hamamda döymüşdür, sonra isə İlahəni telefona videoya çəkib pozğun və əxlaqsız qadın olduğunu bildirmişdir. Buna görə də İlahə Fatiməni götürüb evdən qaçmışdır, qalmağa yeri olmadığına görə 13 may 2022-ci il tarixdə evinin yaxınlığında Yefim Saratov küçəsində qonşuluqda yaşayan Liliya adlı rus arvadın evində gizlənmişdir. Təqsirləndirilən şəxs İlahəyə və nəvələri Tofiqlə Fatiməyə işgəncələr vermişdir, İlahəni Fatimə ilə birlikdə otaqlarda iradələrindən zidd olaraq saxlamışdır, İlahəyə işgəncələri verəndə hamilə olduğunu bilmişdir. 14 may 2022-ci il tarixdən 15 may 2022-ci il tarixlərdə də təxminən bir sutka ərzində İlahənin evdən qaçdığına görə yetkinlik yaşına çatmayan nəvəsi Tofiqi ünvan 9 ünvanda pəncərəsiz havasız qaranlıq otaqların birində ac-susuz saxlamışdır. Seymur İlahəyə hər dəfə demişdir ki, evini adına keçirtməsə onda Seymur həmin evi yandıracaqmış. 21 may 2022-ci il tarixdə İlahə polis bölməsindən xəbər almışdır ki, evi yanmışdır. Buna görə Tofiqlə və Fatimə ilə birlikdə bir müddət «Reabilitasiya mərkəzində» məskunlaşmışdır. Təqsirləndirilən şəxs o, ilk dəfə 5-6 avqust 2022-ci il tarixlərdə görmüşdür. Belə ki, 5-6 avqust 2022-ci il tarixdə saat 23 radələrində o, İlahə və nəvələri Tofiqlə və Fatimə ilə birlikdə kirayədə yaşadığı Xətai rayonu, OPD qəsəbəsi, Rəşid Bağırov küçəsi ev 48-də olduğu zaman qapı möhkəm döyülmüşdür və o, qapını açanda bir nəfər şəxsi görmüşdür, sonradan ona məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxs imiş. Qapını açan kimi Seymurdan kim olduğunu soruşanda Seymur ona «rədd ol yolumdan» sözlərini demiş, əli ilə sinəsindən itələmiş, icazəsi olmadan evinə daxil olmuşdur, evinə qanunsuz və icazəsi olmadan daxil olanda evin dəhlizində yerləşən güzgünün qarşısından qayçını götürmüş, «İlahə səni öldürəcəm hardasan?» sözlərini demiş, mənzilin qonaq otağına keçmişdir. Orada İlahənin olduğunu görmüş, qolundan tutaraq Tofiqin, Fatimənin və onun gözlərinin qarşısında İlahənin boğazına dirəyib demişdir ki, «sən mənimlə getməsən səni öldürəcəm». İlahəni məcburi qaydada İlahənin iradəsinə zidd olaraq götürmüş, mənzildən çıxartmış və özü ilə aparmışdır. Bir neçə gündən sonra İlahə Seymurla birlikdə gəlmiş və Fatiməni özləri ilə aparmışlar. Seymur təzyiq altında evinə aparmışdır. Tofiq isə onunla bir evdə qalmışdır. 23 avqust 2022-də saat 21 radələrində İlahə Fatimə ilə birlikdə axşam saatlarında evinə gəlmişdir və yenə də ona baş verənləri danışmışdır. İlahə demişdir ki, Seymur İlahəni yenə də döyüb işgəncələr verərək İlahəni və qızı Fatiməni evində bağlayıb saxlamışdır. İlahə demişdir ki, 10 avqust 2022-ci il tarixdə səhər saatlarında Seymur tələb etmişdir ki, girova qoyduğu qızılları Qanuni nümayəndə1 adına keçirtsin. İlahə buna razı olmadığına görə Seymur həmin günü səhər saatlarında öz evində İlahəni döymüşdür. Seymurun anası Qanuni nümayəndə1 tanımamışdır. X27 yanında döymüşdür. İlahə qızılları Xatirənin adına keçirtmək istəmədiyinə görə Seymur İlahəni orada döymüşdür. X30 şantaj edib demişdir ki, əgər İlahə qızıllarını Xatirənin adına keçirtməsə onda lüt vəziyyətdə olan şəkillərini və cinsi əlaqədə olduğu videolarını Vahidə göndərəcəkmiş və sosial şəbəkələrdə yayacaqmış. Qızılları Xatirənin adına keçirtməyə razılaşandan sonra Seymur qollarını açmış Fatiməni evdə ruhi xəstə olan Fazil adlı şəxslə saxlayıb hansısa banka aparmışdır. Seymur İlahəyə demişdir ki, qızıllarını Xatirənin adına keçirtməsə onda ruhi xəstə olan Fazilə zəng vurub deyəcəkmiş ki, Fatiməni zorlayıb öldürsün. Fazil ruhi xəstə olduğu üçün və hərəkətlərini dərk etmədiyi üçün, həmçinin Fatimə ilə birlikdə Seymurun evində olduğu üçün İlahə qorxub Seymurun dediklərinə əməl etmişdir və qızıllarını Xatirəyə vermişdir ki, Xatirə həmin qızılları öz adına banka qoyub pulları Seymura vermişdir. 10 avqust 2022-ci il tarixdə Seymur İlahənin qızıllarını anası Xatirənin adına keçirtmiş İlahə ilə birlikdə yaşadığı Mübariz İbrahimov küçəsi 7 saylı evinə gələndə Fatimə ilə İlahəni 1 ay ərzində həmin evdə iradələrindən zidd olaraq saxlayıb çölə buraxmamış, təzyiq altında saxlamışdır. Avqust ayının ortalarında təxminən 15-16 tarixlərdə Seymur Fatiməni evində otaqda bağlamış, İlahəni Məlahət adlı vəkilin yanına apararaq orada məcburi olaraq Vahidlə boşanması üçün iddia ərizəsini yazdırmağa məcbur etmiş, İlahə bu ərizəni yazmaq istəmədiyinə görə Seymur masanın üzərində olan qələmi götürüb İlahənin sinəsindən vurmuş, bədən xəsarətləri yetirmişdir. 20 avqust 2022-ci il tarixdən 21 avqust 2022-ci il tarixə keçən gecə X39 ilə birlikdə evində, ünvan 12 ünvanında saxladığı zaman İlahənin əllərini və ayaqlarını skoç kəndirlə bağlayıb kəmərlə döyməyə başlamışdır. Seymur İlahədən tələb etmişdir ki, İlahə özünə məxsus olan Yefim Saratov küçəsi 27 ev 10 ünvanında yerləşən evi adına keçirtsin, keçirtmədiyi halda lüt şəkillərini, İlahə ilə cinsi əlaqədə olduğu videoları sosial şəbəkələrə və əri Vahidə göndərəcəkmiş, hər yerdə yayacaqmış ki, İlahə pozğun əxlaqsız qadındır, İlahəni rüsvay edəcəkmiş. Bundan sonra Seymur İlahəni döyə-döyə Fatiməni soyundurmuş və özü lüt vəziyyətdə Fatiməni yerə uzandıraraq cinsi orqanını Fatimənin cinsi orqanına toxundurmuş İlahədən tələb etmişdir ki, İlahə evini adına keçirtsin ki, həmin evi satıb pulları ələ keçirtsin. İlahə məcburiyyət qarşısında razılaşandan sonra Seymur evdə qəfədanı qaynadıb qaynar suyu İlahənin ağzına töküb ağzını yandıraraq Fatimə ilə birlikdə İlahəni hamilə olduğunu bilə-bilə ac susuz vəziyyətdə evinin otağında iradələrinə zidd olaraq 21 avqust 2022-ci il tarixdən saat 01 radələrindən 23 avqust 2022-ci il tarixə saat 18 radələrinə qədər saxlamışdır. Sonra İlahə ilə barışmaq adı ilə İlahəni və Fatiməni çölə buraxıb parka gəzməyə gedəndə İlahə Seymurun başını qataraq Fatimə ilə birlikdə 23 avqust 2022-ci ii tarixdə saat 21 radələrində onun yanına qaçıb gəlmişdir və evinə gələrkən onun istifadəsində olan ***-***-**-** saylı nömrəsilə 102-ə zəng vurub Seymurun barəsində şikayət etmişdir. Həmin gün İlahə öz təhlükəsizliyini qorumaq məqsədilə evdən çıxmamış, buna görə də 12-ci polis şöbəsinin əməkdaşları evə gələrək İlahədən ərizə almışlar. Səhəri gün yəni 24 avqust 2022-ci il tarixdə İlahəni polis əməkdaşları evlərindən götürmüş, tibbi ekspertizadan keçirtmişlər. İlahə də sonra evinə qayıtmışdır. Bir iki gün keçəndən sonra təxminən 25-26 avqust 2022-ci il tarixdə o, Tofiqlə birlikdə iş yerinə getmişdir, axşam qayıdanda İlahənin Fatimə ilə birlikdə evdə olmadığını görmüşdür. Seymur yenə də İlahəni məcburi qaydada Fatimə ilə birlikdə öz evinə aparmışdır. O, fikirləşmişdir ki, İlahə özü Seymurun barəsində polisə şikayət edib, buna görə də polisə bu barədə məlumat verməyə lüzum görməmişdir. 2022-ci ilin sentyabrın ortalarında İlahə ağlaya-ağlaya ona tanımadığı nömrədən zəng etmiş demişdir ki, Seymurun əlindən qaçıb getmiş, amma Fatimə Seymurun evində qalmışdır. X31 birlikdə girov saxlamış buraxmamışdır. O, 12-ci polis şöbəsinə getmişdir, orada İlahə ilə bu barədə sahə inspektoru Vüqara məlumat vermişdir. Vüqar Seymurun evinə getmiş Fatiməni salamat vəziyyətdə Seymurdan götürmüş İlahəyə təhvil vermişdir, bundan sonra İlahə Fatimə ilə birlikdə onun evində yaşamağa başlamışlar və Seymur İlahəni yalnız telefon vasitəsilə narahat etmişdir, demişdir ki, evinə qayıtmasa və öz evini Yefim Saratov küçəsi 27 ev 10 ünvanda yerləşən evi adına keçirtməsə onda İlahənin lüt şəkillərini və cinsi əlaqədə olan videolarını Vahidə göndərəcəkmiş, internetə müxtəlif saytlara yerləşdirəcəkmiş. 2022-ci ilin sentyabr ayının axırlarında Moskva şəhərində yaşayan oğlu Vahid əsəbi halda votsap vasitəsilə zəng vuraraq Seymur adlı şəxsin kim olduğu barədə ondan soruşmuşdur. O, Vahidə Seymur barədə heçnə deməmişdir, istəməmişdir ki, əsəbləşsin, çünki rəsmi olaraq Vahid İlahə ilə hələ də boşanmamışdır, buna görə də Vahid ondan Seymurun kim olduğunu soruşanda təəcüblənmişdir. Vahid ona demişdir ki, Seymur zəng vuraraq demişdir ki, İlahə pozğundur, əxlaqsız qadındır, İlahə ilə cinsi əlaqədə olduğu videonu göndərmişdir və demişdir ki, 85000 manat məbləğində pulu İlahəyə məxsus olan Yefim Saratov küçəsi 27, ev 10 ünvanda yerləşən evə qoymuşdur, İlahə həmin evi yandırmışdır və həmin evi İlahə satmağa razılığını verməsə, onda Seymur İlahənin cinsi əlaqədə olan videolarını, çılpaq şəkildə olan şəkillərini, sosial şəbəkələrə göndərəcək və İlahənin adını ləkələyəcək. Vahid əsəbi halda olduğu üçün ona demişdir ki, İlahə ilə əlaqəsini kəssin və həmin qadınla bir daha ünsiyyətdə olmasın, Vahidin də Seymura 85000 manat məbləğində pulu verməyə imkanı yoxdur, nə edir etsin. O, oğlu Vahiddən xahiş etmişdir ki, Seymurun göndərdiyi videonu ona göndərsin. Vahid ilkin olaraq razılaşmamışdır, sonra isə həmin videonu göndərmişdir. Videoya baxanda o, görmüşdür ki, Təqsirləndirilən şəxs oğlu Vahidlə votsap vasitəsilə görüntülü danışmışdır, lakin video səssiz olmuşdur, Seymur videonu bu vəziyyətdə Vahidə göndərmişdir. Seymur Vahidlə danışan zamanı komputerində İlahənin lüt şəklini Vahidə göstərmişdir, sonra isə İlahə ilə cinsi əlaqədə olduğu videonu, sonra isə İlahəni hamam otağında döydüyü videosunu göstərmişdir. Oğlu həmin videonu göndərəndən sonra pozmuşdur. Vahid ona demişdir ki, əgər İlahə ilə yenə də əlaqə saxlasa onda onu danışdırmayacaqmış. İlahə bu barədə dəfələrlə hüquqmühafizə orqanlarına şikayət etmişdir. 2022-ci ilin dekabr ayının əvvəllərində o, oğlundan xahiş etmişdir ki, Seymurun barəsində istintaq aparıldığı üçün videonu ona göndərsin, Vahid əvvəldən videonu göndərmək istəməmişdir, bu işə baş qoşmaq istəməmişdir, lakin Seymurun qanun qarşısında İlahəyə və ona qarşı etdiyi bu cinayət əməllərinə görə cavab verilməsini istədiyinə görə həmin videonu göndərmişdir ki, videonu o, istintaqa təqdim etsin. Həmin videoları istintaqa təqdim etmişdir. 29 noyabr 2022-ci il tarixdə Fatimə İlahəyə demişdir ki, Seymurun evində ayrı otaqda yatan zamanı Seymur ağzını əli ilə bağlamış anus dəliyinə nəsə soxmuşdur. Onlar Fatimədən ətraflı danışanda Fatimə qorxa-qorxa demişdir ki, Seymur ağzını bağlamış və zorlayanda demişdir ki, bu barədə anasına və ya digər bir şəxsə məlumat versə, onda İlahəni və Tofiqi kəsib doğruyacaqmış və donuzlara yedizdirəcəkmiş. Sonra isə dənizə atacaqmış. Buna görə də neçə aylarmış ki, bunu etiraf etməyə qorxmuşdur, İlahəyə də və ona da bu barədə xəbər verməmişdir. Seymurun Fatiməni zorladığı barədə məlumatları olmamışdır. Fatimə ilə danışan zamanı İlahə təxminən bilmişdir ki, Seymur onu 2022-ci ilin aprel ayının əvvəllərində yaşadığı ünvan 13 ünvanda zorlamışdır. İlahə həmin xəbəri biləndən sonra ağlamağa başlamışdır və sonra Fatimə ilə söhbət edən zamanı Fatimədən sorğu sual aparmış qərara gəlmişdir ki, Seymur Fatiməni 2022-ci ili aprel ayının əvvəllərində zorlamışdır, Fatimə isə bu barədə onlara 29 noyabr 2022-ci il tarixdə xəbər vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, o, 2018-ci il tarixdən "xxxx" ASC-nin hüquqşünası vəzifəsində işləyir. "xxxx" ASC əsasən lombard fəaliyyəti ilə məşğul olur və Azərbaycanda "xxxx" əmtəə nişanı ilə tanınıb fəaliyyət göstərir. "xxxx" olaraq fəaliyyəti qızıl-zinət əşyalarının vətəndaşlardan qəbulu, qiymətləndirilməsi və həmin qızıl zinət əşyalarının lombardda girov qoyulması müqabilində pul kreditinin müəyyən faizlərlə vətəndaşlara verilməsindən ibarətdir. Onlar həmçinin vətəndaşların başqa lombard təşkilatlarında olan qızıl-zinət əşyalarının həmin lombardlardan çıxarılması və onların lombardına girova qoyulması işini də həyata keçirirlər. Qanuni nümayəndə1 ilə "xxxx" ASC arasında lombard krediti müqaviləsi bağlanmışdır. Qanuni nümayəndə1 özünə məxsus olan qızıl-ziynət əşyalarını girov qoyaraq lombard krediti götürmüşdür. Sonradan həmin kreditin ödənişlərində gecikmələr baş vermişdir. Bu səbəbdən "xxxx" ASC həmin qızıl-ziynət əşyalarını satmaq istəyəndə Sabunçu Rayon Prokurorluğu tərəfindən nümayəndəliyini etdiyi şirkətə Qanuni nümayəndə1 özünə məxsus olduğunu iddia etdiyi qızıl-zinət əşyalarının başqa şəxsə məxsus olması barədə şikayət olduğu haqqında məlumat verilmiş və həmin qızıl-zinət əşyalarını satmaq qadağan edilmişdir. Həmin gün Sabunçu Rayon Prokurorluğu tərəfindən həmin qərarın surəti "xxxx" ASC-ə təqdim edilmiş, həmin qızıl zinət əşyalarına baxış keçirilmişdir. Sabunçu Rayon Prokurorluğu tərəfindən nümayəndəliyini etdiyi şirkətə həmin qızıl-zinət əşyaları saxlanca verilmişdir. Bir həftədən sonra həmin qızıl-zinət əşyaları qiymətləndirilmiş və qiymətləndirici Sabunçu Rayon Prokurorluğunun müstəntiqi vasitəsilə Sabunçu Rayon Prokurorluğuna təqdim edilmişdir. Daha sonra həmin qızıl-zinət əşyaları nümayəndəliyini etdiyi şirkətin saxlancına verilmiş və hal-hazırda da həmin şirkətin saxlancındadır. Sadəcə olaraq "xxxx" ASC həmin cinayət işi üzrə zərərçəkmiş qismində tanınmalı imiş, "xxxx" ASC olaraq bu barədə müstəntiqə bildirmələrinə baxmayaraq diqqətə alınmamışdır. Bir neçə gün ərzində bununla bağlı "xxxx" ASC-nin nümayəndəsi olaraq Sabunçu Rayon Prokurorluğunu yazılı şəkildə müraciət edəcək. Müraciət etməyinin səbəbi həmin qızıl-zinət əşyaları məhkəmə hökmü ilə "xxxx" ASC-dən alınıb gerçək sahibinə qaytarılsa, Qanuni nümayəndə1 tərəfindən götürülmüş lombard krediti təminatsız qalacaq, həmin lombard kreditinin ödənilməsi qeyri-mümkün olacaq. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, X32 tibb bacısı vəzifəsində işləyir. O, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. O, əslində nə baş verdiyini bilmir. Təqsirləndirilən şəxs onun bacısı oğlu olsa da, onun Təqsirləndirilən şəxslə münasibəti olmamışdır. Nə o Təqsirləndirilən şəxs yaşadığı evə, nə də Təqsirləndirilən şəxs onun yaşadığı evə gəlməmişdir. Bunun səbəbi Təqsirləndirilən şəxs özünə layiq olmayan, ətrafında bəyənmədiyi, normal əxlaqlı, düzgün insan olmayan şəxslərlə əlaqə saxlamasıdır, o bunu qəbul edə bilməmişdir. Bir dəfə Təqsirləndirilən şəxs kimisə bıçaqladığını və onun Təqsirləndirilən şəxs yardım etməyi barədə Prokurorluq tərəfindən çağırılmışdır. O, Təqsirləndirilən şəxs bıçaqladığı şəxsi tanımır və Təqsirləndirilən şəxs bu barədə yardım etməmişdir. O, 35 ildir ki, tibb bacısı vəzifəsində işlədiyindən nəyin qadağan olduğunu, nəyi etməli olduğunu bilir. O, bir şəxsiyyət olaraq qəbul etmədiyi Təqsirləndirilən şəxs görə həmin yardımı etməz. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 2014-cü il tarixdən Respublika X28 tərbiyəçi-müəllim olaraq işləyir, o həm də həmin məktəbdə sinif rəhbəridir. Qanuni nümayəndə2 oğlu Zərərçəkmiş şəxs3 Respublika X28 təhsil alırmış. O, 5-ci sinifdən Zərərçəkmiş şəxs3 tərbiyəçi-müəllimi və sinif rəhbəridir. Zərərçəkmiş şəxs3 şənbə günü evə gedirmiş, şənbə və bazar günləri evində qalırmış. Bir gün Qanuni nümayəndə2 onu Təqsirləndirilən şəxslə tanış edib xəstə olduğunu, Zərərçəkmiş şəxs3 Respublika X20 hər cümə günü Təqsirləndirilən şəxs gəlib götürəcəyini demişdir. O, Təqsirləndirilən şəxslə həmin zaman tanış olmuşdur. Hər dəfə Təqsirləndirilən şəxs cümə günü gəlib Zərərçəkmiş şəxs3 Respublika X20 götürürmüş. Qanuni nümayəndə2 da ona Təqsirləndirilən şəxs gəlməsə Zərərçəkmiş şəxs3 heç kəsə verməməyini tapşırmışdır. O, bəzən Zərərçəkmiş şəxs3 zəng etdikdə Zərərçəkmiş şəxs3 telefonu açmırış. 21 may 2022-ci il tarixdə səhər saat 08 radələrində Tofiqin anasi Qanuni nümayəndə2 qızı Zərərçəkmiş şəxs2 ilə birlikdə liseyə gəlmiş və demişdir ki, Tofiqi dərsdən özü götürəcək. İlahənin halı pis imiş, üzündə bədənində xəsarət izləri var imiş və çox qorxmuş vəziyyətdə imiş. Qanuni nümayəndə2 Təqsirləndirilən şəxs onlara işgəncələr verdiyini, Zərərçəkmiş şəxs3 aparacağını demişdir. O, Qanuni nümayəndə2 ilə söhbət etdikdə Qanuni nümayəndə2 qızı Zərərçəkmiş şəxs2 qorxa-qorxa Qanuni nümayəndə2 yanına gələrək Təqsirləndirilən şəxs Respublika X29 həyətində gördüyünü demişdir. Qanuni nümayəndə2 ondan onları gizlətməyini xahiş etmişdir. O, Qanuni nümayəndə2 və uşaqlarının qorxduğunu görüb onlara yardım etmək qərarına gəlmişdir. Qanuni nümayəndə2 və uşaqlarını gizlətdikdən sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 Qanuni nümayəndə2 ilə birlikdə çıxıb getdiyini demişdir. Təqsirləndirilən şəxs getdikdən sonra Qanuni nümayəndə2 Respublika X33 gəldiyi taksiyə Respublika X29 həyətinə daxil olmasını xahiş etmişdir. Bunun səbəbi Qanuni nümayəndə2 və uşaqları qorxduğundan Respublika X29 həyətində taksiyə minməyi və Təqsirləndirilən şəxs Respublika X29 çölündə gözləyirsə onları görməməyi imiş. Qanuni nümayəndə2 ona Təqsirləndirilən şəxs ona və uşaqlarına işgəncələr etdiyini demişdir. Qanuni nümayəndə2 ona Təqsirləndirilən şəxs onun telefonunu aldığını, Təqsirləndirilən şəxs Qanuni nümayəndə2 boğazını bıçaqla kəsdiyini, Təqsirləndirilən şəxs onu döydüyünü, Təqsirləndirilən şəxs onu otaqda ağzı bağlı saxladığını deyirmiş. Bunların hər birini Qanuni nümayəndə2 ona axırıncı gün Zərərçəkmiş şəxs3 Respublika X20 götürdükdə demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 2021-ci il tarixdən Daxili İşlər Nazirliyi Sabunçu RPİ-nin 12-ci PŞ-də sahə inspektoru vəzifəsində işləyir. O, Təqsirləndirilən şəxs evinin olduğu ərazidə sahə müvəkkili olduğumdan dəfələrlə münaqişəli ailə kimi qeydiyyatdan keçirmişdir. Təqsirləndirilən şəxs həbsdən çıxdıqdan sonra o Təqsirləndirilən şəxslə vaxtaşırı fərdi söhbətlər aparırmış. Təqsirləndirilən şəxs problemli olduğu məlum olmuşdur. Təqsirləndirilən şəxs çox əsəbi imiş. Seymurun arvadı kimi Qanuni nümayəndə2 da tanımışdır. İlahə və Seymur bir yerdə ər-arvad kimi yaşamağa başladıqdan sonra aralarında daimi problemlər olurmuş. İlahə özü 12-ci PŞ-nə Seymurun hərəkətləri barədə müraciət etmişdir. Seymur və İlahənin bir neçə dəfə 12-ci PŞ-də işləri olmuşdur. İlahə ilk dəfə 2022-ci ilin may ayında 12-ci PŞ-nə gələrək əri Seymurla problem yaşadığını və əri Seymurun qızı Fatiməni götürüb evdən çıxıb getdiyini bildirmişdir. O, həmin vaxt Seymura zəng vurub bölməyə dəvət etmişdir. Seymur da həmin vaxt Fatimə ilə və anası Xatirə ilə birlikdə bölməyə gəlib Fatiməni salamat vəziyyətdə ona və İlahəyə təhvil vermişdir. 2022-ci ilin sentyabr ayının ortalarında İlahə yenə 12-ci polis şöbəsinə gəlib ona demişdir ki, Seymur qızı Fatiməni evdə saxlayır, göstərmir və həmçinin Seymurun İlahəni döydüyünü bildirmişdir. O, yenə Seymura zəng vurmuş və Seymur yenə qızı Fatiməni şöbəyə gətirmiş, o da Fatiməni İlahəyə təhvil vermişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid5 bildirmişdir ki, o Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 qarşı hər hansı seksual hərəkətlər etməsini bilmirmiş. Təqsirləndirilən şəxs bərbərə qayçı çəkməsilə bağlı hadisə baş vermişdir. Həmin hadisədə polis əməkdaşları Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin 12-ci PB-ə dəvət etdikdə Təqsirləndirilən şəxs polis əməkdaşlarına tabesizlik göstərmişdir. Təqsirləndirilən şəxs həmin hərəkəti ilə bağlı Təqsirləndirilən şəxs məhkəməyə çıxarılmış və Təqsirləndirilən şəxs 20 gün həbs edilmişdir. Sonradan müstəntiq ona Zərərçəkmiş şəxs2 ekspertizadan keçirildiyini və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 cinsi istismara məruz qoyduğunun aşkar olunduğunu bildirmişdir. Təqsirləndirilən şəxs avto-yuma məntəqəsi və digər obyektləri var imiş. Təqsirləndirilən şəxs tanımadığı bir xanıma həmin obyektləri satmışdır. Həmin xanım Təqsirləndirilən şəxs ona şikayət etməyə gəlmişdir. O, həmin xanımdan izahat alıb həmin şikayətin mülki xarakterli olduğunu demiş və aidiyyəti üzrə məhkəməyə müraciət edə biləcəyini demişdir. Qanuni nümayəndə2 təhqiqatda işi var imiş və Qanuni nümayəndə2 uşaqları ilə birlikdə Təqsirləndirilən şəxs evindən qaçmışdır. Uşaqlar ac-susuz olduğuna görə o köməkçilərindən uşaqları evinə aparmağını, uşaqlara yemək hazırlatdırdığını demiş, uşaqları yemək və su ilə təmin etmişdir. Təqsirləndirilən şəxs 3 il müddətində ağır maddə ilə həbsdə olduğundan o Təqsirləndirilən şəxs ayda 1 dəfə yanına çağırıb Təqsirləndirilən şəxslə fərdi söhbətlər aparırmış. Elan olunmuş cinayət işinin 5-ci cild 39-42-ci vərəqələrində olan şahidin dindirilməsi protokoluna və protokoldakı imzaya əsasən Şahid5 bildirmişdir ki, protokoldakı imza onun imzasıdır. Qanuni nümayəndə2 istintaq zamanı şəxsən ona Təqsirləndirilən şəxs ona qarşı işgəncə verdiyini demişdir. Həmin məsələ istintaq orqanları tərəfindən baxılırmış. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, İlahə Seymur adlı şəxslə tanış olub dini nikahla evlənmiş və birlikdə yaşamağa başlamışdır. Seymuru qardaşı Şahid9 İlahənin vasitəsilə tanıyır. Qardaşı Şahid9 İlahə ilə işgüzar münasibətlərdən başqa heç bir şəxsi yaxınlığı olmamış, heç vaxt sevgi-yaxınlıq münasibətləri olmamışdır. Təxminən 2021-ci ilin əvvəllərində onların Yardımlı rayonunda yerləşən evləri yanmışdır. Onların həmin vaxt maddi sıxıntıları var imiş. Buna görə də, qardaşı Şahid9 İlahədən ona borc pul verməsini xahiş etmişdir. İlahə də demişdir ki, qızılları var, İlahə ona həmin qızılları verə bilər və qardaşı Şahid9 razılaşmışdır. Həmin qızılları anasının adına “Rabitəbank”-ın lombardına qoyub lombarddan 6700 manat pul götürmüşdür. Həmin pulu da yanmış evinin təmirinə xərcləmişdir. Daha sonra həmin qızılları İlahənin birlikdə yaşadığı Seymur ondan və qardaşı Şahid9 tələb etməyə başlamışdır. Qardaşı Şahid9 də borc-xərc edərək həmin qızılların götürülməsi üçün lombarda vermiş və qızılları bir müddət sonra götürüb İlahə və Seymura geri qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid17 ifadəsində göstərmişdir ki, 2017-ci il tarixdən o Sabunçu RPİ-nin X21 polis nəfəri, manqa komandiri vəzifəsində işləyir. Onun gündəlik işi Sabunçu RPİ-nin X22 işin təşkilini qurmaqdan, prokurorun qərarı əsasında Təcridxanadan MSY-nə gətirilən dustaqlarla işin təşkilini həyata keçirməkdən ibarətdir. Bəzən olur ki, o şəxsən dustaqların Təcridxanalardan MSY-nə gətirilməsində iştirak edir. Təqsirləndirilən şəxs prokurorun qərarı əsasında istintaq hərəkətləri keçirilməsi üçün 17 mart 2023-cü il tarixdə Sabunçu RPİ-nin xidməti avtomaşını ilə MSY-nə gətirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs xidməti avtomaşına əyləşdirilərək Təcridxanaya aparılmış və oradan gətirildiyi gün də Təcridxanaya təhvil verilmişdir. Təqsirləndirilən şəxs həmin gün heç bir fiziki və ya mənəvi şiddət göstərilməmişdir. Seymur guya polislər tərəfindən şərlənməsini, təzyiqə məruz qalmasını bəhanə edərək barəsindəki cinayət işinin araşdırmasına təsir etmək istəyir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Sabunçu rayonu, Yavər Əliyev küçəsi 6/3 ünvanda yerləşən vəkil kabinetində köməkçi işləyir. Müraciət edən vətəndaşlara iddia ərizələrinin tərtibatında köməkliklər göstərir. Qanuni nümayəndə2 və Təqsirləndirilən şəxs o əvvəllər tanımamışdır. 2022-ci ilin avqust ayının ortalarında o Seymurla, İlahəni tanımışdır. Belə ki, həmin vaxt Seymurla İlahə onun yanına 2022-ci ilin avqust ayının ortasında təxminən 15-16 tarixdə günorta vaxtı gəlib xahiş etmişlər ki, İlahənin adından əri Vahiddən boşanmaq üzrə iddia ərizəsini yazsın. O, Vahidi də tanımamış, bunu ona Seymur demişdir ki, İlahə əri Vahidlə boşanmaq istəyir. İlahə isə ona heçnə deməmiş və o görmüşdür ki, İlahə Seymurun təzyiqi altındadır. Seymur ona demişdir ki, İlahənin əri Moskva şəhərindədir, İlahə əri ilə 7-8 ildir ki, yaşamır, buna görə də İlahə Vahidlə boşanmaq istəyir və Seymur ondan xahiş etmişdir ki, İlahəyə Vahidlə boşanmaq üçün iddia ərizəsini yazmaqda köməklik göstərsin. İlahə isə sadəcə olaraq Seymurun yanında durub heçnə deməmişdir. O, həmin vaxt İlahənin adından iddia ərizəsini tərtib edib İlahəyə həmin ərizəni oxuyub düzəliş etmək üçün sonra isə imzalamaq üçün təqdim etmişdir. Seymur ərizəni götürüb oxuyaraq İlahəyə demişdir ki, ərizəni imzalasın, İlahə iddia ərizəsini imzalamaq istəmədiyinə görə və Vahidlə boşanmaq istəmədiyinə görə Seymur masanın üzərindən qələmi götürüb həmin qələmlə İlahənin sinəsinə zərbə vurub qələmi İlahənin sinəsinə batırmışdır. Seymur aqresiv və əsəbi halda imiş. İlahə həmin vaxt ciddi bədən xəsarətləri almamış, yay ayı olduğu üçün o görmüşdür ki, İlahənin sinəsi Seymurun vurduğu qələmlə zərbənin nəticəsində qanamışdır. Seymur həmin vaxt İlahəni götürüb otağından çıxmışdır. Bir neçə vaxt keçəndən sonra təxminən 2022-ci ilin sentyabr ayının ortalarında o iş yerində olduğu zamanı Seymur yenə də İlahəni onun yanına gətirib xahiş etmişdir ki, boşanmaq üçün iddia ərizəsini yazsın. Həmin vaxt o hiss etmişdir ki, İlahə yenə də təzyiq altındadır və ona nəsə demək istəyir, o buna görə də bir bəhanə ilə Seymuru küçəyə göndərmişdir ki, İlahə ona rahat sözünü deyə bilsin. Seymur çıxanda İlahə ilə o təklikdə qalmış və İlahə ona demişdir ki, boşanmaq istəmir, boşanmaq üçün Seymur məcbur edir. Seymur İlahəni evdə döyüb işgəncələr verir. O, İlahəyə demişdir ki, Seymurun hərəkətlərindən polis orqanlarına şikayət versin, İlahə də ona demişdir ki, 12-ci polis şöbəsinə şikayət verib, ərizəsi üzrə araşdırma aparılır, lakin qərar qəbul edilməmişdir. Seymur qayıdanda İlahə ona demişdir ki, ayaqyoluna getmək istəyir. O, İlahəni ayaqyolunu göndərmək adı ilə otaqdan çıxartmış və qaçmağa şərait yaratmışdır. O, Seymurun İlahəni vurmağının şahidi olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, o, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yefim Saratov küçəsində yaşayır. Qanuni nümayəndə2 qonşusu olmuşdur. İlahə 2022-ci ilin fevral ayında ona artıq evləndiyini, ərinin adının Seymur olduğunu demişdir. Seymurla evləndikdən sonra İlahə 2 övladı ilə birlikdə Seymurun evində yaşamağa başlamışdır. 2022-ci ilin may ayının ortalarında axşam saatlarında İlahənin evindən tüstü gəldiyini görmüş və anlamışdır ki, evdə yanğın hadisəsi vardır. Bundan sonra dərhal o Seymura zəng etmiş və evin yanması barədə məlumat vermişdir. Seymurla danışdıqdan sonra görmüşdür ki, ev sürətlə yanır və dərhal qonşular da küçəyə çıxıb əllərindən gəldiyi qədər vedrələrlə su daşıyıb evi söndürməyə çalışırlar. O da həyətindən şlanqı suya qoşmuş və şlanqla su vurub yanğını söndürməyə çalışmışdır. O və digər qonşular Fövqəladə Hallar Nazirliyinə zəng edərək bu barədə məlumat vermişlər. Ev yanarkən Fövqəladə Hallar Nazirliyindən yanğınsöndürənlər və Seymur da oraya gəlmişdir. Lakin, evin yanmasının qarşısını almaq mümkün olmamış və ev tamamilə yanmışdır. O, yanğın hadisəsi baş verən zamanı Şahaılıyev Seymuru görməmiş, əksinə o özü Seymura zəng edib çağırmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, Qanuni nümayəndə2 o təxminən 8 ildir ki, tanıyır. O, uzun müddətdir qapı təmiri və quraşdırılması üzrə usta kimi fəaliyyət göstərir. İlahə Seymur adlı şəxslə tanış olub, dini nikahla evlənmiş və birlikdə yaşamağa başlamışlar. Seymuru o İlahənin vasitəsilə tanıyırmış. İlahə mağazasını Seymura məxsus obyektdə açmış, orada işləməyə başlamış və qapı satdıqda ona zəng edib demişdir ki, satdığı qapını alıcının evində quraşdırmaq lazımdır. Bu işləri görən zaman da Seymuru tanımışdır. 2021-ci ilin əvvəllərində onların Yardımlı rayonunda yerləşən evləri yanmışdır. Onların həmin vaxt maddi sıxıntıları var imiş. Buna görə də, o İlahədən ona borc pul verməsini xahiş etmişdir. İlahə də demişdir ki, qızılları var, İlahə ona həmin qızılları verə bilər və o razılaşmışdır. Həmin qızılları anasının adına “Rabitəbank”-ın lombardına qoyub lombarddan 6700 manat pul götürmüşdür. Həmin pulu da yanmış evinin təmirinə xərcləmişdir. Daha sonra həmin qızılları İlahənin birlikdə yaşadığı Seymur ondan və qardaşı Müşfiqdən tələb etməyə başlamışdır. O da borc-xərc edərək həmin qızılların götürülməsi üçün lombarda vermiş və qızılları xx.xx.2022-ci il tarixdə götürüb İlahə və Seymura geri qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs oğlu vasitəsilə tanımış, yəni Təqsirləndirilən şəxs oğlu Zərərçəkmiş şəxs6 vasitəsilə 2022-ci ilin iyun ayının əvvəllərində tanımışdır. Bildiyi qədərilə Raquf Seymuru tanışlarından biri vasitəsilə tanımışdır. Seymur özünü şirkət rəhbəri kimi təqdim etmiş, əlaqələrinin olduğunu və oğlunu dövlət işinə düzəldə biləcəyini demişdir. Oğlu Raquf həmin vaxt işsiz imiş və Fövqəladə Hallar Nazirliyində yanğınsöndürən kimi işləmək istəyirmiş. Oğlu Raquf 2022-ci ilin iyun ayının əvvəllərində Seymurun Sabunçu qəsəbəsində olan ofisinə getmiş və orada Seymura ilkin olaraq 5 min manat pul vermişdir. Seymur da söz vermişdir ki, cəmi 10 min manat verəcək, 5 min manatı da Raquf işə başladıqdan sonra verə bilər. Raquf guya Zərdab rayonunda FHN-nin işçisi kimi işə başlayacaqmış. Bir müddət sonra, təxminən 2022-ci ilin iyul ayının sonlarında Seymur Zərdaba gəlmişdir. Raquf həmin vaxt Zərdab şəhərində, Heydər Əliyev prospektində yerləşən mağazada traktor ehtiyat hissələri satıcısı kimi işləyirmiş. Seymur oraya gəlmiş və oğlu Raqufa demişdir ki, qalan 5 min manatı da verməlidir, belə ki, əvvəl verdiyi 5 min manatı işə düzəlmək üçün kiməsə vermişdir, həmin pulu geri ala bilməz, əgər işə başlamaq istəyirsə qalan 5 min manatı da verməlidir. Həmin vaxt o da orada imiş. O, Seymurdan oğlu Raqufun dəqiq işə başlaya bilib-bilməyəcəyini soruşduqda Seymur demişdir ki, Raquf konkret olaraq 6 avqust 2022-ci il tarixdə Zərdab rayonunda Fövqəladə Hallar Nazirliyinin işçisi olaraq işə başlayacaq. O, hətta Raqufa demişdir ki, pulu borc götürürlər məsələ dəqiq olsun. Seymur da onları inandırmışdır ki, Raquf yüz faiz işə başlayacaqdır. Tanışlardan faizə 5 min manat borc götürərək Seymurun əvvəlcədən Raqufa dediyi kartına ödəmə aparatlarından 3 gün ərzində hissə-hissə göndərmişdir. Seymurda Raqufa pulun kartına çatdığını bildirmişdir. Raquf Seymura cəmi 10 min manat pul vermişdir. Seymur da guya Raqufu işə düzəldəcəkmiş. Bir müddət keçdikdən sonra Raquf Seymurdan işi barəsində soruşduqca Seymur səbrli olmağını bildirmişdir. Hər dəfə müəyyən bəhanələr uyduraraq işin uzandığını və Raqufun mütləq FHN-də yanğınsöndürən kimi işə başlayacağını bildirmişdir. Seymur təxminən Raqufu 3 ay bu şəkildə aldatmışdır. Raquf aldığı pulun faizini ödədiyi üçün maddi cəhətdən çətin olmuş və Raquf da hər dəfə Seymurla mobil telefonla danışanda faiz ödədiyini bildirmişdir. Təqsirləndirilən şəxs onlardan 10000 manat pulu hissə-hissə almış, lakin nə qədər verdiklərini, hansı ayda verdiklərini xatırlamır. Oğlu Təqsirləndirilən şəxs pulu onun yanında verməmişdir. O, pulu oğluna vermiş, oğlu pulu aparıb Təqsirləndirilən şəxs vermişdir. Ümumiyyələ Təqsirləndirilən şəxs onlardan oğluna onu işə düzəldəcəyini vəd verib hissə-hissə 10000 manat pul alıb və oğlu həmin pulu ondan tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, o, 2016-ci ilin oktyabr ayında Sabunçu Bələdiyyəsinin sədr müavini vəzifəsində işləmişdir. İşi sədrin tapşırıqlarını yerinə yetirməkdən və vətəndaşları qəbul etməkdən ibarətdir. Onun baş verənlərlə bağlı tam məlumatı yoxdur. Onun Təqsirləndirilən şəxslə yaxın münasibəti olmamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs5 və arvadı Şahid14 ilə onun işlədiyi Sabunçu Bələdiyyəsinə gəlmişlər. Təqsirləndirilən şəxs onun adına olan avto-yuma məntəqəsini Zərərçəkmiş şəxs5 arvadı Şahid14 adına keçirmək istədiyini demişdir. O da vətəndaş özü şəxsən müraciət etdiyi və qarşı tərəf də razı olduğu üçün imtina etməmiş və Təqsirləndirilən şəxs avto-yuma obyektini Şahid14 adına keçirmişdir. Bir müddət sonra isə Zərərçəkmiş şəxs7 adlı şəxs həmin obyektlə bağlı Bələdiyyəyə gəlmiş və Vəfaya bildirmişdir ki, Seymur həmin obyekti digər bir şəxsə satıb və vergi şəhadətnaməsini də Bələdiyyədən əldə etmişdir. Bu zaman Vəfa bildirmişdir ki, Seymur həmin obyekti ona da satmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qanuni nümayəndə1 ifadəsində göstərmişdir ki, o, 35 ildir ki, 78 saylı məktəbdə müəllim vəzifəsində işləyir. O, məktəbdən evə qayıdanda oğlu Təqsirləndirilən şəxs bərbərdə olarkən polis əməkdaşlarına tabesizlik göstərdiyindən polis əməkdaşlarının Polis Şöbəsinə apardığını demişlər. Oğlu Təqsirləndirilən şəxs arxası ilə getdikdə oğlu Təqsirləndirilən şəxs 10 gün həbs olunduğunu öyrənmişdir. Oğlu Təqsirləndirilən şəxs 10 gündən sonra həbsdən çıxdıqda Orxan Səmədov, Sabunçu RPİ-nin 12-ci PŞ-də Cavid və Coşqun adlı şəxs Qanuni nümayəndə2 əlbir olmuşdur. X19 Şahalıyevin birinci müstəntiqi olmuşdur. Orxan Səmədov onu yanına çağırdıqda oğlu Təqsirləndirilən şəxs 128-ci maddənin müvafiq bəndi və 153.3-cü maddələri ilə ittiham olunurmuş, o bunu eşidib dəli olmuşdur. Orxan Səmədov 4 nəfər ilə birlikdə oğlu Təqsirləndirilən şəxs evinə baxış keçirib oğlu Təqsirləndirilən şəxs məxsus telefonları, sənədləri götürmüşdür. O, Orxan Səmədovun yanına gedib oğlu Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin götürülməsini istədikdə oğlu Təqsirləndirilən şəxs telefonunun Orxan Səmədovda olduğunu görmüşdür. O, bütün hər yerə- Prokurorluğa, Prezident Aparatına, “102” zəng xidmətinə müraciət edib X15 Şahalıyevin telefonunu oğurlatdığını, ona da “Bas bayıra, çıx çölə. Əcəb etmişəm, yaxşı etmişəm” dediyini bildirmişdir. O, hər yerə şikayət verdikdən sonra həmin iş Orxan Səmədovun əlindən alınaraq Tural adlı müstəntiqə verilmişdir. Tural adlı müstəntiqin yanında Qanuni nümayəndə2 qorxusundan onun bu işdən xəbəri olmadığını, müstəntiqinin elədiyini demişdir. Qanuni nümayəndə2 oğlu Təqsirləndirilən şəxs işçi olaraq işə götürmüşdür. Onların evində 9 kamera var imiş. Qanuni nümayəndə2 1-ci mərtəbədə olurmuş. 1-2 ay o 2-ci mərtəbədən kamera vasitəsilə Qanuni nümayəndə2 izləmişdir. Ona Qanuni nümayəndə2 əxlaqsız qadın olduğunu, oğlu Təqsirləndirilən şəxs necə Qanuni nümayəndə2 işə götürə bildiyini soruşmuşlar. O, bunu oğlu Təqsirləndirilən şəxs dedikdə oğlu Təqsirləndirilən şəxs Qanuni nümayəndə2 ayrıla bilmədiyini görmüşdür. Qanuni nümayəndə2 əxlaqsız qadın olduğundan o evdə olan hər şeyimi qoyaraq evi tərk edib 2-3 ay bibisi qızıgildə qalmışdır. May ayında Qanuni nümayəndə2 ondan və oğlu Təqsirləndirilən şəxs şikayət verərək evini yandırdıqlarını, oğlu Təqsirləndirilən şəxs onu döydüyünü iddia etmişdir. Həmin an müstəntiq Əli adlı şəxs olmuşdur. Əli adlı müstəntiqin Qanuni nümayəndə2 evinin nə səbəbə yandığını araşdırıb elektrik naqillərinin cərəyanından yandığını, onun oğlu Təqsirləndirilən şəxs evində yaşamadığını öyrənib bu işi ləğv etmişdir. Tural adlı müstəntiq oğlu Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrin götürüləcəyini deyib onu Ləmbəranskinin qəbuluna aparmışdır. Ləmbəranski oğlu Təqsirləndirilən şəxs avto-yuma məntəqəsini satdığını dedikdə, o, avto-yuma məntəqəsini oğlu Təqsirləndirilən şəxs satdığı şəxsə verəcəyini demişdir. Ləmbəranski Tural adlı müstəntiq ilə birlikdə ona oğlu Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın götürüləcəyinə söz vermişdir. Lakin oğlu Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham götürülməmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq şahid Xatirə Mənsurova bildirmişdir ki, Qanuni nümayəndə2 oğlu Təqsirləndirilən şəxslə birlikdə 2022-ci ilin may ayına qədər yaşamışlar. O, evi tərk etməmişdən əvvəl Qanuni nümayəndə2 ilə oğlu Təqsirləndirilən şəxs arasındakı münasibətdən xəbəri yox imiş. Qanuni nümayəndə2 oğlu Təqsirləndirilən şəxs evinə qızı Zərərçəkmiş şəxs2 ilə birlikdə gəlmişdir. Oğlu Təqsirləndirilən şəxs Qanuni nümayəndə2 ilə birlikdə ailə münasibətində olduğunu dəqiq bilmir. O, oğlu Təqsirləndirilən şəxslə Qanuni nümayəndə2 arasında nəsə olduğundan şübhələndiyi zaman evi tərk etmişdir. O, 2022-ci ilin may ayında Qanuni nümayəndə2 oğlu Təqsirləndirilən şəxs evindən getdikdən sonra evə gəlmişdir. O, evə qayıtdıqdan sonra Qanuni nümayəndə2 ilə oğlu Təqsirləndirilən şəxs arasında hər hansı münaqişə olmamışdır. Məhkəmə iclasında Şahid14 ifadəsində göstərmişdir ki, 2019-cu il tarixdə iyul ayının ortalarında həyat yoldaşı Zərərçəkmiş şəxs5la birlikdə avtoyuma məntəqəsini almağa qərara alıb internet vasitəsilə müxtəlif saytlara baxmışlar. Əlindəki qeyd vərəqindən istifadə edərək bildirmişdir ki, həyat yoldaşı Zərərçəkmiş şəxs5la Sabunçu rayonu ərazisində bir avtoyuma məntəqəsinin satılması barədə olan elanı tapıb həmin elanda qeyd olunmuş nömrələrinin biri ilə əlaqə saxlamışlar. Telefona cavab verən şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs avtoyuma məntəqəsinin özünə məxsus olduğunu demişdir. Hətta onlar Seymur Şahlıyevlə yerli çıxmışlar. Təqsirləndirilən şəxs dəvəti ilə həyat yoldaşı Zərərçəkmiş şəxs5la birlikdə 2019-cu ilin iyul ayının ortalarında ünvan 14 ünvanının qarşısına gəlmişlər. Həmin ünvanda Təqsirləndirilən şəxs avtoyumanı göstərib həmin evdə tək yaşadığını, evin atasına məxsus olduğunu, atasının hazırda həbsdə olduğunu, şəxsi işləri ilə bağlı olaraq həmin avtoyuma məntəqəsini 45000 manata satdığını demişdir. O, həyat yoldaşı Zərərçəkmiş şəxs5la birlikdə həmin avtoyuma məntəqəsinə baxanda görmüşdür ki, avtoyuma məntəqəsi işlək vəziyyətdədir. Seymur onlara atası Fərhad tərəfindən verilmiş notarial qaydada təsdiq olunmuş etibarnaməni göstərmişdir. Və demişdir ki, bu ünvanda yerləşən əmlak özünündür. Həmin ünvanda iki mərtəbəli ev var imiş. Evin birinci mərtəbəsində avtoyuma məntəqəsi, iki balaca dükan, ikinci mərtəbəsində isə Seymur özü yaşayırmış. Seymur demişdir ki, obyektin və evinin çıxarışı yoxdur, buna görə də Sabunçu Rayon Bələdiyyəsinin sənədi əsasında avtoyuma məntəqəsini onlara verəcək, onlar da əlavə Seymura 2500 manatı Seymurun onlara avtoyuma məntəqəsinə çıxarış düzəltməsi üçün verəcəklər. Təqsirləndirilən şəxs həmin avtoyuma məntəqəsini alsalar da Seymur həmin avtoyuma məntəqəsini onlardan icarəyə götürərək ayda 600 manatı verəcəyini, özü də həmin avtoyuma məntəqəsinə nəzarət edəcəyini demişdir. Təxminən 1-2 gün ərzində Seymur tez-tez zəng vururmuş, həyat yoldaşı Zərərçəkmiş şəxs5 Seymura demişdir ki, həmin obyektin çıxarışı olmadığına görə notarial qaydada obyekti ala bilməzlər. Buna görə də obyekti almaq fikrindən daşınmaq istəyəndə, Seymur onları inandıraraq bildirmişdir ki, Sabunçu rayon Bələdiyyəsinin sənədi əsasında həmin avtoyuma məntəqəsini satacaq, əlavə 2500 manata da onlara həmin avtoyuma məntəqəsinə görə Dövlət Reyestr Xidmətindən çıxarışı düzəldəcək. Həyat yoldaşı Zərərçəkmiş şəxs5 Seymura demişdir ki, Sabunçu rayon Bələdiyyəsinin məsul əməkdaşından məsləhət alıb ona cavabını deyəcək. Seymur razılaşmış və səhəri gün yəni 2019-cu ilin iyul ayının axırlarında həyat yoldaşı Zərərçəkmiş şəxs5la birlikdə Seymurla görüşə getmişlər. Seymurla onlar Sabunçu rayon Bələdiyyəsinin inzibati binasının qarşısında görüşmüşlər. O, maşında oturmuş və onların söhbətlərinə qarışmamışdır. Təxminən 1-2 gün keçəndən sonra Seymur həyat yoldaşı Zərərçəkmiş şəxs5 zəng vuraraq bildirmişdir ki, sənədlər hazırdır. 2019-cu ilin iyul ayının axırlarında həyat yoldaşı Zərərçəkmiş şəxs5la birlikdə Sabunçu rayon Bələdiyyəsinə getmişlər, həyat yoldaşı Zərərçəkmiş şəxs5 orada Seymurla və Bələdiyyənin sədr müavini Ələmdarla görüşmüşdür. O, həmin vaxt maşında imiş, söhbətlərinə qarışmamışdır. Həyat yoldaşı Zərərçəkmiş şəxs5 sonradan ona demişdir ki, orada Ələmdar onlara sənədləri göstərib bildirmişdir ki, sənədlər Şahid14 adına hazırlanmış, lakin xırda çatışmazlıqlar aradan qalxmalıdır ki, sənədləri təhvil versinlər. Xırda çatışmazlıqlar dedikdə GPS problemləri yəni, aldıqları obyektin koordinatları xəritədə göstərilməmişdir. Seymur demişdir ki, bu problemləri bir günə həll edəcək və tələb etmişdir ki, ona 47500 manat ödəsinlər. Həyat yoldaşı Zərərçəkmiş şəxs5 da sənədlərin Bələdiyyənin sədr müavini tərəfindən həqiqətən də onun adına rəsmiləşdirildiyini görüb inanaraq Seymura pulu verməyə razılaşmışdır. İlk dəfə həyat yoldaşı Zərərçəkmiş şəxs5 Seymura pulu yaşadığı evinin birinci mərtəbəsində yəni, ünvan 12 ünvanında, ofis dediyi otağında onun iştirakı ilə 6000 manatı vermişdir. Seymur həmin pulu götürəndə qalan pulun verilməsini də tələb etmişdir. Həyat yoldaşı Zərərçəkmiş şəxs5 demişdir ki, həmin pulu ona Bələdiyyədən sənədləri alandan sonra verəcək. Seymur razılaşaraq səhəri gün sənədləri tam hazır etdirəcəyini demişdir. 2019-cu ilin iyul ayının axırlarında Seymur Zərərçəkmiş şəxs5la birlikdə Sabunçu rayon Bələdiyyəsinə getmişlər. Orada Ələmdardan imzalanmış və möhürlənmiş vəziyyətdə avtoyuma obyektinin sənədlərini təhvil almışlar. Sənədləri alandan sonra həyat yoldaşı Zərərçəkmiş şəxs5 və Seymurla birlikdə yenə də yaşadığı Mübariz İbrahimov küçəsi ev 7 ünvanında yerləşən evinin birinci mərtəbəsində yerləşən ofisinə gəlmişlər. Orada onun iştirakıyla həyat yoldaşı Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs 39000 manat məbləğində pulu vermişdir. Seymur onlardan bir neçə gün ərzində ümumi olaraq 44400 manatı götürmüşdür. Seymur həyat yoldaşı Zərərçəkmiş şəxs5 yenə də yığıb demişdir ki, 2500 manatı və Sabunçu rayon Bələdiyyəsi tərəfindən verilən sənədlərinin əslini gətirib versin, Seymur həyat yoldaşı Zərərçəkmiş şəxs5 Dövlət Reyestr Xidmətindən çıxarışı alıb düzəldəcəkmiş ki, avtoyuma məntəqəsi onun adında olsun, bundan sonra da notarial qaydada icarə müqaviləsini bağlayacaqmışlar. Həyat yoldaşı Zərərçəkmiş şəxs5 Seymura inanmış və Bələdiyyə tərəfindən verilmiş sənədlərin əslini Seymura 2500 manat pulla birlikdə Seymurun yaşadığı Mübariz İbrahimov küçəsi 7 ünvanında yerləşən evinin birinci mərtəbəsində olan ofisində vermişdir. Ümumi olaraq Seymur həyat yoldaşı Zərərçəkmiş şəxs5 46900 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid3 ifadəsindən görünür ki, o, X24 qəsəbəsində yaşayan bir şəxs kimi tanımışdır. Seymuru o, uşaqlıqdan tanımışdır və bir dost kimi böyümüşlər. Seymurla bir yerdə yaşamış İlahəni də Seymurun arvadı kimi tanımışdır. Bir gün İlahənin qızı Fatimə və Seymurun ilk evliliyindən olan Nihat da yanında kompüterdə oyun oynamışlar. Bir qədər sonra Seymur onun yanına gəlmişdir və bildirmişdir ki, gedəcəyi yeri vardır, uşaqlardan muğayat olsun. O da bildirmişdir ki, “onsuzda burdadır narahat olmasın”. Bundan sonra Seymur olduqları otağın qapısını arxadan bağlamışdır və getmişdir və bir dəfə də getdikdən sonra mobil telefonuna zəng edərək uşaqların hal-əhvalını soruşduqda o, bildirmişdir ki, yaxşıdırlar. Təxminən bir neçə saat sonra Seymur onlar olduqları yerə gəlmişdir, qapını arxadan açmışdır və uşaqları təhvil verib getmişdir. Uşaqlar həmin vaxt kompüterdə oyun oynamışlar, o da Seymur iş dalınca gedən zaman kompüterdə oyun oynamışdır. Seymurun sahibi olduğu həmin kompüter salonunda çoxlu kompüter vardır. Seymur geri qayıdan zaman da tək imiş, yanında heç kim yox imiş. Həmin gün o, İlahəni görməmişdir. Seymur da ona hər hansı bir qanunsuz göstəriş verməmiş, söz deməmişdir. O, Fatimə və Nihatla bir otaqda olan zaman onlar ancaq kompüterdə oyun oynamışlar. Həmçinin, o da oyun oynamışdır. Nihat və Fatimə ona Seymur və ya İlahə barəsində hər hansı bir söz deməmişlər. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış şahid yetkinlik yaşına çatmamış Şahid7 ifadəsindən görünür ki, nənəsi Qanuni nümayəndə1 ilə birlikdə yaşayır. Atası Təqsirləndirilən şəxsdur, anası Leyla isə atasından ayrılmış və uzun müddətdir anasından xəbəri yoxdur. Bildirmişdir ki, atası Seymur 2022-ci ilin əvvəllərində İlahə adlı bir qadınla birlikdə yaşamağa başlamışdır. İlahənin 2 övladı da olmuşdur, Fatimə və Tofiq. Tofiq çox vaxt yatılı məktəbdə qalırmış və həftəsonları gəlirmiş, Fatimə isə həmişə onlarla birlikdə qalırmış. Onlar birlikdə yaşamağa başladıqdan sonra nənəsi Xatirə evi tərk etmiş, lakin bəzi vaxtlarda onu görmək üçün evə gəlmişdir. İlahə və atası Seymur birlikdə yaşamağa başladıqdan sonra tez-tez mübahisələr etmişlər. 2022-ci ilin may ayından etibarən nənəsi Xatirə onu bibisigilin evinə qalmağa göndərmişdir, ona görə də, o, həmin vaxtdan etibarən atası Seymurun evində qalmamışdır. İlahə ilə münasibəti yaxşı olmuşdur. İlahənin də ona münasibəti yaxşıdır. Atası Təqsirləndirilən şəxs Qanuni nümayəndə2 xəsarət yetirməsindən, Fatimə və Tofiqə qarşı qanunsuz hərəkətlər etməsi barəsində məlumatı yoxdur. Fazili tanıyır, Fazil qonşularıdır. Münasibəti də yaxşıdır. Fazil arada onların evinin altındakı kompüter salonuna gəlmişdir, atası ilə dostdurlar. Xatırlamadığı tarixdə atası Seymur və İlahə bilmədiyi harasa getmişlər. O və Fatimə həmin vaxt evlərinin altındakı kompüter salonunda oyun oynamışlar. Fazil də orada olmuşdur. Atası Fazilə demişdir ki, uşaqlara nəzarət etsin və qapını arxadan bağlayıb getmişdir. Atası Seymurun qapını arxadan bağlamasının səbəbini bilməmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid8 ifadəsindən görünür ki, o, Qanuni nümayəndə2 və övladlarını uzun müddətdir ki, tanıyır. O, tək yaşayır və maddi imkanı zəifdir. Ona görə də, İlahə bəzi vaxtlarda onu ziyarət edər və ona maddi yardım edər, onunla maraqlanarmış. Bildirmişdir ki, 13 may 2022-ci il tarixdə İlahə və qızı Fatimə onun yaşadığı evə gəlmişlər. İlahə və Fatimə çox qorxmuş vəziyyətdə olmuşlar və İlahə onu Seymur adında şəxsin döydüyünü, övladlarına da qarşı qanunsuz hərəkətlər etdiyini, ona görə də, Seymurdan gizlənmək üçün onun evində qalmaq istədiyini bildirmiş, o da etiraz etməmişdir. İlahə və Fatimə təxminən 2 gün onun evində qalmışlar və 15 may 2022-ci il tarixdə İlahə və övladı Fatimə onun yaşadığı evi tərk etmişlər. İlahə bildirmişdir ki, onun evi şəraitsizdir, ona görə də, Seymura baxmayaraq öz evinə gedəcəkdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid15 ifadəsindən görünür ki, o, 2021-ci ilin dekabr ayında qapı satışı ilə məşğul olan Seymurla tanış olmuşdur. 2022-ci ilin aprel ayında Qubadlı rayonu ərazisində qaz çəkildiyi üçün onu da işi ilə əlaqədar oraya cəlb etmişlər. O, qaz şirkətində işləyir. Həmin rayonda məktəbin tikintisi ilə əlaqədar tikinti işinə baxan şəxslər qapı almaq istəmişlər və bununla bağlı ondan da maraqlanmışlar. O da Seymuru nəzərdə tutub bir nəfər tanışının olduğunu deyərək münasib qiymətə qapıların alınması ilə bağlı öyrənib bir söz deyəcəyini bildirmişdir. Bakı şəhərinə gəldikdə Seymurun yanına getmiş, lakin onda eyni növ qapılardan çox sayda olmadığı üçün alış-verişləri baş tutmamışdır. Seymurun yanında olan vaxt Polad adlı şəxslə tanış olmuşdur və Seymur ondan Poladın bir nəfər tanışının işə düzəltməyinə kömək etməyini xahiş etmişdir. O da Polada bu barədə razılığını vermiş, lakin sonradan Poladın tanışının işə düzəldilməsinə kömək edə bilməmiş və Poladla aralarında pul mübahisəsi yaranmışdır. Polad bununla əlaqədar Sabunçu RPİ-nin İŞ-nə şikayət etmiş və orada araşdırma aparıldıqdan sonra o, Polada olan borcunu ödəmiş və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Bildirmişdir ki, o, Zərərçəkmiş şəxs6 adlı şəxsi tanımır, heç vaxt da görməmişdir. O, Seymurdan və ya başqa bir adamdan Raquf adlı şəxsin işə düzəlməsinə kömək edəcəyi ilə bağlı hər hansı məbləğdə pul almamış və söz verməmişdir. Seymur bir dəfə ona 33 yaşlı bir şəxsin Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidmətinə işə düzəlmək istədiyini bildirdikdə, o, Seymura dövlət qulluğuna 27 yaşdan yuxarı olan şəxsləri işə götürmədiklərini demişdir. Onun Zərərçəkmiş şəxs6 adlı şəxslə nə vaxtsa heç vaxt əlaqəsi olmamışdır və o, Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs6 adlı şəxslə bağlı hər hansı bir söhbət etməmişdir. O, Seymurun vasitəsilə yalnız Polad adlı şəxsi tanımışdır. Ola bilsin, Seymur Raqufdan işə düzəltmək adı ilə pul almışdır və həmin pulu geri qaytara bilmədiyi üçün yalan olaraq həmin pulu ona verdiyini bildirmişdir. Sabunçu RPİ-nin İŞ-də araşdırma başlayan vaxt Seymur görmüşdür ki, Polad adlı şəxs ondan şikayət edir və Seymur da İŞdə araşdırma aparıldığını görüb Raqufdan aldığı pulu qaytara bilməməsinin səbəbini onun üzərinə atmaq istəyərək onun adını hallandırmış, guya pulu ona verdiyini bildirmişdir. Lakin, Seymurun dedikləri təbii ki, yalandır. O, Ceyhun və Emin adlı şəxsləri tanımır, Seymurun yanında da həmin adlı şəxsləri heç vaxt görməmiş və Seymurdan da heç vaxt 5 min manat məbləğində pul almamışdır. Seymur öz dələduzluq əməlini pərdələmək üçün tanımadığı və ya heç mövcud olmayan şəxslərin adlarını çəkmişdir. O, Seymurdan bir dəfə ofisində 4 min manat pul almışdır və həmin pul da qeyd etdiyi kimi Poladın tanışını işə düzəltməyə kömək məqsədilə almışdır və həmin pulu da Polada qaytarmışdır və qeyd etdiyi kimi bu barədə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir O, düşünmüşdür ki, Seymur Raqufu da aldadaraq guya aldığı pulu ona verdiyini bildirərək, Raqufa qarşı dələduzluq əməlini onun üzərinə yıxaraq Raqufu aldadır. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid18 ifadəsindən görünür ki, ona Seymur adında oğlan zəng etmiş və demişdir ki, evinə 85000 (səksən beş min) pul qoymuşdur, İlahə evi yandırıb, həmin səksən beş mini göndərməsə o, Rusiyada dost tanışlarına xəbər eləyəcək onunla gəlib danışacaqlar, bu barədə görüşəcəklər. O da demişdir ki, kimi varsa göndərsin gəlsin danışsınlar, yəni onun həmin puldan xəbəri yoxdur. Həmin evdə bilir ki, pul da qoymamışdır, yalandan İlahənin adını da şərləyir, o İlahə, o da Seymur. Seymur sonra bildirmişdir ki, pulu göndərməsə İlahənin başını keçəl edib buraxacaq Azərbaycanda biabır olsun, başını üzəcək, nalayiq sözlər demişdir, o da Seymura fikir verməmiş, demişdir ki, “o İlahə, o da sən”. 10 ildir o, İlahə ilə boşanmışdır. Seymura demişdir ki, “İlahəyə nə sözün var, işin var özün bilərsən, amma ki, mənim evimdə-eşiyimdə, mənim uşaqlarıma yaxın durma”. Seymur ona demişdir ki, “səni pazor edəcəm, nə bilim yutuba buraxacam videoları”, ona İlahənin və özünün nalayiq-nalayiq videolarını göndərməyə başlamışdır. Həmin videolar intim videolar, erotik videolar olmuşdur. İlahə əvvəlcədən bu barədə xəbərdarlıq etməmişdir. Seymur ona demişdir ki, “mən sənə göstərəcəm”. Video danışıqla danışmış, ona zəng etmişdir. Ona bildirmişdir ki, “bax kompüterdə nələrim var, nələrim yoxdu". Seymur ofisində oturmuşdur. Ofisində oturub, kompüterini açmış, başlamışdır İlahənin lüt şəkillərini, videolarını, erotik videolarını göstərməyə. O da Seymura demişdir ki, “sən deyirdin kəbinli arvad eləyirəm özümə, özün belə hoqqadan çıxarırsan”. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış anası Zərərçəkmiş şəxs4 istintaqa təqdim etdiyi videonu o, anasına göndərmişdir. Məhkəmə iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin, şahidlərin ifadəsi ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 1-ci cild 57-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Sabunçu RPİ-nin 12-ci PŞ-nin məsul növbətçisi, polis kapitanı Tural Məmmədovun 20 may 2022-ci il tarixli raportundan görünür ki, xx.xx.2022-ci ildə saat 22:41 radələrində vətəndaş X2 DİN-nin 102 xidmətinə zəng edərək ev yanması barədə məlumat vermişdir. Cinayət işinin 1-ci cild 86-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Sabunçu RPİ-nin 12-ci PŞ-nin məsul növbətçisi, polis mayoru Şahlar Hacıyevin 21 may 2022-ci il tarixli raportundan görünür ki, xx.xx.2022-ci ildə saat 23:56 radələrində vətəndaş Qanuni nümayəndə2 DİN-nin 102 xidmətinə zəng edərək, qeyrirəsmi yaşadığı Seymur adlı şəxsin xx.xx.2022-ci il tarixdə yaşadığı ünvanı qəsdən yandırması barədə məlumat vermişdir. Cinayət işinin 1-ci cild 60-65-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 20 may 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Y.Saratov küçəsi 27, ev 10-da vətəndaş Qanuni nümayəndə2 məxsus evdə baş vermiş yanğınla əlaqədar hadisə yerinə baxış keçirilmiş, baxış zamanı ətrafda müşahidə kameralarının olmadığı müəyyən edilmişdir. Baxış zamanı fotoşəkillər çəkilmişdir. Cinayət işinin 1-ci cild 122-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin təhqiqatçısı, baş leytenant Zaur İslamovun “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 09 iyun 2022-ci il tarixli qərarından görünür ki, FHN-nin DYNX-nin 4-cü Ərazi Regional DYNİ-nin xx.xx.2022-ci il tarixli X37 əsasən xx.xx.2022- ci il tarixdə, saat 23 radələrində Bakı şəhəri, Əzim Əzimzadə küçəsində yerləşən Qanuni nümayəndə2 məxsus fərdi yaşayış evinin tavanı ilə çəkilmiş elektrik naqillərində qəzanın yaranmasından yanğın baş vermişdir. Araşdırma üzrə cinayət hadisəsi müəyyən olunmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Cinayət işinin 1-ci cild 68-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Sabunçu RPİ-nin 12-ci PŞ-nin məsul növbətçisi, polis kapitanı Tural Məmmədovun 20 may 2022-ci il tarixli raportundan görünür ki, xx.xx.2022-ci ildə saat 23:44 radələrində vətəndaş Qanuni nümayəndə2 DİN-nin 102 xidmətinə zəng edərək, ərinin onu döyüb xəsarət yetirməsi barədə məlumat vermişdir. Cinayət işinin 1-ci cild 73-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Qanuni nümayəndə2 21 may 2022-ci il tarixli ərizəsindən görünür ki, sonuncu Sabunçu RPİ-nin 12-ci PŞ-nə ərizə ilə müraciət edərək, xx.xx.2022-ci ildə təxminən saat 23 radələrində qeyri-rəsmi yaşadığı X6 onun sağ diz nahiyəsindən təpiklə vuraraq və sağ çiynindən təpiklə vuraraq ona xəsarət yetirdiyini bildirmişdir. Cinayət işinin 1-ci cild 87-88-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X16 publik hüquqi şəxsinin 986 №-li, 24 may 2022-ci il tarixli canlı şəxsin ekspertizasının rəyindən görünür ki, Qanuni nümayəndə2 boyun nahiyəsinin bir ədəd deşilmişkəsilmiş yarası və sağ baldırın qançırı müəyyən edilmişdir. Xəsarətlərdən boyun nahiyəsinin bir ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici alət təsirindən törənmişdir, bıçaqla yetirilə bilər, sağ baldırın qançırı isə bərk-küt əşya təsirindən törənmişdir, törənmə müddətləri qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə boyun nahiyəsinin bir ədəd deşilmiş-kəsilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, sağ baldırın qançırı isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Lokalizasiyasına və xarakterinə görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Cinayət işinin 1-ci cild 101-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Sabunçu RPİ-nin 15-ci PB-nin məsul növbətçisi, polis baş leytenantı Əli Nağıyevin 06 iyun 2022-ci il tarixli raportundan görünür ki, xx.xx.2022-ci ildə saat 12:27 radələrində vətəndaş Qanuni nümayəndə2 DİN-nin 102 xidmətinə zəng edərək, qeyrirəsmi münasibətdə olduğu Seymurun ***-***-**-** nömrəsindən zəng edərək, onu tutdurmaqla öldürməklə hədələməsi haqqında məlumat vermişdir. Cinayət işinin 1-ci cild 100-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Sabunçu RPİ-nin 15-ci PB-nin məsul növbətçisi, polis baş leytenantı Əli Nağıyevin 06 iyun 2022-ci il tarixli raportundan görünür ki, xx.xx.2022-ci ildə saat 12:59 radələrində vətəndaş Qanuni nümayəndə2 DİN-nin 102 xidmətinə təkrar zəng edərək, qarşı tərəfin onun ünvanına gələrək silahla öldürməsini bildirməsi barədə məlumat vermişdir. Cinayət işinin 1-ci cild 102-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Qanuni nümayəndə2 06 iyun 2022-ci il tarixli ərizəsindən görünür ki, sonuncu Sabunçu RPİ-nin 15-ci PB-nə ərizə ilə müraciət edərək, qeyri-rəsmi münasibətdə olduğu Seymur adlı şəxsin onun mobil telefonuna zəng edərək ölümlə hədələdiyini bildirmişdir. Cinayət işinin 1-ci cild 3-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Sabunçu RPİ-nin 12-ci PŞ-nin məsul növbətçisi, polis kapitanı Tural Məmmədovun 23 avqust 2022-ci il tarixli raportundan görünür ki, xx.xx.2022-ci ildə saat 21:24 radələrində vətəndaş Qanuni nümayəndə2 DİN-nin 102 xidmətinə zəng edərək, qeyri-rəsmi yaşadığı Seymur adlı şəxsin onun 9 yaşlı qızını zorlamağa cəhd etməsi, eyni zamanda qaynar su tökərək yandırmaq istəməsi barədə məlumat vermişdir. Cinayət işinin 1-ci cild 4-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Qanuni nümayəndə2 23 avqust 2022-ci il tarixli ərizəsindən görünür ki, sonuncu Sabunçu RPİ-nin 12-ci PŞ-nə ərizə ilə müraciət edərək, xx.xx.2022-ci ildə saat 23 radələrində yaşadıqları evdə qeyri-rəsmi yaşadığı Seymur adlı şəxsin onu döyərək xəsarət yetirdiyini bildirmişdir. Cinayət işinin 1-ci cild 11-12-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X16 publik hüquqi şəxsinin 1964 №-li, 27 avqust 2022-ci il tarixli canlı şəxsin ekspertizasının rəyindən görünür ki, Qanuni nümayəndə2 sağ almacıq, sol yanaq və üst dodaq nahiyələrinin sıyrıqları; sol ağız bucağının alt dodaq və çənəaltı nahiyəni əhatə edən 2-ci dərəcəli termik yanığı, hər iki bud və sağ diz oynağı nahiyələrinin qançırları müəyyən edilmişdir. Xəsarətlərdən sağ almacıq, sol yanaq və üst dodaq nahiyələrinin sıyrıqları, hər iki bud və sağ diz oynağı nahiyələrinin qançırları bərk-küt əşya (əşyalar) təsirindən, sol ağız bucağının alt dodaq və çənəaltı nahiyəni əhatə edən 2-ci dərəcəli termik yanığı isə yüksək hərarətin (qaynar mayenin) yerli termiki təsirindən törənmişdir. Müddətinə görə sağ almacıq, sol yanaq və üst dodaq nahiyələrinin sıyrıqları; sol ağız bucağının 2-ci dərəcəli termiki yanığı qərarda göstərilən xx.xx.2022-ci il tarixə, hər iki bud və sağ diz oynağı nahiyələrinin qançırları isə şəxsin məhkəmə-tibbi ekspertizasından 1,5-2 həftə əvvəl olmaqla özünün dediyi xx.xx.2022- ci il tarixə uyğun gəlir. Dərəcəsinə görə sol ağız bucağının alt dodaq və çənəaltı nahiyəni əhatə edən 2-ci dərəcəli termiki yanığı sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, qançırlar və sıyrıqlar isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Lokalizasiyasına və xarakterinə görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Cinayət işinin 152-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 7 nömrəli doğum evinin nəzdində olan 8 nömrəli qadın məsləhətxanasından verilmiş 19 noyabr 2022-ci il tarixli ultrasəs müayinəsinin nəticəsindən görünür ki, Qanuni nümayəndə2 15 həftə 4 günlük hamiləlik diaqnozu qoyulmuşdur. Cinayət işinin 1-ci cild 162-164-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X16 publik hüquqi şəxsinin 980 №-li, 02 dekabr 2022-ci il tarixli canlı şəxsin ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 qızlıq pərdəsinin tamlığı pozulmamışdır, anatomik quruluşu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir. Zərərçəkmiş şəxs2 arxa keçəcəkdə qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilmişdir. Cinayət işinin 2-ci cild 31-32-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X16 publik hüquqi şəxsinin 995 №-li, 08 dekabr 2022-ci il tarixli canlı şəxsin ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. S.H.Şahalıyevin xarici cinsiyyət üzvündə onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilməmişdir. Cinayət işinin 1-ci cild 196-198-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X16 publik hüquqi şəxsinin Sabunçu Rayon Şöbəsinin 2796 №-li, 01 dekabr 2022-ci il tarixli canlı şəxsin ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədənində xəsarət aşkar edilməmişdir. Cinayət işinin 2-ci cild 56-57-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X16 publik hüquqi şəxsinin Sabunçu Rayon Şöbəsinin 2896 №-li, 16 dekabr 2022-ci il tarixli canlı şəxsin ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədənində xəsarət aşkar edilməmişdir. Cinayət işinin 1-ci cild 199-200-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X16 publik hüquqi şəxsinin Sabunçu Rayon Şöbəsinin 2797 №-li, 03 dekabr 2022-ci il tarixli canlı şəxsin ekspertizasının rəyindən görünür ki, Qanuni nümayəndə2 döş qəfəsinin məhdud sahəli səthi əzilmiş yarasından sonra yaranmış zərif çapıq toxuması müəyyən edilmişdir. Xəsarət məhdud səthə malik bərk küt əşya təsirindən törənmişdir, müddəti şəxsin məhkəmə-tibbi-ekspertizasından (xx.xx.2022-ci il) 3-4 ay əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Xarakter və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi inkar olunur, Cinayət işinin 1-ci cild 229-230-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 07 dekabr 2022-ci il tarixli götürmə haqqında qərar və protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs Qanuni nümayəndə2 çılpaq vəziyyətdə hamamda döydüyünü göstərən görüntüləri özündə əks etdirən bir ədəd DVD disk götürülmüşdür. Cinayət işinin 1-ci cild 232-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 07 dekabr 2022-ci il tarixli Videoyazıya baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs Qanuni nümayəndə2 ilə cinsi əlaqədə olduğu, Təqsirləndirilən şəxs Qanuni nümayəndə2 çılpaq vəziyyətdə hamamda saxlayıb döydüyünü göstərən videoları Təqsirləndirilən şəxs Şahid18 ilə “Whatsapp” proqramı vasitəsilə videogörüntülü danışdığı zaman sonuncuya komputerdə nümayiş etdirdiyi CD diski istintaqa təqdim etmişdir. CD diskə baxış zamanı müəyyən edilmişdir ki, diskdə “VİD-20221205-WA0009” adlı 1 video fayl var. Həmin fayla baxdıqda müəyyən olunmuşdur ki, faylda 02 dəqiqə 05 saniyədən ibarət olan videogörüntü var. Həmin videoyazıya baxdıqda müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs “Whatsapp” vasitəsi ilə videogörüntülü zəng ilə bir nəfər kişi cinsli şəxslə danışır. Həmin kişi cinsli səxs Zərərçəkmiş şəxs4 dediyinə görə onun oğlu, Qanuni nümayəndə2 əri Vahiddir. Video səssizdir, videodan görünür ki, Təqsirləndirilən şəxs komputer arxasında əyləşərək komputerdə olan Qanuni nümayəndə2 çılpaq vəziyyətdə olan şəklini, (şəkildən görünür ki, Qanuni nümayəndə2 döyülmüş vəziyyətdədir, bədəni üzərində müxtəlif yerlərdə qançırlar var, şəkil İlahənin iradəsindən zidd olaraq çəkilib, şəkil çəkilən zaman Təqsirləndirilən şəxs Qanuni nümayəndə2 fiziki güc tətbiq edərək onun qolundan tutur) sonra isə Qanuni nümayəndə2 ilə cinsi əlaqədə olduğu videonu, daha sonra isə Qanuni nümayəndə2 çılpaq vəziyyətdə (yalnız alt paltarında) hamamda yaş bədənlə dayandığını və həmin vəziyyətdə İlahənin saçından tutub əli ilə başından vurduğu videonu Şahid18 göstərir. Təqsirləndirilən şəxs həmin videoları Şahid18 göstərən zamanı özünü də çəkmişdir və Vahidə nəsə demişdir. Video səssiz olduğu üçün Təqsirləndirilən şəxs Şahid18 nə dediyi müəyyən olunmamışdır. Cinayət işinin 4-cü cild 200-201-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə- sənətşünaslıq ekspertizasının 11/64 №-li, 17 aprel 2023-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş 01 ədəd CD diskdəki videogörüntülər rəyin tədqiqi hissəsində göstərilən əlamətlərə görə pornoqrafik xarakterlidir. Təqdim olunan 01 ədəd diskdəki görüntülərdə pornoqrafik səhnələr müəyyən olunur. Cinayət işinin 2-ci cild 41-46-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 10 dekabr 2022-ci il tarixli mobil telefon aparatlarına baxış keçirilməsi haqqında protokoldan və protokola əlavəe dilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş “Texet” markalı və “Xiaomi” markalı mobil telefon cihazlarına baxış keçirilən zaman “Texet” markalı mobil telefon cihazında istintaq üçün əhəmiyyətli hər hansı bir məlumat aşkar edilməmiş, “Xiaomi” markalı mobil telefon cihazında xx.xx.2022-ci il tarixdə saat 10.52-də və 11.53-də çəkilmiş qızıl-zinət əşyalarının 4 ədəd fotoşəkilləri aşkar olunmuşdur. “Whatsapp” proqramında daxil olub yazışmalara baxdıqda Təqsirləndirilən şəxs Şahid18 məxsus 007-***-***-**-** saylı nömrə ilə yazışmalarından görünür ki, Təqsirləndirilən şəxs 85000 (səksən beş min) manat məbləğində pul tələb edir, Qanuni nümayəndə2 ünvanına nalayiq ifadələr işlədir, Şahid18 isə səsli mesajlarında Seymurun onun anasından və uşaqlarından uzaq olmasını, onu narahat etməməsini bildirir. Cinayət işinin 2-ci cild 63-64-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 22 dekabr 2022-ci il tarixli götürmə haqqında qərar və protokoldan görünür ki, iş üzrə zərərçəkmiş şəxs Qanuni nümayəndə2 Təqsirləndirilən şəxs ilə aralarında olan danışıqları özündə əks etdirən bir ədəd DVD disk götürülmüşdür. Cinayət işinin 2-ci cild 61-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 22 dekabr 2022-ci il tarixli Videoyazıya baxış keçirilməsi haqqında protokoldan görünür ki, Qanuni nümayəndə2 ilə Təqsirləndirilən şəxs arasında olan 6 dəqiqə 30 saniyə danışıq yazılarından görünür ki, Təqsirləndirilən şəxs Qanuni nümayəndə2 3 aylıq hamilə olduğunu bilir, Təqsirləndirilən şəxs Şahid18 ünvanına nalayiq ifadələr işlədir, Qanuni nümayəndə2 hədələyir, İlahəni şantaj edərək, təzyiq göstərib onun yanına qayıtmasına məcbur edir. Cinayət işinin 2-ci cild 52-53-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 5(008)- 928/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı və qeydiyyatda olduğu ünvan 16 ünvanında axtarış və götürmə hərəkətlərinin aparılmasına icazə verilmişdir. Cinayət işinin 2-ci cild 68-71-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 29 dekabr 2022-ci il tarixli axtarış və götürmə haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı və qeydiyyatda olduğu ünvan 16 ünvanında axtarış və götürmə aparılmış və 01 ədəd “Samsung” markalı mini planşet, 01 ədəd stolüstü komputer iş üzrə zəruri əhəmiyyət daşıdığından götürülmüşdür. Cinayət işinin 3-cü cild 7-12-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 27 fevral 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokollardan və əlavə edilmiş fotocədvəllərdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı və qeydiyyatda olduğu ünvan 16 ünvanında aparılmış axtarış və götürmə zamanı götürülmüş 01 ədəd “Samsung” markalı mini planşet, 01 ədəd stolüstü komputerə baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 1-ci cild 233-249-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 07 dekabr 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs Qanuni nümayəndə2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilərkən Qanuni nümayəndə2 Təqsirləndirilən şəxs üzünə qarşı Seymurun onu müxtəlif vaxtlarda döyüb xəsarətlər yetirdiyini, həmçinin hamilə olduğu halda Seymurun bunu bilə-bilə onu döydüyünü, evini adına keçirməyəcəyi halda Seymurun onu videosunu sosial şəbəkələrdə yayacağı ilə hədələdiyini, videosunu 2022-ci ilin sentyabr ayının axırlarında Şahid18 telefonuna göndərdiyini, qızı Fatimənin Təqsirləndirilən şəxs tərəfindən seksual xarakterli hərəkətlərə məruz qaldığını, Seymurun qızı Fatiməylə qeyri-təbii yolla cinsi əlaqədə olduğunu, onu, qızı Fatiməni və oğlu Tofiqi bağlı otaqda qanunsuz saxladığını, Tahirənin evində olarkən Təqsirləndirilən şəxs evə daxil olaraq güzgünün qarşısından götürdüyü qayçını onun boğazına dirədiyini bildirərək Təqsirləndirilən şəxs ifşa etmişdir. Cinayət işinin 1-ci cild 250-259-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 07 dekabr 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilərkən Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs üzünə qarşı hadisə vaxtı Təqsirləndirilən şəxs anası Qanuni nümayəndə2 müxtəlif vaxtlarda döydüyünü, anasının videosunu başqa şəxslərə göndərəcəyi ilə bağlı anasını hədələdiyini, onu, anası İlahəni və qardaşı Tofiqi evdə bağlı otaqda saxladığını, 2022-ci ilin aprel ayının əvvəllərində Təqsirləndirilən şəxs onu öldürməklə hədələyərək seksual xarakterli zorakılıq hərəkətləri etdiyini, nənəsi Tahirənin evində olarkən Təqsirləndirilən şəxs evə daxil olaraq güzgünün qarşısından götürdüyü qayçını anası İlahənin boğazına dirədiyini bildirərək Təqsirləndirilən şəxs ifşa etmişdir. Cinayət işinin 1-ci cild 260-265-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 07 dekabr 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs3 arasında üzləşdirmə istintaq hərəkəti keçirilərkən Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs üzünə qarşı Təqsirləndirilən şəxs anası Qanuni nümayəndə2 müxtəlif vaxtlarda döydüyünü, anasının videosunu başqa şəxslərə göndərəcəyi ilə bağlı anasını hədələdiyini, onu, anası İlahəni və bacısı Fatiməni evdə bağlı otaqda saxladığım, 2022-ci ilin aprel ayının əvvəllərində Təqsirləndirilən şəxs bacısı Zərərçəkmiş şəxs2 öldürməklə hədələyərək seksual xarakterli zorakılıq hərəkətləri etdiyini, nənəsi Tahirənin evində olarkən Təqsirləndirilən şəxs evə daxil olaraq güzgünün qarşısından götürdüyü qayçını anası İlahənin boğazına dirədiyini bildirərək Təqsirləndirilən şəxs ifşa etmişdir. Cinayət işinin 1-ci cild 266-273-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 07 dekabr 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs4 arasında üzləşdirmə istintaq hərəkəti keçirilərkən Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs üzünə qarşı Təqsirləndirilən şəxs Qanuni nümayəndə2m müxtəlif vaxtlarda döydüyünü, İlahənin çılpaq videosunu oğlu Tofiqə, Tofiqin də ona göndərdiyini, İlahəni, Fatiməni və Tofiqi evdə bağlı otaqda saxladığını, 2022-ci ilin aprel ayının əvvəllərində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 öldürməklə hədələyərək seksual xarakterli zorakılıq hərəkətləri etdiyini, 5-6 avqust 2022-ci il tarixdı saat 23 radələrində evdə olarkən Təqsirləndirilən şəxs onun iradəsinə zidd evə daxil olaraq güzgünün qarşısından götürdüyü qayçını İlahənin boğazına dirədiyini bildirərək Təqsirləndirilən şəxs ifşa etmişdir. Buna görə məhkəmə həmin üzləşdirmə protokollarını da sübut növü kimi qəbul edir. Cinayət işinin 2-ci cild 72-74-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 29 dekabr 2022-ci il tarixli ifadənin yerində yoxlanılması, axtarış və götürmə aparılması haqqında porotokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs3 ifadəsinin yerində yoxlanması istintaq hərəkəti keçirilərkən o, ünvan 17 ünvanını göstərərək Təqsirləndirilən şəxs onu orada 1-ci mərtəbədəki qapalı otaqda 1 sutka zorla saxladığını əyani şəkildə göstərmişdir. Cinayət işinin 2-ci cild 139-142-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 04 fevral 2023-cü il tarixli sənədlərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 14 may 2022-ci il tarixdə günortadan sonraki vaxtda, 15 may 2022-ci il tarixdə və 21 may 2022-ci il tarixdə təhsil aldığı liseydə olmamışdır. Cinayət işinin 2-ci cild 76-79-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 29 dekabr 2022-ci il tarixli ifadənin yerində yoxlanılması, axtarış və götürmə aparılması haqqında porotokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs2 ifadəsinin yerində yoxlanması istintaq hərəkəti keçirilərkən o, ünvan 17 ünvanını göstərərək Təqsirləndirilən şəxs ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etdiyini bildirərək, baş vermiş hadisəni əyani şəkildə göstərmişdir. Cinayət işinin 2-ci cild 80-85-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 29 dekabr 2022-ci il tarixli ifadənin yerində yoxlanılması, axtarış və götürmə aparılması haqqında porotokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, zərərçəkmiş şəxs Qanuni nümayəndə2 ifadəsinin yerində yoxlanması istintaq hərəkəti keçirilərkən o, ünvan 18 ünvanını göstərərək Təqsirləndirilən şəxs həmin ünvana gəlib onu qızı Zərərçəkmiş şəxs2 gözü qabağında bıçaqla boyun nahiyəsindən tutub sonra isə xəsarətlər yetirdiyini, ünvan 17 ünvanını göstərərək Təqsirləndirilən şəxs ona orada dəfələrlə xəsarətlər yetirdiyini, onu, qızı Fatimə və oğlu Tofiqi orada bağlı otaqda qanunsuz saxladığını, qızı Zərərçəkmiş şəxs2 seksual xarakterli zorakı hərəkətlər etdiyini, Zərərçəkmiş şəxs2 ilə qeyri-təbii yolla cinsi əlaqədə olduğunu, onun videosunu həmin evdə çəkdiyini və Şahid18 göndərdiyini, Sabunçu rayonu, ünvan 19 ünvanını göstərərək Təqsirləndirilən şəxs ona orada qələmlə xəsarət yetirdiyini əyani şəkildə göstərmişdir. Cinayət işinin 3-cü cild 176-179-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 14 mart 2023-cü il tarixli zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında porotokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, zərərçəkmiş şəxs Qanuni nümayəndə2 ifadəsinin yerində yoxlanması istintaq hərəkəti keçirilərkən o, Xətai rayonu, UPD, R.Bağırov küçəsi, ev 1016, mənzil 9 ünvanını göstərərək, Təqsirləndirilən şəxs onun və Zərərçəkmiş şəxs4 iradəsinə zidd, icazəsiz və qanunsuz şəkildə 2022-ci ilin avqust ayının 5-6 ərəfələrində axşam saat 23 radələrində həmin mənzilə daxil olduğunu, Təqsirləndirilən şəxs dəhlizdə yerləşən güzgünün qarşısından götürdüyü qayçını uşaqlarının və Tahirənin yanında onun boğazına dirəyib onunla birlikdə evinə getməsini tələb etdiyini əyani şəkildə göstərmişdir. Cinayət işinin 2-ci cild 102-104-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsinin məhkəmə- psixoloji ekspertizasının 3346 №-li, 16 dekabr 2022-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə (psixi fəaliyyətinin xarici aləmə yönəlməsi) daha yaxındır. Ünsiyyətçilik, emosionallıq, aktivlik, tez inanmaq kimi xarakterik xüsusiyyətlərə malikdir. Əqli və psixi inkişafı yaş xüsusiyyətlərinə uyğun olmaqla norma daxilindədir. Əqli və psixi inkişafı nəzərə alınmaqla etdiyi hərəkətləri adekvat olaraq qavramaq, dərk etmək və idarə etmək qabiliyyətinə malikdir. Özündən uydurmağa patoloji meyillilik əlamətləri aşkar olunmamış, lakin azyaşlı olduğundan başqalarının təsiri altında hərəkət edə bilər. Əqli inkişafına və fərdi-psixoloji xüsusiyyətlərinə görə ona qarşı törədilmiş hərəkətlərin (seksual xarakterli olub-olmamamasını) mahiyyətini azyaşlı olduğuna görə tam şəkildə anlamasa da, cinslərarası münasibətin bəzi etik-əxlaqi cəhətlərini izah edə, normalarla müqayisə edib qiymətləndirə bilir. Belə ki, əks cinsin ayıb yerini başqa adama göstərməsinin ayıb olduğunu, uşaqlara toxundurmağın düzgün olmadığını anlayır. Cinayət işinin 2-ci cild 105-107-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsinin məhkəmə-psixoloji ekspertizasının 3347 №-li, 16 dekabr 2022-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə (psixi fəaliyyətinin xarici aləmə yönəlməsi) daha yaxındır. Ünsiyyətcillik, emosional sabitlik, adaptivlik kimi xarakterik xüsusiyyətlərə malikdir. Əqli inkişafında gerilik əlamətləri aşkar olunmamışdır. Əqli və psixi inkişafı nəzərə alınmaqla etdiyi hərəkətləri adekvat olaraq qavramaq, dərk etmək və idarə etmək qabiliyyətinə malikdir. Özündən uydurmağa, başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri aşkar olunmamışdır. Əqli inkişafına və fərdi-psixoloji xüsusiyyətlərinə görə ona qarşı törədilmiş hərəkətlərin mahiyyətini dərk etmək qabiliyyətinə malikdir. Cinayət işinin 5-ci cild 47-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər X1 Şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsindən daxil olmuş 16 may 2023-cü il tarixli məktubdan görünür ki, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Qanuni nümayəndə2 məişət zorakılığından zərərçəkmiş şəxslərin sosial reabilitasiyası şöbəsinə qəbul edilmişdir. xx.xx.2022-ci il tarixdə müəssisəsinin təminatından çıxarılmışdır. Cinayət işinin 3-cü cild 108-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Qanuni nümayəndə1 06 mart 2023-cü il tarixli ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq oğlu Təqsirləndirilən şəxs mülkiyyətçisinin kim olduğunu bilmədiyi qızıl-zinət əşyalarını onun adından “Sizin Lombard MMC-yə girov qoyduğunu bildirmişdir. Cinayət işinin 3-cü cild 151-161-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış “GL: ASC-dən daxil olmuş 13 mart 2023-cü il tarixli məktubdan və məktuba əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs anası Qanuni nümayəndə1 tərəfindən müxtəlif qızıl-zinət əşyaları kredit müqabilində girova qoyulmuşdur. Cinayət işinin 3-cü cild 168-170-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli, 5(008)-218/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən anası Qanuni nümayəndə1 adına "xxxx" MMC-yə girov qoyulmuş qızıl-zinət əşyaları 01 ədəd zəncir tipli boyunbağı və 01 ədəd qolbaq (hər ikisi 750 əyar qızıl); 01 ədəd kolyeli boyunbağı və 01 ədəd qolbaq (hər ikisi 583 əyar qızıl); 01 ədəd sınıq şüşəli saat (583 əyar qızıl); 01 ədəd uşaq üçün boyunbağı (583 əyar qızıl); 02 ədəd brilyant qaşlı üzük (583 əyar qızıl); 01 ədəd brilyant qaşlı üzük (750 əyar qızıl); 01 ədəd üzük (585 əyar qızıl); 01 dəst komplekt (750 əyar qızıl); 01 dəst komplekt (583 əyar qızıl); 01 dəst komplekt (585 əyar qızıl); 01 ədəd uşaq üçün üzük (585 əyar qızıl); 01 dəst uşaq üçün komplekt (585 əyar qızıl); 01 ədəd uşaq qolbağı (585 əyar qızıl); 01 ədəd tək brilyant qaşlı sırğa (750 əyar qızıl) üzərinə 6 ay müddətinə həbs qoyulmuşdur. Cinayət işinin 5-ci cild 111-117-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə əmtəəşünaslıq ekspertizasının 6/1864-9/2183 №-li, 12 may 2023-ci il tarixli ekspert rəyindən görünür ki, 7,11,14,18,19 və 20 olanlar 750 əyarlı qızıldan hazırlanmışdır; 1-6,8-10,12-13,15-17 olanlar 583/585 əyarlı qızıldan hazırlanmışdır; 1,2,7,17,18,19 olanların üzərində olan qaşlar qiymətli daşara aiddir - brilyantdır. Məlumatlardan digərlərinin üzərində qaş olanlarının qaşları qiymətli qaşlara aid deyildir. Təqdim edilmiş məlumatların ayrı-ayrılıqda tərkibi, əyarı və digər göstəriciləri (qaşlarının təbiəti, damğası, adları və s.) Cədvəl 1-də göstərilmişdir. Aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələrinə görə ekspertiza tədqiqatına təqdim edilən məmulatların modeli, əyarı və digər göstəriciləri nəzərə alınmaqla 2022-ci ilin avqust ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 10834,0 manat müəyyən edilir. Cinayət işinin 2-ci cild 158-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Şahid14 17 iyun 2022-ci il tarixli ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq, Təqsirləndirilən şəxs ünvan 17 ünvanında yerləşən avtoyuma məntəqəsini onlara satmaq adı ilə aldadaraq 45.000 manat və əlavə olaraq 2500 manat pullarını alıb dələduzluq yolu ilə ələ keçirdiyini bildirmişdir. Cinayət işinin 2-ci cild 163-164-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Sabunçu Bələdiyyəsi tərəfindən verilmiş 12 sentyabr 2020-ci il tarixli şəhadətnamənin kserosurətindən görünür ki, ünvan 17 ünvanında yerləşən 60 kv.m qeyriyaşayış sahəsi Şahid14 adına uçota alınmışdır. Cinayət işinin 2-ci cild 178-179-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X7 01 avqust 2022ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Şahid14 şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin 2-ci cild 190-196-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 20 noyabr 2022-ci il tarixli götürmə haqqında qərar və protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs5 6000 manat pul alması barədə yazdığı qəbzin, Sabunçu Bələdiyyəsi tərəfindən verilmiş 12 sentyabr 2020-ci il tarixli şəhadətnamənin kserosurətləri götürülmüşdür. Cinayət işinin 3-cü cild 128-132-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 06 mart 2023-cü il tarixli zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs5 ifadəsinin yerində yoxlanması istintaq hərəkəti keçirilərkən o, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Mübariz İbrahimov küçəsi 7 ünvanında yerləşən evi göstərərək, həmin evin 1-ci mərtəbəsində olan ofisdə Təqsirləndirilən şəxs 47500 manat pul verdiyini, həmin pulu evin həyətində, yola tərəf yerləşən avtoyuma məntəqəsini almağa görə verdiyini bildirərək əyani şəkildə göstərmişdir. Cinayət işinin 5-ci cild 24-28-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 06 may 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs5 arasında üzləşdirmə istintaq hərəkəti keçirilərkən Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs üzünə qarşı avtoyuma obyektini satmaq adı 47500 manat pulu Seymura verdiyini və Seymurun onu ilə aldatdığını, ona qarşı dələduzluq cinayəti etdiyini, Seymurun ona heç vaxt həmin əmlakdan istifadə etməyə imkan vermədiyini və əmlakın heç vaxt onun olmadığını bildirmişdir. Cinayət işinin 4-cü cild 138-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs6 14 aprel 2023-cü il tarixli ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq, Təqsirləndirilən şəxs onu aldadaraq işə düzəltmək adı ilə 10000 manat pulunu alıb ona qarşı dələdüzluq etdiyini bildirmişdir. Cinayət işinin 4-cü cild 149-156-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış kompakt diskə baxış keçirilməsi haqqında 14 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs6 təqdim etdiyi Təqsirləndirilən şəxs ondan pul almasını etiraf etdiyi telefon danışıqlarının səs yazmasını özündə əks etdirən danışıqlar qeydə alınmışdır. Danışıqlarda Zərərçəkmiş şəxs6 Təqsirləndirilən şəxs sonuncuya işə düzəlmə ilə əlaqədar verdiyi pulu tələb etməsi, Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirməsi, yəni müharibə ilə əlaqədar, pulu verdiyi adamın işə düzəlməni həll edə bilməməsi, pulu Qədir adlı şəxsə verməsini bildirməsi müəyyən edilmişdir. Cinayət işinin 4-cü cild 157-159-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 14 aprel 2023-cü il tarixli zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs6 ifadəsinin yerində yoxlanması istintaq hərəkəti keçirilərkən o, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Mübariz İbrahimov küçəsi 7 ünvanında yerləşən evi göstərərək, həmin evin 1-ci mərtəbəsində olan ofisdə Təqsirləndirilən şəxs 5000 (beş min) manat pulu Təqsirləndirilən şəxs guya onu Fövqəladə Hallar Nazirliyinin işçisi kimi işə düzəldəcəyi adı ilə verməsini bildirərək əyani şəkildə göstərmişdir. Cinayət işinin 5-ci cild 29-30-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 06 may 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs6 arasında üzləşdirmə istintaq hərəkəti keçirilərkən Zərərçəkmiş şəxs6 Təqsirləndirilən şəxs üzünə qarşı 10 min manat pulu onu işə düzəltmək adı ilə Seymura verdiyini və Seymurun onu aldatdığını, Qədir adlı şəxsi görmədiyini, tanımadığını, Seymurun pulu Qədirə verməsinin sadəcə Seymurun uydurması olduğunu bildirərək, Təqsirləndirilən şəxs ifşa etmişdir. Cinayət işinin 4-cü cild 175-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs7 29 aprel 2023-cü il tarixli ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq, Təqsirləndirilən şəxs onu aldadaraq obyekti ona satmaq adı ilə 36000 manat pulunu alıb ona qarşı dələdüzluq etdiyini bildirmişdir. Cinayət işinin 4-cü cild 186-187-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış üzərində daşınmaz əmlakın alqı-satqı müqaviləsi yazılmış sənəddən görünür ki, üzərində Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs7 adları və imzaları qeyd edilmiş və həmin sənədlərdə Təqsirləndirilən şəxs 14 kv.m-lik obyekti 18.000 manata və 50 kv.m olan obyekti 13.000 manata Zərərçəkmiş şəxs7 satdığını bildirməsi qeyd edilmişdir. Cinayət işinin 4-cü cild 193-197-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 29 aprel 2023-cü il tarixli zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs7 ifadəsinin yerində yoxlanması istintaq hərəkəti keçirilərkən o, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Mübariz İbrahimov küçəsi 7 ünvanında yerləşən evi göstərərək, həmin evin 1-ci mərtəbəsində olan ofisdə Təqsirləndirilən şəxs birinci dəfə 18 min manat, ikinci dəfə 13 min manat, cəmi 31 min manat manat pulu sonra isə 5 min manat yəni cəmi 36 min manat pulu Təqsirləndirilən şəxs obyektləri satması adı ilə verdiyi yeri bildirərək əyani şəkildə göstərmişdir. Cinayət işinin 5-ci cild 20-23-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 06 may 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs7 arasında üzləşdirmə istintaq hərəkəti keçirilərkən Zərərçəkmiş şəxs7 Təqsirləndirilən şəxs üzünə qarşı Seymura evinin birinci mərtəbəsindəki obyektləri və sonda avtoyuma obyektini satmaq adı ilə 36 min manat pulu verdiyini və Seymurun onu aldatdığını, ona qarşı dələduzluq cinayəti etdiyini, Seymurun ona heç vaxt həmin əmlakdan istifadə etməyə imkan vermədiyini, kirayə haqqını da Seymur dələduzluq əməlini pərdələmək və əməlini cinayət xarakterli yox, mülki mübahisəyə çevirmək üçün ödədiyini bildirərək Təqsirləndirilən şəxs ifşa etmişdir. Cinayət işinin 4-cü cild 189-191-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Sabunçu RPİ-nin 12-ci PŞ-nin təhqiqatçısı, polis mayoru Emil Muxtarovun 25 may 2021-ci il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs7 şikayəti üzrə toplanmış material üzə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin 4-cü cild 192-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Sabunçu rayon prokuroru, baş ədliyyə müşaviri X4 “Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi haqqında” 29 aprel 2023-cü il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs7 Təqsirləndirilən şəxs onu aldadıb pulunu ələ keçirməsi ilə bağlı müracəti əsasında Sabunçu RPİ-nin 12-ci PŞ-nin təhqiqatçısı Emil Muxtarov tərəfindən aparılan araşdırma üzrə qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərarı əsassız olduğundan ləğv edilmişdir. Cinayət işinin 5-ci cild 72-75-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 19 may 2022-ci il tarixli cinayət işinin materiallarına əlavə olunmuş diskin yaddaşındakı məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı telefon nömrəsinə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə daxil olan və çıxan zənglər, anten və abunəçilərə dair "xxxx" MMC-dən daxil olmuş məktuba əlavə edilmiş diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs6 istifadəsində olmuş ***-***-**-** saylı telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı telefon nömrəsinə “Salam nağayrsan netersen vurdun sisdemə sənədləri.?” və “Mənə xeber edersen xaiş edirem” 2 ədəd SMS-in,xx.xx.2022-ci il tarixdə “Kapital Bank” 4169-7385-1349-9719” 1 ədəd SMS-in, cəmi 3 ədəd SMS-in göndərildiyi müəyyən edilmişdir. Bundan başqa, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs6 istifadəsində olmuş ***-***-**-** saylı telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı telefon nömrəsinə “Salam papam deyir ki telfona cavab versin” və xx.xx.2022-ci il tarixdə “salam seymur papam sene zeng vurur telfona niye cavab vermirsen oyun oynuyrsansa oyna biz oynyanda pis olacaq incimeT’ 2 ədəd SMS-in göndərildiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı telefon nömrəsinə daxil olan SMS mətnləri əks etdirən faylı açdıqda xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs5 istifadəsində olmuş ***-***-**-** saylı telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı telefon nömrəsinə “+**********38” sebekeye qayitdi. Ona yeniden zeng ede bilersiniz.” 1 ədəd SMS-in göndərildiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı telefon nömrəsindən çıxan SMS mətnləri əks etdirən faylı açdıqda ***-***-**-** saylı mobil telefonla sms yazışmaları olduğu müəyən edilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı telefon nömrəsinə daxil olan və çıxan zənglərin, habelə olduğu yer üzrə anten məlumatlarını əks etdirən faylı açdıqda xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə ***-***-**-** saylı telefon nömrəsi ilə Zərərçəkmiş şəxs6 istifadəsində olmuş ***-***-**-**, ***-***-**-** saylı telefon nömrələri, Zərərçəkmiş şəxs5 istifadəsində olmuş ***-***-**-** saylı telefon nömrəsi, Zərərçəkmiş şəxs7 istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı telefon nömrələri ilə çoxsaylı müxtəlif müddətli danışıqların qeydə alındığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı telefon nömrəsi ilə şahid X9 istifadəsində olmuş ***-***-**-** saylı telefon nömrəsi arasında xx.xx.2022-ci il tarixdə saat 22.51-də 9 saniyəlik, 23.15-də yenə 9 saniyəlik, 23.16-da 118 saniyəlik, 23.23-də 9 saniyəlik və 52 saniyəlik, 23.24-də 134 saniyəlik, 23.24-də 134 saniyəlik, 23.34-də 125 saniyəlik, 23.51-də 16 saniyəlik, xx.xx.2022-ci il tarixdə saat 00.05-də 204 saniyəlik, 00.09-da 9 saniyəlik danışıqların qeydə alındığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı telefon nömrəsinin olduğu yer üzrə anten məlumatları xx.xx.2022-ci İl tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə müntəzəm olaraq “Azerneftkimyamash/Bakı şəhəri, Sabunçu qəsəbəsi, İ. Aslanov 5"/Sabunchu” ünvanını göstərməsi, xx.xx.2022-ci il tarixdə saat 23.24-də “Balakhani/"Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Şəhər şossesi, 50 sayli binanın damf/Sabunchu” ünvanını göstərməsi, xx.xx.2022-ci il tarixdə saat 10.16-dək başqa hər hansı ünvanı göstərməməsi, 10.16-da yenidən “Azerneftkimyamash/Bakı şəhəri, Sabunçu qəsəbəsi, İ. Aslanov 5'VSabunchu” ünvanını göstərməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı telefon nömrəsinin olduğu yer üzrə anten məlumatları xx.xx.2022-ci il tarixdə saat 23.51-də xx.xx.2022-ci il tarixdə saat 23.51-də “Azerneftkimyamash/Bakı şəhəri, Sabunçu qəsəbəsi, İ. Aslanov 5"/Sabunchu” ünvanı göstərməsi, xx.xx.2022-ci il tarixdə saat 00.23-dən etibarən “BalakhanifBakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Şəhər şossesi, 50 sayli binanın damf/Sabunchu” göstərməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş 077- ***-**-** saylı telefon nömrəsinin olduğu yer üzrə anten məlumatı xx.xx.2022-ci il tarixdə saat 19.15-dən etibarən “Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 2316 məhəllə'VKhatai” ünvanını göstərməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***- **-** saylı telefon nömrəsinin olduğu yer üzrə anten məlumatı xx.xx.2022-ci il tarixdə saat 12.07-dən 12-55-dək “Sabunçu rayonu, Bakıxanov qəsəbəsi” ünvanını göstərməsi müəyyən edilmişdir. Cinayət işinin 5-ci cild 78-79-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 19 may 2022-ci il tarixli cinayət işinin materiallarına əlavə olunmuş diskin yaddaşındakı məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı telefon nömrəsinə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə daxil olan və çıxan zənglərə, anten və abunəçilərə dair "xxxx" MMC-dən daxil olmuş məktuba əlavə edilmiş diskə baxış keçirilərək müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı telefon nömrəsindən çıxan SMS mətnlərini əks etdirən faylı açdıqda xx.xx.2022-ci il tarixdə ***-***-**-** saylı telefon nömrəsi ilə danışıqlar, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı telefon nömrəsinə daxil olan və çıxan zənglərin, habelə olduğu yer üzrə anten məlumatlarını əks etdirən faylı açdıqda xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə Zərərçəkmiş şəxs6 istifadəsində olmuş ***-***-**-**, ***-***-**-** saylı telefon nömrələri, Zərərçəkmiş şəxs5 istifadəsində olmuş ***-***-**-** saylı telefon nömrəsi, Zərərçəkmiş şəxs7 istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı telefon nömrələri ilə çoxsaylı müxtəlif müddətli danışıqların qeydə alındığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı telefon nömrəsi ilə şahid X9 istifadəsində olmuş ***-***-**-** saylı telefon nömrəsi arasında xx.xx.2022-ci il tarixdə saat 22.47-də 47 saniyəlik, 23.08-də 117 saniyəlik danışıqların qeydə alındığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı telefon nömrəsinin olduğu yer üzrə anten məlumatları xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə müntəzəm olaraq “Azerneftkimyamash/Bakı şəhəri, Sabunçu qəsəbəsi, İ. Aslanov S’YSabunchu” ünvanını göstərməsi, xx.xx.2022-ci il tarixdə saat 23 radələrində olduğu yer üzrə anten məlumatlarını göstərməməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı telefon nömrəsinin olduğu yer üzrə anten məlumatları xx.xx.2022-ci il tarixdə saat 23.08-də “Azerneftkimyamash/Bakı şəhəri, Sabunçu qəsəbəsi, İ. Aslanov 57Sabunchu” ünvanı göstərməsi, xx.xx.2022-ci il tarixdə saat 10.30-da “Balakhani/"Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Şəhər şossesi, 50 sayli binanın damı'VSabunchu” göstərməsi müəyyən edilmişdir. Cinayət işinin 5-ci cild 49-68-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış “Azər-Türk Bank’’ ASC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli, 6-3/xx/xx-3509 nömrəli məktuba əlavə edilmiş Təqsirləndirilən şəxs istifadəsində olan 5213-6751- 3180- 1921 kartla bağlı əməliyyatları özündə əks etdirən sənəddən görünür ki, Təqsirləndirilən şəxs hesabına xx.xx.2022-ci il tarixdə “E-manat” aparatı vasitəsilə 2970 (iki min doqquz yüz yetmiş) manat və 17.82 (on yeddi manat səksən iki qəpik) manat, xx.xx.2022-ci il tarixdə yenə “E-manat” aparatı vasitəsilə 1747,35 (min yeddi yüz qırx yeddi manat otuz beş qəpik) manat, xx.xx.2022-ci il tarixdə “Milliön” aparatı vasitəsilə 284,14 (iki yüz səksən dört manat on dörd qəpik) manat məbləğində pul köçürülmüşdür. Cinayət işinin 1-ci cild 203-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Vergilər Nazirliyinin kommersiya qurumunun dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs “Rahat X3”-nin təsisçisi kimi ********** VÖEN nömrəsi ilə qeydiyyatdan keçmişdir. Cinayət işinin 5-ci cild 119-197-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Sabunçu rayon prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas X14 14 iyun 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Şahid15 əməlində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinin tərkibi olmadığından, Qanuni nümayəndə2 əməlində Azərbaycan Respublikası CM-nin 186.1-ci maddəsinin tərkibi olmadığından, Şahid17 əməlində cinayət tərkibi olmadığından, Şahid6 əməlində cinayət tərkibi olmadığından, Qanuni nümayəndə1 əməlində Azərbaycan Respublikası CM-nin 307.1-ci maddəsinin tərkibi olmadığından barələrində cinayət təqibinin başlanması rədd edilmiş; iş üzrə sübut əhəmiyyəti kəsb etmədiyindən 01 ədəd “LG” markalı komputer və prosessoru, 01 ədəd “Texet” markalı mobil telefon və 01 ədəd “Samsung” markalı mobil cihaz Təqsirləndirilən şəxs anası Qanuni nümayəndə1 qaytarılmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamlar üzrə cinayət əməllərini törətməkdə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, ona böhtan atırlar, o, Zərərçəkmiş şəxs2 qarşı seksual hərəkətlər etməmiş, Qanuni nümayəndə2 xəsarətlər yetirməmiş, onu şərləyirlər, o, zərərçəkmiş şəxslərin etibarından istifadə edib, onlara qarşı dələduzluq etməmiş, heç bir cinayət etməmişdir. Məhkəmə kollegiyası, təqsirləndirilən şəxsin ifadələrinin ittihamda nəzərdə tutulan əməllərin törənmə ardıcıllığını və mexanizmini təsdiq edən hissəsini həmin hallarla əlaqədar məhkəmədə araşdırılmış sübutların məcmusu ilə təhlil edib hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə bu barədə verdiyi ifadələri özünümüdafiə və məsuliyyətdən yayınmaq xarakteri daşıyır. Belə ki, müdafiə tərəfi məhkəməyə təqdim etmiş və cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs7 və Təqsirləndirilən şəxs arasında bağlanmış 10 aprel 2018-ci il tarixli kredit müqaviləsinə istinad edərək bildirir ki, təqsirləndirilən şəxs Seymur Şahaliyev zərərçəkmiş –mülki iddiaçı Zərərçəkmiş şəxs7 aldatmamış sadəcə olaraq ondan qeyd olunan kredit müqaviləsi ilə borca 13.000 manat pul almışdır. Məhkəmə kollegiyası hesab edir ki, Zərərçəkmiş şəxs7 və Təqsirləndirilən şəxs arasında bağlanmış 10 aprel 2018-ci il tarixli kredit müqaviləsinin bağlanması heç də həmin sənədin həqiqi mülki əqdin bağlanmasına aidiyyəti olduğuna dəlalət etmir. Belə ki, cinayət işində olan sənədlərdən, Zərərçəkmiş şəxs7 ifadəsindən görünür ki, 2018-ci il əvvəllərində Təqsirləndirilən şəxs onun etibarından sui istifadə edərək avtoyuma məntəqəsini 40000 manata almasını təklif etmiş, həmçinin Təqsirləndirilən şəxs 18000 manat qarşılığında kişi salonu və telefon dükanı obyektlərini onun adına keçirəcəyini söz vermişdir. Onlar 23 mart 2018-ci il tarixdə Təqsirləndirilən şəxslə 1 il müddətində salonu və telefon dükanı obyektlərini bələdiyyə sənədi ilə onun adına keçirəcəyi şərtilə sənədləri imzalamışlar. 10 aprel 2018-ci il tarixdə avtoyuma məntəqəsini almaq üçün alqı-satqı müqaviləsi əsasında Təqsirləndirilən şəxs 13000 manat pul verilməsi rəsmiləşdirilmiş,lakin onun Təqsirləndirilən şəxs verdiyi pulun miqdarı 31000 manat olmuş, 2018-ci il avqust ayının əvvəlləri o yenidən avtoyuma məntəqəsini almaq məqsədilə “Unibank” adlı bankdan 5 min manat pul götürüb Təqsirləndirilən şəxs təqdim etmişdir. X5 sədr müavini Ələmdar adlı şəxs ona bildirmişdir ki, avtoyuma məntəqəsi Seymur başqa şəxsə satmışdır. Təqsirləndirilən şəxs tərəfindən dələduzluq yolu ilə ona 36000 manat ziyan dəymişdir. Göründüyü kimi, müdafiə tərəfi tərəfindən təqdim olunmuş 10 aprel 2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, Seymur Şahaliyev zərərçəkmiş-mülki iddiaçı Zərərçəkmiş şəxs7 aldadaraq, alqı satqı müqaviləsinin əvəzinə notarial kontorunda kredit müqaviləsinin imzalanmasına nail olaraq, müqavilədə qeyd olunan 13.000 manat əvəzinə Zərərçəkmiş şəxs7 31.000 manat pul vəsaiti almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsi etibarsız əqdlərin anlayışı və onun nəticələrini əks etdirmişdir. Belə ki, həmin maddədə qeyd edilmişdir ki, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340-cı maddəsində göstərilmişdri ki, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Göstərilənlər bir daha sübut edir ki, Zərərçəkmiş şəxs7 və Təqsirləndirilən şəxs arasında bağlanmış 10 aprel 2018-ci il tarixli kredit müqaviləsi yuxarıda qeyd olunan Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəallarına əsasən özlüyündə etibarsız olan əqddir. Bundan başqa, digər epizodlarla bağlı, cinayət işinin 1-ci cild 162-164-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X16 publik hüquqi şəxsinin 980 №-li, 02 dekabr 2022-ci il tarixli canlı şəxsin ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 arxa keçəcəkdə qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilmişdir. Cinayət işinin 1-ci cild 229-230-cu vərəqələrinə əlavə edilmiş 07 dekabr 2022-ci il tarixli götürmə haqqında protokolda Təqsirləndirilən şəxs Qanuni nümayəndə2 çılpaq vəziyyətdə hamamda döydüyünü, onunla cinsi əlaqəsində olduğu göstərən görüntülər əks olunmuşdur. İş üzrə şahid qismində dindirilmiş Şahid1 da bildirmişdir ki, Təqsirləndirilən şəxs elə onun gözünün qarşısında qələmi Qanuni nümayəndə2 sinəsinə batırmışdır. Verilmiş ekspert rəylərindən də Qanuni nümayəndə2 ittihamda qeyd olunmuş tarixlərə uyğun gələn xəsarət izləri mövcud olması bir daha öz təsdiqini tapmışdır. Cinayət işinin 3-cü cild 34-38-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Sabunçu rayon prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X18 28 fevral 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülərək xəsarət alması ilə bağlı aparılmış araşdırma zamanı toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmadığına görə rədd edilmişdir. Məhkəmə zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrini, istintaq hərəkəti protokollarını, ekspert rəylərini və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Təqsirləndirilən şəxsin cinayət əməllərini törətməkdə təqsirli olması cinayət təqibi ilə bağlı məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilib toplanmış iş materialları ilə kifayət qədər sübuta yetirildi. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübüt növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.2, 133.2.4, 133.2.6, 134, 145.2.1, 145.2.2, 145.2.3, 145.2.5, 150.3.3, 156.1, 157.2, 178.2.2, 178.2.4, 182.2.2, 182.2.3, 182.2.4 və 242-ci maddələri ilə tövsif olunmuş, o həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015-ci il tarixli qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, plenumun qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmək və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.1-ci maddəsinin adından da göründüyü kimi, bu maddənin əsas tərkibini əks etdirən CM-nin 150.1-ci maddəsində göstərilən bütün hərəkətlər, yəni istər “seksual xarakterli digər zorakılıq hərəkətləri” adı altında ehtiva olunanlar, istərsə də “uşaqbazlıq” kimi qeyd olunmuş əməl olsun – bunlar hamısı seksual xarakterli zorakılıq hərəkətləri cinayətini təşkil edən əməllərdir. Seksual xarakterli zorakılıq hərəkətləri subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Təqsirkar zor tətbiq etməklə və ya belə zor tətbiq etməklə hədələmə yolu ilə və ya zərəçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli zorakılıq hərəkətlərinə yol verdiyini dərk edir və bunu arzu edir. Cinayətin motivi, bir qayda olaraq, cinsi ehtirası təmin etməkdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 1-ci cild 113-115-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 18 iyul 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs cinayət işinin 3-cü cild 183- 188-ci vərəqələrində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 fevral 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 07 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 06 mart 2020-ci ildə cəzasının sonu ilə azad olunmuş; cinayət işinin 4-cü cild 87-104-cü vərəqələrində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 avqust 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 221.2-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.2-ci maddəsi tətbiq edilməklə 01 il 07 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə hökm dəyişdirilərək, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 il 06 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, 26 noyabr 2021-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli amnistiya qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və cinayətlərin residivini yaradır. Cinayət işinin 2-ci cild 99-101-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsinin kompleks məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 3416 №-li, 21 dekabr 2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs əqliintellektual imkanları normaya uyğundur. Emosional-iradi sferasında qıcığa qarşı həssaslıq, emosional qeyri-sabitlik aşkar olunmaqla xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Nümayişkaranəlik, eqosentrizm, inadkarlıq, kobudluq, tez özündən çıxmaq kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs sensor-perseptiv prosesləri, fərdi xüsusiyyətləri və hadisə şəraiti nəzərə alınmaqla o, iş üçün əhəmiyyətli halları düzgün qavraya bilər. Təqsirləndirilən şəxs başqalarının təsiri altında hərəkət etməyə və özündən uydurmağa patoloji meyillilik əlamətləri müşahidə edilməmişdir. Lakin özünü psixoloji müdafiə etmək məqsədi ilə situasiyanı öz xeyrinə yönəldib danışa bilər. Təqsirləndirilən şəxs əməli törədən halda affekt vəziyyətində olmamışdır. Emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Cinayət işinin 4-cü cild 135-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsindən daxil olmuş 25 mart 2023-cü il tarixli, xx/xx-3400 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs yuxarıda adı göstərilən mərkəzdə olmayıb və qeydiyyatda yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs Qanuni nümayəndə2 19 iyul 2023-cü il tarixli ərizə ilə müraciət edərək, təqsirləndirilən şəxsə ən ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs6 02 avqust 2023-cü il tarixli ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ona vurulmuş ziyan 12.000 manatı tələb etdiyini, ona ən ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs5 02 avqust 2023-cü il tarixli ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs7 02 avqust 2023-cü il tarixli ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ona vurulmuş ziyan 36.000 manatı tələb etdiyini, ona ən ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs5 ilə barışıq əldə etməsini təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə müvafiq olaraq cinayətlərin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə görə, bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Lakin, Təqsirləndirilən şəxs əməlləri cinayətin residivini yaratdığından, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsində göstərilən müddəalar ona tətbiq oluna bilməz. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə görə, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Bundan başqa, cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsinin dispozisiyasında göstərilən cinayət əməlini 2022-ci ilin aprel ayında törətmişdir. Həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsində 150.3.3-cü maddədə nəzərdə tutulmuş əmələ görə sanksiya 8 ildən 15 ilə qədər müəyyən edilmişdir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə” 27 dekabr 2022-ci il tarixli qanunun 3.3.5-ci bəndinə əsasən, CM-nin 150.3.3-cü maddənin dispozisiyasından “təqsirkar şəxs üçün aşkar surətdə” sözləri çıxarılmış, sanksiyasında “səkkiz ildən on beş” sözləri “üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə on beş ildən iyirmi” sözləri ilə əvəz edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 10.3-cü maddəsinə görə, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsinə əsasən cəza təyin edilən zaman, cinayət əməli törədilən zaman qüvvədə olan CM-nin müddəaları nəzərə alınmalıdır. Məhkəmə nəzərə alır ki, məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Cinayətin yenidən törədilməsinin daha təhlükəli növü kimi residiv çıxış edir. Məhkəmə kollegiyası belə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə görə, cinayətlərin residivi zamanı azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 06 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 1-ci cild 212-ci vərəqəsində olan 06 dekabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 18-20-ci vərəqələrində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 4(008)-998/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 06 dekabr 2022-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Sabunçu rayon prokurorluğunun sübutlarının saxlanc yerində saxlanılan 01 (bir) ədəd “Xiomi” markal mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumuna qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 240 (iki yüz qırx) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə kollegiyası həmçinin zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs7 tərəfindən verilmiş mülki iddianın əsaslığını araşdırmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 89.1 maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.2 maddəsinə əsasən Cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs7 mülki iddia ərizəsi verərək, ona dəymiş maddi ziyan 36.000 manatı manatı Təqsirləndirilən şəxs tələb etdiyini bildirərək,həmin məbləğində pulun Təqsirləndirilən şəxs tutulmasını və məhkəmə iclasında verdiyi mülki iddiasını müdafiə edərək, mülki iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlləri nəticəsində Zərərçəkmiş şəxs7 dəymiş maddi ziyanla bağlı məsələni müzakirə edərək araşdırılmış sübutlara, mülki iddia ilə bağlı halların qiymətləndirilməsini tənzimləyən qanunvericiliyin tələblərinə istinad edib hesab edir ki, verilmiş mülki iddia təmin olunmalı, zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs7 dəymiş maddi ziyan 36.000 (otuz altı min) manat Təqsirləndirilən şəxs alınaraq zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs7 ödənilməlidir. Həmçinin, məhkəmə Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs6 cinayət nəticəsində dəymiş 12.000 manat ziyanla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Zərərçəkmiş şəxs6 cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək dəymiş ziyanla bağlı mülki iddia vermədiyindən ona Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsində nəzərdə tutulan mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüququ izah edilməlidir. Məhkəmə işin faktiki hallarına və araşdırılmış sübutlara istinad edib Zərərçəkmiş şəxs6 dəymiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsini əsaslı sayır. Bundan başqa, Təqsirləndirilən şəxs ittiham elan edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1-ci maddəsinin sanksiyasında azadlıqdan məhrumetmə növündə cəza nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddələr üzrə ayrı-ayrılıqda cəzalar təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən, ona Cinayət Məcəlləsinin 156.1-ci maddəsi ilə təyin olunacaq islah işləri cəzasının dörd günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla azadlıqdan məhrum etmə cəzası müəyyən edilməli, həmin cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanılmaqla qəti cəza təyin olunmalıdır. Məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Məhkəmə istintaqı nəticəsində təqsirləndirilən şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə münasibətdə xüsusi müsadirəsi tətbiq oluna bilməz. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015-ci il tarixli və 24 dekabr 2021-ci il tarixli “Məhkəmə hökmü haqqında” qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.2, 133.2.4, 133.2.6, 134, 145.2.1, 145.2.2, 145.2.3, 145.2.5, 150.3.3, 156.1, 157.2, 178.2.2, 178.2.4, 182.2.2, 182.2.3, 182.2.4 və 242-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.2, 133.2.4, 133.2.6-cı maddələri ilə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.1, 145.2.2, 145.2.3, 145.2.5-ci maddələri ilə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirli bilinərək 13 ( on üç) il müddətə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə islah işləri, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.2-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2, 182.2.3, 182.2.4-cü maddələri ilə təqsirli bilinərək 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 242-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs təyin olunmuş islah işləri cəzasının dörd günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, Cinayət Məcəlləsinin 156.1-ci maddəsi ilə ona təyin olunmuş islah işləri cəzası 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası kimi müəyyən edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddələrinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 15 (on beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 20 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Sabunçu rayon prokurorluğunun sübutlarının saxlanc yerində saxlanılan 01 (bir) ədəd “Xiaomi” markal mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumuna qaytarılsın. İş üzrə ekspertiza xərci olan 240 (iki yüz qırx) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə Zərərçəkmiş şəxs7ı mülki iddiası təmin edilsin və ona dəymiş maddi ziyan 36.000 (otuz altı min) manat Təqsirləndirilən şəxs alınaraq zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs7 ödənilsin. İş üzrə Zərərçəkmiş şəxs6 dəymiş maddi ziyanla bağlı sonuncuya Azərbaycan Respublikası CPM-nin 180.3-cü maddəsinə əsasən mülki iddia ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Səbinə Məmmədzadə Əli Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar